Ukraynanın energetika sektoru son vaxtların ən güclü hücumuna məruz qalıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, ölkənin müxtəlif regionlarında yerləşən 15-dən çox mühüm obyekt hədəfə alınıb:

"Ən çətin vəziyyət Lutsk, Rivne, Jitomir, Vinnitsa, Şepetovka, və Slavutada yaranıb. Zərbələr həmçinin Xarkov, Kiyev, Dnepropetrovsk və digər vilayətlərin energetika infrastrukturuna da endirilib".