Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş ratifikasiya edilib

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i ratifikasiya edib.

"Report" xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, saziş iki ölkə arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.

Sazişə əsasən, hər bir Tərəf digər Tərəfə…

Xəbərin davamı: report.az