“Google” və “Intel” əməkdaşlığı genişləndirir
“Google Cloud” və “Intel” süni intellekt infrastrukturu sahəsində çoxillik əməkdaşlıqlarını genişləndirdiklərini açıqlayıblar. Bu barədə “TechCrunch” platforması məlumat yayıb. Yeni razılaşmaya əsasən, “Google” Cloud Intel-in ən son nəsil prosessorlarından istifadə etməyə davam edəcək və tərəflər birgə çip inkişafını daha da dərinləşdirəcək. Şirkətin məlumatına görə, “Google Cloud” artıq uzun illərdir Intel-in “Xeon” prosessorlarından istifadə edir və bu əməkdaşlıq çərçivəsində “Intel Xeon” 6 daxil olmaqla yeni nəsil çiplər süni intellekt, bulud və inference (modelin işlədilməsi) proseslərində tətbiq olunacaq. Bununla yanaşı, tərəflər məlumat mərkəzlərində iş yükünü […]