Normal view

Sırağagün

Putinin orqanları donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"

Amerikanın "The Wall Street Journal" qəzetinin məlumatına görə, Rusiya hakimiyyəti 73 yaşlı Rusiya diktatoru Vladimir Putinin ömrünü uzatmağın yolunu tapmaq üçün 26 milyard dollarlıq(təxm. 2 trilyon rubl) genişmiqyaslı proqrama başlayıb.

Moderator.az bu barədə "Korrespondent" nəşrinə istinadla xəbər verir.
Putinin qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri və Kreml liderinin dostu Mixail Kovalçukun rəhbərlik etdiyi layihənin bir hissəsi olaraq, rus alimləri aşağıdakılar üzərində işləyirlər:

-toxuma bioçapı;

-gen terapiyasından istifadə edərək hüceyrə qocalmasını yavaşlatmaq;

-genetik modifikasiya olunmuş mini donuzların içərisində insan transplantasiyası üçün orqan yetişdirməyə çalışmaq.

İlk genetik modifikasiya olunmuş donuzun 2030-cu ilə qədər peyda olacağı gözlənilir.

Rusiya alimləri hazırda iki əsas sahəyə diqqət yetirirlər: bio-çap (canlı toxumaların və orqanların 3D çapı) və ksenotransplantasiya — insanlarla uyğunlaşmaq üçün genetik modifikasiya olunmuş heyvanlarda orqanların yetişdirilməsi.

Bəzi təcrübələr siçanların qığırdaq toxumasını və tiroid bezini bio-çap olunduğunu iddia edib.

Mixail Kovalçuk  daha əvvəl elmin nəticədə insan bədən hissələrinin "təmirinə" və dəyişdirilməsinə, eləcə də insan ömrünün uzadılmasına imkan verəcəyini bildirmişdi.

Lakin Rusiya "təcrübələrinin" effektivliyi hələ də şübhə altındadır, çünki hazırda beynəlxalq elmi jurnallarda bu mövzuda heç bir nəşr yoxdur.
KİV xəbər verir ki, illərdir, Putin və onun ətrafındakılar ömrün uzadılması və biotexnologiyaya böyük maraq göstərirlər.

Nəşrin xatırlatdığı kimi, Rusiya diktatoru daha əvvəl Çin prezidenti Si Cinpinlə söhbətində ölümsüzlük və orqan dəyişdirilməsi mövzusunu qaldırmış və bunun ömrü 120 ilə qədər uzada biləcəyini iddia etmişdi.

Keçən il isə Putin Rusiyada orta ömür müddətinin "150 ilə qədər artırıla biləcəyini" bildirmişdi.

Rusiyalı alimlər Putinin ömrü "150 ilə qədər" uzatmaq ideyasını həyata keçirmək vəzifəsini öz üzərlərinə götürüblər.

S.Laçın

"Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...

"The Middle East Eye" qəzetinin məlumatına görə, ABŞ-dakı keçmiş İsrail casusu Conatan Pollard İrandan sonra İsrail təcavüzünün növbəti hədəflərinin Misir və Türkiyə olacağını proqnozlaşdırıb.

Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.

O, "Arutz Sheva" xəbər agentliyinin jurnalistinə verdiyi açıqlamada "Türklərlə işimizin iranlılarla olduğu qədər asan keçəcəyinə əmin deyiləm" deyib. "Çox güman ki, Türkiyəyə və ya Misirə qarşı olacaq növbəti müharibəyə hazırlaşmalıyıq. Fırtına yetişir" deyib Pollard.

O, həmçinin Türkiyənin dəstəklədiyi Suriya keçid hökumətinin İsrail ordusu tərəfindən işğal edilmiş torpaqları geri almasına mane olmağa çağırıb.

Türkiyənin "Strateji Düşüncə İnstitutu" saytının bu mövzuda məlumatında əlavə edilir ki, keçmiş "Mossad" agenti Pollard bu açıqlamaları verərkən Türkiyənin NATO üzvlüyünü də vurğulayıb:

“Mən Türkiyənin hərbi doktrinasını izləyirəm - onların Yaxın Şərqdə ən güclü ordusu var. Bir fırtına gəlir və onlar NATO üzvləridir. Daha da pisi, onlar NATO üzvüdürlər.

Buna görə də İrana mütləq həll etməli olduğumuz bir problem kimi baxıram və nə demək istədiyimi izah edəcəyəm. Qəzza da eyni şəkildə. Və "Hizbullah" da.

Niyə? Niyə mən indi buna aludə olmuşam? Çünki növbəti müharibəyə hazır olmalıyıq. Bu müharibə, yəqin ki, Türkiyə və Misirə qarşı olacaq”, - deyə o bildirib.

Zəruri arayış:

Conatan Pollard ABŞ-dan İsrailə məxfi məlumat ötürdüyünə görə 30 il ABŞ həbsxanasında cəza çəkib. O, 2015-ci ildə azadlığa buraxılıb, İsrail vətəndaşlığını alıb və 2020-ci ildə İsrailə köçüb. Həmin vaxt onu hava limanında Benyamin Netanyahu qarşılayıb.

Pollard Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin silahdaşı və dostudur və Fələstin ərazilərində etnik təmizləmə çağırışlarını dəstəkləyib.

S.Laçın

QHT-lərə Dövlət Dəstəyi Agentliyi - şəffaflıq və etimadın nümunəsi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin nəticələri ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına verilən önəmin daha bir bariz göstəricisi oldu. Bu müsabiqə qeyri-hökumət təşkilatlarının cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərini dəstəkləmək, sosial layihələrin həyata keçirilməsinə yeni imkanlar yaratmaq və ictimai faydalı fəaliyyətlərin miqyasını genişləndirmək baxımından mühüm rol oynayır. Sevindirici haldır ki, qaliblər sırasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi də yer alıb. Bu uğur təşkilatımızın illərdir həyata keçirdiyi sosial təşəbbüslərin, xüsusilə də valideyn himayəsindən məhrum və həssas qrupdan olan uşaqların müdafiəsinə yönəlmiş fəaliyyətinin qiymətləndirilməsi kimi böyük əhəmiyyət daşıyır. Layihəmizin dəstəklənməsi bizə daha geniş miqyasda fəaliyyət göstərmək, ehtiyacı olan uşaqlara sosial, psixoloji və mənəvi dəstək proqramlarını həyata keçirmək üçün yeni imkanlar yaradır.

Ümumilikdə, Azərbaycan Respublikasının Qeyri‑Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son illərdə şəffaf, ədalətli və çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutlarının inkişafına mühüm töhfələr verir. Agentliyin təşkil etdiyi qrant müsabiqələri açıq meyarlar, obyektiv qiymətləndirmə mexanizmi və ictimai nəzarət prinsipləri əsasında həyata keçirilir. Bu yanaşma QHT-lər arasında sağlam rəqabət mühitinin formalaşmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə və ictimai əhəmiyyətli təşəbbüslərin daha geniş dəstək qazanmasına şərait yaradır.

Agentlik yalnız maliyyə dəstəyi ilə kifayətlənmir, eyni zamanda qeyri-hökumət təşkilatlarının institusional inkişafına, idarəetmə bacarıqlarının gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və sosial layihələrin effektiv həyata keçirilməsinə də dəstək göstərir. Bu da, QHT sektorunun daha peşəkar və davamlı fəaliyyət göstərməsinə mühüm zəmin yaradır. Bu baxımdan, 2026-cı il qrant müsabiqəsinin nəticələri bir daha göstərir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına sistemli və ardıcıl şəkildə diqqət yetirilir. Bu prosesdə əhəmiyyətli rol oynayan Agentliyin dəyərli rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə və bütün kollektivinə göstərdikləri etimada, şəffaf və ədalətli seçim mexanizminə görə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu dəstək sayəsində həyata keçiriləcək layihələr cəmiyyətimiz üçün faydalı təşəbbüslərin sayını artıracaq, sosial həmrəyliyin güclənməsinə və xüsusilə də qayğıya ehtiyacı olan uşaqların daha yaxşı gələcək qurmasına mühüm töhfə verəcəkdir.

Lamiyə İsazadə

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO

Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub.

Moderator.az xəbər verir ki, tanışlıq zamanı “Azərbaycan otağı”nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib. Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü - tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub - FOTO

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb - FOTO

Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Moderator.az xəbər verir ki, məhsuldar keçən görüşdə Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşübLeyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşübLeyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

“Amnistiya aktının qəbulu zərurətə çevrilib” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Moderator.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, artıq il ərzində neçənci dəfədir ki, ƏHD partiyası amnistiya aktının qəbul edilməsinin vacibliyi barədə məsələ qaldırır, bu hansı zərurətdən irəli gəlir?

- Bu il biz ərazi bütövlüyümüzün bərpa olunmasının 5-ci ildönümünü qeyd edirik. Bu tarixi qələbənin ildönümü münasibətilə böyük amnistiya elan olunması xalqımız tərəfindən məmnuniyyətlə qəbul olunardı. Amnistiya aktı cəmiyyətimizdə humanizmi və milli birliyimizi gücləndirərdi. Bunu zəruri edən başqa faktorlar da var. Cəmiyyətimizdə hiss olunan sərtlik və aqressiya hakimlərə də sirayət edir. 2024-cü ildə 15885 şəxs məhkum edilibsə, onun 9226-sı barəsində azadlıqdan mərhumetmə ilə əlaqədar cəza təyin olunub. Hakimlər alternativ cəza növlərinin tətbiqinə üstünlük vermirlər. Cinayət Məcəllsənin 76-cı Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, 77-ci Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, 78-ci Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə kimi normaları təcrübədə çox az hallarda tətbiq olunur. Məhbusların sayına görə Avropada hər 100 min nəfərə düşən median göstərici təqribən 105 nəfərdisə, bizdə bu rəqəm 264-dür. Məsələn, Almaniyada 74, Norveçdə, Finlandiyada, Niderlandda 54 nəfərdir. Bizdə cəzaçəkmə müəssisələrində sıxlıq 102.8 faizdirsə, Almaniyada 80 faizdir. Onu da nəzərə almalıyıq ki, il ərzində bir məhbusun saxlanması ölkəmizdə 7500 manata başa gəlir. Bütün bunlara görə amnistiya aktının qəbulu zərurətə çevrilib.

- Amnistiya aktı ilin sonuna qədər qəbul oluna bilərmi?

- Çox az zaman qalıb, amma iqtidar istəsə bu mümkündür. Köhnə layihələr durur. Onlar üzərində kiçik bir iş aparmaq kifayətdir. Ümumiyyətlə, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Həmin qanunla ABŞ-də olduğu kimi Prezidentə nəinki məhkum olunmuş şəxsləri, istintaq altında olan, yaxud gələcəkdə cinayət təqibinə məruz qalma ehtimalı olan şəxsləri belə əfv etmək hüququ nəzərdə tutulmalı, əfv olunanların sayına məhdudiyyət qoyulmalıdır.

- Amnistiya aktı həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxslərə də şamil oluna bilərmi?

- Çox istərdim ki, olsun. Xüsusilə, qadınlara münasibətdə tətbiq olunsun. Bu birliyimizi gücləndirər, ölkəmizin beynəlxalq nüfuzunu artırardı. Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların arqumentlərini də əllərindən alardı. Onların çoxu cəzalarının bir hissəsini çəkib və ümid edirəm əksəriyyəti azadlığa çıxarlarsa həyatlarını başqa cür qurarlar. Əgər ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri amnistiya aktına daxil etmək mümükün deyilsə, o zaman prezident onları əfv edə bilər.

- Qüdrət bəy, xuliqanlıq və narkotiklərlə mübarizəyə dair qanunvericilik aktlarına dəyişikliklər edilməsinin vacibliyini vurğulamısınız. Bir az geniş izahat verərdinizmi?

- Xuliqanlıq-cinayət əməli yox, insanı cinayətə təhrik edən daxili inam, motivdir. Ona görə 221-ci maddə Cinayət Məcəlləsindən çıxarılmalı, ictimai qaydanı cəmiyyətə açıq formada hörmətsizlik ifadə edən kobud formada pozma inzibati xəta kimi qanunvericilikdə nəzərdə tutlmalı və həmin şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Əgər xuliqanlıq motivi ilə ictimai qayda pozulan zaman əmlaka ziyan vurularsa, şəxsiyyət əleyhinə hər hansı cinayət törədilərsə, buna görə Cinayət Məcəlləsində xüsusi normalar var.

Cinayətkarlığa qarşı mübarizədə cəzanın sərtliyi deyil, onun labüdlüyü daha böyük çəkindirici gücə malikdir.

Cinayət Məcəlləsinin 61-ci maddəsində cinayətin alçaq niyyətlərlərə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin maddəyə xuliqanlıq motivi ilə cinayətin törədilməsi cəzanı ağırlaşdıran hal kimi daxil edilə bilər.

2024-cü ildə 7245 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunub. Bu olduqca böyük rəqəmdir. Ona görə Cinayət Məcəlləsindən 234-cü maddənin 1-ci hissəsi – “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri “xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”- çıxarılmalıdır. Bu maddənin dispozisiyasına yenidən baxılmalı, yalnız narkotik maddəni satan, satış məqsədilə daşıyan, istehsal edən və ya yayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Narkotik vasitə şəxsi istehlak üçündürsə buna görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır. Narkomanlar üstlərində analitik tərəzi gəzdirməyəcəklər ki, şəxsi istehlak miqdarında narkotik vasitə alsınlar.

Realist olmaq lazımdır. Narkoman olmaq cinayət deyil, xəstəlikdir. Onları həbsxanaya doldurmaq yox, müalicə mərkəzlərinə yerləşdirmək lazımdır.

Pakistanın Bakıdakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib - FOTO

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr - Anım Günü ilə əlaqədar "X" sosial şəbəkəsində paylaşım edib.

Moderator.az-ın verdiyi məlumata görə, paylaşımda deyilir:

"Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik".

Together with our Azerbaijani brothers and sisters, we commemorate the Day of Remembrance. We honor, with deepest respect, the memory of the martyrs who will forever be remembered for their ultimate sacrifice for the liberation of Karabakh. pic.twitter.com/An5w3VHhUv

— Pakistan Embassy Azerbaijan (@PakinAzerbaijan) September 27, 2025