Türkiyə Superliqasının VIII turunda "Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni 0:1 hesabı ilə məğlub edib.

Gərgin keçən qarşılaşmada İstanbul təmsilçisi qələbə qolunu oyunun son dəqiqələrində vurub.

Matçın 89-cu dəqiqəsində meydan sahiblərinin qapıçısı İrfan Can Eğribayat avtoqola imza atıb. Bu qol "Qalatasaray"a qələbə qazandırıb.

Çətin qələbədən sonra xallarının sayını 19-a çatdıran "Qalatasaray" turnir cədvəlində liderliyini möhkəmləndirib.