Ötən gün itkin düşmüş 8 nəfər tapıldı

Ağcabədidə kişi arvadını döyüb.

Hadisə rayonun kəndlərinin birində qeydə alınıb.

Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstünə qoyması olub. Arifin sözlərinə görə, bunu qadına irad bildirərək, götürməsini deyəndə, arvadı kobud cavab verib. Nəticədə o əsəbiləşərək, taxta parçası ilə arvadının qoluna zərbə vuraraq, xəsarət yetirib.

Zərərçəkənin şikayəti əsasında A. Mustafayev polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

3 uşaq atası olan Arif ifadəsində dəymiş zərəri ödədiyini və zərərçəkənlə barışdığını deyib. Qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və A. Mustafayev məsuliyyətdən azad olunub.