Polşada ötən həftə məktəblərdəki zorakılıq aktları ilə əlaqədar keçirilən polis əməliyyatları zamanı ümumilikdə 192 nəfər həbs edilib.
"Report" Polşa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub.
"Ötən cümə axşamı 19 yaşlı kişinin bıçaqlı hücumundan sonra başlayan əməliyyatdan sonra polis bütün ölkə boyu müəssisələrdə 187 mindən çox yoxlama həyata keçirib və 192 nəfəri həbs edib", - məlumatda bildirilib.
Təhlükəsizliyin təmin edilməsi üçün Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun 350 əməkdaşı cəlb olunub. Bu tədbirlər…