26 sentyabr 2020-ci il... Müharibədən bir gün əvvəl idi. Elə builki kimi şənbə günüydü. Elə bugünkü kimi də yadımdadır.Həmin şənbə axşamı dostum Əli Verdiyev və qardaşım Vahidlə birlikdə Bayıldakı restoranların birində yemək yeyirdik. Bir gözümüz telefonda idi. Artıq "Facebook"un xəbər lentində cəbhəyanı bölgələrdə hərəkətlənmə olmasına dair məlumatlar yayılmağa başlamışdı. Bu xəbərləri oxuya-oxuya Əli birdən soruşdu:- Səncə, müharibə olacaq?- Bilmirəm.Əslində son günlər yayılan informasiyalar nəsə qeyri-adi bir hadisənin baş verəcəyini göstərirdi. Bu, irimiqyaslı müharibə olmaya da, Aprel döyüşləri kimi lokal savaş ola da bilərdi. Amma mənə "Bilmirəm"i dedizdirən səbəb bu deyildi, müharibəni təsəvvür etməyin belə dəhşətli olması idi.Təsəvvür etmədiyimiz başqa məqamlar da vardı. Çox tezliklə bayrağımızın Şuşada dalğalanacağını ancaq arzulaya bilərdik. Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan geri qaytaracağımız ağlımıza da gəlməzdi. Xankəndidəki seprataçı rejimin təslim olacağını, separatçı liderlərin həbs ediləcəyini heç yuxuda da görə bilməzdik.Biz yemək yediyimiz zaman təxminən 3 min Azərbaycan gənci sağ idi. Amma bizdən fərqli olaraq, musiqi dinləmirdilər, futbola baxmırdılar, “Facebook”un xəbər lentinə göz atmırdılar. Kimisi valideynləri, kimisi övladları, kimisi də sevdiyi xanımla son dəfə vidalaşır, son sözlərini deyir, vəsiyyətlərini edirdilər. Və hamısı da sinələrinə sıxdıqları silahla Ali Baş Komandanın hücum əmrini gözləyirdi.* * *Gecə “APA Holding”in redaktorlarının “WhatsApp” qrupuna Vüsalə Mahirqızıdan “Əməkdaşlarınıza da tapşırın, bu gecə heç kim telefonunu söndürməsin” tipli mesaj gələndə mənzərə qismən aydınlaşmağa başlamışdı. Səhər saat 8-də məni yuxudan oyadan da Vüsalə xanım oldu:- Cavid, hamınız işə gəlin.- Başlandı?- Hə...Olduğu kimi yazdığım bu qısa dialoq əslində bu müharibəni hər bir azərbaycanlının gözlədiyinin göstəricisi idi. Pandemiya ilə əlaqədar həftə sonları ictimai nəqliyyat işləmədiyi üçün dərhal Mirislam Məmmədova zəng edib hazırlaşmasını istədim, özüm də geyinib onun arxasınca yollandım. Yol boyu avtomobildə radionun dalğalarını dəyişib yeni xəbər eşitmək istəyirdim, radiolarımız isə ənənəvi repertuarında idi. Özümdən asılı olmadan gözlərimdən yaş axırdı - qurbansız müharibə olmadığını bildiyim üçün. O anda yanımdan ötüb keçən avtomobillərin sürücülərinə isə bəxtəvər kimi baxırdım - müharibənin başlanmasından xəbərsiz olduqlarını düşündüyüm üçün...* * *2020-ci il sentyabrın son bazar günü bizi qarşıda nələrin gözlədiyini bilmirdik. Bildiyimiz tək şey Millət və Xalq olaraq üzərimizdəki ləkəni silmək üçün ayağa qalxmağımız idi. Və bunun adı müharibə idi – Vətən müharibəsi.3 polkovnik, 23 polkovnik-leytenant, 49 mayor, 54 kapitan, 103 baş leytenant, 119 leytenant, 5 kiçik leytenant, 267 gizir, 695 MAXE, 1398 əsgər, 7 miçman… Vətən müharibəsi başqa nə cür olur ki? Zabitlər əsgərləri ilə bir yerdə döyüşərək şəhid olublar. Çünki "İrəli!" yox, "Ardımca!" komandası veriblər.1941-1945-ci illərdə SSRİ adlanan vətəni alman faşizmindən xilas etmək üçün canından keçən 300 min azərbaycanlının nəvə-nəticələri 