Kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazın gündəlik ödənişi cəmi 1.55 AZN təşkil edir. Bundan əlavə, cihazı 24 aylıq hissəli ödənişlə əldə edən müştərilərə hər ay 2 GB hədiyyə internet təqdim olunur.
Samsung Galaxy A57 5G yüksək performansı və müasir dizaynı ilə gündəlik istifadə üçün bütün zəruri funksiyaları bir araya gətirir.
Abunəçilər 19 avqust tarixinədək Bakcell mağazalarında keçərli olan təklifdən yararlanmaq üçün ən yaxın Bakcell mağazasının ünvanı ilə link vasitəsilə tanış ola bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.
Bu məsələ 350 elmi araşdırmanın nəticələrinin təhlilindən sonra gündəmə gəlib. Həmin araşdırmalarda zülal qəbulunun azaldılmasının maddələr mübadiləsini yaxşılaşdıra və yaşlanma prosesini ləngidə biləcəyi qeyd olunub.
Zöhrə Əliyeva isə bu nəticələrə ehtiyatla yanaşmağa çağırıb. O bildirib ki, icmala daxil edilən tədqiqatlar müxtəlif göstəricilərinə görə birbirindən əhəmiyyətli dərəcədə fərqlənir.
Endokrinoloq vurğulayıb ki, azhərəkətli həyat tərzi keçirən insanlar üçün ilk növbədə artıq çəki yığmamaq məqsədilə qidalanmanın kaloriliyini azaltmaq vacibdir. Ət və ya kəsmikdən imtina edərək onların əvəzinə şirin un məmulatlarına üstünlük vermək isə əksinə, qocalma prosesini sürətləndirə, iltihabi proseslərə səbəb ola və II tip diabet riskini artıra bilər.
Zülala olan tələbat yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən və həyat tərzindən asılıdır. Metodik tövsiyələrə əsasən,kişilər gündə 65–110 qram, qadınlar isə 50–85 qram zülal qəbul etməlidirlər. Ümumi tövsiyə kimi hər kiloqram bədən çəkisinə təxminən 0,8 qram zülal hesablanır.
Bununla yanaşı, zülalla zənginləşdirilmiş məhsullardan da həddindən artıq istifadə etmək məsləhət görülmür.
Bunu ABŞnin sülhməramlı missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun CIVILNETə müsahibəsində deyib.
ABŞ bu məqamdan ( Vaşinqton sammitindən) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən işə salmaq üçün istifadə etdi, – deyə müşavir bildirib.
O qeyd edib ki, həmin sənədlər imzalandıqdan sonra regionda tərəflər arasında heç bir silahlı insident qeydə alınmayıb. Əksinə, tərəflər qarşılıqlı əməkdaşlıq etməyi, o cümlədən ticariiqtisadi əlaqələri inkişaf etdirməyi öyrəniblər.
Laytstounun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla münasibətlərini nə qədər möhkəmləndirsə, Cənubi Qafqazda sülh də bir o qədər dayanıqlı olacaq. O vurğulayıb ki, Azərbaycan və Ermənistanı birləşdirmək məqsədi daşıyan logistika qovşağı layihəsinin (TRIPP – red.) adının da ifadə etdiyi kimi, regionun rifahı davamlı və uzunmüddətli sülhün bərqərar olması ehtimalını artırır.
Rifah olduqda bu, sülh üçün imkanları gücləndirir, sülh isə öz növbəsində gələcək rifah üçün zəmin yaradır, – deyə Laytstoun vurğulayıb.
Müşavir xatırladıb ki, ABŞ tərəfi layihənin həyata keçirilməsi üçün artıq 201 milyon ABŞ dolları ayırıb və onun fikrincə, bu məbləğ investisiya əməkdaşlığının minimum həddidir, tavanı deyil.
Laytstoun əlavə edib ki, bu yanaşma Ağ Evin əvvəlki administrasiyalarının siyasətindən fərqlənir.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Fəxrəddin İsmayılov buna qədər Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi idi.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Nəticədə arxadan toqquşmalar, zəncirvari yolnəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.
Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun, deyə müraciətdə diqqətə çatdırılıb.
BDYPİ bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırıb.
AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercellin mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.
Proqramın əsas mövzularından biri AWSin AIDriven Development Life Cycle (AIDLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AIDLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.
+++
Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.
AWS ilə əməkdaşlıq Azercellin qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.
Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.
İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCOnun baş direktoru Salim ƏlMalik, IRCICAnın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başlayıb. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviun dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfələrdən danışarkən qeyd edib ki, mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir: ‘’Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq.
Allahşükür Paşazadə həmçinin Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Özbəkistan əlaqələrinin təməlində dayandığını da xüsusi olaraq qeyd edib: Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil AzərbaycanÖzbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir.
Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitabalbomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib. Mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, rəsmi şəxslər, ictimiayyət nümayəndələri iştirak edib, nəşri Azərbaycan və Özbəkistan xalqlarının ensiklopediyası kimi qiymətləndiriblər. İki dildə Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.
Mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak edir.
Müzakirələr zamanı TürkiyəABŞ münasibətlərinin vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin müzakirəsi gözlənilir.
Rahat ödəniş imkanları: Alfa Plan istifadəçiləri nömrəyə ayrılan kredit limitindən faydalanaraq mobil xidmətlərdən fasiləsiz yararlanmaq, ödənişlərini 45 günədək həyata keçirmək imkanı əldə edir.
Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%dək endirim əldə edə bilərlər.
Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və Azercell müştəri xidmətləri mərkəzlərində Sürətli xidmət kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.
Azercellin Yeni Alfa Plan tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi | Azercell
Ümumilikdə 400ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.
Lankaran Springs Wellness Resort Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.
Düşərgələrdə şəhidlərimizin 1011, 1213 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.
Açılış mərasimində YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.
İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.
Tərəfdaşlar: TABİA Group və Lankaran Springs Wellness Resort Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm ASC
Dəstəkçilər: Happy day cake, Cırtdan Entertainment MMC, Asterias Təlim və İnkişaf Mərkəzi, Circus Sea Breeze, Badamlı Mineral Suları.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.
Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün Son zəng tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.
Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DSXnin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.
Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən Signature Gala Night tədbirinə tərəfdaşlıq edib.
Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur The Magic of Sanremo layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.
Bakcellin tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.
Qeyd edək ki, Signature Gala Night yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.
Tədbirdə iştirak edən Kimyabiologiya təmayüllü Respublika liseyinin direktoru və Narın nümayəndəsi bildirib ki, gənclərin keyfiyyətli təhsil alması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, təqdim edilən noutbuklar şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verəcək, təhsilə yönəlmiş bu cür təşəbbüslər isə gələcəkdə ölkənin elm və iqtisadiyyatına dəyər qatacaq peşəkar kadrların yetişməsinə xidmət edir.
