İsrailin xarici işlər naziri bu hadisəyə görə üzr istədi
İsrailin xarici işlər naziri Gideon Saar israilli əsgər tərəfindən İsa Məsihin heykəlinə zərər yetirilməsi ilə bağlı xristianlardan üzr istəyib. Modern.az xəbər verir ki, nazir “X” sosial şəbəkəsində yazıb. “İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgəri tərəfindən Livanın cənubunda xristian dini simvolunun məhv edilməsi təhlükəli və utancvericidir. İDF-nin bu hadisəni qınayan bəyanatını və faktla bağlı istintaqa başlanıldığını alqışlayıram. Əminəm ki, bu iyrənc əməli törədənlərə qarşı lazım olan sərt tədbirlər görüləcək. Bu biabırçı hərəkət bizim dəyərlərimizə tamamilə ziddir”.Onun sözlərinə görə, İsrail müxtəlif dinlərə və […]