Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistan və özbəkistanlı həmkarları ilə görüşüb.
"Report" xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.
"Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri…