Normal view

Sırağagün

İşdən çıxarılmaq kredit borcunu dayandırırmı?  

İşdən çıxarılmaq və gəlir mənbəyini itirmək bir çox vətəndaş üçün ciddi maliyyə çətinlikləri yaradır. Xüsusilə üzərində bank krediti olan və ailədə yalnız özü çalışan şəxslər işsiz qaldıqdan sonra kredit ödənişlərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq keçirirlər. Belə vəziyyətlərdə ən çox verilən suallardan biri də işdən çıxarılmanın kredit öhdəliyinə təsir edib-etməməsidir.Hüquqşünasların izahına görə, şəxsin işdən çıxarılması və ya işsiz qalması, bir qayda olaraq, əvvəldən bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin avtomatik olaraq aradan qalxmasına səbəb olmur. Yəni vətəndaş kredit götürdükdən sonra işini itirirsə, bu hal onun banka olan borcunun silinməsi və ya kredit ödənişlərindən azad edilməsi üçün hüquqi əsas hesab edilmir. Kredit müqaviləsi qüvvədə qaldığı müddətdə borcalanın müqavilə üzrə öhdəlikləri də davam edir.Mütəxəssisin sözlərinə görə, işsiz qalan və kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkən şəxsin ilk növbədə banka müraciət etməsi daha məqsədəuyğundur. Vətəndaş mövcud vəziyyətini banka izah edərək kredit müqaviləsinin şərtlərinə yenidən baxılmasını və mümkün güzəştlərin tətbiq edilməsini xahiş edə bilər.Belə hallarda tərəflər arasında razılaşma əldə olunarsa, kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilə bilər. Məsələn, kreditin müddətinin uzadılması, aylıq ödəniş məbləğinin azaldılması və digər mümkün variantlar müzakirə oluna bilər. Lakin bu imkanların tətbiqi avtomatik hüquq kimi qiymətləndirilməməlidir. Konkret qərar bankın daxili qaydalarından, kredit müqaviləsinin şərtlərindən və borcalanın maliyyə vəziyyətindən asılı ola bilər.Digər tərəfdən, vətəndaşın işini itirməsi bankın kredit öhdəliyinin məsuliyyətini öz üzərinə götürməsi anlamına gəlmir. Qanunvericilikdə ümumi qayda olaraq “şəxs işləyərkən kredit götürüb, sonradan işdən çıxarılıbsa, həmin krediti başqa şəxs və ya dövlət ödəməlidir” məzmununda bir mexanizm nəzərdə tutulmayıb.Buna görə də işdən çıxarılan və gəliri azalan şəxsin banka müraciəti gecikdirməməsi vacibdir. Çünki ödənişlərin davamlı şəkildə gecikdirilməsi əlavə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər. Borcalan banka müraciət edərək öz vəziyyətinə uyğun həll yolunun müəyyənləşdirilməsini, kreditin restrukturizasiyasının mümkün olub-olmadığını və ödəniş qrafikinin dəyişdirilməsi imkanlarını öyrənə bilər.Mütəxəssislər həmçinin vətəndaşlara kredit müqaviləsinin şərtlərini diqqətlə nəzərdən keçirməyi, ödəniş imkanları məhdudlaşdıqda bankla yazılı şəkildə əlaqə saxlamağı və razılaşmanın şərtlərini sənədləşdirməyi tövsiyə edirlər. Belə yanaşma gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin qarşısının alınması baxımından da əhəmiyyətlidir.

Orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb 

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 872 manat təşkil edib.Bu barədə Oxu24.com-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 % artaraq 1 174 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? 

Məktəbdə işləyən müəllimin anası daimi qulluq tələb edən əlildir. Müəllim anasına qulluğa görə 100 manat müavinət alır. Bu müəllimə vergi ilə bağlı güzəşt varmı?Oxu24.com xəbər verir  ki,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.Vergi Məcəlləsinin 102.1.4-ci maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Prezidentinin qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsiNigar

Ali Məhkəmə mühüm qərar qəbul edib

Ali Məhkəmə valideynlik hüququndan məhrumetmə ilə bağlı mühüm qərar qəbul edib.Bu barədə Oxu24.com-a məhkəmədən bildirilib.Məlumata görə, Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar verib.İşin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum edilməsi barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində, ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.İddiaçı cavabdehin atalıqdan məhrum edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib.Ali Məhkəmənin mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi.İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub. Belə ki, sazişə əsasən cavabdehin özünün valideynlik hüququndan məhrum olunmasına razılığı uşağın saxlanılması üçün tələb olunan aliment ödəməkdən azad olunması müqabilində olub. Halbuki alimentdən bu şəkildə imtina, o cümlədən valideynin uşağına münasibətə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü surətdə imtinaya dair razılaşma qanunla qadağan edilmişdir. Belə ki, Mülki Məcəllənin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Həmçinin, həmin Məcəllənin 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.Şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir (yəni, hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur). Bir qayda olaraq, bu hüquqlar pul ilə qiymətləndirilə, güzəşt edilə və vərəsəlik qaydasında ötürülə bilməyən mütləq hüquqlardır. Əmlak hüquqlarından fərqli olaraq, şəxsiyyət hüquqlarının özgəninkiləşdirilməsi və ya hər hansı başqa üsulla digər şəxslərə ötürülməsinin mümkünsüzlüyü təsbit edilir. Bu qayda onların hüquqi xarakterindən – şəxsiyyətin ayrılmaz hüquqları olduqlarından irəli gəlir. Digər şəxsiyyət hüquqları kimi ailə həyatına hörmət, habelə qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyildir. Şəxsin şəxsiyyət hüququna qanunsuz müdaxilə edildikdə, həmin şəxs pozulmuş hüququnun müdafiəsi üçün qanunlarda nəzərdə tutulan müvafiq müdafiə üsullarından istifadə edə, o cümlədən məhkəməyə müraciət edə bilər.Valideynlik hüququ ata və ananın öz övladlarını böyütmək, tərbiyə etmək, onların hüquq və mənafelərini qorumaq sahəsində bərabər səviyyəli təbii hüquq və vəzifələrini əhatə etməklə uşağın baxımı, təhsili və ünsiyyəti ilə bağlı əsas aspektləri özündə birləşdirir. Bu baxımdan valideynlik hüququ uşağın üstün mənafeyini müdafiə etməyə yönəldiyindən, valideynlərdən birinin həmin hüquqdan yerinə yetirməli olduğu əmlak (aliment) öhdəliyinin əvəzində könüllü şəkildə imtina etməsi yolverilməzdir və qəbul edilə bilməz. Yəni şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər. Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz.Valideynlik hüququndan məhrum edilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərinin başqa yolla qorumağın mümkünsüz olduğu hallarda tətbiq olunur. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir.Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.

Şəxsin ölmüş elan edilməsi hansı hallarda və necə həyata keçirilir? – Vəkil açıqladı  

Cəmiyyətdə tez-tez rast gəlinən hüquqi məsələlərdən biri də uzun müddət xəbər alınmayan və ya təhlükəli şəraitdə itkin düşən şəxslərin hüquqi statusunun müəyyən edilməsidir. Şəxsin öldüyünün məhkəmə qaydasında tanınması həm mülkiyyət, həm də varislik hüquqlarının tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Xəyalə Cəfərova hüquqi prosedurun incəliklərini şərh edib. Vəkil bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən, şəxsin ölmüş elan edilməsi üçün konkret müddətlər və şərtlər müəyyən olunub:"Əgər şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və yaxud hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə, həmin şəxs məhkəmə qaydasında ölmüş elan edilə bilər”.Onun sözlərinə görə, ümumi qaydaya əsasən, şəxsin son yaşayış yerində onun harda olması barədə ən azı 5 il müddətində heç bir məlumatın olmaması tələb olunur. Əgər şəxs ölüm təhlükəsi yaradan şəraitdə (məsələn, təbii fəlakət, qəza və ya digər bədbəxt hadisə) itkin düşübsə və onun həlak olması ehtimalı yüksəkdirsə, bu müddət 6 aya qədər azaldıla bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular və ya digər vətəndaşlar hərbi əməliyyatların bitdiyi gündən ən azı 2 il keçdikdən sonra məhkəmə tərəfindən ölmüş elan edilə bilər.Xəyalə Cəfərova qeyd edib ki, şəxsin ölmüş elan edilməsi yalnız maraqlı şəxslərin (yaxın qohumlar, varislər və s.) ərizəsi əsasında məhkəmə qaydasında (xüsusi icraat sırasından) həyata keçirilir:“Məhkəmənin şəxsin ölmüş elan edilməsi haqqında qərarı qanuni qüvvəyə mindikdən sonra həminki şəxsin öldüyü gün müəyyən edilir və bu qərar Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanında ölümün qeydə alınması üçün əsas göstərilir. Bununla da nikaha xitam verilir, varislik (itkin düşənin əmlakının paylanması) prosesi açılır”.Vəkil əlavə edib ki, əgər ölmüş elan edilmiş şəxs sonradan qayıdarsa və ya onun sağ olması müəyyən edilərsə, məhkəmə tərəfindən həmin qərar ləğv edilir və onun saxlanılmış müəyyən əmlak hüquqları bərpa olunur.Çimnaz Telmanqızı

“Sağalıb” deyə əlilliyi dayandırılıbsa, nə etmək olar? – Vəkildən hüquqi izah  

Əlillik statusunun dayandırılması və sonradan həmin statusun yenidən əldə edilməsi ilə bağlı məsələlər vətəndaşlar arasında tez-tez suallar doğurur. Xüsusilə uzun illər əlillik statusu almış şəxsin müəyyən müddətdən sonra “sağaldığı” əsas gətirilərək əlilliyinin dayandırılması, daha sonra isə səhhətində yenidən problemlər yarandıqda əvvəlki statusun necə bərpa olunması hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil İntiqam Hacıyev bildirib ki, əlillik statusunun dayandırılmasının səbəbləri və həmin qərarın hansı əsaslarla qəbul edildiyi ilk növbədə araşdırılmalıdır. Vəkilin sözlərinə görə, əgər şəxs 2012-ci ildən etibarən əlillik statusu alıbsa və 2019-cu ildə onun səhhətinin yaxşılaşdığı əsas gətirilərək əlilliyi dayandırılıbsa, həmin qərarın qanuniliyinin ayrıca qiymətləndirilməsi mümkündür.Vəkil qeyd edib ki, burada əsas məsələ şəxsin əlilliyinin hansı səbəbdən dayandırılması, tibbi müayinələrin nəticələri, xəstəliyin real vəziyyəti və qərarın qəbul edilməsi zamanı mövcud olan tibbi sənədlərdir. Əgər vətəndaş hesab edirsə ki, əlilliyinin dayandırılması əsassız olub və onun səhhəti buna imkan verməyib, müvafiq qərardan qanunvericilikdə nəzərdə tutulan qaydada şikayət etmək və hüquqlarının bərpasını tələb etmək imkanını araşdıra bilər.İntiqam Hacıyev bildirib ki, vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etməsi avtomatik olaraq onun əvvəlki statusunun bərpa ediləcəyi anlamına gəlmir. Məhkəmə üçün həmin şəxsin əlilliyinin dayandırıldığı vaxt mövcud olan tibbi vəziyyət, təqdim edilmiş sənədlər, tibbi ekspertiza nəticələri və qərarın hüquqi əsasları mühüm əhəmiyyət daşıyır.Vəkilin sözlərinə görə, əgər əlilliyin dayandırılması zamanı şəxs həqiqətən sağalıbsa və həmin dövrdə əlillik üçün tibbi əsaslar mövcud olmayıbsa, illər sonra yalnız əvvəlki qərarın ləğvini tələb etməyin hüquqi baxımdan nəticə verməsi çətin ola bilər. Çünki bu halda şəxsin hazırkı vəziyyəti ilə 2019-cu ildəki tibbi vəziyyəti bir-birindən fərqləndirilə bilər.Müraciətdə əlilliyin dayandırılmasına səbəb kimi xəstəxanada stasionar müalicənin olmamasının göstərildiyi bildirilir. İntiqam Hacıyev qeyd edib ki, müəyyən xəstəliklər üzrə tibbi qiymətləndirmə zamanı müalicə tarixçəsi, stasionar və ambulator müayinələr, xəstəliyin gedişi və digər tibbi göstəricilər nəzərə alına bilər. Lakin konkret şəxsin əlillik statusunun müəyyənləşdirilməsi üçün yalnız xəstəxanada yatış faktına əsaslanmaqla yekun nəticə çıxarmaq düzgün olmaz. Bunun üçün həmin şəxsin xəstəliyinin xarakteri və mövcud tibbi sənədlər bütövlükdə qiymətləndirilməlidir.Vəkil əlavə edib ki, əgər şəxsin əlilliyi dayandırıldıqdan sonra səhhətində yenidən ciddi problemlər yaranıbsa, onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olaraq əlilliyin yenidən qiymətləndirilməsi məsələsini də araşdırmaq mümkündür. Bunun üçün vətəndaş ilk növbədə tibbi sənədlərini toplamalı, müvafiq tibb müəssisələrinə müraciət etməli və xəstəliyinin hazırkı vəziyyətinin rəsmi şəkildə təsdiqlənməsinə çalışmalıdır.İntiqam Hacıyev vurğulayıb ki, əlillik statusunun təyin edilməsi yalnız şəxsin istəyindən və ya əvvəlki illərdə əlillik almış olmasından asılı deyil. Əsas meyar şəxsin hazırkı tibbi vəziyyəti və qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğudur. Bu səbəbdən vətəndaşın 2012-ci ildən 2019-cu ilə qədər əlillik statusunun olması onun avtomatik olaraq ömürlük və ya müddətsiz şəkildə həmin statusa malik olması demək deyil.Onun sözlərinə görə, vətəndaşın qarşısında iki fərqli hüquqi istiqamət yarana bilər: birincisi, 2019-cu ildə qəbul edilmiş əlilliyin dayandırılması barədə qərarın əsassız və qanunsuz olduğunu düşünürsə, həmin qərarın mübahisələndirilməsi; ikincisi isə hazırkı səhhət vəziyyətinə əsasən əlilliyin yenidən qiymətləndirilməsi məsələsinin qaldırılmasıdır.Vəkil bildirib ki, hər iki halda tibbi sənədlərin düzgün toplanması və qərarın hansı əsaslarla qəbul edildiyinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Vətəndaş əvvəlki qərarı mübahisələndirmək istəyirsə, həmin qərarın surətini, tibbi sənədləri və digər sübutları əldə etməli, qanunvericilikdə nəzərdə tutulan şikayət və məhkəmə prosedurlarına əməl etməlidir.Beləliklə, 2019-cu ildə əlilliyi dayandırılan şəxsin bu statusu yenidən əldə edib-etməyəcəyi konkret olaraq onun hazırkı və əvvəlki tibbi vəziyyətindən, əlilliyin hansı əsaslarla dayandırılmasından və mövcud hüquqi-tibbi sənədlərdən asılıdır. Buna görə də belə hallarda yalnız əvvəlki əlillik faktına deyil, həm də şəxsin hazırkı səhhətinə və qərarın hüquqi əsaslarına kompleks şəkildə yanaşmaq lazımdır.

Himayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?  

İşləyən xanımın himayəsində yalnız bir övladı var və 20 yaşında tələbədir. Bu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, ona 50 manat məbləğində güzəşt şamil edilirmi?İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.Əlavə olaraq bildirilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.Sorğuya cavab olaraq məlumat verilib ki, himayədə olanların sayı bir nəfər olduqda bu maddə ilə nəzərdə tutulmuş güzəşt hüququ yaranmır.Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsivergilər.az

Valideynlər yetkinlik yaşına çatmış övladını evdən qeydiyyatdan çıxara bilərmi? - Hüquqşünas açıqladı  

Mənzil-hüquq münasibətlərində və ailədaxili məsələlərdə ən çox qarşılaşlan mövzulardan biri valideynlərin öz mənzilində qeydiyyatda olan yetkinlik yaşına çatmış övladlarının hüquqi statusudur. Çox vaxt mənzil mülkiyyətçisi olan valideynlər övladlarını qeydiyyatdan çıxarmaq imkanları və ya mənzil üzərində hüquqların böyüşdürülməsi ilə bağlı suallarla üzləşirlər. Eyni zamanda, yetkinlik yaşına çatmış övladların valideynləri sağ olduğu dövrdə mənzildə pay sahibi olub-olmaması cəmiyyətdə tez-tez müzakirə mövzusuna çevrilir. Qanunvericilikdə bu tür hallarla bağlı konkret hüquqi normativlər və prosedurlar müəyyən edilmişdir. Bu cür məsələlərin hüquqi tərəflərini dəqiq bilmək vəatandaşların öz hüquqlarını qoruması baxımından böyük əhəmiyyət kəsb edir.Məsələ ilə bağlı Oxu24.com-a hüquqşünas Hadı Hüseynov bildirib ki, valideynlərin yetkinlik yaşına çatmış övladlarını öz adlarına olan evdən qeydiyyatdan çıxarmaq hüququ var:"Bəli, valideynlər öz yetkinlik yaşına çatmış övladlarını adlarına olan mənzildən qeydiyyatdan çıxarda bilərlər. Lakin bu proses yalnız qanunvericilikdə nəzərdə tutulmuş müvafiq yollarla və qaydada həll olunmalıdır”.Hüquqşünas qeyd edib ki, yetkinlik yaşına çatmış uşaqların valideynləri sağ olan dövrdə onların adına olan evdə heç bir payı yoxdur. Pay hüququ yalnız valideynlər vəfat etdikdən sonra, vərəsəlik hüququnu əldə etməklə və vərəsəlik şəhadətnaməsi almaqla həyata keçirilə bilər.

Pensiya yaşına 1-2 il qalmış işləyən şəxslərin DİQQƏTİNƏ! — Vacib detal AÇIQLANDI

30-40 il stajı olan işçi ixtisara salına bilərmi? Pensiya yaşına az müddət qalmış və uzun illər əmək stajı olan şəxslərin ixtisara düşüb-düşə bilməməsi əmək münasibətlərində tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə 30 ildən artıq əmək stajı olan və pensiya yaşına bir neçə il, hətta bir neçə ay qalmış işçilər iş yerlərinin qanunla xüsusi şəkildə qorunub-qorunmadığını düşünürlər. Oxu24.com-un məlumatına əsasən, hüquqşünasların sözlərinə görə, şəxsin uzunmüddətli əmək stajının olması və pensiya yaşına yaxınlaşması onun heç bir halda ixtisara salına bilməyəcəyi anlamına gəlmir. Əmək qanunvericiliyində işçilərin və iş yerlərinin ixtisarı ilə bağlı müəyyən edilmiş qaydalar mövcuddur. İşəgötürən müəssisədə struktur dəyişiklikləri aparırsa, ştat vahidlərinin azaldılması və ya müəyyən iş yerlərinin ləğvi zərurəti yaranırsa, qanunvericiliyin tələblərinə riayət etməklə əmək müqaviləsinə xitam verilməsi mümkündür.Burada əsas məsələ işçinin neçə il əmək stajının olması deyil, ixtisarın hansı səbəbdən və hansı qaydada həyata keçirilməsidir. İşəgötürən işçinin əmək müqaviləsinə ixtisar əsası ilə xitam verirsə, bunun üçün hüquqi və faktiki əsas olmalıdır. Sadəcə işçidən narazılıq və ya onu işdən uzaqlaşdırmaq istəyi ixtisar üçün kifayət edən səbəb hesab edilə bilməz.Uzun illər əmək stajı olan işçilərin ixtisara salınması zamanı qanunvericiliyin nəzərdə tutduğu təminatlara da xüsusi diqqət yetirilməlidir.İşəgötürən əmək müqaviləsinə xitam verilməsi proseduruna əməl etməli, işçiyə əvvəlcədən müvafiq məlumat verməli və qanunla nəzərdə tutulan hallarda ona ödənilməli məbləğləri təmin etməlidir. İxtisar zamanı işçinin əmək hüquqlarının pozulmaması əsas şərtlərdən biridir.Pensiya yaşına 1 il, 2 il və ya daha çox müddət qalması da öz-özlüyündə işçinin ixtisardan tam qorunduğu anlamına gəlmir. Eyni zamanda, belə şəxslərin vəziyyəti qiymətləndirilərkən onların əmək stajı, ailə və sosial vəziyyəti, tutduğu vəzifə və müəssisədəki iş yerlərinin ixtisarının real səbəbləri nəzərə alınmalıdır. Əgər eyni vəzifədə bir neçə işçi çalışırsa və onların bir qisminin ixtisara salınması nəzərdə tutulursa, işəgötürənin seçim zamanı qanunvericiliyin müəyyən etdiyi üstünlük və meyarları da nəzərə alması tələb oluna bilər.Hüquqşünaslar bildirirlər ki, işçi ixtisarın qanunsuz həyata keçirildiyini düşünürsə, bu məsələyə laqeyd yanaşmamalıdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr, işəgötürənin təqdim etdiyi sənədlər və digər əsaslandırmalar diqqətlə araşdırılmalıdır. İşçi öz hüquqlarının pozulduğunu hesab etdiyi halda qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət etməklə müvafiq qaydada hüquqi müdafiə vasitələrindən istifadə edə bilər.Əgər məhkəmə araşdırması nəticəsində əmək müqaviləsinə xitamın qanunsuz olduğu müəyyən edilərsə, işçinin işə bərpası və qanunvericilikdə nəzərdə tutulan digər tələblərinin təmin edilməsi məsələsi gündəmə gələ bilər. Bu səbəbdən pensiya yaşına az müddət qalmış və uzun əmək stajı olan şəxslər ixtisar barədə qərarla qarşılaşdıqda sənədləri diqqətlə araşdırmalı, zərurət yaranarsa, hüquqşünasdan məsləhət almalıdırlar.Beləliklə, 36 il əmək stajının olması və pensiya yaşına 1 il 8 ay qalması işçinin avtomatik olaraq ixtisardan azad edilməsi üçün kifayət etmir. Lakin işəgötürən tərəfindən həyata keçirilən ixtisarın qanuni, əsaslandırılmış və müəyyən edilmiş prosedurlara uyğun olması vacibdir. İşçinin uzun illər ərzində qazandığı əmək hüquqları isə yalnız qanunun tələblərinə uyğun şəkildə və müvafiq əsaslar olduqda məhdudlaşdırıla bilər.Hazırladı:Nigar

Mənzilin sahəsi çıxarışda az çıxarsa nə etməli? – Vəkildən MÜHÜM AÇIQLAMA  

Son zamanlar daşınmaz əmlak bazarında ən çox rast gəlinən problemlərdən biri mənzilin müqavilədə göstərilən sahəsi ilə çıxarışda (kupçada) qeyd olunan kvadraturanın üst-üstə düşməməsidir. Vətəndaşlar tez-tez belə hallar baş verdikdə tikinti şirkətlərini alıcıları aldatmaqda təqsirləndirirlər. Lakin bu cür fərqliliklərin yaranması hər zaman tikinti şirkətinin birbaşa günahı demək deyildir. Məsələyə aydınlıq gətirmək və hüquqi mübahisələri nizama salmaq məqsədilə Ali Məhkəmə mühüm hüquqi mövqeyini açıqlayıb. Yeni yanaşmaya əsasən, müqavilədə xüsusi şərt göstərilməyibsə, əsas meyar çıxarışdakı rəqəm deyil, mənzilin faktiki işçi sahəsi götürülməlidir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Nigar Əliyeva bildirib ki, müqavilədə mənzilin sahəsinin necə hesablanacağı ayrıca göstərilməyibsə, əsas meyar məhz faktiki işçi sahəsidir:"Əgər faktiki işçi sahə müqavilədə göstərilən sahədən azdırsa, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edə bilər”.Onun sölərinə görə, lakin burada diqqət yetirilməli məqam var. Vəkil qeyd edib ki, bu cür tələblər üzrə iddia müddəti 5 ildir və həmin müddət mənzilin fiziki təhvil verildiyi gündən hesablanır. Mənzil alarkən müqavilədə sahənin hansı qayda ilə hesablandığını mütləq yoxlayın, çünki sonradan yaranan bir çox mübahisənin qarşısını məhz bu şərt ala bilər. Çimnaz Telmanqızı

Rəhbərin “öz ərizənlə çıx” hədəsi – Məhkəmədə sübut kimi keçərlidirmi?  

Əmək münasibətlərində işçilərin ən çox üzləşdiyi problemlərdən biri də işəgötürən tərəfindən təzyiq göstərilərək öz ərizəsi ilə işdən çıxmağa məcbur edilməsidir. Bir çox hallarda bu proses rəhbərlə işçi arasında təkbətək söhbət zamanı baş verdiyindən, sonradan məhkəmədə bunu sübut etmək çətinləşir. Hüquqşünasların sözlərinə görə, belə hallarda səs yazısı mühüm sübut vasitələrindən biri kimi qiymətləndirilə bilər.Oxu24.com-a açıqlama verən vəkil İmran Ələkbərov bildirib ki, əgər işçi rəhbər tərəfindən işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilirsə və bu söhbəti səs yazısı ilə qeydə alıbsa, həmin material məhkəməyə sübut kimi təqdim oluna bilər.Vəkilin sözlərinə görə, ilk növbədə işçi öz hüquqlarını qorumaq üçün aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. Əgər artıq işçi təzyiq altında ərizə yazmağa məcbur olubsa və əmək müqaviləsinə xitam verilibsə, qanunvericilik ona bu qərardan şikayət etmək imkanı yaradır.İmran Ələkbərov qeyd edib ki, belə hallarda işçi əvvəlcə mediasiya mərhələsini keçməli, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək işə bərpa olunmasını tələb etməlidir. Onun sözlərinə görə, əmək mübahisələri üzrə işə bərpa tələbi ilə bağlı iddia müddəti bir aydır və bu müddət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır.Vəkil vurğulayıb ki, rəhbərlə işçi arasında baş vermiş danışığın səs yazısı məhkəmə tərəfindən qiymətləndirilə və sübut kimi qəbul oluna bilər. Çünki söhbət şəxsin şəxsi həyatına aid məlumatlardan deyil, əmək münasibətləri çərçivəsində yaranmış hüquqi mübahisədən gedir.Onun sözlərinə görə, praktikada işçini məcbur etmə faktını təsdiqləyən başqa sübutların əldə edilməsi əksər hallarda mümkün olmur. Belə vəziyyətdə rəhbərin işçiyə “ərizə yazmalısan”, “öz istəyinlə çıxmalısan” və ya oxşar məzmunlu ifadələrinin səs yazısında əks olunması məhkəmənin iş üzrə obyektiv qərar verməsinə kömək edə bilər.İmran Ələkbərov bildirib ki, məhkəmə təqdim olunan səs yazısını digər sübutlarla birlikdə araşdırır və onun qanuni yolla əldə edilib-edilmədiyini, eləcə də mübahisə ilə birbaşa əlaqəsini qiymətləndirir. Əgər səs yazısı əmək münasibətlərinə dair faktları təsdiqləyirsə, bu, işçinin hüquqlarının bərpası üçün mühüm hüquqi əsaslardan birinə çevrilə bilər.Vəkil sonda qeyd edib ki, işçilər təzyiq altında öz hüquqlarından imtina etməməli, qanunvericiliyin onlara verdiyi müdafiə mexanizmlərindən istifadə etməli, zərurət yarandıqda isə vaxt itirmədən hüquqi yardım alaraq məhkəmə qaydasında hüquqlarının bərpasına nail olmağa çalışmalıdırlar.

Evdə araq çəkmək qanunidirmi? Hüquqşünaslardan açıqlama  

Bəzi vətəndaşlar şəxsi istifadə məqsədilə ev şəraitində spirtli içki – xüsusilə araq hazırlamağın qanunla qadağan olunub-olunmadığını maraq edirlər. Mütəxəssislərin sözlərinə görə, bu məsələni qiymətləndirərkən şəxsi istifadə ilə qanunsuz istehsal və satış anlayışlarını bir-birindən fərqləndirmək vacibdir.Oxu24.com xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, ev şəraitində spirtli içki hazırlanması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Əgər bu fəaliyyət qanunsuz istehsal, satış və ya dövriyyə məqsədi daşıyırsa, həmin şəxs inzibati, bəzi hallarda isə qanunvericiliyin tələblərindən asılı olaraq digər hüquqi məsuliyyətlə üzləşə bilər. Buna görə də evdə spirtli içki hazırlanması məsələsinə sadə məişət vərdişi kimi yanaşmaq düzgün deyil.Mütəxəssislər qeyd edirlər ki, müvafiq dövlət orqanları tərəfindən belə fakt aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülə və şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən vətəndaşlara qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə olunur.Hüquqşünaslar eyni zamanda vurğulayırlar ki, hüquqi məsuliyyət məsələsindən əlavə, ev şəraitində spirtli içkilərin hazırlanması sağlamlıq baxımından da ciddi risklər daşıyır. Texnoloji qaydalara əməl olunmaması nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükəli maddələr yarana bilər ki, bu da ağır zəhərlənmələrə səbəb ola bilər.Mütəxəssislərin fikrincə, vətəndaşlar belə fəaliyyətə başlamazdan əvvəl həm hüquqi, həm də sağlamlıq baxımından yarana biləcək nəticələri nəzərə almalı, qanunvericiliyin tələblərini pozan hərəkətlərdən çəkinməlidirlər. Xüsusilə qanunsuz istehsal və satış məqsədi daşıyan fəaliyyətlər daha ağır hüquqi nəticələr doğura bilər.Hüquqşünaslar sonda bildirirlər ki, qanunvericiliyin tələbləri ilə bağlı tərəddüd yarandıqda vətəndaşların hüquqi məsləhət almaları daha məqsədəuyğun hesab olunur. Bu, həm mümkün hüquqi məsuliyyətin qarşısını almağa, həm də qanun çərçivəsində düzgün qərar verməyə kömək edir.

Sevinc Hüseynova Səidə Bəkirqızına uduzdu  — Məhkəmə rədd etdi

Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.Oxu24.com-un  məlumatına görə, jurnalistin vəkili Yaqub Nəcəfli bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxlayıb.Vəkilin sözlərinə görə, bununla da Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək şikayəti təmin etməyib.Global.az

Attestasiyadan keçməmək işdən çıxarılmaq demək deyil – Vacib hüquqi məqamlar  

Son illər bir sıra müəssisə və təşkilatlarda əməkdaşların peşə hazırlığının və tutduqları vəzifəyə uyğunluğunun qiymətləndirilməsi məqsədilə attestasiyalar keçirilir. Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, attestasiyanın keçirilməsi və onun nəticələrinə əsasən işçilərlə bağlı qərar qəbul olunması qanunvericilikdə müəyyən edilmiş ciddi prosedurlara uyğun həyata keçirilməlidir. Əks halda, attestasiyanın nəticələri hüquqi qüvvəsini itirə və işçinin əmək hüquqlarının pozulmasına səbəb ola bilər.Hüquqşünas Mir Hüseyn Həbibli Oxu24.com-a açıqlamasında bildirib ki, bir çox işçi attestasiyadan keçə bilmədiyi halda artıq hüquqlarını itirdiyini düşünür. Halbuki, ilk növbədə attestasiyanın qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilmədiyi araşdırılmalıdır.Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən attestasiyanın təşkili zamanı bir sıra mühüm prosedur qaydalarına əməl etməyə borcludur. Attestasiya təsadüfi və ya əvvəlcədən xəbərdarlıq edilmədən keçirilə bilməz.Hüquqşünas qeyd edib ki, hər təqvim ilinin əvvəlində müəssisədə attestasiyanın keçirilməsi qaydaları və vaxtı müəyyən edilməli, bununla bağlı müvafiq sənədlər təsdiqlənməlidir. Bundan əlavə, attestasiyada iştirak edəcək işçilər keçiriləcək tarix barədə ən azı bir ay əvvəl rəsmi şəkildə məlumatlandırılmalıdırlar. Bu müddət işçinin attestasiyaya hazırlaşması və peşə biliklərini yeniləməsi üçün nəzərdə tutulub.Mir Hüseyn Həbibli vurğulayıb ki, qanunvericilik bütün işçilərin attestasiyaya cəlb olunmasına da icazə vermir. Əmək Məcəlləsində attestasiyadan azad edilən kateqoriyalar ayrıca göstərilib.Belə ki, eyni iş yerində bir ildən az çalışan işçilər attestasiyaya cəlb edilə bilməzlər. Həmçinin hamilə qadınlar, sosial məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az işləyən qadınlar, eyni vəzifədə beş ildən az çalışan məcburi köçkün və qaçqın statusuna malik şəxslər, 18 yaşına çatmamış əməkdaşlar, eləcə də eyni vəzifə üzrə ardıcıl üç dəfə attestasiyadan uğurla keçmiş işçilər də attestasiyadan azad olunan şəxslər sırasındadır.Hüquqşünasın sözlərinə görə, işəgötürən bu qaydalardan hər hansı birini pozaraq attestasiya keçiribsə, həmin attestasiyanın nəticələri mübahisələndirilə bilər. Bu halda işçinin attestasiyadan keçməməsi onun avtomatik olaraq işdən çıxarılması üçün hüquqi əsas yaratmır.Mir Hüseyn Həbibli bildirib ki, attestasiyanın qanunsuz keçirilməsi nəticəsində əmək müqaviləsinə xitam verilərsə və ya işçinin digər əmək hüquqları məhdudlaşdırılarsa, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər.Onun sözlərinə görə, əmək mübahisələri üzrə qanunvericilik işçiyə hüquqlarının pozulduğu gündən etibarən bir ay müddətində məhkəməyə müraciət etmək imkanı verir. Bu müddət ərzində edilən müraciət əsasında məhkəmə attestasiyanın qanuniliyini, işəgötürənin prosedurlara əməl edib-etmədiyini və qəbul edilmiş qərarın əsaslı olub-olmadığını araşdırır.Hüquqşünas qeyd edib ki, məhkəmə işçinin xeyrinə qərar qəbul edərsə, əməkdaş əvvəlki iş yerinə bərpa oluna, məcburi işburaxma dövrü üçün əməkhaqqı ödənilə və pozulmuş digər əmək hüquqları da bərpa edilə bilər.Sonda hüquqşünas işçilərə tövsiyə edib ki, attestasiyanın nəticələri ilə razılaşmadıqları və ya prosedurun qanunsuz keçirildiyini düşündükləri hallarda məsələni hüquqi müstəvidə araşdırsınlar, qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürməsinlər və zərurət yarandıqda peşəkar hüquqi yardım alsınlar. Attestasiyadan keçməmək hər zaman işçinin haqsız olduğu anlamına gəlmir. Əsas məsələ prosesin qanuna uyğun keçirilməsi və işçinin hüquqlarının tam təmin olunmasıdır.

İşçini ərizə yazmağa məcbur etmək olarmı? – Hüquqşünas açıqladı  

Son illər əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri işçilərin müxtəlif təzyiq və hədələrlə öz istəkləri ilə işdən çıxmağa məcbur edilməsidir. Bir çox hallarda işəgötürənlər işçiyə “ya öz ərizəni yaz, ya da səni maddə ilə işdən çıxaracağıq” deyərək seçim qarşısında qoyurlar. Hüquqşünaslar bildirirlər ki, belə hallarda işçilər hüquqlarını bilməli və qanunun onlara verdiyi müdafiə imkanlarından istifadə etməlidirlər.Məsələ ilə bağlı hüquqşünas Mir Hüseyn Həbibli Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçilərin əmək hüquqlarının qorunmasına xüsusi önəm verir və işəgötürənin istənilən vaxt, heç bir əsas olmadan işçini işdən çıxarmasına imkan vermir.Onun sözlərinə görə, bəzi işəgötürənlər qanunvericilikdə nəzərdə tutulmuş prosedurları keçməmək üçün işçini psixoloji təzyiq altında saxlayaraq könüllü şəkildə işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə çalışırlar. Halbuki belə hallarda yazılan ərizə sonradan hüquqi mübahisələr zamanı mühüm əhəmiyyət daşıya bilər.Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilə bilən hallar konkret şəkildə müəyyən olunub. Bu maddəyə əsasən, işçi yalnız qanunda göstərilən əsaslar olduqda, məsələn, əmək funksiyalarını yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda və ya digər qanuni əsaslar mövcud olduqda işdən çıxarıla bilər.Mir Hüseyn Həbibli vurğulayıb ki, hətta bu hallarda belə, işəgötürən həmin pozuntunu sübut etməli, qanunvericilikdə nəzərdə tutulan prosedurlara tam əməl etməli və qəbul etdiyi qərarın hüquqi əsaslarını ortaya qoymalıdır. Sadəcə şifahi ittiham və ya rəhbərliyin narazılığı işçinin işdən çıxarılması üçün kifayət etmir.Onun sözlərinə görə, əmək intizamının pozulması barədə qərar verilərkən həmin hərəkətin müəssisənin normal fəaliyyətinə, digər işçilərin hüquqlarına və ya istehsalat prosesinə real təsir göstərməsi də nəzərə alınmalıdır. Əks halda işçinin işdən çıxarılması qanunsuz hesab oluna bilər.Hüquqşünas bildirib ki, praktikada işəgötürənlərin belə pozuntuları məhkəmədə sübut etməsi heç də asan olmur. Buna görə də bəzi hallarda onlar qanuni prosedur əvəzinə işçini ərizə yazmağa razı salmağa və ya müxtəlif hədələrlə buna məcbur etməyə çalışırlar.Mir Hüseyn Həbibli qeyd edib ki, əgər işçi belə təzyiqlə üzləşirsə, tələsmədən hüquqi məsləhət almalı, mümkün sübutları toplamalı və hüquqlarının pozulduğunu hesab edirsə, qanunla müəyyən olunmuş müddətlər ərzində məhkəməyə müraciət etməlidir.Onun sözlərinə görə, məhkəmə işçinin qanunsuz şəkildə işdən çıxarıldığını müəyyən edərsə, işçinin əvvəlki iş yerinə bərpası, məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi və digər hüquqlarının təmin olunması barədə qərar qəbul edilə bilər.Hüquqşünas əlavə edib ki, əmək münasibətlərində işçilərin hüquqları qanunla qorunur və heç bir işəgötürən qanunvericilikdə nəzərdə tutulmayan üsullarla işçini işdən çıxmağa məcbur edə bilməz. Bu səbəbdən də vətəndaşlara tövsiyə olunur ki, belə hallarla qarşılaşdıqda hüquqi yardım almaqdan çəkinməsinlər və hüquqlarını qanuni yollarla müdafiə etsinlər.

Müstəntiq şübhəli şəxsə müdafiəsini hazırlamaq üçün vaxt verməlidirmi?  

Cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının qorunması cəmiyyətdə ən çox müzakirə olunan hüquqi mövzulardandır. İstintaq prosesi zamanı bir çox vətəndaş öz müdafiə pozisiyasını formalaşdırmaq və müdafiəçi cəlb etmək üçün kifayət qədər vaxtın verilib-verilməməsi ilə bağlı suallarla qarşılaşır. Qanunvericiliyə əsasən, şəxsin müdafiə hüququ dövlətin əsas zəmanətlərindən biridir. Lakin təcrübədə müstəntiqin müdafiəyə nə dərəcədə imkan və zaman yaratması məsələsi tez-tez gündəmə gəlir. Müdafiə hüququnun formal deyil, real şəkildə təmin edilməsi ədalətli mühakimənin əsas şərtlərindən hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququ mütləq təmin olunmalıdır. Cinayət prosesini həyata keçirən organ, o cümlədən müstəntiq şübhəli şəxsin müdafiəçisini cəlb etməsi və müdafiə mövqeyini hazırlaması üçün kifayət kadar imkan və şərait yaratmağa borcludur. Müdafiə hüququ formal xarakter daşımamalı, faktiki şəkildə təmin edilməlidir. Bu, ədalətli məhkəmə araşdırmasının ən əsas prinsiplərindən biridir. Hüquqlarınızın etibarlı müdafiəsi üçün vaxtında mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

Müstəntiq istənilən şəxsin telefonunu yoxlaya bilər? – HÜQUQİ AÇIQLAMA  

Müstəntiqlərin məhkəmə qərarı olmadan istənilən şəxsin telefonuna, kompüterinə və ya digər elektron cihazlarına baxış keçirə biləcəyi barədə xəbərlər hər kəsə maraqlıdır. Bu iddialar Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinə edilən son dəyişikliklərlə əlaqələndirilərək ictimaiyyət arasında müəyyən narahatlıq və təşvişə səbəb olub. Lakin hüquqi məsələlər barəsində ictimaiyyətə məlumat verilərkən dəqiqlik və məsuliyyət prinsipləri hər zaman əsas götürülməlidir. Yayılan bu məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda yanlış təsəvvür yaradır. Qanunvericiliyin tələblərinə görə, müstəntiq hər yoldan keçənin deyil, yalnız müvafiq prosessual qaydalar çərçivəsində müəyyən edilmiş şəxslərin elektron qurğularına baxış keçirə bilər.Məsələyə hüquqi müstəvidə aydınlıq gətirmək üçün Oxu24.com-a vəkil Elmar İbrahimov açıqlama verərək bildirib ki, yayılan bu kimi şayiələr hüquqi baxımdan tamamilə əsassızdır:“Müstəntiq istənilən şəxsin yox, yalnız haqqında cinayət işi üzrə icraat aparılan şübhəli və ya təqsirləndirilən şəxsin telefonuna, kompüterinə və digər elektron cihazlarına baxış keçirə bilər. Bu proses yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar daxilində həyata keçirilir”.Onun sözlərinə görə, telefona, kompüterə və ya digər elektron daşıyıcılara baxış keçirilməsi üçün mütləq qaydada əsaslandırılmış qərar və protokol olmalıdır. Yalnız bu rəsmi sənədlər tərtib edildikdən sonra qeyd olunan prosessual hüquqi hərəkətlər həyata keçirilə bilər.

Vəkil alimentlə bağlı valideynlərin bilməli olduğu hüquqları açıqladı  

Boşanma prosesindən sonra alimentin hansı qaydada ödənilməsi valideynlər arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə bəzi valideynlər alimentin birbaşa digər valideynə deyil, uşağın adına açılmış bank hesabına köçürülməsini istəyirlər. Məqsəd isə vəsaitin gələcəkdə uşağın təhsili və digər ehtiyacları üçün qorunub saxlanılmasıdır.Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Elvin Səfərov bildirib ki, qanunvericilik aliment vəsaitinin istifadəsi ilə bağlı müəyyən imkanlar nəzərdə tutur və bəzi hallarda məhkəmə bu istiqamətdə qərar qəbul edə bilər.Vəkilin sözlərinə görə, alimentin əsas məqsədi uşağın gündəlik yaşayışının, qidalanmasının, təhsilinin, müalicəsinin və digər zəruri ehtiyaclarının qarşılanmasıdır. Buna görə də aliment tam şəkildə istifadə olunmadan yalnız gələcək üçün saxlanılması hər zaman qanunun məqsədinə uyğun hesab edilmir.“Valideyn aliment ödəyərkən hesab edirsə ki, ödənilən vəsait tam şəkildə uşağın mənafeyinə xərclənmir və ya onun istifadəsi ilə bağlı narahatlıqları var, bu halda qanun müəyyən hüquqi imkanlar tanıyır. Belə hallarda alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi ilə bağlı məhkəməyə müraciət etmək mümkündür”, – deyə Elvin Səfərov bildirib.Vəkil qeyd edib ki, məhkəmə konkret iş üzrə bütün halları araşdırdıqdan sonra alimentin müəyyən hissəsinin uşağın adına açılmış hesaba köçürülməsi barədə qərar verə bilər.“Qanunvericilik belə bir yanaşmaya imkan verir ki, alimentin müəyyən hissəsi uşağın cari ehtiyacları üçün istifadə olunsun, digər hissəsi isə onun gələcəyi üçün bank hesabında toplansın. Praktikada məhkəmə aliment məbləğinin 50 faizədək hissəsinin uşağın adına açılmış hesaba köçürülməsinə qərar verə bilər. Qalan hissə isə uşağın gündəlik ehtiyaclarının ödənilməsi üçün istifadə edilir”, – deyə hüquqşünas bildirib.Onun sözlərinə görə, məsələn, aylıq aliment məbləği 200 manat müəyyən olunubsa, məhkəmə şəraitdən asılı olaraq həmin vəsaitin 100 manatının uşağın adına açılmış hesaba köçürülməsini, digər 100 manatının isə uşağın saxlanılması üçün istifadə edilməsini nəzərdə tuta bilər.Elvin Səfərov vurğulayıb ki, belə qərar avtomatik tətbiq edilmir və yalnız valideynin müraciəti əsasında məhkəmə tərəfindən bütün sübutlar araşdırıldıqdan sonra qəbul olunur.“Məhkəmə ilk növbədə uşağın maraqlarını əsas götürür. Əgər müəyyən olunarsa ki, alimentin bir hissəsinin hesabda toplanması uşağın gələcək mənafeyinə xidmət edir və onun hazırkı ehtiyaclarını məhdudlaşdırmır, belə bir qərarın qəbul edilməsi mümkündür”, – deyə vəkil qeyd edib.Hüquqşünas əlavə edib ki, uşağın adına açılmış hesabda toplanan vəsait də uşağın mülkiyyəti hesab olunur və həmin pulların istifadəsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.Elvin Səfərovun sözlərinə görə, aliment ödəyən valideyn yalnız şəxsi narazılıq əsasında vəsaiti birtərəfli qaydada uşağın hesabına köçürə bilməz. Bunun üçün mütləq məhkəmə qərarı və ya tərəflər arasında qarşılıqlı razılaşma olmalıdır.Vəkil sonda valideynlərə tövsiyə edib ki, alimentlə bağlı yaranan fikir ayrılıqlarını mübahisəyə çevirmək əvəzinə hüquqi mexanizmlərdən istifadə etsinlər. Onun sözlərinə görə, alimentin ödənilməsi və istifadəsi ilə bağlı bütün qərarlarda əsas meyar uşağın maraqları və rifahı olmalıdır.

Ata vəfat edib, aliment ödəməyib – Uşaqların hüquqları nədir?  

Valideynlərin ayrılmasından sonra aliment öhdəliyinin yerinə yetirilməməsi və sonradan aliment ödəməli olan valideynin vəfat etməsi bir çox ailələrdə suallar yaradır. Xüsusilə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də odur ki, aliment almayan uşaqlar atalarının vəfatından sonra ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququna malikdirlərmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Lalə Salmanova bildirib ki, aliment ödənilməməsi uşağın qanunla nəzərdə tutulmuş digər sosial hüquqlarını avtomatik olaraq aradan qaldırmır. Onun sözlərinə görə, valideynin sağlığında aliment ödəyib-ödəməməsi ilə ailə başçısını itirməyə görə sosial təminat hüququ tamamilə fərqli hüquqi münasibətlərdir.Vəkil qeyd edib ki, əgər ata vəfat edibsə və qanunvericilikdə nəzərdə tutulan şərtlər mövcuddursa, uşaqlar ailə başçısını itirməyə görə dövlət tərəfindən təyin olunan sosial təminat növlərindən yararlana bilərlər.“Lakin bunun üçün ilk növbədə uşağın yaşı, təhsil vəziyyəti, əlilliyinin olub-olmaması, mərhumun sosial sığorta stajı və digər hüquqi əsaslar araşdırılmalıdır. Hər bir müraciət fərdi qaydada qiymətləndirilir və yalnız müvafiq şərtlər mövcud olduqda sosial ödəniş təyin edilir”, – deyə Lalə Salmanova bildirib.Onun sözlərinə görə, ailə başçısını itirməyə görə ödənişin hansı formada – əmək pensiyası, yoxsa sosial müavinət şəklində veriləcəyi də konkret vəziyyətdən asılıdır. Əgər vəfat edən şəxsin qanunvericilikdə tələb olunan sosial sığorta stajı və pensiya hüququ formalaşıbsa, uşaqlara ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Əks halda isə qanunvericiliyin tələblərinə uyğun olaraq sosial müavinət məsələsinə baxılır.Vəkil vurğulayıb ki, aliment borcunun olması və ya uzun illər aliment ödənilməməsi uşağın ailə başçısını itirməyə görə sosial təminat hüququnu məhdudlaşdırmır.“Aliment öhdəliyi valideynin ailə hüququndan irəli gələn vəzifəsidir. Ailə başçısını itirməyə görə sosial təminat isə dövlət tərəfindən sosial müdafiə məqsədilə həyata keçirilən ayrıca hüquqi mexanizmdir. Bu iki məsələ bir-biri ilə qarışdırılmamalıdır”, – deyə hüquqşünas izah edib.Lalə Salmanovanın sözlərinə görə, belə hallarda ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında aidiyyəti quruma və ya DOST mərkəzlərinə müraciət edilməlidir. Müraciət zamanı uşaqların yaşı, ailə vəziyyəti, mərhumun sığorta məlumatları və digər zəruri sənədlər araşdırılır.“Müraciət əsasında bütün hüquqi meyarlar yoxlanılır və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilir. Əgər uşaqların ailə başçısını itirməyə görə sosial ödəniş almaq hüququ yaranırsa, həmin ödəniş qanunla müəyyən edilmiş qaydada təyin edilir”, – deyə vəkil bildirib.Hüquqşünas əlavə edib ki, vətəndaşlar bu məsələlərlə bağlı dəqiq məlumat almaq üçün DOST mərkəzlərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı Mərkəzi”nə və ya elektron xidmətlər vasitəsilə müraciət edə bilərlər. Hər bir müraciət fərdi qaydada araşdırıldığı üçün yekun qərar təqdim edilən sənədlər və hüquqi əsaslar nəzərə alınmaqla verilir.Vəkil Lalə Salmanova sonda bildirib ki, valideynlər arasında yaranmış aliment mübahisələri uşaqların sosial müdafiə hüquqlarına mənfi təsir göstərməməlidir. Əgər ailədə belə vəziyyət yaranıbsa və aliment ödəyən valideyn vəfat edibsə, uşaqların ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnun olub-olmaması mütləq aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalı və qanunvericiliyə uyğun qiymətləndirilməlidir.

Təyin edilmiş aliment məbləğini azaltmaq mümkündür? – Vəkil açıqladı  

Nikahın pozulmasından sonra tərəflər arasında ən çox mübahisə yaradan məsələlərdən biri də aliment ödənişləridir. Çox vaxt məhkəmə tərəfindən təyin olunan aliment məbləği ödəyici şəxsin real gəlirləri ilə üst-üstə düşmür. Xüsusilə məvacibi azalan və ya maddi vəziyyəti pisləşən vətəndaşlar üçün bu öhdəliyi yerinə yetirmək ciddi çətinlik yaradır. Nəticədə ödəniş imkanı ilə təyin olunmuş məbləğ arasında ciddi uyğunsuzluqlar ortaya çıxır. Bəs belə vəziyyətdə məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini azaltmaq mümkündürmü? Mövzu ilə bağlı ortaya çıxan suallara aydınlıq gətirmək üçün hüquqi mütəxəssisin fikirlərini öyrəndik.Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Aynur Musayeva bildirib ki, hazırda vətəndaşlar tərəfindən daxil olan müraciətlər arasında aliment məbləğinin azaldılması mövzusu üstünlük təşkil edir:"Məsələn, vətəndaşın aldığı əməkhaqqı 500 manatdır, lakin iki uşağa görə ona təyin edilmiş aliment məbləği 520 manat təşkil edir. Təbii ki, vətəndaşın aldığı məvaciblə təyin olunmuş aliment arasında ciddi uyğunsuzluq yaranır. Bu cür hallar yarandıqda vətəndaşlar alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilərlər”.Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, aliment ödəyən valideynin maddi və ya ailə vəziyyəti dəyişdikdə, məhkəmə təyin olunmuş məbləğin azaldılması barədə iddia qaldırmaq hüququnu tanıyır. Bunun üçün vətəndaşlar öz gəlirlərindəki və ya maddi vəziyyətlərindəki dəyişikliyi təsdiq edən rəsmi sənədləri toplayaraq aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Məhkəmə işin hallarını və tərəflərin maraqlarını nəzərə alaraq məbləğin azaldılması ilə bağlı müvafiq qərar qəbul edə bilər.

Xaricdə qazanılan əmək stajı Azərbaycanda pensiyaya necə təsir edir? — AÇIQLAMA  

Xaricdə işləyən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri də orada qazandıqları əmək stajının və ödədikləri sosial sığorta haqlarının gələcəkdə Azərbaycanda pensiya təminatına necə təsir göstərməsidir. Mövcud qanunvericiliyə əsasən, xaricdə qazanılmış stajın ölkəmizdə nəzərə alınması yalnız konkret hüquqi əsaslar və dövlətlərarası razılaşmalar çərçivəsində mümkündür. Bir çox hallarda vətəndaşların bu barədə yetərli məlumatı olmaması gələcəkdə pensiya təyinatı zamanı müəyyən sualların və çətinliklərin yaranmasına səbəb olur. Xüsusilə pensiya kapitalının transferi və stajın tanınması mexanizmləri bu sahədə ən çox müzakirə edilən mövzulardandır.Mövzu barədə Oxu24.com-a Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayıs Əliyev məlumat verib.Mayıs Əliyev bildirib ki, pensiya hüququnu müəyyən edən və bu münasibətləri tənzimləyən əsas hüquqi sənəd "Əmək pensiyaları haqqında" Qanundur. Əvvəlki müddəalarda həm "Sosial sığorta haqqında" Qanunda, həm də xarici ölkədə müqavilə bağlayıb Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi dövlət sosial sığorta haqqı ödənilməsi ilə bağlı bəndlər mövcud idi. Lakin hal-hazırda həmin müddəalar qüvvədə deyil və bu səbəbdən bəzi hallarda məsələ sual işarəsi altında qalır.Ekspertin sözlərinə görə, hazırda xaricdəki stajın tanınması üçün ikitərəfli hökumətlərarası müqavilələrin olması mütləqdir:"Azərbaycan ilə pensiya təminatı sahəsində müqaviləsi olan ölkələrin siyahısına Rusiya, Ukrayna, Moldova, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan daxildir. Həmçinin 1998-ci ildə Türkiyə və Bolqarıstan ilə də belə müqavilələr bağlanıb. Türkmənistanla da müqavilə imzalansa da, hələ ki parlament tərəfindən ratifikasiya olunmayıb. Yalnız bu sadalanan dövlətlərdə qazanılan stajın Azərbaycanda tanınması məsələsi mümkündür”.Professor vurğulayıb ki, adıçəkilən ölkələrlə müqavilələr olsa da, burada söhbət yalnız stajın tanınmasından gedir. Vətəndaşın xaricdə işlədiyi dövrdə onun əməkhaqqından tutulan və həmin ölkənin büdcəsinə ödənilən məcburi sosial sığorta haqlarının (pensiya kapitalının) Azərbaycana köçürülməsi mexanizmi mövzu deyil:"Vətəndaşın xaricdə 200 min, 300 min və ya 500 min dollar/avro məbləğində kapitalı olsa belə, həmin vəsaitin Azərbaycana transfer edilməsi mexanizmi çox təəssüf ki, yoxdur. Hətta məhkəmələr belə hazırda bununla bağlı suallara cavab verə bilmirlər. Əgər vətəndaşın Azərbaycandakı pensiya kapitalı minimum tələbdən (46 200 manatdan) aşağıdırsa, xaricdəki stajı nəzərə alınmaqla ona sadəcə minimum pensiya (320 manat) təyin olunacaq. Bunun üçün isə ən azı 25 il sığorta stajının olması mütləqdir”.Vətəndaşlar nə etməlidir?Mayıs Əliyev xaricdə çalışan və gələcəkdə Azərbaycanda pensiya almaq istəyən vətəndaşlara vacib tövsiyələr verib. Əmək Məclləsinin 87-ci maddəsinin tələblərini xatırladan professor qeyd edib ki, xarici ölkədə işləmiş Azərbaycan vətəndaşı ölkəyə qayıtdıqdan sonra müvafiq qurumlara müraciət etməlidir:”Vətəndaş xarici ölkədə işlədiyini və stajını sübut edən sənədi – əmək müqaviləsinin surətini gətirməlidir. Həmin ölkədə məcburi dövlət sosial sığorta haqqı ödəməsini təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.Bu sənədlərlə birlikdə Azərbaycanda Məşğulluq Agentliyinə (Məşğulluq mərkəzlərinə) müraciət edərək həmin stajı rəsmən tanıtdırmalıdır.Bu prosedur yerinə yetirildikdə, xaricdə keçən iş illəri vətəndaşın Azərbaycandakı ümumi sığorta stajına əlavə edilir. Müvafiq qanunvericilik çərçivəsində diqqət yetirilməli olan əsas hüquqi əsaslar bunlardan ibarətdir”,- deyə o fikrini tamamlayıb. Çimnaz Telmanqızı

Keçmiş həyat yoldaşı soyadınızı daşıya bilərmi?  - Vəkil AÇIQLADI  

Boşanmadan sonra ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də keçmiş həyat yoldaşının nikah zamanı götürdüyü soyadı istifadə etməyə davam etməsidir. Bir çox şəxslər hesab edir ki, nikah pozulduqdan sonra keçmiş həyat yoldaşı həmin soyaddan məcburi şəkildə imtina etməlidir. Lakin qüvvədə olan qanunvericilik bu məsələyə fərqli yanaşır.Vəkil Xəyalə Məmmədova Oxu24.com-a açıqlamasında bildirib ki, nikahın pozulması keçmiş həyat yoldaşının avtomatik olaraq həmin soyaddan imtina etməsi anlamına gəlmir.Onun sözlərinə görə, nikaha daxil olarkən tərəflər könüllü şəkildə soyad seçimi edirlər. Əgər qadın nikah zamanı ərinin soyadını qəbul edibsə və bu, rəsmi qaydada dövlət qeydiyyatına alınıbsa, sonradan həmin soyaddan istifadə edib-etməmək onun şəxsi hüququ hesab olunur.Vəkil qeyd edib ki, mövcud qanunvericilik keçmiş ərin məhkəmə qaydasında müraciət edərək keçmiş həyat yoldaşının onun soyadından istifadəsini qadağan etməsinə imkan vermir. Bu barədə məhkəmələrə müraciətlər edilsə də, qanunda belə bir tələb nəzərdə tutulmadığından həmin iddiaların hüquqi əsası olmur."Soyad nikah zamanı qanuni əsaslarla qəbul edilir. Nikah pozulduqdan sonra həmin soyadın məcburi qaydada geri alınması və ya şəxsin soyadını dəyişməyə məcbur edilməsi ilə bağlı qanunvericilikdə hər hansı norma yoxdur. Başqa sözlə, keçmiş ər soyadını 'geri tələb etmək' hüququna malik deyil", – deyə Xəyalə Məmmədova bildirib.Onun sözlərinə görə, nikah pozulduqdan sonra qadın istər əvvəlki soyadına qayıda, istərsə də nikah dövründə qəbul etdiyi soyadı saxlaya bilər. Bu seçim tamamilə onun iradəsindən asılıdır və heç bir şəxs onu məcburi şəkildə dəyişməyə vadar edə bilməz.Vəkil vurğulayıb ki, bu məsələ daha çox hüquqi deyil, mənəvi və psixoloji müstəvidə narazılıq doğurur. Cəmiyyətdə bəzi şəxslər keçmiş həyat yoldaşının eyni soyadı daşımasını istəməsələr də, bu narahatlıq hüquqi əsas yaratmır."Əlbəttə, bəzi insanlar bunu şəxsi və ya mənəvi baxımdan qəbul etməkdə çətinlik çəkirlər. Lakin hüquqi baxımdan həmin şəxsin soyaddan istifadə etmək hüququ qorunur və bu hüquq məhkəmə qərarı ilə ləğv edilə bilməz", – deyə vəkil əlavə edib.Xəyalə Məmmədova sonda bildirib ki, nikahın pozulması yalnız ailə münasibətlərinə xitam verir. Nikah dövründə qanuni qaydada əldə edilmiş soyadın saxlanılması isə şəxsin seçim hüququ olaraq qalır və bu hüquq yalnız həmin şəxsin öz istəyi ilə dəyişdirilə bilər.

Azərbaycanda qadın vəkillərin sayı AÇIQLANDI

Azərbaycanda qadın vəkillərin sayı 701-ə çatıb.Oxu24.com xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi zamanı deyib.O bildirib ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək kollegiyanın sıralarına qoşulub:"Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir".Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır:"Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir".

Ali Məhkəmə mühüm məlumat yaydı

Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.Bu barədə Oxu24.com-a  Ali Məhkəmədən məlumat verilib.Məhkəmədən bildirilib ki, belə işlərə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır.Əgər müqavilədə mənzilin sahəsinin hansı qayda ilə hesablanacağı (məsələn, içdən-içə, çöldən-çölə və ya şəhərsalma qanunvericiliyinə uyğun) ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə uyğun həll olunmalıdır.Bu baxımdan, mənzil almaq istəyən şəxslər müqaviləni imzalamazdan əvvəl mənzilin sahəsinin hansı qaydada hesablanacağına dair şərtlərə xüsusi diqqət yetirməlidirlər.Müqavilədə sahənin hesablanma qaydası müəyyən edilməyibsə, müqavilədə göstərilən sahənin mənzilin faktiki işçi sahəsinə uyğun gəlib-gəlmədiyi yoxlanılmalıdır. Mənzilin işçi sahəsi dedikdə bayır və ara divarlarının, habelə məhəccərlərin və sobanın altındakı sahələr nəzərə alınmadan və şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilmədən müəyyən edilən sahə nəzərdə tutulur.Bu zaman yerində ölçmə aparılmalı və bu ölçmənin nəticəsində mənzilin işçi sahəsi müqavilədə razılaşdırılmış sahəyə uyğun gəlirsə, şirkət müqavilə üzrə sahəyə dair öhdəliyini lazımi qaydada icra etmiş hesab edilir. Əksinə, faktiki işçi sahənin müqavilədə nəzərdə tutulan sahədən az olduğu müəyyən edilərsə, bu artıq şirkətin müqavilə öhdəliyini qüsurlu icra etməsi kimi qiymətləndirilir.Daşınmaz əmlakın dövlət reyestrində mənzilin ümumi sahəsi şəhərsalma və tikinti qaydalarına uyğun balkon və terrasların sahələri müvafiq azaltma əmsalına vurulmaqla hesablanır. Bu əmsal həmin sahələri fiziki olaraq kiçiltmir, sadəcə ümumi sahənin normativ qaydada hesablanması üsulunu müəyyən edir.Belə ki, balkon, terras və bəzi digər açıq sahələr yaşayış otaqları ilə eyni funksiyanı daşımır. Onlar adətən yaşayış üçün nəzərdə tutulmur, iqlim şəraitindən asılı olaraq məhdud istifadə olunur və istifadəyə yararlılıq baxımından daha aşağı dəyərə malikdir. Buna görə də onların faktiki ölçüsü tam həcmdə deyil, 0,3 əmsalı tətbiq edilməklə ümumi sahəyə daxil edilir.Başqa sözlə, 0,3 əmsalının məqsədi ümumi sahəni kiçiltmək deyil, tətbiq edildiyi sahənin yaşayış sahəsi ilə müqayisədə normativ dəyərini müəyyən etməkdir.Ali Məhkəmənin mövqeyinə görə şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş mənzilin ümumi sahəsinin hesablanması qaydaları dövlət reyestrində daşınmaz əmlakın vahid metodologiya üzrə uçota alınması məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz. Əks yanaşma müqavilə azadlığı prinsipinə zidd olar.Odur ki, çıxarışda mənzilin sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilməklə müqavilədə göstərilən sahədən az hesablanması, əgər tərəflər müqavilədə mənzilin sahəsinin həmin qaydalara uyğun hesablanacağını razılaşdırmayıblarsa, şirkətin müqavilə öhdəliyini pozması anlamına gəlmir.Bu zaman müqavilədə nəzərdə tutulan sahə faktiki olaraq mövcud olur, fərq yalnız dövlət reyestrində ümumi sahənin normativ qaydada hesablanması metodologiyasından irəli gəlir.Əgər şəxs mənzili qəbul etdikdən sonra daxilində yenidənqurma və ya planlaşdırma işləri aparıbsa və nəticədə işçi sahənin bir hissəsi divaraltı sahəyə çevrilibsə, bu zaman öhdəliyin icrası mənzilin təhvil verildiyi vəziyyət və ilkin layihə sənədləri əsasında yoxlanılmalıdır. Sonradan daxili sahələrin divaraltı sahəyə çevrilməsi şirkətin ziyanına qiymətləndirilə bilməz.Əgər mənzildə sahə çatışmazlığı müəyyən edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edərkən mübahisəyə baxıldığı vaxt mövcud olan bazar qiymətlərinə əsaslana bilər.Çoxmənzilli binanın tərkib hissəsi ilə əlaqədar müqavilənin qüsurlu icrası ilə bağlı tələblər üzrə 5 illik iddia müddəti tətbiq edilir və bu müddətin axımı mənzilin fiziki təhvil alındığı gündən hesablanır.İddiaçılar çox vaxt iddia edirlər ki, onlar qüsurlar barədə çıxarış əldə etdikdən sonra məlumatlı olurlar. Ali Məhkəmə bununla bağlı baxdığı konkret mübahisələr üzrə qeyd etmişdir ki, vətəndaşların mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlamaq imkanları vardır.Nəticə etibarilə, iddia müddəti keçdikdən sonra qaldırılmış iddialar üzrə hətta mənzildə faktiki sahə çatışmazlığı müəyyən edilsə belə, cavabdeh şirkət iddia müddətinin tətbiqi barədə ərizə verərsə, iddia təmin edilməyəcəkdir.

Son haqq-hesabdan kimlər məhrum edilə bilməz? Vəkil AÇIQLADI

Bir çox işçi hesab edir ki, əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verdiyi halda işəgötürən ona son haqq-hesab ödəməyə bilər. Halbuki əmək qanunvericiliyi bu məsələdə işçinin hüquqlarını aydın şəkildə müəyyən edir.Oxu24.com-a açıqlama verən vəkil Fuad Mirzəzadə bildirib ki, işçi öz ərizəsi ilə işdən ayrılsa belə, bu, onun son haqq-hesab almaq hüququnu aradan qaldırmır.Onun sözlərinə görə, əmək münasibətlərinə hansı əsasla xitam verilməsindən asılı olmayaraq, işçinin işlədiyi müddət ərzində qazandığı bütün ödənişlər ona tam şəkildə hesablanmalı və ödənilməlidir."Əgər işçi öz istəyi ilə əmək müqaviləsinə xitam verirsə, bu halda da ona son haqq-hesab verilməlidir. İşəgötürən işçinin işlədiyi günlər üzrə əməkhaqqını tam hesablamalı və qanunvericiliyin tələblərinə uyğun şəkildə ödəməlidir", – deyə vəkil bildirib.Fuad Mirzəzadə qeyd edib ki, son haqq-hesab yalnız əməkhaqqından ibarət deyil. İşçinin istifadə etmədiyi əmək məzuniyyəti günləri də nəzərə alınmalı və həmin günlərə görə pul kompensasiyası hesablanmalıdır."Əgər işçi əmək fəaliyyəti dövründə məzuniyyət hüququndan tam və ya qismən istifadə etməyibsə, istifadə olunmamış məzuniyyət günlərinə görə ona müvafiq pul kompensasiyası ödənilməlidir. Bu da son haqq-hesabın tərkib hissəsidir", – deyə o vurğulayıb.Hüquqşünasın sözlərinə görə, bəzi hallarda işəgötürənlər işçinin öz ərizəsi ilə işdən çıxdığını əsas gətirərək son haqq-hesabı gecikdirir və ya tam ödəmirlər. Lakin bu, qanunvericiliyin tələblərinə zidd hesab olunur."İşçinin əmək müqaviləsinə hansı səbəbdən xitam verilməsindən asılı olmayaraq, onun qazandığı əməkhaqqı və digər qanuni ödənişlər saxlanıla bilməz. İşəgötürən son haqq-hesabı vaxtında və tam şəkildə ödəməyə borcludur", – deyə vəkil bildirib.Fuad Mirzəzadə əlavə edib ki, əgər işçi hesab edir ki, ona son haqq-hesab düzgün hesablanmayıb və ya ümumiyyətlə ödənilməyib, bu halda o, hüquqlarının müdafiəsi üçün aidiyyəti dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilər.Vəkil sonda işçilərə tövsiyə edib ki, işdən ayrılarkən son haqq-hesab sənədlərini diqqətlə yoxlasınlar, ödənilən məbləğin işlədikləri günlərə və istifadə edilməmiş məzuniyyət günlərinə uyğun hesablandığından əmin olsunlar. Bu, sonradan yarana biləcək əmək mübahisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.Jalə

Nənənin nəvəyə bağışladığı torpaq bölüşdürülür? – Vəkil cavabladı

Vərəsəlik və bağışlama müqavilələri ilə bağlı ən çox verilən suallardan biri də ailə üzvlərinin gələcəkdə həmin əmlaka iddia edib-edə bilməməsidir. Xüsusilə nənə və ya baba sağlığında nəvəsinə ev və ya torpaq bağışladıqda, digər övladların – əmi, bibi, dayı və xalaların həmin əmlak üzərində hüququnun olub-olmaması vətəndaşları maraqlandırır.Oxu24.com-a açıqlama verən vəkil Könül İsgəndərzadə bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəxs sağ olduğu müddətdə öz mülkiyyətində olan əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir.Onun sözlərinə görə, əgər nənə sağlığında torpaq sahəsini nəvəsinə bağışlayıb, bu bağışlama qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilib və əmlak artıq nəvənin adına dövlət qeydiyyatına alınaraq çıxarış verilibsə, həmin əmlak bağışlanan şəxsin mülkiyyətinə keçir."Hüquqi baxımdan bağışlama müqaviləsi qüvvəyə mindikdən və əmlak yeni sahibinin adına rəsmiləşdirildikdən sonra həmin əmlak artıq miras kütləsinə daxil edilmir. Bu səbəbdən də sonradan nənənin vəfat etməsi həmin torpaq sahəsi üzərində digər vərəsələr üçün avtomatik hüquq yaratmır. Yəni əmi, bibi, dayı və ya digər vərəsələrin həmin torpaq sahəsində pay hüququ yaranmır", – deyə vəkil bildirib.Könül İsgəndərzadə qeyd edib ki, insanlar arasında "mütləq bütün övladların və ya vərəsələrin razılığı olmalıdır" kimi yanlış təsəvvürlər mövcuddur. Halbuki şəxs sağlığında öz əmlakını istədiyi şəxsə bağışlaya, sata və ya başqa formada özgəninkiləşdirə bilər."Bağışlanan əmlak artıq həmin şəxsin şəxsi mülkiyyətinə çevrilir. Sonradan açılan miras zamanı həmin əmlak yenidən bölüşdürülmür. Bu baxımdan bağışlama ilə miras anlayışlarını bir-birindən fərqləndirmək lazımdır", – deyə hüquqşünas vurğulayıb.Bununla yanaşı, vəkil diqqətə çatdırıb ki, son illərdə Ali Məhkəmənin qəbul etdiyi hüquqi mövqelərə əsasən, bəzi hallarda bağışlama müqavilələri məhkəmə qaydasında mübahisələndirilə bilər.Onun sözlərinə görə, bu isə yalnız müəyyən hüquqi əsaslar olduqda mümkündür."Əgər bağışlama müqaviləsinin bağlandığı vaxt bağışlayan şəxsin iradəsinin sərbəst olmadığı, aldadıldığı, məcbur edildiyi, sağlamlıq vəziyyətinin buna imkan vermədiyi və ya müqavilənin etibarlılığına şübhə yaradan digər hallar sübuta yetirilərsə, həmin bağışlama məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin bu, hər bağışlama müqaviləsinin ləğv ediləcəyi anlamına gəlmir", – deyə o bildirib.Vəkil əlavə edib ki, yalnız "mən də vərəsəyəm" arqumenti bağışlama müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir işi ayrıca araşdırır və yalnız qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda müqavilənin taleyi ilə bağlı qərar qəbul edir.Könül İsgəndərzadənin sözlərinə görə, vətəndaşlar bağışlama müqaviləsi bağlayarkən bütün sənədlərin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına xüsusi diqqət yetirməlidirlər. Çünki hüquqi baxımdan düzgün rəsmiləşdirilmiş və dövlət qeydiyyatından keçmiş bağışlama müqaviləsi gələcəkdə yarana biləcək əksər mübahisələrin qarşısını alır.Hüquqşünas sonda vurğulayıb ki, təqdim olunan vəziyyətdə – nənənin sağlığında nəvəsinə bağışladığı və artıq çıxarışla rəsmiləşdirilmiş 3 sot torpaq sahəsinə əmi və bibinin avtomatik olaraq pay hüququ yaranmır. Yalnız qanunda nəzərdə tutulmuş xüsusi hüquqi əsaslar mövcud olarsa, həmin bağışlama məhkəmə qaydasında mübahisələndirilə bilər.Turan

Ev bağışlayarkən həyat yoldaşının razılığı vacibdirmi?

Ailə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri də daşınmaz əmlak üzərində sərəncam hüququ ilə bağlıdır. Xüsusilə nikah dövründə əldə edilmiş mənzilin və ya evin həyat yoldaşlarından biri tərəfindən digərinin xəbəri və razılığı olmadan bağışlanmasının mümkün olub-olmaması vətəndaşları ciddi maraqlandırır.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Elxan Əzizov bildirib ki, bu məsələdə əsas meyar əmlakın hansı dövrdə və hansı əsaslarla əldə edilməsidir.Onun sözlərinə görə, əgər mənzil və ya ev ər-arvadın rəsmi nikahda olduqları müddətdə birgə vəsait hesabına əldə edilibsə, həmin əmlak birgə mülkiyyət hesab olunur və tərəflərdən biri digərinin razılığı olmadan onu nə sata, nə də bağışlaya bilər."Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilmiş əmlak, əksini təsdiq edən hallar olmadıqca, ər-arvadın birgə mülkiyyəti sayılır. Belə əmlak üzərində hər hansı sərəncam verilməsi, o cümlədən bağışlanması üçün digər həyat yoldaşının razılığı tələb olunur. Razılıq olmadan bağlanmış əqdlər sonradan məhkəmə qaydasında mübahisələndirilə bilər", – deyə vəkil qeyd edib.Elxan Əzizov vurğulayıb ki, vəziyyət nikahdan əvvəl əldə olunmuş əmlaklara münasibətdə fərqlidir. Onun sözlərinə görə, əgər ev və ya mənzil nikah bağlanmazdan əvvəl şəxsin mülkiyyətində olubsa, həmin şəxs bu əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququna malikdir."Əgər daşınmaz əmlak nikahdan əvvəl əldə edilibsə, artıq həmin əmlak şəxsi mülkiyyət hesab olunur. Belə olan halda həyat yoldaşının razılığı tələb edilmir və mülkiyyətçi evi istədiyi şəxsə bağışlaya və ya sata bilər", – deyə o bildirib.Vəkil əlavə edib ki, bəzi hallarda əmlak nikah dövründə deyil, hədiyyə və ya miras yolu ilə əldə olunur. Bu zaman da hüquqi qiymətləndirmə fərqli aparılır."Şəxsin öz adına bağışlanmış və ya miras qalmış əmlak, bir qayda olaraq, onun şəxsi mülkiyyəti hesab edilir. Lakin məhkəmə təcrübəsində bəzi mübahisəli hallar da mövcuddur. Məsələn, bağışlamanın konkret olaraq yalnız bir şəxsə, yoxsa ailəyə ünvanlandığı araşdırılır. Bu kimi mübahisələr zamanı məhkəmə bağışlamanın məqsədini, tərəflərin iradəsini və digər sübutları qiymətləndirərək qərar verir", – deyə hüquqşünas izah edib.Onun sözlərinə görə, ailə münasibətlərində sonradan uzunmüddətli mübahisələrin yaranmaması üçün əmlakla bağlı bütün hüquqi məsələlərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi və zərurət olduqda notarial sənədlərlə rəsmiləşdirilməsi tövsiyə olunur.Elxan Əzizov sonda qeyd edib ki, vətəndaşlar daşınmaz əmlak üzərində hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl mövcud hüquqi statusu dəqiqləşdirməli, xüsusilə də əmlakın birgə və ya şəxsi mülkiyyət olub-olmadığını nəzərə almalıdırlar. Bu, sonradan yaranacaq məhkəmə çəkişmələrinin və hüquqi risklərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.Nigar

İkinci nikah vərəsəlik hüququnu dəyişirmi? – Ekspertdən açıqlama

Vərəsəliklə bağlı yaranan suallar cəmiyyətdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Xüsusilə valideynin ikinci dəfə ailə qurması zamanı ilk nikahdan olan övladları maraqlandıran əsas məsələ yeni həyat yoldaşının vərəsəlik hüququnun olub-olmamasıdır. Bir çox insanlar hesab edir ki, ikinci nikah bağlandıqda həyat yoldaşı mirasdan pay ala bilməz. Halbuki qanunvericilik bu məsələyə tam fərqli yanaşır.Oxu24.com-a açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vəfat etmiş şəxsin rəsmi nikahda olduğu həyat yoldaşı onun birinci növbə üzrə qanuni vərəsələrindən hesab edilir.Onun sözlərinə görə, nikahın birinci və ya ikinci olması hüquqi baxımdan heç bir fərq yaratmır. Əsas şərt nikahın qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada qeydiyyata alınmasıdır."Əgər şəxs vəfat edən zaman rəsmi nikahda olubsa, onun həyat yoldaşı qanun üzrə birinci növbəli vərəsə sayılır. Bu hüquq nikahın neçəinci olmasından asılı deyil. İkinci həyat yoldaşı da digər qanuni vərəsələr kimi miras hüququna malikdir", – deyə vəkil bildirib.Mütəxəssis qeyd edib ki, Mülki Məcəlləyə əsasən, birinci növbə üzrə vərəsələrə vəfat etmiş şəxsin övladları, həyat yoldaşı və valideynləri daxildir. Bu şəxslər qanunla eyni növbədə vərəsə hesab olunurlar və mirasın bölüşdürülməsi də məhz qanunun müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.Vəkilin sözlərinə görə, əgər vəfat edən şəxsin həm birinci nikahdan, həm də sonrakı nikahdan övladları varsa, onların hamısı bərabər hüquqlu vərəsələr hesab edilir. Eyni zamanda, vəfat edən şəxsin sağ qalan rəsmi həyat yoldaşı da həmin dairəyə daxildir."İnsanlar bəzən düşünürlər ki, ikinci nikah bağlanıbsa, yeni həyat yoldaşı miras hüququ əldə etmir. Bu, doğru yanaşma deyil. Rəsmi nikah mövcuddursa, həmin şəxs qanun qarşısında həyat yoldaşı statusuna malikdir və digər birinci növbəli vərəsələrlə birlikdə mirasdan pay almaq hüququ qazanır", – deyə Ramil Süleymanov vurğulayıb.O əlavə edib ki, mirasın bölüşdürülməsi zamanı yalnız qanun deyil, vəsiyyətnamənin olub-olmaması da nəzərə alınır. Əgər vəfat edən şəxs sağlığında notariat qaydasında vəsiyyətnamə tərtib edibsə, mirasın bölüşdürülməsi həmin sənədin tələblərinə uyğun həyata keçirilə bilər. Lakin vəsiyyətnamə olmadığı hallarda qanuni vərəsəlik qaydaları tətbiq edilir.Vəkil sonda vətəndaşlara tövsiyə edib ki, ailədaxili mübahisələrin qarşısını almaq üçün miras və əmlak məsələləri ilə bağlı hüquqi məsləhət almaqdan çəkinməsinlər. Onun sözlərinə görə, vərəsəlik hüququ ilə bağlı yanlış məlumatlar sonradan uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər və bu səbəbdən hər bir məsələ qanunvericiliyin tələbləri əsasında qiymətləndirilməlidir.Turan

Dron almaq istəyənlərə XƏBƏRDARLIQ: İcazəsiz istifadəyə görə....

Son illər Azərbaycanda fotoqrafiya və videoqrafiya sahəsinə marağın artması pilotsuz uçuş aparatlarına (dronlara) olan tələbatı da xeyli çoxaldıb. Bir çoxları bu cihazları sadəcə əyləncəli və ya iş üçün əlverişli bir alət kimi görsə də, hüquqi tərəfdən məsələ tamamilə fərqlidir. Qanunvericiliyə əsasən, dronlar ölkə ərazisində mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib. Bu isə o deməkdir ki, xüsusi icazə olmadan dronların gətirilməsi, satılması və ya istifadəsi ciddi hüquqi məsuliyyət yaradır. Qaydaları pozan şəxsləri həm dronun müsadirə olunması, həm də pul cəriməsi gözləyir. Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı hüquqi tənzimləmələri tanınmış vəkil Toğrul Abbaslı izah edib.Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən vəkil Toğrul Abbaslı bildirib ki, dronların əldə edilməsi və satılması üçün dövlət qurumlarının rəyi əsasında xüsusi icazə formalaşdırılır:"Dronlar fotoqrafiya və ya videoqrafiya üçün əlverişli alət kimi görünsə də, əslində istifadəsi üçün xüsusi icazə tələb olunan və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar sırasına aid edilir”.Vəkil qeyd edib ki, dronların əldə olunmasına və satılmasına birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icazə verilir. Lakin bu icazənin verilməsi üçün aşağıdakı strateji dövlət qurumlarının rəyləri mütləq şəkildə nəzərə alınmalıdır:•Azərbaycan Respublikası Müdafiə Nazirliyi•Dövlət Sərhəd Xidməti•Dövlət Təhlükəsizlik Xidməti•Xüsusi Dövlət Mühafizə XidmətiCərimələr nə qədərdir?Toğrul Abbaslı xüsusi icazə olmadan bu cihazları əldə edən və ya satan şəxslərin qanun qarşısında cavabdehlik daşıdığını xatırladıb:"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi icazəsi olmadan dronların əldə edilməsinə və ya satılmasına görə dronlar müsadirÇimnaz 

Pensiya kapitalı miras qalır? – Vəkildən AÇIQLAMA

Azərbaycanda ən çox müzakirə olunan sosial məsələlərdən biri də vəfat edən şəxsin pensiya kapitalının ailə üzvlərinə verilib-verilməməsi ilə bağlıdır. İllərlə işləyərək sosial sığorta haqları ödəyən şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi bir çox vətəndaşı düşündürür. Xüsusilə də ailə üzvləri hesab edirlər ki, ömür boyu toplanmış pensiya kapitalı itirilməməli və yaxınlarına ödənilməlidir.Oxu24.com-a açıqlama verən vəkil Elçin Əzizov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin pensiya kapitalının ailə üzvlərinə ayrıca ödənilməsi nəzərdə tutulmayıb.Onun sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə yanlış təsəvvürlər mövcuddur:“Hazırkı qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin pensiya kapitalının ailə üzvlərinə ayrıca verilməsi ilə bağlı hüquqi mexanizm yoxdur. Yəni insanlar uzun illər işləyib sosial sığorta haqları ödəsələr belə, vəfat etdikdən sonra həmin pensiya kapitalı birbaşa vərəsələrə ödənilmir”, – deyə vəkil qeyd edib.Elçin Əzizov vurğulayıb ki, qanunvericilikdə bunun əvəzinə ailə başçısını itirməyə görə pensiya institutu mövcuddur. Lakin bu hüquq bütün ailə üzvlərinə deyil, yalnız qanunda göstərilən şəxslərə şamil edilir.“Əmək qabiliyyəti olmayan ailə üzvləri, azyaşlı uşaqlar, müəyyən hallarda əlilliyi olan şəxslər və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik ola bilərlər. Bu isə pensiya kapitalının verilməsi deyil, tamamilə ayrı sosial təminat növüdür”, – deyə o bildirib.Vəkilin sözlərinə görə, bir çox ölkələrdə vəfat etmiş şəxsin topladığı pensiya vəsaitinin müəyyən hissəsinin ailə üzvlərinə ödənilməsi ilə bağlı müxtəlif mexanizmlər tətbiq olunur. Azərbaycanda isə hazırda belə bir hüquqi norma mövcud deyil.“Praktikada başqa ölkələrdə fərqli yanaşmalar var. Bəzi dövlətlərdə vəfat etmiş şəxsin topladığı pensiya vəsaitinin müəyyən hissəsi ailəsinə kompensasiya şəklində ödənilir. Lakin Azərbaycanda hazırda belə bir qayda tətbiq edilmir”, – deyə Elçin Əzizov qeyd edib.Vəkil hesab edir ki, bu məsələ gələcəkdə qanunvericilik səviyyəsində yenidən nəzərdən keçirilə bilər.“İllərlə əmək fəaliyyəti göstərən, sosial sığorta haqları ödəyən insanların topladığı vəsaitin taleyi cəmiyyət üçün həssas mövzudur. Ümid edirik ki, gələcəkdə bu istiqamətdə qanunvericilikdə dəyişikliklər ediləcək və vətəndaşların gözləntiləri nəzərə alınacaq”, – deyə o əlavə edib.Mütəxəssislər də vətəndaşlara tövsiyə edirlər ki, pensiya və sosial təminat hüquqları ilə bağlı hər hansı sual yarandıqda rəsmi qurumlara və ya hüquqşünaslara müraciət etsinlər. Bu, həm hüquqların düzgün müəyyənləşdirilməsi, həm də qanunvericilikdə nəzərdə tutulan sosial təminat mexanizmlərindən vaxtında istifadə olunması baxımından mühüm əhəmiyyət daşıyır.Nigar

Hüquqşünasdan alimentlə bağlı vacib AÇIQLAMA

Son dövrlərdə boşanma sonrası aliment münasibətləri ilə bağlı cəmiyyət arasında müxtəlif mübahisəli hallara rast gəlinir. Xüsusilə tərəflərin boşandıqdan sonra yenidən birgə yaşaması, lakin aliment icra sənədinin formal olaraq qüvvədə qalması gələcəkdə hüquqi anlaşılmazlıqlara səbəb olur. Mövzu ilə bağlı hüquqşünas Zaur Quliyev Oxu24.com-a geniş açıqlama verib.Hüquqşünasın sözlərinə görə, praktikada tez-tez belə hallar müşahidə olunur ki, boşanma sonrası məhkəmə qərarı ilə aliment təyin edilir, lakin tərəflər daha sonra barışaraq bir müddət yenidən ailə kimi birlikdə yaşayırlar:“Belə hallarda tərəflər faktiki olaraq ümumi təsərrüfat aparır, uşaq hər iki valideynin himayəsində böyüyür. Lakin aliment icra sənədi ləğv edilmədiyi üçün sonradan həmin dövr üzrə yığılan borcun tələb edilməsi ilə bağlı mübahisələr yaranır.”Zaur Quliyev bildirib ki, bu tip vəziyyətlərdə əsas meyar formal sənəd deyil, faktiki ailə münasibətlərinin mövcudluğudur:“Məhkəmə yalnız qərara deyil, real həyat şəraitinə də qiymət verməlidir. Əgər sübut olunursa ki, tərəflər həmin dövrdə birlikdə yaşayıb və uşaq faktiki olaraq hər iki valideynin qayğısında olub, bu zaman aliment borcunun həmin müddət üçün hesablanması hüquqi baxımdan yenidən qiymətləndirilə bilər.”Hüquqşünas qeyd edib ki, belə hallarda vətəndaşlar ilk növbədə mediasiya prosedurundan istifadə etməli, razılıq əldə olunmadıqda isə məhkəməyə müraciət edərək aliment borcunun ləğvi və ya yenidən hesablanmasını tələb etməlidirlər.Onun sözlərinə görə, məhkəmə prosesində əsas sübutlar tərəflərin birgə yaşamasını təsdiqləyən faktlardır:“Şahid ifadələri, birgə yaşayışa dair sübutlar və uşağın faktiki olaraq kimin yanında olması kimi məqamlar məhkəmənin qərarına birbaşa təsir edir. aliment mübahisələrində əsas məqsəd valideynlər arasında münaqişə yaratmaq deyil, uşağın maraqlarını qorumaqdır və bütün qərarlar bu prinsip əsasında formalaşmalıdır.”Nigar 

Avtomobil yolda xarab olarsa, cərimə tətbiq oluna bilərmi? – Mütəxəssis açıqlaması  

Mütəxəssislər bildirirlər ki, avtomobilin yolda texniki nasazlıq səbəbindən dayanması hər zaman avtomatik olaraq cərimə demək deyil. Lakin bəzi hallarda sürücünün məsuliyyəti yarana bilər və bu, İnzibati Xətalar Məcəlləsinə əsasən qiymətləndirilir.Mövzu ilə bağlı nəqliyyat hüququ üzrə mütəxəssislərin Oxu24.com-a  açıqlamasına görə, əgər sürücü avtomobilində mövcud olan texniki nasazlığı bilərəkdən nəzərə almadan yola çıxıbsa və bu nasazlıq yol hərəkətinin təhlükəsizliyinə və axıcılığına maneə yaradıbsa, bu artıq inzibati məsuliyyət yarada bilər.Qeyd olunur ki, qanunvericilikdə texniki cəhətdən nasaz olan nəqliyyat vasitəsinin istismarı qadağan edilir və belə hallarda cərimə sanksiyası tətbiq oluna bilər.Mütəxəssislərin sözlərinə görə, xüsusilə magistral yollar, körpülər, tunellər və sıx nəqliyyat axını olan ərazilərdə nasaz avtomobilin dayanması ciddi tıxaclara və təhlükəli vəziyyətlərə səbəb ola bilər:“Belə hallarda bir avtomobilin hərəkəti dayandırması minlərlə insanın hərəkətinə təsir edir, həm də yol təhlükəsizliyi baxımından risk yaradır.” Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən texniki nasaz vəziyyətdə nəqliyyat vasitəsinin istismarı hallarında cərimə tətbiq oluna bilər və bu məbləğ konkret pozuntunun xarakterindən asılı olaraq dəyişir.Mütəxəssislər sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamağı tövsiyə edirlər. Xüsusilə əyləc sistemi, işıqlar, təkərlər və mühərriklə bağlı nasazlıqların əvvəlcədən aşkarlanması vacib hesab olunur.Bu cür qaydalara əməl etmək həm sürücünün öz təhlükəsizliyi, həm də digər yol hərəkəti iştirakçılarının rahatlığı üçün mühüm əhəmiyyət daşıyır.Turan

Müavinətlərin hesablanması zamanı 6 aylıq staj tələbi bu şəxslərə aid edilməyəcək  — AÇIQLAMA

Müavinətlərin hesablanması üçün 6 aylıq staj tələbi – kimlərə aid edilmir?Oxu24.com xəbər verir ki,mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına əsasən, Qayda ilə tənzimlənən sosial sığorta ödəmələri aşağıdakılardır:- әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt (qanunvericiliklә müәyyәn olunmuş dövr üçün) (Maddә 1.3.1);- hamilәliyә vә doğuma görә müavinәt (Maddә 1.3.2);- uşağın anadan olmasına görә birdәfәlik müavinәt (Maddә 1.3.3);- 3 yaşınadәk uşağa qulluğa görә müavinәt (Maddә 1.3.4);- dәfn üçün birdәfәlik müavinәt (Maddә 1.3.5);- sığortaolunanların sanatoriya-kurort müalicәsi üzrә xәrclәrinin tam vә ya qismәn ödәnişi (Maddә 1.3.6).6 aylıq sosial sığorta stajı məsələsinə gəlincə, Qaydanın 1.5-ci maddəsində qeyd edilir ki, 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş müavinətləri almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan sığortaolunanlara şamil edilir. Həmin müavinətlər təyin edilərkən sosial sığorta stajı kimi sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.Digər sosial sığorta ödəmələri (əmək pensiyası istisna olmaqla) təyin edilərkən qanunvericiliyə uyğun olaraq sosial sığorta stajı tələb edilmir.Maddədə diqqət yetirilməli məqamlara aydınlıq gətirək.Birinci məqam odur ki, ən azı 6 ay sosial sığorta stajı yalnız iki sosial sığorta ödəməsi üçün tələb edilir:- әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt;- hamilәliyә vә doğuma görә müavinәt.Misal 1: İşçi 10 fevral tarixində əmək qabiliyyətini müvəqqəti itirib. Onun ümumi sosial sığorta stajı 3 aydır. Bu halda işçi işə gəlməsə də ona müavinət hesablanmayacaq. Çünki ümumi sosial sığorta stajı 6 aydan azdır.Misal 2: İşçi 13 fevral tarixində 126 təqvim günü müddətinə hamiləliyə və doğuma görə məzuniyyət hüququndan istifadə edir. İşçi son iş yerində 2 aydır çalışsa da onun ümumi sosial sığorta stajı 2 ildir. Bu halda müavinət hesablanacaq. Çünki 6 aylıq tələb son iş yeri üzrə deyil, ümumi sosial sığorta stajı üzrə müəyyən edilir.İkinci məqam isə “sosial sığorta stajı” dedikdə sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.Misal 3: İşçinin ümumi əmək fəaliyyəti müddəti 7 aydır, lakin son iki ayı tam olaraq ödənişsiz məzuniyyətdə olub. Ödənişsiz məzuniyyət dövründə əmək haqqı hesablanmadığı və sosial sığorta haqqı ödənilmədiyi üçün həmin dövr sosial sığorta stajına daxil edilmir.Bu halda işçi 8-ci ayda əmək qabiliyyətini müvəqqəti itirsə, onun sosial sığorta stajı faktiki olaraq 5 ay təşkil etdiyindən müavinət hüququ yaranmayacaq.Üçüncü məqama gəlincə isə digər sosial sığorta ödəmələri (əmək pensiyası istisna olmaqla) təyin edilərkən qanunvericiliyə uyğun olaraq sosial sığorta stajı tələb edilmir.Misal 4: Ümumi sosial sığorta stajı 2 ay olan işçi qismən ödənişli sosial məzuniyyət üçün müraciət edib. Bu halda müvafiq qanunvericiliyə uyğun olaraq 3 yaşınadək uşağa qulluğa görə müavinət ödənilə bilər. Bu müavinət üzrə 6 aylıq staj tələbi tətbiq edilmir.Qeyd edək ki, artıq 2026-cı il mayın 1-dən bütün sadalanan müavinətlər proaktiv qaydada təyin edilir. Hər hansı səbəbdən həkimə müraciət edən işçinin müavinət almaq hüququ yaranırsa, bunun üçün tibbi rəyin elektron sistemə yerləşdirilməsi kifayət edir. Digər qərarlar elektron qaydada yoxlanılaraq verilir. Bəs hansı hallarda müavinətin proaktiv qaydada təyin edilmədi mümkün olmayacaq?“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1.8-ci bəndində qeyd edilir ki, sənədin tələblərinə uyğun olaraq təyinatın avtomatlaşdırılmış (proaktiv) qaydada aparılması mümkün olmadıqda, habelə aşağıdakı sığortaolunanlar üzrə sosial sığorta ödəmələri müraciət əsasında təyin edilir:- Azәrbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş Siyahıda nәzәrdә tutulan vәzifәlәrdә çalışan şәxslәr (Maddә 1.8.1.)Həmin Fərmanla “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı” təsdiq edilib. Siyahının təsdiq edilməsində məqsəd ondan ibarətdir ki, göstərilən vəzifələr üzrə əmək müqavilələrinin ӘMAS altsistemi üzərindən elektron qaydada bağlanmasına yol verilmir. Bu vəzifələr xüsusi kateqoriyaya aid edildiyi üçün əmək müqavilələrinin kağız daşıyıcıda bağlanmasına icazə verilir. Məsələn, prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr, habelə xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr üzrə əmək müqavilələrinin bağlanması həmin Fərmanla tənzimlənir.Göründüyü kimi, bu şəxslər üzrə əmək müqavilələri ӘMAS altsistemi üzərindən bağlanmadığı üçün DSMF-nin işçinin gəlirləri barədə məlumatları avtomatik əldə etməsi mümkün olmur. Bu səbəbdən müavinətin proaktiv qaydada təyin edilməsi həyata keçirilmir və işəgötürən müvafiq dövlət orqanına müraciət etməlidir.- Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 6-cı maddәsinin“a”, “b”, “c” vә “d” bәndlәrindә nәzәrdә tutulan şәxslәr (Maddә 1.8.2.)Әmək Məcəlləsinin 6-cı maddəsinə əsasən aşağıdakı şəxslərə Məcəllənin müddəaları şamil edilmir:- hәrbi qulluqçulara;- mәhkәmә hakimlәrinә;- Azәrbaycan Respublikasının Milli Mәclisinin deputatlarına vә bәlәdiyyәlәrә seçilmiş şәxslәrә;- xarici ölkәnin hüquqi şәxsi ilә hәmin ölkәdә әmәk müqavilәsi bağlayıb әmәk funksiyasını Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn müәssisәdә (filialda, nümayәndәlikdә) yerinә yetirәn әcnәbilәrә;- podrat, tapşırıq, komissiya, müәlliflik vә digәr mülki-hüquqi müqavilәlәr üzrә işlәri yerinә yetirәn şәxslәrә.Bu şəxslər üzrə münasibətlər əmək qanunvericiliyi ilə deyil, xüsusi qanunvericilik və ya mülki-hüquqi müqavilələrlə tənzimləndiyindən, müavinətin proaktiv qaydada tətbiqi mümkün olmur.- “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddәsindә nәzәrdә tutulan şәxslәr (Maddә 1.8.3)“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsi muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrini tənzimləyir.Bu kateqoriyaya, əsasən, fərdi sahibkarlar və digər özünüməşğul şəxslər daxildir. Onlar üzrə müavinətin dövlət tərəfindən proaktiv qaydada təyin edilməsi həyata keçirilmir. Həmin şəxslər Qaydada nəzərdə tutulmuş sənəd və məlumatları müvafiq dövlət orqanına təqdim etməlidirlər.- Sosial sığorta stajı ilә bağlı hallar (Maddә 1.8.4)Qaydanın 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş müavinətlər (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət) üzrə ümumilikdə 6 aydan çox, lakin 2005-ci il dekabrın 31-dən sonra 6 aydan az sosial sığorta stajı olan şəxslər üçün proaktiv təyinat mümkün olmaya bilər.Qeyd etdiyimiz kimi, həmin müavinətlər üzrə minimum 6 ay sosial sığorta stajı tələbi mövcuddur. Lakin mümkündür ki, şəxsin əvvəlki illərə aid sosial sığorta stajı dövlət informasiya sistemlərində əks olunmasın.Misal 5: İşçi 2004-cü ildə 1 il sosial sığorta stajına malik olub, sonradan isə uzun müddət işləməyib. 2026-cı ildə yeni iş yerində 2 ay çalışdıqdan sonra 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib.İşəgötürən yalnız cari dövr üzrə (2 ay) məlumatı gördüyü üçün müavinətin hesablanmayacağını bildirə bilər. Lakin işçi 2005-ci il dekabrın 31-dək olan sosial sığorta stajını təsdiq edən sənədləri təqdim etdikdə, işəgötürən müvafiq dövlət orqanına müraciət etməli və əvvəlki dövrlərə dair məlumatların nəzərə alınmasını təmin etməlidir. Bu halda dövlət qurumu tərəfindən təyinat işəgötürənin müraciəti əsasında aparılır.Qeyd edək ki, Qaydarın tələblərinə əsasən, işəgötürən həmin işçi ilə bağlı əmək kitabçasının surəti də təqdim etməlidir.(vergiler.az)

Qeydiyyatda olmaq evdən istifadə hüququ yaradır? — Hüquqi AÇIQLAMA  

Azərbaycanın hüquq məkanında vətəndaşların ən çox qarşılaşdığı və bəzən ciddi mübahisələrə səbəb olan mövzulardan biri də yaşayış yeri üzrə qeydiyyat (müvəqqəti və ya daimi propiska) və bununla bağlı yaranan istifadə hüquqlarıdır. Bir çox hallarda vətəndaşlar elə hesab edirlər ki, hər hansı bir mənzildə qeydiyyatda olmaq birbaşa həmin əmlak üzərində mülkiyyət və ya toxunulmaz istifadə hüququ yaradır. Lakin qanunvericiliyin bu məsələdəki incəlikləri tam fərqlidir və bəzən hüquqi savadsızlıq mənzil mübahisələrinin məhkəmə müstəvisinə daşınmasına yol açır.Mövzu ilə bağlı Oxu24.com-a vəkil Könül Yaqubova ətraflı məlumat verib. Vəkil qeydiyyat xarakteri ilə mənzildən istifadə hüququ arasındakı fərqləri, qanunun tələblərini və ailə üzvlərinin qeydiyyatdan çıxarılması ilə bağlı yaranan hüquqi kolliziyaları geniş şəkildə izah edib.Vəkil Könül Yaqubova qeyd edib ki, yaşayış yeri üzrə qeydiyyat mahiyyət etibarilə yalnız uçot xarakteri daşıyır. Yəni, dövlət orqanları (məsələn, hərbi səfərbərlik, seçki prosesləri, vergi və s. məsələlər üçün) konkret vətəndaşın harada yaşadığını bilməlidir.“Əgər kiminsə hər hansı bir mənzildə qeydiyyatı varsa, bu, o demək deyil ki, onun mütləq şəkildə həmin mənzildən istifadə hüququ var. Qeydiyyat öz-özlüyündə mülkiyyət hüququ yaratmır”, – deyə vəkil vurğulayıb.Onun sözlərinə görə, mənzildən qanuni istifadə hüququnun yaranması üçün qanunvericilik iki əsas əsası rəhbər tutur:“Şəxsin mənzildən istifadə etməsi üçün mülkiyyətçi ilə rəsmi və ya şifahi razılaşması (məsələn, kirayə müqaviləsi) olmalıdır. Qanunvericiliyə əsasən, mülkiyyətçinin dar ailə dairəsinə daxil olan şəxslərin avtomatik olaraq mənzildən istifadə hüququ yaranır. Bura daxildir:•Ər və arvad•Valideynlər (ata və ana)•Övladlar (uşaqlar)Əgər şəxs bu dar ailə dairəsinə daxildirsə, mülkiyyətçi onu sadə bir istəklə və ya birtərəfli qaydada qeydiyyatdan çıxara və ya mənzildən uzaqlaşdıra bilməz.Bəs dar ailə dairəsinə daxil olmayan digər qohumların (məsələn: qardaş, bacı, əmi, dayı və s.) vəziyyəti necə tənzimlənir?Vəkil bu məqamda çox mühüm bir hüquqi nüansa toxunub. O bildirib ki, qanunvericilikdə bu məsələ şəxsin qeydiyyata düşdüyü tarixlə sıx bağlıdır. Könül Yaqubova sonda vətəndaşlara mənzil alqı-satqısı və ya yaxınlarının qeydiyyatı zamanı mütləq şəkildə qanunun bu tələblərini nəzərə almağı və gələcəkdə yarana biləcək mülkiyyət mübahisələrinin qarşısını almaq üçün hüquqi məsləhətlərdən yararlanmağı tövsiyə edib.Çimnaz Ağayeva

Yeni aldığınız mənzildə tanımadığınız şəxslər qeydiyyatdadırsa, nə etməli? 

