Reading view

Rok musiqimizin bilinməyən səhifəsi

Yəqin, bu adı eşidəndə çoxları çiyinlərini çəkəcək: TAC? O hansı qrupdur? Hansı mahnıları var? Gəlin, rok tariximizin bu səhifəsinə birlikdə boylanaq.

TAC rok qrupu 1990cı ildə Bakıda yaradılıb. Qrupun yaradılması müğənni, Bakı payızı88 festivalının ulduzlarından biri Xana Qalsanovanın təşəbbüsü ilə baş tutmuşdu. O həmin illərdə çox məşhur olan Karvan qrupundan ayrıldıqdan sonra yeni musiqi kollektivi qurmaq fikrinə düşür və qrupa rəhbərlik etməyi bəstəkar Eldar Mansurov a təklif edir.

Böyük dayaq

Vaxtım çox az olduğu üçün qrupun gündəlik fəaliyyətinə birbaşa rəhbərlik etməyin məsuliyyətini üzərimə götürmək istəmədim, deyə Eldar Mansurov AzVisiona bildirib. Amma belə razılaşdıq ki, TACln bədii rəhbəri mən olacağam.

Bədii rəhbər kimi Eldar Mansurov həm qrupun repertuarl üçün mahnılar bəstələyir, həm də kollektivin televiziya, radio və digər kütləvi informasiya vasitələrində tanıdılmasına, indiki dil ilə desək, promouşnuna kömək edirdi. Bu dəstək qısa zamanda nəticəsini göstərir.

TAC kimin başında idi

Qrupun adını musiqiçi Vidadi Mirzəyev təklif etmişdi. İlk heyətdə Xana Qalsanovanın özü, Yaşar Baxış, Vidadi Mirzəyev, Marina Zaxarova, Zaur Abdullayev və Pavel Bulak var idilər.

Müxtəlif zamanlarda kollektivin tərkibində Cəsur Nemətov, Samir Bağırov kimi müğənnilər də çıxış ediblər.

Yaşar Baxış həm də qrupun əsas aranjımançısı idi.

İlk uğurlar

Qısa müddət ərzində qrup bir çox konsert və festivallarda çıxış etməklə adını geniş dinləyici kütləsinə tanıtdıra bilir. Onların arasında 1991ci ildə Bakıda, Respublika stadionunda keçirilən İntergeo Tetis beynəlxalq musiqi festivalını xüsusi qeyd etmək lazımdır. Postsovet məkanında miqyası və təşkilatçılığı ilə fərqlənən bu tədbir dövrün tanınmış musiqiçilərini və ifaçılarını bir araya gətirmişdi.

Həmçinin 1991ci ildə keçirilən beynəlxalq elmi simpoziumun bağlanış mərasimində TAC qrupu konsert proqramı ilə çıxış etmişdi. Bu fakt artıq qrupun ciddi qəbul olunmasının göstəricisi idi.

TAC həmçinin Yaşıl teatrın səhnəsində də musiqisevərlərlə görüşüb.

Mahnılar susmur

Eldar Mansurov qrup üçün bir sıra mahnılar bəstələmiş, həmçinin bəstəkarı olduğu Bəxt üzüyü, Müqəddəs oda yanaram və Hökm filmlərinin musiqisinin yazılışına TAC qrupunu cəlb etmişdi.

Təəssüf ki, 1991ci ildə kollektiv fəaliyyətini dayandırır. TAC qrupunun ömrü qısa olsa da, 1990cı illərin əvvəllərində yaranmış unikal kollektivlərdən biri kimi Azərbaycanda rok musiqisinin inkişafına danılmaz xidməti olmuşdu.

Samir Quliyev
AzVision.az

  •  

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazın gündəlik ödənişi cəmi 1.55 AZN təşkil edir. Bundan əlavə, cihazı 24 aylıq hissəli ödənişlə əldə edən müştərilərə hər ay 2 GB hədiyyə internet təqdim olunur.

Samsung Galaxy A57 5G yüksək performansı və müasir dizaynı ilə gündəlik istifadə üçün bütün zəruri funksiyaları bir araya gətirir.

Abunəçilər 19 avqust tarixinədək Bakcell mağazalarında keçərli olan təklifdən yararlanmaq üçün ən yaxın Bakcell mağazasının ünvanı ilə link vasitəsilə tanış ola bilərlər.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.




  •  

Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrıayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 1112də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

  •  

TƏBİB beynəlxalq tibbi əməkdaşlığı genişləndirir

Bu istiqamətdə Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti və Almaniyanın GFO Troisdorf Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə TƏBİBin rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə TƏBİBin İcraçı direktorunun müavini Bahadur Rzayev, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın GFO Troisdorf Xəstəxanalar Qrupunun baş həkimi Nuran Abdullayevin rəhbərlik etdiyi xarici nümayəndə heyəti və digər mütəxəssislər iştirak edib.

Görüş zamanı insult və digər neyrovaskulyar xəstəliklər üzrə klinik məlumatların vahid reyestrdə toplanmasını nəzərdə tutan Caspian Neurovascular Outcomes Registry layihəsi təqdim olunub. Layihənin müalicə nəticələrinin qiymətləndirilməsi, elmi tədqiqatların dəstəklənməsi və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

Tərəflər tibb işçilərinin Almaniyada ixtisasartırma proqramlarında iştirakı, yerli mütəxəssislər üçün təlimlərin təşkili, peşəkar bilik mübadiləsinin genişləndirilməsi, habelə insult xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Almaniya təcrübəsinin tətbiqi imkanlarını müzakirə ediblər.

Əməkdaşlıq çərçivəsində professor Nuran Abdullayevin iştirakı ilə Yeni Klinikada tibbi konsilium da keçirilib. Konsilium zamanı mürəkkəb klinikradioloji hallar müzakirə edilib, həmçinin radiologiya xidmətlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, skrininq proqramlarının tətbiqi, o cümlədən referans mərkəz modelinin inkişafı mövzuları danışılıb. Professor Yeni Klinikanın İnsult Mərkəzi və Angioqrafiya bölməsinin fəaliyyəti ilə də tanış olub.

  •  

Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edilib

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sərəncamla, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edililib.

  •  

Qəbələdə 10 ildə ASANlaşan 1 milyon 500 mindən çox müraciət

Qəbələ regional ASAN xidmət mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 10 avqust 2016cı il tarixində açılıb. 20 avqust 2016cı il tarixindən fəaliyyətə başlayan mərkəz Qəbələ, İsmayıllı, Oğuz, Qax, Zaqatala, Ağsu, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 830 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400ə yaxın xidmət göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Qəbələ regional ASAN xidmət mərkəzinə 1 miliyon 505 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafe, uşaqlar üçün əyləncə guşəsi də mövcuddur.

Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 900ə yaxın könüllü məzun olub.

Hazırda 28 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 7si Bakı şəhərində, 2si Gəncədə, 2si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək ASAN xidmət mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

  •  

Qazaxıstanda uçan taksi dövrü başlayır

EH216S adlı aerotaksi 2 sərnişini 35 kilometr məsafəyə daşımağa qadirdir.

Uçan taksinin ilk sərnişini Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev olub.


Əvvəlcə aerotaksidən nümayiş və turizm məqsədilə 530 dəqiqəlik gəzinlilərdə istifadə oluncaq. Bir müddətdən sonra pilotsuz uçan maşınların nəqliyyat vasitəsi kimi istifadəsinə başlanılacaq.

Samir Quliyev
AzVision.az

  •  

Avropada istilər: Dunay qurudu, sirlər üzə çıxdı...

Bunlar 1944cü ildə nasist qoşunlarının geri çəkilməsi zamanı batırılmış gəmilərdir. Tarixçilərin məlumatına görə, onlardan bəzilərində hələ də döyüş sursatı ola bilər.

Suyun səviyyəsinin aşağı olması regionun energetika sahəsi üçün də problemlər yaradır. Rumıniyada Çernavodı AESə daha çox su yönəltmək üçün müvəqqəti bəndin tikintisinə başlanılıb, Macarıstanda isə Pakş AESin dörd enerji blokundan üçü soyutma üçün suyun çatışmaması səbəbindən artıq dayandırılıb.

Hər iki ölkənin rəsmiləri enerji sisteminə düşən yükü azaltmaq üçün əhalini və müəssisələri elektrik enerjisi istehlakını azaltmağa çağırıblar.

Samir Quliyev
AzVision.az

  •  

Arıqlamaq istəyənlər üçün HƏKİMDƏN MƏSLƏHƏT



Bu məsələ 350 elmi araşdırmanın nəticələrinin təhlilindən sonra gündəmə gəlib. Həmin araşdırmalarda zülal qəbulunun azaldılmasının maddələr mübadiləsini yaxşılaşdıra və yaşlanma prosesini ləngidə biləcəyi qeyd olunub.

Zöhrə Əliyeva isə bu nəticələrə ehtiyatla yanaşmağa çağırıb. O bildirib ki, icmala daxil edilən tədqiqatlar müxtəlif göstəricilərinə görə birbirindən əhəmiyyətli dərəcədə fərqlənir.

Endokrinoloq vurğulayıb ki, azhərəkətli həyat tərzi keçirən insanlar üçün ilk növbədə artıq çəki yığmamaq məqsədilə qidalanmanın kaloriliyini azaltmaq vacibdir. Ət və ya kəsmikdən imtina edərək onların əvəzinə şirin un məmulatlarına üstünlük vermək isə əksinə, qocalma prosesini sürətləndirə, iltihabi proseslərə səbəb ola və II tip diabet riskini artıra bilər.

Zülala olan tələbat yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən və həyat tərzindən asılıdır. Metodik tövsiyələrə əsasən,kişilər gündə 65–110 qram, qadınlar isə 50–85 qram zülal qəbul etməlidirlər. Ümumi tövsiyə kimi hər kiloqram bədən çəkisinə təxminən 0,8 qram zülal hesablanır.

Bununla yanaşı, zülalla zənginləşdirilmiş məhsullardan da həddindən artıq istifadə etmək məsləhət görülmür.

Röya Əliyeva
AzVision.az

  •  

TRIPP Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdı - ABŞ rəsmisi

Bunu ABŞnin sülhməramlı missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun CIVILNETə müsahibəsində deyib.

ABŞ bu məqamdan ( Vaşinqton sammitindən) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən işə salmaq üçün istifadə etdi, – deyə müşavir bildirib.

O qeyd edib ki, həmin sənədlər imzalandıqdan sonra regionda tərəflər arasında heç bir silahlı insident qeydə alınmayıb. Əksinə, tərəflər qarşılıqlı əməkdaşlıq etməyi, o cümlədən ticariiqtisadi əlaqələri inkişaf etdirməyi öyrəniblər.

Laytstounun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla münasibətlərini nə qədər möhkəmləndirsə, Cənubi Qafqazda sülh də bir o qədər dayanıqlı olacaq. O vurğulayıb ki, Azərbaycan və Ermənistanı birləşdirmək məqsədi daşıyan logistika qovşağı layihəsinin (TRIPP – red.) adının da ifadə etdiyi kimi, regionun rifahı davamlı və uzunmüddətli sülhün bərqərar olması ehtimalını artırır.

Rifah olduqda bu, sülh üçün imkanları gücləndirir, sülh isə öz növbəsində gələcək rifah üçün zəmin yaradır, – deyə Laytstoun vurğulayıb.

Müşavir xatırladıb ki, ABŞ tərəfi layihənin həyata keçirilməsi üçün artıq 201 milyon ABŞ dolları ayırıb və onun fikrincə, bu məbləğ investisiya əməkdaşlığının minimum həddidir, tavanı deyil.

Laytstoun əlavə edib ki, bu yanaşma Ağ Evin əvvəlki administrasiyalarının siyasətindən fərqlənir.

  •  

Dövlət Neft Fondu Peruya investisiya yatırıb

Fonddan verilən məlumata görə, 2026cı ilin fevral ayında Kanadanın pensiya fondu olan Canada Pension Plan Investment Board (CPPIB) Inkia Energy şirkətinin 50 faiz payını I Squareddən əldə edib. Qalan 50 faiz pay isə ARDNFnin də iştirak etdiyi və I Squared tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.

Inkia Energy hidroelektrik, təbii qaz, Günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVtdan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.

Inkia Energy Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNFnin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli riskgəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.

ARDNF haqqında


1999cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard dollardan çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

I Squared Capital haqqında


I Squared Capital orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard dollardan artıq həcmdə aktivə malikdir. 2012ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktursahələrini əhatə edən geniş investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.

Hazırda I Squared Capitalın investisiya portfelinə 70dən çox ölkədə fəaliyyət göstərən 100dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞnin Mayami şəhərində yerləşir, ƏbuDabi, London, Münhen, NyuDehli, SanPaulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.

  •  

Bakıda oyekt yanır

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əraziyə FHNin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

  •  

"Zolotaya Korona" ilə köçürmələr niyə dayanıb? - Mərkəzi Bank açıqladı

Banklar ilə ödəniş sistemləri arasında əməkdaşlıq tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir və Mərkəzi Bank bu münasibətlərə müdaxilə etmir. Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir, deyə AMBdən qeyd olunub.

Mərkəzi Bank həmçinin məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olmuş banklara müraciət edilməsini tövsiyə edib.

Qeyd edək ki, son günlər mediada Azərbaycandan Rusiyaya Zolotaya Korona ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb. Bir sıra banklar xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər. Unibank və Yelo Bank Zolotaya Korona sistemi ilə əməkdaşlığın davam etdiyini, lakin xidmətdə yaranmış texniki problemlər səbəbindən hazırda Rusiya istiqamətində pul köçürmələrinin müvəqqəti həyata keçirilmədiyini bildiriblər. Ödəniş sisteminin rəsmi saytında da Azərbaycan həm pul göndərən, həm də pul qəbul edən ölkələr siyahısında yer almır.

Məlumatlarda qeyd olunub ki, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21ci sanksiyalar paketindən sonra tətbiq edilib. Həmin sanksiyalar çərçivəsində Zolotaya Korona ödəniş sisteminin operatoru olan Rusiyanın Platejnıy Sentr (Платежный центр) qeyribank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib.

  •  

Mediasiya Şurasının növbəti rüblük hesabatı │ SƏNƏD

2026cı ilin 2ci rübü ərzində mediasiya təşkilatlarına ümumilikdə 13.945 müraciət daxil olub. Daxil olan müraciətlərdən 12.212i ailə mübahisələri, 1.414ü əmək mübahisələri, 53ü kommersiya mübahisələri, 252 müraciət mülki mübahisələr, 14 müraciət isə digər mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 12.791 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 6.232, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.623dür.

2026cı ilin 2ci rübündə ümumilikdə 2.378 barışıq sazişi imzalanmışdır ki, bu da 48.2% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1.640 barışıq ailə, 493 barışıq əmək, 38 barışıq kommersiya, 199 barışıq mülki mübahisələr, 8 barışıq isə digər mübahisələrlə bağlı müraciətlər üzrədir.

Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqa vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.

Qanunvericiliyin və Mediasiya Şurasının Nizamnaməsinin tələblərinə uyğun olaraq, rüblük statistik hesabat mütəmadi şəkildə müxtəlif kütləvi informasiya vasitələrində və Mediasiya Şurasının rəsmi sosial şəbəkə hesablarında yayımlanır.

  •  

Ukraynaya humanitar yardımlar davam edəcək – Ceyhun Bayramov

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı AzərbaycanUkrayna münasibətlərinin bütün istiqamətləri üzrə ətraflı müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi olub.

Biz Ukrayna ilə münasibətlərimizə son dərəcə böyük diqqət yetiririk. Bizi uzunmüddətli dostluq əlaqələri və dövlətlərarası münasibətlər bağlayır, deyə o qeyd edib.

C.Bayramov xatırladıb ki, gələn il Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq.

Nazir vurğulayıb ki, xarici işlər nazirləri səviyyəsində müntəzəm təmaslar davam edir. O qeyd edib ki, 2025ci ildə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib, ötən il isə Bakıda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası baş tutub.

C.Bayramov bildirib ki, Azərbaycan hərbi əməliyyatların ilk günlərindən bütün mübahisələrin diplomatik yolla həllinə çağırıb.

Biz hər zaman Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Münaqişənin uzanması beynəlxalq sülh və təhlükəsizliyə zərər vurur, ağır humanitar nəticələr yaradır, deyə nazir vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Ukraynaya humanitar dəstəyi mənəvi borc hesab edir.

27 fevral 2022ci ildə Azərbaycandan Ukraynaya ilk humanitar yük göndərilib. O vaxtdan bəri 50 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərmişik və bu yardım davam edir, deyə C.Bayramov bildirib.

Nazirin sözlərinə görə, humanitar dəstək çərçivəsində Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyi bərpa olunub, İrpen şəhəri ilə Azərbaycan şəhərlərindən biri arasında qardaşlaşma əlaqələri qurulub, 700 ukraynalı uşaq Azərbaycanda reabilitasiya və psixoloji dəstək proqramlarından yararlanıb.

O vurğulayıb ki, Azərbaycan Ukrayna tərəfinin müəyyən etdiyi ehtiyaclara uyğun olaraq bundan sonra da humanitar yardım göstərmək əzmindədir.

C.Bayramov görüş zamanı Ukrayna tərəfinə Cənubi Qafqazda son vəziyyət, AzərbaycanErmənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdiyini bildirib. O, həmçinin həmin ərazilərdə mina təhlükəsinin davam etdiyini, bunun insanların həyatına təhlükə yaratdığını qeyd edib.

Nazir əlavə edib ki, müharibənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əlaqələrdə bərpa meyilləri müşahidə olunur. Onun sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsi 2021ci ildə 900 milyon dollar, 2023cü ildə 350 milyon dollar təşkil edib, ötən il isə 500 milyon dolları ötüb. Cari ilin ilk altı ayında bu göstərici artıq 280 milyon dollara çatıb.

C.Bayramov bildirib ki, tərəflər ticarət, investisiya, enerji, humanitar yardım, təhsil, elm, mədəniyyət, gənclər mübadiləsi, idman və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımları da müzakirə ediblər. Onun sözlərinə görə, bu istiqamətlər strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

  •  

Azərbaycanın UNESCO-da yeni daimi nümayəndəsi təyin edilib

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Fəxrəddin İsmayılov buna qədər Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi idi.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

  •  

Sabahın hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimalqərb küləyi əsəcək, gündüz şimalşərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2225, gündüz 3034 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 7080, gündüz 5055 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2226, gündüz 3439, dağlarda gecə 1520, gündüz 2328 dərəcə isti olacağı ehtimal edilir.

AzVision.az

  •  

AÇG-dən gələn səmt qazının həcmi 30%-dən çox artıb

Bu barədə BPnin Azərbaycanda fəaliyyəti üzrə 2026cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatda bildirilir.

Sənədə əsasən, hesabat dövründə AÇGdən SOCARa gündə orta hesabla 11 mln. kubmetr qaz verilib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub, hesabatda qeyd olunub.

Qeyd edək ki, AÇGdə hasil edilən səmt qazının bir hissəsi SOCARa təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇGdə pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 35,3%, MOL – 9,57%, Inpex – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh Ltd. (OVL) – 2,92%.

  •  

Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərilib

Bu barədə Azərbaycan Dəmir Yolları QSCdən məlumat verilib.

Bildirilib ki, 14 vaqondan ibarət, ümumi çəkisi 979 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edilib ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.

Məlumata görə, eyni dövrdə Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ92 və Aİ95 markalı benzin ixrac edilib.

  •  

Qazaxıstanla Orta Dəhlizin inkişafına dair müzakirələr aparılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Orta Dəhlizin inkişafı, onun rəqabət qabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

  •  

Yol Polisi sürücülərə müraciət etdi

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Nəticədə arxadan toqquşmalar, zəncirvari yolnəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.

Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun, deyə müraciətdə diqqətə çatdırılıb.

BDYPİ bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırıb.

  •  

Kart köçürmələrində məhdudiyyət hansı problemləri yaradacaq? │ Şərh

Qeyd olunur ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, bir sıra ölkələrdə bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini (mənbəyi ilə bərabər) bəyan edir. Kartdan karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur. Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmirlər, halbuki 2005ci ildən bunu tələb edən qanunumuz var.

Buna görə də bizdə çirkli pullarına yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsanız, istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, babamdan qalıb. Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir, ekspert deyib.

Onun sözlərinə görə, normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları yox, dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi.

Əkrəm Həsənovun sözlərinə görə, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə, pulu sadəcə nağd ala bilər. İşin ən mənfi tərəfi də budur. İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənişlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bumu bizə lazımdır?.. ekspert sual edib.

  •  

Tramp: “Ərdoğan İran tərəfdən müharibəyə qoşula bilərdi” │ VİDEO

Ankarada NATOnun Baş katibi Mark Rütte ilə bir araya gələn Tramp Türkiyənin nəhəng hərbi qüdrətə malik olduğunu xüsusi vurğulayıb.

Türkiyə nəhəng bir hərbi dövlətdir

Türkiyənin potensialını yüksək qiymətləndirən Tramp qeyd edib: Türkiyə böyük hərbi gücə malik dövlətdir. Milyonlarla əsgəri var və olduqca güclüdür. Onların sərəncamında bizim ən yaxşı hərbi texnikamız və avadanlıqlarımız var. Hazırda da F35 qırıcılarını əldə etməyə çalışırlar.

ABŞ lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibəyə qoşulmaq istədiyini, lakin özünün buna mane olduğunu iddia edib: Ərdoğan İran tərəfdən müharibəyə daxil ola bilərdi, çünki onun İsraildən və şəxsən Netanyahudan elə də xoşu gəlmir. O, məhz mənim sayəmdə bu addımı atmadı. Əgər mən olmasaydım, o, müharibəyə qoşular və digər cəbhədə (İran tərəfində) yer alardı.


Ərdoğanın ağlı başındadır, qarşı tərəf isə dəlidir

Tramp Türkiyə Prezidentinin İrana da rəğbət bəsləmədiyini bildirib: Düşünmürəm ki, onun o biri tərəfdən də xoşu gəlsin. Çünki Ərdoğan kifayət qədər sağlam düşüncəli, ağlı başında olan biridir. Qarşı tərəf isə tamamilə dəlidir. Amma ümumilikdə hesab edirəm ki, onlar (Türkiyə) bizə qarşı dürüst və düzgün davrandılar.

ABŞ Prezidenti həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun ötən gün Türkiyə və şəxsən Ərdoğan barəsində olduqca sərt və kəskin ifadələr işlətdiyini də xatırladıb.

Tariyel
AzVision.az

  •  

Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

Görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tariximədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.


Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün türk dünyasında dini sahədə institusional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Görüşün yekununda qəbul olunmuş Kommünikenin birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaratdığı ifadə olunub.


Azərbaycan və Özbəkistanın müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, habelə dini maarifləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin də iştirak etdiyi görüşdə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun İslam sivilizasiyasının zəngin irsinin təbliği, maarifçilik ənənələrinin təşviqi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

  •  

Donald Tramp: “İranla atəşkəs başa çatıb”

Ankarada NATOnun Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə çıxış edən Tramp İran rəhbərliyinə qarşı olduqca sərt və qeyridiplomatik ifadələr işlədib.
Hesab edirəm ki, atəşkəs rejimi başa çatıb. Həqiqəti bilmək istəyirsinizsə, onlar (iranlılar) sadəcə bir qrup rəzildir. Onlar rəzil bir kütlədir... Mənim onlardan xoşum gəlmir. Bunlar şər insanlardır, Tramp deyib.

Tramp ABŞnin İranla danışıqlar aparmaqla əbəs yerə vaxt itirdiyini qeyd edib. O, rəsmi Vaşinqtonun mənasız diplomatiya cəhdlərini davam ettirmək əvəzinə, öz işi ilə məşğul olmaq istədiyini ifadə edib.

ABŞ Prezidenti İrandakı mövcud rejimi təhlükəli bir xəstəliyə bənzədərək, hərbi əməliyyatların anonsunu verib: Biz onların bu xərçəng şişindən, bu bəlasından xilas olmalıyıq. Bilirsiniz, belə hallarda nə edirlər? Xərçəng şişini hələ ilkin mərhələdə ikən kəsib atmaq lazımdır. Mənim də mövqeyim məhz bu cürdür.

Tariyel
AzVision.az

  •  

İlham Əliyev iordaniyalı nazirlə görüşüb

Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi.

Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu.

  •  

Azay Quliyev ATƏT PA-nın Haaqa sessiyasında çağırış edib │ VİDEO

Çıxışına sessiya iştirakçılarının həmin gün Beynəlxalq Ədalət Məhkəməsini ziyarət etdiklərini xatırlatmaqla başlayan Azay Quliyev bildirib ki, bu məhkəmə beynəlxalq hüququn aliliyinin təmin edilməsinə xidmət edən əsas beynəlxalq təsisatlardan biridir. Bununla belə, o qeyd edib ki, müasir dövrdə beynəlxalq hüququn prinsipləri və beynəlxalq təhlükəsizlik sistemi ciddi çağırışlarla üzüzədir.

Deputat vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv şəkildə tətbiq olunur. Bu isə beynəlxalq hüquqa və çoxtərəfli institutlara etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə güc amilinin üstünlük qazanmasına şərait yaradır.

Azay Quliyev çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edərək bildirib ki, qurum öz effektivliyini və legitimliyini qorumaq üçün XXI əsrin reallıqlarına uyğun şəkildə islahat edilməli, daha çox təmsilçi, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik olmalıdır.



O diqqətə çatdırıb ki, dünya yeni beynəlxalq nizam haqqında çox danışsa da, mövcud beynəlxalq sistemi islah etmək və daha ədalətli, effektiv və inklüziv qlobal idarəetmə modelini formalaşdırmaq istiqamətində hələ də kifayət qədər siyasi iradə nümayiş etdirilmir.

Azay Quliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır: beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı gücləndirmək, qlobal idarəetmə institutlarında islahat aparmaq və daha ədalətli beynəlxalq təhlükəsizlik sistemi qurmaq, yaxud etimadsızlığın dialoqu, qarşıdurmanın isə əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.

Çıxışının sonunda Azay Quliyev bildirib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər naminə daha təhlükəsiz dünya qurmaq üçün nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.

  •  

ABŞ-İran: Danışıqlar atəşli keçir │ VİDEO

ABŞ tərəfi bəyan edib ki, İran son günlərdə Hörmüz boğazından keçən üç mülki gəmiyə — Marşal adaları bayraqlı M/T Al Rekayyat, Səudiyyə Ərəbistanına məxsus M/T Wedyan və Liberiya bayraqlı M/T Cyprus Prosperity tankerlərinə hücum edib. CENTCOM bu hərəkətləri mövcud atəşkəs rejiminin və dəniz naviqasiyası azadlığının əsassız, eyni zamanda təhlükəli şəkildə pozulması kimi qiymətləndirib.

Hava zərbələri əsasən İranın hava hücumundan müdafiə (HHM) sistemlərini, sahildəki müşahidə qurğularını, raket komplekslərini və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış məntəqələrini sıradan çıxarmaq məqsədi daşıyıb. Ümumilikdə 80 strateji hədəf dəqiqliklə vurulub.

NBC News agentliyinə danışan amerikalı rəsminin sözlərinə görə, bu hücumlar əvvəlkilərə nisbətən daha genişmiqyaslı olub. Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiyası birgə iştirak edib.



İranın IRIB dövlət telekanalının yaydığı məlumata görə, güclü partlayış səsləri xüsusilə ölkənin cənubundakı mühüm liman şəhərlərində — Keşm, Sirik və BəndərAbbasda qeydə alınıb.

Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞın gecə saatlarında reallaşdırdığı hava hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə raket və PUAlarla kütləvi zərbələr endirdiyini bəyan edib. Bölgədə gərginlik pik həddə çatıb.

SEPAHın rəsmi bəyanatına görə, hava və dəniz qüvvələrinin iştirakı ilə Küveytdəki Əli əsSalim aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5ci Donanmasının qərargahı (Salman limanı) daxil olmaqla, ABŞa məxsus ümumilikdə 85 hərbi obyekt vurulub.

İran tərəfi həmçinin ABŞa məxsus mühüm kəşfiyyat platforması olan MQ9 Reaper tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib.

İran Silahlı Qüvvələrinin Xatəm əlƏnbiya mərkəzi qərargahı Hörmüz boğazında nəzarəti tamamilə ələ aldıqlarını bəyan etdikdən dərhal sonra Bəhreyn və Küveytdə hava həyəcanı siqnalları işə düşüb. Hər iki ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri hazırda İran raketlərinin və PUAlarının qarşısını almaq üçün döyüş rejimində çalışır.

ABŞ Maliyyə Nazirliyi İranın Hörmüz boğazında üç neft tankerinə etdiyi hücumlara cavab olaraq, iyulun 7dən etibarən İran nefti ilə əməliyyatların aparılmasına icazə verən xüsusi lisenziyanı rəsmən ləğv edib. Yeni müqavilələrin bağlanması dərhal qadağan edilib, mövcud sövdələşmələrin yekunlaşdırılması üçün isə iyulun 17nə qədər vaxt verilib.

İran parlamentinin spikeri və Tehranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞı ikitərəfli Anlaşma Memorandumunu (MOU) dəfələrlə pozmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞın Hörmüzdəki təhlükəsizlik tədbirlərinə müdaxiləsi, İrana yönəlik daimi hərbi təhdidlər, neft sanksiyalarının bərpası, İranın cənubuna hücumlar və İsrailin Livana qarşı davam edən təcavüzünə dəstək verməsi bu razılaşmanın açıq şəkildə pozulmasıdır. Qalibaf şantaj və təzyiq dövrünün bitdiyini qeyd edib.

Bu arada məlum olub ki, ABŞnin müdafiə naziri Pit Heqset NATOnun Ankara sammitində ABŞ Prezidenti Donald Trampı müşayiət etdikdən sonra iyulun 8də İsrailə ilk rəsmi səfərini reallaşdıracaq. Heqsetin TelƏvivdə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə təcili görüşü planlaşdırılır. Səfərin əsas məqsədlərindən biri Vaşinqtonun Türkiyəyə F35 qırıcıları satmaq niyyəti ilə bağlı İsrail tərəfində yaranan ciddi narahatlıqları aradan qaldırmaqdır.

Tariyel Həsənov
AzVision.az

  •  

Azercell süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercellin mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.

Proqramın əsas mövzularından biri AWSin AIDriven Development Life Cycle (AIDLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AIDLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.
+++
Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.

AWS ilə əməkdaşlıq Azercellin qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.

  •  

İslam Sivilizasiyası Forumunda Şeyxülislamın kitabı təqdim edildi

İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCOnun baş direktoru Salim ƏlMalik, IRCICAnın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.


Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başlayıb. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviun dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfələrdən danışarkən qeyd edib ki, mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir: ‘’Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq.

Allahşükür Paşazadə həmçinin Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Özbəkistan əlaqələrinin təməlində dayandığını da xüsusi olaraq qeyd edib: Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil AzərbaycanÖzbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir.


Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitabalbomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib. Mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, rəsmi şəxslər, ictimiayyət nümayəndələri iştirak edib, nəşri Azərbaycan və Özbəkistan xalqlarının ensiklopediyası kimi qiymətləndiriblər. İki dildə Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.

  •  

Türkiyə və ABŞ nümayəndə heyətləri görüşdü

Mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak edir.

Müzakirələr zamanı TürkiyəABŞ münasibətlərinin vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin müzakirəsi gözlənilir.

  •  

Belçika Fələstini tanıyacaq

Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Fələstinin tanınması məsələsinin hökumət səviyyəsində müzakirəsi başlayıb.

Nazir qeyd edib ki, qərarın iyulun 10da keçiriləcək Nazirlər Şurasının iclasında nəzərdən keçirilməsi gözlənilir.

Prevo bildirib ki, prosesin sürətlənməsinə HƏMASın Qəzza zolağında inzibati strukturlarını ləğv etməsi təkan verib.

  •  

Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.


Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, millimənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb. O, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış dinimədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.


Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir.

R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

  •  

Məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib

Layihənin əsas məqsədi məcburi köçkünlərin sosialiqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.


Sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.

Layihənin icrası çərçivəsində 30 iyun 2 iyul tarixlərində sorğuçular üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər, eləcə də məlumatların keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etməkdir.


Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və genişmiqyaslı məlumat toplanacaq. Toplanacaq məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.

  •  

Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

O, təşəkkür nitqində göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, 2013cü ildən Assambleyada müxtəlif məsul vəzifələrdə xidmət edib: üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət, yəni 6 il ATƏT Parlament Assambleyasının Vitseprezidenti və hazırda artıq ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilib.

Son on üç il ərzində mənə göstərdiyiniz davamlı etimadı şəxsi uğurum kimi qiymətləndirmirəm. Əksinə, bunu Assambleyamızı daha da gücləndirmək və bizi birləşdirən dəyərlərin təşviqinə xidmət etmək üçün üzərimə düşən böyük məsuliyyət kimi qəbul edirəm, Azay Quliyev deyib.


Onun sözlərinə görə, ATƏT məkanının görünməmiş geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları ilə üzüzə qaldığı bir dövrdə parlament diplomatiyası hər zamankından daha böyük əhəmiyyət daşıyır: Bütün məsələlərdə eyni mövqedə olmaya bilərik, lakin hamımızın ortaq məsuliyyəti dialoq yolu ilə həll yolları axtarmaq və başqalarının ayrılıq gördüyü yerdə körpülər qurmaqdır. Bu münasibətlə Komitəmizin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya birlikdə formalaşdırdığımız səmərəli əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Güclü və həmrəy rəhbərlik komandası kimi əldə etdiyimiz nəticələrlə qürur duyuram və bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram.

  •  

Şeyxülislam İslam Sivilizasiyası Forumunda │ FOTOLAR


Açılış mərasimində çıxış edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə əvvəlcə Azərbaycan Respublikası Prezidentinin forum iştirakçılarına xoş arzularını çatdırıb. Bütün Qafqazın Şeyxi Azərbaycanla Özbəkistanın islam dünyasına əsrlər boyu verdiyi töhfələrdən danışıb: Bu gün toplaşdığımız İslam Sivilizasiyası Mərkəzi dünya miqyaslı elm, din məbədi, İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi töhfələrin ən yüksək, müasir texnoloji səviyyədə sərgiləndiyi müzey mərkəzi, süni intellektin imkanlarından istifadəyə örnək olan və rekordlar kitabına salınmış məkandır. İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət, müdrik dövlət lideri – Özbəkistan Respublikasının Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarıdır. Necə ki, Azərbaycanda millimənəvi dəyərlərimizin əsasında duran İslam dininin ümumbəşəri əhəmiyyətinə, sülhsevər mahiyyətinə önəm verən, dilindən, dinindən asılı olmayaraq insan həmrəyliyi ideyaları yönündə əməli səylər göstərən dövlət başçımız Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənabları müqəddəs dinimiz İslamın və ümmətin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən müdrik siyasi liderdir.


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşzadə Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq dövlət başçılarının mədənimənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfələrini verməkdən məmnunluq duyduğunu xüsusi olaraq vurğuladı. Bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilat dini liderlərinin 7ci görüşündən danışan Allahşükür Paşazadə görüş çərçivəsində İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfransın da keçiriləcəyi barədə məlumat verib.

Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu 711 iyul tarixlərində Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərində keçirilir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti əsasında Bütün Qafqazın Şeyxi Allahşkür Paşazadə forumda iştirak edir.

  •  

Yaratmaq istəyənlər üçün: Kino İnkubasiya Proqramına qeydiyyat başlayır

Proqram Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası və Mədəniyyət Nazirliyinin Kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı Tədbirlər Planı (2026–2027) çərçivəsində yaradıcı istedadların dəstəklənməsinə, innovativ ideyaların inkişafına və gənclərin film sənayesinə cəlb olunmasına xidmət edir. Əsas məqsəd kino sənayesində yeni biznes subyektlərinin yaranmasına dəstək verməkdir.

Proqram üç mərhələdən ibarət olacaq:

Ustad dərsləri


İştirakçılar investisiyaların cəlb edilməsi, ideyanın biznes modelinə çevrilməsi, süni intellektin kinoda tətbiqi, kino marketinqi, ssenari yazılışı və digər mövzular üzrə yerli və beynəlxalq ekspertlərlə görüşəcəklər.

İdeaton – Filmaton

Filmaton çərçivəsində iştirakçılar komandalar şəklində 3 dəqiqəyədək qısa film, film posteri dizaynı, süni intellekt vasitəsilə animasiya filmi, ssenari yazılışı, mobil tətbiq və innovativ xidmətlər istiqamətləri üzrə layihələr hazırlaya biləcəklər.

İnkubasiya proqramı

Seçilmiş komandalar mentorluq, ixtisaslaşmış təlimlər, ofis dəstəyi və film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları əldə edəcəklər. Hazırlanan layihələr proqramın sonunda baş tutacaq Təqdimat günü tədbirində nümayiş etdiriləcəklər.

Proqrama mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələri üzrə təhsil alan və fəaliyyət göstərən gənclərin cəlb olunması nəzərdə tutulur.

Qeydiyyat üçün bu linkə daxil olun

  •  

Kiyev Polşa raketləri ilə vurulub - Hərbi ekspert

AzVision.az bu barədə Rusiya mətbuatına istinadən xəbır verir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gecə Rusiya Silahlı Qüvvələri uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbisənaye müəssisələrinə, yanacaqenergetika kompleksinin obyektlərinə və hərbi aerodrom infrastrukturuna kütləvi zərbələr endirib.

Hücumlar zamanı Kiyev və ətrafında, həmçinin Dnepropetrovsk, Poltava, Çerkası və Çerniqov vilayətlərində partlayışların baş verdiyi bildirilir.

Yuri Knutovun sözlərinə görə, Polşa ilə Ukrayna arasında yaşanan siyasi gərginliyə baxmayaraq, Varşava Kiyevə qapalı kanallar vasitəsilə yararlılıq müddəti bitmiş raketlər ötürüb. Ekspert iddia edir ki, bu raketlər hədəfə yönəldikdən sonra trayektoriyasını dəyişərək yerə düşüb, bəzi hallarda yaşayış məntəqələrində dağıntılara səbəb olub.

Onun sözlərinə görə, Patriot PAC2 raketlərinin döyüş başlığının çəkisi təxminən 90 kiloqramdır və bərk yanacaqlı mühərriklə təchiz olunduğundan partlayışlar güclü dağıdıcı təsir göstərir.

Knutov qeyd edib ki, texniki cəhətdən saz vəziyyətdə olan raketlər hədəfi vura bilmədikdə şaquli istiqamətdə yüksəlməli, yanacaq tam tükəndikdən sonra döyüş başlığı havada partladılmalı və yalnız qalıqları yerə düşməlidir. Onun fikrincə, bu halda dağıntıların miqyası xeyli az olardı.

Röya Əliyeva

  •  

İran nüvə obyektlərini bərpa edir │FOTOLAR

Natanz

Peyk görüntülərinə görə, kompleksdə aktivlik olduqca aşağıdır. Yeraltı zənginləşdirmə salonlarına giriş nöqtələri təmir edilməyib. İşçi heyətin giriş qapıları tamamilə dağıdılmış, nəqliyyat vasitələrinin girişləri isə ağır zədələnmiş halda qalmaqdadır. Əsas və ehtiyat enerji sistemləri ilə yanaşı, havalandırma (HVAC) sistemləri də sıradan çıxmış vəziyyətdədir.

Külüngqazan dağı

Natanz kompleksinin cənubunda yerləşən Külüngqazan dağı yeraltı obyektində nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunub. Qərb tunelinin girişinə aparan yollardakı bu aktivlik tunelin daxilində tikintinin və giriş hissəsinin möhkəmləndirilməsi işlərinin davam etdiyini göstərir.


Hallbuki ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumuna (MOU) əsasən, Tehran mövcud statuskvonu qorumalıdır. Bu qayda Külüngqazan dağı da daxil olmaqla, hər hansı nüvə obyekti tərəfində tikinti işlərinin aparılmasını qadağan edir.

Şərq tunel portallarının qarşısı torpaq qalaqları ilə qismən örtülü qalıb. Bu addımın quru nəqliyyatının əraziyə sürətli girişçıxışının qarşısını almaq məqsədilə atıldığı ehtimal edilir.

Fordo

İran mayın 10dan 18dək tunel girişlərinə aparan yollarda torpaq və qayalardan ibarət təpəciklər yerləşdirərək passiv müdafiə tədbirlərini gücləndirib. Bu da obyektin tamamilə bağlanmasını deyil, avtomobillərin sürətli girişçıxışını əngəlləmək məqsədi daşıyır.


İyunun 21nə olan peyk görüntüləri bu maneələrin və tunellərdəki torpaq qalaqlarının toxunulmaz qaldığını göstərir.

İsfahan

2026cı il iyunun 29na olan məlumata görə, İsfahandakı obyektdə heç bir hərəkətlilik qeydə alınmayıb. Tunelin girişləri torpaq qalaqları ilə qapalı vəziyyətdə qalmaqdadır.

Tariyel Həsənov
AzVision.az

  •  

Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir

Rahat ödəniş imkanları: Alfa Plan istifadəçiləri nömrəyə ayrılan kredit limitindən faydalanaraq mobil xidmətlərdən fasiləsiz yararlanmaq, ödənişlərini 45 günədək həyata keçirmək imkanı əldə edir.

Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%dək endirim əldə edə bilərlər.

Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və Azercell müştəri xidmətləri mərkəzlərində Sürətli xidmət kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.

Azercellin Yeni Alfa Plan tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi | Azercell

  •  

Kiyevə rus zərbəsi: 11 nəfər həlak olub │ FOTOLAR

Ən böyük dağıntı isə Kiyevin Podol rayonunda yerləşən doqquzmərtəbəli binada baş verib.

Qeyd edək ki, hava hücumu zamanı Kiyevdə 11 nəfər həlak olub, 46 sakin isə xəsarət alıb. Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 7də Kiyevdə matəm elan edildiyini açıqlayıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.

Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 68 müxtəlif tipli raket və 351 drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.




  •  

Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub.

Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub.

Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar.

Bakcell innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.

  •  

Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb

Ümumilikdə 400ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Lankaran Springs Wellness Resort Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidlərimizin 1011, 1213 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Tərəfdaşlar: TABİA Group və Lankaran Springs Wellness Resort Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm ASC

Dəstəkçilər: Happy day cake, Cırtdan Entertainment MMC, Asterias Təlim və İnkişaf Mərkəzi, Circus Sea Breeze, Badamlı Mineral Suları.

Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.

AzVision.az

  •  

İranda “casus ovu” genişlənir

Nazirliyin məlumatına görə, neytrallaşdırılan qruplar Amerika və İsrail xüsusi xidmətlərinin nəzarəti altında fəaliyyət göstərirmiş.

Həmçinin ölkənin qərbində yerləşən İlam vilayətində İsrail kəşfiyyatının göstərişi ilə müdafiə, məhkəmə, bank və telekommunikasiya idarələrinin məlumat bazalarını ələ keçirməyə çalışan bir nəfərin həbs edildiyi bildirilir. Onun qərargahında Starlink peyk rabitə terminalları və partlayıc qurğular üçün fitillər aşkar olunub.

Ölkənin cənubşərqində yerləşən Sistan və Bəlucistan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri daha 4 nəfəri həbs edib. Onlardan Kalaşnikov avtomatları və sursatlar götürülüb. Onlar təxribatlar hazırlamaqda və ölkənin ali hərbi komandirləri barədə məlumat toplamaqda ittiham edilirlər.

Paytaxt Tehranda isə düşmənin küçə döyüş şəbəkəsinin 126 əsas üzvü həbs olunub. Onların çoxunun əvvəllər də iğtişaşlarda iştirak etdikləri bildirilir. Şübhəlilərin evlərində aparılan axtarış zamanı 500dən çox atıcı və soyuq silah, həmçinin böyük miqdarda narkotik maddə və spirtli içkilər götürülüb.

İranın təhlükəsizlik orqanları əməliyyatların davam etdiyini vurğulayıb.

  •  

Çin və Rusiya kəşfiyyatlarının İranda gizli döyüşü

Pekin ikili oyun oynayır: İrana kömək etməklə yanaşı, paralel olaraq izləyir də. Çinlilər rəsmi Tehrana inanmır və onun müharibə itkilərilə bağlı məlumatları ciddi şəkildə təhrif etdiyini düşünürlər.

Moskva Yaxın Şərq İnstitutunun araşdırmasında deyilir ki, Yaxın Şərq istiqamətində Çin və Rusiya kəşfiyyatlarının arasında informasiyaya çıxış və agentura mövqeləri uğrunda gərgin rəqabət gedir. Bəzən məsələ kifayət qədər ciddiləşir. Məsələn, 2026cı ilin mart ayında Rusiyanın Tehrandakı mənbələri İranın İsrail ərazisinə zərbə vuracağı haqda məlumat əldə etsələr də, Çinə ötürməyiblər. Nəticədə Moskva ilə Pekinin arasında hətta diplomatik gərginlik yaranıb.

İranda ənənəvi olaraq Rusiya kəşfiyyatı güclü olub. Moskva İranın ordu rəhbərliyinin bəzi vacib addımları onunla məsləhətləşməsini istəyir və Çinin birbaşa İran hərbçilərilə işləməsinə qısqanc yanaşır. Çin isə cavabında Rusiyadan asılı olmamaq üçün YAOGAN peykini və hakerlər ordusunu İranda kəşfiyyat fəaliyyətinə yönəldib.

Pekinin məqsədləri daha çox iqtisadi maraqlardan doğur. Çin 60 milyard dollarlıq neft idxal etdiyi regionun taleyinin onsuz həll edilməsinə razılaşa bilməz. Belə vəziyyətdə qeyrimüəyyənliyin davam etməsi Səma İmperiyasına daha çox sərf edir. Çünki böhranın uzanması Pekinə İraqda, Birləşmiş Ərəb Əmirliklərində möhkəmlənməyə, Amerikanı oradan sıxışdırmağa imkan verir.


Vüsal Məmmədov
AzVision.az

  •  

“86 47”: Trampa gizli təhdid?!

Məsələ ondadır ki Amerika slenqində to 86 ifadəsi çox vaxt nədənsə canını qurtarmaq, başından etmək mənasında işlədilir. Donald Tramp isə ABŞnin 47ci prezidentidir. Buna görə də 86 47 rəqəmi prezidentə təhdid kimi yozulur.

İkinci dünya müharibəsi memorialının yaxınlığındakı çəmənlikdəki rəqəmlər yaxından baxanda otun tapdalanmağı kimi görünsə də, yuxarı qalxdıqca aydın sezilir.



Bu məsələ ilk dəfə ötən ilin mayında qalxmışdı. FBIın keçmiş direktoru, Trampım 2017ci ildə vəzifədən azad etdiyi Ceyms Kominin Instagram sosial şəbəkəsindəki hesabında balıqqulağılardan düzəldilmiş 86 47 rəqəmlərinin şəklini paylaşması böyük hayküyə səbəb olmuşdu. Bundan sonra şəkli pozub üzr istəmisən baxmayaraq, Komiyə qarşı prezidenti təhdid etmək maddəsi ilə cinayət işi açılmışdı. Milli Kəşfiyyat Xidmətinin ovaxtkı rəhbəri Tulsi Qabbard bəyan etmildi ki, Kominin 86 47 rəqəmlərinin verdiyi mənanı bilməməsi mümkün deyil.

Tariyel Həsənov
AzVision.az

  •  

Casus tısbağalar Çinə qarşı

Bu məqsədlə hətta dəniz heyvanlarına xüsusi sensorlar da bənd edilir. Beləliklə, balıq və tısbağalar casusa çevrilirlər.

Bu yolla Çinin dənizləri haqqında məlumatlar toplanaraq real vaxt rejimində peyklərə, oradan isə xarixi ölkələrin kəşfiyyat xidmətlərinə ötürülür.

Nazirlik bildirib ki, belə yollarla informasiya toplanmsı ölkənin hərbi və iqtisadi təhlükəsizliyinə təhdidlər törədir.

Samir Quliyev
AzVision.az

  •  

Yazıçı-dramaturq, dövlət xadimi Hidayət Orucov vəfat edib

Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb. Hidayət Orucov 1968ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIXXX əsrlər ədəbiyyatımızı tədris edib.

Hidayət Orucov 19841986cı illərdə Bakıda Gənclik nəşriyyatının baş redaktor müavini və baş redaktoru (19861992) vəzifələrində işləyib. Bu illərdə Gənclik nəşriyyatında 50 cildlik Dünya uşaq ədəbiyyatı kitabxanası seriyası işıq üzü görüb. Bundan əlavə, 15 cildlik Azərbaycan folkloru, 25 cildlik Macəra və fantastika, 17 cildlik SSRİ xalqları ədəbiyyatı və digər mühüm seriyaların nəşrinə başlanılıb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 19921993cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 19932005ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 20062012ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.

Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 20122021ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.

Yazıçının poeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60dan çox kitabı nəşr olunub. Müəllifin Heydər Əliyev və Azərbaycanda milli siyasət monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub.

Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı Əməkdar incəsənət xadimi fəxri adına, Şöhrət, 2ci dərəcəli Vətənə xidmətə görə ordenlərinə və
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli yazıçıdramatur Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

  •  

Türkiyə qol vura bilmədi

C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb.

D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş ayulduzluların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella açıqlamasında komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib: Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı.

Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.

  •  

Xaosdan yorulan investorlar neft bazarından çıxırlar

Qlobal neft qiymətlərindəki kəskin dəyişkənlik bu il bazarda likvidliyin rekord sürətlə azalmasına səbəb olub. İnvestorlar ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı gündəlik sosial media paylaşımlarının girovuna çevrilmiş aktivə vəsait yatırmaqdan getdikcə daha çox çəkinirlər.

Maliyyə bazarlarında likvidlik aktivlərin bazar qiymətində kəskin dəyişiklik yaratmadan alqısatqı imkanını göstərir. Sadə desək, likvidlik yüksəkdirsə, bazarda çoxlu alıcı və satıcı var istənilən vaxt alqısatqı aparmaq mümkündür qiymətlər kəskin dəyişmir.

Likvidlik aşağıdırsa, alıcı və ya satıcı tapmaq çətinləşir kiçik həcmli əməliyyatlar belə qiymətə ciddi təsir göstərə bilər qiymətlər daha kəskin dəyişir.

LSEGin məlumatına görə, hazırda investorların əlində olan Brent fyuçersləri üzrə aktiv müqavilələrin həcmi bu il təxminən 17 % azalıb.

Treyderlərin sözlərinə görə, Trampın Tehrana qarşı təhdid ritorikasını sərtləşdirib, bir neçə saat sonra isə sülh sazişinin yaxın olduğunu bəyan etməsi, eləcə də neft bazarının real fundamental göstəricilərini izləməyin çətinləşməsi investorlarda ciddi yorğunluq yaradıb.

Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iri ticarət şirkətlərindən birinin rəhbər əməkdaşı bildirib:

İnsanlar bu xaosdan yorulublar. Hamı bunun başa çatmasını istəyir. Mesajların hər saat dəyişdiyi bir şəraitdə ardıcıl maliyyə itkiləri ilə üzləşmədən fyuçers bazarında ticarət aparmaq mümkün deyil.

Cümə günü neft qiymətləri təxminən 3 % ucuzlaşaraq son iki ayın ən aşağı səviyyəsinə düşüb .

Avqust Brent fyuçers müqaviləsi üzrə aktiv göstəriciləri həcmi ayın əvvəlində 534 227 lot təşkil edib ki, bu da ötən ilin iyulundan bəri ən aşağı göstəricidir. Aktiv müqavilələrin həcmi adətən ayın əvvəlində zirvəyə çatır, müqavilənin yekunlaşma tarixi yaxınlaşdıqca azalır və daha sonra növbəti müqavilə ayına keçir.

Likvidlik zəiflədikdə alıcılar və satıcılar əməliyyata hazır qarşı tərəflərin çatışmazlığı səbəbindən normal şəraitdə razılaşacaqları qiymətlərdən daha yüksək və ya daha aşağı qiymətləri qəbul etməyə məcbur qalırlar. Bu isə qiymət dəyişkənliyini artırır. Nəticədə həm mümkün gəlirlər, həm də zərər riski yüksəlir.

Goldman Sachs əmtəə bazarları bölməsinin keçmiş rəhbəri Cefri Kari bildirib ki, son həftələrdə neft qiymətlərinin əhəmiyyətli şəkildə yenidən bir barel üçün 100 ABŞ dollarından yuxarı qalxmamasının əsas səbəbi bazarda təklif bolluğu deyil . Onun sözlərinə görə, Hörmüz boğazının demək olar ki, bağlanması qlobal neft təklifini ciddi şəkildə məhdudlaşdırsa da, əsas amil investor kapitalının bazardan çıxmasıdır.

Bir sözlə, siyasi qeyrimüəyyənlik nefti investorlar üçün həddindən artıq riskli və dəyişkən aktivə çevirib.

S. Həsənova
AzVision.az

  •  

İşğaldan azad olunmuş ərazilərdəki məzunların sayı açıqlandı

Bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.

Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün Son zəng tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.

Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.

  •  

Azərbaycanda ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib

Turnirin keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək vermək, hüquq ictimaiyyətinin nümayəndələri arasında intellektual yarış mühitini təşviq etmək, habelə hüquqşünasların bu sahədə bacarıqlarının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq olub.

Hüquq ictimaiyyəti arasında ilk dəfə təşkil olunan yarışda Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Hakimləri İttifaqını təmsil edən komandalar mübarizə aparıblar. Hər qurum yarışda 7 nəfərdən ibarət 1 komanda ilə təmsil olunub.

Açılış mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə hər kəsi təbrik edib.

Turnirin əhəmiyyətinə toxunan sədr bildirib ki, bu cür yarışlar hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və peşəkar həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.

Anar Bağırov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və müasir dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunmasında, ictimaisiyasi sabitliyin bərqərar olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici rol oynayıb.

Sədr vurğulayıb ki, dahi liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub, milli maraqlara əsaslanan güclü dövlətçilik modeli formalaşdırılıb və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən ardıcıl islahatlar ölkənin hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vəkillik institutlarının inkişafı üçün əlverişli zəmin yaradıb.

Eyni zamanda Anar Bağırov son illər Vəkillər Kollegiyasında idman və intellektual oyunların təşviqinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif yarış və turnirlərin mütəmadi olaraq təşkil edildiyini deyib. Nəzərə çatdırılıb ki, 2019cu ildən etibarən Kollegiyanın təşəbbüsü ilə şahmat üzrə ölkədaxili və beynəlxalq səviyyədə beşdən artıq turnir təşkil olunub və bu yarışlarda uğurlu nəticələr əldə edilib. Sədr belə təşəbbüslərin hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayaraq, gələcəkdə də oxşar yarışların davamlı şəkildə keçirilməsinə ümid etdiyini söyləyib.

Həmçinin sədr bu təşəbbüsə dəstək verən və turnirdə iştirak edən qurumların rəhbərlərinə təşəkkürünü bildirib. Anar Bağırov yarışın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına, eləcə də tədbirin baş sponsoru olan BOA Agency şirkətinə minnətdarlığını ifadə edib.

Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxış edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu cür yarışlar idmanın və sağlam həyat tərzinin təşviqinə, şahmatın daha geniş kütlələr arasında təbliğinə xidmət etməklə yanaşı, hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında dostluq münasibətlərinin, qarşılıqlı anlaşmanın və peşəkar əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Ələddin Cəfərov turnirin təşkilinə görə təşəkkürünü bildirərək, bu təşəbbüsün gələcəkdə də davam etdirilməsinin hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Kollegiyanın sədr müavini, İdmançı Vəkillər Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov çıxışında isə bu cür yarışların hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin təşviqi və idmana marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

Sədr müavini təşkil olunan turnirin gələcəkdə də davam etdiriləcəyinə və artıq gözəl bir ənənəyə çevriləcəyinə əminliyini ifadə edib.

BOA Agency ASCnin direktoru Samir Mustafayev çıxış edərək turnir iştirakçılarına uğurlar diləyib, intellektual və idman yönümlü layihələrin dəstəklənməsinin cəmiyyət üçün faydalı olduğunu deyib. O, gələcəkdə də bu kimi yarışların və sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

FİDE arbitri Cavanşir Bağırov isə çıxışında turnirin keçirilmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, yarış dairəvi sistemi üzrə 2 dövrədən ibarətdir. Arbitrin sözlərinə görə, bu format komandaların öz güclərini daha obyektiv şəkildə nümayiş etdirməsinə və yarışın yüksək rəqabət şəraitində keçməsinə imkan yaradır.

Sonra Kollegiya sədri Anar Bağırov şahmat taxtası üzərində ilk gediş gedərək oyunu açıq elan edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi ədliyyə orqanlarının əməkdaşlarından ibarət komanda olub. İkinci yerin sahibi vəkillər və üçüncü pillədə isə hakimlər qərarlaşıb.

Sonda turnirin qaliblərinə Baku Book Center kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.

Qeyd edək ki, Hüquq Liqası 2026 şahmat turnirinin keçirilməsinə təşkilatı dəstəyi Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib. Yarışın baş sponsoru isə BOA Agency ASCdir.



  •  

Çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Bu barədə nazirlik məlumat yayıb.

Məlumat bildirilir ki, havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, aşağıda qeyd olunan hallar qadağandır:

çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək

çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək

küləkli havada dənizə girmək

çimərlikdə gecələmək

sərxoş halda çimərlikdə olmaq

suda kobud hərəkətlər etmək

xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112yə zəng edin!

  •  

Bakı–Naxçıvan marşrutu üzrə reyslər bərpa olunub

Bu barədə Azərbaycan Hava Yolları QSCnin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Hava Yollarının (AZAL) J2285 və J2291 nömrəli BakıNaxçıvan reyslərini icra edən təyyarələr bölgədə ildırımlı hava şəraiti və dolu yağışı səbəbindən Bakıya geri qayıtmışdı.

  •  

Pakistan turizm sənayesi nümayəndələri Azərbaycanda │FOTOLAR

Tanışlıq səfərinin məqsədi iştirakçıları Azərbaycanın turizm potensialı, əsas turizm məhsulları və qonaqpərvərlik imkanları ilə yaxından tanış etmək olub. Səfər zamanı iştirakçılar Bakı, Şabran, Quba və Qusar rayonlarını ziyarət edərək ölkənin zəngin mədəni irsi, təbii turizm resursları və istirahət imkanları barədə məlumat əldə ediblər.

Proqram çərçivəsində iyunun 12də B2B formatında şəbəkələşmə tədbiri təşkil olunub. Tədbirdə Pakistanı təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə Azərbaycanın turizm sənayesinin 50yə yaxın şirkəti arasında görüşlər keçirilib.

Qeyd edək ki, 2025ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 13 faiz artaraq 91 043 nəfər təşkil edib. Hazırda Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən Bakı ilə Lahor və İslamabad şəhərləri arasında, eləcə də Pakistan International Airlines (PIA) və Airblue aviaşirkətləri tərəfindən LahorBakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirilir.

  •  

Dövlət Komitəsinin sədri 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib│FOTOLAR

İyunun 11də Almaniya Federal Parlamentinin tarixi Reyxstaq binasında 30cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Almaniya Bundestaqının vitseprezidenti Bodo Ramelov, müxtəlif siyasi fraksiyaların təmsilçiləri, xarici qonaqlar və akademik dairələrin nümayəndələri çıxış ediblər.

Toplantıda müasir dövrdə qlobal çağırışların həllində əməkdaşlığın əhəmiyyəti, dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqi, sosial həmrəyliyin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik, davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Berlin Toplantısı qlobal əhəmiyyətli siyasi, sosial və humanitar məsələlərin müzakirəsi üçün nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Yubiley toplantısında dünyanın 50dən çox ölkəsindən parlament üzvləri, hökumət nümayəndələri, diplomatlar, alimlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də müxtəlif din və konfessiyaların rəhbərləri iştirak edirlər.

Tədbirin məqsədi siyasi, dini və ideoloji baxışlarından asılı olmayaraq qlobal liderlər arasında açıq və konstruktiv dialoqu təşviq etmək, beynəlxalq əməkdaşlığın inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir.

Toplantı iyunun 12də panel müzakirələri ilə işini davam etdirir. Din və etiqad azadlığı sahəsində artan qlobal çağırışlar mövzusuna həsr olunmuş panel iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edib.

  •  

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi tədbirlərinə başlayıb│FOTOLAR

Bu məqsədlə TƏBİBin müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən tabeli tibb müəssisələrində fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.

Monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, mövcud risklərin müəyyən edilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin vahid tibbi standartların tətbiqinin təmin edilməsidir. Həmçinin tibb müəssisələrində tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, o cümlədən əmək müqavilələri və kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya və təlim proseslərinin monitorinqi, kadr ehtiyaclarının və işçi yükünün təhlili istiqamətində tədbirlər görülür.

Tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, sahələr üzrə aşkarlanmış nöqsanların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 2026cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquqmühafizə orqanlarına göndərilib.

Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər tibb müəssisələrində xidmət keyfiyyətinin artırılmasına, fəaliyyətin daha səmərəli təşkilinə və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət edir.

  •  

İrandan narkotik qaçaqmalçılığının qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DSXnin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.

  •  

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən Signature Gala Night tədbirinə tərəfdaşlıq edib.

Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur The Magic of Sanremo layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.

Bakcellin tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.

Qeyd edək ki, Signature Gala Night yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.

  •  

FHN “Son zəng”lə bağlı sürücülərə müraciət edib

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda Son zəng və Məzun günü tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.

Həmçinin tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır.

Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, birbiri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.

  •  

“Bizi qıcıqlandırmayın!” – Hərbi ekspertdən erməni gənclərinə xəbərdarlıq

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev erməni gənclərinin İrəvanın mərkəzində keçirdikləri aksiyada türk papaqlarını yerə atmasına münasibət bildirərkən deyib. O həmçinin qeyd edb ki, Ermənistanın hüquqmühafizə orqanları paytaxtın mərkəzində erməni gənclərin milli zəmində nifrət ritokasını, konkret olaraq türk düşmənçiliyini görməzliyə vurur.

Hərbi ekspert erməni gənclərinə belə bir məsləhət verib ki, başqa ölkələrin maraqları naminə Ermənistanın gələcəyini şübhə altına almağa yönəlik addımlardan çəkinsinlər: Siyasi mübarizə predmeti olaraq Türkiyə və Azərbaycana qarşı nifrətinizi sizdən alət kimi istifadə edən əsl dusməninizə yönəldin. Məhz Koçaryan və Sarkisyanın türk düşmənçiliyi üzərində qurulan yanlış siyasətinə görə Ermənistan bu gün işğalçı simasından başqa hər şeyini itirib. Paşinyan yerdə qalanı qorumağa çalışır. Ona mane olsanız, Hindistanda muqəddəs inəyə sitayiş edəcəksiniz.

Hərbi ekspert ermənilərə məğlub ölkə kimi hərəkətlərinə sərhəd qoymalarını məsləhət görüb: Azərbaycan Əsgəri hərəkətlərinə və sözlərinə sərhəd qoymayanları son illərdə dəfələrlə peşman edib. Onların arasında bəziləri Azərbaycan həbsxanalarında cəzasını çəkir. Yerə Türk papağı atan axmaqlar da cəzasız qalmayacaq. Buna əmin olun. Çalışın, bizi ümumiyyətlə, qıcıqlandırmayın.

Tariyel Həsənov
AzVision.az

  •  

Mərkəzi Asiyada din problemi varmı?

Özbəkistanda dini qrupara münasibər hazırkı prezident Şavkat Mirziyoyev iqtidara gələndən sonra bir qədər yumşalıb. Amma 2021ci ildə taliblərin Əfqanıstanda hakimiyyətə qayıtması istəristəməz hakimiyyəti din mövzusuna həssaslığı artırmağa vadar edir. 2023cü ildə ölkədə niqab geyilməsi qadağan olundu. Qadağanı pozanları 250380 dollar arası cərimə gözləyir. Əgər şəxsiyəti identifikasiya etməyə mane olarsa, saqqal saxlamaq da yasaqlanıb.

Hakimiyyət əsasən cəmiyyət üçün ənənəvi olan hənəfi məzhəbinin yayılmasında maraqlıdır. Çünki yerli hənəfilər din ilə hakimiyyətin ayrılığı prinsipinə sadiqdirlər, siyasi islama iddia etmirlər.

Bununla belə, ekspertlərin fikrincə, Mərkəzi Asiya ölkələrində hakimiyyətlərin din sistemi fraqmentar xarakterlidir, sistemlilik və komplekslik çatışmır. Dini qurumlar əksər hallarda xarici ölkələrdən maliyyələşirlər. Bu isə özündə gələcəklə bağlı böyük risklər daşıyır.

Hazırda Mərkəzi Asiyada din ilə bağlı əsas problem kənar qüvvələrin – məsələn, əfqan, ərəb, Pakistan təsirini artmağa qoymamaqdır. Bunun üçün isə təkcə dini qurumları nəzarətdə saxlamaq və qadağalar qoymaq azdır, həm də əhali ilə ideya və dəyərlər mövzusunda fəal işləmək lazımdır.

Tariyel Həsənov
AzVision.az

  •  

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

Qurumun yaradılmasında məqsəd kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələrində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə həyata keçirilən fəaliyyətin optimallaşdırılması və dövlət nəzarətinin səmərəliliyinin artırılmasıdır.

Prezidentin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.

  •  

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

YAŞAT Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı Hədiyyə Karvanı layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladlarına müxtəlif hədiyyələr təqdim edib.

Ölkənin bütün bölgələrini əhatə edən layihə çərçivəsində 14 yaşadək 1600dən çox uşağa bayram sevinci yaşadılıb. Təşəbbüs Bakcellin dayanıqlılıq və korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm hissəsidir.

NEQSOL Holdingin tərkibinə daxil olan Bakcell, YAŞAT Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq NEQSOL Holding və YAŞAT Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bakcell cəmiyyətin rifahına və gələcək nəsillərin inkişafına töhfə verən sosial layihələrə dəstəyini davam etdirir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

AzVision.az

  •  

Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin 2026cı il 2 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra – Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlər görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyridövlət qurumlarının (bundan sonra – istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyrihökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları, loqotipi (emblemi) və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – Milli Kibertəhlükəsizlik Agentliyi publik hüquqi şəxs, qısaldılmış halda – MKA

1.7.2. ingilis dilində tam halda – National Cybersecurity Agency, qısaldılmış halda – NCA.

1.8. Agentlik Bakı şəhərində yerləşir.


2. Agentliyin fəaliyyət istiqamətləri


2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək

2.1.2. müvafiq sahədə fəaliyyətin normativ hüquqi aktlara uyğun olaraq təşkilini, əlaqələndirilməsini, tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək

2.1.3. kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) etmək

2.1.4. ölkə üzrə informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə preventiv tədbirlər görmək

2.1.5. informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, kibertəhdidlər, baş vermiş kiberinsidentlər, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – kibertəhlükələr) barədə dövlət orqanlarından (qurumlarından), sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqları istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplamaq və təhlil etmək (kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə)

2.1.6. mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirmək, istifadəçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin etmək (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə)

2.1.7. müvafiq sahə üzrə tövsiyələr vermək

2.1.8. müvafiq sahə üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə və Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla əməkdaşlıq etmək

2.1.9. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görmək

2.1.10. fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görmək

2.1.11. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, habelə innovativ ideya və layihələrin dəstəklənməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görmək

2.1.12. müvafiq sahə üzrə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək

2.1.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək

3.1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək

3.1.3. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək

3.1.4. müvafiq sahədə qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə öz səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirmək

3.1.5. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində ölkədə fəaliyyət göstərən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyanı (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) həyata keçirmək, istifadəçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin etmək (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə)

3.1.6. ölkədə kibertəhlükəsizlik sahəsində koordinasiyanı (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) və preventiv tədbirlərin görülməsini, habelə kibertəhlükələr barədə məlumatların toplanılmasını və araşdırılmasını, eləcə də ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanmasını, araşdırılmasını və qarşısının alınmasını təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək

3.1.7. aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş kibertəhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, toplamaq, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olmasını) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək

3.1.8. ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə telekommunikasiya operatoru və provayderi ilə birlikdə Nazirliklə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirmək

3.1.9. istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqları istehsalçılarından, yerli və xarici ölkələrin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, xarici və digər mənbələrdən kibertəhlükələr və onların qarşısının alınması üçün tətbiq edilən proqram, texniki vasitələr haqqında daxil olan məlumatları toplamaq və təhlil etmək

3.1.10. televiziya və radio yayımlarına, peyk sistemlərinin fəaliyyətinə maneə törətməyə yönəldilmiş kibertəhlükələrin müəyyən edilməsi ilə bağlı daxil olan müraciətləri araşdırmaq və müvafiq tədbirlər görmək

3.1.11. kibertəhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təhlili əsasında kibertəhlükələr, kibertəhlükəsizliyin təmin edilməsi üçün yararlı üsul və vasitələr, həmçinin açıq kodlu proqramlar barədə ölkə səviyyəsində məlumatlandırmanı (kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə) həyata keçirmək, informasiya sistemlərinə və ehtiyatlarına qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən səmərəli proqramın, texniki vasitələrin seçilməsinə və tətbiqinə dair bülletenlər, tövsiyələr hazırlamaq

3.1.12. istifadəçilərə qarşı kibertəhlükələrin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə onlar barədə məlumatlar toplamaq və saxlamaq, həmin məlumatların normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada mühafizəsini təmin etmək

3.1.13. ölkədə istifadəçilər tərəfindən geniş istifadə olunan proqram təminatlarını və texniki avadanlıqları təhlükəsizlik baxımından təhlil etmək, onlarda aşkar olunmuş zəifliklərin aradan qaldırılması ilə bağlı tövsiyələr vermək

3.1.14. müvafiq sahədə baş verə biləcək kibertəhlükələrdən qorunmaq üçün tətbiq edilən texnoloji yeniliklər, yeni yaranan kibertəhlükələr və onların reallaşdırılması üsullarını və vasitələrini təhlil etmək

3.1.15. kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələri üzrə illik statistik hesabatlar hazırlamaq və özünün rəsmi internet informasiya ehtiyatında dərc etmək

3.1.16. baş vermiş kibertəhlükələr barədə məlumatların operativ qəbulunu təşkil etmək və müvafiq tədbirlər görmək

3.1.17. ölkədə kibertəhlükəsizliyin səviyyəsinin artırılması məqsədilə Nazirliyə təkliflər vermək

3.1.18. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilmiş informasiyanın yayılmasının monitorinqini aparmaq, nəticələrinə dair aidiyyəti dövlət orqanlarını (qurumlarını) məlumatlandırmaq

3.1.19. kiberhücumların qarşısının alınması məqsədilə internet informasiya ehtiyatlarının (dövlət orqanlarının (qurumlarının) internet informasiya ehtiyatları istisna olmaqla) fəaliyyətinin monitorinqini aparmaq

3.1.20. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət orqanlarından (qurumlarından) daxil olmuş məlumatlar əsasında müəyyən etmək, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə, habelə host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülməsini tələb etmək

3.1.21. yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasının həyata keçirilməsi ilə bağlı tədbirlər görmək və yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısını aparmaq, həmin siyahının host və internet provayderlər tərəfindən əldə edilməsinə və onun tətbiqinə riayət edilməsinə nəzarəti həyata keçirmək

3.1.22. Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunları operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün bilet satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısını almaq üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini təmin etmək

3.1.23. Elektron ticarət haqqında Azərbaycan Respublikası Qanununun 5.3cü maddəsində nəzərdə tutulan məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının (qurumlarının) tanış olmasına imkan yaratmadıqda, müvafiq satıcının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılmasını təmin etmək

3.1.24. fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxmaq və onları araşdırmaq

3.1.25. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin (ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini (bundan sonra – dövlət reyestri) aparmaq

3.1.26. inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, eləcə də cinayət əlamətləri olduqda aidiyyəti üzrə dövlət orqanlarına (qurumlarına) məlumat vermək

3.1.27. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin (ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla), habelə onların layihə sənədlərinin dövlət ekspertizasını təşkil etmək

3.1.28. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək

3.1.29. dövlət reyestrinə daxil edilmiş informasiya ehtiyatlarında və sistemlərində (ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla) fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənilmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət orqanları ilə birlikdə yoxlamaq

3.1.30. fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini həyata keçirmək

3.1.31. fərdi məlumatların mülkiyyətçi və operatorlarının rəsmi müraciətinə əsasən, fərdi məlumatlar haqqında normativ hüquqi aktların tətbiqi ilə bağlı məsələləri izah etmək

3.1.32. fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi və operatorların öhdəlikləri ilə bağlı məlumatlılığın artırılması üçün tədbirlər həyata keçirmək

3.1.33. fərdi məlumatların mühafizəsi sahəsində fərdi məlumat subyektlərinin hüquqları üzrə maarifləndirilməsini həyata keçirmək

3.1.34. Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikası Qanununun 7ci və 14.2ci maddələrinə uyğun olaraq, internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter oyunlarının və digər elektron oyunların işarələnmədiyi, yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, bu informasiya məhsullarının ekspertizasını təşkil etmək

3.1.35. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək

3.1.36. müvafiq sahədə elektron xidmətləri İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa və Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydalarının təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək

3.1.37. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Vətəndaşların müraciətləri haqqında, İnzibati icraat haqqında və İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək

3.1.38. müvafiq sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək, habelə normativ hüquqi aktlara uyğun olaraq dövlət–özəl tərəfdaşlığı layihələrinin özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirilməsi məqsədilə tədbirlər görmək

3.1.39. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək

3.1.40. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək

3.1.41. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək

3.1.42. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək

3.1.43. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək

3.1.44. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək

3.1.45. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmitexniki nailiyyətlərin tətbiqini təmin etmək

3.1.46. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və mövcud kadr potensialının artırılması, bu sahədə tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək

3.1.47. müvafiq sahədə ixtisaslı kadrlara dair məlumat bazası formalaşdırmaq

3.1.48. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin hazırlanması, qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək

3.2.3. müvafiq sahədə proqram təminatı və texniki avadanlıq istehsalçıları ilə, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək

3.2.4. informasiya sistemlərinə və şəbəkələrinə, kompüter avadanlıqlarına və onların proqram təminatına qarşı yönəldilmiş və ya yönəldilə biləcək kibertəhlükələr barədə sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və informasiya infrastrukturu subyektlərinə müraciət etmək

3.2.5. müvafiq sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq kibertəhlükələr və onların nəticələri barədə operativ məlumat almaq, o cümlədən real vaxt rejimində məlumat mübadiləsi aparmaq

3.2.6. müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici ekspertləri cəlb etməklə, mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün təlimlər, seminarlar təşkil etmək, həmçinin onların tərtibi ilə bağlı təkliflər vermək və həyata keçirilməsində iştirak etmək

3.2.7. müvafiq sahədə normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq

3.2.9. vəzifələrinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə, hüquqi və fiziki şəxslərə, o cümlədən telekommunikasiya operatorlarına və provayderlərinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq

3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq

3.2.11. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək

3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək

3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək

3.2.14. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək

3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq

3.2.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.


4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi 4 (dörd) üzvdən – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. Agentliyin fəaliyyətini təşkil etmək və onun fəaliyyətinə nəzarət etmək

4.5.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək

4.5.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək

4.5.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək

4.5.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək

4.5.6. Nazirliyin razılığı ilə Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək

4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqların toqquşmasının istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək

4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək

4.5.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək

4.5.11. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə Nazirliyin razılığı ilə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək

4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək

4.5.13. Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizi və daha az hissəsi məbləğində olan əqdin, eləcə də aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək

4.5.14. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək

4.5.15. bu Nizamnamənin 3.1.41ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək

4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək

4.5.17. bu Nizamnamənin 3.1.1ci və 3.2.1ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək

4.5.18. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin və ya təsisçinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri ayda azı 1 (bir) dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə Heyətinin iclasının nəticəsi İdarə Heyəti üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.

4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir

4.11.3. öz təşəbbüsü, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir

4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir

4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir

4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir

4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir

4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir

4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir

4.11.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir

4.11.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir

4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır

4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür

4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir

4.11.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.


5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondunun məbləği 442 498,00 (dörd yüz qırx iki min dörd yüz doxsan səkkiz) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarına əlavə mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentliyin məhsullarının (malların, işlərin və xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.


6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.


7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyətəsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

  •  

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00dan 17:00dək fəaliyyət göstərir.

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00 dan 17:00dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

AzVision.az

  •  

Rusiyanın itkiləri: 500.000 nəfər!

O, 5 illik müharibə ərzində Rusiyanın itkiləri barədə rəsmi rəqəm səsləndirən ilk Britaniya məmurudur.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dəyərləndirməsinə görə, bu ilin yanvarında Rusiyanın itkiləri 325.000 nəfər olmuşdu. Ölənlərin və yaralananların birlikdə sayı isə 1,2 milyon nəfərə çatır. İkinci Dünya Müharibəsi bitəndən sonra heç bir ölkə müharibələrdə bu qədər itki verməyib.

Bir müddət əvvəl Ukrayna Ordusunun 3cü korpusunun rəhbəri, general Andrey Biletski Reutersə müsahibəsində demişdi ki, Rusiya Ordusu ağır itkilər səbəbindən zəiflədiyi üçün hücuma keçə bilmir.

Tariyel Həsənov
AzVision.az

  •  

Yaradıcı İnkişaf Proqramı başlayıb │ FOTOLAR

Sözün Gücü: Effektiv Nitq və Diksiya adlanan təlimdə iştirakçılara müasir onlayn kommunikasiyalar dövründə səsin və nitqin oynadığı mühüm rol, onlardan düzgün istifadə etməyin vacibliyi izah olunub.


Təlimçi Zaur Tahirsoy iştirakçılara auditoriyaya təsir etməyin incəlikləri, danışıq texnikaları, düzgün tələffüz, nəfəsin idarə olunması barədə məlumat verib. Səhnə qorxusunun səbəbləri, səsin psixoloji təsiri, ilk 7 saniyə effekti aydınlaşdırılıb.

Reels çəkmək istəyənlər üçün səsdən və nitqdən düzgün istifadənin incəlikləri iştirakçılara xüsusi izah olunub. Reels danışığının ritmi, viral nitq, ilk 3 saniyə prinsipinin nə olması həm nəzəri, həm də praktik tərəflərdən öyrədilib.


Qeyd edək ki, Sözün Gücü: Effektiv Nitq və Diksiya Yaradıcı Mərkəzin təşkil etdiyi Yaradıcı İnkişaf Proqramının çərçivəsində keçirilən ilk təlimdir. Növbəti günlərdə iştirakçıları Səhnənin dili, Yaradıcılıqda Süni Zəka, İdeyadan Biznesə, Stil və Kimlik, Rəqəmsal fırça, Səhnədə Sən, Brendini Yarat, İdeyadan məhsula, Sözdən bəstəyə, Haradan pul tapmaq olar mövzusunda dərlsər gözləyir.


Təlimlərdə iştirak ödənişsizdir. Qoşulmaq üçün +994 99 818 99 99 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Azı 3 təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunacaq.

  •  

Azərbaycana yay nə vaxt gələcək?

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayacaq.

Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.

Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.

  •  

Azıx mağarasının sirləri açılacaq │ VİDEO

Filmdə Azərbaycanın cənubqərbində yerləşən Azıx mağarasının qədim tarixdəki yeri bütövlükdə insan növünün yaranması və planetə yayılması kontekstində araşdırılır. Azıx mağarasının quruluşu, qədim insanlar üçün əhəmiyyəti, orada tədqiqatların başlaması və hazırkı vəziyyəti ətraflı şəkildə izah olunur. Bu məqsədlə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan, həm yerli, həm də əcnəbi alimlərdən alınan müsahibələrdən istifadə edilir.


Filmdə MONREPOS Arxeoloji Tədqiqatlar Mərkəzinin eksperti Joao Manuel Marreiros, Algarve Universitetinin qədim tarix və arxeologiya mütəxəssisi Eduard Paixao, Britaniyanın Durham Universitetinin arxeoloqu, professor Pol Barri Pettitt, Kanadanın Viktoriya Universitetindən professor April Nouell, Ankara Universitetindən arxeoloq, professor Harun Taşkıran, AMEAnın baş elmi işçisi, Azıx tədqiqat qrupunun rəhbəri Əjdər Babazadə, eləcə də digər tanınmış mütəxəssislərin Azıx mağarası, onun insanlığın tarixdə oynadığı rol haqqında fikirləri yer alıb.
Film eyni zamanda tamaşaçını mağarada hazırda davam edən arxeoloji qazıntların da iştirakçısına çevirir.

Azıx mağarası tammetrajlı sənədli filmini Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyilə Alpha Prodüksiyon və Ajans Hizmetleri şirkəti istehsal edib.
Qeyd edək ki, flmin istehsalına 2025ci ildə başlanılmışdı.

  •  

"Nar" gənclərin təhsilinə dəstək olmağa davam edir

Tədbirdə iştirak edən Kimyabiologiya təmayüllü Respublika liseyinin direktoru və Narın nümayəndəsi bildirib ki, gənclərin keyfiyyətli təhsil alması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, təqdim edilən noutbuklar şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verəcək, təhsilə yönəlmiş bu cür təşəbbüslər isə gələcəkdə ölkənin elm və iqtisadiyyatına dəyər qatacaq peşəkar kadrların yetişməsinə xidmət edir.

Qeyd edək ki, Nar təhsilə və gənclərin inkişafına dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Şirkət qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin mükafatlandırılması, nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin təşkili, eləcə də müxtəlif təhsil və inkişaf layihələrinin dəstəklənməsi vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

  •  

Onlayn kazinolara qarşı əməliyyat: 4 nəfər saxlanıldı

Xüsusilə sosial media vasitəsilə yayılan reklamlar təhlükənin miqyasını daha da artırır. Nəticə isə əksər hallarda maddi ziyan, psixoloji asılılıq və törədilən bu qanunsuz əmələ görə azadlığın məhdudlaşdırılması ilə yekunlaşır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bir çox ölkələrdə hüquqmühafizə orqanları artıq qanunsuz onlayn kazino şəbəkələrinə qarşı mübarizəni gücləndirib. Bu məqsədlə kibermonitorinq sistemləri təkmilləşdirilib, maliyyə əməliyyatlarına nəzarət artırılıb. Azərbaycanda isə qeyriqanuni onlayn qumar və kazino oyunlarına qarşı mübarizə DİNin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır.

Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə S.Səfərov və F. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər 2 şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir, deyə məlumatda vurğulanıb.

  •  

ARKA-nın müsabiqəsinə sənəd qəbulu başladı

Müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, bu sferada fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Müraciətlərin qəbulu üçün son tarix 15 iyul 2026cı ildir. Reqlamentlə ARKAnın rəsmi saytında tanış ola bilərsiniz.

  •  

“Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib

Tədbirin məqsədi uşaqlara qayğı və diqqət göstərməklə yanaşı, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına töhfə vermək olub. Qurban bayramında uşaqlar üçün əyləncəli proqram təşkil edən Könüllülər bu dəfə onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş maarifləndirici təşəbbüslə çıxış ediblər.

Proqram çərçivəsində 9–15 yaş aralığında olan uşaqlar üçün mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlim keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri risklər, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə məlumat əldə ediblər.


Təlimin davamı olaraq uşaqlar Təhlükəsizlik uşaqların gözü ilə adlı rəsm müsabiqəsinə qatılaraq mövzu ilə bağlı düşüncələrini yaradıcılıq yolu ilə ifadə ediblər. Öyrənmə və yaradıcılığı bir araya gətirən müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklər çatdırılıb.

Qeyd edək ki, Azercell Könüllüləri 2001ci ildən fəaliyyət göstərir. Könüllülərin fəaliyyəti təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində həyata keçirdikləri təşəbbüslərlə cəmiyyətin həssas qruplarına dəstək göstərməyə, uşaqların və gənclərin inkişafına töhfə verməyə yönəlib.

  •  

İlham Əliyev Trampa təşəkkür etdi

Paylaşımda deyilir:

Möhtərəm Prezident Donald Tramp,
Azadlığa Dəstək Aktına 907ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm.

  •  

Süni İntellekt intihara qarşı

Təxminən 40 stansiya və kommersiya obyektində tətbiq edilən sistem təhlükəsizlik kameraları vasitəsilə insanların davranışlarını izləyir və riskli vəziyyətləri əvvəlcədən müəyyən etməyə çalışır. Süni intellekt platforma kənarında dayanmaq və ya təhlükəli hərəkətlər kimi əlamətləri aşkar etdikdə dərhal təhlükəsizlik əməkdaşlarına xəbərdarlıq göndərir. Bəzi hallarda isə birbaşa səsgücləndirici ilə məlumat verilir.

Sistem tətbiq olunduqdan sonra ən azı iki nəfərin həyatını xilas etməyə kömək edib. Sistem, həmçinin zorakılıq, xəstəlik və hərəkətsizlik kimi halları da müəyyən edə bilir. Hazırda texnologiya Tokio və Kanagava bölgələrində stansiya və ticarət obyektlərində istifadə olunur.

  •  

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?

Odur ki, Ermənistan üçün risklərin miqyası kiçik deyil. 2025ci ildə ölkənin qaz idxalının 82 faizi Rusiyanın payına düşüb. Rusiya qazı Ermənistana 1000 kubmetr üçün 177,5 dollar qiymətinə satılır ki, daha çox əlverişli qiymətdir. Bu səbəbdən enerji məsələsi Ermənistan iqtisadiyyatının ən həssas istiqamətlərindən biri hesab olunur.

Ticarət sahəsində də asılılıq yüksək olaraq qalır. 2025ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bu göstərici Ermənistanın xarici ticarətinin 35,5 faizinə bərabər olub. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır.
Miqrasiya məsələsi də xırda məsələ deyil. Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan vətəndaşları Rusiyada əlavə iş icazəsi almadan çalışa bilirlər. Bu rejimin dəyişməsi Rusiyada yaşayan və işləyən ermənilər üçün həm gəlir, həm sosial təminat, həm də hüquqi status baxımından yeni risklər yaradacaq. Bu da Ermənistan üçün ciddi iqtisadi itki ola bilər.

Məsələyə Rusiya prizmasında baxanda da heç də yaxşı görünmür. Çünki məsələ təkcə Ermənistan məsələsi deyil. Ermənistanın Rusiyanın iqtisadi orbitindən uzaqlaşması Moskva üçün Cənubi Qafqazda daha geniş təsir itkisi deməkdir. Gürcüstan uzun illərdir Rusiya inteqrasiya layihələrindən kənardadır. Azərbaycan isə balanslı və müstəqil regional siyasət aparır. Bu baxımdan Ermənistanın da uzaqlaşması Rusiyanın regiondakı iqtisadi və siyasi təsir imkanlarının daha da zəifləməsi kimi qiymətləndirilir.

Bununla yanaşı, orta və uzun müddətdə Ermənistan üçün yeni imkanlar da yarana bilir. Əgər Azərbaycan ilə münasibətlər tam normallaşsa, Türkiyə ilə sərhədlər açılsa və regional kommunikasiya xətləri tam işlək vəziyyətə gəlsə, Ermənistan ilk dəfə olaraq qapalı iqtisadi modeldən regional tranzit modelinə keçmək şansı əldə edə bilər. Türkiyə bazarına çıxış logistika xərclərini azalda, ixrac imkanlarını genişləndirə və xarici investorlar üçün Ermənistanın cəlbediciliyini artıra bilər.

Avropa İttifaqı istiqamətində də proses sürətlənir. Hazırda Ermənistan ilə Avropa İttifaqı arasında vizasız gedişgəliş istiqamətində danışıqlar davam edir. 2025ci ildə viza liberallaşdırılması üzrə fəaliyyət planı təqdim olunub və 2026cı ildə ilk irəliləyiş hesabatı açıqlanıb. Avropa rəsmiləri bildirirlər ki, islahatlar davam edərsə, gələcək illərdə Ermənistan vətəndaşları üçün Şengen məkanına vizasız səfər real perspektivə çevrilə bilər. Bu isə təhsil, biznes, turizm və əmək mobilliyi baxımından yeni imkanlar yarada bilər.

Bundan əlavə, Avropa İttifaqı Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya proqramı, 270 milyon avroluq dayanıqlılıq və inkişaf paketi, enerji, nəqliyyat, rəqəmsal infrastruktur və biznes mühiti üzrə yeni layihələr üzərində işləyir. Bu vəsaitlər Ermənistanın iqtisadi transformasiyasına dəstək verə bilər.

Lakin bu keçid sürətli olmayacaq. Məncə, ilk 12 il Ermənistan üçün daha mürəkkəb adaptasiya mərhələsi olacaq. Ticarət axınlarının dəyişməsi, yeni logistika marşrutlarının formalaşması, texniki standartların uyğunlaşdırılması, enerji alternativlərinin yaradılması və investor etimadının formalaşması zaman tələb edir. Əsas iqtisadi nəticələrin daha çox 35 illik dövrdə görünməsi ehtimalı yüksəkdir.

Bununla belə, Rusiyanın Ermənistana qarşı ən sərt qaz təzyiqinə gedəcəyini düşünmürəm. Belə addım Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da pisləşdirə və Moskvanın onsuz da zəifləyən təsir imkanlarını sürətlə azalda bilər. Üstəlik, Rusiya üçün qaz satışı baxımından daha bir bazarın itirilməsi də əlavə iqtisadi yük yaradar.

Bu səbəbdən daha real görünən ssenari mərhələli təzyiq modelidir. Məhsul idxalına məhdudiyyətlər, siyasi mesajlar, miqrasiya ilə bağlı siqnallar və enerji güzəştlərinin mütəmadi şəkildə gündəmə gətirilməsi Moskva üçün daha çevik alətlər hesab olunur. Bu tip alətlərin üstünlüyü ondadır ki, onları istənilən vaxt yumşaltmaq və ya dayandırmaq mümkündür.

Bununla belə, prosesin sadə və ağrısız keçəcəyini düşünmürəm. Qısamüddətli dövrdə Ermənistan iqtisadiyyatı müəyyən itkilərlə üzləşə bilər. ÜDM artım tempinin zəifləməsi, bəzi sahələrdə istehsalın azalması, əhali gəlirlərinin aşağı düşməsi, investisiyalarda qeyrimüəyyənliyin yaranması və işsizlik riskinin artması mümkün ssenarilər sırasındadır.

Lakin orta və uzunmüddətli perspektivdən baxanda mən bu prosesi Ermənistan üçün daha çox müsbət istiqamətli addım hesab edirəm. Əgər Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşarsa, regional kommunikasiyalar açılarsa və Avropa bazarları ilə inteqrasiya dərinləşərsə, Ermənistan daha geniş bazarlara çıxış əldə edə, investisiya cəlbediciliyini artıra, iqtisadiyyatını şaxələndirə və bir iqtisadi mərkəzdən asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə uzun müddətdə daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaq imkanı yaradar.

  •  

“ASAN Viza”- 10 il

ASAN Viza sistemi Azərbaycan Respublikası Prezidentinin 2016cı il 1 iyun tarixli müvafiq Fərmanına əsasən yaradılıb və sistemin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.


Ötən 10 il ərzində ASAN Viza Azərbaycanın viza prosedurlarını dünyanın müxtəlif ölkələrindən olan milyonlarla istifadəçi üçün daha əlçatan, sürətli və müasir formada təqdim edib. Bu günədək sistem vasitəsilə 5 milyondan çox elektron viza verilib.


ASAN Viza www.evisa.gov.az elektron viza portalı vasitəsilə, həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.


Sistemin yaradılmasının 10 illiyi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda reallaşan xüsusi təşəbbüs çərçivəsində ASAN Viza 10 illik fəaliyyətin sevincini xarici qonaqlarla bölüşüb.


Ölkəmizə gələn xarici vətəndaşlar da öz növbəsində əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, xidmətin fəaliyyətini yüksək qiymətləndiriblər.