Qeyd edək ki, Nar təhsilə və gənclərin inkişafına dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Şirkət qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin mükafatlandırılması, nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin təşkili, eləcə də müxtəlif təhsil və inkişaf layihələrinin dəstəklənməsi vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Tədbirin məqsədi uşaqlara qayğı və diqqət göstərməklə yanaşı, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına töhfə vermək olub. Qurban bayramında uşaqlar üçün əyləncəli proqram təşkil edən Könüllülər bu dəfə onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş maarifləndirici təşəbbüslə çıxış ediblər.
Proqram çərçivəsində 9–15 yaş aralığında olan uşaqlar üçün mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlim keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri risklər, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə məlumat əldə ediblər.
Təlimin davamı olaraq uşaqlar Təhlükəsizlik uşaqların gözü ilə adlı rəsm müsabiqəsinə qatılaraq mövzu ilə bağlı düşüncələrini yaradıcılıq yolu ilə ifadə ediblər. Öyrənmə və yaradıcılığı bir araya gətirən müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklər çatdırılıb.
Qeyd edək ki, Azercell Könüllüləri 2001ci ildən fəaliyyət göstərir. Könüllülərin fəaliyyəti təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində həyata keçirdikləri təşəbbüslərlə cəmiyyətin həssas qruplarına dəstək göstərməyə, uşaqların və gənclərin inkişafına töhfə verməyə yönəlib.
Layihə çərçivəsində ilk təlim telekommunikasiya sektorunda fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri üçün keçirilib. 110dan çox operator və provayder nümayəndələrinin iştirak etdiyi təlimin əsas məqsədi telekommunikasiya sahəsində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı qanunvericilik tələblərinin izah edilməsi, habelə bu sahədə mövcud öhdəliklərin icrası üzrə metodiki dəstəyin göstərilməsidir.
İştirakçılara Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn əsas tələblər, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı, fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə texniki və təşkilati tədbirlər, eləcə də informasiya sistemlərində fərdi məlumatların qanuni və təhlükəsiz işlənilməsi ilə bağlı praktiki məsələlər barədə məlumat verilib.
Bildirilib ki, dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılması və işlənilməsi qanun pozuntusu hesab edilir. Həmçinin fərdi məlumatların mühafizəsi üzrə müəyyənləşdirilmiş təhlükəsizlik tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır və bu hallarla bağlı ETX qanunvericiliyə uyğun tədbirlər görəcək.
Eyni zamanda vurğulanıb ki, telekommunikasiya fərdi məlumatların mühafizəsi baxımından yüksək riskli sahələrdəndir. Bu sahədə təhlükəsizliyin təmini ölkənin internet məkanının təhlükəsizliyinin qorunması, telekommunikasiya xidmətlərinin dayanıqlığının gücləndirilməsi və istifadəçilərin rəqəmsal xidmətlərə etimadının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
ETX strateji sənədlərdə müəyyən olunmuş tapşırıqların icrası çərçivəsində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi məqsədilə digər həssas sektorlar üzrə də maarifləndirmə və metodiki dəstək tədbirlərini davam etdirməyi nəzərdə tutur.
İlk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10da yola salınıb.
Bu marşrut üzrə İsveçrənin Stadler Rail Group şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək. Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək.
Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.
Qatar hər gün Bakıdan saat 23:10da yola düşəcək və növbəti gün saat 08:41də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00da yola düşməklə növbəti gün Bakıya saat 06:24də çatacaq.
Bu müddətin sərhədgömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı–Tbilisi–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.
Layihənin Qırğızıstandakı tərəfdaşı Elkat internetprovayderidir. Şirkətdən bildirilib ki, xidmət aktiv inkişaf mərhələsinə keçir. Bu isə istifadəçilərin tammiqyaslı qoşulmasına və infrastrukturun genişləndirilməsinə başlanılması deməkdir.
Fərdi müştərilər üçün abunə haqqı ayda 10 min somdan başlayır (təxminən 198 manat). Starlink Mini avadanlıq dəstinin qiyməti isə 36 min somdur (təxminən 713 manat).
Qırğızıstanda xidmətin istifadəyə verilməsi Starlinkin Mərkəzi Asiya ölkələrində ekspansiyasının davamıdır. Belə ki, 2026cı ilin fevralında xidmət Tacikistanda əlçatan olub, daha əvvəl isə Qazaxıstan və Azərbaycanda istifadəyə verilib.
Starlink — İlon Maskın SpaceX şirkətinə məxsus peyk internet xidmətidir. Sistem aşağı orbitli peyklər şəbəkəsi vasitəsilə internetə çıxış təmin edir. Xidmət zəif və ya ümumiyyətlə yerüstü rabitənin olmadığı bölgələr üçün nəzərdə tutulub və qoşulma üçün xüsusi peyk antenindən istifadə olunur.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 2027 May 2026cı il tarixləri arasında Azercell CUP 2026 platforması üzərindən qeydiyyatdan keçə və layihə barədə ətraflı məlumat əldə edə bilərlər. Azercell CUP müsabiqəsində ümumitəhsil müəssisələrinin, eləcə də xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan 6cı və 7ci sinif şagirdləri iştirak edə bilərlər.
Üç mərhələdən ibarət olan müsabiqənin birinci turu 28 may tarixində onlayn formatda keçiriləcək. Növbəti mərhələlərdə yüksək nəticə göstərən iştirakçılar beynəlxalq informatika olimpiadalarına hazırlıq proqramlarına dəvət olunacaqlar.
Azercell CUP layihəsi ölkədə rəqəmsal bacarıqların inkişafına, gənclərin İT və innovasiya sahəsinə marağının artırılmasına, eləcə də gələcək texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.
İrs Dostu könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdir.
Proqram Dövlət Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələri, tabeli müəssisələri, həmçinin qoruq və muzeyləri əhatə etməklə, ümumilikdə ölkənin bütün regionlarında 140dan çox müəssisədə təşkil olunacaq. Könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.
Könüllülər üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.
İrs Dostuna cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan İrs Dostu vahid şəbəkəsinin tərkib hissəsi olacaqlar. Belə ki, bu şəbəkə mədəni irsin qorunması sahəsində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan vahid ekosistemin formalaşdırılmasını nəzərdə tutur.