Vətəndaşların daşınmaz əmlak bazarında qarşılaşdığı ən aktual problemlərdən biri də yeni alınan mənzillərdə əvvəlki sahibinin yaxınlarının və ya tamamilə tanımadığı yad şəxslərin qeydiyyatda (propiskada) qalmasıdır. Bir çox hallarda alıcılar bu faktı yalnız mənzili rəsmiləşdirib köçəndən sonra öyrənirlər.Bəs belə vəziyyətlə qarşılaşdıqda hüquqi müstəvidə hansı addımlar atılmalıdır? Oxu24.com-un bu sualına vəkil Fərid Qasımov aydınlıq gətirib.Vəkil bildirib ki, qanunvericilik mənzil sahibinə öz mülkiyyətindən azad istifadə etmək hüququ verir və yad şəxslərin qeydiyyatı bu hüququ məhdudlaşdıra bilməz. Belə problemlə üzləşən vətəndaşlar üçün Fərid Qasımov ardıcıl addımlardan həlli göstərir: təqdim edir:“İlk növbədə mənzildə faktiki olaraq kimlərin qeydiyyatda olduğunu rəsmi şəkildə dəqiqləşdirmək lazımdır. Bunun üçün yeni mülkiyyətçi (ev sahibi) “ASAN xidmət" mərkəzinə müraciət edərək mənzildə qeydiyyatda olan şəxslərin tam siyahısını (arayışı) əldə etməlidir.Siyahı əldə edildikdən sonra, mənzil sahibi həmin sənədlə birlikdə daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə polis şöbəsinə (və ya qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə) rəsmi ərizə ilə müraciət etməlidir. Ərizədə tanınmayan şəxslərin qeydiyyatdan çıxarılması tələb olunmalıdır.Qanunvericiliyə və mövcud prosedura əsasən, müraciətinizə dair polis şöbəsindən sizə 35 gün ərzində rəsmi cavab və ya qeydiyyatdan çıxarmanın qeyri-mümkünlüyü ilə bağlı imtina məktubu təqdim olunacaq. Hüquqi prosesin növbəti mərhələsi üçün bu imtina məktubunun alınması mütləqdir.Polis şöbəsindən alınan rəsmi imtina məktubu əsasında vətəndaş mənzilin yerləşdiyi ərazi üzrə İnzibati Məhkəməyə müraciət etməlidir. Məhkəmə qarşısında “şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin aidiyyəti polis şöbəsinin üzərinə qoyulması” tələbi ilə iddia qaldırılmalıdır”.Əlavə olaraq, vəkil Fərid Qasımov vurğulayır ki, mövcud məhkəmə praktikasına nəzər salsaq, mülkiyyət hüququ toxunulmaz olduğu üçün və yeni sahibin mülkündən maneəsiz istifadəsinə şərait yaradılması məqsədilə, bu qəbildən olan iddialar məhkəmələr tərəfindən əksər hallarda tam təmin edilir. Vətəndaşlar bu prosesdən çəkinməməli və hüquqlarını qorumalıdırlar.Mənzil alarkən gələcəkdə vaxt itkisi və məhkəmə çəkişmələri ilə üzləşməmək üçün, alqı-satqı müqaviləsi imzalanmazdan əvvəl mənzildə kənar şəxslərin qeydiyyatda olub-olmaması mütləq yoxlanılmalıdır.Çimnaz Ağayeva

Qeydiyyatda olmaq evdən istifadə hüququ yaradır? — Hüquqi AÇIQLAMA  

Azərbaycanın hüquq məkanında vətəndaşların ən çox qarşılaşdığı və bəzən ciddi mübahisələrə səbəb olan mövzulardan biri də yaşayış yeri üzrə qeydiyyat (müvəqqəti və ya daimi propiska) və bununla bağlı yaranan istifadə hüquqlarıdır. Bir çox hallarda vətəndaşlar elə hesab edirlər ki, hər hansı bir mənzildə qeydiyyatda olmaq birbaşa həmin əmlak üzərində mülkiyyət və ya toxunulmaz istifadə hüququ yaradır. Lakin qanunvericiliyin bu məsələdəki incəlikləri tam fərqlidir və bəzən hüquqi savadsızlıq mənzil mübahisələrinin məhkəmə müstəvisinə daşınmasına yol açır.Mövzu ilə bağlı Oxu24.com-a vəkil Könül Yaqubova ətraflı məlumat verib. Vəkil qeydiyyat xarakteri ilə mənzildən istifadə hüququ arasındakı fərqləri, qanunun tələblərini və ailə üzvlərinin qeydiyyatdan çıxarılması ilə bağlı yaranan hüquqi kolliziyaları geniş şəkildə izah edib.Vəkil Könül Yaqubova qeyd edib ki, yaşayış yeri üzrə qeydiyyat mahiyyət etibarilə yalnız uçot xarakteri daşıyır. Yəni, dövlət orqanları (məsələn, hərbi səfərbərlik, seçki prosesləri, vergi və s. məsələlər üçün) konkret vətəndaşın harada yaşadığını bilməlidir.“Əgər kiminsə hər hansı bir mənzildə qeydiyyatı varsa, bu, o demək deyil ki, onun mütləq şəkildə həmin mənzildən istifadə hüququ var. Qeydiyyat öz-özlüyündə mülkiyyət hüququ yaratmır”, – deyə vəkil vurğulayıb.Onun sözlərinə görə, mənzildən qanuni istifadə hüququnun yaranması üçün qanunvericilik iki əsas əsası rəhbər tutur:“Şəxsin mənzildən istifadə etməsi üçün mülkiyyətçi ilə rəsmi və ya şifahi razılaşması (məsələn, kirayə müqaviləsi) olmalıdır. Qanunvericiliyə əsasən, mülkiyyətçinin dar ailə dairəsinə daxil olan şəxslərin avtomatik olaraq mənzildən istifadə hüququ yaranır. Bura daxildir:•Ər və arvad•Valideynlər (ata və ana)•Övladlar (uşaqlar)Əgər şəxs bu dar ailə dairəsinə daxildirsə, mülkiyyətçi onu sadə bir istəklə və ya birtərəfli qaydada qeydiyyatdan çıxara və ya mənzildən uzaqlaşdıra bilməz.Bəs dar ailə dairəsinə daxil olmayan digər qohumların (məsələn: qardaş, bacı, əmi, dayı və s.) vəziyyəti necə tənzimlənir?Vəkil bu məqamda çox mühüm bir hüquqi nüansa toxunub. O bildirib ki, qanunvericilikdə bu məsələ şəxsin qeydiyyata düşdüyü tarixlə sıx bağlıdır. Könül Yaqubova sonda vətəndaşlara mənzil alqı-satqısı və ya yaxınlarının qeydiyyatı zamanı mütləq şəkildə qanunun bu tələblərini nəzərə almağı və gələcəkdə yarana biləcək mülkiyyət mübahisələrinin qarşısını almaq üçün hüquqi məsləhətlərdən yararlanmağı tövsiyə edib.Çimnaz Telmanqızı

Vərəsəlikdə gəlinin hüququ necə müəyyən olunur? – Hüquqşünaslar izah edir  

Vərəsəlik məsələləri ilə bağlı mürəkkəb ailə münasibətlərinin olduğu hallarda əmlakın kimlər arasında və hansı qaydada bölünməsi vətəndaşların ən çox maraqlandığı hüquqi suallardan biridir. Hüquqşünasların və vəkillərin sözlərinə görə, belə vəziyyətlərdə hər bir şəxsin vərəsəlik hüququ onun ailə əlaqəsi və qanunvericilikdə müəyyən olunmuş statusuna əsasən qiymətləndirilir.Oxu24.com xəbər verir ki, mütəxəssislər bildirirlər ki, əgər bir ailədə qaynata və ya ailənin əsas mülkiyyətçisi vəfat edib, onun övladları da həyatda deyilsə, bu zaman vərəsəlik hüququ birbaşa qanunla müəyyən edilmiş ardıcıllığa uyğun şəkildə həyata keçirilir. Belə hallarda vəfat etmiş övladın uşaqları – yəni nəvələr – “təmsilçilik hüququ” əsasında vərəsə qismində çıxış edərək valideynlərinə düşən payı qəbul edirlər.Hüquqşünasların sözlərinə görə, nəvə birbaşa olaraq babanın və ya nənənin əmlakından pay almır, lakin onun valideyni vəfat etdiyi halda həmin payı təmsilçilik qaydasında əldə edə bilir. Bu, vərəsəlik hüququnun əsas prinsiplərindən biri hesab olunur.Gəlinin hüquqi statusuna gəldikdə isə vəkillər qeyd edirlər ki, gəlin yalnız öz həyat yoldaşına münasibətdə qanuni vərəsə sayılır. Əgər nikah mövcud olduğu dövrdə ər vəfat edibsə, bu halda qadın ərinin əmlakından qanunla müəyyən olunmuş payı almaq hüququna malikdir. Lakin qaynata və qaynana əmlakı üzrə gəlinin avtomatik vərəsəlik hüququ yaranmır.Hüquqşünaslar vurğulayırlar ki, əgər ailə üzvlərinin hamısı vəfat edib və əmlak qalıbsa, burada vərəsəlik zənciri hər bir şəxsin hüquqi statusuna görə ayrıca müəyyən edilir. Birinci nikahdan olan övladlar, nəvələr və digər qanuni vərəsələr əmlak bölgüsündə iştirak edirlər.Belə hallarda ən vacib məqam qohumluq əlaqələrinin və ölüm ardıcıllığının dəqiq müəyyən olunmasıdır. Çünki vərəsəlik hüququ məhz bu ardıcıllığa əsasən formalaşır və hər bir pay qanunvericiliklə təsdiqlənmiş qaydada bölünür.Nəticə olaraq hüquqşünaslar bildirirlər ki, gəlinin vərəsəlik hüququ yalnız öz həyat yoldaşı ilə bağlı yaranır, digər ailə üzvlərinin əmlakı üzrə isə onun hüququ birbaşa deyil, yalnız xüsusi hüquqi vəziyyətlərdən asılı olaraq formalaşa bilər.Jalə

Evdən qeydiyyatdan çıxarılma: Vəkil hüquqi məqamları açıqladı

Evdən qeydiyyatda olan şəxsin çıxarılması və bunun qarşılığında hər hansı kompensasiyanın ödənilib-ödənilməməsi məsələsi son illərdə vətəndaşlar arasında ən çox müzakirə olunan hüquqi mövzulardan biridir.Mövzu ilə bağlı vəkil Aysel Əhmədova Oxu24.com-a geniş açıqlama verib və bu istiqamətdə mövcud hüquqi mexanizmləri izah edib.Vəkilin sözlərinə görə, ilk növbədə qeydiyyat məsələsi ilə faktiki yaşayış hüququ bir-birindən fərqləndirilməlidir. Əgər şəxs yalnız formal olaraq ünvan üzrə qeydiyyatdadırsa, lakin həmin ev üzərində heç bir mülkiyyət, istifadə və ya yaşayış hüququna malik deyilsə, bu halda onun qeydiyyatdan çıxarılması üçün kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmur. Belə hallarda mübahisə daha çox inzibati qaydada və ya məhkəmə vasitəsilə həll edilir.Bəzi hallarda vətəndaşlar qeydiyyatda olan şəxslə heç bir qohumluq və ya hüquqi əlaqə olmadığı halda belə kompensasiya ödənilməli olduğunu düşünürlər. Lakin hüquqi yanaşmaya əsasən, bu cür vəziyyətlərdə kompensasiya öhdəliyi yaranmır və əsas məsələ həmin qeydiyyatın hüquqi əsasının olub-olmamasının müəyyən edilməsidir.Vəkil əlavə edib ki, əgər şəxs evdə faktiki yaşayırsa, yaxud onun həmin ünvanda yaşamaq hüququ qanunla və ya tərəflər arasında razılaşma ilə tanınırsa, o zaman vəziyyət fərqli qiymətləndirilir. Xüsusilə ailə münasibətləri, qohumluq əlaqələri və ya uzunmüddətli yaşayış faktı mövcud olduqda, qeydiyyatdan çıxarılma prosesi daha həssas hüquqi yanaşma tələb edir.Bu kimi hallarda kompensasiya məsələsi də gündəmə gələ bilər. Vəkilin sözlərinə görə, kompensasiya adətən bazar icarə qiymətləri nəzərə alınmaqla müəyyən edilir və bəzi hallarda bu məbləğ bir neçə illik kirayə haqqının ekvivalentinə qədər çata bilər. Lakin bu, hər işin konkret hallarından asılı olaraq dəyişir və məhkəmə tərəfindən ayrıca qiymətləndirilir.Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisələrdə ən vacib məqam sübutların mövcudluğudur. Şəxsin həmin evdə yaşayıb-yaşamadığı, yaşayış hüququnun olub-olmaması, ailə münasibətləri və digər faktlar məhkəmə tərəfindən diqqətlə araşdırılır. Bu zaman kommunal sənədlər, şahid ifadələri və digər sübutlar əsas rol oynayır.Aysel Əhmədova vurğulayıb ki, bir çox hallarda vətəndaşlar əvvəlcə müvafiq icra orqanlarına müraciət etsələr də, praktikada bu tip mübahisələrin böyük hissəsi məhkəmə qaydasında həll edilir. Məhkəmə isə hər bir işi fərdi qaydada araşdıraraq həm qeydiyyatın hüquqi əsasını, həm də tərəflərin faktiki münasibətlərini nəzərə alır.Vəkilin fikrincə, qeydiyyatdan çıxarılma prosesində əsas məqsəd heç bir tərəfin hüququnu pozmadan ədalətli qərarın verilməsidir. Buna görə də hər bir konkret vəziyyət fərdi yanaşma tələb edir və ümumi qayda ilə bütün hallara eyni hüquqi nəticə tətbiq etmək mümkün deyil.Nigar 

Mənzildə qeydiyyatda olan kənar şəxslər evi satmağa mane olur: Qanuni çıxış yolu hansıdır? 

Azərbaycanda daşınmaz əmlak bazarında mülkiyyətçilərin ən çox qarşılaşdığı, həm zaman, həm də maddi baxımdan ciddi çətinlik çəkdiyi problemlərdən biri də mənzildə vaxtilə qeydiyyata alınmış, lakin faktiki olaraq orada yaşamayan, heç bir əmlak payı olmayan kənar şəxslərin statusudur. Vətəndaşlar arasında belə bir yanlış təsəvvür var ki, əgər mənzil mülkiyyətçinin öz adına sənədləşdirilibsə, o, istədiyi vaxt daxili işlər orqanlarına müraciət edib yad şəxsləri qeydiyyatdan çıxara və ya evi maneəsiz sata bilər. Lakin qanunvericilik bu məsələdə mülkiyyət hüququ ilə yaşayış və istifadə hüququ arasında ciddi balans qoruyur və mülkiyyətçinin qarşısına mütləq yerinə yetirilməli olan şərtlər qoyur.Mövzu ilə bağlı Oxu24.com-a vəkil Yeganə Əliyeva hüquqi izahatlar verib. Vəkil mülkiyyətçilərin hüquqi çıxılmaz vəziyyətə düşməməsi üçün bu problemin mərhələli və qanuni həlli yollarını açıqlayıb. Mülkiyyətçilərin qarşılaşdığı ilk və ən böyük maneə alqı-satqı prosesində bəyan olur. Vəkil Yeganə Əliyeva bildirir ki, mülkiyyətçi mənzilini hər hansı bir üçüncü şəxsə satmaq istədikdə, ilk növbədə həmin evdə adı qeydiyyatda (propiskada) olan bütün digər şəxslərin rəsmi və notarial qaydada təsdiq olunmuş razılığını almalıdır:“Əgər evdə qeydiyyatda olan şəxslərin bu alqı-satqı müqaviləsinə rəsmi razılığı yoxdursa, mənzilin notarial qaydada alqı-satqısı həyata keçirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mənzil qanunvericiliyinə görə, mənzildə qeydiyyatda olan şəxsin həmin yaşayış sahəsindən istifadə hüququ var. Notariuslar mənzili qeydiyyatda olan yad şəxslərlə birlikdə satmaqla yeni alıcının hüquqlarını riskə ata bilməzlər. Bu səbəbdən qeydiyyatda olan şəxsin razılığı mütləq şəkildə tələb olunur, əks halda müqavilə bağlanmır”.Təcrübədə ən çox rast gəlinən hallardan biri budur: Vaxtilə qohumluq, tanışlıq və ya keçmiş kirayə münasibətlərinə görə evə qeydiyyata salınan şəxs çoxdan köçüb gedib, onun harada yaşadığı məlum deyil və ya könüllü olaraq qeydiyyatdan çıxmaqdan imtina edir. Vəkil vurğulayır ki, əgər adı keçən kənar şəxslər faktiki olaraq mənzildə yaşamırsa və həmin evdən real istifadə hüququ yoxdursa, mülkiyyətçi bu problemi həll etmək üçün qanunvericiliyin nəzərdə tutduğu aşağıdakı xüsusi hüquqi proseduru addım-addım icra etməlidir:“Qeydiyyat məsələlərinə birbaşa Daxili İşlər Nazirliyinin müvafiq strukturları baxdığı üçün, mülkiyyətçi ilk növbədə əmlakın yerləşdiyi ərazi üzrə polis orqanına yazılı ərizə ilə müraciət etməlidir. Ərizədə mənzildə qeydiyyatda olan şəxsin kənar şəxs olduğu, ailə üzvü olmadığı və uzun müddətdir orada yaşamadığı əsas gətirilərək qeydiyyatın ləğv edilməsi tələb olunur”.Yeganə Əliyeva qeyd edir ki, bir sıra hallarda ərazi polis orqanı vətəndaşın bu müraciətindən rəsmən imtina edir. Polis orqanları vətəndaşı birtərəfli qaydada qeydiyyatdan silə bilməz, çünki bu, şəxsin konstitusion yaşayış hüququna birbaşa təsir edir. Polis qarşı tərəfin mövqeyini öyrənmədən və ya məhkəmə qərarı olmadan bu addımı atmaq səlahiyyətinə malik deyil.Belə bir imtina halı baş verdikdə, vətəndaş polisdən rəsmi, yazılı imtina məktubu almalıdır. Bu məktub sadəcə bir sənəd deyil, məsələnin növbəti mərhələyə – məhkəmə müstəvisinə daşınması üçün qanuni pretsedent və ən vacib sübut rolunu oynayır. Alınan rəsmi imtina məktubu və mənzilə dair mülkiyyət sənədləri (çıxarış/kupça) ilə birlikdə mülkiyyətçi iddiaçı qismində məhkəməyə müraciət etməlidir. Məhkəmə prosesində iddiaçı (mülkiyyətçi) müvafiq sübutlar təqdim etməlidir. Bura qonşuların izahatları, mənzil-kommunal istismar sahəsinin (JMK) şəxsin həmin ünvanda yaşamadığına dair arayışı və digər dolayısı sübutlar daxildir. Məhkəmə cavabdeh şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə …

Həyət evinin çıxarışı yoxdursa, əmlak vergisi tələb oluna bilərmi? – İZAH  

Azərbaycanda daşınmaz əmlak sferasında uzun illərdir ki, ən çox müzakirə edilən və vətəndaşları qeyri-müəyyənlikdə saxlayan fundamental məsələlərdən biri sənədsiz evlərin hüquqi statusudur. Ölkə mətbuatında, sosial şəbəkələrdə və dövlət qurumlarının bəyanatlarında bu mövzu mütəmadi olaraq gündəmə gəlir. Xüsusilə paytaxt Bakı və ətraf qəsəbələrdə on minlərlə vətəndaşın mülkiyyətində olan, lakin müəyyən səbəblərdən reyestrdən çıxarışı (kupçası) tapılmayan həyət evləri mövcuddur. Bu evlərin sakinləri mütəmadi olaraq bələdiyyələr və ya digər aidiyyəti qurumlar tərəfindən əmlak vergisinin ödənilməsi tələbi ilə qarşı-qarşıya qalırlar.Qanunvericilikdə vergi öhdəliyinin birbaşa mülkiyyət statusu ilə bağlı olduğu qeyd edilsə də, praktikada sənədsiz evlərə görə vergi bildirişlərinin göndərilməsi hüquqi boşluqlar və ziddiyyətli yanaşmalar yaradır. Vətəndaşlar haqlı olaraq sual edirlər: "Əgər dövlət mənim evimi rəsmi mülkiyyət kimi tanımıb mənə çıxarış vermirsə, hansı əsasla həmin daşınmaz əmlaka görə məndən vergi tələb edə bilər?". Digər tərəfdən isə bəzi yanaşmalara görə, şəxsin daşınmaz əmlakdan faktiki istifadə etməsi və orada yaşaması onun vergi öhdəliyini formalaşdırmaq üçün kifayət edən əsas kimi göstərilir. Bu cür fərqli və ziddiyyətli şərhlər cəmiyyətdə ciddi çaşqınlığa yol açır.Oxu24.com xəbər verir ki, vətəndaşları dərindən maraqlandıran və hüquqi müstəvidə çox ciddi mübahisələrə səbəb olan bu aktual mövzuya vəkil Tural Hüseynov aydınlıq gətirib. O həm yerli qanunvericilik, həm də beynəlxalq hüquq müstəvisindəki tərəflərini təhlil edib.Vəkil Tural Hüseynov bildirib ki, qanunvericiliyə əsasən, əmlak vergisinin ödəyiciləri məhz həmin əmlakın mülkiyyətçisi olan şəxslərdir. Əgər şəxsin əmlaka dair mülkiyyətini təsdiq edən rəsmi sənədi, yəni reyestrdən çıxarışı yoxdursa, bu məsələ hüquqi baxımdan mübahisəli xarakter daşıyır:“Mülkiyyət hüququ özündə üç mühüm elementi ehtiva edir: sahiblik, istifadə və sərəncam. Çıxarışı olmayan həyət evində yaşayan şəxs həmin əmlaka sahiblik edir, ondan istifadə edir, lakin onun barəsində sərəncam verə bilmir, yəni əmlakı rəsmi şəkildə alıb-sata bilmir. Bu üç komponentin cəmi mülkiyyəti formalaşdırır. Bu baxımdan, tam mülkiyyət hüququ formalaşmayan əmlaka görə verginin tələb edilməsi qanunvericilik kontekstində tam əsaslandırılmış hesab edilə bilməz”.Vəkil məsələnin daha geniş hüquqi tərəflərinə aydınlıq gətirib. Onun sözlərinə görə beynəlxalq təcrübədə şəxsin əmlaka dair rəsmi mülkiyyət sənədi olmasa belə, onun faktiki olaraq uzunmüddətli sahiblik və istifadə hüququ varsa, bu "gözlənilən mülkiyyət hüququ" kimi dəyərləndirilə bilər.Lakin yerli qanunvericilik kontekstində yanaşdıqda, əmlak vergisinin qanuni müstəvidə tələb edilməsi üçün mülkiyyət hüququnun rəsmi şəkildə tanınması və sənədləşdirilməsi əsas şərtdir. Sənəd yoxdursa, verginin tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.Çimnaz Telmanqızı

Nikahdan kənar uşağın ölkədən çıxışı necə tənzimlənir? – Hüquqi izah  

Nikahdan kənar doğulan uşağın anası ilə birlikdə xarici ölkəyə çıxışı zamanı tələb olunan sənədlərlə bağlı suallar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Mövzuya aydınlıq gətirən vəkil Aytən Abbasova Oxu24.com-a açıqlamasında bildirib ki, bu məsələdə əsas meyar uşağın doğum qeydiyyatındakı hüquqi statusudur.Vəkilin sözlərinə görə, nikahdan kənar doğulan uşaqlar hüquqi baxımdan iki fərqli vəziyyətdə ola bilər. Birinci hal uşağın yalnız ananın adına qeydiyyata alınması, yəni atalığın müəyyən olunmamasıdır. İkinci hal isə atalıq hüquqi qaydada müəyyən edildiyi, doğum haqqında şəhadətnamədə ata məlumatının rəsmi şəkildə göstərildiyi hallardır.Aytən Abbasova qeyd edib ki, əgər uşaq yalnız ana tərəfindən qeydə alınıbsa və atalıq müəyyən edilməyibsə, bu zaman uşağın ölkədən çıxışı üçün atanın razılığı tələb olunmur. Çünki hüquqi baxımdan rəsmi ata mövcud sayılmır və bütün valideynlik hüquqları yalnız anaya aiddir. Bu halda ana uşağın xaricə çıxışı ilə bağlı qərarı müstəqil şəkildə verə bilər.Vəkil əlavə edib ki, bu kateqoriyaya aid uşaqların doğum haqqında şəhadətnaməsində ata məlumatı qeyd olunmur və uşağın soyadı adətən ananın soyadına uyğunlaşdırılır. Belə olduğu halda əlavə icazə və ya razılıq sənədi tələb edilmir və prosedur sadələşdirilmiş qaydada həyata keçirilir.Lakin hüquqşünas xüsusi olaraq vurğulayıb ki, əgər uşağın atası rəsmi qaydada müəyyən edilibsə, yəni atalıq qeydiyyatı aparılıbsa, bu zaman hüquqi vəziyyət dəyişir. Belə hallarda uşağın ölkədən çıxışı üçün hər iki valideynin razılığı tələb oluna bilər və bu məsələ artıq ümumi ailə hüququ normalarına uyğun tənzimlənir.Aytən Abbasova bildirib ki, vətəndaşlar belə hallarda konkret vəziyyəti dəqiqləşdirmədən qərar verməməli, mütləq şəkildə rəsmi sənədlərə əsaslanmalıdırlar. Çünki hər bir ailə vəziyyəti fərqli olduğundan hüquqi yanaşma da fərdi qaydada tətbiq edilir.Nigar

Sosial sığorta ödənişləri məcburidir? Vəkil AÇIQLADI   

Vətəndaşlar arasında pensiya kapitalının formalaşması və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) edilən ayırmalarla bağlı suallar son dövrlərdə daha da aktuallaşıb. Xüsusilə əmək fəaliyyətinə gec başlayan və ya əvvəlki illər üzrə sığorta kapitalı olmayan şəxslər bu sistemin məcburiliyi və gələcəkdə verəcəyi sosial təminatlar barədə aydın məlumat əldə etməyə çalışırlar.Oxu24.com-a açıqlama verən hüquqşünas Səbinə Əliyeva bildirib ki, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir vətəndaşın sosial sığorta sisteminə cəlb olunması qanunvericiliyin tələbi ilə tənzimlənir və bu ödənişlər könüllü xarakter daşımır.Vəkilin sözlərinə görə, əmək müqaviləsi əsasında işləyən şəxsin əməkhaqqısından müvafiq faizdə sosial sığorta haqları avtomatik şəkildə tutulur və bu vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülür. Bu mexanizm vətəndaşın şəxsi seçimi ilə deyil, birbaşa qanunvericilik normaları ilə müəyyən edilir.Səbinə Əliyeva qeyd edib ki, sosial sığorta sistemi yalnız pensiya təminatı ilə məhdudlaşmır. Onun sözlərinə görə, DSMF-yə edilən ayırmalar bir neçə istiqamətdə sosial müdafiə funksiyasını həyata keçirir. Buraya əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı ödənişlər, analıq məzuniyyəti dövründə müavinətlərin verilməsi və digər sosial təminat mexanizmləri daxildir.Vəkil bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müəyyən müddət üzrə ödənişlərin bir hissəsi işəgötürən, daha uzunmüddətli hallarda isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Eyni zamanda analıq məzuniyyəti zamanı da qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müavinətlər dövlət tərəfindən ödənilir.Səbinə Əliyeva əlavə edib ki, pensiya kapitalı sistemi vətəndaşın gələcək sosial təminat hüququnun formalaşmasında əsas rol oynayır. Bu sistem əmək fəaliyyəti dövründə toplanan sığorta haqları və iş stajı əsasında gələcək pensiya təminatını müəyyən edir.“Vətəndaş istər 20 yaşında, istərsə də daha gec əmək fəaliyyətinə başlasın, sistemə daxil olduğu andan etibarən onun sosial sığorta hüquqları formalaşır. Bu ödənişlər gələcəkdə yalnız pensiya deyil, eyni zamanda müxtəlif sosial risklərin qarşılanması baxımından da mühüm əhəmiyyət daşıyır,” – deyə hüquqşünas vurğulayıb.O, həmçinin qeyd edib ki, bəzi vətəndaşlarda “ödənişlər sadəcə yığılıb qalır” kimi yanlış təsəvvürlər mövcuddur. Lakin əslində sosial sığorta sistemi dövlətin sosial müdafiə mexanizminin əsas sütunlarından biridir və bu vəsaitlər müxtəlif sosial öhdəliklərin icrasında istifadə olunur.Səbinə Əliyevanın sözlərinə görə, bu sistemin əsas məqsədi vətəndaşın həyatının müxtəlif dövrlərində – xəstəlik, analıq, əmək qabiliyyətinin itirilməsi və pensiya dövründə – sosial təminatının qorunmasıdır.Sonda vəkil vurğulayıb ki, sosial sığorta ödənişləri qanunvericiliyə əsasən məcburidir və bu sistem həm fərdin, həm də dövlətin sosial təhlükəsizlik mexanizminin ayrılmaz hissəsidir.Turan 

Ananın oğluna verdiyi etibarnamə bacının payını əlindən alır? – Vəkildən AÇIQLAMA

Cəmiyyətdə mülkiyyət və vərəsəlik hüququ ilə bağlı ən çox rast gəlinən və qohumlar arasında ciddi mübahisə doğuran məsələlərdən biri də valideynlərin sağlığında övladlarından birinə verdiyi etibarnamələrdir. Çox vaxt elə hesab olunur ki, əgər ana sağlığında evi idarə etmək və ya satmaq üçün oğluna etibarnamə veribsə, bu, avtomatik olaraq digər övladların – xüsusən də qızların həmin mülkdən pay ala bilməyəcəyi mənasına gəlir. Bəs qanunvericilik bu barədə nə deyir? Ananın vəfatından sonra həmin etibarnamə keçərliliyini qoruyurmu?Bu aktual mövzu ilə bağlı Oxu24.com-a vəkil Aysel Əhmədova açıqlama verib. Vəkil vətəndaşların tez-tez çaşqınlıq yaşadığı bu hüquqi məsələnin qaranlıq məqamlarına aydınlıq gətirərək qanunun sərt tələblərini izah edib.“Ölüm anında etibarnamə dərhal qüvvədən düşür”Aysel Əhmədova vurğulayıb ki, etibarnamə yalnız sənədi verən şəxs sağ olduğu müddətdə hüquqi qüvvəyə malikdir. Ana rəhmətə getdiyi andan etibarən onun oğluna verdiyi etibarnamə avtomatik olaraq bütün hüquqi qüvvəsini itirir. Yəni, oğul həmin sənədə əsaslanaraq ev üzərində artıq heç bir təkbaşına sərəncam verə bilməz, mülkü sata və ya öz adına keçirə bilməz. Ölüm faktından sonra köhnə etibarnamə ilə hər hansı bir alqı-satqı əməliyyatı aparmağa cəhd göstərmək qanunsuz addımdır.“Vəsiyyətnamə yoxdursa, əmlak necə bölünür?Əgər ana sağlığında evin konkret olaraq kimə qalacağını rəsmi vəsiyyətnamə ilə rəsmiləşdirməyibsə, mülk avtomatik olaraq qanun üzrə vərəsəlik qaydasında bölünür. Bu zaman heç bir övlad digərindən üstün tutulmur və cinsinə görə (oğlan və ya qız olması) pay fərqi qoyulmur.Vəkil bildirib ki, qanunvericiliyə görə, mülk ilk növbədə birinci dərəcəli vərəsələr arasında tamamilə bərabər paylarla (faizlərlə) bölünməlidir. Birinci növbə vərəsələrə isə aşağıdakı şəxslər daxildir:1.Vəfat edən şəxsin bütün övladları (həm oğlanları, həm də qızları);2.Vəfat edən şəxsin sağ olan həyat yoldaşı; 3.Vəfat edən şəxsin sağ olan ata və anası. Məsələn:Əgər rəhmətə gedən şəxsin yoldaşı və valideynləri yoxdursa, cəmi iki övladı (bir oğul, bir qız) qalıbsa, mülk iki bərabər hissəyə ayrılır. Oğula da 50%, qıza da 50% pay düşür. Oğlanın əlində vaxtilə anasından aldığı etibarnamənin olması onun bacısının bu 50%-lik qanuni payını əlindən almasına əsas vermir.Qız övladları payını necə rəsmiləşdirməlidir?Ananın sağlığında evi idarə etmək üçün oğluna etibarnamə verməsi qızın vərəsəlik hüququna heç bir xələl gətirmir. Qız övladı tam hüquqlu vərəsə kimi öz payını tələb edə bilər. Bunun üçün o, qanunla müəyyən olunmuş müddətdə digər vərəsələrlə birlikdə rəsmi qaydada notariusa müraciət etməlidir. Notarius ailə tərkibini araşdıraraq bütün zəruri sənədləri toplayır və qanun üzrə vərəsəlik prosesini başladaraq hər kəsə öz payına uyğun Vərəsəlik Şəhadətnaməsi təqdim edir. Bu sənəd alındıqdan sonra həmin qız övladının rəsmi icazəsi və imzası olmadan evin satılması və ya özgəninkiləşdirilməsi hüquqi baxımdan qeyri-mümkündür.

Faizlə borc məsələsi böyüyür: hüquqşünaslar DANIŞDI

Son zamanlar vətəndaşlar arasında ən çox rast gəlinən suallardan biri də faizə pul verilməsi və bu zaman yaranan hüquqi mübahisələrlə bağlıdır. Xüsusilə borc götürən şəxsin əsas məbləği qaytarmasına baxmayaraq, faiz hissəsinin tələb olunması və bunun hüquqi nəticələri geniş müzakirə mövzusuna çevrilib.Oxu24.com xəbər veir ki, hüquqşünasların izahına görə, “sələmçilik” dedikdə gəlir əldə etmək məqsədilə pulun qeyri-rəsmi şəkildə digər şəxsə müəyyən faizlə verilməsi başa düşülür. Azərbaycan Respublikasının qanunvericiliyində bu cür fəaliyyət yalnız xüsusi qaydalar çərçivəsində və lisenziyalaşdırılmış maliyyə qurumları tərəfindən həyata keçirilə bilər. Fiziki şəxslərin sistematik şəkildə faizlə pul verməsi isə qanunla icazə verilmiş fəaliyyət növü hesab olunmur.Qanunvericiliyə əsasən, rəsmi qaydada təsdiqlənməyən və qanuna uyğun olmayan faiz münasibətləri üzrə yaranan mübahisələrdə iddiaların hüquqi qiymətləndirilməsi fərqli qaydada aparılır. Belə hallarda faiz tələbi ilə bağlı yaranan mübahisələr çox vaxt məhkəmə tərəfindən tam şəkildə təmin olunmaya bilər, çünki bu münasibətlərin özü qanuni iqtisadi fəaliyyət kimi tanınmır.Mütəxəssislər bildirirlər ki, borc götürən şəxs əsas məbləği qaytardığı halda, əlavə faiz tələbi ilə bağlı mübahisə yaranarsa, bu məsələ hüquq-mühafizə orqanlarının deyil, ilk növbədə mülki qaydada məhkəmələrin səlahiyyət dairəsinə aiddir. Lakin burada vacib məqam ondan ibarətdir ki, qanunsuz sələmçilik fəaliyyəti aşkarlanarsa, bu artıq ayrıca hüquqi qiymətləndirmə tələb edir.Cinayət qanunvericiliyinə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti və xüsusilə sistemli şəkildə faizlə pul verilməsi nəticəsində xeyli miqdarda gəlir əldə olunması halları məsuliyyət yarada bilər. Bu zaman məsələ yalnız borc mübahisəsi kimi deyil, daha geniş hüquqi çərçivədə qiymətləndirilir.Ekspertlər qeyd edirlər ki, borc münasibətlərində ən vacib məqam hər şeyin rəsmi şəkildə sənədləşdirilməsidir. Yazılı müqavilənin olmaması sonradan tərəflər arasında ciddi anlaşılmazlıqlara və sübut problemlərinə gətirib çıxarır. Bu səbəbdən istənilən borc münasibətinin rəsmi qaydada rəsmiləşdirilməsi hər iki tərəfin hüquqlarını qoruyan əsas amildir.Eyni zamanda vurğulanır ki, borc və faizlə bağlı yaranan mübahisələrdə hüquq-mühafizə orqanlarına deyil, birbaşa məhkəməyə müraciət edilməsi daha doğru hüquqi yoldur. Polis orqanları bu tip mülki mübahisələrə yalnız cinayət tərkibi olduğu halda müdaxilə edə bilər.Nəticə etibarilə, faizə pul verilməsi və bu istiqamətdə yaranan problemlər həm hüquqi, həm də maliyyə baxımından risklidir. Vətəndaşlara tövsiyə olunur ki, bu cür münasibətlərdən uzaq durulsun və bütün maliyyə əməliyyatları qanuni çərçivədə və rəsmi sənədlərlə həyata keçirilsin.Turan

Gecə sakitliyi pozanlar DİQQƏT! cərimə olunacaqsız

Mənzillərdə gecə saatlarında yaranan səs-küy və narahatlıq halları ilə bağlı vətəndaşlar arasında tez-tez suallar yaranır. Mütəxəssislərin sözlərinə görə, bu məsələlər qanunvericiliklə tənzimlənir və müəyyən hədləri aşan hallarda inzibati məsuliyyət yarana bilər.Oxu24.com xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, “mənzil səs-küyü” dedikdə yalnız yüksək səsli danışıq və ya musiqi deyil, ümumilikdə yaşayış binasında digər sakinlərin rahatlığını pozan bütün səs mənbələri nəzərdə tutulur. Buraya gecə saatlarında yüksək səslə musiqi dinləmək, səs-küylü məclislər təşkil etmək, rəqs və əyləncə tədbirləri keçirmək, eləcə də məişət avadanlıqlarının – paltaryuyan, tozsoran və digər cihazların normadan artıq və qeyri-adekvat saatlarda istifadəsi daxil ola bilər.Qanunvericiliyə əsasən, xüsusilə gecə saatlarında (adətən 23:00-dan 07:00-dək) yaşayış binalarında sükut rejiminin qorunması vacib hesab olunur. Bu saatlarda digər sakinlərin istirahət hüququ pozulduğu halda, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilə bilər.Mütəxəssislərin sözlərinə görə, belə hallarda vətəndaşlar tərəfindən edilən şikayət əsasında polis əməkdaşları hadisə yerinə cəlb olunur və inzibati protokol tərtib edilə bilər. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, gecə saatlarında ictimai asayişi pozan səs-küyə görə fiziki şəxslər cərimə oluna bilər. Cərimə məbləği halın ağırlığından və təkrar olub-olmamasından asılı olaraq təxminən 150–200 manat aralığında dəyişə bilər.Ekspertlər vurğulayırlar ki, bu cür qaydaların əsas məqsədi vətəndaşların gecə istirahət hüququnun qorunmasıdır. Çünki yaşayış binalarında bir şəxsin yaratdığı yüksək səs digər sakinlərin sağlamlığına, yuxu rejiminə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.Eyni zamanda qeyd olunur ki, bəzi hallarda məsələ ilkin mərhələdə xəbərdarlıqla da həll edilə bilər. Lakin səs-küyün davamlı xarakter alması və təkrar olunması artıq inzibati məsuliyyəti qaçılmaz edir.Beləliklə, mənzillərdə gecə səs-küyü yalnız məişət problemi deyil, həm də hüquqi məsuliyyət yaradan bir haldır. Vətəndaşların həm öz rahatlığı, həm də qonşuların hüquqlarına hörmət etməsi bu məsələdə əsas prinsip kimi çıxış edir.Nigar

Hərbçilərə verilən xidməti mənzil boşanma zamanı bölünə bilərmi? 

Boşanma zamanı əmlak bölgüsü ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də dövlət tərəfindən hərbçilərə təqdim edilən mənzillərin hüquqi statusudur. Vətəndaşlardan daxil olan suallardan biri də məhz qüsursuz xidmət illərinə görə hərbi qulluqçuya verilmiş mənzilin ər-arvad arasında bölünüb-bölünməməsi ilə bağlıdır.Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, uzun illər bu mövzuda fərqli yanaşmalar mövcud olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı mühüm hüquqi mövqe formalaşdırıb.Qərara əsasən, hərbi qulluqçulara xidmət illəri, ailə üzvlərinin sayı və digər sosial meyarlar nəzərə alınmaqla verilən yaşayış sahələri müəyyən hallarda ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilər. Bu isə o deməkdir ki, belə mənzillər boşanma zamanı əmlak bölgüsünün predmeti ola bilər.Hüquqşünasların sözlərinə görə, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən mənzilin hansı əsaslarla verildiyini, ailə üzvlərinin həmin mənzilin əldə olunmasında rolunu və yaşayış sahəsinin ayrılması zamanı ailə tərkibinin nəzərə alınıb-alınmadığını araşdırırlar.Xüsusilə qeyd olunur ki, əgər mənzil yalnız hərbi qulluqçunun şəxsi xidmətlərinə görə deyil, eyni zamanda ailə üzvlərinin sayı nəzərə alınmaqla təqdim edilibsə, həmin əmlakın ümumi birgə mülkiyyət kimi qiymətləndirilməsi mümkündür. Bu halda boşanma zamanı digər həyat yoldaşı da həmin mənzil üzərində müəyyən hüquqlara malik ola bilər.Mütəxəssislər vurğulayırlar ki, hər bir işin özünəməxsus xüsusiyyətləri olduğundan yekun qərar məhkəmə tərəfindən konkret halların araşdırılması nəticəsində verilir. Buna görə də belə mübahisələrlə üzləşən şəxslərin hüquqi yardım almaları və məhkəmə təcrübəsini nəzərə almaları tövsiyə olunur.Beləliklə, qüvvədə olan məhkəmə təcrübəsinə əsasən, hərbçiyə qüsursuz xidmət illərinə görə verilmiş mənzil müəyyən hallarda ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilə və boşanma zamanı bölünə bilər. Bu məsələ artıq yalnız mənzilin kimə verilməsi ilə deyil, onun hansı şərtlərlə və hansı meyarlar nəzərə alınaraq təqdim olunması ilə qiymətləndirilir.Turan

Valideynin borcu övladın üzərinə keçə bilərmi? – VACİB MƏQAMLAR  

Azərbaycanda vətəndaşları maraqlandıran hüquqi məsələlərdən biri də valideynin borclarının övladlardan tələb olunub-olunmamasıdır. Xüsusilə bank kreditləri, ipoteka borcları və digər maliyyə öhdəlikləri ilə bağlı suallar tez-tez gündəmə gəlir.Oxu24.com xəbər verir ki, məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları ilə tənzimlənir. Belə ki, qanunvericiliyə əsasən övlad valideynin borclarına görə avtomatik şəkildə məsuliyyət daşımır. Valideyn sağ olduğu müddətdə onun kreditləri, cərimələri və digər maliyyə öhdəlikləri övladın üzərinə keçmir.Məsələ yalnız borclu şəxsin vəfatından sonra vərəsəlik münasibətləri çərçivəsində aktuallaşır. Belə ki, mərhumun əmlakını qəbul edən vərəsələr müəyyən hallarda onun borclarına görə də məsuliyyət daşıya bilərlər.Burada əsas meyar mirasın qəbul olunub-olunmamasıdır. Əgər şəxs mirası qəbul etməyibsə, mərhumun borclarına görə cavabdehlik daşımır. Miras qəbul edildiyi halda isə məsuliyyət yalnız qəbul edilən mirasın dəyəri həddində yaranır.Bəzi vətəndaşlar borcun tam məbləğinin vərəsədən tələb oluna biləcəyini düşünürlər. Halbuki qanun buna imkan vermir. Məsələn, mərhumun 50 min manat borcu, lakin 15 min manat dəyərində əmlakı varsa, vərəsə yalnız həmin əmlakın dəyəri həddində məsuliyyət daşıyır. Kreditor qalan məbləği vərəsənin şəxsi vəsaiti hesabına tələb edə bilməz.Xüsusilə ipoteka və bank kreditləri ilə bağlı hallarda vətəndaşlar mirası qəbul etməzdən əvvəl mərhumun maliyyə vəziyyətini araşdırmalıdırlar. Çünki bəzi hallarda mirasın dəyəri borclardan daha az ola bilər.Çimnaz Telmanqızı

Oteldə qalmaq üçün nikah şəhadətnaməsi tələb oluna bilərmi?            

 Son zamanlar bəzi otellərdə və yerləşmə obyektlərində vətəndaşlardan gecələmə zamanı nikah şəhadətnaməsinin tələb olunması ilə bağlı müzakirələr gündəmə gəlib. Bu məsələnin hüquqi əsasları və qanunvericiliyə uyğunluğu barədə Oxu24.com-a açıqlama verən hüquqşünaslar mövzuya aydınlıq gətiriblər.Hüquqi izahda qeyd olunur ki, otel xidmətləri ictimai xidmət xarakteri daşıyır və bu xidmətlərdən istifadə edən şəxslərə qarşı əsassız məhdudiyyətlərin tətbiqi qanunvericiliklə uyğun hesab edilmir. Yəni, vətəndaşların və ya ölkəyə gələn əcnəbilərin oteldə qalması üçün nikah münasibətlərini təsdiq edən sənədin tələb olunması ümumi qayda kimi məcburi norma deyil.Mütəxəssislərin sözlərinə görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyəti çərçivəsində göstərilən xidmətlər qanunla müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir və bu xidmətlər zamanı müştərinin şəxsi ailə statusuna dair əlavə sənəd tələb edilməsi hüquqi baxımdan əsaslandırılmalıdır.Qeyd olunur ki, otellərin daxili qaydaları mövcud olsa da, bu qaydalar qanunvericiliyin tələblərinə zidd olduqda hüquqi qüvvəyə malik olmur. Bu baxımdan, yalnız nikahda olan şəxslərə xidmət göstərilməsi və ya nikah şəhadətnaməsi olmayan şəxslərin yerləşdirmədən imtina edilməsi qanunvericiliklə ziddiyyət yarada bilər.Hüquqşünasların izahına görə, otel xidmətinin mahiyyəti ictimai xidmət olduğu üçün burada əsas meyar müştərinin şəxsiyyətinin müəyyən edilməsi və xidmət haqqının ödənilməsidir. Şəxsin ailə vəziyyəti isə ümumi xidmətin göstərilməsinə maneə təşkil edən hüquqi əsas hesab edilmir.Eyni zamanda vurğulanır ki, belə hallarla qarşılaşan vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün aidiyyəti dövlət qurumlarına – o cümlədən antiinhisar və istehlak bazarına nəzarət orqanlarına müraciət edə bilərlər.Nəticə olaraq qeyd edilir ki, oteldə qalmaq üçün nikah şəhadətnaməsinin tələb olunması ümumi qayda deyil və bu cür tələblər yalnız qanunvericiliklə əsaslandırıldığı halda hüquqi qüvvəyə malik ola bilər.Jalə

Sahibsiz itlərin hüquqi məsuliyyəti: Qanun nə deyir?

Küçələrdə sahibsiz itlərin sayının artması və zaman-zaman onların insanlara hücum etməsi cəmiyyətdə ciddi narahatlıq doğuran mövzulardan biridir. Belə hallarda ən çox verilən suallardan biri isə budur: Küçədəki sahibsiz itlər kimin məsuliyyətindədir və zərərçəkmiş şəxs hansı qurumu məhkəməyə verməlidir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ramil Süleymanov məsələnin hüquqi tərəflərini və vətəndaşların atmalı olduğu addımları diqqətə çatdırıb.İlk növbədə hara müraciət edilməlidir?Hüquqşünas Ramil Süleymanov bildirir ki, vətəndaşlar yaşadıqları ərazidə təhlükə hiss etdikdə hələ hadisə baş vermədən hərəkətə keçməlidirlər:“Vətəndaş ilk növbədə yaşadığı ərazidə sahibsiz itlərin, o cümlədən quduz itlərin çoxluğu ilə bağlı müvafiq rayon və ya şəhər icra hakimiyyətinə müraciət etməlidir. O, öz həyatının faktiki olaraq təhlükədə olması ilə bağlı rəsmi məlumat verməlidir”.Dişləmə hadisəsi baş verərsə, məhkəməyə kim verilməlidir?Əgər edilən müraciətlərə baxmayaraq problem həll olunmazsa və bədbəxt hadisə baş verərsə, vətəndaşın hüquqi müstəviyə müraciət etmək hüququ yaranır. Hüquqşünas qeyd edir ki, bu halda məsuliyyət birbaşa yerli icra orqanlarının üzərinə düşür:"Əgər bu müraciətdən sonra vətəndaşın həyatına risk olarsa və bununla bağlı hər hansı bir it dişləməsi halı baş verərsə, o zaman vətəndaş müvafiq rayon/şəhər icra hakimiyyətini məhkəməyə verə bilər. Vətəndaş ona vurulmuş zərərin, o cümlədən keçirdiyi mənəvi iztiraba dair kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir”.Mövcud praktika niyə zəifdir?Ramil Süleymanov qeyd edib ki, Azərbaycanda bu növ məsələlərlə bağlı məhkəmə təcrübəsi hələ tam formalaşmayıb. Bunun əsas səbəbi isə vətəndaşların sona qədər hüquqi mübarizə aparmamasıdır:“İndiki halda vətəndaşlar tərəfindən bu məsələ ilə bağlı rəsmi şikayətlərin və yekunlaşdırıcı hüquqi addımların atılmaması mövcud praktikanın baş tutmamasına səbəb olub”. Hüquqşünas vurğulayır ki, mütləq şəkildə bu qəbildən olan problemlərlə bağlı rəsmi şikayət etmək, problemi açıq şəkildə bəyan etmək və problemin həlli üçün rayon və ya şəhər icra hakimiyyətlərindən tələb irəli sürmək lazımdır.Çimnaz Telmanqızı

Uşağın nənə və babanın himayəsində olması pensiya hüququ yaradırmı? 

Boşanma və ya ailədaxili sosial problemlər zamanı vətəndaşlar tez-tez uşağın nənə və ya babanın yanında qalması və bunun hüquqi nəticələri ilə bağlı suallar ünvanlayırlar. Ən çox soruşulan məsələlərdən biri də budur: “Əgər övladım anamın himayəsində yaşayırsa, onun pensiyasını və ya sosial ödənişlərini ala bilərmi?”Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı hüquqşünaslar bildirirlər ki, bu məsələ cəmiyyətdə yanlış anlaşılmalara səbəb olur və faktiki vəziyyətlə hüquqi status bir-birindən fərqlənir.Hüquqi izaha görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən uşağın əsas qanuni himayədarları onun valideynləridir. Uşağın nənə və ya babanın yanında yaşaması faktı avtomatik olaraq valideynlik hüquqlarının dəyişməsi və ya həmin şəxslərə pensiya və sosial təminat hüququ verməsi demək deyil.Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda vətəndaşlar hesab edirlər ki, uşaq nənə və ya babanın himayəsinə keçərsə, həmin şəxslər uşağa görə pensiya, müavinət və ya digər sosial ödənişlər əldə edə bilərlər. Lakin bu yanaşma hüquqi baxımdan tam doğru deyil.Qanunvericilikdə himayəçilik və qəyyumluq institutu yalnız xüsusi hallarda tətbiq olunur. Uşağın valideynləri sağdırsa və valideynlik hüquqlarından məhrum edilməyibsə, uşağın hüquqi nümayəndəsi yenə də valideynlər hesab olunur. Nənə və babanın uşağa faktiki baxması onların avtomatik şəkildə hüquqi qəyyum statusu alması anlamına gəlmir.Hüquqşünaslar vurğulayırlar ki, burada “de-fakto” və “de-yure” anlayışlarının fərqi əsas rol oynayır. De-fakto – uşağın faktiki olaraq nənə və ya baba ilə yaşamasıdır. De-yure isə uşağın hüquqi statusunun və qanuni nümayəndəliyinin kimə məxsus olduğunu müəyyən edir. Qanuna görə, bu status yalnız məhkəmə qərarı və ya qanunla nəzərdə tutulmuş xüsusi hallar əsasında dəyişə bilər.Bəzi vətəndaşlar düşünürlər ki, uşağın nənə və babanın yanında qeydiyyatda olması və ya onlarla birlikdə yaşaması həmin şəxslərə uşağın sosial təminat hüquqlarını verir. Lakin bu, düzgün yanaşma deyil. Sosial ödənişlər və pensiya hüquqları uşağın hüquqi himayədarlıq statusu ilə birbaşa bağlıdır.Mütəxəssislərin fikrincə, nənə və baba yalnız o halda qəyyum və ya himayədar hesab oluna bilər ki, valideynlər valideynlik hüquqlarından məhrum edilsin, vəfat etsin və ya məhkəmə tərəfindən uşağın başqa şəxsin himayəsinə verilməsi barədə qərar qəbul olunsun. Əks halda, uşağın onlarla yaşaması yalnız məişət xarakteri daşıyır.Eyni zamanda hüquqşünaslar bildirirlər ki, uşağın nənə və ya babanın himayəsinə verilməsi məsələsi də hər zaman avtomatik və ümumi qayda kimi tətbiq edilmir. Hər bir halda məhkəmə uşağın mənafeyini əsas götürərək qərar qəbul edir.Nəticə etibarilə, uşağın nənə və ya babanın yanında yaşaması onların pensiya və ya sosial təminat hüquqlarına əsas vermir. Bu cür hüquqlar yalnız qanunla müəyyən edilmiş rəsmi qəyyumluq və ya himayədarlıq hallarında yarana bilər. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, bu kimi məsələlərdə emosional yox, hüquqi əsaslarla hərəkət etsinlər və rəsmi mənbələrə müraciət etsinlər.Turan

Sürücülərə XƏBƏRDARLIQ: Bu halda cərimə olunacaqsınız

Sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz avtomobil idarə etməyə görə cərimə nə qədərdir?Son dövrlərdə yol hərəkəti qaydaları ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də etibarnamə olmadan və ya sənədsiz avtomobil idarə etmə hallarıdır. Xüsusilə sürücülər arasında “başqasına məxsus avtomobili idarə etmək olar, ya yox?” sualı tez-tez gündəmə gəlir.Nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov Oxu24.com-a açıqlamasında bu məsələyə aydınlıq gətirib və qanunvericiliyin tələblərini izah edib.Onun sözlərinə görə, ilk növbədə sürücünün müvafiq kateqoriyaya uyğun sürücülük vəsiqəsinin olması əsas şərtdir. Əgər şəxs sürücülük hüququ olmadan avtomobil idarə edirsə, bu, inzibati məsuliyyət yaradır və qanunla cərimə tətbiq olunur. Mütəxəssis qeyd edib ki, belə halda tətbiq olunan cərimənin məbləği qanunvericiliklə müəyyən edilir və bu, təxminən 40 manat civarında inzibati cərimə ilə nəticələnə bilər.Rüfət Əmiraslanov əlavə edib ki, əgər sürücünün etibarnaməsi yoxdursa, lakin onun etibarlı sürücülük vəsiqəsi mövcuddursa, bu zaman başqasına məxsus avtomobili idarə etməsi ayrıca cərimə predmeti yaratmır. Yəni əsas məsələ sürücünün hüquqi olaraq avtomobil idarə etmək səlahiyyətinə malik olmasıdır.Ekspert  vurğulayıb ki, bu qayda avtomobil sahibinə əlavə cərimə tətbiq olunmasına səbəb olmur. Yəni qaydanın pozulmasına görə məsuliyyət yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir.Mütəxəssis bildirib ki, yol hərəkəti qaydalarının məqsədi cərimə tətbiq etmək deyil, təhlükəsizliyi təmin etməkdir. Buna görə də hər bir sürücü avtomobil idarə etməzdən əvvəl həm sənədlərinin qaydasında olduğuna, həm də qanunun tələblərinə əməl etdiyinə əmin olmalıdır.Hazırladı: Turan

Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi - Foto-Video 

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib.DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə,Nazir əvvəlcə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN DQ-nin Ağstafa rayonunda yerləşən hərbi hissəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 238 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Ali Məhkəmə mühüm açıqlama yaydı: Borca pul verənlərin DİQQƏTİNƏ!

Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlərOxu24.com  xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur.Mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır.Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır.Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir.Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər.Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur.

Torpaqlarla bağlı mühüm xəbər:  10 ildən 25-50 ilə qədər...

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu bələdiyyədən icarəyə götürülən torpaqlarla bağlıdır.Bələdiyyədən icarəyə götürülən torpağın icarə müddəti neçə il ola bilər?Torpağın icarə müddəti tərəflərin razılığı ilə müəyyən edilir.İcarəçinin sahəyə yatırım edə bilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üçün bu müddət adətən daha uzun məsələn, 10 ildən 25-50 ilə qədər müəyyən edilə bilər.Torpaq icarəsi müqavilə əsasında rəsmiləşdirilir və müddət bitdikdə, öhdəliklərini düzgün yerinə yetirən icarəçinin müqaviləni yeniləmək üçün üstünlük hüququ var.Hazırladı: Miri Məcidli

Sürücülərin DİQQƏTİNƏ! Sizi bu halda 100 manat cərimə və 4 bal gözləyir

Qəza yerini tərk edən sürücünü hansı məsuliyyət gözləyir?Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücüləri ən çox düşündürən məsələlərdən biri də qəza yerini tərk etməyin hansı hüquqi nəticələrə səbəb olmasıdır. Xüsusilə də hadisə zamanı xəsarət alan olmadıqda, bəzi sürücülər məsuliyyət daşımadıqlarını düşünərək ərazidən uzaqlaşırlar. Lakin qanunvericilik bu məsələyə konkret yanaşma müəyyən edir.Mövzu ilə bağlı Oxu24.com saytına danışan vəkil Şirəli Pirəliyev bildirib ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücünün hadisə yerini özbaşına tərk etməsi inzibati məsuliyyət yarada bilər.Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəərdə tutulub.“Qanunvericiliyə əsasən, sürücü qəza törətdikdən sonra hadisə yerini tərk etdikdə inzibati məsuliyyət daşıyır. Bu halda həmin şəxs barəsində 100 manat məbləğində cərimə tətbiq edilir və sürücülük vəsiqəsinə 4 cərimə balı əlavə olunur”, – deyə Şirəli Pirəliyev bildirib.Hüquqşünas qeyd edib ki, bu qaydanın müəyyən istisnaları da mövcuddur. Belə ki, qəza nəticəsində zərərçəkən şəxsin həyatı və sağlamlığı təhlükə altında olarsa, ona təcili yardım göstərilməsi məqsədilə sürücünün hadisə yerindən uzaqlaşması qanun pozuntusu hesab edilmir.“Əgər sürücü xəsarət alan şəxsi xəstəxanaya çatdırmaq, təcili tibbi yardım çağırmaq və ya digər zəruri yardım göstərmək məqsədilə hadisə yerini tərk edibsə, bu halda ona qarşı cərimə və ya cərimə balı tətbiq edilmir. Burada əsas şərt həmin hərəkətin zərərçəkmişə kömək məqsədi daşımasıdır”, – vəkil vurğulayıb.Şirəli Pirəliyev bildirib ki, bəzi hallarda isə sürücülər arasında qəzanın başvermə səbəbi ilə bağlı heç bir mübahisə olmur və hadisə nəticəsində heç kəs xəsarət almır. Belə vəziyyətlərdə tərəflər qanunvericiliyin müəyyən etdiyi prosedurlara uyğun hərəkət etməlidirlər.Onun sözlərinə görə, hadisənin baş verməsində təqsirli şəxsin kim olduğu barədə tərəflər arasında mübahisə yoxdursa və qəza nəticəsində insan sağlamlığına zərər dəyməyibsə, bu hallar ayrıca qiymətləndirilir. Lakin buna baxmayaraq, sürücülər hadisə yerini özbaşına tərk etməzdən əvvəl bütün hüquqi prosedurlara əməl etməlidirlər.Vəkil sürücülərə tövsiyə edib ki, qəza baş verdiyi halda ilk növbədə avtomobili saxlasınlar, təhlükəsizlik tədbirləri görsünlər, aidiyyəti qurumlara məlumat versinlər və hadisə rəsmiləşdirilənədək ərazini tərk etməsinlər.“Bəzən sürücülər düşünürlər ki, xırda qəza olduğu üçün hadisə yerindən uzaqlaşa bilərlər. Lakin sonradan bu, onların inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur. Ona görə də hər bir sürücü yol-nəqliyyat hadisəsi zamanı qanunvericiliyin tələblərinə uyğun davranmalıdır”, – deyə Şirəli Pirəliyev əlavə edib.Hüquqşünasın sözlərinə görə, yol hərəkəti iştirakçıları bilməlidirlər ki, qəza yerinin tərk edilməsi bəzi hallarda əlavə hüquqi problemlər yarada və sürücünün mövqeyini zəiflədə bilər. Buna görə də belə vəziyyətlərdə qanunun tələblərinə əməl etmək və hadisəni rəsmi qaydada sənədləşdirmək ən doğru addım hesab olunur.Hazırladı: Miri Məcidli

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?  

Əmək Məcəlləsinə əsasən, bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir.Oxu24.com  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Belə ki, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər altı təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər. Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir.Əmək stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu staj dövrü beş ildən on ilədək olduqda iki təqvim günü, on ildən on beş ilədək olduqda dörd təqvim günü, on beş ildən çox olduqda altı təqvim günü əlavə məzuniyyət verilir.Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə beş təqvim günü əlavə məzuniyyət verilir.Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.

Sürücülərə bu qadağan edildi

Avtomobildə oturacaq sayından artıq sərnişin daşınması ilə bağlı qaydalar necə tənzimlənir?Nəqliyyat vasitələrində sərnişin daşınması zamanı təhlükəsizlik və qaydalara riayət olunması vacib məsələlərdən biridir. Xüsusilə minik avtomobillərində oturacaq sayından artıq sərnişinin daşınması həm inzibati məsuliyyət yaradır, həm də yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklərə səbəb olur.Hüquqşünas ekspert Ərşad Hüseynov Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 56-cı maddəsinə əsasən, nəqliyyat vasitələrində sərnişin daşınması qaydaları konkret şəkildə müəyyən edilib. Qanunvericiliyə görə, minik avtomobillərində sərnişinlərin sayı oturacaq yerlərinin sayından artıq ola bilməz.Onun sözlərinə görə, ümumi qaydaya əsasən, nəqliyyat vasitəsində 12 yaşına çatmamış uşaqlar nəzərə alınmaqla belə, oturacaq sayından artıq sərnişin daşınmasına icazə verilmir. Yəni avtomobilin texniki pasportunda göstərilən oturacaq sayı nə qədərdirsə, həmin saydan artıq şəxsin daşınması qayda pozuntusu hesab olunur.Ekspert qeyd edib ki, bu qaydanın əsas məqsədi yol hərəkətində təhlükəsizliyi təmin etmək və qəza zamanı sərnişinlərin xəsarət alma riskini minimuma endirməkdir. Oturacaq sayından artıq sərnişin daşınması qəza zamanı insanların təhlükəsizlik kəmərlərindən istifadə edə bilməməsinə, hərəkət azadlığının məhdudlaşmasına və ciddi xəsarət risklərinin artmasına səbəb olur.Ərşad Hüseynov əlavə edib ki, qanunvericilikdə müəyyən istisna hallar da nəzərdə tutulur. Belə ki, minik avtomobillərinin ön sərnişin oturacağında 12 yaşına qədər uşaq yalnız xüsusi uşaq oturacağı (saxlayıcı qurğu) ilə daşına bilər. Bu tələb uşağın təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.Eyni zamanda arxa oturacaqla bağlı da müəyyən təhlükəsizlik qaydaları mövcuddur. 3 yaşına qədər uşaqların xüsusi uşaq oturacağı olmadan daşınması qadağandır. Əgər xüsusi uşaq oturacağı varsa, bu halda uşağın daşınmasına icazə verilir. Bu qaydalar uşaqların yol-nəqliyyat hadisələri zamanı daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır.Hüquqşünas vurğulayıb ki, bu tələblər yalnız formal qaydalar deyil, birbaşa insan həyatının qorunmasına yönəlmiş mühüm təhlükəsizlik tədbirləridir. Avtomobillərin konstruktiv imkanları, təhlükəsizlik sistemləri və oturacaq dizaynı məhz müəyyən say üçün nəzərdə tutulduğundan, əlavə sərnişinlərin daşınması bu balansı pozur.Onun sözlərinə görə, praktikada sürücülərin bəzən qaydaları pozaraq avtomobildə əlavə sərnişin daşıması halları müşahidə olunur. Lakin bu cür hallar inzibati məsuliyyət yaradır və yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilir.Ekspert qeyd edib ki, yol hərəkəti təhlükəsizliyi hər bir sürücünün şəxsi məsuliyyətidir və qaydalara əməl olunması həm sürücünün, həm də sərnişinlərin həyatını qoruyan əsas amildir. Bu səbəbdən avtomobildə oturacaq sayından artıq sərnişin daşınması yolverilməz hesab olunur və qanunla qadağan edilir.Hazırladı: Turan

Vərəsəliklə bağlı çoxlarını düşündürən suallara CAVAB

Vərəsəlik hüququ: qanun üzrə və vəsiyyət üzrə vərəsəlikVərəsəlik hüququ Azərbaycan Respublikasının mülki hüquq sistemində mühüm institutlardan biri hesab olunur və şəxsin ölümündən sonra onun əmlakının, hüquq və öhdəliklərinin kimlərə keçməsini tənzimləyir. Bu sahədə əsasən iki əsas vərəsəlik növü fərqləndirilir: qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik.Vəkil Abdusəddin Əliyev Oxu24.com-a açıqlamasında bildirib ki, vərəsəlik anlayışı dedikdə ilk növbədə bu iki hüquqi mexanizm nəzərdə tutulur. Onun sözlərinə görə, vətəndaşlar arasında bu anlayışların fərqi bəzən qarışdırılır, lakin hüquqi baxımdan onların tətbiq qaydaları tam fərqlidir.Qanun üzrə vərəsəlik o halda tətbiq olunur ki, miras qoyan şəxs sağlığında vəsiyyətnamə tərtib etməyib. Bu halda miras Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş vərəsəlik ardıcıllığına uyğun olaraq bölüşdürülür. Yəni, qanun kimlərin hansı növbədə vərəsə sayıldığını əvvəlcədən müəyyən edir və əmlak həmin qaydaya əsasən paylanır. Adətən birinci növbədə uşaqlar, ər və ya arvad, valideynlər və digər yaxın qohumlar vərəsə hesab olunur.Vəsiyyət üzrə vərəsəlik isə fərqli hüquqi mexanizmdir. Bu halda şəxs sağlığında öz iradəsini ifadə edərək vəsiyyətnamə tərtib edir və öz əmlakının kimə və ya kimlərə keçəcəyini özü müəyyən edir. Vəkilin sözlərinə görə, əgər vəsiyyətnamə mövcuddursa, ümumi qayda olaraq miras həmin sənəddə göstərilən şəxslərə verilir və qanun üzrə vərəsəlik qaydaları yalnız məhdud hallarda tətbiq oluna bilər.Hüquqşünas qeyd edir ki, vəsiyyətnamənin hüquqi qüvvəyə malik olması üçün müəyyən şərtlərə əməl edilməlidir. Ən vacib məqamlardan biri odur ki, vəsiyyət edən şəxs sənədi imzalayarkən tam anlaqlı vəziyyətdə olmalı, yəni öz hərəkətlərinin mahiyyətini dərk etməlidir. Əks halda, belə sənəd sonradan mübahisə predmeti ola bilər.Vəkil əlavə edib ki, vəsiyyət azadlığı prinsipi vətəndaşa öz əmlakı üzərində sərəncam vermək imkanı yaratsa da, bu hüquq qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində həyata keçirilir. Məsələn, bəzi hallarda məcburi pay hüququ olan vərəsələrin hüquqları qorunur və bu, vəsiyyətnamə ilə tamamilə aradan qaldırıla bilməz.Abdusəddin Əliyevin sözlərinə görə, vəsiyyət üzrə vərəsəlik daha çox şəxsin iradəsinə əsaslanan hüquqi mexanizm olduğu halda, qanun üzrə vərəsəlik dövlət tərəfindən müəyyən edilmiş ümumi və ədalətli bölgü sistemidir. Bu iki institutun əsas fərqi məhz budur: biri şəxsi iradəyə, digəri isə qanunvericiliyin müəyyən etdiyi qaydalara əsaslanır.Nəticə etibarilə, vərəsəlik hüququnda hər iki mexanizm – həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik – mühüm rol oynayır və konkret vəziyyətdən asılı olaraq tətbiq edilir. Vətəndaşların bu fərqləri bilməsi gələcəkdə hüquqi mübahisələrin qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır.Hazırladı: Şahbaz

Sizə işdən bu halda 3 gün əvvəl pul VERİLMƏLİDİR  — VƏKİL AÇIQLADI

Məzuniyyət haqqının ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri nədir?Məzuniyyət dövrü yaxınlaşdıqca işçilər arasında ən çox müzakirə olunan və praktikada tez-tez sual doğuran məsələlərdən biri məhz məzuniyyət haqqının hansı müddətdə ödənilməsi ilə bağlıdır. Bu məsələ əmək münasibətlərində təkcə texniki bir ödəniş qaydası deyil, həm də işçinin sosial təminat hüququnun mühüm tərkib hissəsi hesab olunur.Vəkil Şirəli Pirəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçiyə məzuniyyət dövrü üçün hesablanmış məzuniyyət haqqı onun məzuniyyətə çıxmasına ən azı üç gün qalmış ödənilməlidir. Bu norma əmək qanunvericiliyində imperativ xarakter daşıyır və işəgötürən tərəfindən dəyişdirilə və ya gecikdirilə bilməz.Onun sözlərinə görə, bu hüquqi tələbin əsas məqsədi işçinin məzuniyyət dövrünə maddi baxımdan hazırlıqlı şəkildə daxil olmasını təmin etməkdir. Yəni işçi məzuniyyətə çıxarkən artıq öz əməkhaqqısını almış olur və bu müddət ərzində istirahətini maddi narahatlıq yaşamadan keçirə bilir. Bu yanaşma əmək hüququnun əsas prinsiplərindən biri olan sosial müdafiə prinsipinə tam uyğundur.Vəkil qeyd edib ki, təcrübədə bəzən işəgötürənlər tərəfindən məzuniyyət haqqının gecikdirilməsi, qismən ödənilməsi və ya ümumiyyətlə vaxtında verilməməsi halları müşahidə olunur. Bu cür hallar əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilir və işçinin hüquqlarının məhdudlaşdırılması deməkdir. Belə vəziyyətlərdə işçinin əmək hüquqları pozulmuş hesab olunur və qanunvericilik ona müdafiə mexanizmləri təqdim edir.Şirəli Pirəliyevin açıqlamasında vurğulanır ki, əgər məzuniyyət haqqı müəyyən edilmiş müddətdə ödənilməzsə, işçi qanunvericiliyə uyğun olaraq məzuniyyətin başlanma tarixinin dəyişdirilməsini və məzuniyyətin məhz ödənişin həyata keçirildiyi gündən hesablanmasını tələb edə bilər. Bu hüquq işçinin əmək münasibətlərində bərabər mövqeyinin qorunması üçün nəzərdə tutulmuş mühüm təminatlardan biridir.Bundan əlavə, vəkil qeyd edir ki, əmək qanunvericiliyi işəgötürənlərin üzərinə konkret öhdəliklər qoyur və bu öhdəliklərin pozulması inzibati məsuliyyət yarada bilər. Yəni məzuniyyət haqqının vaxtında ödənilməməsi təkcə etik pozuntu deyil, eyni zamanda hüquqi nəticələr doğuran bir haldır.Onun sözlərinə görə, əmək münasibətlərində şəffaflıq və qarşılıqlı etimad mühüm rol oynayır. Məzuniyyət haqqının vaxtında ödənilməsi işçi ilə işəgötürən arasında sağlam əmək mühitinin formalaşmasına xidmət edir və əmək intizamının qorunmasına müsbət təsir göstərir. Bu, həm də müəssisələrdə sosial sabitliyin təmin olunmasına şərait yaradır.Vəkil əlavə edib ki, işçilər öz hüquqlarını bilməli və zəruri hallarda onları tələb etməkdən çəkinməməlidirlər. Əmək hüquqlarının qorunması yalnız qanunvericiliklə deyil, həm də vətəndaşların hüquqi maariflənməsi ilə birbaşa bağlıdır.Nəticə etibarilə, məzuniyyət haqqının vaxtında və tam şəkildə ödənilməsi əmək qanunvericiliyinin əsas tələblərindən biridir və bu qaydaya əməl olunması həm işçinin sosial müdafiəsi, həm də əmək münasibətlərində qanunçuluğun təmin edilməsi baxımından vacib əhəmiyyət daşıyır.Hazırladı: Miri Məcidli

Alimentdən yayınan şəxs xaricdədirsə, nə etmək lazımdır? —VƏKİL AÇIQLADI

Azərbaycanda aliment öhdəliyi yalnız ölkə daxilində yaşayan şəxslərə deyil, xaricdə yaşayan şəxslərə də şamil olunur. Təcrübədə tez-tez rast gəlinən hallardan biri aliment ödəməli şəxsin xarici ölkədə yaşaması və ödənişdən yayınmasıdır. Belə vəziyyətdə aliment alan şəxsin hüquqları qanunvericiliklə qorunur və müxtəlif hüquqi mexanizmlər tətbiq edilir.Oxu24.com-un Hüquqşünas TV ilə əməkdaşlığı çərçivəsində vəkil Ayət Abbasova xaricdə yaşayan və aliment ödənişindən yayınan şəxslərlə bağlı hüquqi prosedurları açıqlayıb.Mövzu ilə bağlı vəkil Aytən Abbasova bildirib ki, aliment ödəməkdən yayınan şəxs barəsində ilk növbədə məcburi icra tədbirləri həyata keçirilir. Bu tədbirlərə şəxsin ölkədə olan əmlakına və bank hesablarına həbs qoyulması, ölkəyə giriş-çıxışına məhdudiyyət tətbiq edilməsi və digər icra tədbirləri daxildir.Əgər borclu şəxs aliment ödənişindən qəsdən yayınırsa, həmin şəxs inzibati və hətta cinayət məsuliyyətinə də cəlb oluna bilər. Belə hallarda onun barəsində axtarış elan edilməsi mümkündür. Zəruri hallarda beynəlxalq axtarış, o cümlədən İnterpol xətti ilə axtarış məsələsi də gündəmə gələ bilər.Vəkilin sözlərinə görə, xarici ölkədə yaşayan şəxsdən alimentin tutulması beynəlxalq hüquqi yardım mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının bir sıra ölkələrlə, xüsusilə MDB dövlətləri və Türkiyə ilə hüquqi yardım haqqında müqavilələri mövcuddur. Bu müqavilələr əsasında Azərbaycan məhkəmələrinin alimentlə bağlı qərarları həmin ölkələrdə tanına və icra edilə bilər.Bu zaman icra vərəqəsi və digər zəruri sənədlər aidiyyəti qaydada xarici dövlətin səlahiyyətli orqanlarına göndərilir. Nəticədə borclu şəxsin xarici ölkədəki maaşına, bank hesablarına və ya digər gəlirlərinə yönəlmə tətbiq oluna bilər.Aytən Abbasova qeyd edib ki, belə işlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə rəsmi müraciət olunması mühüm əhəmiyyət daşıyır. Həmin idarə vasitəsilə sənədlərin xarici ölkələrin aidiyyəti orqanlarına göndərilməsi və məhkəmə qərarlarının icrasının təşkili həyata keçirilir.Hüquqşünasların fikrincə, aliment alan şəxslər bu cür hallarda vaxt itirmədən icra məmuruna və aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Çünki beynəlxalq icra prosedurları müəyyən vaxt tələb etsə də, qanunvericilik aliment öhdəliyindən yayınan şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verir.Jalə

Təcili yardıma çox zəng edənlər CƏRİMƏLƏNƏCƏK

Bilə-bilə yalandan təcili yardım xidmətinin çağırması məsuliyyət yaradırmı? - Bəli, məsuliyyət yaradır və bunun cəriməsi 100 manat təşkil edir.Oxu24.com xəbər verir ki,dəfələrlə deyilməsinə baxmayaraq, təəssüflə bildirmək istəyirəm ki, əsassız təcili yardımın çağırılması halları, nəqliyyat vasitələrinə yol verilməməsi halları kifayət qədər çoxdu. Bu üzücü haldır. Əsassız çağırışlara tibb işçilərinin ayıracağı zamanı digər vətəndaşlara tibbi yardım göstərə bilərlər. Hesab edirəm ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nəqliyyat vasitələrinə yol verilməməsi, bilə-bilə yalandan təcili yardım xidmətinin çağırmasına görə cəzaların sərtləşdirilməlisinə ehtiyac var. Digər tərəfdən də bu məsələdə yalnız qanunverciliyin sərtləşdirilməsi ilə kifayətlənməyərək cəmiyyət olaraq bu insanların hərəkətləri qınanmalı, tənqid olunmalıdır. Təcili tibbi yardımın gec gəldiyini tənqid edirik, günahlandırırıq hətda bəzən bəziləri təhqir də edirlər. Bu, qəbuledilməzdir.Araşdırma olduqda tibbi yardımın əsassız məşğul edildiyini, yollarda yol verilmədiyinin də şahidi oluruq. Unutmayaq ki, hər bir əsassız təcili tibbi yardımın çağırılması ehtiyacı olan insanların sağlamlığlarını riskə atmış olması deməkdir. Eyni zamanda da Təcili tibbi yardım stansiyasının nəqliyyat vasitələrinə yol verilməməsi də nəqliyyat vasitəsində olan xəstələrin həyatlarını riskə atmaq deməkdir. İnsanları bu məsələdə məsuliyyətli olmaqla yanaşı həmdə diqqətli olmalıdır. Əks halda bu problemlər problem olaraq qalacaqdır.Əsas:İnzibati Xətalar Məcəlləsinə əsasən Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - yüz manat məbləğində cərimə edilir (331)İnzibati Xətalar Məcəlləsinə əsasən Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə- yüz manat məbləğində cərimə edilir (564).Rahim AbıyevHüquqşünas

İşsiz şəxslərə vacib xəbər: Bu halda pul ALACAQLAR

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu işsizlikdən sığorta ödənişi almış şəxsərlə bağlıdır.Bu ödənişi  almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün nə qədər sığorta stajı tələb olunur?Belə ki,“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur.İşaxtaran və işsiz kimi qeydiyyata alınmaq üçün necə və hansı quruma müraciət edilməlidir?Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar. Şəxs elektron ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran ("Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar (işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılma halları) istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.İşləyən şəxs "Əmək və məşğulluq" altsistemində işaxtaran kimi qeydiyyatdan keçə bilərmi?Bəli, işaxtaran kimi qeydiyyatdan keçərək başqa münasib işlər axtara bilər.İşsizlikdən sığorta üzrə sığorta tarifləri necə müəyyən edilir?Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.Hazırladı: Jalə

Sürücülük vəsiqəsi ilə bağlı mühüm XƏBƏR: 60 yaşına çatmamış vətəndaşlar...

Sürücülük vəsiqəsinin etibarlılıq müddəti necə müəyyən edilir? Sürücülük vəsiqəsinin dəyişdirilməsi və ya yenilənməsi zamanı onun etibarlılıq müddəti qanunvericiliyə uyğun olaraq yaş həddi və tibbi göstəricilər əsasında müəyyən edilir. Bu qaydaların əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin olunması və sürücünün sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsidir.Oxu24.com bildirir ki, tibbi arayışda hər hansı xüsusi məhdudiyyət və ya fərqli göstəriş qeyd edilmədiyi hallarda sürücülük vəsiqələrinin etibarlılıq müddəti aşağıdakı qaydada tənzimlənir.60 yaşına çatmamış vətəndaşlara verilən sürücülük vəsiqəsi 10 il müddətinə etibarlı hesab olunur. Bu dövr ərzində vəsiqə sahibinin mütəmadi tibbi yoxlanışa ehtiyacı olmadığı halda sənəd qüvvədə qalır.60 yaşdan yuxarı, lakin 70 yaşa qədər olan sürücülər üçün isə vəsiqənin etibarlılıq müddəti daha qısa müəyyən edilir. Bu kateqoriyaya aid şəxslərə verilən sürücülük vəsiqəsi 70 yaş həddinə qədər etibarlı olur. Yəni vəsiqənin yenilənməsi zamanı şəxsin yaşı və sağlamlıq göstəriciləri əsas meyar kimi nəzərə alınır.70 yaşdan yuxarı vətəndaşlar üçün isə sürücülük vəsiqəsi 2 il müddətinə verilir. Bu, yaşla bağlı yaranan fizioloji dəyişikliklərin yol hərəkətinə təsir riskini minimuma endirmək məqsədi daşıyır.Mütəxəssislərin sözlərinə görə, bu sistem sürücülərin yalnız hüquqi deyil, həm də sağlamlıq baxımından nəzarətdə saxlanılmasına xidmət edir. Yaş artdıqca görmə qabiliyyəti, reflekslər, diqqət və ümumi reaksiya sürətində dəyişikliklər baş verə bilər ki, bu da yol təhlükəsizliyi baxımından mühüm amildir.Qeyd olunur ki, sürücülük vəsiqəsinin müddəti bitdikdə onun yenilənməsi üçün vətəndaş mütləq şəkildə tibbi müayinədən keçməli və müvafiq sənədlərlə qeydiyyat orqanına müraciət etməlidir. Tibbi arayış nəticələrinə əsasən vəsiqənin yeni müddəti müəyyən edilir.Beləliklə, bu qaydalar həm sürücülərin şəxsi təhlükəsizliyinin, həm də ümumi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət edir.Hazırladı: Jalə

Bərbərlərdən nə qədər vergi tutulacaq?

Bərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?Fərdi qaydada bərbər fəaliyyəti göstərmək istəyirəm. Bu sahədə fəaliyyətə başlamaq üçün qeydiyyat lazımdırmı? Hansı vergi öhdəliklərim yaranır? Məcburi dövlət sosial sığorta haqqı ödəməliyəmmi və məbləği necə hesablanır? Hər ay və ya rüb hansı hesabatları verməliyəm?İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a  bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır.Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 15 manatdır. Nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.2-ci maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 5 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;- digər şəhər və rayonlarda – 1 əmsal.“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir."Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.Vergi Məcəlləsinin 221.8.3-cü maddəsinə əsasən, başqa hal nəzərdə tutulmamışdırsa, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər vergi orqanlarına bəyannamə vermirlər.Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri

Qısaldılmış və natamam iş vaxtı ilə bağlı vacib hüquqlar – Kimlərə şamil olunur?  

Azərbaycan əmək qanunvericiliyində bəzi kateqoriyadan olan işçilər üçün xüsusi iş rejimi nəzərdə tutulub. Bu qaydaların əsas məqsədi işçilərin sağlamlığının, sosial vəziyyətinin və ailə həyatının qorunmasıdır.Oxu24.com xəbər verir ki,Əmək qanunvericiliyinə əsasən, qısaldılmış iş vaxtı müəyyən kateqoriyalı şəxslər üçün məcburi qaydada tətbiq olunur. Belə ki, 16 yaşına qədər olan işçilər üçün həftəlik iş vaxtı 24 saatdan artıq ola bilməz.16 yaşdan 18 yaşadək olan işçilər, həmçinin orqanizm funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün həftəlik iş müddəti maksimum 36 saat müəyyən edilir.Qanunvericilik eyni zamanda hamilə qadınların, 3 yaşınadək uşağı olan anaların və azyaşlı uşağını təkbaşına böyüdən valideynlərin də əmək hüquqlarını xüsusi qaydada qoruyur. Bu kateqoriyadan olan şəxslər üçün də iş vaxtının azaldılması nəzərdə tutulur.Mütəxəssislər bildirirlər ki, qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı anlayışları bir-birindən fərqlənir. Qısaldılmış iş vaxtı qanunla müəyyən edilmiş xüsusi sosial təminat xarakterli rejimdir və bəzi şəxslərə məcburi şəkildə tətbiq olunur.Natamam iş vaxtı isə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Bu, əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri davam etdiyi müddətdə tətbiq oluna bilər.Natamam iş vaxtı həm natamam iş günü, həm də natamam iş həftəsi formasında müəyyən edilə bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı işçi ilə işəgötürənin razılığı əsasında həll edilir.Əmək qanunvericiliyinə əsasən, işçinin sağlamlıq vəziyyəti, hamiləliyi, əlilliyi və ya ailə üzvünün xəstəliyi natamam iş vaxtında işləməyi zəruri edirsə, bu halda işəgötürən həmin məsələni nəzərə almalıdır.Xüsusilə 14 yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların müraciəti əsasında onlara natamam iş vaxtı müəyyən edilməlidir.Mütəxəssislər vurğulayırlar ki, istər qısaldılmış, istərsə də natamam iş vaxtında çalışan işçilərin əmək hüquqları tam şəkildə qorunur. Onların əmək məzuniyyəti, əmək stajı, sosial təminat hüquqları və digər hüquqları məhdudlaşdırıla bilməz.Qanunvericiliyə görə, natamam iş vaxtında çalışmaq işçinin hüquqlarının azaldılması üçün əsas hesab edilə bilməz və bu şəxslərə qarşı ayrı-seçkiliyə yol verilmir.Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, əmək hüquqlarını diqqətlə öyrənsinlər və qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə etsinlər. Çünki bir çox işçi öz hüquqlarını bilmədiyi üçün qanunla nəzərdə tutulan güzəştlərdən yararlana bilmir.Jalə

Vilayət Eyvazov bu rayonda vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-in mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.06.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyunun 4-də 08:00-da DİN Daxili Qoşunların Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Bu gün işdən 1 saat tez çıxacağıq 

Bu gün Azərbaycanda qısa iş günüdür.Oxu24.com  xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.Belə ki, 27-28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.Qeyd edək ki, Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.

Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi...

Müddətsiz əlillik verilən şəxslər yenidən komissiyaya çağırıla bilərmi? – Hüquqi məqamlar açıqlandıBir çox vətəndaşı maraqlandıran məsələlərdən biri də müddətsiz əlillik təyin edilmiş şəxslərin sonradan yenidən tibbi-sosial ekspertiza müayinəsinə cəlb olunub-olunmamasıdır.Oxu24.com xəbər verir ki,mütəxəssislər bildirirlər ki, qanunvericiliyə əsasən müddətsiz əlillik verilmiş şəxslər müəyyən hallarda yenidən komissiyaya çağırıla bilərlər.Belə ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin əsaslılığını şübhə altına alan faktlar aşkar edildikdə vətəndaş yenidən tibbi-sosial ekspertiza müayinəsinə cəlb oluna bilər.Qanunvericiliyə görə, bu qərar Tibbi-Sosial Ekspert Komissiyası və ya aidiyyəti dövlət agentliyi tərəfindən qəbul edilir.Mütəxəssislərin sözlərinə görə, “müddətsiz əlillik” anlayışı vətəndaşın heç bir halda yenidən yoxlanılmayacağı anlamına gəlmir.Əgər təqdim olunmuş tibbi sənədlərlə bağlı şübhələr yaranarsa, əlillik vəziyyətində dəyişiklik olduğu barədə məlumat daxil olarsa və ya qanunsuz təyinat ehtimalı müəyyən edilərsə, həmin şəxs əlavə müayinəyə çağırıla bilər.Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda vətəndaşlar “müddətsiz” sözünü tam toxunulmaz status kimi qəbul edirlər. Halbuki dövlətin əlillik təyinatlarının qanunauyğunluğunu yoxlamaq səlahiyyəti mövcuddur.Qeyd olunur ki, yenidən komissiyaya çağırılma avtomatik şəkildə əlilliyin ləğvi demək deyil.Bu zaman vətəndaşın sağlamlıq vəziyyəti, tibbi sənədləri və funksional məhdudiyyətləri yenidən qiymətləndirilir. Müayinə nəticəsində əlillik statusu saxlanıla, dəyişdirilə və ya bəzi hallarda ləğv oluna bilər.Ekspertlər vətəndaşlara tövsiyə edirlər ki, tibbi sənədlərini düzgün və tam şəkildə toplasınlar, müalicə tarixçələrini qoruyub saxlasınlar və rəsmi çağırış olduqda komissiyadan yayınmasınlar.Mütəxəssislərin fikrincə, şəffaf və düzgün sənədləşmə həm vətəndaşın hüquqlarının qorunması, həm də sonradan yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir.Hüquqşünaslar əlavə edirlər ki, əgər vətəndaş komissiyanın qərarı ilə razılaşmırsa, həmin qərardan inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət vermək hüququna malikdir.Miri Məcidli

Topaz 76 min manatı vermək İSTƏMƏDİ- Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ 

Vətəndaş “Topaz”da idman mərc oyunlarında iştirak edib və hər biri 500 manat olmaqla ümumilikdə 38 dəfə mərc qoyub. Nəticədə onun qazancı 76 875 manat təşkil edib. Lakin “Topaz” məbləği verməkdən imtina edib. Bu problemi vəkil Bəhruz Orucov öz rəsmi sosial hesabında qeyd edib.Oxu24.com xəbər verir  ki,mövzunu araşdırmaq üçün Ajans.az  vəkil Bəhruz Orucov ilə əlaqə saxlayıb.O bildirib ki, iddiaçı 20 may 2022-ci il tarixində rəsmi qaydada müraciət edərək, vergilər çıxıldıqdan sonra qazandığı 76 875 manat məbləğin ödənilməsini tələb edib. O bildirib ki, əks halda məhkəməyə müraciət edəcək. Daha sonra vətəndaş məhkəməyə üz tutub.“İşə baxan rayon məhkəməsi iddianı təmin etməyərək vətəndaşın tələbini rədd edib. Bundan sonra iddiaçı daha yuxarı instansiyalara müraciət edib.”Vəkilin sözlərinə görə, Ali Məhkəmə məsələyə münasibət bildirərək qeyd edib ki, əgər “Topaz” tərəfindən mərc kuponu qəbul olunubsa, oyun baş tutubsa və nəticələr rəsmiləşibsə, bu halda tərəflər arasında müqavilə öhdəliyi yaranır. Vətəndaş uduş əldə edibsə, “Topaz” həmin öhdəliyi yerinə yetirməlidir.“Topaz” isə mövqeyini Nazirlər Kabinetinin 153 saylı qərarına əsaslandıraraq bildirib ki, mərc oyunlarının təşkili ilə bağlı şübhələr yarandıqda uduş ləğv edilə bilər.Ali Məhkəmə isə vurğulayıb ki, Nazirlər Kabinetinin qərarı qanundan üstün deyil və mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərdə vətəndaşın hüquqlarını məhdudlaşdıra bilməz.“Bundan əlavə, məhkəmə qeyd edib ki, oyunların saxtalaşdırılması ilə bağlı nə UEFA tərəfindən hər hansı qərar qəbul olunub, nə də bu məsələ ilə bağlı cinayət-prosessual qaydada hər hansı hökm mövcuddur. Bu səbəbdən şübhələr əsassız hesab edilib.” Qeyd edilib ki,  Ali Məhkəmə əvvəlki apellyasiya qərarını ləğv edərək işi yenidən baxılması üçün geri göndərib. Yenidən baxış zamanı apellyasiya məhkəməsi vətəndaşın xeyrinə qərar qəbul edib.Həmçinin, vəkil Bəhruz Orucov açıqlayıb ki, məsələ yenidən Ali Məhkəməyə çıxarılıb və məhkəmə yekun qərarında aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayaraq iddiaçının xeyrinə qərar verib.

Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı? 

Mən fiziki şəxs olaraq mənzilimi yerli fiziki şəxsə, kommunal ödənişlər daxil olmaqla, 600 manata kirayəyə vermişəm. Bilmək istəyirəm ki, ödəmə mənbəyindən vergi hesablanarkən 10% vergi həmin məbləğdən birbaşa hesablanır, yoxsa kommunal xərclər çıxıldıqdan sonra hesablanır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.Sorğuya cavab olaraq bildirilib ki, daşınmaz əmlakın kirayəsindən əldə olunan gəlir üzrə vergi öhdəliyi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş kirayə haqqı məbləğinə tətbiq olunur. Əgər müqavilədə kirayə haqqı 600 manat qeyd edilibsə, vergi birbaşa həmin məbləğ üzərindən hesablanacaq.Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri

Bu şəxslərə 50 manat məbləğində güzəşt OLUNACAQ

Ailədə iki azyaşlı uşaq var. Valideynlərdən biri əmək müqaviləsi əsasında işləyir, digər valideyn isə analıq məzuniyyətindədir. Bu halda analıq məzuniyyətində olan valideyn və azyaşlı uşaqlar işləyən valideynin himayəsində olan şəxslər kimi nəzərə alına bilərmi? Belə olan halda işləyən valideynə Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş aylıq 50 manat məbləğində gəlir vergisi güzəştinin tətbiq edilməsi mümkündürmü? Göstərilən güzəştdən istifadə üçün hansı təsdiqedici sənədlər təqdim olunmalıdır?İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Əgər hər iki valideyn işləyirsə, bu güzəşt valideynlərin hər ikisinə deyil, yalnız birinə şamil edilirBildirilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda, 50 manat məbləğində azaldılır.Sorğuya cavab olaraq bildiririk ki, analıq məzuniyyəti dövründə alınan müavinət bu güzəştdən istifadə etmək üçün maneə yaratmır. Bu halda iki azyaşlı uşaq və həyat yoldaşı daxil olmaqla, himayənizdə olan şəxslərin sayı 3-ə çatdığı üçün sözügedən güzəştdən istifadə etmək hüququnuz yaranır.Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

İxtisarla işdən çıxanlara bu qədər PUL VERİLƏCƏK

Ştat ixtisarı ilə əlaqədar işçiyə ödənilən müavinətdən vergi və icbari tibbi sığorta haqqı tutulurmu?İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a bildirilib ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən bağlanılmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:* işçinin əmək stajı bir ilədək olduqda - azı iki təqvim həftəsi;* bir ildən beş ilədək olduqda - azı dörd təqvim həftəsi;* beş ildən on ilədək olduqda - azı altı təqvim həftəsi;* on ildən çox olduqda - azı doqquz təqvim həftəsi.Əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:* bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;* bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;* beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;* on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.Həmçinin, ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə, işçilərə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatlar məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilmir.

Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ

Avtomobildə texniki nasazlığa görə birbaşa cərimə yazıla bilər? – Hüquqşünas AÇIQLAMASISürücülərin ən çox rastlaşdığı və bəzən qanunvericiliyin tələblərini tam bilmədiyi üçün mübahisə etdiyi mövzulardan biri də nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqlara görə tətbiq edilən inzibati tənbeh tədbirləridir. Bəs avtomobildə hər hansı nasazlıq aşkarlandıqda yol polisi sürücünü dərhal cərimələyə bilərmi, yoxsa ilk növbədə xəbərdarlıq edilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirib.Vəkil bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yolda hərəkət edən nəqliyyat vasitəsində texniki nasazlıq aşkar edildikdə, ilk növbədə dərhal cərimə tətbiq olunmur:“Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi və ya yolda hərəkət zamanı texniki nasazlığın müəyyən edilməsi fərqli prosedurlardır. Əgər avtomobildə hər hansı texniki nasazlıq aşkarlanarsa, sürücüyə ilk növbədə xəbərdarlıq edilir. Bu xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, aşkar olunmuş nasazlıq qısa müddət ərzində aradan qaldırılmalıdır. Yəni, sürücüyə həmin problemi həll etmək üçün qanuni imkan tanınır".M.Muradlı vurğulayıb ki, sürücülər bu xəbərdarlığa məsuliyyətlə yanaşmalıdırlar. Əgər sürücü edilən xəbərdarlığa məhəl qoymazsa və nasazlığı vaxtında aradan qaldırmazsa, o zaman artıq ciddi hüquqi məsuliyyət yaranır:“Əgər sürücü ona edilən xəbərdarlıqdan sonra da nasazlığı aradan qaldırmırsa və avtomobili o vəziyyətdə idarə etməyə davam edirsə, bu halda artıq ona qarşı inzibati xəta haqqında protokol tərtib olunur və cərimə tətbiq edilir. Qanunvericiliyə müvafiq olaraq, texniki nasazlığı olan nəqliyyat vasitəsinin idarə edilməsinə görə müəyyən olunmuş cərimənin məbləği 50 manat təşkil edir".Hansı nasazlıqlara görə cərimə oluna bilərsiniz?Məlumdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" Qanuna əsasən, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar qrupuna aşağıdakılar daxildir:-Əyləc sisteminin pozulması;-Sükan idarə mexanizminin xarab olması;-Xarici işıq cihazlarının və ya şüşə silgəclərinin işləməməsi (xüsusilə sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünüş şəraitində);-Təkərlərin və şinlərin qanunla müəyyən edilmiş normativlərə cavab verməməsi;-Mühərrikin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması.Hüquqşünas Mehman Muradlı bir daha sürücülərə çağırış edərək bildirib ki, həm maddi zərərə düşməmək, həm də yollarda təhlükəsizliyi təmin etmək üçün avtomobilin texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməli və aşkarlanan qüsurlar vaxtında, xəbərdarlıq mərhələsində ikən aradan qaldırılmalıdır.Çimnaz Telmanqızı

Bunu edənlər 1500 manat CƏRİMƏLƏNƏƏCK – AÇIQLANDI

Cəmiyyətdə insanlar arasında ən çox rast gəlinən hüquq pozuntularından biri də kiminsə barəsində yalan məlumat yaymaq, onu nüfuzdan salmağa çalışmaq və ya ictimaiyyət qarşısında gözdən salmaqdır. Bir çox hallarda insanlar sosial şəbəkələrdə, mediada və ya müxtəlif platformalarda emosional şəkildə paylaşım edir, qarşı tərəfi ittiham edir. Lakin qanunvericilikdə bu əməllərə görə ciddi məsuliyyət nəzərdə tutulur.Oxu24.com xəbər verir ki, bilərəkdən yalan məlumat yaymaq və həmin məlumatlarla şəxsin şərəf və ləyaqətini ləkələmək “böhtan” hesab olunur və cinayət məsuliyyəti yaradır.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, yaxud onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, mediada, internet informasiya resurslarında və ya kütləvi nümayiş etdirilən digər vasitələrlə yayılması cinayət əməli sayılır.Qanunvericiliyə görə, belə hallarda təqsirli şəxs 1000 manatdan 1500 manatadək cərimə oluna bilər. Bununla yanaşı, 240 saatdan 480 saata qədər ictimai işlər, bir ilədək islah işləri və ya müəyyən hallarda azadlıqdan məhrumetmə cəzası da tətbiq edilə bilər.Mütəxəssislər bildirirlər ki, xüsusilə sosial şəbəkələrdə anonim və ya saxta hesablarla insanların ünvanına böhtan xarakterli paylaşımlar etmək son illər daha çox yayılıb. Lakin internet üzərindən yayılan məlumatlar da hüquqi məsuliyyət yaradır və hüquq-mühafizə orqanları tərəfindən araşdırıla bilir.Hüquqşünaslar vətəndaşlara tövsiyə edir ki, hər hansı şəxs haqqında paylaşım etməzdən əvvəl məlumatın doğruluğunu yoxlasınlar və emosional davranışlardan çəkinməyə çalışsınlar. Çünki bir paylaşım və ya əsassız ittiham sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.Jalə

Saxta profil açmaq hansı hallarda cinayət məsuliyyəti yaradır? – Vəkildən  açıqlama  

Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq milyonlarla insan xəbərləri izləmək, ünsiyyət qurmaq, fikir bildirmək və müxtəlif məlumatlar paylaşmaq üçün sosial platformalardan istifadə edir. Bununla yanaşı, son illərdə “fake”, yəni saxta hesabların sayı da ciddi şəkildə artıb. Bəzi şəxslər anonim qalmaq, digərləri isə müxtəlif məqsədlərlə öz real kimliklərini gizlədərək saxta profillər yaradırlar.Bəs saxta hesab yaratmaq qanun pozuntusudurmu? Belə hesabların açılması hansı hallarda hüquqi məsuliyyət yaradır?Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən vəkil Elmar İbrahimov bildirib ki, saxta hesabın yaradılması özlüyündə birbaşa cinayət məsuliyyəti yaratmır. Onun sözlərinə görə, burada əsas məsələ həmin hesabın hansı məqsədlə istifadə olunmasıdır.Vəkil qeyd edib ki, bəzi insanlar anonim qalmaq və ya şəxsi məlumatlarını gizlətmək məqsədilə sosial şəbəkələrdə fərqli adlarla hesab açırlar və bu, təkbaşına qanun pozuntusu hesab edilmir. Lakin həmin hesab vasitəsilə kiminsə hüquqları pozulursa, vəziyyət artıq tamamilə dəyişir.Elmar İbrahimov vurğulayıb ki, əgər saxta profil vasitəsilə hər hansı şəxs təhqir edilirsə, ona qarşı böhtan atılırsa, şantaj, dələduzluq və ya nüfuzdan salma kimi hərəkətlər edilirsə, bu zaman həmin əməl cinayət məsuliyyəti yaradır.Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrdə anonim hesablar vasitəsilə insanların şərəf və ləyaqətini alçaldan paylaşımlar, yalan məlumatların yayılması və ictimai şəkildə təhqir halları qanunvericiliklə cəzalandırılır.Vəkil bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu kimi hallarla bağlı konkret məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə hüquqpozmalara görə şəxslər cərimə, ictimai işlər və bəzi hallarda azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.Elmar İbrahimov əlavə edib ki, saxta hesabların dələduzluq məqsədilə istifadəsi daha ağır nəticələr doğurur. Məsələn, insanlardan pul toplamaq, yalan reklam yerləşdirmək, saxta kampaniyalar təşkil etmək və ya şəxsi məlumatları qanunsuz əldə etmək halları artıq ciddi cinayət əməli hesab olunur.Vəkilin sözlərinə görə, son dövrlərdə sosial şəbəkələr üzərindən edilən hüquqpozmalarda artım müşahidə olunur və hüquq-mühafizə orqanları belə halların araşdırılması istiqamətində daha ciddi nəzarət həyata keçirirlər.Elmar İbrahimov vətəndaşlara çağırış edərək bildirib ki, sosial şəbəkələrdə anonimlik hissinə arxayın olub qanunsuz hərəkətlər etmək ciddi hüquqi problemlərə səbəb ola bilər. O qeyd edib ki, insanlar sosial platformalarda da qanunvericiliyin tələblərinə əməl etməli, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdırlar.Vəkil sonda vurğulayıb ki, əgər hər hansı şəxs sosial şəbəkədə saxta hesab vasitəsilə təhqirə, böhtana və ya digər qanunsuz hərəkətlərə məruz qalırsa, aidiyyəti qurumlara müraciət edərək hüquqlarını qanuni şəkildə müdafiə edə bilər.Hazırladı: Turan Etibaroğlu

ABŞ-da aliment borcu olanların pasportu ləğv edilir: Bu qayda Azərbaycanda tətbiq oluna bilərmi?   

Uşaqların aliment təminatı bütün dünyada ən aktual məsələlərdən biri olaraq qalır. Bir çox ölkələr aliment borcunu yığmaq üçün ən sərt üsullara əl atırlar. Bu sahədə ən diqqətçəkən mexanizmlərdən biri isə ABŞ-da tətbiq edilir.Oxu24.com xəbər verir ki, hüquqşünas Ellada Bayramova ABŞ-da tətbiq edilən sərt aliment sisteminin mahiyyəti, digər ölkələrin təcrübəsi və bu sistemin Azərbaycanda tətbiqinin mümkün müsbət və mənfi tərəfləri barədə danışıb.Hüquqşünas bildirib ki, ABŞ-da tətbiq edilən bu sistem şəxsi cəzalandırmaq deyil, uşağın hüquqlarını qorumaq məqsədi daşıyır:“ABŞ qanunvericiliyinə görə, aliment borcu 2500 dollardan çox olan şəxslərin məlumatları dərhal Dövlət Departamentinə ötürülür. Həmin şəxslərə yeni pasport verilmir, mövcud pasportun müddəti uzadılmır. Hətta son qərarlara əsasən, dövlət artıq borcluların aktiv pasportlarını da ləğv etməyə başlayıb. Yəni borcu ödəməyən şəxs ölkədən kənara çıxa bilmir”.Digər ölkələrdə vəziyyət necədir?Dünyanın müxtəlif ölkələrində aliment borclularına qarşı fərqli məhdudiyyətlər var:Məsələn, Kanadada sürücülük vəsiqəsi və bəzi lisenziyalar dondurulur, pasport xidmətlərinə məhdudiyyət qoyulur.Böyük Britaniyada bank hesabları bloklanır, hətta borclunun həbs edilməsi mexanizmi var.Avstraliyada ölkədən çıxışın qadağan edilməsi" qərarı ilə borclunun xaricə getməsinin qarşısı kəsilir.Avropa ölkələrində (Fransa, Almaniya) insan hüquqları və sərbəst hərəkət azadlığı prinsiplərinə görə pasportun ləğvi nadir haldır. Lakin maaşdan məcburi tutulmalar və əmlakın həbsi çox sərt şəkildə icra olunur.Beynəlxalq hüquq nə deyir?Məsələnin beynəlxalq hüquqi tərəflərinə toxunan E.Bayramova qeyd edib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası uşağın maddi təminatını valideynin əsas öhdəliyi hesab edir. Digər tərəfdən isə Avropa İnsan Hüquqları Konvensiyası sərbəst hərəkət hüququnu qoruyur. Burada əsas prinsip "proporsionallıq"dır, yəni dövlət tətbiq etdiyi məhdudiyyətdə həddi aşmamalı, uşağın marağı ilə valideynin hüquqları arasında balans tapmalıdır.Hazırda Azərbaycanda aliment borclularına qarşı maaşdan tutulma, bank hesablarının bloklanması, əmlaka həbs və ölkədən çıxışa qadağa kimi tədbirlər var. Bəs ABŞ-dakı kimi pasportun tam ləğvi mexanizmi bizdə tətbiq olunsa, nə baş verər?Hüquqşünas bu addımın həm müsbət, həm də mənfi tərəflərini qeyd edib:“Xüsusilə xaricdə biznesi olanlar və tez-tez səyahət edənlər məcbur qalıb borcu bağlayarlar. İcra sisteminin effektivliyi artar, qərarlar kağız üzərində qalmaz. Mənfi tərəflərindən danışsaq, qeyd edə bilərəm ki, sərbəst hərəkət hüququnun tam məhdudlaşdırılması ciddi hüquqi mübahisələr yarada bilər.Azərbaycanda bir çox aliment ödəyicisi Rusiya, Türkiyə və ya Avropada işləyib pul qazanır. Onların pasportunu ləğv etmək işləmək imkanını əlindən almaq deməkdir ki, bu da alimentin ödənilməsini tamamilə qeyri-mümkün edə bilər. Sistem bərabər tətbiq olunmazsa, bu mexanizm inzibati təzyiq alətinə çevrilə bilər.Azərbaycan üçün ən optimal model hansıdır?Hüquqşünas Ellada Bayramova hesab edir ki, Azərbaycan üçün pasportun birbaşa ləğvi yox, daha mülayim və ədalətli bir model seçilməlidir:“Bizim üçün ən yaxşı yol mərhələli sistemdir. Pasport məhdudiyyəti yalnız böyük məbləğli və uzunmüddətli borclara, həm də mütləq məhkəmə qərarı ilə tətbiq edilməlidir. Xaricdə işləyənlər üçün xüsusi istisnalar olmalı, şəxs borcu hissə-hissə ödəməyə razılaşdıqda məhdudiyyətlər götürülməlidir. Tam pasport ləğvindən ziyada, gəlirlərin şəffaf müəyyən edilməsi və rəqəmsal maliyyə nəzarətinin gücləndirilməsi daha real nəticə verər”.Çimnaz Telmanqızı

Cinayət törətmiş şəxsə bu hallarda güzəşt oluna bilər  — HÜQUQŞÜNAS AÇIQLADI

Cinayətin açılmasına fəal kömək etmək nə deməkdir? – Hüquqşünas İZAH EDİRCinayət törətmiş şəxsin istintaqla əməkdaşlıq etməsi və cinayətin açılmasına fəal kömək göstərməsi qanunvericilikdə cəzanı yüngülləşdirən, bəzi hallarda isə məsuliyyətdən tamamilə azad edən mühüm amillərdən biridir. Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Oxu24.com-a açıqlamasında  oxucular üçün mühüm məqamlara aydınlıq gətirib.Fəal kömək göstərmə nədir və bura nələr daxildir?Hüquqşünas qeyd edir ki, fəal kömək göstərmə cinayəti törətmiş şəxsin könüllü şəkildə gəlib təqsirini boynuna alması (təqsirini etiraf etməsi) və bundan sonra cinayətin tam açılması üçün hüquq-mühafizə orqanlarına real köməklik etməsidir. Bura aşağıdakı hərəkətlər daxildir:-Cinayətin detallarını açıqlamaq: Məsələn, qətl hadisələrində zərərçəkmiş şəxsin harada basdırıldığını, gizlədildiyini göstərmək;Cinayət alətlərini təqdim etmək: Hadisə zamanı hansı alətlərdən istifadə olunduğunu və onların harada gizlədildiyini hüquq-mühafizə orqanlarına bildirmək;-Digər iştirakçıların adını vermək: Bəli, cinayətin törədilməsində kimlərin köməkliyindən istifadə olunduğunu, digər iştirakçıların, təhrikçilərin və ya köməkçilərin kimliyini açıqlamaq fəal kömək göstərmənin əsas şərtlərindən biridir;-Cinayət yolu ilə əldə edilmiş əmlakın tapılması: Cinayət nəticəsində əldə olunmuş var-dövlətin, əmlakın axtarılıb tapılmasına birbaşa yardım etmək.Həmçinin şəxs cinayətin birbaşa icraçısı olmaya bilər (məsələn, köməkçi və ya təhrikçi olub), lakin hadisə baş verməmişdən öncə vaxtında hüquq-mühafizə orqanlarına məlumat verərək cinayətin törədilməsinin qarşısını alarsa, bu da fəal köməklik kimi qiymətləndirilir.Qanunvericilik bu hallarda hansı güzəştləri nəzərdə tutur?Ramil Süleymanovun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına və cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasına fəal kömək göstərməsi cəzanı yüngülləşdirən hal hesab olunur.Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə isə, bu növ yüngülləşdirici hallar mövcud olduqda, məhkəmə şəxsə qanunda nəzərdə tutulmuş cəzanın ən aşağı həddindən də az cəza təyin edə bilər və ya əlavə cəzanın təyin olunmamasından imtina edə bilər.Zərərçəkmiş razı olmasa, amma ziyan tam ödənilsə, məsuliyyətdən azad etmə mümkündürmü?Vətəndaşları ən çox maraqlandıran məqamlardan biri də zərərçəkmiş tərəflə barışıq əldə olunmadıqda, lakin ziyan tam ödənildikdə şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməyəcəyidir.Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən (az ağır) cinayət törətmiş şəxs:1.Könüllü gəlib təqsirini boynuna aldıqda,2.Cinayətin istintaqına və açılmasına fəal kömək göstərdikdə,3.Törətdiyi əməl nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə (və ya digər yollarla nəticələrini aradan qaldırdıqda).Zərərçəkmiş şəxsin razılığı (barışığı) olmasa belə, qanunvericiliyin bu tələblərini yerinə yetirdiyi üçün cinayət məsuliyyətindən tamamilə azad oluna bilər. Yəni, fəal peşmançılıq və ziyanın tam ödənilməsi böyük ictimai təhlükə törətməyən cinayətlərdə zərərçəkmişin subyektiv rəyindən asılı olmayaraq şəxsə məsuliyyətdən azad olunma imkanı tanıyır.Çimnaz Telmanqızı

İşləyən şəxslərə vacib xəbər: bunu bilməyiniz vacibdir

Müddətli əmək müqaviləsinin xitamı – işçinin hüquqları nələrdir?Son dövrlərdə əmək münasibətləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri müddətli əmək müqavilələrinin xitamı zamanı işçilərin məlumatlandırılması qaydalarıdır. Bir çox hallarda vətəndaşlar düşünür ki, müqavilə müddəti bitdikdə əmək münasibətləri avtomatik olaraq dayanır. Lakin əmək qanunvericiliyi bu prosesi daha fərqli tənzimləyir.Oxu24.com xəbər verir ki, müddətli əmək müqaviləsinin xitamı yalnız müddətin bitməsi ilə məhdudlaşmır, həm də müəyyən prosedurların yerinə yetirilməsini tələb edir. Qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin müddətinin başa çatmasına azı bir neçə gün qalmış işçini bu barədə yazılı şəkildə məlumatlandırmalıdır.Əgər bu xəbərdarlıq qanunla müəyyən edilmiş qaydada və vaxtında edilməzsə, əmək münasibətlərinin dayandırılması hüquqi baxımdan mübahisəli hala gələ bilər. Belə hallarda bəzi situasiyalarda müqavilənin avtomatik uzanmış hesab olunması və ya faktiki əmək münasibətlərinin davam etdiyi kimi qiymətləndirilməsi mümkündür.Hüquqşünaslar bildirir ki, işçinin xəbərdar edilmədən işdən kənarlaşdırılması əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bu zaman işçi müvafiq qaydada əmək mübahisəsi qaldırmaq və hüquqlarının bərpasını tələb etmək hüququna malikdir.Qanunvericilik həmçinin işçi hüquqlarının qorunmasını əsas prinsip kimi müəyyən edir. Bu səbəbdən əmək müqavilələrinin xitamı zamanı həm prosedur, həm də vaxt amili ciddi əhəmiyyət daşıyır.Əgər vətəndaş bu kimi hallarla üzləşirsə, əmək müqaviləsinin şərtlərini və işdən çıxarılma prosesini hüquqi baxımdan qiymətləndirmək üçün mütəxəssisə müraciət etməsi tövsiyə olunur.Turan

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub 

2026-cı il mayın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov və Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüş keçirib.Əvvəlcə nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Humanitar və sosial elmlər fakültəsinin hüquqşünaslıq ixtisasının fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.Görüşdə qonaqları salamlayan Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişaf strategiyası, təhsil imkanları və qarşıya qoyulan əsas hədəflər barədə danışıb. Rektor bildirib ki, Qarabağ Universitetində müasir təhsil standartlarına uyğun yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.Kollegiya sədri Anar Bağırov səmimi qəbula görə minnətdarlığını bildirərək iştirakçıları salamlayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Sədr işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Qarabağ Universitetinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. Qeyd edilib ki, universitet bölgənin yüksəkixtisaslı kadr tələbatının ödənilməsində mühüm rol oynayır. Tarixən bu torpaqlarda kök salmış təhsil ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da universitetin strateji əhəmiyyəti danılmazdır.  Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Tələbələrlə görüş zamanı isə Anar Bağırov ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.Sədr son illərdə VK-da aparılan institusional islahatlardan, vəkil korpusunun genişləndirilməsindən, davamlı tədris və peşəkar hazırlıq proqramlarından danışaraq vəkillərin insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin olunmasında və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.  Həmçinin görüşdə Anar Bağırov tələbələrlə peşə təcrübəsini bölüşərək vəkillik institutunun tarixi inkişaf yolu, hüquqi yardımın əlçatanlığının artırılması, regionlarda hüquqi xidmət imkanlarının genişləndirilməsi və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.Diqqətə çatdırılıb ki, Kollegiya tərəfindən həyata keçirilən layihələrin mühüm hissəsi gənclərin hüquqi biliklərinin artırılmasına, onların peşəkar inkişafına və vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. Bildirilib ki, hazırda vəkilliyə qəbul olunan hüquqşünasların əhəmiyyətli hissəsini gənclər təşkil edir və onların fəal iştirakı institutun inkişafına yeni dinamika qazandırır.VK-nın hüquqşünas tələbələrə dəstək göstərən əsas hüquq təsisatlarından biri olduğunu vurğulayan sədr qeyd edib ki, Kollegiyanın təşəbbüsü ilə hər il hüquqi maarifləndirici tədbirlər, seminarlar, intellektual yarışlar və müxtəlif layihələr təşkil olunur. Bununla yanaşı, yüzlərlə tələbənin müxtəlif vəkil qurumlarında təcrübə keçməsi üçün şərait yaradılır və onlar real hüquqi iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə edirlər.Bundan başqa, fərdi təqaüd proqramlarının həyata keçirilməsi, Hüquq fakültələrinin elmi və praktiki layihələrinə dəstək göstərilməsi, tələbə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq hüquq müsabiqələrində iştirak edən tələbələrə maliyyə və təşkilati dəstəyin verilməsi Kollegiyanın gənclərlə bağlı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqətə çatdırılıb.Görüş çərçivəsində VK-nın üzvü, Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov iştirakçılarla öz zəngin peşə təcrübəsini bölüşüb. O, uzun illər davam edən hüquqi təcrübəsi dövründə əldə etdiyi dərin bilik və bacarıqların əhəmiyyətini vurğulayıb.Çıxışında tələbələrə müraciət edən İkram Kərimov peşəkarlığın, dürüstlüyün və ədalət prinsiplərinə sarsılmaz sədaqətin bu sahədə uğurun əsas şərti olduğunu bildirib. O qeyd edib ki, hüquqşünaslıq təkcə bilik tələb edən bir peşə deyil, eyni zamanda yüksək mənəvi məsuliyyət daşıyan bir xidmətdir. İkram Kərimov gənclərə peşəkarlıq, dürüstlük və ədalət prinsiplərinə sadiq qalmağın hüquqşünaslıq fəaliyyətində əsas şərt olduğunu söyləyib, onlara təcrübədən irəli gələn dəyərli tövsiyələr verib.VK-nın Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov isə görüşdə çıxış edərək hüquqşünaslıq peşəsinin cəmiyyətdəki rolundan və əhəmiyyətindən danışıb, vəkillik fəaliyyətinin dərin bilik və peşəkarlıqla yanaşı, yüksək mənəvi məsuliyyət tələb edən bir xidmət olduğunu ifadə edib.O, gənc hüquqşünasları fasiləsiz öyrənməyə, etik dəyərlərə sadiq qalmağa çağırıb, Kollegiyanın gənc kadrların peşəkar inkişafına həmişə dəstək verdiyini bildirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkillik peşəsinin perspektivləri və peşə etikası ilə bağlı fikir mübadiləsi aparılıb.

Yağışda avtomobilin nömrəsini itirən sürücünü nə gözləyir?

Ekspertdən açıqlama: avtomobil nömrəsi itərsə sürücüləri hansı prosedur gözləyir?Yağışlı hava şəraiti, yolların vəziyyəti və ya nömrənin düzgün bərkidilməməsi səbəbindən avtomobillərin dövlət qeydiyyat nişanlarının düşərək itməsi halları son dövrlər daha çox müşahidə olunur. Bir çox sürücünü isə belə vəziyyətdə hansı addımların atılmalı olduğu və yeni nömrənin necə alınacağı maraqlandırır.Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, dövlət qeydiyyat nişanı itdikdə sürücülər müəyyən edilmiş prosedura uyğun hərəkət etməlidirlər.Ekspertin sözlərinə görə, bəzi vətəndaşlar düşünür ki, itmiş nömrənin eynisini yenidən əldə etmək mümkündür. Lakin qanunvericiliyə əsasən, itirilmiş dövlət qeydiyyat nişanının duplikatı verilmir. Bu halda avtomobil sahibi üçün tamamilə yeni qeydiyyat nömrəsi təqdim olunur.Rüfət Əmiraslanov qeyd edib ki, ilk mərhələdə sürücü nömrənin itməsi ilə bağlı aidiyyəti quruma ərizə ilə müraciət etməlidir. Müraciətdən sonra avtomobil üçün yeni dövlət qeydiyyat nişanı rəsmiləşdirilir və əvvəlki nömrə istifadədən çıxarılır.Ekspert bildirib ki, yeni nömrənin alınması üçün dövlət rüsumu da nəzərdə tutulub. Belə ki, dövlət qeydiyyat nişanı üçün 30 manat, qeydiyyat şəhadətnaməsinin yenilənməsi üçün isə əlavə 30 manat dövlət rüsumu ödənilməlidir.Mütəxəssis vurğulayıb ki, sürücülər xüsusilə payız və qış aylarında avtomobil nömrələrinin bərkidilməsinə daha diqqətli yanaşmalıdırlar. Çünki güclü yağış, palçıq, su axını və yol çuxurları nömrələrin yerindən çıxmasına səbəb ola bilər.Ekspertin fikrincə, bəzi hallarda sürücülər nömrənin itdiyini gec fərq edir və bu müddətdə nömrəsiz idarə olunan avtomobil yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Bu səbəbdən avtomobil sahiblərinə mütəmadi olaraq nömrələrin vəziyyətini yoxlamaq tövsiyə olunur.Rüfət Əmiraslanov əlavə edib ki, sürücülər dövlət qeydiyyat nişanını özbaşına hazırlatmağa və ya qeyri-rəsmi üsullarla bərpa etdirməyə çalışmamalıdırlar. Çünki bu, qanunvericiliyə zidd hesab olunur və əlavə hüquqi məsuliyyət yarada bilər.Hazırladı: Turan

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib 

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Vilayət Eyvazovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın xalqların mənafelərinə, bölgədə təhlükəsizliyə xidmət etdiyi qeyd olunub.Qonaq səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanın sürətli inkişafından, ölkədə mövcud sabitlikdən, Bakının dünyanın təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsinə baş çəkərək fəaliyyəti ilə tanış olublar.

Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əvvəlki redaksiyasında verilən 130-cu maddəsinə əsasən, işçinin xahişi ilə həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilirdi. Son dəyişikliklərdən sonra Məcəllənin 125-ci maddəsində qeyd edilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Oxu24.com xəbər verir ki,Əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova yeniliyin təcrübədə tətbiqi və atalıq məzuniyyətinə görə ödənişin hesablanması zamanı yaranan suallara aydınlıq gətirir. Əmək Məcəlləsinin 125-ci maddəsindən də aydın olduğu kimi, 14 təqvim gününün biri mütləq şəkildə uşağın doğuş zamanına təsadüf etməlidir, yəni uşaq doğulduqdan sonra və ya uşağın doğulmasına qədər 14 gün məzuniyyət verilməsi təyin edilməyib.Atalıq məzuniyyətinin hesablanması isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən həyata keçirilir. İşçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı bu qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.Yuxarıda göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən sonuncu bir günlük əməkhaqqından az olduğu halda, sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.Orta əməkhaqqı müəyyən edilərkən Əmək Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeyd edək ki, Əmək Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də məzuniyyətin sonuncu əməkhaqqı ilə müqayisə olunmasıdır. Məcəllənin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Sonuncu əməkhaqqı dedikdə, işçinin məzuniyyətə getdiyi ayda əmək müqaviləsində qeyd edilən maaşı nəzərdə tutulur.İndi isə atalıq məzuniyyətinin hesablanmasına aid nümunəyə baxaq:Misal 1: Tutaq ki, işçi 15 fevral 2026-cı il tarixdən 14 təqvim günü atalıq məzuniyyətindən istifadə edir. Onun əmək müqaviləsində qeyd edilən maaşı 1.500 manatdır və 5 günlük iş rejimi ilə çalışır.Yanvar 2026 - aylıq gəliri 1.700 manat (aylıq iş günü - 19 gün);Dekabr 2025 - aylıq gəliri 1.600 manat (aylıq iş günü - 22 günü).Bu zaman hesablama belə olacaq:(1.700 + 1.600) : (19 + 22) = 3.300 : 41 = 80,49 manat (orta günlük qazanc);80,49 x 10 = 804,9 manat (10 gün 15-28 fevraldakı iş günün sayıdır).Hesablamamıza əsasən, atalıq məzuniyyətinə görə ödənişin məbləği tutulmalarsız 804,9 manat edir.Bu halda işçinin fevral ayı üzrə gəliri 1.554,9 manat təşkil edir:(1.500 : 20) x 10 = 750 manat (işlədiyi günə görə qazancı);750 + 804,9 = 1.554,9 manat.İndi isə fevral ayında işlədiyi halda, işçinin qazancının nə qədər olacağına baxaq:1.500 : 20 = 75 manat (orta günlük qazancı).Nümunəyə baxdıqda görürük ki, işçinin atalıq məzuniyyətində orta günlük qazancı daha üstündür, bu halda hesablanan orta günlük qazancı əsas götürürük. Əgər atalıq məzuniyyətində orta günlük qazanc (işləsəydi) həmin ayda orta günlük qazancdan aşağı olarsa, normal orta günlük qazanc əsas götürüləcək.

Dərzilər nə qədər vergi və sosial ödənişlər etməlidirlər?

Vergi Məcəlləsinin 24.1.6-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Həmin fəaliyyət sahələrindən biri də dərzilikdir.Oxu24.com xəbər verir  ki,maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Jalə Abbasova dərzilərin vergi və sosial ödənişlərlə bağlı öhdəliklərini “vergiler.az”a açıqlayıb. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.Qanunvericiliyin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) dərzi fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləridir. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit məbləğlə müəyyən edilir. Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit 10 manat müəyyən olunub.Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;Misal: Tutaq ki, fiziki şəxs Bakı şəhərində fərdi qaydada dərzi fəaliyyəti ilə məşğuldur. Onun vergi öhdəliyi aşağıdakı kimi hesablanır:10 x 2 (əmsal) = 20 manat.Gədəbəy rayonunda bu məbləğ 5 manat təşkil edir:10 x 0.5 (əmsal) = 5 manat.“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.2 maddəsinə əsasən, dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.Qanunun 14.5.1-2 maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;- Digər şəhər və rayonlarda – 1,0.İcbari tibbi sığorta məbləği isə minimum əməkhaqqının 4%- i məbləğində hesablanır.2026-cı ildə minimum əməkhaqqı 400 manat olduğunu nəzərə alsaq, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən dərzi üçün həmin məbləğlər aşağıdakı kimi hesablanır:Məcburi dövlət sosial sığorta haqqı: (400 x 5%) x 2 (əmsal) = 40 manat;İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat.Qeyd edək ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabat dövrü rübdür.Əgər sabit vergi ödəyicisi kimi fəaliyyət göstərən dərzi muzdlu işçi kimi əmək müqaviləsi bağlayarsa, mükəlləfiyyəti sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi kimi deyil, dövriyyədən və ya könüllü olaraq sadələşdirilmiş vergi və ya gəlir vergisi ödəyicisi kimi davam edəcək.

Hamilə qadınlara işdə bu güzəşt OLACAQ — VACİB AÇIQLAMA

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda, işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. Bəs hamilə qadınlar əlavə iş yerində çalışa bilərlərmi? Bunun üçün hansı şərtlər vacibdir? Oxu24.com-un  suallarını əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova cavablandırır. Əmək qanunvericiliyinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.Əmək Məcəlləsinin 91-si maddəsinin 2-ci hissəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.Hamilə qadınların əsas iş yeri üzrə qısaldılmış iş saatı 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinin 58-ci maddəsinə nəzər salsaq, görərik ki, əvəzçilik üzrə qeyd edilən məhdudiyyətlərdə hamilə qadınlar nəzərdə tutulmayıb. Həmçinin həmin maddədə əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın (Əmək Məcəlləsi 89 maddə) yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.Buradan belə nəticə çıxararaq deyə bilərik ki, həftəlik olaraq hamilə qadınlarda əvəzçilik üzrə iş saatı 20 saatdan, günlük 4 saatdan çox ola bilməz.Misal: Xanım işçi hamilədir, X müəssisədə əvəzçilik üzrə mühasib vəzifəsində çalışır. Bu halda o, həftəlik iş saatı (normanın yarısı) 20 saatdan artıq olmamaqla çalışacaq.Mənbə: Vergiler.az

Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılma və hüquqi nəticələr – Mütəxəssis açıqladı  

Son dövrlərdə əmək münasibətləri ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də işçinin Əmək Məcəlləsinin 70-ci maddəsi əsasında işdən azad olunması və bunun onun gələcək iş imkanlarına təsir edib-etməməsidir. Bəzi hallarda cəmiyyətdə yanlış olaraq belə bir fikir formalaşıb ki, guya bu maddə ilə işdən çıxarılan şəxslərin əmək kitabçasında qeyd aparılır və bu, onların başqa yerdə işə düzəlməsinə mane olur. Lakin hüquqşünaslar bu yanaşmanın hüquqi baxımdan düzgün olmadığını bildirirlər.Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən hüquqşünas Şamil Paşayev qeyd edib ki, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi tam qanuni əsasdır və bu, işçinin gələcəkdə başqa iş yerlərində fəaliyyət göstərməsinə heç bir qadağa yaratmır. Onun sözlərinə görə, əmək müqaviləsinin bu əsasla ləğv edilməsi yalnız konkret iş yerində əmək funksiyalarının lazımi qaydada yerinə yetirilməməsi və ya əmək intizamının pozulması ilə bağlıdır və bu, ümumi əmək hüququndan məhrumetmə anlamına gəlmir.Hüquqşünas bildirir ki, 70-ci maddənin “çoxsaylı əmək vəzifələrinin pozulması” kimi halları nəzərdə tutan bəndi ilə işdən azad edilən şəxs yenidən başqa müəssisələrdə işə qəbul oluna bilər. Yəni belə bir qeydin əmək kitabçasında olması avtomatik olaraq şəxsin əmək bazarından kənarlaşdırılması demək deyil. İşəgötürənlər yalnız namizədin peşə bacarıqları və uyğunluğu əsasında qərar verirlər.Şamil Paşayev əlavə edib ki, əmək münasibətləri zamanı işçinin hüquqları da qanunla qorunur və əgər şəxs işdən çıxarılma qərarının əsassız olduğunu düşünürsə, o, qanunvericiliyə uyğun olaraq bir ay müddətində məhkəməyə müraciət etmək hüququna malikdir. Bu müddət ərzində mübahisə məhkəmə qaydasında araşdırılır və qərarın hüquqi əsaslı olub-olmaması müəyyən edilir.Hüquqşünasın sözlərinə görə, əmək hüququ sahəsində ən vacib məqamlardan biri də düzgün məlumatlandırmadır. Çünki yanlış hüquqi məlumatlar vətəndaşlar arasında əsassız narahatlıqlar yaradır. Bu səbəbdən hər bir işçi öz hüquqlarını bilməli və əmək müqaviləsinə xitam verildiyi halda qanunla müəyyən edilmiş müdafiə mexanizmlərindən istifadə etməlidir.Sonda hüquqşünas qeyd edib ki, əmək münasibətləri qarşılıqlı məsuliyyət və qanun çərçivəsində tənzimlənir və heç bir işçi qanunsuz şəkildə əmək bazarından kənarlaşdırıla bilməz.Jalə

Əlil olan şəxsin pensiyasından bank kredit borcu çıxa BİLƏRMİ?

Vəkil açıqladı: ikinci qrup əlillərin müavinətindən borc tutulması hansı hallarda qanunidir?Bank borcları, icra icraatı və sosial ödənişlərdən tutulmalar son dövrlər ən çox müzakirə olunan hüquqi məsələlərdən biridir. Xüsusilə ikinci qrup əlilliyi olan şəxslərin aldığı müavinətlərdən borc ödənişi məqsədilə vəsaitin tutulub-tutulmaması cəmiyyətdə geniş suallar doğurur.Hüquqşünasların sözlərinə görə, icra icraatı zamanı borclunun rəsmi gəlirləri müəyyən qaydada nəzərə alınır və bu gəlirlərdən tutulmalar qanunvericilik çərçivəsində həyata keçirilə bilər. Lakin burada əsas prinsip vətəndaşın sosial müdafiəsinin təmin olunması və onun minimal yaşayış səviyyəsinin qorunmasıdır.Vəkil Misirə Xəlilzadənin Oxu24.com saytına açıqlamasında bildirib ki, ümumi qaydaya əsasən, icra prosesində vətəndaşın gəlirindən tutulmalar müəyyən faiz həddi daxilində aparılır. Təcrübədə bu hədd adətən 50 faizə qədər tətbiq oluna bilər. Lakin bu, avtomatik və hər halda tətbiq olunan qayda deyil, hər bir işin konkret vəziyyətinə görə qiymətləndirilir.Mütəxəssis vurğulayır ki, ikinci qrup əlillərə dövlət tərəfindən ödənilən sosial müavinətlər də icra prosesində nəzərə alınır. Lakin bu zaman vətəndaşın tam gəlirsiz qalmasına yol verilməməlidir. Yəni qanunvericiliyin əsas məqsədi borcun ödənilməsi ilə yanaşı, şəxsin həyatını davam etdirə bilməsi üçün minimal vəsaitin saxlanılmasıdır.Hüquqşünasların fikrincə, əgər vətəndaşın üzərində bir neçə icra işi varsa, bu halda tutulmaların düzgün koordinasiya olunması xüsusi əhəmiyyət daşıyır. Çünki paralel icra işləri nəticəsində vətəndaşın gəlirinin həddindən artıq hissəsinin tutulması qanun pozuntusu sayılaraq mübahisələndirilə bilər.Ekspertlər qeyd edirlər ki, bəzi hallarda icra orqanları tərəfindən fərqli borclar üzrə paralel tutulmalar tətbiq oluna bilər və bu zaman vətəndaşın sosial vəziyyəti nəzərə alınmalıdır. Əks halda, bu vəziyyət məhkəmə qaydasında araşdırıla və yenidən tənzimlənə bilər.Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, belə hallarda icra məmurundan yazılı arayış və əsaslandırma tələb etsinlər, həmçinin tutulmaların qanunvericiliyə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün hüquqi məsləhət alsınlar.Hazırladı: Turan

Azərbaycanda bu şəxslərə pulsuz torpaq VERİLƏCƏK

Azərbaycanda kimlərə pulsuz bələdiyyə torpaqları verilir?Oxu24.com xəbər verir  ki, bu barədə  “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdrılması qaydaları haqqında” Əsasnamənədə bəhs olunur.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdrılması qaydaları haqqında” Əsasnamənin 13-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.Hazırladı: Nigar

Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan... 

Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək. Oxu24.com xəbər verir  ki,məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi: “Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb”.Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər: “Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq”. E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır: “Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq”.

Sənədsiz ev və vərəsəlik: valideynlər vəfat etdikdən sonra prosedur necə aparılır?  

Valideynlər vəfat etdikdən sonra onların adına heç bir rəsmi sənəd və ya vəsiyyətnamə olmadığı hallarda mirasın rəsmiləşdirilməsi və əmlakın sənədləşdirilməsi müəyyən hüquqi prosedurlar vasitəsilə həyata keçirilir. Hüquqşünasların sözlərinə görə, bu cür vəziyyətlərdə əsas məqsəd mirasın açılması və əmlaka hüquqların müəyyənləşdirilməsidir.Oxu24.com xəbər verir ki,mütəxəssislər bildirirlər ki, ilk addım olaraq vərəsələr notariat orqanına müraciət etməlidirlər. Notariusun vasitəsilə vərəsəlik işinin açılması prosesi başlanır. Bu mərhələdə vərəsələr mərhum şəxsin adına hər hansı daşınmaz əmlakın — ev və ya torpaq sahəsinin — olub-olmaması barədə məlumat təqdim edirlər.Hüquqşünasların izahına görə, əgər əmlaka dair rəsmi sənədlər mövcud deyilsə, notarius aidiyyəti dövlət orqanına — xüsusilə də Əmlak Məsələləri Dövlət Xidməti-nə sorğu göndərir. Bu sorğu əsasında mərhumun adına qeydiyyatda hər hansı torpaq sahəsi və ya ev olub-olmaması dəqiqləşdirilir.Mütəxəssislər qeyd edirlər ki, əgər dövlət reyestrindən müsbət cavab alınarsa, həmin əmlak üzrə vərəsəlik işi rəsmi qaydada davam etdirilir. Bu zaman vərəsələr qanun üzrə və ya vəsiyyət üzrə miras hüququ əldə edirlər və əmlak onların adına rəsmiləşdirilə bilir.Əgər əmlakın sənədləri tam mövcud deyilsə və ya tikili qeyri-rəsmi formada olubsa, bu halda əlavə sübutlar və məhkəmə qaydasında tanınma proseduru tələb oluna bilər. Belə hallarda şahid ifadələri, istifadə faktı və digər sübutlar nəzərə alınır.Hüquqşünasların sözlərinə görə, vərəsəlik prosesində ən vacib mərhələ vaxtında müraciət etmək və hüquqi proseduru düzgün başlamaqdır. Çünki miras işlərinin gecikdirilməsi gələcəkdə sənədləşmə prosesini çətinləşdirə bilər.Mütəxəssislər vurğulayırlar ki, hər bir halda vərəsələr notariat qaydada prosesə başlamaqla hüquqlarını qorumağa nail ola bilərlər və dövlət qeydiyyatı mərhələsi bu işin əsas hüquqi dayağıdır.Nigar

Bu halda işə qayıda bilərsiniz - VƏKİL AÇIQLADI

Müdirə işdən çıxma ərzəsi vermişəm. Ərzəni geri götürə bilərəm?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Şirəli Pirəliyev  bildirib ki,işdən çıxmaqla bağlı ərizə verən şəxs bunu geri götürə bilər."Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinin ləvğ edilməsi barədə əlizə ilə işəgötürənə müraciət etmiş işçi xəbərdarlıq müddəti, yəni bir təqvim ayı  bitənədk, istədiyi vaxt ərizənin geri götürülməsi barədə, ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə ilə işə götürənə müraciət edə bilər. Lakin bu, o şərtlə mümkündür ki, işəgötürən həmin vəzifəyə yaxud peşəyə yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun",-deyə vəkil bildirib.Miri Məcidli

Mülk davası olanlar bu xəbəri oxusun: Bu,hüququnuz da var

Atanın mülkiyyətindən imtina və qeydiyyat: pay hüququ yaranırmı? — hüquqşünas izah edirSon vaxtlar vətəndaşlar arasında miras və ailə mülkiyyəti ilə bağlı suallar, xüsusilə “imtina etdikdən sonra pay hüququ qalırmı?” mövzusu ətrafında ciddi anlaşılmazlıqlar müşahidə olunur. Ən çox müzakirə edilən məsələlərdən biri də şəxsin atanın mülkiyyətində qeydiyyatda olması, lakin sonradan imtina etməsi halında hüquqi statusun necə müəyyənləşməsidir.Oxu24.com xəbər verir  ki,hüquq mütəxəssislərinin açıqlamasına görə, burada əsas məqam terminlərin düzgün başa düşülməsidir. “İmtina” anlayışı hüquqi baxımdan şəxs tərəfindən müəyyən əmlaka və ya miras payına olan hüququndan könüllü şəkildə imtina edilməsi deməkdir. Bu addım atıldıqdan sonra həmin əmlaka dair pay hüququ artıq yaranmır və ya mövcud hüquq itirilmiş sayılır.Mütəxəssislər bildirirlər ki, şəxsin hər hansı bir daşınmaz və ya daşınar əmlakda qeydiyyatda olması avtomatik olaraq mülkiyyət və ya pay hüququ yaratmır. Qeydiyyat yalnız yaşayış və ya istifadə hüququnun müəyyən forması ola bilər, lakin mülkiyyət hüququ ilə eyni hüquqi nəticəni vermir.Hüquqşünasların izahına görə, bir şəxs ata mülkiyyətində və ya ailə üzvünün adına olan əmlakda qeydiyyatda ola bilər, lakin bu, onun həmin əmlakda pay sahibi olması demək deyil. Pay hüququ yalnız mülkiyyətin hüquqi əsaslarla təsdiqləndiyi və ya miras qaydaları ilə müəyyənləşdirildiyi hallarda yaranır.Əgər şəxs mülkiyyət və ya miras hüququndan imtina edibsə, bu halda artıq həmin əmlak üzərində heç bir pay iddiası irəli sürə bilməz. İmtina aktı hüquqi nəticə doğuran bir hərəkət hesab olunur və geri götürülməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla mümkün deyil.Mütəxəssislər əlavə edirlər ki, qeydiyyat hüququ ilə istifadə hüququ da fərqli anlayışlardır. Şəxs müəyyən yaşayış ünvanında qeydiyyatda qala bilər, lakin bu, ona mülkiyyət hüququ vermir. Eyni zamanda, belə hallarda istifadə hüququ mövcud ola bilər, lakin bu hüquq da mülkiyyətçinin qərarı və ya hüquqi əsaslarla məhdudlaşdırıla bilər.Bəzi hallarda, əgər mülkiyyətçi əmlakı istifadə edən şəxsə kompensasiya ödəyirsə və ya mülkiyyət hüququ dəyişdirilirsə, həmin istifadə hüququna da xitam verilə bilər. Bu, mülki hüquq münasibətlərində geniş tətbiq olunan prinsiplərdən biridir.Hüquqşünaslar xüsusi olaraq vurğulayırlar ki, miras və mülkiyyət məsələlərində ən çox rast gəlinən səhv anlayışlardan biri “qeydiyyat = pay hüququ” düşüncəsidir. Halbuki bu iki anlayış tamamilə fərqli hüquqi kateqoriyalardır və bir-birini avtomatik olaraq yaratmır.Nəticə olaraq mütəxəssislər bildirirlər ki, əgər şəxs mülkiyyət və ya miras hüququndan imtina edibsə, onun həmin əmlak üzərində pay iddiası yoxdur. Qeydiyyatda qalmaq isə yalnız yaşayış və istifadə ilə bağlı texniki hüquqi statusdur və mülkiyyət hüququ ilə qarışdırılmamalıdır.Hazırladı:Nigar

Eyni cinayətə görə niyə fərqli cəzalar verilir? – Hüquqi izah  

Məhkəmə praktikasında tez-tez rast gəlinən və cəmiyyətdə müzakirə doğuran məsələlərdən biri eyni maddə üzrə cinayət törətmiş şəxslərə fərqli cəzaların təyin olunmasıdır. İlk baxışda bu, ədalətsiz və anlaşılmaz görünə bilər. Lakin hüquq sistemində cəza mexanizmi təkcə “cinayətin adı” ilə deyil, bir çox fərdi və hüquqi amillərlə müəyyən edilir.Oxu24.com xəbər verir  ki,Cinayət hüququnun əsas prinsiplərindən biri fərdiləşdirilmiş ədalət prinsipidir. Yəni məhkəmə hər bir işi ayrıca qiymətləndirir və təkcə törədilən əmələ deyil, onu törədən şəxsin vəziyyətinə, hadisənin başvermə şəraitinə və nəticələrinə diqqət yetirir. Bu səbəbdən eyni maddə ilə ittiham olunan iki şəxs fərqli cəza ala bilər.Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın təyin olunmasının ümumi əsasları bu yanaşmanı təsdiq edir. Məcəllənin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar, 61-ci maddəsində isə ağırlaşdıran hallar konkret şəkildə göstərilib. Məhkəmə qərar verərkən bu halları mütləq nəzərə alır.Yüngülləşdirici hallara şəxsin ilk dəfə cinayət törətməsi, hadisənin təsadüfi xarakter daşıması, zərərin könüllü şəkildə ödənilməsi, yetkinlik yaşına çatmayan uşaqların himayəsində olması, hamiləlik vəziyyəti, ağır emosional vəziyyət və ya psixoloji təzyiq altında cinayət törədilməsi kimi hallar daxildir. Bu faktorlar cəzanın daha yüngül müəyyən edilməsinə əsas verə bilər.Digər tərəfdən, ağırlaşdırıcı hallar da mövcuddur. Bunlara təkrar cinayət törədilməsi, residiv halları, yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb olunması, xüsusi amansızlıqla törədilən əməllər, milli, irqi və ya dini düşmənçilik motivləri, habelə cinayətin sərxoş vəziyyətdə və ya qrup halında törədilməsi kimi hallar daxildir. Bu vəziyyətlər isə cəzanın ağırlaşmasına səbəb olur.Eyni zamanda məhkəmələr yalnız qanunda birbaşa göstərilən hallarla məhdudlaşmır. Humanizm prinsipi əsasında məhkəmə qanunda açıq göstərilməyən, lakin işin xüsusiyyətlərindən irəli gələn digər halları da yüngülləşdirici faktor kimi qiymətləndirə bilər. Bu isə hüququn elastik və ədalətli tətbiqinə xidmət edir.Cəmiyyətdə bəzən belə bir yanlış təsəvvür formalaşır ki, eyni maddə üzrə eyni cəza verilməlidir. Lakin hüquqi yanaşma göstərir ki, cinayət təkcə “nə edilib” sualı ilə yox, həm də “necə, niyə və hansı şəraitdə edilib” sualı ilə qiymətləndirilir.Məhz bu səbəbdən eyni cinayət maddəsi üzrə iki fərqli şəxsə fərqli cəza verilməsi qanunun pozulması deyil, əksinə, qanunun düzgün və ədalətli tətbiqinin göstəricisi hesab olunur.Şahbaz

Faizə pul vermək cinayətdirmi? – DETALLAR

Son illər cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biri fərdi şəxslərin faiz qarşılığında pul verməsi məsələsidir. Bu mövzu ətrafında yanlış anlaşılmalar və “bu cinayətdirmi?” sualı geniş yayılıb. Hüquqi baxımdan isə məsələ daha konkret və aydındır.Oxu24.com xəbər verir  ki,ilk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, tərəflər arasında borc münasibətləri sərbəst şəkildə tənzimlənə bilər. Yəni iki şəxs razılıq əsasında borc müqaviləsi bağlayırsa, həmin müqavilədə faiz şərtinin olması qanunla qadağan edilmir. Bu, mülki-hüquqi münasibət hesab olunur və cinayət hüququ ilə tənzimlənmir.Başqa sözlə desək, bir şəxs digərinə müəyyən məbləği borc verib qarşılığında əlavə məbləğ – faiz tələb edirsə və bu razılaşma könüllü şəkildə, tərəflərin iradəsi əsasında baş verirsə, bu əməl öz-özlüyündə cinayət tərkibi yaratmır.Lakin burada vacib bir hüquqi ayrıntı var. Faizlə pul vermə fəaliyyəti sistematik xarakter alarsa və şəxs bunu müntəzəm gəlir mənbəyinə çevirərsə, bu zaman artıq vergi qanunvericiliyi işə düşür. Belə hallarda əldə edilən gəlirlər vergiyə cəlb olunur və həmin şəxsin vergi öhdəliyi yaranır. Vergidən yayınma isə qanunvericilikdə inzibati və ya hallardan asılı olaraq cinayət məsuliyyəti yarada bilər.Digər mühüm məqam isə fəaliyyətin miqyası və xarakteridir. Bank və ya kredit təşkilatları kimi fəaliyyət göstərmək üçün xüsusi lisenziya tələb olunur. Əgər bir şəxs geniş miqyasda, sistemli şəkildə kredit verirsə və bu fəaliyyət kommersiya xarakteri daşıyırsa, bu artıq maliyyə bazarı qanunvericiliyi çərçivəsində ayrıca qiymətləndirilir və icazəsiz həyata keçirildikdə hüquqi problemlər yarana bilər.Bununla belə, sadə və fərdi qaydada, iki nəfər arasında razılaşma əsasında verilən faizli borc əməli cinayət sayılmır və hüquq pozuntusu kimi qiymətləndirilməz.Nəticə etibarilə, faizlə pul vermək özü-özlüyündə cinayət deyil, lakin onun həyata keçirilmə forması, miqyası və əldə edilən gəlirin vergiyə cəlb olunması məsələsi hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.Hazırladı: Turan Etibaroğlu

Ali Məhkəmə qərar qəbul edib

Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Oxu24.com  xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub.İş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu şəxslər toxunulmazdır -Ancaq...

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd toxunulmazdırmı?Oxu24.com xəbər verir  ki, Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd toxunulmazdır.Ancaq istisna hal kimi namizəd cinayət başında yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunur.Seçki Məcəlləsinin 70.4-cü maddəsinə görə qeydə alınmış namizəd müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.Hazırladı: Jalə

Məhkəmədə ekspert rəyi ilə razılaşmayanlar nə etməli? – Vəkildən VACİB AÇIQLAMA  

Müasir hüquq sistemində ekspertiza mühüm sübutetmə vasitələrindən biri hesab olunur. Cinayət, mülki, inzibati və digər hüquqi işlər üzrə xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspert rəyi böyük əhəmiyyət daşıyır. Lakin təcrübədə bəzi hallarda ilkin ekspertiza nəticələri tam, obyektiv və əsaslandırılmış hesab edilmir.Bəs belə vəziyyətlərdə qanunvericilik hansı imkanları tanıyır? Oxu24.com-un suallarını cavablandıran vəkil Elvin Əliyev təkrar ekspertizanın hüquqi incəliklərini izah edib.Vəkil bildirib ki, təkrar ekspertiza hüquqi ədalətin təmin olunmasına və iş üzrə düzgün qərarın qəbul edilməsinə xidmət edən xüsusi bir instansiyadır:"Təkrar ekspertiza — əvvəl keçirilmiş ekspertizanın nəticələrinin düzgünlüyünə şübhə yarandıqda və ya ekspert rəyinin kifayət qədər əsaslandırılmadığı müəyyən edildikdə təyin olunan yeni ekspertiza növüdür. Bu ekspertiza əvvəlki ekspertiza ilə eyni məsələləri əhatə etsə də, tamamilə başqa ekspert və ya ekspertlər qrupu tərəfindən həyata keçirilir. Burda əsas məqsəd əvvəlki rəyin doğruluğunu yoxlamaqdır",– deyə E.Əliyev vurğulayıb.Hansı hallarda təkrar ekspertiza təyin edilə bilər?Vəkilin sözlərinə görə, təkrar ekspertizanın keçirilməsi üçün ciddi hüquqi və praktiki əsaslar olmalıdır:-Ekspertin gəldiyi nəticələr iş materialları ilə uyğun gəlmədikdə;-Rəydə elmi cəhətdən sübuta yetirilməmiş və ya köhnəlmiş metodlar yer aldıqda;-Ekspert rəyi aydın olmadıqda və ya ekspertin peşəkarlığı şübhə doğurduqda.Prosedur necə həyata keçirilir?Elvin Əliyev qeyd edib ki, təkrar ekspertizanın keçirilməsi ciddi prosessual qaydalara tabedir:“İlk olaraq müvafiq orqan (məhkəmə, müstəntiq və ya təhqiqatçı) tərəfindən əsaslandırılmış qərar və ya qərardad qəbul edilir. Sənəddə ekspertiza təyin edilməsinin səbəbləri, ekspert qarşısında qoyulan suallar və araşdırılacaq materiallar göstərilir. Obyektivliyin təmin olunması üçün təkrar ekspertiza əvvəlki rəyi vermiş ekspert tərəfindən aparıla bilməz”.Vəkil vətəndaşların tez-tez səhv saldığı bir məqama da toxunub:"Təkrar ekspertizanı əlavə ekspertizadan fərqləndirmək vacibdir. Əlavə ekspertiza ilkin rəy yalnız natamam olduqda və ya yeni suallar yarandıqda keçirilir və eyni ekspert tərəfindən aparıla bilər. Lakin təkrar ekspertiza birbaşa olaraq əvvəlki rəyin düzgünlüyünə şübhə yarandığı üçün təyin olunur”.Yekun qərarı kim verir?Vəkil bildirib ki, yeni ekspert rəyi əvvəlki nəticəni təsdiq edə və ya tamamilə fərqli nəticəyə gələ bilər. Məhkəmə isə hər iki rəyi digər sübutlarla birlikdə qiymətləndirərək yekun qərarını verir.Nəticə etibarilə, təkrar ekspertiza hüquqi dövlət prinsiplərinin qorunması, tərəflərin hüquqlarının müdafiəsi və səhv qərarların qarşısının alınması üçün ən mühüm mexanizmlərdən biridir.Çimnaz Telmanqızı

Hansı müqavilələr mütləq notariusda təsdiqlənməlidir? – HÜQUQİ YARDIM 

Gündəlik həyatda mülki münasibətlərə daxil olarkən bağladığımız müqavilələrin hüquqi taleyi onların formasına düzgün əməl edilməsindən asılıdır. Bəzi müqavilələrin notarial qaydada təsdiqi qanunla məcburi olduğu halda, digərləri üçün bu, sadəcə tərəflərin istəyinə bağlıdır.Bəs, hansı hallarda notarius yolu keçilməzdir? Hansı müqavilələr təsdiq olunmasa belə, hüquqi qüvvəyə malikdir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən  vəkil Elnur Məmmədov vətəndaşların hüquqi risklərdən qorunması üçün mühüm məqamlara aydınlıq gətirib.Vəkil bildirib ki, qanunvericiliyin birbaşa tələbi ilə bəzi əqdlərin notarial qaydada bağlanması məcburidir. Əgər bu qayda pozularsa, həmin müqavilə etibarsız (hüquqi qüvvəsi olmayan) hesab edilir:“Mənzil, fərdi yaşayış evi, bağ evi və torpaq sahələrinin satışı mütləq notariusda rəsmiləşdirilməlidir. Daşınmaz əmlakın hədiyyə edilməsi zamanı notarial təsdiq mütləqdir.Əmlakın girov qoyulması ilə bağlı öhdəliklər dövlət qeydiyyatına alınmazdan əvvəl notarius tərəfindən təsdiqlənməlidir. Ailə qurarkən və ya nikah dövründə tərəflərin əmlak bölgüsünü müəyyən edən müqavilə yalnız notarial formada bağlandıqda qüvvədə olur.Məhdud Məsuliyyətli Cəmiyyətlərdə (MMC) payın satışı və ya hər hansı formada özgəninkiləşdirilməsi ilə bağlı bağlanan bütün korporativ əqdlər mütləq qaydada notarius tərəfindən təsdiq edilməlidir.Daşınmaz əmlak üzərində qurulan bəzi xüsusi icarə münasibətləri və əmlakdan istifadə hüququnu nəzərdə tutan müqavilələr də qanunvericiliyin tələbinə əsasən notarial qaydada rəsmiləşdirilməlidir”.Notarial Təsdiq Tələb Olunmayan (lakin mümkün olan) müqavilələrE.Məmmədov qeyd edib ki, bir çox gündəlik müqavilələrin kağız üzərində, tərəflərin imzası ilə (sadə yazılı formada) bağlanması kifayətdir: 1. Xidmət və podrat müqavilələri; 2. Sadə alqı-satqı müqavilələri (daşınar əşyalar üzrə); 3. Borc müqavilələri.Vəkilin sözlərinə görə, bu müqavilələr notarial qaydada təsdiq edilməsə belə, imzalandığı andan hüquqi qüvvəyə malikdir. Hətta qanun bəzi hallarda şifahi formaya da icazə verir. Məsələn, 3000 manata qədər olan borc müqavilələri və tapşırıq müqavilələri şifahi razılaşma ilə də bağlana bilər.Niyə notarius? – Üstünlüklər nələrdir?Məcburi olmasa belə, müqaviləni notarial qaydada rəsmiləşdirməyin böyük üstünlükləri var. Vəkil Elnur Məmmədov bu üstünlükləri belə sıralayıb:“Notarial təsdiqin əsas üstünlüyü odur ki, gələcəkdə müqavilə şərtləri yerinə yetirilmədikdə və ya tərəflər arasında anlaşılmazlıq yarandıqda, həmin sənədi mübahisələndirmək və icra etmək qat-qat asan olur. Notarius tərəflərin iradəsinin sərbəstliyini, şəxsiyyətini və müqavilənin qanunauyğunluğunu yoxladığı üçün sənəd təkzibolunmaz sübut xarakteri daşıyır”.Vətəndaşlara tövsiyə olunur ki, böyük məbləğli öhdəliklər və gələcəkdə risk yarada biləcək hər hansı razılaşma zamanı sadə yazılı formadan deyil, peşəkar hüquqi dəstək və notarial təsdiqdən istifadə etsinlər.Çimnaz Telmanqızı

Paylı mülkiyyətdə torpaq satışında notariusun imtinası qanunidirmi? – Hüquqşünas açıqladı  

Azərbaycanda paylı mülkiyyətdə olan torpaq sahələrinin satışı zamanı vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri də bəzi hallarda notariusların alqı-satqı müqaviləsini təsdiqləməkdən imtina etməsidir. Xüsusilə torpaq bir neçə şəxsin birgə mülkiyyətində olduqda və payçılardan biri və ya bir neçəsi öz payını satmaq istədikdə, “əvvəl naturada bölgü aparılmalıdır” arqumenti ilə prosesin dayandırılması ciddi narazılıq yaradır.Mövzu ilə bağlı hüquqşünas İlham Mehrəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, qüvvədə olan qanunvericilik paylı mülkiyyətdə olan əmlakın satışı üçün hər zaman real bölgünü zəruri tələb kimi müəyyən etmir.Hüquqşünas qeyd edib ki, paylı mülkiyyət anlayışı bir neçə şəxsin eyni əmlak üzərində müəyyən hüquqi paylara sahib olması deməkdir və bu payların hər biri ayrıca hüquqi dövriyyə obyekti hesab olunur:“Əgər torpaq sahəsi 4 nəfərin paylı mülkiyyətindədirsə və onlardan 2 nəfər öz payını satmaq istəyirsə, bu zaman ilk növbədə digər payçıların üstün alqı hüququ təmin edilməlidir. Yəni qanuna uyğun olaraq həmin şəxslərə yazılı şəkildə təklif verilməlidir. Əgər onlar bu hüquqdan istifadə etmirlərsə və satışa etiraz etmirlərsə, artıq payın üçüncü şəxsə satışı mümkündür”.İlham Mehrəliyev bildirib ki, praktiki olaraq bir çox notariuslar belə hallarda naturada bölgü tələb etsələr də, bu yanaşma bütün hallarda hüquqi əsas daşımır:“Burada çox vacib bir məqam var. Söhbət konkret ayrılmış torpaq sahəsinin satışından yox, pay hüququnun satılmasından gedir. Pay hüququ isə ayrıca əmlak hüququ hesab olunur və onun özgəninkiləşdirilməsi üçün mütləq şəkildə torpağın fiziki bölgüsü tələb edilmir”.Hüquqşünasın sözlərinə görə, naturada bölgü yalnız müəyyən hallarda həyata keçirilir:“Əmlakın naturada bölünməsi əsasən tərəflər arasında mübahisə olduqda və ya hər kəsin konkret hissəsinin ayrıca sərhədlərlə müəyyən olunması istənildikdə tətbiq olunur. Əgər mübahisə yoxdursa, bütün prosedurlar qanuna uyğun icra olunubsa və alıcı da mövcud payı almağa razıdırsa, notariusun “gedin əvvəl bölgü aparın” tələbi hüquqi baxımdan mübahisəli görünür”.O bildirib ki, bəzi hallarda notariuslar gələcəkdə yarana biləcək riskləri əsas gətirərək bu cür ehtiyatlı mövqe nümayiş etdirirlər. Lakin hüquqi baxımdan əsas məsələ qanunun tələblərinin yerinə yetirilib-yetirilməməsidir:“Əgər digər payçılara bildiriş göndərilibsə, onların üstün hüququ təmin olunubsa və alqı-satqı qanunvericiliyin tələblərinə uyğundursa, notariusun əlavə şərt irəli sürməsi qanunla nəzərdə tutulmur. Çünki Mülki Məcəllə pay sahibinə öz payı üzərində sərəncam vermək hüququ tanıyır”.Hüquqşünas əlavə edib ki, belə hallarda vətəndaşların hüquqları məhdudlaşdırıla bilməz:“Mülkiyyət hüququ Konstitusiya ilə qorunan əsas hüquqlardan biridir. Şəxs öz payını satmaq, bağışlamaq və ya başqa formada özgəninkiləşdirmək hüququna malikdir. Bu hüququn əsassız şəkildə məhdudlaşdırılması qanuni hesab edilə bilməz”.İlham Mehrəliyev bildirib ki, notariusun imtinası ilə razılaşmayan şəxslər məsələni hüquqi qaydada mübahisələndirə bilərlər:“Əgər notarius müqaviləni təsdiqləməkdən imtina edirsə, həmin imtinanın yazılı əsaslandırılması tələb olunmalıdır. Bundan sonra vətəndaş Ədliyyə Nazirliyinə şikayət edə və ya məhkəmə qaydasında öz hüququnu müdafiə edə bilər”.Hüquqşünas sonda vətəndaşlara tövsiyə edib ki, paylı mülkiyyətlə bağlı alqı-satqı əməliyyatlarına başlamazdan əvvəl hüquqi məsləhət alsınlar və bütün bildiriş prosedurlarını rəsmi qaydada həyata keçirsinlər. Bu, gələcəkdə yarana biləcək hüquqi problemlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.Hazırladı: Turan Etibaroğlu

İstifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası necə hesablanır? 

İllərlə işləyib istifadə edilməmiş məzuniyyət günlərinin toplanması bir çox işçinin rastlaşdığı real əmək hüququ məsələsidir. Bəzən işçi fərqinə varır ki, müxtəlif illərdən böyük miqdarda məzuniyyət günləri yığılıb və əmək müqaviləsinə xitam verilərkən bu günlərin taleyi əsas sual olaraq ortaya çıxır: həmin günlərin kompensasiyası necə ödənilir və vergi baxımından necə rəsmiləşdirilir?Oxu24.com xəbər verir  ki,Əmək qanunvericiliyinə əsasən, istifadə edilməmiş məzuniyyət günləri işçinin itirilən hüququ deyil. Əksinə, bu günlər pul şəklində tam şəkildə kompensasiya olunmalıdır. Yəni işçi istər öz ərizəsi ilə, istərsə də işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildikdə, toplanmış məzuniyyət günlərinin dəyəri hesablanaraq ona ödənilir.Praktikada tez-tez belə bir vəziyyət yaranır: işçinin müxtəlif illər üzrə, məsələn 2022, 2023 və 2024-cü illərdən hər birindən 30 gün istifadə olunmamış məzuniyyəti qalır. Bu zaman ümumi 90 gün kompensasiya hesablanmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, bu məbləğin necə hesablanması vergi yükünə birbaşa təsir edir.Qanunvericilik bu məsələdə çox aydın yanaşma müəyyən edir. İstifadə edilməmiş məzuniyyət kompensasiyası işçinin aylıq əmək haqqına əlavə edilərək şişirdilmiş bir gəlir kimi hesablanmamalıdır. Əksinə, bu ödəniş ayrıca kompensasiya kimi rəsmiləşdirilir. Bu yanaşma işçinin süni şəkildə yüksək vergi dərəcəsinə düşməsinin qarşısını alır və maliyyə yükünü balanslaşdırır.Vergi Məcəlləsinin müvafiq müddəaları, xüsusilə 102-ci maddə çərçivəsində nəzərdə tutulan güzəştlər bu kompensasiyalara da tətbiq olunur. Əsas prinsip ondan ibarətdir ki, hər il üzrə məzuniyyət kompensasiyası ayrıca hesablanır və həmin ilin vergi qaydalarına uyğun şəkildə rəsmiləşdirilir. Bu da işçinin hüquqlarının qorunmasını təmin edir və ədalətli vergi tətbiqinə imkan yaradır.Digər mühüm məqam əlavə məzuniyyət günləri ilə bağlıdır. İşin xarakterinə, əmək şəraitinə və ya staja görə verilən əlavə məzuniyyət günləri də əsas məzuniyyət kimi tam şəkildə kompensasiya olunur. Bu günlər üçün hər hansı fərqli və ya azaldılmış hesablama mexanizmi tətbiq edilmir. Əmək Məcəlləsinin 115, 117 və 118-ci maddələri bu hüququ təsdiqləyir.Beləliklə, istər əsas, istərsə də əlavə məzuniyyət günləri olsun, işçi bu hüquqlarını itirmir və əmək münasibətləri bitdikdə onların maddi ekvivalentini almaq hüququna malikdir.Qeyd etmək lazımdır ki, bütün bu qaydalar əmək müqaviləsinə xitam verildiyi andan etibarən tam şəkildə tətbiq olunur və kompensasiya məcburi ödəniş hesab olunur.Nəticə olaraq, istifadə edilməmiş məzuniyyət günləri “yanan” hüquq deyil, əksinə, qanunla qorunan maliyyə təminatıdır. İşçi öz hüquqlarını bilməli və bu kompensasiyanın düzgün hesablanmasına diqqət etməlidir.Hazırladı: Şahbaz

Test imtahanında 315 nəfər uğur qazanıb

Vəkillər Kollegiyası (VK) Dövlət İmtahan Mərkəzi ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanında 315 nəfər uğur qazanıb.Oxu24.com xəbər verir ki, uğur qazanan namizədlərdən biri Naxçıvan Muxtar Respublikasının VK-sına sənəd verən şəxsdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 540 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.Namizədlərin 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. İştirakçıların 6,7 faizi xarici, 93,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0,4 faizini təşkil edir.Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Metroda "yayxanaraq" oturanlar neçə gün həbs OLUNACAQ?  —  MÜZAKİRƏ

Metroda oturuş qaydasına görə cərimə və həbs? – Sosioloqdan ETİRAZSon günlər ictimai nəqliyyatda sərnişinlərin davranışları, xüsusilə də "yayxanaraq" oturanların İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" maddəsi ilə cərimələnməsi və ya 15 günədək həbs olunması təklifi cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev öz mövqeyini bildirib.Sosioloq Oxu24.com-a açıqlamasında qeyd edir ki, insanların davranış normaları ilə bağlı bu ayrılan diqqət, yəni bunun xüsusi bir tənzimləmə qaydalarının müəyyənləşdirilməsi əlbəttə ki, yaxşıdır. Lakin o, vurğulayır ki, həddən artıq kütləvi qaydada cərimələr tətbiq etmək və insanların həyatına görə onları cəzalandırmaq məsələsi böyük bir polemika mövzusudur.İnzibati Xətalar Məcəlləsinə müxtəlif cərimələrin əlavə edildiyini deyən müsahibimiz bildirir ki, bu cərimələrin sırasına baxsaq, belə görünür ki, insan təsadüfən hansısa bir hərəkət eləsə, hətta özünü pis hiss edib davranışını itirdiyi bir təqdirdə belə, obyektiv və subyektiv səbəbdən bu şərtlərlə cəzalandırıla bilər. Naib Niftəliyev əlavə edir ki, hər şeyi inzibati xəta kimi qiymətləndirmək və ya insanların avtobusda, yaxud hansısa məkanda necə davranacağını müzakirə mövzusuna çevirib cərimələr fikirləşmək absurddur.Sosioloq həmçinin qeyd edir ki, elə hərəkətlər var ki, bəli, hansısa insana toxunma və ya qeyri-etik rəftar xuliqanlıq və hətta cinayət məsuliyyəti yaradan bir fakt kimi qiymətləndirilə bilər. Lakin o, ictimai nəqliyyatda davranışın bu qədər diqqət mərkəzinə gətirilməsinin fonunda digər problemlərin həll olunmalı olduğunu vurğulayır. Məsələn, nəqliyyat sıxlığının artırılması və tıxacların aradan qaldırılmasının etik davranışı daha çox tənzimləyə biləcək addımlar olduğunu qeyd edir.Müsahibimiz bildirir ki, etika o zaman pozulur ki, insanlar nəyin bahasına olursa olsun mənzil başına çatmağa çalışırlar:“Belə məqamlarda bir çox insanlar üçün etika, sosial məsafənin gözlənilməsi və ya yad insana toxunmamaq tələbi arxa plana keçir”.O əlavə edir ki, bu şərtlər daxilində istənilən adamı rahat bir şəkildə cərimələmək olar, amma bu təsbitin özü bir yanlışdır. Çünki öncə adekvat şərait formalaşdırılmalı, sonra qayda pozuntusu qeydə alınmalıdır.Naib Niftəliyev vurğulayır ki, indiyə qədər metroda və ictimai yerlərdə əksəriyyətin etikadan kənar və qeyri-ciddi bir davranışını görməyib. Təbii ki, müəyyən münaqişələrin olduğunu deyən sosioloq, bütün bunları cərimə üçün səbəbə çevirməyin yanlış yanaşma olduğunu bildirir. Hətta o, bir ifadə işlədərək qeyd edir ki, bu gedişlə Milli Məclis sonunda "cərimələr məclisinə" çevriləcək.İnsanları cərimə etməklə tərbiyələndirməyin və ya etika formalaşdırmağın mümkün olmadığını deyən müsahibimiz əlavə edir ki, bu cür yanaşma Azərbaycan cəmiyyətində daxili inamsızlığı və "yuxarıdan aşağı" münasibətin göstəricisidir. O, sual edir: "Siz kimsiniz ki, insanların necə oturuşunu, necə duruşunu müəyyən edirsiniz?" Metrodan və avtobusdan istifadə etməyənlərin bu cür qərarlar qəbul etməsini qeyri-ciddi və qeyri-real bir münasibət kimi qiymətləndirir.Sosioloq sonda vurğulayır ki, insan davranışına bu dərəcədə kobud müdaxilə ciddi yanlışlıqdır və bu cərimələrin sonu yəqin ki, həmin qərarları verənlərin özlərinə qarşı tətbiq olunacaq. O, qeyd edir ki, kim nə yaradırsa, onun da nəticəsini yaşayacaq; nə zamansa bu qərarı qəbul edən şəxslər avtobusda çətinlik çəkəndə və ya nəfəs darlığı yaşayıb sərbəst davrananda həmin maddələr onların özlərinə tətbiq olunacaq. Naib Niftəliyev buna inandığını deyərək fikrini tamamlayıb.Çimnaz Telmanqızı

Uşaqlar aptekdən dərman ala bilərmi? - VƏKİLLƏ MÜZAKİRƏ

Uşaqlara dərman satışı ilə bağlı qanunvericilikdə boşluq – vəkil açıqladıAzərbaycan Respublikasında uşaqlara dərman satışı ilə bağlı mövcud hüquqi tənzimləmə cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biridir. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Elvin Səfərov bildirib ki, hazırkı qanunvericilik bu sahədə müəyyən məhdudiyyətlər qoysa da, eyni zamanda bəzi boşluqları da özündə ehtiva edir.Vəkilin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, reseptli dərman vasitələrinin satışı ilə bağlı konkret qaydalar mövcuddur:“Qanunvericiliyə görə yalnız 14 yaşına çatmış şəxslər resept əsasında dərman vasitələrini apteklərdən əldə edə bilərlər. Bu o deməkdir ki, 14 yaşdan aşağı uşaqlara reseptli dərmanların satılması qadağandır. Əgər aptek bu qaydanı pozarsa, həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunur və 150 manatdan 250 manatadək cərimə ilə üzləşə bilər.”Elvin Səfərov qeyd edib ki, bu norma əsasən uşaqların sağlamlığının qorunmasına və dərmanların nəzarətsiz istifadəsinin qarşısının alınmasına xidmət edir. Lakin problem yalnız reseptli dərmanlarla məhdudlaşmır.“Qanunvericilikdə reseptsiz satılan dərman vasitələri ilə bağlı konkret yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Bu isə praktikada o deməkdir ki, istənilən aptek reseptsiz dərmanları azyaşlılara sata bilər. Hüquqi baxımdan bu, qadağan olunmur və məsuliyyət doğurmur.”Vəkilin fikrincə, məhz bu məqam ciddi narahatlıq doğurur və gələcəkdə hüquqi tənzimləməyə ehtiyac yaradır:“Reseptsiz dərmanların belə nəzarətsiz şəkildə uşaqlara satılması onların sağlamlığı üçün risklər yarada bilər. Çünki azyaşlılar dərmanların təsiri, dozası və yan təsirləri barədə kifayət qədər məlumatlı olmaya bilər. Bu baxımdan, qanunvericilikdə müəyyən yaş məhdudiyyətlərinin tətbiqi və ya əlavə nəzarət mexanizmlərinin yaradılması məqsədəuyğun olardı.”Sonda vəkil vurğulayıb ki, valideynlər də bu məsələdə diqqətli olmalı, uşaqların dərman vasitələrinə nəzarətsiz çıxışına yol verməməlidirlər:“Qanun müəyyən çərçivələr yaradır, lakin praktiki təhlükəsizliyin təmin olunmasında valideyn məsuliyyəti də mühüm rol oynayır. Uşaqların sağlamlığı ilə bağlı məsələlərdə hər kəs daha həssas yanaşmalıdır.”Hazırladı: Turan Etibaroğlu

Uşağa görə bu ailələr  ayda 140 manat ala bilər — QAYDASI  

Məlum olduğu kimi,Azərbaycanda aztəminatlı ailələrə bir neçə dövlət dəstəyi proqramı mövcuddur.Onlardan biri də 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət verilməsi proqramıdır.Bəs müavinət hansı halda təyin olunur?Oxu24.com xəbər verir  ki, ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda bu müavinət verilir.Müavinətin məbləği 140 manat təşkil edir. Sözügedən ödəniş  uşağın bir yaşı tamam olan ayın sonunadək verilir.Bu məbləği Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala bilər.Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.Tələb olunan sənədlərin siyahısıHal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir: Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; Uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti.Qeyd edək ki,sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.Hazırladı: Jalə

Ali Məhkəmə qərar qəbul edib

Ali Məhkəmənin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Məhkəmədən Oxu24.com-a verilən məlumata görə, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib, 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib: "İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul ediblər. Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin ediblər. Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb".Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarə olunması və maliyyə resurslarının idarə edilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır: "Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun. Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir. Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib".

Bu halda da aliment alına bilər   —  Hüquqşünas AÇIQLADI

Boşanma prosesi uzandıqda uşağın aliment hüququ necə qorunur?Boşanma ilə bağlı məhkəmə çəkişmələri zamanı ən həssas və prioritet məsələ azyaşlı uşaqların hüquqlarının qorunmasıdır. Praktikada tez-tez rast gəlinən hallardan biri də odur ki, tərəflər boşanma iddiası qaldırsalar da, proses müxtəlif səbəblərdən uzanır və bu müddətdə uşağın maddi təminatı ilə bağlı boşluq yaranır. Mütəxəssislər isə bildirir ki, qanunvericilik belə hallarda uşağın hüquqlarının pozulmaması üçün xüsusi mexanizmlər təqdim edir.Oxu24.com-a açıqlamasında hüquqşünas  Hadı Hüseynov qeyd edib ki, boşanma prosesi bəzi hallarda 3 aydan başlayaraq 5-6 aya, hətta daha uzun müddətə qədər davam edə bilər. Bu isə o deməkdir ki, uşağın gündəlik tələbatı – qida, geyim, təhsil, tibbi xidmət və digər zəruri ehtiyaclar bu müddət ərzində fasiləsiz şəkildə təmin olunmalıdır.Onun  sözlərinə görə, valideynlər çox zaman yalnız boşanma iddiası qaldırmaqla kifayətlənir və aliment məsələsini yekun qərara saxlayırlar. Halbuki bu, düzgün yanaşma deyil. Belə hallarda məhkəməyə əlavə ərizə təqdim olunmalı və müvəqqəti təminat tədbiri çərçivəsində alimentin təyin edilməsi tələb edilməlidir.Bu hüquqi mexanizm sayəsində məhkəmə yekun qərar qəbul edənədək uşağın maddi təminatı üçün müvəqqəti qaydada aliment müəyyən edir. Beləliklə, boşanma prosesi davam etdiyi müddətdə belə uşaq maliyyə baxımından təminatsız qalmır və onun hüquqları qorunur.Mütəxəssis vurğulayır ki, bu cür müraciətlər məhkəmə tərəfindən operativ qaydada baxılır və qısa müddət ərzində qərar verilə bilər. Bu da uşağın uzun müddət maddi çətinliklərlə üzləşməsinin qarşısını alır.Eyni zamanda hüquqşünas bildirir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın ehtiyacları və digər sosial amillər nəzərə alınır. Bəzi hallarda bu məbləğ sabit pul şəklində, bəzi hallarda isə valideynin gəlirinə uyğun faizlə müəyyən edilə bilər.Digər mühüm məqam isə ondan ibarətdir ki, boşanma prosesi davam edərkən tərəflər arasında əlavə mübahisələr – məsələn, uşağın kimdə qalması, görüş hüquqları və s. – də yaranır. Bu kimi hallarda da məhkəmə uşağın maraqlarını əsas götürərək qərar verir.Hüquqşünas Hadı Hüseynov valideyn məsuliyyətinə xüsusi diqqət çəkərək qeyd edir ki, qanun yalnız hüquqi çərçivə yaradır, lakin uşağın rifahı ilk növbədə valideynlərin vicdan və məsuliyyət hissindən asılıdır:“Valideynlər unutmamalıdır ki, uşaq tərəf deyil, tərəflərin ortaq məsuliyyətidir. Ona görə də çalışmaq lazımdır ki, kiminsə vasitəsilə deyil, birbaşa özləri övladlarına sahib çıxsınlar.”Hüquqşünas əlavə edir ki, bəzi valideynlər aliment məsələsini şəxsi münasibətlərin alətinə çevirir, bu isə yolverilməzdir. Çünki aliment valideynlər arasında deyil, birbaşa uşağın hüququ kimi nəzərdə tutulur və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz.Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, uşağın maraqları bütün digər məsələlərdən üstün tutulur və məhkəmələr də qərar qəbul edərkən məhz bu prinsipi əsas götürür.Sonda mütəxəssislər valideynlərə tövsiyə edir ki, boşanma prosesində emosiyalara qapılmadan, hüquqi imkanlardan düzgün istifadə etsinlər və ən əsası, uşağın maddi və mənəvi rifahını hər şeydən üstün tutsunlar. Çünki sağlam gələcək məhz bu gün verilən düzgün qərarlardan başlayır.Hazırladı: Turan

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu fəaliyyətə başlayır – Yeni konsepsiya nələri dəyişəcək?  

Ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-un sorğusuna cavab olaraq  verilən məlumata görə, bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.Konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır. Bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.Özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində dövlət məhkəmə ekspertiza idarələrinin iş yükünün nisbətən azalması və beləliklə, məhkəmə ekspertizalarının aparılmasının prosessual müddətlərinə tam riayət olunması təmin oluna bilər.Ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsinin genişlənməsi, məhkəmə ekspertizası xidmətlərinə əlçatanlığın artması və rəqabətli mühit şəraitində məhkəmə ekspertizası sahəsinin daha da inkişaf etməsi əsas hədəflərdəndir.Çimnaz Telmanqızı

20 balı keçən sürücü nə etməlidir? – HÜQUQİ RƏY

Qanunvericiliyə əsasən, sürücünün cərimə balları 20 balı keçdikdə onun sürücülük hüququnun məhdudlaşdırılması tətbiq olunur. Bu halda sürücü müəyyən müddət – adətən 6 ay – nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilir.Mütəxəssislər bildirir ki, ən vacib məqam sürücülük vəsiqəsinin təqdim edilməsidir. Sürücü mütləq Dövlət Yol Polisi orqanına müraciət edərək sürücülük vəsiqəsini təhvil verməlidir. Çünki məhdudiyyət müddətinin hesablanması məhz vəsiqə təqdim olunduğu tarixdən başlayır.Əgər şəxs sürücülük vəsiqəsini özündə saxlayarsa, həmin müddət faktiki olaraq “işləməyəcək”, yəni 6 ay keçmiş hesab olunmayacaq. Bu isə məhdudiyyətin uzanmasına səbəb olur.Ona görə də, əgər qərarla razısınızsa və məsələ mübahisəli deyilsə, vaxt itirmədən vəsiqəni təqdim etmək tövsiyə olunur. Müddət tamam olduqdan sonra sürücülük hüququ avtomatik olaraq bərpa edilir.Bu qaydalar qüvvədə olan qanunvericiliyə əsaslanır və sürücülər tərəfindən mütləq nəzərə alınmalıdır.Nigar

1983-cü il “orderli” ev niyə özəlləşdirilmir? – Hüquqi izah  

Bu tip hallarda əsas məsələ mənzilin hansı əsasla verilməsidir. Qanunvericiliyə görə daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun müvafiq maddələrində göstərilir ki, bəzi hallarda mənzillər “order” əsasında özəlləşdirilə bilər.Lakin burada çox vacib fərq var:əgər mənzil xidməti order əsasında verilibsə, bu zaman həmin ev dövlət mülkiyyətində qalır və özəlləşdirilməsi mümkün olmur. Çünki xidməti mənzillər yalnız müvəqqəti istifadə üçün verilir.Əgər order adi (yəni qeyri-xidməti) orderdirsə, bu halda vətəndaşın həmin mənzili özəlləşdirmək hüququ yarana bilər. Belə vəziyyətdə imtina olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər.Mütəxəssislər bildirir ki, iddianın uğurlu olması üçün əlavə bir mühüm detal da var:əgər həmin binada digər mənzillər eyni əsaslarla artıq özəlləşdirilibsə, bu, məhkəmədə güclü arqument sayılır. Bu halda qonşulardan birinin çıxarışının surətini təqdim edib “bərabərlik prinsipi”nə əsaslanmaq mümkündür.Nəticə olaraq:Xidməti orderdirsə → özəlləşdirmə mümkün deyilAdi orderdirsə → məhkəmə yolu ilə hüququ tələb etmək olarBu kimi hallarda sənədlərin dəqiqləşdirilməsi və hüquqi qiymətləndirilməsi üçün peşəkar hüquqşünasa müraciət etmək tövsiyə olunur.Nigar

Cəriməsi olan sürücülərə vacib xəbər: Sürücülük vəsiqəsi...

Cəriməni ödəməyən sürücülərin vəsiqəsi əlindən alına bilər? Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün hansı hüquqi riskləri yaradır? Sürücülük hüququnun məhdudlaşdırılması bu prosesin bir parçasıdırmı?Mövzu ilə bağlı Oxu24.com-un suallarını tanınmış hüquqşünas  Ellada Bayramova cavablandırıb.Hüquqşünas  bildirib ki, Azərbaycan qanunvericiliyində "cərimə ödənilmədisə, vəsiqə dərhal dondurulur" kimi avtomatik bir qayda yoxdur. Lakin proses müəyyən mərhələdən sonra icra orqanlarına keçdikdə vəziyyət dəyişir:“Azərbaycan qanunvericiliyinə əsasən, cərimə ödənilmədikdə məsələ avtomatik olaraq icra prosesinə keçir. Lakin burada kritik məqam odur ki, qanun birbaşa olaraq sürücülük hüququnun məhdudlaşdırılmasını nəzərdə tutmur. Bu hüquq şəxsin həm də əmək fəaliyyətinin bir hissəsi olduğu üçün onun məhdudlaşdırılması yalnız ciddi əsaslara söykənməlidir”.İcra mərhələsində hansı sanksiyalar tətbiq olunur?Ellada Bayramova qeyd edib ki, cərimə ödənilmədikdə dövlətin sanksiya alətləri genişlənir. İcra mərhələsində borcluya qarşı aşağıdakı tədbirlər görülə bilər:-Bank hesablarına həbs qoyulması;-Əmlaka yönəlik tədbirlər;-Ölkədən çıxışın məhdudlaşdırılması;-Məhkəmə qərarı əsasında əlavə hüquqların məhdudlaşdırılması.Hüquqşünas vurğulayıb ki, beynəlxalq hüquqda proporsionallıq (mütənasiblik) prinsipi əsas götürülür. Maliyyə borcuna görə şəxsin hərəkət və ya işləmək hüququnun (sürücülük vəsiqəsinin) tam məhdudlaşdırılması bəzən ədalətsizliyə səbəb olur:“ABŞ təcrübəsinə əsasən, vəsiqənin dayandırılması sürücünün işləyib borcunu ödəməsinə mane olduğu üçün bir çox ştatda bu praktikadan imtina edilir. Skandinaviya modelinə görə, İsveçdə cərimələr şəxsin gəlirinə uyğun tənzimlənir, bu da ödəniş qabiliyyətini artırır”.Ellada Bayramova hesab edir ki, cərimə borcuna görə sürücülük hüququnun məhdudlaşdırılması yalnız istisna hal kimi tətbiq olunmalıdır:“Mənim hüquqi mövqeyim ondan ibarətdir ki, bu məhdudiyyət yalnız çox ciddi əsaslandırma ilə tətbiq olunmalıdır. Əks halda, bu, sosial ədalətsizliyə gətirib çıxara bilər. Hüquqi sistemin yetkinliyi onun yalnız sanksiya tətbiq etməsi ilə deyil, ədaləti necə təmin etməsi ilə ölçülür”.Nəticə olaraq: Azərbaycanda cəriməni ödəməyən sürücünün vəsiqəsinin birbaşa məhdudlaşdırılması qanunda norma kimi yoxdur, lakin icra mərhələsində dolayısı yollarla bu risk yarana bilər. Sürücülərə cərimələrini vaxtında ödəmək və məsələnin icra orqanlarına (və məhkəməyə) qədər uzanmasına yol verməmək tövsiyə olunur.Çimnaz Telmanqızı

Konstitusiya Məhkəməsi qərar qəbul edib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Oxu24.com  xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 60-cı maddələri baxımından Cinayət-Prosessual Məcəllənin 148.6-cı və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Əcnəbilərə Azərbaycanda torpaq niyə satılmır?

Oxu24.com oxuculara hüquqi maarifləndirmə layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu əcnəbi vətəndaşların Azərbaycanda torpaq sahəsi alması məsələsi ilə bağlıdır.Əcnəbi şəxs Azərbaycanda torpaq sahəsi satın ala bilərmi?Oxu24.com xəbər verir  ki, qanunla əcnəbi şəxslərin Azərbaycanda torpaq sahəsi almasına icazə verilmir. Torpaq sahəsi həmin şəxslərə yalnız icarə hüququ əsasında verilən bilər.Torpaq Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.“Torpaq icarəsi haqqında” Qanunun 28-ci maddəsinə görə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə icarəyə verilmiş torpaqlar onların xüsusi mülkiyyətinə verilə bilməz.Hazırladı: Jalə

Övladı olmayan şəxs əmlakını kimə bağışlaya bilər?   —  Vəkillərlə hüquqi MÜZAKİRƏ

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu əmlakın bağışlanması qaydası ilə bağlıdır.Övladı olmayan şəxs əmlakını kimə bağışlaya bilər?Oxu24.com xəbər verir ki, hüquqi baxımdan fəaliyyət qabiliyyəti olan hər bir şəxs öz mülkiyyətini istədiyi subyekta ötürə bilər. Övladın olub-olmaması bu hüququ məhdudlaşdırmır. Bağışlanma aşağıdakı tərəflərə edilə bilər:-Yaxın və uzaq qohumlara: Bacı, qardaş, bacı-qardaş uşaqları və s.-Yad şəxslərə: Heç bir qohumluq əlaqəsi olmayan istənilən fiziki şəxsə.-Hüquqi şəxslərə: Müəssisə, şirkət və ya xeyriyyə fondlarına.-Dövlətə: Əmlak birbaşa dövlət mülkiyyətinə bağışlana bilər.Vəkil Emil Məlikov məsələ ilə bağlı qeyd edir ki, bağışlanma sadəcə şifahi razılaşma deyil, rəsmi hüquqi prosesdir. Əgər söhbət daşınmaz əmlakdan (ev, torpaq, qeyri-yaşayış sahəsi) gedirsə, bu qaydalara əməl olunmalıdır:“Bağışlanma müqaviləsi mütləq notariat ofisində rəsmiləşdirilməlidir. Əgər bağışlayan şəxs rəsmi nikahdadırsa və həmin əmlak nikah dövründə əldə edilibsə (birgə mülkiyyətdirsə), mütləq qaydada həyat yoldaşının notarial qaydada təsdiq edilmiş yazılı razılıq ərizəsi tələb Bağışlayan şəxsin mülkiyyət hüququnu təsdiq edən sənədlər və tərəflərin şəxsiyyətini təsdiq edən vəsiqələr təqdim edilməlidir”.Hansı hallarda əmlak bağışlana bilməz?Qanunvericilik bəzi hallarda bağışlanma müqaviləsinin bağlanmasını qadağan edir. Vəkil Toğrul Məmmədovun sözlərinə görə, aşağıdakı əmlakların bağışlanması yol verilməzdir:* Həbsdə olan əmlak: İstintaq və ya məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlak.* İpoteka yüklü əmlak: Banka borcu olan və ipotekada olan mənzillər (bankın xüsusi icazəsi olmadan).* Üçüncü şəxslərin hüquqları ilə yüklü olan əmlak: Mübahisəli olan və ya üzərində məhdudiyyət olan digər hallar.Bağışlanma zamanı ödəniləcək dövlət rüsumu qohumluq dərəcəsinə görə dəyişir. Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" qanununa əsasən:* Yaxın qohumlar arasında: (Ata, ana, ər, arvad, uşaqlar, nənə, baba, nəvələr, qardaş, bacı) bağışlanma zamanı rüsumlar daha aşağıdır.* Digər şəxslər arasında: Qohum olmayan və ya uzaq qohumlar arasında bağışlanma zamanı rüsum və xidmət haqları qanunla müəyyən edilmiş daha yüksək dərəcə ilə tənzimlənir.Müqavilə notariusda təsdiq edildikdən sonra mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı və yeni sahibinə çıxarış ("kupça") verilməlidir.Çimnaz Telmanqızı

DİQQƏT! Bu halda sizi 100 manat CƏRİMƏ GÖZLƏYİR  

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu yetkinlik yaşına çatmış şəxslərin yaşlı valideynlərə münasibəti ilə bağlıdır.Sual: Yaşlı valideynlərə baxmaq övladların borcudurmu və bunu etməyənləri hansı cəza gözləyir?Belə ki,İnzibati Xətalar Məcələsinin 190-cı  maddəsində əsasən, yetkinlik  yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə onlara xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək  məbləğində cərimə olunurlar.Məcəllədən də göründüyü kimi,qanunla övladların köməyə ehtiyacı olan valideynlərə baxmaq öhdəliyi və borcu vardır.Nigar

Sürücülərin NƏZƏRİNƏ:Haqsız cərimələrdən necə xilas olmaq olar?

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr bəzən sürücülər tərəfindən birmənalı qarşılanmır. Xüsusilə texniki xətalar və ya yanlış qiymətləndirmə nəticəsində yazılan protokollar narazılığa səbəb olur. Bəs, belə hallarda hüquqi prosedur necə işləyir?Mövzu ilə bağlı Oxu24.com-un suallarını tanınmış hüquqşünas Əkrəm Həsənov cavablandırıb.Hüquqşünas qeyd edir ki, sürücü özünü haqlı hesab etdiyi təqdirdə, Dövlət Yol Polisinin tərtib etdiyi protokoldan aidiyyəti üzrə yerli rayon məhkəməsinə şikayət edə bilər. Bu, vətəndaşın qanunla müəyyən edilmiş əsas müdafiə mexanizmidir.Əkrəm Həsənov açıqlamasında sürücülərin çox vaxt məhkəməyə müraciət etməməsinin səbəblərinə də aydınlıq gətirib:“Cərimə məbləği bəzən 100-200 manat civarında olur ki, bu da məhkəmə prosesi üçün tələb olunan vəkil xərclərindən daha azdır. Məhkəmə çəkişmələrinin yaratdığı "get-gəllər" və vaxt itkisi insanları bu yoldan çəkindirir”.Buna baxmayaraq, mütəxəssis vurğulayır ki, prinsipial mövqe nümayiş etdirərək öz hüquqlarını sonadək qoruyan vətəndaşlar da mövcuddur.Çimnaz Telmanqızı

Bu halda həbs oluna bilərsiniz - VƏKİL

Vəkil Elmar İbrahimov: İnzibati həbs yalnız qanunda nəzərdə tutulan hallarda məhkəmə qərarı ilə tətbiq olunurİnzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən ən sərt inzibati tənbeh tədbirlərindən biridir və yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Vəkil Elmar İbrahimovun açıqlamasına görə, bu tədbir müstəsna hallarda və yalnız qanunda konkret olaraq göstərilən inzibati xətalara görə tətbiq oluna bilər.Onun sözlərinə görə, inzibati həbs hər bir vətəndaşa şamil edilmir və qanunvericilikdə müəyyən kateqoriyalara aid şəxslər bu tədbirdən azad edilir. Buraya hamilə qadınlar, azyaşlı uşağı olan valideynlər, 18 yaşına çatmayan şəxslər, əlilliyi olan insanlar, eləcə də yaşlı şəxslər daxildir.İnzibati həbs əsasən polis tələblərinə tabe olmama, xırda xuliqanlıq və digər inzibati xətalar zamanı məhkəmə tərəfindən tətbiq oluna bilər. Bu zaman iş üzrə materiallar toplanır və yalnız məhkəmənin hüquqi qiymətindən sonra həbs qərarı verilir.Elmar İbrahimov vurğulayır ki, inzibati həbs cəza xarakterli deyil, daha çox qayda pozuntularının qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədi daşıyan hüquqi tədbirdir.Nigar

Ali Məhkəmə mühüm qərarı AÇIQLADI

Ali Məhkəmə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri üzrə hüquqi mövqe açıqlayıb.Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.Məlumata görə, Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib. Bildirilib ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib. Eyni zamanda həmin şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması barədə məlumatlar iş materiallarında əksini tapıb. Apellyasiya instansiyası məhkəməsi sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyini əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarıb.Məhkəmə işə baxarkən şahidlərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin ifadələrini və digər sübutları müqayisəli şəkildə qiymətləndirib. Məhkəmə qərarında qeyd edilib ki, bəzi şahidlər hadisə zamanı avtomobilin kim tərəfindən idarə edilməsi, nəqliyyat vasitəsinin həyətdən çıxarılması və hadisədən sonrakı hərəkətlər barədə bir-birini tamamlayan, lakin eyni zamanda ziddiyyətli məzmunlu məlumatlar vermişlər. Xüsusilə telefon zəngləri və mobil operator məlumatlarında bəzi ifadələrin tam təsdiqlənmədiyi göstərilib, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəyi qiymətləndirilib. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutların məcmusuna əsaslanaraq cinayəti törətmiş şəxsin düzgün müəyyən edilmədiyi barədə qənaətinə gəlib.Ali Məhkəmə isə iş materiallarını araşdıraraq ilk növbədə sübutetmə qaydaları və cinayət-prosessual qanunvericiliyin prinsiplərinə münasibət bildirməklə qeyd edib ki, təqdim olunan sübutlar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı yaranmış şübhələri aradan qaldırmaq üçün kifayət etməyib. Kassasiya kollegiyası vurğulayıb ki, hər bir sübut ayrıca və bütün sübutlar məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, ittihamın sübuta yetirilməsi üçün kifayət edən səviyyədə olmalıdır.Ali Məhkəmə xüsusi olaraq təqsirsizlik prezumpsiyası prinsipinə geniş yer ayıraraq qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. İttihamın sübuta yetirilməsi zamanı aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, konkret iş üzrə toplanmış sübutlar bu standartlara cavab vermədiyindən apellyasiya instansiyasının şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti mahiyyət etibarilə qanuni hesab oluna bilər.Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı deyil, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərilib. Bu kateqoriyadan olan işlər üzrə məhkəmələr yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur çərçivəsində qərar qəbul etməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsi cinayət qanunu ilə qadağan olunmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Bu yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” qərarında verilmiş izahlardan irəli gəlir. Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yenidən apellyasiya baxışına təyin edilib.

Ali Məhkəmə yeni qərar qəbul edib

Ali Məhkəmə icra mərhələsində vərəsələr arasında yaranan mübahisələrin icra mexanizmi çərçivəsində həlli barədə izah verib.Bu barədə Oxu24.com-a  Ali Məhkəmədən məlumat verilib.Məlumata görə, Ali Məhkəmənin Mülki kollegiyası artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarının mövcud olduğu halda eyni tələb üzrə yenidən məhkəmə baxışının aparılmasının yolverilməzliyinə dair məhkəmə təcrübəsinin vahidliyini müəyyən edən qərar qəbul edib.Bildirilib ki, işin hallarına görə, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qarşı 17.500 manat maddi və 4.000 manat mənəvi ziyanın, ümumilikdə 21.500 manatın tutulmasına dair məhkəmə qərarı qəbul olunub və həmin qərar qismən icra edilib, lakin 20.250 manat ödənilməmiş qalıb. Daha sonra həm borclu, həm də zərərçəkmiş şəxs vəfat edib və onların hüquqi varisləri meydana çıxıb. Zərərçəkmiş şəxsin hüquqi varisi ödənilməmiş məbləği borclu tərəfin hüquqi varislərindən tələb edib, lakin icra mərhələsində vərəsəlik məsələlərinin tam rəsmiləşdirilməməsi səbəbindən icra orqanı icraata xitam verilməsi barədə qərar qəbul edib.Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi yeni iddia tələbi ilə məhkəməyə müraciət edərək ödənilməmiş 20.250 manatın tutulmasını tələb edib. Məhkəmələr işə yenidən mahiyyəti üzrə baxaraq iddianı təmin edib.Ali Məhkəmə isə işə baxarkən ilk növbədə vurğulayıb ki, məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunsa da, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla müəyyən edilmiş prosessual qaydalar çərçivəsində həyata keçirilə bilər. Məhkəmə xüsusilə qeyd edib ki, məhkəmə müdafiəsi hüququ təkcə məhkəməyə formal müraciət imkanı deyil, həm də qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının təmin olunmasını və həmin aktların təkrar mübahisələndirilməsinin qarşısının alınmasını ehtiva edir.Qərarda həmçinin vurğulanıb ki, icra mərhələsində borclu və ya tələbkarın vəfat etməsi halında onların hüquqi varislərinin icra icraatına cəlb edilməsi “İcra haqqında” Qanunun 31-ci maddəsinin birbaşa tələbidir. Məhkəmə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin olmaması mirasın faktiki qəbul edilməsi halında məsuliyyətdən azad etmir və miras əmlaka sahiblik və ondan istifadə faktı vərəsəliyin qəbulunu təsdiq edən əsas hüquqi göstəricidir. Buna görə də icra icraatında sıradan çıxmış tərəflərin əvəz edilməsi icra məmurunun vəzifəsidir və bu mexanizm işlədilmədən yeni məhkəmə icraatının açılması qanunvericiliyə ziddir.Ali Məhkəmə həmçinin xüsusi olaraq qeyd edib ki, artıq qanuni qüvvəyə minmiş və qismən icra olunmuş məhkəmə qərarı mövcud olduğu halda, eyni tələb üzrə yeni iddia qaldırılması mülki prosessual qanunvericiliyə əsasən yolverilməzdir və bu hal birbaşa prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə izah edib ki, belə hallarda problem yeni məhkəmə icraatı ilə deyil, icra mexanizmi çərçivəsində, o cümlədən hüquqi varisliyin düzgün tətbiqi ilə həll edilməlidir.Nəticə olaraq Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunub.

Rəsmi qərar: Bu pulu dövlət ödəyəcək

Milli Məclis minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini son oxunuşda qəbul edib.Oxu24.com  xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.Qeyd edilib ki, qanun layihəsi minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə hazırlanıb.Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur."Təhsil haqqında" Qanuna təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.Bu Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Boşanma zamanı bank hesabındakı pullar bölünürmü?  

