Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov məlumat verib.
O bildirib ki, hazırda Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi davam etdirilir. Ümumi ərazisi 3,34 hektar olan yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. .
Kompleksdə ümumilikdə 176 mənzil olacaq. Mənzillər əsasən 2 və 3 otaqlı nəzərdə tutulub. Ərazidə oyun meydançalarının, yaşıllıq sahələrinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşası, eləcə də 2 qeyriyaşayış binasının tikintisi planlaşdırılıb. Bu il Qubadlı şəhərində ikinci yaşayış kompleksinin layihələndirilməsi işlərinin də yekunlaşdırılır. Yaxın vaxtlarda ikinci yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur, – deyə N.Cəfərov bildirib.
Hazırda ilk yaşayış kompleksində bünövrə işləri tamamlanıb, tikinti işləri mərhələli şəkildə davam etdirilir.