Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını cüzi artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyaya 881,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdur.

Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 9 % artaraq 475,2 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 80,9 % artaraq 443 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 32,3 % artaraq 327,95 milyon ABŞ dolları olub.

9 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.