Müstəqillik uşaqların gözü ilə

Məktəbin müəllimi, rəssamlıq bölməsinin şöbə müdiri, Rəssamlar İttifaqının üzvü, rəssampedaqoq Aybəniz Şahvələdovanın sözlərinə görə, sərginin məqsədi şagirdlərin vətənpərvərlik hisslərini gücləndirməkdir.

Hər bir Azərbaycan vətəndaşı kiçik yaşlarından müstəqilliyimizin necə böyük dəyər olduğunu bilməli və bunu həm də hisslərin dili ilə ifadə etməyi bacarmalıdır. Şagirdlərin müstəqilliyi necə, hansı obrazlarla təsəvvür etdiklərini görmək bizim üçün də çox maraqlı idi, o bildirib.

Aybəniz Şahvələdova bu cür tədbirlərin davam etdiriləcəyini söyləyib.