Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Oxu24.com-un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün
2285 xəbər bu gün
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda daha 5 fələstinli həyatını itirib.
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən…
Kreml
Muxtar Ablyazov
DSMF
ADA Universiteti
Azərbaycanın quş müxtəlifliyi, köçəri quşların miqrasiya marşrutları üzərində yerləşən təbii əraziləri və quş müşahidəsi imkanları "BirdLife International" və "Content With Purpose" (CWP) tərəfindən hazırlanan "Global…
Azərbaycanın karate komandası Polşanın Bielsko-Biala şəhərində keçirilmiş dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub. Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib. 114…