Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt hərbi hissədə baş verən güclü yanğın nəticəsində bir neçə nəfər xəsarət aılb.
Bu barədə Kanadanın Baş naziri Mark Karni "X" sosial şəbəkəsində məlumat yayıb.
"Alberta əyalətindəki Ueynrayt Kanada Silahlı Qüvvələrinin hərbi hissəsində böyük yanğına səbəb olan ciddi insident baş verib", – o yazıb.
Hökumət başçısı xəsarət alanların olduğunu təsdiqləyib, lakin onların sayını və vəziyyətini açıqlamayıb.
Karni əlavə edib ki, federal hökumət Alberta əyalətinin rəhbərliyi ilə əlaqə saxlayır.