ABŞ-dən Avropaya “Starlink” TƏHDİDİ: “Cavabımız dağıdıcı olacaq”

ABŞ Avropa İttifaqının peyk rabitəsi bazarında tətbiq etmək istədiyi yeni məhdudiyyətlərə kəskin reaksiya verib. Bu barədə "Financial Times" nəşri məlumat yayıb.Məlumata görə, Avropa Komissiyası radiospektr tezliklərinin bir hissəsini Avropa şirkətləri üçün saxlayaraq, ABŞ və Çin peyk operatorlarının çıxışını məhdudlaşdırmağı təklif edib.ABŞ-nin Aİ-dəki səfiri Əndryu Pazder Brüsseli yerli biznesi dəstəkləmək naminə amerikalı rəqibləri sıxışdırmaqda ittiham edib və texnologiya sektorundakı bu cür tənzimləmələri sərt tənqid edib."SpaceX" şirkəti isə bəyan edib ki, bu təşəbbüs Ukraynadakı rabitənin pisləşməsinə gətirib çıxara bilər. Bildirilib ki, "Starlink" hazırda Ukraynada həm mülki, həm də hərbi kommunikasiyanın təmin olunmasında həyati əhəmiyyət kəsb edir.