ABŞ bu gün HƏMAS-ın maliyyə şəbəkəsinə, o cümlədən Fələstin qruplaşmasının hərbi qanadının bir üzvünə, Fransada vəsait toplayan iki şəxsə və iki təşkilata qarşı əlavə sanksiyalar tətbiq edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"Bu sanksiyalar saxta xeyriyyə strukturlarından və kriptovalyuta kanallarından istifadə edərək 2 milyon dollardan çox vəsaitin HƏMAS-a yönəldildiyi mürəkkəb çoxillik maliyyə arxitekturasını aşkar edir. Bu, təşkilatın aşkarlanmaqdan yayınmaq üçün vəsait toplama üsullarını…