ASAN könüllülərinin “Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatıb. Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva könüllülüyün təbliğinin əhəmiyyətindən danışıblar. Onlar könüllülərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin fərdi və intellektual inkişafına dəstək, eləcə də ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət almasının vacibliyini vurğulayıblar. Sonra layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub və bu çərçivədə fəal iştirak edən […]