Mədəni irsimizin qorunmasına töhfə vermək istəyən gənclər üçün yeni inkişaf platforması olan İrs Dostuna könüllülərin seçimi müsahibə əsasında həyata keçiriləcək. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramlarında və komandada işləmə bacarıqları qiymətləndiriləcək.
İrs Dostu könüllüsü olmaq istəyən 1835 yaş arası gənclər öz CVlərini və motivasiya məktubu volunteer@heritage.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Mədəni irsimizin qorunmasına töhfə vermək və bu sahədə yeni təcrübə qazanmaq istəyən bütün gəncləri İrs Dostu proqramına qoşulmağa dəvət edirik.
15–16 may tarixlərində keçirilən festival bu il də müxtəlif ölkələrdən kreativ sənaye nümayəndələrini, beynəlxalq şirkətləri və media təmsilçilərini bir araya gətirib. Festival çərçivəsində ABŞ, Estoniya, Serbiya, Latviya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxil olmaqla 10dan çox ölkədən ümumilikdə 320 layihə təqdim olunub. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndirilib.
Azercell Telekom MMC festivalda yüksək nəticələr əldə edərək Azərbaycan nominasiyaları üzrə Ən Yaxşı Yerli Brend adına layiq görülüb. Eyni zamanda, şirkətin DigiMax və Oflayn Qadınlar layihələri 1 Qran Pri, 2 qızıl və 2 bürünc mükafat qazanıb.
Belə ki, Oflayn Qadınlar layihəsi Sosial təsir kampaniyaları kateqoriyasında Qranpri və qızıl mükafata, Məqsədyönlü strategiya və PRda sosial təsir üzrə isə bürünc mükafata layiq görülüb. Həmçinin DigiMax tarif paketinin tanıtım çarxı Film istehsalı nominasiyasında qızıl mükafat əldə edib.
Bununla yanaşı, Oflayn Qadınlar sosial layihəsi beynəlxalq kateqoriyalarda mükafat qazanan yeganə yerli brend olaraq 3 gümüş, 2 bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, oflaynqadinlar.az platformasının əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. Sosial təşəbbüs ictimaiyyətə təqdim olunduqdan sonra platforma 30 mindən çox unikal baxış toplayıb.
Azercell festival çərçivəsində təşkil olunan panel müzakirələrdə də təmsil olunub. Şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova Şəxsi brendinq və korporativ reputasiya mövzusunda çıxış edib. Texnobloger Fərid Pərdəşünasın moderatorluğu ilə keçirilən paneldə aktyor Azər Aydəmir və müğənni Nigar Camalla birlikdə şəxsi brend və müasir kommunikasiya trendləri müzakirə olunub. Həmçinin Azercellin Marketinq Ünsiyyət Vasitələri şöbəsinin rəhbəri Nərgiz Sailova da festivalın panel müzakirələrinə qatılaraq yeni nəslin yaradıcı yanaşmaları barədə fikirlərini bölüşüb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AzVision.aza verilən məlumata görə, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yolnəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyil.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeydşərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!, deyə BDYPİdən bildirilib.
AzVision.az xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 678 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq daşınıb.
Xatırladaq ki, tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Bu günədək ölkəmizdən Ermənistana 8500 tondan çox dizel yanacağı, 979 ton Aİ92 və 2955 ton Aİ95 markalı benzin ixrac olunub.
Mükafat İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması Brands Review Magazine jurnalı tərəfindən təqdim olunub. Qiymətləndirmə prosesində Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80ə yaxın mühüm tarixmemarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb. Son illərdə Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCOnun İlkin Siyahısına daxil edilmişdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülmüş, geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılmış, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir. Mədəni irs sahəsində ən mühüm nailiyyətlərdən biri isə Vahid Mədəniyyət Reyestri (VMR) vahid informasiya sisteminin yaradılmasıdır. VMR çərçivəsində mədəni irs obyektlərinin ən qabaqcıl texnologiyalar (Coğrafi İnformasiya Sistemi, peyk texnologiyaları, dron texnologiyaları, Lidar və s.) tətbiq edilməklə mərhələli və sistematik rəqəmsallaşdırılması icra edilməkdədir. Artıq 3100 abidə barədə məlumat sistemə inteqrasiya edilmişdir. Mədəni irs sahəsində vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması məqsədi ilə 6 xidmətin bir pəncərə prinsipləri əsasında rəqəmsal formada fəaliyyəti təmin edilmişdir. Vətəndaş müraciətləri isə MyCulture vahid portalı üzərindən qəbul olunur.
Dövlət Xidməti hazırda fəaliyyətini Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyasına uyğun olaraq davam etdirir. Eyni zamanda ölkə tarixində ilk dəfə mədəni və təbii irs ekosisteminə vahid yanaşmanı təmin edən xüsusi dövlət proqramının layihəsi tamamlanmaq üzrədir.
Ümumilikdə, həyata keçirilən sistemli və innovativ tədbirlər ölkənin bu sahədə qlobal nüfuzunu gücləndirməklə yanaşı, mədəni irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu beynəlxalq miqyasda təsdiqləyir.
Azvision.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən İctimai proseslər media müstəvisində mövzusunda III Forum çərçivəsində Şəhərsalma və Memarlıq İlində media gündəminə həsr olunan panel sessiyada deyib.
Onun sözlərinə görə, WUF13ə hazırda qeydiyyat davam edir:
800dən artıq yerli və xarici media nümayəndələri akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında hər cür şərait yaradılacaq. Jurnalistlər üçün media mərkəzi yaradılacaq.
Eldar Rəsulov vurğulayıb ki, tədbir zamanı 40 əsas sessiya baş tutacaq:
Sessiyalarda ölkələr şəhərsalma sahəsində təcrübələrini bölüşəcək.
O qeyd edib ki, son 1012 ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər çərçivəsində institusional baza formalaşıb.
Eldar Rəsulov həmçinin qeyd edib ki, tədbir zamanı nəqliyyatın doğru və təhlükəsiz axını üçün hazırda şəhərdə monitorinqlər aparılır:
Bakının bir sıra prospekt və küçələrində tənzimləmələr həyata keçirilir.
Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sərhəd hərbiidman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilmişdir.
DSXdan bildirilib ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103cü ildönümü ərəfəsində keçirilən hərbiidman oyunlarına respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi cəlb olunub.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz vətənpərvər, sağlam düşüncəli və yüksək fiziki hazırlığa malik gənclərin yetişdirilməsi olduğu vurğulanıb.
Qeyd olunub ki, məktəblilərin hərbifiziki hazırlığının gücləndirilməsi, onların vətənə, xalqa, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Ali Baş Komandana sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də sərhədçi peşəsinə marağın artırılması baxımından Sərhəd hərbiidman oyunları mühüm əhəmiyyət daşıyır.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir iştirakçıları və qonaqlar Yevlax şəhər Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramını izləyiblər.
Məlumat üçün bildirək ki, 1ci və 2ci mərhələləri uğurla yekunlaşan yarışın final mərhələsinə Naxçıvan Muxtar Respublikasından Sərhədçi, Şəki şəhərindən Qartal, Mingəçevir şəhərindən Qartal, Sumqayıt şəhərindən Dənizçi, İmişli rayonundan Turan, Cəlilabad rayonundan Musalı, Lerik rayonundan Çayrud, Qusar rayonundan Zeyxur, Zaqatala rayonundan Alazan, Şəmkir rayonundan Mübarizlər, Qazax rayonundan Dəli Kür komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində keçirilən oyunların final mərhələsi may ayının 6dək davam edəcək.
Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti döyüş fəaliyyəti, məişət şəraiti ilə yaxından tanış olacaq, ekskursiyalarda, mədənikütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcək.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
AzVision.az xəbər verir ki, tədbirdən əvvəl çıxış edən Kino Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Turan Məmmədli ekran əsəri barədə məlumat verib.
Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov qeyd edib ki, tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olan qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan Akinak qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar, deyə o əlavə edib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Narimanfilm MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoylar, quruluşçu operatoru Ruslan Ağazadədir.
Ekran əsəri mayın 1dən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq. AzVision.az
AzVision.az xəbər verir ki, bu barədə Reporta Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, Agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqət mərkəzində saxlayır.
Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir, Agentlikdən bildirilib.
O vurğulayıb ki, Moskva Tehranla strateji tərəfdaşlığını davam etdirmək niyyətindədir, İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun hərəkət edəcək.
Əraqçi İran ilə Rusiya arasındakı münasibətlərin strateji xarakter daşıdığını və möhkəmlənəcəyini bildirib. Onun sözlərinə görə, İran xalqı xarici təzyiqlərə müqavimət göstərməyə qadirdir və öz maraqlarını müdafiə etməyə davam edəcək.
Bu barədə SOCARın prezidenti Rövşən Nəcəf X hesabında paylaşım edib.
Bu gün Çin Xalq Respublikasının BGP Inc. şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə səmərəli görüş keçirdik.
Görüş çərçivəsində SOCAR və BGP Inc. tərəfindən birgə təsis edilən Caspian Geo şirkətinin uğurlu fəaliyyətindən danışdıq, eyni zamanda cari layihələrin icrası, əməliyyat səmərəliliyinin artırılması və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq, paylaşımda qeyd edilib.
AzVision.az xəbər verir ki, bu barədə Senator Şahin özünün X hesabında məlumat yayıb.
Senatorlar bildiriblər ki, Moskva sosial platformalar və erməniəsilli rusiyalı oliqarxlarla əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir. Məktubda bu seçkilərin regional sülh və Tramp Marşrutu layihəsi üçün həlledici olduğu qeyd olunub. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb edilib. Sözügedən platformalar ABŞnin yurisdiksiyasında olduğu üçün senatorlar hesab edirlər ki, şirkətlər Rusiyanın Ermənistanın suveren qərarlarına müdaxiləsinə imkan verməmək üçün ikiqat məsuliyyət daşıyırlar.
Tədbir Komissiyanın Sosial İnkişaf Bölməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çin Əlillər Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaş iştirakı, əlçatanlıq və inklüzivlik əsasında qabaqcıl təcrübə və əldə olunmuş nəticələri paylaşmaq, eləcə də müvafiq sahələr üzrə yeni yanaşmalar barədə fikir mübadiləsi aparmaq olub.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev tədbirdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış ASAN xidmət mərkəzlərinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər barədə onlayn formada geniş təqdimat edib.
Tədbir çərçivəsində DOST Agentliyinin nümayəndəsi ölkəmizin DOST konsepsiyası barədə geniş təqdimat edib. Eləcə də Çin Xalq Respublikasının, Türkiyə Respublikasının, Tayland Krallığının və BMTnin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının aidiyyəti üzrə fəaliyyət göstərən nümayəndələri müvafiq sahə üzrə həyata keçirilən layihələr barədə çıxış ediblər.
Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.
Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.
Məlumata görə, Gəncə İdman sarayının tikintisi layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.
Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir
Vəkillər Kollegiyasından AzVision.aza verilən xəbərə görə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 07.05.2026 cı il tarixdə saat 10:00 da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.
Bildirilir ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulu nun 27.04.2026 cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 27.04.2026cı il tarixədək Şəxsi kabinet vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.
Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİMin Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron ( https://barassociation.az/candidatelogin ) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 27.04.2026cı il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.
Toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.
İclas üzv ölkələr tərəfindən Ailə Məclisi kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edib.
Paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucunskinin, Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekincinin və Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin Qərbi Avropa üzrə icraçı direktorunun müavini Emanuele Giaufretin mövzu ilə bağlı fikirləri dinlənilib.
Toplantıda çıxış edən Elçin Əmirbəyov Azərbaycanın geosiyasi mövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarmasına diqqət çəkib.
Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar dəyişkənliyi, geosiyasi qeyrisabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün getdikcə daha vacib bir yol halına gəlib, deyə o bildirib.
Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən Elçin Əmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığını vurğulayıb. O deyib: Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl qazanqazan vəziyyətidir.
Digər çıxışçılar qlobal ticarət yolları və infrastruktur layihələri haqqında danışıblar. Bildirilib ki, bu layihələrin tam potensialını üzə çıxarmaq üçün texniki, hüquqi və investisiya ilə bağlı çətinliklərin çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməsi zəruridir.
Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaqiqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, təşkil olunan ağacəkmə aksiyaları Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunmasına ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir.
Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu oynayıb. Harvard Business Reviewnun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
+++
Bu il müsabiqəyə ümumilikdə 100ə yaxın komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib. Onlardan 12si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda isə finalda çıxış etmək imkanı qazanıb.
Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. +++
Həmçinin, həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. +++
Bu qanun layihəsinin keçid müddəalarına əsasən 2026cı il sentyabrın 15dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Rəsmi Doha bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatını məlumatlandırıb. Qeyd olunub ki, pilotsuz uçuş aparatları və raket zərbələrinə görə hüquqi cavabdehlik və maliyyə məsuliyyəti İranın üzərinə düşür.
Qətər İranın hərbi əməliyyatları nəticəsində ölkəyə dəyən ziyanın ödənilməsini tələb edir, deyə bəyanatda qeyd olunur.
