Normal view

Sırağagün

Energetika naziri İƏT Təmiz Enerji Mərkəzinin icraçı direktoru ilə görüşüb

Energetika naziri Pərviz Şahbazovla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova arasında görüş keçirilib. Görüşdə Təmiz Enerji Mərkəzinin regional əməkdaşlıq platforması kimi fəaliyyəti, planlaşdırılan layihələr və birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ndən irəli gələn məsələlər, həmçinin qurumun maliyyələşdirilməsi, beynəlxalq təşkilatlar, enerji şirkətləri və maliyyə institutları ilə tərəfdaşlıq imkanları müzakirə olunub. Mərkəzin İƏT-ə üzv dövlətlər üzrə bərpa olunan […]

Source

❌