İdris İsayev Qubada təhsil müəssisələrinin pedaqoji heyəti ilə görüşüb
Aprelin 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Quba rayonuna səfər edib. Səfər çərçivəsində əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc direktor və müəllimləri ilə görüş keçirilib. [...]