Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İllik Toplantılarda iştirak çərçivəsində Azərbaycanın da təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısına qatılıb. Baş bankir toplantıda çıxışı zamanı qlobal iqtisadi proseslərin ölkəmizə təsirləri, maliyyə sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində…