Azərbaycan ilə Ermənistan arasında sülh prosesi əhəmiyyətli dərəcədə irəliləsə də, Avropanın Cənubi Qafqaza yanaşması hələ də region haqqında köhnəlmiş təsəvvürlərə söykənir. Tanınmış professor Taras Kuzio "Washington Examiner" nəşrində dərc olunan təhlil məqaləsində Avropanın regionda dəyişən geosiyasi reallıqları qəbul etməkdə gecikdiyini xüsusi vurğulayıb. Bəs Avropa İttifaqının bu ləng yanaşması Azərbaycan-Ermənistan sülh prosesinə və Brüsselin regiondakı gələcək roluna necə təsir göstərir? Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Avropa Birliyində uzun müddət şüurlarda oturuşmuş mifləri və pərdələri adlamaq ciddi problem olaraq qalır. Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda status-kvo tamamilə dəyişib və regionun əsas stabillik amili məhz Azərbaycan dövlətidir. Avropa strukturlarındakı qərəzli yanaşmalar kövrək olan sülh prosesinə töhfə vermək əvəzinə, ona bilərəkdən ciddi zərbələr vurur.Natiq Miri Avropa Birliyinin geosiyasi problemlərini, Cənubi Qafqaz siyasətini və sülh prosesinə yanaşmasını ətraflı təhlil edib:“Avropada bir çox gerçəklikləri anlamaq, qavramaq, o cümlədən şüurlarda uzun müddət oturuşmuş bir çox mifləri, pərdələri, maneələri adlamaq problemləri var. Bu da Avropa Birliyində müəyyən gecikmələrə səbəb olur. Ancaq dünya çox sürətlə dəyişir. İstər Avropa Birliyinin Amerika Birləşmiş Ştatları ilə münasibətləri, istər özünün təhlükəsizlik arxitekturası yönündə qəbul etdiyi qərarlar və bu yöndə konkret fəaliyyətlər, o cümlədən Ukraynaya münasibətdə nə qədər Avropa Birliyinin çevik qərarlar qəbul etmə mexanizmlərinin olması, o cümlədən Cənubi Qafqaz baxışı da problemli və zamanında doğru-dürüst qiymətinin olmamasıdır. Bu yöndə problemlər var”.O qeyd edib ki, Avropa Birliyi hələ də ikili standartdan çıxış edən bir siyasi məkandır:“Avropa Birliyində gerçəklikləri qəbul edən siyasətçilər də var. Ancaq Avropa Birliyi strukturlarına diqqət etsəniz, hələ də köhnə yanaşma və köhnə zehniyyətdən irəli gələn yanlış baxış və qərarlar da var".Politoloq bu gün Cənubi Qafqazda status-kvo dəyişdiyini vurğulayıb:“Cənubi Qafqazın stabillik amili məhz Azərbaycan dövlətidir. Ancaq Avropa Birliyi nə qədər müəyyən mənada bunu tədricən anlasa da, Avropa Birliyinin Cənubi Qafqazda əsas ağırlıqlı siyasəti Ermənistandan yanadır. Geosiyasi və geoiktisadi maraqlar Cənubi Qafqazın xarici siyasət prioritetində Azərbaycanı önə çıxarmalı idi. Ancaq buna baxmayaraq, hələ də Avropa Birliyinin strukturlarında Azərbaycana açıq şəkildə düşmənçilik mövqeyi sezilir".Natiq Miri bildirib ki, bu gün qlobal səviyyədə bir çox regionlarda münaqişələr kontekstində ticarət dəhlizləri böyük risklər özündə daşıyır. Amerika Birləşmiş Ştatları-İsrail-İran qarşıdurmasından sonra Hörmüz boğazı vasitəsilə ticarət dəhlizi, gəmiçilik böyük bir böhran yaşayır. Bu da neft sahəsində qiymətlərin qalxmasına, bütövlükdə iqtisadi böhrana və hər sahələrdə qiymətlərin artımına səbəb olur:“Eyni zamanda Avropanın özünün sərhədləri yaxınlığında bir Rusiya-Ukrayna müharibəsi var ki, bu da zamanında Avropa Birliyinin doğru-dürüst və çevik qərarlar qəbul etməməsi ucundan 5 ilə qədər bu müharibə davam etdi. Hələ də bununla bağlı müəyyən çətinliklər, yanlışlıqlar mövcuddur. Eyni yanlış siyasət Cənubi Qafqazla da əlaqəlidir.İndiki vəziyyətdə bu gün bir çox ticarət dəhlizləri müəyyən ciddi risklər daşıdığı bir zaman Azərbaycanın təşəbbüsü ilə uzun müddətdir Orta dəhliz siyasəti önə çıxır. Yəni bir ucu Çindən başlayaraq Orta Asiya, yəni Türkistan, Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və yaxud perspektivdə Zəngəzur dəhlizi ilə Türkiyəyə çıxışı təmin edir ki, burdan da Avropaya, o cümlədən Aralıq dənizinə çıxışlar təmin edilir. Bu həm zaman, həm məsafə baxımından qısaldılmış, effektiv və təhlükəsiz dəhlizdir".Müsahibimiz Avropa Birliyinin bu zamanı böyük bir anlamda çox böyük zaman itkisindən sonra bu gerçəklikləri anlamağa başladığını qeyd edib. Onun fikrincə, ancaq yenə də Avropa strukturları arasında bu yöndə çatışma və problemlər var:“Məsələn, icra strukturları yönündə Avropa Komissiyası, Avropa Şurası İttifaqı bu yöndə Azərbaycanla münasibətləri daha çevik və yüksək zirvəyə daşımaq istəyənlər olsa da, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamentində hələ də Azərbaycana düşmənçilik yönündə konkret korporativ şəbəkələrə işləyən qruplaşmalar var və təəssüf ki, bu qruplaşmaların təsir imkanları böyük olduğu üçün zaman-zaman Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul edilir. Baxmayaraq ki, bunlar tövsiyə xarakterlidir, ancaq bu düşmənçilik siyasəti davam edir və belə bir ikili vəziyyətdə Avropa Birliyi çevik qərarlar qəbul edə bilməməklə bərabər, həm də Cənubi Qafqazın en strateji və güclü ölkəsi, stabillik amili olan Azərbaycana münasibəti də çevik olaraq müəyyənləşdirə bilmir. Ancaq Ermənistana münasibətdə Avropa Birliyinin bütün strukturlarında baxış və yanaşma eynidir”.O, Avropa Birliyini heç bir zaman perspektivdə, yəni gələcəkdə özü-özünə yetə biləcək qlobal güc kimi görmədiyini bildirərək vurğulayıb ki, elmi, texnoloji, iqtisadi cəhətdən bir müddət ABŞ-nin çətiri altında yüksək səviyyədə Avropa inkişaf edə bildi, bir növ qısamüddətli cənnəti də yaşadılar. Ancaq dünya sadəcə stabillikdən ibarət deyil və zaman-zaman bu cür dəhşətli müharibələr ortalığa çıxarkən bu güc mərkəzlərini də sınağa çəkir. Və çox maraqlıdır ki, ilk belə sınaqda Avropa Birliyi sinifdə qaldı. Və hələ də bu imtahanların, sınaqların altında əziyyət çəkməyə davam edir:“Ona görə də Avropa Birliyinin, sözün əsl mənasında, ona-buna dərs keçdiyi demokratiya və insan hüquqları baxımından öncə özünə əl atmalı, özünü düzəltməlidir. Başqalarına dərs vermək çox asandır, ama ikili standartın ən böyüyü Avropa Birliyinə məxsusdur. Beynəlxalq hüquq hər zaman Avropa məkanında selektiv olaraq istifadə olunub. Ermənistana bir cür, Azərbaycana fərqli bir prizmadan baxılıb. Bunun üçün hələ də problemlər mövcuddur. Baxmayaraq ki, Avropa Birliyi bunu düzəltməyə çalışır, Azərbaycanla normal münasibətlər qurmağa cəhd edir, hətta Orta dəhliz məsələsində gecikmiş də olsa hərəkətə keçmək istəyir. Ancaq gerçək ondan ibarətdir ki, hər şey zamanında dəyərlidir. Zamanında atılmayan bir addımın, verilən qərarın heç bir əhəmiyyəti olmur. Hər şeyi zamanında etməyə ehtiyac var ki, bu yöndə Avropa Birliyinin çox ciddi problemləri var".Politoloq həmçinin əlavə edib ki, Avropa Birliyinin Azərbaycan və Ermənistan arasındakı mövcud sülh prosesinə təsiri məsələsində də çox ciddi qüsurlar var:“Bəzən Avropa Birliyi strukturları bilərəkdən Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə ciddi zərbələr vururlar. Məsələn, Azərbaycanda Xocalı soyqırımını törədən müharibə cinayətkarları bu gün Azərbaycan həbsxanasında ədalətli şəkildə məhkəmə qərarları ilə cəza çəkirlər. Ancaq bunu konkret Avropadakı korporativ şəbəkələrə xidmət edən insanlar, qruplar var ki, bunu alver predmetinə çevirirlər. Yalançı insan hüquqları adı altında Azərbaycana təzyiq etməyə çalışır və beynəlxalq birliyin, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar”.Natiq Miri qeyd edib ki, bu sülh prosesinə nəinki töhfə vermir, əksinə yalançı erməni sevgiləri ilə sülh prosesinə zərər verməklə bərabər hələ də kövrək olan sülh prosesini tamamilə təməlindən dağıtmağa xidmət edirlər:“Çünki yekun sülh müqaviləsi imzalanmayıb. Bu sülh hələ də kövrəkdir. Bunu Ermənistandakı sülh prosesinin əleyhinə olan çağırışlarda, bəzi rəsmi açıqlamalarda da biz görürük. Bunun üçün yekun sülh müqaviləsinə ehtiyac var ki, iki dövlət arasında rəsmi diplomatik münasibətlər qurulsun, əməkdaşlıq, ticarət və digər məsələlər tətiklənsin, inkişaf etsin”.“Ona görə də Avropa Birliyi zaman-zaman bu prosesə töhfə vermək əvəzinə – ki, hansı ki bu Avropa Birliyinin özünün təhlükəsizlik sxeminə uyğundur – əksinə Avropa özünün geosiyasi və geoiqtisadi maraqlarının əleyhinə olaraq nəinki sülh prosesinə töhfə vermir, əksinə çox ciddi zərbələr vururlar”,- deyə politoloq fikrini tamamlayıb.Çimnaz Telmanqızı
Bu gün
1855 xəbər bu gün
Kiyevdə şəhərin qışa hazırlığının yetərli olmadığı iddiası ilə mer Vitali Kliçkonun istefası tələb olunur. Kiyev şəhər administrasiyasının binası qarşısında aksiya keçirilir.Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti…
Premyer Liqanın 8-ci turunda üz-üzə gələcək “Qarabağ” və “Neftçi” oyunundan öncə iki klubun azarkeşləri matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında dava salıblar. Futbolinfo.az-a istinadən…
“Bridgerton” serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb.Qeyd edək ki, Kori Milçrist “Bridgerton” serialında "Kral III Corc" obrazını…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə…
Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan matçda qonaqlar 4:0 hesablı qələbəyə seviniblər. Qolları Abdulla Xaybulayev (45+2), Aleksey İsayev (74…
Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı videoya maraqlı şərh yazıb. Sənətçi sosial şəbəkədə paylaşdığı görüntülərlə bağlı hisslərini bölüşüb. O, keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək…
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə…
"Bu layihə yalnız əyləncə xarakteri daşımır, həm də yerli sirk sənətinin dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Əsas hədəf milli ənənələri qoruyaraq azərbaycanlı artistləri dünya miqyasında tanıtmaqdır".
Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatların iki köməkçisi Bundestaqın inzibati binasında dava salmaqda şübhəli bilinir. Bu barədə “Der Spiegel” nəşri...
Katolik dünyasının lideri Papa XIV Leo ağciyərindəki xərçəng şişinin çıxarılması əməliyyatından dörd gün sonra xəstəxanadan buraxılıb. Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, 71 yaşlı Papa Romadakı Gemelli...
Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. Modern.az Valeh Ələsgərovun dosyesini təqdim edir: Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux…
Fransada etiraz aksiyalarının iştirakçıları ölkə Prezidenti Emmanuel Makrona Fransa kralı XVI Lüdovikin aqibətini xatırladıblar. Bu barədə RT telekanalı məlumat yayıb. Məlumata görə, nümayişçilər vaxtilə XVI Lüdovikin…
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb. Bu barədə “Sic Noticias” nəşri məlumat yayıb.Biznesə 10 milyon…
Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 18-i gecə və səhər ölkə ərazisinin bəzi yerlərində…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə…
“Zirə”nin nümayəndə heyəti Gəncə Şəhidlər xiyabanını ziyarət edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Ziyarət zamanı Gəncə şəhidlərinin xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinə, eləcə də "Zirə"nin… Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU
Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar. “Azərbaycan bacardı, Ermənistan isə yox” – Erməni nəşri COP29-la COP17-ni müqayisə etdi
Ermənistanın “Hraparak” nəşri Bakıda keçirilmiş COP29-la İrəvanda keçirilən COP17-ni müqayisə edərək beynəlxalq təmsilçilikdəki fərqə diqqət çəkib. Nəşrin “COP29-da Azərbaycan, COP17-də Ermənistan: müqayisə və fərq”… Azərbaycanda 9 ayda 911 milyon yumurta istehsal olundu
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir… Gürcüstan Aİ ilə münasibətləri normallaşdırmaq üçün dialoq təklif etdi
Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması üçün dialoqa başlamağı təklif edib. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib. "Addımlar hər iki tərəfdən… Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular
Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar. Lent.az-a istinadən, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə… Uşaqlıqda boyun qısa olması gələcəkdə insult riskini artıra bilər – Alimlərdən açıqlama
Uşaqlıqda boyun orta göstəricidən aşağı olması yetkinlik dövründə insult riskinin artması ilə əlaqəli ola bilər. Alimlər müəyyən ediblər ki, uşaqlıq illərində boyu yaşıdlarından nəzərəçarpacaq dərəcədə qısa olan… Pərvin Şakirqızı ilə “Hüququnu bil”: Uşağın digər valideynlə görüşünə mane olan tərəfdən uşaq geri alına bilər?
Ailə münasibətlərinə xitam verilməsi valideynlərin uşaqları qarşısında hüquq və vəzifələrini aradan qaldırmır. Valideynlər ayrı yaşasalar da, uşağın tərbiyəsində iştirak etmək və onunla ünsiyyət saxlamaq hüquqlarını…
Bakı. Trend: Müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd edirik. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə…
Bakı. Trend: İran və Türkiyə arasında Fars körfəzi və Hörmüz boğazı ilə əlaqədar məsələlər müzakirə olunub. İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, şənbə günü (17 oktyabr) İraqın paytaxtı…
Bakı. Trend: Sürətləndirilmiş enerji keçidi şəraitində 2050-ci ilədək dünyada ev təsərrüfatlarının real gəlirləri mövcud siyasətin davam etdirilməsi ssenarisində nəzərdə tutulan səviyyədən təxminən…
Bakı. Trend: İran Hörmüz boğazında gəmiçiliyin və yükdaşımanın təhlükəsiz şəkildə həyata keçirilməsinin tərəfdarıdır. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri…
BVF dünya iqtisadiyyatının dayanıqlılıq həddinə yaxınlaşdığı barədə xəbərdarlıq edib. Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva dünya iqtisadiyyatının təkrarlanan böhranlara tab gətirməyə…
Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar. Lent.az-a istinadən, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə…
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin…
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə…
У Рзаева диагностированы декомпенсированный цирроз печени, асцит и печеночная энцефалопатия.
Водитель не справился с управлением, в результате чего машина перевернулась.
Генеральный директор американской компании Nvidia Дженсен Хуанг считает, что развитие искусственного интеллекта (ИИ) приведет к масштабным изменениям во всех отраслях экономики и странах мира. По...
Корпус стражей исламской революции (КСИР) Ирана сообщил о втором за последние часы инциденте с супертанкером, который, по утверждению Тегерана, подорвался на морской мине в Персидском...
Министр иностранных дел Ирана Аббас Арагчи заявил, что Тегеран передал Вашингтону через Катар семидневный план по возобновлению работы Ормузского пролива. Теперь дальнейшие шаги зависят от...
ABŞ Prezidenti Donald Tramp İlon Mask tərəfindən təqdim edilən, uçma xüsusiyyətinə malik yeni "Tesla Roadster" elektrokarını heyrətamiz adlandırıb.
Azərbaycanın müxtəlif bölgələrində məktəblərin ətrafında nalayiq ifadələr işlədərək ictimai dincliyi pozan və polisin qanuni tələbinə tabe olmayan 7 şəxs barəsində inzibati həbs qərarı çıxarılıb.
Bakı metrosunda xətlərin ayrılmasından sonra nəqliyyat xərcləri artan tələbələrin təqaüdlərinin yüksəldilməsi məsələsi gündəmdədir. Deputat Elşad Musayevin təqaüdlərin artırılması ilə bağlı açıqlaması və yeni məbləğlərlə…