Boşanma hallarında tərəfləri ən çox maraqlandıran məsələlərdən biri də bank hesablarında olan vəsaitlərin bölüşdürülməsidir. Məsələ ilə bağlı hüquqi yanaşma Ailə Məcəlləsi və məhkəmə təcrübəsi ilə tənzimlənir.Oxu24.com xəbər verir  ki,vəkil Qeysər Cəfərov bildirib ki, nikah dövründə əldə olunan əmlak, o cümlədən bank hesabındakı pullar, prinsip etibarilə birgə mülkiyyət sayılır və boşanma zamanı bölünə bilər.Lakin son dövrlərdə formalaşan məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin qərarları əsasında mühüm bir məqam ön plana çıxır: vəsaitin mənbəyi.Əgər tərəflərdən biri sübut edə bilsə ki:həmin pullar nikahdan əvvəl ona məxsus olub,və ya nikah dövründə şəxsi hədiyyə, bağışlanma və ya fərdi gəlir kimi əldə edilib,bu halda həmin vəsait şəxsi mülkiyyət hesab olunur və bölünmür.Əksinə, əgər vəsaitin birgə ailə gəlirləri hesabına toplandığı sübut olunarsa, o zaman bank hesabındakı məbləğ ümumi əmlak kimi qiymətləndirilir və tərəflər arasında bölüşdürülür.Nəticə olaraq, bank hesabındakı pulların bölünüb-bölünməməsi birbaşa onların mənşəyindən və məhkəmədə təqdim olunan sübutlardan asılıdır.Nigar

Analıq məzuniyyətindən qayıdan işçinin işdən çıxarılması mümkündürmü?  

Dövlət xəstəxanasında işləyən və analıq (dekretdən) məzuniyyətindən qayıdan əməkdaşların iş hüquqları əmək qanunvericiliyi ilə xüsusi şəkildə qorunur.Oxu24.com xəbər verir  ki, Qanunvericiliyə əsasən, 3 yaşına qədər uşağı olan qadınlar işə xüsusi sosial müdafiə statusu ilə qayıdırlar. Bu müddət ərzində işəgötürən tərəfindən onların işdən azad edilməsi ümumilikdə məhdudlaşdırılır və yalnız qanunda nəzərdə tutulmuş çox istisna hallarda mümkündür.İxtisarlar aparıldıqda belə, bu kateqoriyaya daxil olan işçilər digər əməkdaşlarla müqayisədə daha üstün müdafiəyə malik olur və adətən ən son çıxarılan şəxslər sırasında yer alırlar.Mütəxəssislərin izahına görə, uşağın 3 yaşı tamam olmamış anaların iş yerinə qayıtdıqdan sonra əsaslı hüquqi səbəb olmadan işdən çıxarılması qanunla məhdudlaşdırılır.Bu səbəbdən, belə hallarda işçinin hüquqlarının qorunması və mümkün ixtisar prosesində xüsusi qaydaların tətbiqi vacib hesab olunur.Jalə

Vəkillə hüquqi dildə MÜSAHİBƏ  

Oxu24.com-un suallarını  Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Vəfadar Piriyev cavablandırıb.Sözügedən müshaibəni təqdim edirik:-“Beynəlxalq Münasibətlər” ixtisası üzrə təhsil alan şəxslərin əlavə təlim və imtahanlardan keçərək vəkil kimi fəaliyyət göstərməsi ideyasına münasibətiniz necədir?- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair” Qərarına əsasən, “ali hüquq təhsilli” anlayışı yalnız “Hüquqşünaslıq” ixtisasını deyil, eyni zamanda “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir. Bu yanaşma məntiqidir, çünki hər iki ixtisasın əsasında hüquq elmi və hüquqi metodologiya dayanır.Lakin hesab edirəm ki, qeyd olunan hüquqi mövqenin “Beynəlxalq Münasibətlər” ixtisasına şamil edilməsi yolverilməzdir. Belə ki, adıçəkilən ixtisas çərçivəsində müəyyən həcmdə beynəlxalq hüquqa dair biliklər verilsə də, bu təhsil proqramının əsasını diplomatiya, siyasi proseslər və beynəlxalq münasibətlərin analizi təşkil edir. Halbuki vəkillik fəaliyyəti bilavasitə milli qanunvericiliyin dərindən, sistemli və praktiki yönümlü mənimsənilməsini tələb edir. Bu baxımdan, yalnız əlavə hüquq təhsili (məsələn, hüquq ixtisası üzrə ikinci ali təhsil) alındığı halda belə şəxslərin hüquq sahəsində fəaliyyət imkanları müzakirə predmeti ola bilər.Bu təşəbbüsün həyata keçirilməsi hüquqi baxımdan nə dərəcədə mümkündür? Mövcud qanunvericilik buna imkan verirmi? “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün hüquq ixtisası üzrə ali təhsilin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir. Sözügedən norma imperativ xarakter daşıyır və onun tətbiqində genişləndirici şərhə yol verilmir.Bu səbəbdən, qeyri-hüquq ixtisası üzrə məzunların birbaşa vəkillik fəaliyyəti ilə məşğul olması mövcud hüquqi çərçivə daxilində mümkün deyil. Belə bir təşəbbüsün həyata keçirilməsi yalnız qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, o cümlədən “ali hüquq təhsili” anlayışının yenidən müəyyənləşdirilməsi və əlavə kvalifikasiya mexanizmlərinin tətbiqi ilə mümkündür.Vəkillər Kollegiyasında üzv sayının artırılması üçün alternativ hansı mexanizmlər nəzərdən keçirilir?Vəkillər Kollegiyasına üzvlərin sayının artırılması istiqamətində son illərdə müəyyən institusional addımlar atılmışdır. Belə ki, əvvəlki dövrdə vəkillik fəaliyyətinə qəbul üçün tələb olunan ən azı 3 illik hüquq sahəsində iş stajı tələbi 1 ilə endirilmişdir. Bu dəyişiklik yeni məzunların peşəyə çıxış imkanlarının genişləndirilməsi və vəkillərin sayının artırılması məqsədinə xidmət edir.Bununla yanaşı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ELSA Azərbaycan və “Femida Könüllüləri” kimi tələbə təşkilatları ilə əməkdaşlığı hüquq tələbələri arasında vəkillik peşəsinə marağın artmasına müsbət təsir göstərir. Tələbələr arasında aparılan sorğular da göstərir ki, vəkillik fəaliyyəti ən çox üstünlük verilən hüquq peşələrindən biridir.Eyni zamanda, hüquq təhsilinin keyfiyyətinin artırılması, namizədlər üçün sistemli hazırlıq mexanizmlərinin yaradılması, təcrübə proqramlarının genişləndirilməsi və praktik bacarıqların inkişaf etdirilməsi də bu sahədə mühüm rol oynayır. Regionlardan olan hüquqşünasların peşəyə cəlb olunması məqsədilə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi də məqsədəuyğun hesab olunur.Regionlarda və ixtisaslaşmış sahələr üzrə vəkil çatışmazlığı probleminin həlli üçün hansı addımlar planlaşdırılır?Regionlarda vəkil xidmətlərinə çıxışın artırılması istiqamətində son dövrlərdə mühüm addımlar atılmışdır. Bu baxımdan, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi xüsusi qeyd olunmalıdır. Ümumilikdə, regionlarda regional vəkil bürolarının yaradılması və fəaliyyətinin genişləndirilməsi bu problemin həllində effektiv mexanizmlərdən biri kimi çıxış edir.Bununla yanaşı, regionlarda və ixtisaslaşmış sahələr üzrə vəkil çatışmazlığının aradan qaldırılması kompleks yanaşma tələb edir. Bu çərçivədə regionlarda fəaliyyət göstərən vəkillər üçün maddi və institusional stimulların tətbiqi, infrastruktur təminatının yaxşılaşdırılması, habelə gənc hüquqşünasların həmin ərazilərdə fəaliyyətə təşviqi məqsədilə xüsusi mexanizmlərin yaradılması vacibdir. Eyni zamanda, ixtisaslaşmış hüquqi sahələr üzrə təlim və inkişaf proqramlarının təşkili də mühüm əhəmiyyət kəsb edir.Beynəlxalq hüquq, miqrasiya və gömrük hüququ kimi sahələrdə ixtisaslaşmış hüquqşünasların hazırlanması istiqamətində Kollegiyanın xüsusi proqramları varmı?Beynəlxalq hüquq, miqrasiya və gömrük hüququ kimi sahələr üzrə ixtisaslaşmanın gücləndirilməsi müasir hüquq xidmətlərinin keyfiyyətinin artırılması baxımından xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin Akademiyalarında tələbələr üçün müvafiq təlimlərin keçirilməsi təqdirəlayiqdir.Bununla yanaşı, ixtisasartırma kurslarının, sertifikat proqramlarının və praktiki yönümlü təlimlərin sistemli şəkildə təşkili zəruridir. Müvafiq dövlət və peşə qurumları tərəfindən davamlı peşəkar inkişaf proqramlarının həyata keçirilməsi bu sahədə ixtisaslaşmış hüquqşünasların hazırlanmasına mühüm töhfə verə bilər.Gələcəkdə qeyri-hüquq ixtisası üzrə məzunların hüquq sahəsinə inteqrasiyası ilə bağlı yeni modelin tətbiqi gözlənilirmi?Qeyri-hüquq ixtisası üzrə məzunların vəkillik fəaliyyəti kimi birbaşa hüquqi peşələrə inteqrasiyası məqsədəuyğun hesab edilmir. Belə şəxslər hüquq sahəsində yalnız yardımçı vəzifələrdə – məsələn, hüquqşünas köməkçisi, analitik və ya əlaqəli sahələrdə fəaliyyət göstərə bilərlər.Hesab edirəm ki, hüquq peşəsinin spesifikliyi və məsuliyyəti nəzərə alınaraq, bu sahəyə giriş yalnız ixtisaslaşmış hüquq təhsili almış şəxslərlə məhdudlaşdırılmalıdır. Əks yanaşma hüquqi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərə və peşə standartlarının zəifləməsinə səbəb ola bilər.Müsahibəni apardı: Nərmin Balacayeva

Bu arayış pulsuz VERİLİR   -  DİQQƏT!

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu  vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın alınması qaydası ilə bağlıdır.Sual: Vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi üçün kim müraciət edə bilər?Cavab:Müvafiq arayışın əldə olunması üçün vətəndaşın özü və ya etibarnamə əsasında nümayəndəsi müraciət edə bilər.Xidmət ödənişsiz və dərhal həyata keçirilir.Vətəndaşın hərbi qeydiyyata alınması — şəxsin hərbi xidmətə münasibətinin dövlət tərəfindən rəsmi qeydiyyata alınmasıdır. Bu proses zamanı sənin haqqında məlumatlar (yaş, sağlamlıq vəziyyəti, təhsil, yaşayış yeri və s.) müvafiq qurumda qeyd olunur və sən hərbi uçota götürülürsən.Bu, əsasən 16–18 yaşdan başlayaraq ilkin qeydiyyat üçün,hərbi xidmətə çağırış,ehtiyatda olanların uçotu üçün aparılır.Arayış haradan alınır?Bu barədə arayışı yaşadığın ərazi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (rayon/şəhər şöbəsi) və  ASAN xidmət mərkəzlərindən də təqdim olunurHazırladı: Miri Məcidli

Borc müqaviləsi nə vaxt yazılı bağlanmalıdır? – Vəkil açıqladı  

Vəkil Səadət Vəliyeva Oxu24.com-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən borc müqaviləsinin bəzi hallarda yazılı formada bağlanması məcburidir.Onun sözlərinə görə, borcun məbləği 3000 manatdan artıq olduqda, eləcə də məbləğdən asılı olmayaraq tərəflərdən biri hüquqi şəxsdirsə, borc müqaviləsi mütləq yazılı şəkildə tərtib edilməlidir.Vəkil qeyd edib ki, yazılı forma tərəflərin iradəsini aydın şəkildə ifadə etməyə imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, ödəniş üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq şəkildə müəyyən olunur.Səadət Vəliyeva vurğulayıb ki, yazılı müqavilə gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaqla yanaşı, tərəfləri sübut etmə yükündən də qoruyur və hüquqi riskləri minimuma endirir.Turan

İşdə sizə qarşı edilən bu addım QANUNSUZDUR

İşçinin razılığı olmadan başqa vəzifəyə keçirmək olarmı? – qanun nə deyirƏmək qanunvericiliyinə əsasən, işçinin başqa işə keçirilməsi müəyyən şərtlərlə tənzimlənir və bu zaman onun razılığı əsas şərtlərdən biri hesab olunur.Oxu24.com xəbər verir  ki,Qanunun müvafiq maddəsinə görə, işçinin vəzifəsinə, ixtisasına və ya peşəsinə uyğun olmayan başqa bir işə keçirilməsi “başqa işə keçirmə” kimi qiymətləndirilir. Bu halda işəgötürən mütləq şəkildə işçinin razılığını almalıdır.Məsələn, müəssisədə satış üzrə çalışan əməkdaşın maliyyə şöbəsinə keçirilməsi artıq fərqli ixtisas və bacarıq tələb etdiyi üçün bu dəyişiklik yalnız işçinin razılığı ilə həyata keçirilə bilər.Hüquqşünaslar bildirir ki, belə hallarda tərəflər arasında yeni əmək müqaviləsi bağlanmalı və ya mövcud müqaviləyə müvafiq dəyişikliklər edilməlidir. Əks halda, işçinin razılığı olmadan aparılan dəyişiklik qanun pozuntusu hesab oluna bilər.Şahbaz

Ali Məhkəmə qərar verib

Ali Məhkəmə xüsusi statusla təkrar mənzil tələbi ilə bağlı qərar verib.Bu barədə  Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.Məlumata görə, Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Bildirilib ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb etmiş, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.Qeyd edilib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.Nəticə etibarilə cavabdehin kassasiya şikayətin təmin edilib.

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək 

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, mayın 7-də saat 10:00-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.Bu barədə  Kollegiyadan məlumat verilib.Bildirilib ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 27.04.2026-cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər aprelin 27-ə qədər "Şəxsi kabinet" vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 27.04.2026-cı il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.

Şəkər xəstələri bu halda pensiya ALA ABİLƏR

Həkimlərin bildirdiyinə görə, şəkərli diabet diaqnozu təkbaşına əlillik təyinatı üçün əsas hesab edilmir. Oxu24.com xəbər verir  ki,əlillik qərarı xəstəliyin orqanizmdə yaratdığı ağırlaşmalara və funksional pozulmalara əsasən verilir.Mütəxəssislər izah edirlər ki, əsas meyarlar arasında göz, böyrək, sinir sistemi və digər orqanlarda yaranan ağırlaşmalar xüsusi rol oynayır. Məsələn, şəkər xəstəliyi nəticəsində inkişaf edən diabetik retinopatiya görmə qabiliyyətini ciddi şəkildə zəiflədirsə, əlillik təyinatı bu funksional itkiyə əsasən aparıla bilər.Həkimlərin sözlərinə görə, əgər şəkər xəstəliyi nəzarətdədir və orqanizmdə ciddi fəsad yaratmayıbsa, bu halda əlillik təyinatı aparılmır.Nəticə olaraq, əlillik qərarı xəstəliyin mövcudluğuna görə deyil, onun yaratdığı ağırlaşmaların dərəcəsinə görə müəyyən edilir.Turan

Avtomobildə artıq yük və görünüş dəyişikliyinə görə cərimə tətbiq oluna bilərmi?  

Avtomobildə artıq yük və görünüş dəyişikliyinə görə cərimə tətbiq oluna bilərmi?Oxu24.com xəbər verir  ki,nəqliyyat  üzrə mütəxəssislərin açıqlamasına görə, avtomobilin istismar qaydalarının pozulması hallarında, o cümlədən yük normasının aşılması və ya nəqliyyat vasitəsinin texniki görünüşünün dəyişdirilməsi inzibati məsuliyyət yarada bilər.Azərbaycan Respublikasının yol hərəkəti qaydalarına əsasən, avtomobildə daşınan yükün müəyyən edilmiş həddi aşması, onun balansını pozması və ya idarəetməyə təhlükə yaratması inzibati xəta hesab olunur. Bu hallarda sürücüyə cərimə tətbiq edilə bilər.Həmçinin yükün qeyri-düzgün yerləşdirilməsi – məsələn, avtomobilin arxa və ön hissəsində balanssızlıq yaradılması – yol hərəkətində təhlükə mənbəyi kimi qiymətləndirilir və inzibati məsuliyyət doğurur.Yol polisi bu kimi hallarda qayda pozuntusunu yerindəcə qeydə alaraq inzibati protokol tərtib edə və sürücüyə cərimə tətbiq edə bilər. Məqsəd isə yalnız cəza deyil, həm də yol hərəkətində təhlükəsizliyin təmin olunması və profilaktik tədbirlərin gücləndirilməsidir.Nigar

Kişi istədiyi vaxt boşana bilərmi?  

Kişi istədiyi vaxt boşana bilərmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Pərvin Məmmədova bildirib ki,kişi istədiyi vaxt qadını boşaya bilməz.Burada bir sıra məqamlar vardır.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin əsasən,arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra 1 il müddətində ər, arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldıra bilməz.Bu norma ananın hüquqlarını qoruyur, uşağın maraqlarını üstün tutur,ailə münasibətlərində sosial müdafiəni təmin edir.Vəkilin sözlərinə görə,belə hallarda qadın özü istəsə, bu müddətdə boşanma mümkündür.Nigar

Konstitusiya Məhkəməsi qərar qəbul etdi:  Qətidir, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Bu barədə Oxu24.com-a  Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin "Qeyd" hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndi, habelə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.Qərarda deyilir ki, Konstitusiyanın 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin hüquqi təyinatından, o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Cinayət Məcəlləsinin 321-ci maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bələdiyyə sədri necə seçilir?

Bələdiyyə sədrinin seçilməsi qanunla necə tənzimlənir?Oxu24.com xəbər verir  ki,Bələdiyyə sədri bələdiyyə üzvlərinin səsvermə yolu ilə seçilir.“Bələdiyyələrin statusu haqqında” Qanunun 19-cu maddəsinə görə bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.Jalə

Küçədə bunu edənlər 700 manat CƏRİMƏLƏNƏCƏK    —   DİQQƏT!

Qadağan olunmuş yerlərdə siqaret çəkənlərə cərimə: məbləğlər və qaydalar açıqlanıbTütün məhsullarının istifadəsi ilə bağlı inzibati məsuliyyət tədbirləri və cərimələr bir daha vətəndaşların diqqətinə çatdırılıb. Oxu24.com xəbər verir  ki,Qanunvericiliyə əsasən, siqaret çəkməyin qadağan olunduğu ərazilərdə bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə edilir.Eyni zamanda, tütün məmulatlarının tullantılarını ətraf mühitə atan şəxslər üçün daha sərt cərimə nəzərdə tutulur. Belə hallarda 300 manat məbləğində cərimə tətbiq olunur. Bu əməl bir il ərzində təkrar törədilərsə, cərimə 700 manata qədər artırıla və ya şəxsin vəziyyəti nəzərə alınaraq 60 saatdan 100 saata qədər ictimai işlər cəzası tətbiq edilə bilər.Məlumata görə, polis əməkdaşları qayda pozuntusu aşkar etdikdə yerindəcə inzibati protokol tərtib etmək və qərar qəbul etmək səlahiyyətinə malikdir. Protokol həm elektron, həm də yazılı formada rəsmiləşdirilə bilər. Zərurət yarandıqda, şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün vətəndaş polis bölməsinə aparıla bilər.Qərar qanuni qüvvəyə mindikdən sonra cərimənin ödənilməsi üçün 30 gün müddət verilir. Son dəyişikliklərə əsasən, cərimə 10 gün ərzində ödənilərsə, 10 faiz güzəşt tətbiq oluna bilər.Əgər cərimə müəyyən edilmiş müddətdə ödənilməzsə, hər gecikdirilmiş gün üçün məbləğin 1 faizi həcmində əlavə hesablanır. Üç ay ərzində ödəniş həyata keçirilmədikdə isə icra tədbirləri məcburi qaydada tətbiq olunur və bu prosesə icra qurumları nəzarət edir.Hazırladı: Jalə

Konstitusiya Məhkəməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edib 

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib.Oxu24.com  Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 62-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və 522.6-cı maddəsində nəzərdə tutulan "sonuncu yaşayış yeri" anlayışlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru F. Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L. Məmmədovanın rəyini və iş materiallarını araşdırıb, müzakirə edərək qərar qəbul edib.Qərarda deyilir ki, Konstitusiyanın 62-ci maddəsinin hüquqi təyinatından və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.Konstitusiyanın 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:- təqsirləndirilən şəxs Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;- Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş "cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan" ifadəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə edilsin.Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Hakim və vəkillərin etik davranışı mövzusunda məlumat sessiyası keçirilib 

Hakimliyə və vəkilliyə namizədlər, hüquqşünaslar, vəkillər, həmçinin məhkəmə və digər dövlət qurumlarında çalışan hüquqşünas mütəxəssislər üçün "Hakimlərin və vəkillərin etik davranış qaydaları" mövzusunda məlumat sessiyası keçirilib.Bu barədə  Oxu24.com-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.Bildirilib ki, sessiya Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında hüquq sistemində etik davranış prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, hakim və vəkillərin peşə fəaliyyətində yüksək etik standartlara riayət olunması ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsir göstərir.Sessiyada çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli hakimlərin etik davranış qaydaları, peşə fəaliyyətinin əsas prinsipləri və bu sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verib. Sonra Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev vəkillərin etik davranış qaydalarına dair təqdimatla çıxış edərək vəkilin ona müraciət edən şəxslərlə münasibətləri, məhkəmə və digər orqanlarla qarşılıqlı əlaqələri, həmçinin peşəkar münasibətlərin qurulması və davamlı inkişafının əhəmiyyəti barədə danışıb.Məlumat sessiyasının davamında Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və İnstitutun Ekspert Şurasının üzvü, sabiq hakim Səadət Bəktaşi iştirakçılar tərəfindən verilən hakimlərin və vəkillərin fəaliyyətində rast gəlinən etik pozuntulara dair sualları cavablandırıblar.

Sürücülük vəsiqəsinə görə əlilliyin ləğvi qanunidirmi?  

Üçüncü qrup əlilliyi olan şəxsin sürücülük vəsiqəsi almasına görə əlilliyinin ləğv edilməsi ilə bağlı məsələyə hüquqi aydınlıq gətirilib.Qeyd olunur ki, əlillik statusu şəxsin sağlamlıq vəziyyətinə və orqanizmin funksional imkanlarına əsasən müəyyən edilir. Bu statusun verilməsi və ya ləğvi tibbi-sosial ekspertiza nəticələrinə əsaslanır.Mütəxəssislərin fikrincə, sürücülük vəsiqəsinin alınması öz-özlüyündə əlilliyin ləğvi üçün hüquqi əsas hesab edilmir. Yəni şəxsin avtomobil idarə etməsi onun sağlamlığının tam bərpa olunması anlamına gəlmir.Bildirilib ki, sosial qurumlar yalnız bu fakta əsaslanaraq əlillik statusunu ləğv edə bilməzlər. Əgər belə qərar qəbul olunubsa və vətəndaş bununla razı deyilsə, həmin qərar məhkəmə qaydasında mübahisələndirilə bilər.Hüquqşünaslar vətəndaşlara tövsiyə edir ki, belə hallarda tibbi sənədlərini təqdim edərək hüquqlarını qanuni yolla müdafiə etsinlər.Jalə

Hərbi xidmətdə xəstəlik və ya travma: hansı halda təxris və əlillik verilir?  

Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, hərbi xidmət zamanı alınmış travma və ya xəstəlik şəxsin xidmətə yararlılığını itirməsinə səbəb olarsa, o, ordu sıralarından təxris olunur.Oxu24.com xəbər verir  ki,Qanunvericiliyə görə, bu hal Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə tənzimlənir və hərbi həkim ekspertizası tərəfindən qiymətləndirilir.Daha sonra həmin travma və ya xəstəlik əlillik meyarlarına uyğun gəldiyi halda, şəxsə əlillik statusu da təyin oluna bilər. Bu isə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı əsasında müəyyən edilir.Beləliklə, hərbi xidmətdə sağlamlıq problemi yaranan şəxslər üçün iki mərhələ mövcuddur: əvvəlcə xidmətə yararlılıq qiymətləndirilir, daha sonra isə əlillik statusunun verilib-verilməməsi ayrıca qaydada müəyyən olunur.Hazırldı: Şahbaz

Boşanma zamanı avtomobil bölünürmü? – Hüquqi izah  

Boşanma prosesində avtomobilin bölünüb-bölünməməsi onun əldə olunma vaxtı və maliyyə mənbəyindən asılıdır. Oxu24.com xəbər verir  ki,hüquqşünasların izahına görə, əgər avtomobil nikahdan əvvəl şəxsin mülkiyyətində olubsa, o, şəxsi əmlak sayılır və bölünmür.Lakin avtomobil nikah dövründə alınıbsa, ümumi qaydaya əsasən bu, birgə nikah əmlakı hesab edilə bilər. Bu halda onun bölünməsi mümkündür.Əgər tərəf avtomobili subay olduğu dövrdə əldə etdiyini və sonradan həmin avtomobili sataraq yeni avtomobil aldığını sübut edirsə, bu zaman əsas mənbə nəzərə alınır və həmin əmlak şəxsi mülkiyyət kimi qiymətləndirilə bilər.Amma nikah dövründə əldə olunan gəlirlər və ya əlavə edilən vəsaitlər varsa, bu hissə birgə əmlak kimi bölünə bilər.Hüquqşünasların fikrincə, belə hallarda əsas məsələ sənədlərlə sübutdur: alış-satış müqavilələri, ödəniş qəbzləri və bank çıxarışları məhkəmədə həlledici rol oynayır.Hazırldı: Nigar

İşçilərin ezamiyyətlə bağlı hüquq və vəzifələri: məhdudiyyətlər kimlərə aiddir?

Xəbər verdiyimiz kimi, son dəyişikliklər çərçivəsində Әmək Məcəlləsinə “ezamiyyət” anlayışı əlavə edilib. Burada əsas məqsəd həm işəgötürən, həm də işçi üçün ezamiyyətlə bağlı hüquq və vəzifələrin qanunvericilik çərçivəsində müəyyənləşdirilməsidir. Bəs işçilərin ezamiyyətlə bağlı hansı hüquq və vəzifələri ӘməkMəcəlləsinə aid edilib?Oxu24.com xəbər verir  ki, iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.  Әmək Məcəlləsinin 9-cu maddəsinə əlavə edilmiş “o” bəndində işçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ təsbit edilib. Maddədə əksini tapan əsas məqamlara ayrıca diqqət yetirək.Birinci məqam ondan ibarətdir ki, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normaları” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş ezamiyyə xərcləri normaları nəzərdə tutulur. Xatırladaq ki, həmin qərarla həm Azərbaycan Respublikasının ərazisində, həm də xarici ölkələrə ezamiyyət zamanı tətbiq olunan gündəlik ezamiyyə xərcləri normaları müəyyən edilib.İkinci məqam isə ondan ibarətdir ki, işəgötürən ezamiyyətə göndərilən işçiyə Nazirlər Kabinetinin müəyyən etdiyi normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini ödəmək öhdəliyinə malikdir. Belə ki, Nazirlər Kabinetinin 14 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 90 manat məbləğində müəyyən edilib.Misal 1: İşəgötürənin tapşırığına əsasən, işçi 3 gün müddətinə Naxçıvan şəhərinə ezam edilib. Nazirlər Kabinetinin 14 nömrəli Qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizi mehmanxana xərclərinə aid edilir. Naxçıvan şəhəri üzrə gündəlik ezamiyyə normasının 100 manat olduğunu nəzərə alsaq, işçinin azı 230 manat məbləğində ezamiyyə xərci almaq hüququ vardır:100 x 2 = 200 manat;100 x 30% x 1 = 30 manat;200 + 30 = 230 manat.Təcrübədə işçinin ezamiyyətə göndərilməsi ilə bağlı bəzi hallarda anlaşılmazlıqlar yaranırdı. Belə ki, işəgötürən işçini ezamiyyətə göndərmək istədikdə, işçi ezamiyyət tarixinin ona uyğun olmadığını əsas gətirərək ezamiyyətə getməkdən imtina edirdi. İmtinanın əsaslandırılması isə çox vaxt əmək müqaviləsində və ya Әmək Məcəlləsində ezamiyyətə getmə ilə bağlı konkret normanın mövcud olmaması ilə izah edilirdi.Bu kimi anlaşılmazlıqların aradan qaldırılması məqsədilə Әmək Məcəlləsinə “ezamiyyət” anlayışı ilə yanaşı, işəgötürənin və işçinin hüquq və vəzifələrinə dair müvafiq əlavələr edilib. Belə ki, Әmək Məcəlləsinin 10-cu maddəsinin “f” bəndinə əsasən, bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək işçinin vəzifəsi hesab edilir.Maddənin məzmunundan göründüyü kimi, qanunvericilikdə işçilər üçün ezamiyyətə göndərilmə ilə bağlı müəyyən məhdudiyyətlər də nəzərdə tutulur.Birinci məhdudiyyət Әmək Məcəlləsinin 254-cü maddəsində əksini tapıb. Həmin maddənin birinci hissəsinə əsasən, yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi qadağan edilir.Ezamiyyətə göndərilmə ilə bağlı digər məhdudiyyət Әmək Məcəlləsinin 242-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən, hamilə qadınların, 14 yaşınadək uşağı olan qadınların, habelə əlilliyi olan uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə isə əlavə olaraq onların, habelə uşağın həyat və ya sağlamlığı üçün təhlükənin olmaması barədə həkim rəyi tələb edilir.Məhdudiyyətlərin tətbiqini daha aydın göstərmək üçün aşağıdakı misallara nəzər salaq.Misal 2: İşəgötürənin əmrinə əsasən, 17 yaşı olan işçi Bakı şəhərindən Şəki şəhərinə ezamiyyətə göndərilib. Əmək Məcəlləsinin 254-cü maddəsinə əsasən, 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağan edildiyindən, bu halda işəgötürənin verdiyi ezamiyyət əmri qanun pozuntusu hesab olunur.Misal 3: İşəgötürən 2 yaşlı övladı olan qadın işçini ezamiyyətə göndərmək istədikdə, həmin işçinin yazılı razılığı ilə yanaşı, həm işçi, həm də uşağın sağlamlığı üçün təhlükənin olmaması barədə həkim rəyi də təqdim edilməlidir.Misal 4: İşəgötürən 5 yaşlı övladı olan qadın işçini ezamiyyətə göndərdikdə isə yalnız işçinin yazılı razılığının alınması kifayət edir. Çünki həkim rəyi tələbi yalnız 3 yaşınadək uşağı olan qadınlara münasibətdə tətbiq edilir.Vergiler.az

Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul verilir?    —   HESABLANMA QAYDASI

Әmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilən “atalıq məzuniyyəti” Beynəlxalq Әmək Təşkilatının tələbləri əsasında müəyyənləşdirilib. Belə ki, təşkilatın “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli Tövsiyəsində qeyd edilir ki, hər iki valideyn, yəni həm ana, həm də ata mümkün qədər doğumdan dərhal sonra müəyyən bir dövrdə uşaq baxımı üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Әmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilən 4-cü hissəyə əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.Oxu24.com xəbər verir  ki,qtisadçı ekspert Anar Bayramov atalıq məzuniyyətinin müddəti, hesablanması, hamıya şamil olunub-olunmaması ilə bağlı incə məqamlara aydınlıq gətirib. Ekspert mövzu ilə bağlı 4 mühüm məqamı xüsusilə vurğulayıb:Birinci məqam: Atalıq məzuniyyətindən istifadə edən şəxs mütləq qaydada tibb müəssisəsindən arayış əldə etməlidir. Təcrübədə bu arayış uşağın doğulacağı xəstəxanadan və ya qadın məsləhətxanasından alınaraq işəgötürənə təqdim edilir. Arayışda həyat yoldaşının məlumatları və uşağın doğum tarixi göstərilir. Gələcəkdə bu proses elektronlaşdırıla bilər.İkinci məqam: İşçi arayışı aldıqdan sonra işəgötürənə ərizə ilə müraciət edərək atalıq məzuniyyətindən istifadə etmək istədiyini bildirməlidir. Әmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlər üçün işçinin ərizəsi mütləqdir. İşəgötürən ӘMAS altsistemində 125-ci maddənin 4-cü hissəsinə istinad edərək müvafiq əmr hazırlamalıdır. İşəgötürənin ata olan işçidən nikah şəhadətnaməsinin surətini və ya “my.gov” portalından çıxarışını da əlavə sənəd kimi tələb etməsi mümkündür.Üçüncü məqam. Atalıq məzuniyyətinin dövrü doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməlidir. Misal üçün, tibb müəssisəsinin arayışında uşağın doğum tarixi 20 fevral 2026-cı il göstərilibsə, işçinin məzuniyyət dövrü mütləq olaraq bu tarixi əhatə etməlidir. Yəni işçinin məzuniyyəti doğuşdan əvvəlki 14 günü tam əhatə edə bilməz; eyni prinsip doğuşdan sonrakı dövr üçün də keçərlidir. Məsələn, işçi 5 fevral tarixindən 14 günlük məzuniyyətə çıxmaq istəyirsə, bu, düzgün deyil. Eyni qayda ilə işçi 21 fevral tarixindən 14 günlük məzuniyyətə çıxarsa, bu da Әmək Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun hesab edilmir. İşçi yalnız 12 fevral tarixindən başlayaraq 14 günlük məzuniyyət hüququndan istifadə edərsə, qanunvericiliyin tələbi ödənilmiş olur.Beləliklə, işçinin məzuniyyəti doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməli və mütləq doğuş tarixini özündə ehtiva etməlidir. Qeyd edək ki, məzuniyyət doğuş tarixindən, yəni misalımıza uyğun olaraq, 21 fevral 2026-cı il tarixdən də başlaya bilər.Dördüncü məqam: Atalıq məzuniyyətinin ödənişi işəgötürən tərəfindən hesablanır. Hesablama Әmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq, orta əməkhaqqı əsasında aparılır.Misal: Aylıq əməkhaqqı 1.000 manat olan işçinin övladı 3 mart 2026-cı il tarixdə anadan olur. İşçi 2 mart 2026-cı il tarixdən 14 təqvim günü müddətinə atalıq məzuniyyəti hüququndan istifadə edir. Fərz edək ki, işçinin əvvəlki iki ay - yanvar və fevral 2026-cı il üzrə əməkhaqqı, müvafiq olaraq, 1.000 manat və 1.400 manat təşkil edib. Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı Nazirlər Kabinetinin 126 saylı Qərarı ilə tənzimlənir.Orta əməkhaqqının hesablanması:2026-cı ilin istehsalat təqviminə əsasən:Yanvar ayı üzrə – 19 iş günü, əməkhaqqı 1.000 manat;Fevral ayı üzrə – 20 iş günü, əməkhaqqı 1.400 manat.Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, 1 iş gününə düşən orta əməkhaqqı məbləği 61,54 manat olacaq:1.000 + 1.400 = 2.400 manat:19 + 20 = 39 iş günü;2.400 : 39 = 61,54 manat.Atalıq məzuniyyəti dövründəki iş günlərinin müəyyən edilməsiİşçi 2 mart 2026-cı il tarixdən 14 təqvim günü məzuniyyətdə olur (2–15 mart 2026-cı il daxil olmaqla). Qeyd edək ki, 2026-cı il üzrə 8 mart (Qadınlar Günü) bayram (qeyri-iş) günüdür və beşgünlük iş həftəsində 9 mart 2026-cı il (bazar ertəsi) əlavə qeyri-iş günü hesab edilir. Bu səbəbdən, məzuniyyət dövrünə düşən iş günləri aşağıdakılardır:2–6 mart → 5 iş günü;10–13 mart → 4 iş günü;Cəmi: 9 iş günü.Orta əməkhaqqı üzrə məzuniyyət məbləğiBu zaman işçiyə hesablanan atalıq məzuniyyəti 553,84 manat təşkil edəcək:9 x 61,54 = 553,84 manat.Sonuncu əməkhaqqının müəyyən edilməsiMart ayında 14 iş günü olduğunu və işçinin aylıq əməkhaqqısının 1.000 manat təşkil etdiyini nəzərə alsaq, işçinin atalıq məzuniyyət dövründə ala biləcəyi məbləğ 642,87manat təşkil edir:(1.000 : 14) x 9 = 642,87 manat.Sonuncu əməkhaqqı ilә orta əməkhaqqının müqayisə edilməsiӘmək Məcəlləsinin 177-ci maddəsinə əsasən:Hesablanan orta əməkhaqqı: 553,86 manat;Sonuncu əməkhaqqı əsasında hesablanan məbləğ: 642,86 manat.642,87 manat > 553,86 manat.Qanunvericiliyin tələbinə əsasən, müqayisə aparıldıqda daha yüksək məbləğ tətbiq edilməlidir. Bu halda işçiyə ödənilməli olan atalıq məzuniyyətinin məbləği 642,87 manat təşkil edir. Çünki sonuncu əməkhaqqı (642,87 manat) Әmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, hesablanan orta əməkhaqqından (553,86 manat) yüksəkdir.

Övladı ilə xaricə getmək istəyənlərə VACİB XƏBƏR  

Uşağı ilə xaricə getmək istəyən valideynlər nələri bilməlidir?Oxu24.com xəbər verir ki, tələb olunan şərtlərdən biri də uşaqların ölkədən çıxarılması üçün alınan icazə ilə bağlıdır.Bəs,bu necə həyata keçirilir?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Pərvin Məmmədova bildirib ki,uşağın xaricə aparılması məsələsi qanunvericiliklə tənzimlənir.Vəkilin sözlərinə görə, uşağın ölkədən çıxarılması üçün valideynlərin razılığı tələb olunur. Razılıq olmadıqda məsələ məhkəmə qaydasında həll edilir"Məhkəmə qərar verərkən uşağın mənafeyini,səfərin məqsədini,digər valideynin hüquqlarını nəzərə alır",-deyə vəkil bildirib.Hazırladı: Şahbaz

Ali Məhkəmə yeni qərar qəbul edib

Ali Məhkəməsnin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.Bu barədə Oxu24.com-a  Ali Məhkəmədən məlumat verilib.Qərara əsasən, tikinti şirkətləri vətəndaşlar qarşısında öhdəlikləri yerinə yetirməlidir. Bildirilib ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb. Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir.Belə nəticəyə gəlinib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.

Müqavilədə "susmaq" razılıq sayılırmı?    - Hüquqşünas AÇIQLADI

Müqavilədə "susmaq" razılıq sayılırmı?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Emin Abbasov bildirib ki, müqavilədə "susmaq"  həmişə razılıq  sayılmır.Hüquqşünasın sözlərinə görə,Qanunda və ya müqavilədə nəzərdə tutulan hallarda susmaq razılıq iradəsi hesab edilə bilər. Lakin tərəflərdən birinin susması avtomatik razılıq kimi şərh edilə bilməz.Bu səbəbdən bəzən müqavilələrə “non-waiver” maddəsi əlavə edilir:“Tərəflərdən birinin hüquqlarından istifadə etməməsi, həmin hüquqdan imtina kimi şərh edilə bilməz.”Bununla belə, bir sıra hallarda susmaq razılıq sayıla bilər. Məsələn, tərəflərdən biri kontragentdən yeni şərtləri alır, onları etiraz etmədən icra edir və yeni şərtlərdən faydalanırsa;Əgər tərəflər arasında susmaqla əlaqəli müqavilə praktikası formalaşıbsa. Yəni eyni susma modeli, eyni reaksiya mexanizmi, eyni icra forması formalaşıbsa;Tərəf etiraz hüququndan faktiki imtina edirsə. Yəni tərəfin etiraz etməli olduğunu bilməsi, lakin bunu bilə-bilə susması sonradan “razı deyildim” arqumentini zəiflədir.Hazırladı: Jalə

Şirkətlərin adından müqaviləni kim bağlaya bilər?  

Şirkətlərin adından müqaviləni kim bağlaya bilər?Oxu24.com xəbər verir  ki, şirkət adından müqaviləni aşağıdakı şəxslər imzalaya bilər:1. Qanuni təmsilçi:direktor / baş direktor /nizamnamədə göstərilmiş icraedici orqanın rəhbəri2. Etibarnamə əsasında imza səlahiyyəti verilmiş şəxs:etibarnamədə müqavilə imzalamaq səlahiyyəti konkret olaraq göstərilməlidir.Müqavilənin imza səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması neqativ nəticələrə səbəb ola bilər. Belə ki, müqavilə ilə əlaqədar məhkəmə mübahisəsi riski arta bilər və nəticədə müqavilə etibarsız sayıla bilər.Jalə

Azərbaycanda bu şəxslərə ayda 120 manat VERİLİR — ŞƏRTLƏR  

Oxu24.com oxuculara hüquqi maarifləndirmə mövzusunda yazılarını təqdim edir.Bu dəfə təqdim edəcəyimiz mövzu əlil şəxslərə baxan vətəndaşlara ödənilən məbləğlə bağlıdır.Əlilliyi müəyyən edilmiş hansı şəxslərə qulluq edənlərə aylıq ödəniş verilir?Qanunvericiliyə əsasən, orqanizm funksiyalarının 81-100 faiz bozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edənlərə 120 manat məbləğində Prezident təqaüdü təyin edilir.Azərbaycanda əlilliyi olan şəxsə baxana verilən ödəniş (qulluq haqqı) dövlət tərəfindən müəyyən olunur və məbləğ əlilliyin dərəcəsindən və vəziyyətdən asılıdır.Bəzi hallarda (uşaq və ya xüsusi ağır vəziyyət) məbləğ fərqli ola bilər.Bu məbləği almaq üçün  hara müraciət etmək lazımdır?Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyə müraciət edilməlidir.Hazırladı: Jalə

Benefisiar mülkiyyətçi kimdir?  

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs(lər) hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab edilir.Yuxarıda nəzərdə tutulmuş fiziki şəxs(lər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs(lər) benefisiar mülkiyyətçi hesab edilir.Əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs(lər) onun benefisiar mülkiyyətçisi hesab edilir.Hazırladı: hüquqşünas  Emin Abbasov

İki yerdə necə işləyə bilərik?     —    AÇIQLANDI

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu  iki yerdə işləmək istəyən şəxslərlə bağlıdır.İki yerdə işləmək olarmı?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas  Emin Abbasov bildirib ki, bəli, mümkündür. Lakin müəyyən şərtlərlər var.Belə ki, Əmək Məcəlləsinə əsasən, işçi əsas iş yeri ilə yanaşı əvəzçilik qaydasında digər iş yerlərində də əmək müqaviləsi bağlayaraq işləyə bilər.Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.İş vaxtından sonra əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir.Lakin iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.Hazırladı: Şahbaz

Təsisçi şirkət adından müqaviləyə imza ata bilərmi?  

Təsisçi şirkət adından müqaviləyə imza ata bilərmi?Oxu24.com xəbər verir ki,xeyr, təkcə şirkətin təsisçisi olmaq imza səlahiyyəti demək deyil.Təsisçi, şirkətin payçısıdır. Lakin avtomatik olaraq şirkəti təmsil etmir. Şirkəti təmsil edən isə qanuni təmsilçidir (direktordur).Əgər təsisçi eyni zamanda şirkətin direktorudursa, o zaman müqaviləyə imza ata bilər. Lakin bu səlahiyyət təsisçi olduğu üçün deyil, şirkətin direktoru olduğu üçün yaranır.Əgər şirkətin nizamnaməsində nəzərdə tutulmuşdursa və ya təsisçiyə imza səlahiyyətlərini əhatə edən etibarnamə verilmişdirsə, o zaman təsisçi müqavilə imzalaya bilər.İmza səlahiyyəti olmadan təsisçi tərəfindən müqavilə imzalanması, gələcəkdə məhkəmə tərəfindən müqavilənin etibarsız sayılmasına səbəb ola bilər.Hazırladı: Hüquqşünas  Emin Abbasov

Zərərçəkmişlə barışan şəxslər cərimə olunmayacaq – Qanundakı vacib detallar   

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müəyyən xətalar törətmiş şəxslərin zərərçəkmiş tərəflə barışacağı təqdirdə inzibati məsuliyyətdən azad edilməsi qaydaları açıqlanıb. Qanunvericiliyin 39-cu maddəsi bu prosesin hansı hallarda mümkün olduğunu dəqiq müəyyən edir.Oxu24.com həmin qaydaları sadə dildə təqdim edir:Hansı hallarda işə xitam verilir?Məcəllənin 39.1-ci maddəsinə görə, bəzi inzibati xətalar zamanı icraatın başlanması və ya dayandırılması birbaşa zərərçəkmişin iradəsindən asılıdır:* Şikayət əsasında: Məcəllənin 157 və 158-ci maddələrində (məsələn, döymə və ya sağlamlığa yüngül zərər vurma kimi hallarda) iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi olduqda başlanır.* Barışıq olduqda: Əgər tərəflər (xətanı törədən və zərərçəkmiş) öz aralarında barışarlarsa, həmin iş üzrə icraata dərhal xitam verilir. Bu o deməkdir ki, tərəflər razılığa gəlsə, həmin şəxs inzibati cəza almır.Ziyanın ödənilməsi mütləqdir!Qanunun 39.2-ci maddəsi isə mülkiyyət və iqtisadi sahədəki bəzi xətalara (məsələn, 227-ci maddə - xırda talama) toxunur. Burada barışıq üçün əlavə şərt qoyulur:1.Tam ödəniş: Xətanı törətmiş şəxs vurduğu ziyanı tamamilə ödəməlidir.2.Barışıq: Ziyan ödənildikdən sonra zərərçəkmişlə barışıq əldə olunmalıdır.Yalnız bu iki şərt eyni anda yerinə yetirildikdə inzibati işə xitam verilir və şəxs məsuliyyətdən azad olunur.Qeyd edək ki, bu qaydalar vətəndaşlar arasında yaranan xırda münaqişələrin məhkəməyə qədər həllini stimullaşdırmaq və tərəflərin hüquqlarını qorumaq məqsədi daşıyır.Çimnaz Telmanqızı

Kimlər məzuniyyətə istədiyi vaxt çıxa bilər?   —  Hüquqşünas  AÇIQLADI

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu işçilərin əmək məzuniyyətinə çıxması qaydası ilə bağlıdır.İşçi istədiyi vaxt məzuniyyətə çıxa bilərmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas  Emin Abbasov bildirib ki,Əmək Məcəlləsinə əsaəsən, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.Onun  sözlərinə görə,aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:- 14 yaşınadək iki və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara;- 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;- hərbi qulluqçunun arvadına (ərinə);- əlilliyi olan şəxslərə;- müharibə veteranlarına;- Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;- yaşı on səkkizdən aşağı olan işçilərə;- işləməklə yanaşı təhsil alan şəxslərə;- Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə.Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.Hazırladı: Şahbaz

Əmlak uşağın adına keçirilə bilərmi?    —    HÜQUQŞÜNASDAN  AÇIQLAMA 

Hüquqşünas  Zaur Quliyev: “Evlilik dövründə əldə olunan əmlak uşağın adına keçirilə bilər”.Son dövrlərdə boşanma prosesləri zamanı əmlak bölgüsü ilə bağlı müraciətlərin artdığını bildirən hüquqşünas Zaur Quliyev bu mövzuda mühüm hüquqi məqamları Oxu24.com-a açıqlayıb.Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan əmlak ümumi birgə mülkiyyət hesab olunur və boşanma zamanı bölgü qaydaları məhkəmə və ya tərəflərin razılığı əsasında müəyyən edilir.Zaur Quliyev qeyd edib ki, tərəflər qarşılıqlı razılıq əldə etdikləri halda, əmlakın azyaşlı uşağın adına rəsmiləşdirilməsi hüquqi baxımdan mümkündür:“Azərbaycan qanunvericiliyi azyaşlı uşağa da hüquq subyekti kimi yanaşır. Valideynlərin hər ikisinin razılığı olduğu halda, notariat qaydasında və ya mediasiya prosesi çərçivəsində razılaşma sənədi imzalanaraq əmlak uşağın adına keçirilə bilər.”Hüquqşünas əlavə edib ki, bu cür hallarda əsas şərt valideynlərin ortaq razılığı və əməliyyatın qanuni qaydada rəsmiləşdirilməsidir.Qeyd edək ki, əmlakın uşağın adına keçirilməsi gələcəkdə mülkiyyət hüququnun qorunması baxımından hüquqi mexanizm kimi istifadə oluna bilər, lakin hər bir konkret halda prosedur qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmalıdır.Hazırladı: Turan

Azərbaycanda bunu edənlərə ağır cəza veriləcək 

Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Oxu24.com-un  xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni - 214-4-cü maddədə əksini tapıb.Layihəyə əsasən, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.Bundan başqa, Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə (214-1) və terrorçuluğa açıq çağırışlar (214-2) maddələrində, həmçinin “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 1-ci maddəsində texniki dəyişikliklər nəzərdə tutulub.Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. Layihəyə əsasən, 282.2-ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir. 282-ci maddənin Qeyd hissəyə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.APA

Ali Məhkəmə yeni qərar qəbul edib

Ali Məhkəmənin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Bu barədə  Oxu24.com-a  Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, bu, mənzil mübahisələrində mühüm yanaşma – istifadə hüququnun qorunması ilə bağlıdır.İşin hallarına görə, iddiaçılar Abşeron rayonu Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməyib. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşmış, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməyib.Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulamışdır ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır. Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.Ali Məhkəmə izah edib ki, Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranan istifadə hüququnun digər servitut növlərindən əsas fərqi onun yaranma formasındadır, lakin bu, hüququn mahiyyətini dəyişmir. Belə hüquq şəxsi servitut kimi çıxış edir və konkret şəxsin yaşayış ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəlik qaydasında keçmir, lakin hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və bu hüququnun pozulmasının aradan qaldırılmasını tələb etmək imkanı verir.Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, bu cür hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüquq sahiblərinin hüquqlarının daha etibarlı qorunmasına, eyni zamanda əmlak üzərində mövcud yüklülüklər barədə üçüncü şəxslərin məlumatlandırılmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir. Bu baxımdan, inzibati orqanın qeydiyyatdan imtinası qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd qiymətləndirilib.Yekunda Ali Məhkəmə iddiaçıların kassasiya şikayətini təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçılar bağ sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyub.

Gürcüstan Vəkillər Kollegiyasının sədri Azərbaycana rəsmi səfər edib 

Azərbaycan və Gürcüstan Vəkillər kollegiyaları arasında Memorandum imzalanıb Aprelin 1-2-də Gürcüstan Vəkillər Kollegiyasının (GVK) sədri İrakli Kandaşvili Azərbaycanda rəsmi səfərdə olub.Səfər çərçivəsində Azərbaycan və Gürcüstan Vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd peşəkar təcrübə, metodiki tövsiyələr, vəkillik sahəsində məlumat mübadiləsi, tərəflər arasında birgə konfransların, seminarların, praktiki məşğələlərin, işçi görüşlərin təşkili və keçirilməsi, həmçinin digər mümkün diskussiya meydançalarında vəkillik məsələlərinin müzakirəsini nəzərdə tutur.Səfərin ilk günündə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İrakli Kandaşvilini qəbul edib. Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilən islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiləsi aparılıb.Sonra GVK-nın sədri Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. Qonağı salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan və Gürcüstan arasında bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirib.Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri, vəkillik institutunun rolu, məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.Aprelin 2-də isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) İrakli Kandaşvili ilə görüş keçirilib.  Görüşü giriş sözü ilə açan VK sədri Anar Bağırov qonağı səmimi salamlayaraq Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Sədr çıxışı zamanı son illər Kollegiya tərəfindən həyata keçirilən fəaliyyət, vəkillik institutunun inkişafı istiqamətində görülən işlər, ardıcıl və sistemli islahatlar barədə ətraflı məlumat verib.VK-nın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edən sədr xarici hüquq təşkilatları ilə qurulan səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. Eyni zamanda Anar Bağırov Kollegiya ilə yerli hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında səmərəli əməkdaşlığın mövcud vəziyyətindən, vəkilliyə qəbul prosedurlarından, elektron xidmətlərin tətbiqindən, eləcə də gənc hüquqşünaslara göstərilən dəstək mexanizmlərindən danışıb.Görüşdə Kollegiyanın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə qurumun son illərdəki fəaliyyəti, görülən işlərin vəkillərin sayının artımına və cəmiyyətdə peşənin nüfuzunun yüksəlməsinə birbaşa müsbət təsiri haqqında ətraflı hesabat təqdim edib.Həmçinin VK Aparatının Maliyyə və təchizat şöbəsinin müdiri Fərhad Fərəcov Kollegiyada tətbiq olunan order markası sistemi barədə təqdimatla çıxış edib. Təqdimat zamanı sistemin mahiyyəti, tətbiq mexanizmi və hüquqi yardım prosesində şəffaflığın, hesabatlılığın və nəzarət imkanlarının artırılmasında rolu ətraflı şəkildə izah olunub.Qəbul üçün təşəkkürünü bildirən İrakli Kandaşvili GVK ilə VK arasında formalaşmış əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, Kollegiyanın son illərdə əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb. GVK-nın sədri qismində ilk rəsmi xarici səfərini Azərbaycana etdiyini bildirən İrakli Kandaşvili ölkəmizin hüquq sistemi ilə yaxından tanış olduğunu qeyd edib. Qonaq vəkillik institutu, hüquq-mühafizə orqanları və məhkəmə sistemi arasında əlaqələrin yüksək səviyyədə qurulduğunu dilə gətirərək, bu təcrübənin qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.Görüşün davamında tərəflər arasında fikir mübadiləsi aparılıb, bir sıra maraq doğuran məsələlər, o cümlədən gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib, qarşılıqlı hədiyyələr təqdim olunub.Daha sonra qonaq VK-nın Hüquqi Yardım Mərkəzi ilə Tədris Mərkəzini ziyarət edərək yaradılmış iş şəraitləri ilə yaxından tanış olub.Ziyarət çərçivəsində Hüquqi Yardım Mərkəzinin direktoru Afət  Qaziyeva ödənişsiz və dövlət hesabına göstərilən hüquqi yardımın təşkili və tətbiq mexanizmləri barədə ətraflı məlumat təqdim edib, bu sahədə həyata keçirilən institusional tədbirlər, habelə əldə edilən nəticələri nəzərə çatdırıb. Bununla yanaşı, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində təşkil olunan sosial aksiyalar, eləcə də əhalinin həssas qruplarına göstərilən hüquqi dəstək proqramları barədə məlumat verilib.Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev isə vəkillərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə tətbiq edilən davamlı tədris sistemi, ixtisasartırma proqramları və müasir təlim mexanizmləri haqqında geniş məlumat təqdim edərək bu istiqamətdə görülən işlərin əhəmiyyətini xüsusi vurğulayıb.Bundan başqa, qonaq Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyasının fəaliyyət istiqamətləri, görülən işlər, habelə qarşıda duran vəzifələr barədə də ətraflı məlumatlandırılıb. Vəkillərin peşə fəaliyyətində etik qaydalara riayət olunmasının əhəmiyyəti, ixtisas səviyyəsinin artırılması, qəbul prosesinin təkmilləşdirilməsi və peşə standartlarının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, suallar cavablandırılıb.İrakli Kandaşvili bildirib ki, bu cür əməkdaşlıq hüquqi yardım, təlim, intizam və ixtisas sahələrində təcrübə mübadiləsinin genişlənməsinə, vəkillərin peşəkar inkişafına və beynəlxalq hüquqi əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.Həmçinin İrakli Kandaşvili səfər zamanı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun inzibati binası ilə tanış olub. Nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, VK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb.  Bundan əlavə, qonaq Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, burada xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb.Eyni zamanda İrakli Kandaşvili ADA Universitetində qonaq olub. Universitetdə sədr Azərbaycanın hüquq tələbələri üçün “Effektiv və keyfiyyətli məhkəmə sistemində vəkilin rolu” mövzusunda mühazirə ilə çıxış edib.

 Bu şəxslər övladlığa uşaq götürə bilməz 

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslər üçün müəyyən hüquqi məhdudiyyətlər mövcuddur. Mövzu ilə bağlı Vəkil Esmira Rzayeva Oxu24.com saytına bildirir ki, bu qaydalar uşaqların təhlükəsizliyini və sağlam ailə mühitində böyüməsini təmin etmək məqsədi daşıyır.Onun sözlərinə görə, bir sıra şəxslər qanunvericiliyə əsasən övladlığa uşaq götürə bilməzlər.Belə ki, ağır və ya xüsusilə ağır cinayətlər törətdiyinə görə məhkum olunmuş şəxslər bu hüquqdan məhrum edilir. Eyni zamanda, ağır psixi və ya təhlükəli infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin də övladlığa uşaq götürməsi mümkün deyil.Qanunla fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər də övladlığa götürmə prosesində iştirak edə bilməzlər. Bundan əlavə, uşağın saxlanılması və tərbiyəsi üçün yetərli maddi imkanı olmayan şəxslərin müraciətləri qəbul edilmir.Valideynlik hüququndan məhrum edilmiş, uşaq hüquqlarını pozmuş və ya əvvəllər övladlığa götürdüyü uşağı qanunsuz olaraq geri qaytarmış şəxslərə də bu hüquq verilmir.Bundan başqa, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslər övladlığa uşaq götürə bilməzlər. Nikah məsələsinə gəldikdə isə, bəzi hallarda rəsmi nikahda olmayan şəxslər üçün məhdudiyyətlər tətbiq olunsa da, müəyyən istisnalar mümkündür.Vəkil qeyd edir ki, övladlığa götürmə prosesi zamanı bütün namizədlər ciddi yoxlamadan keçirilir və qərarlar yalnız uşağın mənafeyi nəzərə alınaraq qəbul edilir.

Cəzanın yüngülləşdirilməsi və ağırlaşdırılması hansı hallarda tətbiq olunur? – TƏFƏRRÜATLAR  

Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törətmiş şəxslərə cəza təyin edilərkən müəyyən yüngülləşdirici və ağırlaşdırıcı amillər əsas götürülür. Bu amillər məhkəmənin verəcəyi son qərara birbaşa təsir göstərir.Cəza hansı halda azaldıla bilər?Qanuna görə, əgər şəxs törətdiyi əməldən səmimi peşmandırsa, istintaqa kömək edibsə və ya zərərçəkmişə dəymiş ziyanı ödəyibsə, ona verilən cəza nəzərdə tutulan maksimum həddin dörddə üçündən artıq ola bilməz. Lakin bu güzəştin tətbiqi üçün bir şərt var: həmin şəxsin əməlində heç bir ağırlaşdırıcı hal aşkar edilməməlidir.Qeyd edək ki, əgər cinayətə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulubsa, bu yüngülləşdirici limitlər həmin maddələrə şamil olunmur.Cəzanı ağırlaşdıran əsas faktorlarMəhkəmə prosesi zamanı şəxsin cəzasını ağırlaşdıran hallar da xüsusi diqqət mərkəzində saxlanılır. Bunlara əsasən aşağıdakılar daxildir:•Cinayətin təkrar törədilməsi: Əgər şəxs əvvəllər də cinayət törədiblərsə və bu, residiv xarakter daşıyırsa;•Ağır nəticələr: Cinayət əməli cəmiyyət və ya fərd üçün ciddi və ağır fəsadlara yol açıbsa;•Mütəşəkkil qruplar: Cinayət qabaqcadan əlbir olan bir qrup şəxs və ya cinayətkar birlik tərəfindən törədilibsə.Xatırladaq ki, cəza təyin edilərkən eyni bir hal həm cinayətin tərkibi, həm də ağırlaşdırıcı hal kimi təkrarən nəzərə alına bilməz. Məhkəmələr hökm çıxararkən bütün bu nüansları tam və obyektiv şəkildə qiymətləndirməyə borcludur.Çimnaz Telmanqızı

Sənədsiz evlərdə vərəsəlik hüququ mümkündürmü? – Hüquqi izah  

Azərbaycanda bir çox hallarda köhnə yaşayış evlərinin rəsmi çıxarışının və tam sənədləşməsinin olmaması müşahidə olunur. Lakin bu, həmin əmlakın hüquqi baxımdan “yox” olması demək deyil.Oxu24.com  xəbər verir  ki,hüquqşünasların izahına görə, daşınmaz əmlakın mülkiyyət hüququ yalnız çıxarışla müəyyən olunmur. Faktiki sahiblik, uzunmüddətli istifadə və həmin əmlak üzərində nəzarət də mülkiyyət münasibətlərinin formalaşmasında mühüm rol oynaya bilər.Belə hallarda, vətəndaşın yaşadığı və istifadə etdiyi ev sənədsiz olsa belə, bu əmlak üzərində hüquqların tanınması mümkündür. Lakin bu proses adətən inzibati qaydada deyil, məhkəmə yolu ilə həll edilir.Əgər əmlakın rəsmi qeydiyyatı yoxdursa, ilkin mərhələdə onun hüquqi statusunun müəyyənləşdirilməsi tələb olunur. Bu zaman faktiki yaşayış, kommunal xidmətlərdən istifadə və digər sübutedici sənədlər əsas götürülə bilər.Vərəsəlik məsələlərinə gəldikdə isə, sənədsiz əmlak üzrə birbaşa notariat qaydasında vərəsəlik açılması çətin ola bilər. Bu halda vərəsələr əvvəlcə məhkəmə qaydasında əmlakın hüquqi tanınmasını təmin etməli, daha sonra isə vərəsəlik hüququ çərçivəsində bölgü aparılmalıdır.Hüquq mütəxəssisləri bildirirlər ki, belə mübahisələrdə əsas məsələ əmlakın kim tərəfindən istifadə olunması və faktiki sahibliyin kimdə olmasıdır. Bəzi hallarda isə tərəflər arasında razılaşma əsasında “yaşayış hüququ” və ya istifadə bölgüsü də tətbiq oluna bilər.Nəticə etibarilə, sənədin olmaması mütləq şəkildə hüququn olmaması demək deyil. Lakin bu cür əmlakların gələcəkdə hüquqi problem yaratmaması üçün vaxtında sənədləşdirmə aparılması tövsiyə olunur.Jalə

Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik təmin edilib – DTX rəisi

Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart – Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçirilən tədbirdə DTX rəisi Əli Nağıyev bildirib. Onun sözlərinə görə, yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib: “Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal […]

Source

İşçilərin nəzərinə: Məzuniyyət hüququnuzla bağlı bunları BİLMƏLİSİNİZ – Maddə 113 nə deyir?  

Azərbaycanda işçilərin ən çox maraqlandığı məsələlərdən biri də illik əmək məzuniyyətlərinin hesablanması və verilmə qaydalarıdır. Bir çox hallarda vətəndaşlar "iş ili" anlayışı ilə "təqvim ili"ni qarışdırır, bu da müəyyən anlaşılmazlıqlara səbəb olur.Oxu24.com Əmək Məcəlləsinə istinadən məzuniyyət hüququnun mühüm detallarını təqdim edir:Əmək məzuniyyəti nədir?Qanunvericiliyə əsasən, əmək məzuniyyəti işçinin normal istirahəti, iş qabiliyyətinin bərpası və sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. Bu müddət ərzində işçinin iş yeri və orta əmək haqqı saxlanılır.İş ili necə hesablanır?Ən vacib məqamlardan biri budur: Əmək məzuniyyəti təqvim ilinə görə deyil, iş ilinə görə verilir.* Qayda: İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.* Nümunə: Əgər siz 15 may tarixində işə başlamısınızsa, sizin birinci iş iliniz növbəti ilin 15 may tarixində tamamlanır.İki məzuniyyəti birləşdirmək olarmı?Şəkildə əks olunan maddədə qeyd edilir ki, əgər işçinin eyni təqvim ili ərzində iki iş ilinə görə məzuniyyət hüququ yaranarsa (məsələn, ötən ildən qalan məzuniyyət), o, həmin məzuniyyətlərdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.Məzuniyyətin növləriMəzuniyyət yalnız əsas istirahət günlərindən ibarət deyil. Bura daxildir:1.Əsas məzuniyyət: Peşə və vəzifəsindən asılı olaraq verilən minimum müddət.2.Əlavə məzuniyyətlər: Əməyin xarakterinə, iş stajına və uşaqlı qadınlara verilən xüsusi günlər.Çimnaz Telmanqızı

Bələdiyyənin qəbul etdiyi qərarlar məcburidirmi?  

Oxu24.com bu dəfə bələdiyyə qərarları və onların icrası məsələsinə toxunub.Bələdiyyənin qəbul etdiyi qərarlar məcburidirmi?Belə ki,Konstitusiyanın 150-ci maddəsinə görə bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.Eləcə də, “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinə əsasən bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.Hazırladı: Şahbaz

Küçədə bunu edənlər 30 manat CƏRİMƏLƏNƏCƏK

Bu gündən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.Oxu24.com -un  xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.Qeyd edək ki, tütün çəkilməsi qadağan olunan yerlər dedikdə aşağıdakılar nəzərdə tutulur:- təhsil və tərbiyə müəssisələrində, habelə onların əraziləri;- tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələri, habelə onların əraziləri;- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər, habelə onların əraziləri;- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri;- ticarət obyektləri;- məişət obyektləri;- sosial xidmət müəssisələri;- yerləşdirmə vasitələri;- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;- uşaq meydançaları;- yerüstü qapalı və yeraltı piyada keçidləri;- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri;- metropoliten stansiyalarının vestibülləri, keçidlər, platformaları və vaqonlar;- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları, su nəqliyyatı vasitələri;- hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalar) və avtobusların dayanacaq məntəqələri;- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri;- taksafonlar;- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələri;- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlar, iş yerləri.Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Ata bağışladığı evi geri ala bilərmi? – Hüquqi şərtlər nələrdir?  

Vətəndaşların tez-tez qarşılaşdığı hüquqi suallardan biri də bağışlama müqaviləsi ilə bağlıdır. Xüsusilə də valideynin övladına bağışladığı əmlakı sonradan geri alıb-almaması məsələsi maraq doğurur.Hüquqşünasların izahına görə, ata öz əmlakını oğluna rəsmi şəkildə bağışladıqdan sonra, bunu istədiyi vaxt və sadəcə fikrini dəyişdiyi üçün geri ala bilməz. Bağışlama müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra bu qərar birtərəfli qaydada ləğv edilmir.Lakin qanunvericilikdə müəyyən istisna hallar nəzərdə tutulur. Belə ki, əgər bağışlanan şəxs – yəni övlad – bağışlayan şəxsə (ataya) qarşı ağır cinayət törədərsə, ciddi əxlaqsız davranış nümayiş etdirərsə və ya onun həyatına, sağlamlığına təhlükə yaradarsa, bu zaman ata məhkəməyə müraciət edərək bağışlama müqaviləsinin ləğvini tələb edə bilər.Bu cür hallarda mühüm məqamlardan biri də vaxt məhdudiyyətidir. Ata həmin hadisədən xəbər tutduğu andan etibarən 1 il ərzində məhkəməyə müraciət etməlidir. Məhkəmə isə təqdim olunan sübutlar əsasında qərar verir.Əgər belə əsaslı səbəblər yoxdursa və ata sadəcə şəxsi narazılıq və ya fikrini dəyişməsi səbəbilə əmlakı geri almaq istəyirsə, bu, hüquqi baxımdan mümkün deyil.Nəticə olaraq, bağışlama müqaviləsi ciddi hüquqi sənəddir və onun ləğvi yalnız qanunda göstərilən konkret hallarda mümkündür.Turan

Bunu edənlər cinayət məsuliyyəti DAŞIYACAQ   — VƏKİL AÇIQLADI

Azərbaycan Respublikasında gömrük ödənişlərinin vaxtında və tam ödənilməsi qanunla tənzimlənir. Ödənişdən yayınmaq həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.Oxu24com-a mövzu ilə bağlı Vəkil Esmira Rzayeva bildirib ki, əgər yayınma az miqdarda – yəni 20.000 manatdan çox olmayan məbləğdədirsə, ödənilməli olan gömrük ödənişlərinin 70%-dən 150%-dək cərimə tətbiq olunur. Lakin şəxs bu əməli ilk dəfə törədibsə və yaranmış ziyanı tam ödəyibsə, inzibati məsuliyyətdən azad edilə bilər.Xeyli miqdarda – 20.000 manatdan çox olan gömrük ödənişlərinin ödənilməsindən yayınma isə cinayət məsuliyyəti yaradır. Bu halda şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cəzalandırılır.Praktikada gömrük orqanları ödənilməmiş borcları məcburi qaydada tutmaq və dəbbə pulu tətbiq etməklə ödəyicidən almaq hüququna malikdir.Vəkil Esmira Rzayeva qeyd edir ki, vaxtında ödəniş və düzgün sənədləşdirmə gömrük risklərinin qarşısını almağın əsas yoludur.Hazırladı: Jalə

Pensiyalarla bağlı vacib XƏBƏR: 2006-cı il yanvarın 1-dək olan dövr üzrə

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu əmək pensiyası zamanı lazım olan sığorta stajı ilə bağlıdır.Sual: Şəxsin 3 yaşınadək uşağa qulluğa görə işləmədiyi dövr sosial sığorta stajına daxil edilirmi?Cavab: “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarına əsasən,  işləməyən ananın 2006-cı il yanvarın 1-dək olan dövr üzrə körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən sosial sığorta stajına daxil edilir.Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Sosial sığorta stajı əsasən işçinin pensiya təminatı üçün istifadə edilir. Əmək məzuniyyətinin verilməsi üçün isə əmək stajı tələb olunur.Qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.Sosial sığorta stajına isə aşağıdakı müddətlər daxil edilir:- Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Sığortaolunanın sığorta stajına yuxarıda qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər də daxil edilir:- işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;- yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;- müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;- işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yeni peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;- əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;- zabit heyəti, gizir, miçman və müddətdən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerdə ərləri ilə yaşadıqları müddət;- şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;- əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;- mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;- hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).Əsas: Əmək Məcəlləsinin 132-ci maddəsi, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsiHazırladı: Jalə

Köhnə maşınınızın sığortasına xitam verməsəniz, nə baş verəcək? –EKSPERT AÇIQLAMASI  

Azərbaycanda avtomobilini satan şəxslərin ən çox yol verdiyi səhv məlum olub. Bir çox vətəndaş nəqliyyat vasitəsini satdıqdan sonra icbari sığorta müqaviləsinə xitam vermir ki, bu da sonradan ciddi maliyyə itkilərinə və sığorta tariflərinin artmasına səbəb olur.“Vətəndaşlar  avtonəqliyyat vasitələrinin icbari sığorta müqaviləsinə diqqət etməlidirlər”.Bu barədə Oxu24.com-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.“Burada əsas məqam ondan ibarətdir ki, hər hansı bir avtomobil icbari sığorta olunduqda və vətəndaş müəyyən müddətdən sonra onu satmaq qərarına gələrsə bundan sonra həmin avtomobilin icbari sığorta şəhadətnaməsini xitam etmirlər. Bu, böyük bir ciddi problem yaradır. Çünki, biz bilirik ki, avtomobilin icbari sığorta şəhadətnaməsini əldə edən vətəndaşa, bir il ərzində heç bir hadisə törətmədiyi halda müəyyən endirimlər olur. Hadisə törətdikdə isə qiymət qalxır.Və avtomobili satarkən vətəndaş sığorta şəhadətnaməsini xitam vermir və digər alan tərəf həmin avtomobili idarə edir. Bu zaman həmin avtomobillə hadisə baş verərsə, bu, avtomatik olaraq sığorta şəhadətnaməsi kimin adınadırsa, o adamın FİN kodu üzrə əmsallar qalxır.Bu, qanunvericiliklə tənzimlənir. Çünki, qeyd etdiyim kimi, bir avtomobil sığortalanır və vətəndaş bir il ərzində heç bir hadisə törətməsə, onun üçün güzəştli əmsal tətbiq olunur; onun FİN koduna tətbiq olunur, yəni, vətəndaşın adına tətbiq olunur. Tutaq ki, minik maşınları sığortalanırsa, minik maşınlarına endirim olur, yük maşınlarıdırsa yük maşınlarına.Və yaxud da hadisə törədərsə, növbəti il bütün avtomobilləri sığorta etdirərsə (bir və ya bir neçə avtomobil), onların hər birində qiymət qalxır (hadisə olarsa). Və vətəndaş avtomobili satdığı zaman müqaviləyə vaxtından əvvəl xitam vermədiyi halda, yeni sürücü, yeni vətəndaş avtomobili idarə edərsə və hadisə törədərsə, avtomatik sığorta kimin adınadırsa, onun adına qiymət əmsalı qalxır.Və sonra sığorta müqaviləsi kimin adınadırsa, o, özünə başqa bir avtomobil alır və gəlib sığorta etdirdiyi zaman görür ki, qiymət yuxarı çıxıb. Və deyir ki, “Mən heç bir hadisə törətməmişəm, bu necə ola bilər ki, mənim adıma qiymət yuxarıdır?”.Araşdırdığımız zaman məlum olur ki, avtomobili satdığı zaman köhnə sığorta şəhadətnaməsini xitam etməyib, yeni avtomobili alan şəxs hadisə törədib və avtomatik köhnə müqavilə kimin adınadırsa, onun adına qiymət əmsalı qalxıb.Xitam prosesi üçün lazımi sənədlər:Biz məsləhət görürük ki, vətəndaşlar müqaviləni alarkən diqqətli olsunlar. Avtomobili satarlarsa, mütləq sığorta müqaviləsinə xitam versinlər. Xitam verərkən də ərizə ilə sığorta şirkətinə müraciət edirlər və müvafiq sənədlər:•Sürücülük vəsiqəsi- Bu kimi sənədlər təqdim olunur və ərizə əsasında müqaviləyə xitam verilir. Və istifadə olunmuş günlərin pulu çıxılır. Tutaq ki, bir illik müqavilə bağlanıb, altı ay avtomobili idarə edib sonra satır, yerdə qalır altı ayı. İstifadə etdiyi o altı ay çıxılır, yerdə qalan altı ayın pulu vətəndaşa geri qaytarılır (oradan müəyyən qədər inzibati xərclər tutulmaq şərtilə)”.Çimnaz Telmanqızı

Şəxsiyyət vəsiqənizə diqqət edin!  —  Pulunuzdan ola bilərsiniz

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu şəxsiyyət vəsiqəsinin itirilməsi zmaanı ödənilən rüsumla bağlıdır.Şəxsiyyət vəsiqəsini itirən şəxs nə qədər dövlət rüsumu ödəməlidir?Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:· on iş günü müddətində verildikdə - 30 manat;· üç iş günü müddətində verildikdə - 70 manat;· bir iş günü müddətində verildikdə - 90 manat.Bu xidmət bütün "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.Hazırladı:Jalə

Ehtiyatlı olun! İmzaladığınız bir sənəd sizi bütün mülkiyyətinizdən edə bilər 

Gündəlik həyatımızda və kommersiya fəaliyyətində ən çox müraciət edilən hüquqi alətlərdən biri olan etibarnamələr, eyni zamanda ən böyük risk mənbəyinə çevrilə bilər. Bir şəxsə etibar edib verdiyiniz səlahiyyətlərin gözlənilmədən üçüncü bir tərəfə ötürülməsi hansı hüquqi fəsadları doğurur? Mülki Məcəllənin "etibar institutu" bu məsələdə vətəndaşları necə qoruyur, yoxsa əksinə, məsuliyyəti daha da ağırlaşdırır? Mövzu ilə bağlı  hüquqşünas Ellada Bayramova Oxu24.com-a açıqlamasında bildirib ki, mülki dövriyyədə etibar institutunun əsas alətlərindən biri olan vəkalət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ətraflı tənzimlənir:“Bu münasibətlərin mahiyyəti ondan ibarətdir ki, vəkalət verən (etibar edən şəxs) müəyyən hüquqi və ya faktiki hərəkətlərin onun adından və maraqları naminə həyata keçirilməsini vəkalət alana həvalə edir. Hüquqi doktrina və normativ yanaşma bu münasibətdə əsas prinsip kimi şəxsi icra öhdəliyini (intuitu personae) qəbul edir. Yəni vəkalət alanın seçilməsi onun fərdi keyfiyyətlərinə – peşəkarlığına, etibarlılığına, təcrübəsinə görə baş verir və bu səbəbdən o, tapşırığı prinsip etibarilə şəxsən icra etməlidir.Bununla belə, müasir hüquqi dövriyyənin mürəkkəbliyi bu prinsipin mütləq xarakter daşımadığını göstərir. Qanunvericilik istisna hallarda tapşırığın üçüncü şəxslərə həvalə edilməsinə yol verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin nümayəndəlik və vəkalət münasibətlərini tənzimləyən müddəalarına əsasən, belə həvalə etmə yalnız iki əsas hüquqi əsasla legitim hesab olunur: birincisi, vəkalətnamədə və ya müqavilədə bu səlahiyyətin birbaşa nəzərdə tutulması; ikincisi isə konkret şəraitin zərurəti – yəni vəkalət alanın obyektiv səbəblərdən tapşırığı şəxsən icra edə bilməməsi və vəkalət verənin maraqlarının qorunması üçün bu addımın qaçılmaz olması. Bu ikinci hal hüquq nəzəriyyəsində “zərurət əsasında substitusiya” kimi qiymətləndirilir və dar şərh olunur. Praktikada məhkəmələr bu əsasın mövcudluğunu ciddi sübut standartı ilə qiymətləndirir, çünki əks halda etibar münasibətinin mahiyyəti pozula bilər.Təcrübədə diqqət çəkən məqam ondan ibarətdir ki, kommersiya dövriyyəsində, xüsusilə hüquqi xidmətlər, logistika, tikinti və maliyyə əməliyyatları sahəsində vəkalət alanın müəyyən funksiyaları üçüncü şəxslərə ötürməsi geniş yayılmışdır. Lakin bu, yalnız formal hüquqi icazə ilə məhdudlaşmır; burada əsas məsələ vəkalət alanın davranış standartıdır. O, üçüncü şəxsi seçərkən lazımi diqqət və ehtiyatlılıq (due diligence) göstərməli, həmin şəxsin peşəkar və etibarlı olmasına əmin olmalıdır. Əks halda, bu seçimdə yol verilmiş səhlənkarlıq birbaşa məsuliyyətə səbəb olur.Vəkalət alanın üçüncü şəxsə həvalə etməsi onun məsuliyyətini avtomatik olaraq aradan qaldırmır. Əksinə, hüquqi konstruksiya belə qurulmuşdur ki, vəkalət alan ya üçüncü şəxsin hərəkətlərinə görə birbaşa məsuliyyət daşıyır, ya da ən azı həmin şəxsin seçilməsində və nəzarətdə yol verdiyi qüsurlara görə cavabdeh olur. Əgər vəkalətnamədə substitusiya açıq şəkildə icazə verilmişdirsə və vəkalət alan lazımi diqqət standartlarına əməl edibsə, o zaman onun məsuliyyəti daha çox seçim mərhələsi ilə məhdudlaşa bilər. Lakin belə icazə yoxdursa və ya zərurət sübuta yetirilməyibsə, üçüncü şəxsin bütün hərəkətləri hüquqi baxımdan vəkalət alanın öz hərəkətləri kimi qiymətləndirilir. Bu halda, vurulmuş zərərə görə tam həcmdə kompensasiya öhdəliyi yaranır.Burada mühüm hüquqi nüanslardan biri də odur ki, üçüncü şəxslə münasibət daxili xarakter daşıyır və vəkalət verən üçün hüquqi nəticələr birbaşa vəkalət alan vasitəsilə formalaşır. Yəni üçüncü şəxsin səhvi nəticəsində yaranmış zərərin kompensasiyası ilkin olaraq vəkalət alandan tələb olunur, daha sonra isə o, regres qaydasında həmin zərəri faktiki icraçıdan tələb edə bilər. Bu mexanizm vəkalət verənin maraqlarının daha effektiv qorunmasına xidmət edir”.Müsahibin sözlərinə görə, vətəndaşların vəkalətnamə verərkən üzləşə biləcəkləri risklər əsasən üç istiqamətdə cəmləşir: səlahiyyətlərin həddindən artıq geniş verilməsi, nəzarət mexanizmlərinin olmaması və üçüncü şəxslərə ötürülmə ehtimalının düzgün qiymətləndirilməməsi.“Hüquqi baxımdan ən təhlükəli hallardan biri “ümumi və qeyri-məhdud vəkalətnamə”nin verilməsidir. Belə sənədlər vəkalət alana faktiki olaraq sərhədsiz hüquqlar tanıyır və sui-istifadə riskini kəskin artırır. Xüsusilə daşınmaz əmlak, bank hesabları və ya kommersiya aktivləri ilə bağlı əməliyyatlarda bu risklər daha ciddi nəticələr doğura bilər.Praktiki və hüquqi qorunma mexanizmləri bu risklərin minimallaşdırılmasına yönəlməlidir. Hüquqi texnika baxımından vəkalətnamədə səlahiyyətlərin konkret və məhdud şəkildə müəyyən edilməsi, müddətin qısa saxlanılması, yalnız müəyyən əməliyyatlar üzrə etibarnamənin verilməsi daha təhlükəsiz model hesab olunur. Bundan əlavə, vəkalətnamədə üçüncü şəxslərə həvalə etmənin qadağan edilməsi və ya ciddi şərtlərlə məhdudlaşdırılması mühüm preventiv tədbirdir. Müasir praktikada bəzi hallarda notarial təsdiqli vəkalətnamələrdə belə xüsusi şərtlərin əlavə edilməsi geniş yayılmaqdadır.Nəhayət, qeyd edilməlidir ki, vəkalət münasibətləri yalnız formal hüquqi mexanizm deyil, həm də yüksək etibar tələb edən instituttur. Qanunvericilik bu etibarı qorumaq üçün vəkalət alanın üzərinə artırılmış məsuliyyət yükü qoyur və üçüncü şəxslərə həvalə etmə imkanını ciddi hüquqi çərçivələrlə məhdudlaşdırır. Bu çərçivələrin düzgün tətbiqi həm hüquqi sabitliyin, həm də tərəflər arasında balansın təmin olunmasının əsas şərtidir”.Çimnaz Telmanqızı

Borcun qaytarılmasında QAYDALAR: 3 ay gözlə, ya da dərhal ÖDƏ!

Azərbaycanda borc münasibətlərini tənzimləyən qanunvericilikdə diqqət çəkən məqamlardan biri də Mülki Məcəllənin 742-ci maddəsidir. Bu maddə borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması qaydalarını aydın şəkildə müəyyən edir.Oxu24.com xəbər verir ki, Maddə 742-yə əsasən, borcun qaytarılması ilə bağlı mühüm detallar və tərəflərin hüquqları konkret şəkildə göstərilib.Əgər borcun qaytarılması üçün müqavilədə xüsusi müddət müəyyən olunmayıbsa, bu halda borc ya borc verənin, ya da borc alanın təşəbbüsü ilə müqaviləyə xitam verilərkən geri qaytarılmalıdır. Yəni müddətsiz borc münasibətlərində tərəflərdən biri müqaviləni ləğv etdikdə borc dərhal ödənilməlidir.Daha maraqlı məqam isə borcun məbləğinə görə tətbiq olunan xəbərdarlıq müddətidir. Belə ki:•110 manatdan çox borclar üçün müqaviləyə xitam veriləcəyi barədə 3 ay əvvəlcədən xəbərdarlıq edilməlidir;•Daha az məbləğdə borclar üçün isə bu müddət 1 ay təşkil edir.Bundan əlavə, əgər tərəflər arasında faizlə bağlı hər hansı razılaşma yoxdursa, borc alan şəxs heç bir xəbərdarlıq etmədən belə borcu qaytarmaq hüququna malikdir.Çimnaz Telmanqızı

Prokurorluq açıqlama yaydı

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.Xəzər rayon prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

Dünyasını dəyişən şəxsin pensiyasını bu qaydada ALMAQ OLAR

"Atam vəfat etdi.O,vəfat edəndə pensiyalar hələ ödənməmişdi.Onun pensiyasını biz ala bilərikmi?" sualı ilə bağlı oxucu Oxu24.com-a müraciət edib.Sual:Şəxs vəfat etdiyi ayın əvvəli, pensiya ödənişləri həyata keçirilməmiş vəfat etmişdir. Ailə üzvlərinin vəfat edən şəxsin almadığı pensiyanı almağa hüququ varmı?Cavab: Bəli. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.Yəni,ailə üzləri həmin şəxsin pensiyasını həmin ay üçün ala bilər.Hazırladı: Turan

Xəyanətə görə təzminat: yeni qaydalar nə deyir?  

Son dövrlərdə ailə hüququ sahəsində qəbul edilən qərarlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə xəyanətə görə mənəvi təzminat məsələsi və bunun hüquqi əsasları vətəndaşları maraqlandıran əsas mövzulardandır.Mütəxəssislərin bildirdiyinə görə, yeni hüquqi yanaşmaya əsasən, xəyanət artıq ailə münasibətlərinə zidd hərəkət kimi qiymətləndirilir və zərərçəkmiş tərəf məhkəməyə müraciət edərək mənəvi təzminat tələb edə bilər. Bu dəyişikliklər 24 dekabr tarixindən sonra baş verən hallara şamil olunur və əvvəlki dövrlərə aid edilmir.Lakin əsas şərt xəyanət faktının sübut olunmasıdır. Bunun üçün:foto və video materiallar,yazışmalar,və ya qeyri-rəsmi münasibətlərdən doğulan övladla bağlı sənədlər təqdim edilə bilər.Məhkəməyə müraciət edən şəxs özünə dəyən mənəvi ziyanı müəyyən məbləğlə ifadə edə bilər. Bu məbləğ real və əsaslandırılmış olmalıdır. Məsələn, zərərçəkmiş şəxs bunu 10–20 min manat kimi qiymətləndirə bilər.Eyni zamanda, məhkəmə qərar verərkən bir sıra amilləri nəzərə alır:şəxsin yaşı və psixoloji durumu,hadisənin yaratdığı mənəvi sarsıntının dərəcəsi,məhkəməyə müraciətin vaxtı.Hüquqşünaslar vurğulayır ki, müraciətin gecikdirilməsi iddianın zəifləməsinə səbəb ola bilər. Çünki uzun müddət sonra edilən müraciət zərərin təsirinin dərhal və ciddi olub-olmadığına dair suallar yaradır.Boşanma məsələsinə gəldikdə isə, qanunvericilikdə bu, birbaşa şərt kimi göstərilməsə də, praktik yanaşmaya görə boşanma faktı iddianın əsaslandırılması baxımından mühüm rol oynaya bilər. Bu, zərərçəkmiş tərəfin xəyanəti qəbul etmədiyini və münasibətlərə son qoyduğunu göstərən amil kimi qiymətləndirilir.Beləliklə, yeni hüquqi reallıqda xəyanət təkcə mənəvi məsələ deyil, həm də hüquqi müstəvidə qiymətləndirilə bilən bir haldır. Lakin iddianın uğurlu olması üçün əsaslı sübutlar və vaxtında müraciət həlledici rol oynayır.Nigar

Krediti olan və ödəyə bilməyən şəxslərə XƏBƏRDARLIQ!

Maaş kartından tutulmaların hüquqi həddi nə qədərdir?Son dövrlərdə bank borcları ilə bağlı vətəndaşların maaş kartlarından tutulmalar mövzusu tez-tez müzakirə olunur. Xüsusilə “bank maaşdan nə qədər tuta bilər?” sualı bir çox insanı maraqlandırır.Oxu24.com xəbər verir  ki,hüquqi qaydalara əsasən, banklar borca görə vətəndaşın əməkhaqqından yalnız müəyyən həddə qədər vəsait tuta bilərlər. Bu məbləğ maksimum 50 faiz olaraq müəyyən edilir.Lakin bu tutulmanın həyata keçirilməsi üçün mütləq hüquqi əsas olmalıdır. Yəni:vətəndaşın banka əvvəlcədən yazılı razılığı olmalıdır,və ya bu barədə məhkəmə qərarı mövcud olmalıdır.Bu şərtlər olmadan bankın vətəndaşın maaş kartından vəsait tutması qanunsuz hesab olunur.Mütəxəssislər vurğulayır ki, heç bir halda bank əməkhaqqından 50 faizdən artıq vəsait tuta bilməz. Hətta bu hədd 1 manat belə keçilə bilməz.Beləliklə, vətəndaşların əməkhaqqı qanunla qorunur və bankların bu vəsaitə müdaxiləsi yalnız müəyyən edilmiş çərçivədə mümkündür. Bu qaydaların bilinməsi maliyyə hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.Hazırladı: Miri Məcidli

DYP xəbərdarlıq yaydı

Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.Oxu24.com  xəbər verir ki, bunula bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi xəbərdarlıq yayıb.Bildirilib ki, yağıntılı hava ilə əlaqədar olaraq, DYP sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib:"Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar. Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər. Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər. Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar. Piyadalara tövsiyə olunur. Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər. Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər. Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar".Qeyd edək ki, hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Bu şəxslərə sosial yardım VERİLƏCƏK - ŞƏRTLƏR

Məlum olduğu kimi,Azərbaycanda imkansız ailələrə sosial yardım verilir.Bəs,bu hansı qaydada həyata keçirilir?Oxu24.com  hansı ailələr sosial yardım almaq hüququna malikdir? sualına aydınlıq gətirib.Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.Hazırladı: Şahbaz

Aldığınız mal xarab çıxsa, pulunuz necə geri qaytarılmalıdır? – Qanunvericilikdə VACİB MƏQAMLAR  

İstehlakçılar gündəlik həyatda tez-tez keyfiyyətsiz məhsul alarkən müəyyən çətinliklərlə üzləşirlər. Bəs xarab çıxan malı dəyişdirərkən və ya qaytararkən qiymət fərqi necə tənzimlənir? Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 625-ci maddəsi bu hallarda vətəndaşların və satıcıların hüquqlarını konkret qaydalarla qoruyur.Həmin qaydaları sadə dildə təqdim edirik:1. Mal eynisi ilə əvəz edilərsə (Maddə 625.1)Əgər aldığınız keyfiyyətsiz malı eyni növlü və keyfiyyətli mal ilə əvəz edirsinizsə, satıcı sizdən qiymət fərqi tələb edə bilməz. Məsələn, aldığınız telefon xarabdırsa və onu eyni model telefonla dəyişirsinizsə, telefonun qiyməti həmin vaxt artsa belə, sizdən əlavə ödəniş istənilə bilməz.2. Mal başqa model və ya ölçü ilə əvəz edilərsə (Maddə 625.2)Əgər xarab çıxan malı fərqli ölçülü, fasonlu və ya növlü başqa bir mal ilə əvəz edirsinizsə, bu zaman qiymət fərqi ödənilməlidir. Burada əsas götürülən qiymət malın dəyişdirilmə anındakı bazar qiymətidir.3. Malın qiymətinin aşağı salınması tələbi (Maddə 625.3)Əgər alıcı malı qaytarmaq yox, sadəcə qüsuruna görə qiymətinin aşağı salınmasını (endirim) tələb edirsə, bu hesablanma tələbin irəli sürüldüyü günə olan qiymət əsasında aparılır. Əgər satıcı bununla razılaşmasa, məsələ məhkəmə müstəvisində həll olunur.4. Mal tamamilə geri qaytarılarsa (Maddə 625.4)Keyfiyyətsiz malı mağazaya geri qaytarıb pulunuzu geri almaq istədiyinizdə, qiymət artımı baş veribsə, alıcı həmin artımı da tələb edə bilər. Yəni, siz malı alanda 100 manat idisə, lakin qaytardığınız gün həmin malın qiyməti 120 manata qalxıbsa, siz müvafiq fərqi tələb etmək hüququna maliksiniz.Çimnaz Telmanqızı

Heyvanları bələdiyyələr qorumalıdır?

Heyvan hüquqlarının müdafiəsində bələdiyyələrin rolu nədən ibarətdir?Oxu24.com xəbər verir ki,“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununa görə, bələdiyyələr bu sahədə sadəcə müşahidəçi deyil — real səlahiyyət və məsuliyyət daşıyırlar. Bələdiyyə nə edə bilər?• Küçə heyvanlarının qorunması, müalicəsi və sığınacaqlar üçün büdcədən vəsait ayıra bilər• Heyvanların qorunması və saxlanması ilə bağlı yerli qaydalar qəbul edə bilər• Zoopark, zoobağ və heyvan sığınacaqları yarada və idarə edə bilər• Heyvanların sayını və vəziyyətini nəzarətdə saxlamaq üçün proqramlar hazırlaya bilər• Dövlət qurumları və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilər• Heyvanlara və onların yaşayış mühitinə zərər verən obyektlərin fəaliyyətini dayandırmağı tələb edə bilər Yəni qanuna görə:Əgər küçə heyvanları acdırsa, baxımsızdırsa və ya sığınacaq yoxdursa — bu artıq birbaşa bələdiyyənin məsuliyyətidir.Hazırladı: Jalə

Ali Məhkəmə mühüm AÇIQLAMA YAYDI

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair izahlar verib.Ali Məhkəmədən Oxu24.com-a  verilən məlumata görə, qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir.Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.Sağlam ətraf mühitdə yaşamaq hüququna aşağıdakı elementlər daxildir:- hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;- ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;- ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi;- ekoloji tarazlığının saxlanılması,yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququ.Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) və başqa formada zərərdən azad ekosistem başa düşülür.Mülki hüquqi aspektdə ekoloji hüquqpozmalar aşağıdakılardır:1. Ətraf mühitin çirklənməsi:- fiziki (səsküy, toz, radiasiya, istilik, vibrasiya və s.);- kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.);- bioloji (bakteriyalar, virus, göbələk və s.);- mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.)2. Ekosistemə zərər vurulması:- ağacların qırılması- torpağın şoranlaşması və eroziyası,- su hövzələrinin qurudulması,- bioloji müxtəlifliyin azalması və sEkoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.Sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər.Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.

Pensiya almaq üçün nələr tələb OLUNUR?

Oxu24.com oxuculara maarifləndirmə mövzusunda yazıları təqdim edir.Bu dəfə təqdim etdiyimiz mövzu  yaşa görə əmək pensiyası ilə bağlıdır.Yaşa görə əmək pensiyası hansı şərtlər əsasında təyin olunur?"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxs pensiya yaş həddinə çatdıqda, pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sosial sığorta stajı olduqda təyin edilir. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınmış şəxsə yaşa görə pensiya təyinatı zamanı 25 il sığorta stajı (01.01.2006-cı il tarixinədək) hesablanmaqla avtomatlaşdırılmış qaydada həyata keçirilir.Hazırladı: Jalə

Pensiya stajı ilə bağlı mühüm XƏBƏR: 2006-CI İL YANVARIN 1-DƏK...

Bildiyimiz kimi,əmək pensiyası zamanı tələb olunan şərtlərdən biri də stajdır.Bu dəfə təqdim edəcəyimiz mövzu kolxozlarda işləmiş şəxslərin stajının hesablanması qaydası ilə bağlıdır.2006-cı il yanvarın 1-dək kolxozlarda əmək fəaliyyəti dövrü hansı sənədə əsasən nəzərə alınır?Oxu24.com xatırladır ki,kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən hesablanır.Nigar

Çıxarışsız evi olanlara ŞAD XƏBƏR! 30 il həmin evdə yaşamısınızsa...

Əgər bir vətəndaşın əmlakı üzərində çıxarış (kupça) yoxdursa, lakin o, həmin mənzildə və ya evdə uzun illər – təxminən 30 il – yaşayıbsa, hüquqi baxımdan müəyyən imkanlar mövcuddur. Oxu24.com xəbər verir  ki,hüquqşünasların açıqlamasına görə, belə halda vətəndaş daşınmaz əmlakın dövlət reyestrinə müraciət edə bilər.Əgər reyestrdə həmin mülkiyyətin heç kimin adına qeydiyyatı yoxdursa, şəxsin məhkəmə vasitəsilə həmin mülkiyyəti öz adına çıxarış əldə etməsi mümkündür. Bu prosedur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsi ilə tənzimlənir.Beləliklə, uzun illər istifadə olunan, lakin sənədsiz əmlakın hüquqi yolla öz adına keçirilməsi mümkündür və bunun üçün müvafiq dövlət orqanına müraciət və məhkəmə prosesi tələb olunur.Hazırladı: Jalə

Torpaq sahəsinin koordinatları bu qaydada dəyişdirilə bilər  

Torpaq  sahələrinin koordinatları hansı qaydada dəyişdirilə bilər? Oxu24.com bu suala aydınlıq gətirir.Əgər almış olduğunuz torpaq sahəsi kənd təssərrüfatı  təyinatlıdırsa, həmin torpaq sahəsindən 500 metr, yəni dislokasiya yerinə 500 metr ara məsafəsində torpaq sahəsinin təyinatı dəyişilmiş və yaxud da çıxarış almış tərəfdə yaşayış evləri mövcuddursa, torpaq sahəsinin koordinatını dəyişə bilərsiniz. Bunun üçün əlavə sənədləşmələr  aparılmalı, adiyyatı üzrə müraciət edilməlidir.Məhkəmənin müsbət qərarı əsasında torpaq sahənizin  təyinatının dəyişilməsinə nail ola bilərsiniz. Qeyd edək ki, torpaq sahasının təyinatının dəyişilməsi Nazirlər Kabinətinin və ya məhkəmənin müsbət qərarı əsasında baş tuta bilər.

Aliment ödəməyənlərin nəzərinə! -  Vəkil  MÜHÜM FAKTI AÇIQLADI  

Cəmiyyətdə aliment öhdəliyini yerinə yetirməyən valideynlərin övladları ilə görüş hüququnun məhdudlaşdırılması ilə bağlı geniş yayılmış yanlış fikirlər mövcuddur. Bir çoxları elə hesab edir ki, əgər valideyn alimenti vaxtında ödəmirsə, onun uşağı görmək hüququ əlindən alınmalıdır.Oxu24.com xəbər verir ki, vəkil Elvin Səfərov bu məsələyə aydınlıq gətirərək, qanunvericiliyin bu məsələdə mövqeyini izah edib.Vəkil bildirib ki, alimentin ödənilməməsi valideynin uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılması üçün qanuni əsas deyil. Qanunvericilik bu iki məsələni bir-birindən ayırır:* Aliment: Valideynin övladının maddi təminatını qarşılamaq öhdəliyidir.* Görüş hüququ: Valideynin övladı ilə ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək hüququdur.Qanun Nə Deyir?Elvin Səfərov vurğulayır ki, aliment borcu olan valideynin uşaqla görüşünə qadağa qoyulması Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Valideyn alimenti ödəmədikdə buna görə müvafiq hüquqi məsuliyyət daşısa da (məcburi icra tədbirləri, cərimə, hətta həbs), bu, onun valideynlik hüququnun (ünsiyyət hissəsinin) birbaşa itirilməsi demək deyil."Alimentin ödənilməməsi valideynin uşaqla görüş hüququnu məhdudlaşdırmaq üçün əsas deyil. Bunu mən yox, qanun deyir," – deyə vəkil qeyd edib.Qeyd edək ki, Bu mövzuda yaranan mübahisələr zamanı tərəflərin qanuni hüquqlarını bilməsi, lazımsız konfliktlərin və uşağın psixoloji sarsıntı keçirməsinin qarşısını ala bilər.Çimnaz Telmanqızı

Vəfat etmiş şəxsin pensiyasını bu halda almaq MÜMKÜN OLACAQ 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə oxucunun ünvanladığı suala cavabı təqdim edirik.Sual: Yoldaşım pensiya yaşına 8 ay qalmış dünyasını dəyişdi. Mənim də  63 yaşım var, işləmirəm. Yoldaşıma düşən pensiyanı mən ala bilərəm? Hüquqşünasların sözlərinə görə, müraciət edən qadın, özünün pensiya yaşı tamam olduğu halda ona ərinin almalı olduğu pensiyanın 80%-nin verilmə ehtimalı var. Təbii ki, əri pensiyaya çıxmış olmasa  belə, onu  həyat yoldaşı ala bilər.Praktikada bu kimi hallara rast gəlinir.Yəni,qadın pensiya yaşına çatmış,lakin bir neçə ay qalmış vəfat edən ərinin pensiyasını ala bilər.Hazırladı: Nigar

Sosial şəbəkələrdə “böyrək satıram” elanları yayılır - bəs qanun nə deyir?  

Sosial şəbəkələrdə “böyrək satıram” kimi paylaşımlar zaman-zaman ciddi narahatlıq doğurur. Son günlərdə də oxşar məzmunlu elanların yayılması insan orqanlarının qanunsuz dövriyyəsi məsələsini yenidən gündəmə gətirib.Məsələ ilə bağlı yayılan məlumatlara görə, bəzi şəxslər maddi çətinlik səbəbindən sosial platformalarda böyrəyini satmaq istədiyini açıq şəkildə elan edir. Mövzu ilə bağlı Oxu24com-a danışan vəkil Esmira Rzayeva bildirir ki, insan orqanlarının alqı-satqısı qanunvericiliyə görə qəti şəkildə qadağandır və bu kimi hallar cinayət məsuliyyəti yarada bilər.Hüquqşünasın sözlərinə görə, insan orqanlarının qanunsuz alqı-satqısı ilə bağlı həm satan, həm də alan tərəf ciddi hüquqi məsuliyyət daşıya bilər. Qanunvericiliyə əsasən, orqanların qanunsuz dövriyyəsi, vasitəçilik və ya bu prosesin təşkili ağır cinayət hesab olunur və azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.Tibb mütəxəssisləri də xəbərdarlıq edirlər ki, qeyri-qanuni orqan transplantasiyası həm donor, həm də resipiyent üçün ciddi sağlamlıq riskləri yaradır. Tibbi nəzarət və rəsmi prosedurlar olmadan həyata keçirilən əməliyyatlar insan həyatı üçün təhlükəli hesab olunur.Mütəxəssislər vətəndaşları bu cür elanlardan uzaq durmağa və belə hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırırlar.Jalə

Qanunsuz süni mayalanma və sterilizasiya edənləri hansı cəza gözləyir? – Vəkil açıqladı 

Qadına onun razılığı olmadan süni mayalanma və ya embrionun implantasiya edilməsi, eləcə də şəxsin razılığı olmadan tibbi sterilizasiya aparılması cinayət məsuliyyəti yaradır.Bu barədə Oxu24.com-a açıqlamasında vəkil Esmira Rzayeva bildirib.Onun sözlərinə görə, bu kimi hallar qadının və ya şəxsin nəsilartırma hüququnun kobud şəkildə pozulması hesab olunur və qanunvericilikdə buna görə ciddi cəzalar nəzərdə tutulur.Vəkil qeyd edib ki, qadına onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionun implantasiya edilməsi, həmçinin şəxsin razılığı olmadan tibbi sterilizasiya aparılması nəticəsində ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurularsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər.“Belə hallarda təqsirli şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”, – deyə Esmira Rzayeva vurğulayıb.O əlavə edib ki, qüvvədə olan qanunvericiliyə əsasən, hazırda bu əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Vəkilin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan bu cəzalar insanların reproduktiv hüquqlarının qorunmasına və tibbi müdaxilələrin yalnız şəxsin razılığı əsasında həyata keçirilməsinə xidmət edir.Jalə

Azərbaycanda heyvanlarla rəhmsiz rəftar edənləri hansı cəza gözləyir? – Vəkil açıqladı  

Azərbaycanda heyvanlara qarşı qəddar rəftar qanunla qadağandır və belə hallara yol verən şəxslər məsuliyyətə cəlb oluna bilər. Bu barədə Oxu24.com-a açıqlamasında vəkil Esmira Rzayeva məlumat verib.Vəkilin sözlərinə görə, heyvanlar aləmi təbiətin, həyatın və cəmiyyətin mühüm tərkib hissəsidir və onların qorunması hər bir vətəndaşın borcudur. Heyvanlara qarşı qəddar davranış təkcə mənəvi baxımdan deyil, həm də hüquqi baxımdan məsuliyyət yaradır.O qeyd edib ki, Azərbaycan Respublikasının Heyvanlar aləmi haqqında Qanun heyvanların mühafizəsi və onlara qarşı rəhmsiz rəftarın qarşısının alınması məqsədilə qəbul olunmuş əsas hüquqi sənədlərdən biridir.“Qanunun 5-ci maddəsinə görə, heyvanlar aləmi obyektləri dövlətin mülkiyyətidir və onların mühafizəsi, artırılması, yetişdirilməsi və saxlanması qanunla tənzimlənir”, – deyə vəkil bildirib.Bundan başqa, qanunun 53-cü maddəsinə əsasən heyvanlara qarşı rəhmsiz rəftar – yəni onlara ağrı, əzab və işgəncə vermək, döymək, döyüşdürmək, nəticədə şikəst və ya tələf etmək, eləcə də belə halları mediada təbliğ etmək məsuliyyət yaradır.Eyni zamanda, məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə də tənzimlənir. Məcəllənin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə görə aşağıdakı cərimələr tətbiq olunur:fiziki şəxslər üçün – 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər üçün – 1500 manatdan 2000 manatadək,hüquqi şəxslər üçün – 4000 manatdan 5000 manatadək.Esmira Rzayeva.vurğulayıb ki, bu qanunların məqsədi yalnız heyvanları qorumaq deyil, eyni zamanda cəmiyyətdə mərhəmət, empatiya və məsuliyyət hissini formalaşdırmaqdır.“Heyvanlar da hiss edən, qorxan və sevən canlılardır. Onlara mərhəmət göstərmək sadəcə vəzifə deyil, insanlığın göstəricisidir”, – deyə vəkil əlavə edib.Hüquqşünas vətəndaşları belə halların şahidi olduqları zaman hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.“Heyvanlara qarşı zorakılıq faktı ilə rastlaşdıqda vətəndaşlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya yerli bələdiyyə orqanlarına müraciət etməlidirlər. Cəmiyyət olaraq birlikdə daha mərhəmətli və ədalətli mühit formalaşdırmalıyıq”, – deyə o bildirib.Hazırladı: Jalə

Qanunsuz biotibbi tədqiqatlara görə cəzalar - Vəkil danışdı  

Azərbaycan qanunvericiliyində qanunsuz biotibbi tədqiqatların aparılmasına görə məsuliyyət nəzərdə tutulur. Qadağan olunmuş diaqnostika və müalicə üsullarının, eləcə də icazəsiz dərman vasitələrinin tətbiqi nəticəsində şəxsin sağlamlığına zərər vurulması cinayət məsuliyyəti yaradır.Vəkil Esmira Rzayevanın Oxu24.com-a dediyi  sözlərinə görə, tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarının, dərman vasitələrinin istifadə edilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda, təqsirkar şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Həmçinin həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə bilər.Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə bu əməllərə görə iki min manatdan üç min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.Hüquqşünas qeyd edir ki, bu cür qanun pozuntuları insanların sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratdığından qanunvericilikdə məsuliyyət tədbirləri müəyyən edilib.Nigar

Bağışlanan əmlak ər-arvad arasında bölünürmü? – İZAH

Bağışlanan əmlak ər-arvad arasında bölünürmü?Oxu24.com xəbər verir  ki,əgər əmlak bağışlama və ya vərəsəlik yolu ilə şəxsin adına keçibsə, bu əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxil edilmir.Məsələn, qayınata  2008-ci ildə evini vəsiyyət edərək yoldaşınızın adına qoyubsa və siz 2010-cu ildə evlənmisinizsə, 2014-cü ildə qaynatam vəfat etdikdən sonra evin rəsmi olaraq yoldaşınızın adına keçməsi, sizin boşanma və ya digər vəziyyətlərdə həmin əmlakdan pay ala bilməyəcəyiniz deməkdir.Hüquqşünaslar bildirirlər ki, Ailə Məcəlləsi bağışlanan və ya miras qalan əmlakın ər-arvad arasında bölünmədiyini açıq şəkildə nəzərdə tutur. Bu qayda həm bağışlamaya, həm də vərəsəlik yolu ilə keçən əmlaka aiddir. Yəni, bu halda xanıma və ya digər həyat yoldaşına əmlakdan pay düşmür.Nigar

Sosial yardım alan ailə ev alqı-satqısı həyata keçirsə...

Sosial yardım və ev alqı-satqısı: mütəxəssis izah edirMütəxəssislərin bildirdiyinə görə, sosial yardım alan ailə ev alqı-satqısı həyata keçirsə, dərhal yenidən müraciət etməsinə ehtiyac yoxdur. Oxu24.com xəbər verir  ki, sosial yardım yalnız müraciət edilən ayın birindən başlayaraq bir il müddətinə təyin olunduğundan, bu müddət bitmədən yardım dayandırılmır.Əgər ailə sosial yardım müddətinin 12 ayını tamamlayarsa, bu zaman yenidən müraciət edərək növbəti dövr üçün yardım ala bilər. Yəni, ev alqı-satqısı bu müddət ərzində sosial yardımın avtomatik dayandırılması ilə nəticələnmir.Ekspertlər vurğulayır ki, ailələr bu proseduru düzgün izləsələr, hüquqlarını itirmədən və fasiləsiz sosial dəstəkdən yararlana bilərlər.Jalə

DYP sürücülərə çağırış edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib.İdarədən Oxu24.com-a  verilən məlumata görə, müraciətdə bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır:"Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir.Bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.Bir daha xatırladılır ki, yollarda təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. Bayram sevincinin hər hansı yol-nəqliyyat hadisəsi ilə kölgələnməməsi üçün bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yolda həm öz həyatlarına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq".

Çıxarışı olmayan evi sığortalamaq mümkündürmü? – Açıqlama  

Mənzil və ya fərdi yaşayış evinin rəsmi çıxarışı (mülkiyyət hüququnu təsdiq edən sənəd) olmadıqda onun sığortalanması məsələsi hüquqi baxımdan çətinlik yarada bilər.Oxu24.com  xəbər verir  ki, sığorta sahəsi üzrə mütəxəssislərin izahına görə, əmlakın sığortalanması üçün ilk növbədə həmin obyektin rəsmi sənədlə dövlət qeydiyyatında olması tələb olunur. Çünki sığorta müqaviləsi bağlanarkən əmlakın hüquqi statusu və dövlət reyestrində mövcudluğu əsas şərtlərdən biridir.Çıxarış olmadığı halda ev dövlət qeydiyyatında görünmədiyi üçün bir çox sığorta şirkətləri bu tip obyektləri sığortaya qəbul etmir. Xüsusilə icbari əmlak sığortası üçün rəsmi mülkiyyət sənədi vacib hesab olunur.Lakin ekspertlər qeyd edirlər ki, bəzi özəl sığorta şirkətləri fərdi qaydada risk qiymətləndirməsi apararaq alternativ sənədlər əsasında müqavilə bağlaya bilər. Bu isə şirkətin daxili qaydalarından və sığorta növündən asılıdır. Məsələn, avtomobillərdə olduğu kimi icbari və könüllü (kasko) sığorta modelləri fərqli yanaşmalar tələb edir.Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, əmlakın sığortalanmasında çətinlik yaşamamaq üçün əvvəlcə mülkiyyət hüququnun rəsmiləşdirilməsi və çıxarışın alınması istiqamətində addım atsınlar. Bu, həm hüquqi təhlükəsizliyi təmin edir, həm də sığorta prosesini asanlaşdırır.Qeyd olunur ki, dəqiq məlumat üçün konkret sığorta şirkətinə müraciət etmək və mövcud qaydalarla tanış olmaq vacibdir.Hazırladı: Şahbaz

Əlilliyi olan şəxslərə mənzillə bağlı ŞAD XƏBƏR: Ekspertlər qaydanı AÇIQLADI

3-cü qrup əlillərin mənzil növbəsi  necə təyin edilir?3-cü qrup əlilliyi olan şəxslərin mənzil təminatı məsələsi qanunvericiliklə tənzimlənir və bu kateqoriyaya aid vətəndaşlar müəyyən şərtlər daxilində mənzil növbəsinə dayana bilərlər.Oxu24.com xəbər verir  ki,mütəxəssislərin izahına görə, vətəndaşların sosial mənzil və ya dövlət xətti ilə mənzil əldə etməsi üçün aidiyyəti quruma rəsmi qaydada müraciət etməsi və növbəyə alınması vacibdir. Bu proses zamanı şəxsin sosial statusu, yaşayış şəraiti və qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara uyğunluğu araşdırılır.Qeyd olunur ki, bəzi hallarda Prezident sərəncamları və ya Nazirlər Kabinetinin qərarları ilə əlavə kateqoriyalar müəyyən edilə bilər. Bu sənədlər qəbul edildikdə, həmin qərarda göstərilən şəxslər ayrıca siyahı üzrə növbəyə daxil edilə bilirlər. Lakin bu, avtomatik şəkildə deyil, rəsmi qaydada qeydiyyat əsasında həyata keçirilir.Mütəxəssislər bildirirlər ki, 3-cü qrup əlilliyi olan şəxslər də qanunvericilikdə nəzərdə tutulan əsaslarla mənzil növbəsinə müraciət edə bilərlər. Bunun üçün müvafiq sənədlərlə birlikdə yerli icra orqanına və ya aidiyyəti quruma ərizə təqdim olunmalıdır.Sosial hüquq üzrə ekspertlər vurğulayırlar ki, mənzil növbəsi sistemi şəffaf və mərhələli şəkildə aparılır və hər bir vətəndaşın müraciəti fərdi qaydada qiymətləndirilir.Bu səbəbdən, 3-cü qrup əlilliyi olan şəxslərə tövsiyə edilir ki, rəsmi prosedurlara uyğun şəkildə müraciət etsinlər və hüquqlarını qanuni çərçivədə tələb etsinlər.Hazırladı: Turan

Öldürməklə hədələməyə görə hansı cəza nəzərdə tutulur? – Vəkil açıqladı 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə – hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyəti yaradır.Vəkil Esmira Rzayeva Oxu24.com -a bildirir ki, bu cinayət əməli təqsirkarın zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə və ya onun sağlamlığına ağır zərər vurmağa yönəlmiş açıq niyyətini ifadə edən hədələmə formasında özünü göstərir.Onun sözlərinə görə, hədə müxtəlif üsullarla – şifahi, yazılı, telefon vasitəsilə və ya digər yollarla edilə bilər. Bu hədə birbaşa zərərçəkmişə və ya təqsirkarın fikrincə, məlumatı ona çatdıracaq digər şəxslərə də ünvanlana bilər.Vəkil qeyd edir ki, hədənin icra ediləcəyi üçün real əsasların olub-olmaması bir sıra hallarla müəyyən edilir. Buraya hədənin məzmunu, ifadə forması və intensivliyi, hədələmənin baş verdiyi şərait, hədələyənin silah və ya digər vasitələrə malik olub-olmaması, həmçinin onun şəxsiyyətini xarakterizə edən xüsusiyyətlər daxildir. Həmçinin hədələyən şəxsin sərxoş vəziyyətdə olması, ictimai qaydanı tez-tez pozması, əvvəllər məhkum olunması, psixi qeyri-sabitliyi və tərəflər arasında əvvəlki münasibətlər də nəzərə alınır.Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən isə bu əmələ görə cinayət məsuliyyəti 16 yaşına çatmış şəxslər üçün nəzərdə tutulur.E.Rzayeva vurğulayıb ki, “öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” formal tərkibli cinayətlərə aid edilir.Bu əməli törədən şəxslər min manatdan iki min manatadək cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.Nigar

Ailə vəzifələri olan işçilər nə deməkdir?  -YENİLİK

Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı daxil edilib.Oxu24.com xəbər verir  ki, bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzrünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar olaraq, əmək fəaliyyətinə başlamaq, əmək funksiyalarını yerinə yetirmək imkanları məhdudlaşan işçini nəzərdə tutur. Əmək qanunvericiliyində həmin kateqoriyadan olan işçilərə işə götürən tərəfindən əmək münasibətlərində güzəş, imtiyaz və əlavə təminatların verilməsinin ayr-seçkilik hesab edilmədiyi bildirilir.Nigar

Qəsdən sağlamlığa ağır zərər vurmanın cəzası – neçə il həbs nəzərdə tutulur? 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə qəsdən sağlamlığa ağır zərər vurma ciddi cinayət hesab olunur və bu əmələ görə müxtəlif hallardan asılı olaraq fərqli cəzalar tətbiq edilir.Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin itirilməsi, hər hansı orqanın funksiyasının itirilməsi, psixi pozuntu, əmək qabiliyyətinin uzun müddətə itirilməsi, hamiləliyin pozulması və ya sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi ilə nəticələnən qəsdən törədilmiş xəsarətlər ağır zərər hesab olunur.Məsələ ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, qanunvericilikdə bu əməllərə görə bir neçə kateqoriya üzrə cəzalar nəzərdə tutulub.Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Əgər eyni əməl iki və ya daha çox şəxsə qarşı törədildikdə, bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə, köməksiz vəziyyətdə olan şəxsə qarşı və ya zərərçəkmişin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar baş verərsə, bu zaman məsuliyyət daha da ağırlaşır. Belə hallarda altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.Vəkil qeyd edib ki, əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən təqsirli şəxs doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.Hüquqşünas vurğulayıb ki, bu cür cinayətlər cəmiyyət üçün təhlükəli hesab olunur və qanunvericilik həmin əməllərə görə ciddi cəzalar müəyyənləşdirib.Hazırladı: Şahbaz

99 illik etibarnamə ilə alınan ev boşanma zamanı necə bölünür?  

Mütəxəssislərin sözlərinə görə, nikah dövründə 99 illik istifadə hüququ ilə alınan torpaq və onun üzərində tikilən evlə bağlı hüquqi vəziyyət torpağın statusundan asılıdır. Belə hallarda çox vaxt söhbət bələdiyyə torpaqlarından gedir.Oxu24.com xəbər verir  ki,ekspertlər bildirirlər ki, bələdiyyə torpaqları üzərində 99 illik istifadə hüququ verildikdə torpaq tam mülkiyyət sayılmır. Yəni torpaq bələdiyyəyə məxsus qalır, vətəndaş isə həmin torpaqdan müəyyən müddət ərzində istifadə etmək hüququ əldə edir. Bu müddətdə torpaq üzərində tikilən tikili və istifadə hüququ vətəndaşa məxsus olur.Boşanma zamanı belə əmlakın bölünməsi məsələsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, tərəflər arasında birgə əldə edilmiş hüquqlar nəzərə alınır. Bu halda əmlakın real mülkiyyət bölgüsü deyil, onun dəyərinin qiymətləndirilməsi aparılır.Yəni:ev və istifadə hüququ qiymətləndirilir,əldə olunan dəyər tərəflər arasında bölüşdürülə bilər.Ekspertlər vurğulayırlar ki, torpaq bələdiyyəyə məxsus olduğundan onun mülkiyyət kimi tam bölünməsi mümkün deyil. Bu səbəbdən boşanma zamanı əsasən əmlakın bazar dəyəri müəyyənləşdirilir və tərəflərin payı bu əsasda hesablanır.Hazırladı: Miri Məcidli

Ata vəfat etdikdən sonra ev ögey ananın adına keçibsə, uşaqlara pay düşə bilərmi?  

Ata vəfat etdikdən sonra evin ögey ananın adına rəsmiləşdirilməsi vərəsəlik hüququnun tamamilə itirilməsi demək deyil. Hüquqşünasların sözlərinə görə, bu məsələ bir çox hallarda mübahisə doğurur və konkret vəziyyətdən asılı olaraq qiymətləndirilir.Oxu24.com  bildirir ki, ilk növbədə atanın hansı tarixdə vəfat etməsi və əmlakın nə vaxt ögey ananın adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əvvəllər qanunvericiliyə görə mirasın qəbul edilməsi üçün müəyyən müddət – əsasən 6 ay nəzərdə tutulurdu. Bu müddət ərzində vərəsələr notariusa müraciət etmədikdə, digər vərəsə müraciət edib sənədləri təqdim edərsə, əmlak onun adına rəsmiləşdirilə bilirdi.Lakin son illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlardan sonra vərəsəliyin qəbul olunması ilə bağlı müddət məsələsi yenidən şərh olunub və bəzi hallarda vərəsələr daha sonra da öz hüquqlarını tələb edə bilirlər.Bununla belə, hüquqşünas qeyd edir ki, əgər vərəsə illərlə bu məsələdən xəbərdar olub və heç bir iddia qaldırmayıbsa, “vərəsənin susması” prinsipi tətbiq oluna bilər. Bu prinsip Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsində nəzərdə tutulur və belə hallarda hüquqların itirilməsi ehtimalı yaranır.Ekspertin sözlərinə görə, əgər vərəsələr əmlakın rəsmiləşdirilməsindən xəbərsiz olublarsa, ölkədə yaşamayıblarsa və ya digər üzrlü səbəblər olubsa, onlar yenə də məhkəmə qaydasında öz miras paylarını tələb etməyə cəhd edə bilərlər.Mütəxəssislər belə hallarda vətəndaşlara notarius sənədlərini və faktiki vəziyyəti araşdırmaq, zərurət yarandıqda isə məhkəməyə müraciət etməyi tövsiyə edirlər.Hazırladı: Jalə

"Kupça"sız və sənədsiz ev sökülsə, kompensasiya verilirmi?  

"Kupça"sı və digər rəsmi sənədləri olmayan evlərin sökülməsi zamanı kompensasiya verilib-verilməməsi vətəndaşları ən çox maraqlandıran məsələlərdən biridir. Hüquqşünasların sözlərinə görə, belə evlər xüsusilə Bakıda kifayət qədər mövcuddur və bu məsələ praktikada tez-tez müzakirə olunur.Oxu24.com  bildirir ki, xalq arasında “JEK evləri” və ya “ev kitabçası ilə olan evlər” kimi tanınan bu mənzillər adətən dövlət balansında olan yaşayış sahələridir. Onlar əsasən Mənzil Kommunal Təsərrüfatı Departamenti və onun yerli strukturlarının idarəsində olur. Belə hallarda torpaq da, tikili də formal olaraq dövlətə məxsus sayılır və vətəndaşın həmin əmlak üzərində mülkiyyət hüququ olmur.Buna baxmayaraq, hüquqşünas qeyd edir ki, qanunvericilikdə “mənzil hüququ” və “mülkiyyət hüququ” anlayışları bir-birindən fərqlənir. Yəni vətəndaşın mülkiyyət sənədi olmasa belə, həmin evdə faktiki yaşayırsa, onun mənzil hüququ mövcud sayılır.Məhz buna görə də praktiki təcrübədə son illərdə belə evlər sökülərkən vətəndaşlara kompensasiya verildiyi hallara rast gəlinir. Bu kompensasiya mülkiyyət hüququna görə deyil, vətəndaşın yaşayış yerindən məhrum edilməsinə görə ödənilir.Ekspertlər vurğulayır ki, vətəndaşların mənzil hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur və dövlət insanların yaşayış sahəsindən məhrum edilməsinə yol verildikdə onların sosial müdafiəsini təmin etməlidir.Bununla belə, hər bir konkret vəziyyətdə kompensasiya məsələsi evin statusu, torpağın hüquqi vəziyyəti və sakinlərin həmin ünvanda faktiki yaşayışı kimi amillər əsasında ayrıca araşdırılır.Hazırladı: Jalə

Avtomobil nömrələri ilə bağlı mühüm MƏLUMAT: 30 manat cəriməsi var 

Avtomobilin dövlət qeydiyyat nişanının itməsi və ya dəyişdirilməsi zamanı tətbiq olunan dövlət rüsumu ilə bağlı məsələyə aydınlıq gətirilib.Oxu24.com xəbər verir  ki,mütəxəssis bildirir ki, dövlət qeydiyyat nişanının təkrar verilməsi üçün müəyyən edilmiş rüsum bütün nömrə kateqoriyaları üçün eynidir. Belə ki, istər xüsusi kombinasiyalı, istərsə də adi dövlət nömrə nişanı olsun, təkrar verilməsi üçün ödənilən rüsum dəyişmir.Ekspertlər  qeyd edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin qaydalarına əsasən dövlət qeydiyyat nişanlarının təkrar verilməsinə görə dövlət rüsumu 30 manat təşkil edir.Fərq etmir, bu xüsusi kateqoriyaya aid nömrədir, yoxsa adi dövlət nömrəsidir. Əgər nömrə təkrar verilir və yenidən hazırlanırsa, bunun üçün müəyyən edilmiş dövlət rüsumu 30 manatdır.Qeyd edək  ki, nömrə nişanının itməsi, zədələnməsi və ya digər səbəblərlə yenidən verilməsi zamanı vətəndaşlar müvafiq qaydada müraciət edərək bu rüsumu ödəməklə yeni qeydiyyat nişanı ala bilərlər.Hazırladı: Turan

Hansı hallarda cinayət məsuliyyətindən azad edilmək olar?  

Oxu24.com xəbər verir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinə əsasən, şəxsin səmimi peşmanlığı nəticəsində məsuliyyətdən azad edilməsi üçün müəyyən şərtlərin eyni vaxtda mövcudluğu tələb olunur:* Böyük ictimai təhlükə törətməyən cinayət: Şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməlidir.* Könüllü təslim olma: Şəxs törətdiyi əməl barədə müvafiq dövlət orqanlarına özü məlumat verməlidir.* İstintaqa kömək: Cinayətin açılmasına aktiv şəkildə kömək etməli, digər iştirakçıların ifşa olunmasında rol oynamalıdır.* Zərərin ödənilməsi: Cinayət nəticəsində vurulmuş maddi və ya mənəvi ziyan tamamilə bərpa edilməlidir.Digər cinayət növləri üzrə istisnalar:Qanunvericilik həmçinin az ağır cinayətlər törətmiş şəxslərə də müəyyən hallarda (məsələn, zərərin ödənilməsi və dövlət büdcəsinə ödənişlərin edilməsi şərti ilə) səmimi peşmanlıq institutundan yararlanmaq imkanı verir.Çimnaz Telmanqızı

Xəstəyə yardım etməyən həkimi  hansı məsuliyyət gözləyir? 

Bəzən xəstələrin tibbi yardım ala bilməməsi müzakirələrə səbəb olur. Xəstəyə tibbi xidmət göstərilmədikdə tibb işçisini  hansı məsuliyyət gözləyir? Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, qanuna görə tibb işçisinin üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərməməsi və ya işinə laqeyd yanaşması nəticəsində xəstənin sağlamlığına zərər dəyərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər."Əgər ehtiyatsızlıqdan xəstənin sağlamlığına az ağır zərər vurularsa, təqsirli şəxs 2 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.Həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.Həmçinin yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq",-deyə vəkil bildirib.Hazırladı: Miri Məcidli

Məhkəmə vətəndaş olmadan qərar verə bilər? – Vəkil Esmira Rzayeva açıqladı 

Azərbaycanda bir çox vətəndaşlar hesab edir ki, məhkəmə iclasında iştirak etmədikdə iş avtomatik olaraq təxirə salınır. Lakin qanunvericilik bəzi hallarda məhkəməyə tərəfin iştirakı olmadan da işə baxmaq və yekun qərar qəbul etmək imkanı verir.Mövzu ilə bağlı  Oxu24.com-a  açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi müəyyən prosedur qaydaları çərçivəsində məhkəmənin vətəndaşın iştirakı olmadan qətnamə çıxarmasını nəzərdə tutur.Vəkilin sözlərinə görə, əgər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılıbsa, lakin üzrlü səbəb göstərmədən iclasa gəlmirsə və iddiaçı da buna etiraz etmirsə, işə qiyabi icraat qaydasında baxıla bilər.Bu halda məhkəmə qiyabi qətnamə qəbul edir. Cavabdeh həmin qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün ərzində onun ləğvi üçün ərizə verə və ya 30 gün müddətində apellyasiya şikayəti təqdim edə bilər. Məhkəmə gəlməmənin səbəbini üzrlü hesab edərsə, qiyabi qətnamə ləğv edilə bilərEsmira Rzayeva qeyd edir ki, borc münasibətləri ilə bağlı işlərdə də tərəflər çağırılmadan qərar verilə bilər. Əgər kreditorun tələbi açıq və sənədlərlə təsdiqlənmişdirsə, məhkəmə işə əmr icraatı qaydasında baxaraq 3 gün ərzində məhkəmə əmri çıxara bilər.Borclu əmri aldıqdan sonra 10 gün müddətində etiraz verərsə, məhkəmə əmri ləğv edilir və iş artıq tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılır.Qanunvericiliyə əsasən, mülki işlər üzrə iddianın məbləği 5000 manatdan, kommersiya mübahisələrində isə 10 000 manatdan az olduqda işə sadələşdirilmiş qaydada baxılır. Bu zaman məhkəmə 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə iclası keçirmədən qətnamə qəbul edir.Əgər tərəflər qərardan şikayət verməzsə, qətnamə qəbul edildiyi gündən bir ay sonra qanuni qüvvəyə minir.Vəkil Esmira Rzayeva vətəndaşlara müraciət  edərək bildirib ki, məhkəmə bildirişlərinə məhəl qoymamaq hüquqi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, rəsmi qaydada xəbərdar edilmiş şəxsin iclaslarda iştirak etməməsi məhkəməyə onun iştirakı olmadan da qərar çıxarmaq imkanı verir.“Vətəndaşlar ünvan və əlaqə məlumatlarını düzgün təqdim etməli, məhkəmə sənədlərini vaxtında qəbul etməli və qanunla nəzərdə tutulmuş müddətlərdə öz hüquqlarını müdafiə etməlidirlər”, – deyə vəkil vurğulayıb.Hazırladı: Miri Məcidli

Vəfat edən şəxsin əmlakı yoxdursa, borcu kim ödəyir?  

Mütəxəssislərin sözlərinə görə, vəfat etmiş şəxsin bank və ya digər borclarının taleyi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.Oxu24.com xəbər verir ki,Qanunvericiliyə əsasən, insan vəfat etdikdən sonra onun bütün hüquq və öhdəlikləri mirasın tərkibinə daxil olur. Miras isə iki hissədən ibarət sayılır:Miras aktivi – yəni əmlak, pul və digər mülkiyyət;Miras passivi – yəni borclar və öhdəliklər.Ekspertlər bildirirlər ki, əgər vəfat edən şəxsin heç bir əmlakı yoxdursa, bu halda mirasın aktiv hissəsi mövcud sayılmır. Belə vəziyyətdə mirası qəbul edən şəxs də faktiki olaraq olmur və nəticədə həmin borcları ödəmək üçün hüquqi məsuliyyət daşıyan şəxs də yaranmır.Bu səbəbdən:həyat yoldaşı,övladlar,digər qohumlaryalnız mirası qəbul etdikləri halda borca görə məsuliyyət daşıya bilərlər. Əgər miras əmlakı yoxdur və heç kim mirası qəbul etməyibsə, qohumların həmin borcu ödəmək kimi hüquqi öhdəliyi yaranmır.Ekspertlərin sözlərinə görə, belə hallarda bank yalnız mirası qəbul etmiş şəxsə qarşı iddia qaldıra bilər. Əgər nə miras əmlakı, nə də mirası qəbul edən şəxs yoxdursa, bankın borcun ödənilməsi ilə bağlı konkret bir şəxsdən tələb irəli sürməsi mümkün olmur.

Torpağın çıxarışı olsa da, evə niyə çıxarış almaq mümkün olmur?  

Bəzi hallarda vətəndaşın torpaq sahəsinə çıxarışı olsa da, həmin torpaq üzərində tikilmiş ev üçün çıxarış almaq mümkün olmur. Mütəxəssislərin sözlərinə görə, bu məsələ əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə tənzimlənir.Oxu24.com xəbər verir ki,ekspertlər bildirirlər ki, məcəllənin 90-cı maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı tətbiq olunur. Bu prosesə görə vətəndaş əvvəlcə lisenziyalı layihə təşkilatına müraciət edərək evin memarlıq planını hazırlatmalıdır. Daha sonra həmin plan torpaq sənədlərinin surəti ilə birlikdə yerli icra hakimiyyətinə təqdim edilir.İcra hakimiyyəti müəyyən olunmuş müddət ərzində müraciətə ya razılıq verməli, ya da imtina etməlidir. Əgər imtina verilərsə, vətəndaş göstərilən çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər. Razılıq verildikdən sonra ev tikilir və tikinti başa çatdıqdan sonra çıxarış almaq mümkündür.Lakin bəzi vətəndaşlar bu proseduru keçmədən evi tikirlər. Bu halda tikili özbaşına tikili sayılır. Əgər tikili tikinti norma və qaydalarına uyğundursa, məsələn:qonşu sahələrlə məsafə normaları pozulmayıbsa,mühafizə zonalarında yerləşmirsə,digər hüquqi maneələr yoxdursa,bu zaman vətəndaş məhkəmə qaydasında evə çıxarış almaq imkanına malik ola bilər.Digər mühüm məsələ isə torpağın təyinatıdır. Əgər torpaq sahəsi yaşayış üçün deyil, məsələn kənd təsərrüfatı təyinatlıdırsa, bu halda əvvəlcə torpağın təyinatı dəyişdirilməlidir. Bu proses isə müvafiq qaydada dövlət orqanlarının qərarı ilə həyata keçirilir.Ekspertlər qeyd edir ki, torpağın təyinatı dəyişdirilmədən həmin sahədə tikilmiş ev üçün çıxarış almaq əksər hallarda mümkün olmur.Jalə

Faizlə verilən borca görə polis müdaxilə edə bilərmi?  

Mütəxəssislərin sözlərinə görə, faizlə verilən borcla bağlı məsələlər adətən mülki hüquq münasibətləri sayılır və əsasən məhkəmə qaydasında həll olunur. Lakin bu, polis orqanlarının belə müraciətlərə baxa bilməyəcəyi anlamına gəlmir.Oxu24.com xəbər verir  ki, ekspertlər bildirirlər ki, hər hansı vətəndaş polisə şikayət və ya ərizə ilə müraciət edərsə, polis həmin müraciəti araşdırmağa borcludur. Bu zaman ərizə yazan şəxsdən və şikayət olunan tərəfdən izahat alınır və hadisənin mahiyyəti araşdırılır.Araşdırma zamanı müəyyən edilərsə ki, məsələ sadəcə borc münasibətləri ilə bağlıdır və burada cinayət tərkibi yoxdur, o halda cinayət işi başlanması rədd edilir. Belə hallarda tərəflərə məsələnin mülki qaydada, yəni məhkəmə vasitəsilə həll olunması tövsiyə olunur.Jalə

Azərbaycanda maaşlarla bağlı YENİ TƏLƏB

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.Oxu24.com  xəbər verir ki, yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur.Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, ştat (ştat vahidi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və vəzifə (peşə) adını, həmçinin vəzifə (tarif) maaşını əks etdirən vahiddir.Bu yenilik müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, həmçinin əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına imkan yaradır.

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib 

2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar. Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.  Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib.Çıxışında vəkillik institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına çevrilib.VK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini bildirib.Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib.Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub.Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib.Bildirib ki, 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub.Fərhad Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib, bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir.Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.Vəkillik peşəsinin yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərməyin əhəmiyyətini diqqətə çatdırıb.Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar.Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub.Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub. 

200 manat və uşaq hüquqları     —   MÜZAKİRƏ

“Təkcə cərimə kifayət deyil” - Sosioloqdan yeni qanuna münasibətUşaqların hüquqlarının qorunması sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Belə ki, uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiq ediləcək. Valideyn və ya müəllimlərin uşaqlara qarşı fiziki zorakılığa görə cərimənin miqdarı 200 manatadək təyin olunub.Lakin bu yanaşma birmənalı qarşılanmır. Sosial şəbəkələrdə bildirilir ki, bu cür maliyyə sanksiyası həm cəza, həm də xəbərdarlıq funksiyasına malikdir, lakin uşaqların hüquqlarının tam qorunması üçün kifayət etməyə bilər. Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklər cəmiyyət üçün olduqca həssas və müzakirəyə açıq bir məsələdir. Onun sözlərinə görə, valideyn və ya müəllimlərin uşaqlara qarşı fiziki zorakılığa görə 200 manatadək cərimə ilə cəzalandırılmasının nəzərdə tutulması dövlətin uşaqların təhlükəsizliyinə və hüquqlarına ciddi yanaşdığını göstərir:“Bu qərarın məqsədi yalnız cəzalandırmaq deyil, həm də cəmiyyətdə uşaqlara qarşı zorakılığın qəbuledilməz olduğunu açıq şəkildə göstərməkdir. Uzun illər ərzində bir çox ailə və təhsil mühitində fiziki cəza “tərbiyə üsulu” kimi qəbul edilib. Bu stereotipin dəyişməsi isə yalnız hüquqi mexanizmlərlə deyil, həm də maarifləndirmə və sosial davranış normalarının transformasiyası ilə mümkündür”.Sosioloq qeyd edib ki, sosial şəbəkələrdə səslənən fikirlər də müəyyən qədər başa düşüləndir:“200 manatlıq cərimə bəzi hallarda simvolik xarakter daşıya bilər və uşaqların hüquqlarının tam qorunması üçün təkcə maliyyə sanksiyası kifayət etməyə bilər. Tədqiqatlar göstərir ki, zorakılığın qarşısını almaq üçün kompleks yanaşma vacibdir. Buraya valideynlərin maarifləndirilməsi, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, müəllimlərin davranış və konflikt idarəetməsi üzrə təlimləri, həmçinin ictimai nəzarət mexanizmlərinin inkişafı daxildir.Digər tərəfdən, belə bir hüquqi norma cəmiyyətdə mühüm mesaj verir, yəni uşaqların fiziki toxunulmazlığı dövlət tərəfindən qorunan əsas dəyərlərdən biridir. Bu, uzunmüddətli perspektivdə sosial davranışların dəyişməsinə, ailədaxili münasibətlərdə daha humanist yanaşmanın formalaşmasına səbəb ola bilər”.Yeganə

Ali Məhkəmə açıqlama YAYDI

Ali Məhkəmənin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Bu barədə Oxu24.com-a  Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, işin hallarına görə, tərəflər 2019-2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. Onlar maliyyə və gəlirin bölüşdürülməsi ilə bağlı razılaşıblar. Lakin 2023-cü ildə aralarındakı münasibətlər pozulub. Bundan sonra iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu, cavabdehin isə marketin gündəlik idarə olunması ilə məşğul olduğunu və əldə edilən gəlirin aralarında tam bölüşdürülməsi barədə razılaşma olduğunu bildirərək, cavabdeh tərəfindən mənimsənildiyini iddia etdiyi 50.000 manatın ödənilməsini tələb edib.Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, ticarət fəaliyyəti ilə bağlı hər ikisi bərabər miqdarda vəsait qoyub, mallar onun adına alınıb, sonradan isə mal aldıqları şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Hər iki tərəfin iştirakı ilə mağazadakı malların iki dəfə sayımı aparılıb və nəticələr məqbul hesab olunub. Hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə, mal qalığının dəyərinin əsassız olaraq ondan tələb olunduğu bildirilib.Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 50.000 manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası isə cavabdehin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib.Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə bağlı şifahi razılaşma mövcud olsa da, kommersiya subyektləri arasında yaranan mübahisələrdə hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından yazılı müqavilənin bağlanması məqsədəuyğundur. Ali Məhkəmə həmçinin vurğulayıb ki, kommersiya münasibətləri daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları daha yüksəkdir.Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb tərəflərin düşünülmüş qərar verməsini, mülki dövriyyənin sabitliyini təmin edir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir.İddiaçı cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb etdikdə, onun tərəfindən birgə fəaliyyətin şərtləri, o cümlədən iddia edilən qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsi (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ) sübut olunmalıdır. İddia tələbinə qiymət verilərkən bu xüsusatlar nəzərə alınmalıdır.Sonda Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.

Avtoqəzada zərərin yarısını sığorta ödəyibsə, qalan məbləği kimdən tələb etmək olar?  

Avtoqəza nəticəsində avtomobilə dəyən zərərin ödənilməsi məsələsi konkret hadisənin şəraitindən asılı olaraq dəyişə bilər. Mütəxəssislərin sözlərinə görə, misal üçün,əgər zərər 4700 manat olaraq qiymətləndirilibsə və bu məbləğ sığorta şirkəti tərəfindən təsdiq olunubsa, normal halda sığorta şirkəti həmin zərərin tam ödənilməsini təmin etməlidir.Lakin bəzi hallarda hadisədə bir neçə məsul şəxs olduğu üçün sığorta yalnız zərərin müəyyən hissəsini ödəyə bilər. Məsələn, nəqliyyat vasitəsi qadağan olunmuş yerdə saxlanılıbsa və sərnişin ehtiyatsız şəkildə qapını açaraq qəzanın baş verməsinə səbəb olubsa, bu zaman həm sürücü, həm də sərnişin məsuliyyət daşıya bilər. Belə hallarda hər iki şəxs barəsində inzibati icraat aparıla və ayrı-ayrı qərarlar qəbul oluna bilər.Ekspertlər bildirir ki, sığorta şirkəti adətən sürücünün məsuliyyətini sığortalayır, sərnişinin məsuliyyəti isə sığorta ilə əhatə olunmur. Buna görə də zərərin yalnız 50 faizi ödənilə bilər.Bu vəziyyətdə zərərin qalan hissəsini məhkəmə qaydasında hadisədə məsuliyyəti olan digər şəxsdən – məsələn, sərnişindən tələb etmək mümkündür. Bunun üçün zərərin məbləğini təsdiq edən sənədlər və hadisə ilə bağlı rəsmi qərarlar məhkəməyə təqdim edilməlidir.Hazırladı: Şahbaz

Rəsmi nikah olmadıqda əmlak bölgüsü necə aparılır?  

Rəsmi nikah olmadıqda əmlak bölgüsü necə aparılır?Oxu24.com bu dəfə bu mövzuya aydınlıq gətirib.Mütəxəssislərin sözlərinə görə, tərəflər arasında rəsmi nikah yoxdursa, qanunvericiliyə əsasən onların birgə yaşadıqları dövrdə əldə olunan əmlak avtomatik olaraq ailə əmlakı kimi tanınmır və ümumi mülkiyyət rejimi tətbiq olunmur.Lakin bu, həmin şəxsin əmlak üzərində heç bir hüququnun olmadığı anlamına gəlmir. Ekspertlər bildirirlər ki, əgər tərəf mübahisə olunan əmlakın alınmasında və ya əldə edilməsində maddi və ya digər formada iştirak etdiyini sübut edə bilirsə, o zaman həmin əmlakdan pay tələb etmək hüququna malik ola bilər.Belə hallarda şəxsin əmlakın alınmasına verdiyi töhfə məhkəmə qaydasında sübut edilməli və təqdim olunan dəlillər əsasında qərar qəbul olunur. Məhkəmə tərəfin əmlakın əldə olunmasında iştirakını təsdiq edərsə, həmin şəxsə müəyyən pay hüququ verilə bilər.Hazırladı: Turan

Əlavə məzuniyyət necə verilir?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu  əlavə məzuniyyət qaydası ilə bağlıdır.Sual:Əgər işçinin ümumi stajı 15 il olduğu halda və bu müddəti 5 ayrı-ayrı yerlərdə işləmiş olarsa, o halda əlavə məzuniyyət sonuncu iş yerinə görə verilir, yoxsa ümumi staja görə?Cavab:Burada  ümumu staj nəzərə alınır.Yəni,işçi hansı qurumda nə qəər işləməsindən asılı olmayaraq əlavə məzuniyyət ümumi staja əsasən hesablanır.Hazırladı: Jalə

Yaşıllıqları kim qorumalıdır?

Yaşıllıqların qorunması sahəsində bələdiyyələrin vəzifələri  hansılardır?Oxu24.com xəbər verir  ki,“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin də vəzifələri müəyyən edilmişdir. Bu maddəyə görə yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri:-yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;-yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;-mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq;-yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;-müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq;-ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək.Hazırladı: Jalə

Ali Məhkəmə açıqlama yaydı

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında ilk dəfə olaraq ad hüququna dair mühüm izahlar verib.Bu barədə Oxu24.com-a məhkəmədən məlumat verilib.Bildirilib ki, fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən (uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququ mövcuddur.Bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadə olunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim edilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidd davranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə hesab edilməklə mülki məsuliyyət yaradır.Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə edilən davranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərək vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başa düşülür.Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülki qaydada tələb irəli sürərək pozuntunun tanınması, aradan qaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektinin üzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarının müdafiə üsullarından istifadə edə bilərlər.Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər bu üsullarla yanaşı onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini də tələb edə bilərlər.Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnız pozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsini tələb edə bilərlər.

Atanın vəfatından sonra ev kimin adına keçirilə bilər?  

Ata vəfat etdikdən sonra ona məxsus ev, həyət və ya torpaq avtomatik olaraq yalnız bir nəfərin adına keçirilə bilməz. Bu məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və vərəsəlik qaydalarına əsasən həll olunur.Oxu24.com xəbər verir  ki,mütəxəssislərin sözlərinə görə, belə hallarda ilk növbədə notariusda vərəsəlik işi açılmalıdır. Vəfat etmiş şəxsin qanuni vərəsələri – adətən həyat yoldaşı və övladları – həmin əmlak üzərində pay hüququna malik olurlar.Əgər ailə razılaşırsa ki, ev və torpaq yalnız bir nəfərin adına keçirilsin, bu zaman digər vərəsələr notariusda həmin şəxsin xeyrinə rəsmi şəkildə imtina ərizəsi yaza bilərlər. Bu ərizə sadə yazılı formada tərtib olunur və notariat qaydasında təsdiqlənir.Ekspertlər vurğulayır ki, yalnız ananın razılığı kifayət etmir. Əmlak üzərində pay hüququ olan bütün vərəsələrin – məsələn, digər bacı və qardaşların da – razılığı olmalıdır. Yalnız bundan sonra əmlakın bir nəfərin adına rəsmiləşdirilməsi mümkün olur.Şahbaz

Ekspert açıqladı: Otellərdə nikahın yoxlanılması qanunla tələb olunmur  

Bəzən otellərdə qadınla kişinin nikah kağızı tələb olunur.Oxu24.com xəbər verir ki,mütəxəssislərin sözlərinə görə, otellərdə qalan şəxslərin ər-arvad olub-olmamasını yoxlamaq hotel administrasiyasının vəzifəsinə daxil deyil. Qanunvericiliyə əsasən, hotel yalnız qonağın şəxsiyyətini təsdiq edən sənədi qeydiyyata almaqla kifayətlənir.Ekspertlər bildirir ki, iki nəfərin oteldə qalması üçün onların arasında nikahın olub-olmamasını araşdırmaq hotel resepsiyasının səlahiyyətində deyil. Bu məsələ şəxsi həyatla bağlıdır və otel əməkdaşlarının belə bir yoxlama aparmaq hüququ yoxdur.Qeyd olunur ki, hotel rəhbərliyi yalnız qonaqların qeydiyyatını aparır və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Buna görə də qonaqların nikahının olub-olmaması otel tərəfindən yoxlanılan məsələ sayılmır.Hazırladı: Şahbaz

Bu halda sürücüləri 2000 manat CƏRİMƏ GÖZLƏYİR

Sürücülük vəsiqəsi olmayan şəxsə maşın verməyin cəzası nədir?Sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsi qanunvericiliklə qadağandır. Oxu24.com xəbər verir  ki,mütəxəssislərin sözlərinə görə, belə hallarda təkcə avtomobili idarə edən şəxs deyil, avtomobili ona verən şəxs də məsuliyyət daşıyır.Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verməyə görə cərimə tətbiq olunur.Qanuna görə:Fiziki şəxslər 60 manat,Vəzifəli şəxslər 200 manat,Hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə olunur.Bu səbəbdən sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsi və ya ona avtomobil verilməsi inzibati məsuliyyət yaradır. Mütəxəssislər vətəndaşlara belə hallardan çəkinməyi tövsiyə edirlər.Hazırladı: Nigarxanım

Sınaq müddəti necə müəyyən edilir?

İşə düzələn zaman  sınaq müddəti nə qədər olmalıdır?Azərbaycan qanunvericiliyinə görə, işçilərin hüquqlarını qorumaq məqsədilə sınaq müddəti konkret şəkildə tənzimlənir:Oxu24.com xəbər verir  ki,əgər əmək müqaviləsi 6 ay və daha qısa müddətə bağlanırsa, sınaq müddəti maksimum 2 həftə ola bilər.Əgər əmək müqaviləsi 6 aydan uzun müddətə bağlanırsa, sınaq müddəti maksimum 3 ay təşkil edir.Qeyd etmək lazımdır ki, sınaq müddəti müqavilədə göstərilmədən bağlanmış əmək müqaviləsinə sonradan əlavə edilə bilməz. Yəni, müqavilə bağlandıqdan sonra işçinin sınaq müddətinə salınması qanuna ziddir.Bu qaydalar işçilərin hüquqlarının qorunması və işəgötürən tərəfindən sui-istifadə hallarının qarşısını almaq üçün tətbiq olunur.Hazırladı: Turan

Sənədsiz torpaq alanlar bunu BİLMƏLİDİR

Sənədsiz torpaq alarkən diqqət edilməli əsas məqamlarSənədsiz torpaq sahəsi almaq istəyən vətəndaşlar üçün hüquqşünaslar bir sıra vacib tövsiyələr verir.Oxu24.com xəbər verir  ki,ilkin növbədə torpaq sahəsinin ölçüsü və mövqeyi yoxlanılmalıdır. Satıcının təqdim etdiyi sahə ilə sənəddə göstərilən ölçülər və koordinatlar üst-üstə düşməlidir. Torpaq sahəsinin yerini müəyyən etmək üçün koordinatlar götürülməli və satıcı tərəfindən təsdiqlənməlidir.Eyni zamanda, satıcının və yaxınlarının ərizələri də araşdırılmalıdır. Satıcının şəxsiyyəti və hüquqi statusu təsdiqlənməli, birinci dərəcəli yaxınlarının torpaq üzərində hər hansı iddiası olub-olmadığı yoxlanılmalıdır.Torpaq sahəsini daxili algı satqı müqaviləsi və akt əsasında almaq hüquqi baxımdan vacibdir. Bu sənədlər alıcının hüquqlarını qoruyur və gələcəkdə mübahisələrin qarşısını alır.Bundan əlavə, torpaq sahəsinin sənədlərinin arxivdə olub-olmaması və qeydiyyatı da tərəfinizdən müəyyən edilməlidir.Hüquqşünaslar bildirir ki, bu tip əməliyyatlarda — daxili algı, satqı, torpağa çıxarış və kutsan alınması proseslərində zəmanətli müqavilə əsasında hüquqi dəstək almaq tövsiyə olunur.Hazırladı: Jalə

Məcburi evlilik cəhdi cinayət sayılır – Hüquqşünasdan AÇIQLAMA  

Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar həbs olunub. Cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün adlar şərtidir - red.) birgə mühakimə ediliblər.Hadisənin təfərrüatına gəlincə, əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də, barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədilə zorla qaçırmaq qərarına gəlib. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək ediblər.Gülsüm qohumugilə gedərkən Seyran onu zorla Səxavətlə Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa, el adəti ilə evlənməyə razılıq verəcək. Seyran yolda olarkən qıza onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra isə polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostların üçü də saxlanılıb. Zərərçəkmiş qız polisə yazdığı ərizədə də, məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib.Bu cür hallarda qanunvericilikdə nəzərdə tutulan cəzalarla bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Nadir Məmmədlinin sözlərinə görə, belə hallar yalnız mənəvi və sosial problem deyil, eyni zamanda bir neçə maddə üzrə cinayət məsuliyyəti yaradan ağır hüquq pozuntusu hesab olunur.Hüquqşünas qeyd edib ki, bir şəxsin evlənmək məqsədilə zorla qaçırılması Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə azadlıq hüququnun pozulması və insanın iradəsi əleyhinə hərəkət kimi qiymətləndirilir:"Xanımın razılığı olmadan zor tətbiq etməklə və ya hədə-qorxu yolu ilə qaçırılması adam oğurluğu və ya qanunsuz azadlıqdan məhrumetmə kimi qiymətləndirilə bilər. Məsələnin digər mühüm tərəfi isə qıza təzyiq göstərilərək video çəkdirilməsidir. Bir şəxsi məcbur edərək onun iradəsi əleyhinə hər hansı video və ya açıqlama verməyə məcbur etmək psixoloji təzyiq və məcbur etmə elementi daşıyır, bu da ayrıca hüquqi qiymət tələb edən hərəkətdir.Əgər həmin video sonradan yayılarsa və ya şantaj məqsədilə istifadə edilərsə, bu halda əlavə olaraq şəxsi həyatın toxunulmazlığının pozulması, hədə-qorxu ilə tələb etmə (şantaj), şəxsi məlumatların qanunsuz yayılması kimi digər cinayət tərkibləri də yarana bilər".N.Məmmədli bildirib ki, baş verən hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi – adam oğurluğu kimi qiymətləndirilə bilər: "Həmin maddəyə əsasən, adam oğurluğu törədən şəxs 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.Sözügedən hadisə Cinayət Məcəlləsinin 145-ci maddəsi – qanunsuz azadlıqdan məhrum etmə kimi də hüquqi qiymət ala bilər. Bu əmələ görə isə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".Yeganə

Bu hallarda bələdiyyələr ləğv olunacaq

Bələdiyyələr hansı hallarda ləğv edilə bilər?Oxu24.com bu dəfə bu suala aydınlıq gətirib.“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanununun 8-ci maddəsinə müvafiq olaraq bələdiyyələr aşağıdakı hallarda ləğv edilə bilər:1) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada bələdiyyənin yerləşdiyi müvafiq yaşayış məntəqəsi ərazi vahidi kimi ərazi vahidlərinin Dövlət reyestrindən çıxarıldıqda Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyə ərazilərinə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə dəyişikliklər edir.2) müvafiq ərazidə əhali yerli özünüidarənin təşkilindən imtina etdikdə “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq yerli rəy sorğusu keçirilir. Yerli rəy sorğusu nəticəsində bələdiyyənin ləğv edilməsi barədə müsbət nəticə əldə edildikdə, bələdiyyə tərəfindən ləğv edilməsi haqqında qərar qəbul edilir və baxılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunur. Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.Hazırladı: Miri Məcidli

Kassasiya şikayəti nədir?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu məhkəmələrdə işlədilən kassasiya şikayəti termini ilə bağlıdır.Kassasiya — məhkəmə qərarlarının hüquqi baxımdan yenidən yoxlanılması mərhələsidir. Bu mərhələdə işin faktları adətən yenidən araşdırılmır; əsas diqqət qanunun düzgün tətbiq olunub-olunmamasına yönəlir.Yəni kassasiya instansiyası məhkəməsi əvvəlki məhkəmələrin qərarlarında hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. Əgər ciddi hüquqi pozuntu aşkar edilərsə, qərar ləğv edilə və ya dəyişdirilə bilər.Başqa sözlə, kassasiya:faktların deyil, hüququn qiymətləndirildiyi mərhələdir;məhkəmə qərarlarının qanuniliyinə nəzarət mexanizmi hesab olunur.Sadə dillə: Kassasiya — məhkəmənin “qanunu düzgün tətbiq edib-etmədiyini” yoxlayan son hüquqi nəzarət mərhələsidir.Hazırladı: Şahbaz

Sürücülər diqqətli OLSUN! Yolda başınıza bu hadisə gəlsə,həmin  qaydanı bilməlisiniz!

Sürücü üçün “təhlükə anı” nə vaxt başlayır?Yol-nəqliyyat hadisələri zamanı ən çox müzakirə olunan məsələlərdən biri sürücünün məsuliyyətinin hansı anda başladığıdır. Mütəxəssislərin sözlərinə görə, bu məsələdə əsas anlayış təhlükə anı hesab olunur.Oxu24.com xəbər verir  ki,avtotexniki ekspertiza sahəsində “təhlükə anı” belə izah edilir: avtomobilin hərəkət trayektoriyasına doğru hər hansı təhlükəli yer dəyişmənin başladığı an təhlükə anının başlanğıcı sayılır. Yəni piyada və ya başqa maneə avtomobilin yoluna doğru hərəkət etməyə başladığı andan etibarən sürücünün reaksiyası və məsuliyyəti qiymətləndirilməyə başlayır.Məsələn, sürücü saatda 90 kilometr sürətlə, icazə verilən 110 km/saat həddi olan yolda hərəkət edir. Əgər piyada qəfil şəkildə keçidin altından və ya yolun hərəkət hissəsindən çıxaraq yolu keçməyə başlasa, həmin an təhlükə anı kimi qəbul olunur.Mütəxəssislər bildirir ki, piyada yolun kənarında dayanırsa və hərəkət etmirsə, bu vəziyyət hələ təhlükə sayılmır. Lakin piyada avtomobilin hərəkət istiqamətinə doğru addım atdığı andan sürücü üçün təhlükə yaranmış hesab edilir.Belə hallarda hadisənin araşdırılması zamanı Avtotexniki ekspertiza aparılır. Ekspertlər piyadanın hərəkət sürətini, qət etdiyi məsafəni və avtomobilin sürətini xüsusi metodlarla hesablayırlar. Məsələn, piyadanın müəyyən məsafəni neçə saniyəyə qət etdiyi müəyyən edilir, daha sonra avtomobilin həmin vaxt ərzində neçə metr məsafə qət edə biləcəyi hesablanır.Bu hesablamalar vasitəsilə belə bir sual cavablandırılır: təhlükə yarandığı anda avtomobil hansı məsafədə olub və sürücünün hadisənin qarşısını almaq üçün real imkanı varmı?Əgər ekspertiza müəyyən edərsə ki, sürücü təhlükəni vaxtında görməyə və reaksiyaya imkan tapmayıb, bu halda onun məsuliyyəti aradan qalxa və ya azaldıla bilər. Lakin əksinə, təhlükəni görmək və reaksiya vermək üçün kifayət qədər vaxt olduğu sübuta yetirilərsə, sürücü məsuliyyət daşıya bilər.Beləliklə, yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsi zamanı əsas meyarlardan biri məhz sürücü üçün təhlükə anının hansı anda yaranması və onun qarşısını almaq imkanının olub-olmamasıdır.Hazırladı: Turan

Torpağın  kateqoriyasını bu yolla dəyişmək mümkündür – Hüquqşünas açıqladı  

Azərbaycan ərazisində vətəndaşların qarşılaşdığı ən aktual problemlərdən biri kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi və sonradan həmin əmlaka çıxarış (kupça) almaqda çətinlik çəkmələridir. Mövzu ilə bağlı hüquqşünaslar bildirirlər ki, belə hallarda torpaq sahəsinin təyinatının dəyişdirilməsi müəyyən hüquqi prosedurlar əsasında mümkündür.Oxu24.com xəbər verir  ki, mütəxəssislərin sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpağın təyinatı dəyişdirilməlidir. Bu proses isə iki əsas yolla həyata keçirilə bilər: Nazirlər Kabinetinin müvafiq qərarı və ya məhkəmənin müsbət qərarı əsasında.Qeyd olunur ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi zamanı əsas meyarlardan biri həmin torpağın yerləşdiyi ərazidir. Belə ki, torpaq sahəsinin yaxınlığında artıq yaşayış təyinatlı torpaqların olması, fərdi yaşayış evlərinin mövcudluğu və ya müəyyən radiusda təyinatı dəyişdirilmiş torpaq sahələrinin yerləşməsi bu prosesin müsbət həllinə təsir edə bilər.Hüquqşünaslar bildirirlər ki, bu şərtlər mövcud olduğu halda torpaq sahəsinin təyinatı dəyişdirilə və bundan sonra həm torpaq sahəsinə, həm də həmin ərazidə tikilmiş fərdi yaşayış evinə çıxarış almaq mümkün olur.Mütəxəssislər vətəndaşlara belə hallarda hüquqi prosedurları düzgün həyata keçirmək üçün peşəkar hüquqi yardım almağı tövsiyə edirlər. Torpaq sahələrinə çıxarışın alınması, təyinatının dəyişdirilməsi və digər sənədləşmə məsələləri ilə bağlı vətəndaşlar müvafiq hüquq şirkətlərinə müraciət edə bilərlər.Hazırladı: Turan

Çıxarışlarla bağlı vacib MƏLUMAT: BUNA DİQQƏT ETMƏLİSİNİZ

Bəzi vətəndaşlar mənzili daxili müqavilə əsasında aldıqdan sonra çıxarışın (kupçanın) verilməsi üçün əlavə ödəniş tələb olunması ilə üzləşirlər. Hüquq sahəsində mütəxəssislər bildirir ki, belə hallarda əsas məsələ tərəflər arasında bağlanmış müqavilənin şərtləridir.Oxu24.com xəbər verir  ki, vətəndaş mənzili alarkən bağladığı müqavilədə çıxarışın alınması ilə bağlı hər hansı ödəniş və ya əlavə şərt göstərilibsə, həmin şərtlər tərəflər üçün hüquqi qüvvəyə malikdir və tərəflər razılaşdıqları qaydada hərəkət etməlidirlər.Lakin müqavilədə çıxarış üçün əlavə ödəniş nəzərdə tutulmayıbsa, tikinti şirkəti, mənzil-tikinti kooperativi və ya digər şəxslər tərəfindən sonradan belə bir tələb irəli sürülməsi hüquqi baxımdan əsaslı hesab olunmur.Qeyd olunur ki, mənzilə çıxarışın verilməsi üçün əsas prosedur daşınmaz əmlakın dövlət qeydiyyatıdır və bu zaman yalnız dövlət rüsumu ödənilir. Bu rüsum ödənildikdən sonra müvafiq dövlət orqanı tərəfindən mənzilə çıxarış verilə bilər.Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, belə hallarla qarşılaşdıqda ilk növbədə bağladıqları müqavilənin şərtlərini diqqətlə yoxlasınlar. Əgər müqavilədə əlavə ödəniş nəzərdə tutulmayıbsa, vətəndaşlar öz hüquqlarını qorumaq üçün müvafiq dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilərlər.Hazırladı: Şahbaz

“Ata yalnız bir halda övladından imtina edə bilər” – Vəkil Esmira Rzayeva AÇIQLADI

Ailə münasibətlərində atalıq məsələsi tez-tez mübahisə doğuran hüquqi mövzulardan biridir. Mövzu ilə bağlı  Oxu24.com-a  danışan vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan qanunvericiliyinə görə ata yalnız bir halda övladından imtina edə bilər.Vəkilin sözlərinə görə, mövcud qanunvericilik atalıq məsələsini konkret şəkildə tənzimləyir və bu sahədə özbaşına qərar vermək mümkün deyil.“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikahın pozulduğu tarixdən və ya atanın ölümündən sonra 300 gün ərzində dünyaya gələrsə, onun atası ananın keçmiş əri hesab olunur. Bu halda atalıq faktı nikah qeydi ilə təsdiq edilir. Yəni, ata öz doğma övladından sadəcə istəyi ilə imtina edə bilməz”, – deyə vəkil vurğulayıb.E.Rzayevanın sözlərinə görə, hətta başqa bir şəxsin uşağın atası kimi qeydiyyata alınmaq istəyi belə mövcud hüquqi vəziyyəti dəyişmir:“Əgər kişi rəsmi şəkildə uşağın atası kimi qeydiyyata alınıbsa, o, yalnız bir halda bu statusdan imtina edə bilər – uşağın ondan olmadığını sübut etdiyi təqdirdə. Bunun üçün məhkəməyə müraciət olunmalı, atalıq faktının mübahisələndirilməsi barədə iddia qaldırılmalı və DNT ekspertizası tələb edilməlidir. Yalnız DNT analizinin nəticəsində həmin şəxsin bioloji ata olmadığı müəyyən edilərsə, o zaman atalıq hüquq və vəzifələrinə xitam verilə bilər.”Vəkil qeyd edib ki, məhkəmə qərarı olmadan atalıqdan imtina hüquqi nəticə doğurmur. DNT ekspertizasının nəticəsi əsas sübut hesab olunur və yalnız bundan sonra şəxs aliment öhdəliyindən və digər valideynlik hüquq və vəzifələrindən azad edilə bilər.Esmira Rzayeva valideynlərə çağırış edərək bildirib ki, bu kimi hallarda emosional qərarlar deyil, hüquqi prosedurlar əsas götürülməlidir. Onun sözlərinə görə, ailə mübahisələrində düzgün hüquqi məsləhət almaq tərəflərin həm vaxtına, həm də maddi və mənəvi itkilərinə qənaət edə bilər.Hazırladı: Jalə

Cərimələnən sürücülərə şad xəbər - Ödədikləri vəsait geri qaytarılacaq 

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda Milli Məclisdə qəbul edilib.Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi konkret qayda pozuntuları ilə bağlıdır.O xatırladıb ki, qayda pozuntularının mövcud olduğu halda sürücüyə həm cərimə yazılır, həm də nəqliyyat vasitəsi qadağan olunan duracağa yerləşdirilir:"Amma şəxsin avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmuş qərar qanunsuz sayılarsa və ləğv olunsa, bu, duracağa yerləşdirilmənin də qanunsuz olduğu anlamına gəlir. Ona görə də təbii ki, qanunsuz yerləşdirilmə səbəbindən avtomobilin evakuasiyasına və duracaqda saxlanılması üçün edilən ödəniş sahibinə geri qaytarılmalıdır. Bu, təbiidir. Çünki həmin tədbirin özü qanunsuz olub".Ə.Hüseynovun sözlərinə görə, əslində, bu qayda indiyə qədər də mövcud olub: "Mülki Məcəllədə bununla bağlı məsələ var. Lakin qanuna edilən dəyişiklik müəyyən dərəcə dayanıqlı məsələdir və bu fəaliyyətlə məşğul olanlar üçün birbaşa göstərişdir".Ekspert hesab edir ki, Nazirlər Kabinetinin qərarı ilə bu istiqamətdə dəqiq mexanizmlər hazırlansa, daha yaxşı olar: "Məsələn, şəxs bu halda hara müraciət etməlidir, ona geri ödənilən vəsait neçə gün müddətində qaytarılmalıdır və s. Bu dəqiq mexanizm Nazirlər Kabinetinin qərarında müəyyən olunmalıdır".

10 gün müddətinə məlumat verməsəniz,100 manat CƏRİMƏ OLUNACAQSINIZ

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  vətəndaşların hərbi qeydiyyat üzrə üzləşdiyi cərimələrlə bağlıdır.Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə hansı hallarda və nə qədər cərimə tətbiq olunur?Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:1. vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;2. hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə - yüz manat məbləğində cərimə edilir.Hazırladı: Nigar

Bir vəkil kollegiyadan xaric edilib, üçü isə cərimələnib

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıından xaric edilib.Oxu24.com  xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.Bundan başqa, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb, 3 vəkil isə cərimələnib.

“Ər vəfat edəndə ev birbaşa  arvada qalır” – Hüquqi reallıq nədir?  

Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri budur ki, ər vəfat etdikdə əmlak, xüsusilə də ev avtomatik olaraq həyat yoldaşına keçir. Hüquqşünaslar bildirirlər ki, bu fikir tamamilə yanlışdır.Qanunvericiliyə əsasən birinci növbəli vərəsələr valideynlər, həyat yoldaşı və övladlardır. Yəni mərhumun əvvəlki nikahından olan, hətta illərdir əlaqəsi olmayan və xaricdə yaşayan övladları belə hüquqi baxımdan vərəsə sayılır və mirasdan pay almaq hüququna malikdir.Hətta şəxs sağlığında vəsiyyətnamə yazaraq evi tam şəkildə həyat yoldaşına vəsiyyət etsə belə, digər birinci növbəli vərəsələrin məcburi pay hüququ qorunur. Bu o deməkdir ki, qanun müəyyən hallarda onların payını təmin etməyi tələb edir.Beləliklə, miras məsələsində emosional yanaşma deyil, hüquqi çərçivə əsas götürülür. Məsələ isə açıq qalır: Heç vaxt üzünü görmədiyi qohumun mirasından pay almaq sizcə ədalətlidirmi?Şahbaz

Xəyanət uşağın ataya verilməsi üçün əsasdırmı? – Hüquqi izah  

Boşanma prosesində ən çox verilən suallardan biri budur: “Xəyanəti sübut etsəm, uşaqları analarından ala bilərəmmi?” Hüquqi baxımdan cavab qısadır – xeyr. Xəyanət faktı avtomatik olaraq uşağın digər valideynə verilməsi üçün əsas sayılmır.Qanunvericiliyə görə, uşaq 10 yaşına çatdıqda onun hansı valideynlə qalmaq istəməsi barədə fikri nəzərə alınır və bu rəy mühüm əhəmiyyət daşıyır. Lakin son qərarı yenə də məhkəmə verir və əsas meyar uşağın mənafeyidir.10 yaşdan kiçik uşaqlarla bağlı isə məhkəmə qərar verərkən valideynlərin həyat şəraitini, uşağa qayğı imkanlarını və təhlükəsizlik faktorlarını qiymətləndirir. Ana ağır psixi xəstəlikdən əziyyət çəkirsə, narkomaniya və ya alkoqolizm kimi asılılıqları varsa, uşağı baxımsız qoyubsa və ya könüllü şəkildə tərk edibsə, bu hallar uşağın atada saxlanılması üçün əsas ola bilər.Yəni məsələ valideynlərin şəxsi münasibətindən deyil, uşağın təhlükəsizliyi və rifahından asılıdır. Əsas prinsip budur: uşağın üstün mənafeyi hər şeydən önəmlidir.Jalə

Ad, soyad dəyişdirilsə,KREDİT borcu ləğv oluna bilər? – Hüquqşünasdan AÇIQLAMA  

Vəfat edən şəxslərin kredit borcunun taleyi mütəmadi olaraq müzakirə edilən mövzulardan biridir. Çox vaxt mərhumun yaxınları borcun kim tərəfindən ödəniləcəyini və bankın hansı addımlar atacağını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu məsələ kredit müqaviləsinin şərtlərindən, həmçinin borcalananın həyat sığortasının olub-olmamasından asılı olaraq fərqli formada həll olunur. Belə hallarda isə əsas sual ortaya çıxır: Vəfat edən şəxsin kreditini kim ödəyir?Qanunvericiliyə görə, kredit götürən şəxsin borcunun taleyi əsasən onun həyat sığortasının olub-olmamasından və vərəsəlik məsələlərindən asılıdır. Ümumiyyətlə, kredit alan şəxs könüllü şəkildə həyat sığortası etdirə bilər. Bu, tamamilə şəxsin öz seçimidir. Lakin bəzi banklar, xüsusilə iri məbləğli kreditlər təqdim edərkən, müştərinin həyatının sığortalanmasını mütləq şərt kimi qoyurlar. Bu halda kredit alan şəxs vəfat edərsə, borcu sığorta şirkəti ödəyir və varislərə heç bir məsuliyyət düşmür.Kredit alan şəxsin həyatı sığortalanmayıbsa, bu zaman məsuliyyət vərəsələrin üzərinə keçir. Mərhumun heç bir mirası və ya varisi olmadığı halda isə bankın borcu tələb etmək imkanı qalmır.Son zamanlar bank borcları ilə bağlı gündəmdə olan digər məsələlərdən biri boracalan şəxsin ad və soyadını dəyişdirilməsidir. Maraqlıdır, banka borcu olan şəxs ad və soyadını dəyişdirdiyi halda kredit borcunun ləğvi mümkündür?Sualımızı cavablandıran hüquqşünas İlham Mehrəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada ad və soyadın dəyişdirilməsi mümkündür:“Lakin əvvəlki adla əldə olunan hüquqi vəzifələrə xitam verilmir. Fiziki şəxs adını dəyişdirdirdikdə bu barədə kreditorlara, borclu olduğu şəxslərə və digər qurumlara məlumat verməlidir”.Yeganə

Azərbaycanda nikahdankənar nə qədər uşaq DOĞULUR?

Nikahdan kənar uşaqların hüquqi statusu müasir cəmiyyətdə aktual məsələdir. Statistika göstərir ki, bu hallar illər üzrə dəyişir, lakin hüquqi tənzimlənməsi Ailə Məcəlləsində xüsusi fəsil ilə müəyyən olunub. Məhz bu tənzimləmə, uşaqların mənşəyinin müəyyən olunması və onların hüquqlarının qorunması baxımından əsas rol oynayır. Lakin statistik rəqəmlərin günü-gündən dəyişməsi və artması  cəmiyyətdə birmənalı qarşılanmır. Bu mövzuya aydınlıq gətirmək üçün vəkil  Fuad Məmmədov  Oxu24.com -a açıqlama verib.  Ümumiyyətlə nikahdankənar uşaqlar dövrümüzün aktual problemlərindən biridir. Statistikada göstərir ki, bəli, fərqli tendensiyalar var, müxtəlif illərdən asılı olaraq bu say artıb-azalır. Misal üçün, baxıram statistikaya, 2016-cı ildə nikahdankənar doğulan uşaqların sayı 26 288. Sonra 2019-cu ildə 21 453, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 556, 2022-ci ildə 18 814. Yəni statistikada da görsənir ki, 2016-cı ildə 26 min olub, amma sonradan bu rəqəm aşağı düşübdür və sonradan təzədən 2022-ci ildə yenidən qalxıb. Ümumiyyətlə, burada bir çox faktorlar var. Müəyyən dövrlərdə ola bilər ki, pandemiya buna təsir eləsin və yaxud da ki, bilirsiniz ki, 2025-ci ilin ikinci yarısından, yəni iyulun 1-dən artıq qanunvericiliklə qohum nikahları qadağan olunub. Ola bilər ki, son dövrlərdə və orada eyni zamanda nikaha daxil olmaq yaşı 17-dən 18-ə qaldırılıb. Ola bilər ki, bu faktorlar yenidən nikahdankənar doğulan uşaqların sayının artmasına təsir edib. İndi gələk bunun hüquqi tənzimlənməsinə. Hüquqi dillə desək, bu uşaqların mənşəyinin müəyyən olunması və Ailə Məcəlləsinin xüsusi bir fəsli var. Bununla bağlı, 10-cu fəsil, uşaqların mənşəyinin müəyyən olunması. Ailə Məcəlləsi deyir ki, uşağın anadan mənşəyi, ananın uşağın tibb müəssisəsində doğulmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsi deyir ki, əgər uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır, uşağın atasının və babasının adı uşağın anasının göstərişi ilə yazılır. Yəni  Ailə Məcəlləsində bu tənzimlənir. Uşaqların nikahdankənar olması onları gələcəkdə hər hansısa hüquqdan məhrum etmir. Yəni burada necə məhrum etmə ola bilər? Əgər uşaq nikahdankənar doğulubsa və uşağın şəxsiyyət vəsiqəsində onun real atasının adı yazılmayıbsa, bilirsiniz ki, hər bir uşağın, vərəsəlik hüququ vardır. İndi bunun atası göstərilmədiyindən, gələcəkdə o atasını bilmədiyindən, kimin övladı olduğunu bilmədiyindən,  gələcəkdə ata tərəfdən vərəsə ola bilməz və yaxud da ki, qanuni vərəsəlik üçün müraciət edə bilməz.Burada ancaq məhdudiyyət vərəsəlik məsələsi ilə bağlıdır. Mən belə düşünürəm ki, məhdudiyyət yaradan normalar olmalıdır. Nikahdankənar münasibətlər tanınmasın və nikahdankənar doğulan uşaqlara da, hər hansı bir məhdudiyyətlər qoyulsun ki, bunların sayı azalsın. Bunun üçün qanunvericiliyə mütləq şəkildə dəyişiklik olmalıdır. Yəni qanunvericiliyə dəyişiklik olmadan, qanunvericilik sərtləşdirilmədən bunun qarşısını almaq mümkün deyil. Çünki indiki qanunvericilik bunu, buna imkan verir.Ülkər Rəhmanqızı

Ağır qəza: Həyatını itirən var

Sumqayıt şəhərinin çıxışı, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 1977-ci il təvəllüdlü şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb.Bu barədə  Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.Qeyd olunub ki, hazırda 1991-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.***16:15Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyindən  Oxu24.com-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb

Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb.Oxu24.com  xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə deyib.O qeyd edib ki, 2025-ci ildə məhkəmə icraatında 141 min aliment işi olub:"Aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati protokol tərtib edilib, 3083 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2344 nəfər inzibati qaydada həbs edilib. Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlbetmə barədə təqdimat verilib, 235 halda cinayət işi başlanıb".Nazir müavinin fikrincə, uşaqla ünsiyyət işləri də həssas kateqoriyaya daxildir:"2025-ci ildə icraatda 14 min belə iş olub. Bu işlər ümumi icra işlərinin təxminən bir faizini təşkil edir və icra olunmama halları azdır. Əsas çətinliklər valideynlərin uşağa psixoloji təsiri və ünsiyyətin gecikdirilməsi ilə bağlıdır.Bu baxımdan təklif olunur ki, uşaqla ünsiyyət icra şöbələrində deyil, psixoloqların iştirakı ilə xüsusi mərkəzlərdə təşkil edilsin. Bu, uşaqların daha sağlam psixoloji mühitdə valideynləri ilə görüşməsinə imkan yarada bilər".

Aptek açmaq üçün hansı sənədlər LAZIMDIR?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu aptek açmaq istəyən şəxslərlə bağlıdır.Aptek açmaq üçün hansı sənədlər lazımdır?Bunun üçün  təkcə VÖEN almaq kifayət deyil. Aptek üçün obyektin texniki tələblərə cavab verməsi və İqtisadiyyat Nazirliyindən müvafiq lisenziyanın alınması qanuni şərtdir.Dərman idxalı ilə bağlı icazələr, sənədlərin hazırlanması və prosedurlar isə ayrı qaydada tənzimlənir.Hazırladı: Jalə

Torpağı istifadəsiz saxlayanların NƏZƏRİNƏ!  —   Əlinizdən ALINA BİLƏR

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu bələdiyyə torpaqlarının geri alınması ilə bağlıdır.İcarəyə götürülən torpaq istifadə edilmədikdə bələdiyyə tərəfindən geri alınar bilərmi?Əgər vətəndaş icarəyə götürdüyü əkin sahəsini 2 il istifadə etməsə icarə müqaviləsinə xitam verilə bilər.Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, və ya kənd təsərrüfatı istehsalı üçün verilmis torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmis torpaq sahasindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilə bilər.Hazırladı: Şahbaz

Bu halda vergini sizdən ALACAQLAR    — Bilməli olduğunuz vacib MƏLUMAT

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu  əmlak vergisi ilə bağlıdır.Biz evi yeni almışıq. Bələdiyyə bizdən əvvəlki illərin əmlak vergisini tələb edə bilər?Cavab: Bəli. Əvvəlki ev sahibi əmlak vergisini ödəməybisə bələdiyyə borcu sizdən tələb edə bilər.Vergi Məcəlləsinin 200.5-ci maddəsinə görə əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.Hazırladı: Jalə

Avtomobili etibarnamə ilə öz adınıza keçirmək mümkündürmü? – Hüquqi açıqlama  

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  avtomobilin etibarnamə ilə ada keçirilməsi ilə bağlıdır.Mütəxəssislər bildirirlər ki, mövcud qanunvericiliyə əsasən avtomobili yalnız etibarnamə yolu ilə öz adınıza keçirmək mümkün deyil. Etibarnamə nəqliyyat vasitəsinin mülkiyyət hüququnu dəyişdirmir.Etibarnamə sadəcə olaraq avtomobilin başqa bir şəxs tərəfindən idarə olunmasına və istifadə edilməsinə hüquq verir. Mülkiyyət hüququnun rəsmiləşdirilməsi isə yalnız alqı-satqı müqaviləsi və müvafiq dövlət qeydiyyatı proseduru vasitəsilə həyata keçirilə bilər.Hazırladı: Şahbaz

Çıxarışda 3 nəfərin adı varsa, alqı-satqı necə aparılır? – Hüquqi izah  

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu çıxarışlarla bağlıdır.Əmlakın çıxarışında üç nəfərin adı qeyd olunubsa alqı-satqı necə baş tutacaq?Əmlakın çıxarışında üç nəfərin adı qeyd olunubsa, həmin daşınmaz əmlakın satışı üçün hər üç mülkiyyətçinin razılığı tələb olunur. Bu, qanunvericiliyin əsas şərtlərindən biridir və tərəflərdən birinin razılığı olmadan alqı-satqı həyata keçirilə bilməz.Əgər mülkiyyətçilərdən birinin harada olduğu məlum deyilsə və ya onun vəfat edib-etmədiyi bilinmirsə, əvvəlcə bu məsələ hüquqi qaydada aydınlaşdırılmalıdır. Şəxsin vəfat etdiyi müəyyən olunarsa, vərəsəlik işi açılmalı və onun payı qanuni vərəsələrə keçməlidir.Yalnız vərəsəlik prosesi tamamlandıqdan və bütün pay sahiblərinin razılığı alındıqdan sonra əmlakın alqı-satqısı mümkün olur. Bu kimi hallarda hüquqi prosedurların düzgün aparılması üçün mütəxəssisə müraciət etmək tövsiyə edilir.Hazırladı: Jalə

Kişilər evlənərkən həyat yoldaşının soyadını ala bilərmi? – Hüquqi açıqlama  

Bu dəfə təqdim edəcəyimiz mövzu soyadlarla bağlıdır.Daha doğrusu nikah zamanı kişilərin həyat yoldaşlarının soyadına keçməsinin hüquqi yolları ilə bağlı.Oxu24.com xəbər verir  ki, Azərbaycan qanunvericiliyinə əsasən, evlilik zamanı kişi həyat yoldaşının soyadını qəbul edə bilər. Qanunda tərəflərin qarşılıqlı razılığı əsasında soyad seçimi hüququ nəzərdə tutulur.Yəni,nikah bağlanarkən cütlük istər kişinin, istər qadının soyadını seçə, eləcə də hər kəs öz soyadını saxlaya bilər. Bu məsələ tamamilə könüllü razılaşma əsasında həll olunur və hüquqi baxımdan mümkündür.Hazırladı: Turan

Boşanma zamanı bu əmlaklar bölünə  BİLMƏZ

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu boşanma zamanı bölünməyən əmlakla bağlıdır.Qanuna görə,bağışlanan əmlak boşanma zamanı bölünmürAilə qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilən əmlak ümumi birgə mülkiyyət hesab olunur və boşanma zamanı bölünür. Lakin bu qaydanın istisnaları var.Əgər nikah müddətində ər və ya arvadın adına ev, avtomobil və ya digər daşınar və daşınmaz əmlak bağışlanıbsa, həmin əmlak şəxsi mülkiyyət sayılır. Bu, ümumi nikah əmlakı kateqoriyasına daxil edilmir.Başqa sözlə, bağışlama yolu ilə əldə olunan əmlak boşanma zamanı bölüşdürülmür və qarşı tərəfin həmin əmlak üzərində pay hüququ yaranmır.Hazırladı: Şahbaz

Məzuniyyətə çıxan şəxs maaşı necə almalıdır?   —   HESABLAMA QAYDASI

Məzuniyyətə çıxan işçinin maaşı necə hesablanır?Əmək məzuniyyətinə çıxan zaman işçiyə ödənilən məbləğlə bağlı tez-tez suallar yaranır. Əsas məsələ budur: məzuniyyət ayı üçün əmək haqqı azalırmı, yoxsa əlavə məzuniyyət pulu verilir?Oxu24.com xəbər verir  ki,Qanunvericiliyə əsasən, işçi məzuniyyət dövrü üçün məzuniyyət haqqı alır, qalan müddət üçün isə onun orta aylıq əmək haqqı saxlanılır. Yəni, əvvəlki illərdə tətbiq edilən və işçinin daha az məbləğ almasına səbəb olan praktika artıq dəyişdirilib.Məsələn, işçinin aylıq əmək haqqı 500 manatdır. Əgər o, mart ayında 15 gün məzuniyyətə çıxırsa:15 gün üçün məzuniyyət haqqı hesablanır və ödənilir;Ayın qalan günləri üçün isə orta əmək haqqı prinsipi tətbiq olunur.Orta əmək haqqı hesablanarkən yalnız “xalis maaş” deyil, qanunla nəzərdə tutulan bəzi əlavələr də nəzərə alınır. Bunlara əmək haqqına edilən əlavələr, mükafatlar, ağır və zərərli şəraitə görə ödənişlər, yeraltı və ya yüksək dağlıq ərazilərdə işləməyə görə verilən əlavə məbləğlər daxildir. Hansı ödənişlərin daxil edildiyi müvafiq qaydada təsdiqlənmiş siyahı ilə müəyyən olunur.Hesablama mexanizmi isə belədir: müəyyən dövr üzrə əmək haqqı və daxil edilən əlavələr cəmlənir, günlərin sayına bölünərək bir günlük orta əmək haqqı müəyyən edilir və sonra məzuniyyət günlərinin sayına vurulur.Beləliklə, işçi məzuniyyətə çıxdığı üçün aylıq gəlirində əsassız azalma olmamalıdır; ödəniş qanunla müəyyən edilmiş qaydada aparılmalıdır.Hazırladı: Turan

Küçədə bunu ETMƏYİN! - Cərimələnəcəksiniz...

Tütün çəkilməsi qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.Oxu24.com-un  xəbərinə görə, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, aprelin 1-dən tütün çəkilməsi qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.Qeyd edək ki, tütün çəkilməsi qadağan olunan yerlər dedikdə aşağıdakılar nəzərdə tutulur:- təhsil və tərbiyə müəssisələrində, habelə onların əraziləri;- tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələri, habelə onların əraziləri;- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər, habelə onların əraziləri;- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri;- ticarət obyektləri;- məişət obyektləri;- sosial xidmət müəssisələri;- yerləşdirmə vasitələri;- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;- uşaq meydançaları;- yerüstü qapalı və yeraltı piyada keçidləri;- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri;- metropoliten stansiyalarının vestibülləri, keçidlər, platformaları və vaqonlar;- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları, su nəqliyyatı vasitələri;- hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalar) və avtobusların dayanacaq məntəqələri;- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri;- taksafonlar;- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələri;- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlar, iş yerləri.

 Avtomobil cəriməsi kimin adına yazılmalıdır?-Mülkiyyətçiyə, yoxsa sürücüyə?   

Avtomobil idarə edən hər bir şəxsi və maşınını başqasına etibar edən mülkiyyətçiləri ən çox düşündürən suallardan biri də elektron cərimələrin kimin adına rəsmiləşdirilməsidir. Xüsusilə yol hərəkəti qaydaları pozulduğu zaman tətbiq edilən inzibati cərimələrin kimin "cibinə" yazılacağı bəzən mülkiyyətçi ilə sürücü arasında ciddi mübahisələrə səbəb olur.Bəs qanunvericilik bu barədə nə deyir? Cərimə mütləq avtomobilin sahibinəmi gəlməlidir, yoxsa sükan arxasındakı şəxsə?Məsələ ilə bağlı Oxu24.com-a tanınmış vəkil Elvin Səfərovun sözlərinə görə elektron qaydada tərtib olunan inzibati xəta qərarları birbaşa sistemdəki qeydiyyatdan asılıdır:“Etibarnamə varsa, məsuliyyət Kimdədir?Əgər avtomobil mülkiyyətçisindən başqa digər bir şəxs tərəfindən idarə olunursa və həmin şəxsin bu səlahiyyəti (etibarnaməsi) dövlət qeydiyyatından keçirilibsə, proses fərqli tənzimlənir:Əgər mülkiyyətçidən başqa avtomobili idarə etmək səlahiyyəti olan şəxs varsa və dövlətin bundan məlumatı varsa, cərimələr avtomatik olaraq sonuncu etibarnaməsi qeydiyyata alınmış şəxsin adına yazılır”,-deyə vəkil bildirib.Etibarnamə olmadıqda nə baş verir?Elvin Səfərov vurğulayıb ki, sistemdə rəsmi qeydiyyata alınmış etibarnaməli şəxs olmadıqda, cərimə birbaşa avtomobil mülkiyyətçisinin adına rəsmiləşdirilir. O, həmçinin qeyd edib ki, bu bir şəxsi rəy deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin birbaşa tələbidir."Sürücülərə tövsiyə olunur ki, avtomobili başqasına etibar etdikdə və ya etibarnamə ilə maşın idarə etdikdə bu hüquqi məqamları mütləq nəzərə alsınlar",-deyə vəkil qeyd edib.Çimnaz Telmanqızı

Bu halda bələdiyyət torpaqlarını icarəyə vermək OLMAYACAQ

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu  bələdiyyə torpaqları ilə bağlıdır.Bələdiyyə mülkiyyətində olan hansı torpaq sahələri xüsusi mülkiyyətə və icarəyə verilə bilməz?Aşağıdakı torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir:“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə görə elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.Hazırladı: Miri Məcidli

Kredit ödəyənlərin NƏZƏRİNƏ: Vaxtından əvvəl ödəniş edərkən....

Krediti vaxtından əvvəl ödəyəndə əlavə faiz və xidmət haqqı tələb olunur? İnsanlar kreditlərini müəyyən edilmiş vaxtdan əvvəl bağlamaq istəyəndə bunun üçün hansı şərtlərin tətbiq olunduğunu, əlavə ödənişlərin olub-olmadığını öyrənmək istəyirlər. Bir çox borc alan vaxtından əvvəl ödəmə ilə bağlı qərar verərkən əlavə faiz və ya xidmət haqqı ödənişindən narahat olur. Bu səbəbdən vətəndaşlar kredit müqavilələrinin şərtləri diqqətlə araşdırmalı və qanunvericilikdə nəzərdə tutulan limitləri bilməlidirlər.Mülki Məcəllə isə bu sahədə həm borc alanların, həm də borc verənlərin hüquqlarını qoruyacaq şəkildə tənzimləmə təmin edir.Məsələ ilə bağlı vəkil Elvin Səfərov  Oxu24.com-a açıqlamasında bildirib: “Krediti vaxtından əvvəl ödəyən şəxsdən əlavə faiz və ya xidmət haqqı tələb olunması qanuni deyil. Kredit bağlanan günə qədər faiz ödənişi tələb oluna bilər. Yalnız müqavilə ilə bəzən hansısa bir məbləğin ödənilməsi tələb olunduğu hallar istisna olmaqla. Mülki Məcəllə - 745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.Bank müqavilədə əvvəlcədən bu şərti qeyd edibsə, bu halda əlavə ödəniş tələb edə bilər. Müştəri müqaviləni imzalayarkən bu bəndlərə xüsusi diqqət etməlidir: -Müqavilənin müddəti;-valyuta, faiz, cərimə və borcun vaxtından əvvəl bağlanması hallarına. Əgər bank əlavə komissiya tələb edərsə və müştəri bununla razılaşmasa, Mərkəzi bank və ya müvafiq məhkəmələrə müraciət edə bilər”,-deyə vəkil qeyd edib. Çimnaz Telmanqızı

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi açıqlandı  

Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmək inzibati məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs 200 manat məbləğində cərimə edilir.Eyni əməl təkrar törədildikdə isə məsuliyyət daha da sərtləşir və cərimə 400 manat təşkil edir.Qeyd edilməlidir ki, burada söhbət ümumiyyətlə sürücülük vəsiqəsi olmadan idarəetmədən gedir. Əgər şəxs sürücülük hüququndan məhrum edildiyi halda avtomobil idarə edərsə, həmin hal ayrıca və daha ağır məsuliyyət yarada bilər.Qanunvericiliyin tələbinə görə, nəqliyyat vasitəsini yalnız müvafiq kateqoriya üzrə etibarlı sürücülük vəsiqəsi olan şəxslər idarə edə bilərlər. Bu qaydanın pozulması həm maliyyə sanksiyası, həm də digər hüquqi nəticələr doğura bilər.

“Orduya yararsızdır” deyilən şəxs hərbi xidmətə aparıla bilərmi? – Hüquqi tərəflər  

Hərbi xidmət məsələsi cəmiyyətdə ən həssas mövzulardan biridir. Xüsusilə də sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilən şəxsin yenidən çağırılması valideynləri ciddi narahat edir.Oxu24.com xəbər verir  ki,məsələnin hüquqi tərəfinə gəldikdə isə, əgər şəxs tibbi komissiya tərəfindən hərbi xidmətə yararsız və ya məhdud yararlı hesab olunubsa, onun tam sağlam şəxslərlə eyni qaydada xidmətə cəlb edilməsi qanunvericiliyə ziddir. Sağlamlıq problemi olan şəxsin hərbi normativləri yerinə yetirməyə məcbur edilməsi, psixoloji təzyiqə məruz qalması, alçaldılması və ya şərəf və ləyaqətinin zədələnməsi hüquqi məsuliyyət yarada bilər.Bu cür hallarda vətəndaşın hüququ var ki, tibbi müayinənin nəticəsini mübahisələndirsin. Qərardan narazı qalan şəxs yuxarı instansiyalı hərbi-həkim komissiyasına müraciət edə, eyni zamanda inzibati qaydada və ya məhkəmə yolu ilə qərarın ləğvini tələb edə bilər.Hüquqşünaslar bildirir ki, əsas məsələ tibbi rəyin obyektivliyidir. Əgər sağlamlıqla bağlı ciddi problem mövcuddursa, bu, mütləq şəkildə nəzərə alınmalı və şəxs qanunsuz olaraq xidmətə cəlb edilməməlidir.Hazırladı: Şahbaz

Kartınıza səhvən köçürülən pulu qaytarmayan şəxsə qarşı hansı addımlar atıla bilər?  

Rəqəmsal ödənişlərin artdığı bir dövrdə vətəndaşların ən çox rastlaşdığı problemlərdən biri də vəsaitin yanlış karta köçürülməsidir. Bəzən texniki səhv və ya diqqətsizlik səbəbindən pul başqa şəxsin hesabına göndərilir. Qarşı tərəf isə məbləği geri qaytarmaqdan imtina edir. Bu halda hüquqi mexanizm necə işləyir?Oxu24.com xəbər verir  ki,hüquqşünasların izahına görə, belə hallar qanunvericilikdə “əsassız varlanma” kimi qiymətləndirilir. Yəni şəxs hər hansı cinayət törətmədən, hüquqi əsas olmadan müəyyən məbləğ əldə edir. Bu, cinayət məsuliyyəti deyil, mülki-hüquqi məsuliyyət yaradır. Başqa sözlə, pulu səhv köçürən şəxs məhkəməyə müraciət edərək vəsaitin geri qaytarılmasını tələb edə bilər.Praktikada isə proses bir qədər mürəkkəbdir. Banklar “bank sirri” prinsipinə əsasən, qarşı tərəfin şəxsi məlumatlarını üçüncü şəxsə açıqlaya bilməz. Yalnız məhkəmə qərarı və ya şəxsin razılığı olduqda bu məlumatlar təqdim edilir. Bu səbəbdən, vətəndaş əvvəlcə banka müraciət edir, bank qarşı tərəfə məlumat verir və könüllü qaytarılma təklif olunur. Əgər imtina edilərsə, məsələ məhkəmə müstəvisinə daşına bilər.Hüquqi baxımdan tələb irəli sürmək mümkündür. Lakin məbləğin kiçik olması hallarında uzun prosedur və vaxt itkisinə görə vətəndaşlar çox zaman bu yola getmirlər. Böyük məbləğlərdə isə məhkəmə qaydasında vəsaitin geri alınması realdır.Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, ödəniş etməzdən əvvəl kart nömrəsini bir neçə dəfə yoxlasınlar. Çünki səhv köçürülən vəsaiti geri almaq hüquqi cəhətdən mümkün olsa da, praktik baxımdan hər zaman asan proses deyil.Hazırladı: Nigarxanım

BDU tələbələrinin görüntülərini yayan şəxs saxlanıldı – Vəkildən AÇIQLAMA 

BDU-nun Hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı daxil olmuş müraciət əsasında araşdırmalara başlanılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin materialları paylaşan şəxsin kimliyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.İlkin araşdırmalar zamanı məlum olub ki, sosial şəbəkə platformalarında yayılan foto və videolar tələbələrin şəxsi görüntülərindən istifadə edilməklə montaj olunub və onların şərəf və ləyaqətini alçaltmağa yönəlib.Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, bu cür əməllər həm cinayət, həm də mülki məsuliyyət yaradır:“Şəxsin razılığı olmadan onun görüntülərinin yayılması, xüsusilə də təhqiramiz və alçaldıcı formada təqdim edilməsi qanunvericiliyə ziddir. Bu hallar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır. Zərərçəkmiş şəxslər həmçinin mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər.”Vəkil qeyd edib ki, sosial şəbəkələrdə anonim hesablar arxasında gizlənərək törədilən hüquqazidd əməllər də müasir texniki imkanlar vasitəsilə qısa müddətdə ifşa olunur.Miri Məcidli

Ali Məhkəmə mühüm açıqlama yaydı

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.Bu barədə  Oxu24.com-a  məhkəmədən məlumat verilib.Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsidir.Etibarsız nikah nəticəsində mənəvi zərərin ödənilməsi zamanı saxta nikahın bağlanmasında cavabdehin təqsiri, nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması nəzərə alınır.Ər-arvaddan birinin ayrılmaq və ya boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi pozuntu hesab edilmir. Məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər bu kimi hüquqi imkanlardan istifadə qanunidir.Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.Ərin-arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın. Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.

Qəza zamanı sürücülər bunu BİLMƏLİDİR: Sığıorta mübahisəsi

Yol-nəqliyyat hadisələri zamanı ən çox müzakirə olunan məsələlərdən biri də sığorta ödənişləri ilə bağlı yaranan mübahisələrdir. Xüsusilə qəzanı törədən tərəfin icbari avtomobil sığortasının olmaması sürücülər arasında suallar doğurur: Bu halda zərəri kim ödəməlidir? Sığorta şirkəti imtina edə bilərmi?Məsələ ilə bağlı Oxu24.com-a danışan  vəkil Anar Məmmədov  bildirib ki, icbari avtomobil sığortası yalnız üçüncü şəxslər qarşısında mülki məsuliyyəti əhatə edir.Onun sözlərinə görə, əgər qəzanı törədən taksi sürücüsünün icbari sığortası yoxdursa, zərərçəkənin öz sığorta şirkətinin ödəniş etmək öhdəliyi yaranmır. Çünki bağlanmış müqavilənin predmeti sığortalının başqasına vurduğu ziyanın qarşılanmasıdır, onun avtomobilinə dəyən zərərin deyil.Vəkil vurğulayıb ki, əgər qarşı tərəfin sığortası mövcud olsaydı, dəymiş zərəri həmin sığorta şirkəti ödəməli idi. Sığorta olmadığı halda isə zərər birbaşa qəzanı törədən şəxsdən tələb olunmalıdır. Bu, razılaşma yolu ilə mümkün olmazsa, məsələ məhkəmə qaydasında həll edilməlidir.Anar Məmmədov qeyd edib ki, belə vəziyyətdə sığorta şirkətinin imtina etmək hüququ var və zərərçəkən iddiasını birbaşa təqsirkar şəxsə yönəltməlidir.Hazırladı: Şahbaz

Başqa kişiyə ərə gedən qadın əvvəlki ərindən aliment ala bilərmi?

Mütəxəssislər bildirirlər ki, boşandıqdan sonra yenidən ailə həyatı qurmaq uşağa görə təyin olunmuş alimentin dayandırılması üçün əsas deyil.Azərbaycan Respublikasının Ailə Məcəlləsi-nə əsasən, aliment valideynlərin nikah statusuna görə deyil, uşağın saxlanılması və təminatı üçün ödənilir. Yəni aliment öhdəliyi valideynlik hüquq və vəzifələrindən irəli gəlir.Bu səbəbdən ana və ya ata yenidən ailə həyatı qursa belə, əvvəlki nikahdan olan uşağa görə aliment almaq hüququ qüvvədə qalır. Aliment yalnız qanunda nəzərdə tutulan hallarda – məsələn, uşağın yetkinlik yaşına çatması və ya digər hüquqi əsaslar olduqda dayandırıla bilər.Beləliklə, yenidən evlənmək uşağa görə aliment hüququnun itirilməsi demək deyil.Hazırladı: Nigar

Hamilə qadın ərinin istəyi ilə boşana bilərmi? – Qanun nə deyir  

Redaksiyamıza daxil olan sualda bildirilir ki, 6 həftəlik hamilə olan qadının həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib. Qadın isə boşanmaq istəmir. Bu halda nikah onun razılığı olmadan pozula bilərmi?Oxu24.com xəbər verir ki,qanunvericiliyə əsasən, məsələ aydın şəkildə tənzimlənir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi-nə görə, arvad hamilə olduğu dövrdə və uşağın doğulduğu gündən etibarən bir il müddətində ər onun razılığı olmadan boşanma iddiası qaldıra bilməz.Bu o deməkdir ki, qadın hamilədirsə və ya uşağın yaşı bir ildən azdırsa, boşanma yalnız qadının razılığı ilə mümkündür. Əks halda, məhkəmə ər tərəfindən qaldırılmış iddianı təmin etməyəcək.Beləliklə, 6 həftəlik hamilə olan qadın boşanmağa razılıq vermədiyi təqdirdə, ər birtərəfli qaydada nikahı poza bilməz. Qanun bu dövrdə qadının və doğulacaq uşağın hüquqlarını xüsusi olaraq qoruyur.Hazırladı: Turan

Bələdiyyə sənədli torpağı olanlara VACİB XƏBƏR

Bələdiyyə sənədli, lakin çıxarışı olmayan və etibarnamə ilə “alınmış” torpağın rəsmiləşdirilməsi ilə bağlı hüquqşünaslar vətəndaşlara diqqətli olmağı tövsiyə edirlər.Oxu24.com xəbər verir  ki,mütəxəssislərin sözlərinə görə, torpağın etibarnamə ilə alınması hüquqi baxımdan alqı-satqı hesab edilmir. Etibarnamə yalnız müəyyən hərəkətləri icra etmək üçün səlahiyyət verir və mülkiyyət hüququ yaratmır. Yəni torpaq faktiki olaraq sizin adınıza keçmiş sayılmır, sadəcə sizə etibar olunmuş olur.Əgər söhbət bələdiyyə torpağından gedirsə, ilk növbədə həmin torpaq sahəsinin hansı qərar əsasında və kimə verildiyi dəqiqləşdirilməlidir. Bunun üçün vətəndaşın birbaşa bələdiyyəyə müraciət etməsi məqsədəuyğun sayılır. Əgər torpaq müəyyən tarixli qərarla başqa şəxsin adına satılıbsa və tərəflər arasında razılıq mövcuddursa, praktikada bələdiyyəyə müraciət edilərək həmin qərarda dəyişiklik edilməsi və yeni alıcının adının daxil olunması halları olub.Əgər notariat orqanı mövcud sənədləri təsdiqləməkdən imtina edərsə, yenə də məsələ bələdiyyə qərarının dəyişdirilməsi yolu ilə həll oluna bilər. Bundan sonra rəsmi alqı-satqı müqaviləsi bağlanmalı və torpaq qanuni qaydada dövlət qeydiyyatına alınmalıdır.Hüquqşünaslar vurğulayırlar ki, gələcəkdə problemlə üzləşməmək üçün torpaq alarkən mütləq şəkildə rəsmi alqı-satqı müqaviləsi bağlanmalı və çıxarış əldə olunmalıdır. Etibarnamə ilə edilən razılaşmalar isə mübahisə riski yaradır və məhkəmə çəkişmələrinə səbəb ola bilər.Hazırladı: Şahbaz

Bunu edənləri böyük miqdarda cərimə və HƏBS GÖZLƏYİR  —  VƏKİL AÇIQLADI

Sosial şəbəkədə təhqirin cəzası nədir? – Vəkil Esmira Rzayeva açıqladıGünümüzdə sosial şəbəkələr insanların fikir və mülahizələrini sərbəst şəkildə ifadə etdiyi əsas platformalara çevrilib. Lakin bu azadlıq digər şəxslərin şərəf və ləyaqətinin alçaldılması hüququ vermir. Qanunvericiliyə əsasən, sosial şəbəkələrdə təhqir və böhtan cinayət məsuliyyəti yaradır.Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, istər real ad-soyadla, istərsə də saxta profil vasitəsilə başqa şəxsi təhqir etmək qanun qarşısında cavabsız qalmır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında (sosial şəbəkələrdə) şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab olunur.Bu əmələ görə aşağıdakı cəzalar tətbiq edilə bilər:🔸1000 manatdan 1500 manatadək cərimə🔸240 saatdan 480 saatadək ictimai işlər🔸1 ilədək islah işləri🔸6 ayadək azadlıqdan məhrum etməVəkil Esmira Rzayevanın sözlərinə görə, məsuliyyət saxta (fake) hesablarla törədilən əməllər üçün daha ağırdır.Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatlarında saxta istifadəçi adı, profil və ya hesab vasitəsilə böhtan atma və ya təhqir etmə aşağıdakı cəzalarla nəticələnə bilər:🔸1000 manatdan 2000 manatadək cərimə🔸360 saatdan 480 saatadək ictimai işlər🔸2 ilədək islah işləri🔸1 ilədək azadlıqdan məhrum etməSaxta istifadəçi adı dedikdə:🔸Şəxsin kimliyini müəyyən etməyə imkan verməyən,🔸Yalan ad-soyadla yaradılmış,🔸Məlumatları gizlədilmiş,🔸Başqa şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilərək açılmış hesablar nəzərdə tutulur.Vəkil Esmira Rzayeva vurğulayır ki, sosial şəbəkələrdə emosional paylaşımlar etmək, kimisə açıq şəkildə təhqir etmək və ya ləyaqətini alçaltmaq hüquqi məsuliyyət yaradır. “Virtual məkanda yazılan hər söz real hüquqi nəticə doğura bilər”, – deyə o bildirib.Hüquqşünas vətəndaşlara sosial şəbəkələrdə etik davranış qaydalarına riayət etməyi və qanunvericiliyin tələblərini nəzərə almağı tövsiyə edir. Hazırladı: Jalə

Tolik-Səidə davası ilə bağlı AÇIQLAMA: Tədbir görülə bilər

Müğənni Səidə Sultan ilə prodüser-aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. Hadisə “TikTok” platformasında canlı yayım zamanı baş verib.Canlı yayımda Xalq artisti Brilliant Dadaşova da iştirak edib. Efirlərdəki problemlər müzakirə olunan zaman tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə qarşı təhqiramiz ifadələr işlədiblər.Bundan sonra qalmaqal sosial şəbəkələrdə davam edib. Hər iki tərəf “Instagram” hesablarında paylaşım edərək bir-birinin ünvanına sərt və nalayiq ifadələr səsləndirib. Tarix Əliyev paylaşımında Səidə Sultanı narkotik istifadəçisi olmaqda ittiham edib. Müğənni isə cavab olaraq bildirib ki, o, bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Sabunçu Tibb Mərkəzində müalicə alıb və qollarındakı izlər tibbi müdaxilə nəticəsində yaranıb.Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi tanınmış şəxslərin açıq platformalarda təhqirə yol verməsini tənqid edib və onların məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, sosial şəbəkələr və canlı yayımlar açıq platforma hesab olunur və burada səsləndirilən təhqiramiz ifadələr hüquqi məsuliyyət yarada bilər.Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən ictimai yerlərdə nalayiq ifadələrin işlədilməsi və vətəndaşlara qarşı hörmətsizlik inzibati xəta hesab olunur. Sosial şəbəkələr də açıq mühit sayıldığı üçün bu hallara hüquqi qiymət verilə bilər.Əgər tərəflərdən biri digərinin şərəf və ləyaqətini alçaldan ifadələr işlədibsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi (təhqir) tətbiq oluna bilər. Bundan əlavə, həqiqətə uyğun olmayan və şəxsin nüfuzuna zərər vuran məlumat yayılıbsa, 148-ci maddə (böhtan) ilə də iddia qaldırmaq mümkündür.Vəkil əlavə edib ki, tərəflərdən biri rəsmi şəkildə müraciət edərsə, məsələ araşdırıla və qanunvericiliyə uyğun tədbir görülə bilər.Hazırda hadisə ilə bağlı rəsmi şikayət edilib-edilmədiyi barədə məlumat yoxdur.Jalə

Məhkəməyə getmədən haqqınızı necə tələb etməli?     —   Hüquqşünas AÇIQLADI

Məhkəməsiz hüquqi həll yolları: Hansı hallarda problemi məhkəməyə getmədən çözmək mümkündür?Müasir dövrdə hüquqi mübahisələrin hamısı məhkəmə zalında həll olunmur. Bir çox hallarda tərəflər vaxt və maliyyə itkisinə yol vermədən, münasibətləri pozmadan alternativ mexanizmlərlə razılığa gələ bilirlər. Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov  Oxu24.com-a açıqlamasında bildirib ki, məhkəmə hüquqi mübahisələrin həllində sonuncu instansiya kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, tərəflər ilk növbədə mübahisəni məhkəmədənkənar qaydada həll etməyə çalışmalıdırlar. Çünki məhkəmə prosesi həm vaxt, həm də maliyyə baxımından əlavə yük yaradır. Bundan başqa, tərəf haqlı olsa belə, məhkəmə qərarının nəticəsinin onun xeyrinə olub-olmayacağı əvvəlcədən tam təmin olunmur.Hüquqşünas vurğulayıb ki, məhkəmədənkənar həll mexanizmlərinin effektiv olması üçün hər iki tərəfin qarşılıqlı iradəsi və razılığı zəruridir. Əgər tərəflərdən biri danışıqlardan yayınırsa, bu halda alternativ həll imkanları məhdudlaşır. Təcrübədə isə çox vaxt danışıqlardan yayınan tərəfin haqsız olduğu müşahidə edilir. Belə hallarda bəzi tərəflər məhkəmə prosesindən vaxt qazanmaq və ya müxtəlif qanunsuz vasitələrlə üstünlük əldə etmək məqsədilə istifadə etməyə çalışa bilirlər.Dövlət orqanlarına müraciət məsələsinə gəldikdə isə, bu, konkret situasiyadan asılıdır. Məsələn, istehlakçı hüquqlarının pozulması halında vətəndaş sahibkar barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti-nə müraciət edə bilər. Eyni zamanda, vətəndaş hər hansı dövlət orqanının qərar və ya hərəkətindən narazıdırsa, həmin qurumun yuxarı instansiyasına şikayət vermək hüququna malikdir. Bu mexanizm bəzi hallarda mübahisənin məhkəməyə daşınmadan həllinə imkan yaratsa da, son dövrlərdə belə halların sayının azaldığı qeyd olunur.Çimnaz Telmanqızı

Mətanət Əsədova məhkəməyə verildi

"Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi, indi demək olar ki, o da yoxdur. Çox adamlar üçün danışmışam, çox adamlara görə üz-göz olmuşam. Amma bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, bir-iki nəfər danışdı, yazdı, amma onunla nə olacaqdı ki?"Oxu24.com  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni, meyxanaçı Samirə Yusifqızı deyib.O, daha sonra əlavə edib:"Mətanət Əsədovanı məhkəməyə vermişik. Şəxsən qızım Fərəh verib. Nəvəm stres yaşayır, utandığından məktəbə getmir. Məktəbə gedən kimi danışırlar ki, anan üçün belə deyirlər, elə deyirlər. Mənim nəvəmi stresə salıb. Qızım övlad böyüdür. Anadır. Mətanət, sən mənim nəvəmə, qızıma travma yaşatmısan, bunu sənə keçmirik! Qızım bölməyə müraciət edib. Necə lazımdırsa, ölçü götürüləcək. Bizə heç təzminat da lazım deyil, istəmirik də. Sadəcə çıxıb efirdə etiraf etməli və deməlidir ki, səhv etmişəm".Müğənni bildirib ki, bundan sonra efirlərə çıxmaq niyyətində deyil:"Bunlara bir hay lazım idi. Mən heç belə bilməzdim. Samirə Yusifqızının sənətdə bu illər ərzində gördüyü işlər, etdiyi yaxşılıqlar, "Qızıl Fond"da olan ifaları nə tez yaddan çıxdı?! Övladımın məclisdə 3-4 nəfərə dediyi sözü ictimailləşdirdilər. İndi də deyirlər ki, sizi efirlərə qoymayacağıq. Heç lazım da deyil. Çağırsanız da gəlməyəcəyik. Bu saat bütün efirlərə nifrət edirəm".Qeyd edək ki, Mətanət Əsədova "Tarixin bir günü" verilişində müğənni Fərəhi sərt tənqid edib və onu tərbiyəsiz adlandırıb.Xatırladaq ki, müğənni Fərəh Samirəqızı ötən həftə saxlanılıb. Buna səbəb onun sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətməsi olub.

Bankda bu qaydanın pozulmasının cəriməsi var

Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması hansı məsuliyyətə səbəb olur? Oxu24.com xəbər verir  ki,Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda -inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.Qeyd: Bu maddədə “az miqdarda ziyan vurduqda” dedikdə, iki yüz min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 

Adına torpaq olanlara vacib XƏBƏR: Cərimələnə bilərsiniz!

Mülkiyyətdə və icarədə olan torpaq sahəsi yalnız məqsədli təyinatına uyğun istifadə olunmalıdır. Oxu24.com xəbər verir  ki, əks halda İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.Jalə

Bunu edənləri 9 min manat cərimə GÖZLƏYİR

 Lotereyalar haqqında qanunvericiliyin pozulması hansı məsuliyyətə səbəb olur? Oxu24.com xəbər verir  ki,bu barədə İnzibati Xətalar Məcəlləsində maddədə bəhs olunur.429.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə;stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;[279]lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə-fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.Nigarxanım

Özəl klinikaların depozit tələbi bu halda qanunsudur     —   HÜQUQ

Özəl klinika sahibkarlıq subyekti olsa da, tam sərbəst deyil. O, səhiyyə sisteminin bir hissəsidir və tibbi fəaliyyət lisenziya əsasında həyata keçirilir. Bu səbəbdən “öz klinikamdır, istədiyimi qəbul edərəm” prinsipi tam şəkildə tətbiq olunmur.Oxu24.com xəbər verir  ki,əgər əməliyyat planlıdırsa, yəni xəstənin həyati təhlükəsi yoxdursa və əməliyyat müəyyən müddət gözləyə bilərsə, bu halda klinika əvvəlcədən ödəniş və ya depozit tələb edə bilər. Bu, ödənişli tibbi xidmət müqaviləsi çərçivəsində qanuni sayılır.Amma vəziyyət təcili və həyati təhlükəli haldırsa, artıq qaydalar dəyişir. Təcili tibbi yardım göstərilməsi ödəniş şərti ilə bağlana bilməz. Xəstənin həyatı risk altındadırsa, “əvvəl 10 min manat gətir, sonra əməliyyat edək” demək hüquqi məsuliyyət yarada bilər. Belə imtina inzibati, bəzi hallarda isə hətta cinayət məsuliyyəti doğura bilər. Həm klinika, həm də konkret həkim məsuliyyət daşıya bilər.Xəstəni diaqnozuna görə – məsələn, HİV/QİÇS və ya digər yoluxucu xəstəliyə görə – qəbul etməmək də qanunsuzdur. Tibbi müəssisə yalnız tibbi göstəriş yoxdursa və ya müvafiq profildə xidmət göstərmirsə imtina edə bilər, xəstəliyin özünə görə yox.Belə hallarla üzləşən şəxslər Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta Agentliyinə və ya müvafiq ixtisaslaşmış mərkəzlərin qaynar xəttinə müraciət edə bilərlər. Təcili vəziyyətdə isə yardım göstərilməməsi ciddi hüquqi nəticələr yarada bilər.Hazırladı: Şahbaz

Əlavə saat işləyənlərə vacib XƏBƏR: Pulunuza əlavə olaraq...

Əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri də işçilərin normadan artıq işlədilməsi və bunun müqabilində əlavə ödənişin edilməməsidir. Xüsusilə istehsalat və zavod tipli müəssisələrdə çalışan əməkdaşlar illərlə artıq saatlarla işlədiklərini, lakin bunun qarşılığını ala bilmədiklərini bildirirlər.Oxu24.com xatırladır ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan artıq olmamalıdır. Bu norma ümumi qaydadır. Növbəli iş rejimində (məsələn, 12 saatlıq və ya sutkalıq növbələrdə) iş vaxtının uçotu fərqli qaydada aparılsa da, ümumi iş vaxtı qanunla müəyyən edilmiş həddi aşmamalıdır.Əgər işçi rəsmi olaraq səhər saat 08:00-dan 17:00-dək işləməli olduğu halda faktiki olaraq hər gün saat 19:00-a qədər – yəni əlavə 2 saat – işləyibsə və bu artıq işə görə əlavə əməkhaqqı almayıbsa, bu halda onun hüququnun pozulması ehtimalı yaranır. Qanunvericiliyə əsasən, artıq iş saatlarına görə əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir və bu, işəgötürənin vəzifəsidir.Hüquqları pozulan işçi ilk növbədə Əmək  Müfəttişliyinə müraciət edə bilər.Eyni zamanda, əmək mübahisələri üzrə məhkəməyə müraciət etmək hüququ da mövcuddur. Lakin mövcud prosedura əsasən, məhkəməyə müraciətdən əvvəl mediasiya mərhələsi məcburidir. Yəni əvvəlcə mediasiya qaydasında barışıq proseduru keçirilməli, nəticə əldə olunmadıqda isə məhkəməyə müraciət etmək mümkündür.Mühüm məqam isə iddia müddəti ilə bağlıdır. Əmək mübahisələrində pul tələbləri üzrə bir illik iddia müddəti tətbiq olunur. Bu o deməkdir ki, işçi illərlə artıq işləsə belə, məhkəmə qaydasında ən çox son bir il ərzində ödənilməmiş artıq iş saatlarının əməkhaqqını tələb edə bilər. Daha əvvəlki dövrlər üzrə tələb iddia müddətinin keçməsi səbəbindən təmin olunmaya bilər.Beləliklə, işçi bu gün müraciət etsə, son bir ilin artıq işlədiyi saatların ödənişini tələb etmək hüququna malikdir. Bunun üçün faktiki iş saatlarını sübut edən sənədlər (iş qrafiki, davamiyyət cədvəli, şahid ifadələri və s.) mühüm əhəmiyyət daşıyır.Hazırladı: Jalə

Boşanma zamanı hansı hallarda əmlak bərabər bölünməyə bilər?  —   VƏKİL AÇIQLADI

Oxu24.com oxucularına hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu boşanma zamanı bölünən əmlakla bağlıdır.Nikahda olan tərəflər arasında əmlak bölgüsü boşanma zamanı necə aparılır?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Samir Hacıyev bildirib ki,nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. "Həmin əmlaklar bölünərkən isə ər-arvad arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ya ər-arvadın diqqətəlaiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bütün bu hallar Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir",-deyə vəkil bildirib.Hazırladı: Nigarxanım

İşləyən şəxslərə vacib XƏBƏR: Müqavilənizdə bu cümləyə diqqət edin!

Son günlər cəmiyyətdə ən çox mübahisələndirilən mövzulardan biri də işçilərin işdən azad olunması və bu mövzuda mübahisələrlə bağlıdır.Burada müddətli əmək müqavilələri də əsas mübahisə mövzusu olaraq qalır.İşçini işdən çıxarmaq bu qədərmi asandı?Müddətli və müddətsiz ənək müqaviləsi arasında fərq nədir?Vəkil Sadiq Əfəndiyev  Oxu24.com-a  mövzu ilə bağlı danışarkən bildirib ki, işçi ilə  müqaviləyə xitam vermək istədikdə müqavilə müddətinin bitməsinə ən azı  1 həftə qalmış bunu işçiyə  xəbər vermək lazımdır:”Əmək qanunvericiliyinə görə (ƏM maddə 73) işəgötürən müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermək istədikdə müddətin bitməsinə ən azı 1 həftə qalmış işçini yazılı şəkildə (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Bu qanunun məcburi tələbidir. İşəgötürən tərəfindən bu tələbə riayət edilməməsi artıq həmin əsasla əmək müqaviləsinə xitam verilməsini istisna edir və əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmişdirsə, həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab ediləcəkdir. Bəzən təcrübədə işəgötürənlər əmək müqaviləsinə xitam verilməsini asanlaşdırmaq və müəyyən hüquqi məhdudiyyətlərdən yayınmaq üçün mahiyyətinə görə daimi xarakter daşıyan iş üçün də müddətli əmək müqaviləsi bağlayırlar ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, əmək qanunvericiliyinin tələbinə görə (ƏM maddə 45) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu cür hallarda işçi tərəfindən həmin müddətli əmək müqaviləsinin müddəsiz hesab edilməsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia verilə bilər. Bununla yanaşı əmək qanunvericiliyi (ƏM maddə 79) müəyyən hallarda və müəyyən kateqoriya işçilərlə əmək müqaviləsinə xitam verilməsini qadağan edir ki, bu kateqoriya şəxslərdən biri də yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərdir” -deyə  vəkil vurğulayıb. Miri Məcidli

Xəstəxana yatışı sənədi olmayan şəxsin pensiyası kəsilə bilərmi?

Üçüncü dərəcəli əlillik pensiyası alan vətəndaşın ödənişi dayandırılıb. Rəsmi əsas kimi isə onun sağalması və son dövrdə stasionar müalicədə (xəstəxanada yatış) olmaması göstərilib.Xəstəxana yatışı olmayan şəxslərin əlillik pensiyası kəsilə bilərmi?Oxu24.com xəbər verir  ki, mövcud meyarlara əsasən bəzi hallarda əlillik dərəcəsinin saxlanılması üçün il ərzində ən azı iki dəfə stasionar müalicə faktı tələb olunur. Bu səbəbdən xəstəxanada yatışın olmaması əlilliyin ləğvi üçün əsas kimi qiymətləndirilə bilər.Hüquqşünaslar bildirirlər ki, əgər şəxs həqiqətən sağalıbsa, qərarın mübahisələndirilməsi hüquqi baxımdan perspektivli sayılmaya bilər.Lakin vətəndaşın sağlamlıq vəziyyəti dəyişməyibsə və əlillik davam edirsə, o, qərarı məhkəmədə mübahisələndirə və əlilliyin bərpa olunmasını tələb edə bilər.Bundan əlavə, şəxs yenidən tibbi müayinədən keçərək stasionar müalicə sənədlərini təqdim etməklə əlillik dərəcəsinin təkrar təyin olunması üçün müraciət etmək hüququna malikdir.Hazırladı: Turan

Etibarnamə əsasında avtomobil sürən şəxsin sosial yardımı kəsilə bilərmi?

Sosial ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşa rədd cavabı verilib. Qərarın səbəbi kimi onun adına avtomobil olmasa da, başqa şəxsə məxsus nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməyə malik olması göstərilib.Məsələ ictimai müzakirələrə yol açıb. Oxu24.com xəbər verir  ki,mövcud qaydalara əsasən, müəyyən hallarda avtomobildən istifadə faktı yardımın təyin edilməsinə təsir göstərə bilər. Bununla belə, hüquqşünaslar bildirirlər ki, etibarnamənin olması şəxsin həmin əmlakın sahibi olması demək deyil və bu hal avtomatik şəkildə maddi təminat göstəricisi kimi qiymətləndirilməməlidir. Çünki etibarnamə hüquqi baxımdan müvəqqəti və funksional xarakter daşıyır.Ekspertlər hesab edirlər ki, sosial yardım təyin olunarkən əsas meyar ərizəçinin faktiki gəlirləri və real sosial vəziyyəti olmalıdır. Əks halda, belə qərarlar ünvanlı sosial yardım mexanizminə inamı azalda və sosial dövlət prinsiplərinin tətbiqi ilə bağlı suallar yarada bilər.Miri Məcidli

Məhkəmə qərarı olmadan vətəndaşların mobil telefonlarına baxış keçirilə  bilərmi?

Hüquq-mühafizə orqanı əməkdaşları  məhkəmə qərarı olmadan vətəndaşların mobil telefonlarına baxış keçirə bilərmi?Bu,mövzu sosial şəbəkələrdə müzakirə olunur.Məsələ hüquq müstəvisində ciddi suallar doğurub. Qeyd olunur ki, rəqəmsal cihaza giriş təkcə konkret istintaq məlumatlarını deyil, şəxsi yazışmalar, foto və videolar, bank məlumatları və digər həssas informasiyaları da əhatə edə bilər. Bu isə şəxsi həyatın toxunulmazlığı hüququ baxımından narahatlıq yaradır.Oxu24.com xəbər verir  ki,hüquqşünasların fikrincə, rəqəmsal cihazlara giriş şəxsi həyata ən intensiv müdaxilə formalarından biridir və belə hallarda məhkəmə nəzarətinin olmaması konstitusion hüquqların pozulması riskini artırır. Bildirilir ki, qanunvericilikdə qeyri-müəyyənlik və mütənasiblik prinsiplərinin pozulması gələcəkdə hüquqi mübahisələrə səbəb ola bilər.Məsələ ilə bağlı  hələlik  rəsmi  mövqe açıqlanmayıb.Jalə

Bu pozuntuya görə sürücü 100 manat cərimələnəcək 

Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub.Oxu24.com  Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb.Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KİA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişmə etməli olub.Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb, digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə sayılır. Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.

Pul "atmağın" və dələduzluğun cəzası   nədir?   —  Vəkil incə məqamları AÇIQLADI

Bəzən vətəndaşlar arasında pul mübahisələrinə rast gəlirik."Filankək filankəsə pul atdı" kimi ifadələrə hər birimiz rast gəlmişik.Bəs,bunun məsuliyyəti nədir?Oxu24.com-a mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Esmira Rzayeva münasibət bildirib. Siz birinə borca pul vermisinizsə, həmin şəxsin sizi aldatdığını və ya onun sizə qaytarmalı olduğu borcu geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.Əgər şəxs dələduzluq cinayət əməlini törədərsə, o, Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər şəxsin dələduzluq etdiyi sübuta yetirilməzsə, o, cinayət məsuliyyətinə cəlb edilmir.Bu halda iş mülki qaydada həll edilməli olduğu üçün “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu qarşı tərəfdən tələb edə bilərsiniz. Dələduzluq əməli Cinayət Məcəlləsinin 178-ci maddəsində maddəsində öz əksini tapmışdır. Dələduzluq dedikdə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür.Dələduzluq əməlini törədən şəxs barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.Dələduzluq əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda (5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Dələduzluq əməli mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda 50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Dələduzluq əməli xüsusilə külli miqdarda (500000 manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla törədildikdə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.Cinayət Məcəlləsinin 178.3-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, azadlıqdan məhrum etmənin müddəti 10 ildən 14 ilədək müəyyən olunur.Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq əməli 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Jalə

Maaşın yarısını "əldən alan" şəxslərə VACİB XƏBƏR:  Məhkəmə yolu ilə...  —   Hüquqşünasdan VACİB AÇIQLAMA 

“İşçiyə “əldən maaş” verilməsi  və ixtisara salınması  bu halda qanun pozuntusudur”- Hüquqşünasdan təcili xəbərdarlıq  Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu əmək haqqının bir hissəsinin kart,digər hissəsinin  nağd şəkildə ("əldən") verilməsi və işçinin qanunsuz olaraq ixtisara salınması ilə bağlıdır.Vətəndaşın maaşının böyük hissəsi  kartsız  -yəni “əldən maaş verilməsi” prinsipi ilə ödənilir. Bu halda vətəndaş nə etməlidir?İxtisarla işdən çıxarılan vətəndaşın hansı hüquqları var??  Oxu24.com-un suallarını  tanınmış hüquqşünas  Ellada Bayramova cavablandırıb.Hüquqşünas bildirib ki,  “əldən maaş verilməsi” və “ixtisar zamanı işçinin hüquqları” Əmək münasibətləri hüquqi dövlətin əsas sütunlarından biridir:”İşçinin əməyinin müqabilində aldığı əməkhaqqı və iş yerinin qorunması Konstitusiya ilə təmin edilmiş hüquqlardandır. Lakin praktikada tez-tez rast gəlinən iki ciddi problem mövcuddur: Əməkhaqqının rəsmi deyil, “əldən” verilməsi; İşçilərin ixtisar adı altında qanunsuz şəkildə işdən çıxarılması. Sizin sorğunuza əsasən bildirək ki, hər iki hal Əmək Məcəlləsi, Vergi Qanunvericiliyi və məhkəmə təcrübəsi baxımından ayrıca təhlil edilir. Əməkhaqqının böyük hissəsinin “əldən” verilməsinin (qeyri-rəsmi ödəniş) hüquqi mahiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 7 – əmək münasibətlərinin yalnız əmək müqaviləsi əsasında qurulmasını tələb edir; Maddə 154 – əməkhaqqının ödənilməsini işəgötürənin əsas vəzifəsi kimi müəyyən edir; Maddə 173 – əməkhaqqının rəsmi sənədlərlə rəsmiləşdirilməsini nəzərdə tutur. Əməkhaqqının “əldən” verilməsi: vergi yayınmasına, sosial sığorta ödənişlərinin gizlədilməsinə, işçinin gələcək pensiya hüquqlarının pozulmasına səbəb olur. Bu hal qanunsuzdur. İşçi üçün hüquqi risklər  nədir?Hüquqşünasın sözlərinə görə,əgər maaşın yalnız bir hissəsi rəsmi göstərilibsə, işçinin pensiya kapitalı azalır. Xəstəlik vərəqəsi və məzuniyyət pulu az hesablanır.İxtisar və ya işdən çıxarılma zamanı kompensasiya az olur.İşçi faktiki gəlirini sübut etməkdə çətinlik çəkir. Vətəndaş nə etməlidir? İşçi aşağıdakı hüquqi addımları ata bilər: Sübut toplamalıdır: bank çıxarışları, yazışmalar (WhatsApp, SMS), şahid ifadələri, verilmiş qəbzlər, əmək müqaviləsi və əlavə razılaşmalar. Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət: Əmək Məcəlləsi Maddə 294 əsasında. Məhkəməyə müraciət: Tələb edə bilər: faktiki maaşın tanınmasını; ödənilməmiş hissənin tutulmasını; dəymiş maddi ziyanın ödənilməsini. Vergi orqanına məlumat: Çünki bu hal Vergi Məcəlləsinin pozuntusudur.Hüquqşünas Ellada Bayramova  ixtisarla bağlı suala cavab olaraq bilidirib ki, ixtisar zamanı işdən çıxarılan vətəndaşın hüquqları, ixtisarın hüquqi anlayışı, Əmək Məcəlləsi Maddə 70 (b) – ştatların ixtisarı ilə əmək müqaviləsinin ləğvini mümkün sayır:” Lakin ixtisar əsaslandırılmış olmalıdır, prosedura uyğun aparılmalıdır, işçinin hüquqları qorunmalıdır. İşəgötürənin əsas vəzifələri: İşəgötürən işçini ən azı 2 ay əvvəl yazılı xəbərdar etməlidir (Maddə 77); Eyni vəzifəli işçilər arasında seçim aparılarkən: daha yüksək ixtisaslı, sosial cəhətdən həssas şəxslərə üstünlük verilməlidir; Vakant yer varsa, işçiyə təklif edilməlidir; İxtisar pulu ödənməlidir. İxtisar zamanı işçiyə düşən ödənişlər Əmək Məcəlləsi Maddə 77 və 78-ə əsasən: İşçiyə orta aylıq əməkhaqqı məbləğində müavinət; istifadə olunmamış məzuniyyətə görə kompensasiya; son ayın əməkhaqqı tam ödənilməlidir. Qanunsuz ixtisar halları aşağıdakı hallarda ixtisar qanunsuz sayılır:İxtisar formal xarakter daşıyırsa; eyni vəzifəyə yeni işçi götürülübsə; 2 ay əvvəl xəbərdarlıq edilməyibsə; sosial üstünlük hüquqları nəzərə alınmayıbsa; ixtisar bəhanə edilərək işçi təzyiq altında çıxarılıbsa. İşçi nə edə bilər? İşçi, Məhkəməyə müraciət edə bilər və tələb edə bilər: işə bərpanı; məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsini; mənəvi zərərin tutulmasını. Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər. Əməkhaqqının “əldən” verilməsi də, ixtisar zamanı hüquqların pozulması da əmək hüquqlarının kobud şəkildə tapdalanmasıdır. Hüquqşünas Ellada Bayamova onu da vurğulayıb ki,  Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi işçini müdafiə edən mexanizmlər təqdim edir:” Vətəndaş bilməlidir ki, əməkhaqqı rəsmi olmalıdır, ixtisar yalnız qanun çərçivəsində mümkündür, hüquqların pozulması zamanı məhkəməyə müraciət etmək onun konstitusion hüququdur”.Əntiqə Rəşid

Bu halda evdə qeydiyyatda olan bacının mülkiyyət payı tələb etmək hüququ yoxdur

Cəmiyyətdə tez-tez rast gəlinən hüquqi suallardan biri də bağışlama yolu ilə verilmiş əmlakın gələcəkdə miras və pay bölgüsünə düşüb-düşməməsi ilə bağlıdır. Xüsusilə ailə üzvləri arasında baş verən bu cür hallarda yanlış təsəvvürlər mübahisələrə və məhkəmə çəkişmələrinə yol açır.Oxu24.com xəbər verir  ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, ana tərəfindən evin bağışlama müqaviləsi ilə övladın adına keçirilməsi həmin əmlakın tam şəkildə bağışlanan şəxsin mülkiyyətinə keçməsi deməkdir. Bu halda söhbət mirasdan və ya pay bölgüsündən getmir. Çünki bağışlama artıq başa çatmış mülki-hüquqi əqddir və bağışlanan əmlak bağışlayanın ölümündən sonra miras kütləsinə daxil edilmir.Belə olan halda, evdə qeydiyyatda olan bacının mülkiyyət payı tələb etmək hüququ yoxdur. Qeydiyyatda olmaq mülkiyyət hüququ yaratmır. Əmlak artıq bağışlama yolu ilə digər şəxsin adına keçdiyindən, bacı gələcəkdə həmin evdən pay tələb edə bilməz.Burada diqqət edilməli olan əsas məqam istifadə hüququ ilə bağlıdır. Əgər bacı faktiki olaraq həmin evdə yaşayırsa, ailə qurmayıbsa və başqa yerə köçməyibsə, onun yaşayış yeri kimi istifadə hüququ mövcud ola bilər. Lakin o, evdə faktiki yaşamır, sadəcə qeydiyyatda qalırsa, bu halda istifadə hüququ da yaranmır. Belə vəziyyətdə mülkiyyətçi məhkəməyə və ya müvafiq icra orqanlarına müraciət edərək onu qeydiyyatdan çıxartmaq hüququna malikdir.Gələcək ehtimallarla bağlı səslənən iddialara gəldikdə isə, bağışlama müqaviləsi vəsiyyətnamə ilə eyniləşdirilə bilməz. Bağışlama bağışlayanın sağlığında qüvvəyə minən və dərhal hüquqi nəticə doğuran əqddir. Vəsiyyətnamə isə yalnız ölüm anından sonra hüquqi qüvvə alır. Buna görə də, bağışlama edilmiş əmlak sonradan “qanun üzrə vərəsəlik” predmetinə çevrilmir.Bəzi hallarda məhkəmələrdə bağışlama müqaviləsinin etibarsız sayılması tələbləri irəli sürülür. Bu isə yalnız xüsusi hallarda – məsələn, bağışlayanın əqdi bağlayarkən sağlamlıq vəziyyətinin ağır olması, iradəsinin sərbəst formalaşmaması, aldatma və ya məcburetmə faktlarının sübuta yetirilməsi zamanı mümkündür. Məhkəmə bu kimi iddialara baxarkən əsas diqqəti bağışlamanın könüllü və şüurlu şəkildə həyata keçirilib-keçirilməməsinə yönəldir.Nəticə etibarilə, ana tərəfindən bağışlama yolu ilə verilmiş ev bağışlanan şəxsin tam və müstəsna mülkiyyəti sayılır. Digər ailə üzvləri, o cümlədən bacı, həmin əmlakdan pay tələb edə bilməz. Yalnız faktiki yaşayış halı mövcud olduqda istifadə hüququndan söhbət gedə bilər ki, bu da hər bir konkret vəziyyət üzrə hüquqi qaydada qiymətləndirilir.Hazırladı: Jalə

Sürücülük vəsiqəsi evdə qalıbsa,cərimə oluna bilərikmi?

Sürücüləri maraqlandıran gündəlik suallardan biri də sürücülük vəsiqəsinin evdə qalması halında cərimə tətbiq edilib-edilməməsi ilə bağlıdır. Bir çox hallarda vətəndaşlar avtomobili idarə etsə də, sürücülük vəsiqəsini üzərində daşımadığını xatırlayır və bu vəziyyətin hüquqi nəticələri barədə tərəddüd yaşayırlar.Oxu24.com xəbər verir  ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə əsasən, sürücü avtomobil idarə edərkən sürücülük vəsiqəsini üzərində daşımalıdır. Bu, sürücünün əsas vəzifələrindən biri kimi qanunda açıq şəkildə göstərilib.Lakin eyni zamanda vacib bir məqam da var. Sürücülük vəsiqəsinin sürücünün üzərində olmamasına və ya evdə qalmasına görə İnzibati Xətalar Məcəlləsində ayrıca məsuliyyət və ya cərimə nəzərdə tutulmayıb. Yəni qanun sürücünün vəsiqəni üzərində daşımasını tələb etsə də, onun unudulmasına görə birbaşa cərimə mexanizmi müəyyən etməyib.Bu səbəbdən, sürücülük vəsiqəsi evdə qaldığı üçün sürücüyə cərimə yazılması qanuni əsas hesab edilmir. Bununla belə, sürücünün şəxsiyyətinin və sürücülük hüququnun yoxlanılması zamanı müəyyən texniki və vaxt itkisi yarana bilər.Nəticə olaraq, sürücülük vəsiqəsini üzərində gəzdirmək qanuni tələb olsa da, onun evdə qalması halında sürücüyə cərimə tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna baxmayaraq, mümkün anlaşılmazlıqların qarşısını almaq üçün sürücülərə vəsiqəni daim üzərlərində daşımaq tövsiyə olunur.Hazırladı:  Jalə

Bu günlər işə çıxanlara ikiqat pul verilməlidir    —   DİQQƏT!

Bayram və istirahət günlərində işə cəlb olunma məsələsi əmək münasibətlərində ən çox sual doğuran mövzulardandır. Xüsusilə belə günlərdə çalışan işçiləri maraqlandıran əsas məsələ əlavə əməkhaqqının necə və hansı qaydada ödənilməsidir.Oxu24.com xəbər verir  ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, həftə sonları və iş günü hesab edilməyən bayram günlərində işləyən işçilərə əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir. Qanun bu məsələdə işçilərin əmək hüquqlarını aydın şəkildə qoruyur.Belə ki, işəmuzd işləyən işçilərə görülən işə görə ödəniş ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla hesablanır. Vaxtamuzd işləyən işçilərə isə həmin gün üçün gündəlik tarif maaşının iki mislindən az olmayaraq əlavə haqq verilir.Aylıq əməkhaqqı alan işçilər üçün ödəniş qaydası görülən işin aylıq iş vaxtı normasına uyğun olub-olmamasından asılıdır. Əgər iş aylıq iş vaxtı norması çərçivəsində görülübsə, işçiyə əlavə olaraq bir günlük vəzifə maaşı ödənilir. İş normadan artıq yerinə yetirilibsə, bu zaman gündəlik vəzifə maaşının ikiqat məbləği verilməlidir.Qanunvericilik işçiyə alternativ seçim də tanıyır. İşçinin razılığı ilə bayram və istirahət günlərində görülmüş işə görə nəzərdə tutulan əlavə ödəniş istirahət günü ilə əvəz edilə bilər.Nəticə etibarilə, bayram günlərində işləyən hər bir işçi əlavə əməkhaqqı almaq hüququna malikdir və bu hüquq Əmək Məcəlləsi ilə təmin edilir. Əsas şərt isə işə cəlb olunmanın və görülən işin rəsmi şəkildə rəsmiləşdirilməsidir.Hazırladı: Şahbaz

 Niyyət nə vaxt cinayət hesab olunmur?  

Niyyət cinayətdirmi?Oxu24.com-un suallarını  vəkil Araz Bağırov  cavablandırıb.Vəkilin sözlərinə görə,bu, həm hüquqi, həm də fəlsəfi baxımdan ən çox soruşulan suallardan biridir. Qısa cavab belədir: Xeyr, təkcə niyyət cinayət deyil. Amma bu cavabın çox mühüm "amma"ları var. Niyyət nə vaxt cinayət hesab olunmur?Hüququn təməl prinsiplərinə görə, insan yalnız əməlinə (hərəkət və ya hərəkətsizliyinə) görə məsuliyyət daşıyır. Əgər bir şəxs kiməsə zərər vurmağı sadəcə beynində canlandırırsa, bu, cinayət deyil. Hətta bu niyyətini gündəliyinə yazsa belə, ortada real bir hazırlıq yoxdursa, cəza verilə bilməz. Çünki dövlət insanların düşüncələrini deyil, davranışlarını tənzimləyir.Niyyət nə vaxt təhlükəli olur? (Cinayətin mərhələləri)Cinayət hüququnda "Niyyət" və "Cinayət" arasındakı sərhədi müəyyən edən 3 əsas mərhələ var:Cinayətə hazırlıq: Məsələn, bir şəxs bankı qarət etmək niyyətindədir və bunun üçün silah alır, maska hazırlayır, plan cızır. Burada niyyət artıq hərəkətə çevrilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, ağır və xüsusilə ağır cinayətlərə hazırlıq cinayət məsuliyyəti yaradır.Cinayətə cəhd: Şəxs niyyətini tam reallaşdırmaq üçün hərəkətə keçir (məsələn, atəş açır), lakin onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, hədəf yayınır) cinayət başa çatmir. Bu, birbaşa cinayət məsuliyyətidir.Başa çatmış cinayət: Niyyət tam icra olunur və nəticə baş verir. Niyyətin cəza üçün əhəmiyyətiNiyyət cinayətin özü olmasa da, məhkəmə zamanı cəzanın ağırlığına birbaşa təsir edir. Qəsdən törədilən cinayət: Şəxs nəticəni qabaqcadan görür və bunu istəyir (Ağır cəza).Ehtiyatsızlıqdan törədilən cinayət: Şəxs nəticəni istəmir, amma diqqətsizliyi ucbatından baş verir (Daha yüngül cəza).Miri Məcidli

Şirkət sirləri və müştəri məlumatları nə dərəcədə qorunur? – Ekspertdən AÇIQLAMA  

Rəqəmsallaşma artdıqca şirkətlərin topladığı məlumatların həcmi də sürətlə böyüyür. Müştəri bazaları, maliyyə sənədləri, daxili yazışmalar və kommersiya sirrləri artıq əsasən rəqəmsal mühitdə saxlanılır. Bu isə kiberhücum risklərini daha da artırır. Son illərdə həm dünyada, həm də regionda şirkət məlumatlarının sızması ilə bağlı çoxsaylı hallar qeydə alınıb.Məsələyə aydınlıq gətirən İT mütəxəssisi Natiq Məmişov Oxu24.com-a  bildirib ki,ümumiyyətlə, məlumatların sızması klassik hallarda baş verir. Məsələn, istifadəçini aldadıb giriş məlumatını alırlar və yaxud şirkət e-poçtunu ələ keçirə bilirlər. "İnterneti açıq sistemlərdə, servislərdə, əsasən də, veb tətbiqlərdə boşluqlar olur. Ola bilər ki, siz Vendor və Partnyor proqramları ilə işləyirsiniz, amma üçüncü tərəfin proqram təminatları zəifdir. O formada sizə hansısa məlumatı bölüşəndə oradan götürə bilirlər. Bu ilk mərhələdir. Ən çox risk altında olan məlumatlar müştərinin özünün şəxsi məlumatlarıdır. Ad, soyad, FİN, əlaqə məlumatları, müqavilənin detalları, giriş məlumatlarıdır. Məsələn, siz bir sistemə keçirdiniz. Zəncirvari olaraq digər sistemlər üçün yol açıla bilər. Texniki sənədlər ola bilər, strategiya ola bilər, daxili, məxfi yazışmalar ola bilər. Azərbaycanda isə bunun 2 əsas növü var: hesabatlılıq və ölçü metodu. Burada daha çox rast gəlinən problemlər də əsasən eyni olur. Məsələn, qeyri-müəyyənlikdir, riskin zəif idarə edilməsidir, insident zamanı prosedurunun olmamasıdır, yəni bir planın olmamasıdır, dəyişikliklərin və ya girişlərin auditinin zəifliyidir",-deyə ekspert bildirib.Çimnaz Telmanqızı

Maşınınızın üstünə ağac aşsa, kimə müraciət etməlisiniz?—EKSPERTDƏN AÇIQLAMA  

Güclü külək nəticəsində uçan ağaclar, qopan dam örtükləri və reklam lövhələri bir çox vətəndaşa maddi zərər vurur. Nəticədə avtomobillərə, yaşayış evlərinə və obyektlərə ziyan dəyir, bəzi hallarda isə insanların həyatı üçün təhlükəli vəziyyət yaranır. Baş verən bu kimi hallarda vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də dəymiş ziyanın sığorta tərəfindən qarşılanıb-qarşılanmamasıdır. Məsələ ilə bağlı sığorta eksperti  Şahin İsmayılov Oxu24.com-un suallarını cavablandırıb:“Hər il təbii fəlakət və təbiət hadisələri nəticəsində minlərlə vətəndaşlarımızın daşınmaz əmlaklarına, daşınar əmlaklarına, avtomobillərinə böyük məbləğ ziyan dəyir. Təbii fəlakətlər zamanı zərər görmüş insanlara hansısa kompensasiya verilməsi nəzərdə tutulmayıb. Əlbəttə bu dağıdıcı zəlzələlər nəticəsində kütləvi dağıntılar baş berməsinə aid deyil. Təbii fəlakətlər nəticəsində vətəndaşlar yalnız bir halda sığorta şirkətlərinə müraciət edə bilərlər: əgər onların avtomobili kasko sığortalanıbsa və əmlaka dəymiş zərə görə də, əgər daşınmaz və daşınar əmlak sığortalıdırsa, bu halda sığorta şirkətləri zərəri qarşılayacaqlar. Digər hallarda vətəndaş maddi zərəri özü qarşılamalıdır”.Çimnaz Telmanqızı

Ailə başçısını itirən şəxslərə pul verilməlidir? -Uşaq varsa...

Cəmiyyətdə tez-tez rast gəlinən, lakin hüquqi tərəfləri çox zaman tam bilinməyən məsələlərdən biri də ailə başçısının ölümü nəticəsində ailə üzvlərinə dəyən maddi ziyanın ödənilməsi ilə bağlıdır. Yol-nəqliyyat hadisəsi, cinayət əməli və ya iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində ailə başçısının həlak olması ailənin dolanışıq mənbəyini bir anda əlindən alır. Belə hallarda dövlət və qanun ailə üzvlərinin hüquqlarını necə qoruyur?Oxu24.com xəbər verir  ki,məsələyə hüquqi müstəvidən yanaşdıqda qeyd etmək lazımdır ki, bu münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Xüsusilə Mülki Məcəllənin 1100, 1120 və 1122-ci maddələrində ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsi qaydaları ətraflı şəkildə müəyyən edilib. Daha geniş məlumat almaq istəyənlər həmin maddələrlə birbaşa tanış ola bilərlər.Qanunvericiliyə əsasən, ailə başçısının ölümü təqsirli hərəkət nəticəsində baş veribsə və bu təqsir məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənibsə, zərərin ödənilməsi hüququ yaranır. Bu hüquqdan istifadə edə bilən şəxslər sırasında ölənin həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşaqları, habelə qanunla müəyyən edilmiş digər ailə üzvləri yer alır.Zərərçəkmiş ailə üzvləri təqsirkar şəxsi mülki qaydada məhkəməyə verərək ailə başçısının sağlığında əldə etdiyi gəlirlərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Buraya ölənin sağ olduğu dövrdə aldığı aylıq əməkhaqqı, habelə pensiya və ya müavinət kimi daimi gəlir mənbələri daxildir. Bu ödənişlər birdəfəlik deyil, aylıq xarakter daşıyır və qanunda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.Belə ki, yetkinlik yaşına çatmayan uşaqlara bu ödənişlər onların 18 yaşına çatana qədər verilir. Əgər uşaq əlildirsə, ödənişlər əlillik müddəti ərzində davam etdirilir. Həyat yoldaşı isə qanunda nəzərdə tutulan şərtlər daxilində bu hüquqdan istifadə edə bilər.Nəticə etibarilə, ailə başçısının ölümü ilə bağlı maddi zərərin ödənilməsi məsələsi təsadüfi yanaşma ilə deyil, dəqiq hüquqi mexanizmlər əsasında həll olunur. Bu sahədə əsas hüquqi baza isə Mülki Məcəllənin müvafiq maddələridir və hər bir zərərçəkmiş şəxs həmin normalara əsaslanaraq öz hüququnu məhkəmə qaydasında tələb edə bilər.Hazırladı: Nigarxanım

Bu şəxslər sosial yardım ala bilər    —  İncə bir məqama DİQQƏT!

Cəmiyyətdə sosial həssas qrupların müdafiəsi məsələsi hər zaman aktualdır. Xüsusilə tək ana olan, kirayə şəraitində yaşayan və yeni doğulmuş uşağı olan qadınların sosial təminatla bağlı müraciətləri diqqət mərkəzindədir. Belə hallarda əsas sual ondan ibarət olur ki, vətəndaşın ünvanlı sosial yardım almaq hüququ varmı və bu hüquq hansı prosedurla reallaşır?Oxu24.com  xəbər verir  ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, maddi cəhətdən çətin vəziyyətdə olan, aztəminatlı və həssas əhali qrupuna aid edilən şəxslərin ünvanlı sosial yardım almaq hüququ mövcuddur. Tək ana olmaq, kirayədə yaşamaq və azyaşlı uşağın olması bu hüququn yaranması üçün əsas yaradan hallardan sayılır, lakin bu, avtomatik xarakter daşımır.Ünvanlı sosial yardımın təyin edilməsi üçün birinci və əsas şərt vətəndaşın həssas sosial təbəqəyə aid olduğunu rəsmi sənədlərlə sübut etməsidir. Buraya işsizliyini təsdiq edən arayış, ailənin gəlir mənbələri, yaşayış şəraiti və digər sosial göstəricilər daxildir. Vətəndaş bu məqsədlə VEMTAS (Vahid Elektron Müraciət və Təhlil Sistemi) vasitəsilə Dövlət Sosial Xidmətlərinə müraciət etməlidir.VEMTAS sisteminə müvafiq sənədlər yükləndikdən sonra səlahiyyətli qurumun mütəxəssisləri tərəfindən vətəndaşın yaşayış yerində sosial müayinə aparılır. Müayinə zamanı ailənin faktiki maddi durumu, sosial vəziyyəti və müraciətdə göstərilən məlumatların reallığa uyğunluğu qiymətləndirilir.Əgər aparılan müayinə nəticəsində vətəndaşın həqiqətən tək ana olduğu, maddi vəziyyətinin ağır olduğu və gəlirinin minimum yaşayış həddindən aşağı olduğu təsdiqlənərsə, ona ünvanlı sosial yardım təyin oluna bilər.Beləliklə, tək ana olduğunu bildirən və kirayə şəraitində yaşayan vətəndaş üçün sosial yardım mümkündür, lakin bu hüquq yalnız qanunla müəyyən edilmiş prosedurlar və obyektiv sosial müayinə nəticəsində rəsmiləşdirilir.Hazırladı: Şahbaz

Gözdən əlil sürücülük vəsiqəsi ala bilərmi?

Cəmiyyətdə müzakirə doğuran məsələlərdən biri də görmə məhdudiyyəti olan şəxslərin sürücülük vəsiqəsi alıb-almaması ilə bağlıdır. Xüsusilə, üçüncü qrup gözdən əlilliyi olan şəxslərin avtomobil idarə etməsi təhlükəsizlik baxımından ciddi suallar yaradır. Mövzu təkcə fərdi bacarıqla deyil, ictimai məsuliyyət və hüquqi mexanizmlərlə bağlıdır.Oxu24.com xəbər verir  ki, məsələyə hüquqi prizmadan yanaşdıqda ortaya maraqlı bir boşluq çıxır. Sürücülük vəsiqəsinin verilməsi qaydalarında görmə məhdudiyyəti və ya gözdən əlilliklə bağlı konkret, açıq qadağa göstərilmir. Bu isə praktikada ziddiyyətli hallara yol açır. Tutaq ki, şəxs üçüncü qrup gözdən əlildir, lakin özünü “yaxşı sürücü” hesab edir. Bu fakt onun avtomobil idarə etməyə hüquqi və təhlükəsizlik baxımından tam yararlı olduğu anlamına gəlirmi?Unutmaq olmaz ki, sürücülük hüququ şəxsi məsələ olmaqdan daha çox ictimai təhlükəsizlik məsələsidir. Sürücü bu gün qəza törədərsə, sabah kiminsə sağlamlığına və ya həyatına zərər vurarsa, məsuliyyət yalnız sürücünün üzərində qalırmı? Yoxsa ona bu hüququ verən qurum da cavabdehlik daşıyır?Bu nöqtədə əsas səlahiyyət Dövlət Yol Polisi nəzdində fəaliyyət göstərən müvafiq tibbi komissiyaya aiddir. Komissiya şəxsin sağlamlıq vəziyyətini qiymətləndirərək sürücülük üçün yararlılıq barədə rəy verir. Lakin əgər qanunvericilikdə açıq şəkildə göstərilməyən bir halda – yəni görmə məhdudiyyəti olan şəxsə – sürücülük hüququ verilirsə və sonradan bu, ağır nəticələrə səbəb olursa, məsuliyyət məsələsi qaçılmaz olaraq gündəmə gəlir.Hüquqi baxımdan belə hallarda əsas məsuliyyət sürücülük hüququnu verən tərəfin – müvafiq komissiya və icazə verən qurumun üzərinə düşür. Çünki qərar subyektiv yanaşma ilə deyil, dəqiq normativ tələblər və ictimai təhlükəsizlik prinsipləri əsasında verilməlidir.Nəticə etibarilə, üçüncü qrup gözdən əlilliyi olan şəxslərə sürücülük vəsiqəsinin verilməsi məsələsi qanunvericilikdə daha dəqiq və sərt şəkildə tənzimlənməli, subyektiv qərarlara yol verilməməlidir. Əks halda, mümkün fəsadların məsuliyyəti yalnız sükan arxasında olan şəxsin deyil, ona bu hüququ tanıyan qurumların da üzərində qalacaq.Hazırladı: Jalə

Dövlətə xəyanət edənləri nələr gözləyir? – Məhkəmənin heç kəsə bəlli olmayan gizli qaydaları! 

Dövlətə xəyanət ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş ən ağır cinayətlərdən sayılır və bu işlər üzrə məhkəmə prosesi xüsusi qaydalarla aparılır. Hökm çıxarılarkən sübutların hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə əməl olunması əsasdır.Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova Oxu24.com-un suallarına cavab olaraq bildirib ki, dövlətə xəyanət cinayətinin hüquqi mahiyyəti, sübutetmə standartları və məhkəmə araşdırmasının normativ çərçivəsi, dövlətə xəyanət bütün hüquq sistemlərində milli təhlükəsizliyə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri hesab olunur:“Bu cinayətin hüquqi qiymətləndirilməsi yalnız cinayət-hüquqi deyil, eyni zamanda konstitusion hüquq, beynəlxalq hüquq və insan hüquqları aspektlərini də əhatə edir. Dövlətin təhlükəsizliyinin qorunması ilə fərdin fundamental hüquqlarının müdafiəsi arasında balansın təmin olunması bu kateqoriyadan olan işlərin əsas hüquqi problematikasını təşkil edir. Dövlətə xəyanət anlayışının hüquqi tərifi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinə açıqlanıb.Həmin maddəyə əsasən, dövlətə xəyanət – Azərbaycan Respublikasının vətəndaşı tərəfindən:xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə kömək göstərilməsi;casusluq edilməsi;dövlət sirrinin verilməsi;dövlətin suverenliyinə, ərazi bütövlüyünə, müdafiə qabiliyyətinə və təhlükəsizliyinə zərər vurmağa yönəlmiş digər əməllərin törədilməsi kimi formalarla ifadə oluna bilər.Burada mühüm hüquqi məqam ondan ibarətdir ki, dövlətə xəyanət yalnız subyektinə görə – Azərbaycan Respublikasının vətəndaşı tərəfindən törədilə bilər.Obyektiv tərəfinə görə – dövlətin təhlükəsizliyinə real təhlükə yaradan əməli davranışla ifadə olunmalıdır. Subyektiv tərəfinə görə – birbaşa qəsdlə, yəni şəxs əməlin nəticəsini dərk edərək törətməlidir”.Müsahibin sözlərinə görə Beynəlxalq hüquqda da oxşar yanaşma mövcuddur:“Məsələn, BMT-nin “Dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi”nə dair qətnamələrində və Avropa Şurası sənədlərində milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlərin dövlət tərəfindən cinayət məsuliyyəti ilə tənzimlənməsi suveren hüquq kimi tanınır. Lakin bu səlahiyyət mütləq deyil, insan hüquqları normaları ilə məhdudlaşdırılır.Sübutların toplanması və qiymətləndirilməsi zamanı hüquqi prinsiplər Dövlətə xəyanət işləri üzrə sübutetmə xüsusi həssaslıq tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən:qanunauyğunluq prinsipi – sübutlar yalnız qanuni üsullarla əldə olunmalıdır;təqsirsizlik prezumpsiyası – şəxs təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilənədək təqsirsiz sayılır;rəqabətlilik və tərəflərin bərabərliyi prinsipi – ittiham və müdafiə tərəfləri bərabər hüquqlara malikdir;sübutların məcmu halında qiymətləndirilməsi prinsipi – tək bir sübut hökm üçün yetərli hesab edilə bilməz.Bu yanaşma Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsində nəzərdə tutulan “ədalətli məhkəmə araşdırması hüququ” ilə uzlaşır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, milli təhlükəsizlik arqumenti ilə sübutların gizlədilməsi yalnız zəruri və proporsional hallarda yol veriləndir. Dövlət sirri ilə bağlı məlumatların məhkəmədə araşdırılmasıAzərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanununa əsasən, dövlət sirri dövlətin təhlükəsizliyi, müdafiəsi, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı məlumatlardır.Belə məlumatların məhkəmədə araşdırılması zamanı:iclasın qapalı keçirilməsi mümkündür;materialların yalnız məhdud tərkibdə tərəflərə təqdim edilməsi tətbiq oluna bilər;məhkəmə dövlət sirrinin qorunması ilə müdafiə hüququ arasında balans yaratmalıdır.Beynəlxalq praktikada da (məsələn, BMT-nin “Mülki və siyasi hüquqlar haqqında” Paktının 14-cü maddəsi) məhkəmənin açıq keçirilməsi əsas prinsipdir, lakin dövlət təhlükəsizliyi səbəbi ilə istisna mümkündür. Bu istisna: zəruri olmalı,mütənasib tətbiq edilməli, müdafiə hüququnu tam sıradan çıxarmamalıdır. Dövlətə xəyanət ittihamı sübuta yetirilmədikdə hüquqi nəticələri,əgər dövlətə xəyanət ittihamı sübuta yetirilməzsə, şəxs:bəraət alır;onun barəsində bütün hüquqi məhdudiyyətlər aradan qalxır;barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilir;vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələb etmək hüququ yaranır.Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, təqsirsizlik prezumpsiyası təmin olunur və qanunsuz təqib nəticəsində zərər çəkmiş şəxs dövlət tərəfindən reabilitasiya olunmalıdır.Bu müddəa Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələri, həmçinin BMT-nin Mülki və siyasi hüquqlar haqqında Paktının 9-cu və 14-cü maddələri ilə uzlaşır.Dövlətə xəyanət cinayəti hüquqi baxımdan dövlətin mövcudluğuna qarşı yönəlmiş ən təhlükəli əməllərdən biri kimi qiymətləndirilir. Lakin bu kateqoriyadan olan işlərdə:yalnız dövlət maraqları deyil,fərdin hüquq və azadlıqları da qorunmalıdır.Beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi dövlətə təhlükə yaradan əməllərə qarşı sərt mövqe sərgiləməklə yanaşı, sübutetmə standartlarının yüksək səviyyədə olmasını, ittihamın şübhəyə yer qoymadan sübuta yetirilməsini və ədalətli məhkəmə araşdırmasını tələb edir.Beləliklə, dövlətə xəyanət işləri hüquqi sistem üçün ikili vəzifə yaradır:bir tərəfdən milli təhlükəsizliyi qorumaq, digər tərəfdən isə hüququn aliliyini və insan hüquqlarını təmin etmək”.Çimnaz Telmanqızı

Bu Nazirliyi 466 dəfə məhkəməyə verdilər 

2025-ci ildə Maliyyə Nazirliyi 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.Oxu24.com  bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, bu işlərdən 259-u başa çatıb. Nəticədə 63 milyon manat qənaət edilib.Hesabat dövründə həmçinin nazirlik 27 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub ki, son nəticədə bunun hesabına 3,4 milyon manatın bərpa olunması nəzərdə tutulur. Bu məhkəmə işlərindən 10-u artıq başa çatıb və 1,2 milyon manat ötən il bərpa edilib.

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət nədir?

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müzakirə edəcəyik.Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki,vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar."Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi maliyyə sanksiyaları və faizlər tətbiq edilir.Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.-Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il;-xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, -habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar",-deyə vəkil bildirib.Hazırladı: Şahbaz

Uşaqların üzünün mediada açıq şəkildə göstərilməsi hansı qanunları pozur? - Hüquqşünas DANIŞIR

Müasir dövrdə televiziya, internet mediası və sosial şəbəkələr vasitəsilə uşaqların görüntülərinin yayılması geniş yayılmışdır. Xüsusilə cinayət, məhkəmə, zorakılıq, ailə münaqişəsi və sosial problemlərlə bağlı xəbərlərdə uşaqların üzünün açıq şəkildə nümayiş etdirilməsi ciddi hüquqi pozuntulara səbəb olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən uşağın şəxsiyyəti və toxunulmazlığı xüsusi müdafiə altındadır.Bu gün "İdrak" liseyində baş vermiş silahlı insident zamanı yerli mediada şagirdlərin müsahibəsi,onlara silaha dair sualların verilməsi,həmçinin onların görüntüsünün açıq şəkildə mediada yayılması müəyyən suallara səbəb olur.Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki,uşağın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur.Konstitusiyaya görə hər kəsin şəxsi həyatına hörmət olunmalıdır və onun razılığı olmadan şəxsi məlumatlarının yayılması qadağandır."Uşaq isə hüquqi baxımdan tam fəaliyyət qabiliyyətinə malik olmadığından onun şəxsi həyatının qorunması daha yüksək hüquqi müdafiə tələb edir. Uşağın üzünün mediada göstərilməsi onun identifikasiyasına,şəxsi həyatının ifşasına,gələcək psixoloji durumuna mənfi təsirə səbəb olur.Bu hal Konstitusiyanın 32-ci maddəsinin pozulmasıdır",-deyə bildirib.Uşağın ləyaqətinin və şərəfinin qorunması hüququnun pozulması"Uşağın kriminal hadisə, zorakılıq, yoxsulluq və ya ailə problemi fonunda üzünün açıq göstərilməsi onun cəmiyyətdə damğalanmasına (stigmatizasiya),alçaldılmasına,psixoloji travmaya məruz qalmasına səbəb olur.Bu isə uşağın ləyaqətinin alçaldılması hesab edilir.Qanuna əsasən uşaq fiziki, mənəvi və psixoloji təhlükələrdən qorunmalıdır.Uşağın maraqları hər zaman üstün tutulmalıdır.Mediada uşağın üzünün göstərilməsi onun təhlükəsizliyini risk altına salır,gələcək inkişafına mənfi təsir göstərir,sosial təzyiqə məruz qoyur.Bu, uşağın ən üstün mənafeyi prinsipinə ziddir",-deyə Ellada Bayramova bildirib.“Media haqqında” Qanunun tələblərinin pozulmasıAzərbaycan Respublikasının “Media haqqında” QanunuMaddə 14 və Maddə 60Qanun mediaya qadağan edir:azyaşlının şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatların yayılmasını;zərərçəkmiş və ya hüquqpozma ilə əlaqəli uşaqların tanınmasına şərait yaradan görüntülərin nümayişini.Üzün göstərilməsi birbaşa şəxsiyyətin müəyyən edilməsi deməkdir.Şəxsi məlumatların qorunması hüququnun pozulmasıFərdi məlumatlar haqqında” QanunUşağın foto və videosu onun biometrik şəxsi məlumatı hesab olunur.Bu məlumat valideynin razılığı olmadan yayıla bilməz, məqsəddən kənar istifadə edilə bilməz.Bu qanunun pozulması inzibati və hüquqi məsuliyyət yaradır.Beynəlxalq hüquq normalarının pozulmasıBMT-nin Uşaq Hüquqları KonvensiyasıMaddə 16Heç bir uşaq:şəxsi həyatına,şərəf və nüfuzuna özbaşına müdaxiləyə məruz qala bilməz.Azərbaycan bu Konvensiyaya qoşulduğu üçün onun müddəaları milli hüququn tərkib hissəsidir.Hüquqi məsuliyyətUşağın üzünü mediada göstərən şəxs və ya media orqanı:Mülki məsuliyyət– mənəvi zərərin ödənilməsi (Mülki Məcəllə)İnzibati məsuliyyət– cərimə və fəaliyyətə məhdudiyyətPeşə etikası baxımından məsuliyyət– jurnalistin akkreditasiyasının ləğvi, xəbərdarlıqilə üzləşə bilər.Uşağın üzünün mediada göstərilməsi, şəxsi həyatın toxunulmazlığı hüququnu ləyaqət və şərəf hüququnu fərdi məlumatların qorunması hüququnutəhlükəsiz mühitdə inkişaf hüququnubirbaşa pozur.Hüquqi dövlət anlayışı uşağı informasiyanın obyekti deyil, hüququ olan şəxs kimi tanıyır. Media azadlığı uşağın hüquqlarından üstün tutula bilməz.Hüquqşünas:Ellada Bayramova

Gəlini evə qeydiyyata salan qayınanalara VACİB XƏBƏR: Evi satmaq istəsəniz...

Ailə münasibətlərinin gərginləşdiyi, xüsusilə də boşanma ərəfəsində olan hallarda daşınmaz əmlakla bağlı məsələlər tez-tez hüquqi mübahisələrə səbəb olur. Qayınana–gəlin münasibətləri fonunda evin satışı məsələsi isə cəmiyyətdə ən çox sual doğuran mövzulardandır. Bir çox hallarda tərəflər qanunla formalaşmış praktik anlayışları qarışdırır və nəticədə hüquqi baxımdan çıxılmaz vəziyyət yaranır.Oxu24.com xəbər verir   ki, qanunvericiliyə əsasən, daşınmaz əmlakın alqı-satqısı zamanı həmin ünvanda qeydiyyatda olan şəxsin razılığı və ya imzası tələb olunmur. Yəni, gəlin həmin evdə qeydiyyatda olsa belə, bu fakt evin satışı üçün hüquqi maneə sayılmır.Lakin praktiki müstəvidə vəziyyət bir qədər fərqlidir. Formalaşmış təcrübəyə əsasən, notariat orqanları və alıcı tərəf riskləri minimuma endirmək üçün qeydiyyatda olan şəxsin – bu halda gəlinin – razılığını və ya imzasını tələb edə bilirlər. Bu isə artıq hüquqi tələbdən daha çox ehtiyat tədbiri kimi qiymətləndirilir.Məhz bu səbəbdən qayınana müəyyən çətinliklə üzləşə bilər. Belə hallarda ən çox istifadə olunan yol məhkəmə qaydasında gəlinin qeydiyyatdan çıxarılmasıdır. Yalnız bundan sonra evin satışı prosesi daha rahat və maneəsiz həyata keçirilə bilər.Hüquqşünaslar bildirir ki, burada məsələ tərəf saxlamaq yox, qanunun tələblərini düzgün izah etməkdir. Qanun açıq şəkildə qeyd edir ki, qeydiyyatda olan şəxsin imzası satış üçün şərt deyil. Bunu hüquq sahəsində çalışanlar, o cümlədən vəkil həmkarlar da yaxşı bilirlər. Sadəcə olaraq, mövcud praktika və bazar münasibətləri bu məsələdə əlavə razılaşmaların yaranmasına səbəb olur.Nəticə etibarilə, bu tip mübahisələrdə emosiyalara deyil, qanunun tələblərinə və hüquqi mexanizmlərə əsaslanmaq daha məqsədəuyğundur. Əks halda ailədaxili problem hüquqi müstəviyə daşınaraq daha mürəkkəb və uzunmüddətli prosesə çevrilə bilər.Hazırladı: Miri Məcidli

Bu halda işçiyə 14 gün məzuniyyət veriləcək,üstəlik də PULU VERİLƏCƏK

Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan islahatlar 2026-cı ildən etibarən ailə institutuna yönəlmiş yeni yanaşmaları da gündəmə gətirir. Oxu24.com xəbər verir  ki,Əmək Məcəlləsinə edilən dəyişikliklər arasında cəmiyyətin xüsusi diqqətini çəkən yeniliklərdən biri atalara atalıq məzuniyyətinin verilməsi ilə bağlıdır. Bu dəyişiklik ailə dəyərlərinin qorunması, valideyn məsuliyyətinin paylaşılması və iş–ailə balansının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.Hüquqi tənzimləməyə əsasən, uşağın doğulmasından sonra atalara 14 günlük ödənişli atalıq məzuniyyəti verilir. Sözügedən məzuniyyət uşaq doğulduqdan dərhal sonrakı dövrü əhatə edir və 14 təqvim günü müddətində təqdim olunur. Bu məzuniyyət orta əmək haqqı əsasında hesablanır və tam ödənişlidir.Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq, atalıq məzuniyyəti yalnız əmək müqaviləsi əsasında çalışan işçilərə şamil edilir. Məzuniyyətdən istifadə etmək üçün ata tərəfindən doğuşu təsdiq edən tibbi müəssisə sənədi, eləcə də atalıq hüququnu təsdiqləyən rəsmi sənəd işəgötürənə təqdim olunmalıdır. Qanunvericiliyə görə, bu 14 günlük məzuniyyətin ödənişi birbaşa işəgötürən tərəfindən həyata keçirilir.Qeyd edək ki, atalıq məzuniyyəti təqvim günləri ilə hesablanır. Məsələn, bu müddət ərzində 10 iş günü düşərsə, orta əmək haqqının hesablanması məhz həmin 10 iş günü əsasında aparılır. Hesablama zamanı işçinin son aylar üzrə orta günlük əmək haqqısı müəyyən edilir və bu məbləğ müvafiq iş günlərinin sayına vurularaq məzuniyyət haqqı ödənilir.Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik yalnız hüquqi yenilik deyil, eyni zamanda sosial məsuliyyətin paylaşılması baxımından da əhəmiyyətlidir. Atalıq məzuniyyətinin qanunla təsbit olunması ataların ailə həyatında daha fəal iştirakına, anaların sosial və psixoloji yükünün azalmasına xidmət edir.Beləliklə, 2026-cı ildən qüvvəyə minən bu norma əmək hüququ sahəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir və valideyn hüquqlarının genişləndirilməsi istiqamətində atılmış vacib addımlardan biri sayılır.Miri Məcidli

Nikahdankənar doğulan uşaqlara aliment hansı halda verilir?   —   Vəkil yollarını AÇIQLADI

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu nikahdankənar doğulan uşaqların aliment almaq hüququ ilə bağlıdır.Nikahdankənar dünyaya gələn uşağa aliment almaq olurmu?Mövzu ilə bağlı oxu24.com-a danışan vəkil Samir Hacıyev bildirib ki,nikahdankənar uşağa aliment yalnız uşağın doğum haqqında şəhadətnaməsində atalıq faktı müəyyən olunduqda aliment tutulur. "Bəzən olur ki, nikahdankənar evliliklərdə uşağın doğum şəhadətnaməsində ata adı qeyd edilsə də, lakin araşdırmalardan sonra müəyyən olunur ki, atalıq faktı rəsmi qeyd edilməyib. Bu halda artıq tərəf məhkəməyə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edə bilər",-deyə vəkil bildirib.Hazırladı: Nigarxanım

Bələdiyyələrin məcburi səlahiyyətləri hansılardır?  -SİYAHI

Bələdiyyələrin məcburi səlahiyyətləri hansılardır?Oxu24.com həmin siyahını təqdim edir:Yerli vergilərin və ödənişlərin yığılmasıFiziki şəxslərdən torpaq və əmlak vergisiReklam, otlaq, parklanma kimi yerli ödənişlərVergi bildirişlərinin hazırlanması və təqdim edilməsi2. Bələdiyyə mülkiyyətini idarə etməkBələdiyyə torpaqlarını satmaq, icarəyə verməkTorpağın kateqoriyasının və təyinatının dəyişdirilməsi üçün müraciət etməkTorpağın sərhədlərini müəyyənləşdirməkBələdiyyə torpaqlarında qanunsuz tikinti və istifadə hallarını araşdırmaq3. Yerli büdcəni formalaşdırmaq və xərcləməkBələdiyyə büdcəsini hazırlamaqBüdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsiİl ərzində hesabat vermək4. Abadlıq və infrastruktur işləriKüçələrin təmizliyi, məhəllələrin abadlaşdırılmasıParkların, meydançaların salınması və qorunmasıKüçə işıqlandırılması (bələdiyyə balansındadırsa)Kiçik yerli layihələrin icrası5. Sosial yardım və ictimai dəstəkAztəminatlı ailələrə bələdiyyə yardımlarıYerli sosial-mədəni tədbirlərin təşkiliŞəhid ailələri və əlillərə dəstək proqramları6. Ekologiya və ətraf mühitin qorunmasıYaşıllıqların qorunması, ağacəkməMəişət tullantılarının daşınması üçün müqavilələrin təşkiliYerli su, kanalizasiya, drenaj xətlərinin qorunması (bələdiyyənin balansındadırsa)7. Vətəndaş müraciətlərinə baxmaqƏrizə və şikayətlərə 1 ay müddətində cavab verməkTorpaq məsələləri üzrə müraciətlərə 10 gün ərzində baxmaq8. Lokal iqtisadi inkişafın təşkiliKiçik sahibkarlıq üçün şərait yaratmaqYerli iqtisadi layihələr hazırlamaqHazırladı: Nigarxanım

Bu tarixdən sonra kredit götürənlər diqqətli olsun!  Hüquqi məqam qüvvəyə minib

Son dövrlər kredit borcları ilə bağlı məhkəmə mübahisələri cəmiyyətdə geniş müzakirə olunur. Bir çox vətəndaş banklar tərəfindən məhkəməyə verilmək qorxusu ilə hüquqlarını bilmədən addım atır. Halbuki qanunvericiliyə edilmiş son dəyişikliklər kredit borclularının hüquqi müdafiəsini daha da gücləndirib və bankların səlahiyyətlərini müəyyən çərçivəyə salıb.Oxu24.com xəbər verir  ki,qanunvericiliyə edilən dəyişikliyə əsasən, 24 avqust 2023-cü il tarixindən sonra götürülmüş kreditlər üzrə mühüm bir hüquqi məqam qüvvəyə minib. Belə ki, əgər kredit müqaviləsinin bitmə tarixindən bir il keçibsə, bankın həmin kredit borcu ilə bağlı vətəndaşı məhkəməyə vermək hüququ yoxdur.Bu dəyişiklik bankların vaxt məhdudiyyəti olmadan borcluları məhkəmə təzyiqi altında saxlamasının qarşısını almağa yönəlib. Başqa sözlə, bank kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və ya onun bitməsindən sonra müəyyən olunmuş qanuni vaxt çərçivəsində iddia qaldırmalıdır. Həmin müddət ötürüldükdən sonra məhkəməyə müraciət hüququ itirilmiş sayılır.Hüquqşünaslar bildirirlər ki, bu halda bank tərəfindən edilən məhkəmə müraciəti əsassız hesab oluna və borclu şəxs qanuni şəkildə bu iddiaya etiraz edə bilər. Əsas şərt isə kreditin 24 avqust 2023-cü ildən sonra rəsmiləşdirilməsi və müqavilə müddətinin bitməsindən ən azı bir ilin keçməsidir.Qeyd edək ki, bu müddəa hansısa təşəbbüs və ya fərdi yanaşma deyil, birbaşa qanunvericilikdə əksini tapmış normadır. Vətəndaşların bu hüquqları bilməsi, bankların mümkün təzyiq cəhdlərinə qarşı hüquqi mövqedən çıxış etməsi olduqca vacibdir.Miri Məcidli

Evi bankda girov olanlara vacib XƏBƏR

Son illər bank kreditləri ilə bağlı məhkəmə çəkişmələri vətəndaşların ən çox üzləşdiyi hüquqi problemlər sırasındadır. Xüsusilə evini banka girov qoyaraq kredit götürən, lakin müxtəlif səbəblərdən borcunu vaxtında ödəyə bilməyən şəxslər psixoloji təzyiq, çaşdırıcı məlumatlar və hüquqlarının pozulması ilə qarşılaşırlar. Halbuki qanunvericilik bu kimi hallarda borclulara kifayət qədər ciddi və mühüm hüquqlar tanıyır.Oxu24.com  bildirir  ki, əgər vətəndaş evini banka girov qoyaraq kredit götürüb və borc öhdəliyini yerinə yetirə bilmədiyinə görə bank tərəfindən məhkəməyə verilibsə, bu proses qısa müddətdə başa çatmır. Təcrübədə belə məhkəmə çəkişmələri ən azı 1–2 ilə yaxın davam edir. Bu müddət ərzində isə bankın girov qoyulmuş əmlakla bağlı hər hansı sərəncam vermək, evi satmaq, satışa çıxarmaq və ya vətəndaşı evdən çıxarmaq hüququ yoxdur.Buna baxmayaraq, bəzi hallarda bank əməkdaşlarının müştərilərə zəng edərək “evinizin şəklini çəkməliyik”, “elan yerləşdiriləcək”, “ev satışa çıxarılır” kimi ifadələrlə psixoloji təzyiq göstərdiyi müşahidə olunur. Qanunvericiliyə əsasən, məhkəmə qərarı olmadan bu cür hərəkətlər yolverilməzdir və vətəndaşın hüquqlarının pozulması hesab olunur. Belə hallarla üzləşən şəxslər bank əməkdaşlarına bu hərəkətlərin qanunsuz olduğunu və barələrində hüquqi tədbirlər görülə biləcəyini açıq şəkildə bildirmək hüququna malikdirlər.Qanun eyni zamanda borclular üçün daha yumşaq və çıxış yolu yaradan mexanizmlər də nəzərdə tutur. Belə ki, məhkəmə prosesi çərçivəsində və ya hüquqi müdafiə vasitələri ilə borcun daha az xərclə, təxminən 24 ay müddətində, əlavə faiz və cərimələr tətbiq olunmadan geri qaytarılması üçün şərait yaradılması mümkündür.Bu imkanlar hansısa şəxsin təşəbbüsü deyil, birbaşa qanunvericiliyin verdiyi hüquqlardır. Əsas məsələ vətəndaşların bu hüquqları bilməsi, psixoloji təzyiqə boyun əyməməsi və hüquqi mexanizmlərdən düzgün şəkildə istifadə etməsidir.Turan Etibaroğlu

Heyvanların iştirakı ilə baş verən qəzalarda  məsuliyyət  KİMİNDİR?

Son vaxtlar yol-nəqliyyat hadisələri zamanı heyvanların iştirakı ilə baş verən qəzalar cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Sürücüləri ən çox maraqlandıran məqamlardan biri isə belə hallarda məsuliyyətin kimə aid olmasıdır. Qanunvericilik bu suala aydın və birmənalı cavab verir.Oxu24.com xəbər verir  ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın sahibinin nəzarəti altında olub-olmaması, heyvanın itib-qaçması hüquqi baxımdan əhəmiyyət daşımır.Məsələn, avtomobillə hərəkət edərkən qəfil yola çıxan heyvana dəyən sürücünün nəqliyyat vasitəsinə zərər dəydikdə, həmin zərərin ödənilməsi heyvan sahibinin üzərinə düşür. Heyvanın nəzarətsiz olması və ya sahibindən kənarda qalması məsuliyyəti aradan qaldırmır.Lakin qanunvericilikdə istisna hal da nəzərdə tutulub. Əgər heyvanın sahibi üçüncü şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri və mümkün olan bütün tədbirləri görmüşdürsə, bu halda dəymiş zərərin əvəzi ödənilmir.Turan Etibaroğlu

"Kupça"sız evlərdə yaşayanlara  PİS XƏBƏR:  Hüquqşünas cərimə ehtimalından DANIŞDI

“Kupçası olmayan evlərə qaz, işıq və su xətlərinin çəkilməsi Azərbaycan qanunvericiliyinə görə qanunsuz hesab olunur. Çünki kommunal xidmətlərin göstərilməsi üçün əsas şərt mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədin olmasıdır. Sənədsiz tikililər hüquqi baxımdan tanınmadığı üçün bu evlərə rəsmi şəkildə kommunal xidmətlərin verilməsi mümkün deyil”.Oxu24.com xəbər verir  ki, bunu  Medialoq.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.O deyib ki, ölkədə minlərlə vətəndaş illərdir sənədsiz evlərdə yaşayır:“Məcburiyyətdən gizli yollarla qaz, işıq və sudan istifadə edir. Hüquqi nöqteyi-nəzərdən gizli qoşulma həm inzibati, həm də bəzi hallarda cinayət məsuliyyəti yaradır. Qanunsuz istifadə aşkarlandıqda vətəndaşdan əvvəlcə istifadə etdiyi resursun dəyəri geriyə doğru hesablanır. Bunun üzərinə inzibati cərimə əlavə olunur və yekun məbləğ bəzən minlərlə manata çatır. Praktikada bu cərimələr maksimum 3–5 min manat civarında olur. Əgər qanunsuz qoşulma təkrar haldırsa və ya böyük həcmdə ziyan vurulubsa, məsuliyyət daha da ağırlaşır. Bu cür hallarda vətəndaşın hüquqi müdafiə imkanları xeyli zəifləyir. Hər hansı qəza, yanğın və ya zərər baş verdikdə məsuliyyət birbaşa istifadəçinin üzərində qalır. Bu da illərdir həmin evlərdə yaşayan insanların problemi daha da dərinləşdirir”.

Bələdiyyələr suyun təmizliyinə nəzarət etməlidirmi?

Bələdiyyələr hansı sahələrə baxmalıdır?Oxu24.com xəbər verir  ki,bələdiyyələrin baxmalı olduğu sahələrdən biri də suyun təmizliyinə nəzarət edilməsidir.“Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.0-cı maddəsinə əsasən su münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:▫️19.0.3. Bələdiyyələrin mülkiyyətində və idarəçiliyində olan su təsərrüfatı sistemləri və qurğularının istismarı və mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək;▫️19.0.5. Sulara zərərli maddələrin təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Miri Məcidli

“Kupça”lı torpaqda “kupçasız” ev tikənlərə vəkildən XƏBƏRDARLIQ    

Torpağın “kupça”sı (çıxarış) var, evin isə çıxarışı yoxdur. Vətəndaş  çıxarış almaq üçün hara və necə müraciət etsin? Bunun dövlət rüsumu nə qədərdir?Belə halda vətəndaş evinə çıxarış  ala bilərmi?Mövzu  ilə  bağı  Oxu24.com saytının suallarını  hüquqşünas   Rafiq Quliyev cavablandırıb. Vəkilin sözlərinə görə, 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair sənədlər  rəsmi çıxarış almaq hüququ verir."Məlum dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaradır.Şəxsin torpaq sahəsinə xüsusi mülkiyyətə dair çıxarışı varsa, onun üzərində hər hansı tikinti işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməlidir və bundan sonra  tikinti işləri apara bilər. (İcra hakimiyyəti orqanları dedikdə şəhərsalma və arxitektura komitəsi nəzərdə tutulur – Red Oxu24.com)Bunun üçün torpağa dair çıxarışın surəti, ərizə verilməlidir, həmin orqan tikintiyə dair razılıq və tikinti layihə smeta sənədləri hazırlayıb verir. Yəni,  icra hakimiyyəti 10 iş günü ərzində buna cavab verməlidir. Əgər bu müddətdə cavab verilməzsə, vətəndaş layihə təsdiqləndiyi halda tikintiyə başlamağa hüquq verir  və bundan sonra tikinti qanunla nəzərdə tutulan qaydada aparılır. Mütləq tikinti qaz, elektrik, su və digər kommunikasiyaların üzərində olmamalıdır. Əgər ev yüksək gərginlikli ekektrik xətti altında, qaz kəməri, su xətti  üzərində deyilsə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ərizə ilə müraciət edib çıxarış ala bilərsiniz.Əsas odur ki, layihə tikinti normalarına uyğun şəkildə hazırlanmış olsun.  Əgər torpağın kateqoriyası uyğundursa, və ya kommunikasiya xətləri üzərində yerləşmirsə, bu halda yaşayış evi tikintisinə icazə verilir.  Bu halda vətəndaş evi tikib bitirdikdən sonra, qanuni qaydada rüsumları ödəyərək evinə çıxarış ala bilər.”Vəkil R. Quliyev onu da bildirib  ki, bu prosesdə rüsumun ödənilməsi də  vacibdir."Şəhərsalma və Tikinti Məcəlləsinə görə, torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı, icazə yox, məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bir sözlə, rüsum evin ölçüsünə görə müəyyən edilir”- deyə vəkil  Rafiq Quliyev vurğulayıb. Əntiqə Rəşid

18 yaşına çatmayan işçilər üçün nəzərdə tutulan güzəştlər nələrdir?—QANUN NƏ DEYİR?   

Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 18 yaşına çatmamış şəxslərin əmək hüquqlarını xüsusi qaydada tənzimləyir. Məcəllənin 247-ci maddəsinə əsasən, bu kateqoriyadan olan işçilər üçün bir sıra mühüm təminatlar müəyyən edilib.Maddənin əsas müddəaları aşağıdakılardan ibarətdir:* Xüsusi amillərin nəzərə alınması: İşəgötürən 18 yaşdan az olan işçilərin peşə vərdişlərinin azlığını və fizioloji vəziyyətini mütləq nəzərə almalıdır.* İşəgötürənin öhdəlikləri: Qanunvericiliklə müəyyən edilmiş təminatlara əməl olunması işəgötürən üçün məcburidir. Əmək müqaviləsi bağlanarkən işçinin peşə hazırlığının artırılması üçün əlavə şərtlər və öhdəliklər sənəddə öz əksini tapmalıdır.* Peşə hazırlığına ayrılan vaxt: Yeniyetmə işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt, işəgötürənin razılığı ilə iş vaxtı kimi hesablanır.Bundan əlavə, Məcəllənin 248-ci maddəsi vurğulayır ki, şəxsin azyaşlı olması və ya peşəkarlıq səviyyəsinin aşağı olması səbəbi ilə onunla iş müqaviləsi bağlamaqdan imtina edilə bilməz.Qeyd edək ki, bu qaydalar gənc işçilərin həm fiziki sağlamlığını qorumaq, həm də onların əmək bazarında təcrübə qazanmasına şərait yaratmaq məqsədi daşıyır.Çimnaz Ağayeva

Polis vətəndaşı telefonla idarəyə və ya şöbəyə çağıra bilər?  - VƏKİLDƏN AÇIQLAMA 

Vətəndaşlar tərəfindən tez-tez verilən suallardan biri də polis orqanlarının vətəndaşı bölməyə və ya idarəyə telefon vasitəsilə çağırıb-çağıra bilməməsi ilə bağlıdır.Oxu24.com xəbər verir  ki, vəkil Toğrul Rüstəmov bu suala aydınlıq gətirib.Onun sözlərinə görə, polisin vətəndaşı bölməyə və ya idarəyə çağırması üçün çağırış vərəqəsinin ona göndərilməsi şərtdir: "Lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.6-cı maddəsinə görə, polis vətəndaşı telefon və ya digər rabitə vasitəsilə də çağıra bilər”.Vəkil qeyd edib ki, bu halda vətəndaşa çağırış vərəqəsində yer alan məlumatlar təqdim edilməli, yəni hansı orqana, kim tərəfindən və hansı məsələ ilə bağlı çağırıldığı bildirilməlidir.Vəkil, həmçinin vurğulayıb ki, vətəndaşa hüquq və vəzifələri izah olunmalı, bu barədə müvafiq protokol tərtib edilməlidir.

Bələdiyyə torpaqlarının qiyməti necə müəyyən edilir?  

Bələdiyyə  torpaqlarının qiyməti necə  müəyyən edilir?Oxu24.com xəbər verir  ki,Azərbaycan Respublikasının Nazirlər kabinetinin 1988-cil 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının torpaqlarının normativ qiymətinin müəyyən edilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.Nigarxanım

Bu torpaqlar özəlləşdirilə BİLMƏZ 

Örüş sahələri özəlləşdirilə bilərmi?Oxu24.com  xəbər verir ki, qanuna görə bu tip torpaqların özəlləşdirilməsinə icazə verilmir.Bələdiyyələr Haqqında  Qanunun 7-ci maddəsinin 7.2-ci bəndinə görə ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.Hazırladı: Miri Məcidli

Ölən şəxsin kredit borcunu kim ödəməlidir?

Ailə və şəxsi maliyyə məsələləri gündəlik həyatımızda çox vaxt ciddi suallar doğurur. Xüsusilə də bir ailə üzvü vəfat etdikdə onun borclarının kim tərəfindən ödəniləcəyi məsələsi həm hüquqi, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir. Bu sualın cavabı Mülki Məcəllə ilə aydın şəkildə tənzimlənir.Mülki Məcəlləyə əsasən, ölən şəxsin kreditorları (banklar və digər maliyyə təşkilatları) qarşısındakı borc öhdəliyi, əgər varsa, onun vərəsələrinə keçir.Əgər ölmüş şəxsin miras əmlakı mövcuddursa və vərəsələr həmin əmlakı qəbul edərlərsə, kredit borcu və digər öhdəliklər miras əmlakla birlikdə qəbul edilmiş sayılır. Digər tərəfdən, əgər şəxsin əmlakı yoxdursa və ya borclar mövcud əmlakdan çoxdursa, vərəsələrdən heç biri borcu ödəmək məcburiyyətində deyil.Vərəsələrin məsuliyyəti yalnız miras əmlakındakı paylarına mütənasib surətdə kreditor qarşısında ödənilən borcla məhdudlaşır. Yəni şəxsi əmlakdan artıq borcu ödəmək hüquqi öhdəlik yaratmır.Beləliklə, qanun vərəsələri həm qoruyur, həm də öhdəlikləri aydın şəkildə müəyyən edir, bununla da borcların və miras hüquqlarının müvafiq balansı təmin edilir.

Boşanma hər zaman kişinin qərarı deyil: Qanunun qoyduğu məhdudiyyətlər

Cəmiyyətimizdə ailə münasibətləri və boşanma məsələləri ətrafında bəzən yanlış təsəvvürlər formalaşır. Xüsusilə də elə düşünülür ki, kişi istədiyi vaxt, istədiyi səbəblə nikaha son qoya bilər. Halbuki qanunvericilik bu sahədə açıq və konkret məhdudiyyətlər müəyyən edir və ailə institutunun, eləcə də qadın və uşaqların hüquqlarının qorunmasını əsas prinsip kimi önə çəkir.Oxu24.com-un məlumatına görə,Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, kişi nikahı öz istəyi ilə hər zaman və hər halda poza bilməz. Əgər qadın hamilədirsə və ya nikahdan bir yaşı tamam olmayan uşaq varsa, bu halda ər arvadının razılığı olmadan boşanma təşəbbüsü ilə çıxış edə bilməz. Qanun bu dövrdə qadının və körpənin sosial, psixoloji və maddi müdafiəsini təmin etməyi məqsəd qoyur.Yəni belə hallarda boşanma yalnız qadının öz istəyi və ya açıq razılığı əsasında mümkündür. Bu norma, ailə münasibətlərində tərəflərin bərabərliyini qorumaqla yanaşı, həssas dövrdə olan qadının və azyaşlı uşağın hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.Beləliklə, qanunvericilik ailə münasibətlərinə yalnız şəxsi iradə prizmasından deyil, həm də sosial məsuliyyət və hüquqi öhdəliklər çərçivəsindən yanaşır.

1 ildir məzuniyyətsiz işləyirəm – müdir məzuniyyət vermir: Qanun nə deyir?  

Son dövrlər bir çox işçilər işəgötürənlərin əmək məzuniyyəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyini bildirir. Xüsusilə özəl sektorda bəzi əməkdaşlar aylarla, hətta illərlə fasiləsiz çalışdıqlarını, lakin məzuniyyət hüquqlarından istifadə edə bilmədiklərini deyirlər. “1 ildir məzuniyyətsiz işləyirəm, müdir isə məzuniyyət verməyəcəyini açıq şəkildə bildirir” – bu kimi şikayətlər əmək hüquqlarının pozulması ilə bağlı ciddi suallar doğurur.Bəs qanun bu barədə nə deyir?Oxu24.com-un xəbərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Qanunvericilikdə əmək məzuniyyəti işçinin əsas hüquqlarından biri kimi təsbit olunub və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz.Əgər işçi müvafiq iş ili ərzində hər hansı səbəbdən əmək məzuniyyətindən istifadə etməyibsə, həmin iş ili və ya iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilməlidir.Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, eləcə də istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər.Qeyd edək ki, bu cür hallarla qarşılaşan işçilər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilərlər.Turan

Sərxoş halda törədilən cinayət məsuliyyətdən azad edir? QANUN nə deyir?

Cəmiyyətdə bəzən belə bir yanlış fikir formalaşır ki, şəxs sərxoş vəziyyətdə cinayət törədibsə, məsuliyyətdən yayınmaq imkanı əldə edə bilər. Lakin qanun bu məsələyə birmənalı şəkildə aydınlıq gətirir.Oxu24.com-un məlumatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, alkoqollu içkilərin, narkotik vasitələrin və ya digər güclü təsir edən maddələrin qəbulu nəticəsində sərxoş halda cinayət törədən şəxs cinayət məsuliyyətindən azad olunmur.Cinayət Məcəlləsində sərxoş vəziyyətdə cinayət törədilməsi cəzanı nə yüngülləşdirən, nə də birbaşa ağırlaşdıran hal kimi nəzərdə tutulmayıb. Bununla belə, məhkəmə baxışı zamanı bu hal təqsirləndirilənin şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən amil kimi nəzərə alına bilər.Qanunvericiliyə görə, sərxoşluq cinayətə görə məsuliyyətdən yayınmaq üçün əsas hesab edilmir və belə hallarda şəxs törətdiyi əmələ görə tam cavabdehlik daşıyır.Əli

Qadınlardan hansı halda aliment tutula BİLƏR?

Cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də alimentin yalnız atadan tutulan ödəniş olmasıdır. Halbuki, qanunvericilik bu məsələyə daha fərqli və balanslı yanaşma ortaya qoyur.Oxu24.com bildirir  ki,aliment məhkəmə tərəfindən çıxarılmış qətnamə əsasında müəyyən edilir. Uşaq hansı valideynin yanında qalırsa, digər valideyn uşağın saxlanılması üçün aliment ödəmək öhdəliyi daşıyır. Bu öhdəlik valideynin cinsinə görə deyil, uşağın faktiki yaşayış yerinə görə müəyyən olunur.Belə ki, əgər uşaq atanın yanında qalırsa, bu halda ata anadan uşağın saxlanılması üçün aliment tələb etmək hüququna malikdir. Eyni qayda uşağın ananın yanında qalması halında da tətbiq edilir.Bu yanaşmanın əsas məqsədi valideynlər arasında üstünlük yaratmaq deyil, uşağın maddi təminatının hər iki valideyn tərəfindən bərabər məsuliyyətlə qarşılanmasını təmin etməkdir. Qanunvericilik də məhz uşağın maraqlarını əsas prinsip kimi önə çəkir.Miri Məcidli

Sürücülər üçün vacib məlumat: 20 manatlıq səhv 

Sürücülər bu məsələyə diqqət etməsələr 20 manat cərimə olunacaqlar.Bu barədə Oxu24.com-a açıqlamasında  vəkil Elcan Həsənli bildirib."Maşını AzParking-də saxlayırsansa, diqqətli ol. Əgər avtomobil 24 saat ərzində eyni yerdə qalarsa, 20 manat cərimə tətbiq olunur.Bu səbəbdən də sürücüləri diqqətli olmağa çağırıram",-deyə vəkil qeyd edib.Miri Məcidli

"Ölüm kağızı" necə alınmalıdır?

Ölüm haqqında kağızı necə əldə etməliyik?Həyatın qaçılmaz reallıqlarından biri də insanların xəstəxanada vəfat etməsi ilə bağlı məsələlərdir. Belə vəziyyətlərdə çox vaxt yaxınlarının müraciəti və ya münasibəti hüquqi prosedurların düzgün aparılmasında önəmli rol oynayır. Amma bəzən yaxınlar şikayət etməyə və ya əlavə sənədlər tələb etməyə meylli olmaya bilər. Bu halda da hüquqi qaydalar konkret tənzimləmələr təqdim edir.Əgər şəxs xəstəxanada vəfat edirsə, həmin şəxs ana və ya uşaq deyilsə və vəfat edən şəxsin yaxınları şikayət etmirsə, xəstəxana qanunla müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq, vəfat edən şəxsin ölümünü təsdiqləyən tibbi şəhadətnaməni onun müraciət edən yaxınlarına təqdim etməlidir.Bu məsələ birbaşa qanunvericiliklə tənzimlənir və sənədlərin verilməsi imperativ qaydada, yəni mütləq yerinə yetirilməsi vacib olan hüquqi öhdəlik kimi nəzərdə tutulmuşdur. Belə yanaşma vətəndaşların hüquqlarının qorunmasını təmin edir və tibbi müəssisələrdə prosedurların şəffaflığını artırır.Nigarxanım

Atalıqdan məhrum edilən şəxs aliment ÖDƏMƏLİDİRMİ?

Atalıq hüququndan məhrum edilən şəxs aliment ödəməlidirmi?Oxu24.com xəbər verir ki,valideynlik  hüquqlarından məhrum edilmiş şəxs  uşaqların saxlanılmasını təmin etmək vəzifəsindən azad edilmirlər.Belə ki,valideynlik hüququndan məhrum edilmiş ata və ana  uşağın saxlanılması üçün nəzərdə tutulan alimenti ödəməlidirlər.Hazırladı: Miri Məcidli

Əvvəlcədən qəbir yeri rezerv EDİLƏ BİLƏRMİ?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu qəbir yerlərinin əvvəlcədən götürülməsi ilə bağlıdır.Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 18.1-ci bəndinə görə qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir.18.2. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.Hazırladı: Miri Məcidli

Akademik borcu olan tələbələr əsgərliyə aparılmayacaq? - VACİB AÇIQLAMA 

Son dövrlər ali təhsil müəssisələrində oxuyan, lakin akademik borcu olan tələbələrin hərbi xidmətdən möhlət hüququ ala biləcəyi ilə bağlı suallar artmaqdadır. Xüsusilə, təhsil müddətini başa vursa da kəsirlərə görə universitetdə qalmaq məcburiyyətində olan gənclər bu halda hərbi xidmətə çağırılıb-çağırılmayacaqları ilə maraqlanırlar. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez gündəmə gələn bu məsələ bir çox tələbə və valideyn üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Bəs, mövcud qanunvericilik akademik borcu olan şəxslərə əlavə möhlət hüququ verirmi?Oxu24.com xəbər verir  ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericiliyə əsasən əyani təhsil formasında bakalavriat, magistratura, rezidentura və doktorantura pillələrində təhsil alan şəxslərə təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət verilir.Onun sözlərinə görə, təhsil müddəti başa çatdıqdan sonra yığılan akademik borclara, yəni kəsirlərə görə əlavə möhlət hüququ nəzərdə tutulmayıb:“Akademik borcu olan şəxs artıq təhsil alan hesab edilmir. Çünki onun üçün müəyyən edilmiş təhsil müddəti bitib. Buna görə də kəsri olan tələbələrin hərbi xidmətdən möhlət hüququ yoxdur”.Hüquqşünas vurğulayıb ki, möhlət yalnız qanunvericilikdə göstərilən təhsil müddəti ərzində qüvvədə olur və bu müddət başa çatdıqdan sonra hərbi xidmətə çağırış həyata keçirilə bilər.

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib 

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.Məhkəmənin mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumatına əsasən, KM sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə 228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusu üzrə qərar qəbul edilib.Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət üçün real təhlükə yaratmırsa, bu əməl cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır. Qərarda vurğulanıb ki, “az əhəmiyyətli əməl” dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına daxil edilmir.Eyni zamanda qeyd olunur ki, “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların – istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Bu qiymətləndirmə aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə, hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə alınmalıdır.Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın, onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (yivsiz ov silahları və onların sursatları istisna olmaqla).KM qeyd edir ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur.Plenum hesab edir ki, “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Kredit borcuna zamin duranların DİQQƏTİNƏ!

