Sabirabadda yaz aylarında yağan yağışlar və yüksək rütubət narın məhsuldarlığa mənfi təsir göstərib.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Qasımbəyli və Əsgərbəyli kəndlərində nar yığımı davam edir.
20 ildən çoxdur narçılıqla məşğul olan fermer Nahid Soltanzadənin təsərrüfatında, əsasən, Öküzburun, Gülöyşə və Vələs sortları yetişdirilir. İri meyvələri ilə seçilən Öküzburun narının çəkisi bir kiloqrama qədər çatır.
Fermerlərin sözlərinə görə, yaz aylarında yağan yağışlar, yüksək rütubət və xəstəliklərin yayılması…