NTT DATA Business Solutions və SAP kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu transformasiyanın nəticəsində maliyyə, satınalma, logistika və insan resursları üzrə əsas biznes prosesləri vahid platformaya inteqrasiya olunub. Bu yanaşma məlumatların real vaxt rejimində emalını təmin etməklə yanaşı idarəetmədə operativliyi artırır və qərarvermə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Eyni zamanda, SAP Ariba platformasının tətbiqi satınalma proseslərində şəffaflığın artırılmasını, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini və xərclərin daha effektiv idarə olunmasını mümkün edir.
Yeni sistem daxili nəzarət mexanizmlərini və risklərin idarə olunması imkanlarını daha da genişləndirərək şirkət daxilində məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmasına töhfə verir.
SAP S/4HANA platformasına keçid Azercellin dəyişən bazar dinamikalarına daha çevik uyğunlaşmasına, əməliyyat effektivliyini artırmasına və rəqəmsal xidmətlər bazarında uzunmüddətli rəqabət üstünlüyünü möhkəmləndirməsinə xidmət edir.
Bu il proqrama ümumilikdə 1500dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercellin təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar.
Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, Azercell Telekom MMC Tələbə Təqaüdü Proqramını 2007ci ildən həyata keçirir. Bugünədək şirkət ümumilikdə 300dən çox tələbəni təqaüdlə təmin edib.
Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı Baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbulu təşkil edilib.
Layihənin gələcəkdə digər xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, tərəflər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Putin Ukrayna üzrə danışıqlar prosesinə dəstək verməyə hazır olduğu üçün Ərdoğana təşəkkürünü bildirib.
Liderlər həmçinin İran ətrafında artan gərginliyin, xüsusilə enerji sektoru üçün mənfi nəticələrə səbəb olduğunu qeyd ediblər.
Görüş zamanı RusiyaTürkiyə siyasi və ticarətiqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində atılacaq addımlar da nəzərdən keçirilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X hesabında paylaşım edib.
Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığımızın inkişafına dair məsələləri müzakirə etdik. Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbiiqazla təchiz edib, paylaşımda qeyd edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 33,7 milyon ABŞ dolları dəyərində 80,1 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 10 milyon dollar və ya 22,9%, həcminə görə isə 111 min kubmetr və ya 0,1% azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, bu ilin yanvarfevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qazı ixrac edib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalıb, həcm ifadəsində isə 194 milyon kubmetr və ya 4,6% artıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Təhlillər göstərir ki, kampaniya çərçivəsində ümumilikdə 580ə yaxın unikal Azərbaycan domeninə aid epoçt ünvanına, eləcə də 12 000dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ epoçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquqmühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.
İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
• Naməlum və şübhəli mənbələrdən daxil olan epoçt məktublarını açmamaq
• Epoçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq
• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq
• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək
• Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.
Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür. AzVision.az
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənubşərq küləyi axşam şimalqərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 912° isti, gündüz 1318° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət 7080 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 811° isti, gündüz 1520° isti, dağlarda gecə 37° şaxta, gündüz 2° şaxtadan 3°dək isti olacaq.
Figaro xəbər verir ki, bahalaşmaya etiraz olaraq yük avtomobili sürücüləri Lyon şəhərində magistralı bağlayıblar. Onlar hökumətdən bahalaşmaya qarşı ciddi tədbirlər görməyi tələb ediblər. Hadisə nəticəsində 10 kilometrə çatan tıxac yaranıb. Polisin müdaxiləsindən sonra hərəkət bərpa olunub.
Marn şəhərində isə fermerlər oxşar tələblə aksiya keçiriblər.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.
Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.
Qeyd edək ki, teatrın yenidən qurulması 2025ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Yeni Şafak qəzetinə bildirib.
O, Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər dəmir yolu xəttinin tikintisinə başlandığını xatırladıb. Bu gün biz Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid dəmir yolu şəbəkəsi yaratmaq məqsədi ilə qətiyyətlə irəliləyirik, deyə türkiyəli nazir qeyd edib.
Nəqliyyat naziri, həmçinin bildirib ki, Naxçıvanda təxminən 80 km mövcud xətlərdə modernləşdirmə işləri başa çatıb və 1520 km yeni yolun tikintisi plana uyğun olaraq davam edir. Zəngəzur dəhlizinin Ermənistanın cənubundan keçəcək 4243 kmlik hissəsində yol tikintisinə gəlincə, hələlik işlər başlamayıb. Azərbaycanın hesablamalarına görə, əgər bu il Ermənistan ərazisində tikinti işlərinə başlanılarsa, bütün Zəngəzur dəhlizi beş il ərzində tamamlana bilər, deyə o əlavə edib.
İran ətrafındakı böhranla bağlı A.Uraloğlu İraqın neftlə zəngin cənub bölgələrini və limanlarını Türkiyə ilə, daha sonra isə Avropa ilə birləşdirən nəqliyyat və logistika sisteminin yaradılmasını nəzərdə tutan İnkişaf yolu marşrutunun əhəmiyyətini qeyd edib.
Orta Dəhlizlə inteqrasiya olunmuş İnkişaf yolu arteriyası təhlükəsiz və fasiləsiz ticarət üçün əvəzolunmaz alternativə çevrilib. Göstərilən istiqamətdə işlər sürətlənib. Bu təşəbbüsün həyata keçirilməsi ilə yüklərin tranzit müddəti əhəmiyyətli dərəcədə azalacaq, xərclər minimuma enəcək və ölkəmizin geoiqtisadi mövqeyi daha da möhkəmlənəcək, deyə nazir bildirib.
İranın sözügedən təşkilatdakı nümayəndəsi Əli Musəvi belə deyib.
Onun sözlərinə görə, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıqdır, lakin burada müəyyən istisnalar mövcuddur:
Hörmüz boğazı İranın düşmənləri ilə əlaqəli olan gəmilər istisna olmaqla, bütün digər gəmilərin keçidi üçün açıqdır. Lakin boğazdan təhlükəsiz keçid yalnız Tehranla müvafiq təhlükəsizlik tədbirlərinin koordinasiya edilməsi şərti ilə mümkündür.
İranlı diplomat regionda yaranmış mürəkkəb vəziyyətə görə ABŞ və İsraili ittiham edib. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradan hazırkı böhranın əsas səbəbi məhz bu iki ölkənin həyata keçirdiyi hərbi hücumlardır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silahsursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Həmçinin, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat müttəfiqlər arasında sıx koordinasiya şəraitində həyata keçirilib və insidentsiz başa çatıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin fəal iştirakı ilə həyata keçirilən bu əməliyyat zamanı şəxsi heyətin və texnikanın yüksək risk şəraitində Bağdaddan çıxarıldığını bildirib. O, təxliyə zamanı tərəfdaş ölkələrin də şəxsi heyətinin daşındığını qeyd edib.
Bundesver NMI çərçivəsində İraq təhlükəsizlik qüvvələrinin təlimində iştirak edir. Məqsəd ölkədə sabitliyin möhkəmləndirilməsi və İŞİD terror təşkilatının yenidən güclənməsinin qarşısının alınmasıdır. Bununla yanaşı, Almaniyanın təxminən 200 hərbçisi Şimali İraqda və İordaniya ərazilərində Counter Daesh və Capacity Building Iraq əməliyyatlarında iştirakını davam etdirir.
Ölkənin iqtisadi sferasında mühüm rol oynayan Azərsun Holdinq sosial məsuliyyət ənənəsinə sadiq qalaraq həssas əhali qruplarına dəstək olub. Millimənəvi dəyərlərə xüsusi önəm verən şirkətlər qrupu mütəmadi olaraq xeyriyyə və humanitar təşəbbüslərlə çıxış edir.
Holdinq bu il də Novruz və Ramazan bayramı münasibətilə minlərlə ailəyə bayram sovqatı çatdırıb.
Ötən il ərzində çoxsaylı korporativ sosial məsuliyyət və humanitar layihələri həyata keçirən şirkət bu missiyanı növbəti mərhələdə də davam etdirəcək.
Azərsun Holdinq hazırda 20 mindən çox insanı daimi işlə təmin edərək ölkədə məşğulluğun artırılmasına mühüm töhfə verir. 35 illik təcrübəyə malik şirkətlər qrupu bu gün də öz fəaliyyətini uğurla davam etdirir.
Livanın Səhiyyə Nazirliyi son iki həftə ərzində İsrailin endirdiyi zərbələr nəticəsində ölkədə 850 nəfərin həlak olduğunu açıqlayıb. Bu barədə Frans Press agentliyi məlumat yayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, ölənlər arasında 66 qadın, 107 uşaq və 32 tibb işçisi var.
Məlumata görə, hücumlar nəticəsində 2105 nəfər də yaralanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trendə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənubqərb küləyi axşam mülayim şimalqərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 46° isti, gündüz 1015° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 8085 %, gündüz 6070 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 27° isti, gündüz 1015° isti, dağlarda gecə 27° şaxta, gündüz 05° isti olacaq.
Azercell uşaqların inkişafına dəstək vermək məqsədilə Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş adlı sosial təşəbbüs həyata keçirib.
Bu barədə AzVision.az a Azercelldən məlumat verilib. Qeyd edilib ki, proqram xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarını inkişaf etdirməyi və onların cəmiyyətə daha asan inteqrasiyasını təmin etməyi hədəfləyib.
Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində icra olunub.
Üç ay davam edən proqram sosial bacarıqların inkişafı, özünüifadə və yaradıcı düşüncənin təşviqi, eləcə də rəqəmsal savadlılıq və onlayn təhlükəsizlik kimi mövzuları əhatə edib. Bundan əlavə, iştirakçılara piyada təhlükəsizliyi və ilkin tibbi yardım üzrə praktiki biliklər təqdim olunub. Təlimlər Azercellin müvafiq sahələr üzrə mütəxəssisləri və Çikaqo Universitetinin layihə koordinatoru Gülsüm Məmmədova tərəfindən keçirilib.
Qeyd edək ki, layihə Azercellin uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsinə və praktiki bacarıqların inkişafına yönəlmiş sosial təşəbbüslər çərçivəsində reallaşdırılıb.
Azercellin dəstəyi ilə həyata keçirilən FutureFem 2.0 Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi layihəsinin açılış mərasimi keçirilib. Layihə Azercellin qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. FutureFem 2.0 layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, FutureFem 2.0 layihəsi martmay ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.
Layihənin sonunda keçiriləcək FutureFem Challenge mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMTnin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.
Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır. AzVision.az
Məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.
Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13–15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Tufandağ QışYay İstirahət Kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər.
Həmçinin iştirakçılar Yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.
Layihənin sponsoru AMO Group, tərəfdaşı isə Tufandağ QışYay İstirahət Kompleksidir.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl martın 13də ödənilməsi nəzərdə tutulub.
Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.
Bu ilin yanvarfevral aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDVnin 34 milyon 926,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDVnin (tax free) məbləği 1 368,4 min manat təşkil edib.
AzVision.az xəbər verir ki, Fransa Qırmızı dənizə iki freqat göndərəcək. Bu barədə ölkə prezidenti Emmanuel Makron Kiprdə Nikos Christodoulides və Kyriakos Mitsotakis ilə keçirdiyi görüşdən sonra açıqlama verib.
Onun sözlərinə görə, gəmilər Avropa İttifaqının dəniz missiyası olan Aspides missiyası çərçivəsində bölgəyə göndəriləcək.
Makron qeyd edib ki, missiya tamamilə müdafiə xarakteri daşıyacaq.
Əsas məqsədi dənizdə müşayiət və təhlükəsizliyin təmin edilməsi olan missiya həm Avropa, həm də Avropadan kənar ölkələrlə birgə hazırlanır.
Səkkiz fəsil, 63 maddədən ibarət qanun layihəsində nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid edilir. Azərbaycanda olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə bilərlər.
Qanun layihəsinə görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu Qanunda göstərilən əlamətlərə görə ayrıseçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin (onları əvəz edən şəxslərin) hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə (onları əvəz edən şəxslərlə) bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları var. Eyni zamanda, dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur.
Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
QMİnin mətbuat xidmətindən verilən məlumata görə, sessiyalar Qadın liderliyi insan qardaşlığının möhkəmləndirilməsində əsas amillərdəndir və Humanitar fəaliyyətin praktiki siması: Gecikmədən cavab vermək, cəsurca rəhbərlik etmək və təmiz şəkildə icra etmək mövzularında olub.
Həmçinin bildirilib ki, səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə bir sıra ikitərəfli görüşlər keçirib. QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının üzvü qismində həmin şuranın Baş katibi, Zayed İnsan Qardaşlığı Mükafatı Təşkilatının Baş Katibi Məhəmməd Əbdülsəlam ilə görüşüb. Tərəflər Prezident İlham Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsindən sevinc və qürur duyduqlarını dilə gətiriblər. Şeyxülislam xüsusilə qeyd edib ki, bütün Azərbaycan dindarları adından belə bir mötəbər və tarixi tədbirdə böyük məmnunluqla iştirak edir.