Kredit və borc öhdəliklərinin ölən şəxsin ailəsinə və zaminə təsiri necə müəyyən olunur?Maliyyə hüququ və vətəndaşların borc öhdəlikləri məsələləri cəmiyyət arasında tez-tez müzakirə mövzusudur. Xüsusilə kredit alan şəxslərin vəfat etməsi zamanı öhdəliklərin necə tənzimlənməsi insanlarda suallar yaradır.Oxu24.com xəbər verir  ki,Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, kredit alan və ya borc götürən şəxs vəfat etdikdə, əgər həmin kreditə kimsə zamin durmuşdursa, bu, zaminin öhdəliklərini ləğv etmir. Yəni zamin hər bir halda borcu ödəmək məsuliyyətini daşıyır. Hüquq normaları zaminin öhdəliklərinin konkret və dəqiq olduğunu göstərir və borcun vaxtında və tam şəkildə ödənilməsi üçün qanuni əsas yaradır.Hazırladı: Turan etibaroğlu

Kredit borcu olanlara MÜHÜM XƏBƏR: Hüquqşünas vacib məlumatı AÇIQLADI

Azərbaycanda kredit öhdəliklərini vaxtında yerinə yetirməyən vətəndaşların banklar qarşısında məsuliyyəti tez-tez mübahisə doğuran hüquqi məsələlərdən biridir. Kredit borcuna görə bank maaş kartındakı vəsaiti tam tuta bilərmi? Borc öhdəliklərinə görə işçinin maaşının maksimum neçə faizi tutuluna bilər və bu zaman istisnalar varmı?Oxu24.com-a açıqlamasında bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər vətəndaş maaşını kredit götürdüyü bankdan alırsa,  adətən kredit müqaviləsində belə bir şərt qeyd edilir:“Müştərinin banka borcu yarandığı halda, maaş kartından borc məbləği silinə bilər. Vətəndaş bu müqaviləni imzaladığı üçün bank həmin şərtə əsaslanaraq maaş kartındakı vəsaiti tam məbləğdə tuta bilir. Bu məsələ ilə bağlı məhkəmə praktikasında fərqli yanaşmalar mövcuddur. Belə ki, bəzi hallarda məhkəmələr maaşdan tutulmanın maksimum 20 faiz ola biləcəyini bildirir. Digər hallarda isə bu həddin 50 faizədək yüksələ biləcəyi qeyd olunur. Bununla belə, banklar əksər hallarda məhkəməyə müraciət etmədən, birbaşa müqaviləyə istinad edərək vəsaiti tam şəkildə tuturlar”.Hüquqşünas vətəndaşların bu vəziyyətdən çıxış yolunun da olduğunu vurğulayıb:“Vətəndaş başqa bir bankda yeni maaş kartı aça bilər. Bu halda işəgötürəndən maaşın yeni bank hesabına köçürülməsini tələb etmək hüququ var və işəgötürən bu tələbə əməl etməlidir. Çünki Əmək Məcəlləsinə əsasən, hər bir işçi əməkhaqqını istədiyi formada almaq hüququna malikdir. Bu halda bank artıq vətəndaşın maaş kartına birbaşa müdaxilə edə bilməz və borcun tutulması üçün məhkəməyə müraciət etməli olur. Məhkəmə qaydasında isə aylıq tutulma maaşın 50 faizindən çox ola bilməz”.Hüquqşünas əlavə edib ki, borca görə vətəndaşın əmlakına da həbs qoyula və əmlak hərraca çıxarıla bilər:“Lakin Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya əsasən, bəzi əmlak növlərinə həbs tətbiq edilmir. Belə ki, vətəndaşın yaşayış evi, eləcə də gündəlik tələbat üçün zəruri olan məişət əşyaları müsadirə edilə bilməz. Ancaq qızıl-zinət əşyalarına həbs qoyulması mümkündür”.Mehin Mehmanqızı

Keçmiş məhkumlara verilən 1600 AZN-lə bağlı  VƏKİLDƏN   MÜHÜM AÇIQLAMA 

"Həbsdən çıxmışam, pulumu verin": Qanunda belə bir maddə varmış... Qanunvericiliyə görə  məhbus həyatı yaşamış  şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödənişlər ödənilir.Bu məbləğ 1600 AZN-dir.Bir neçə dəfə məhkum olunmuş şəxs neçə dəfə bu ödənişi ala bilər? Qanunda bu hədd varmı?  Oxu24.com-un sualını vəkil Özal Xəlilov  cavablandırıb. O, bildirib ki, söhbət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətindən gedir:" Bu müavinət "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" AR Qanunuyla tənzimlənir: müavinət sosial adaptasiya tədbiridir  və məbləği minimum aylıq əməkhaqqının 4 mislidir . Sosial adaptasiya müddəti 1 ildir və şəxs qeydiyyata götürüldüyü gündən hesablanır. Eyni zamanda şəxs adaptasiya dövründə qanunla müəyyən edilmiş vəzifələrə əməl etməlidir" .Vəkil onu da qeyd edib ki, Ali Məhkəmənin 11.04.2025-ci il  tarixli Qərarında əks edilmiş mövqeyə əsasən, şəxs əvvəllər bu müavinəti alıbsa və sonradan (xüsusən adaptasiya dövründə) yenidən qəsdən cinayət törədibsə, dövlət orqanının təkrar müavinət təyin etməməsi qanuni sayıla bilər. Buna görə 2022-də müavinət almış, 2023-də yenidən həbs olunmuş və 2026-da azad edilən şəxsin bu dəfə də eyni müavinəti alması avtomatik hüquq deyil; böyük ehtimalla imtina riski yüksəkdir, xüsusən də 2023-cü il cinayəti əvvəlki azadlıqdan sonrakı adaptasiya dövrünə düşübsə - deyə  Özal Xəlilov  vurğulayıb .Əntiqə Rəşid

Nazir Vilayət Eyvazovun bu rayonda vətəndaşlarla görüşü OLACAQ 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.02.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı vətəndaş qəbulundan öncə, yəni fevralın 2-də 08:00-da Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.Oxu.Az-ın məlumatına görə, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".Oxu.az-ın əldə etdiyi məlumata görə, qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciəti əsasında araşdırma aparılır.Xatırladaq ki, Rüstəm Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmiş və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.

"Metirka"da ata adını dəyişmək olarmı?     —   Hüquqşünasdan AÇIQLAMA 

Oxucularımızın redaksiyamıza ünvanladığı  suallardan biri də , doğum haqqında şəhadətnamədə  uşağın atasının adının dəyişdirilməsi  hansı hallarda mümkündür?Bu proses necə həyata keçirilir. Həmçinin, şəxs soyadını da dəyişə bilərmi?Oxu24.com-un sualını  tanınmış hüquqşünas Vüqar Dadaşov cavablandırıb. - Vüqar müəllim, uşağın atasının adının dəyişdirilməsi hansı qanuni prosedurlardan sonra mümkün ola bilər? - Uşağın atasının adının, yəni ata adının doğum haqqında şəhadətnamədə dəyişdirilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyində mümkün hal kimi nəzərdə tutulmuş və bu dəyişiklik üçün müvafiq prosedur qaydaları müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, ata adının dəyişdirilməsi yalnız valideynin və ya maraqlı şəxsin istəyi əsasında deyil, qanunla müəyyən edilmiş hüquqi əsaslar olduqda həyata keçirilə bilər.-Deməli, hər hansı  həddi-buluğa çatmayan Azərbaycan vətəndaşı istədiyi vaxt, bu proseduru həyata keçirmək  istəyində ola bilməz. Onda mütləq bir səbəb olmalıdır? -Uşağın ata adının dəyişdirilməsi əsasən atalığın müəyyən edilməsi ilə bağlı proseslər çərçivəsində mümkündür və bu, üç əsas formada baş verə bilər. Belə ki, əgər uşaq nikahdan kənar doğulmuşdursa və ya uşağın atası haqqında məlumat sonradan aşkar edilmişdirsə, bu halda ata adının dəyişdirilməsinə qanunla yol verilir.Atalıq həmin şəxs tərəfindən könüllü qaydada tanındıqda, dövlət qeydiyyat orqanları tərəfindən müvafiq dəyişiklik aparıla bilər. Əgər həmin şəxs atalığı könüllü şəkildə tanımırsa, bu zaman atalığın müəyyən edilməsi və nəticə etibarilə ata adının dəyişdirilməsi məhkəmə qaydasında həyata keçirilir.-   Deməli,  DNK testi ilə bağlı  müraciətlərin sayı buna görə artıb?Bəs, bu proses necə tənzimlənir? -Prosesin  İlkin mərhələsində vətəndaş, maraqlı şəxs, valideyn və ya valideynlərdən biri icra hakimiyyəti orqanlarının tərkibində fəaliyyət göstərən dövlət qeydiyyat orqanlarına, o cümlədən ASAN xidmətə müraciət edərək uşağın ata adının dəyişdirilməsi ilə bağlı ərizə təqdim edir. Qeydiyyat orqanı tərəfindən müraciət təmin edilmədikdə və ya dəyişiklikdən əsaslandırılmış imtina verildikdə, maraqlı şəxsin məhkəməyə müraciət etmək hüququ yaranır.- Deməli, məsələyə son nöqtəni məhkəmə qoyur?- Bilirsiniz, bununla yanaşı, praktikada tez-tez uşağın doğum təvəllüdünün dəyişdirilməsi ilə bağlı suallar da ortaya çıxır. Qanunvericiliyə əsasən, uşağın doğum tarixinin dəyişdirilməsi yalnız texniki və ya faktiki səhv hallarında, yəni ilkin tibbi sənədlərlə doğum haqqında akt qeydi arasında uyğunsuzluq olduqda mümkündür. Sadəcə valideynin istəyi və ya subyektiv səbəblər doğum təvəllüdünün dəyişdirilməsi üçün hüquqi əsas hesab edilmir və bu məsələ, bir qayda olaraq, yalnız rəsmi sənədlər və ya məhkəmə qərarı əsasında həll olunur.- Soyadın dəyişdirlməsi də müxtəlif  prosedurlardan sonra mümkündür, yaxud könüllüdür?- Soyadın dəyişdirilməsinə gəldikdə isə qeyd olunmalıdır ki, soyadın dəyişdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mümkündür. Şəxsin, o cümlədən uşağın on səkkiz yaşına çatdıqdan sonra öz soyadını könüllü və şəxsi iradəsi əsasında dəyişdirmək hüququ vardır. Bu dəyişiklik qanunla müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq həyata keçirilir.Bu məsələdə praktikada tez-tez ortaya çıxan maraqlı suallardan biri də ondan ibarətdir ki, ata öz soyadını dəyişdikdə, övlad da mütləq şəkildə soyadını dəyişdirməlidirmi? Qanunvericiliyin mövqeyi bu baxımdan aydındır. Ata soyadını dəyişdirdikdə, uşağın soyadı avtomatik olaraq dəyişmir. Uşağın soyadının dəyişdirilməsi onun öz iradəsinə və maraqlarına uyğun olaraq həll edilir.- Hörmətli Vüqar müəllim , geniş izaha görə, təşəkkür edirik! Əntiqə Rəşid

Rəqsanə yenidən həbs ediləcək? — Səidə  Bəkirqızı məhkəməyə verir 

Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındakı qalmaqal səngimək bilmir. Səidə Bəkirqızı Rəqsanənin “body” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib. Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib, eyni zamanda Səidə Bəkirqızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib. Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini açıqlayıb.Oxu24.com xəbər verir  ki, bu barədə Demokrat.az aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.Aparıcı saytımıza açıqlamasında bildirib ki, artıq hüquqi addım başlayıb:“Məsələ ilə bağlı qalmaqal yaratmamışdım, sadəcə faktları ortaya qoymuşdum. Jurnalist mövqeyimi ifadə etmişdim və bunu edərkən heç kəsi təhqir etməmiş, nə atasını, nə anasını, nə də şəxsiyyətini alçaltmamışdım. Müxtəlif mövzularda dəfələrlə jurnalist mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Lakin o, məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm”. O deyib ki, bu gündən etibarən məhkəmə proseslərinə başlanılacaq:“Onunla yalnız hüquqi müstəvidə, Azərbaycan qanunlarına əsaslanaraq danışacağam. Sosial şəbəkələrdə ona heç bir cavab verməyəcəyəm. Ancaq haqqımda yayılan bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı yayılan əsassız iddialara görə o, qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd edim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq. Mən birmənalı şəkildə onun həbs olunmasını tələb edəcəyəm, çünki bu, açıq-aşkar böhtan və təhqir faktıdır”.

Boşanan şəxslər üçün VACİB XƏBƏR - Artıq məhkəməyə ehtiyac qalmayacaq!

2026-cı ilin başlanmasından sonra vətəndaşların məhkəmələrə ən çox ünvanladıqları müraciətlər aliment məbləğlərinin artırılması ilə bağlı olub.“Yeni Sabah” xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova məlumat verib. Onun sözlərinə görə, alimentin artırılıb-artırılmaması birbaşa olaraq məhkəmə qətnaməsinin hansı tarixdə çıxarılmasından asılıdır.Hüquqşünas bildirib ki, əgər məhkəmə qətnaməsi 2025-ci ildə alimentlərin indeksləşdirilməsi zamanı növbəti illərdə baş verəcək artımlar nəzərə alınmaqla çıxarılıbsa, bu halda aliment alan şəxsin əldə etdiyi məbləğdə avtomatik artım baş verəcək.Aysel Süleymanova qeyd edib ki, əvvəlki illərdə təyin olunan və 2025-ci ildə artırılmayan aliment məbləğləri üçün yenidən məhkəməyə müraciət olunması zəruridir. Onun sözlərinə görə, bir çox qətnamələrdə minimum əməkhaqqının artacağı təqdirdə alimentlərin də müvafiq olaraq artırılması nəzərdə tutulur. Lakin hazırda minimum əməkhaqqında artım baş vermədiyindən aliment məbləğləri olduğu kimi qalır.Hüquqşünasın sözlərinə görə, 2024-cü ilədək çıxarılmış məhkəmə qətnamələri olan vətəndaşlar alimentlərin indeksləşdirilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Bu halda əvvəlki dövrlər üzrə nəzərdə tutulan artımlar təmin ediləcək.Aysel Süleymanova əlavə edib ki, aliment məbləği bir dəfə indeksləşdirildikdən sonra növbəti illərdə minimum əməkhaqqı artdığı halda əlavə müraciətə ehtiyac qalmayacaq və aliment avtomatik şəkildə artırılacaq.

Bir adam rəsmi olaraq neçə yerdə İŞLƏYƏ BİLƏR?  —   AÇIQLAMA

Hər bir işçi əsas iş yerində olduğu kimi, əsas iş vaxtından əlavə və ya iş vaxtı müddətində də, işəgötürənin razılığı ilə əvəzçilik qaydasında işləyə bilər. Bu zaman həm əsas iş yerində, həm də digər iş yerində müqavilə bağlanaraq iş görülə bilər.Oxu24.com  xəbər verir  ki, əsas məsələ odur ki, şəxsin ikinci və ya üçüncü iş yerində əvəzçilik qaydasında işləməsi onun əsas iş yerindəki öhdəliklərinə mane olmamalıdır. İşçi əsas iş yerində əmək müqaviləsi üzrə öhdəliklərini pozarsa, əlavə işdə işləməsi mümkün olmayacaq.Bundan əlavə, iş vaxtının uçotu diqqətə alınmalıdır. Əgər əsas və əlavə iş yerlərində iş vaxtları və məzuniyyət günləri üst-üstə düşərsə, bu, həm işçinin, həm də işəgötürənin hüquqi problemlərlə üzləşməsinə səbəb ola bilər. Belə hallarda işəgötürən qanun çərçivəsində əmək müqaviləsini müəyyən əsaslarla xitam verə bilər.Hazırladı: JaləÜmumilikdə götürəndə, Azərbaycan əmək qanunvericiliyi və əmək müqaviləsi əvəzçilik qaydasında işləməyi qadağan etmir. İşçi həm iş vaxtı müddətində, həm də iş vaxtından sonra bir neçə iş yerində çalışa bilər. Əsas şərt odur ki, bu əlavə işlər əsas iş yerindəki öhdəliklərə təsir etməsin.

Ali Məhkəmədə ötən ilin yekunlarına həsr olunmuş iclas keçirilib 

Azərbaycan Ali Məhkəməsi Plenumunun ötən ilin yekunlarına dair iclası keçirilib.Oxu24.com  xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.Qeyd edilib ki, hesabat dövründə 44 üçulduzlu qərar, 1 yeni dördulduzlu qərar, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardad, 2 yeni Plenum qərarı qəbul edilib.Bir sıra Plenum qərarlarına mühüm dəyişikliklər edilib, 4 Plenum icraatı üzrə müvafiq qərarlar qəbul olunub. İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb.İclasda məlumat verilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması qarşıda duran hədəflərdəndir.Bildirilib ki, Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb. 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, 4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb.Baxılmış işlərdən 81,1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18,1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib. 2025-ci ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 5227 işdən 62.1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 43.4 faiz işə mahiyyəti üzrə baxılıb, 9,6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 3246 işdən 27,4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz qərar dəyişdirilib.Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub. Bildirilib ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8,3 faiz artıb.Apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb. Hesabatda instansiyalar üzrə yekunlaşmış işlərin sayının yüksək olduğu və orta yekunlaşma göstəricisinin 85 faiz təşkil etdiyi qeyd olunub. Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edildiyi bildirilib.Qeyd edilib ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının sabitlik göstəricisi kifayət qədər yüksəkdir. Bu nəticələrin təcrübənin vahidliyinin təmin olunması, instansiyalar arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması, eləcə də hakimlərin peşəkarlıq səviyyəsinin artması ilə bağlı olduğu vurğulanıb.Yekunda aşağı instansiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi cari vəziyyəti müzakirə edilib.Qeyd edilib ki, 2025-ci il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib. Daha sonra Ali Məhkəmə Aparatının 2025-ci il üzrə hesabatı dinlənilib. Qeyd edilib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və təşkilati təminatı üzrə ardıcıl tədbirlər görülüb.Diqqətə çatdırılıb ki, 2026-cı ildə əsas prioritetlər rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron sənəd dövriyyəsinə keçidin tam təmin edilməsi, fəaliyyətin təhlilinin və monitorinqlərin avtomatik aparılması, süni intellekt elementlərinin tətbiqi olacaqdır. Məruzələr ətrafında çıxış edənlər 2025-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.Plenumda, həmçinin "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun Qərar layihəsinin müzakirəsi aparılıb.Sonda Plenumda Ali Məhkəmənin 2026-cı ilə dair İş Planı təsdiq edilib.

Sürücülərin Nəzərinə: SMS Radardakı o bənd həyatınızı qaralda bilər! – Vəkildən   XƏBƏRDARLIQ  

“SMS Radar" proqramına gələn bildirişlər artıq sadəcə cərimə xəbərçisi deyil, sürücülük hüququnuzun itirilməsinə gedən yolun başlanğıcı ola bilər. Çox vaxt cəriməni ödəməklə hər şeyin bitdiyini düşünürük, lakin reallıq tam başqadır. Bəzən başqasının səhvi, bəzən isə sistem xətası ucbatından İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi bir "kabusa" çevrilir. Cəriməni ödəsəniz belə, proqramdan silinməyən o tənbeh qərarı avtomobilinizlə bağlı bütün əməliyyatları bloklayır və ən pisi  sürücülük vəsiqənizin məhdudlaşdırılması ilə nəticələnir. Bəs ödənilmiş cərimə niyə sistemdən silinmir? Etibarnamə ilə maşın sürənləri hansı təhlükə gözləyir? “Oxu24.com”a danışan vəkil Elvin Səfərov, minlərlə sürücünün çarəsiz qaldığı bu "hüquqi tələ"dən qurtulmağın yollarını açıqlayır. Əgər siz də 529.3 maddəsinin qurbanına çevrilmisinizsə, bu müsahibəni oxumadan sükan arxasına əyləşməyin!“Avtomobil idarə edən vətəndaşlarımızın əksəriyyətinin telefonunda “SMS Radar” proqramı yüklənib. Və həmin o proqram vasitəsilə onlara tətbiq olunan cərimələr, inzibati tənbehlərlə tanış olurlar. Bəzən olur ki, həmin cərimələrin ödənilməsi müddəti ya sizin, ya da başqasının ucbatından gecikdirilmiş olur. Yaxud da sonuncu etibarnamə kimin adındadırsa, həmin şəxsin adına əsassız cərimələr yazılır. Və beləliklə sizin o “SMS Radar” proqramında tanış olduğunuz İnzibati Xətalar Məcəlləsinin 529.3 bəndinə, əsasən, “İnzibati tənbeh edilmisiniz” məlumatı olur. Və bu həmin cərimələr ödənildikdən sonra belə həmin tənbehlər “SMS Radar” proqramından silinmir. Və siz avtomobilinizlə bağlı heç bir əməliyyat apara bilmirsiniz. Sizin ümumiyyətlə, nəticədə sizin sürücülük vəsiqənizin müəyyən müddətdə məhdudlaşdırılması ilə nəticələnir. Əgər yalnız İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsinin inzibati tənbeh tətbiq olunması barədə problemlə üzləşmisinizsə, müraciət edin kömək edək”. Çimnaz Telmanqızı

 Xəbəriniz olmadan borca görə maaşınız Kəsilir? – Vəkildən  AÇIQLAMA  

Bir çox bank müştəriləri elə hesab edirlər ki, banka olan borclarına görə yalnız məhkəmənin qəti qərarından sonra maaşlarından tutulma ola bilər. Lakin reallıq tam başqadır! Son zamanlar vətəndaşlar məhkəməyə çağırılmadıqları halda, iş yerlərinə gələn icra məktubları ilə şoka düşürlər. Heç bir məhkəmə prosesi olmadan maaşınızın bir hissəsindən necə məhrum ola bilərsiniz? Bankların istifadə etdiyi bu “gizli” hüquqi mexanizm nədir və ən əsası bu prosesi necə dayandırmaq olar? Tanınmış vəkil Elvin Səfərov  Oxu24.com-a müsahibəsində hər kəsin bilməli olduğu məqamlara aydınlıq gətirib.“Banka kredit borcunuz var və bank sizin borcunuzla bağlı məhkəməyə müraciət etməyib. Lakin iş yerinizə icra şöbəsindən məktub gəlib və sizin əməkhaqqınızdan hansısa bir faizdə, məbləğdə pul tutulması göstəriş kimi iş yerinizin mühasibatlığına gəlib. Bu nə ilə bağlıdır və bunun əsası nədən ibarətdir? Azərbaycanın qanunvericiliyi icazə verir ki, məhkəmə qərarı olmadan onu əvəz edən notariusun “icra qeydi” deyilən bir sənədlə icra qeydi çıxarılsın və bank bu zaman notariusa müraciət edir, həmin notariusun icra qeydi çıxır və həmin o qeydi birbaşa icra olunması üçün icra şöbəsinə gedir. İcra şöbəsi də sizin iş yerinizin mühasibatlığına göstəriş xarakterli müraciət edir. Həmin müraciət əsasında sizin əməkhaqqınızdan tutulur. Bildiyimiz kimi, Azərbaycan qanunvericiliyin görə məhkəmə qərar olmadan notariusun icra qeydi vasitəsilə banklar sizə qarşı öhdəliklərlə bağlı iddia qaldırır, ərizə verir və həmin ərizənin nəticəsində sizin əməkhaqqınızdan rəmi qaydada pul tutulur. Bunun qarşısını almaq mümkündürmü?Bəli mümkündür. Əgər belə bir halla rastlaşmısınızsa, yəni sizi məhkəməyə çağırmadan əməkhaqqınızda pul tutulursa, bu zaman müraciət edin”.Çimnaz Telmanqızı

DİQQƏT! Kreditə zamin duranlar üçün mühüm XƏBƏRDARLIQ: Geri dönüşü yoxdur!  

Azərbaycanda minlərlə vətəndaşı hüquqi çıxılmaz vəziyyətdə qoyan "zaminlikdən imtina" məsələsinə aydınlıq gətirildi. Vəkil Elvin Səfərov Oxu24.com-a açıqlamasında bu prosesin hüquqi tərəflərini izah edərək zamin duran şəxslər üçün ciddi xəbərdarlıqlar edib.“Siz bankla hər hansısa kreditə görə, yəni kiminsə kredit götürdüyü və o krediti ödəməyəcəyi təqdirdə zamin durursunuz. Yəni bank sizi təminat kimi götürür. Siz gələcəkdə gedib, istədiyiniz kimi banka deyə bilməzsiniz ki, mən zaminlikdən çıxıram və ya hər hansısa şərtlərlə məni zaminlikdən çıxarın. Bank yalnız təcrübə göstərir ki, sizdən daha effektiv bir şəxs zamin durarsa, yəni daha çox əməkhaqqı alan, daha çox təsir vasitələrinə məruz qala bilən şəxs zamin durarsa sizi zaminlikdən çıxara bilər. Bu, o deməkdir ki, sizin bankla bağladığınız zaminlik müqaviləsi sizin imzalı sənədinizdir və həmin zaminlik müqaviləsin,  əsasən, siz krediti alan borcları ödəmədiyi təqdirdə həmin borclara təminat kimi götürülmüsünüz. Başqa heç bir formada zaminlikdən çıxmaq mümkün deyil. Bunu qanun deyir”!Çimnaz Telmanqızı

Açıq ürək əməliyyatı keçirən şəxslərə pensiya düşürmü? — Hüquq NƏ DEYİR?

Son illər açıq ürək əməliyyatı keçirən vətəndaşların pensiya və əlillik statusu ilə bağlı sualları artmaqdadır. Xüsusilə 2022-ci ildən sonra əlilliyin təyin olunması meyarlarında edilən dəyişikliklər bir çox şəxsdə anlaşılmazlıq yaradıb. Bəs açıq ürək əməliyyatı keçirən şəxs pensiya ala bilərmi, onun əlillik statusu hansı hallarda saxlanılır və ya ləğv oluna bilər?Oxu24.com-un məlumatına görə bu məsələdə əsasən iki mühüm hüquqi məqam var və onlar birbaşa mövcud qanunvericiliklə tənzimlənir. Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar 2 iyul 2022-ci ildə qüvvəyə minib. Əgər vətəndaşa 2 iyul 2022-ci ilədək pensiya və ya əlillik təyin olunubsa və sonradan reabilitasiya adı altında yenidən qiymətləndirmə aparılıbsa, bu hal onun avtomatik sağlam hesab edilməsi demək deyil. Çünki ürək elə bir orqandır ki, onun tam reabilitasiya olunma ehtimalı tibbi baxımdan olduqca məhduddur. Qanunvericiliyə əsasən, 2022-ci ilə qədər pensiya alan vətəndaşlar yeni meyarlar tətbiq edilsə belə, sağlamlıq vəziyyəti dəyişməyibsə, əlil statusunu saxlaya bilərlər. Hazırda bu qiymətləndirmə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni qaydalar əsasında aparılır. Əgər vətəndaşın əlilliyi ləğv edilərsə, o, bu qərarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququna malikdir.Məhkəmə prosesi zamanı hakim tərəfindən müstəqil tibbi ekspertiza təyin edilə bilər. Bu zaman müvafiq ekspert qurumu — məsələn, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” vətəndaşın ürəyinin funksional vəziyyətini qiymətləndirir və rəsmi rəy təqdim edir.Həmin rəy əsasında vətəndaşın sağlamlıq durumuna uyğun olaraq əlillik dərəcəsi yenidən müəyyən edilməli və onun sosial təminat hüquqları təmin olunmalıdır.Qeyd edək ki, hər bir müraciət fərdi qaydada araşdırılır və vətəndaşların hüquqlarının qorunması üçün qanunvericilik müvafiq mexanizmlər nəzərdə tutur.Turan

Bələdiyyə üzvünün vəzifələri nələrdir?

Bələdiyyə üzvləri kimlərdir?Oxu24.com  xəbər  verir  ki, “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək, bələdiyyənin iclaslarında müzakirə üçün qərar layihələrini hazırlamaq, sorğu vermək və s. bələdiyyə üzvünün hüquqları kimi təsbit edilmişdir. Eyni zamanda bələdiyyə üzvlərinin 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməsi, daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verməsi kimi vəzifələrini qeyd etmək olar.Nigarxanım

Qəbir yerləri pulsuzdur?

Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.Oxu24.com  xəbər  verir  ki,qəbiristanlıqların salınması və idarə olunması qaydalarının 17.1.-ci bəndinə görə Qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.Nigarxanım

Şəxs vəfat etdikdə  onun vərəsələrinə keçən HÜQUQ HANSIDIR?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu  vəfat edən  şəxslə verilən bələdiyyə torpağının  sonrakı taleyi ilə bağlıdır.Bələdiyyədən torpaq icarəyə götürən şəxs vəfat edərsə bələdiyyə torpağı geri ala bilərmi?Xeyr. Bu halda icarə haqqı vəfat edən şəxsin vərəsələrinə keçir.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.12-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir.Hazırladı:Şahbaz

DİQQƏT! Bu şəxslərə Azərbaycanda ev tikmək üçün PULSUZ TORPAQ VERİLİR

Oxu24.com  oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  kimlərin bələdiyyədən yaşayış evinin tikintisi üçün pulsuz torpaq almaq hüququnun olması barədədir.Oxu24.com xatırladır ki,qazilərin, şəhid ailələrinin  və hərbi qulluqçuların belə  bir hüququ var.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdrılması qaydaları haqqında” Əsasnamənin 13-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.Hazırladı: Miri Məcidli

Bu halda aliment kəsilirmi? - Çoxlarını düşündürən SUALA CAVAB

Keçmiş arvadın yenidən ailə qurması alimentin dayandırılmasına səbəb deyil – qanun nə deyir?Uşaqların saxlanması ilə bağlı aliment məsələləri valideynlər arasında ən çox mübahisə doğuran mövzulardan biridir. Xüsusilə keçmiş həyat yoldaşının yenidən ailə qurması aliment ödənişinə təsir edib-etməyəcəyi barədə suallar ortaya çıxır.Oxu24.com xəbər verir ki, Azərbaycan Ailə Məcəlləsinin 75-ci maddəsi bu məsələyə aydınlıq gətirir: valideynlər övladlarını saxlamağa borcludur və uşaq üçün ödənilən aliment uşaqların yetkinlik yaşına çatmasına qədər təmin edilməlidir.Hüquqi baxımdan, əgər aliment anaya uşaqların saxlanması məqsədilə ödənilirsə və ana yenidən nikaha daxil olsa belə, alimentin ödənilməsi dayandırılmır. Yəni keçmiş arvadın şəxsi həyatında dəyişiklik, uşaqların saxlanmasına ayrılmış maliyyə dəstəyinə təsir etmir.Alimentin ödənilməsinin dayandırılması yalnız uşaq övladlığa götürülmüş halda mümkündür. Bu halda aliment hüquqi əsaslarla xitam verilə bilər.Ekspertlər bildirirlər ki, bu norma uşaqların maraqlarını qorumaq məqsədilə nəzərdə tutulub və valideynlər uşaqların həyat şəraitini təmin etməyə davam etməlidirlər. Beləliklə, uşaqların yetkinlik yaşına çatana qədər aliment ödənməsi davam edir, keçmiş arvadın şəxsi həyatındakı dəyişikliklər bu hüquqa təsir etmir. Turan Etibaroğlu

Əsgərliyə çağırılanlara VACİB XƏBƏR

Rəsmi işiniz olsa belə, əsgərliyə çağırıldıqda hüquqlarınız qorunur – qanun nə deyir?Hər il minlərlə gənc rəsmi iş yerlərində çalışarkən müddətli həqiqi hərbi xidmətə çağırılır. Bu zaman işçilərin əmək hüquqlarının necə qorunacağı ilə bağlı suallar ortaya çıxır. Azərbaycan qanunvericiliyi bu məsələyə aydınlıq gətirir.Oxu24.com-un məlumatına görə, Əmək Məcəlləsi və digər normativ hüquqi aktlara əsasən, rəsmi iş yeri olan şəxslər hərbi xidmətə çağırıldıqda iş yerini və vəzifəsini qorumaq hüququna malikdirlər. Belə ki: Müddətli həqiqi hərbi xidmət başa çatdıqdan sonra işçi 60 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə geri qayıtmaq hüququna malikdir.İşçinin hərbi xidmət zamanı müəssisədə iş yeri və vəzifəsi mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq saxlanılır. Yeganə istisna müəssisənin ləğvi hallarıdır.Əgər hərbi xidmətə çağırılma səbəbi ilə əmək müqaviləsinə xitam verilərsə, işçiyə orta əmək haqqının ən azı 2 misli miqdarında müavinət ödənilməlidir.Ekspertlərin fikrincə, bu hüquqlar gənclərin həm vətənə xidmət etməsini, həm də peşəkar fəaliyyətini qorumaq üçün nəzərdə tutulub. Hüquqi mexanizm işçinin təhlükəsizliyini təmin edir və iş yerlərində diskriminasiyanın qarşısını alır.Beləliklə, rəsmi işəgötürənlər hərbi xidmətə çağırılan işçilərin hüquqlarına riayət etməli, işçilər isə qanunla tanınan hüquqlarını bilməli və lazım gəldikdə müdafiə etməlidirlər.Hazırladı: Turan Etibaroğlu

Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer necə müəyyən edilir?

Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer  necə müəyyən edilir? Oxu24.com  xəbər  verir   ki,Mülki Məcəlləyə  əsasən,xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.Hazırladı: Nigar 

Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri nələrdir?

Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri  hansılardır? Oxu24.com xəbər verir  ki,Mülki Məcəllənin  1142-ci maddəsinə görə,əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.Hazırladı: Jalə

Bu halda valideynlər vərəsə OLA BİLMƏZLƏR  - QANUN 

Vərəsə ola bilməyən valideynlər nə deməkdir? Oxu24.com xəbər verir  ki,bu barədə  Mülki Məcəllədə  bəhs  olunur.Məcəllənin   1138-ci maddəsinə  görə,valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.Hazırladı: Miri Məcidli

Girov qoyulmuş əşyanın  itirilməsi zamanı hansı addım atılır?  - HÜQUQ

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə  təqdim  edəcəyimiz  mövzu  girov qoyulmuş əşyanın məhv olmasının, itirilməsinin və ya zədələnməsinin nəticələri  ilə bağlıdır. Bu barədə  Mülki  Məcəllənin  285-ci maddəsində  bəhs olunur.285.1. Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür.285.2. Girov saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv olması, itirilməsi və ya zədələnməsi üçün, məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə, məsuliyyət daşıyır.285.3. Girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi dəyəri məbləğində, zədələnməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır.285.4. Əgər zədələnmə nəticəsində girov predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişmişsə, girov qoyan ondan imtina edə bilər və onun itirilməsi üçün əvəz tələb edə bilər. Müqavilədə girov saxlayanın girov qoyana girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən digər zərərin əvəzini də ödəmək vəzifəsi nəzərdə tutula bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər. Hazırladı: Jalə

Hüquqi maarifləndirmə: mirasdan imtina edən şəxs onu geri tələb edə bilərmi?

Miras payından imtina edən vərəsə yenidən pay tələb edə bilərmi?Miras payından imtina etmiş şəxsin sonradan həmin payı yenidən tələb etməsi qanunvericiliyə əsasən mümkün deyil.Oxu24.com məlumat verir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən 3 ay müddətində mirası qəbul etməkdən imtina edə bilər. Üzrlü səbəblər olduqda bu müddət məhkəmə tərəfindən 2 aydan artıq olmamaq şərti ilə uzadıla bilər. Mirasdan imtina mütləq qaydada notariat orqanında rəsmiləşdirilməlidir.Məcəllənin 1257-ci maddəsində isə bildirilir ki, mirasın qismən qəbuluna və ya qismən imtinasına yol verilmir. Vərəsənin mirasın yalnız bir hissəsindən imtina etməsi və ya hər hansı şərt qoyması, onun tam şəkildə mirasdan imtina etməsi kimi qiymətləndirilir.Bundan əlavə, 1268.1-ci maddəyə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə verdiyi ərizəni sonradan geri götürə bilməz. Yalnız fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinasına məhkəmənin icazəsi ilə yol verilir.Beləliklə, qanunvericilik mirasdan könüllü imtina etmiş şəxsin sonradan bu qərarı dəyişərək miras payını yenidən tələb etməsinə imkan vermir.Miri Məcidli

Bu halda 140 manatı almalısınız  – HÜQUQŞÜNASDAN Açıqlama  

Ailə başçısını itirməyə görə təyin olunan müavinət uşaq övladlığa verildikdən sonra da dayandırılmır.Bu barədə  Oxu24.com-a  hüquqşünas Aqşin İsgəndərov açıqlama verib. Onun sözlərinə görə, əgər uşaq övladlığa verilənədək ailə başçısını itirməyə görə dövlət müavinəti alırsa, övladlığa götürüldükdən sonra da həmin müavinət eyni qaydada davam etdirilir.Hüquqşünas bildirib ki, məsələn, 12 yaşlı uşaq atasını itirdiyinə görə müavinət alırsa, o, övladlığa götürüldükdən sonra da bu hüququnu itirmir və müavinət ödənişi davam edir.Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin 18 yaşına çatmamış övladlarına verilir. Əyani təhsil alan şəxslər üçün bu müddət təhsil bitənədək, lakin 23 yaşdan çox olmamaqla uzadılır. Həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş və 18 yaşdan yuxarı əlilliyi olan övladlara müavinət əlillik müddətində təyin olunur.Bundan əlavə, vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən valideynlərdən, eləcə də qardaş, bacı, baba və nənələrdən birinə uşağın 8 yaşı tamam olanadək müavinət verilir.Ailə başçısını itirməyə görə dövlət müavinətinin məbləği hazırda 140 manat təşkil edir.Hazırladı: Turan Etibaroğlu

Nəzrinin ailəsi həkimdən Ali Məhkəməyə  şikayət edəcək

Xəbər verdiyimiz kimi, Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Məhkəmədə Sənan Mehdiyevin Amnistiya aktı şamil oldunduğu bildirilib. Sənan Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. Mərhum  Nəzrin Mansurovanın atası Aydın Abışzadə məsələ ilə bağlı Oxu24.com-a  danışıb. O, bildirib ki, biz Sənan həkimlə bağlı Ali Məhkəməyə  kassasiya şikayəti verəcəklər. Xatırladaq ki, 2025-ci ilin yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanmışdı.Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdi.Əntiqə Rəşid

Sürücülərin DİQQƏTİNƏ!Avtomobildə bunu saxlayın,əks halda cəriməsi var

Avtomobillərdə dərman qutusu, qəza üçbucağı və yanğınsöndürənin olmamasına görə cərimə tətbiq edilib-edilməməsi sürücülər arasında tez-tez müzakirə olunur.Maraqlıdır, bu ləvazimatlar olmadıqda cərimə yazıla bilərmi?Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov bildirib ki, bu vasitələrin olmaması birbaşa yol-nəqliyyat pozuntusu kimi qeydə alınmır: “Dərman qutusu, qəza üçbucağı və yanğınsöndürən avtomobilin texniki baxışdan keçirilməsi üçün vacib tələblərdir. Bu ləvazimatlar olmadıqda nəqliyyat vasitəsi texniki baxışdan buraxılmır və yalnız tam təmin edildikdən sonra baxışdan keçmək mümkün olur”.Hüquqşünas qeyd edib ki, yanğınsöndürən və qəza üçbucağının avtomobildə olmamasına görə inzibati cərimə nəzərdə tutulmayıb.“Lakin dərman qutusunun olmaması inzibati məsuliyyət yaradır və bu hal üçün 10 manat məbləğində cərimə tətbiq edilir”.Beləliklə, sürücülərə tövsiyə olunur ki, həm texniki baxışdan problemsiz keçmək, həm də cərimə riskindən yayınmaq üçün avtomobildə zəruri təhlükəsizlik vasitələrinin olmasına diqqət yetirsinlər./konkret.az

Cinayət barəsində xəbər verməmə hansı məsuliyyət yaradır?

Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə  hansı məsuliyyətə səbəb olub.Oxu24.com  xəbər verir  ki,bu barədə Cinayət  Məcəlləsində  əks olunub.Cinayət Məcəlləsinin   307-ci maddəsinə  görə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə —min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz.Nigarxanım

Tibbi xarakterli məcburi tədbirlər nə zaman tətbiq olunur?

Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi nədir?Oxu24.com  xəbər  verir   ki,bu barədə  Cinayət  Məcəlləsində bəhs olunur.Məcəllənin  94-cü maddəsində bu haqda bəhs olunur. Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.  Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri  hansılardır? 95.0. Məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.Nigarxanım

Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi necə baş tutur?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi ilə bağlıdır. Bu barədə  Cinayət Məcəlləsinin  90-cı maddəsində  əks olunub.90.0. İslah işlərinə, azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar: 90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.Jalə

Dekan vəkil oldu

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olunub.Oxu24.com xəbər verir  ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında məlumat verilib.İclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.Qeyd edək ki, Ə.Əliyevlə yanaşı, BDU-nun professorları, kafedra müdirləri Kamil Səlimov və Şəhla Səmədova vəkilliyə qəbul olunub.

İşdən çıxarılan şəxslərin DİQQƏTİNƏ: Hansı ödənişləri və güzəştləri tələb edə bilərsiniz?

Azərbaycanda işçilərin sayının azaldılması və ya ştatların ixtisarı zamanı vətəndaşların hüquqları Əmək Məcəlləsinin 77-ci maddəsi ilə qorunur. Bir çox hallarda işçilər öz hüquqlarını bilmədiyi üçün qanunla onlara düşən ödənişlərdən məhrum olurlar.Oxu24.com xəbər verir ki, qüvvədə olan qanunvericiliyə əsasən, işəgötürən və işçi arasındakı münasibətlərdə bu mühüm təminatlar nəzərdə tutulub:-2 ay əvvəl xəbərdarlıq və "iş axtarma günü"İşəgötürən ştat ixtisarı zamanı işçini ən azı iki ay əvvəl rəsmi şəkildə xəbərdar etməlidir. Maraqlı məqam budur ki, həmin iki aylıq xəbərdarlıq müddəti ərzində işçiyə yeni iş tapmaq üçün hər həftə azı bir iş günü icazə verilməlidir və həmin gün üçün əməkhaqqı tam ödənilməlidir.Hansı ödənişlər verilməlidir?Məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə işdən çıxarılanlara aşağıdakılar ödənilir:1)Orta əməkhaqqından az olmamaqla işdənçıxarma müavinəti2)İşdən çıxdığı gündən yeni işə düzələnədək, ikinci və üçüncü aylar üçün də orta əməkhaqqı (müvafiq arayışlar əsasında).2 aylıq maaşı birdəfəyə alıb çıxmaq olar?İşçinin razılığı olduğu halda, işəgötürən 2 aylıq xəbərdarlıq müddətini gözləmədən, həmin müddətin əvəzinə iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müqaviləyə xitam verə bilər.Vəfat halında və digər xüsusi hallarda ödənişlərQanunvericilik həmçinin işçinin vəfatı ilə bağlı maraqlı bəndi də özündə əks etdirir. Belə ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının üç misli miqdarında müavinət ödənilir.Əsgərliyə gedənlərin iş yeri saxlanılırmı?Müəssisənin ləğvi istisna olmaqla, hərbi xidmətə çağırılan işçilərin iş yeri və vəzifəsi saxlanılır. Onlar tərxis olunduqdan sonra 60 təqvim günü ərzində həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə qayıtmaq hüququna malikdirlər.Oxu24.com xatırladır ki, valideynlərini itirmiş və kimsəsiz uşaqlar üçün əlavə güzəştlər də mövcuddur. İşəgötürənlər belə şəxsləri ixtisar etdikdə onların yeni peşə hazırlığına cəlb olunmasını təmin etməlidirlər.Çimnaz Telmanqızı

Ruslan Eyyubovun vəkili kimdir?  —   ÖZƏL  

Xəbər verdiyimiz  kimi,dekabrın 22-də 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmə qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.Oxu24.com-un əldə etdiyi məlumata görə,Ruslan Eyyubovun hüquqlarını vəkil  Tural Şahbazov müdafiə edir.O,Güvən Vəkil Bürosunda fəaliyyət göstərir. Alman, İngilis, Rus, Türk dillərini bilir.Maraqlı məqamlardan biri də vəkilin fəaliyyət göstərdiyi mərkəz "World Business Centre"də yerləşir.Sözügedən mərkəz Ruslan Eyyubova məxsusdur.Oxu24.com bundan öncə Ruslan Eyyubovun əmlakı barədə məlumat yaymışdı.Miri Məcidli

Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib 

2025-ci il dekabrın 27-də “Hilton” mehmanxanasında 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilib.Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Mərasimdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Kollegiyanın rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər və xatirə şəkli çəkdiriblər.Daha sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.Açılış nitqi ilə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə yeni qəbul olunmuş namizədləri təbrik edib, onların peşə yolunda uğurlar qazanacaqlarına əminliyini ifadə edib. Vəkillik fəaliyyətinin yüksək peşəkarlıq, etik prinsiplər və böyük məsuliyyət tələb etdiyini vurğulayan Ağsaqqallar Şurasının sədri gənc vəkillərə insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, bilik və bacarıqlarını daim təkmilləşdirməyi, eləcə də vəkillik institutunun nüfuzunun daha da artırılması istiqamətində səylə çalışmağı tövsiyə edib.Mərasimdə Baş prokuror Kamran Əliyev çıxış edərək xüsusilə vəkil korpusunu peşə bayramı münasibətilə təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıb, prokurorluq və vəkillik institutunun bir-birinə çox yaxın institutlar olduğunu vurğulayıb. Baş prokuror deyib ki, vəkillik cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətin inkişafından və onun mövcudluğundan danışarkən vəkillik institutunu ondan ayrı, izolyasiya olunmuş şəraitdə baxıb, onun rolunu cəmiyyətdə ədalət mühakimə sistemindən ayrıca təhlil edə bilmərik.  Kamran Əliyevin sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vəkillik institutunun dinamikasında, inkişafında, ədalət mühakimə sistemində rolu tamamilə müsbətə doğru dəyişib, daha aktiv olub. Baş prokuror son zamanlar vəkillik institutunun nə qədər inkişaf etdiyinin və cəmiyyətdə aktiv olduğunun şahidi olduğunu diqqətə çatdırıb. Vəkillik institutuna maraq artıb. Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıqlarından istifadə etməlidir. Məqsədimiz vətəndaşların hüquqlarını qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq, mühakimə sisteminin ədalətli aparılmasını təmin etməkdən ibarətdir. Vəkillər və istintaqçılar arasında sağlam əməkdaşlıq olanda bu, ancaq işin xeyrinə olur. Bu, son nəticədə ədalətli qərar qəbul olunmasına gətirib çıxarır.Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov isə çıxışında qeyd edib ki, vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Sədr bildirib ki, ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.İnam Kərimov nəzərə çatdırıb ki, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunması məhkəmə-vəkil əməkdaşlığının institusional əsaslara malik olduğunu bir daha nümayiş etdirir. Vəkillər tərəfindən qaldırılan məsələlər daim diqqətdə saxlanılır və onların həlli istiqamətində müvafiq tədbirlər görülür. Bu mənada Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərimiz xüsusi qeyd edilməlidir. Bu platforma məhkəmə və hüquq sisteminin bütün maraqlı tərəfləri - məhkəmə hakimiyyəti, vəkillər, hüquqşünaslar və vətəndaş cəmiyyəti ilə davamlı müzakirələr təşkil etməyə xidmət edir.Sədr bildirib ki, hazırda fəaliyyət göstərən hakimlərin bəziləri əvvəllər Vəkillər Kollegiyasının üzvü olublar. Eyni zamanda təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərin də vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir. Bütün bu hallar məhkəmə hakimiyyəti ilə vəkillik institutu arasında formalaşmış əməkdaşlığın hüquqi dövlətin möhkəmləndirilməsində və ədalətli məhkəmə təminatının reallaşdırılmasında mühüm rol oynadığının bariz nümunəsidir.Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək söyləyib ki, vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan qarşısında cavabdeh olmaq və hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir. O vurğulayıb ki, vəkil cəmiyyətlə dövlət arasında və fərdlə ədalət mühakiməsi sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlərdən asılıdır.Sektor müdiri qeyd edib ki, Azərbaycanda vəkillik uzun və zəngin inkişaf yolu keçib, dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını və möhkəmlənməsini zəruri etmişdir. Vəkilliyin müstəqil təsisat kimi yaradılması bilavasitə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyəti dövründə qəbul edilmiş 1999-cu ilin 18 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan bir institut kimi formalaşmışdır.Həsən Bağırovun sözlərinə görə, hazırkı dövrdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illər vəkillik sahəsində həyata keçirilən norma yaradıcı, institusional fəaliyyət nəticəsində vəkillərin sayı bir neçə dəfə artıb, onların peşə hazırlığı gücləndirilib, regionlarda hüquqi yardıma əlçatanlılıq genişləndirilib, gənc hüquqşünasların vəkilliyə qəbul olunması istiqamətində müvafiq tədbirlər görülüb.Daha sonra, Kollegiyanın sədri Anar Bağırov çıxış edərək qonaqları salamlayıb, qarşıdan gələn 28 dekabr – Vəkil Günü peşə bayramı, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün iştirakçıları səmimi qəlbdən təbrik edib, onlara uğurlar və xoş arzularını çatdırıb.Kollegiyanın son 8 il ərzindəki fəaliyyətinə nəzər salan sədr ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna toxunub, son illərdə bu sahədə həyata keçirilən ardıcıl və sistemli islahatlardan bəhs edib. Anar Bağırov vəkillərin sayında əhəmiyyətli artımın baş verdiyini, peşəkar hazırlıq səviyyəsinin yüksəldildiyini, davamlı tədris mexanizmlərinin formalaşdırıldığını və müasir tələblərə uyğun təkmilləşdirildiyini söyləyib.Eyni zamanda sədr Ulu Öndər Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun Azərbaycan vəkilliyinin müstəqil hüquqi institut kimi formalaşmasında əsaslı dönüş nöqtəsi olduğunu vurğulayıb. Həmin qanunvericilik bazası ilə ölkə tarixində ilk dəfə vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan, çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə təsisatına çevrilib.Anar Bağırov Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatlara zəmin yaratdığını bildirib. Qeyd olunub ki, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək ölkədə hüquq sisteminin təkmilləşdirilməsinə, vəkillik institutunun gücləndirilməsinə və müdafiə hüququnun daha effektiv təmin olunmasına xidmət edir. Eyni zamanda Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə28 dekabrın Vəkil Günü kimi təsbit edilməsi isə ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə və onların ədalətin təmin olunmasında oynadığı rola verilən yüksək qiymətin təzahürüdür.Sədr vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilərək ölkənin hüquqi dövlət quruculuğunda yeni mərhələyə yüksəlib.Həmçinin sədr çıxışında Baş Prokurorluq və Ali Məhkəmədə son illər həyata keçirilən mühüm islahatlardan bəhs edib. Bu islahatların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, hüquqların müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Sədr VK-nın hər iki qurumla səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq bu əməkdaşlığın hüquq sisteminin inkişafına xidmət etdiyini qeyd edib.Anar Bağırov çıxışının davamında bildirib ki, 2018-ci ildən bu günədək vəkilliyə qəbul məqsədilə ümumilikdə 16 test imtahanı təşkil olunub. Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib Kollegiyanın üzvü olub. Tədbir çərçivəsində isə daha 60 namizəd təntənəli andiçmə mərasimində iştirak edərək Kollegiyanın sıralarına qəbul edilib. Bununla da ölkə üzrə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 836 nəfərə çatıb. Yeni qəbul olunan vəkillərdən 32-si kişi, 28-i qadındır. Onlardan 3 nəfər regionlarda, 57 nəfər isə Bakı şəhərində fəaliyyət göstərəcək. Sədr qeyd edib ki, qadın vəkillərin sayında da artım müşahidə olunur. Belə ki, hazırda qadın vəkillərin ümumi üzvlər arasındakı payı 22 faizə yüksəlib və onların sayı 633 nəfərə çatıb.Tədbirdə elan edilib ki, Rəyasət Heyətinin qərarına əsasən VK ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin “Vəkilliyin dostu” mükafatıyla, Kaman Əliyev isə Kollegiyanın “Fəxri vəkili” adı ilə təltif olunub. Eyni zamanda Baş prokurora rəmzi vəkil mantiyası təqdim edilib.Mərasim çərçivəsində vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan və şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra edəcəklərinədair öhdəlik götürüblər.Tədbir zamanı yeni qəbul olunan vəkillərə vəkil vəsiqələri təqdim edilib.Çıxış edən vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK-nın Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.Həmçinin mərasimdə 2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırılıb. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi “İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq oğlu isə “İlin təlimçi vəkili” elan olunub.Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.

Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq

Gələn il "Vəkil evi" - Vəkillər Kollegiyasının yeni inzibati binasının açılışı olacaq.Oxu24.com  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, VK-nın vəsaiti ilə "Vəkil evi"ndə tikinti və əsaslı təmir işləri davam etdirilir:"Ən müasir tələblərə uyğun inşa olunan bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".VK sədri həmçinin bildirib ki, Azərbaycan vəkilləri bu gün çox uğurla fəaliyyət göstərirlər:"Növbəti illər üçün təlimlərin sayının artırılmasını və vəkillərin fəaliyyətinin inkişafına hədəflənmişik. Azərbaycanda vəkillərin sayı hər il artır. Növbəti ildə bu sayın 3 mini keçəcəyi gözlənilir. Gələcək illərdə isə bu rəqəm daha da artacaq".

Məhbuslara  əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?  

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?Oxu24.com  xəbər  verir   ki, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin müraciətlərinə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq baxılır. Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə məlumatlar həmin şəxslərin cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən Fonda ötürülür və həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir:-məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix;-cəzaçəkmə müddəti;-cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix;-cəza çəkilmə yeri;-məhkumun şəxsi hesabının nömrəsi;-məhkumun yerdəyişmələri haqqında məlumat.Onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri tərəfindən də müraciət edilə bilər.Nigarxanım

Nikahdankənar uşaq vərəsə ola bilərmi?  —   AÇIQLAMA 

Oxu24.com oxuculara  hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu vərəsəlik hüququ ilə bağlıdır.Nikahdankənar uşaqlar vərəsə hesab edilirmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,Qanunvericiliyə əsasən,nikahdankənar uşaqlar birbaşa vərəsə hesab edilir."Uşğın vərəsə hesab edilməsi üçün ata ilə ananın nikahda olub-olmasının heç bir əhəmiyyəti yoxdur",-deyə hüquqşünas bildirib.Miri Məcidli

İşim yoxdur,aliment ödəməyə bilərəm?    —   Suala CAVAB 

İşi olmayan şəxs aliment ödəməli deyil?Bu barədə oxu24.com-a oxucu tərəfindən sual ünvanlanıb.Mövzu ilə bağlı danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,iş oldu,olmadı aliment ödənilməlidir.Qanunda belə bir maddə nəzərdə tutulmayıb."Aliment uşaqlar üçün nəzərdə tutulmuş ödənişdir.Həmin ödənişin ödənilməsi məcburidir",-deyə hüquqşünas bildirib.Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2025-ci ildə alimentin minumum məbləğinin 246 manat təyin edilib.Miri Məcidli

Ali Məhkəmədə mühüm MÜZAKİRƏ

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.Məhkəmədən Oxu24.com-a  verilən xəbərə görə, iclasda "Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.Sonra "Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il tarixli 16 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsi müzakirə edilib və qəbul olunub."Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsinin müzakirəsi aparılıb.İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" Plenumun Qərar layihəsi də qəbul edilib.Eyni zamanda 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Sumqayıt Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Bunu edənləri  500 manat cərimə gözləyir

Sərbəst zonada tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulması hansı məsuliyyətə səbəb olur?Oxu24.com xəbər verir  ki,bu barədə İnzibati Xətalar Məcəlləsində bəhs olunur. Məcəllənin   498-ci maddəsinə əsasən,sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.Nigar

 Mübahisələrə işçinin iş vaxtından kənar vaxtlarda baxılmalıdır   - MƏCƏLLƏ

 Fərdi əmək mübahisələrinə baxılması vaxtı necə müəyyən edilir?Oxu24.com   xəbər  verir   ki,bu  barədə  Əmək Məcəlləsində  bəhs  olunur.Məcəllənin   293-cü maddəsinə  əsasən,  fərdi əmək mübahisələrinə baxılması vaxtı  aşağıdakılar  kimi  müğəyyən edilir: 1. Fərdi əmək mübahisələrinə, zəruri hallarda, işçinin iş vaxtından kənar vaxtlarda baxılmalıdır.2. Əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda həm əsas, həm də əlavə iş yerində onun orta əmək haqqı saxlanılır. Nigarxanım

Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər KİMLƏRDİR?

Bildiyimiz kimi,Azərbaycan Respublikasında işləyən şəxslərin ımık münasibətləri Əmək Məcəlləsi ilə müəyyən edilir.Bəs, bu Məcəllənin şamil edilmədiyi şəxslər kimlərdir? Oxu24.com bildirir   ki,aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir:a) hərbi qulluqçulara; KMQ12b) məhkəmə hakimlərinə;c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.Hazırladı: Şahbaz

Nikaha girmək neçəyədir?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  nikahın bağlanması zamanı tələb olunan rüsumla bağlıdır.Nikah bağlanması neçəyədir?Hazırki qanuna əsasən,nikahın  bağlanmasının  dövlət rüsumu  10 manatdır.Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.Nikahın bağlanma qaydası Ailə Məcəlləsinə uyğun olaraq həyata keçirilir.Jalə

Dövlət sirrini mühafizə orqanları hansılardır?  

Dövlət sirrini mühafizə orqanları hansılardır?Oxu24.com  xəbər verir  ki,bu barədə Dövlət Sirri Haqqında Qanunun 20-ci maddəsində bəhs  olunur.20.1.       Dövlət sirrini mühafizə orqanlarına aşağıdakılar aiddir:20.1.1.   müvafiq mərkəzi icra hakimiyyəti orqanları;20.1.2.   dövlət hakimiyyəti orqanları, müəssisə, idarə, təşkilatlar və onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri.20.2.   Bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan orqanlar və onların yerlərdəki orqanları dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara həvalə olunmuş funksiyalara müvafiq surətdə təşkil və təmin edirlər.20.3.   Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili üçün məsuliyyət onların rəhbərlərinin üzərinə qoyulur.20.4.   Dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərin həcmindən asılı olaraq dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi sənədlərə uyğun olaraq dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri yaradır və görülən işlərin xüsusiyyətlərini nəzərə almaqla onların funksiyalarını müəyyənləşdirirlər.20.5.   Dövlət sirrinin mühafizəsi dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların əsas fəaliyyət istiqamətlərindən biridir.Nigarxanım

Məlumatın Dövlət sirri olması necə müəyyən edilir? - AÇIQLAMA 

Oxu24.com oxuculara hüquqi maarifləndirmə layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu   məlumatların dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri ilə bağlıdır.Dövlət Sirri Haqqında Qanunun  6-cı maddəsində   Mməlumatların dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri açıqlanır.Həmin prinsiplər aşağıdakılardır:Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi - dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu Qanunla nəzərdə tutulmuş qaydada məhdudiyyətlərin qoyulmasıdır.6.2.   Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi qanunilik, əsaslılıq və vaxtında həyata keçirilməsi prinsipləri ilə tənzimlənir.6.3.   Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi - dövlət sirrinə aid edilən və məxfiləşdirilən məlumatların bu Qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiqliyidir.6.4.   Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin əsaslılığı - dövlətin, cəmiyyətin və vətəndaşların həyati maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsidir.6.5.   Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi - bu məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə edildiyi (hazırlandığı) andan məhdudiyyət qoyulmasıdır.6.6.   Məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanın müəyyən edir.Hazırladı: Nigarxanım 

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsində xidmətə kimlər qəbul olunurlar?  

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsində xidmətə kimlər qəbul olunurlar?Oxu24.com  xəbər verir   ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsilli şəxslər müsabiqə yolu ilə qəbul edilirlər. Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqənin elan olunması barədə məlumat verilərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və müsabiqənin şərtlərinə uyğun gələn şəxslər müraciət edə bilərlər. Daxili işlər orqanlarında xidmətə qəbul qaydaları və elan edilən müsabiqələr haqqında geniş məlumat Daxili İşlər Nazirliyinin /www.mia.gov.az/ internet səhifəsində yerləşdirilmişdir.Hazırladı: Nigarxanım

Ölkədən çıxışınıza stop qoyulmasını belə öyrənə bilərsiniz

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  ölkədən çıxışa qoyulan stopla bağlıdır.Sual:Ölkədən çıxışıma stop qoyulub. Ədliyyə orqanlarında heç bir borcum yoxdur. Stopun kim tərəfindən və nə səbəbə qoyulduğunu necə öyrənə bilərəm?Cavab:Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmış axtarışda olan mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər (borclular) barədə məlumatı www.mia.gov.az saytından əldə edə bilərsiniz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsində göstərilmiş hallara əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın alınması ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.Nigarxanım

Kreditə görə 5 ilədək həbs oluna bilərsiniz - BU HALDA 

Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə hansı məsuliyyətə səbəb olur? Oxu24.com xəbər verir  ki,bununla bağlı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub.Məcəllənin  195.1. maddəsinə əsasən,təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Miri Məcidli

Yalançı sahibkarları neçə il həbs gözləyir?

Yalançı sahibkarlıq nədir və hansı cəza nəzərdə tutulur?Oxu24.com xəbər verir  ki, Cinayət Məcəlləsinin 193-cü maddəsinə görə,yalançı sahibkarlıqla  məşğul olmaya görə,ağır cəzalar nəzərdə tutulur.Belə ki,193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.193.2. Eyni əməllər:193.2.1. külli miqdarda ziyan vurduqda;193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.193.3. Bu Məcəllənin 193.1 və 193.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 193.3.1. xüsusilə külli miqdarda ziyan vurduqda;193.3.2. xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Nigarxanım

Əşyalarla bağlı bu müddət iki ildir - QANUN 

Mağazadan aldığımız əşya normal işləmirsə,onu hansı müddətdə və şərtlərlə geri qaytara bilərik?Oxu24.com xəbər verir  ki,bu barədə Mülki Məcəllədə maddə var.Məcəllənin 589.2-ci maddəsinə əsasən,əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməmişdirsə,alıcı  əşyanı aldığı gündən iki il ərzində həmin əşyanın qüsurları ilə bağlı tələb irəli sürə bilər.Hazərıadı: Nigarxanım

Təhlükədə qoyma hansı məsuliyyətə səbəb olur?  

Təhlükədə qoyma  hansı  məsuliyyətə səbəb olur?Oxu24.com  xəbər  verir   ki, bu barədə Cinayət Məcəlləsinin  143-cü maddəsində  bəhs olunur. Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırHazırladı: Miri Məcidli

Azərbaycanda bir vəkil kollegiyadan xaric edilib, üçünə xəbərdarlıq olunub

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə  Oxu24.com-a  Kollegiyadan məlumat verilib.Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.Sonra iclasın gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, eləcə də iki vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.Eyni zamanda iclasda "Tağızadə və partnyorları" Vəkil Bürosunun təsis olunması ilə bağlı müraciətə baxılıb və müsbət qərar çıxarılıb.Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 60 vəkilliyə namizədin Kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, sözügedən namizədlərin təntənəli andiçmə mərasiminin dekabrın 27-də keçirilməsi nəzərdə tutulur.İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkil xaric edilib, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

Bu məlumatlar Dövlət sirri sayılır: yayılması qadağandır  - SİYAHI 

Azərbaycanda bir sıra məlumatlar var ki,onlar Dövlət sirri təşkil edir.Bu məlumatların yayılması məsuliyyətə səbəb olur.Oxu24.com bu dəfə Dövlət sirri təşkil edən məlumatlar barədə araşdırma aparıb.Məlumat üşün qeyd edək ki,Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu var.Həmin Qanuna əsasən,Dövlət sirri təşkil edən məlumatların siyahısı aşağıdakı kimidir: 5.1. Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;5.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;5.1.3. silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;5.1.4. milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;5.1.5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;5.1.6. Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.5.2. İqtisadi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:5.2.1. Azərbaycan Respublikasının və onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnikanın istehsalı və təmiri üzrə sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən xammal və materialların strateji növlərinin göndərilməsi həcmi, ehtiyatları, həmçinin ehtiyatlarının yerləşdirilməsi, faktik həcmi və istifadəsi haqqında5.2.2. Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədilə onun infrastrukturundan istifadə olunması haqqında;5.2.3. mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, dövlətin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan nəqliyyat və rabitənin fəaliyyəti haqqında;5.2.4. dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında;5.2.5. dövlətin təhlükəsizliyinə təsir edən mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, elmi tədqiqat, təcrübi-konstruktor, layihə işləri və texnologiyaları haqqında;5.2.6. siyahısı qanunvericiliklə müəyyənləşdirilən strateji növlü faydalı qazıntıların ehtiyatlarının, istehsalının, idxalı və ixracının, satışının həcmi, dövlət ehtiyatlan haqqında, pul əskinaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, həmçinin dövlətin maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında.5.3. Xarici siyasət sahəsində aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:5.3.1. Azərbaycan Respublikasının xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti haqqında, əgər onların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə;5.3.2. Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında, əgər onların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə.5.4. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar:5.4.1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;5.4.2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;5.4.3. müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatlan açıqlayırsa;5.4.4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;5.4.5. məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;5.4.6. dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;5.4.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;5.4.8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;5.4.9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.Hazırladı: Miri Məcidli

Hərbi gəmiləri idarəetmə qaydalarını pozma  hansı məsuliyyətə səbəb olur?

Hərbi gəmiləri idarəetmə qaydalarını pozma  hansı məsuliyyətə səbəb olur? Oxu24.com xəbər verir  ki,bununla bağlı   Cinayət Məcəlləsinin   353-cü maddəsində   əks  olunur.353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Jalə

Silahı zədələyən əsgəri hansı cəza gözləyir?

Oxu24.com oxuuclara  hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  hərbi xidmət zamanı hərbi əmlakı,silahı və digər vasitələri ehtiyatsızlıqdan zədələmə,məhv etmə halları ilə bağlıdır.Bu barədə cinayət məcəlləsində bəhs olunur. 348.1. maddəsinə görə,silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda  -min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Jalə

Hərbidə bunu edənlər  10 ilədək HƏBS OLUNA BİLƏR

Oxu24.com  oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təıqdim etdiyimiz mövzu  hərbi hissələrdə,orduda və xidmət zamanı baş verən cinayətlərlə bağlıdır.Rəisə qarşı zorakı hərəkətlər  hansı  məsuliyyətə səbəb olur? Bununla bağlı Cinayət Məcəlləsinin   330-cu maddəsində  bəhs  olunur.330.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə-iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.330.2. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə -iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.330.3. Bu Məcəllənin 330.1 və 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:330.3.1. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;330.3.2. təkrar törədildikdə;330.3.3. iki və ya daha çox şəxs barəsində törədildikdə;330.3.4. silah tətbiq etməklə törədildikdə;330.3.5. zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla törədildikdə —bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.330.4. Bu Məcəllənin 330.1-330.3-cü maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda –üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.330.5. Bu Məcəllənin 330.1-330.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə -beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Nigarxanım

Bayrağa qarşı  bu hərəkəti edənlər HƏBS OLUNACAQLAR

Bayrağa qarşı nalayiq hərəkətlər edənlər həbs olunacaqOxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  Bayrağa və Gerbə  qarşı təhqriedici hərəkətlər edən şəxslərin məsuliyyəti ilə bağlıdır.Cinayət Məcəlləsinin  324-cü maddəsinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər edənlərin cəzası açıqlanır. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Miri Məcidli

Bu sözdən qanunsuz istifadə edənlər 800 manat cərimə olunacaq 

Vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında dəyişiklik ediləcək.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Mövcud qanunvericiliyə görə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

Abadlaşdırma qaydalarını pozanlar nə qədər cərimələnəcək?

Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması hansı məsuliyyətə  səbəb olur?Oxu24.com  xəbər verir  ki,İnzibati Xətalar Məcəlləsinin 396-cı maddəsində bundan bəhs olunur. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə-fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.Hazırladı: Jalə

Məhkumluq haqqında arayış necə alınır?

Bu dəfə təqdim edəcəyimiz mövzu məhkumluq haqqında arayışın alınması qaydası ilə bağlıdır.Oxu24.com  xəbər verir  ki,bu Təlimat “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan  Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə uyğun hazırlanmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, ölkə ərazisində yaşayan (yaşamış) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - şəxs) məhkumluq barədə arayışların verilməsi qaydalarını tənzimləyir. Məhkumluq barədə arayışların verilməsi və bununla bağlı müraciələrin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, şəhər, rayon polis idarə və şöbələri, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanına müvafiq olaraq məhkumluq haqqında arayışlar eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.“Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 №-li Fərmanına uyğun olaraq məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu qaydaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q59-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»lə müəyyən edilir.Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Müraciətdə aşağıdakı məlumatlar əks etdirilir:.1. ərizəçinin soyadı, adı, atasının adı;.2. doğulduğu yer, tarix;.3. vətəndaşlığı və yaşadığı ünvan;.4. şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və orqan. Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur. Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.Bu Təlimatın 4-cü bəndinin tələblərinə cavab verməyən ərizələrə baxılmır və bu barədə ərizəçilər səbəbi göstərilməklə rəsmi qaydada məlumatlandırılır. Müraciət etmiş şəxsin məhkum olması müəyyən edildikdə müvafiq arayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.   Götürülməmiş və yaxud ödənilməmiş məhkumluq haqqında arayışda aşağıdakı məlumatlar əks etdirilir:1. barəsində yoxlama aparılan şəxsin soyadı, adı, atasının adı;2. doğulduğu tarix;3. doğulduğu yer;4. məhkum olunduğu tarix, hökm çıxaran məhkəmənin adı;5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi (nömrəsi və adı);6. cəzanın müddəti və növu, azad edilməsinin tarixi və əsası.Şəxsin məhkum olması (1 nömrəli əlavə) və olmaması (2 nömrəli əlavə)  barədə arayışlar yalnız Azərbaycan Respublikasının dövlət dilində verilir. Orqan rəhbərliyi tərəfindən imzalanmış arayış qeydiyyatdan keçirilir və gerbli möhürlə təsdiqlənir. Məhkumluq haqqında arayış ərizəçiyə və yaxud onun müvafiq qaydada müvəkkil etdiyi şəxsə təqdim olunur.Müraciətə 1 iş günü ərzində baxılır.Müraciətin baxılma müddəti onun orqana (“ASAN xidmət” mərkəzlərinə) daxil olduğu gündən hesablanır. Ölkə ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları və əvvəllər yaşamış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər məhkumluqları barədə arayış almaq üçün bu Təlimatın 4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər üçüncü ölkələrdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarına) müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirlyinə təqdim olunur.Hazırladı: Miri Məcidli

Cinayəti görən şəxs hansı addımı atmalıdır?

Təəssüflər olsun ki, cəmiyyətimizdə ümumdavranış qaydalarına riayət etməyən, qeyri-sağlam həyat tərzi sürən, qanunu pozmağa meyilli və cinayəti özünə peşə edən şəxslər vardır. Cəmiyyətimizin bu şəxslərdən azad olunmasında, islah olunaraq normal həyat tərzinə qayıtmasında hamımızın üzərinə vəzifələr düşür. Hər bir vətəndaş cinayətlərə qarşı barışmaz mövqedə durarsa, öz həyatına təhlükə yaratmadan cinayətin qarşısının alınmasında, cinayətin nəticələrinin aradan qaldırılmasında və cinayəti törətmiş şəxsin müəyyən olunub tutulmasında hüquq-mühafizə orqanlarına dəstək olarsa, bu zaman cinayətlərin də sayı azalar və biz daha təhlükəsiz cəmiyyətdə yaşayarıq. Gəlin hamılıqla cinayətkarlığa qarşı mübarizə aparaq.Lakin bu zaman unutmayaq ki, öz təhlükəsizliyiniz də hamının təhlükəsizliyi kimi vacibdir və laqeyd qaldığımız hər bir cinayət hadisəsi gələcəkdə sizə və yaxınlarınıza qarşı da törədilə bilər.Cinayətin şahidi olduğunuz zaman aşağıdakı davranış qaydalarına riayət etməyinizi tövsiyyə edirik:1. Hazırlanan və ya törədilmiş cinayət hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat verin.2. Öz təhlükəsizliyinə xələl gəlmədən cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsə yardım edin.3. Hadisə yerinə digər şəxslərin yaxınlaşmasının qarşısını almağa çalışın və onları hadisə yerinə yaxınlaşdıqları zaman zərər ala biləcəkləri barədə xəbərdar edin.4. İlkin tibbi yardım qaydalarını öyrənin və zəruri hallarda tətbiq edin.5. Hadisə yerinə təcilli tibbi və digər yardım çağırın.6. Cinayəti törətmiş şəxsin zahiri əlamətlərini, hərəkət etdiyi nəqliyyat vasitəsinin nömrəsini, hərəkət istiqamətini yadda saxlamaqla, onun müəyyən olunması üçün polisə kömək edin.7. Şərait olduqda cinayət hadisəsini foto və ya videolentə almağa çalışın.8. Cinayət hadisəsinin şahidlərini müəyyən etməkdə polisə kömək edin.Nigarxanım

Bu halda mülki silah müsadirə olunacaq 

Mülki silahı necə əldə etmək olar?Oxu24.com xəbər verir  ki,AR-nın 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək huququ vardır.Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya BİTİ-yə müraciət edir.Xüsusi icazənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:1.  Ərizə;2. AR-nın vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;3. Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;4. 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılır.AR-nın Müdafiə, Milli Təhlükəsizlik, DİN, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, prokurorluq, habelə dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər operativ uçotlar üzrə yoxlanılmır.Mülki silahın əldə edilməsinə xüsusi icazə və şəhadətnamənin verilməsi üçün vətəndaşlardan ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda tibbi arayış tələb edilmir və məhkumluq yoxlanılmır.Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq AR-dan aparmalıdırlar. Nəzərdə tutulmuş müddət pozularsa, həmin silah müsadirə olunur.Miri Məcidli

Bu saatlarda  əmlakın siyahıya alınmasına yol verilmir  - HÜQUQ

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu əmlakın siyahıya alınması ilə bağlıdır.Vergi Məcəlləsinin  89-cu maddəsində əmlakın siyahıya alınmasından bəhs olunur.Sözügedən maddəyə görə,vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.Miri Məcidli

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq 

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq.Oxu24.com  xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Layihəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə ediləcək.Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Dövlət qeydiyyat nişanı itirildikdə sürücü nə etməlidir?

Nəqliyyat vasitələrinin qeydiyyat nişanları necə tərtib edilir?Oxu24.com xəbər verir  ki,nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.Miri Məcidli

Neçə yaşdan polisə qəbul olunmaq olar?

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün minimal yaş həddi neçədir?Oxu24.com xəbər verir  ki,"Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.Nigar

Rayon qeydiyyatında olan şəxs Bakıda  şəxsiyyət vəsiqəsi ala bilərmi?  

Rayon qeydiyyatında olan şəxs Bakı şəhərində şəxsiyyət vəsiqəsi ala bilərmi?Oxu24.com  bildirir  ki, vətəndaş şəxsiyyət vəsiqəsini almaq və ya dəyişdirmək üçün qeydiyyatda olduğu ərazi üzrə polis orqanına və ya “ASAN xidmət” mərkəzinə müraciət etməlidir.Nigar

Sənədi olmayan evə qeydiyyata düşmək olarmı?

Yaşadığım evin hüquqi sənədi yoxdur. Bu evə qeydiyyata düşə bilərəmmi?Oxu24.com  bildirir  ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün digər zəruri sənədlərlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir.Miri Məcidli

Yaşayış yerini müvəqqəti dəyişən şəxs nə etməlidir?  

Yaşayış yerini müvəqqəti dəyişən şəxs nə etməlidir?Oxu24.com xəbər verir  ki,"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində dövlət orqanına müraciət etməli və dərhal qeydiyyata alınmalıdır.Jalə

Hansı hallarda inzibati xəta haqqında işə vətəndaşın iştirakı olmadan baxıla bilər?  

Hansı hallarda inzibati xəta haqqında işə vətəndaşın iştirakı olmadan baxıla bilər?Oxu24.com xəbər verir  ki,İnzibati xəta haqqında işə onun törədildiyi yerdə və iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bu səbəbdən inzibati xəta haqqında işə iştirakınızla baxılması üçün inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakimin, orqanın (vəzifəli şəxsin) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxmasını nəzərə alaraq, vəsatət verdiyiniz təqdirdə yaşadığınız, əks halda isə inzibati xətanın törədildiyi yer üzrə DYP qurumlarına müraciət edə bilərsiniz.Nigarxanım

Sürücüdə hansı sənədlər olmalıdır?

Avtomobili idarə edərkən, üzərimdə hansı sənədləri saxlamayılam?Oxu24.com xəbər verir  ki,«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini),sürücülük vəsiqəsi müəyyən edilmiş qaydadaAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.Jalə

Sürücü cəriməni hissə-hissə ödəyə bilərmi?

Bu gün cəriməsi olmayan az sürücü tapmaq olar.Oxu24.com bu dəfə cərimələrin ödənilməsi qaydasından bəhs edəcək.Sual:Mənə yazılmış cəriməni ödəyə bilmirəm. Cəriməni hissə-hissə – 5-6 ay ərzində ödəyə bilərəmmi?Cavab:Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.Buradan aydın olur ki,cərimələr tez ödənilərsə,faizi də azalar.Nigarxanım

YPX avtomobilləri qayda poza bilər?  - CAVAB

YPX avtomobilləri qayda poza bilər?Bəzən YPX avtomobillərinin  qayda pozması hallarına rast gəlinir.Bəs,bunun hüquqi əsası nədir?Yol Polisi bu zaman həqiqətənmi qaydanı pozur?Oxu24.com xəbər verir  ki,bu barədə  «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda maddə var.«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə müvafiq olaraq, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.Hazırladı: Miri Məcidli

Güclü təsir edən dərmanların qanunsuz satışı hansı məsuliyyət yaradır?

Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi hyansı məsuliyyətə səbəb olur?Oxu24.com xəbər verir  ki,bu barədə Cinayət Məcəlləsinin 240-cı maddəsində bəhs olunur. 240.1. bəndinə görə,narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma—üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.240.1-1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma -beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.240.2. Bu Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;240.2.2. təkrar törədildikdə—iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.240.3. Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə—dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.240.3-1. Bu Məcəllənin 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə –altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd:1. Bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edilir.2. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil verən, yaxud güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.Hazırladı: Nigarxanım

Məzuniyyət pulu nə zaman verilməlidir?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu əmək məzuniyyətinə çıxan zaman ödənilməli olan ödənişlə bağlıdır.Bu,ödəniş nə zaman ödənilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadi Hüseynov bildirib ki,işçi əmək məzuniyyətinə çıxmamışdan 3 gün əvvəl ona orta aylıq əmək haqqı ödənilməlidir.Bu haqda Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndində bəhs olunur.Nigarxanım

 Evtanaziya nədir və bunu edənləri hansı cəza gözləyir?  

 Evtanaziya nədir və bunu edənləri hansı cəza gözləyir? Oxu24.com xəbər verir ki,evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma cinayət məsuliyyətinə səbəb olur.Bu barədə Cinayət Məcəlləsinin 135-ci maddəsində  əks olunub.Həmin maddəyə görə,bunu edənlər  iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Miri Məcidli

Bu halda  işçinin əmək müqaviləsi ləğv edilə bilməz

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  yaşı  18-dən az olan  işçilərlə bağlıdır.Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı hansılardır? Əmək Məcəlləsinin 255-ci maddəsinə görə,peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.Nigarxanım

Bu şəxslərin ezamiyyətə göndərilməsi qadağandır  - Hüquqi yardım 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu  yaşı  18-dən az olan işçilərlə bağlıdır.Əmək Məcəlləsinin  254-cü maddəsinə görə,yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətə göndərilməsi  qadağandır.Həmin maddəyə görə, axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.Hazırladı: Miri Məcidli

Vergi yoxlaması zamanı bu hüququdan istifadə edə bilərsiniz

Oxu24.com oxuculara hüquqi maarifləndirmə layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu vergi yoxlamaları zamanı  tərcüməçinin iştirakı ilə bağlıdır.Bu tələb iş adamı,sahibkarın xarici vətəndaş olduğu halda tələb olunan haldır.Vergi Məcəlləsinin  46-cı maddəsinə görə,səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri hallarda tərcüməçi dəvət oluna bilər. Tərcüməçinin dəvət olunması vergi orqanının rəhbərinin (onun müavininin) qərarı əsasında həyata keçirilir.Tərcüməçi tərcümə üçün lazım olan dili bilən, işin nəticələrində marağı olmayan şəxs olmalıdır.Bu müddəalar, həmçinin eşitməyən və danışmayan fiziki şəxsin işarələrini başa düşən şəxsə də aiddir. Tərcüməçi müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, bilərəkdən yalan tərcüməyə görə tərcüməçinin məsuliyyəti və mülki qanunvericiliyə müvafiq olaraq digər məsələlər müəyyən edilə bilər.Hazırladı: Miri Məcidli

Amnistiya nədir?

Amnistiya yunan sözü olub, “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiya cinayət hadisəsi törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbir olub, bir  qayda  olaraq  ölkədə iqtisadi, sosial sahədə əldə olunan görkəmli nailiyyətlər, beynəlxalq aləmdə tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisələrlə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul  olunur. Görkəmli  dövlət  və  ictimai  xadimlərin  yubileyləri  şərəfinə  amnistiya  aktlarının verilməsi hallarına da təsadüf edilir. Azərbaycan  Respublikası  Konstitusiyasının  95‐ci  maddəsinə  əsasən  amnistiya aktlarının qəbulu Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Bu  şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək   —   YENİ QƏRAR

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.Oxu24.com-un  xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);- bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.

Arvadı doğuşda olan kişinin işdə bu hüququ var    —   VƏKİLDƏN AÇIQLAMA 

Ödənişsiz məzuniyyət  nə dmeəkdir?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil  Esmira Rzayeva bildirib ki, ödənişsiz məzuniyyətlə bağlı müddəalar Əmək Məcəlləsinin 128-130-cu maddələrində təsbitini tapıb. Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.Ödənişsiz məzuniyyət müddətində işçinin iş yeri (vəzifəsi) saxlanılır, lakin əmək məzuniyyətindən fərqli olaraq ona orta əmək haqqı ödənilmir.Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda ödənişsiz məzuniyyət verilə bilər:Xroniki xəstə uşağa qulluq – 4 yaşınadək (valideynlərdən biri və ya ailə üzvü);Arvadı doğuşda olan kişiyə – 14 günədək;16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynə – 14 günədək;Əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək işçiyə – 1 ayadək;Müharibə iştirakçılarına – 14 günədək;Qarabağ müharibəsində yaralanmışlara – 14 günədək;İİV-lə yaşayan uşaq və ya əlilliyi olan uşaq böyüdənlərə – 14 günədək;Doktorantlara – 1 ayadək;Ali təhsil imtahanına gedənlərə – 14 günədək;Orta ixtisas imtahanına gedənlərə – 7 günədək;İxtira və səmərələşdirici təklif müəllifinə – 14 günədək;Ailənin xəstə üzvünə qulluq edənə – 14 günədək (tibb rəyi ilə);Əlilliyi olan uşaq böyüdənə – 14 günədək;Sosial və ailə məsələləri üçün – 7 günədək.Ödənişsiz məzuniyyət ərizə forması necə yazılır?İşçinin yazdığı ödənişsiz məzuniyyət üçün ərizə forması özündə məzuniyyətin səbəb və müddətlərini əks etdirməlidir.Ərizə yazarkən ilk olaraq məktubun hara ünvanlandığı qeyd olunur, yəni müəssisənin və rəhbərin adı yazılır. Daha sonra ərizəni yazan şəxsin adı və vəzifəsi göstərilir. Ardınca “Ərizə” başlığı yazılır.Ərizənin mətnində Əmək Məcəlləsinin uyğun maddəsinə istinad edilərək, hansı səbəbdən məzuniyyət istəndiyi izah olunur. Daha sonra məzuniyyətin başlama tarixi və neçə gün davam edəcəyi göstərilir. Əgər səbəbə dair hər hansı sənəd varsa (məsələn, tibb müəssisəsinin rəyi), onun əlavə olunduğu da qeyd edilir. Ərizənin sonunda tarix yazılır.Hazırladı: Miri Məcidli

Alimentlə bağlı mühüm QƏRAR

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma müəyyənləşib.Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Əmək Məcəlləsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.Dəyişikliyə əsasən, sonuncu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz. Başqa sözlə, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Təhsil məzuniyyəti ilə bağlı incə məqamlar   —  Vəkil AÇIQLADI

Təhsil məzuniyyəti kimlərə verilir?Oxu24.com bu dəfə bu suala cavab tapmağa çalışıb.Vəkil Esmira Rzayevanın  bildirdiyinə görə,təhsil məzuniyyəti ilə bağlı müddəalar Əmək Məcəlləsinin 123-124-cü maddələrində təsbit olunub. Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;dövlət imtahanlarını vermək üçün;diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil məzuniyyəti aşağıdakı şəxslərə verilir:Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə;Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə;Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə;Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə.Məzuniyyət pulu necə hesablanır?Vəkilin sözlərinə görə,Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil alan işçilər üçün məzuniyyət belə hesablanır:Orta əmək haqqının müəyyənləşdirilməsi üçün:Məzuniyyətdən əvvəlki 12 ayın ümumi əmək haqqı məbləği toplanır;Alınan rəqəm 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir;Daha sonra bu məbləğ 30,4 (bir ayda orta təqvim günü sayı) göstəricisinə bölünərək bir günlük əmək haqqı hesablanır;Bir günlük məbləğ işçiyə verilmiş məzuniyyətin təqvim günlərinin sayına vurulur.Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyanlar:1-ci və 2-ci kurslarda – 30 təqvim günü,Sonrakı kurslarda – 40 təqvim günü,Dövlət imtahanları dövründə – 30 təqvim günü,Diplom işi yazıb müdafiə etmək üçün – 4 aya qədər məzuniyyət verilir.Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyanlar:1-ci və 2-ci kurslarda – 20 təqvim günü,Sonrakı kurslarda – 30 təqvim günü,Dövlət imtahanları dövründə – 30 təqvim günü,Diplom işi üçün – 2 aya qədər məzuniyyət verilir.Peşə təhsili müəssisələrində oxuyanlar:İmtahanlara hazırlaşmaq və vermək üçün – 30 təqvim günü.Ümumtəhsil müəssisələrinin (məktəb) qiyabi qruplarında oxuyanlar:Buraxılış imtahanları üçün – 20 təqvim günü.Hazırladı: Miri Məcidli

Onlara ən azı 46 gün məzuniyyət veriləcək 

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi nə deməkdir?

Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi hallarına nələr daxildir?Oxu24.com xəbər verir  ki, bu barədə  Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 19-cu maddəsində bəhs olunur. 19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:19.1.1. başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata, yaxud ana; 19.1.2. 3 və daha çox uşaq;19.1.3. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş arvad;19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);19.1.5. 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 30 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.Hazırladı: Nigarxanım

Bu hallarda hərbiyə çağırılanlara möhlət verilə bilər 

Çağırışa möhlət verilməsi hallarına hansılar daxildir?Oxu24.com xəbər verir  ki,bu barədə  Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 18-ci maddəsində bəhs olunur. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:ailə vəziyyətinə görə;sağlamlıq vəziyyətinə görə; təhsili davam etdirmək üçün;Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.Hazırladı: Miri Məcidli

Öz adına kredit götürüb başqasına verənlərə VACİB XƏBƏR  —  Məhkəmə təhlükəsi

Son dövrlər vətəndaşlar arasında başqasının xahişi ilə öz adına bank krediti götürmək halları artmaqdadır. İlk baxışda sadə bir kömək kimi görünən bu addım sonradan ciddi maliyyə və hüquqi problemlərə yol aça bilər.  Mövzu ilə bağlı  Oxu24.com-a danışan vəkil Elvin Səfərov bildirib ki, kredit müqaviləsində imza atan şəxs bank qarşısında tam məsuliyyət daşıyır və borcun qaytarılmaması halında bütün öhdəlik birbaşa onun üzərinə düşür.Vəkil vətəndaşlara bankdan öz adına  başqası üçün kredit götürməməyi tövsiyə edib.“Dostunuza və yaxud hər-hansısa yaxınınıza bankdan kredit götürüb öz adınıza borc olaraq və ya kömək məqsədilə verirsiniz. Bəziləri hətta bunu faizə verirlər. Bu halda həmin  şəxs  pulu ödəmirsə, bank məcbur olub, yalnız sizi məhkəməyə verir. Qarşı tərəfin, yəni sizin borc verdiyiniz tərəfin bu vəziyyətdə banka qarşı heç bir məsuliyyəti  yoxdur. Bank kredit müqaviləsinə imza çəkən kimi sizi tanıyır və buna görə də sizinlə bağlı məhkəmə qaydasında iddia qaldırır. Yaxud da notariusun icra qeydinin verilməsi üçün müraciət edir. Bəs bu halda nə etmək lazımdır? Bu halda etməli olduğunuz şey, bilməlisiniz ki, birinci növbədə əgər kiməsə bankdan kredit götürüb vermisinizsə, həmin o məbləği digər şəxsə verməyinizi sübut edən əlinizdə hər-hansı sənəd, yazışma və ya səs yazısı olmalıdır ki, gələcəkdə belə bir problemlə üzləşdikdə həmin o verilmiş pulun digər üçüncü şəxsdən tələb olunması üçün məhkəmə qaydasında iddia qaldıra biləsiniz. Başqa cür heç bir formada əgər sizin əlinizdə sübut yoxdursa, həmin üçüncü şəxsə bankdan kredit alıb-verməyinizi sübut edə bilməyəcəksiniz. Və bu vəziyyətdə o pulu sizin kimə verdiyiniz heç bir formada maraqlandırmır. Bank pulu sizə verib və sizdən tələb edir. Bunu mən demirəm, bunu qanun deyir!”,-deyə vəkil bildirib.Çimnaz Telmanqızı

Məzuniyyət günlərinin hesablanması necə olur ?   - AÇIQLAMA 

Vəkil Esmira Rzayeva Oxu24.com-a açıqlamasında bildirib ki, Əsas əmək məzuniyyəti – işçinin əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsi üzrə hər il qanunla müəyyən edilmiş müddətdə istirahət hüququnu təmin edən ödənişli məzuniyyətdir.Əsas əmək məzuniyyəti 21 təqvim günündən az olmamaqla verilir. 30 təqvim günü müddətində əsas məzuniyyət aşağıdakı kateqoriyalara şamil edilir:Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;Məsul vəzifələrdə çalışan dövlət qulluqçuları, rəhbər şəxslər və mütəxəssislər;Təhsil müəssisələrinin rəhbər və inzibati-tədris heyəti;Təhsil və istehsalat sahəsində xüsusi vəzifə daşıyan şəxslər (metodistlər, ustalar, laborantlar və s.);Elmi dərəcəsi olmayan elmi işçilər;Həkimlər, orta tibb işçiləri və əczaçılar.Əlavə məzuniyyətlər aşağıdakı hallarda tətbiq olunur:Əmək şəraitinə və funksiyalara görə: Yeraltı, zərərli və ağır işlərdə çalışanlara – ən azı 6 təqvim günü;Əmək stajına görə:5 ildən 10 ilə qədər – 2 təqvim günü,10 ildən 15 ilə qədər – 4 təqvim günü;Ailəli şəxslər üçün:14 yaşınadək iki uşağı olanlara – 2 təqvim günü,Üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olanlara – 5 təqvim günü;Təhsil və elm sahəsində çalışanlara: 56 təqvim günü;İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə: Əlavə 5 təqvim günü;Yaşı 16-dan az olanlara 42 təqvim günü, 16-18 yaş arası olanlara 35 təqvim günü;Əlilliyi olan işçilərə: ən azı 42 təqvim günü;Vətən müharibəsi və digər dövlət mükafatlarına layiq görülən şəxslərə: 46 təqvim günündən az olmayaraq;Mədəniyyət və incəsənət sahəsi işçilərinə:Bədii və artist heyətinə – 42 təqvim günü,Səhnəyə xidmət edən işçilərə – 35 təqvim günü.Məzuniyyət günləri təqvim günləri ilə hesablanır (bura şənbə, bazar daxildir). Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Yəni işçi məzuniyyətdə olarkən həmin dövrə rəsmi bayram günləri düşərsə, bu günlər məzuniyyət müddətindən çıxılır və işçinin məzuniyyətinə əlavə olunur.Əgər məzuniyyət dövründə xəstəlik vərəqəsi açılarsa və bu rəsmi təsdiqlənərsə, həmin günlər məzuniyyət müddətinə daxil edilmir və məzuniyyətin qalan hissəsi sonradan istifadə oluna bilər. Əmək məzuniyyəti hüququ ən azı 6 ay işləmiş işçiyə verilir (istisnalar var).İşçiyə məzuniyyət zamanı ödəniləcək əmək haqqı, bu hüququn hansı iş ili üçün təqdim edilməsindən asılı olmayaraq, məzuniyyətin başladığı tarixdən əvvəlki 12 təqvim ayı üzrə hesablanmış orta əmək haqqı əsasında müəyyən olunur. Əgər işçi müəssisədə hələ 12 tam ay çalışmayıbsa, bu halda onun işlədiyi dövr ərzindəki tam təqvim ayları əsas götürülür.Orta əmək haqqının müəyyənləşdirilməsi üçün:Məzuniyyətdən əvvəlki 12 ayın ümumi əmək haqqı məbləği toplanır;Alınan rəqəm 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir;Daha sonra bu məbləğ 30,4 (bir ayda orta təqvim günü sayı) göstəricisinə bölünərək bir günlük əmək haqqı hesablanır;Bir günlük məbləğ işçiyə verilmiş məzuniyyətin təqvim günlərinin sayına vurulur.Beləliklə, işçiyə ödəniləcək məzuniyyət pulu həm keçmiş dövrdə qazandığı gəlirə, həm də məzuniyyət günlərinin sayına uyğun şəkildə obyektiv hesablanır.Bir işçi 2024-ci ilin mart ayında 21 təqvim günü müddətinə əsas əmək məzuniyyətinə çıxır. Rəsmi aylıq əmək haqqısı da **** manatdır. Həmin işçinin 2024-cü ilin mart ayından 2025-ci ilin fevral ayına qədər (yəni məzuniyyətdən əvvəlki 12 təqvim ayı ərzində) qazandığı ümumi əmək haqqı **,*** manat təşkil etmişdir.Bu halda, işçiyə ödəniləcək məzuniyyət haqqı aşağıdakı qaydada hesablanır:Əvvəlcə, 12 ay üzrə orta aylıq əmək haqqı müəyyən edilir:**,*** manat ÷ 12 ay = *,*** manatSonra bir günlük əmək haqqı hesablanır:*,*** manat ÷ **,* (orta aylıq təqvim günü) ≈ **,** manatNəhayət, 21 günlük məzuniyyət üçün ümumi məbləğ hesablanır:**,** manat × 21 gün ≈ *,***,** manatNəticə olaraq, işçiyə 21 günlük məzuniyyət müddəti üçün *,***,** manat məbləğində məzuniyyət pulu ödənilməlidir.Hazırladı: Miri Məcidli

Bu şəxslərə əlavə məzuniyyət verilir    –  Vəkil Esmira Rzayeva ilə MÜSAHİBƏ

Məzuniyyət nə vaxt yaranır, günlərinin sayı nə qədərdir? Bu dəfə aktual mövzuya müraciət etdik.Mövzu ilə bağlı Oxu24com-a açıqlamasında Vəkil Esmira Rzayeva bildirib ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir. Vəkilin sözlərinə görə,işçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:1) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;2) sosial məzuniyyət;3) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;4) ödənişsiz məzuniyyət.Belə ki, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.Əmək məzuniyyətinin müddətləri Əmək Məcəlləsinin 114-121-ci maddələri ilə müəyyən olunur. Həmin maddələrdə əsasən, işçilərin əsas və əlavə məzuniyyətləri qeyd olunub.Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Müəyyən növ işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilir.Habelə, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.Əmək stajından asılı olaraq işçilərə:beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Eyni zamanda, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin həmin bu nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilir.Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə Əmək Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti – 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.Habelə, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.Hazırladı: Miri Məcidli

Anar Bağırov Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib

Azərbaycanın Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının (RVK) İllik Konfransında iştirak edib.Bu barədə  Oxu24.com-a VK-dən məlumat verilib.Bildirilib ki, RVK-nın sədri Traian Briciu açılış nitqi ilə çıxış edərək iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.VK-nın sədri Anar Bağırov İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.İllik Konfrans çərçivəsində nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq "Ədliyyənin rəqəmsal gələcəyi" mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.Daha sonra iki qurum arasında geniş tərkibdə görüş keçirilib.Görüşdə Kollegiyanın sədri Anar Bağırov son illərdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib.Bununla yanaşı, sədr vəkillərin davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.Sonra VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və əsas istiqamətləri üzrə görülən işlərə dair təqdimatla çıxış edib.Həmçinin görüş zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edərək gələcək birgə fəaliyyət üçün potensial imkanlar barədə razılıqlarını ifadə ediblər.Qeyd edək ki, geniş tərkibdə görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Ev tikdirənlər üçün VACİB XƏBƏR 

Ev tikmək üçün icazə alınmalıdırmı?Oxu24.com bu suala aydınlıq gətirməyə çalışıb.Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Adil Piriyev bildirib ki,ev tikmək üçün heç bir şəxsdən və qurumdan icazə alınması barədə qanunda maddə yoxdur."Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq torpaq sahəsinin üzərində inşa etmək istədiyiniz mənzilin planı,layihəsi  lisenziyalı şirkət tərəfindən çəkilməli və təsdiq olunmalıdır.Əlavə olaraq şəxsiyyətinizi təsdiq edən sənədin təsdiq olunmuş sürəti  torpaq sahəsinin çıxarışı ilə birlikdə aidiyyatı icra orqanına göndərilməlidir.İcra orqanı tərəfindən baş memar baxış keçirir və lisenziya əlavə olunaraq şəhərsalmaya göndərilir.15-30 iş günü müddətində hər hansı bir irad bildirilmədiyi təqdirdə,siz yaşayış evinizi normalara uyğun inşa edə bilərsiniz.Əgər torpaq sahəsinin çıxarışı yoxdursa,torpaq sahəsinin kateqoriyası digər kateqoriyalara aiddirsə,bu zaman torpağa çıxarış alınmalı,təyinatı dəyişdirilməli və evin inşasına başlanılmalıdır",deyə hüquqşünas bildirib.Hazırladı: Miri Məcidli

Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov cərimələnib.Oxu24.com  "Qaynarinfo"ya istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.Məlum olub ki, sözügedən qurum tərəfindən xaricdən gətirilən məhsullara görə xidmət tərəfindən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcu, əlavə dəyər vergisi və idxal rüsumu ödənilməyib.Xidmətin rəisi Əkrəm Qəhrəmanovun nümayəndəsi məhkəmədə bildirib ki, 11-12 noyabr 2024-cü il tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının (COP29) Bakı şəhərində keçirilməsi ilə bağlı aparılan hazırlıq işləri çərçivəsində, Bakı buxtasının dənizkənarı bulvar ərazisində sahilyanı ərazilərin neftlə çirklənməsinin mühafizəsi, dənizdə neft dağılmalarına hazırlığın təmin olunması və bu sahədə müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə işçi katerlərin və neftyığan avadanlıqların alınması ilə bağlı Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən 16 199 497.03 manat vəsaitin ayrılmasına göstəriş verilib. Sözügedən məbləğdə müvafiq avadanlıqlar xarici ölkələrdən alınaraq ölkəyə gətirilib.O əlavə edib ki, amma indiyədək Maliyyə Nazirliyi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə 13 429 414.57 manat vəsait köçürülüb. Nazirlər Kabinetinin müəyyən etmiş olduğu vəsait Maliyyə Nazirliyi tərəfindən Xidmətin hesabına tam köçürülmədiyindən müəyyən çətinliklər yaranıb. Nəticədə gömrük borcunun, əlavə dəyər vergisi, idxal rüsumu, gömrük yığımının ödənilməsi mümkün olmayıb. Nümayəndə bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.Məhkəmənin hökmü ilə Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 150 manatdan 250 manatadək, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar.

Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi? -SUALA CAVAB

Oxu24.com sürücüləri maraqlandıran suallara cavabı təqdim edir.Sual:Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi?Cavab:Avtomobildə şinlərin ölçüləri avtomobilin markasından, modelindən və istehsal ilindən asılı olaraq, istehsalçı zavod tərəfindən təyin edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda nəzərinizə çatdırırırıq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1 saylı əlavəsinin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinə normativ-texniki sənədlərdə nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Avtomobillərdə həmin dəyişikliklər təhlükəsizlik baxımından yalnız istehsalçı zavod tərəfindən quraşdırıla bilər.

