Normal view

Sırağagün

“Murovdağ” gəmisi Braziliya–Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Braziliya–Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb. Gəmi aprelin 10-da Braziliyanın Maseyo limanından yola çıxaraq Atlantik okeanı üzərindən keçid edib və Mərakeşin Kasablanka limanına çatıb. Səfər çərçivəsində “Murovdağ” 34 600 ton şəkər yükünü təyinat məntəqəsinə çatdırıb. Hazırda gəmi lövbər dayanacağında yükboşaltma üçün növbə gözləyir. [...]

Source

Əfqan Cəlilov Xəzər Dəniz Neft Donanmasının rəisini vəzifəsindən azad etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov vəzifəsindən azad edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Qeyd edək ki, T.Qurbanov 2017-ci ildən Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsində çalışırdı.

Source

“Ramiz Hacıyev” kran gəmisi təmir edilərək istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Ramiz Hacıyev” kran gəmisi əsaslı təmir edilib. Proses çərçivəsində baş və köməkçi mühərriklər, nasoslar, braşpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, köməkçi mühərriklərin generatorları, müxtəlif təyinatlı elektrik mühərrikləri və boru sistemləri təmir olunub. Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Heyətin yaşayış otaqlarında, yeməkxanalarda lazımi işlər aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib. 40 tonluq kranın bütün istiqamətləndirici rolikləri demontaj olunaraq çıxarılıb, […]

Source

ASCO sədrinin müavinləri vəzifələrindən azad edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) sədr müavinləri vəzifələrindən azad olunub. Banker.az xəbər verir ki, Nəzrəddin Murad oğlu Əhmədzadə və Tariyel Taleh oğlu Mirzəyev vəzifələrindən azad ediliblər. Qeyd edək ki, N.Əhmədzadə 2014-cü ildə, T. Mirzəyev isə 2022-ci ildə müvafiq vəzifəyə təyin edilmişdilər.
❌