Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək

Azərbaycanı Qazaxıstanın Asiya Açıq Turnirində 11 çəki dərəcəsində 27 cüdoçu (6 qadın, 21 kişi) təmsil edəcək.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Yarışda Azərbaycanı qadınlar arasında Fəridə Mirzəyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq), Madina Kaisinova (+78…

Xəbərin davamı: report.az