75 il sonra doğma Azərbaycanı erməni faşizmindən xilas etmək üçün silaha sarılmışdı.Müharibə bizə təkcə işğalda olan torpaqlarımızı azad etmək üçün yox, milli kimliyimizin təsdiqi üçün lazım idi.Müharibə sındırılmış qürurumuzu bərpa etmək, özümüzə və kökümüzə qayıtmaq üçün vacib idi.Müharibə bizə keçmişimizi xatırladıb gələcəyimizi göstərdi.Müharibə təkcə Azərbaycan vətəndaşlarının deyil, milliyyətindən asılı olmayaraq bütün dünya azərbaycanlılarının qardaş, yoldaş, həmrəy və bir olduğunu ortaya qoydu.Müharibə başa saldı ki, biz bütövük, etnik və dini ayrı-seçkilik bizə xas olmayıb, olmayacaq da.Müharibə “bunlardan heç nə olmayacaq” deyə ümidsiz yanaşdığımız gəncliyi əslində düzgün qiymətləndirmədiyimizi və gələcəyimizin əmin əllərdə olduğunu anlatdı.Müharibə Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, yediyimiz hər tikədə, içdiyimiz hər qurtum suda, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Nə etsək də, borclarından çıxa bilməyəcəyik, lakin heç vaxt unutmayacağıq.Allaha həmd olsun ki, düşməndən təkcə son 30 ilin yox, 200 illik qisasımızı almaq imkanı verdi. Həm də kişi kimi, ləyaqətlə müharibə apararaq, düşmənin uşaqlarını, qadın və qocalarını qoruyaraq. Çağdaş dünyada belə şərəfli qələbə qazanan Dövlət və Xalq yoxdur! Bu qələbənin memarı Prezident İlham Əliyev, müəllifi Azərbaycan Əsgəri, sahibi Azərbaycan Xalqıdır.Tanrıya şükranlıqla, Azərbaycanın bütün şəhidlərinə dərin ehtiramla, qazilərinə sevgiylə, Dövlətimizə və Xalqımıza minnətdarlıqla...Cavid İsmayıltarix üzrə fəlsəfə doktoru
Bu gün
1719 xəbər bu gün
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 269,4 min ton həcmində metanol (metil spirit) istehsal olunub.
Bu gündən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri olan "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq.
ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən meşə yanğınları keçmiş prezident Riçard Niksonun San-Klementedəki iqamətgahını da təhlükə altına salıb. Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. Məlumata görə…
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı Lindsi Qrem qanununun müddəalarını tətbiq etməmək qərarından narazılığını bildirib. Zelenski bu barədə “Telegram” kanalında yazıb…
Rusiyanın Moskva şəhərindəki Şeremetyevo hava limanında kütləvi gecikmələr və reyslərin ləğvi səbəbindən sərnişinlər saatlarla uçuşlarını gözləməli olublar. İrəvan, Bişkek və Astana da daxil olmaqla bir sıra beynəlxalq…
İranın xarici işlər naziri Abbas Araqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Bağdadda görüş keçirilib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər…
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun təqvimi açıqlanıb. Peşəkar Futbol Liqası matçların 27, 28 və 29 oktyabr tarixlərində keçirilməsini müəyyən edib. 27 oktyabr (çərşənbə axşamı) “Şimal” – “Araz-Naxçıvan”…
Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 18-i gecə və...
Türkiyəli jurnalist Fulya Öztürk ARB-nin efirində bu günlərdə premyerası olan “44” bədii filmi barədə duyğularını bölüşüb. Vətən müharibəsi günlərində Azərbaycanda olan və həqiqətləri...
