“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” layihəsi icra edilir
“Rəqəmsal elmin izində: Biologiyaya rəqəmsal baxış” layihəsi çərçivəsində açılış mərasimi baş tutub. Layihə çərçivəsində Khan Academy platformasındakı tərcümə olunmuş biologiya materialları təhlil edilərək IX sinif proqramına uyğun modullar seçiləcək və bu modullar əsasında strukturlaşdırılmış təlim proqramı hazırlanacaq. 20 şagird üçün həftədə iki dəfə 2 saatlıq interaktiv sessiyalar təşkil olunacaq və 3 ay ərzində ümumilikdə 48 saatlıq təlim aparılacaq. Dərslər vizual təqdimatlar, videolar və qrup işi ilə dəstəklənəcək. Şagirdlərin iştirak səviyyəsi formatif üsullarla izlənəcək, yekunda isə nəticələr ilkin diaqnostika ilə müqayisə […]