Alim və tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid bazası istifadəyə verilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib. Platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali [...]