Lavrov Rusiya vətəndaşlarına müraciət edib

Bu barədə Rusiya XİNin yaydığı rəsmi məlumata əsasən xəbər verilir.

Dostlar, Rusiya Federasiyası Federal Məclisinin doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkilərində səsvermə başlayıb. Bu gündən sentyabrın 20dək hər birimiz ölkə üçün mühüm seçim etməliyik, – deyə Lavrov bildirib.

Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu seçkilərin ölkənin gələcəyi, davamlı inkişafı, təhlükəsizliyi və suverenliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, Rusiya lideri vətəndaşları konstitusion hüquqlarından istifadə etməyə və məsuliyyətli qərar qəbul etməyə çağırıb.

Qeyd edək ki, Sergey Lavrov sentyabrın 18də Dövlət Dumasına keçirilən seçkilərdə elektron formada səs verib.

M. Həsənli