  •  

Fransa rus tankerlərini "ovlayır": Dördüncü gəmi saxlanıldı

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Tagor tankeri bazar ertəsi səhər saatlarında Atlantik okeanında beynəlxalq hüquqa uyğun şəkildə saxlanılıb. Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn və beynəlxalq sanksiyalar altında olan yeni bir tankeri – Tagoru ələ keçirib. Qətiyyətimiz dəyişməz və tamdır, – deyə o, X platformasında yazıb.

Makronun sözlərinə görə, əməliyyat açıq dənizdə, Atlantik okeanında həyata keçirilib və bu zaman bir sıra tərəfdaş ölkələrin, eləcə də Böyük Britaniyanın dəstəyindən istifadə olunub. O qeyd edib ki, bütün tədbirlər dəniz hüququnun tələblərinə tam uyğun şəkildə icra olunub.

Makron əlavə edib ki, beynəlxalq sanksiyalardan yayınan, dəniz hüququnu pozan və Rusiyanın Ukraynaya qarşı dörd ildən artıqdır davam edən müharibəsini maliyyələşdirməyə xidmət edən gəmilərin fəaliyyəti qəbuledilməzdir. Dəniz naviqasiyasının ən elementar qaydalarına əməl etməyən bu cür gəmilər həm ətraf mühit, həm də ümumi təhlükəsizlik üçün ciddi təhdid yaradır, – deyə o, bildirib.

Fransa hökuməti aprelin 8də gizli donanma kimi tanınan və sanksiyalardan yayınmaq üçün istifadə edilən gəmilərə qarşı mübarizəni gücləndirmək niyyətində olduğunu açıqlamışdı. Bu məqsədlə saxta bayraq istifadəsi və hüquqmühafizə orqanlarının göstərişlərinə tabe olmama ilə bağlı cəzaların ikiqat artırılması nəzərdə tutulur.

Martın 20də Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin qərb hissəsində Rusiyadan gələn Deyna adlı neft tankerini saxlamışdı. Gəmi saxta bayraq altında üzməkdə şübhəli bilinirdi. Daha sonra cərimə ödədikdən sonra onun yola davam etməsinə icazə verilmişdi.

Bundan əvvəl, yanvar ayında Murmansk limanından çıxan Grinch adlı başqa bir tanker də eyni səbəbdən saxlanılmışdı.

2025ci ilin sentyabrında isə Bretan sahilləri yaxınlığında Boracay tankerinə əl qoyulmuşdu. Həmin vaxt Rusiya Prezidenti Vladimir Putin Fransa Hərbi Dəniz Qüvvələrinin əməliyyatını piratçılıq adlandıraraq sərt tənqid etmişdi.

Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Tagor tankeri də əvvəlki hallarda olduğu kimi Murmansk limanından yola çıxıb. Gəminin göyərtəsinə çıxan müfəttişlər istifadə olunan bayraqla bağlı pozuntuları təsdiqləyiblər.

Tanker daha sonra nəzarət altında lövbərsalma nöqtəsinə qədər müşayiət olunub və yaxın saatlarda ətraflı texniki və hüquqi yoxlamadan keçiriləcək.

Hadisə ilə bağlı materialların Bretan bölgəsində yerləşən Brest şəhərinin prokurorluğuna təqdim edildiyi də bildirilib.

  •  

Bakı Enerji Həftəsi başladı

Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Caspian Oil and Gas, 14cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi Caspian Power və 31ci Baku Energy Forum . Caspian Oil and Gas və Caspian Power sərgiləri Bakı Ekspo Mərkəzində, 31ci Baku Energy Forum isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Tədbirin proqramı

Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunacaq. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur. Tərəfdaş ölkə və şirkətlərlə birgə əməkdaşlıq formatında atılan bu addımlar ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində mühüm rol oynayır.

Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Tədbirin proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://caspianoilgas.az/az/eventsprogramme) tanış olmaq mümkündür.

Bakı Enerji Həftəsi çərçivəsində tədbir keçirilən məkanlarda ilk dəfə olaraq AI RoboCafe fəaliyyət göstərəcək. Azərbaycanda ilk dəfə olaraq bu tip kafe 2025ci ildə təqdim olunub. Bakı Enerji Həftəsi çərçivəsində fəaliyyət göstərəcək AI RoboCafe iştirakçılar və ziyarətçilər üçün yalnız innovativ texnologiyanın nümayişi deyil, həm də tədbir təcrübəsini daha komfortlu, sürətli və interaktiv edən müasir xidmət həlli olacaq.

Bundan əlavə, Baku Energy Week çərçivəsində Ümid var inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi də təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.

Baku Energy Forum

Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 12 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq Baku Energy Forumdur.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600dək nümayəndənin iştirak etməsi gözlənilir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60dək spiker yer alır.

Bu il öncəki illərdən fərqli olaraq, Bakı Enerji Forumunun açılışı da iyunun 1də Bakı Ekspo Mərkəzində keçiriləcək. Daha sonra forum iştirakçıları əsas müzakirələr üçün Bakı Konqres Mərkəzinə toplaşacaqlar.

Forumun gündəliyi olduqca zəngin olacaq. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar təşkil ediləcək.

D8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1ci görüşü

Forumun ilk günündə D8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1ci görüşü baş tutacaq.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçiriləcək. Forumun proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://bakuenergyforum.az/az/forumprogramme) tanış olmaq mümkündür.

Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Bakı Enerji Forumu çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüşlər təşkil olunacaq.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında yaşıl enerji kimi mövzular xüsusi yer tutur. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan Zero Waste və Zero Food Waste təşəbbüsləri həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük verilir.

Bakı Enerji Həftəsi təkcə qlobal enerji trendlərinin müzakirə edildiyi məkan deyil, həm də enerjinin gələcəyinə birbaşa qoşulmaq və onu formalaşdırmaq üçün unikal bir platformadır. Dünyanın enerji liderləri ilə tanış olmaq, ən son texnoloji innovasiyaları kəşf etmək və regionun ən nüfuzlu tədbirində yeni biznes imkanları qazanmaq üçün Bakı Enerji Həftəsi ideal əməkdaşlıq məkanıdır. Baku Energy Week strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün bu il də mühüm platforma rolunu davam etdirir. 30 il ərzində bu tədbir neftqaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarıb.

Bakı Enerji Həftəsinin təşkilatçıları Iteca Caspian və onların beynəlxalq tərəfdaşları olan ICA Events və Caspian Event Management FZLLC şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az, www.bakuenergyforum.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Sərginin tarixi

Baku Energy Week öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan Caspian Oil and Gas sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. 2025ci ildə təşkil edilmiş Bakı Enerji Həftəsinin iştirakçılarına salamlama məktubunda Prezidenti İlham Əliyev bu tədbirin artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanındığını qeyd edib.

Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb, deyə prezident İlham Əliyev bidirib.

ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir.

Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.

İştirakçılar

Bu il Baku Energy Weekdə dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.

Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.

Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında ABB, Acwa, AZEL Systems LLC, Baku Steel Company, bp, ExxonMobil, XRG, Gap İnşaat, GL, Gran Tierra Energy, Inpex, INTI, KPMG, Kolin İnşaat, Masdar, MOL Group, SLB, Umid Babek Operating Company (UBOC), TotalEnergies və Türkiye Petrolleri AO kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru Imotors MMCdir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. Deloitte forumun konsultativ tərəfdaşıdır.

Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu !PAŞA Bank çıxış edir. PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026cı il üzrə Azərbaycanın ən yaxşı bankı və Azərbaycanın ən yaxşı KOS bankı adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən İlin şirkəti nominasiyasında Gold Stevie mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Tərəfdaşlar arasında Absheron Hotel Group, Accurate MMC və Bilbord.al şirkətləri yer alır.

1, 2 və 3 iyun tarixlərində Koroğlu metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, Park Bulvar Malla xüsusi avtobuslar vasitəsilə ödənişsiz gedişgəliş təmin ediləcək. Bu xidmətin sponsoru isə Kolin İnşaat şirkətidir.

Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Bu gün tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib.

Caspian Oil and Gas sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikintiquraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyriqaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

Caspian Power sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.

  •  

“Z nəsli”nin tarakanları

CJP rəsmən partiya yox, hərəkatdır. Onu Boston Universitetinin məzunu və siyasi kommunikasiya üzrə mütəxəssis Abhicet Dipke adlı gənc fəal yaradıb. Qısa müddətdə ideya sürətlə populyarlaşıb və sosial şəbəkədə #MainBhiCockroach (Mən də tarakanam) həştəqi ilə milyonlarla paylaşım edilib. Bəzi müxalifət partiyaları da hərəkata dəstək veriblər.

Ölkənin hər yerində tarakan maskotu kimi geyinmiş gənclər yeni hərəkatın təbliğatına qoşulub. Hərəkatın instaqram hesabını izləyənlərin sayı 5 günə 18 milyonu keçib. Bu, Hindistandakı digər partiyalardan daha çoxdur. İzləyicilər ölkənin oturuşmuş köhnə siyasi qüvvələrinin arasında tarakanları yeni nəfəs kimi görür və dəstəkləyirlər.


Tarakanların 5 bənddən ibarət manifesti var. Birinci bənddə deyilir ki, işdən çıxandan sonra məhkəmə hakimlərinə müavinətlərin verilməsi dayandırılmalıdır. İkinci bənddə ədalətli seçkilərin keçirilməsinin vacibliyi bildirilir. Üçüncü bənddə hökumətdə qadınların sayının 33%dən 50%ə qaldırılacağı vəd olunur. Dördüncü bənddə tarakanlar azad mediaya sadiqliklərini bəyan edirlər. Beşinci bənddə partiyasını dəyişən siyasətçilərin hökumətdə təmsilçiliyinə qadağa qoyulmasına çağırış əksini tapıb.

Hərəkat siyasətə maraq göstərən yeni nəslə cazibəli alternativ kimi görünür. Hindistanın 1,4 milyard əhalisinin təxminən yarısı yaşı 30dan az olan gənclərdir. Onların da cəmi 11%i siyasi partiyaların üzvüdürlər. Bu vəziyyətdə Tarakanlar Partiyası Z nəslinin siyasətə qarışmaq vasitəsi kimi sosioloqlarda xüsusi maraq doğurur.


Bəziləri partiyanın adına xüsusi diqqət yönəldirlər. Tarakanlar heç bir pafoslu mənanı simvolizə edən canlı deyil, lakin dözümlüdür, dəyişikliyə uyğunlaşmağı bacarır və hər yerə yayılır. Buna görə də onlara qalib gəlmək mümkün sayılmır.

Görünür, dünyada gənclərin siyasətə gəlmə tərzi dəyişməyə başlayıb. Artıq proses onlayn şəkildə, yumorun və maskotların vasitəsilə baş verir.

Vüsal Məmmədov
AzVision.az

  •  

“Xaç atası”: Hekayə davam edir

Orijinal romanın müəllifi olan yazıçı Mario Pyuzonun varisləri yeni kitaba öz xeyirdualarını veriblər.

2012ci ildə Ed Falko Karleoni ailəsi romanını yazanda Paramount studiyası məhkəməyə müraciət edərək, kitabın nəşrinə qadağa qoymağa çalışmışdı. O zaman Pyuzo ailəsi işə qarışaraq, studiyaya qarşı əks iddia irəli sürmüşdü. Sonda tərəflər razılığa gəldilər ki, yeni kitablar nəşr etdirilə bilər, amma onların ekranlaşdırlması hüququ Paramountda qalacaq. Yeni romanın hüquqları Random House nəşriyyatına məxsusdur.

Adriana Triciani

Xaç atası filmini 1972ci ildə rejissor Frensis Ford Koppola çəkmişdi. 1974 və 1990cı illərdə filmin ikinci və üçüncü hissələri ekranlara çıxıb. Hər 3 hissədə Konni rolunu aktrisa Taliya Şayr ifa edib.

87 yaşlı Koppolanın yeni filmin üzərində işləyibişləməyəcəyi hələ məlum deyil.

Samir Quliyev
AzVision.az

  •  

Sabah Bakıda 30 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən Trendə verilən məlumata görə, mülayim cənubqərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1719° isti, gündüz 2530° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 6070 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1620° isti, gündüz 2732° isti, dağlarda gecə 712° isti, gündüz 1621° isti, bəzi yerlərdə 2326° isti olacaq.

  •  

Turizm potensialımız Çində tanıdılır

Bununla yanaşı, ATB 2628 may tarixlərində Şanxay şəhərində təşkil olunan ITB China 2026 beynəlxalq turizm sərgisində AZAL və 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə milli stendlə təmsil olunur.

Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən silsilə tədbirlər və ITB China 2026 sərgisi B2B görüşlər, şəbəkələşmə və yeni əməkdaşlıq imkanlarının yaradılması, eləcə də Azərbaycanın inkişaf edən işgüzar turizm (MICE) potensialının beynəlxalq turizm peşəkarlarına təqdim olunması baxımından mühüm platforma rolunu oynayır.

ITB China 2026 sərgisi çərçivəsində aparıcı onlayn səyahət platformalarından biri olan Trip.com tərəfindən Azərbaycan MustVisit Destination 2026 (2026cı ilin mütləq ziyarət edilməli turizm istiqaməti) mükafatına layiq görülüb. Mükafat Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə təqdim olunub.

Səfər çərçivəsində ATB ilə Çinin aparıcı onlayn səyahət və rezervasiya platformalarından biri olan Tongcheng Travel arasında Azərbaycanın Çin bazarında tanıtımının gücləndirilməsi və ölkənin çinli turistlər üçün ilboyu cəlbedici turizm istiqaməti kimi təşviqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Çin və Azərbaycan vətəndaşları üçün tətbiq olunan qarşılıqlı vizasız rejim, eləcə də Azərbaycan Hava Yolları QSC (AZAL) və China Southern Airlines tərəfindən Bakıdan Pekin və Urumçi şəhərlərinə həyata keçirilən birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin inkişafına şərait yaradır.

2026cı ilin yanvaraprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfər təşkil edib.

  •  

Çıxıblar yenə də düzə lalələr... │ FOTOLAR


Yolboyu yaranan bu ecazkar mənzərə həm yerli sakinlərin, həm də bölgədən keçən qonaqların böyük marağına səbəb olur. Sürücü və sərnişinlər avtomobillərini saxlayaraq təbiətin bu gözəlliyini seyr edir, həmin anları telefonlarının yaddaşına köçürərək unudulmaz xatirəyə çevirirlər.


Bakı–Şamaxı–Yevlax magistralının İsmayıllıdan keçən hissəsində açan lalələr sosial şəbəkələrdə də böyük trendə çevrilib. Bu gözəllik əraziyə xüsusi turların təşkil olunmasına zəmin yaradıb. Əsasən paytaxt sakinləri həftəsonlarını təbiət qoynunda keçirmək və yazın rənglərini yaxından görmək üçün bu turlara böyük maraq göstərirlər.


Təbiətin yaratdığı bu gözəllik insanlara xoş ovqat bəxş etsə də, fermerlər əkin sahələrinin qorunmasının vacibliyini xatırladırlar. Şəkil çəkdirmək istəyən bəzi şəxslər taxıl sahələrinin içinə daxil olur, nəticədə yaşıl zəmilər tapdalanır və məhsula ciddi ziyan vurulur. Təbiətin gözəlliyindən zövq almaqla yanaşı, kənd təsərrüfatında çəkilən əməyə hörmətlə yanaşmaq və ekoloji tarazlığı qorumaq vacibdir. Əkin sahələrinə zərər vermədən və yol kənarında təhlükəsizlik qaydalarına tam əməl etməklə bu mənzərələrin dadını çıxarmaq mümkündür.


Bu rəngarəng görüntü həm bölgəyə gələn turistlərə unudulmaz anlar yaşadır, həm də Azərbaycan təbiətinin zəngin potensialını bir daha göz önünə sərir.

  •  

DSX cüyür balasına yardım etdi │ FOTOLAR


Hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşmış, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.


Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.


Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır.


Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir.


  •  

Ermənistanın Çindən aldığı PUA: "CH-4B" nəyə qadirdir

Fransa silahları barədə daha əvvəl oxuculara məlumat vermişəm, bu dəfə isə Çin PUAları barədə yazacam.

Ermənistanin əldə etdiyi PUAların sayı dəqiq məlum deyil. Təxminən 3 ədəd olması mümkündür. Gümrü aviabazasında yerləşdirilən CH4lərin alınması ilə bağlı Ermənistan müdafiə nazirliyi rəsmi açıqlama verməyib, bunu erməni xalqına seçki qabağı sürpriz olaraq təqdim etmək istəyirdi. Amma alınmadı. Suren Papikyanın növbəti teatral sousu baş tutmadı.

CH4 Çin istehsalı olan hücum və kəşfiyyat PUAlarından biridir. Çin dövlət korporasiyası CASC (Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası red.) tərəfindən 2014cü ildən istehsal olunur və dizaynına görə ABŞ nin MQ9 Reaper PUAsının plagiat versiyasıdır. Bu aparatın iki versiyası mövcuddur. CH4A versiyası əsasən hava kəşfiyyatı, müşahidə və hədəf göstərilməsi, CH4B versiyası isə havadan yerə zərbələr üçün nəzərdə tutulub. Ermənistan tərəfindən bir kəşfiyyat, 2 ədəd zərbə versiyasinın alınması ehtimalı yüksəkdir.


PUAnın əsas taktiki texniki xüsusiyyətləri:
30 saata qədər havada qala bilir ( yüklü vəziyyətdə bu müddətdə 14 saata qədər azalır)
78 kilometr hündürlükdə 180 km/ saat sürətlə uça bilir
peyk vasitəsilə məsafədən idarə olunur
gecə görmə və termal müşahidə sistemlərinə malikdir
elektronoptik kamera sistemi ilə təchiz olunur
350 kq faydalı yük daşıya bilir.

CH4B aparatı AR1 tank əleyhinə raketlər, lazerlə idarə olunan FT5 bombaları və ağıllı sursatlar ilə silahlana bilər. Bu aparat həmçinin cəbhə xəttindən uzaq məsafələrdə müşahidə aparmağa, artilleriya atəşinin tənzimlənməsinə, texnika və şəxsi heyətə zərbələr endirməyə imkan verir.


CH4 son illərdə Yaxın Şərq və Afrika bölgələrində aşağı intensivliyə malik müxtəlif münaqişələrdə istifadə olunub, amma döyüş əməliyyatlarının gedişatına hansısa bir şəkildə müsbət təsir edəcək xüsusi bir nailiyyəti ilə yadda qalmayıb. Bu aparatlara silah bazarında ciddi bir tələbat da hiss olunmur. Bu aparatların əsas çatışmazlığı aşağı sürəti 180 km/saat), daşınan faydalı yükün az kütləsi (350 kq) və radarlara görünmə əmsalının yüksək olması ilə əlaqədardır.

Ermənistan Vətən Müharibəsi və sonrakı əməliyyatlar zamanı Azərbaycana qarşı bənzər PUAlardan istifadə etsə də, döyüş əməliyyatları zonasında bir dəfə də olsun təşəbbüsü ələ keçirə bilməmişdi. Buna görə də əldə edilən məhdud sayda Çin PUAları və Fransa silahları heç bir halda regional güc balansına təsir etməyəcək.

Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az üçün

  •  

Prezident xalqı təbrik etdi

Dövlətimizin başçısı təbrikində bildirib:

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəviəxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə millimənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əminamanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

  •  

“ASAN xidmət” və Afrika tərəfdaşlığı təqdim olunub l FOTOLAR

Afrika İttifaqının yaradılmasının ildönümünə həsr olunan tədbir Azərbaycan ilə Afrika ölkələri arasında siyasi, iqtisadi, humanitar və institusional əməkdaşlığın mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

Açılış mərasimində Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq perspektivləri vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev ASAN xidmətin innovativ fəaliyyəti və Afrika qitəsində həyata keçirilən əməkdaşlıq barədə təqdimat edib. O, hazırda Efiopiyada və Uqandada ASAN xidmət təcrübəsi əsasında xidmət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

Təqdimat zamanı ASAN xidmət təcrübəsinin paylaşılması istiqamətində 4 qitədə 35dən çox dövlətlə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Həmçinin ASAN xidmətin beynəlxalq səviyyədə əldə etdiyi uğurlar, o cümlədən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması və dayanıqlı idarəetmə modelinin formalaşdırılması istiqamətində qazandığı təcrübənin Afrika ölkələri üçün faydalı tərəfdaşlıq nümunəsi ola biləcəyi bildirilib.

Tədbir müddətində Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial və Agenda 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu mövzularında panel müzakirələri keçirilib.

  •  

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

Layihə çərçivəsində ilk təlim telekommunikasiya sektorunda fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri üçün keçirilib. 110dan çox operator və provayder nümayəndələrinin iştirak etdiyi təlimin əsas məqsədi telekommunikasiya sahəsində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı qanunvericilik tələblərinin izah edilməsi, habelə bu sahədə mövcud öhdəliklərin icrası üzrə metodiki dəstəyin göstərilməsidir.

İştirakçılara Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn əsas tələblər, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı, fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə texniki və təşkilati tədbirlər, eləcə də informasiya sistemlərində fərdi məlumatların qanuni və təhlükəsiz işlənilməsi ilə bağlı praktiki məsələlər barədə məlumat verilib.

Bildirilib ki, dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılması və işlənilməsi qanun pozuntusu hesab edilir. Həmçinin fərdi məlumatların mühafizəsi üzrə müəyyənləşdirilmiş təhlükəsizlik tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır və bu hallarla bağlı ETX qanunvericiliyə uyğun tədbirlər görəcək.

Eyni zamanda vurğulanıb ki, telekommunikasiya fərdi məlumatların mühafizəsi baxımından yüksək riskli sahələrdəndir. Bu sahədə təhlükəsizliyin təmini ölkənin internet məkanının təhlükəsizliyinin qorunması, telekommunikasiya xidmətlərinin dayanıqlığının gücləndirilməsi və istifadəçilərin rəqəmsal xidmətlərə etimadının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

ETX strateji sənədlərdə müəyyən olunmuş tapşırıqların icrası çərçivəsində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi məqsədilə digər həssas sektorlar üzrə də maarifləndirmə və metodiki dəstək tədbirlərini davam etdirməyi nəzərdə tutur.

  •  

Bayram günlərində əlavə qatar reysləri təşkil edilir l CƏDVƏL

Bu barədə Azərbaycan Dəmir Yolları QSCdən məlumat verilib.

Bildirilib ki, BakıAğstafaBakı və BakıQəbələBakı marşrutları üzrə hər iki istiqamətdə qatar reysləri təşkil edəcək.

Bundan əlavə, Qurban bayramı ilə əlaqədar mayın 27də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə ikitərəfli reyslər təşkil ediləcək.

Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.

  •  

“YAŞAT” Fondundan “Hədiyyə karvanı” l FOTOLAR

Layihə NEQSOL Holdingin, Bakcellin və Norm ASCnin sponsorluğu, eləcə də Azərsun Holdinqin dəstəyi ilə gerçəkləşdirilir.

Respublikanın bütün regionlarını əhatə etməklə, 14 yaşadək olan 1600dən artıq şəhid övladına bayram münasibətilə hədiyyələr təqdim ediləcək.

Hədiyyələrin bölgələrə çatdırılması prosesində AZAL, Abşeron Logistika Mərkəzi, 166 Yükdaşıma və Logistika, AMO Transport və 189 Logistika tərəfindən dəstək təmin olunur.

Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

YAŞAT Fondu layihənin icrasında göstərilən dəstəyə görə tərəfdaş qurumlara və aidiyyəti icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirir.

  •  

Duz istehsalı artıb

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, 2025ci ilin yanvaraprel aylarında ölkədə duz istehsalı 27 min 178,4 ton təşkil edib.

  •  

Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü

İlk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10da yola salınıb.

Bu marşrut üzrə İsveçrənin Stadler Rail Group şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək. Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək.

Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.

Qatar hər gün Bakıdan saat 23:10da yola düşəcək və növbəti gün saat 08:41də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00da yola düşməklə növbəti gün Bakıya saat 06:24də çatacaq.

Bu müddətin sərhədgömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı–Tbilisi–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

  •  

"Starlink" Qırğızıstanda istifadəyə verilib

Layihənin Qırğızıstandakı tərəfdaşı Elkat internetprovayderidir. Şirkətdən bildirilib ki, xidmət aktiv inkişaf mərhələsinə keçir. Bu isə istifadəçilərin tammiqyaslı qoşulmasına və infrastrukturun genişləndirilməsinə başlanılması deməkdir.

Fərdi müştərilər üçün abunə haqqı ayda 10 min somdan başlayır (təxminən 198 manat). Starlink Mini avadanlıq dəstinin qiyməti isə 36 min somdur (təxminən 713 manat).

Qırğızıstanda xidmətin istifadəyə verilməsi Starlinkin Mərkəzi Asiya ölkələrində ekspansiyasının davamıdır. Belə ki, 2026cı ilin fevralında xidmət Tacikistanda əlçatan olub, daha əvvəl isə Qazaxıstan və Azərbaycanda istifadəyə verilib.

Starlink — İlon Maskın SpaceX şirkətinə məxsus peyk internet xidmətidir. Sistem aşağı orbitli peyklər şəbəkəsi vasitəsilə internetə çıxış təmin edir. Xidmət zəif və ya ümumiyyətlə yerüstü rabitənin olmadığı bölgələr üçün nəzərdə tutulub və qoşulma üçün xüsusi peyk antenindən istifadə olunur.

  •  

Qızıl istehsalımız azalıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, mayın 1i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz artaraq 84,1 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 4,9 faiz azalaraq 1304,8 kiloqram təşkil edib.

Mayın 1i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 491,3 kiloqram qeydə alınıb.

  •  

Rusiya şantaja keçib – Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Zaxarovanın bu açıqlaması xarici ölkələrə şantaj xarakterlidir. Yəni Kreml müxtəlif ölkələrə mesaj göndərib ki, Kiyevdəki səfirliklərinizin fəaliyyətini dayandırmasaz günahı özünüzdə axtarın, mərmilər səfirliklərə və dilpomatlara da tuş gələcək.

Kiyevdə binası raket zərbələrindən ən çox zərər görən səfirlik Azərbaycana məxsusdur. Ukraynadakı keçmiş səfirimizi çıxmaq şərtilə müharibənin ilk illərindəki ağır günlərdə belə səfirliyimiz fəaliyyətini dayandırmayıb. Kremlə Kiyevdəki səfirliklərin koordinatları verilib. Moskva bu koordinatlarla hesablaşmır. Rusiya qoşunları 2022ci ildə Kiyevə desant töküb Ukrayna paytaxtını işğal etmək istədikdə, tanklar şəhərə yaxınlaşanda xarici ölkə səfirlikləri fəaliyyətlərini dayandırmamışdılarsa, indi niyə qapanmalıdırlar?, Şahinoğlu sual edib.

Onun sözlərinə görə, hər bir ölkə xaricdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyini düşünməlidir, ancaq Moksva istəyir deyə Kiyevdə səfirliyi qapatmaq Rusiya qarşısında geri çəkilmək anlamı daşıyacaq.

  •  

KOSMİK Akademiya mükafat aldı

Bu mükafat kosmik sənayedə coğrafi (Geography), nəsillər (Generation) və gender müxtəlifliyinin təşviqi istiqamətində göstərilən müstəsna və davamlı töhfələri tanımaq məqsədi daşıyır və yalnız beynəlxalq təsirə malik təşəbbüslərə təqdim olunur. Mükafat Beynəlxalq Astronavtika Federasiyasının üzvü olan təşkilatlara – özəl kosmik şirkətlərə, dövlət kosmik agentliklərinə və akademik müəssisələrə – eləcə də inklüziv, ədalətli və innovativ mühitlərin yaradılmasına təsir göstərən fərdi komandalara və layihələrə təqdim edilir.

KOSMİK Akademiyanın mükafata layiq görülməsi onun beynəlxalq miqyasda inklüziv kosmik təhsil ekosistemi qurması, gənclərin, qadınların və müxtəlif regionlardan olan iştirakçıların kosmos sahəsinə inteqrasiyasını gücləndirməsi və Azərbaycanı qlobal kosmik təhsil və innovasiya mərkəzi kimi mövqeləndirməsinin nəticəsidir.
Tarixi perspektivdə, 3G+ mükafatının konsepti müxtəlifliyə çoxölçülü yanaşmanı əks etdirir: nəsillər, gender, coğrafi təmsilçilik, həmçinin mədəni, etnik və fənni inklüzivlik. Mükafat alan təşəbbüslər göstərir ki, müxtəliflik kosmik innovasiya və liderliyin əsas strateji göstəricisidir. Məsələn:

• NASAnın Reaktiv Hərəkət Laboratoriyası (JPL) müxtəlif baxış bucaqlarını qabaqcıl elmi nailiyyətlərlə əlaqələndirdi.
• Avropa Kosmik Agentliyi (ESA) inklüzivliyi idarəetmə və əməkdaşlığın təməli kimi institutlaşdırdı.
• Məhəmməd Bin Rəşid Kosmik Tədqiqatlar Mərkəzi (MBRSC) Birləşmiş Ərəb Əmirliklərinin regional kosmik innovasiya mərkəzi kimi inkişafını sürətləndirdi.
• Kosmik Nəsil Məşvərət Şurası (SGAC) müxtəlif ölkələrdən gənc mütəxəssislərə beynəlxalq kosmik siyasəti formalaşdırmaq imkanı verdi.
• Karman Layihəsi (Karman Project) müxtəlifliyi qlobal etimad və əməkdaşlıq şəbəkələrinin qurulmasında istifadə etdi.
• Women in Aerospace Europe güclü liderlik təmsilçiliyi və Avropa üzrə peşəkar ekosistemlərin inkişafını təmin etdi.
Beynəlxalq Astronavtika Federasiyasının 3G+ Müxtəliflik Mükafatı yalnız nailiyyətlərin tanınması deyil, həm də qlobal kosmik icmada müxtəliflik və inklüzivliyin ən yaxşı təcrübələrini təşviq edən bir platformadır. Bu uğur KOSMİK Akademiyanın 3G+ müxtəliflik modeli əsasında qurulmuş yanaşmasının beynəlxalq səviyyədə qəbul edildiyini təsdiq edir və Azərbaycanı qlobal kosmik arenada inklüzivlik və innovasiya sahəsində aparıcı mövqeyə çıxarır.
Qeyd edək ki, mükafatı təşkil edən Beynəlxalq Astronavtyika Federasiyası 82 ölkədən olan 604 təşkilatı özündə birləşdirən təşkilatdır.


