Bakı məktəbliləri “Zəkaların mübarizəsi”ndə biliklərini sınayıb
Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan paytaxt məktəbləri üzrə regional mərhələsi keçirilib. Bu mərhələdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri olimpiadanın bilik yarışı kateqoriyasında mübarizə aparıblar. Paytaxtdakı 6 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, [...]