Normal view

Sırağagün

​Messiyə görə 450 min itirdi

Türkiyənin populyar “Kim Milyoner Olmak İster” verilişində maraqlı anlar yaşanıb. İştirakçı xanım argentinalı futbol ulduzu Lionel Messi ilə bağlı suala düzgün cavab verə bilmədiyi üçün 450 min türk lirəsindən (18 500 manat) məhrum olub.

Moderator.az xəbər verir ki, verilişin sonuncu buraxılışında iştirakçı “Şəkli İnstaqramda 75 milyon adam tərəfindən bəyənilən bunlardan hansıdır?” sualını cavablandırmağa çətinlik çəkib. O, 4 variantdan birini seçməliydi:


a) Lionel Messi, b) Kayil Cenner, c) Kriştian Ronaldo, d) Yumurta.

İştirakçı sonuncu variantı seçdiyi üçün 450 min lirəyə sahib ola bilməyib.

Onun cavabı sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Bəzi şəbəkə istifadəçiləri qadının ünvanına “toyuq qədər ağlı var” məzmunlu şərhlər yazaraq onu təhqir etməkdən çəkinməyiblər.

Sevinc gizli ərə getməsi barədə sualı <span style="color: #ff0000;">CAVABLADI</span>

Müğənni bacılar Sevil və Sevinc "Öz aramızda" verilişinin qonağı olublar.
 
Moderator.az xəbər verir ki, proqram zamanı Sevinc haqqında yayılan "gizli ərə getməsi" iddialarına ilk dəfə münasibət bildirilib.
 
Sevinc şəxsi həyatı ilə bağlı gündəmə gəlmək istəmədiyini deyib. Onun bu fikirlərinə bacısı Sevil də dəstək çıxıb. İki bacı bir ağızdan bildiriblər ki, indiyədək şəxsi həyatları ilə gündəm olmayıblar və bunu istəmirlər.
 
Sənətçilər qeyd ediblər ki, şəxsi həyat adından da göründüyü kimi, yalnız özlərinə aid bir mövzudur:
 
"Adı üstündə şəxsi həyatdır. Bu, mənə bağlı bir şeydir. Bir dəfə görmüsünüz ki, bəyimin saçını, əlini, qulağını paylaşım? Uzağı öz aldığımız şeyləri paylaşırıq. Qardaşımın artıq övladları böyüyür, ailə qurmağın nə olduğunu anlayırlar. Biz şəxsi həyatı ilə gündəmə gəlməyi sevməyənlərdənik".
 
Sevinc vurğulayıb ki, efirdə şəxsi həyatının müzakirə olunmasını qətiyyən istəmir və bu mövzu onun üçün həssasdır:
 
"Efirə çıxıb şəxsi həyatımı müzakirə etmək istəmirəm. Mənim üçün bu toxunulmaz mövzudur. Ailə quranda ictimaiyyətin bilib-bilməməyini zaman göstərəcək. Qarşı tərəf istəsə sosial şəbəkədə görünəcək, istəməsə yox. Bu, ondan asılıdır".
 
Sənətçi əlavə edib ki, şəxsi həyatın gizli qalması ona görə daha doğrudur:
 
"Məncə, ən gözəli bilinməməyidir. Şəxsi həyatdır, hamının tanımasına ehtiyac yoxdur. Bilmək və ya bilməmək hər kəsin seçimidir və buna hörmət etmək lazımdır".
 
Qeyd edək ki, Sevil və Sevinc bacılar uzun illərdir sənət fəaliyyəti ilə tanınsalar da, şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verirlər.
 
Xatırladaq ki, bir müddət öncə ifaçılardan biri instaqramda hekayə bölümündə əl şəklini yayımlayıb. Onun barmağındakı tək qaşlı üzük izləyicilərin marağına səbəb olmuşdu. Üzüyün "adsız barmaq"da taxılması isə izləyicilərdə evlilik iddiasını gündəmə gətirmişdi. /milli.az/
❌