  •  

WUF13 günlərində 52 nəfərə tibbi xidmət göstərilib - TƏBİB

Sessiyanın keçirildiyi ərazidə və digər ayrılmış məkanlarda xidmət göstərən təcili tibbi yardım briqadalarına müraciət edən şəxslərdən 10 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub. Onlardan 1 nəfərə Kliniki Tibbi Mərkəzdə, 1 nəfərə Mərkəzi Neftçilər Xəstəxanasında, 2 nəfərə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, 6 nəfərə isə Yeni Klinikada tibbi xidmət göstərilib. Müraciət edən digər şəxslərə isə yerində ambulator tibbi yardım göstərilib.

Məlumat üçün bildirək ki, tədbir günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tibbi xidmətlərin təşkili məqsədilə 4 tibb müəssisəsi də prosesə cəlb olunub.

Tədbir günlərində, əsasən, Azərbaycan, Keniya, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Namibiya, Efiopiya, Serbiya, Zimbabve, Bosniya və Herseqovina kimi ölkələrin vətəndaşlarının müraciətləri qeydə alınıb.

Müraciətlər, əsasən, kəskin respirator xəstəliklər, baş ağrısı və arterial hipertenziya ilə bağlı olub.

Xatırladaq ki, tədbirlə əlaqədar müxtəlif ərazilər üzrə 37 təcili tibbi yardım avtomobili ayrılıb, ümumilikdə 93 təcili tibbi yardım briqadası isə tədbirin keçirildiyi ərazilərdə və ayrılmış hotellərdə gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib.

Qeyd edək ki, tədbirin keçirildiyi günlərdə Baş Əməliyyatlar Mərkəzində TƏBİB əməkdaşları tərəfindən təcili tibbi yardım briqadalarının fəaliyyəti fasiləsiz rejimdə koordinasiya olunub.

  •  

Naməlum şəxs kömək istəyir? Diqqətli olun!

Bu barədə AzVision.azz Elektron Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:
• Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın
• Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın
• Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun
• Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın
• Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı info@cert.az və ya 1654 qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

  •  

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 2027 May 2026cı il tarixləri arasında Azercell CUP 2026 platforması üzərindən qeydiyyatdan keçə və layihə barədə ətraflı məlumat əldə edə bilərlər. Azercell CUP müsabiqəsində ümumitəhsil müəssisələrinin, eləcə də xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan 6cı və 7ci sinif şagirdləri iştirak edə bilərlər.

Üç mərhələdən ibarət olan müsabiqənin birinci turu 28 may tarixində onlayn formatda keçiriləcək. Növbəti mərhələlərdə yüksək nəticə göstərən iştirakçılar beynəlxalq informatika olimpiadalarına hazırlıq proqramlarına dəvət olunacaqlar.

Azercell CUP layihəsi ölkədə rəqəmsal bacarıqların inkişafına, gənclərin İT və innovasiya sahəsinə marağının artırılmasına, eləcə də gələcək texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.

  •  

"Təbiət ciddi təzyiq altındadır" - Umayra Tağıyeva

Bu sözləri Bakıda BMTnin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən İqlim cəbhələrindən hekayələr mövzulu tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O qeyd edib ki, təbiət ciddi təzyiq altındadır. Bu gün dünya iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə olmaqla üçlü planetar böhranla üzüzədir. Bunlar birlikdə ekosistemi, insan rifahını, dayanıqlı inkişafı, eləcə də şəhərlərimizin və icmalarımızın dözümlülüyünü təhdid edir. Bu faktlara görə, ekoloji problemlər dünyanın müxtəlif regionlarında fərqlənir. Lakin onların hamısı eyni təzyiqdən, yəni iqtisadi inkişaf ilə ekoloji balans arasındakı qopuqluqdan qaynaqlanır, deyə nazir müavini bildirib.

  •  

Prezident hərbi çağırışla bağlı Sərəncam imzaladı

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 26cı bəndini rəhbər tutaraq, Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 12.3cü və 40.1ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:

1. 2008ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007ci illərdə doğulmuş, yaşı 30dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026cı il iyulun 1dən 30dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 38.1.1ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026cı il iyulun 1dən 30dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

Prezident İlham Əliyev həmçinin Azərbaycan vətəndaşlarının 2026cı il iyulun 1dən 30dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2008ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007ci illərdə doğulmuş, yaşı 30dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026cı il iyulun 1dən 30dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Həmçinin Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 38.1.1ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026cı il iyulun 1dən 30dək ehtiyata buraxılacaqlar.

  •  

Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub

Tədbirdə Azərbaycanın qastroturizm potensialı və inkişaf perspektivləri, qeyrimaddi mədəni irs kimi milli qastronomiyanın təbliği və qorunması, bu istiqamətdə restoran sənayesinin rolu haqqında təqdimat edilib.

1928ci ildən etibarən hər iki ildən bir keçirilən və Worldchefs tərəfindən təşkil edilən tədbirin məqsədi dünya üzrə aşpazları və müxtəlif sahələrdən olan innovatorları bir araya gətirərək qastronomiya sənayesini araşdırmaq, qastronomiya sənayesi nümayəndələri və mütəxəssislərinin peşəkar əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə imkan yaratmaqdır.

Dünya üzrə 100dən çox aşpaz assosiasiyasını birləşdirən Worldchefs qlobal şəbəkəsində ölkəmizi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) təmsil edir.

  •  

Süni İntellekt Təhsildə: İnqilab, İmkanlar və Çağırışlar

Müasir dünya təhsilində texnoloji tərəqqinin ən yüksək nöqtəsi hesab olunan süni intellekt (Sİ) texnologiyalarının tətbiqi köklü dəyişikliklərə səbəb olur. Ekspertlərin rəyinə görə, ənənəvi tədris metodlarının sərhədlərini aşan süni intellekt artıq köməkçi alət statusundan çıxaraq təhsil sisteminin əsas hərəkətverici qüvvələrindən birinə çevrilir.

Fərdiləşdirilmiş tədris modelləri ön plana çıxır

Süni intellekt alqoritmlərinin tətbiqi ənənəvi təhsil sisteminin ən böyük çatışmazlıqlarından sayılan vahid yanaşma metodunu aradan qaldırır. İntellektual idarəetmə sistemləri hər bir tələbənin qavrama sürətini, güclü və zəif tərəflərini real vaxt rejimində analiz etmək imkanına malikdir. Bu texnologiya vasitəsilə kurikulumlar tələbələrin fərdi potensialına uyğun olaraq adaptasiya edilir ki, bu da mənimsəmə göstəricilərini əhəmiyyətli dərəcədə yüksəldir.

Müəllimlərin inzibati iş yükü azalır

Tədqiqatlara əsasən, süni intellekt platformaları müəllimlərin tapşırıqların yoxlanılması, qiymətləndirmə və hesabatların hazırlanması kimi inzibati fəaliyyətlərini avtomatlaşdırır. Təbii dilin emalı (NLP) texnologiyaları sayəsində artıq esse və açıq sualların da sistem tərəfindən qiymətləndirilməsi həyata keçirilir. Bu isə pedaqoqların vaxt itkisinin qarşısını alaraq, diqqəti birbaşa tələbələrin yaradıcı və emosional inkişafına yönəltməyə şərait yaradır.

İnklüzivlik və qlobal əlçatanlıq təmin olunur

Süni intellekt təhsildə coğrafi və fiziki məhdudiyyətlərin aradan qaldırılmasında mühüm rol oynayır. Nitqin mətnə və ya mətnin nitqə çevrilməsi funksiyaları görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün tədris materiallarını əlçatan edir. Eyni zamanda, sinxron tərcümə proqramları dil sədlərini qaldıraraq tələbələrə dünyanın müxtəlif dillərində olan elmi resurslardan sərbəst istifadə imkanı verir.

Akademik risklər və çağırışlar aktuallığını qoruyur

Süni intellektin sürətli inteqrasiyası mühüm perspektivlərlə yanaşı, bir sıra ciddi riskləri də bərabərində gətirir. Hazırda rəqəmsal təhsildə əsas narahatlıq doğuran məqamlar aşağıdakılardır:

Akademik dürüstlük problemi: Generativ süni intellekt modellərinin geniş yayılması tələbələr tərəfindən müstəqil tədqiqatların minimuma enməsi və köçürmə hallarının artması riskini yaradır.

Rəqəmsal bərabərsizlik: Yüksək texnoloji infrastruktura çıxışı olan regionlarla bu imkanlardan məhrum olanlar arasında təhsil uçurumunun dərinləşməsi təhlükəsi mövcuddur.

Sosiallaşma limitləri: Rəqəmsal alətlərlə həddindən artıq vaxt keçirilməsinin tələbələrin sosial və kommunikativ bacarıqlarının inkişafına mənfi təsir göstərə biləcəyi ehtimal olunur.

Analitiklər qeyd edirlər ki, gələcəyin uğurlu təhsil modeli süni intellektin analitik gücü ilə insanın pedaqoji məharətinin sintezindən asılı olacaq. Bu səbəbdən müasir mərhələdə təhsil müəssisələrinin qarşısında duran əsas vəzifə yeni texnologiyaları qadağan etmək deyil, onlardan etik və effektiv istifadə mexanizmlərini formalaşdırmaqdır.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

Paşinyan revanşistlərə: "Gedin, Qarabağda ölün!" │ VİDEO

Onun xüsusilə Qarabağ elitasına dediyi sözlər təhqiramiz olur:

Ey, siz! Fərarilər! Ümumiyyətlə, sizin burada nə işiniz var?!

Qaçanda Ferrari sürəti ilə qaçırdılar, indi isə gəlib burada barmaq silkələyirlər... Qarabağ presvdoelitası, itilin buradan cəhənnəmə, eşidirsinizmi?!

Siz axı kimsiniz e?! Səngərləri də belə qorumuzunuz! Gərək siz də bizim uşaqlarımızla birlikdə öləydiniz!



Bir halda ki, Qarabağ məsələsi sizə belə maraqlıdır, gedin orada ölün!

Əgər 5000 nəfərin öldüyündən danışırsansa, özün niyə sağsan?! Murdar! Özün niyə sağsan, hə?! Qəhrəmanyan niyə sağdır? Deputatlarınız niyə sağdırlar? Niyə o 5000 nəfər ölənin arasında deyillər?

Mən Qarabağ psevdoelitasını köklüköməcli çıxarıb atacağam!

Döyüşmək mümkün olan günlərdə niyə gedib döyüşmədiniz? Ey fərarilər, indi gəlib burada barmaq silkələmək lazım deyil!

Tariyel Həsənov
AzVision.az

  •  

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

İrs Dostu könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdir.

Proqram Dövlət Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələri, tabeli müəssisələri, həmçinin qoruq və muzeyləri əhatə etməklə, ümumilikdə ölkənin bütün regionlarında 140dan çox müəssisədə təşkil olunacaq. Könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Könüllülər üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

İrs Dostuna cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan İrs Dostu vahid şəbəkəsinin tərkib hissəsi olacaqlar. Belə ki, bu şəbəkə mədəni irsin qorunması sahəsində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan vahid ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Mədəni irsimizin qorunmasına töhfə vermək istəyən gənclər üçün yeni inkişaf platforması olan İrs Dostuna könüllülərin seçimi müsahibə əsasında həyata keçiriləcək. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramlarında və komandada işləmə bacarıqları qiymətləndiriləcək.

İrs Dostu könüllüsü olmaq istəyən 1835 yaş arası gənclər öz CVlərini və motivasiya məktubu volunteer@heritage.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Mədəni irsimizin qorunmasına töhfə vermək və bu sahədə yeni təcrübə qazanmaq istəyən bütün gəncləri İrs Dostu proqramına qoşulmağa dəvət edirik.

  •  

Şəhərlərin problemi və xilası │ Elman Sadıqovun şərhi

İqtisadçıekspert Elman Sadıqovun sözlərinə görə, ətraf mühiti sənayenin, iqtisadiyyatın ayrıayrı sahələrinin korlamasını nəzərə alsaq, iqtisadiyyat burada həm günahkar, həm də xilasedici rolundadır. Eyni fikri şəhərsalmaya, WUF13 forumuna da şamil etmək olar.

Bu gün şəhərlərin inkişafı və genişlənməsi də, zəifləməsi, boşalması və hətta tarixə qovuşması da iqtisadi amillərlə bağlıdır. WUF13ün əsas mövzularından biri mənzil təminatı və mənzil əlçatanlığıdır. Həm mənzillərin tikilməsi, həm də alıcı tərəfindən alınması prosedurları (istər nağd, istər ipoteka) maliyyə və iqtisadi imkanlarla birbaşa əlaqəlidir.
+++
Şəhərsalma və iqtisadiyyat arasındakı digər sıx əlaqələrdən biri də şəhərlərin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasındakı müsbət korrellyasiyadır. Yəni, ölkə iqtisadiyyatı nə qədər inkişaf edərsə, şəhərlər də bir o qədər inkişaf edər.

Digər məsələ isə şəhərdə demoqrafik vəziyyətlə şəhərlərin inkişafı arasındakı əlaqədir.

Burada mənim araşdırmalarıma görə yüksək müsbət korelyasiya yoxdur. Bir tərəfdə yüksək inkişaf etmiş və əhalisi çox olan London, New York, Tokio, Seul, digər tərəfdə Hindistan, Pakistan, Banqladeşin, Latın Amerikası ölkələrinin çoxsaylı əhaliyə malik şəhərləri, Misirin paytaxtı Qahirə və sair var. Bir şəhərin kəmiyyət baxımından artımı və genişlənməsi ilə keyfiyyət parametrləri üzrə dayanıqlı inkişafı tamamilə fərqli məsələlərdir, Elman Sadıqov vurğulayıb.

  •  

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də

Qonaqlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər.

Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış ASAN xidmət mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ASAN xidmətin yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Hazırda Efiopiyada ASAN xidmət təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər 100dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır.

Xatırladaq ki, Dövlət Agentliyi ilə həyata keçirilmiş əməkdaşlığın nəticəsi olaraq 2025ci ilin iyun ayında Efiopiyanın ƏddisƏbəbə şəhərində ölkəmizin ASAN xidmət konsepsiyası əsasında ilk MESOB dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb.

Həmçinin qonaqlara INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

  •  

"Sürətli urbanizasiya yaşıl əraziləri azaldır" - Qlazqo Universitetinin professoru

Bunu Böyük Britaniyada Qlazqo Universitetinin şəhər analitikası üzrə professoru Joao Porto De Albuquerque deyib.

O bildirib ki, xüsusilə iqlim dəyişikliyinin sağlamlığa təsirlərini azaltmaq üçün yaşıl və ictimai məkanların rolunun gücləndirilməsi çox vacibdir.

Bunun üçün keyfiyyətli məlumatların toplanması və təhlili böyük əhəmiyyət daşıyır. Bu məlumatlar isə daha düzgün ictimai siyasətin formalaşdırılmasına imkan yaradır, deyə professor əlavə edib.

  •  

Tramp İrana qarşı müharibənin variantlarını müzakirə edib

Axios portalının ABŞ rəsmi mənbələrinə istinadən yaydığı məlumata görə, görüş zamanı dövlət başçısına hərbi variantlar təqdim olunub.

Ekspertlər bildirirlər ki, Tramp atəşkəs dövründə dəfələrlə təhdidlər səsləndirsə də, hələ ki, bunları reallaşdırmayıb. Lakin onun hərbi planlarla bağlı xüsusi brifinq keçirməsi Vaşinqtonun müharibə variantını masada saxladığını göstərir.

Məlumata görə, iclasda vitseprezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff, müdafiə naziri Pit Heqset, Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və MKİ direktoru Con Retkliffin iştirak ediblər.

Pərdəarxası: Fars körfəzi ölkələrinin narahatlığı

Mənbələrin məlumatına görə, Tramp pauza elan etməzdən əvvəl İrana zərbə endirmək barədə qəti qərar verməmişdi, regional liderlərin çağırışlarını dəyərləndirirdi. Biz İrana növbəti böyük zərbəni endirməli ola bilərik. Hələ dəqiq bilmirəm. Tezliklə öyrənəcəksiniz,Tramp deyib.

Məlumata görə, hücum planının müvəqqəti dayandırılması qismən Fars körfəzinin bir neçə liderinin narahatlığı ilə bağlı olub. Körfəz ölkələri İranın onların neft obyektlərinə və strateji infrastrukturuna cavab zərbələri endirə biləcəyindən ehtiyat edərək, Trampı diplomatik danışıqlara daha bir şans verməyə çağırıblar.

Vaşinqtonda fikir ayrılığı və qeyrimüəyyənlik

Trampa yaxın mənbələrin sözlərinə görə, Ağ Evdəki şahinlər (sərt xətt tərəfdarları) prezidentin danışıqlarda Tehrana təzyiq göstərmək üçün kəskin addımlar atmaq istədiyini bildirilər. Bununla belə, bir çox ABŞ rəsmisi Trampın qəfil qərarlarından təəccübləndiklərini və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkdiklərini etiraf edirlər.

Tramp hazırda ciddi danışıqların getdiyini iddia etsə də, yüksək rütbəli rəsmilər İranın son qarşılıqlı təklifində hər hansı bir irəliləyişin qeydə alınmadığını vurğulayırlar. Vasitəçilər isə Tehranı ABŞnin nüvə tələblərinə cavab verən daha çevik mövqe nümayiş etdirməyə sövq etməyə çalışırlar.

M. Həsənli
AzVision.az


  •  

Putin və Si Szinpin Pekində görüşüb

AzVision.az Çin mətbuatına istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimi ilə başlayan görüşdə prezidentlər ikitərəfli strateji tərəfdaşlıq və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşün açılış hissəsində çıxış edən dövlət başçılarının bəyanatlarında mühüm məqamlar yer alıb.

Vladimir Putinin bildirib ki, Rusiya ilə Çin arasındakı münasibətlər tarixdə görünməmiş ən yüksək səviyyəyə çatıb. İki ölkənin əməkdaşlığı qlobal sabitliyin qorunmasında mühüm rol oynayır. Ölkələr arasında iqtisadi əlaqələr yüksək artım dinamikası nümayiş etdirir. Yaxın Şərqdə davam edən böhrana baxmayaraq, Rusiya etibarlı enerji tədarükçüsü statusunu qoruyur.

Si Szinpinin bəyan edib ki, Çin və Rusiya daha ədalətli və ağlabatan qlobal idarəetmə sisteminin və beynəlxalq düzənin qurulmasını birgə təşviq etməlidir. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin mövcud səviyyəsi qarşılıqlı siyasi etimadın və strateji əməkdaşlığın dərinləşməsinin nəticəsidir.

1999cu ildən bəri Rusiyaya rəhbərlik edən 73 yaşlı Vladimir Putin cari 6 illik prezidentlik müddətini başa vuracağı təqdirdə, İosif Stalini geridə qoyaraq 18ci əsrdə hakimiyyətdə olmuş imperatriça II Yekaterinadan sonra Rusiyanın ən uzunmüddətli rəhbəri olacaq. Ötən ay keçirilən sosioloji rəylərə görə, Putinin ölkədaxili reytinqi 65.6% səviyyəsində qərarlaşıb.

M. Həsənli
AzVision.az

  •  

Ukrayna-Rusiya cəbhəsi genişlənə bilər

Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Militarnyiyə verdiyi müsahibədə bildirib.

Şimalda əməliyyatlar mümkündür. Bu, realdır. Biz Rusiya Baş Qərargahının hazırda əməliyyatları aktiv şəkildə hesabladığını və planlaşdırdığını göstərən məlumatlardan xəbərdarıq, deyə o qeyd edib.

  •  

Bakı-Tbilisi qatarının hərəkət cədvəli

Qatarlar hər gün Bakıdan saat 23:10da yola düşəcək və növbəti gün saat 08:41də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00da yola düşərək ertəsi gün saat 06:24də Bakıya çatacaq.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

Qeyd olunub ki, marşrut üzrə sərnişindaşımanın təşkili və digər texniki məsələlərlə bağlı tərəflər arasında müvafiq işlər davam etdirilir.

  •  

Şəhərlərin inkişafında süni intellektin rolu müzakirə olunub

Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMTnin Məskunlaşma Proqramı (UNHabitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyada süni intellektəsaslı həllərin şəhərsalma, qərarqəbuletmə, dayanıqlı infrastrukturun qurulması və insan mərkəzli şəhərlərin inkişafındakı rolu müzakirə edilib. Tədbirdə United for Smart Sustainable Cities (U4SSC) təşəbbüsü çərçivəsində hazırlanan və dünyanın 250dən çox şəhərində tətbiq olunan Ağıllı Dayanıqlı Şəhərlər üzrə Əsas Performans Göstəricilərinin (KPI) əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, bu göstəricilər şəhərlərə məlumat və analitika əsasında mənzil siyasətinin, xidmət keyfiyyətinin, infrastruktur dayanıqlılığının və ümumi həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır. Sessiya çərçivəsində U4SSC təşəbbüsünün bir sıra yeni sənədləri və praktiki alətləri də təqdim olunub. Tədbirdə, həmçinin bu il mayın 11də keçirilmiş 3cü BMT Virtual Dünyalar Gününün nəticələri müzakirə edilib. Çıxışlarda süni intellekt, rəqəmsal əkizlər, virtual mühitlər, məkan intellekti və agentəsaslı sistemlərin şəhər idarəçiliyi və dayanıqlılıq strategiyalarında tətbiq imkanlarına toxunulub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında Azərbaycanın süni intellekt və data mərkəzləri sahəsində regional hab kimi mövqeyini gücləndirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda data mərkəzlərinə tələbat təxminən 850 meqavat həcmində qiymətləndirilir, halbuki mövcud regional təklif cəmi 30 meqavat təşkil edir. Nazir müavini qeyd edib ki, Azərbaycanın üstünlükləri sırasında 2 giqavatdan çox artıq enerji gücü, inkişaf mərhələsində olan 10 giqavatlıq yaşıl enerji layihələri, rəqabətqabiliyyətli elektrik tarifləri, tam fiberoptik şəbəkə əhatəsi və Avropanın əsas internet mübadilə nöqtələrinə çıxış yer alır.

Samir Məmmədov əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycanda 3050 min qrafik prosessor (GPU) yerləşdirilməsi nəzərdə tutulur və bu istiqamətdə aparıcı qlobal texnologiya şirkətləri ilə müzakirələr aparılır.

Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru Seizo Onoe isə bildirib ki, süni intellektin uğurlu tətbiqi effektiv dövlət idarəçiliyi, innovasiya, etibarlı standartlar və qarşılıqlı fəaliyyət sistemlərindən asılıdır.

İnnovasiyalarda irəliləyiş və texnologiyaların effektiv işləməsi üçün şirkətlər, biznes tərəfdaşları və hökumətlər arasında səmərəli kommunikasiya tələb olunur. Bu gün bunun əhəmiyyəti əvvəlkindən daha da artıb, – deyə o vurğulayıb.

BMTnin Məskunlaşma Proqramının (UNHabitat) icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında şəhərlərdə mənzil böhranı və iqlim dəyişmələri fonunda rəqəmsal texnologiyalar və süni intellektin mühüm rol oynadığını bildirib.

O qeyd edib ki, ağıllı şəhər yanaşmaları insan mərkəzli olmalı, insan hüquqları, inklüzivlik və bərabərlik prinsiplərinə əsaslanmalıdır.

Sessiyada həmçinin ICLEI təşkilatının direktoru Metyu Bax, Moskva hökumətinin müşaviri Dmitri Ontoyev və Quançjou Şəhər İnnovasiyaları İnstitutunun icraçı direktoru Nikolas Yu iştirak ediblər.

  •  

Dünya hər 3 nəfərdən birinin mənzil problemi var

Qlobal media brendi Monoclenin baş xarici müxbiri Karlota Miqel Karreyra Rebelonun moderatorluğu ilə keçirilən sessiyada BMTnin Məskunlaşma Proqramının (UNHabitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli istiqamətində konkret müzakirələrin vacibliyini bildirib.

Mənzilə əlçatanlıqla bağlı problemin hazırda dünyada üç insandan birini əhatə etdiyini bildirən Anaklaudia Rossbax əlavə edib: Yəni bu, qlobal böhrandır, sistemli çatışmazlıqdır. Mənzil təminatı şəhərlər üçün çox önəmlidir. Şəhərlər yaxşı yerləşdirilmiş xidmətlər təmin etməli, daha məhsuldar, rəqabətli və inklüziv olmalıdır. Ailələr gəlirlərinin üçdəbirini məhz mənzil üçün xərcləyir. Bu parametr təbii ki, bütün coğrafiyalar üçün eyni deyil. Hazırda iki milyard insan şəhərlərdə yaşayır.

O qeyd edib ki, dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışında problem var. Eyni zamanda, kanalizasiya problemi yaşayan insanların da sayı həddindən artıq çoxdur.

2050ci ilədək dünya əhalisinin artacağını bilirik. İki milyard insan şəhərlərə gəlir və şəhərlər ətrafında yerləşir. Bunu əsasən Asiya və Afrikada görürük. İnkişafın və artımın yarısı məhz şəhərlərdə baş verir. Bu, yumşaq keçid deyil, əslində şəhərsalma və urbanizasiyanın ən sürətli prosesidir, deyə icraçı direktor bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva mənzil təminatında inteqrasiya olunmuş şəhərsalma planlaşdırmasının vacibliyini qeyd edib. O, mənzil məsələsinin hazırda qlobal böhran olduğunu, bu istiqamətdə təhlükəsiz və dayanıqlı sistemin əhəmiyyətini önə çəkib, böhranının həllində maliyyə institutlarının dəstəyinin mühüm rolunu qeyd edib.

Gülşən Rzayeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış Proqramının əhəmiyyətindən danışıb, bu prosesin Yeni Şəhər Gündəliyinin prinsiplərinin tətbiqinə dair ən güclü nümunələrdən biri olduğunu deyib.

Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen sessiya iştirakçılarına videomüraciətində deyib: Mənzil böhranı insanların rəqabətinə təhdid yaradır, təhsilinə və tədrisinə problem yaradır. Gənclər yeni ailə qurmaq üçün evini tərk edə, yeni evə sahib ola bilmirlər. Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir. Onların sosial evlərə çıxışı olmur, həmçinin işsizlərin sayı artır. Avropa İttifaqı ölkələrində milyonlarla evsiz insan var. Onların 35 faizi gənclərdir. Bu rəqəmlər həqiqətdir və qəbuledilməzdir.

Mənzilə çıxış üçün aşağı gəlirin baryer olmamasının vacibliyini qeyd edən Dan Yorgensen bildirib ki, Avropa İttifaqının da bu böhranın həlli istiqamətində oynayacağı rol var: Biz axını müsbət istiqamətdə dəyişə bilərik. Hər kəsin mənzillə təmin olunması üçün plan həyata keçirməyə çalışırıq. Biz keyfiyyətli mənzilə fokuslanırıq. Çünki, insanların həyatı önəmlidir. Həmçinin biz yaxşı icmalar qurmalıyıq. Tələbələr və evsiz insanlar bu böhrandan ən çox əziyyət çəkənlərdir. Biz bu böhranı birlikdə həll edə və dəyişikliklərə nail ola bilərik. Çünki bütün dünyada mənzil problemi həll olunmalıdır.

BMTnin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk isə videomüraciətində WUF13ün impuls yaratmaq və dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsət olduğunu deyib. Qeyd edib ki, bütün dövlətlər, yerli hakimiyyət orqanları insan hüquqlarına hörmət edərək bunları etməlidirlər. Mənzil təminatı siyasətləri daha dayanıqlı və daha inklüziv cəmiyyətlər üçün çalışmalıdırlar. İnsanların qərarvermə prosesində iştirakı təmin edilməlidir. Çünki insan hüquqları bir lüks deyil. İnsanlar hər şeydən qorunmalıdırlar.

İqlim böhranı artdığı üçün biz infrastrukturları buna uyğun qurmalıyıq. Biz, həmçinin infrastrukturlar üçün lazımi maliyyə strukturlarını yaratmalıyıq. Siyasi iradə, bir yerdə işləmək istəyi hər yerdə insanlar üçün həll yolları tapmağa kömək edə bilər, deyə o əlavə edib.

Panel müzakirələrdə Kolumbiya Universitetinin professoru, Davamlı Həllər Şəbəkəsinin direktoru Cefri Devid Saks, BMTnin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisi Koldo Kasla, Pontificia Universidad Catolica de Chilenin professoru Marqarita Qrin, Beynəlxalq Habitat Koalisiyasının prezidenti Qreys ÇikumoMtonqanın mövzu ilə bağlı məruzələri dinlənilib.

Sessiya çərçivəsində tarixçi və tədqiqatçı Fuad Axundov Bakı tarixi və memarlığı üzrə təqdimatla çıxış edib.

Qeyd edək ki, 162 ölkədən əyani və onlayn formatda 25 mindən çox iştirakçını bir araya gətirən WUF13 dünyanın ən iri Ümumdünya Şəhərsalma forumlarından biri kimi qiymətləndirilir. WUF13 müxtəlif region və sektorlar üzrə geniş beynəlxalq iştirakı ilə davamlı şəhər inkişafı sahəsində dialoq və fəaliyyət üçün aparıcı qlobal platforma rolunu bir daha təsdiqləyir.

  •  

WUF13: Maraqlı anlar FOTOLARDA

Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusunda keçirilən WUF13 müxtəlif ölkələrdən minlərlə iştirakçını bir araya gətirib. Azərtacın fotoqraflarının WUF13lə bağlı növbəti fotoreportajı təqdim edirik.













  •  

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

15–16 may tarixlərində keçirilən festival bu il də müxtəlif ölkələrdən kreativ sənaye nümayəndələrini, beynəlxalq şirkətləri və media təmsilçilərini bir araya gətirib. Festival çərçivəsində ABŞ, Estoniya, Serbiya, Latviya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxil olmaqla 10dan çox ölkədən ümumilikdə 320 layihə təqdim olunub. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndirilib.

Azercell Telekom MMC festivalda yüksək nəticələr əldə edərək Azərbaycan nominasiyaları üzrə Ən Yaxşı Yerli Brend adına layiq görülüb. Eyni zamanda, şirkətin DigiMax və Oflayn Qadınlar layihələri 1 Qran Pri, 2 qızıl və 2 bürünc mükafat qazanıb.

Belə ki, Oflayn Qadınlar layihəsi Sosial təsir kampaniyaları kateqoriyasında Qranpri və qızıl mükafata, Məqsədyönlü strategiya və PRda sosial təsir üzrə isə bürünc mükafata layiq görülüb. Həmçinin DigiMax tarif paketinin tanıtım çarxı Film istehsalı nominasiyasında qızıl mükafat əldə edib.

Bununla yanaşı, Oflayn Qadınlar sosial layihəsi beynəlxalq kateqoriyalarda mükafat qazanan yeganə yerli brend olaraq 3 gümüş, 2 bürünc mükafata layiq görülüb.


Qeyd edək ki, oflaynqadinlar.az platformasının əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. Sosial təşəbbüs ictimaiyyətə təqdim olunduqdan sonra platforma 30 mindən çox unikal baxış toplayıb.

Azercell festival çərçivəsində təşkil olunan panel müzakirələrdə də təmsil olunub. Şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova Şəxsi brendinq və korporativ reputasiya mövzusunda çıxış edib. Texnobloger Fərid Pərdəşünasın moderatorluğu ilə keçirilən paneldə aktyor Azər Aydəmir və müğənni Nigar Camalla birlikdə şəxsi brend və müasir kommunikasiya trendləri müzakirə olunub. Həmçinin Azercellin Marketinq Ünsiyyət Vasitələri şöbəsinin rəhbəri Nərgiz Sailova da festivalın panel müzakirələrinə qatılaraq yeni nəslin yaradıcı yanaşmaları barədə fikirlərini bölüşüb.

  •  

WUF13-də müzakirə: Yeni mənzil modeli necə olmalıdır?

Tədbirdə icma əsaslı mənzil modellərinin əlçatan və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasındakı rolu müzakirə olunub.

Bildirilib ki, hökumətlər və digər maraqlı tərəflər arasında uzunmüddətli və münasib qiymətli mənzil imkanları təqdim edən alternativ mənzil yanaşmalarına maraq artmaqdadır.

Çıxışlarda qeyd olunub ki, icma tərəfindən idarə olunan mənzil modelləri uzunmüddətli əlçatanlığı və kollektiv idarəçiliyi prioritet hesab edir. Bu modellər torpaq və tikili mülkiyyətinin ayrılması, uzunmüddətli torpaq icarəsi, yenidən satış qiymətlərinə məhdudiyyət qoyulması və kooperativ mülkiyyət strukturlarının tətbiqi kimi mexanizmlər vasitəsilə mənzilin zamanla əlçatan qalmasını təmin edir.

Tədbirdə vurğulanıb ki, layihələr əsasən yerli ehtiyaclara uyğun şəkildə hazırlanır və yaşıl zonalar, icma otaqları, iş məkanları kimi ümumi istifadəyə açıq sahələri əhatə edir. Bu isə məhəllə daxilində sosial bağlılığın və birlik hissinin güclənməsinə töhfə verir.

Bununla yanaşı, hüquqi və normativ çərçivələrin mürəkkəbliyi, torpaq əldə olunması və maliyyə resurslarına çıxış kimi problemlərin bu təşəbbüslərin genişlənməsinə mane olduğu bildirilib. Tədbir iştirakçıları məlumatlılığın artırılması, siyasət və qanunvericilik bazasının uyğunlaşdırılması, eləcə də maliyyə dəstəyinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

  •  

Bir az da artmışıq...

Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə bu il mayın 1dək 33 min 270 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 84 min 370 nəfər təşkil edib.

  •  

Yaponiya niyə Azərbaycandan neft aldı? │ TƏHLİL

İqtisadçıekspert Elman Sadıqovun sözlərinə görə, hazırda dünyada ən ciddi çatışmazlıq təyyarə yanacağı ilə bağlıdır. Çünki ölkələrin strateji təyyarə yanacağı ehtiyatları xam neft ehtiyatlarından dəfələrlə azdır. Bir neçə il saxlanıla bilən xam neftdən fərqli olaraq, təyyarə yanacağının saxlanılma müddəti ideal şəraitdə 618 ay olsa da, ölkələr 2, maksimum 3 aylıq ehtiyatlar saxlayırlar. Təyyarə yanacağı keyfiyyətini itirməyə başladıqda istifadəsi rentabelli olmur.

Rusiyanın, Venesuelanın ağır neftlərindən fərqli olaraq, Körfəz dövlətlərinin, xüsusilə Küveytin nefti təyyarə yanacağı üçün idealdır. Bu səbəbdən, Hörmüz boğazından keçən xam neftin 80%i Çin başda olmaqla Asiya ölkələri tərəfindən idxal olunursa, təyyarə yanacağının 40%ni Avropa alır. Buna görə də, Avropada hazırda təyyarə yanacağı ilə bağlı vəziyyət kritikdir.

Azərbaycan nefti də təyyarə yanacağı istehsalı üçün uyğundur və hazırda demək olar ki, bütün neftimiz məhz bu məqsədlərə xidmət edir. Bu səbəbdən, Yaponiya daxil olmaqla bir çox ölkələr Azərbaycan nefti üçün müraciət edirlər. Turizm mövsümünü, uçuşların artmasını nəzərə alsaq, təyyarə yanacağı ilə bağlı vəziyyətin daha da ağırlaşacağı ehtimalı yüksəkdir.

Təsəvvür edək ki, neftayırma zavodumuz təyyarə yanacağı istehsal edir. Xarici şirkətlər xam neft alışında maraqlı olduqları üçün təbii ki, bütün neftimizi emal edə bilməzdik. Amma heç olmasa bizə çatan hissənin 1520%nin məhz təyyarə yanacağı istehsalına yönəldilməsi ciddi dəyər artımı demək olardı.

Onu da qeyd edim ki, xam neftin özü ilə bağlı vəziyyət də ölkələr üzrə çox fərqlidir. Hindistan, Pakistan, Banqladeş, Afrika ölkələrində motosiklin yanacaq çənini tam doldurmaq artıq lüks hesab olunur. Kasıb ölkələr bahalı nefti əvvəlki həcmlərdə almaqda çətinlik çəkirlər. Onların ticarət balansları ciddi mənfi saldo formalaşdırıb. Bəzi ölkələrdə neft alışı üçün dollar qıtlığı var. Bəzi ölkələr isə (Çin, Yaponiya, Cənubi Koreya) həm 69 aylıq strateji xam neft ehtiyatları yığıblar, həm də indi də valyutaları, imkanları, ixracları kifayət qədər yüksək olduğu üçün enerji idxalında ciddi çətinliklərlə üzləşmirlər.

Qaz məsələsi ilə də bağlı vəziyyət oxşardır. Burada səbəb elektrik enerjisinə davamlı olaraq artan tələbdir. Avropada elektrik enerjisinin təxminən 2022%i istilik elektrik stansiyalarında (qazdan) əldə olunur. Bu səbəbdən Avropaya elektrik enerjisi ixracı getdikcə aktuallaşır.

Əslində müharibə bu gün tam bitsə və Hörmüz boğazı açılsa da, neft qiymətləri hələ bir müddət 80 dollar ətrafında qalacaq. Hazırda neft hasil edən ölkələrin demək olar, hamısında neft hasilatına investisiyalar qoyulur, kvotalar maksimallaşdırılır, neft çıxarılmasında sanki ciddi bir yarış başlayıb. Bunun da nəticələrini gələn il görəcəyik.

  •  

Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Görüşdə Şeyxülislam qarşılıqlı fəaliyyət, əməkdaşlığın gücləndirilməsi, Türk dövlətlərinə üzv olan ölkələrin dini rəhbərləri arasında birliyin vacibliyi vurğulayıb: Türk Dövlətləri Dini xadimləri şurasının yaradılması ideyası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə məxsusdur. Ümumiyyətlə din xadimləri dövlət başçılarının yürütdükləri siyasətin yanında olmalı, onu xalqa çatdırmalıdırlar’’.

Bütün Qafqazın Şeyxi həmçinin bu gün Ermənistanda hələ də bəzi qüvvələrin səsləndirdikləri nifrət çağırışlarının yolverilməz olduğunu Türk Dövlətləri Təşkilatının Baş Katibinin diqqətinə çatdırıb.


Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçek Ömüraliyev də görüş münasibətilə Bütün Qafqazın Şeyxinə dərin minnətdarlğını bildirib, yaxın günlərdə Türküstanda Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyrirəsmi görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Türk Dövlətləri Təşkilatının mənzil qərargahında mövcud olan muzey və kitabxana barədə məlumat verilib.

Qeyd edək ki, 1213 may tarixlərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 29cu Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Forumda 48 ölkənin iştirakı nəzərdə tutulub.

  •  

Avropa mədəniyyətinin qırılmış ayağı

O illərdə naməlum heykəltəraş tetrarxiyaya daxil olan həmin dörd nəfərin fiqurunu qırmızı qranitdə əbədiləşdirir. Porfir adlanan bu qranit həmin dövrdə Misirdə hasil olunur və Romada nadir material sayılırdı.

Heykəldə çiyinçiyinə dayanan 4 nəfər hakimiyyətin birliyini və tetrarxiyanın sarsılmazlığını ifadə edirdi. Min ilə yaxın müddətdə bu fiqur Konstantinopoldakı yerində qalaraq, maraqlı siyasi eksperimenti xatırlatmaqda davam edirdi...

1204cü ildə dördüncü xaç yürüşü zamanı Bizansın paytaxtını ələ keçirən səlibçilər şəhəri talayır, dağıdır, yandırır, əhaliyə duvan tuturlar. Əllərinə keçən hər şeyi, o cümlədən də tetrarxiya heykəlini qənimət kimi özləri ilə aparırlar.

Venesiyada bu heykəlin ikinci həyatı başlayır: onu SanMarko bazilikasının fasadına hörürlər. 800 ildir ki, bu fiqur orada yamaq kimi vurulduğu divarda məhbəs həyatı yaşayaraq, dörd cüt gözü ilə matmat düşdüyü yad, naməlum şəhərə tamaşa edir.

Konstantinopolu talayan barbarlar tetrarxları yerindən qaba şəkildə qoparanda kiçik qeysərlərdən birinin ayağı postamentin bir parçası ilə birlikdə qırılaraq, Konstantinopolda qalmışdı. Venesiyada fiquru bərpa etmək üçün qırılmış yeri ağ əhəngdaşı ilə yamayırlar.


Ötən əsrin 60cı illərində heykəlin qırılmış hissəsi İstanbulda aşkarlanır. Labaratoriya analizləri tapılan parçanın həqiqətən də tetrarxiya heykəlinə aid olduğunu təsdiqləyir. İndi həmin parça İstanbulda arxeologiya muzeyində saxlanılır.

Əlbəttə, iki hissəni birləşirmək çox gözəl və düzgün addım olardı. Bu, vəhşi avropalılar tərəfindən həm heykəlin özünə, həm də naməlum müəllifinə qarşı edilmiş hörmətsizliyin günahını az da olsa yuyar, ədalət öz yerini tapardı. Amma alınmır: çünki bütövləşəndən sonra heykəlin harada – Venesiyada, yoxsa İstanbulda qalacağı haqda razılığa gəlmək mümkün olmur.

Tariyel Həsənov
AzVision.az

  •  

Arda Turan “Şaxtyor”la tarixə düşdü

Bu, bir il əvvəl Şaxtyorun baş məşqçisi vəzifəsinə keçən Arda Turan üçün də əlamətdar hadisədir. O, Avropa ölkələrinin yüksək liqalarında çempionluq sevincini yaşayan ikinci türk məşqçi oldu.

Yada salaq ki, ilk dəfə Murat Yakın 2013 və 2014cü illərdə Bazelin baş məşqçisi kimi iki dəfə İsveçrə çempionu kubokunu başının üzərinə qaldırmışdı. Türk əsilli İsveçrə vətəndaşı olan Yakının rəhybərliyi altında 20122013cü il mövsümündə Bazel UEFA Avrupa Liqasının fınalına qədər yüksəlsə də, sonda Çelsiyə məğlub olmuşdu.

Arda Turan 2025ci ilin 1 iyulundan Şaxtyora rəhbərlik edir. Komandası ilə birlikdə çıxdığı 48 oyunun 30da qələbə qazanıb, 11 heçheçə və 7 məğlubiyyətlə üzləşib.

O həmçinin UEFA Konfrans Liqasında yarımfinala yüksəlməyi bacaran 5ci türk məşqçidir. Buna daha öncə Adnan Süvari, Mustafa Denizli, Fatih Terim və Aykut Kocaman nail olublar.

Samir Quliyev
AzVision.az

  •  

Yunanıstan Süni İntellekti Konstitusiyaya salacaq

Baş nazir Kiriakos Mitsotakis parlamentdə çıxışı zamanı bildirib ki, süni intellekt insan azadlıqlarını və cəmiyyətin rifahını qorumağa xidmət etməli, eyni zamanda, mümkün risklər nəzarətdə saxlanmalıdır. Onun sözlərinə görə, gələcək nəsillərin təhlükəsizliyi baxımından texnologiyanın inkişafı hüquqi çərçivələrlə müşayiət olunmalıdır.

Yunanıstan hökuməti demokratik institutların qorunması və rəqəmsal təhlükəsizlik məsələlərini Konstitusiya dəyişikliklərinin əsas istiqamətlərindən biri hesab edir. Təklif olunan dəyişikliklərə görə, süni intellektin tətbiqi zamanı insan hüquqları, fərdi azadlıqlar və dövlət nəzarəti prinsipləri qorunmalıdır.

Rəsmi Afina bu addımla Avropada süni intellektin hüquqi tənzimlənməsi istiqamətində öncül ölkələrdən birinə çevrilməyə çalışır.

Analitiklər hesab edirlər ki, texnologiyanın sürətli inkişafı fonunda dövlətlərin konstitusiya səviyyəsində yeni mexanizmlər hazırlaması yaxın illərdə daha geniş yayılacaq tendensiyaya çevrilə bilər.

  •  

Ərdoğan: "Aİ ilə Gömrük İttifaqının yenilənməsi prioritetdir"

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı və energetika sahələrində tərəfdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub.

Prezident Ərdoğan xüsusilə yaşıl energetika sahəsində əməkdaşlığın hər iki tərəf üçün böyük potensial kəsb etdiyini vurğulayıb.

​Regionda cərəyan edən son proseslərin Türkiyə və Aİ arasındakı bağların geosiyasi önəmini bir daha sübut etdiyini deyən dövlət başçısı, Gömrük İttifaqının yenilənməsinin tam üzvlük yolunda təxirəsalınmaz bir vəzifə olduğunu qeyd edib.

O, həmçinin Türkiyənin Aİnin müdafiə təşəbbüslərinə cəlb olunmasının ümumi təhlükəsizlik maraqlarına xidmət etdiyini bildirib. Bu görüş Türkiyənin Avropa ilə strateji tərəfdaşlığı dərinləşdirmək və iqtisadi əlaqələri müasir tələblərə uyğunlaşdırmaq niyyətini bir daha nümayiş etdirib.

M. Həsənli

  •  

Yaponiya yenidən Azərbaycandan xam neft idxal edəcək

Azvision.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu fevral ayında ABŞisrailİran müharibəsi başlayandan bəri Mərkəzi Asiyadan Yaponiyaya göndərilən ilk neft partiyasıdır.

​Bundan əvvəl, Yaponiya xam neft idxalının təxminən 95%ni Yaxın Şərq ölkələrindən təmin edirdi. Lakin İranın Hörmüz boğazında tankerlərin hərəkətini məhdudlaşdırması bu tədarük zəncirini qırıb və rəsmi Tokionu təcili şəkildə alternativ mənbələr axtarmağa məcbur edib.

​Yaponiyanın neft emalı zavodları, İkinci Dünya Müharibəsindən sonrakı sürətli iqtisadi inkişaf dövründə artan yanacaq tələbatını ödəmək üçün əsasən Körfəz regionunun neft növlərini emal edəcək texniki infrastruktur üzərində qurulub.

​METInin böhran idarəçiliyi üzrə baş direktor müavini Narumi Hosokava jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya əvvəllər də Azərbaycan nefti idxal etsə də, çərşənbə axşamı Yokohamaya çatacaq və Eneos (5020.T) şirkətinə təhvil veriləcək bu yük müharibə dövrünün ilk tədarüküdür.

​Yaponiya həmçinin ABŞdan idxalı artırıb və Rusiyanın sanksiya tətbiq olunmayan Saxalin2 layihəsindən xam neft partiyası qəbul edib. Xatırladaq ki, Yaponiya 2022ci ildə Rusiya Ukrayna müharibəsi başlayandan sonra Rusiyadan neft alışını dayandırmış və beynəlxalq sanksiyalara qoşulmuşdu.

​Yaxın Şərqdən gələn neftin kəsilməsi ilə yaranan kəsiri kompensasiya etmək üçün Yaponiya strateji ehtiyatlarını istifadəyə verib:

​16 martda 50 günlük, apreldə müştərək ehtiyatlardan 5 günlük əlavə, ​1 mayda isə daha 20 günlük istehlak həcmində neft bazara buraxılıb.

​METInin 8 may tarixinə olan rəsmi rəqəmlərinə görə, Yaponiyanın hazırda ümumilikdə 205 günlük neft ehtiyatı mövcuddur. Bunun 121 günü dövlət, 83 günü özəl sektor ehtiyatlarının, 1 günü isə neft hasil edən ölkələrlə müştərək anbarların payına düşür.

M. Həsənli

  •  

Sabah hava isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənubqərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1518, gündüz 2529 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 6070, gündüz 4555 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1418, gündüz 2530, dağlarda gecə 510, gündüz 1318, bəzi yerlərdə 2325 dərəcə isti olacaq.

  •  

Fransada hantavirus aşkarlandı

Fransanın səhiyyə naziri Stefani Rist France Inter radiosuna açıqlamasında bildirib ki, virus MV Hondius gəmisindən Kanar adaları vasitəsilə təxliyə edilən sərnişinlərdən birində aşkarlanıb.

​Nazirin sözlərinə görə, xəstəlik aşkar olunan qadında simptomlar mayın 10da həyata keçirilən təxliyə uçuşu zamanı ortaya çıxıb və gecə ərzində onun vəziyyəti ağırlaşıb. Fransaya gətirilən digər dörd sərnişinin ilkin test nəticələri mənfi çıxsa da, onlar azı 15 gün müddətinə xəstəxanada müşahidə altında saxlanılacaqlar.

​Hazırda Fransa mediası virusla əlaqəli təxminən 20 nəfərin təcrid olunduğunu xəbər verir. Risk qrupuna daxil edilən bu şəxslər arasında aprelin sonlarında müxtəlif beynəlxalq aviareyslərdə olan sərnişinlər də var. Eyni zamanda, İspaniya rəsmiləri Kanar adalarında gəmidən təxminən yüz nəfərin təxliyə edildiyini, növbəti təxliyə reysinin isə Avstraliyaya planlaşdırıldığını bildiriblər.

​Yaranmış vəziyyətlə bağlı Baş nazir Sebastyən Lökornünün rəhbərliyi ilə hökumətin təcili müşavirəsi keçiriləcək. Matinyonda baş tutacaq iclasda səhiyyə, daxili işlər və xarici işlər nazirləri iştirak edərək virusun yayılma riskini və preventiv tədbirləri müzakirə edəcəklər.

MV Hondius gəmisinin isə təxliyə əməliyyatları bitdikdən sonra Atlantik okeanı istiqamətində yoluna davam edəcəyi gözlənilir.
AzVision.az

  •  

"Bakı və İrəvan arasında sülh müqaviləsinin vaxtında imzalanması vacibdir"

Azvision.az xəbər verir ki, Litvanın xarici işlər nazirinin müavini Odra Plepite Armenpress agentliyinə müsahibəsində belə deyib.

Hazırda müqavilənin vaxtında imzalanmasını və ratifikasiyasını, eləcə də üçtərəfli bəyanatda təsbit olunmuş digər öhdəliklərin tam yerinə yetirilməsini təmin etmək vacibdir, deyə o vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, davamlı sülh Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü roluna töhfə verə bilər.

Onun sözlərinə görə, TRIPP layihəsinin icrası kontekstində Vilnüs Kalininqrad üzərindən sadələşdirilmiş tranzit sahəsindəki təcrübəsini təklif edərək bu prosesə töhfə vermək niyyətindədir.

M. Həsənli

  •  

Yüksək sürət ölümlə nəticələndi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AzVision.aza verilən məlumata görə, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yolnəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyil.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeydşərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!, deyə BDYPİdən bildirilib.

  •  

Böyük yaşıl Çin səddi

1950ci illərdə Çində urbanizasiya başlayandan sonra səhranın böyüməsi daha da sürətləndi. Qum fırtınaları torpağı dağıdır və qumluğa çevirirdi.


Bunun qarşısını almaq üçün 1978ci ildə Çün xüsusi bioloji mühəndislik proqramına start verdi. Böyük Yaşıl Sədd adı ilə tanınan proqram 2050ci ilə qədər TəkləMəkan və Qobi səhralarının ətrafında milyardlarla ağacın əkilməsini nəzərdə tuturdu. Artıq proqram çərçivəsində 66 milyard ağac əkilib. Onların bəziləri hətta meyvə də verir.

2024cü ildə TəkləMəkanın bitkilərlə çevrələnməsi başa çatdı. Nəticədə səhranın böyüməsi dayandı və qum təpələrinin hərəkəti sabitləşdi. Ölkədə meşələrin sahəsi isə 1949cu ildəki 10%dən 25%ə qədər yüksəldi.


Hazırda TəkləMəkanın ərazisi atmosferə buraxdığı karbon qazından daha çoxunu udur. Yəni səhra havanı təmizləyən sahəyə dönüb.

Tariyel Həsənov
AzVision.az

  •  

Bank işçilərinin imtahanında hansı suallar düşəcək?

AzVision.az xəbər verir ki, strestest modelinin qiymətləndirilməsi zamanı bankın strestest proqramının tərtibi və tətbiqinə məsul əməkdaşlarına müxtəlif suallar veriləcək.

Məsul əməkdaşlar sözügedən suallara cavab verməyə hazırlıqlı olmalıdırlar.

Strestest modelinin qiymətləndirilməsi zamanı ünvanlana biləcək suallar

1. Mərkəzi Bank tərəfindən təqdim olunan proqnozlardan başqa hansı makro proqnozlardan istifadə olunub?

Bu ssenarilər nə üçün və necə seçilib?
Bu seçim necə əsaslandırılır?

2. Bu strestestlər bankın üzləşdiyi əsas riskləri kifayət qədər əhatə edirmi?

Strestest kredit və likvidlik riskini necə əks etdirir?
Daha qranular data/testlərdən istifadə düşünülübmü, müzakirə olunubmu?
Hansı digər testlərin keçirilməsi düşünülüb və niyə keçirilməyib?

3. İstifadə olunmuş ssenarilər nə dərəcədə sərt və mümkündür?

Ssenarinin sərtliyi necə seçilib?
Ssenarinin müddəti necə seçilib?
Tərs strestestlərdən istifadə olunubmu?

4. Bank dinamik, yoxsa statik balans fərziyyəsinə əsaslanıb?

Nə üçün bu seçim edilib?
Strestest keçirmək üçün əsas məqsəd nə olub?
Nəticələr hansı istiqamətdə təhlil və istifadə olunacaq?

5. İstifadə olunan modellər nə üçün seçilib?

Digər modellər nəzərdən keçirilibmi?
Hansı əhəmiyyətlilik göstəricilərinə əsaslanıb?
Modellərlə bağlı hansı risklər nəzərdə saxlanılır?
Həssaslıq testləri üzrə hazırkı modellər/yanaşmalar nə üçün seçilib?
Ssenarilər tarixi, yoxsa hipotetik hadisələrə əsaslanır?

6. Strestestin keçirilməsi zamanı hansı fərziyyə və ekspert mülahizələrindən istifadə edilib?

Bank bu halları necə müəyyən edib və qiymətləndirir?
İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi bu tip hallardan nə dərəcədə məlumatlıdır və onlarla müzakirə edilibmi?

7. Bankda strestestlərin keçirilməsi üçün yetərli data varmı?

İstifadə olunan datanın mənbəyi haradır?
Data istifadədən öncə yoxlanılırmı?
Datalar üzrə hansısa çatışmazlıqlar varmı və aradan qaldırılması üçün nə edilib?

8. Strestestlərdə ikinci təsir dalğası, risklər arasında əlaqələr necə nəzərə alınıb?

Risklər arasında hansı əlaqələr strestestdə əks olunub?
Hansı əlaqələr əks edilməyib və nə üçün bu seçim edilib?
Digər risklərin likvidlik risklərinə təsiri qiymətlənidirilibmi?

9. Strestestlər requlyativ tələbdən daha sıx tezliklə keçirilirmi?

10. Strestest proqramı sənədləşdirilibmi və bu Qaydanın tələbləri ilə uyğunluq təşkil edirmi?

11. Strestestlərin keçirilməsi üçün məsuliyyət və iş bölgüsü aparılıbmı?

Digər struktur bölmələr nə dərəcədə prosesdə iştirak edirlər?
Əgər vahid struktur tərəfindən hazırlanırsa, digər struktur bölmələr nə dərəcədə məlumatlandırılır?
Əgər fərqli struktur vahidlər strestestin hazırlanmasında iştirak edirlərsə, sonda necə koordinasiya olunur və birləşdirilir?

12. İdarə Heyəti strestestlərin modellərindən nə dərəcədə məlumatlıdır?

Ən son nə zaman müzakirə aparılıb?
Hansı məsələlər müzakirə olunub?
Nəticəsi necə olub və hansı müvafiq dəyişikliklər edilib?

13. Daxili audit strestestlərlə bağlı hansı yoxlamaları həyata keçirir və nə nəticələr əldə olunub?

14. Bankda stres testlərin aparılması üçün kifayət qədər resurs varmı?

Bank öz əməkdaşlarının müvafiq bilik və bacarıqlara malik olmasını necə qiymətləndirir?
Əməkdaşların təlimtədris ehtiyacları ödənilirmi?
Digər hansı resursların inkişaf etdirilməsinə ehtiyac var?
Bank strestestlərin aparılması üçün kənar şəxslərdən dəstək alırmı?

Əgər alırsa kənar şəxsin bu istiqamətdə adekvat resurslara malik olmasını necə müəyyən edir?

Qeyd edək ki, yeni qərar iyunun 7də qüvvəyə minəcək.

  •  

Dağda köməksiz qalan şəxslər xilas ediliblər

Bu barədə AzVision.aza Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 112 qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHNin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənxilasediciləri axtarışxilasetmə əməliyyatına cəlb olunub.

Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürənxilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

  •  

WUF13-də Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

1722 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yeni bir komponent Biznes və İnnovasiya Mərkəzini təqdim edib.

Azvision.az xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyər zənciri) əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. O, WUF13ün Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcək.

Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədləri mənzil təminatının real təcrübədə necə həyata keçirildiyini göstərmək və səmərəli əməkdaşlıq və əlaqələndirmə üçün platforma yaratmaqdır.

Proqram innovativ mənzil təminatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirəcək.

Şəhərsalma üzrə dəyər zənciri fəaliyyətdə

Biznes və İnnovasiya Mərkəzinin səhnəsində Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi mövzusunda 15 sessiya keçiriləcək.

Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş olunacaq.

Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq.

Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icrayönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Startap layihələrinə və yeni subyektlərə dəstək

Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan Startap Pavilyonu təqdim olunacaq.

Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı edəcəyi Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.

  •  

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

AzVision. xəbər verir ki, Bakıda start götürməklə İsmayıllıda yekunlaşacaq II etap 193,2 kilometr məsafəni əhatə edəcək.

Ötən gün I mərhələdə Çinin LiNinq Star komandasının belaruslu üzvü Aleksey Şnirko finişə birinci çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14də yekun vurulacaq.

  •  

Hərbi-geosiyasi metal │ TƏHLİL

Volframın karbonla birləşməsi – volfram karbidi möhkəmliyinə görə almaza yaxındır. Bu isə təkcə zirehi dəlmək yox, polad və titanı emal etmək üçün alətlər yaratmaq baxımından da əlverişlidir.

İranda aparılan hərbi əməliyatlar ABŞnin hərbisənaye kompleksinin volfram tədarükündən kritik asılılığını üzə çıxardı. Ölkənin volfram ehtiyaları sürətlə azalmağa başladı. Nəticədə dünya bazarında bu metalın qiyməti 500%dən çox artdı.

Məsələni qəlizləşdirən odur ki, Amerikanın ərazsində volfram hasil olunmur. ABŞ 10 ildən çoxdur bu metalı Çindən idxal edir. Çin hazırda beynəlxalq volfram bazarında mütləq monopoliyaya malikdir. Qlobal hasilatın 80–83%nə Səma imperiyası nəzarət edir. Məlum ehtiyatların yarısı (təxminən 2,4–2,5 milyon ton) onun ərazisindədir.

Trampın başlatdığı ticarət müharibəsi çərçivəsində Çin volframına 25% gömrük rüsumunun tətbiqi öz ayağına atəş açmaqdan başqa bir şey deyildi. Çünki həmin volfram ilk növbədə ABŞnin özü üçün zəruridir. Hazırda ölkənin ehtiyacının 30%i volframın təkrar emalının hesabına ödənilir, amma bu, vəziyyətdən çıxış yolu deyil.

İkinci ən böyük volfram ehtiyatı Avstraliyadadır. Sonrakı yerlərdə Vyetnam, Rusiya, İspaniya gəlirlər. Rusiya 2030cu ilə qədər Çukotiya və Buryatiyanın hesabına hasilatı artırmaq və ilk üçlükdə möhkəmlənmək istəyir.

Son vaxtlara qədər ABŞnin müdafiə sənayesinin alternativ tədarükçü qismində əsas ümidləri Güney Koreyaya bağlı idi. Bu ümidlər zəifləyəndən sonra əsas diqqət Qazaxıstana yönəlib. 2024cü ildən başlayaraq, oradakı volfram yataqlarına aktiv şəkildə investisiya qouyulur. Məqsəd Çindən asılılığı zəiflətmək, alternativ tədarük mənbəyi tapmaq və boşalmış ehtiyatların yerini doldurmaqdır.

Amma ABŞnin Çindən asılılığı o həddədir ki, tədarükü diversifikasiya etmək üçün 3 ildən 10 ilə qədər vaxt tələb oluna bilər. Ona görə, ekspertlər Trampın Çinə gözlənilən səfəri zamanı bu məsələnin də diqqət mərkəzində olacağını deyirlər.

Vüsal Məmmədov
AzVision.az

  •  

"Buradan Naxçıvana 30 dəqiqəlik yol olacaq" - İlham Əliyev

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə deyib.

Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik, Prezident vurğulayıb.

Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhədgömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq, dövlət başçımız əlavə edib.

  •  

Ağdamda qəza nəticəsində 4 hərbçi öldü

AzVision.az bu barədə Teleqrafa istinadən xəbər verir ki, bu gün saat 10:00 radələrində Ağdam rayonu ərazisində baş verən yolnəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Məlumata görə, 1983cü il təvəllüdlü Cəfərov Sadiq Rafael oğlu (Hundai markalı avtomobilin sürücüsü) müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

FHNnin Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edildikdən sonra avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitlər çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu vəfat etdikləri məlum olub.

Faktla bağlı araşdırma davam edir.

  •  

TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib | FOTOLAR

Bu barədə AzVision.aza TƏBİBin mətbuat xidmətində bildirilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloqalim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.




  •  

Əlincə: Azərbaycanın Maçu-Pikçusu │ FOTOLAR


Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik simvoluna çevrilən bu qala uzun əsrlər boyu müdafiə istehkamı və yaşayış məntəqəsi kimi istifadə edilib. Əlincəqala 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərməsi ilə də tarixə düşüb.