Görüşdə 2026cı il ərzində Azərbaycanda və xarici ölkələrdə müxtəlif islamdaxili, dinlərarası və mədəniyyətlərarası tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər xüsusilə 2027ci ildə Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının növbəti sessiyasının keçirilməsini müzakirə ediblər.
Daxili İşlər Nazirliyindən AzVision.az a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.
Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.
Yanvarın 12nə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 uçuş (qalxış və eniş) təxirə salınıb.
Bu barədə Türk Hava Yolları (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.
Onun sözlərinə görə, qərar Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib. Uçuşlarla bağlı ən son məlumatlar THYnin rəsmi səhifəsində yayımlanır.
Qeyd edək ki, sabaha gözlənilən güclü qar səbəbindən İstanbulda təhsil müəssisələrində dərslərə birgünlük fasilə verilib.
Yanvarın 12də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 5001000 metrədək məhdudlaşacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda ABŞ həbsxanasında saxlanıldığı bildirilən Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarına oğlu Nikolas Maduro Guerra vasitəsilə mesaj göndərib və onları kədərlənməməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, hücumun məqsədi Hizbullah təşkilatının silahlı dəstələrinin bir üzvünün zərərsizləşdirilməsi olub. Zərbə ərəb respublikasının cənubunda yerləşən Zayta kəndinin ətrafına endirilib.
İsrail ordusunun bəyanatında qeyd olunur ki, bu addımlar Hizbullahın Livanın cənubunda atəşkəs razılaşmalarını davamlı şəkildə pozmasına cavab olaraq həyata keçirilib.
AzVision.az xəbər verir ki, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan RPŞ tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
Məlumatı DİNin Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.
Construction MMCnin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
Qeyd edək ki, dövlətimizin başçısının 2021ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvətərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyrirezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23də Ağdam Sənaye Parkında Saloğlu Qarabağ MMCnin istehsal müəssisəsinin təməlini qoyub. Saloğlu Qarabağ MMCnin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni, sahibkar Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Berlinə səfər edib.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqların birinci mərhələsi siyasi müşavirlər səviyyəsində qapalı formatda keçiriləcək. Almaniya Federativ Respublikasının nümayəndələri də danışıqlarda iştirak edəcək.
Almaniya kansleri Fridrix Mertsin dekabrın 15də Berlində Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin nizamlanması mövzusunda görüşü gözlənilir. Müzakirələrə bir sıra Avropa İttifaqı və NATO liderlərinin də qoşulacağı bildirilir. Bild qəzetinin məlumatına görə, Avropa üçlüyü (Almaniya, Böyük Britaniya və Fransa) formatında da danışıqlar planlaşdırılır.
Ukrayna ilə bağlı danışıqlar Vaşinqtonun noyabr ayında 28 maddəlik plan təklif etməsindən sonra intensivləşib. Kiyev və onun Avropadakı tərəfdaşları sənəddən narazı qalıb və onun dəyişdirilməsini tələb edirlər.
Əlverişsiz hava şəraiti və təyyarələrə buzdan təmizlənmə xidmətinin göstərilməsinin mümkün olmaması ilə əlaqədar Qazaxıstanın Aktau və Atırau şəhərlərinə və həmin şəhərlərdən uçuşlar təxirə salınır.
Qazaxıstanın milli aviadaşıyıcısı Air Astana Groupun mətbuat xidməti xəbər verib ki, sərnişinlərə hava limanına yola düşməzdən əvvəl uçuş statuslarını rəsmi veb saytda və ya mobil tətbiqdə yoxlamaları tövsiyə olunur. AzVision.az
Dekabrın 14dən 20dək Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.
Bu barədə AzVision.az a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirib ki, bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.
Dekabrın 14də Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı keçiriləcək.
Dekabrın 15də ÖzbəkistanAzərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası gerçəkləşəcək.
Mədəniyyət günləri çərçivəsində Navruz rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.
Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.
Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunacaq.
Xatırladaq ki, 2023cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Qeyd edək ki, Azərbaycan və özbək xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir.
Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsində müttəfiqlik zirvəsinə yüksəlib.
Hazırda qardaş ölkələrimiz arasında mədəni əməkdaşlıq əlaqələri də özünün intibah çağını yaşayır.
Həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Azərbaycanın 3 güləşçisi çıxış edib.
80 kiloqramda Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar. A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.
B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabı ilə məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabı ilə qalib gəlib.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üzüzə gəlib və Vüsal Sahibi 3:2 hesabı ilə məğlub edib.
Dadaşov Zoidzeyə 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabı ilə məğlub olub və yarışı gümüş medalla başa vurub. 90 kiloqramda İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabı ilə qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladıqları xallar hesablanıb və hər çəki üzrə yekun üçlük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kiloqramda dünya çempionu olub. İbrahim Yusubov isə 90 kiloqramda eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz dördqat dünya çempionu ünvanına sahib çıxıb.
Qeyd edək ki, ilk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya özünün sosial şəbəkə hesabında xəbər verib ki, iki həftə ərzində ölkənin 32 əyalətində əməliyyatlar keçirilib.
Baş Prokurorluqların və Jandarma Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə, vilayət jandarma komandanlıqları tərəfindən Adana, Adıyaman, Aksaray, Amasya, Ankara, Antalya, Aydın, Burdur, Bursa, Çanaqqala, Diyarbəkir, Edirnə, Elazığ, Ərzurum, Eskişehir, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Konya, Kütahya, Manisa, Mersin, Muğla, Samsun, Siirt, Sivas, Şanlıurfa, Tokat, Uşak və Van vilayətlərində keçirilən əməliyyatlar zamanı ümumilikdə 62 nəfər şübhəli şəxs qismində saxlanılıb . Onlardan 41i məhkəmə qərarı ilə həbs olunub, 4 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub, digərləri ilə bağlı istintaq hərəkətləri isə davam edir.
Şübhəlilər terror təşkilatları ilə əlaqədə olmaqda, cinayətkar qurumları maliyyələşdirməkdə və FETÖ ideologiyasını təbliğ etməkdə ittiham olunurlar.
Hadisə rayonun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, ayı Payız kənd sakini, 1974cü il təvəllüdlü Məzahir Məmmədovun və onun oğlunun üzərinə hücum edib.
Yırtıcı heyvanın hücumu nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Bu barədə ölkənin mədəniyyət naziri Raşida Dati və muzeyin mətbuat xidməti məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib və hazırda araşdırma aparılır. Oğurluğun təfərrüatları, eləcə də oğurlanmış əşyaların dəqiq siyahısı hələlik məlum deyil. İlkin məlumatlara görə, muzeydən Napoleon və İmperatriçanın zərgərlik kolleksiyasına aid əşyalar oğurlanıb. Apollon Qalereyasından doqquz əşya qarət edilib. Muzey bir gün bağlı qalıb.
