Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak və təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Anar İskəndərov ilə görüşüb.
Bu barədə "Report"a DMX-dən məlumat verilib.
V.Hüseynov BMqT ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumundan sonrakı dövrdə "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin…