Müəllimlərin beynəlxalq dil bacarıqları gücləndirilir
“IGCSE ilə İnkişaf Et: Xarici dil müəllimlər üçün dil biliklərinin təkmilləşdirilməsi kursu” qrant layihəsi müəllimlərin beynəlxalq dil bacarıqlarını gücləndirməyə davam edir. Xarici dil müəllimlərinin beynəlxalq səviyyədə bilik və bacarıqlarının artırılmasına yönəlmiş “IGCSE ilə İnkişaf Et: Xarici dil müəllimlər üçün dil biliklərinin təkmilləşdirilməsi kursu” layihəsi çərçivəsində ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləyən bir sıra fəaliyyətlər həyata keçirilib. Layihə çərçivəsində seçilmiş 3 ingilis dili müəllimi Cambridge Assessment International Education tərəfindən təqdim olunan Cambridge IGCSE proqramı üzrə beynəlxalq kurikuluma uyğun təlimlərə cəlb olunub. […]