Avtomobilimin işıq cihazlarında dəyişiklik edə bilərəmmi?  - SUALA CAVAB 

Sürücüləri düşündürən suallardan biri avtomobillərin işıq cihazları ilə bağlıdır.Avtomobilimin işıq cihazlarında dəyişiklik edə bilərəmmi?Oxu24.com  xəbər  verir   ki,dəyişiklik olunması  məsuliyyətə səbəb  ola bilir.Nəqliyyat vasitələri və onların hər bir ehtiyyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq "təhlükəli hərəkət mənbəyi" hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. Araşdırmalar göstərir ki, "Led" tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyildir.Hazırladı: Miri Məcidli

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib

Azərbaycan və Rumıniya arasında ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.Bu barədə  Oxu24.com-a Vəkillər Kollegiyasından (VK) məlumat verilib.Bildirilib ki, VK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.VK-nın nümayəndə heyətinin tərkibində Kollegiyanın sədr müavini Şahmar Məmmədov və VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil olunur.Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.Görüş zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat verib, həmçinin Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq sahəsində görülən işlər haqqında danışıb.Kollegiyanın sədri Anar Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə çatdırıb.Həmçinin səfər çərçivəsində nümayəndə heyətinin Rumıniyada bir sıra qurumların və Rumıniya Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşlərinin keçirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələrin aparılması nəzərdə tutulur.Qeyd edək ki, görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Vergidə işləyənlərin hansı qadağaları var?

Bu dəfə  təqdim edəcəyimiz mövzu  vergi orqanlarının vəzifəli şəxsləri ilə bağlıdır.Onlar vəzifəyə necə təyin olunur və hansı qadağaları var?Oxu24.com bildirir  ki,bu barədə Vergi Məcəlləsində  bəhs  olunur.Məcəllənin  27-ci maddəsində  qeyd olunur ki, vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar.Vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunur.Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.Hazırladı: Jalə

Bələdiyyə sənədi ilə torpaq alanlara VACİB XƏBƏR: Nəyə diqqət etməlisiniz?  

Azərbaycanda son günlər bələdiyyə sənədi ilə torpaq alanların sayı çoxalıb.Bir çox şəxslər aldıqları torpaqları sənədləşdirə bilmirlər.Yəni,qanuni çıxarış ("kupça") ala bilmirlər.Bəs burada əsas problem nədir?Bələdiyyə sənədi ilə torpaq alan vətəndaş nəyə diqqət etməlidir?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil  Elvin Səfərov bildirib ki,hazırda bu mövzuda məhkəmələrdə xeyli sayda iş var.Vəkilin sözlərinə görə,bələdiyyə sənədi ilə torpaq alan vətəndaş mütləq şəkildə oradakı tarixə fikir verməlidir.Söhbət hansı tarixdən gedir?Vəkil Elvin Səfərovun bildirdiiynə görə,bələdiyyə sənədi ilə torpaq alan şəxs onu  5 il müddətinə başqasına sata,yəni  özgəninkiləşdirə bilməz.Çox vaxt vətəndaşlar bu qaydaya əməl etmirlər.Nəticədə də mübahisələr yaranır. Bu cürə problemlərlə qarşılaşmamaq üçün bələdiyyə sənədi ilıə torpaq alan vətəndaşlar həmin 5 il müddətinə nəzər salmalıdırlar.Hazırladı: Miri Məcidli

Bu halda borcunuz silinə bilər 

Ümidsiz borcların silinməsi nə deməkdir və bura hansı borclar daxildir?Oxu24.com xəbər verir  ki,bu barədə Vergi Məcəlləsində bəhs olunur.Vergi Məcəlləsinin  93.1. bəndində əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.Hazırladı: Jalə

Baş Dövlət Yol Polisi İdarəsinin hansı səlahiyyətləri var? - SİYAHI

Bu gün Azərbaycanda fəaliyyəti nəzərə çarpacaq qədər geniş olan qurumlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsidir.Oxu24.com bu dəfə BDYPİ-nin xidmət göstərdiyi sahələri araşdırıb.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə aşağıdakılar daxildir:Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və praktiki imtahanların qəbulu.Nəqliyyat vasitəsinə illik texniki baxışların keçirilməsi.Nəqliyyat vasitələrinin qeydiyyata alınması, təkrar qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması, texniki qeydiyyat sənədlərinə dəyişikliklər edilməsi, qeydiyyat şəhadətnaməsi, qeydiyyat nişanları, tranzit nişanları, AZ dövlət fərqlənmə nişanlarının verilməsi, və bu əməliyyatlar zamanı nəqliyyat vasitələrinə baxış keçirilməsi.Milli və beynəlxalq sürücülük vəsiqələrinin sənədləşdirilməsi və təqdim edilməsi.Nəqliyyat vasitələrinin sahiblərinin istəyindən asılı olaraq, onların alqı-satqısının bilavasitə Dövlət Yol Polis İdarəsində sənədləşdirilməsi.Nəqliyyat vasitələrinin girov müqaviləsinin Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınması və müvafiq şəhadətnamənin verilməsi.Qeyri-standart iri qabaritli yük, partlayıcı və radioaktiv maddələr daşıyan nəqliyyat vasitələrinin Dövlət Yol Polisi tərəfindən müşayiət edilməsi.Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi.Nəqliyyat vasitələrinin yeni avadanlıqla təmin edilməsinə, tipinin dəyişdirilməsinə, xüsusi avadanlıq və aqreqat qoyulmasına icazə verilməsi.Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması.Hazırladı: Miri Məcidli

Bunu edən məmurlar həbs OLUNA BİLƏR

Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma hansı məsuliyyətə səbəb olur?Oxu24.com xəbər verir  ki,bununla bağlı Cinayət Məcəlləsinin  341-ci maddəsində bəhs olunur. 341.1. bəndinə görə,rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.341.2. Eyni əməllər:341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;341.2.2. silah tətbiq olunmaqla törədildikdə;341.2.3. ağır nəticələrə səbəb olduqda—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Nigarxanım 

Hərbidə  bunu edənləri 10 ilədək HƏBS GÖZLƏYİR

 Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə hansı məsuliyyətə səbəb olur?Oxu24.com  xəbər verir  ki, bu barədə Cinayət Məcəlləsinin 343 -cü maddəsində bəhs olunur. Həmin maddəyə görə,rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Şahbaz

Tahir Kazımov  yüksək vəzifəyə GƏTİRİLDİ

Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Oxu24.com   xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.Mənbə: Report

Məzuniyyətlə bağlı DƏYİŞİKLİK

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir.Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.Layihəyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq.

Bu şəxsləri ixtisara salmaq olmaz  - QANUN 

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?Oxu24.com  xəbər verir  ki,bu barədə Əmək Məcəlləsində maddədə əks olunub. Məcəllənin  78-ci maddəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:şəhid ailəsinin üzvlərinə;müharibə iştirakçılarına;əsgər və zabitlərin arvadına (ərinə);öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Ara məsafəsi nə qədər olmalıdır? - Sürücülərin DİQQƏTİNƏ!

Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi nə qədər olmalıdır?Bir çox sürücülər bu qaydalara əməl etmədiyinə görə,qəzalar qaçılmaz olur.Oxu24.com xəbər verir  ki,qeyd olunan məsələ    Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir.Sözügedən Qanunun  50-ci maddəsinə görə sürücülər aşağıdakı hallara əməl etməlidir:I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.II. Nəqliyyat vasitələri:1) yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə);2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə;4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə; 5) banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan sürətlə;6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50 kilometrdən çox olmayan sürətlə;7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri - daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər.VI. Sürücülərə:1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək;2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq;3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.Hazırladı: Şahbaz

Fərdi əmək mübahisələrinə baxılması vaxtı  - Hüquqi yardım 

Fərdi əmək mübahisələrinə baxılması vaxtı necə təyin olunur?Oxu24.com xəbər verir  ki,bununla bağlı Əmək Məcəlləsində bəhs olunur. Məcəllənin  293-cü maddəsinə görə, fərdi əmək mübahisələrinə, zəruri hallarda, işçinin iş vaxtından kənar vaxtlarda baxılmalıdır.Həmçinin, əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda həm əsas, həm də əlavə iş yerində onun orta əmək haqqı saxlanılır.Hazırladı: Nigarxanım

İdman yarışlarının keçirilməsinə mane olmağa görə cərimə nə qədərdir?

 Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma hansı məsuliyyətə səbəb olur?Oxu24.com xəbər verir  ki,bununla bağlı İnzibati Xətalar Məcəlləsində bəhs olunur. Məcəllənin  514-cü maddəsinə görə,kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:514.0.1. bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;514.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.Hazırladı: Nigarxanım 

Uşaqların hərəkətlərinə görə valideynləri CAVAB VERƏCƏK - HÜQUQ

Yetkinlik yaşına çatmayan şəxslər xırda xuliqanlıq etdikdə məsuliyyəti kim daşıyır?Oxu24.com xəbər verir  ki,bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddə var.Məcəllənin  512-ci maddəsində qeyd olunur ki,yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti - on dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə -valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.Hazırladı: Jalə

Avtobus sürücülərinin diqqətinə! Bu halda cərimə olunacaqsınız  

İctimai nəqliyyatdan gündəlik demək olar ki,hər birimiz istifadə edirik.Bəs,avtobus sürücüsünün sərnişinlə söhbət etməsinin cəriməyə səbəb olduğunu bilirdinizmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas İlham Mehrəliyev bildirib ki,sərnişinlə söhbət edən sürücü inzibati məsuliyyət daşıyır."İnzibati Xətalar Məcəlləsində göstərilir ki,nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətlərdə iştirak etməyə görə,inzibati məsuliyyət nəzərdə tutulub.Burada dəqiq olaraq hansı söhbətin nəzərdə tutulduğu qeyd olunmayıb.Ancaq məntiqlə belə qeyd edə bilərik ki,söhbət sərnişinlə avtobus sürücüsü arasında davam edən uzunmüddətli söhbətdən,dialoqdan gedir.Çünki,belə olan halda sürücünün  diqqəti yayına və qəzalar baş verə bilər",-deyə hüquqşünas bildirib.Hazırladı: Miri Məcidli

 Bu şəxslərə ictimai işlər tətbiq oluna bilməz  - HÜQUQ

İctimai işlər nədir və kimlərə şamil olunur?Oxu24.com xəbər verir  ki,bu barədə İnzibati Xətalar Məcəlləsinin  28-ci maddəsində  bəhs olunur. Maddənin 28.1. bəndinə görə,ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir.28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.28.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:28.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;28.4.2. hamilə qadınlara;28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara;28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə;[6]28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə;28.4.6. hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına.Hazırladı: Nigarxanım

Ədalətə açılan qapı: ALİ MƏHKƏMƏ   

Azərbaycan Respublikasının Ali Məhkəməsi ölkənin məhkəmə-hüquq sisteminin ali instansiyası olaraq, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində ən yüksək mərhələni təşkil edir. Məhkəmə Konstitusiyaya əsaslanaraq, aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyini və ədalətliliyini yoxlayır, hüquqi praktikanın vahid şəkildə tətbiqini təmin edir.Oxu24.com xəbər verir ki,Ali Məhkəmə mülki, cinayət, inzibati və iqtisadi kollegiyalardan ibarətdir. Hər bir kollegiya öz sahəsi üzrə daxil olan şikayət və kassasiya müraciətlərini araşdıraraq, hüquqi məsələlərə son nöqtəni qoyur. Belə ki, Mülki Kollegiya-Ailə, əmlak, müqavilə mübahisələri, əmək münasibətləri kimi mülki hüquqa aid işlər üzrə daxil olan kassasiya şikayətlərinə baxır.Cinayət Kollegiyası-Cinayət işləri üzrə aşağı instansiya məhkəmələrinin çıxardığı hökm və qərarlardan verilən şikayətləri araşdırır.İnzibati Kollegiya-Dövlət qurumlarının qərar və hərəkətlərindən narazılıqla bağlı vətəndaşların şikayətlərini, yəni inzibati işləri araşdırır.İqtisadi Kollegiya-Vergi, sahibkarlıq fəaliyyəti, təsərrüfat mübahisələri və kommersiya xarakterli işlərlə bağlı kassasiya şikayətlərinə baxır.Eyni zamanda Ali Məhkəmə məhkəmə-hüquq sistemində vahid məhkəmə təcrübəsinin formalaşmasına nəzarət edir və lazım olduqda plenum qərarları ilə hüquqi boşluqlara aydınlıq gətirir.Qurumun fəaliyyəti ədalət mühakiməsinin şəffaflığının artırılması, proseslərin rəqəmsallaşdırılması və vətəndaşların məhkəmələrə çıxış imkanlarının genişləndirilməsi istiqamətində də mühüm addımlarla müşayiət olunur. Onlayn müraciət, elektron sənəd dövriyyəsi və açıq məhkəmə məlumatlarının paylaşılması bu islahatların əsas hissəsidir.Ali Məhkəmə öz missiyasını bir cümlə ilə ifadə edir: qanunun aliliyinin qorunması və hüququn hamı üçün bərabər tətbiqi. Bu instansiya cəmiyyətin ədalətə olan inamını möhkəmləndirən ən vacib dövlət qurumlarından biridir.Onu da qeyd edək ki, Ali Məhkəmə binası 5 mərtəbədən ibarətdir. 9 zal mövcuddur və yalnız 2 zal istifadə olunur.  Konfrans zalı, plenumun iclas zalı, muzey və digər yerlər var. Rəsmi tədbirlərdə,  xarici qonaqlar gəldikdə, təqaüdə çıxan hakimlər üçün tədbirlər keçirildikdə konfrans zalından istifadə olunur. Muzeydə digər ölkələrin Ali Məhkəmələrinə, Prokurorluqlarına aid kiçik nümunələr, Məhkəmə Hakiminin xüsusi geyiminin nümunəsi və s. mövcuddur. Çimnaz Ağayeva

İşçi hansı üsullarla cəzalandırıla bilər?

İşçi işində nöqsanlara yol verərsə,ona inzibati tənbeh edilir.Bəs,bu hansı qaydada olur?Oxu24.com xəbər verir  ki,Əmək Məcəlləsinin  186-cı maddəsində əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərindən bəhs olunur. 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.Nigrxanım

Natamam iş vaxtında əməyin ödənilməsi hansı qaydada olur?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu natamam iş vaxtında əməyin ödənilməsi ilə bağlıdır.Bu necə tənzimlənir?Əmək Məcəlləsinin  171-ci maddəsinə görə, Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.Hazırladı: Nigar

Dünyasını dəyişən şəxsin kredit borcu ailəsindən necə alınır? —  Hüquqşünasdan VACİB AÇIQLAMA 

Bu gün banka kredit borcu olmayan az sayda adam tapılar.Bu mövzuda krediti ödəyə bilməyən,hətta dünyasını dəyişən şəxslərə də rast gəlinir.Kredit borcu olan şəxs vəfat edirsə,onun borcunun taleyi necə olur?Bank vəfat etmiş şəxsin kreditini onun ailə üzvlərindən tələb edə bilərmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,bəli,bu mümkündür.Amma burada vacib bir məqam da var."Bank vəfat etmiş şəxsin kredit borcunu onun vərəsələrindən hansı məbləğdə mirası qəbul ediblərsə,o miqdarda  kreditin ödənilməsini tələb edə bilər.Misal üçün,şəxs vəfat edib.Bundan sonra vərəslər miras qəbul ediblər.Miras kimi tutaq ki,avtomobil onlara qalıb.Həmin miras avtomobilin qiyməti  10 min manatdır.Ancaq vəfat etmiş şəxsin kredit borcu 15 min manat olub.Belə olan halda bank vərəsələrə çatmış pay məbləğində,yəni  10 min manatı tələb edə bilər.Buradan belə qənaətə gəlinir ki,bank vəfat etmiş borclunun vərəslərə qoyduğu mirsadan artıq olan məbləği tələb edə bilməz",deyə hüquqşünas bildirib.Hazırladı: Miri Məcidli

Daxili işlər orqanlarında xidmət etmək üçün hansı tələblər var?  - CAVAB

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu polis oqarnlarında necə xidmətə  qəbul  olmaq  olar sualı ilə bağlıdır.Məlumat üçün qeyd edək ki,Daxili işlər orqanlarında xidmətə qəbul  könüllülük əsasında həyata keçirlir.Xidmətə  şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.2. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:1) şəxsi ərizə;2) şəxsiyyətini təsdiq edən sənəd;3) əmək kitabçası;4) hərbi bilet;5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;6) tərcümeyi-hal;7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.3. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir).4. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə  orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.5. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta, orta ixtisas və ali təhsilli şəxslər qəbul edilirlər.6. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər.Hazırladı: Miri Məcidli

100 manat,4 bal cəriməsi olan xəta - SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR  

Oxu24.com oxuculara hüquqi maarifləndirmə layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu 100 manat cəriməsi olan qayda pozuntusu ilə bağlıdır.Müşahidələr göstərir ki,bir çox sürücü bu qaydaları bilmədiyi üçün tez-tez səhvə yol verir və nəticədə cərimələnir.İnzibati Xətalar Məcəlləsinin 327.5 maddəsinə görə,avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə -  yüz manat - 4 bal  cərimə nəzərdə tutulur.Digər cərimə və ballarla bağlı siyahını BURADAN öyrənə bilərsiniz.Hazırladı: Miri Məcidli

150 manat - 4 bal cəriməsi var  —  Sürücülərə VACİB XƏBƏR

Sürücülər bir çox hallarda cərimələrdən şikayətlənirlər.Əslində bu qanunu bilməməkdən irəli gəlir.Bu dəfə təqdim etdiyimiz mövzu əks yola çıxan sürücünün cəriməsi ilə bağlıdır.Oxu24.com  xəbər  verir  k,İnzibati Xətalar Məcəlləsinin  327.4 maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 150 manat - 4 bal cərimə olunur.Bu kimi digər mövzularla bağlı LİNKdən oxuya bilərsiniz.Hazırladı: Miri Məcidli

Bu halda vergi ödənişi tələb olunmur  

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu bağışlanan əmlak zamanı ödənilən vergi ilə bağlıdır.Sual: Atam evini mənim adıma keçirmək istəyir.Bu halda vergi ödəməliyik?Cavab: Siz bu halda notarial qaydada alqı-satqı deyil,bağışlanma müqaviləsi bağlamalısınız.Çünki Vergi Məcəlləsinə əsasən, yaxın  qohumlar: ata -oğul,ana-qız,ər-arvad və s. arasında bağışlanan əmlak vergiyə cəlb olunmur.Hazırladı: Nigarxanım

Heyvanlara qarşı bu hərəkətinizə görə həbs oluna bilərsiniz

Bəzi hallarda sosial şəbəkələrdə  heyvanlara qarşı rəhmsiz rəftar edən şəxslərə rast gəlinir.Bəs,bunun hüquqi  məsuliyyəti varmı?Oxu24.com xəbər verir   ki,İnzibati Xətalar Məcəlləsində  heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrdən bəhs olunur. 274.1. maddəsinə  görə heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə –beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.274.2. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə –səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.274.3. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda –min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.274.4. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda –min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.Hazırladı: Nigarxanım

Məcburi auditdən yayınma nədir?

 Məcburi auditdən yayınma hansı məsuliyyətə səbəb olur? Oxu24.com xəbər verir  ki,bununla bağlı İnzibatin Xətala Məcəlləsində bəhs olunur. Məcəllənin  464-cü maddəsinə görə  “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.Hazırladı: Jalə

Torpaqları yandıranlar bu qədər cərimə olunacaq

Bəzən kənd yerlərində torpaqların zibillənməsi və yandırılması hallarına rast gəlirik.Bunun məsuliyyəti varmı?Oxu24.com xəbər verir  ki,İnzibati Xətalar Məcəlləsinə görə,bunu edən şəxslər cərimə olunur.Məcəllənin 244-cü maddəsinə görə, torpaqların (meşə fondu torpaqlarının) tullantılarla zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əkin yerinin yandırılmasına görə -fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.Hazırladı: Nigarxanım

Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına görə bu qədər cərimə var

Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına görə hansı cəza var?Oxu24.com xəbər verir ki,bu barədə İnzibati Xətalar Məcəlləsinin  327-ci maddəsinə  əsasən,dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına görə yüz manat,4 balcərimə  olunur.Hazırladı: Nigarxanım

Bunu edənlər ləyaqətsiz vərəsə hesab olunacaq - VƏKİLDƏN AÇIQLAMA 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu ləyaqətsiz vərəsə anlayışı ilə bağlıdır.Bu,proses necə həyata keçirilir?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Səadət Vəliyeva bildirib ki,bu,Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tənzimlənir."Məcəlləyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünü  və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş,yaxud da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və digər əxlaqsız  hərəkət törətmiş şəxs ləqayətsiz vərəsə hesab olunur.Həmin şəxslər nə qanun üzrə,nə də vəsiyyət üzrə vərəsə ola bilməz.Bu şərtlə ki,həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.Şəxs o zaman ləyaqətsiz vərəsə sayılır ki,onun miras qoyana qarşı törətdiyi qanunsuz hərəkətləri qəsdən törədilmiş olsun.Yəni,ləyaqətsiz vərəsə bu hərəkətləri törətməklə müəyyən məqsəd güdmüş olsun.",-deyə vəkil bildirib.Hazırladı: Jalə

Sürücülərin diqqətinə! Bu halda 100 manat-3 bal cərimə oluna bilərsiniz

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu sürücülərin qaydaları pozması zamanı yazılacaq cərimə və balla bağlıdır.İnzibati Xətalar Məcəlləsinin 327.2.maddəsinin tələblərinə görə,svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi  100 manat - 3 bal cərimə tətbiq olunur.3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulmasıSərnişin daşıma qaydasının pozulmasıƏks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasıYol ayrıcını keçmə qaydalarının pozulmasıÜmumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə  də 100 manat -3 bal  cərimə müəyyən olunub.Ona görə də sürücülərdən bu qaydalara əməl etmələri və diqqətli olmaları tövsiyə olunur.Hazırladı: Şahbaz

 Post-patrul xidməti əməkdaşı yol hərəkəti qaydasını pozan sürücüyə cərimə yaza bilərmi?  -HÜQUQ 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu  sürücülərə cərimə yazılması ilə bağlıdır.Sual: Post-patrul xidməti əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, ona protokol tərtib edə bilərmi? Cavab:Post-patrul xidmətinin əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, ona protokol tərtib edə bilməz. Əgər sürücü ciddi qayda pozuntusu edibsə, insanların həyatına təhlükə yaradan hallar olarsa, post-patrul xidmətinin əməkdaşı həmin sürücünü saxlayıb əraziyə yol-patrul xidmətinin əməkdaşını çağıra bilər. Həmin qayda pozuntusu ilə bağlı da yalnız yol-patrul xidmətində çalışan əməkdaş inzibati xəta ilə bağlı protokol tərtib edə bilər. Yol hərəkəti qaydasını pozduqda bunun şahidi olan adi polis əməkdaşı hadisə ilə bağlı yol polisinə məlumat verə bilər. Qayda pozuntusu ilə bağlı protokolu isə ancaq yol-patrul xidmətinin əməkdaşı tərtib edə bilər. Hazırladı: Miri Məcidli

Bunu edən sürücüləri 40 manat cərimə GÖZLƏYİR

Sürücülərin bilməli və əməl etməli olduğu bir sıra tələblər var. Bu tələbləri yerinə yetirmədikdə cərimələnmə qaçılmaz olur.Oxu24.com sürücülərin hüquqi maarifləndirilməsi məqsədi ilə qayda pozuntuları ilə bağlı nəzərdə tutulmuş cərimələri təqdim edir.İXM-nə əsasən  yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi  40 manat cərimə edilir.Nəqliyyat vasitətəsinin yolların hərəkət hissələrində yerləşdirilməsiPiyada keçidlərinin keçilməsiAra məsafəsiYedəyə almaYük daşımaSürmə təlimi keçmə qaydalarının pozulmasıƏks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasıŞəkilərlə və “Yol hərəkəti  haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə görəNəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə  40 manat cərimə nəzərdə tutulur.Bu cərimləri ödəmək istəmirsinizsə,qanuna əməl etməyiniz tövsiyə olunur.Hazırladı: Miri Məcidli

İşdən çıxarkən bunları bilməlisiniz: Son haqq-hesabın ödənilməsi qaydası

İşçinin əmək müqaviləsinə xitam veriləndə işçinin son haqq-hesabı hesablanır.Bəs,bu son haqq-hesab nə deməkdir,hesablanma qaydası neçədir?Mövzu ilə bağlı Oxu24.com-a  danışan  insan resursları əməliyyatları üzə mütəxəssis İradə Quliyeva bildirib ki, son haqq-hesabın hesablanması işçinin əmək müqaviləsinə xitam veriləndə baş verən prosesdir."Bir çox işçilər deyir ki,son haqq-hesabda onlar 2 aylıq maaş almalıdırlar. Bu,yalnış fikirdir.Son-haqq hesaba istifadə olunmayan məzuniyyət günləri,yəni,21 və ya 30 gün -əsas məzuniyyət ödənir.Əgər il ərzində siz  bir neçə ay işləmisinizsə,demək,işlədiyiniz aylara görə ödənilməmiş məzuniyyət pulu ödənilir.İstifadə olunmamış məzuniyyət işlədiyi dövrdən asılıdır. O dövrdə istifadə edilən məzuniyyət günləri də nəzərə alınır, yəni çıxılır.Cari ayda işlədiyiniz günlərə görə yenə maaşınız ödənilir. Əgər bonus və ya mükafat varsa,o əlavə olunur,lakin,maaşınızdan və məzuniyyətin son-haqq hesabından tutulmalar olur. Tutulmalara vergi,sosial sığırta,işsizlikdən sığorta,icbari sığorta daxildir. Əgər cəriməniz varsa,cərimə də tutulur. Ən əsası son-haqq hesab işdən çıxan gün işçiyə ödənilir",-deyə insan resursları əməliyyatları üzə mütəxəssis bildirib.Hazırladı: Miri Məcidli

Metroda cəriməyə səbəb olan hərəkətlər BUNLARDIR

Metropolitendən istifadə qaydalarının pozulması cərimə ilə nəticələnə bilər.Oxu24.com  xəbər verir  ki,İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə görə,stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə-on beş manat məbləğində cərimə edilir.306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə-iyirmi manat məbləğində cərimə edilir.306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə-otuz manat məbləğində cərimə edilir.306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə-əlli manat məbləğində cərimə edilir.306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə-yetmiş manat məbləğində cərimə edilir.306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə-yüz manat məbləğində cərimə edilir.Hazırladı: Nigarxanım 

Bu halda sizi 700 manat cərimə gözləyir

Dəniz limanlarında gəmi agenti xidmətlərinin qanunsuz göstərilməsi hansı məsuliyyət yaradır? Oxu24.com xəbər verir  ki,İnzibati Xətalar Məcəlləsinə görə,gəmi agenti xidmətləri göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə -fiziki şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər yeddi yüz manat məbləğində cərimə edilir.Hazırladı: Nigarxanım

Bu yerdə siqaret çəkməyin də cəriməsi var

Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə nə qədər cərimə nəzərdə tutulur? Oxu24.com  xəbər  verir   ki, İnzibati Xətalar Məcəlləsinin  305-ci maddəsinə  əsasən,dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində cərimə edilir.Hazırladı:Jalə

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Əxlaqsızlıq yuvasında qadınla birgə tutulan kişi cərimə edilə bilərmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,qanunda belə hal nəzərdə tutulmayıb."Əxlaqsızlıq yuvasında qadın pul müqabilində kişi ilə intim əlaqədə olursa,həmin qadına fahişəliyə görə,cəza nəzərdə tutulur.Bu,İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş cərimədir.Ancaq həmin qadınla əlaqədə olan kişiyə cəza müəyyən olunmayıb",-deyə hüquqşünas bildirib.Hazırladı: Miri Məcidli

Qatarlarda  bunları etməyin! - Cəriməsi var imiş

Gündəlik həyatımızda əksər hallarda qatarlardan istifadə edirik.Qatarlarda  bu qaydalara əməl etmədiyimiz halda bizi hansı cərimələr gözləyir?Oxu24.com xəbər verir  ki,bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddə mövcuddur.301-ci maddəyə əsasən dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulmasına görə aşağıdakı cərimələr nəzərdə tutulur. 301.1. Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə-əlli manat məbləğində cərimə edilir.301.2. Qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə-otuz manat məbləğində cərimə edilir. Maddə 302. Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsi Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə-yüz manat məbləğində cərimə edilir.Hazırladı: Nigarxanım

Sənədsiz ev boşanma zamanı bölünürmü? - Hüquqşünasdan CAVAB   

Boşanma zamanı tərəflər arasında ən böyük mübahisələrdən biri əmlak bölgüsü ilə bağlıdır.Bu dəfə təqdim edəcəyimiz mövzu sənədsiz evin əmlak bölgüsündə rolu barədədir.Boşanma zamanı sənədsiz ev əmlak kimi bölünə bilərmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,çıxarışı olmayan ev boşanma zamanı bölünmür."Boşanma zamanı birgə nikah dövründə əldə edilmiş  əmlaklar bölünür.Əgər,evin  çıxarışı yoxdursa,bu boşanma zamanı bölünmür.Lakin,həmin evlə bağlı nikah  dövründə hər hansı bir çəkilmiş xərclər varsa,həmin xərcləri qarşı tərəfdən tələb edə bilərsiniz",-deyə hüquqşünas bildirib.Hazırladı: Şahbaz

Hava limanında 100 mnat CƏRİMƏSİ 

Bir çoxlarımız hava limanlarından istifadə edirik.Təbii ki,bu zaman tələb olunan qaydalara da əməl edilməlidir.Hava limanlarda tələb olunan qaydalardan biri də siqaret çəkmək üçün müəyyən edilmiş yerlərlə bağlıdır.Oxu24.com  xəbər  verir   ki,hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-yüz manat məbləğində cərimə edilir.Bu barədə İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsində əks olunub.Hazırladı: Miri Məcidli

Bu əmələ görə 700 manatadək cərimə oluna bilərsiniz  

 Azərbaycanda ov mövsümü başa çatsa da,bəzi hallarda qanunsuz olaraq ov etməyə cəhd edənlər də var.Həmin şəxslərə qarşı qanun çərçivəsində tədbirlər həyata keçirilir.Ov zamanı ovlanması qadağan edilmiş heyvanların ovlanması hallarına da rast gəlinir.Bəs,bunun cəriməsi nədir?Oxu24.com xəbər verir  ki,Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə-beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.Hazırladı: Nigarxanım

Sürücülərə xatırlatma:50 manat cəriməsi var...  

Xəbər verdiyimiz kimi,sürücülər qanunla müğəyyən olunmuş müddətdə avtomobillərini texniki baxışdan keçirməlidirlər.Bəs,bu tələbi vaxtında həyata keçirməyən sürücüləri hansı məsuliyyət gözləyir?Oxu24.com xəbər verir  ki,bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində maddə var.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir.Xatırladaq ki,bu cərimə texniki baxış keçirilmədiyi müddətdə,hər 20 gündən bir 50 manat məbləğində hesablanır.Göründüyü kimi,vaxtında texniki baxışdan keçməməyə görə,cərimə mövcuddur.Bu səbəbdən də sürücülərə avtomobillərini vaxtında texniki baxışdan keçirmək tövsiyə olunur.Hazırladı: Nigarxanım

Sürücüləri düşündürən suala cavab:Texniki baxışla bağlı mühüm XƏBƏR  

Sürücüləri ən çox maraqlandıran və narahat edən məsələlərdən biri avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlıdır.Bəs,bu hansı qaydada və müddətdə keçirilməlidir?Oxu24.com xəbər verir  ki,bu   “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir:1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə;2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla):istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə;istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə.Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.Hazırladı: Miri Məcidli

Uşaq öskürəndə ona nə verilməlidir?

Uşaqlar çox zaman öskürür və bu valideynləri narahat edir.Uşağı öskürən valideynlər ona hansı yardımı etməlidir?Öskürək dərmanı verəkmi?Mövzu ilə bağlı  Oxu24.com-a danışan pediatr Ülvi Əliyev bildirib ki,ilk növbədə öskürəyin səbəbini araşdırmaq lazımdır."Elə bir şikayətdir ki,gecə yatmağa qoymur,gündüz nəfəs almağa...Dərsdə uşaqların qulaq asmasına da maneçilik törədir.Valideynlər haqlı olaraq tez keçməsini istəyirlər.Amma...Satışdakı öskürək siroplarının tərkibində çoxlu əlavə kimyəvi vasitə vardır.Üzərində "uşaqlar üçün" yazılmasına yazılıb,amma əlavə təsirləri çox olduğu üçün mö'təbər tibbi ədəbiyyatlarda verilməsi məsləhət görülmür.Psevdoefedrin və feniramin tərkibli dərmanlar uşaqlarda ürəkdöyünmə,təzyiqin yüksəlməsi,ağız quruluğuna səbəb ola bilər.Xəstəxanaya yatırılan uşaqlar belə vardır.İçində kodein olanlar tənəffüs mərkəzinə tormozlayıcı təsir edir,qəbizlik və sidik ləngiməsinə səbəb olur.(Əvvəllər xaşxaşın quru südünü çox ağlayan körpələrə sakitləşdirici kimi verirmişlər.Çoxlu uşaq ölümləri olurmuş)Dekstrametorfan tərkibli dərmanlar da davranış pozğunluğu və tənəffüs anormallıqları ilə özünü biruzə verə bilər",-deyə pediatr bildirib.Hazırladı: Nigarxanım 

Kişilərə bu halda əlavə məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır.Oxu24.com   xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Hacıbəylinin Mehdiyevdən  "mükafat" aldığı evlər müsadirə oluna bilərmi?    —   Vəkildən AÇIQLAMA 

Ramiz Mehdiyevin və onunla əlaqəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.Müzakirə mövzusu olan şəxslərdən biri də keçmiş deputat Gültəkin Hacıbəyli və onun Ramiz Mehdiyevlə əlaqələridir.Oxu24.com bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevin ailəsinə məxsus  binalardan iki bahalı mənzillə təmin olunması barədə məlumat vermişdi.Ramiz Mehdiyev bu evləri Gültəkin Hacıbəyliyə nəyin müqabilində verib?Sözügedən mənzillərə həbs qoyula və ya onlar müsadirə edilə bilərmi?Bunlar hansı qaydada həyata keçirilir?Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Ruslan Vəliyev bildirib ki,şəxs haqqında təqib olunan işin xarakterindən asılı olaraq təqsirləndirilənin və ya borclunun adına olan,eləcə də dolayısı yolla ona məxsus olduğu sübut edilən hər hansı bir əmlakın üzərinə müvafiq məhkəmənin və ya icra qurumunun qərarı ilə həbs qoyula bilər.Bundan savayı qeyri-qanuni yolla və ya cinayət yolu ilə qazanılmış vəsait hesabına əldə olunmuş əmlak cinayət işinin araşdırılması və ya məhkəmə predmeti olarsa,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən müsadirə edilə bilər",-deyə vəkil Ruslan Vəliyev bildirib.Qanun da göründüyü kimi,sözügedən əmlaklar  məhkəmənin qərarı ilə   müsadirə oluna bilər. Kim zəmanət verə bilər ki,Gültəkin Hacıbəyli bu əmlakları cinayət yolu ilə,yaxud qeyri-qanuni əldə etməyib?...Bütün bunlara DTX-də aparılan cinayət işində təbii ki,aydınlıq gələcək.Oxu24.com mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək.Miri Məcidli

Direktor 70-ci maddə ilə çıxarılmışdı - İşə bərpa edildi 

Şərur rayonunun Muğancıq Mehrab kənd məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərovanın bütün müəllim kollektivini hüquq-mühafizə orqanlarına şikayət etdiyi deyilir. Oxu24.com  “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, iddialarına görə, buna səbəb müəllimlərin onu kütləvi şəkildə boykot etməsi və narazılığı mətbuatda ictimailəşdirmələridir. Onlar deyir ki, Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə işdən çıxarılıb. Buna baxmayaraq, 24 noyabrda yenidən vəzifəyə qaytarılıb.Müəllimlərin sözlərinə görə, narazılıqlarını ictimailəşdirəndən sonra həm yerli nazirlik, həm də rayon Təhsil Şöbəsi tərəfindən təzyiqlər olub: “Bizi maddə ilə işdən çıxarmaqla, şiddətli töhmət verməklə hədələyirlər. Bu təzyiqlər şəxsən nazirin göstərişidir. Biz Sinduz Cəfərova ilə işləmişik, onu yaxşı tanıyırıq. Biz rüşvətxor, müəllim, şagird və valideynləri hər addımda aşağılayan və təhqir edən şəxsin yenidən bizə rəhbərlik etməsini istəmirik”.Müəllimlər Təhsil Nazirliyinə müraciət edərək, etirazlarının nəzərə alınmasını tələb ediblər.Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bəzi informasiya saytlarında və sosial şəbəkə səhifələrində Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbi ilə bağlı təhrif edilmiş, dezinformasiya tipli məlumatlar yayılıb: “Şərur rayonu Muğancıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb, nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə Qətnamə qəbul edilib.Məhkəmənin Qətnaməsinə əsasən, 24 noyabr 2025-ci ildə Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib. Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb. Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozaraq tədris müddətində təhsilalanların təhsil hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən  məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb. Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir”.

İbtidai istintaq məlumatlarını yayma cinayətdirmi?

Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma hansı məsuliyyətə səbəb olur? Bununla bağlı Cinayət Məcəlləsində məsuliyyət açıqlanıb.Məcəllənin  300-cü maddəsinə görə,qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Jalə

Bu hallarda alimet dayandıırlır 

Aliment öhdəliklərinə xitam verilməsi halları hansılardır?Oxu24.com xəbər verir   ki,bu barədə Ailə Məcəlləsində bəhs olunur.Məcəllənin 113-cü maddəsində alimentin dayandırılması və xitam verilməsi əsaslardan bəhs olunur. 113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.Hazırladı: Şahbaz

Ərin bu hallarda arvadı boşamaq hüququ yoxdur  

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu zaman təqdim etdiyimiz mövzu nikahın pozulması zamanı qoyulan məhdudiyyətlərlə bağlıdır.Kişi arvadını boşamaq istəyərkən hansı məhdudiyyət ttəbiq oluna bilər?Oxu24.com xəbər verir  ki,bu barədə Ailə Məcəlləsində bəhs olunur.Məcəllənin  15-ci maddəsinə görə ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması qaydası açıqlanır.Belə ki,arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.Hazırladı: Miri Məcidli

Neçə baldan sonra sürücülük vəsiqəsi qüvvəsini itirir?  

Sürücülük vəsiqəsini nə zaman itirə bilərik?Bir çox sürücülər bəlkə də bundan məlumatsızdır.Oxu24.com  xəbər  verir   ki,İnzibati Xətalar Məcəlləsinə görə,müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində  20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılır.   Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.   Hazırladı: Şahbaz

Bu halda sürücüləri 250 manat cərimə gözləyir   

Bəzi sürücülər sürət həddini aşmaya görə cərimələrin miqdarından xəbərsizdir.Bəs,bu necə tənzimlənir?Sürət həddini aşmaya görə cərimələrin məbləği nə qədər artır.Oxu24.com xəbər verir  ki,bununla bağlı İnzibati Xətalar Məcəlləsində maddədə aydınlıq gətirilir.Həmin Məcəllənin 328-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə aşağıdakı cərimələr təyin edilir:328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir.328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir.328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir.328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-iki yüz əlli manat məbləğində cərimə edilir.Hazırladı: Miri Məcidli

Qonşunun evindən sizə su axıbsa...  

Qonşular  arasında  ən çox  dava-dalaşa səbəb olan məsələlərdən biri də su məsələsidir.Daha dəqiq desək,üst mərtəbədə yaşayan qonşunun evindən aşağı mərtəbəyə su axıdılması.Bu barədə real həyatda yəqin ki,çoxlarınız qarşılaşmısınız.Bu mövzuda hüquq nə deyir?Qonşunun evinə su axıdan mənzil sahibini hansı cəza gözləyir?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,üst qonşuya görə mənzilinizi su basıbsa,bunun məsuliyyətini həmin evin sahibi daşıyır."Əgər,qonşunuzun evində baş vermiş qəzadan sonra sizin mənzilə maddi ziyan dəyibsə,bunu həmin mənzilin sahibi qarşılamalıdır.Əgər,həmin şəxs bu ödəməni etməkdən imtina edərsə,zəruri sübutları toplamaqla həmin qonşudan məhkəməyə müraciət edə bilərsiniz",-deyə hüquqşünas bildirib.Hazırladı: Şahbaz

Bunu edən sürücünü 100 AZN və 4 bal  cərimə  GÖZLƏYİR

Yol nəqliyyat hadisələri demək olar ki,hər gün rastlaşdığımız hallardır.Bəzi hallarda sürücülər  qəza  baş  verərkən  ərazidən qaçır  və  gizlənməyə  çalışır.Bəs,bunun  məsuliyyəti  nədir?Oxu24.com  xəbər  verir  ki, İnzibati Xətalar  Məcəlləsinə  görə,bu kimi  yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat,4 bal cəriməsi edilir.Bu səbəbdən də hadisə baş verərkən ərazidə Yol Polisi əməkdaşlarına dərhal xəbər vermək və nəqliyyat vasitəsinin yaxınlığında  dayanmaq  tövsiyə olunur.Hazırladı: Miri Məcidli

Kənd yerində kəmər taxmalıyam?- Sürücülərə vacib xəbər  

Bəzən sürücülər düşünürlər ki,kəmər taxmaq yalnız magistral yolda,nəqliyyatın,polis əməkdaşlarının sıx olduğu yerlərdə lazım olur.Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,avtomobili idarə etməyə başlayararkən ilk olaraq təhlükəsizlik kəməri taxılmalıdır."Bəzən sürücülər  düşünürlər ki, kənd yerlərində,ara yollarda kəmərə taxmasalar da olar. Bu fikir tamamilə yalnışdır. Qanunvericilikdə belə bir anlayış yoxdur.Avtomobili idarə etməyə başlayarkən ilk atılacaq addım kəmərin taxılmasıdır",-deyə hüquqşünas bildirib.Hazırladı: Nigarxanım

Etibarnamə ilə bağlı bu detala diqqət edin!

Bəzi insanlar düşünürlər ki,etibarnamə olmadan yaxın qohumunun,yaxud ailə üzvünün avtomobilini idarə edə bilər.Bu fikir nə dərəcədə doğrudur?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,bu fikir tammailə yalnışdır."Maşın sahibi yaxın ailə üzvünüz olsa belə,həmin avtomobili idarə etmək üçün etibarnamə alın ki,cərimə edilməyəsiniz",deyə hüquqşünas bildirib.Hazırladı: Nigarxanım

Cəriməsi olan sürücülərə VACİB XƏBƏR: Sürücülük vəsiqənizi...  

Cəriməsi olan sürücülər diqqətli olmalıdırlar.Çünki sürücülük vəsiqəsi bu halda  itirilə bilər.Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,bu hal ödənilməyən cərimələrə aiddir."Əgər,Yol Polisi tərəfindən cərimə edilmisinizsə və cərimədən 3 ay sonra həmin məbləği  ödəmirsinizsə, bu halda sürücülük vəsiqəniz məhdudlaşdırılır.Həmin sürücülük vəsiqənizin bərpa edilməsi üçün sürücülük vəsiqəsinin məhdudlaşdırılması qərarının ləğvi məqsədi ilə məhkəməyə müraciət edə bilərsiniz.Bu isə müəyyən qədər vaxt apara bilər. Bu cür hallarla rastlaşmamaq üçün sürücülərə qaydalara əməl etmələri tövsiyə olunur",-deyə hüquqşünas bildirib.Hazırladı: Miri Məcidli

Boşanan cütlüklərə VACİB XƏBƏR! Bu əmlak bölünə bilməz  - HÜQUQ

Bu dəfə təqdim etdiyimiz mövzu nikah pozulan zaman əmlak bölgüsü ilə bağlıdır.Burada müəyyən incəliklər vardır.Bağışlanma yolu ilə əldə olunan əmlak birgə nikah dövründə qazanılmış hesab olunurmu və boşanma zamanı həmin əmlak  bölünürmü?Mövu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,bağışlanma yolu ilə əldə edilən əmlak ərlə arvadın ortaq mülkü hesab edilmir."Bağışlanma yolu ilə əldə olunan əmlak birgə nikah dövründə bölünmür.Əgər,nikah dövründə sizə ev,maşın,daşınar və daşınmz əmlak bağışlanıbsa,bu artıq birgə nikah dövründə əldə edilən əmlak siyahısına aid deyil.Bununla bağlı qarşı tərəfin həmin əmlakdan pay almaq hüququ yoxdur.Ümumiyyətlə,nikah pozulan zaman bölünən əmlaklar birgə nikah dövründə tərəflərin hər ikisinin iştirakı ilə qazanılan əmlak nəzərdə tutulur",-deyə hüquqşünas bildirib.Hazırladı: Jalə

Aliment bu halda azaldıla bilər   — Məcəllə belə deyir 

Aliment,alimentin məbləği və ödənilməsi ən çox müzakirə olunan mövzulardandır.Bu dəfə təqdim edəcəyimiz mövzu alimentin azaldılması ilə bağlıdır.Bu necə həyata keçirilir?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,Ailə Məcəlləsində alimentlə bağlı bu suala da cavab var."Aliment uşağın saxlanması üçün nəzərdə tutulmuş ödənişdir.Ailə Məcəlləsinin 99-cu maddəsində alimentin təyin olunmasından bəhs olunur.Aliment təyin edildikdən sonra gələcəkdə aliment ödəyən şəxsin maddi imkanında dəyişiklik olursa,misal üçün həmin şəxs işdən azad olunursa,bu halda alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilər.Bu barədə Ailə Məcəlləsinin 112-ci maddəsində bəhs olunur.Amma,bu məsələ o qədər də asan olmur.Daha müsbət nəticə əldə etmək hüquqşünasla birgə hərəkət etməkdir",-deyə hüquqşünas bildirib.Hazırladı:Şahbaz 

Beyni susduran maddələr: Narkotik niyə insanı idarə edir?  

Narkotik vasitələr, insanın sinir sisteminə təsir edən, qısa müddətli “zövq”, sakitləşmə və ya enerji hissi yaradan, lakin uzun müddətdə ciddi asılılıq və zərər doğuran maddələrdir. Bu maddələr beyindəki kimyəvi tarazlığı dəyişdirir, real hissləri pozur və insanın davranışını idarə etmə qabiliyyətini azaldır.Oxu24.com xəbər  verir  ki,narkotiklər təbii (məsələn, marixuana, tiryək) və sintetik (amfetamin, metamfetamin, “patı”, “şüşə”) olmaqla iki əsas qrupa bölünür. Hazırda ən təhlükəli və ən sürətli yayılanlar sintetik narkotiklərdir, çünki ucuz, asan əldə edilən və çox tez asılılıq yaradan maddələrdir.Narkotik vasitələrin insan bədəninə zərərləri var. Beyin fəaliyyətinə zərər verir. Yaddaşı zəiflədir, düşünmə və qərarvermə bacarığını sıradan çıxarır. Depressiya, panik atak, halüsinasiyalar yaradır. Uzun müddətdə psixoz və daimi sinir sistemi pozuntusuna səbəb ola bilər. Ürək-damar sistemini sıradan çıxarır. Ürək döyüntüsünü artırır, təzyiqi pozur, ürək dayanması riskini yüksəldir. Zəhərlənmələrə səbəb olur. Qaraciyər çatışmazlığı və böyrək dağılması yarada bilər. Bədən infeksiyalara qarşı dayanıqsız olur. Uzun sürən xəstəliklər yaranır. Davranış və xarakter dəyişikliyi baş verir. Agressiya, əsəbilik, ailə və dostlardan uzaqlaşma və s. hallar qeyd olunur. Çəki düşür, dəri solğunlaşır. Saç tökülməsi, göz altında qaralmalar olur, dişlərin çürüməsi baş verir. Bəs asılılıq necə yaranır?Narkotik maddələr beyində “dopamin” adlı zövq hormonu partlayışı yaradır. Beyin bu hissi təkrarlamaq üçün daha çox maddə tələb edir. Vaxt keçdikcə, eyni təsir üçün daha çox doza lazımdır, bədən maddəsiz funksional ola bilmir, insan normal həyat hissini belə narkotiksiz yaşaya bilmir. Bu dövrdə artıq psixoloji və fiziki asılılıq formalaşır.Narkotik asılılığının qarşısını necə almaq olar?Maarifləndirmə üsulu: -Məktəblərdə, universitetlərdə real nümunələr və elmi faktlarla tədris etmək olar. -Sosial şəbəkələrdə şüur artırıcı kampaniyalar yaratmaq olar. Ailədə düzgün kommunikasiya:-Gənclərlə açıq danışmaq-Qadağa yox, izah yolu ilə məsuliyyət hissi yaratmaq-Davranış dəyişikliklərini vaxtında görmək lazımdır. Risk qruplarını izləmək:-Stress, depressiya, tənhalıq yaşayan gənclər daha həssas olur.-Sosial mühitin müsbət olması vacibdir.Asudə zamanın sağlam təşkili:-İdman etmək-Yaradıcılıq fəaliyyətləri ilə məşğul olmaq-Klublar və dərnəklərə qatılmaq lazımdır. Narkotik maddələr bəzən “bir dəfə sınamaqla heç nə olmaz” düşüncəsi ilə başlayır, amma həyatın ən qaranlıq dönüm nöqtəsinə çevrilir. İnsan bədəninin hər hüceyrəsini ələ keçirən bu maddələr təkcə şəxsi taleləri deyil, ailələri, cəmiyyətləri və bütöv gələcəyi sarsıdır.Bu gün qarşısını almaq üçün atılan kiçik addım, sabah bir gəncin həyatını xilas edə bilər. Maarifləndirmə, düzgün seçim və diqqət  narkotiklərlə mübarizənin ən güclü silahlarıdır. Çünki bu təhlükə ilə mübarizədə ən böyük qüvvə qanunlar yox, insanın öz qərarı olur.Və bir həqiqət dəyişmir: narkotikdən uzaq durmaq  yalnız bir seçim deyil, həyatı qorumağın yeganə yoludur.Çimnaz Telmanqızı

Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə nədir? - Hüquqi yardım 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu xəstəliyə görə cəzanı çəkməkdən azad etmə halı ilə bağlıdır.Bu barədə Cinayət Məcəlləsinin 78-ci maddəsində öz əksini tapıb.Məcəllənin 78.1. maddəsinə görə,cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər.Miri Məcidli

Valideynlər övladlarını evdən qeydiyyatdan çıxarda bilərmi? - HÜQUQ

Bu gün cəmiyyətdə ən aktual mövzulardan biri vərəsəlik hüququ ilə bağlıdır.Bəzi hallarda vərəsələr bu mövzuda anlaşa bilmədikləri üçün iş məhkəməyə qədər gedib çıxır.Valideyn yetkinlik yaşına çatmış övladını evdən qeydiyyatdan çıxarda bilərmi?Evdən  qeydiyyatdan çıxarılan övladın bu mülkdə  payı varmı?Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Hadı Hüseynov bildirib ki,valideynlər yetkinlik yaşına çatan övladlarını,öz adlarına olan mülkdən qeydiyyatdan çıxarda bilərlər.Lakin,bu,qanunda nəzərdə tutulmuş yollarla həll olunmalıdır."Onu da bildirmək istərdim ki,həmin yetkinlik yaşına çatmış övladların,valideynlər sağ olduqları dövrdə həmin mülkdə payları yoxdur.Pay hüququ yalnız valideynləri vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almaqla almaqla həyata keçirilə bilər",deyə hüquqşünas bildirib.Miri Məcidli

İstifadə edilməmiş məzuniyyətlər üçün pul almalısınız - QAYDA BELƏDİR

Oxu24.com  oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 144-cü maddəsinə görə,əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məcəlləyə görə,əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.Hazırladı: Jalə

"Boşanmaya görə sevincdən "şirinlik" verənlər olur" - VƏKİL 

Azərbaycanda vəkilin paylaşımı maraqla qarşılanıb.Oxu24.com xəbər verir ki,vəkil Dilarə Axundova boşanmalar barədə danışarkən maraqlı açıqlama edib.O, "nikaha xitam qərarını müvəkkilə demək… Bilmirsən, təbrik edəsən, yoxsa, təsəlli. Bəzən sevincindən "şirinlik" verənlər də olur",- şərhini verib.Vəkilin bu statusuna çoxsayda şərh gəlib.İnsanlar  boşanmaya görə,"şirinlik" verilməsini qəribə qarşılayıblar.Oxu24.com bundan öncə Azərbaycanda boşanmaq neçəyədir? mövzusunda araşdırma təqdim etmişdi.Hazırladı: Nigarxanım 

Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətləri necə  ödənilir?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 141-ci maddəsinə görə,əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.Maddəyə əsasən,müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.Hazırladı: Şahbaz

Əlavə saatlarda işləyən şəxslərə nə qədər pul verilməlidir?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu əlavə işləyən şəxslərə ödənilməli olan haqqın hesablanması ilə bağlıdır. Əmək Məcəlləsinin 165-ci maddəsinə  əsasən,işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.Hazırladı: Miri Məcidli

Məzuniyyətə çıxanlara vacib XƏBƏR 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu məzuniyyətə çıxan işçiyə hesablanan əmək haqqı ilə bağlıdır.Bununla bağlı Əmək Məcəlləsində maddə var.Məcəllənin 140-cı maddəsində  məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi açıqlanıb.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. [256]5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.Hazırladı:  Jalə 

Təyyarədə başımıza bir iş gələrsə,məsuliyyət kimindir?   —   Vəkildən AÇIQLAMA 

Türkiyəyə məxsus hərbi təyyarənin Gürcüstanda qəzaya uğraması hələ də müzakirə mövzusu olaraq qalır.Təyyarənin "qara qutusu"da artıq tapılıb.Araşdırma üçün Türkiyəyə göndərilib.Oxu24.com qəzaya uğrayan təyyarə ilə bağlı hüquqi tərəfdən araşdırma aparıb.Türkiyə təyyarəsi niyə Gürcüstanda qəzaya uğradı? Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması hüquqi baxımdan nə dərəcədə ciddi məsələdir? Mövzu ilə bağlı  İnsan Haqları üzrə vəkil Esmira Rzayeva Oxu24.com-la  öz fikirlərini bildirib.Bu qəza hüquqi baxımdan nə dərəcədə ciddi məsələdir?-Təyyarə qəzaları həm mülki, həm cinayət, həm də beynəlxalq hüquq baxımından ciddi məsuliyyət yaradır. Hər bir halda hüquqi araşdırma vacibdir.Mülki məsuliyyət hansı halları əhatə edir?Təyyarədə olan şəxslərin ailələri və zərər görmüş tərəflər təzminat tələb edə bilər. Bu, həm şəxsi zərər, həm də maddi itkiləri əhatə edir. Cinayət məsuliyyəti mümkündürmü? Bəli. Əgər qəza ekipajın səhvi, texniki nasazlıq və ya uçuş qaydalarının pozulması nəticəsində baş veribsə, məsul şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər.Beynəlxalq hüququn rolu nədir?Təyyarə iki ölkə arasında hərəkət etdiyinə görə, beynəlxalq aviasiya qanunları və müvafiq sazişlər tətbiq olunur. Bu, araşdırmanı və məsuliyyətin müəyyən edilməsini tənzimləyir. "Qara qutu"ların əhəmiyyəti nədir?Qara qutular qəzanın səbəblərini müəyyən etməyə kömək edir. Tövsiyə olunur ki, bütün sənədlər, uçuş qeydləri və ekspertizalar qorunsun ki, hüquqlar təmin edilsin. Aviasiya mübahisələrinin həlli niyə belə mürəkkəb və vacib sahədir? Aviasiya mübahisələrinin həlli çox mürəkkəb bir sahədir, çünki bu, həm beynəlxalq, həm də milli hüquq normalarını, həmçinin kommersiya və sərnişin hüquqlarını əhatə edir.Aviasiya mübahisələrinin həlli həm hüquqi, həm texniki, həm də kommersiya baxımından mürəkkəb, lakin həyati əhəmiyyətli bir prosesdir. Tərəflər arasında yaranan mübahisələr, sülh yolu ilə danışıqlar, arbitraj və məhkəmə vasitəsilə həll edilə bilər. Beynəlxalq konvensiyalar, xüsusilə Çikaqo və Montrealdan Konvensiyaları, tərəflərə hüquqi əsaslar təqdim edir və mübahisələrin şəffaf və ədalətli həllinə zəmin yaradır.Mübahisələrin vaxtında və düzgün həlli yalnız tərəflərin maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda aviasiya sektorunun təhlükəsizliyini, etibarlılığını və davamlı inkişafını təmin edir. Bu səbəbdən, aviasiya sahəsində fəaliyyət göstərən bütün iştirakçılar üçün hüquqi və texniki prosedurlara riayət etmək vacibdir.Hazırladı: Miri Məcidli

Bu hərəkət sizə baha başa gələ bilər   —  Vəkil 5 il həbs cəzası olduğunu deyir 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu şantaj və buna görə,məsuliyyətlə bağlıdır.Şantaj necə müəyyən edilir?Oxu24.com-a mövzu  ilə bağlı danışan vəkil Esmira Rzayeva bildirib ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci - "Hədə-qorxu yolu ilə tələb etmə" fəslinin 182.1-ci maddəsinə görə, hədə-qorxu ilə şəxsin haqqında rüsvayedici məlumatlar yaymaq cinayət əməli sayılır. Odur ki, belə vəziyyətlərlə üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.Vəkil Esmira Rzayeva bildirib ki, şantajın müəyyən edilməsi üçün telefon zəngi və ya vhatsap səsi kifayət edir:Şantaj məsələn "Sənin mənim əlimdə cəmiyyətə məlum olmayan hansısa gizli məsələ var ki, mən açsam, sən rüsvay olacaqsan. Sən mənə filan qədər pul verməsən, məndə olan o materialı sabah yayacağam və sən biabır olacaqsan" deyilməsi artıq şantajdır. Artıq sənin bu materialı hardasa yayıb-yaymamağının mahiyyəti yoxdur. Artıq cinayət başa çatmış hesab olunur və şəxs 182-ci maddədə nəzərdə tutulmuş hərəkəti etmiş olur. Yəni, artıq şəxs bununla bağlı məsuliyyət daşıyır. Şantaj ağır cinayətlər kateqoriyasındandır. Böhtanla bağlı Cinayət Məcəlləsində 147-ci maddə var. Böhtanın və şantajın şərtləri başqadır. Böhtan ayrıca özü cinayət əməlidir. Şantajla bərabər böhtanın olması cinayət əməlini daha da ağırlaşdırır".Şantaj edən şəxsi 5 ildən 15 ilədək bəhs cəzası gözləyir:"Şantaja görə ən aşağı 5 ildən başalayaraq həbs cəzası müəyyən edilir. Sadə şantaj olanda cəza 5 ildən 10 ilədək müəyyən edilir. Hədə-qorxu ilə tələb etmə mütəşəkkil dəstə tərəfindən olarsa, məqsədli şəkildə, zərərçəkmiş şəxsin sağlamlığına ziyan vurarsa, cəzanın müddəti 10 ildən 15 ilədək qalxır. Hədə-qorxu ilə tələb etmə cinayəti ağır cinayətlər kateqoriyasına aiddir."Bir nəfəri 7 ildən yuxarı cəza gözləyirsə, bu, ağır cinayət hesab edilir. Böhtan da qarışıq olanda iş iki maddə ilə daha da ağırlaşır".Şantaj olunan şəxsin əlində şantaj materialı varsa, bu zaman birbaşa məhkəməyə müraciət olunmur, polisə məlumat verilir:"Məhkəməyə müraciət Cinayət Məcəlləsinin dörd maddəsi ilə olunur:165, 166, 147, 148- ci maddə. Müraciət edilir və istintaq aparılır".Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Buna görə də zərərçəkən şəxslər qorxmadan, çəkinmədən hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Şantaj olunarkən, hədələnərkən, qarşı tərəfin bu hərəkətinə dair məlumatlar toplayaraq polisin işini asanlaşdırmağa çalışın. Şantajçının səs yazısını, mesajlarını, məktublarını hüquq-mühafizə orqanına təqdim edin. Hərif heç bir iz saxlamayıbsa, o zaman onunla başqa şəxslərin şahidliyi ilə danışmağa, yəni şahidinizin olmasına çalışın.Göründüyü kimi, şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulub . Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər. Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrübə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər.Hər bir halada, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür.Hazırladı: Miri Məcidli

Yeni təyinatlar BAŞ TUTUB 

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarında təmsil olunacaq hakimlər müəyyən edilib.Oxu24.com xəbər verir  ki,E-huquq.az-ın əldə etdiyi məlumata görə, Məhkəmə-Hüquq Şurası tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibinə Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova təyin edilib.Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.

İşdən çıxan işçilərə hansı halda kompensasiya ödənilməlidir? 

Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumat verilib. Burada işəgötürən və işçinin bütün hüquq və vəzifələri nəzərə alınmaqla, əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla xitam verilməli olduğu qeyd edilib. Bəs əmək müqaviləsinə işəgötürən tərəfindən hansı hallarda xitam verilir? Əmək müqaviləsinə xitam verilən işçilərə kompensasiya ödənilməlidirmi?Oxu24.com   məsələnin sosial aktuallığını nəzərə alaraq, qanunvericilkdə nəzərdə tutulmuş halları oxuculara tədim edir:Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.Əmək Məcəlləsinin 77-ci maddəsilə əmək müqaviləsinə xitam verilərkən işçilərin qanunvericilikdə müəyyən olunmuş təminatları var:1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" - əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, 74-cü maddəsinin birinci hissəsinin "a" - işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda və "c" - qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin "ç" bəndi ilə - müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.Mənbə:E-hüquq.az

Bunu edən müğənnilər həbs oluna bilər    —  Vəkildən ŞOK MÜSAHİBƏ

Son günlər müğənnilər arasında mahnı mübahisələrinə rast gəlirik.Onlar bir-birlərini mahnıları icazəsiz ifa etməkdə ittiham edirlər.Bəs,burada məsuliyyət nədən ibarətdir?Mahnının müəlliflik hüququ müğənniyə,yoxsa,bəstəkara məxsusdur?Oxu24.com mövzu ilə bağlı vəkil Esmira Rzayeva ilə müsahibə aparıb.Mahnını icazəsiz oxumaq qanuni baxımdan necə qiymətləndirilir?-Hər bir musiqi əsəri onun sözləri, musiqisi və aranjemanı ilə birlikdə müəlliflik hüquqları ilə qorunur. Musiqi əsərlərindən istifadə edərkən hüquqi məsuliyyəti nəzərə almaq vacibdir. Azərbaycan Respublikasında müəlliflik hüququnun pozulmasına görə məsuliyyət mülki, inzibati və cinayət yolları ilə tətbiq olunur. Qanunvericilikdə hər üç məsuliyyət növü açıq şəkildə göstərilib. İcazəsiz ifa dedikdə, mahnının ictimai şəkildə müəllifin razılığı olmadan səsləndirilməsi nəzərdə tutulur. Buraya konsertlər, restoran və kafelərdə oxuma, televiziya və sosial şəbəkələrdə paylaşım daxildir. Şəxsi istifadədə, məsələn evdə dinləmə və oxuma zamanı hüquqi məsuliyyət yaranmır.Mahnını müəllifin razılığı olmadan oxumaq və ya ictimai şəkildə səsləndirmək, Azərbaycan Respublikasının qanunvericiliyinə görə müəlliflik hüquqlarının pozuntusu hesab olunur. Biraz daha ətraflı izah edə bilərsiniz? -Əlbəttə. Əvvəlcə qanunverici bazadan başlayaq. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun müəlliflik hüququnun pozulmasına görə məsuliyyətin növlərini müəyyən edir. Xüsusilə Maddə 47-də bildirilir ki, müəllif hüquqlarının pozulmasına görə həm mülki, həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq olunur.Mülki məsuliyyət nəyi əhatə edir?-Mülki məsuliyyət çərçivəsində hüquq sahibi yəni müəllif və ya əlaqəli hüquq sahibi zərərin ödənilməsini tələb edə bilər. Qanunu pozan şəxsdən müəllifin hüquqlarından icazəsiz istifadə nəticəsində əldə edilmiş gəlirin tutulması da tələb oluna bilər. Məsələn, məhkəmələr zərərin dərəcəsinə görə 55 manatdan 55 000 manata qədər kompensasiya təyin edə bilərlər. Bundan başqa, pirat nüsxələrin istehsalında istifadə olunan material və avadanlıqların məhkəmə tərəfindən müsadirəsi mümkündür. İnzibati məsuliyyət haqqında nə deyə bilərsiniz?-Qanunda inzibati məsuliyyət də nəzərdə tutulub. Buraya cərimələr və hüquq pozuntusunun aradan qaldırılması üçün məhkəmə tərəfindən tətbiq olunan digər tədbirlər daxildir. Məsələn, sosial şəbəkələrdə müəllif hüququ pozulduqda məzmunun silinməsi və ya bloklanması da inzibati tədbir sayılır. Cinayət məsuliyyəti necədir?-Cinayət Məcəlləsinin 165-ci maddəsi müəlliflik hüququnun qanunsuz istifadəsini tənzimləyir. Burada cəzalar konkret göstərilib:Min manatdan iki min manatadək cərimə, əgər böyük miqdarda zərər vurulubsa; İctimai işlər 320-480 saatlıq;Ağırlaşdırıcı hallarda isə 2 ilədək azadlığın məhdudlaşdırılması və ya həbs mümkündür.Yəni, müəlliflik hüququna hörmət göstərmək vacibdir? Bəli, hər bir istifadəçi müəllifin razılığını almalıdır. Sosial şəbəkələrdə, tədbirlərdə və ya ictimai ifalarda mahnını icazəsiz oxumaq ciddi hüquqi nəticələrə səbəb ola bilər. Mahnının icazəsiz oxunması hüquqi baxımdan ciddi məsuliyyət yaradır. Müəlliflik hüquqlarına hörmət göstərmək həm qanunla, həm də etik baxımdan vacibdir. İcazəsiz ifadan çəkinmək və hüquqi icazə almaq hər kəsin vəzifəsidir.Bundan öncə  kimlər havaya dron qaldıra bilər? mövzusunda müsahibəni təqdim etmişdik.Müsahibəni apardı: Miri Məcidli

Kimlər havaya dron qaldıra bilər?  —  Vəkil icazəsiz dron istifadə edənlərin məsuliyyətindən DANIŞDI

Bir çox çəkilişlərdə dornlardan istifadə edildiyini görürük.Bu,çəkilişlərə filmlər,kliplər,reklam çəkilişləri və s aid edilə bilər.Bəs,dron çəkilişləri qanunidirmi?Kimlər bundan istifadə edə bilər?Oxu24.com məsələnin aktuallığını nəzərə alıb vəkil Esmira Rzayeva ilə müshaibə aparıb. Salam, bu gün məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının, yəni dronların istifadəsi ilə bağlı hüquqi məsuliyyət mövzusunu müzakirə edəcəyik. Bu barədə ümumi məlumat verə bilərsinizmi?- Salam. Əlbəttə. Azərbaycanda dronlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardandır və onların istifadəsi yalnız xüsusi icazə ilə mümkündür. Hər bir fiziki və hüquqi şəxs drondan istifadə etmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməli və icazə almalıdır. Bu icazə dronu kim istifadə edə bilərsə, həmin şəxsin adı və digər məlumatları əhatə edir. Adətən icazə müddətsiz verilir, lakin aidiyyatı orqan tərəfindən vaxtından əvvəl ləğv oluna bilər.İcazə necə verilir? Nazirlik icazəyə baxarkən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəylərini nəzərə alır. İcazə adətən müddətsiz verilir, lakin aidiyyatı orqan tərəfindən vaxtından əvvəl ləğv oluna bilər. İcazəsiz dron istifadə etmək hansı nəticələrə səbəb ola bilər?- Bu məsələ iki əsas kateqoriyaya bölünür: inzibati məsuliyyət və cinayət məsuliyyəti.İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dron almaq, satmaq və ya istifadə etmək qanunsuzdur.Nəticə olaraq dron müsadirə olunur. Fiziki şəxslər üçün 150–300 AZN məbləğində cərimə tətbiq edilir.Praktik nüansda buraya həm dronun şəxsi istifadə məqsədli alınması, həm də satışı daxil ola bilər. Cərimələr həm dronun təhlükəsizlik qaydalarını pozması, həm də mülkiyyət hüququnun pozulması hallarında tətbiq olunur.Cinayət məsuliyyətiCinayət Məcəlləsinin 156.2.2-ci maddəsinə görə, dron vasitəsilə şəxsi və ailə həyatının gizli məlumatlarını toplamaq, yaymaq, satmaq və ya başqasına vermək cinayət hesab olunur.Nəticələr isə 3 ilədək müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə. 2 ilədək azadlığın məhdudlaşdırılması. 2 ilədək azadlıqdan məhrumetmə.Praktik nüansında isə cinayət məsuliyyəti həm icazəsiz məlumat toplama, həm də şəxsi həyatın qorunması sahəsində ciddi pozuntulara görə tətbiq edilir. Burada məqsəd yalnız inzibati cərimə ilə məhdudlaşmır, həm də şəxsi hüquqların qorunması və cəmiyyətin təhlükəsizliyi təmin olunur.Bu o deməkdir ki, hər bir dron istifadəçisi diqqətli olmalıdır?- Tamamilə. İcazəsiz dron istifadəsi ciddi nəticələrə gətirib çıxara bilər. Fiziki və hüquqi şəxslər:Həmişə qanuni icazə almalıdır.Təhlükəsizlik qaydalarına riayət etməlidir.Şəxsi və ailə həyatının qorunmasına diqqət etməlidir.Deməli, icazə olmadan dron istifadəsi həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur?- Bəli. İnzibati məsuliyyət əsasən cərimə və müsadirə ilə nəticələnir. Cinayət məsuliyyəti isə ciddi hüquqi nəticələr, o cümlədən azadlıqdan məhrumetmə ilə müşayiət olunur. Buna görə də qanuni qaydalara ciddi riayət etmək vacibdir.Çox sağ olun, məlumatlar çox faydalıdır.- Sizə də təşəkkür edirəm. Hər bir istifadəçi qanuni yollarla icazə almalı və qaydalara riayət etməlidir.Müsahibəni apardı: Miri Məcidli

Müğənnilər bu sözlərinə görə həbs oluna bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Müğənni Nura Surinin Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva barəsində səsləndirdiyi rüşvət iddiaları cəmiyyətdə müzakirələrə səbəb olub.Bu,müzakirələrə digər müğənni Almaxanım Əhmədli də qoşuldu. O,da iddiasında  Mənzər Nurəliyevanı hədəf aldı.Oxu24.com məsələnin hüquqi tərəflərinə nəzər salıb.Müğənnilərin bu iddiaları hüquqi məsuliyyət yaradırmı?Mövzu  ilə bağlı Oxu24.com-a danışan  vəkil  Esmira  Rzayeva  bildirib ki,Mənzər Nurəliyeva ilə Nura Suri arasında yaranmış vəziyyət ictimai müzakirələrin mövzusuna çevrilmiş narazılıq və iddialar toplusudur. Vəkilin sözlərinə görə,bu kimi hallarda əsas prinsip ondan ibarətdir ki, tərəflər arasında səsləndirilən ittihamlar yalnız rəsmi araşdırma aparıldıqdan sonra hüquqi mahiyyət kəsb edə bilər.Vəkil qeyd edir ki, xüsusilə rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya iddiaları yalnız sübutlarla təsdiqləndikdə hüquqi nəticə doğurur. Sosial şəbəkələrdə səsləndirilən fikirlər və ittihamlar hüquqi baxımdan sübut sayılmır və yalnız rəsmi araşdırma nəticələri ilə təsdiqlənərsə nəzərə alınır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinə görə, rüşvət cinayət hesab olunur və yalnız sübutlarla təsdiqləndikdə məsuliyyət yaradır. Sosial şəbəkələrdə deyilənlər hüquqi sübut hesab edilməz.Rüşvət ümumilikdə vəzifəli şəxsin hər hansı xidməti, qərarı və ya səlahiyyəti qarşılığında maddi və ya qeyri-maddi fayda alması və ya tələb etməsi kimi başa düşülür. Əgər bu kimi iddialar əsassızdırsa, onların səsləndirilməsi böhtan, şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirilə bilər. Mülki Məcəllə və Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, sübutsuz, faktla təsdiqlənməyən rüşvət kimi ağır ittihamların səsləndirilməsi böhtan sayılır. Cinayət işi başlanmadan, ekspertiza aparılmadan, ifadələr alınmadan rüşvət faktı təsdiqlənmiş hesab edilmir. Bu halda ad çəkilən şəxs öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanına malikdir.Vəkil Esmira Rzayevanın bildirdiyinə görə,hazırda tərəflər arasında mübahisə yalnız ictimai iddialar səviyyəsindədir.Araşdırma tamamlanmadan tərəflər barədə yekun fikir formalaşdırmaq düzgün deyil.Bu prosesdə həm iddia səsləndirən şəxsin, həm də adı çəkilən şəxsin hüquqları qorunmalıdır.Hadisənin mahiyyəti və real vəziyyət yalnız rəsmi açıqlama və araşdırmanın nəticəsi ilə dəqiqləşəcək.Yekun olaraq, mövzu hazırda ictimai iddialar çərçivəsində qalır. Rüşvət yalnız sübut və araşdırma əsasında hüquqi nəticə doğurur, əsassız ittihamlar isə hüquqi məsuliyyət yarada bilər. Buna görə bütün tərəflər üçün neytral, balanslı və gözləmə mövqeyi sərgiləmək ən düzgün yanaşmadır.Hazırladı: Miri Məcidli

Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir 

Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir.Oxu24.com  xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat deyib.O qeyd edib ki, sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir:"Bu hal "yüksək sürət korluğu" kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir".BDYPİ rəsmisi vurğulayıb ki, yüksək sürət zamanı periferik görmə zəifləyir – yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur, reaksiya müddəti azalır, tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur."Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir", - o deyib.

Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti ilə bağlıdır. Əmək Məcəlləsinin  311-ci maddəsinə görə,işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.Həmin maddədə  əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri əks olunub.Onlar aşağıdakılardır: 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.Hazırladı: Miri Məcidli

Sosial sığortanın üstünlükləri 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu işçilərin sosial sığorta olunması ilə bağlıdır. Əmək Məcəlləsinin  304-cü maddəsinə əsasən,sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.Hazırladı: Arifə

Qadına qarşı iqtisadi zorakılığın cinayət hüququna daxil edilməsi  zəruridir - HÜQUQŞÜNAS

Oxu24.com oxuculara aktual hüquqi mövzuları təqdim edir.Bu dəfə təqdim etdiyimiz mövzu qadınların mülkiyyət problemi ilə bağlıdır.Mövzu ilə bağlı hüquqşünas Ellada Bayramovanın hüquqi şərhini təqdim edirik:Mülkiyyət hüququnun pozulması problemi və hüquqi mübarizənin yolları haqqı əlindən alınan qadının səsi, Azərbaycan cəmiyyətində qadının mülkiyyət hüququ bəzən “səssiz qışqırıq” kimi eşidilir — görürük, bilirik, hiss edirik, lakin çox vaxt qanunun səsi həyat həqiqətlərinin içində itib-batır. Qadın ailə qurur, ev-ocaq yaradır, ömür payını bölüşür, amma boşanma zəngi çalınanda birdən məlum olur ki, onun neçə illik zəhməti, evinə qatdığı ruzi-bərəkət, qurub-yaratdığı mülk “yad” bir adamın adına rəsmiləşdirilib.Qadının mülkiyyət haqqı təkcə hüquqi termin deyil — o, qadının həyatının dayağı, sabahının təminatı, özünə güvəninin mayasıdır. Bu maya pozulanda qadının həm hüququ, həm ləyaqəti, həm də gələcəyi zədələnir. Azərbaycan qanunvericiliyində qadının mülkiyyət hüququ: kağız üzərində möhkəm, praktikada zəifqadınların mülkiyyətə sahib olmaq və onu sərbəst idarə etmək hüququ Konstitusiyanın 29-cu maddəsi ilə bilavasitə təmin edilir. Bu maddə açıq şəkildə bildirir,hər kəsin mülkiyyət hüququ vardır,mülkiyyət toxunulmazdır,heç kimin mülkiyyəti qanunsuz əlindən alınmamalıdır. Ailə münasibətlərinə gəldikdə isə, “Ailə Məcəlləsi”nin 32–34-cü maddələri ailədə əldə edilmiş əmlakın ər-arvadın birgə ümumi mülkiyyəti olduğunu təsbit edir. Yəni,ər-arvad evlilik dövründə əldə edilmiş hər bir mülkün bərabər sahibi sayılır.Mülk yalnız bir tərəfin adına alınsa belə, qanun qarşısında hər ikisinin mülkiyyətidir. Əmlakın bölünməsi zamanı əməyin formal və ya qeyri-formal olması fərq etmir — evdar qadın olmaq da əmlak yaratmağa töhfə sayılır. Qadınlar çox vaxt bilmirlər ki, evlilik dövründə alınan ev, maşın, torpaq onların adına yazılmasa belə, yenə də onların mülkiyyət payıdır. Bir çox ailələrdə qadına əmlakın bölünməsi barədə danışmaq “ayıb”, “ev yıxmaq”, “kişinin abrını tökmək” kimi təqdim edilir.Boşanma zamanı qadın çox vaxt psixoloji, iqtisadi və sosial təzyiq qarşısında hüququndan imtina etməyə məcbur edilir.Beləliklə, kağız üzərində qadının hüququ möhkəmdir, amma sosial davranış ənənələri və ailə içi güc balansı bu hüququ faktiki olaraq zəiflədir.Mülkiyyət hüququnun pozulmasının ən çox rast gəlinən formalarıƏmlakın qadının adına rəsmiləşdirilməməsiEvin, maşının, torpağın yalnız ərinin adına alınması sonradan mübahisələr yaradır. Qadın illərlə həmin evin tikintisində, təmirində, həyatın birgə qurulmasında iştirak etsə də, sənədsiz qalır. Qadına məcburiyyətlə “ərizə yazdırmaq”Bəzi hallarda qadından “əmlakdan imtina ərizəsi” alınır — ya emosional təzyiq, ya qorxu, ya da iqtisadi asılılıq səbəbilə.Mülki Məcəlləyə görə belə ərizələr çox vaxt etibarsız hesab edilməli olsa da, qadın bəzən bunu bilmədiyi üçün hüququnu itirmiş kimi qəbul edir.Ailə Məcəlləsi bölünməni 50/50 nəzərdə tutsa da:qadının rəsmi gəliri olmadığı üçün “töhfə yoxdur” kimi iddialar irəli sürülür, qadına qarşı sosial damğalama (“nə istəyir?”, “ailəni dağıtdı”, “ev onun deyil ki!”) onun məhkəməyə getməsinə mane olur.Bu, xüsusilə bölgələrdə daha geniş yayılmışdır. Qız övladı hələ də “nəslin varisi deyil” kimi yanlış adətlərə görə mirasdan kənar saxlanılır. Halbuki Mülki Məcəllənin vərəsəlik normalarında qız və oğlan övladının hüquqları tam bərabərdir. Qadının hüququ müdafiəsiAilə Məcəlləsi – 32, 33, 34-cü maddələrBütün əmlak birgə mülkiyyətdir.Bölünmə bərabər aparılmalıdır.Qadının əmək fəaliyyəti olmasa belə, onun evdar qadın kimi əməyinə hüquq tanınır. Mülki Məcəllə – 338–343-cü maddələrBirgə mülkiyyətin idarə olunması, bölünməsi, payların müəyyənləşdirilməsi.Məhkəmə tərəfindən qadının payı müəyyən edilə bilər. Konstitusiyanın 25-ci maddəsiQadın və kişi bərabər hüquqlara malikdir.Heç kəs cinsinə görə ayrı-seçkiliyə məruz qala bilməz. Avropa İnsan Hüquqları Konvensiyası – maddə 1, Protokol 1Mülkiyyət hüququ dövlət tərəfindən qorunmalıdır.Qadının əmlak payının əlindən alınması Konvensiya pozuntusu sayılır. Qadının mülkü onun taleyinin evidirQadının mülkiyyət haqqı yalnız bir ev, bir torpaq, bir maşın deyil — onun ömür kitabında öz səsini yazdığı yerdir. Qadın öz evinə sahib olanda həyatında bir təhlükəsizlik çınqısı yanır; o çınqıdan işıq doğur, o işıqdan iradə güclənir.Qadını əmlaksız qoymaq – onu kölgəyə salmaqdır.Kölgədə insanın şəklini görürsən, amma özünü yox. Bir qadın evinə, malına, əmlakına sahib olanda:dünyaya daha dik baxır,övladını daha inamla böyüdür, həyatın fırtınalarına qarşı daha möhkəm dayanır.Bu haqq qadının əlindən alınanda isə, onun içindəki günəş sanki sönür – amma o günəşi yenidən yandırmaq hüququnun adı hüquq mübarizəsidir.Haqqı görünən qadın, hüququ işləyən dövlət qadınlara hüquqi maarifləndirmə,Ailə Məcəlləsi normalarının geniş izahı, pulsuz hüquqi konsaltinq xidmətləri. Nikah müqavilələrinin təşviqi qanuni şəkildə qadının əmlakının qorunmasının ən təsirli yolu.Xüsusilə iqtisadi asılı qadınların miras hüquqlarının pozulmasına qarşı dövlət nəzarətinin gücləndirilməsiRəsmi aktlar və hüquqi mexanizmlər vasitəsilə.Qadına qarşı iqtisadi zorakılığın cinayət hüququna daxil edilməsiAilə zorakılığı anlayışına iqtisadi asılılıq və mülkiyyət hüququnun məhdudlaşdırılması da əlavə edilməlidir. Qadının mülkiyyət hüququ qorunduqca cəmiyyət də güclənir. Qadının mülkü yalnız daş-divar deyil — onun ləyaqət kitabının bir səhifəsidir. Qanun bu səhifəni qoruyur, amma biz — hüquqşünaslar, dövlət, cəmiyyət — o səhifənin cırılmasına, itirilməsinə, susdurulmasına yol verməməliyik.

Kommersiya sirri qorunmasa nə baş verər?  - VƏKİLDƏN AÇIQLAMA

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu kommersiya sirri ilə bağlıdır.Kommersiya sirri qorunmasa nə baş verər?Mövzu ilə bağlı Oxu24.com-a danışan  vəkil Esmira Rzayeva bildirib ki,kommersiya sirrinin pozulması, ilk növbədə, məxfi məlumatların icazəsiz əldə edilməsi və yayılması ilə bağlı olur.Vəkilin sözlərinə görə,kommersiya sirri müəssisələrin iqtisadi maraqlarını, rəqabət gücünü və bazardakı mövqeyini qoruyan ən mühüm elementlərdən biridir. Bu sirrin itirilməsi və ya açıqlanması sahibkarlıq subyektləri üçün ciddi risklər yaradır və kommersiya münasibətlərində pozuntu kimi qiymətləndirilir. Kommersiya sirrinin qorunmaması müxtəlif formalarda özünü göstərsə də, ümumi xarakter daşıyan müəyyən istiqamətlər üzrə meydana çıxır. Bu halda kommersiya dəyərinə malik informasiyanın üçüncü şəxslərə ötürülməsi, sənədlərin və məlumat daşıyıcılarının nəzarətsiz istifadəsi və ya açıqlanması baş verir. Məlumatların icazəsiz dövriyyəyə çıxması hər bir təşkilat üçün risk yaradır və hüquqi mühafizənin əsas obyektlərindən biri hesab edilir.Digər mühüm istiqamət işçilər tərəfindən sirrin qorunmaması ilə bağlıdır. İşəgötürən-layiqli münasibətlər çərçivəsində işçilərə ötürülən kommersiya xarakterli məlumatlar bəzən əmək münasibətləri dövründə və ya sonrasında açıqlana bilər. Bu cür hallar kommersiya sirri rejiminə ciddi xələl gətirən pozuntular sırasında yer alır və təşkilati mühit üçün ümumi risk yaradır.Kommersiya sirrinin mühafizəsi ilə bağlı pozuntular həmçinin elektron və fiziki məlumatların lazımi səviyyədə qorunmaması şəklində də görünə bilər. Məlumat bazalarının müdafiəsiz saxlanılması, elektron sistemlərin yetərli təhlükəsizlik vasitələri ilə təmin edilməməsi, kağız daşıyıcıların nəzarətsiz mühitdə yerləşdirilməsi kommersiya sirrinin yayılmasına şərait yaradan ümumi hallar kimi qiymətləndirilir.Bu sahədə baş verən pozuntuların digər bir forması daxili məxfilik qaydalarının tətbiq edilməməsi və ya nəzərə alınmamasıdır. Müəssisə daxilində sirr rejiminin müəyyən olunmaması, məlumatların kimlərə aid olduğu dairə üzrə paylanması qaydalarının olmaması və məxfilik öhdəliklərinin təsbit edilməməsi kommersiya sirrinin qorunmamasına səbəb olan ümumi amillərdəndir.Kommersiya sirrindən qeyri-qanuni istifadə də ümumi pozuntu növləri sırasındadır. Sirrin kommersiya məqsədi ilə istifadə edilməsi, rəqib şirkətlərə ötürülməsi, iqtisadi üstünlük əldə etmək üçün məxfi məlumatlardan yararlanılması kommersiya münasibətlərinə zərər vuran geniş yayılmış hallardandır.Nəticə etibarilə, kommersiya sirrinin qorunmaması kommersiya münasibətlərində ümumi xarakterli pozuntu kimi çıxış edir və sahibkarlıq subyektlərinin fəaliyyətinə ciddi mənfi təsir göstərir. Bu səbəbdən kommersiya sirrinin mühafizəsinə dair ümumi qaydalara əməl olunması, məxfilik rejiminin qorunması və müvafiq təşkilati tədbirlərin görülməsi hər bir müəssisə üçün əhəmiyyətli zərurət kimi qəbul edilir.Hazırladı: Miri Məcidli

İcra başçısının camış ferması hüquq müstəvisində: Qanun olmaz deyir,başçı isə... - HÜQUQŞÜNAS RƏYİ

Oxu24.com ötən gün Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun biznes fəaliyyəti ilə bağlı xəbər vermişdi.Yayılan informasiyada icra başçısı Mənsur Məmmədovun camış ferması olduğu üzə çıxmışdı. Fermada çalışanlar sözügedən fermanın icra başçısına məxsus olmasını gizlətmir.Hətta,onun ayda bir neçə dəfə sözügedən fermaya baş çəkdiyi deyilir.Onun bu işlərinə birinci müavini Əliş Cəbrayılovun  nəzarət etdiyi deyilir.Bəs qanun icra başçılarının bizneslə məşğul olmasına icazə verirmi?Oxu24.com bununla bağlı araşdırma aparıb.Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki,Azərbaycan Respublikasında dövlət qulluqçularının fəaliyyəti xüsusi etik tələblərlə, məhdudiyyətlərlə və məsuliyyət çərçivəsi ilə tənzimlənir.Bu tələblərin əsasında dövlət orqanlarının şəffaflığı, korrupsiyanın qarşısının alınması və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilməməsi dayanır.Hüquqşünas Ellada Bayramovanın sözlərinə görə,yerli icra hakimiyyəti başçılarının (icra başçıları) səlahiyyətləri xüsusilə geniş olduğundan, onların kommersiya fəaliyyəti ilə məşğul olmaları ictimai maraqları birbaşa zədələyə biləcək risk yaradır. Bu səbəbdən, mövcud qanunvericilik icra başçılarının sahibkarlıqla məşğul olmasına ciddi məhdudiyyətlər mövcuddur. Hüquqi Status və İcra Başçısının Səlahiyyətləri, “Azərbaycan Respublikası yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, icra başçısı dövlət başçısı tərəfindən təyin olunan dövlət məmurudur. O, yerli icra hakimiyyətinin fəaliyyətinə rəhbərlik edir, dövlət siyasətinin icrasını təmin edir və inzibati-idarəçilik qərarları qəbul edir. Bu status ona geniş səlahiyyətlər tanısa da, eyni zamanda ciddi qanuni məhdudiyyətlər də müəyyən edir.  Qanuni Məhdudiyyətlər, “Dövlət Qulluğu haqqında” Qanunun tələbləri, “Dövlət Qulluğu haqqında” Qanunun 13-cü maddəsinə əsasən dövlət qulluqçusuna aşağıdakılar qadağandır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ticari təsərrüfat subyektlərində idarəetmə orqanlarının tərkibinə daxil olmaq, şəxsi biznes maraqlarını dövlət vəzifələrinin icrasında istifadə etmək.Yeganə istisna — müəllimlik, elmi və yaradıcılıq fəaliyyətidir.İcra başçısı isə dövlət qulluqçusudur və bu tələblər ona tam şəkildə şamil edilir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun bu qanunun 7-ci maddəsinə əsasən vəzifəli şəxslər, hər hansı gəlir gətirən kommersiya fəaliyyətinə qoşula bilməz, öz vəzifəsindən şəxsi gəlir əldə etmək üçün istifadə edə bilməz, maraqlar toqquşmasına yol verə bilməz. İcra başçısı sahibkarlıqla məşğul olarsa, bu həm də maraqlar toqquşması yaradır, çünki o, yerli sahibkarlar üzərində dövlət nəzarətini həyata keçirən şəxsdir. Azərbaycan qanunvericiliyinə görə kommersiya fəaliyyəti — gəlir əldə etmək məqsədilə, MMC yaratmaq və idarə etmək, fərdi sahibkar kimi fəaliyyət göstərmək, müəssisə rəhbərliyində iştirak etmək, pay sahibi və ya təsisçi  olmaq,faktiki biznes idarəetməsi ilə məşğul olmaq deməkdir. İcra başçısının adının şirkət sənədlərində olması kifayətdir ki, bu qanun pozuntusu kimi qiymətləndirilsin.Əgər şirkət formal olaraq başqasının adına rəsmiləşdirilsə belə, icra başçısı onu gizli idarə edirsə, bu artıq korrupsiya və qanun pozuntusudur.Qanun Pozuntusunun Hüquqi Nəticələriİcra başçısının kommersiya fəaliyyəti ilə məşğul olması müxtəlif hüquqi məsuliyyət yarada bilər. Vəzifədən azad edilmə (Konstitusiya və Əsasnamə əsasında) Gizlədilmiş gəlirlərə görə maliyyə məsuliyyəti, korrupsiya xarakterli hüquqpozmalar əgər icra başçısı dövlət səlahiyyətlərindən şəxsi biznes maraqları üçün istifadə edirsə, bu halda:Korrupsiya hüquqpozmaları haqqında protokol tərtib edilə bilər. Cinayət işi başlana bilər (Cinayət Məcəlləsinin 308, 309 və digər maddələri — vəzifə səlahiyyətlərindən sui-istifadə). Mülki məsuliyyətQanunsuz əldə edilən gəlirin dövlətə qaytarılması bütün göstərilən hüquqi normaları nəzərə alaraq, icra başçısının istənilən kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olması qəti şəkildə qadağandır və bu, birbaşa qanun pozuntusudur. Dövlət qulluqçuları sahibkarlıqla məşğul ola bilməz. İcra başçısı dövlət qulluqçusudur və bu yasaqlar ona birbaşa şamil edilir. Kommersiya fəaliyyəti istənilən formada — açıq, gizli, pay sahibi kimi, faktiki idarəçi kimi — qanunsuzdur belə fəaliyyət korrupsiya riski yaradır və hüquqi məsuliyyət doğururİcra başçısının kommersiya fəaliyyəti ilə məşğul olması Azərbaycan Respublikasının dövlət qulluğu, korrupsiyaya qarşı mübarizə və idarəçilik hüququnun əsas prinsiplərinə ziddir. Bu cür fəaliyyət həm hüquqi, həm də etik baxımdan qəbuledilməz sayılır və dövlət idarəçiliyinə olan inamı sarsıdır. İctimai nəzarət, hüquqi mexanizmlər və şəffaflıq prinsipləri belə halların qarşısının alınmasında mühüm rol oynayır.Miri Məcidli

"Şərurlu İsfəndiyar"ın vəkili yalan danışıb?   —   Onu hansı cəza gözləyir?

"Şərurlu İsfəndiyar"ın vəkili cəzalandırıla bilər? O,məhkəməyə yalan məlumat verib?"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesində maraqlı və təzadlı anlar yaşanıb.Onun vəkili Ülvi Nəsibli deyib. müvəkkilinin səhhətində problem olduğunu,məhkəmə prosesi uzandığı üçün müalicə almağa görə İsfəndiyar Axundovun ölkə xaricinə gedə bilmədiyindən gileylənib.Maraqlı və ziddiyyətli olan isə odur ki,İsfəndiyar Axundovun səhhətində problem olmasından özünün xəbəri yoxdur.Belə ki,prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxlayan “Qafqazinfo”ya İsfəndiyar Axundov deyib:"Əşi,səhhətimdə problem yoxdur,yaxşıyam.Xaricə, zada getmək istəmirəm.Vəkilim nə deyibsə,onun özündən soruşun".Müvəkkili barədə proses iştirakçılarına və hakimə həqiqəti əks etdirməyən məlumat verən vəkilləri  hər hansı cəza gözləyirmi?Oxu24.com məsələnin hüquqi tərəfinə nəzər salıb.Məhkəməyə yalan məlumat verən vəkil hansı məsuliyyəti daşıyır?Mövzu ilə  bağlı  Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü,tanınmış vəkil Ruslan Vəliyev də münasibət bildirib.Fotoda Ruslan Vəliyevdir."Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş Vəkillərin Etik Davranış Qaydaları Haqqında Əsasnaməyə görə vəkillər məhkəmələrlə,eləcə də hüquq-mühafizə orqanları ilə əməkdaşlıq zamanı dürst olmalıdırlar və yalan danışmamalıdırlar.Həmin əsasnaməyə uyğun olaraq vəkillərin borcudur ki, müdafiə etdikləri şəxsin maraqlarına və mənafeyinə uyğun olaraq işin müsbət həlli məqsədi ilə(proses iştirakçılarından kiməsə çətinlik yaratmırsa,bu dəfələrlə baş vermirsə,başqa şəxslərin hüquqlarına və mənafelərinə toxunmursa)məhkəmələrin və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə mənfi təsir etmirsə,vəkil məhkəmənin təxirə salınmasına dair vəsatətlə çıxış edə bilər.Bu halda işin təxirə salınması qanunazidd deyil.Hər halda məhkəməyə yalan danışmaq,həqiqəti əks etdirməyən yalnış məlumat vermək etik-davranış qaydalarının pozuntusu sayılır".Oxu24.com yazıda adı hallanan vəkil Ülvi Nəsibli ilə əlaqə saxlayıb.O,məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.Miri Məcidli

Kütləvi iğtişaşlar törədənlərin CƏZASI

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz  mövzu  kütləvi iğtişaşlarla bağlıdır.Bu barədə Cinayət Məcəlləsinin 220-ci maddəsində  əks olunub. 220.1. bəndinə görə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə—dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Hazırladı: Nigar 

Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə halları hansılardır?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu xəstəliyə görə cəzanı çəkməkdən azad etmə halları ilə bağlıdır. Cinayət Məcəlləsinin  78-ci maddəsində  bu hallardan  bəhs  olunur.Maddənin 78.1. bəndinə görə,cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər.Hazırladı: Nigar

Bu hallarda ömürlük həbs verilə bilməz - HÜQUQİ YARDIM 

Ömürlük azadlıqdan məhrum etmə Bu dəfə təqdim etdiyimiz mövzu ömürlük həbs cəzası ilə bağlıdır.Bu Cinayət Məcəlləsində  ən ağır  cəza  hesab olunur.Məcəllənin  57-ci  maddəsində  ömürlük  cəzanın  təyin olunması hallarından bəhs edilir.Oxu24.com bildirir  ki,ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on  ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilərHazırladı: Miri Məcidli

Uşağın mənşəyi necə müəyyən olunmalıdır? - HÜQUQ

 Bəzi hallarda ailələrdə uşağın  mənşəyi ilə bağlı mübahisələr yaşana bilər.Bu kimi məsələlər necə həll olunmalıdır?Oxu24.com  xəbər verir  ki, Ailə Məcəlləsində  qeyd olunub.Alə Məcəlləsinin  44-cü maddəsində   uşağın mənşəyinin müəyyən edilməsi  qaydaları  açıqlanıb. Belə ki,uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.Hazırladı: Miri Məcidli

Ərlə arvadın hüquq bərabərliyi - HÜQUQİ YARDIM 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu ər və arvadın  ailə münasibətlərində hüquq bərabərliyi mövzusudur.Bizdə adətən mental dəyərlərdə  kişinin qadından üstün olduğu düşünülsə də,qanunda bu belə deyil.Əmək Məcəlləsinə  görə,Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.Hazırladı: Miri Məcdili

Nikahın etibarsızlığını kimlər tələb edə bilər?

Bu dəfə təqdim etdiyimiz mövzu nikahın etibarsız sayılması barədədir.Oxu24.com bildirir ki,bununla bağlı Ailə Məcəlləsində açıqlama var.Məcəllənin 26-cı maddəsində   nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslərdəndən bəhs olunur.Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:nikah yaşına çatmayan şəxslə nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır.Hazırladı: Nigar

Başqasının yerinə işə çıxanlara maaş necə verilir? - HÜQUQ 

Oxu24.com  oxuculara hüquqi  yardım layihəsini davam etdirir.Bu dəfə  təqdim etdiyimiz mövzu   müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi ilə bağlıdır. Bu barədə  Əmək Məcəlləsinin   162-ci maddəsində  əks olunub.Həmin maddəyə görə, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.Həmçinin,əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.Nigar

Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlər necə ÖDƏNİLİR?

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu   məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi  ilə bağlıdır. Bu barədə  Əmək  Məcəlləsində  qeyd  olunur.Məcəllənin   141-ci maddəsində   həmin qaydalar  əks olunub.Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.Nigar

Ögey valideynlərin aliment hüququ necə  müəyyən olunur?    —  Vəkildən AÇIQLAMA 

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu alimentlə bağlıdır.Aliment hansı miqdarda ödənilir və kimlərdən aliment tələb olunur?Bununla bağlı  vəkil  Zöhrab Əskərov Oxu24.com saytına danışıb.Vəkilin sözlərinə görə,ata könüllü şəkildə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə gedib,doğulanın atası olduğunu yazılı şəkildə etiraf edirsə,atalığın tanınmasına dair şəhadətnamə tərtib  olunur və uşağa doğum haqqında şəhadətnamə verilir.Əks halda,atalığın müəyyən olunması bir qayda olaraq məhkəmədə həll olunur.Azərbaycan Respublikasının Ailə Məcəlləsində əksini tapıb ki,valideynlər uşaqlarını saxlamağa borcludurlar.Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilir ki, valideynlərin qazancının,gəlirinin dörddə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulur.Həmin Məcəllənin 78-ci maddəsində isə sabit pul məbləğində aliment tutulması göstərilib.Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenimum qərarında təsbit olunub ki,valideynlərin qazanclarının,gəlirlərinin hər uşağa görə,0.62 misli miqdarında aliment tutula bilər.Vəkilin bildirdiyinə  görə,Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsində ər və arvadın biri-birini saxlamaq vəzifəsi və lazım gələrsə,əlavə xərclərə cəlb olunması nəzərdə tutulub."Həmin Məcəllənin 89-cu maddəsində baba və nənələrin nəvələrini saxlamaq hüququ təsbit olunub.Eyni zamanda barəsində söhbət gedən Məcəllənin 92-ci maddəsində ögey oğul və qızların ögey ata və analarını saxlamaq vəzifəsi nəzərdə tutulub”,-deyə vəkil bildirib.Hazırladı: Miri Məcidli

Naxçıvan Ali Məhkəməsinin sədri təqaüdə göndərildi - Foto 

Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Oxu24.com   xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.İclasda “İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları” layihəsi və “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarına baxılıb.İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi və onların səmərəli fəaliyyətinə görə Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmələri barədə qərarlar qəbul edilib.

Tətil iştirakçılarının əmək haqqı necə ÖDƏNİLİR?

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu tətil iştirakçılarının  əmək haqqının  ödənişi ilə bağlıdır.Əmək Məcəlləsinin 283-cü maddəsinə görə,tətil iştirakçılarının əmək haqqının ödənilməsi  işəgötürən tətildə iştirak edən işçilərin tətil dövrü üçün əmək haqqını tam və ya qismən ödəyə bilər. Əmək haqqının ödənilməsindən imtina mübahisə üçün əsas ola bilməz. Hazırladı: Nigar
❌