Alyaskada Şimali Amerikanın ən qədim yaşayış məskəni və ilk əhliləşdirilmiş itlərin izləri tapıldı - Foto

ABŞ-nin Alyaska ştatında yerləşən, 13 800 il yaşı olan qədim "Shégˊ Xdaltthˊíˊ" arxeoloji düşərgəsində aparılan qazıntılar zamanı minlərlə artefakt aşkarlanıb. Tapıntılar arasında Amerikada ilk əhliləşdirilmiş itlərə aid ola biləcək sümüklər, qədim yaşayış tikilisinin izləri və Qərb yarımkürəsində indiyədək aşkar edilmiş ən qədim tikiş iynələri var.