“Porsche” “Bugatti”dəki payını ABŞ konsorsiumuna satdı
Almaniyanın “Porsche” şirkəti “Bugatti” brendinin sahibi olan “Bugatti Rimac” şirkətindəki 45%-lik payını və “Rimac Group”dakı 20,6%-lik iştirakını satdığını açıqlayıb. Redaksiya Valyuta.az-a istinadən xəbər verir ki, alıcı ABŞ-ın investisiya şirkəti “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiumdur. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. “Bugatti Rimac” 2021-ci ildə “Porsche” ilə Xorvatiyanın elektrik hiperkarları və elektrik komponentləri istehsalçısı olan “Rimac Group” arasında birgə müəssisə kimi yaradılmışdı. Şirkətin bəyanatına görə, “Porsche”nin bu biznesdən çıxması yeni baş icraçı direktor Mixayel Leyters tərəfindən həyata keçirilən yenidənqurma prosesi ilə bağlıdır. Bildirilir […]