"Azərişıq": Elektrik enerjisi itkiləri 2026-cı ildə 8,2 %-ə endiriləcək

Azərbaycanda elektrik enerjisi sahəsində texniki itkilərin ilbəil sabit şəkildə azalması tendensiyası müşahidə olunur.

"Report"un Ağdama ezam edilmiş əməkdaşının verdiyi xəbərə görə, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bu gün işğaldan azad olunmuş ərazilərdə və bütövlükdə ölkə üzrə son 9 ay ərzində həyata keçirilən bərpa və yenidənqurma işlərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun fikrincə, bu azalma tendensiyasının əsas amili cəmiyyət tərəfindən reallaşdırılan hədəfli yerdəyişmə tədbirləridir…

Xəbərin davamı: report.az