Əlincəqala yalnız milli deyil, həm də beynəlxalq əhəmiyyət daşıyan tarixi abidələrdən biri kimi qiymətləndirilir. 2007ci ildə dünya əhəmiyyətli abidələr sırasına daxil edilib. 2014–2016cı illərdə aparılan geniş bərpa və konservasiya işlərindən sonra qala açıq səma altında muzeyə və regionun ən mühüm turizm məkanlarından birinə çevrilib.


Zirvəyə doğru uzanan pilləkənlər, eləcə də qalanın yüksək mövqeyindən açılan mənzərə — xüsusilə Haçadağ və Araz çayı vadisi ziyarətçilərdə unudulmaz təəssürat yaradır. Möhtəşəm coğrafi yerləşməsinə görə Əlincəqala turistlər tərəfindən dünyanın ikinci Machu Picchusu adlandırılır.


Bütün bu və digər amillər göstərir ki, Əlincəqala həm tarixi dəyəri, həm də turizm potensialı ilə Azərbaycanın mədəni irsinin qorunması və xalqımızın vətənpərvərliyinin, mübariz ruhunun dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu abidə Naxçıvanın qədim tarixini yaşadan və gələcək nəsillərə ötürən bir mədəniyyət simvoludur.

  •  

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib

Bu barədə AzVision.aza Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, Azərbaycanın müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.

Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, generalleytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizamintizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

  •  

Ciorcia Meloni Azərbaycana səfərə gəlib

Azvision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

  •  

"İmam Aİ": Qazaxıstanda süni intellekt dini suallara cavab vercək

Xidmət iOS və Android üçün mobil tətbiq kimi pulsuz giriş əsasında fəaliyyət göstərəcək.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMİİ) izah edib ki, İmam AI müstəqil dini qərarlar qəbul etmir və ya yeni təfsirlər yaratmır, yalnız rəsmi fətva və sualcavab topluları da daxil olmaqla təsdiq edilmiş məlumat bazası əsasında fəaliyyət göstərir.

İstifadəçilərə namaz, oruc, zəkat və Həcc də daxil olmaqla dini təcrübənin əsas məsələləri üzrə təsdiqlənmiş təfsirlər təqdim ediləcək.

Mürəkkəb və fərdi sorğular ilahiyyatçılara yönləndiriləcək. Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi, həmçinin sistemin idarəetmə strukturu daxilində inkişaf etdirildiyini, daxili sınaqdan keçirildiyini və daimi mütəxəssis nəzarəti altında olduğunu qeyd edib.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi əvvəlcədən bu ilin may ayında pilot layihəyə başlamaq planlarını açıqlamışdı.

  •  

“ASAN kommunal” - 10 il

Fərmanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, ASAN xidmət təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovativ yanaşmalar əsasında həyata keçirilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin olunması əsas məqsəd kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər xidmətlərin vahid məkanda ASAN xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təqdim edilməsini təmin edən ASAN kommunal mərkəzlərinin yaradılması və vahid şəkildə idarə edilməsinin təşkili həvalə olunub.

Hazırda Bakı şəhərində 3 ASAN kommunal mərkəzi fəaliyyət göstərir. Həmçinin kommunal xidmətlər ölkəmizin müxtəlif regionlarında yerləşən ASAN xidmət mərkəzlərində də təqdim olunur. Mərkəzlərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal istiqamətlər üzrə xidmətlər vahid məkanda həyata keçirilir.

Ötən 10 il ərzində ASAN kommunal mərkəzlərində 60a yaxın xidmət göstərilib və ümumilikdə 4 milyon 425 mindən çox müraciət daxil olub.

ASAN kommunal modeli vasitəsilə müvafiq istiqamətdə şəffaflığın, əlçatanlığın və operativliyin təmin olunması prioritet hədəf kimi müəyyən edilib.

  •  

Gənclərin peşəkar inkişafına həsr olunmuş “LEVEL UP” Forumu keçiriləcək

Forum proqramı üç əsas panel üzrə qruplaşdırılıb: karyera, təhsil və innovasiya. Müzakirələr zamanı beynəlxalq mübadilə proqramları, müasir iş dünyasının tələb etdiyi bacarıqlar, startup ekosistemi və süni intellektin gələcəyi kimi strateji mövzulara toxunulacaq.

Tədbirdə dövlət və özəl sektorun, həmçinin akademik dairələrin öz sahələrində yüksək vəzifə tutan aparıcı mütəxəssisləri çıxış edəcək. Spiker heyətinə millət vəkilləri, ADA Universitetinin prorektoru, SABAH.lab rəhbəri, habelə Kapital Bankın layihə meneceri kimi təcrübəli simalar daxildir. Ekspertlər uğur hekayələri ilə yanaşı, gənclərə qarşılaşa biləcəkləri risklər və dönüş nöqtələri barədə praktiki tövsiyələrini verəcəklər.

LEVEL UP Forumu yalnız mühazirələrdən ibarət olmayıb, geniş şəbəkələşmə imkanları vəd edir. Fasilələr zamanı iştirakçılar forumun rəsmi tərəfdaşları olan AIESEC, AEGEE, GUYS və YeniSən kimi gənclər təşkilatlarının stendləri ilə tanış ola, onlarla birbaşa əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.

Bilet əldə edən iştirakçılar üçün bütün sessiyalara girişlə yanaşı, qəhvə fasiləsi, nahar və xüsusi musiqili konsert proqramı nəzərdə tutulub. Tədbirin sonunda hər bir iştirakçıya rəsmi sertifikat təqdim ediləcək və sponsorların xüsusi hədiyyələrini qazanmaq şansı yaradılacaq.

Forumda iştirak etmək və bilet əldə etmək üçün iTicket platformasına müraciət edə bilərsiniz.

  •  

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilir

Tədbirdən öncə Ümummilli Liderin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb, konfrans iştirakçıları Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə aid fotoşəkillər və eksponatlarla tanış olublar.

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dözümlülük, multikulturalizm və müxtəlif etnik qrupların vəhdət şəklində birgəyaşayış prinsipləri Azərbaycan dövlət siyasətinin prioritetlərini təşkil edir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri əminamanlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Konfransın əhəmiyyətinə toxunan Ceyhun Cəlilov qeyd edib ki, Azərbaycan artıq qlobal proseslərin mühüm strateji mərkəzinə çevrilib. Xüsusilə, ötən ilin avqustunda keçirilən Vaşinqton sammitində əldə olunan tarixi razılıq regionda onilliklərlə davam edən münaqişəyə son qoymaqla Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişib və bölgənin gələcək inkişafı üçün yeni perspektivlər açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, qədim tarixə və zəngin mənəvi irsə malik olan Naxçıvan torpağı Azərbaycanın müstəqillik mübarizəsinin və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biridir. Azərbaycanın üçrəngli bayrağının 70 ildən sonra ilk dəfə məhz burada dalğalanması ilə başlayan və Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan mübarizə yolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə tamamlanıb. Ramin Məmmədov vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur yolu yalnız nəqliyyat layihəsi deyil, həm də xalqlar arasında mənəvi və ideoloji inteqrasiyanı təmin edən unikal bir xəritədir. O, qloballaşma şəraitində millimənəvi kimliyin qorunmasının ideoloji təhlükəsizlik məsələsinə çevrildiyini bildirərək, radikalizmə qarşı maarifləndirmənin və sağlam dini mühitin təşviqinin zəruriliyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Türkiyə və Gürcüstandan olan din xadimlərinin bu tədbirdə iştirakı regionda qarşılıqlı etimadın gücləndirilməsinə və ortaq dəyərlərin qorunmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.

Tədbir Ortaq dəyərlərimiz və dini həmrəylik: keçmişdən bu günə və Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar mövzularında müzakirələrlə davam edəcək.

  •  

Muxtarzadə Ramil TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub

19982008ci illərdə Nielsen Companynin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib. 20082013cü illərdə Azercell Telecomda biznes təhlili üzrə ekspert kimi, 20102013cü illərdə TeliaSonera Avrasiya Analitik Komandasının və Beynəlxalq Mobil Qrupunun üzvü olub.

20142015ci illərdə Avirtel şirkətinin kommersiya direktoru, 2016cı ildə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 20172023cü illərdə xaricdə özəl biznes sahəsində fəaliyyətini davam etdirərək, bir sıra istehsalkommersiya müəssisələrinə rəhbərlik edib.

2023cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Onun adı 2005ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən XXI əsr Azərbaycan ziyalıları ensiklopediyasında yer alıb.

Cəmilova Töhfə Ramiz qızı TƏBİBin İcraçı direktorunun müşaviri təyin olunub.

T.Cəmilova Azərbaycan Tibb Universitetini həkimoftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diplom alıb.

2023cü ildə London Universitetinin London School of Hygiene and Tropical Medicine məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.

2008ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkimmetodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

2017–2025ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik Respublikası, Tacikistan və Türkmənistanda səhiyyə və qidalanma sahəsində müxtəlif beynəlxalq proqramların rəhbəri vəzifəsində çalışıb.

2026cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2013cü ildə Azərbaycan Respublikası əhalinin sağlamlığının qorunmasında qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

2015ci ildə Səhiyyənin təşkili və ictimai səhiyyə ixtisası üzrə Tibb işçilərinin sertifikasiyasından keçib. 2017ci ildə nəşr olunmuş Səhiyyənin idarəedilməsi adlı dərs vəsaitinin həmmüəllifidir.


Rzayev Bahadur Məhərrəm oğlu TƏBİBin İcraçı direktorunun müşaviri təyin olunub.

B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra İstanbul Universitetinin təşkilatların idarəolunması üzrə magistr proqramını proqram birincisi kimi başa vurub.

Elmi fəaliyyəti çərçivəsində 2018–2019cu illərdə Almaniyanın RWTH Aachen Universitetində dissertasiya mövzusu üzrə araşdırmalar aparıb.

2022–2023cü illərdə isə dövlət proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində səhiyyə siyasəti və idarəetməsi ixtisası üzrə ikinci magistr təhsilini ən yüksək nəticə və fərqlənmə ilə tamamlayıb.

2019–2022ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

2023–2024cü illərdə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

B.Rzayev 2021ci ildə keçirilən Yüksəliş müsabiqəsinin finalçısı olub. O, həmçinin 2023 və 2024cü illərdə Almaniyada yaşayan azərbaycanlı həkimlərin forumunda məruzəçi kimi çıxış edib.

AzVision.az


  •  

Tramp Çinə nə ilə gedir? │ Şərh

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, birinci səbəb olur ki, İranla bağlı gərginlik ABŞla Çin arasında fikir ixtilafını dərinləşdirib. ABŞın Hörmüz boğazını mühasirədə saxlaması Çinin iqtisadi gücünə mənfi təsir edib. Çin İrandan ucuz neft ala bilmir.

İkincisi, Donald Tramp Tayvan mövzusunu Pekində müzakirə etmək istəmir. Halbuki, Çin lideri Si Cinpin ABŞın Tayvana hərbi dəstəyini dayandırmağı Trampdan tələb etməyi planlaşdırır. Röyters agentliyinin məlumatına görə, Pekin Tayvan mövzusunu Vaşinqtonla müzakirə predmetinə çevirməyə çalışır.

23 milyon əhalisi olan Tayvanın özündə də Donald Trampın Pekin səfərindən narahatlıq var. Tayvan rəhbərliyi Trampın Si Cinpinlə iqtisadi zəmində razılıq əldə edəcəyi halda Vaşinqtonun ada dövlətinə dəstəyinin azalacağından ehtiyat edirlər. Tayvan rəsmiləri açıq şəkildə adanın iki lider arasında danışıqlar mövzusuna çevrilə biləcəyindən narahatlıqlarını ifadə edirlər.

Tramp Pekində ABŞın mülki təyyarələrini və kənd təssərrüfatı məhsullarının Çinə satılmasıyla bağlı saziş imzalamağı planlaşdırır. Pekin ABŞdan alacaqları müqabilində Vaşinqtonun Tayvan məsələsinə qarışmasını istəmir. Pekin əmin olmaq istəyir ki, hərbi və ya yumşaq güc yoluyla Tayvan Çinə birləşdirilərsə, Vaşinqton buna mane olmayacaq.
+++
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir. Çünki, ABŞ sözdə vahid Çin siyasətinə sadiq olduğunu bəyan edib. Yəni ABŞ Tayvanı Çin ərazisi kimi tanıyır. Bununla yanaşı Vaşinqton Tayvanın özünü müdafiə hüququnu da tanıyır. Bu ikisi birbirinə ziddir. Tayvan yarımkeçirici sənayesində güclü bir qüvvədir. ABŞın Çinlə ticarəti olduğu kimi Tayvanla da geniş iqtisadi əlaqələri mövcuddur. Bundan başqa Tayvan şirkətlərinin ABŞda milyardla dollar yatırımları var. Tayvan Çinə birləşdirlərsə, bu yatırımların taleyi sual altında qalacaq.

Tramp administrasiyası ABŞın Tayvan siyasətində heç bir dəyişiklik olmadığını iddia edir. Ancaq Ağ Ev rəsmiləri vurğulayırlar ki, Tramp ikinci müddətində Tayvana sələfi Cozef Baydenin prezidentliyi dövründə verdiyindən daha çox silah verib. Ancaq bu arqument Tayvan rəhbərliyini sakitləşdirməyib.

Bu arada, Tayvan prezidenti Uliyam Lai ilə Esvatini kralı Msvati III arasında görüş Pekinin narazılığına səbəb olub. Tayvan prezidenti görüşdə bildirib ki, onların dünya ilə əlaqə qurmaq haqqı var və heç bir ölkə buna mane ola bilməz. Pekin digər ölkələrdən Tayvanla əlaqələri dayandırmağı tələb etsə də, ada dövləti müxtəlif ölkələrlə ticarət əlaqələrini genişləndirməyə çalışır. Buna baxmayaraq, Pekinin təzyiqləri nəticəsində Tayvanın sadəcə 12 dövlətlə diplomatik münasibətləri qalıb.

  •  

Azərbaycan ərazisindən Ermənistana 10 vaqon gübrə göndərilib

AzVision.az xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 678 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq daşınıb.

Xatırladaq ki, tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Bu günədək ölkəmizdən Ermənistana 8500 tondan çox dizel yanacağı, 979 ton Aİ92 və 2955 ton Aİ95 markalı benzin ixrac olunub.

  •  

Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllü qeydiyyatı başlayıb

BŞHdən AzVision.az a bildirilib ki, qeydiyyat mayın 4dən etibarən açıqdır və yalnız Bakı Şəhər Halqasının mobil tətbiqi vasitəsilə həyata keçirilir. Namizədlərə yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq müraciətlərini gecikdirməmək tövsiyə edilib. Bildirilib ki, proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, könüllü olmaq istəyən şəxslər məsuliyyətli, enerjili, ünsiyyətcil olmalı və komanda şəraitində işləmə bacarığına malik olmalıdırlar. Proqram üçün minimum yaş həddi 16dır. Xarici dil biliklərinə malik namizədlərə seçim mərhələsində üstünlük veriləcək.

Xatırladaq ki, ötən il proqram çərçivəsində 30 mindən çox müraciət qeydə alınıb və onlardan yalnız 2 min nəfər könüllü seçilib.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan QranPrisi sentyabrın 2426da keçiriləcək.

  •  

İlham Əliyev: "Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər"

AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 8ci Zirvə toplantısında videobağlantı formatında çıxışında səsləndirib.

Dövlətimizin başçısı, həmçinin əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər.

AzVision.az

  •  

İrəvanda İlham Əliyevin müraciətini dinləyiblər │ VİDEO

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

Sabahınız xeyir və Bakıdan salamlar. Əvvəlcə mən Avropa Siyasi Birliyinin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm.

Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən Avropa Siyasi Birliyinin üzvlərini 2028ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət bağlantılardır. Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən ErmənistanAzərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPAnın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPAnın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra 2021ci ilin mayından 2026cı ilin aprelin 30na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqıAzərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, Avropa Siyasi Birliyinin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.

Yekun olaraq mən Baş nazir Paşinyanı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir. Mən Zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun.

  •  

Yol Polisi skuter istifadəçilərinə çağırış edib

Bu barədə BDYPİdən məlumat verilib.

Bildirilib ki, Bakının müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.

Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasına bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır), piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması kimi hallar daxildir.

Sadalanan qayda pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yolnəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik. Bir daha xatırladaq ki, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeydşərtsiz əməl etməlidirlər, deyə məlumatda vurğulanıb.

  •  

Avromed-in rəsmi distribütoru olduğu iki şirkət "Push30"un sağlamlıq tərəfdaşına çevrildi

Saat 11:00da Ağ Şəhər bulvarının girişindən start götürən iştirakçılar 5,5 kilometrlik məsafəni uğurla tamamlayıblar.

Qaçışın finiş nöqtəsi olan Kenny’s Baku məkanında iştirakçılar üçün xüsusi qarşılama təşkil olunub. Tədbir çərçivəsində Avromed Company MMC tərəfindən iştirakçılara şəxsi qulluq və sağlamlıq məhsullarından ibarət hədiyyələr təqdim edilib. Hədiyyələrə Avropanın Doppelherz brendinə aid qida əlavələri və topik məhsullar, eləcə də Fransanın Uriage brendinin dermokosmetik vasitələri daxil olub.

Tədbirdə həm Push30 icmasının üzvləri, həm də şəhər sakinləri iştirak edib. Bu cür təşəbbüslər cəmiyyətdə aktiv həyat tərzinin təşviqi baxımından mühüm rol oynayır.


Avromed Company MMC olaraq qeyd edirik ki, sosial əhəmiyyətli layihələrə dəstək verməkdə əsas məqsədimiz sağlam və rifah yönümlü cəmiyyətin formalaşmasına töhfə verməkdir. Şirkətimiz bundan sonra da sağlam həyat tərzini təşviq edən təşəbbüslərdə fəal iştirak etməyə davam edəcək.

Qeyd edək ki, 2002ci ildən fəaliyyət göstərən Avromed Company MMC Azərbaycanda əczaçılıq sektorunun aparıcı distribüterlərindən biridir. Şirkət 40dan çox ölkədən 200dən artıq tərəfdaşla əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz şəkildə sağlamlıq məhsulları ilə təmin edir.

  •  

Səyyar ASAN Gürcüstanda yaşayan vətəndaşlarımızın xidmət göstərəcək

Bu barədə AzVision.aza dövlət agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Xidmətlərə daxilidir:

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Məhkumluq barədə arayışların verilməsi.

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır. Müraciət üçün appointment.mfa.gov.az/az linkinə daxil olun.

Vacib qeyd: Portalda Səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

AzVision.az

  •  

"İranın təklifi qəbuledilməzdir" - Tramp

Yada salaq ki, İranın Xarici İşlər Nazirliyi daha əvvəl ABŞnin İranın təkliflərinə cavab aldığını və hazırda onu araşdırdığını bildirmişdi.

ƏlCəzirənin məlumatına görə, İranın təklifi 14 bənddən ibarətdir və münaqişənin 30 gün ərzində başa çatdırılmasını nəzərdə tutur. Buraya İranın gələcəkdə ABŞ tərəfindən hücumlara məruz qalmayacağına dair zəmanətlər, eləcə də ABŞ qoşunlarının İrana yaxın ərazilərdən çıxarılması tələbi daxildir.

Təklifdə, həmçinin ABŞdən İranın dəniz blokadasını dayandırmaq, ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etmək, İran aktivlərinin dondurulmasına son qoymaq və təzminat ödəmək tələbləri yer alır.

Bununla yanaşı, sənəddə bütün cəbhələrdə, xüsusilə Livanda münaqişənin dayandırılması və Hörmüz boğazı üçün yeni mexanizmin tətbiqi də qeyd olunur.

Lakin Tehranın təklifində İranın nüvə proqramı məsələsi əksini tapmayıb.

  •  

Əli bəy Hüseynzadə “Kommunist”ə nə demişdi... │ TARİXİ ARAŞDIRMA

Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmiməlumat kitabxanasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Yazının əvvəlki hissələrini buradan buradan oxuya bilərsiniz

Kommunist qəzeti, 17 fevral 1926cı il, №41
Azərbaycan müəllimlər konfransı adlı məqalə

Fevralın on beşində Ümum Azərbaycan müəllimlər Konfransı açılmışdır. Maarif İşçiləri İttifaqının sədri Qasımov yoldaş onun Türkoloji Qurultayı münasibəti ilə toplandığını qeyd etmişdir.
Dörd məsələ müzakirə edilmişdir: İstilah, İmla, dilimizin tədrisi üsulu və əlifba məsələləri.
Öncə Ağamalıoğlu məruzədə bulunub, Türkoloji Qurultayının tarixdə birinci dəfə olduğunu və bu qurultayın türk dilləri üçün nə qədər əhəmiyyətli olduğunu qeyd ilə konfransın qurultayda müzakirə ediləcək bir neçə məsələsi haqqında müəllimlərin mülahizə və rəyini ögrənmək üçün çağırıldığını da göstərmişdir.
Elmi istilah haqqında Zeynallı yoldaş məruzədə bulunmuş və demişdir ki: elmi istilahlar məsələsi haqqında yalnız Azərbaycan degil, bütün ölkələrin nümayəndələri qurultayda çıxışda bulunacaqlardır. On yeddinci yıla qədər Azərbaycanda müəyyən məna verəcək türk kəlmələri olmamış olsa da, çox az olmuşdur.
Türk tatar dillərindəki istilahlar daha yaxından və dərindən ögrəniləcək olarsa, onların bir kökdən olduğu görülə bilir. Fəqət, başqabaşqa ölkələrin iqlim və coğrafi münasibətləri ayrıayrı olduğundan, bu sözlərin deyişi biri birindən fərqli olmuşdur.
Biz türktatar dillərinin əsas yaradıcılıq qüvvəsinə istinad etmiş olursaq, bu aşağıdakı əsasları qəbul etməliyiz:
Bir Türkcədə bəlli və ümumun anlayacağı bir sözdən istilah yapmaq mümkün olursa, o söz ərəb, fars və başqa dillərdə olanlardan üstün sayılmalıdır.
İki Türkcədə ümumun anlayacağı bir söz olmaz isə o zaman türk xalqı içərisinə girmiş və xalqın tanıdığı ərəb və fars sözlərini istilah olaraq qəbul etməli və bu sözləri türk sərfnəhfinə (qrammatikasına) tabe etməlidir.
Üç Avropa dillərinin çoxunda qəbul edilmiş beynəlmiləl hər bir istilah tərcümə edilmədən türkcəyə qəbul edilməlidir.
Dörd yenidən kəlmələr yaratmaq üçün xarici istilahlar olduğu kimi tərcümə edilməli və buna da müstəsna hallarda müraciət edilməlidir.
Türk tatar dilləri xaricdən aldıqları sözlərin sonlarında olan səsli hərfləri öz içərisinə almıyorlar. Məsələn, qəbul edilmiş fabrika sözü fabrik, sistema sözü sistem deyə işlədiliyor. Bunları nəzərə alaraq başqa dillərdən aldığımız istilahlar ancaq əsas olmaq üzərə qəbul edilib, türktatar dilləri qəlibınə salınmalıdır. Türk dillərinin gözəlləşməsi və yararlanması üçün ən xoş ahəngdə olanları almalıyız. Ədəbiyyat dili yaradılırkən xalqın hangi nöqtədə durmaq istədigi nəzərə alınmalı və bu dil türk tatar dillərinin ruhuna (psixolojisinə) uyğun olmalıdır. Türk tatar dillərinin fellər ilə zəngin olması, başqa dillərdən alacağımız istilahları türk marfolojisinə salmamıza imkan verəcəkdir.
Məruzəçi sözünü bitirərək böylə nəticəyə gəlmişdir:
Bir istilahlar məsələsində xırdaçılıqdan tamamilə vaz keçib, məsələnin elmi quruluşuyla məşğul olmalıdır ki, türk tatar dilləri üçün müştərək prinsiplər yaradılmış olsun.
İki Hər ləhcə üçün yapılan istilahlar sistemində mütləq dil qruplarımız unudulmamalıdır.
Üç İstilahlar yaradılmasında xüsusən ictimaiyyət və təbiət elmləri sahəsində ən çox faiz türk sözlərinə məxsus olmalı və bununla bərabər bənimsənilmiş ərəb və fars sözləri türk biçiminə salınmalı və türk sərfnəhfinə (qrammatikasına) tabe tutulmalıdır.
Dörd Elm fənn dilinin hüdudu müəyyən edilməlidir.
Beş Yapılacaq istilahların geniş təbəqələrimiz üçün anlaşılacaq bir şəkildə olmasından ötrü ən əvvəl el dilinin mənəviyyatını ögrənməlidir.
Altı Əcnəbi dillərdən alacağımız köklər dilimizə salınaraq müəyyən mənada göstərilməlidir.
Yeddi Böylə dərin məsələləri yoluna qoymaq üçün hazırkı qurultayın bütün qərardadlarını həyata tətbiq etmək üzrə müəyyən bir elmi müəssisə yaradılmalıdır ki, bu vasitə ilə Türkoloji Qurultayının praktik məsələləri genişləndidilub, həyata keçirilmiş olsun.

Kommunist qəzeti 18 fevral 1926 cı il, №42
Azərbaycan Müəllimlər Konfransının ikinci günündə İstilah məruzəsi haqqındakı mübahisələrdən sonra baş verənlər barədə qəzet yazır:

İmla haqqında Fərhad Ağazadə yoldaş məruzədə bulunmuş və demişdir ki, yüz yıllardan bəri türk xalqının yazısı olduğu üçün bu millətin imlası vardır deməgə haqlıyız. Fəqət, türkcənin imlası da varsa, müxtəlif olmasıdır. İmlamız haqqında ancaq sərfnəhvdə əsaslar bula biliriz. Sərfhəhvdə göstərilən əsasların çox hissəsi ərəb fars kəlmələri və ən az hissəsi türk kəlmələri üçün göstərilmişdir. Türkcə kəlmələrdə olan iki türlü imlanın biri türk, digəri ərəbcədir.
Birinci imlanı qəbul edər isək, türkcə üçün vahid bir türk imlası yaratmış olarız. Xarici dillərdən türkcəyə qəbul edilmiş kəlmələr türkcədə işləndiyi üçün türkcəyə çevirilməli və türk imlasını qəbul etməlidir. Türkcə türk yazısı fonetik əsaslar üzrə qurulmalıdır. Türk dili tələffüz ahənginə tabe olduğu üçün buna başlıca əhəmiyyət verilməlidir.


Əlifba məsələsi imla ilə sıxı rabitədə olduğundan məruzəçi bu barədə istilah olunmuş əlifba ilə yeni əlifba haqqında müxtəsər məlumat verərək, istilah edilmiş əlifbada yaradıcılıq törətmək mümkün olmadığını söyləmişdir. Başqa çətinlik törədən məsələlərdən biri də bir sözü yazdıqda bir sətirdən o birinə keçirməkdir. Ədəbiyyata girmiş yeni yabançı kəlmələr xalqın ləfzinə (danışığına) uyğun olmaq ilə bərabər, öz mətninə də yaxın qalmalıdır. Tələffüz edilən kəlmələrin ahənginə əhəmiyyət verilməlidir. Türk ölkələrinin ancaq birinə məxsus olan kəlmələr məzkur ölkənin yerli tələffüzü ilə denilməlidir.
Türk tatar dilləri əcnəbi qonşu millətlərin təsiri altında olduğundan daima onlardan kəlmələr almışdır. Çox zaman alınan kəlmələr də məzkur dilə başqa dillərdən keçmiş oluyor. Biz xarici kəlmələr qəbul etdikdə olduğu kibi birinci dildən almalıyız. Xarıcı dillərdən aldığımız kəlmələr xarici ölkələrdə tələffüz edildigi kibi türkcədə olmalıdır. Bunlardan başqa bir çox sözləri xarici dillər şərqlilərdən alıb başqa şəklə salmışlardır. Bu kəlmələr türkcədə şərqlilərdə işlədildigi kibi işlədilməlidir. Xarici dillərdən alınmış bir çox sözlər vardır ki, türkcəyə qəbul edildikdə türkcədə özü ilə bir imlada, fəqət, başqa mənada olan sözlərə təsadüf ediliyor. Məsələn, (sol) notası şəklində türkcənin (sol) kəlməsinin eyni, iki mənaları bambaşqadır. Xaricdən qəbul edilən böylə kəlmələrin son hərfi üzərinə müəyyən işarə qoymalıdır.

Kommunist qəzeti, 21fevral 1926 cı il, №44
Türkoloji Qurultayı münasibətilə

Qəzet xəbər verir:

Ayın 17 də Azərbaycan Dövlət darülfinuni politexnikum və işçi fakultəsi tələbələrinin ümumi iclası çağırılmışdır.
İclasda Ağamalıoğlu yoldaş Türkoloji Qurultayı və onun əhəmiyyəti haqqında məruzədə bulunub demişdir ki, proletar inqilabı əmələ gəlirkən, türktatar xalqı buna hazır degildi. Fəqət, 1905ci yıl Azərbaycan türklərinə böyük hərəkət verdi.
Məruzəçi beşinci yıldan on dördüncü yıla qədər Azərbaycan türklərinin nə kibi cərəyanlar keçirdigini göstərmək, 20ci yıla qədər Azərbaycanda yeni türk əlifba məsələsinə iqdam edilmiş olduğunu və bunun nəticəsiz qaldığını bildirmiş və demişdir ki, Azərbaycanda şura quruluşu bərpa edildikdən sonra 22ci yılda yeni türk əlifbası məsələsi həyata keçirilməgə başladı.
Bir tərəfdən də ərəb əlifbasının islah edilməsi tərəfdarları meydana çıxdılar. Şuralar quruluşunda geniş xalq kütləsinin savadlı olması birinci məsələlərdəndir. Bunun əski əlifba ilə mümkün olmadığı hər kəsə bəllidir. Hazırda minlər ilə muzdur və işçi yeni əlifba vasitəsilə savadlı olmuşlardır. İndi tələbələr də Azərbaycan işçiləri arxasınca getməli və xalq kütləsinin əfkariümumiyyəsini qurultayın ətrafında toplamalı və bütün vahid kibi türk əlifbasını həyata keçirməlidirlər.
Bundan sonra Əhmədzadə yoldaş Ağamalıoğlu yoldaşın nitqini davam etdirərək, qurultayda türktatar ölkələrinin 132 nəfər nümayəndəsi iştirak edəcəgini bildirmişdir. Hazırda hər bir türktatar ölkəsinin qurultaya hazırlandığı kibi, Azərbaycanda da qurultaya çağırılmasına yardım komitəsi müxtəlif nəşriyyatlar və ədəbiyyatlar tab (çap) etdirməklə məşğuldur. Bundan əlavə Ədəbiyyat Cəmiyyəti, Azərbaycan Kooperativ Nəşriyyatı, Yeni Əlifba Komitəsi Yeni kənd və Kommunist qəzetəsi sərgilər hazırlamaqdadırlar.
Nəticədə iclas aşağıdakı qərarı çıxarmışdır: Azərbaycan Dövlət darülfinuni politexnikum işçi fakultəsi tələbələri Ağamalıoğlu yoldaşın Türkoloji Qurultayı və onun əhəmiyyəti haqqındakı məruzəsini dinləyərək, qeyd ediyor: Böyük oktyabr inqilabından sonra türktatar xalqı həyatında və dünya tarixində misli görülməyən yeni bir dövr açılmışdır. Bu yeni dövrdə siyasi və iqtisadi hakimiyyəti əlinə keçirib, rəhbərlik edən əməkçilər öz həyat və məişətini təmin etməgə çalışmaqla kifayət etməyərək, azad bir dünya sosiaslizm həyatı qurmağa çalışıyor.
Bu dövrdə əsrin ən yüksək texnikası və son sistem alətlərinə malik olmadan, yeni həyatı qurmaq mümkün degildir. Bu həyat elm və fənnin (bilik) ümumkütlə tərəfindən bənimsənilməsi ilə qurula bilər. Bunun üçün ən birinci vasitə bütün əməkçi kütlələrinin savadlanması və düşüncələrinin yüksəlməsidir.
Biz əməkçi türk tələbələri istehsalat, elm və ürfan dairəsində çalışıb yeni həyat quruluşunda ən ciddi surətdə iştirak ediyoruz. Fəqət, biz öz fəaliyyətimizdə bir çox dolaşıq və çətin məsələlərə təsadüf ediyoruz. Bu məsələlərdə doğru yol göstərmək böyük mütəxəssislərin və tədqiqatçıların vəzifəsidir.


