İsmayıllı rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda qeydə alınıb.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində - Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub.