Normal view

Dünən — 14 Avqust 2026

Nəsimi rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Axundov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, oğurluğu usta kimi işlədiyi mənzildə ev sahiblərinin olmamasından sui-istifadə edərək törədib. Rayon ərazisində baş verən digər hadisə zamanı isə sakinlərdən birinin evindən pul vəsaiti və məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Kərimov da müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Source

Cinayət törətməkdə şübhəli bilinən <span style="color: #ff0000;">44 nəfər saxlanıldı</span>

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
 
Sırağagün

Bakıda lazeroloq qadını öldürmək istədi -DETALLAR

Bakıda tanışı olan lazeroloq qadını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.C. Çələbiyeva bununla bağlı polisə şikayət edib. S. Həsənov saxlanılıb.(Report)Daha sonra S. Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C. Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C. Çələbiyevanı xilas etmək mümkün olub.Təqsirləndirilən S. Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

16 yaşlı oğlan qətl törətdi

Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.Oxu24.com  xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır

Ağır qəza:yaralılar var

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Belə ki, hərəkətdə olan üç avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

Generalın qızı ilə bağlı iddia - Natiq Əliyev kimdir? 

Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edən Türkər Əliyevanın iştirakı ilə insident baş verib.Oxu24.com xəbər verir ki, “Haqqin.az”ın məlumatına görə, Türkər Əliyeva daşınmaz əmlaka dair sənədlərlə bağlı məsələnin həlli üçün idarəyə müraciət edib. Bildirilir ki, o, bundan əvvəl də bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edib.İddiaya görə, idarə əməkdaşlarında təqdim olunan sənədin həqiqiliyi ilə bağlı şübhələr yaranıb. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.Məlumata görə, mübahisə zamanı Türkər Əliyeva üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb və yüksək səslə danışıb. Həmin vaxt növbədə olan İkinci Qarabağ müharibəsi veteranının ona sakit danışmağı xahiş etdiyi bildirilir.İddiaya əsasən, bundan sonra Türkər Əliyeva həm veteranı, həm də dövlət qulluqçusunu müxtəlif dövlət qurumlarında əlaqələrinin olduğunu söyləməklə hədələyib. Həmçinin onun sürücüsünü çağıraraq veteranın üzərinə göndərdiyi də iddia olunur.Qeyd edək ki, Türkər Əliyevanın keçmiş Müdafiə Nazirliyi idarəsinin rəisi, general-mayor Natiq Əliyevin qızı olduğu bildirilir.Türkər Əliyeva isə yayımladığı video müraciətdə hadisəyə fərqli mövqedən yanaşıb. O, Abşeron rayon daşınmaz əmlak idarəsində Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını istəyib.“Musavat.com”un məlumatına görə, Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisi vəzifəsində çalışıb. O, 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Əmirxeyir kəndində anadan olub.Natiq Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. 1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.2013-cü ildə ona tibb xidməti general-mayoru hərbi rütbəsi verilib. 2020-ci ilin iyununda vəzifəsindən azad edilib. Natiq Əliyevin Türkərdən başqa Namiq adlı oğlunun da olduğu bildirilir.Hazırda tərəflərin səsləndirdiyi iddialarla bağlı araşdırmanın nəticəsi məlum deyil.

Kənddə qətl törədildi

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.Hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.İlkin məlumata görə, kənd sakinləri arasında baş verən mübahisə bıçaqlanma ilə yekunlaşıb.Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılan zaman yolda ölüb.Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.(Report)

Millət vəkilini vəhşicəsinə döydülər - Qardaş ölkədə 

Ədirnədə CHP millət vəkili Əhməd Baran Yazqanın da olduğu evdə səhər saatlarında baş verən dava ilə bağlı başladılan istintaqda diqqətçəkən iddialar ortaya çıxıb.Oxu24.com  xəbər verir ki, hadisə avqustun 13-də saat 03:15 radələrində Ədirnədəki mənzillərdən birində baş verib.Qonşuların dava səsləri eşidərək polisə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları göndərilib.İlkin araşdırma zamanı millət vəkili Əhməd Baran Yazgan hücuma məruz qaldığını, mobil telefonunun götürüldüyünü və hadisə zamanı görüntülərinin çəkildiyini bildirərək şikayətçi olub. Hadisə ilə bağlı üç nəfər – Nuh D., Begüm Ş. və T.A. saxlanılıb.Saxlanılan şəxslərin ifadələrində davanın başlanma səbəbi ilə bağlı fərqli iddia irəli sürülüb.Şübhəlilərin sözlərinə görə, T.A.-nın evində ad günü qeyd edilib, daha sonra iştirakçılar spirtli içki qəbul edərək balkonda söhbət ediblər. İddia olunur ki, həmin vaxt Əhməd Baran Yazgan evdə olan qadınlardan biri ilə bağlı cinsi məzmunlu ifadələr işlədib və onunla yaxınlıq etmək istədiyini bildirib.Şübhəlilər bu sözlərdən sonra tərəflər arasında mübahisə yarandığını, mübahisənin isə qısa müddətdə fiziki davaya çevrildiyini iddia ediblər.T.A.-nın həmin anları mobil telefonu ilə qeydə aldığı bildirilir.İstintaq zamanı T.A.-nın hadisə ilə bağlı görüntüləri könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyi məlum olub.Görüntülərdə Əhməd Baran Yazqanın hücuma məruz qaldığı və tərəflər arasında qarşıdurmanın yaşandığı anların əks olunduğu bildirilir.Sözügedən görüntülər istintaq materiallarına əlavə edilib. Bununla yanaşı, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün telefonlar və digər rəqəmsal materialların araşdırılması davam etdirilir.İş üzrə diqqət çəkən digər məqam isə millət vəkilinə qarşı irəli sürülən cinsi xarakterli iddialarla bağlı ayrıca araşdırma başlanmasıdır.Ədirnə Baş Prokurorluğunun şübhəlilərin ifadələrində səsləndirilən iddiaları ayrıca araşdıracağı və nəticələrlə bağlı Ankara Baş Prokurorluğuna təqdim olunmaq üçün hesabat hazırlayacağı bildirilir.Yaralama və dava ilə bağlı əsas istintaq isə şübhəlilərin ifadələri, mobil telefonların ekspertizası və hadisə görüntüləri əsasında davam etdirilir.Əhməd Baran Yazqanın polis idarəsində ifadə vermədiyi bildirilir.Məlumata görə, Yazgan hadisə ilə bağlı ifadəsinin Ədirnə Baş Prokurorluğunda alınmasını istəyib. Bu səbəbdən onun prokurorluğa çağırılmasının planlaşdırıldığı qeyd olunur.Hazırda istintaq davam edir və hadisənin bütün tərəflərinin ifadələri, görüntülər və rəqəmsal materiallar araşdırılır.

İş adamının qətlinin sifarişçisi Moldovada tutuldu - Azərbaycana gətirildi 

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu (icraçı) və Yusifov Tural Ərəstun oğlu (köməkçi) barəsində ibtidai istintaq Samux rayon prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.Xatırladaq ki, Ruslan Əsgərov Ukraynada yaşayıb və oradan Azərbaycana köçərək məskunlaşan iş adamı Aytəkin Hüseynovun qətlinin sifarişində ittiham edilir.

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu 

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 27 yaşlı Elçin Hüseynzadə saxlanılıb."Unikal"ın məlumatına görə, tibbi müayinə zamanı sürücünün narkotik vasitələr istifadə etdiyi məlum olub. E.Hüseynzadə barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

Masazırda DƏHŞƏT: 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü 

Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.Hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır./Lent.az

Qardaşlar faciəli şəkildə öldülər

Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub.Oxu24.com xəbər verir  ki,APA-nın əldə etdiyi məlumata görə, rayonun Salahlı kəndindən keçən hissəsində 1998-ci il təvəllüdlü Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə 1973-cü il təvəllüdlü Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.Hadisə nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb.Bundan başqa, Akif Hacıyevin oğlu 2008-ci il təvəllüdlü Əli Hacıyev, Sabir Hacıyevin oğlanları - 2005-ci il təvəllüdlü Nihad Hacıyev və 2009-cu il təvəllüdlü Elcan Hacıyev, həmçinin Aqşin Hüseynov və 2009-cu il təvəllüdlü Rza Xurşudov xəsarət alıb.Faktı üzrə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Yevlaxda qəza - Ölən və yaralananlar var 

Yevlaxda ağır yol qəzası olub.Oxu24.com  xəbər verir ki, hadisə Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.İlkin məlumata görə, "Mercedes" və "Naz lifan" markalı maşınların toqquşması zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb.Faktla bağlı araşdırma aparılır.

Ağır qəza olub: Ölənlər  var

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.Belə ki, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı araşdırma aparılır.(Apa)

Bu televiziyanın əməkdaşı dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb.Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.Oxu.Az-ın əldə etdiyi məlumata görə, dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olub.Hadisənin təfərrüatı araşdırılır.

Ağır qəza olub:Yaralılar var

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.Qəza nəticəsində 3 nəfər yaralanıb.TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.(Report)

Bu yazılara görə saxlanılanlar var

Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb.Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.Şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.Faktla bağlı araşdırma aparılır.

Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar 

Paytaxtın Yasamal rayonunda 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N. Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.Bundan başqa, Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü. Şərifov və T. Salmanov da müəyyən edilərək saxlanılıblar.Faktlar üzrə araşdırmalar davam etdirilir.

Masazırda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb 

Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.avqustun 11-də Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırıb.Səfərdə 1:2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib.

“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var 

Avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena” stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.Oxu24.com  xəbər verir ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, oyun Azərbaycan çempionu “Sabah” ilə Danimarka çempionu “Orhus” komandaları arasında keçirilib və təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu 

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olubYanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

SON DƏQİQƏ!DİN əməliyyat keçirib:Bakıda şəbəkə aşkarlandı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.DİN-dən  bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov,  Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar.Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı:Tapılan skelet kimindir?

Bakıda bir il əvvəl itkin düşmüş qadının qətlə yetirildiyi məlum olub.Oxu24.com xəbər verir ki,bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyən edilib.İbtidai istintaq zamanı toplanmış sübutlarla 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Timofeyeva Lyudmila Veniaminovnanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurması, nəticədə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi və həmin xəsarətlər nəticəsində sonuncunun ölməsi, daha sonra isə meyiti yaşadıqları fərdi yaşayış evinin həyətində basdırması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.İş üzrə icra olunan prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə Timofeyeva Lyudmila Veniaminovnanın yaşadığı ünvanda qazıntı işləri aparılıb və orada insan skeleti aşkar edilərək götürülüb.Qeyd olunan faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və toplanmış ilin sübutlar əsasında Elnur Məmmədov qeyd oluna maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona həmin maddə ilə ittiham elan edilib.Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir 

Lənkəranda axtarışda olan gənclərin meyitləri tapılıb.“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.Belə ki, bir neçə gündür ailə üzvləri tərəfindən axtarışda olan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun “İbadi” deyilən meşəlik ərazidə tapılıb.Hazırda onların ölüm səbəbləri araşdırılır.

Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub 

2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı icraatda olmuş cinayət işlərinin sayı 2131 təşkil edib.Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.Hesabat dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin sayı 7, başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202,7 milyon manat, cinayət işləri üzrə dövlət büdcəsinə ödənilmiş vəsait 156 milyon manat təşkil edib.2025-ci ildə icraatda olmuş cinayət işlərinin 980-i və ya 46 faizi başlanmış, 75-i və ya 3,5 faizi əvvəlki ildən icraatda qalmış, 1007-si və ya 47,3 faizi icraatı təzələnmiş, 39-u və ya 1,8 faizi başqa işlərdən ayrılmış, 20 və ya 0,9 faizi qaytarılmış, 10 və ya 0,5 faizi digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər olub. 

Xalq artistinin oğlunu döyməyə görə daha 2 şəxs saxlanıldı 

Mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulu Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması ilə bağlı cinayət işi açılıb.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə istintaq aparılır.DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılıblar.Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır./qafqazinfo

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb 

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurlayıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.Rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.Araşdırmalar davam etdirilir.

Evində meyiti tapıldı 

Abşeron rayonu Saray qəsəbəsində evdən meyit tapılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 11-i saat 01 radələrində baş verib.Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Hüsü Yalçın oğlu Hüseynovun meyiti Saray qəsəbəsində yaşadığı evdə aşkar edilib.Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanıldı 

Avqustun 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Yanğın törədənlər saxlanıldı 

Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.Araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.Oxşar hadisə Ağcabədi rayonunun Poladlı kəndi ərazisində də baş verib. Yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

46 yaşlı kişi qəbiristanlığın yaxınlığında ölü tapıldı 

Ağstafa rayonu ərazisində kişi meyiti tapılıb."Unikal" xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında aşkarlanıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

59 yaşlı kişi həyətində iş görərkən öldü 

Sabirabad rayonunda bədbəxt hadisə baş verib."Unikal" xəbər verir ki, hadisə rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Xancanovun həyətində iş gördüyü zaman qeydə alınıb. Belə ki, iş prosesi zamanı onu elektrik cərəyanı vurub.Ağır xəsarət alan R.Xancanov hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ağır qəza: Ölənlər var - ADLAR

Balakən baş verən yol qəzasında bir ailənin 2 üzvü və daha bir nəfər ölüb, iki nəfər xəsarət alıb.APA-nın  məlumatına görə, "Toyota" markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası - 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.Qəzada xəsarət alanların isə "Toyota"da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və "Hyundai"da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub.***Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) 10 avqust tarixində saat 09:15 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Oxu24.com-a TƏBİB-dən məlumat verilib."Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.***10.12Balakəndə baş verən yol qəzasında üç nəfər ölüb.APA-nın  məlumatına görə, qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Ölənlərdən birinin "Toyota"da olan sərnişin, Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov və "Hyundai"nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.

 68 nəfər saxlanıldı 

Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

İcra başçısının sürücüsü qəzada öldü 

Zaqatalada ağır yol qəzası baş verib. Lent.az  xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü  

Zaqatalada ağır yol qəzası olub.Oxu24.com xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb."Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub.Nəticədə "VAZ-2199"un sürücüsü hadisə yerində ölüb.Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.Faktla bağlı araşdırma aparılır.\\lent.az

Samuxda Kürdə bir nəfər batdı  

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.Bu barədə Oxu24.com -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək.***Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.Oxu24.com  xəbər verir ki, batan şəxs 17 yaşlı G.Məmmədovadı. ***Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.Faktla bağlı araşdırma aparılır 

Şəmkirdə BƏDBƏXT HADİSƏ 

Şəmkirdə bədbəxt hadisə baş verib. Oxu24.com  xəbər verir ki,hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyində işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

Təqaüdçülərin pulunu talayan şəxs saxlanıldı 

 Oxu24.com  xəbər verir ki  DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vəkil İlqar Həmidov həbs edildi 

11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov Bakıda həbs edilib.Oxu24.com  xəbər verir ki, o, dələduzluqda ittiham olunur.Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib. Qafqazinfo.az

Baş Prokurorluqdan rüşvətə görə tutulan vəzifəli şəxslərlə bağlı MƏLUMAT 

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin rəisi Nurlan Səxavət oğlu Abbasov, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubalı oğlu Usubəliyev və qeyd edilən bölmənin zabiti Taleh Rizvan oğlu İsmayılovun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.İstintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Tanınmış "tiktok"er Bakı aeroportunda saxlanıldı - FOTO

Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.25 yaşlı Melisa Əhmədova (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "melisa__591” hesabında canlı yayım açaraq, əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.Oxu24.com xəbər verir ki,O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib./Lent.az 

Bakıda parkdan oğurluq edilib 

Binəqədi rayonunda fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı 

Bakıda mənzildən meyit tapılıb.Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.Qeyd edək ki, Xubayar Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.

Tərtərdəki hadisənin sirri açıldı - Ər-arvadı yandırıb 15 min manatı oğurlayıbmış 

ünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki,  hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olub.Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü

İmişlidə beş yaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb.Oxu24.com APA-ya istiandla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilov velosiped sürərkən traktora dəyib.Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.Faktla bağlı araşdırma aparılır.

“Laçın” ticarət mərkəzində ölüm 

“Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Modern.az xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.Faktla bağlı araşdırma aparılır.

48 nəfər saxlanıldı

Avqustun 5-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Azərbaycanda dəhşət: Mağaza sahibi müştərini ürəyindən bıçaqladı 

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.Hadisə rayon mərkəzində yerləşən geyim mağazalarından birində qeydə alınıb.İlkin məlumatlara əsasən, mağaza sahiblərindən biri ilə müştəri arasında mübahisə düşüb. Qısa zamanda böyüyən münaqişə qanlı sonluqla bitib. Belə ki, mağaza sahibi Rəşad Hacıyev 1991-ci il təvəllüdlü Babək Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi vurub.Yaralı təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb./qafqazinfo

Gəncədə kütləvi dava - ölən və yaralananlar var 

Gəncədə kütləvi dava ölümlə nəticələnib. Teleqraf.az xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Hadisə zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışları aparılır- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 4 avqust tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək.

Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü 

Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub.Oxu24.com xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib.Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da. həyatını xilas etmək mümkün olmayıb.Araşdırma aparılır. Lent.az

Üç uşaq anası estetik əməliyyatdan sonra vəfat etdi - FOTO

“Mən bilmirəm “National Prime Hospital”ın estetik cərrahı Nicat Həsənov qarın kəsir, yoxsa burun? Onu bilirəm ki, bu həkim 35 yaşlı bir qadını torpağın altına qoydu...”.Bu iddialarla “Qafqazinfo”ya adıçəkilən həkim tərəfindən icra olunan əməliyyatdan sonra vəfat edən Nərmin Zeynalovanın bacısı Günay Əsgərova müraciət edib.O bildirib ki, fevralın 17-də bacısı abdominoplastika (red- qarın nahiyəsindəki artıq dərini və piyləri çıxarmaq, zəifləmiş əzələləri bərpa etmək və daha düz bir görünüş yaratmaq üçün edilən cərrahi əməliyyat) etdirib:“4-5 gün xəstəxanada qaldı. Evə gəldikdən sonra isə vəziyyəti yaxşı deyildi. Həkimə bunu bildirsək də, qabaqlayıcı heç bir müalicə yazmadı. Bir neçə gün sonra yoxlanışa getdik, həkim dəri altına qoyulan şlanqları (drenlər) çıxartdı. Bacımın vəziyyəti heç yaxşı olmurdu, nə düzgün qidalanırdı, nə də yata bilirdi. Həkim sadəcə iki dərman yazdı, biri seftriakson antibiotik, digəri isə ketonal. Halbuki bu dərmanları insanlar qripə və digər yüngül ağrılara qarşı istifadə edirlər. Biz sonradan bildik ki, bacımda 3 əməliyyat icra olunub, ancaq sadəcə birindən məlumatlı idik. Axı bu necə ola bilər? Sən demə, 3 ağır əməliyyat keçirib.Belə ki, qarıngərmə ilə yanaşı, liposaksiya (red-bədənin müəyyən nahiyələrindən pəhriz və idmanla getməyən artıq piylərin xüsusi vakuum vasitəsilə sorulub çıxarılması üzrə estetik cərrahiyyə və bədən şəkilləndirmə proseduru) və popofilinq də (red-müvafiq nahiyənin formasını yaxşılaşdırmaq, həcm vermək və ya simmetriya yaratmaq məqsədilə edilən estetik prosedurdur) olub.Bu qədər ağır əməliyyatdan sonra isə sadəcə antibiotik yazmışdı. Nəticədə bacım artıq şlanqlar çıxarıldıqdan sonra evdə boğularaq vəfat etdi. O həkim bir dəfə də geriyə dönüb baxmadı...”Mərhumun bacısının sözlərinə görə, həkim əməliyyat zamanı xəstəyə ailəsindən xəbərsiz qan vurub:“Bu 3 əməliyyatdan xəbərimiz olmadığı kimi, əlavə qan vurulmasından da xəbərsizdik. Belə ki, proses bitdikdən sonra dedilər ki, “qan pulu borcunuzu ödəyin”. Mən anlamıram, əgər bu orqanizm çatdıra bilmirdisə, niyə bizdən xəbərsiz bu qədər əməliyyat icra olunub? Həkim bacım vəfat etdikdən sonra özündə heç bir günah görmədi, kobud danışdı. Getdik yanına, qışqıraraq dedi ki, “məndən nə istəyirsiniz, kimə şikayət edirsinizsə, edin, mənim əlimdə ekspert rəyi var”. Bacımın vəfatından sonra ekspert rəyi verildi. Rəydə qeyd olunub ki, trombdan ölüb. Bəs belə idisə, niyə tromba görə ağrıkəsici yazmışdı? Ümumilikdə xəstəxanaya 3600 manat pul ödəmişdik. Onu da qaytarmaq istəmirdilər. Bizim təkidimizlə qaytardılar və orada yazılmışdı ki, “ailənin maddi durumu aşağı olduğuna görə, ödəniş geri verilir”.Niyə belə minnət edirlər anlamıram. Atam əlildir, anam xəstədir. Geridə bacımın 3 azyaşlı uşağı qalıb. O həkim bir düşünmədi ki, 35 yaşlı bir qadını torpağın altına qoydu. Hələ bizə deyir ki, “gördüyüm işə arxayınam”, budur gördüyün iş? Çıxıb cavab verməlidir. Xəstəxana ilə bağlı heç bir sənədimiz, arayışımız da yoxdur”.Fevralın 17-də əməliyyat edilən Nərmin Zeynalova 3 gün sonra evə buraxılıb. Həmin ayın 24-ü yenidən müayinə üçün hospitala gedib, 25-i səhər saatlarında isə yaşadığı ünvanda ölüb.Şikayətçi həmçinin qeyd edib ki, klinika rəhbərliyindən bir neçə şəxs mərhumun yas mərasiminə gələrək ailəyə maddi yardım göstərmək istəyiblər:“Özlərində günah görmürlər, hətta deyirlər ki, “nə etməliydik?! Yasa da gəlmişik”. Yasa hamı gəlir, küsülü də, qanlı da, yad da. Yasın ortasında gəlib bizə pul təklif etdilər ki, “maddi dəstək olaq”. Mənə pul lazımdır? Nəyi qaytaracaqsınız? Yasın ortasında belə şey edərlər? Onlar bizə başsağlığı vermədilər, pul təklif etdilər...”İddialarla bağlı estetik cərrah Nicat Həsənovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə və mesajlarımıza geridönüş ala bilmədik.Şikayətçinin saytımıza göndərdiyi sənədlərdən aydın olur ki, sözügedən ölüm faktı əsasında cinayət işinin başlanması rədd edilib. Nərimanov rayon prokurorluğunun qərarında deyilir ki, Nərmin Zeynalovanın əməliyyatı və müalicəsi zamanı plastik cərrah Həsənov Nicat Bəxtiyar oğlu və digər şəxslər tərəfindən onun üzərində aparılmış tibbi müdaxilələr (cərrahiyyə əməliyyatları) təyin edilmiş diaqnoza və vəziyyətinə uyğun olub. Ona göstərilmiş tibbi xidmət zamanı səhiyyə sistemində mövcud olan təlimat qaydalarının tələblərinə uyğunsuzluq müəyyən edilməyib.Məsələ ilə əlaqədar Analitik Ekspertiza Mərkəzinə (AEM) də sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, araşdırma aparılması üçün vətəndaşın mərkəzə birbaşa müraciət etməsi lazımdır:“Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində, təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir.Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür. Ortada ölüm faktı varsa, artıq məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Onlar araşdırır və ehtiyac olarsa, bizə müraciət etdikləri halda rəyimizi onlara təqdim edirik.

Ədliyyə və DİN-dən birgə əməliyyat

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi  

Saatlı rayonunda 38 yaşlı kişi sevgilisinin azyaşlı qızına təcavüz edib.Hadisə Saatlı rayonu ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Anar İsayev (soyadı şərtidir) adıçəkilən şəhərcikdə xanımla tanış olub. O, himayəsində yetkinlik yaşına çatmayan qızı olan xanımla bir müddət sevgili olduqdan sonra bir yerdə yaşamağa qərar verib. Əvvəlcə qadın qızını anasının himayəsində saxlasa da, təxminən bir ildən sonra qadın yetkinlik yaşına çatmayan qızını Anarın razılığı ilə yaşadıqları evə gətirib və birlikdə yaşamağa başlayıblar.Qadın işlədiyindən onun qızı evdə tək qalmalı olub. Bundan istifadə edən Anar tez-tez evə gələrək qıza qarşı seksual hərəkətlər etməyə başlayıb. O, qızı anasını öldürməklə hədələyərək onunla mütəmadi seksual xarakterli hərəkətlər edib və bu barədə heç kimə məlumat verməməyi tapşırıb.Bir müddətdən sonra o, yenidən evdə qızla seksual xarakterli hərəkətlər edərkən ona bədən xəsarətləri yetirib. Hadisədən xəbər tutan qızın dayısı bu barədə polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İsayev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.İsayev 11 il azadlıqdan məhrum edilib. (Oxu.Az)

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO  

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.Oxu24.com  Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.Zərbənin təsirindən sürücü yerə yıxılıb.Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Sosial şəbəkədə ilk paylaşımını etdi: SAXLANILDI

Sosial şəbəkədə paylaşdığı videoda söyüş söyən şəxs saxlanılıb.Oxu24.com  xəbər verir ki, Şərur rayon sakini 47 yaşlı Rəsul Hüseynov adı çəkilən sosial şəbəkə platformasında özünə məxsus səhifədə nalayiq ifadələr səsləndirdiyi video paylaşıb.Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.Bu hərəkətinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.Rəsul Hüseynov bildirib ki, dostu ilə Arpaçaya gedib və dostu ona su atdığın üçün sərxoş halda söyüş söyüb. O, ilk dəfədir ki, sosial şəbəkəyə girdiyini və əməlindən peşman olduğunu deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.Məhkəmənin qərarı ilə R. Hüseynov 500 manat məbləğində inzibati qaydada cərimələnib. (lent.az)

Hüseyn Həsənov haqqında həbs qərarı verildi - Milyonluq əmlakı müsadirə olundu 

Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycanlı bloger Hüseyn Həsənovun dörd il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar verib. "Unikal" xəbər verir ki, H.Həsənov çirkli pulların yuyulmasında təqsirli bilinib. Məhkəmə onun Presnenski rayonundakı 46 milyon rubl (təxminən 964 min manat) dəyərində qeyri-yaşayış əmlakının dövlət xeyrinə müsadirə edilməsi barədə qərar verib.İş materiallarına görə, Həsənov 2019-2021-ci illər arasında 175 milyon rubl vergini az ödəyib. O, pulun bir hissəsini daşınmaz əmlaka yatırmaqla yuyub. Lakin bloger sonradan Federal Vergi Xidmətinə olan borcunu ödəyib və ona qarşı vergidən yayınma ittihamları ləğv edilib. Həsənovun hazırda BƏƏ-də yaşadığı güman edilir.O, özünü çirkli pulların yuyulması işində özünü günahkar hesab etmədiyini bildirib. Vəkili Mixail Yusupovun sözlərinə görə, bloger büdcəyə təxminən 300 milyon rubl ödəyərək dövlətə vergi borcunu çoxdan ödəyib. 

Gəncədə çaya yıxılan kişi xilas edilib 

Gəncədə çaya yıxılan kişi xilas edilib.Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, "112" qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb və bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Məhkəmə polkovniklə bağlı qərar verdi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.Təqsirləndirilən Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.Rəşad Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

“Xaliq Faiqoğlu” CƏRİMƏLƏNDİ

Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək qanunvericiliyini pozmaqda ittiham edilib. Oxu24.com  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən şirkət barəsində inzibati protokol tərtib edilib. Protokola əsasən, vətəndaş F. Məmmədovun müraciəti əsasında Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən MMC-yə sorğu ünvanlanıb. Sorğuda işçi ilə əmək müqaviləsinin bağlanması ilə bağlı tələb olunan sənədlərin 7 iş günü ərzində təqdim edilməsi istənilib. Amma cəmiyyət tərəfindən F. Məmmədova aid məzuniyyətlərin ödənilməsini təsdiq edən və son haqq hesabın ödənilməsini təsdiq edən sənədlərin surətləri təqdim etməyib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati qaydada ittiham verilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Xaliq Faiqoğlu” 2 min manat cərimə edilib.

Mərdəkanda gənc oğlan dənizdə boğuldu 

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən dəniz çimərliyində boğulma hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, Bakı şəhər sakini, 22 yaşlı Elgün Qarayev dənizdə boğulub.Hazırda onun tapılması istiqamətində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə tədbirləri həyata keçirilir.Faktla bağlı araşdırma aparılır.

Ağır qəza - ÖLƏNLƏR VAR 

Ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.Bununla bağlı DİN-in mtbuat xidmətindən məlumat verilib.Qəza nəticəsində Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itirib, yük avtomobilinin sürücüsü isə xəsarət alıb.İlkin araşdırmalara görə hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısa müddətli istirahət etməyə çağırır.  Unutmayaq: Təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir!

Naxçıvanda bələdiyyə sədrinə cinayət işi açıldı 

Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.Naxçıvan MR Prokurorluğundan  verilən xəbərə görə, istintaqla Zülfüqar Zülfüqarovun 2020-2024-cü illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyət və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyənin adından torpaq icarəsi və satışı ilə bağlı bələdiyyə iclas qərarlarına bələdiyyə üzvlərinin adından imza etməsi, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiqləməsi və sonradan bu sənədlərdən istifadə etməsinə dəlalət edən mötəbər sübutlar əldə edilib.Zülfüqar Zülfüqarova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Culfa rayon Məhkəməsinə göndərilib.

Bilgəh çimərliyində meyit tapıldı 

Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində meyit tapılıb.Oxu24.com “Qafqazinfo”ya istinadən  xəbər verir ki, cəsədin təxminən 45-50 yaşlı kişi olduğu müəyyən edilib.Hazırda onun kimliyinin dəqiq müəyyən edilməsi üçün işlər aparılır.Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb.

SON DƏQİQƏ! DİN əməliyyat keçirib:Tutulan şəxslərin şok əməlləri ifşa edildi

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub.DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.

Ağır qəza: Ölənlər var

Tərtərdə minik və yük avtomobilləri toqquşub, iki nəfər ölüb.Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində "Mercedes" markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlunun və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Arzumdan xəbər var

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.Oxu24.com-un  xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.Apellyasiya şikayəti hakim Elnur Nuriyevin icraatına verilib.Məhkəmənin ilkin baxış iclası iyulun 22-nə təyin edilib.Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Gəncədə 5 nəfər yas mərasimində zəhərlənib 

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.Oxu24.com-un yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.Xatırladaq ki, 2 gün əvvəl də Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ağır qəza: ölənlər var 

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un məlumatına görə, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova yaralanıb.Faktla bağlı araşdırma aparılır./lent

Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb

Binəqədi rayonunda idman zalından oğurluq edən şəxslər saxlanılıblar.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ  

Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb.Oxu24.com  xəbər verir ki, Bizim.Media-ya gəncin yaxınlarının verdiyi məlumata görə, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib.Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb.

Bakıda maşında meyit tapıldı 

Bakıda maşından meyit tapılıb.Oxu24.com  xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.Bakı şəhər sakini, 45 yaşlı Yuriy Georciyeviç Fyodorovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Cəmənzəminli küçəsində özünə məxsus “Toyota” markalı avtomobilində aşkar edilib.(lent.az)

6 ayda narkotiklə bağlı 4434 cinayət aşkarlanıb

Bu ilin 6 ayında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4434 cinayət faktı aşkarlanıb.Oxu24.com  xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında deyilir.Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Sabiq idarə rəisi barədə HƏBS QƏRARI verildi

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə başlayıb.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Prosesdə Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı zərərçəkənin nümayəndəsi qismində iştirak edib.İclasda təqsirləndirilən Mehdi Əmrahovun barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.Mehdi Əmrahov məhkəmə zalında həbs edilib.Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 20-nə təyin edilib.Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.O, nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Zeynəb dənizdə boğuldu

Bakıda qadın dənizdə boğulub.Oxu24.com xəbər verir ki, Buzovna qəsəbəsinin ərazisində yerləşən çimərlikdə Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel suda boğulub.Z.Cödelin meyiti sudan çıxarılmışdır.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.Report

Qadın faciəvi şəkildə ÖLDÜ

Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində ölüb.Oxu24.com  xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.(Teleqraf)

Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü 

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.Oxu24.com xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.Faktla bağlı araşdırma aparılır.

Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” – <span style="color: #ff0000;">TƏFƏRRÜAT</span>

Bərdə rayonunda 50 yaşlı kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü Ramil keçmiş arvadı Səbinəni (adlar şərti verilib – red.) ona xəyanət etməsində, eyni zamanda ailəsinin dağılmasında, tək qalmasında və uşaqları ilə münasibətlərinin pozulmasında günahlandırıb.
 
Qisas niyyəti ilə keçmiş arvadını öldürmək qərarına gəlib. 2024-cü il oktyabrın 3-də saat 8 radələrində qadının işlədiyi ticarət mərkəzinə gedib.
 
Mərkəzdəki mağazaya daxil olan Ramil özü ilə gətirdiyi ov bıçağı ilə Səbinənin bədənin müxtəlif nahiyələrinə zərbələr yetirib.
 
Ümumilikdə 20 xəsarət alan qadının yerə yıxıldığını görən Ramil onun öldüyü qənaətinə gəlib və mağazadan çıxıb. Əraziyə toplanmış çoxsaylı insanların təcili tibbi yardımın çağırması və həkimlərin səyi nəticəsində qadının həyatı xilas edilib.
 
İstintaq orqanı tərəfindən Ramilin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq silah əldə etmə) maddəsi ilə ittiham elan edilib.
 
Ramil ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, əvvəllər də Səbinə ilə mübahisələri olub, buna görə işləmək üçün Bakıya gedib: “Səbinə anidən mənə soyuq münasibətlər göstərdi. Daha sonra boşanmaq istədi. Boşanmamaq üçün təkidlər etsəm də, o, fikrindən əl çəkmədi, məndən polisə şikayət etdi”.
 
Təqsirləndirilən şəxs deyib ki, arabir Bakı şəhərindən rayona gələndə də aralarında dava yarandığı üçün dərhal geri qayıdıb: “Yenidən mobil telefonla Səbinəyə zəng etdim. Boşanmağı onun ağlına kimin saldığını soruşdum, bunun öz düşüncəsi olmadığını bildirdim. Mənə nalayiq ifadələrlə cavab verdi. Səbinənin işlədiyi bazara gedəndə yenidən mübahisə etdik. Mənə dedi ki, kişi olsan, bura gəlməzsən. Başqa söyüşlər də söydü.
 
Səbinənin ifadələri qüruruma toxundu, ona bıçaqla zərbələr endirməyə başladım. Daha sonra özümə 7 bıçaq zərbəsi vurdum. Qəzəbli olduğum üçün çoxlu sayda bıçaq vurmuşam. Təcili tibbi yardım öncə Səbinəni, sonra məni xəstəxanaya apardı. Mən 14 gün xəstəxanada qaldım”.
 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Səbinə ilə arasında mübahisə qısqanclığa və bazarın müdirinə görə baş verib: “Boşanmamışdan öncə Səbinəyə dedim ki, boşansan, gəlib səni də öldürəcəm, özümü də. Mənim üzərimdə həmişə bıçaq olub.
 
Hadisə günü mağazaya girdikdə Səbinə arxası mənə tərəf əyilmiş vəziyyətdə mal yerləşdirirdi. Mağazaya xəbərsiz getmişdim. Məni təhqir edəndə əvvəlcə onu təpiklə vurdum, sonra isə bıçaqla zərbələr endirdim. Səkkiz zərbədən sonra öldüyünü ehtimal etdim. Özümə də bıçaqla 7 xəsarət yetirdim”.
 
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, mağazada mal yerləşdirən zaman kürək nahiyəsinə zərbə dəydiyini hiss edib: “Geriyə dönəndə Ramili əli havada bıçaqlı görüb qışqırdım. Təxminən 4 zərbədən sonra stol qırıldı və mən stolun altına yıxıldım. Ramil ayaq nahiyələrimə də bıçaqla vurdu, sonra çölə çıxdı, “kim yaxına gəlsə, öldürəcəm” deyə qışqırdı. Polis əməkdaşı gələrək mənə ilkin tibbi yardım göstərdi”.
 
Zərərçəkmiş bildirib ki, Ramil ona şiddət göstərdiyi üçün boşanıb: “Məni ölümlə təhdid edirdi, niyyəti məni öldürmək idi. Bıçaq vurarkən “mənim itirəcək heç nəyim yoxdur, elə bilirdin, bəzənib ərə gedəcəksən?” deyə ifadələr işlətdi. Mənə heç kim Ramildən ayrılmağım üçün hədə-qorxu gəlməyib”.
 
İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ramil 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - <span style="color: #ff0000;">Yevlaxdakı qətlin təfərrüatı</span>

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub.
 
Bildirilib ki, 2007-ci ildə Ə.Rəsulov Ruslangilin ailəsindən 10 illik müddətə torpaq icarəyə götürərək yonca əkib. Müddət başa çatdıqdan sonra Ruslan torpağı özünün becərəcəyini bildirərək ondan alıb. Hadisədən öncə isə Əli Rəsulov əkdiyi yoncanın Ruslan tərəfindən biçildiyini görüb və səhər saat 6 radələrində sahəyə gəlib. Bundan sonra Ruslan da yuxudan oyanaraq oraya gedib və münaqişə yaranıb. Ə.Rəsulov "Toyota Prado" markalı avtomobilindən tüfəng götürərək Ruslanı güllələyib. O, hadisə yerində ölüb.
 
Bundan sonra Ə.Rəsulov qanunsuz olaraq Ruslangilin evinə daxil olaraq onun arvadına "Ruslana atəş açdım, deyəsən başından dəydi, ölüb-ölmədiyini bilmirəm, gedin onu götürün", - deyib.
 
Qətlə görə Cinayət Məcəlləsinin 120-ci, Ə.Rəsulovun Ruslanın evinə gedib arvadını silahla hədələməsinə görə isə 134 və 157-ci maddələri ilə iş açılıb.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 69 yaşlı kişiyə 12 il həbs cəzası verilib.

Sabiq MTN polkovniki həbsxanada DAVA EDİB

Hazırda Penitensiar Xidmətin 9 Saylı Cəzaçəkmə Müəsssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Sahib Ələkbərov qalmaqalla üzləşib.Oxu24.com Gununsesi.info-ya istinadla bildirir ki, sabiq MTN zabiti müəssisədə Kamran adlı zabitlə dalaşıb.Olay nəticəsində Sahib Ələkbərovun barəsində cəza tədbiri görüldüyü deyilir. pizza hutO, müəssisənin daxili nizam qaydalarını pozmaqda günahlandırılıb.Xatırladaq ki, Sahib Ələkbərov MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunub.Çoxsaylı cinayətlərdə ittiham olunan sabiq şöbə rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bakıda faciə: Ölən var

Bakı sakini 8-ci mərtəbədən yıxılıb.Oxu24.com  xəbər verir ki, hadisə iyunun 20-də Xətai rayonunda baş verib.Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Ə.Quliyeva qonaq getdiyi qardaşı evində, 8-ci mərtəbədə mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılaraq ölüb.Araşdırma aparılır.

“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu 

Şamaxıda MMA üzrə məşqçi Orxan Hacıyevi qətlə yetirən Amil Surxayevin məhkəmə prosesi başa çatıb.Oxu24.com Xitab24.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən, 28 yaşlı təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.Amil Surxayev cinayəti qisas məqsədilə törətdiyini etiraf edib. Onun ifadəsinə görə, qardaşı Ruslan Surxayevin Orxan Hacıyev tərəfindən  qətlə yetirilməsini və bu cinayətə görə cəmi iki il sonra azadlığa çıxmasını həzm edə bilməyib.Məlum olub ki, Orxan həbsdən çıxdıqdan sonra Amil tərəfindən izlənilib və onun yerini Şamaxıda müəyyən edib. Mərhum qardaşına məxsus silahı götürən Amil, Orxanın yaşadığı ünvana gələrək onu tək yaxalamağı planlaşdırıb. O, yaranan ilk fürsətdə bir dəfə Orxanın qarın nahiyəsinə atəş açıb. Zərərçəkən Orxan Hacıyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisədən sonra Amil Surxayev polisə təslim olub, qardaşını öldürən Orxanı qətlə yetirdiyini, peşman olmadığını bildirib.Amil ifadəsində onu da əlavə edib ki, Orxan Hacıyev qardaşının qətli ilə bağlı sosial şəbəkələrdə artıq-əskik rəy yazanlara cavab verməyib, qardaşı barədə "Allah rəhmət eləsin!" cümləsini işlətməyib. Bunun əvəzinə, müəllim kimi fəaliyyətini davam etdirəcəyini bildirib ki, bu da onda qıcıq yaradıb.Qeyd edək ki, Amilin qardaşı Ruslan Surxayev 2020-ci ildə Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsi isə işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salmış, istintaq və məhkəmə dövründə təqsirləndirilən şəxs bu cəzanı çəkdiyindən məhkəmə zalından azadlığa buraxılmışdı. 2025-ci ilin martında isə Amil Surxayev Orxan Hacıyevi qətlə yetirib.Xatırladaq ki,  Ruslan Surxayev də tanınmış idmançı idi. Sərbəst güləşçi gənclər arasında Avropa çempionu, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi, Dünya birinciliyinin isə gümüş mükafatçı olmuşdu.

Hərəkət qaydasını pozan piyada saxlanılıb

Özü və başqalarının həyatına real təhlükə yaradan piyadanı yol polisi saxlayıb.Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.Məlumatda qeyd edilib ki, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd göstərən piyadanı yol polisi saxlayıb və onunla maarifləndirici söhbətlər aparıb: "Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur".

Ağır qəza:Ölən və yaralılar var

İsmayıllıda iki minik avtomobili toqquşub.Oxu24.com xəbər verir ki, hadisə rayonun Uştal kəndinin ərazisində qeydə alınıb.1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.Nəticədə "VAZ-2106" markalı avtomobildə sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı cinayət işi başlanıb.

ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb 

Gecə saatlarında ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.Bu barədə “The Times of Israel” məlumat yayıb.Təyyarənin qəzaya uğraması nəticəsində üç İsrail vətəndaşı - pilot və iki sərnişin həyatını itirib.Qəzanın səbəbi hələlik məlum deyil.

Tovuzda ağır qəza olub

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un AZƏRTAC-a istinadən  məlumatına görə hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı 

Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb.Oxu24.com  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə.N.-nin meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində aşkarlanıb.Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Ə.Novruzov 11-ci sinfi bu il bitirib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Gəncədə evdən meyit tapılıb

Gəncədə evdən meyit tapılıb.APA-nın  xəbərinə görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ağır qəza: Ölən və yaralı var

Qəbələdə piyadanı avtomobil vurub.Oxu24.com  xəbər verir ki, ilkin məlumata əsasən “VAZ 2106” markalı avtomobil iki nəfəri vurub.Hadisə zamanı şəxslərdən biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.(APA)

67 yaşlı qadının meyiti tapıldı 

Gəncədə 67 yaşlı qadının meyiti tapılıb.Oxu24.com  xəbər verir ki, Xalidə Eminbəylinin meyiti Firdovsi küçəsindəki şəxsi mənzilində aşkarlanıb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo)

Qardaş ölkədə faciə: ölən və yaralananlar var 

Türkiyənin İsparta vilayətində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.Oxu24.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.Məlumata görə, mikroavtobus güclü yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.Əraziyə polis, təcili tibbi yardım, yanğınsöndürmə briqadaları cəlb olunub.Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.Faktla bağlı araşdırma aparılır.

83 yaşlı qadını döyüb öldürən şəxs tutuldu

Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb.Oxu24.com  verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə ki, 1943-cü il təvəllüdlü Həsənova Şərqiyyə İdiş qızı yaşadığı binanın qarşısında döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün tibb müəssisəsində vəfat edib.Hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Ramiz Əhməd oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

(18+) 23 yaşlı oğlan bu əməlinə görə  həbs olunub

Gəncədə yeniyetmə qızla cinsi əlaqədə olan 23 yaşlı oğlan həbs olunub.Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, hadisə Bala Bağman qəsəbəsində qeydə alınıb.İttiham aktına görə, 2003-cü il təvəllüdlü İsrafil Nadirov (ad və soyad şərtidir) atasının dayısı oğlunun 2010-cu il təvəllüdlü qızı Gülsümdən (şərti adla) xoşu gəlib. O, 2025-ci ilin qış aylarında "Instagram"da qıza yazaraq, sevgisini etiraf edib. Bundan sonra aralarında sevgi münasibətləri yaranıb. Bir gün gecə saatlarında Gülsümün dəvəti ilə İsrafil onların evinə gedib. Burada ilk dəfə cinsi əlaqədə olublar. Sonradan təbii və qeyri-təbii olmaqla cütlüyün cinsi münasibəti bir neçə dəfə davam edib. İsrafilin yetkinlik yaşına çatmayan qohumu ilə cinsi münasibəti qızın valideynlərinin yataq otağında və yardımçı tikilidə qeydə alınıb.Bundan əlavə, həmin günlərin birində İsrafil yataq otağında Gülsümlə cinsi əlaqədən sonra döşəyin altındakı qızıl mücrü qabını götürüb. Qabın içində isə təxminən 22 min manatlıq qızıl olub. İsrafil həmin qızıllardan iki üzüyü bir oğlanla qıza satıb. Qalanını isə yol kənarında ağaclıq əraziyə atıb.Oğurluqdan xəbər tutan zərərçəkənlər küçədəki kameraya baxaraq hadisənin İsrafil tərəfindən törədildiyini öyrəniblər.Nəticədə İsrafil Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddələrlə cinayət işi açılıb.Təqsirləndirilən şəxsi ifadəsində əməlindən peşman olduğunu, zərərçəkən tərəflə barışdığını və gələcəkdə Gülsümlə evlənəcəyini deyib. Zərərçəkən tərəf də, həmçinin İsrafilə qarşı şikayət və tələbinin olmadığını bildirib.Məhkəmənin qərarı ilə İsrafil Nadirov yekun olaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda ötən gün 24 mindən çox çətənə kolu məhv edilib 

Azərbaycanda iyunun 19-da yabanı halda bitmiş 19,4 ton çəkidə 24 503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bununla yanaşı paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd avtomat silahı, bir tapança, qumbara, alışdırıcı, beş tüfəng, dörd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar olunub.

Rəşadət Əlizadənin bulvarda MEYİTİ TAPILDI 

Bakıda meyit tapılıb.Oxu24.com  xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində baş verib.Parkın ərazisində orta yaşlı kişinin meyiti aşkar edilib. Araşdırmalarla həmin şəxsin 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşadət Mehdi oğlu Əlizadə olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimala görə, R.Əlizadə park ərazisində ürək çatışmazlığında dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Zaqatalada su hovuzunu təmir edən kişi yanıb 

Zaqatalada su hovuzunu təmir edən 32 yaşlı kişi ağır yanıq xəsarəti alıb.Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib.Belə ki, rayonun Dağlı kənd nümayəndəliyində qeydiyyatda olan, Aşağı Tala kəndində yaşayan 32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir işləri aparan zaman təbii qazdan istifadə edib.Təbii qazla ehtiyatsız davranan Taleh İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib.Faktla bağlı araşdırma aparılır.(apa)

DİN əməliyyat keçirib: 56 nəfər saxlanılıb

Azərbaycanda iyunun 19-da cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Masazırda faciə: Ölən var

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.Məlumata görə, motosikletin vurduğu 4 yaşlı uşaq təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda həyatını itirib.Faktla bağlı araşdırma aparılır.(Report)

Baş Prokurorluq məlumat yaydı:Vasif Haqverdiyev həbs olundu

Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır.Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.Oxu:  Bu halda təqaüdünüz dayandırılacaq Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Ağır qəza:Yaralılar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un  məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər, 2011-ci il təvəllüdlü A.Hüseynquliyev, 1970-ci il təvəllüdlü M.Quliyeva, 2006-cı il təvəllüdü Ş.Qurbanov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.Məlumata görə, mikroavtobus fəhlələri istixanaya apararkən qəzaya düşüb. İlkin ehtimala əsasən, qəza nəqliyyat vasitəsinin qarşısına itin çıxması səbəbindən baş verib.Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.APA

Şəmkirdə evdən 59 yaşlı qadın meyiti tapılıb

Şəmkirdə meyit tapılıb.Oxu24.com-un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki rayon sakini 1967-ci il təvəllüdlü G.Mehdixanovanın meyti yaşadığı evdən aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölüm səbəbləri məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.Apa

Kəlbəcər sakini güllə yarası aldı 

Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarasıalıb.Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davaranaraq əl nahiyyəsindən güllə yarası alıb. Adıçəkilən şəxs Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.Faktla bağlı araşdırma başlanılıb

Dükana gedərkən yolda öldürüldü — VİDEO

Zaqatala rayonunda qətl hadisəsi baş verib.Oxu24.com-un  məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Qətli 58 yaşlı Ələsgər Əhmədovun törətdiyi bildirilir. İlkin ehtimala görə, hadisəyə həmkəndlilər arasında yaranmış mübahisə səbəb olub. Hadisə yerinə həkim briqadası çağırılsa da, artıq gec olub. Məlumata görə, tərəflər arasında mübahisə uzun müddətdir davam edib. Hətta onların bir neçə dəfə dava etdikləri də qeyd olunur. Sonuncu mübahisə isə qətllə nəticələnib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rahim Məcidovun tövlədən MEYİTİ TAPILDI 

Şəmkirdə tövlədən kişi meyiti tapılıb.Oxu24.com xəbər verir ki, hadisə Çənlibel kəndində qeydə alınıb.Kənd sakini 51 yaşlı Məcidov Rahim İbrahim oğlunun meyiti yaşadığı evin bağında yerləşən tövlədə aşkarlanıb.Onun hansı səbəblə öldüyü isə bilinmir.Araşdırma aparılır. (bizim.media)

Sevgi adı ilə oğurluq: iki nəfərə cəza verildi

İmişlidə gənc qızın sevgi münasibətində olduğu şəxsin təsiri ilə dayısının evindən pul və qızıl-zinət əşyaları oğurlaması işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, tərəflər arasında bir neçə il əvvəl sevgi münasibəti yaranıb. Gənc oğlan qıza borclarının olduğunu, gələcəkdə biznes qurmaq və onunla evlənmək istədiyini deyərək, dəfələrlə maddi kömək göstərməsini istəyib.İttihama görə, qız ilk olaraq 2025-ci ilin aprel ayında dayısına məxsus evdəki sandıqdan 200 ABŞ dolları götürərək sevgilisinə verib. Bir neçə gün sonra isə həmin sandıqdan müxtəlif qızıl-zinət əşyalarını oğurlayaraq ona çatdırıb. Oğurlanan qızıllar sonradan satılıb və əldə olunan vəsait müxtəlif şəxsi ehtiyaclara sərf edilib.Bununla kifayətlənməyən gənc oğlan qızı yenidən oğurluq etməyə sövq edib. Bir müddət sonra qız dayısına məxsus evdə saxlanılan 16 min 800 ABŞ dollarını da götürərək sevgilisinə verib. Araşdırma zamanı müəyyən edilib ki, həmin pulun bir hissəsi manata dəyişdirilib, müxtəlif şəxsi xərclərə və biznes qurmaq məqsədilə istifadə olunub.İş materiallarına əsasən, oğurlanan əmlak arasında qızıl üzüklər, sırğalar, boyunbağı, qolbaqlar və digər zinət əşyaları olub. Zərərçəkmiş şəxsə ümumilikdə 36 min manatdan artıq maddi ziyan dəyib.Zərərçəkmiş tərəfin nümayəndəsinin ifadəsinə görə, ailə üzvləri uzun müddət oğurluqdan xəbərsiz olublar. Pul və qızıl-zinət əşyaları evdəki sandığın alt hissəsində saxlanıldığı üçün onların yoxa çıxması dərhal aşkar edilməyib. Hadisə yalnız ailə üzvləri sandığı yoxlayarkən üzə çıxıb və bundan sonra polisə müraciət olunub.Məhkəmə iclasında qız təqsirini etiraf edərək bildirib ki, sevgilisinin onunla evlənəcəyinə inanıb və ona kömək etmək məqsədilə bu addımları atıb. Digər təqsirləndirilən şəxs isə qismən təqsirini qəbul edib və oğurlanan qızılların satıldığını, əldə edilən vəsaitin şəxsi ehtiyaclara xərcləndiyini təsdiqləyib.Məhkəmə araşdırması zamanı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) üzrə irəli sürülmüş ittiham hər iki şəxsə münasibətdə ümumi ittihamdan xaric edilib. Hökmə əsasən, qız Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Onu oğurluğa təhrik edən sevgilis isə Cinayət Məcəlləsinin 32.4, 177.2.2 və 32.4, 177.2.4-cü maddələri (təkrar oğurluğa təhrik etmə və xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluğa təhrik etmə) ilə təqsirli bilinib. Məhkəmə ona 600 manat məbləğində cərimə cəzası təyin edib.

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

İyunun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron aşkar edərək götürüblər.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən bildirilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Oğuzda narkotik satışı ilə bağlı 4 nəfər saxlanılıb 

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblarDİN-in Mətbuat xidmətinin regional qrupundan Oxu24.com-a verilən məlumatına görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb. Onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu silah aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Moskvada bazara hücum: Yaralanan azərbaycanlılar kimlərdir?

Moskvadakı "Sadovod" ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.Oxu24.com-un APA-ya istinadən  məlumatına görə, bu gün səhər saatlarında "Sadovod" bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.Hazırda yaralılardan birinin evə buraxıldığı bildirilib.Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Moskvaya kütləvi dron hücumu həyata keçirib. Nəticədə Moskvanın cənub şərqində yerləşən Neft Emalı Zavodu və onun yaxınlığında yerləşən "Sadovod" ticarət mərkəzində yanğın baş verib. Dronlardan biri zavoda çırpılıb, "Sadovod" ticarət mərkəzinə isə havada vurulmuş dron parçaları düşüb. Nəticədə ticarət mərkəzinə böyük ziyan dəyib. Mərkəzdə çalışan Azərbaycanlı iş adamlarının milyonlarla rubl dəyərində malı yanıb.

SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.Bu barədə Oxu24.com-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat verib.Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.“AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir”, - açıqlamada deyilir.

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı 

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.Oxu24.com  xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli bilinərək ittiham olunub.İttiham aktına görə, Həmid Bəkirov özünü yüksək vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edərək, zərərçəkənə işini düzəldəcəyini vəd verib. Bunun üçün ondan 2000 manat pul alıb.Lakin verdiyi vədə əməl etməyib. O, aldığı pulun 500 manatını qaytarsa da, yerdə qalanını verə bilməyib.Zərərçəkənin şikayəti əsasında Həmid Bəkirov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi açılıb.Bunu da oxuŞəmkirdə evdən meyit tapıldıSabah bəzi ərazilər qazsız qalacaqFariz Məmmədovu "tok" vurub öldürdüZərərçəkən Şöhrət Abbasovun (ad və soyad şərtidir) sözlərinə görə, təqsirləndirilən şəxslə atası İsmayıllıya gedərkən yolda tanış olublar. Belə ki, səfər zamanı avtomobildəkilər yaxşı görkəmdə olan Həmidə “əmi” deyə müraciət ediblər. Yolda ikən atası onun problemini Həmidə danışıb.Həmid də Bakıda olanda onunla “İnşaatçılar” metrostansiyası yaxınlığında görüşüblər.Şöhrət bildirib ki, Həmid işinin düzəlməsi üçün 3 min manat istəsə də, o, 2 min manat verib.Lakin sonradan dələduzluqdan şübhələnərək, pulunu geri istəyib.Təqsirləndirilən şəxsin sözlərinə görə isə 20 yaşında olan nəvəsi yeriyə bilmir və bunun üçün əvvəllər xarici ölkələrə müalicəyə aparıb. Şöhrətin atası oğlunun problemini ona danışıb və o da nəvəsinin xəstəliyini bildirərək, zərərçəkənin atasından kömək istəyib. Həmid Bəkirov həmin 2000 manatı məhz nəvəsinə kömək adı ilə aldığını bildirib. O, zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyib.İstintaq zamanı təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. O, məhkəməyə ərizə ilə müraciət edərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.Məhkəmənin qərarı ilə, Həmid Bəkirovun barəsində amnistiya aktı qəbul olunub və o, sərbəst buraxılıb.

SON DƏQİQƏ!Azərbaycanın beynəlxalq axtarışa verdiyi qadın KİMDİR?

Xarici ölkələrə tur paketlər təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan olunub.Oxu24.com-un  xəbərinə görə, 1995-ci il təvəllüdlü Şen Faida Zülfüqar qızı barəsində dələduzluq əməlləri ilə bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Müəyyən edilib ki, o, ölkəni tərk edib.Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı 

Moskvada 1990-cı illərdən bəri ilk dəfə “qanuni oğrular”ın iştirak etdiyi ad günü məclisinin qarşısı alınıb. Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kriminal aləmi üzrə ixtisaslaşmış “Prime Crime” agentliyi məlumat yayıb.Məlumata görə, kriminal aləmdə “Suren Andijanski” kimi tanınan erməni əsilli Suren Tavadovun yubiley mərasimi Moskva yaxınlığındakı restoranlardan birində keçirilib. Tədbir hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb.Bildirilib ki, mərasimdə kriminal aləmdə tanınan "Diplomat Vaqif" ləqəbli azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov və "Torçik" ləqəbli Nuqzar Torçinava da iştirak ediblər. Polis tərəfindən sorğu-sual zamanı iştirakçılardan heç biri özünü “qanuni oğru” kimi təqdim etməyib.

Bakıda 19 min manatlıq oğurluq edilib - Həbs olunanlar VAR

Abşeronda oğurluq edən şəxslər saxlanılıblar.Oxu24.com DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tiktokerin məhkəmə zalında həbsi tələb edildi

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəməsi davam etdirilib. Oxu24.com xəbər verir ki,, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkili Hikmət Əliyev hakimə etiraz edib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. Belə ki, Hikmət Əliyevin etirazı qəbil edilməyib. Vəkil Hikmət Əliyev artıq bundan sonra vəsatətlər verib. O, əvvəlcə istintaq eksprementinin keçirilməsi ilə bağlı vəsatət verib. Vəkil bildirib ki, avtomobillər arasında hündürlük baxımından fərqlilik var. Belə ki, qarşı tərəfin avtomobilində ağ rəng Arzumun avtomobilinin rəng ləkəsi deyil. Daha sonra məhkəmə istintaqının yekunlaşdırılması qərara alınıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri buna etiraz edərək əlavə şahidlərinin olduğunu məhkəmənin vəsatət veriblər. Vəkillərin bu vəsatətləri də təmin edilməyib və məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə tiktoker Arzumun 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmənin yekun iclası iyunun 25-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.  (Unikal)

Yardımlıda xeyli narkotik bitki məhv edilib 

Yardımlıda yabanı halda bitən xeyli narkotik bitki məhv edilib.DİN-in Mətbuat xidmətinin regional qrupundan Oxu24.com-a verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.

Elşən Şamilov Azərbaycana təhvil verildi

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyada tutulub.Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Azərbaycana ekstradisiyasını həyata keçirib.Qeyd edilib ki, 1990-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə (Azərbaycan Respublikasının qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.Vurğulanıb ki, Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Almaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.Şamilov Elşən Həsən oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bakıda mğazadan 10 min manat oğurlanıb

Xətai rayonunda mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.Daxili İşlər Nazirliyindən Oxu24.com.-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N. Qasımov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Güneyli vəkilin güllələnmiş meyiti tapıldı 

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) rayonundan olan vəkil Məcid Pejumanın meyiti aşkar edilib.Oxu24.com xəbər verir ki, bu barədə Sulduzun polis rəisi polkovnik Yunis Ərcmənd açıqlama verib.Məlumata görə, vəkilin meyiti bölgənin Həsənli su bəndindən çıxarılıb.İlkin baxış zamanı Məcid Pejumanın üzərində bir neçə güllə yarası aşkar edilib./axar.az/

Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Göygöl rayonu, Çaylı kəndi ərazisində gizlədilmiş 2 ədəd "Toz-8" markalı odlu silah, ona məxsus 13 ədəd güllə və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ!Baş idarə əməliyyat keçirib:Nicat Həsənov saxlanılıb

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Füzulidə geniş əməliyyat: minlərlə çətənə kolu yandırıldı

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.Oxu24.com xəbər verir ki,, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkar edilib.Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər 

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə paytaxt sakini 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, qardaşı 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay həbsə məhkum edilib.Araşdırmalarla müəyyən edilib ki, onlar əmisi oğlanları Ayxan Knyazovla birgə Elşad Bəyov adlı şəxsi oğurlayaraq Xaçmazın Ukuroba kəndindən Bakıya gətiriblər.Belə ki, Ayxanın tanışı olan qadınla münasibətdə olan Elşad həmin qadından hədə-qorxu yolu ilə pul alıb və daha sonra qaytarmayıb. Bundan sonra Ayxanın istəyi ilə əmisi oğlanları avtomobillə Bakıdan Xaçmaza gediblər. Onlar qadının anasının evinə daxil olduqda artıq Elşadın döyüldüyünü görüblər və əl-ayağını bağlayıb, ağzına əski parçası tıxayaraq “Toyota Prius” markalı avtomobilin yük yerinə yerləşdiriblər. Daha sonra Elşadı Hövsan qəsəbəsinə gətirərək bir gün orada girov saxlayıblar. Növbəti gün o həmin evdən qaçaraq xilas olmağı bacarıb.Qeyd edək ki, cinayətdə iştirak edən şəxslərin, eləcə də E.Bəyovun dini qruplaşma üzvü olduğu məlum olub.Cinayətdə iştirak etməkdə şübhəli bilinən A.Knyazov isə axtarışa verilib.Bundan başqa, zərərçəkmiş şəxs olan Elşad Bəyov barəsində ayrıca cinayət işi də açılıb.

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gömrükdən gizlədilən minlərlə siqaret ƏLƏ keçirildi

Tovuz və Biləsuvar gömrük idarələri əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən 36 min 720 ədəd siqaret aşkar edilib.Bu barədə Oxu24.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə yük nəqliyyat vasitələrinə tətbiq edilən gömrük yoxlamaları zamanı gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 12 min 320 min ədəd siqaret aşkar edilib.Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində isə yoxlamaya cəlb olunan yük nəqliyyat vasitəsinin qoşqusundakı 4 karton qutuda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 24 400 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.Faktlarla bağlı araşdırma aparılır.

Zirzəmidə faciəvi şəkildə ölən kişinin yaxınları danışdı - Video

Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda yanmış meyit tapılıb. Oxu24.com xəbər verir ki, mərhumun yaxınının sözlərinə görə, Elman Əliyev spirtli içki qəbul etdiyi üçün bəzən bağda və ya evin zirzəmisində gecələyirmiş.“İçən adam idi. Çox vaxt aptek spirti içirdi. Siqaret çəkib, ehtimal ki, sərxoş vəziyyətdə olub. Külü yerə düşdüyündən yanğın baş verib, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb”, – deyə mərhumun yaxını bildirib.Qardaşı isə bildirib ki, o, evə gələndə qapı bağlı olub:“Həyətə girdim qoxu gəlirdi. Gördüm yuxarıda heç nə yoxdu. Aşağı düşüb qapını açanda gördüm ki, canını tapşırıb. Hardasa təqribən 4-5 gün olar” -, deyə əlavə edib.Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.QafqazinfoDaha ətraflı “Baku TV”nin süjetində:

DİN əməliyyat keçirib

Paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Oxu24.com DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.İmanov müəyyən edilərək saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Bakıda tutulan yeniyetmə qızın şok əməlləri üzə çıxdı -VİDEO

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.Onların sərnişin kimi istifadə etdikləri avtomobildən 9.915 kiloqram marixuana, ümumilikdə iki kiloqram heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar 

Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir.Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyib. Bu işdə qaçaqmalçılara Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisinin müavini İsmayıl Əliyev şərait yaradıb.Cinayət işi birbaşa Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə halında külli miqdarda qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlk olaraq elə liman rəisinin müavini İsmayıl Əliyev həmin maddə ilə ittiham edilərək həbs edilib.Bundan əlavə, cinayətlə bağlı idarənin içində xanımlar da olmaqla, başqa əməkdaşları da sorğu-sual edilib, bəziləri istintaqa cəlb edilib.Hazırda iş üzrə geniş ibtidai istintaq hərəkətləri aparılır.Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovdur. Hələlik qurumdan bu hadisə ilə bağlı heç bir açıqlama gəlməyib.

22 yaşlı oğlan çayda batıb

Tovuzda 22 yaşlı oğlan çayda batıb.Oxu24.com-un  məlumatına görə, hadisə Tovuz çayının rayonun Dondar Quşçu kəndi ərazisində keçən hisəsində qeydə alınıb.Bir nəfərin çayda batdığı bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib, axtarışlar davam etdirilir.Çayda batan şəxsin Ağdam rayon sakini 2004-cü il təvəllüdü İ.Şirinov olduğu bildirilir.

Rasim İldırım və Zaur Mirzə-Zadə həbs edildi 

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əlbir olaraq iş adamı Qurban Piriyevin yarım milyon manat pulunu və 34 minlik qızılını ələ keçirmələrinin sübut edildiyini elan edib. Dəymiş ziyanın böyük hissəsi ödənilməyib.Hökmə əsasən, müttəhimlər ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzə-Zadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə il 9 il 9 ay 16 gün azadlıqdan məhrum edilib. Onlar üçü də məhkəmə zalında dərhal həbs ediliblər.Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadədədir. Zaur Mirzəzadə İctimai Maarif Mərkəzinin, eyni zamanda “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir. O, daha əvvəl də dələduzluğa görə məhkum edilmişdi. Sonuncu müttəhim Qoşqar Məmmədov isə əvvəllər Balakən rayon seçki komissiyasının sədri işləyib. Onlar zərərçəkmiş Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəkləri vədi ilə aldadıblar.

Nizami rayonunda 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.Onların sərnişin kimi istifadə etdiyi avtomobildən 9 kiloqram 915 qram marixuana, ümumilikdə 2 kiloqram isə heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Məhkəmə  Əli Kərimli barəsində qərar verib 

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.Qeyd edək ki, iyunun 10-da Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində AXCP sədri Əli Kərimli barəsində başlanmış cinayət işi üzrə qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib. Əli Kərimli barəsində həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.Cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı 

Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində baş verib.Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi “İveco” markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü “Chery” markalı avtomobil toqquşub.Nəticədə, R.Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov uzun müddət Gəncə Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru olub.Məryəm bu gün Gəncədə dəfn edilib.

Elman Paşayevin oğlu buna görə həbs edilibmiş -ŞOK DETALLAR

Azərbaycanlı keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.Oxu24.com REN TV-yə istinadən xəbər verir ki, o, bu ilin fevralında Rusiyada həbs edilib.Sənədlərə əsasən, cinayət işi 2025-ci ilin oktyabrında qətl maddəsi ilə başladılıb. 2026-cı ilin yanvar və fevral aylarında materiallar bir neçə dələduzluq işi ilə birləşdirilib.Adı açıqlanmayan mənbənin məlumatına görə, cinayət işi Moskvada mənzil sahibinin itkin düşməsi və ölü tapılması ilə bağlıdır. Sonradan Elvinin atası Elman Paşayevin həmin mənzillə bağlı qanunsuz əməliyyatlar icra etdiyi iddia olunur. Ümumilikdə iş üzrə 8 nəfər həbs edilib. Elvin Paşayev isə dələduzluqdan əlavə, qətldə də ittiham olunur. Xatırladaq ki, sabiq vəkil Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.

Sarıqayada silah-sursat aşkar edilib 

Sumqayıt şəhəri, Novxanı çimərliyinin Sarıqaya adlanan ərazisində silah-sursat aşkar olunub.Oxu24.com-un məlumatına görə, qeyd olunan ərazidə istifadəyə yararlı 1 ədəd 7,62 mm çaplı "AK-47" markalı avtomat silahı, silaha məxsus 1 ədəd daraq və 38 ədəd patron tapılıb.Aşkar olunan silah-sursat aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Ağır qəza: Ölən var

Zaqatalada avtomobil aşması nəticəsində bir nəfər ölüb.Oxu24.com  xəbər verir ki, Osmanov Əli Osman oğlu idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Muxax kəndi ərazisində avtomobilini aşırıb. Nəticədə aldığı xəsarətlərdən sürücü ölüb.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Cinayətlə bağlı günahsız olduğunuzu kim sübut etməlidir? – Vəkildən AÇIQLAMA

Cəmiyyətdə ən çox yanlış anlaşılan və hüquqi savadsızlıqdan qaynaqlanan məsələlərdən biri də cinayət törətməkdə şübhəli bilinən və ya ittiham olunan şəxslərin öz günahsızlıqlarını sübata yetirməyə çalışmasıdır. Çox vaxt vətəndaşlar elə düşünürlər ki, əgər onlara qarşı hər hansı bir ittiham irəli sürülübsə, mütləq özlərini təmizə çıxarmaq üçün dəlillər axtarmalıdırlar.Bəs qanunvericilik bu barədə nə deyir? Oxu24.com xəbər verir ki, məsələyə vəkil Elvin Səfərov aydınlıq gətirib.“Günahsızlığınızı sübut etmək sizin vəzifəniz deyil!"Vəkil Elvin Səfərov bildirib ki, şəxsə qarşı irəli sürülmüş cinayət ittihamı üzrə onun günahsız olduğunu sübut etmək heç də həmin şəxsin üzərinə düşən bir öhdəlik deyil:“Sizə qarşı irəli sürülmüş cinayət işi üzrə hər hansı bir ittihamla bağlı günahsızlığınızı sübut etmək sizin vəzifəniz deyil. İttiham tərəfi sizin bu cinayəti törətdiyinizi sübut etməlidir və bu, məhz onun vəzifəsidir”.Vəkilin toxunduğu bu məqam birbaşa olaraq hüququn fundamental prinsiplərindən biri olan təqsirsizlik prezumpciyasına əsaslanır. Qanunvericiliyə görə, şəxsin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilməyibsə, o, günahsız sayılır. Yəni, dövlət ittihamçısı (prokuror) və ya istintaq orqanı şəxsin cinayət törətdiyini faktlarla, təkzibedilməz sübutlarla ortaya qoymalıdır. Müttəhim isə sadəcə susmaq və ittiham tərəfinin zəif tərəflərini izləmək hüququna malikdir.Belə hallarla qarşılaşanda nə etməli? Elvin Səfərov cinayət təqibi ilə üzləşən və ya ittiham olunan şəxslərə ilk addımda necə davranmalı olduqları barədə strateji məsləhətlər verib. Vəkil qeyd edib ki, emosiyalara qapılaraq tələsik ifadələr vermək yox, soyuqqanlı davranmaq lazımdır:“İlk növbədə susmaq hüququndan istifadə edin. Qarşı tərəfin (ittiham tərəfinin) əlində hansı sübutların, dəlillərin olduğunu tam anlamaq üçün ilk olaraq prosesi kənardan izləyin.İttihamın sübutlarını öyrənin. Müdafiənizi gücləndirmək məqsədilə, ittiham tərəfinin sizə qarşı hansı əsaslarla çıxış etdiyini dərindən analiz edin.Öz sübutlarınızı vaxtında təqdim edin. Yalnız ittiham tərəfinin kartları bəlli olduqdan və müdafiə xəttiniz tam formalaşdıqdan sonra öz lehinizə olan sübutları istintaq orqanına və ya məhkəməyə təqdim edin”.Cinayət prosesində düzgün müdafiə taktikası seçmək və qanunun verdiyi hüquqlardan vaxtında yararlanmaq şəxsi əsassız məsuliyyətdən qoruyan ən mühüm amildir.Çimnaz Telmanqızı

Sumqayıtda əməliyyat: qadın saxlanıldı 

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı onun bundan əvvəl də başqasına məxsus planşeti oğurladığı məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir.

Son İki gün ərzində 32,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb 

İki gün ərzində 32,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, iyunun 13-də və 14-də çəkisi 32,7 kiloqrama yaxın narkotik vasitə və 1807 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Həmçinin iki gün ərzində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 670 kiloqram çəkidə 12880 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Gəncədə AĞIR qəza -  yaralılar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Tovuzda kanalda meyit tapılıb 

Tovuz rayonunda su kanalında meyit tapılıb.Oxu24.com xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Ağdamda kişi tanışını güllələyib 

Ağdamda çoban çobanı ov tüfəngi ilə güllələyib.Oxu24.com xəbər verir ki, hadisə rayonun Çullu kəndində baş verib.Belə ki, 1979-cu il təbəllüdlü Elşad Gözəlov mübahisə nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan Rövşən Şirinov xəstəxanaya çatdırılıb.Elşad Gözəlov hadisədən sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.Ov tüfəngi maddi sübut olaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.

Novxanıda əməliyyat: gizli narkobunker aşkarlandı – VİDEO

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı əməliyyatlar davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, [...]

Source

💾

SON DƏQİQƏ! DİN əməliyyat keçirib:Bayramzadə və Mailov tutuldular

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha iki nəfər 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov müəyyən edilərək saxlanılıblar.Oxu:  Azərbaycanda qadınlar üçün şad xəbər - Pensiya, güzəştli kredit... Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta profillər yaradaraq, vətəndaşlara “aşağı faizli”, “sürətli” və “zaminsiz kredit" təklif ediblər. Zərərçəkənlər C.Bayramzadə və E.Mailovun onlara göndərdikləri saxta linklərə öz kart nömrələrini, CVV və OTP kodlarını daxil etdikdən sonra isə bu informasiyalar birbaşa həmin şəxslərin nəzarətinə keçib. Nəticədə onlar hesablara qanunsuz giriş əldə edərək vəsaitləri müxtəlif kartlara köçürüb və sonradan nağdlaşdırıblar.Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, C.Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir."Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər",-deyə DİN xəbərdarlıq edib.

Həmin şəxs tutularaq Azərbaycana gətirildi  - TƏCİLİ

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən edilən şəxs Azərbaycana ekstradisiya edilib.Bu barədə  Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə, qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Polad Murad oğlu Babayevin yeri BƏƏ-də müəyyən olunub və o, həbs edilib.Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Füzulidə 120 kq yararsız ət aşkarlanıb 

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib.AQTA-dan Oxu24.com-a verilən xəbərə görə, yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.Araşdırmalar davam etdirilir.

Vəzifəli şəxslərin məhkəməsi başlayıb

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev və Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.Oxu24.com  xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.Məhkəmə prosesi 12 iyunda davam etdiriləcək.Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.İdarədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

SON DƏQİQƏ! Məhkəmə zalından həbs edildi

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə araşdırması başa çatıb.Oxu24.com  xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, çoxsaylı dəlil-sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.Hökmə əsasən, Perinatal Mərkəzin rəhbəri olmuş Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bu günə kimi azadlıqda olan Abasquliyeva elə məhkəmə zalında həbs edilib.

"Unibank" müştərilərini məhkəməyə verir

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.Oxu24.com xəbər verir ki,Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Unibank” ASC iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Səfərəliyeva Havva Malik qızından 5000 manat əsas, 247 manat faiz - cəmi 5247 manat borc və 73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Belə ki, Bank tərəfindən 2023-cü ildə 35 ay müddətinə illik 27,6 faizlə 5000 manat məbləğində kredit xətti açılıb, lakin cavabdeh мüqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. Məhkəmə iddia tələbini təmin edib.Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər  və Səbail rayonlarında, həmçinin Ağdam,  Şəmkir , Gədəbəy və Siyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var:İş Bakı Ağır Cinayətlər Məhkəməsinə gedir

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib.Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digərləri barəsindəki istintaq sənədləri tanışolma üçün müdafiə tərəfinə təqdim olunub.Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.Qeyd edək ki, cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərin hamısı ötən ilin dekabrından həbsdədirlər.

“Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?” 

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub.Oxu24.com  xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb.G.Məmmədovanın atası Tapdıq Şükürov “Dialoq TV”yə bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Yevlaxın Duzdağ qəsəbəsinə qayıdıb.O, qızı Gülüzarın qayınanası ilə dalaşdığını və bu səbəbdən evdən qovulduğunu deyib: “Gəlib bizim evdə 3 gün qaldı. Həmin vaxt biz vəkil tapdıq. Vəkil dedi ki, sən Yevlaxda, mən isə Bakıda. Gəlin Bakıda kirayə ev tutun ki, işimizi apar bilək. Qızım da getdi Bakıya. 2 gün sonra gedib qayınanasıgilə ki, uşaqlarını görsün. Övladı zəng edib ki, 1 iyun uşaqların bayramıdır, bura gəlməyəcəksən? Qızım da hədiyyə alıb gedib qayınanasının yaşadığı evə.Qızımın rəfiqəsi var, həmin binada yaşayır. O da qızıma zəng edib ki, bəs qayınatan binanın tinindədir, nə məsələdir, bura gələcəksən? Həmin vaxt qızım bizə də zəng etmişdi ki, bəs uşaqları görməyə gedir, çıxanda xəbər edəcək. Qayınanası da ona deyib ki, saat 2-dən tez gəlmə, evdə olmayacağıq. Qızımın qayınatası arvadından ayrı yaşayırdı, Mərdəkanda olurdu. Yəqin ki, onun gəlib çatması üçün əvvəlcədən özləri belə planlaşdırıblar. Gülüzar liftdə olanda hücum edib qətlə yetirib. Qızımın səsini qonşular eşidib. Hamısı qurama olub.Öldürəndən sonra da qızımın “kaşlok”undan bank kartlarını götürüb. Qızımı evdən qovanda bank kartlarını əlindən almışdılar. Gülüzar da Yevlaxa gəlib kartları bloklatdırmışdı. Qızımdan xəbər ala bilmədiyimizə görə anası Bakıda yaşayan oğluma zəng edib ki, bacın uşaqlarını görməyə getmişdi, xəbər olmadı. Ondan sonra qızıma edilən zənglərə polis əməkdaşları cavab veriblər. Namus məsələsidirsə, qayınatası qızımı qətlə yetirəndən sonra kartı niyə götürüb?”T.Şükürov bildirib ki, əvvəllər ailədə hər hansı problem olmasa da, son vaxtlar narazılıqlar yaranırmış: “Qızımın qayınatasının işsiz qalmasından sonra söz-söhbətlər başladı. Qayınanası da gileylənirdi ki, harasa gedəndə pul gəlində olur. Həmin vaxt qızım bank kartını ona verdi ki, götürün sizdə qalsın”.Mərhumun bacısı Gülnar Məmmədova isə bildirib ki, bacısının qayınatası ailəsindən ayrı yaşayırmış: “Onlar neçə il idi ayrılmışdılar. Bacımın qayınatası Adıgözəl Məmmədov uşaqları hələ balaca olanda onları atıb getmişdi. Sonradan qayınatası ortaya çıxdı, əvvəlcə tələb etdi ki, evdən çıxsın. Sonra bacım məhkəməyə müraciət etmişdi ki, uşaqlarını ala bilsin. Bütün bu hadisələr hamısı bir qurğu idi”.Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, A.Məmmədov şübhəli şəxs qismində tutulub. Mərhumun iki övladı var.

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub 

Dövlət Sərhəd Xidməti tərəfindən may ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 319 kiloqram 182 qram narkоtik vasitə və 7338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib 

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.Bu barədə Oxu24.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Xəzər RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "VAZ 2107" markalı 90-KM-745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nahid Muradov saxlanılıb.Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Muradovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Ağır qəza: Ölən var

Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb.Oxu24.com  xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.Məlumata görə, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib.Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib.BDYPİ-dən bildirilib ki, sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir: "Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması bir sıra hallarda bütöv bir ailənin faciəsi ilə nəticələnir. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə, təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşir. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir. Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur. Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbətdə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar. Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər düşüncəsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur".

TƏCİLİ!Polis onu həbs etdi

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.Oxu24.com-un məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı - 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.Report

Polis həmin yeniyetməni axtarır

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.Oxu24.com-un  məlumatına görə, onun psixoloji problemlərinin olduğu bildirilir.A. Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(report)  Nigar

Ağır qəza:Ölən və yaralılar var

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un  məlumatına görə, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Narkotikin təsiri altında olan sürücü 30 sutka həbs edilib 

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb.Oxu24.com-un  məlumatına görə, müəyyən edilib ki, axtarışda olan İsrafil Əliyev atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə edib.Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Urfan Baxışov  qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.Oxu24.com-un məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.

Dayısının arvadını öldürdü

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Faktla bağlı araşdırma aparılır.

Bakıda əməliyyat:Qardaşlar tutuldular

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb.Oxu24.com xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məhkəmədə ona xəbərdarlıq edildi

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkilləri çıxış edib.Vəkil Əlövsət Abbasov bildirib ki, müvəkkilinin ittiham olunduğu maddələr üzrə təqsiri yoxdur, ona bərəat verilməlidir.Digər vəkil Muxtar Mustafayev də müvəkkilinə bəraət verilməsini xahiş edib.Daha sonra təqsirləndirilən şəxslər son söz deyib.Elnur Əhmədli və Hamlet Mustafayev son sözlərində məhkəmədən ədalətli qərar verilməsini xahiş ediblər.Daha sonra Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyevaya söz verilsə də, o,çıxışa hazır olmadığını deyib, məhkəmədən vaxt istəyib. Hakim ona 1 saat vaxt verib.Verilən vaxt başa çatdıqdan sonra Mehriban Abasquliyeva iclasa gəlməyib. Vəkili məhkəməyə bildirib ki, müvəkkilinin səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.Prosesə sədrlik edən hakim deyib ki, Mehriban Abasquliyeva sabah prosesə gəlməsə, barəsində həbs qətimkan tədbiri seçiləcək.Məhkəmə sabah davam etdiriləcək.Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatır.Oxu24.com  xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillər yekun çıxış ediblər.Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın iki vəkilinin müdafiə çıxışı üç saat çəkib.Vəkil Muxtar Mustafayev əvvəlki həmkarının səsləndirdiyi arqumentlərə yenidən qayıtdığı üçün hakim Leyla Əsgərova Məmmədova ona xəbərdarlıq edib. Bu vaxt prosesdə qısa gərginlik yaşanıb, vəkil çıxışını kəsdiyi üçün hakimə etiraz edəcəyini deyib. Hakim isə ondan təkrar sözlərlə prosesi uzatmamasını tələb edib.   Muxtar Mustafayev çıxışının davamında cinayət işi üzrə ilkin istintaqı aparan müstəntiqləri və ekspertləri ittiham edib: “İbtidai istintaq nə araşdırıb? Ekspert rəy verib ki, uzadıcı elektrik naqilləri yüklənib. Amma bunu necə sübut etdiyini yazmayıb. Münəccim idi? Bundan əlavə, deyirlər elektrik naqillərinin nasaz olması ilə bağlı məlumat verilməyib. Bu barədə Mehriban Abasquliyevaya kimsə məlumat verməyib. Kimsə nə isə etdi, dərhal rəhbər günahkardır. Tutun, qoyun içəri. Ən vacib məsələyə gələk. Qəzadan sonra ölən uşaqların sayının artması düzgün araşdırılmayıb. Bilirsiniz niyə artdı? Çünki başqa xəstəxanalara təxliyə düzgün olmadı. Bəzi tibb müəssisələrində avadanlıqlar və peşəkar heyət çatışmadı. Bu Mərkəzdə çalışanları da müalicəyə buraxmadılar. Yəni kütləvi səhlənkarlıq nəticəsində bu faciə böyüdü. İndi prokuror deyir, Abasquliyeva islah olunması üçün həbs edilməlidir. Niyə, nə olacaq? Bu islahdan çox qisas almaq olar”.Vəkil yekunda müvəkkilinə bəraət verilməsini istəyib. İş üzrə ittiham olunan Mərkəzin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədlinin vəkilləri də çıxışlarında, özləri isə son sözlərində bəraət istəyiblər. H.Mustafayev və E.Əhmədli iki ildən çoxdur işsiz qaldıqlarını, bu müddətin elə onlar üçün cəza olduğunu, Mustafayev əlavə olaraq 90 yaşlı atasına himayədarlıq etməsinin nəzərə alınmasını xahiş edib. Mehriban Abasquliyeva isə bu gün üçün son söz deməyə hazır olmadığını bildirib. Amma hakim bu işə kifayət qədər vaxt ayrıldığını əsas gətirərək ona son sözə hazırlaşmaq üçün 14:00-a kimi vaxt verib.Əvvəlki iclasda prokuror M.Abasquliyevaya 8, digərlərinə 7 il həbs cəzası tələb edib. Günün ikinci yarısında hökm oxunacağı gözlənilir. Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında baş verib.Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib.Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.

Azərbaycan sərhədində tutuldular

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən nigeriyalılar saxlanılıb.Bu barədə Oxu24.com-a  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Naxçıvandakı ağır qəzada ölənlərin sayı 2-yə çatıb 

Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.Oxu24.com xəbər verir ki hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb.Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi. Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb.Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Bakıda qadın buna görə öldürülüb  — Tükürpədici DETAL

Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində  Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.Oxu24.com xəbər verir ki,qətlin təfərrüatları barədə Modern.az-a qonşular məlumat verib.Bildirilib ki, qaynatanın gəlinini öldürmə səbəbi onda olan  aylıq müavinət kartını mənimsəmək istəyi olub.Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Belə ki, Şuşa şəhərciyinin yaxınlığında inşa edilən binalar 44 günlük müharibədən sonrahəmin  ailələrinə verilib. Həmin evlərdən biri də Səxavət Məmmədovun ailəsinə təqdim olunub. Lakin Adıgözəl Məmmədov gəlinini bu evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.“Gəlinindən kartı almaq üçün iyunun 1-i – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar:“Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədovun 60, öldürdüyü gəlini Gülüzar Məmmədovanın isə 31 yaşı olub.Gülüzar Məmmədova və Səxavət Məmmədovun iki övladı olub.

Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham edilir.Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda korrupsiya ittihamı ilə həbsdə olan mayor Ruhin Tağıyevdir.İttihama görə, O.Babayev R.Tağıyevdən onun sərəncama göndərilməməsinə köməklik göstərəcəyi vədi ilə 30 min manat alıb. Lakin bir müddət sonra R.Tağıyev həbs olunub.Şikayət əsasında Respublika Hərbi Prokurorluğunda istintaq aparılıb. İstintaqın yekununda O.Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq-qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs nəzərdə tutulur.Əvvəllər Naxçıvan Hərbi Polis İdarəsinin rəisi də işləmiş polkovnik Babayev 30 min manatın bir hissəsini ödəməyə razılıq verdiyi üçün həbs edilməyib, barəsində alternativ qətimkan tədbiri seçilib.Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.Qeyd edək ki, Ruhin Tağıyevin cinayət işi də Bakı Hərbi Məhkəməsində araşdırılır. Həmin iş üzrə hələlik hökm çıxarılmayıb.

Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi - Foto 

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib.Bu barədə yerli media məlumat yayıb.Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib, daha sonra isə öz həyatına qəsd edib. Qadın bıçaqla özünə xəsarətlər yetirsə də, həkimlər həyatını xilas edə biliblər.Cinayəti törətməkdə şübhəli bilinən qadın artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Zaur Mirzəzadə məcburi məhkəməyə gətiriləcək

Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zaur Mirzəzadə növbəti dəfə iştirak etməyib.Məhkəmə təqsirləndirilən şəxsin prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib.Proses 16 iyunda davam etdiriləcək.Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

DİN əməliyyat keçirib

İyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edərək götürüblər.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İradəni öldürən biznesmen cəzadan azad edildi 

Qeyri-rəsmi birgə yaşadığı qadını amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cəzadan azad edilib.Oxu24.com xəbər vrir  ki,“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin son qərarı belə olub.48 yaşlı yaşlı Ağcanov ibtidai istintaq vaxtı keçirilən ekspert rəyləri ilə anlaqsız hesab edilmişdi. Amma onun öldürdüyü İradə Muradovanın yaxınları həmin rəylə razılaşmırdı. Onlar iddia edirdilər ki, Emil cinayəti şüurlu şəkildə törədib, indi də həbsdən yayınmaq üçün özünü psixoloji xəstə kimi göstərir.Məhkəmə məhz bu səbəbdən bütün şübhələri aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsinə qərar verdi. Lakin həkimlərin Ağcanovun psixoloji vəziyyəti ilə bağlı rəyi eyni oldu.Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin yekun qərarı ilə Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, həbs əvəzinə məcburi psixiatrik müalicəyə göndəriləcək.Qeyd edək ki, Emil biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir.Bu cinayət hadisəsi isə ötən ilin yayında Yasamal rayonunda onun anasına məxsus evdə baş verib. Spirtli içki və narkotik vasitələrin təsiri altında olan Emil İradəni müxtəlif dini ayinlər etdirə-etdirə, ayətül-kürsi duası oxutdura-oxutdura boğaraq öldürüb. Daha sonra o, cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib.

Gəncin meyiti Kürün sahilində TAPILDI: Təzə ürək əməliyyatı keçiribmiş

Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.Oxu24.com-un APA-ya istinadən  məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Polisin qanuni tələbinə tabe olmayan sürücü saxlanılıb 

Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Oxu24.com-a bildirilib ki, mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Sabah bu ərazilərdə qaz kəsiləcək 

Şəkinin bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranacaq.Oxu24.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, 02.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Şəki rayonunun Bideyiz və Baş Küngüt kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Qazın verilişinin işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.

Bakıda şəhidin həyat yoldaşı QƏTLƏ YETİRİLİB

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.Oxu24.com  xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.Adıgözəl Məmmədov saxlanılıb.İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.APA

TƏCİLİ!Səfər Səfərov və başqaları HƏBS OLUNDU

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib.Bu barədə Oxu24.com-a DİN-dən məlumat verilib."Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb" , - məlumatda bildirilib.Aaşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb.Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar.Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

Qubada məktəbli qızın meyiti tapıldı 

Qubanın Alekseyevka kəndində 15 yaşlı məktəbli qızın meyiti aşkarlanıb.Oxu24.com  Shimal.News-a istinadən xəbər verir ki, hadisə mayın 29-da baş verib.Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb.Qeyd edək ki, Rabiyyə idman sahəsində əldə etdiyi nailiyyətlərlə də tanınıb. O, taekvondo üzrə 55 kq çəki dərəcəsində keçirilən Respublika çempionatında III yerə layiq görülüb. İddialara görə, valideynləri son vaxtlarda onun idmana olan marağından narazı imiş.Hadisə məktəb kollektivində və kənd sakinləri arasında dərin üzüntüyə səbəb olub. Bu səbəbdən məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Bakıda faciə: Həyatını itirən var

Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb.Oxu24.com  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.Məlumata görə, 2015-ci il təvəllüdlü L.A yaşadığı B.Nuriyev küçəsində yerləşən evin 7-ci mərtəbəsindəki eyvanından yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır.

Onların məhkəməsi BAŞLAYIR

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə təqsirləndirilən Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlının cinayət işi üzrə məhkəmə başlayıb.Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyunun 11-nə təyin edilib.Qeyd edək ki, ötən ilin noyabr ayında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Faktla bağlı cinayət işi başladılıb və təqsirləndirilən şəxslərə 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 244-1.2.2-ci ( Qumar oyunlarının təşkili və ya keçirilməsi, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə) və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

DİN bu rayonda əməliyyat keçirib:Tutulanlar var

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.Oxu24.com-un  verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Azərbaycanda DƏHŞƏT: 15 yaşlı qızı vurdu və...

Mingəçevirdə 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Q. Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma başlanıb. (Qafqazinfo)

Kanaldan meyiti tapılan qadın KİMDİR?

Yuxarı Qarabağ kanalından meyit tapılıb.Oxu24.com-un məlumata görə, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

DİN Bakıda əməliyyat keçirib: 3 nəfər saxlanılıb

Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.Oxu24.com xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb.Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.

DSX məlumat yaydı

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ağır qəza olub: Yaralılar var

Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.Oxu24.com-un  məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.(Report)

DİN-dən daha bir uğurlu əməliyyat

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

40 nəfərin xaricdə istirahət etmək arzusunu ürəyində qoyan şəxs məhkəmə zalında həbs olundu

"Joy Tour" və "Joy Travel" turizm şirkətlərinin rəhbərləri Rəşad İlyasov və Nərmin Fətullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Vətəndaşların 360 min manatını mənimsəməkdə təqsirləndirilən Rəşad İlyasov məhkəmə zalında həbs olunub.

Tərtərdə külli miqdarda narkotik vasitə aşkarlandı – VİDEO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb. Ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib. Faktla baǧlı cinayət işi başlanılıb, S.İsmayılov barəsində məhkəmənin qərarı ilə [...]

Source

💾

Bakıda silahlı şəxs həbs olundu

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə Oxu24.com-a DİN-dən məlumat verilib.Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

DİN əməliyyat keçirib: Əhmədov saxlanılıb (FOTO+VİDEO)

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanılıb.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən daha iki nəfər 44 yaşlı Ramil Həsənov və 38 yaşlı İlham Cümşüdoğlu saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqrama yaxın aşkarlanıb. Bu şəxslər narkotikləri Bakı şəhəri və Abşeron rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İtellektual İdarəetmə Mərkəzi velosiped və skuter sürücülərinə müraciət edib.DİN-dən Oxu24.com-a  verilən məlumata görə, müraciətdə onların əks istiqamətdə hərəkət etməməli və svetoforun qadağanedici siqnalı yandıqda dayanmalı olduqları qeyd edilib.Həmçinin bildirilib ki, bu cür nəqliyyat vasitələrindən istifadə zamanı qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur:"Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də qanunla qadağandır".Əlavə edilib ki, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər: "Piyada keçidlərində isə yolu keçərkən nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət etməlidirlər".

Gömrükdə əməliyyat keçirilib

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.Bu barədə Oxu24.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

Yaşadığı evin həyətində meyiti tapıldı 

Yevlax sakininin yaşadığı evin həyətində meyiti tapılıb. Oxu24.com xəbər verir ki, Ərəş kənd sakini 1985- ci il təvəllüdlü Zeynal Rzayevin yaşadığı  evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb./Teleqraf 

Salyanda çətənə kolları yetişdirən şəxs həbs edilib 

Salyanda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

DİN bu rayonda əməliyyat keçirib -Orxan Bağırov saxlanılıb

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.Onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Qəzada ölən Nail tələbə imiş - Foto 

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub.Oxu24.com  xəbər verir ki, bu haqda Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail NDU nəzdində Naxçıvan Musiqi Kollecinin III kursunda oxuyub. Kollecin kollektivi adından məhrumun ailəsinə başsağlığı verilib.Xatırladaq ki, mayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Daha 5 nəfər isə yaralanıb. 

Prokuror onların 10 il həbsini tələb edir 

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilir.Prokuror onların üçünün də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini və hərəsinə 10 il həbs cəzası verilməsini tələb edib. Tələbə əsasən bu günə kimi azadlıqda olan müttəhimlər məhkəmə zalında həbs olunmalıdırlar.Təqsirləndirilən eks-vəzifəlilərə son sözə, vəkillərinə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.Qeyd edək ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 700 min manat mənimsəmədə ittiham olunurlar.

 SON DƏQİQƏ! Əfsəl Həsənəliyev ÖLDÜ

Milli Təhlükəsizlik Nazirliyinin (Ləğv edilib - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib.Oxu24.com “Qafqazinfo” -a istinadən xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib.Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dollar alındığını deyirdi.O, başına gətirilənlərə görə həmin dövrdə Baş prokuror işləmiş Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərərçəkmiş məhkəmə zalında özünü yandırmaq istəmişdi. Onun intihara cəhdinə görə proses təxirə salınmışdı.Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı.Xəbəri rus dilində oxuyun: Умер пытавшийся сжечь себя на суде по делу ШихалиеваQeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub.

DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO

DTX tərəfindən bir sıra şəxslər axtarışdadır.Oxu24.com xəbər verir ki,onlardan biri də Ruhin Nuriyev Nizami oğludur.O,30 may 1977-ci ildə Şamaxı rayonunda anadan olub.AR CM-in 279.3-cü maddəsi ilə axtarışa verilib.Cinayət Məcəlləsində bu maddə Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma halları zamanı tətbiq edilir.Sözügedən maddə ilə ittiham olunan şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Miri Məcidli

Göyçayda faciə: Ölən var

Göyçayda zəncirvari avtomobil qəzası baş verib.Oxu24.com  xəbər verir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.DİN-in Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.APA

Onlar həbs olundular

Ölkəyə narkotik vasitə gətirənlər saxlanılıb.Oxu24.com-un  verdiyi xəbərə görə, Biləsuvarda rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiya vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməli planlaşdırıblar.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

SON DƏQİQƏ! Polis silahlı şəxsi zərərsizləşdirib 

Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.Oxu24.com  xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.Araşdırmalar davam etdirilir.Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.

 “Qarpız” narkotik çıxdı

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Oxu24.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Məlumata görə, “Mazımqara” gömrük postunda İran İslam Respublikasından Gürcüstana “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində "qarpız" yükü olan qutuların alt hissəsində xüsusi üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən qablaşdırma ilə birgə ümumi çəkisi 110 kiloqram 300 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Otel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb

Lənkəran rayonunda yerləşən otellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.Oxu24.com-un  verdiyi xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN bu rayonda əməliyyat keçirib: həbs olunanlar var

Hacıqabulda oğurluqda təqsirləndirilən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinənlər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yevlaxda faciə: Nəvə öldü,baba yaralandı

Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.Oxu24.com-un məlumatına görə, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi - 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub.Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. ƏLiyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma davam etdirilir.

Gəncədə evdən qadın meyiti tapıldı

Gəncədə evdən qadın meyiti aşkarlanıb.Oxu24.com xəbər verir ki, hadisə şəhərin Dost 102 ünvanında qeydə alınıb.Bildirilib ki, qonşular dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Aidə Mahmudovanın meyitini tapıblar.İlkin ehtimallara görə, 49 yaşlı qadın qəfil ürək çatışmazlığından dünyasını dəyişib.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanıb.“Qafqazinfo”

Ağdaşda maşın piyadanı vurub öldürdü

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil 1939-cu il təvəllüdlü piyada Xaspoladov Qırımxan Yaqub oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./unikal.az

İtkin düşən 36 yaşlı qadın axtarılır - Foto

Qubada itkin düşən 36 yaşlı qadın axtarılır.Oxu24.com  xəbər verir ki, Quba rayonunda yaşayan Kəmərbəndi Əfsanə Xəlil qızı yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək geri qayıtmayıb.Şəkildə gördüyünüz şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Quba Rayon Polis Şöbəsinin (2333)5-35-11 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.NOCOMMENT.az

14 il əvvəl baş vermiş cinayətin üstü AÇILDI

Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.Bildirilib ki, 2012-ci ilin 21 dekabrında sözügedən ünvanda kişi meyitinin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ağac kəsdi,saxlanıldı

Oğuz rayonunda ağacları qanunsuz kəsərək təbiətə 5 min  manatlıq ziyan vuran şəxs saxlanılıb."Report"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü

Bakıda azyaşlı binadan yıxılıb.Oxu24.com  lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində qeydə alınıb.8 yaşlı Mədinə Cavid qızı Allahyarova yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.Araşdırma aparılır.

Uşaq bağçasının mənimsəmədə ittiham olunan müdiri və müavininə hökm oxunub

Xeyli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunan Bakıdakı 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə müdir müavini Qənirə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Simuzər Paşayeva və Qənirə Kazımovaya bəraət verilib.Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda yerləşən 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə müdir müavini Qənirə Kazımovanın qeyd olunan vəzifələrdə işlədikləri müddətdə öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş xeyli miqdarda dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi ötən il aprelin 18-də aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.Eyni zamanda həmin tarixdə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərilib.Xatırladaq ki, BŞTİ 202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.Bundan öncə sosial şəbəkələrdə sözügedən bağça müdirinin işəgötürmə prosesində rüşvət tələb etdiyi ilə bağlı şikayət yayımlanıb.

Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarılıb 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotiki dövriyyədən çıxarıb.Bu barədə Oxu24.com-a DİN-dən məlumat verilib.Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcədə Masallı rayonunda baş tutan tədbirlərlə əvvəllər məhkum olunan Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar. Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi açılıb -DİN 

Ağsu rayonunda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.Hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasımov Səid Asif oğlu hadisə yerində həyatını itiriblər.Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Azərbaycanda faciə: Həyatını itirənlər və yaralılar var

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində baş verib.İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb.Daha sonra nəqliyyat vasitəsi aralıda yerləşən çay yatağına düşüb. Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb.Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

Bakıda qətl hadisəsi baş verib 

Bakıda qətl hadisəsi baş verib. Oxu24.com  Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Aldığım bütün pulları qaytarmışam - Kamran Əsədov 

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.Oxu24.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses Gündüz Abbasovun ifadəsi davam etdirilib.Hakim G.Abbasova valideynlərin K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini, həmçinin avadanlıqların onun ofisindən hansı səbəblə götürülməsini soruşub.G.Abbsov hakimin sualına aydın cavab verə bilməyib.Ardınca təqsirləndirilən şəxsə imtahanda tapşırıqların Şəmkir rayonundan xüsusi qurğu ilə cavablandırılması haqda suallar verilib.G.Abbasov orada bir neçə müəllimin olmadığını deyib.Hakim ibtidai istintaq dövründə onun və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran müəllimlərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyib.Hakimin “müəllimlərə nə vəd etmişdiniz” sualına G. Abbasov yenə də tam cavab verə bilməyib.Həmin müəllimlər arasında onun yaxın qohumu, həmçinin, Gəncənin məktəblərində çalışan bir sıra müəllimlərin yer aldığı məlum olub.Daha sonra K.Əsədov hakimə ifadə verib.Deyib ki, valideynlərin əksəriyyəti özləri ondan kömək istəyib.O isə müəyyən məbləğ qarşılığında onları “kömək” etmək üçün G.Abbasova istiqamətləndirib.Amma pulun ona çatmadığını, G.Abbasova ödəniləcəyini bildirib.O ifadəsində bildirib ki, hətta avadanlıqların verilməsini də ilk dəfə valideynlərdən öyrənib.Bütün bunların qarşılığında isə alınan pulları geri qaytardığını vurğulayıb. Pullar qaytarılan zaman özünün ofisdə olmadığını bildirib.Qeyd edək ki, növbəti məhkəmə iyunun 11-i, saat 15:00-da keçiriləcək.

Qəbul imtahanlarında “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlamaqda və satmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.APA-nın əldə etdiyi xəbərə görə, bu gün Gəncə şəhər Məhkəməsində hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Ayxan Məmmədov və Murad Məmmədova azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.Xatırladaq ki, buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı digər cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Şagird "İdrak"dakı müəllimi buna görə güllələyibmiş - AÇIQLANDI 

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb.İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib. Bu əsasla Ə.Ş-ya Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə verilmiş ittiham 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə əvəz edilib.İlkin araşdırma müddətində məktəblinin atası Samir Şirinov da ifadə verib. Müstəntiq onu oğlunun davranışları və cinayətlə bağlı sorğu-sual edib. Bundan əlavə, daha əvvəl məlumat verdiyimiz kimi, güllələnən müəllim şagirdini bağışlayıb. Tərəflər arasında barışıq var.Yaxın günlərdə məhkəmə araşdırması başlayacaq. Qeyd edək ki, şagirdə verilmiş yekun ittihamın sanksiyasında 14 ildən 20 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yetkinlik yaşına çatmadığı üçün ona 10 ildən artıq cəza təyin edilə bilməz. Amma maddənin dəyişdirilməsi cəza təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilər.Sail Ağasəlim

Bakıda ər-arvad qətlə yetirilib 

Bakıda ər-arvad qətlə yetirilib.Hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb.Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb.Fakt araşdırılır.İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib.

Məhkəmədən Tarix Əliyevlə bağlı qərar 

Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilib.Oxu24.com  Xitab24.az-a istinadla xəbər verir ki, məhbus xanımı Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.İddiaçı qadın buna səbəb kimi Tarix Əliyevin 8 iyun 2025-ci il tarixdə Tiktokda canlı yayım zamanı məhbus ailələrini təhqir etməsini göstərib. Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayev xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib.Bundan sonra iddiaçı və onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu instansiya da Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.Sonda Ali Məhkəməyə üz tutan iddiaçı kassasiya şikayətində bildirib ki, məhkəmə cinayətin bilavasitə obyekti və ünvanlılıq məsələsinin yanlış qiymətləndirib. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunur ki, təhqir konkret şəxsə və ya “kifayət qədər müəyyən edilə bilən şəxslər qrupuna” yönəlməlidir. Lakin “müəyyən edilə bilən qrup” anlayışı o demək deyildir ki, ifadə mütləq fərdi ad və soyadla çəkilməlidir.Plenum Qərarının məhz bu hissəsində “kifayət qədər müəyyən edilə bilən qrup” anlayışının məqsədi ifadənin obyektiv surətdə konkret şəxs(lər)i hədəf alma ehtimalını istisna etməməkdir.“Hazırkı iş üzrə təhqiramiz ifadə konkret sosial qrupa, məhbuslara və onların ailə üzvlərinə yönəlib və bu ifadənin geniş izləyici kütləsinə sahib olduğu sosial şəbəkədə canlı yayımda səsləndirilməsi şikayətçinin özünü birbaşa bu qrupun üzvü kimi hiss etməsinə və mənəvi zərər çəkməsinə səbəb olub. Bu, CM-in 148-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəliliyi və obyektiv tərəfi tam şəkildə əks etdirir.Məhkəmə ifadəni “mücərrəd və ümumiləşdirilmiş” hesab edib, lakin ifadənin “mücərrəd” hesab edilməsi əsassızdır, ifadənin konkret mühitdə, yəni şikayətçinin həyat yoldaşının da daxil olduğu “məhbuslar” qrupuna dair müzakirə zamanı səsləndirilməsi, onun ictimai yayımı və məzmunu birgə nəzərdən tutulduqda, ifadənin konkret şəxsin mənəvi sferasına yönəldiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Əks təqdirdə, hər hansı ictimai qrupa ünvanına səslənən, lakin konkret şəxsə mənəvi zərər yetirən ifadələr tam cəzasız qalardı ki, bu da cinayət hüququnun müdafiə məqsədi ilə ziddiyyət təşkil edərdi” – şikayətdə qeyd olunub.Məhkəmə kollegiyası əvvəlki instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edib ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayəti yalnız birbaşa qəsdlə törədilə bilər və bu qəsd konkret şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəlməlidir. İş materiallarında Tarix Əliyevin niyyətinin məhz şikayətçinin və ya onun daxil olduğu konkret şəxslər qrupunun şərəf və ləyaqətini alçaltmağa yönəldiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Buna görə də xüsusi ittiham qaydasında verilmiş şikayət təmin edilməyib.

SON DƏQİQƏ! İki qurum birgə əməliyat keçirib

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, may ayının 23-də Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və DİN əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - Üstündən 3 bıçaq çıxdı

Gimnastika məşqçisi N.Kərimova paytaxtın Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda olarkən hücuma məruz qalıb.Oxu24.com  xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.Gənc qadın bildirib ki, hadisə mayın 22-si günorta saatlarında “Dəniz Mall”ın yaxınlığında baş verib: “Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım”.Ona kömək edən şəxsə minnətdarlıq edən N.Kərimova hadisə ilə bağlı polisə məlumat verdiyini əlavə edib.Qafqazinfonun yazdığına  görə, bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş şəxs artıq müəyyən edilib. Belə ki, daxil olan məlumata görə, Səbail rayonu Dənizkənarı bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

Ağır qəza: Ölənlər var

Mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə  Oxu24.com-a  TƏBİB-dən bildirilib."Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib", məlumatda deyilir.Qeyd edək ki, hadisə nəticəsində daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.Qəzada ölənlərin Cəfərli kənd sakinləri, 1993-cü il təvəllüdlü Vüqar İsgəndərli və 1990-cı il təvəllüdlü Təhməz Əliyev olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.Bu barədə  Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Cabbarov Şahlar Qənaət oğlunun ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Nəsimi rayon polis idarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Şahlar Cabbarov təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.Bu səbəbdən Şahlar Cabbarovun Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb.Hazırda Şahlar Cabbarovun Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.

Azərbaycanda ildırım düşdü: Ölən var

Füzuli rayonunda bədbəxt hadisə baş verib.Hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır.

21 yaşlı qadın əri tərəfindən ÖLDÜRÜLDÜ 

Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələnib.Oxu24.com xəbər verir ki, Kürdəmir rayonunda ər arvadını qətlə yetirib.Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Natiq Araz oğlu Bəşirov həyat yoldaşı - 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.Qadının cansız bədəni ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaşyarımlıq övladları da var. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (metbuat.az)

"Qızıl Aypara" adından fırıldaq: İmkansız ailələri "ömürlük təqaüd" vədi ilə tora salan Aylin KİMDİR?   

Özünü təşkilatın rəis müavini kimi təqdim edərək  vətəndaşların pulunu mənimsədiyi iddia edilən Aylin kimdir?Oxu24.com-a vətəndaşlar tərəfindən daxil olan  şikayətə görə, bölgələrdə özünü "Azərbaycan Qızıl Aypara Cəmiyyəti"nin rəis müavini kimi təqdim edən bir qadın, imkansız və fiziki məhdudiyyətli ailələrin etibarından sui-istifadə edərək onlara "ömürlük sosial yardım kartı düzəldəcəyəm" vədi verib. Aldatdığı insanlardan "kartın rəsmiləşdirilməsi rüsumu" adı altında nağd pul qoparan bu şəxs, vəsaiti əldə etdikdən dərhal sonra zərərçəkmişləri "WhatsApp"da blok edərək aradan çıxıb. Ən rüsvayçı məqam isə budur ki, fırıldaqçı qadın öz çirkin əməli üçün ulu öndər Heydər Əliyevin ad gününü və şəhid ailələri, qazilər, əlillər kimi həssas qrupları bəhanə gətirib.Oxu24.com-a müraciət edən zərərçəkmiş vətəndaş, anasının və qonşuluqdakı imkansız bir ailənin bu şəbəkənin qurbanına çevrildiyini bildirib və hadisənin təfərrüatlarını sübut edən faktları təqdim edib.Şikayətçinin redaksiyamıza verdiyi məlumata görə, naməlum bir qadın rayonlarda fərdi şəkildə insanlarla əlaqə yaradaraq özünü "Beynəlxalq Xarici Humanitar Təşkilat"ın və "Azərbaycan Qızıl Aypara Cəmiyyəti"nin nümayəndəsi kimi qələmə verir. İnsanların etibarını qazanmaq üçün isə rəsmi dövlət tədbirlərinin və xüsusi günlərin adından istifadə edir.Dələduzluq məqsədilə vətəndaşlar arasında yayılan saxta bildirişdə deyilir:“Hörmətli Qızıl Aypara Cəmiyyətində üzv olan şəxslər! Bu gün Qızıl Aypara Cəmiyyətində xarici vətəndaşlar tərəfindən Heydər Əliyevin ad günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün cəmiyyətlə əlaqə saxlamağınız xahiş olunur. Tədbirdə torpaqları geriyə qaytarılan şəxslər, yaşlılar, əlillər, öhdəsində xəstəsi olan valideynlər üçün 185 nəfərə 400 AZN-dən 1000 AZN-ə qədər ömürlük təqaüd kartları təqdim olunacaq. Ətraflı məlumat almaq üçün Qızıl Aypara Cəmiyyətində rəis müavini Aylin Ömər qızı Həsənova ilə əlaqə saxlamağınız xahiş olunur. Telefon: 050 653 10 36".“Yalan izi qoymamaq üçün yalnızca səsli zənglərlə danışır"Zərərçəkmiş vətəndaş fırıldaqçılıq qurbanı olan qonşularına kömək etmək istəyərkən hadisənin böyüdüyünü vurğulayıb. Onun sözlərinə görə, qarşı tərəf hüquq-mühafizə orqanları tərəfindən izlənməmək üçün xüsusi taktikadan istifadə edir, yazılı mesajlara cavab vermir, adi mobil zəngləri qəbul etmir, yalnız "WhatsApp" səs yazısı və səsli zənglərlə ünsiyyət qurur:“Anam qonşuluqda maddi vəziyyəti çox ağır olan, özünü müdafiə edə bilməyən saf bir ailəyə kömək etmək istəyib. Bu məqsədlə qeyd olunan nömrəyə zəng vurub və ailənin vəziyyətini anladıb. Özünü rəis müavini kimi təqdim edən qadın isə bildirib ki, həmin ailənin əlilliyi olan üzvünə dövlət xətti ilə böyük məbləğdə müavinət və təqaüd düşür. Lakin bu kartın təcili rəsmiləşdirilməsi və növbənin dolmaması üçün dövlət rüsumu adı altında 300 AZN ödənilməlidir”.İmkansız ailə son ümid olaraq borc-xərc tapıb həmin pulu qadının dediyi hesaba köçürüb. Məlumata görə, dələduz şəxs pulun köçürülməsi üçün vətəndaşlara "4169 7388 0951 742*" nömrəli bank kartını təqdim edib. Pul daxil olduqdan sonra fırıldaqçının real üzü ortaya çıxıb. Şikayətçi məsələni araşdırarkən rəsmi qurumla əlaqə saxladığını bildirir:“Mən vəziyyətdən şübhələnib şəxsən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mərkəzi ofisi və rəsmi saytı ilə əlaqə saxladım. Mən bu faktı həmin qadının üzünə dedikdə isə o, çox soyuqqanlı və arsız şəkildə “Bilirəm, dərdiniz puldur. Söndür telefonu, get hara istəyirsən, polisə şikayət et” deyərək hamımızı blok siyahısına saldı". Şikayətçi əlavə edib ki, hazırda məqsədləri pulu geri almaqdan daha çox, bu şəxsin şəbəkəsinin ifşa olunması və digər insanların, xüsusən də kasıb ailələrin son qəpiyinin mənimsənilməsinin qarşısını almaqdır.Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Oxu24.com-a RƏSMİ CAVAB:Sorğumuza cavab olaraq qurumdan rəsmi şəkildə bildirildi:“Suallarınıza cavab olaraq bildiririk ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətində Aylin Ömər qızı Həsənova adlı əməkdaş çalışmır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti rayonlarda adıçəkilən formatda yardım aksiyası keçirmir. Bütün bunlar yanlış məlumatlardır".Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas rəqəmsal platformalar üzərindən törədilən cinayətlərin hüquqi tərəflərini və vətəndaşların necə qorunmalı olduğunu izah edib.Hüquqşünas bildirir ki, Azərbaycanda son illər rəqəmsal platformalar üzərindən törədilən dələduzluq halları xüsusilə artmaqdadır. Sosial şəbəkələr, “Telegram”, “Facebook”, “TikTok” və əsasən də “WhatsApp” üzərindən özünü müxtəlif fondların, xeyriyyə təşkilatlarının, humanitar qurumların, dövlət proqramlarının və ya sosial layihələrin nümayəndəsi kimi təqdim edən şəxslər vətəndaşların etibarından sui-istifadə etməyə çalışırlar:“Belə şəxslər daha çox sosial həssas təbəqəni, yəni, aztəminatlı ailələri, xəstə şəxsləri, işsiz və ya yardıma ehtiyacı olan insanları hədəf seçirlər. Ən təhlükəli məqam isə odur ki, bu hallar artıq sadəcə etik problem deyil, birbaşa cinayət hüququ müstəvisində qiymətləndirilən əməllər hesab olunur.Ən çox rast gəlinən sxem belə olur: vətəndaşa sosial yardım, təqaüd, birdəfəlik maddi dəstək, humanitar paket və ya xarici fond tərəfindən maliyyə ayrıldığı bildirilir. Daha sonra “kart açılması”, “sistem qeydiyyatı”, “rüsum” , “bank əməliyyatı”, “sığorta”, “aktivləşdirmə” və digər uydurma bəhanələrlə müəyyən məbləğdə pul tələb edilir. Pul göndərildikdən sonra isə əlaqə tam kəsilir, şəxs bloklanır və ya müxtəlif saxta hesablarla iz itirilməyə çalışılır. Ən diqqətçəkən xüsusiyyətlərdən biri də odur ki, belə şəxslər adi mobil zənglərdən deyil, əsasən “WhatsApp” zəngləri, səs yazıları və internet üzərindən ünsiyyətdən istifadə edirlər ki, onların şəxsiyyətinin müəyyən edilməsi çətinləşsin".Azərbaycan qanunvericiliyi nə deyir?Ekspert qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə belə hərəkətlər ilk növbədə dələduzluq əməlinin əlamətlərini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluqla bağlı müddəalarına əsasən, özgənin əmlakını və ya əmlaka olan hüququ aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək cinayət məsuliyyəti yaradır:“Burada əsas hüquqi element məhz “aldatma”  faktorudur. Şəxs bilərəkdən özünü başqa bir qurumun əməkdaşı, nümayəndəsi və ya vəzifəli şəxsi kimi təqdim edir, yalan məlumat verir və qarşı tərəfdə inam yaradaraq pul əldə edir. Bu halda cinayət artıq yalnız etik pozuntu deyil, konkret maddi zərərin vurulmasına yönəlmiş hüquqazidd əməl hesab edilir.Əgər həmin şəxslər özlərini dövlət qurumunun nümayəndəsi, sosial müdafiə əməkdaşı, beynəlxalq təşkilat təmsilçisi və ya humanitar fond əməkdaşı kimi təqdim edirlərsə, bu zaman əlavə hüquqi məsuliyyət məsələləri də yarana bilər. Çünki burada saxta statusdan istifadə etmə, rəsmi qurum adına nüfuzdan sui-istifadə və bəzi hallarda elektron informasiya resurslarından qanunsuz istifadə elementləri də ortaya çıxır. Xüsusilə bir neçə şəxsin əvvəlcədən əlbir olaraq sistemli şəkildə belə fəaliyyət göstərməsi artıq mütəşəkkil formada törədilən kiberdələduzluq kimi qiymətləndirilə bilər".Bəs, “WhatsApp" səs yazıları və mesajlar hüquqi sübutdurmu?Bu cür hallarla bağlı ən çox verilən suallardan birinə aydınlıq gətirən hüquqşünas bildirib ki, müasir hüquq və məhkəmə təcrübəsində cavab birmənalı şəkildə “bəli”dir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə görə elektron məlumat daşıyıcıları, rəqəmsal yazışmalar, audioyazılar, ekran görüntüləri, bank köçürmələri, IP məlumatları və digər elektron izlər sübut növü kimi qəbul edilə bilər.Xüsusilə vətəndaşın əlində olan aşağıdakı materiallar mühüm sübut əhəmiyyəti daşıyır:-WhatsApp” yazışmaları;-Səs mesajları və audiofayllar;-Profil şəkilləri və nömrələr;-Bank kartına köçürülən vəsait barədə qəbzlər (çeklər);-Ekran görüntüləri (skrinşotlar);-Zəng tarixçələri;-Sosial şəbəkə hesablarının linkləri;-Pul tələb edilən mesajlar və vədlər.Bu sübutlar təkbaşına yekun hökm üçün kifayət etməsə belə, istintaqın başlanması və şəxsin müəyyən edilməsi üçün ciddi əsas yaradır. Hüquq-mühafizə orqanları zərurət olduqda mobil operatorlardan, banklardan və platformalardan əlavə texniki məlumatlar tələb edə bilirlər. Müasir rəqəmsal ekspertiza vasitələri ilə silinmiş yazışmaların, IP ünvanlarının və maliyyə əməliyyatlarının müəyyən hissəsinin bərpası da mümkündür. Hüquqşünas Elllada Bayramova qeyd edib ki, burada mühüm hüquqi nüans var: vətəndaş əldə etdiyi materialları dəyişdirməməli, montaj etməməli və manipulyasiya etməməlidir. Əks halda sübutun etibarlılığı şübhə altına düşə bilər. Ən düzgün yanaşma məlumatların ilkin vəziyyətdə saxlanılması, ehtiyat nüsxələrinin çıxarılması və rəsmi qaydada hüquq-mühafizə orqanına təqdim edilməsidir. Vətəndaşlar nə etməlidir? "Məbləğ azdır" deyib susmayın!Hüquqşünas qurbanların səssiz qalmasının cinayətkarları daha da cəsarətləndirdiyini vurğulayır:“Belə hallarda vətəndaşlar ilk növbədə Daxili İşlər Nazirliyinə, kibercinayətkarlıqla mübarizə bölmələrinə və ya prokurorluq orqanlarına müraciət etməlidirlər. Ərizədə hadisənin necə baş verdiyi, hansı nömrədən əlaqə saxlanıldığı, hansı məbləğin tələb edildiyi və hansı platformadan istifadə olunduğu detallı şəkildə göstərilməlidir. Təcrübə göstərir ki, insanlar utandıqları və ya “məbləğ azdır” düşündükləri üçün çox zaman şikayət etmirlər. Halbuki məhz bu susqunluq həmin şəxslərin daha çox insanı aldatmasına şərait yaradır".Bu problemin digər təhlükəli tərəfi isə cəmiyyətin həqiqi xeyriyyə institutlarına olan etimadının zədələnməsidir. Bir neçə dələduzun fəaliyyəti nəticəsində insanlar artıq real humanitar təşəbbüslərə belə şübhə ilə yanaşmağa başlayırlar. Bu isə sosial həmrəylik və ictimai etibar baxımından ciddi risk yaradır.Rəqəmsal dövrdə dələduzluq artıq klassik üsullarla deyil, texnologiyanın imkanlarından istifadə etməklə həyata keçirilir. Lakin hüquq sistemi də paralel şəkildə rəqəmsal sübut anlayışını genişləndirərək bu cür cinayətlərlə mübarizə imkanlarını artırır. Əsas məsələ vətəndaşların hüquqi savadlılığının yüksəldilməsi, hər hansı “yardım”, “təqaüd” və ya “humanitar dəstək” adı ilə əvvəlcədən pul tələb edilən hallara tənqidi yanaşması və belə faktların gizlədilmədən aidiyyəti qurumlara bildirilməsidir.Oxu24.com xəbər portalı olaraq, imkansız ailələrin və cəmiyyətin həssas təbəqələrinin inamından sui-istifadə edən bu şəxsin (və ya şəbəkənin) əməllərini diqqətdə saxlayacağıq. Mövzu ilə bağlı hüquq-mühafizə orqanlarının atacağı addımları, araşdırmanın gedişatını və rəsmi qurumların reaksiyasını mütəmadi olaraq izləyib, oxucularımıza təqdim edəcəyik.Çimnaz Telmanqızı

Pəri Həsənova həyatını itirdi

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.Faktla bağlı araşdırma aparılır.(Report)

“Azərişıq”  məhkəmədə sakinlərə UDUZDU: Ölən inəklərin pulunu verməlidirlər

Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəməyə verib.Oxu24.com  Xitab24.az-a istinadla xəbər verir ki, buna inəkləri elektrik cərəyanının vurması səbəb olub.Hadisə Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iki inəyin üzərinə düşüb. Nəticədə iribuynuzlu heyvanlar tələf olub.Nəsimi Rayon Məhkəməsi dəymiş maddi ziyanın ödənilməsi üçün “Azərişıq” ASC-dən ümumilikdə 6400 manat tutularaq inək sahiblərinə ödənilməsinə dair qərar çıxarıb.Lakin “Azərişıq” məhkəmənin bu qərarı ilə razılaşmayıb və yuxarı instansiyalara üz tutub. Qurum etirazı isə heç bir fayda verməyib və Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var

Sumqayıt bulvarı yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumatlara görə, saat 19:30 radələrində yolu keçmək istəyən iki piyadanı – gənc oğlanı "BYD" markalı minik avtomobili vurub. Zərbənin gücündən piyadalar ağır xəsarətlər alıblar.Oxu24.com  xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin son dərəcə ağır olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Digər yaralının vəziyyəti isə həkimlər tərəfindən orta-ağır olaraq qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.NOCOMMENT.az

Ucarda yaşayış binası yandı - Fotolar 

Ucarda iki mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, hadisə nəticəsində mənzilin bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.Hadisə rayon ərazisində yerləşən, ümumi sahəsi 2000 kvadratmetr olan, 16 ailənin yaşadığı iki mərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata görə, binadakı mənzillərdən birində başlayan yanğın qısa müddətdə evin bir hissəsini əhatə edib.Yanğın baş verən mənzil Şirinov Məhəmməd Şirxan oğluna məxsus olub. Ümumi sahəsi 100 kvadratmetr olan, 4 otaq və 1 mətbəxdən ibarət mənzildə yanğın zamanı bir otaq əşyaları ilə birlikdə xilas edilib. Mənzilin mətbəxi və digər 3 otağı isə içərisində olan məişət əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.Əraziyə dərhal Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.Qafqazinfo

Ucarda ağır qəza: Ölən var

Ucarda yol qəzası olub, ölən var.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub.Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib.Fakt araşdırılır.

Kasparov beynəlxalq axtarışa verildi

Rusiya istintaq orqanları erməni şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.Oxu24.com xəbər verir ki, onun haqqında terrorizmə bəraət qazandırmaq maddəsi ilə axtarış qərarı çıxarılıb.Həmçinin bildirilib ki, Kasparov dövlət çevrilişini planlaşdırmaqda ittiham olunur.Qeyd edək ki, H.Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib. Hazırda ABŞ-də yaşayan şahmat üzrə keçmiş dünya çempionu ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.2025-ci ilin dekabrında Moskvanın Zamoskvoreçye rayon məhkəməsi H.Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən iki aylıq həbs qətimkan tədbiri seçib. Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.

Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı

Türkiyənin “İstanbul Altın Rafinerisi A.Ş.” şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində Bakırköyün Florya səmtində yerləşən villanın zirzəmisində 350 kiloqram qızıl aşkarlanıb.Oxu24.com  xəbər verir ki, qızılın dəyərinin təxminən 2 milyard 330 milyon lirə olduğu bildirilir.İddianaməyə əsasən, qızılların şirkətin anbarından çıxarılaraq villa zirzəmisinə daşındığı müəyyən edilib. Şirkət rəhbərliyi isə həmin qızılların “ailə mirası” olduğunu iddia edib.Türkiyə prokurorluğu məsələ ilə bağlı çirkli pulların yuyulması, saxta ixrac və dövlətə qarşı dələduzluq ittihamları üzrə araşdırmaları davam etdirir.Bizim.Media

Hamlet Musayevin qızı azad edildi 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad edilib.Oxu24.com  xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.Tərəflər arasında razılıq əldə edildiyindən istintaq orqanı həbsin davamına ehtiyac görməyib. M.Musayeva polis nəzarəti şərti ilə təcridxanadan azad edilib.Zərərçəkmiş şəxsin hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov müdafiə edir. Amma vəkil müvəkkili ilə təqsirləndirilən şəxsin barışması və dəymiş ziyandan nə qədər ödənilməsi ilə bağlı sualımıza cavab verməkdən imtina etdi.Qeyd edək ki, M.Musayeva bir neçə ay əvvəl həbs edilib. O, sanksiyasında 14 ilə kimi həbs nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham edilir. (qafqazinfo.az)

Goranboyda iki qadın qətlə yetirildi

Goranboyda dəhşətli qətl hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahəyə gedib və orada aldığı xəsarətlərdən ölüb.Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma başlanılıb./Teleqraf/

DSX əməliyyat keçirib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oğul anasını traktorla vurub öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.  Hadisə rayonun Alpı kənd ərazisində baş verib.  Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub.  Ağır xəsarət alan A. Abbasova həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ! Dağda itkin düşdü

Bakı sakini Böyük Qafqaz dağlarının Zaqatalada rayonu ərazisindən keçən hissəsində  itkin düşüb. Lent.az xəbər verir ki, əslən Zəngilan rayonu Veynəli kəndindən olan, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü  Ələsgər Əfrahim oğu Hüseynli mayın 15-də Zaqatala rayonu ərazisində yerləşən, yüksək dağlıq ərazi olan Honzoqor yaylağına qalxıb. Onun həmin ərazidə itkin düşdüyü bildirilir.Bu gün səhər saatlarında Ə.Hüseynli Bakı şəhərində yaşayan atasına mobil telefon vasitəsi ilə yolunu azdığını yazıb. Daha sonra ona zəng çatmayıb. Hadisə barədə polisə məlumat verilib. Hazırda onun axtarışları davam etdirilir.

Faciə yaşandı: 3 nəfər ölüb,yaralılar var

Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Oxu24.com-un  məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib.3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.(APA)

Dəhşətli qəza 8 gənc faciəli şəkildə həyatını itirdi

Gürcüstanın Qardabani rayonunda baş verən dəhşətli yol qəzasında ağır yaralanaraq xəstəxanaya yerləşdirilən daha bir gənc həyatını itirib. Bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze yerli mediaya açıqlamasında məlumat verib. Onun sözlərinə görə, yaralı gəncin həyatını xilas etmək üçün əməliyyat keçirilsə də, həkimlərin səyləri nəticə verməyib:"Xəstəyə cərrahi müdaxilə olundu, travmatologiya şöbəsində bütün zəruri prosedurlar aparıldı. Lakin əməliyyatlardan sonra axşam saatlarında pasiyent vəfat etdi”, - deyə Papuna Baxtadze bildirib. Beləliklə, Qardabanidə baş verən ağır yol qəzasında ölənlərin sayı 8-ə yüksəlib.Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində həyatını itirən gənclərdən 5-nin Qaraçöp elindən, 3-nün isə Qardabanidən olduğu bildirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırma aparılır.Musavat.com

Azərbaycan DƏHŞƏTLİ qəza baş verdi

Göygöldə ağır qəza baş verib.Oxu24.com  xəbər verir ki, hadisə rayonun Toğanalı kəndi istiqamətində olub.Belə ki, “VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub. Qəza zamanı Göygöl rayon sakini 1969-cu il təvəllüdlü İbad Vəliyev və daha iki nəfər xəsarət alıb. Yaralılardan adıçəkilən şəxsin vəziyyəti daha ağırdır.Faktla bağlı araşdırma başlanılıb.Qafqazinfo

TƏCİLİ! Onun meyiti dənizdən tapıldı (FOTOLAR 18+)

Su Nəqliyyatında Polis İdarəsi və DSX əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Xəzər dənizində meyit aşkar edilib.Oxu24.com-un  məlumata görə, meyit Neft Daşlarının yaxınlığında tapılıb.Keçirilmiş tədbirlərlə müəyyən edilib ki, meyit 13 aprel tarixində batmış balıqçı qayığında itkin düşən Kürdəmir rayon sakini 2000-ci il təvəllüdlü Osmanov Rahim Ramiz oğluna məxsusdur.Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, ötən ay baş vermiş bədbəxt hadisə zamanı qayıqda olan digər balıqçının həyatı xilas edilmişdi.(Qafqazinfo)

Söyüş söydüyünə görə Elnarəni əli ilə vuraraq yerə yıxıb  — HADİSƏNİN TƏFƏRRÜATI

2024-cü il dekabrın 17-də 15-ci PB-nə gələn İgid Rəcəbzadə (1995-ci il təv.) inzibati ərazidə adam öldürməsi haqda məlumat verib.Oxu24.com-un  məlumatına görə, “Baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə Zabrat qəsəbəsində, yolun kənarında baş verib. Otluq və daş parçalarının olduğu sahədə Elnarə İbrahimovanın (1991-ci il təv.) meyiti, yanına, üzərində qan ləkələri olan və təxminən çəkisi 20 kq olan daş parçası aşkar edilib. baş nahiyəsində qana bənzər kütlənin olması müşahidə olunub.Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elnarə İbrahimovanın ölümünə — sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar beyinə qansızma səbəb olub.İstintaqla müəyyən edilib ki, dekabrın 17-də İgid Rəcəbzadə ilə Elnarə İbrahimovanın arasında Maştağa-Zabrat yolunda olan körpünün yaxınlığında mübahisə yaranıb. Ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşən İgid qadını yerə yıxıb, onu yumruqla vurmağa başlayıb. Müqavimət göstərən Elnarə İbrahimovanın baş nahiyyəsinə yerdən götürdüyü daş parçası ilə zərbələr endirib. Bu hərəkəti ilə İgid Rəcəbzadə zərərçəkmişi qəsdən həyatdan məhrum edib.İş üzrə dindirilmiş İgid Rəcəbzadə bildirib ki, Bilgəh qəsəbəsində kirayədə yaşayıb. Subaydır, günəmuzd fəhlə işləyib. Elnarə İbrahimova Zabrat qəsəbəsində yerləşən kafedə ofisiant işləyib. Onunla orda 1 il əvvəl tanış olub. Elnarə ona maddi dəstək olmağını xahiş edib, ona gündəlik olaraq 30-50 manat arası pul verib, bir neçə dəfə şəhərin müxtəlif otellərdə cinsi əlaqədə olublar. Narkotik vasitələrdən istifadə edib. Hadisə dekabrın 17-də Maştağa-Zabrat yolunun kənarında baş verib.Həmin vaxt içkili və narkotik vasitənin təsiri altında olub. Söyüş söydüyünə görə Elnarəni əli ilə vuraraq yerə yıxıb. Bu zaman Elnarəyə bacısı Gülnar zəng edib. Hava şəraiti ilə əlaqədar nə danışdıqlarını tam eşidə bilməyib. Gülnar bacısı ilə sevgili olduqlarını bilib. Təxminən 20 kiloqramlıq daş parçasını qaldırıb qadının başına çırpıb. Onun hər hansı hərəkət etmədiyini görüb, qorxub. Üzü Maştağa qəsəbəsi istiqamətində gedib. Amma sonra Elnarənin yaşaya biləcəyini düşünüb yenidən hadisə yerinə qayıtıb. Amma qadının nəfəs almadığını görüb. Buna görə bölməyə gedib, adam öldürdyünü bildirib.Məhkəmə iclasında İgid Rəcəbzadə bildirib ki, dekanrın 17-də Elnarə İbrahimova ilə telefonla danışarkən birlikdə Maştağada yerləşən ticarət mərkəzinə gedib, onun üçün paltar almaq qərarına gəliblər. Ora getsələr də, qadın özünə heç nə almayıb. Ordan çıxıb, taksi ilə bir az getdikdən sonra Elnarə sürücüyə maşını saxlamasını deyib və düşərək hadisə baş verən əraziyə gəliblər. Orda qadın qışqırmağa və onu söyməyə başlayıb.Zərərçəkmiş şəxsin hüquqi varisi Fərəbani İbrahimova ifadəsində göstərib ki, hadisənin şahidi olmayıb. Baş verənləri ona digər qızı Gülnar danışıb. Belə ki, Elnarə telefonda Gülnara İgid adlı şəxsin onu öldürmək istədiyini deyib. Buna görə Gülnar 102 mərkəzinə zəng edib, məlumat verib. Elnarənin İgidlə münasibəti olması barədə xəbəri olmayıb. Mərhumun övladlarından biri kollecə qəbul olduğundan, təhsil haqqının ödənilməsindən ötrü qızı Bakıya, işləməyə gedib. Hərdən bir Lənkərana gələrək, onlara baş çəkib. Təqsirləndiriən şəxsə ağır cəza verilməsini xahiş edib.İstintaq zamanı şahid qismində dindirilmiş Nizami Abbasovun ifadəsi elan olunub. Yazılanlara əsasən, Zabrat qəsəbəsində kafedə işləyib. Elnarə İbrahimova ilə 2024-cü ilin yay aylarında tanış olub. Elnarənin uşaqları keçmiş əri ilə Lənkəranda, özü isə bacısı ilə birlikdə Bakıda, Balaxanı qəsəbəsində yaşayıb. Onunla sevgili olduqları müddətdə bacısı Gülnar yaşayan ərazidə onun üçün kirayə ev tutub. İgid Rəcəbzadəni həmin kafeyə gəlib-gedən müştəri kimi tanıyıb.Elnarəni axırıncı dəfə dekabrın 17-də görüb. Gün ərzində aralarında 1-2 dəfə telefon danışığı olub. Elnarə hər hansı problemi olmadığını deyib. Saat 17 radələrində Gülnar ona zəng edərək, basısının İgidin avtomobilinə əyləşərək üzü Zabrat dairəsi istiqamətində getdiyini söyləyib. Həmin gün PPX əməkdaşlarından İgidin Elnarəni öldürdüyünü öyrənib.Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.Məhkəmə qənaətə gəlib ki, İgid Rəcəbzadənin əməli istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli CÇM-də çəkməklə İgid Rəcəbzadə17 il müddətinə azadlıqdan məhrum olunub.    View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az) Mənbə: News24.az-

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyndən Oxu24.com-a  daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var 

Azərbaycanda ötən il xüsusilə ağır cinayətlərdə ittiham olunan 4 nəfər ev dustaqlığına buraxılıb.Modern.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara görə, ötən il bu ittiham üzrə ümumilikdə 415 nəfərə qarşı həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, Ramiz Mehdiyev də ötən il Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakıda məktəbdə BƏDBƏXT HADİSƏ 

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də  pəncərədən yıxılıb.Oxu24.com xəbər verir  ki,bununla bağlı Ajans.az-a BŞTİ-dən məlumat verilib. məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

24 yaşlı gənc əmisi oğlunu bıçaqladı: Saxlanılan var 

Goranboyda əmi oğlanları arasında yaranan mübahisə qanla bitib.Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri - 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə böyüyərək davaya çevrilib və nəticədə K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən 3 gənc həbs edildi

Şəmkirdə üç gənc həbs olunub.Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, üç həmkəndli - 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (adlar və soyadlar şərtidir) - avtomobildə olarkən "TikTok" platformasında canlı yayım açıb.Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparılıblar.Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.Gənclər bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.

Şəmkirdə piyadanı maşın vurub öldürdü 

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb. Belə ki, Dəllər qəsəbə sakini Fərrux Şirinovu “VAZ 2106” markalı avtomobil vurub. Adıçəkilən şəxs xəstəxanaya çatdırılsa da, yolda keçinib.Faktla bağlı araşdırma başlanılıb.

İtkin düşən 9 nəfər tapılıb 

İtkin düşən 9 nəfər tapılıb.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Polis əməkdaşlarının mayın 9-da və 10-da keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gecə saatlarında meyiti tapılan 16 yaşlı  oğlan GÖRÜN  KİMDİR  —  FOTO

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.Hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.Qafqazinfo

Bakıda orta məktəbdə insident:Qız xəsarət aldı

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb.Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.Tənəffüs vaxtı 5 "q" sinfinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

Su Polisi əməliyyat keçirib

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.Oxu24.com xəbərinə görə, araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

83 nəfər saxlanılıb - DİN

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Şüşə silən qadın faciəli şəkildə həyatını itirdi

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.

İki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.Hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.Faktla bağlı araşdırma aparılır.

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb 

Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini talayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.

Polis iki gündə 25 kq narkotik aşkarlayıb 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

DİN itkin düşənlərlə bağlı AÇIQLAMA YAYDI

İtkin düşən 9 nəfər tapılıb.DİN-in mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, mayın 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Məlumatda o da deyilir ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Eyni zamanda, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

Novxanı-Pirşağı yolunda avtomobillə motosiklet toqquşub: Ölən var

Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu24.com xəbər verir ki, BYD markalı minik avtomobili ilə motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

"Vəkil" Fuad Əliyev həbs edildi 

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları özünü vəkil kimi tanıdaraq vətəndaşların etibarından sui-istifadə edən şəxsi saxlayıb. Araşdırmalar nəticəsində Fuad Əliyevin işə düzəltmək vədi ilə bir nəfərdən 6350 manat pul aldığı müəyyən edilib.İstintaq prosesində məlum olub ki, saxlanılan şəxs müxtəlif hüquqi yardımlar adı altında başqa şəxslərə qarşı da bənzər əməllər törədib. O, saxta vədlər verərək vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib.Fəaliyyəti ifşa edilən Fuad Əliyevə qarşı müvafiq maddələrlə ittiham irəli sürülüb. Məhkəmənin qərarı əsasında onun barəsində həbs qətimkan tədbiri tətbiq edilib. Hazırda hadisənin digər detalları və zərərçəkənlərin tam siyahısı dəqiqləşdirilir.

Zaqatala sakini güllələnib, şübhəli şəxs saxlanılıb

Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev güllələnib.Hadisə rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.Belə ki, İsa Boloyev bu gün gecə saatlarında restorandan çıxarkən 28 yaşlı Musa Mustafazadə ona ov tüfəngindən atəş açıb. Nəticədə İ.Boloyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Musa Mustafazadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Yeniyetmələr arasında dava:Bıçaqlanan var

Cəlilabad rayonunda yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.(Apa)

İş adamı restorandan çıxarkən güllələndi - FOTO 

Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. Oxu24.com  xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.O, Zaqatalada restoran sahibi olub.İ.Bolayevin fotolarını təqdim edirik:(oxu.az)

Yaşayış binasının girişində kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti aşkarlanıb.Oxu24.com xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.1971-ci il təvəllüdlü Siyavuş Qasımov yaşayış binalarından birinin giriş hissəsində həyatını itirmiş halda tapılıb.Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır. (Teleqraf)

DİN: Masazırda 13 nəfər saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.DİN-dən Oxu24.com-a verilən məlumata görə, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.Araşdırma aparılır.Qeyd olunub ki, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

DTX-nin ən ağır maddələrlə axtarışa verdiyi Camalovun kriminal DOSYESİ  

Bir sıra şəxslər törətdikləri cinayət əməllərinə görə DTX tərəfindən axtarışdadır.Oxu24.com xəbər verir  ki,onlardan biri də  Camalov Elçin  Zakir oğludur.O,04 yanvar 1988-ci ildə  Bakı şəhərində anadan olub.Boyu 178 sm,gözlərinin rəngi qəhvəyidir.AR CM-in 120.2.1, 120.2.3, 120.2.4, 120.2.11, 29,120.2.3, 29,120.2.11, 228.3, 232.3.2 və 279.3-cü maddələri ilə axtarışa verilib.Göründüyü kimi o,kifayət qədər ağır maddələrlə axtarışdadır.Cinayət Məcəlləsinin 120-ci maddəsi  qəsdən adam öldürmə zamanı ttəbiq olunur.Onun bir neçə bəndinin də sözügedən şəxsə tətbiq edilməsi cinayətin qrup halında və xüsusi amansızlıqla baş verdiyini söyləməyə əsas verir.Qeyd olunan maddələrin təsiri altında həbs olunan şəxsin günahı sübuta yetirildiyi halda  onu on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.Həmçinin burada 228-ci maddənin də təsiri var.Bu maddədə qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədən bəhs olunur.228.3. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma –dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.232. Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə,279-cu maddə isə qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma hallarında tətbiq edilir.Axtarışa verilən barədə DTX-nin etimad telefonuna (+99412) 4059999 və 1656 qaynar xəttinə, habelə mektub@dtx.gov.az elektron poçtuna məlumat verə bilərsiniz.Miri Məcidli 

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb 

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA Kriminal  

Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Oxu24.com  APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. pizza hutTəqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

Naftalanda yeniyetməni zibil qutusuna atıb, videosunu yaydılar 

Naftalanda yeniyetməni parkda döyərək görüntülərini sosial şəbəkələrdə yayıblar.Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki parkda baş verib.16 yaşlı İbrahim Musayev (ad və soyad şərtidir - red.) parkda gəzərkən zərərçəkən Elmir Kərimova (ad və soyad şərtidir - red.) yaxınlaşaraq nə səbəbə anası barədə xoşagəlməz ifadələr səsləndirdiyini soruşub. Elmir etiraz etdikdə İbrahim bu barədə əlində səs yazısı olduğunu deyib. Daha sonra əsəbiləşdiyi üçün o, yanındakı iki tanışı ilə köməkləşərək Elmiri yaxınlıqdakı zibil qabına atıblar. Tanışlarından biri hadisəni telefonla videoya çəkib. Elmir ərazidən uzaqlaşmaq istəyəndə isə İbrahim onu vuraraq yerə yıxıb.Sonra hadisənin videosu Tiktok sosial şəbəkəsində paylaşılıb.Zərərçəkənin şikayəti əsasında İbrahim polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.2-ci (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddələri ilə protokol tərtib olunub.İbrahim Musayev ifadəsində əməlindən peşman olduğunu, Elmirdən və onun anasından üzr istədiyini bildirib.Zərərçəkənin qanuni nümayəndəsi isə şikayətçi olduğunu deyərək, həm İbrahimin, həm də Elmiri zibil qutusuna atan digər şəxsin cəzalandırılmasını xahiş edib.Barəsində inzibati xəta üzrə icraat aparılan İbrahimin vəkili isə müvəkkilinin yeniyetmə olduğunu nəzərə alaraq yüngül cəza verilməsini istəyib.Məhkəmənin qərarı ilə İbrahim Musayev 500, ona kömək edən tanışı isə 400 manat məbləğində inzibati qaydada cərimələniblər.

DİN bu rayonda əməliyyat keçirib

Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb.DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.Araşdırma aparılır.

Polis bu şəxsi axtarır

İsmayıllıda 43 yaşlı kişi itkin düşüb.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
"Onun əlamətləri: boyu 185 sm, saçları şabalıdı, arıq bədən quruluşludur.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- deyə, məlumatda qeyd edilib.

Baş Prokurorluq təcili açıqlama YAYDI

Bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat verilib.Yayılan xəbərlərdə guya dövlət ittihamçısının təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istədiyi iddia olunub.Bununla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı bildirilib.Qeyd olunub ki, dövlət ittihamçısı çıxışında Babək İbadovun ittiham olunduğu əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə toplanmış sübutların məcmusunu və cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.Sonda media nümayəndələri və ictimaiyyət yalnız rəsmi mənbələrə istinad etməyə, yoxlanılmamış və yanlış məlumatları yaymamağa çağırılıb.

Qızı qaçırtmaq istədilər, 4 nəfər yaralandı 

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.Oxu24.com teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.Hadisə zamanı 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar.2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insident qız qaçırmaq istəyərkən baş verib.

Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - ŞOK TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Oxu24.com  xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Babək Güləliyev şahid qismində ifadə verib. "Hadisədən dörd ay sonra mənə zəng etdilər. Həmin vaxt sürücü yolda sürət həddini aşdığı üçün mən ona sayrışan işıqlarla işarə verdim. Avtomobili saxlayandan sonra ona yaxınlaşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirdim. O isə cavabında maşında zibil olduğunu və onu atmağa tələsdiyini deyərək üzrxahlıq etdi".  Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayə yaşadığı evdə fəhlə yoldaşı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra o, meyiti avtomobillə Ağsu dolaylarına gətirərək hissələrə ayırıb. Meyitin hissələrindən ikisini dolaylardakı dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb, Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), F.Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb./Oxu.az

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.Oxu24.com  xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib: “A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut olaraq istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir”.N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. O, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu əlavə edib.Əldə etdiyimiz məlumata görə, səsləndirilən iddia və ittihamlarla bağlı polis tərəfindən araşdırma aparılır.

Novxanıda dəhşət: Gənc oğlan öldürüldü

Abşeron rayonu Novxanı qəsəbəsində şəxsiyyəti hələ dəqiqləşdirilməyən gənc oğlan bıçaqlanaraq öldürülüb.Oxu24.com  xəbər verir ki, hadisə "Novxanı bağları"nın "Atçılıq" kimi tanınan hissəsində qeydə alınıb.Qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü M.Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib./report.az/

Hacı Vəliyevə hökm oxunub 

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb.Oxu24.com-un  məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb.Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.Qeyd edək ki, Hacı Vəliyev “Gənc Qazilər Birliyi” adlı dövlət qeydiyyatına alınmayan QHT təşkilatının sədri olub. O, ötən ilin aprelində barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. H.Vəliyevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Həmin şəxs tutularaq Azərbaycana gətirildi

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək.Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib:"Belə ki, Bakı şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb".Bildirilib ki, hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür. Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.

Bakıda faciə: Həyatını itirən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Nazirliyin Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib, qəza nəticəsində həyatını itirmiş sürücü, İmanov Mansur Güləxan oğlunun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Telefon oğruları tutuldular 

Paytaxtın Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb. Onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı isə ev və marketlərdən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal Əliyev və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Onlar həbs olundular:Aralarında qadın da var 

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.Oxu24.com-un  verdiyi xəbərə görə, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin paytaxta gətirilərək realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A. Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

DİN əməliyyat keçirib: Həbs olunanlar var

Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb.Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.Araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ağır qəza olub:Xeyli yaralı var

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.Hərəkətdə olan "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.Yaralılar xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

DTX-nin tutduğu şəxsə 16 il cəza verildi

Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Oxu24.com  xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Kamilli Vüsal Yusif oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.

DTX-nin tutduğu şəxsə ağır cəza verildi

Xarici dövlətlərin nümayəndələrinin tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.ƏtraflıQeyd edək ki, Turalbəy Mehdiyev AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib.

66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb.Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.

36 yaşlı kişi çayxanada bıçaqlandı 

Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb.Oxu24.com  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib.Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov həmkəndlisi 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.S.Bayramova döş qəfəsi və budun açıq yarası diaqnozu təyin olunub və əməliyyata götürülüb.Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

DİN-dən "Əhməd qaçıb" xəbərlərinə RƏSMİ CAVAB +VİDEO

Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Oxu24.com xəbər verir ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb. DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.

DİN açıqlama yaydı: 200 nəfər SAXLANILIB

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb.Bu barədə  Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər ötən gün tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həkimə qumbara atan şəxslə bağlı ŞOK – Hər şey bilindi 

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.Oxu24.com  xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb.Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli, eləcə də onu öldürməyə cəhd edən şəxs barədə qaranlıq məqamları paylaşıb.U.Qarayeva bildirib ki, Asif Nəsirli, Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub: “Hazırda bu həkim Onkologiya Mərkəzində ölümlə pəncələşir. Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya alandan sonra sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Düz bağırsaq xərçəngindən əziyyət çəkib həmin adam, Asif həkim onu tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir. Bilir ki, kimsə artıq bu adama kömək eləmir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir, amma özü ölür. Xilaskarı isə indi həyat mücadiləsi verir”.U.Qarayeva həmçinin hazırda A.Nəsirlinin sağlıq durumu, onun keçdiyi peşə yolu barədə də danışıb: “Demək, altı il Tibb Universiteti, ondan sonra yenə də oxumaq, 18 il təcrübə, nə qədər müəllimlərə, tələbələrə bilik ötürən müəllimləri, nə qədər illər, saatlar kitab arxasında təcrübə… Nə qədər xəstələr, balasını qucağına alıb gətirən xəstələr ki, məni balamı xilas elə. Nə qədər sağalan xəstələr. Nə qədər ümidli olanlar… Təsəvvür eləyin, indi Azərbaycanda nə qədər xərçəng xəstəsi olan uşaqların valideynlərinin ümidi kəsildi. Kimin yanına aparacaqlar? Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkologiya, onkologlar çox gec yetişir, çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Qaldı ki, radiologiya. Uşaq radiologiyası isə ümumən zülmdür. Bir çox həkimlər deyir ki, ümumiyyətlə, radioloq olmaq istəmirəm, uşaq radiologiyasını isə heç istəmirəm. Hətta bir həkim deyir, bir ay uşaq radiologiyası şöbəsinə keçdim. Gördüm ki, bir az da qalsam, ya dəli olacam, ya da öləcəm. Balaca-balaca uşaqlar, saçlar tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bir həkimin paylaşımında oxudum: deyir ki, soruşdum, Asif, necə bacarırsan balaca uşaqlara radiasiya verməyi? Dedi ki, sənin saçın ağarıb? Yox! Amma mənim saçım artıq bu yaşda ağarıb. Bax, belə həkimdir Asif həkim. Dərd çəkə-çəkə müalicə eləyirdi uşaqları. İndi ölümlə üz-üzədir”.U.Qarayeva bildirib ki, hadisə baş verəndən cəmi 3 dəqiqə sonra onu əməliyyata salıblar. Həmin an bütün xəstəxana səfərbər olunub: “Həmin o gecə dəqiq heç bir həkim evə getməyib. Hamı oradaydı, bütün personal oradaydı. Göz qırpımında 10 litr qan yığıldı. Təsəvvür edirsiniz, hər xəstəxanada 2-3 litrdən artıq, hər qrupa aid 2-3 litrdən artıq qan olmur. 10 litr qan yığılıb. Tez 5 litrini köçürüblər, bədəndə qan qalmayıb. O da bədənə nə qədər stress, nə qədər yükdür. Nəticədə bəlli olub ki, qəlpələrdən biri gedib beyin sapında ilişib qalıb. Orada cərrah müdaxiləsi, çətindir, demək olar ki, mümkün deyil. Hərbi doktorlar da gəliblər və deyirlər ki, müdaxilə eləmək olmaz, beyin çox həssasdır. Və indi doktorun vəziyyəti çox ağırdır. Heç kim gözünü yummuyub, heç kim evinə getməyib. Nə qədər mümkündürsə, hadisə olandan 3 dəqiqə sonra doktor artıq əməliyyat masasındaydı. İndi doktorlar deyir ki, “əlimizdən gələnin artığını etsək də, onu həyata qaytara bilmirik. Ən dəhşətlisi odur ki, onun xanımı da orada işləyir. Üzünə baxa bilmirik, qaçırıq, üz-üzə gəlməkdən qorxuruq”.Onlar, ər-arvad gecə-gündüz ordakı xəstələr üçün əllərindən gələni edirdilər. Xanımı da, özü də gecə ilə gəlirdilər xəstəxanaya, əllərində dərmanlarla, radiasiya içində saatlarla… İnsanları xilas etmək üçün… Bir həkimin qaranlıqdan çıxardlğı bir keçmiş xəstə, özü qaranlıqdan gəlib onu öldürməyə cəhd etdi. İndi bütün həkimlər şokdadılar. Belə hadisə necə ola bilər? Biz nə edək xəstəxanalarda? Dəmir detektoru qoyaq biz, lentlər qoyaq ki, onun üstündən çantanı qoyub keçsinlər. Necə eləyək biz bunu? Həkimlərimizi necə qoruyaq, müəllimlərimizi necə qoruyaq biz? Bu vəhşiliyi haradan aşdıq biz?”Aparıcı eyni zamanda sosial şəbəkədə yanlış məlumatların, dezinformasiyaların yayılmasına da etiraz edib.Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan Mübariz Əliyev adlı şəxs həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.(nocomment.az)

Toyda dəhşət yaşandı: Qardaşlar bıçaqlandı

Göygöldə toyda iki qardaş bıçaqlanıb.Hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Canavar 47 yaşlı kişiyə hücum etdi

Zaqatalada canavar 47 yaşlı kişiyə ağırər yetirib. Oxu24.com xəbər verir ki hadisə bu gün səhər saatlarında rayonun Car kənd inzibati ərazisinə aid olan Axaxdərə kəndində baş verib.Belə ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Şamil oğlu Qurbanova hücum edərək ona çoxsaylı xəsarət yetirib.A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir. (APA)

Əhməd təkrar cinayət törədib? – ŞOK səs yazısı 

5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Belə ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb.Bəs yalan məlumat yayanları hansı cəza gözləyir?Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, əgər yayılan məlumat həqiqətə uyğun deyilsə, insanlarda narahatlıq yaradırsa, ictimai asayişə və təhlükəsizliyə mənfi təsir göstərə bilirsə, bu halda həmin məlumat yayılması qadağan edilən informasiyalar sırasına aid edilir:“Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulub ki, yalan olduğunu bildiyi halda məlumatı yaymaq məsuliyyət yaradır. Belə məlumatların internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə, internet televiziya kanallarında və digər media resurslarında yayılmasına görə məsuliyyət nəzərdə tutulur.Azərbaycan qanunvericiliyində bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 388.1 0.1-ci maddəsi tətbiq oluna bilər. Həmin maddəyə əsasən, internet telekommunikasiya şəbəkələrində yalan məlumatların yayılması, ictimai təşviş yaratması və ya cəmiyyətdə çaşqınlıq yaratması inzibati məsuliyyətə səbəb olur.Belə hallarda məlumatı yayan şəxslər cərimə edilə, bəzi hallarda isə digər tədbirlərlə, o cümlədən inzibati həbs ilə cəzalandırıla bilərlər”.Vəkilin sözlərinə görə, burada məsuliyyətin yaranmasının əsas səbəblərindən biri də məlumatın kütləvi xarakter almasıdır:“Qeyd edim ki, 388.1.0.1-ci maddəyə əsasən, qanunla qadağan edilmiş məlumatın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna, inzibati tənbeh tədbirinə məruz qala və ya digər zəruri hallar nəzərə alınmaqla 1 ay müddətədək inzibati həbs edilə bilərlər”.Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda 5 ailə üzvini qətlə yetirib. məhkəmənin qərarı ilə Ə.Əhmədov xüsusi tipli müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilib.

72 nəfər saxlanılıb

Azərbaycanda mayın 1-də cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Həmçinin qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Polis Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxsi saxlayıb 

Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə DİN-in mətbuat xidmətindən Oxu24.com-a  bildirilib.Məlumata görə, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ

CİNAYƏT İŞİ Qısa arayış...2025-ci il mayın 29-da Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Gülbala Əliyev küçəsi, 37-də yerləşən fərdi evdə baş verib. Kliniki Tibbi Mərkəzə çoxsaylı bıçaq yaraları ilə çatdırılan 1984-cü il təvəllüdlü Xəyal Ramazanovun həyatı xilas olunub. Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib. Cinayəti törətməkdə təqsirləndirilən Kənan Məmmədzadə 1998-ci ildə Bərdə rayonun anadan olub. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 2026-cı il yanvarın 13-də Amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarına əsasən cəzasından azad edilib. Oxu24.com bildirir ki, lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib. İstitnaqla müəyyən edilib ki, Kənan Məmmədzadə sevgi münasibətində olduğu 1997-ci il təvəllüdlü Zülfiyyə Ramazanovanın əri Xəyal Ramazanov tərəfindən təhqir edildiyini bilərək, onu öldürmək qərarına gəlib. Bunun üçün tikinti təyinatlı bıçaq (rezak) alıb. Mayın 29-u saat 08:15-də Ramazanovların yaşadıqları evə gəlib və qapının açıq olmasından istifadə edərək, içəri daxil olub. Arxadan Xəyal Ramazanova yaxınlaşaraq, azyaşlı övladlarının gözləri qarşısında onun başına və boğazına 8 dəfə zərbə vurub. Xəyal Ramazanov aktiv müqavimət göstərdiyi və arvadının Kənana mane olduğu, habelə Xəyal vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.  Məhkəmə iclasında Kənan Məmmədzadə ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edib. Verilmiş suallara cavab olaraq bildirib ki, 27 yaşı var və qazidir: “Zülfiyyənin evli olduğunu biləndən sonra yenə də onunla olan münasibətimi davam etdirdim. Xəyal Ramazanovu hadisə gününə gədər heç vaxt görməmişdim. Onu öldürmək niyyətim yox idi”. Prosesdə Kənan Məmmədzadənin istintaq zamanı verdiyi ifadəsi elan edilib. Kənanın sözlərinə görə, o, Yasamal rayonunda, D.Bünyadzadə küçəsi, 185 ünvanında yaşayıb. 2025-ci il martın 22-də “Azar” sosial şəbəkəsində Zülfiyyə adlı qadınla tanış olub: “Telefonumda onu “Mələyim” adı ilə qeyd etmişdim. Danışmağa başlayandan təxminən 10 gün sonra qadın mənə evli, 2 övladı olduğunu və özünə yeni ev alıb, ərindən boşanacağını demişdi. İlk dəfə aprelin 20-də bulvarda görüşmüşük. 3 dəfə Zülfiyyənin evində olmuşam. Həmin vaxt yoldaşı işdə, uşaqları isə bağçada idi. Zülfiyyə mənə daim əri tərəfindən döyüldüyünü, ümümiyyətlə yola getmədiklərini demişdi. Dəfələrlə ayrılmasını məsləhət görsəm də, qadın bir neçə ay səbrli olmağını söylədi. Bir neçə dəfə telefonda danışanda yoldaşının Zülfiyyəni söydüyünü eşitmişəm. Bundan əsəbləşib, qadına gəlib ərini öldürəcəyimi demişəm. Mayın 29-u səhər saat 6:30-da yuxudan oyandım ki, Zülfiyyə sabahın xeyir yazıb, amma sonra yenə yatdım. Bir müddətdən sonra qadın cavab yazaraq, niyə telefona baxmamadığımı? soruşdu və məndən şəklimi atmağımı istədi. Zülfiyyəyə uzandığım çarpayıdan şəklimi çəkib göndərdim. Amma qadın qısqanaraq, mənim evdə olmadığımı, gecə başqası ilə qaldığımı bildirdi. Sonra isə nömrəmi bloka atdı. Zülfiyyənin yenə əri ilə dalaşdığını və bu səbəbdən kefinin olmadığını düşündüm. Saat 8 radələrində Bayıl qəsəbəsinə, Zülfiyyənin yaşadığı evin qarşısına çatdım. Məhlənin girişində olan inşaat mağazasından 1 manat 40 qəpiyə dəftərxana bıçağı aldım. Gözlədim ki, Xəyal uşaqları bağçaya aparsın. Qapının qarşısında olan zaman Zülfiyyənin əri tərəfindən təhqir edildiyini eşitdim. Bundan əsəbləşdim və qapının açıq olmasından istifadə edərək içəri girdim. Xəyalın yataq otağına keçən pilləkənin üzərində dayanıb Zülfiyyə ilə əl-qolla danışdığını, yanında isə övladlarının dayandığını gördüm. Arxadan Xəyalın üzərinə tullanıb sağ əlimdəki bıçaqla ön tərəfdən boğazını kəsdim. Xəyal mənə tərəf çevrilərək, bıçağı əlimdən almağa çalışdı. Dava başladı. Kortəbii şəkildə mənə tərəf zərbələr atdı. Ayağım büdrəyib divana yıxılan kimi, Xəyal da üzərimə yıxıldı. Bıçaq əlimdən yerə düşdü. Dalaşdığımız vaxt Zülfiyyə bizi ayırmağa çalışırdı. Xəyala gücüm çatmadığı üçün istəyimi yarımçıq qoyub ordan qaçdım. Zülfiyyə bıçağı məndən almaq istəyərkən, sol əlimin baş barmağı kəsildi. Aptekdən dərman və bint alaraq əlimi sarıdım. Sonra polis əməkdaşları tərəfindən saxlanıldım”. Zərərçəkmiş Xəyal Ramazanov ifadəsində göstərib ki, mayın 29-da Zülfiyyənin geyindiyi paltar xoşuna gəlmədiyi üçün aralarında sözlü mübahisə yaranıb: “Bu səbəbdən arvadım yataq otağına qayıtdı, uşaqlar isə yanımda qaldı. Övladlarımla oynayan zaman içəri kiminsə daxil olduğunu hiss etdim. Həmin şəxs arxadan hücum edərək, nalayiq ifadə işlətdi. Bir əli ilə boynumdan tutdu, digər əlindəki kəsici alətlə boğazımı kəsdi. Çevrilib əlini tutmağa çalışsam da, o, boğazıma zərbələr vurmaqda davam edirdi. Zülfiyyə qaçaraq, yanımıza gəlib bizi ayırmaq istəyirdi. Bıçağı həmin şəxsin əlindən alandan sonra gözlərimin qaraldığını və çoxlu qan itirdiyimi hiss etdim. Küçəyə qaçıb qonşuları köməyə çağırdım. Hadisədən sonra arvadımla boşandım”. Şahid Zülfiyyə Əzimzadə ifadəsində göstərib ki, 2019-cu ildə birinci həyat yoldaşı ilə boşanıb. Boşanmasının əsas səbəbi övladlarının olmaması olub: “Bir ildən sonra Xəyal Ramazanovla tanış olduq. Xəyal birinci evliliyindən olan qızına görə hər ay aliment ödəyirdi. Xəyalın məni döyməsi ilə əlaqədar 2021-ci ilin yay aylarında 8-ci Polis Bölməsinə şikayət etmişdim. 2025-ci ilin mart ayında sosial şəbəkədə Kənan Məmmədzadə ilə tanış olmuşam. Bir müddət danışandan və bir-birimizi tanıyandan sonra görüşməyə başladıq. Kənana bir neçə aydan sonra yoldaşımla rəsmi boşanacağımı demişdim. Bir neçə dəfə Kənanın tapdığı müxtəlif evlərdə intim əlaqədə olmuşuq. Bundan başqa o, 2-3 dəfə yaşadığım evə də gəlib. Mayın 29-da baş verən məlum hadisədən sonra həkimlər Xəyalı xəstəxanaya apardılar. Sonra hadisə yerinə polis əməkdaşları gəldi. Xəyal xəstəxanadan qayıdanda, mən şəxsi əşyalarımı yığdım və uşaqları da götürüb evdən çıxdım. Ərimdən boşanandan sonra əvvəlki Əzimzadə soyadımı götürdüm. Hadisə baş verən gün Xəyal məni döyüb, əlindəki bıçaqla məni öldürmək istəyirdi. Baş verənləri eşidən Kənan müdaxilə edərək, ərimlə dalaşdı”. Məhkəmə şahidin ifadəsini sevgi münasibətində olduğu Kənan Məmmədzadənin müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib. Prokuror təqsirləndirilən şəxsə 15 il 3 ay cəza təyin edilməsini istəyib. Məhkəmə nəticəyə gəlib ki, Kənan Məmmədzadənin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibinin iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə düzgün tövsif edilib. Ona, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Kənan Məmmədzadə 14 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Yoldaşını anasıgilə göndərib körpə qızını ÖLDÜRDÜ

Paytaxtın Binəqədi rayon polis bölməsində 2023-cü il 5 avqust təvəllüdlü körpənin ölməsi ilə bağlı məlumat daxil olub.Oxu24.com xəbər verir ki, qeyri-rəsmi  münasibətdə olduğu yoldaşını anasıgilə göndərən ata qızının həyatına son qoyub. Ata Valeriy Mixayloviç həyat yoldaşını kommunal borcları ödəmək üçün valideynlərindən pul almağa göndərib. Sonra isə sərxoş halda, qızını öldürüb.Ətraflı süjetdə:

Baş İdarə əməliyyat keçirdi: Onlar həbs edildilər   —  VİDEO

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.DİN-dən Oxu24.com-a  verilən xəbərə görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.

İlham Haqverdiyev azadlığa buraxıldı 

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb. Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.Mayor Haqverdiyev təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Amma məhkəmədə, demək olar ki, bütün şahidlər keçmiş rəisin lehinə ifadə verib, işə düzəlmək üçün pulu onun müavini, hazırda rəis vəzifəsini icra edən Muraz Həsənova verdiklərini deyiblər.Xəbəri rus dilində oxuyun: Суд по делу о взятках в Минобороны завершился штрафомFikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası yekunda təqsirləndirilən şəxsi verilmiş ittihamla təqsirli bilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən az cəza təyin etmə) maddəsi tətbiq edilib.Hökmə əsasən, İlham Haqverdiyev 15 min manat cərimə cəzasına məhkum edilməklə məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, İ.Haqverdiyev 6 ay əvvəl prokurorluq tərəfindən həbs olunmuşdu.

Zamiq Quliyev və başqaları həbs edilib

“Kanal 21” yutub səhifəsinin rəhbəri Fərhad Quluyev və “bakuxəbər.az” saytının rəhbəri Zamiq Quliyev həbs edilib.Oxu24.com xəbər verir ki, adıçəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim edilib.Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıb. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələbetmə cinayətində ittiham edilir. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. /qafqazinfo

5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılıb öldü 

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Oxu24.com  xəbər verir ki, hadisə aprelin 30-da saat 17 radələrində Nizami rayonunda qeydə alınıb. Belə ki, 2021-ci il təvəllüdlü Polad Rövşən oğlu Məmmədov qonaq olduğu X.Dadaşovanın yaşadığı C.Naxçıvanski küçəsi 89 ünvanındakı çoxmərtəbəli binanın 12-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb. Ehtiyatsızlıqdan yıxılan azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO 

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.  DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu24.com- a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş – VİDEO 

Xəbər verdiyimiz kimi, Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini Təranə Mədxun qızı Bəkirova Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.Oxu24.com xəbər verir ki, T.Bəkirova daha əvvəl də polis tərəfindən saxlanılıbmış.Belə ki, ötən ilin oktyabrında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan T.Bəkirova olması müəyyən edilərək saxlanılıb.Sosial şəbəkələrdə onun 17 yaşı olduğu yazılsa da, ailəsi 14 yaşında olduğunu bildirib.Məlumata görə, o, uzun müddət əvvəl evi tərk edib.\globalinfo.az

Hamamda oğlanla  boğulan qızın anasından ŞOK SÖZLƏR: “Dedim, ay bala, evə gəl, ..."

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib.Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.Oxu24.com xəbər verir  ki, News24.az məsələ ilə bağlı 2012-ci il təvəllüdlü qızın anası ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, qız evdən qaçıbmış: "Mənim ürəyim qan ağlayır. Bu uşaq dəfələrlə evdən qaçıb. Neçə dəfə tutub gətirmişik, yenə bu hərəkət təkrarlanıb. Qabaq bir dəfə qaçanda Abşeron rayonunda axtarışa vermişdim, tapıb gətirdilər. Ondan sonra daha polisə müraciət etmədim. Hər dəfə gedib hamını narahat etmək istəmirəm”.Anasının dediyinə görə, qızı ilə bir müddət qabaq danışıb. Onu evə qaytarmaq üçün dilə tutub. Amma qızı dinləməyib: “Dedim, ay bala, evə gəl, sənin yerin, yurdun haradadır?! Mənim başqa uşaqlarım da var, amma bu uşaq fərqlidir. Mənə qulaq asmır. Atası da gözdən əlildir”.Yeniyetmənin anası qızının günahlandıranlara da səslənib: “Oğlanın yaxınları qızımı günahlandırır. Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19. Niyə bunu demirlər?! Mən artıq heç nə demirəm, özünüz görürsünüz”.Qeyd edək ki, yeniyetmə T. B. bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün saxlanılmışdı.Daha öncə bloger Nail Kəmərlinin həmin yeniyetmə ilə söhbətinin videonusu yayımlamışdı. Həmin videodan sonra qız gözəlliyinə görə populyarlaşmışdı.

Oğuzda narkokuryerlər saxlanılıb 

Oğuzda saxlanılan narkokuryerlərdə 13 kq marixuana aşkarlanıb.Oxu24.com  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.Məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib 

Dövlət Gömrük Komitəsində (DGK) müxtəlif yüksək vəzifələrdə çalışan, o cümlədən komitənin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olmuş Həbib Bağırlı Avropa Məhkəməsinə şikayət edib.Oxu24.com Gununsesi.info-ya istinadən  xəbər verir ki, təqaüdddə olan polkovnik Həbib Bağırlının şikayəti üzrə kommunikasiya başlayıb və Azərbaycana sorğu göndərilib. Şikayətin mahiyyəti bank borcuna görə Həbib Bağırlının ölkədən çıxışına yerli məhkəmələr tərəfindən qadağa qoyulması ilə bağlıdır. O, ərizəsində qadağanın qanunsuz olduğunu, ölkədaxili məhkəmələrdə bu işə ədalətli baxılmadığını qeyd edib.46 yaşlı Həbib Bağırlının ölkədən çıxışına 2024-cü ildə məhkəmə qərarı ilə qadağa qoyulub. Həmin ilin noyabrında ölkə daxilində yekun qərarla Bakı Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bundan sonra polkovnik Avropa Məhkəməsinə ərizə göndərərək, hərəkət azadlığının və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayətlənib.Həbib Bağırlının banklardan birinə 400 min manatdan çox borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi borcun ödənilməsi barədə qərar çıxarıb. O, təxminən 100 min manat ödəniş edib.Nərimanov rayon İcra və Probasiya Şöbəsi Həbib Bağırlının ölkədən çıxışına qadağa qoyulması ilə kifayətlənməyib. Qalan məbləğin ödənilməməsi məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirilib.2026-cı ilin əvvəlində polkovnikin İnzibati Xətalar Məcəlləsinin 528.1-1 (məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbinin yerinə yetirilməməsi – qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməyə görə) maddəsilə cəzalandırılması üçün məhkəməyə təqdimat verilib. Fevralda məhkəmənin qərarı ilə Həbib Bağırlı 15 sutka inzibati qaydada həbs olunub.Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin o vaxtkı sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunandan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib.Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı dövrdə “Dövlət qulluğunda fərqlənməyə görə” və başqa mükafatlara layiq görülüb.

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Oxu24.com-un  verdiyi xəbərə görə tədbir zamanı saxlanılan 24 yaşlı Pirali Ağayevdən ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisinə gətirərək satmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hamamda ölən Yusufla bağlı iddia 

Xəbər verildiyi kimi, Bakıda iki nəfər dəm qazından zəhərlənib.Oxu24.com  Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Məlum olub ki, dünyasını dəyişən şəxs yaxın ətrafında “Qara Çapayev” ləqəbi ilə tanınıb.Sosial mediada qeyd edilən bəzi iddialara görə, mərhumun ötən il bəzi şəbəkələrdə başqa bir xanımla birlikdə qeyri-etik görüntüləri yayılıb. Bununla da o insanların qınağına məruz qalıb.Məlumatlı mənbədən bildirilib ki, Yusuf Atalay uzun müddət ailəsindən kənardan yaşayıb.Qeyd edək ki, sözügedən şəxsin “Tiktok”, “İnstaqram” hesablarında kəsici-deşici alətlərlə görüntüləri də yer alıb.

Qardaşını döyən 70 yaşlı kişi amnistiyaya düşdü 

Samux rayonunda iki qardaş arasında yaranan mübahisəsi sonda cinayətlə nəticələnib.Oxu24.com xəbər verir ki Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 26-da rayonun kəndlərindən birində baş verib. 1956-cı il təvəllüdlü Musa qardaşı Əliyə (adlar şərtidir – red) xəsarət yetirib. Buna səbəb Əlinin həmkəndlisi Mahirə hüquqi cəhətdən köməklik göstərməsi olub. Belə ki, Musanın Mahirlə aralarında torpaq sahəsi üstündə davası olub. Musa mayın 26-da, saat 12:30-da yaşadığı kənddə qardaşı Əliyə məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan küçəyə gəlib və ondan nə üçün Mahirə sözügedən torpaq mübahisəsi ilə əlaqədar hüquqi köməklik göstərməsi səbəbi ilə aralarında yaranmış şəxsi münasibətlər zəmində mübahisə edib. Mübahisə zamanı Əlinin alın nahiyəsinə yumruqla vurub.İş üzrə izahat verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sözügedən cinayət əməlini törədib: “Zərərçəkmiş şəxs mənim qardaşımdır. Qardaşım ilə barışaraq münasibətlərimizi bərpa etmək istəyirəm. Əməlimdən səmimi olaraq peşmanam”.Samux Rayon Məhkəməsinin hökmü ilə “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Bakıda Polis əməliyyat keçirildi – Saxlanılanlar var 

Aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus “KIA” markalı avtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.Onların avtomobildən oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir “KIA” markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.Onlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.Faktla bağlı araşdırmalar davam etdirilir.

Sevinc Hüseynova tutulub Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.Oxu24.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin aprelin 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Belə ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 000 (altmış doqquz min) manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisafa qızının yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.Hüseynova Sevinc Əlisafa qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bu hadisədə öldülər  —  DƏHŞƏTLİ FOTOLAR

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.Oxu24.com-un  məlumatına görə, rayonun Yalama kəndi ərazisində "VAZ-21010" və "KİA" markalı minik avtomobilləri toqquşub.Qəza zamanı hər iki avtomobilin sürücüləri, Xaçmaz rayon sakinləri - Hidayətov İsrafil Şahbaz oğlu və Mirzəquliyev Orxan Rüfət oğlu hadisə yerində ölüblər.Faktla bağlı araşdırma aparılır.Report

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi  —  Bakıda faciə

Bakıda dəm qazından zəhərlənən gənc ölüb.Oxu24.com  xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib.Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərlənib.19 yaşlı oğlan hadisə yerində ölüb. T.Babayeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.Araşdırmalar aparılır.Qafqazinfo

Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq - Foto

Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.“Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.Araşdırmalarla müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.Faktlarla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.

Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.Bu barədə Oxu24.com -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Gəncədə DƏHŞƏT: sinəsindən bıçaqlanan kişi vəfar etdi

Gəncədə bıçaq xəsarəti alan kişi vəfat etdi  Oxu24.com  xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Gəray Həmid oğlu Məmmədov sinə nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.  Həkimlərin müdaxiləsinə baxmayaraq G.Məmmədov orada dünyasını dəyişib.  Faktla bağlı araşdırma aparılır. /lent.az

Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası... 

12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün öncə iş üzrə zərərçəkmiş-fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.Əsas məhkəmə prosesi prokurorun ittihamı elan etməsi ilə başlayıb. İttihamdan məlum olub ki, İntiqam Səfərəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluqdan başqa cinayətlərdə də təqsirləndirilir.Burada söhbət insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə etmə və qiymətli kağızlar bazarında manipulyasiyadan gedir.Bununla bağlı İntiqam Səfərəliyevə Cinayət Məcəlləsinin 202-2.2.2 (insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 203-1.2.2-ci (qiymətli kağızlar bazarında manipulyasiyalar-mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.Bu maddələr əsasən birja, səhmlər, investisiya və maliyyə bazarı ilə bağlı cinayətlərə aiddir. İnsayder məlumatları bir şirkət və ya təşkilat haqqında geniş ictimaiyyətə məlum olmayan, lakin açıqlandığı təqdirdə həmin şirkətin qiymətli kağızlarının (səhmlərinin) qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq, daxili və gizli məlumatlardır.Hakim təqsiri sübuta yetiriləcəyi halda müttəhimin 14 ilə kimi azadlıqdan məhrum edilə biləcəyini deyib.İntiqam Səfərəliyev özü isə ittihamların heç birini qəbul etməyib. O, özünü heç bir epizod üzrə təqsirli bilmədiyi üçün istintaqın əvvəlində ifadə verməkdən də imtian edib.Bu səbəbdən əvvəlcə zərərçəkmiş və şahidlərin dindirilməsi qərara alınıb.Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl  Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

Bakıda dəhşətli anlar kameraya düşdü — Ölən var

Bakıda Kənar Dairəvi yolda qəza baş verib.DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Oxu24.com-a verilən xəbərə görə, hadisə yolun 5-ci kilometrində qeydə alınıb:"Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb. Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib. Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub. Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb".DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.

Naftalanda sanatoriyada kişi meyiti aşkarlandı 

Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında 70 yaşlı kişinin meyiti aşkarlanıb. Oxu24.com-un  məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Belə ki, istirahət üçün gələn Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala əsasən, onun ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır./unikal

Bakıda daha bir FACİƏ: 19 yaşlı qız ÖLDÜ 

Bakıda daha bir nəfər binadan yıxılaraq ölüb. Oxu24.com xəbər verir ki, hadisə Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında qeydə alınıb.  Həmin binada yaşayan, 19 yaşlı Zeynəb Toğrulovna Əliyeva yaşadığı 20 mərtəbəli binanın 19-cu mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.  Qeyd edək ki, Biləcəridə pəncərəni silən qız da binadan yıxılıb ölüb./lent.az

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu 

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Oxu24.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub.Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb.Hökmə əsasən, Qəhrəman Məmmədova 6 il həbs cəzası verilib.Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10.391.970,08 manat dəyərində 70 kiloqramlıq qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyənləşib.Q. Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.

Azərbaycanlı qadın Türkiyədə öldürüldü - FOTO 

Türkiyənin İğdır şəhərində mənzildə bir qadın və bir kişi meyiti  tapılıb. Oxu24.com  türkiyə mediasına istinadla xəbər verir ki, Bağlar məhəlləsindəki Güzide küçəsindəki 5 mərtəbəli binadan atəş səslərinin gəlməsi barədə xəbər ərazidəki polis və tibb qruplarını səfərbər edib. Hadisə yerinə çatan qruplar binanın 3-cü mərtəbəsindəki bir mənzilə girib və oradan iki meyit tapıblar.   Tibbi müayinələr zamanı şəxslərin hadisə yerində öldüyü müəyyən edilib. Polis araşdırmaları zamanı ölənlərdən birinin Azərbaycan vətəndaşı olan Maisə Bayramova və digərinin Əli Mamak olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Milli.az 

Maşın dərəyə açdı: Ölən var

Lerikdə yük maşını dərəyə aşıb.Hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb. Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.Faktla bağlı araşdırma aparılır.Apa

Ciyəraxşamından sonra öldürülünən şəxslə bağlı faktlar: Uzun müddətdən sonra ata olacaqmış

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib.Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib.Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedov qətlə yetirilib.Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.Onun münaqişə zəminində iki əmioğlunu qətlə yetirdiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.***Bildirilir ki, tərəflər ötən gün kənddə keçiriləcək toy mərasiminin ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Məmmədovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.***Ağcabədi Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.Hazırda ibtidai istintaq davam etdirilir.Fotoda Həsən MamedovFotoda Şaiq Mamedov

Ağcabədidə 2 nəfər qətlə yetirilib 

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib."Report"un məlumatına görə, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir. Araşdırma aparılır.

Stilisti öldürən şəxslə bağlı <span style="color: #ff0000;">YENİ QƏRAR</span>

Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib.
 
İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.
 
1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.
 
İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.
 

Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb

Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.Oxu24.com xəbər verir ki, Abaszadə Murad Müslüm oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada - 2010-cu il təvəllüdlü Əliyev Emil Kamil oğlunu vurub.Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.

İmtahandan qayıdan şagirdlər qəzaya düşdü - YARALILAR VAR

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.(report)

Tiflisdə azərbaycanlı qadın öldürüldü 

Gürcüstanın paytaxtı Tiflisdə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.Oxu24.com  Oxu.az-a istinadla xəbər verir ki, iki gün əvvəl Tiflisin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb.İttiham tərəfinin versiyasına görə, hadisəni törətməkdə təqsirləndirilən İveri Eliava qurbanı ilə əvvəlcədən tanış olmayıb, onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib.Prokurorun bildirdiyinə görə, təqsirləndirilən şəxs qumar asılılığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə İ.Quliyevanı öldürmək qərarına gəlib.İstintaq materiallarına əsasən, İ.Eliava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən İ.Eliava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Buaçidzenin sözlərinə görə, hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti "tamah məqsədilə adam öldürmə" kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir.Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı İ.Quliyeva orada kirayə mənzildə qalırmış.
❌