Hazırda muzey jandarm nəzarətindədir.
Parisdə yerləşən Luvr muzeyi dünyanın ən böyük muzeyidir və təxminən 73 000 kvadrat metr sərgi sahəsinə malikdir – bu, on futbol meydançasının sahəsindən də böyükdür.
Muzey əvvəllər, 1546cı ildə Fransız kral ailəsi üçün saray kimi inşa edilib. Sənət həvəskarı I Fransis, Luvru öz sənət kolleksiyasını nümayiş etdirmək üçün nəzərdə tutmuşdu.
1793cü ildən Luvr rəsmi olaraq açıq incəsənət qalereyası kimi fəaliyyət göstərir.
Bu gün Luvrda 35 000dən çox sənət əsəri sərgilənir. Onların arasında Leonardo da Vinçinin məşhur Mona Liza rəsm əsəri də var. Muzey gündəlik təxminən 30 000 ziyarətçi qəbul edir.
Bu barədə AzVision.az AnewZa istinadən xəbər verir. Pekin Çində keçirilən ŞƏT sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun Şanxay ruhu prinsiplərinə uyğun olduğunu qeyd edib.
Öz növbəsində, vəziyyətlə tanış olan rəsmi şəxslər AnewZa bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və Şanxay ruhu prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə sıx bağlıdır, telekanal qeyd edib.
Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.
Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin Facebook, Instagram, LinkedIn, X və TikTok sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercellin mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı AI Chat Bot 800 minə yaxın müraciəti emal edib.
Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da 67 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları və digər xidmətləri əhatə edib.
Azercellin Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan Aicell də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84%in sorğusu Aicell tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxil olmuş zənglərin 17%ni müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib.
Ötən ilin dekabr ayında Azercell mobil tətbiqində istifadəyə verilən AI Chat Bot isə istifadəçilərin istəklərini 90% dəqiqliklə anlayaraq onların 68%ni birbaşa cavablandırıb. 24/7 rejimdə fəaliyyət göstərən bu rəqəmsal həll digər sorğuları Onlayn Müştəri Xidmətlərinə yönləndirib.
Bu nəticələr Azercellin yüksək xidmət keyfiyyətini və innovasiyalara əsaslanan müştəri yönümlü yanaşmasını əks etdirir. Belə ki, Azercellin Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 93, 2% ilə qəbul edilmiş beynəlxalq standartdan (85%) üstün olub.
Azercellin təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin aprel ayında TÜV Austria Azərbaycan MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərin emalına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
Azercellin Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə 7/24 rejimdə müraciət etmək mümkündür.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Əsəd əlŞibani ilə görüşünün yekununda jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, danışıqlar əsnasında iki ölkə arasında təmasların davamı üzrə razılığa gəliblər.
Suriyanın nümayəndə heyəti bu gün Moskvada müxtəlif səviyyələrdə görüşlər keçirəcək. Bu cür görüşlər Moskva ilə Dəməşq arasında dialoqun inkişafında müsbət rol oynayacaq. Eyni zamanda, Rusiya vətəndaşlarının təhlükəsizliyi naminə addımlar atdığı üçün Suriyaya minnətdarıq, Lavrov bildirib.
Nazir söyləyib ki, Moskva Suriyada sentyabr ayında seçkilərin keçirilməsini, yeni hökumətin qurulmasını dəstəkləyir.
+++
Xatırladaq ki, keçən il dekabrın 8də Suriyada hazırkı prezident Əhməd ƏşŞərəənin rəhbərliyindəki müxalif qüvvələr sabiq dövlət başçısı Bəşər Əsədin 24 illik hakimiyyətinə son qoyub. Beləliklə, Əsəd ailəsinin ümumilikdə 53 illik diktaturası başa çatıb. Bu, Suriyada vətəndaş müharibəsinin gedişində ən mühüm hadisə sayılır.
Bu barədə AzVision.az a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələnin maqnitudası 3,5, dərinliyi isə 33 km olub.
Qeyd edək ki, bu gün səhər Kəlbəcər rayonunda da zəlzələ qeydə alınıb.
AzVision.az Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi Metallist (Xarkov) ilə üzüzə gəlib.
Qarşılaşma köhlən atların məğlubiyyəti ilə bitib 4:5.
Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında Zirəni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, Qarabağ UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Şelburn (İrlandiya) Linfild (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 2223də, cavab qarşılaşması 2930da baş tutacaq.
Bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb. Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.
Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Türkiyə olaraq bölgədə İsrailin hücumları ilə başlayan qarşıdurmanın yayılma riskinə və təhlükəsizlik mühitinin pozulmasına hər fürsətdə diqqət çəkmişik. ABŞ tərəfindən bu gün İranın nüvə obyektlərinə edilən hücum həmin riski ən yüksək səviyyəyə qaldırdı. Türkiyə ABŞın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun mümkün nəticələrindən dərin narahatlıq duyur. Baş verən hadisələr regional münaqişənin qlobal miqyasda genişlənməsinə səbəb ola bilər. Biz bu fəlakət ssenarisinin gerçəkləşməsini istəmirik.
Bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ABŞın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələri ilə bağlı bəyanatında yer alıb.
Türkiyə XİN açıqlamasında əlaqədar bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal qarşılıqlı şəkildə dayandırmağa, daha çox insan tələfatına və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Açıqlamada, həmçinin deyilir: İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardan keçir. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətindəki səyləri dəstəkləməyə çağırırıq. Türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, ümumilikdə bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinə hər zaman ehtiyac var.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanlanan müraciətində deyilir.
Bildirilib ki, bu məqsədlə may ayının 12dən 19dək respublika ərazisində Piyadalar, diqqətli olun! şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarətprofilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğattəşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir, deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞla bərabər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqlarını bildirib. Nüvə silahı yaratmadıqlarını deyən Abbas Araqçi diqqətə çatdırıb ki, uranın saflaşdırılması və ondan enerji məqsədilə istifadə müzakirə mövzusu deyil.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 11i saat 9:00a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçayda 13 sm, Əyriçayda 12 sm, Qarabağ və ŞərqiZəngəzur bölgəsindən axan TərtərçayKəlbəcərdə 7 sm, TərtərçayVəng və Tutqunçayda 3 sm, Bərgüşadçayda 2 sm, Kür çayının aşağı axınında KürSalyanda 37 sm, KürŞirvanda 34 sm, KürBankədə isə 5 sm artım qeydə alınıb.