“AtaSığorta” ləğv edilir, portfeli “Atəşgah Sığorta”ya ötürülüb
“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb. “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti” ASC-yə ötürülüb. Yəni, indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa bununla bağlı artıq “Atəşgah” sığorta şirkətinə müraciət etməli olacaq. Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsi ilə tənzimlənir. Xatırladaq ki, ötən ilin sonuna “AtaSığorta” şirkətinin yığım portfelinin həcmi […]