Oktyabrın 18-dən Bakı metrosunun “Əhmədli” stansiyasından Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivinə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.Bu barədə…
Bakıda “Dördüncü Sovxoz” yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifi müzakirələrə səbəb olub. Deputat Fazil Mustafa bu adın müstəqil dövlətin mahiyyətinə uyğun olmadığını bildirərək dəyişdirilməsini təklif… Misir Prezidenti vəzifədən gedəcəyi tarixi açıqladı
Kremldən Trampın qərarına reaksiya: Alqışlayırıq, “tarixi an”
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə… Bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 18-i gecə və səhər ölkə… Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib
Misli Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. X turun görüşləri 4, XI və XII turun matçları isə 3 günü əhatə edəcək. Misli Premyer…
Совокупный объем выпуска продукции по основным отраслевым сегментам составил 800 млн манатов.
Стратегические валютные резервы Азербайджана по состоянию на 30 сентября 2026 года достигли 89,38 млрд долларов, что почти в 20 раз превышает внешний государственный долг страны....
Соединенные Штаты Америки работают над организацией трехсторонней встречи президентов Украины, США и России. Среди возможных мест проведения переговоров рассматриваются Объединенные Арабские Эмираты, Саудовская Аравия…
Президент Азербайджана Ильхам Алиев наградил Валеха Фейруз оглу Алескерова орденом «Шараф». Соответствующее распоряжение подписано 17 октября 2026 года. Согласно документу, Алескеров удостоен награды за многолетнюю...
Zaqatala şəhərində yük avtomobilinin 66 yaşlı qadını vurması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ağır xəsarət alan piyada xəstəxanada vəfat edib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən platformasının Qara dənizə göndərildiyini və ölkənin təbii qaz hasilatını ikiqat artıracağını açıqlayıb.
Parisdə bir qrup nümayişçi "CNEWS" telekanalı və "Europe 1" radiosunun ofislərini bloklayaraq binaya ziyan vurub. Fransa polisi hadisəyə müdaxilə edərək 21 nəfəri saxlayıb. Fransada gözlənilən irimiqyaslı etirazlar…
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən…
Roma Papası XIV Leo ağciyərindəki şişin çıxarılması əməliyyatından sonra xəstəxanadan evə buraxılmağa hazır hesab edilib. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti “RİA Novosti”yə məlumat verib.Bildirilib ki, səhər…
Sudan Silahlı Qüvvələri ölkənin qərbində, Cənubi Darfur əyalətinin Nyala şəhərinə endirilən aviazərbələr nəticəsində Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb. Bu barədə "Al Jazeera" Sudan…
Азербайджанский блогер под никнеймом coookholic показала, как быстро и вкусно приготовить салат из свеклы. Как передает Day.Az, рецептом девушка поделилась на своей странице в Instagram.
У женщин, которые предположительно подвергались более высокому воздействию радона, чаще развиваются злокачественные опухоли центральной нервной системы. Как передает Day.Az со ссылкой на Gazeta.ru, к такому выводу пришли…
Lamborghini Miura, разработанная Марчелло Гандини и выпускавшаяся с 1966 по 1973 год, считается первым в мире суперкаром. Ее успех был настолько велик, что до сих пор формирует имидж бренда, а нынешняя стоимость…
Ученые Бамбергского университета в Германии и их коллеги установили, что пары в среднем счастливее одиночек, но величина этого разрыва зависит от места жительства: он шире там, где романтические отношения более…
Добавки на основе экстракта спаржи могут помогать улучшить сон, снизить тревожность и поддерживать когнитивные функции. Как передает Day.Az со ссылкой на Gazeta.ru, к такому выводу пришли исследователи из Университета…
Египетские археологи из Высшего совета по древностям обнаружили песчаниковую надпись близ Суэцкого канала, которая может указать на расположение затерянного города Масн. Эта находка, описанная в издании The National…
Певица Кристина Агилера продемонстрировала фигуру в блестящем боди. Как передает Day.Az со ссылкой на Gazeta.ru, артистка опубликовала фото в Instagram. Кристина Агилера приняла участие в новой рекламе люксового…
В Азербайджане на очередном этапе совместных тактико-летных учений "Встреча соколов - 2026", проводимых с привлечением военнослужащих Азербайджана и Объединенных Арабских Эмиратов, авиационных средств и средств…
Иран ответственно подходит к дипломатии для снижения напряженности в регионе.