Azərbaycanda lombardların girov götürdükləri əmlakların qorunması üçün mexanizmlər olacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ qəbul edilməsi nəzərdə tutulan "Lombardlar haqqında" qanun layihəsində öz əksini tapıb: "Lombardların fəaliyyətinin tənzimlənməsi, girovların saxlanması və müştərilərlə münasibətlərə dair tələblər üzərində iş aparılır. Əsas məqsəd müştərilərin hüquqlarının pozulmasının qarşısını…