"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Adino Mustedanaqiç "Report"un suallarını cavablandırıb. Xorvatiyalı mütəxəssis Bakıda "Slaviya"nın müvafiq yaş qrupundan ibarət kollektivinə 3 cavabsız qolla uduzduqları UEFA Gənclər Liqasının oyunu haqqında fikirlərini bölüşüb:
- Turnirdəki ikinci matçda da məğlub oldunuz. Qarşılaşma ilə bağlı təəssüratlarınız necədir?
- Təəssüf ki, oyuna çox həyəcanlı başladıq. Bəzi futbolçular üçün bu, turnirdə ilk oyun idi. Topu özümüzdə saxlamaq və ötürmələrlə qol imkanları yaratmaq planımızı həyata keçirə bilmədik. Rəqibi təhlil…