ADRA-da ərazi reklam idarələrinin hesabat iclasi keçirilib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) 2026-cı ilin birinci rübünə dair hesabat iclası keçirilib. ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə baş tutan iclasda ərazi reklam idarələrinin fəaliyyəti müzakirə olunub, görülən işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Hesabat dövründə açıq məkanda reklamların estetik görünüşünün yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhər mühitinin vizual ahənginin qorunması və reklam daşıyıcılarının müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İclasda dövlət dilinin qorunması və düzgün istifadəsi ilə bağlı […]