Azərbaycanda bir sıra kəndlərin su şəbəkəsi yenilənəcək
Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq. Artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb. Məlumata əsasən, layihə-smeta sənədləri hazırlanacaq su təchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər, Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək. Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili, Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, […]