Bu vəqtə qədər türk tatar xüsusi şura cümhuriyyətlərində müəyyən bir cifir (şifr), qəti bir yol alamayan və yadlar tərəfindən qurtaramayan bunun ilə də əməkçi kütləsi mənəvi tərəqqisinin ağır hərəkət etməsinə səbəb olan mübahisəli məsələlər ana dilində ədəbiyyat və mətbuat yaratmaq, uyğun islahatlar düzəltmək və asan əlifba tərtib etmək məsələləridir.
Türk tatar tarixi, ənənatı (adəti), dil və sənəti ilə uğraşub, onların ruhindən və mənəviyyatından, elmi surətdə dərindən tanış olan möhtərəm türkoloqlar əməkçi kütlə üçün ən əhəmiyyətli olan bu məsələlərdə öz qəti rəylərini deməlidirlər.
İlk dəfə olaraq proletar mərkəzi olan Baküdə çağırılan bu qurultaya Avropa və Asya qitələrinin uzaq guşələrindən gələn mütəxəssislərdən Azərbaycan əməkçi türk tələbələri yuxarıda göstərilən məsələlərin bu surətlə həll edilməsini arzu ediyorlar.

1. Türktatar xalqının, daha doğrusu əməkçi kütləsinin ən mühüm məsələlərindən biri də ədəbiyyat və mətbuat məsələsidir. Bu xüsusda edilən müzakirələr türk dilləri dil qrupları əsasları üzərində aparılaraq, bu sahədə həll edilməlidir. Məsələnin böylə həll edilməsi nəşriyyatın genişlənməsinə kömək etməklə, mətbuat dilinin xalqdan uzaqlaşmamasına da vasitə olacaqdır.
2. Əsri mədəniyyətə qədəm qoyan əməkçi türk tatar xalqının məarifində mühüm rol oynayan islahalar məsələsi də böylə həll edilməlidir. Ən əvvəl ana dili möhkəm əsas götürülməli, bunun üzərində istilahlar qurulmalıdır. Bu vəqtə qədər yayılub ümumiləşmiş kəlmələrdən başqa, yenidən ərəb fars sözlərindən istilah düzəlməsinə meydan verilməməlidir. Avropa mədəniyyəti ilə sıxı yanaşmaq üçün Avropanın beynəlmiləl istilahları oldığı kibi qəbul edilməlidir. Bu maddələr müzakirə edildikdə türk dilləri dil qrupları nəzərdə tutulmalıdır.

3. Mətbuat və nəşriyyatın doğru və düzgün oxunub anlaşılması, əməkçi kütlənin tez bir zamanda savadlanması, ana dilinin köklənib genişlənməsi ən birinci mühüm məsələlərdəndir. Bu məsələlərdən əlifbanın kamil (nöqsansız) və eslafının (sələf) böyük əhəmiyyəti vardır. Bu vəqtə qədər türktatar dünyasında işlənən və dəfələr ilə islah olunan və bunlara baxmayaraq ehtiyac və tələbatı ödəyəməyən ərəb əlifbasından vaz keçərək, Azərbaycan hökumətinin qəbul etdigi kibi latın sistemli əlifbanın başqa türk tatar xalqı arasında qəbul edilməsi lehində olmalı və onların da bu əlifbaya keçmələrinə səy etməlidirlər.

4. Türktatar xalqı istilahları ədəbiyyat, əlifba və başqa məsələlərində ümumi və elmi rəhbərlik etmək üçün bir cəmiyyət bilik yurdu qurulmalıdır. Azərbaycanın coğrafi, iqtisadi və mədəni mövqeyinin münasibətligi nəzərə alınaraq, məzkur cəmiyyətin mərkəzi proletar Qızıl Bakü şəhəri qəbul edilməlidir.

Azərbaycan müəllimlər konfransı

Türk dilinin tədrisi üsulu haqqında Cabbar Əfəndizadə məruzədə bulunmuş və demişdir ki, məktəblərimizdə türkcənin ögrədilmə üsulu bütün müəllim yoldaşlarımızın tanış olduqları bir şey olsa da fəqət, yazı və imla məsələmiz kibi bu da xəstə bir məsələdir. Buraya əmək məktəbləri prinsipləri kibi ədəbi dil məsələsi, istilah məsələsi, imla və əlifba məsələləri də qarışınca üsul məsələsi bir qat daha çətinləşiyor.
Hicri 699 yılından müstəqil bir dövlət halında yaşayan və rəsmi dili türkcə olan Anadolı türklərində türkcə tədris ediliyordı. Lakin əlimizdə olan vəsiqə ancaq hicri 1290cı yıldakı tarixə aid darülmüəllimat proqramıdır. 1870ci yıl müəllim Nacinin əsərləri türkcə oxunmuşdur. Rusiyada 1870ci yılda birinci dəfə olaraq kalmıktatar məktəbi açılmışdır.
Azərbaycanda isə ərəb və fars mədrəsələri olmuşdur. Bu mədrəsələr ərəb istilasından sonra islamiyyəti qəbul etmiş türkləri təbliğ etmək üçün açılmışdır.
Türkcə oxunan mədrəsələrdə Leyli Məcnun və bu kibi əsərlər oxunmuşdur. Lakin burada da proqram əski rumlar zamanında yaşamış və sonradan Avropaya köçmüş proqramlar olmuşlar. Bu proqramlar cocuğun ruhinə uyğun olmamaq ilə bərabər, sərf də (morfologiya) heç olmamışdır. Oxuyanların çox hissəsi ancaq Quran oxuya bilmişdir. Qori darülmüəllimini açıldıqdan sonra Çernyayevskinin çıxardığı bir əlifba kitabçası ilə dərs aparılmışdır. 1880ci yılda yeni söfti (səs) üsuli həyata keçməgə başlamışdısa da müsbət bir nəticə verəməmişdir. 1880ci yıldan məktəblər islah edilməgə başlanmış, fəqət, 1905ci yıl inqilabına qədər böyük bir iş görülməmişdir.
1906cı yılda konfrans çağırılmış və yeni tədris kitabları çıxarılmaq üçün xüsusi komisyon təşkil edilmişdir. 1906, 1907ci yılda əmələ gətirilən təsisat hökumətin xoşuna gəlmədigindən fəaliyyəti məhdud edilmişdir. Bu vəziyyət 1917ci yıla qədər davam etmişdir. 1917ci yıl inqilabından yeni inkişaf dövrü başlamışdır. Yeni inkişaf dövründə ana dilinin tədrisinə ciddi bir nəzər ilə baxılıyor və ana dili yeni əsas üzərə təqsim ediliyor: Ana dili fikrin hakimidir. Ana dilini çocuğa söylərkən, onun fikrini inkişaf etdirmiş oluruz.
Ana dilinin tədrisində ən mühüm yeri qiraət dərsləri tutuyor. Çocuqlara oxutdurulacaq qiraət kitabları çocuqların ruhinə uyğun olmalıdır. Qiraət kitabları canlı surətdə çocuğun həyatına bağlı olmalıdır. Çocuqları ögrətdikdə kəlmə və cümlələrin gözəlcə anlaşılması lazımdır. Anlaşmaqdan əlavə qiraətin faydasını müəyyən etməlidir. İzahlı qiraətdən məqsəd qiraət parçasının əsil ruhu üzərində izahat verməkdir. İfadəli qiraətin isə şərtləri, qiraət parçasının doğruluğu və gözəlligi olmalıdır.
Gözəllik şərti qiraət parçasına içərisindəki ifadəyi anlatmaq istər. Kəlmələrdə olan vurğular ilə kəlmənin mənası dəgişə bilir.
Yazı məsələsi, daha doğrusu imlanın düz yazılması üçün müxtəlif şeylər tətbiq ediliyor. İmdi araya iki qisim imla çıxmışdır. Biri yeni əlifba, digəri ərəb əlifbası üçündür. Yazıyı çocuqlara ögrətmək üçün birinci qrupdan başlayaraq yazdırmalıdır. Dildə yaşayan sözləri mənalarına görə təsnif edən sərfnəhvdir. Sərfin canlı dil üzərində qurulması o dilin dəgişilə biləcəgini göstəriyor. Biz çocuqların canlı dilindən istifadə edərək, cümlələri çocuqların öz həyatından almalıyız. Dil dərslərində birinci sinifdə ögrədiləcək dərs çocuğun öz sözləri olmalıdır. Burada hər müəllim çocuğun mühitindən bəhs etməlidir. Beşinci sinifdən isə tamamən ədəbi dil ilə qonuşmalıdır. Dilin quruluşuna ciddiyyətlə əhəmiyyət verilməli və bunun üçün də birinci sinifdə şəkli quruluşa diqqət edilməlidir.

Əlifba məsələsi haqqında

Əlifba məsələsi haqqında Cəlil Məhmədzadə yoldaş məruzədə bulunmuş və demişdir ki, hazırda üç dürlü türk əlifbası olduğundan türk nəşriyyatı üç qismə bölünmüşdür: əski ərəb əlifbası, islah olunmuş ərəb əlifbası və yeni türk əlifbası. Bundan sonra məruzəçi əski rus və yunan əlifbalarının müruri zəman (zaman keçdikcə) ilə təbdilata uğrayub hazırki vəziyyətini qeyd edərək, ümumiyyətlə yazı tarixində nə kibi təkamül dövrü keçdigini göstərmişdir. Məruzəçi demişdir: ərəb əlifbasının ayrı ayrı hərfləri cüzi işarələr ilə kəlmələrin mənasını dəgişdiriyor və müxtəlif mənalar veriyor.
Bundan başqa ərəb əlifbasında sağdan sola yazılmanın da pedoqoji əsaslar üzrə düz olmadığı bəllidir.
İslah edilmiş əlifbanın bir taqım (sıra) yaxşılıqları var isə də əsil ərəb əlifbası tamam yaramazdır. Lakin islah edilmiş əlifbanın da hazırki əsrə müvafiq olmadığı təcrübələr nəticəsində bəlli edilmişdir. Texniki məsələlərə hərflərin düzülüşü məsələsinə gəlincə, yeni türk əlifbasının ərəb və islah edilmiş əlifbadan 30 faiz tez yığıldığı bəlli olmuşdur. Yeni türk əlifbasında müəyyən şəkildə və müəyyən surətdə səsli həflər oldığı halda əski əlifbada bunlar qəti olaraq müəyyən ediləməyur. Yeni türk əlifbasında bir kəlmənin müxtəlif mənada anlaşılması bəlasından və hərəkələrdən xilas oluyoruz.
Yeni əlifbanı qəbul etmək ilə nöqtə sistemindən və bir hərfin dörd şəkildə yazılmasından xilas olmaqdan əlavə, müfəssəl yazı üsuluna keçmiş oluyoruz.
Azərbaycanda olan 2 milyonluq savadsız xalq üçün ancaq 2 bin nəfər müəllim mövcuddur. Savadsız işçi kəndli kütlələrinin əski əlifba ilə savadlandırılmasının çətin, hətta mümkün olmayacağı təsəvvür ediliyor. Yeni türk əlifbası 22 ci yılda həyata keçirilməgə başlarkən, təşkil edilmiş kurslarda 720 nəfər müdavim vardı. İmdi isə bütün Azərbaycanda yeni türk əlifbasını oxuyanların sayı 24. 770 nəfərə varmışdır. Yeni əlifba komitəsinin nəşri əfkarı olan Yeni yol sabiqdə parasız paylanıyordu, imdi isə satış üsulu ilə tirajını 6000 çıxarmışdır. Burada əski türk əlifbasını buraxıb latın biçimli yeni əlifbayı qəbul etmək ilə şərq aləmindən ayrı düşəriz deyə araya bir taqım əsassız sözlər atılmışdır. Halbu ki, Türkiyədə nəşr edilən Axşam, Dəniz və başqa Türkiyə qəzetələri yeni əlifbayı aıqışllıyorlar. Hətta Tənin qəzetəsində Hüseyn Cahid tərəfindən yazılmış məqalədə göstəriliyor ki, Türk dilinin sərfnəhvi ancaq yeni türk əlifbası qəbul edilməklə düzələ bilər. Nəhayət yeni əlifba ilə bərabər əski əlifba da davam edəcəkdir.
Növbəti buraxılışlarında qəzet Türkoloji Qurultaya gələcək xarici qonaqlar barədə məlumatları da dərc etməyə başlayır.

Kommunist qəzeti, 23 fevral 1926cı il, №46
Türkoloji Qurultayı münasibətilə

İstanbul darülfünunu professorlarından Məhməd Fuad Köprülüzadə İstanbulda bulunan akademik (Bartold) bə professor (Mentsel) Türkoloji Qurultayında iştirak üçün Baküyə doğru yola düşdüyüni dünən Türkoloji Qurultaiının təşkilat bürosuna teleqraf ilə bildirmişlərdir.
Başqırdıstan Cümhuriyyəti tərəfindən Türkoloji Qurultayına 6 nəfər nümayəndə təyin edilmişdir.
Dünən nümayəndələrdən (Vildanov), (Mirasov) və (Şakirov) yoldaşlar olmaq üzərə üç nəfər Baküyə gəlmişdir.
Başqırdıstan Cümhuriyyəti tərəfindən birinci Türkoloji Qurultayına hədiyyə olaraq Başqırd Oymağı adında üç kitab göndərilmişdir.
(Moskva) Şərqiyyat Assasyonu üzvi professor (Barozdin) qurultayda işitirak etmək üçün yola düşdügini teleqraf ilə bildirmişdir.

Kommunist qəzeti, 24 fevral 1926 cı il, №47
Türkoloji Qurultayı ətrafında

Xarici nümayəndələrin gəlmələri

Türkoloji Qurultayına dəvət edilən professorlardan (Əlibəy Hüseynzadə, Köprülizadə Fuad, Mesaroş, Bartold, Mentsel) dünən Baküya gəlmiş və stasyonda müxtəlif təşkilat və qəzetələr nümayəndələri tərəfindən qarşılanmışlardır.
Qəzetəmiz tərəfindən professorlar ilə müsahibə edən müxbirimizə (Əli bəy Hüseynzadə) onun yıllardan bəri ayrıldığı Azərbaycana gəlirkən dərin bir sevinc duyduğunu söyləmiş, Türkoloji Qurultayının çox əhəmiyyətli bir hadisə olduğunı, şuralar hökumətinin elm və fənn üçün sərf etdigi fəaliyyətin böyüklüyünü anlataraq qurultaydakı müzakirələrin türkoloji əməli (işi) üçün faydalı olacağını da bildirmişdir.
(Köprülizadə Fuad)ın Qurultayın Türkiyədə əhəmiyyətlə təqib edildigini və hətta Türkiyədə özü tərəfdən idarə edilməkdə olan bir türkoloji müəssisə açılmış bulunduğunu, bu müəssisənin müəyyən vəqtlərdə nəhayətinə və türkoloji məsələlərinə dair (Türkiyat) adı ilə məcmuə çıxarmağa başladığını söyləmişdir.
Professor Köprülüzadənin Türkiyədə dəxi əlifba məsələsinin hətta on beş yıldan bəri müzakirə və minaqişə edilməkdə olduğunu və gələcək yıl məarif vəkalətinin bu iş üçün xüsusi bir komisyon təşkil edəcəgini burada bulunduğu müddətcə və qurultay müazkirələrindən vəqt qazandıqca müxtəlif mövzularda konfranslar verəbiləcəgini də əlavə etmişdir.
Professor (Mesaroş) Türkoloji Qurultayının elm aləmindəki əhəmiyyətli mövqeyini qeyd etdikdən sonra Şura Azərbaycanında gördigi gözəlliklərdən və mədəni həyatdan bəhs edərək, qurultay müzakirələri bitdikdən sonra burada bir müddət qalaraq, tədqiqatda bulunmaq arzusunda olduğını söyləmişdir. O, (çuvaş) lara aid bir çox tədqiqlərdə bulunub, onların xalq ədəbiyyat və mədəniyyətini göstərən böyük bir əsər meydana gətirdigini, latın əlifbasından elmi tədqiqlərdə əsas olaraq qəbulu tədqiq edilməkdə bulunduğını da anlatmışdır.
Professorlar Quruıltay üçün iki böyük sandıqda gərək türkolojiyə, gərəksə digər elmlərə aid bir çox kitablar gətirmişlərdir.
Başqa xəbər....
Dünən birinci Türkoloji Qurultayına Tatarıstan tərəfindən İbrahimov Alimcan yoldaşın sədarəti altında: Ayaz Maqsudov (riyaziyyatçı), Səməd Abdulrəhman (tarixşünas), Nemət Hakimov (lisançı) Alparov İbad (hərufat mütəxəssisi), Şərəf Alimcan (lisançı) və Əli Rəhim (ədəbiyyat tarixçisi) olmaq üzərə altı nəfər nümayəndə gəlmişdir.
Bu gün isə Tatarıstan Cümhuriyyətindən nümayəndə olmaq üzərə Qızıl Tatarıstan qəzetəsinin müdiri Adnaqulov yoldaş da Baküyə gələcəkdir.
Dünən Başqırdıstan cümhuriyyəti tərəfindən nəhayətində olmaq üzərə İdelqkuşin Kərim, Qabidov Xabib, Bilaltinov yoldaşlar da Bakuya gəlmişlərdir.
Dünən Özbəkistan Cümhuriyyəti tərəfindən Türkoloji Qurultayına yeddi nəfər nümayəndə gəlmişdir.
Türkoloji Qurultayı məsələsinə, Moskva baş elmi idarə yanındaki Şimali Qafqasya dillərini ögrənən Komitə tərəfindən Türkoloji Qurultayında iştirak etmək üçün göndərilən professor Jirqov və Yakovlev ayın igirmi üçündə Moskvadan yola düşdüklərini teleqraf ilə bildirmişlərdir.
Moskva tərəfindən nümayəndə olaraq professor Proqofyev və Şamxalov qurultayda iştirak etmək üçün yola düşdüklərini qurultayın təşkilat bürosuna bildirmişlərdir.

(Ardı var)

  •  

Süni intellekt informasiya ekosistemini məhv edə bilər - BMT

Reklam insanların gördüklərini və inandıqlarını formalaşdıran sistemləri maliyyələşdirir, BMTnin informasiya bütövlüyü üzrə baş məsləhətçisi Şarlotta Skaddan bildirib. Onun sözlərinə görə, təcili təhlükəsizlik tədbirləri olmazsa, süni intellekt informasiya ekosisteminin məhvini sürətləndirə bilər.

Sənəddə reklamda süni intellektdən istifadə ilə əlaqəli əsas risklər vurğulanır. Bunlara dezinformasiyanın və nifrət ritorikasının sürətlə yayılması, saxtakarlığı asanlaşdıran alqoritmlərin qeyrişəffaflığı, həmçinin süni intellekt tərəfindən yaradılan məzmunun artması fonunda müstəqil jurnalistikanın davamlılığına təhdidlər daxildir.

Ekspertlər vurğulayırlar ki, bu çətinliklər təkcə sosial deyil, həm də iqtisadi nəticələrə səbəb olur. Rəqəmsal platformalara auditoriyanın etibarının azalması trafikin yavaşlaması və reklam investisiyaları effektivliyinin minimum səviyyəyə düşməsinə səbəb olur.

Brendlər süni intellektdən sürətlə istifadə etmək üçün təzyiq altındadır, lakin müvafiq məhdudiyyətlər olmadan bu cür həllər bizneslərinin asılı olduğu informasiya mühitini sarsıda bilər, deyə Conscious Advertising Networkun nümayəndəsi Harriet Kinqabi qeyd edib.

Müəlliflər süni intellekt və reklamın tənzimlənməsi üçün əlaqələndirilmiş beynəlxalq yanaşmaların hazırlanmasına, eləcə də hökumətlər, biznes və vətəndaş cəmiyyəti arasında daha güclü əməkdaşlığa çağırırlar. Reklamçılar süni intellekt təchizat zəncirlərinin şəffaflığını artırmağa, yüksəkkeyfiyyətli medianı dəstəkləməyə və istifadəçi təhlükəsizliyini təmin etmək üçün platformaları stimullaşdırmaq məqsədilə maliyyə mexanizmlərindən istifadə etməyə təşviq olunurlar.

Məlumatlara görə, reklam əldə olunmasında şəffaflığın artması effektivliyin ikiqat çoxalmasına səbəb ola bilər ki, bu da məsuliyyətli reklam prinsiplərinin biznesin maraqları ilə uyğun gəldiyini göstərir.

  •  

30 marşrutun hərəkət sxemi dəyişdiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTACa bildirilib ki, dəyişikliyə əsasən, 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların fəaliyyəti alternativ istiqamətlər üzrə təşkil olunacaq.

Belə ki, 1 nömrəli marşrut (Neftçilər metro stansiyası istiqaməti) və H1 nömrəli marşrut (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) Azadlıq prospekti — Füzuli küçəsi — Rəşid Behbudov küçəsi — Süleyman Rəhimov küçəsi — Xətai prospekti — Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə fəaliyyət göstərəcək.

2 nömrəli marşrut Rəşid Behbudov küçəsi — Süleyman Rəhimov küçəsi — Xətai prospekti — Əhməd bəy Ağaoğlu küçəsi — Təbriz küçəsi — Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

4, 10 və 88A nömrəli marşrutların son dayanacaqları Dilarə Əliyeva və 28 May küçələrində (Səməd Vurğun bağı) təşkil ediləcək. Bu marşrutlar Bakı Ağ Şəhər ərazisinə daxil olmayacaq və qismən fəaliyyət göstərəcək.

7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların hərəkəti Ziya Bünyadov prospektinin əsas hissəsi (yolötürücü) ilə təşkil olunacaq.

13 və M8 nömrəli marşrutlar Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə fəaliyyət göstərəcək.

20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacağı Xocalı prospektində (Şah İsmayıl Xətai metro stansiyası yaxınlığı) müəyyən ediləcək. Bu marşrutlar 28 May nəqliyyat mübadilə mərkəzi və Sədərək ticarət mərkəzinə daxil olmayacaq. 20, 21 və 32 nömrəli marşrutlar Bakı Ağ Şəhər ərazisini əhatə etməklə həmin istiqamətdə fəaliyyət göstərəcək.

36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Koroğlu metro stansiyası yaxınlığında, Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində yerləşəcək.

38 nömrəli marşrutun başlanğıc dayanacağı Səməd Vurğun küçəsi, son dayanacağı isə Ağa Nemətulla küçəsi olacaq. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacaq və qismən fəaliyyət göstərəcək.

125 nömrəli marşrutun (28 May istiqaməti) hərəkəti Rəşid Behbudov küçəsi — Şəmsi Bədəlbəyli küçəsi — Azadlıq prospekti ilə təşkil ediləcək.

177 nömrəli marşrutun son dayanacağı Bilgəh–Pirşağı yolu (Ləhiş bağları ərazisi) olacaq.

E1 nömrəli marşrut isə Rəşid Behbudov küçəsi — Süleyman Rəhimov küçəsi — Xətai prospekti — Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, tətbiq edilən dəyişikliklər marafon müddətində nəqliyyatın hərəkətinin təhlükəsiz və fasiləsiz təşkili məqsədi daşıyır.
AzVision.az

  •  

Hikmət Hacıyev: Azərbaycan minlərlə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir

AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, işğal dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və girov götürülüb, onların sonrakı taleyi barədə isə bu günədək məlumat verilməyib: Hazırda 4 minə yaxın itkin düşmüş şəxsin taleyi naməlum olaraq qalır və onların böyük əksəriyyəti mülki şəxslərdir.

Prezidentin köməkçisi qeyd edib ki, bu müddət ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi müəyyən məlumatlar toplasa da, mandatına uyğun olaraq bu işi tam şəkildə yekunlaşdıra bilməyib.

Biz müxtəlif kanallarla, o cümlədən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə də qarşı tərəfə müraciətlər etmişik. Ailələr hələ də övladları haqqında məlumat gözləyirlər, – deyə o vurğulayıb.

AzVision.az

  •  

"Məqsəd daha çox subyektə qrant verməkdir" - Rəşad Əzizov

Bu sözləri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib. O qeyd edib ki, son illərdə mədəni və yaradıcı sənayenin inkişafı dövlət siyasətinin diqqət mərkəzindədir. Bu prosesə Prezident Fərmanı ilə 2022ci ildə təsdiq olunan Azərbaycan Respublikasının 2022‒2026cı illərdə sosialiqtisadi inkişaf Strategiyası çərçivəsində başlanılıb. Son üç il ərzində bu istiqamətdə böyük nəticələr əldə olunub. Belə ki, 2022ci ildə mədəni və yaradıcı sənayenin ümumi daxili məhsuldakı payı 0,6 faiz idisə, strategiyanın icrası nəticəsində ötən il bu rəqəm 1 faizə qalxıb. Mədəni və yaradıcı sənayenin ÜDMdəki payının böyüməsi həm məşğulluğun artmasına, həm də bəzi digər makroiqtisadi göstəricilərin yaxşılaşmasına töhfə verib. Ötən il Nazirlər Kabinetinin qərarı ilə mədəni və yaradıcı sənayelərin təsnifatı qəbul edilib. Bu il edilən dəyişikliklər ilə mədəni və yaradıcı sənaye anlayışı Mədəniyyət haqqında qanunda əksini tapıb. Bununla da sözügedən sahədə dayanıqlı islahatların aparılması üçün yeni imkanlar yaranır, fundamental hüquqi əsas formalaşır, deyə R.Əzizov əlavə edib.

Baş direktor qeyd edib ki, məqsədlərdən biri gələcəkdə bu sahədə fəaliyyət göstərən fərdlərə və kommersiya şirkətlərinə müvafiq qrantların təqdim olunması üçün əsasın yaradılmasıdır. Mədəni və yaradıcı sənaye sahəsində qrantların verilməsi ilə bağlı qaydaların qəbulu Nazirlər Kabinetinə, icrası isə Mədəniyyət Nazirliyinə həvalə edilir. Eyni zamanda, bu sahədə investisiya layihələri üzrə səlahiyyətlər artıq Mədəniyyət Nazirliyinin əsasnaməsində əksini tapıb.

Mədəni və yaradıcı sənaye hazırda ölkədə ən dinamik inkişaf edən sahələrdən biridir. Dövlət bu sahədə tənzimləmə funksiyasını artırmaqla kiçik və orta sahibkarlığı təşviq edir, eyni zamanda, daxildə formalaşan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirir. Nəticədə ixraca fokuslanan yeni layihələr həyata keçirilir. Bu sahədə insan kapitalının artırılması böyük əhəmiyyət daşıyır. Bu məqsədlə müvafiq bacarıqların inkişafına yönəldilmiş layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlə xüsusi təqaüd proqramları təsis olunub və hər il göstəricilər artmaqdadır. Strategiyanın icrası çərçivəsində Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Bu mərkəzin daxilində yeni startaplar qurulub, onların bir qismi KOBİAnın şəhadətnaməsini alıb. Bundan başqa, müxtəlif yaradıcı təlimlər təşkil olunub, onları başa vuran 700dən çox şəxs müvafiq bacarıqların artırılması ilə bağlı sertifikatlaşdırılıb.

  •  

Dövlət xidməti beynəlxalq mükafata layiq görüldü

Mükafat İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması Brands Review Magazine jurnalı tərəfindən təqdim olunub. Qiymətləndirmə prosesində Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80ə yaxın mühüm tarixmemarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb. Son illərdə Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCOnun İlkin Siyahısına daxil edilmişdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülmüş, geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılmış, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir. Mədəni irs sahəsində ən mühüm nailiyyətlərdən biri isə Vahid Mədəniyyət Reyestri (VMR) vahid informasiya sisteminin yaradılmasıdır. VMR çərçivəsində mədəni irs obyektlərinin ən qabaqcıl texnologiyalar (Coğrafi İnformasiya Sistemi, peyk texnologiyaları, dron texnologiyaları, Lidar və s.) tətbiq edilməklə mərhələli və sistematik rəqəmsallaşdırılması icra edilməkdədir. Artıq 3100 abidə barədə məlumat sistemə inteqrasiya edilmişdir. Mədəni irs sahəsində vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması məqsədi ilə 6 xidmətin bir pəncərə prinsipləri əsasında rəqəmsal formada fəaliyyəti təmin edilmişdir. Vətəndaş müraciətləri isə MyCulture vahid portalı üzərindən qəbul olunur.

Dövlət Xidməti hazırda fəaliyyətini Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyasına uyğun olaraq davam etdirir. Eyni zamanda ölkə tarixində ilk dəfə mədəni və təbii irs ekosisteminə vahid yanaşmanı təmin edən xüsusi dövlət proqramının layihəsi tamamlanmaq üzrədir.

Ümumilikdə, həyata keçirilən sistemli və innovativ tədbirlər ölkənin bu sahədə qlobal nüfuzunu gücləndirməklə yanaşı, mədəni irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu beynəlxalq miqyasda təsdiqləyir.

Mənbə: https://brandsreviewmagazine.com/awardlist2026/

  •  

WUF13 çərçivəsində media mərkəzi yaradılacaq

Azvision.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən İctimai proseslər media müstəvisində mövzusunda III Forum çərçivəsində Şəhərsalma və Memarlıq İlində media gündəminə həsr olunan panel sessiyada deyib.

Onun sözlərinə görə, WUF13ə hazırda qeydiyyat davam edir:

800dən artıq yerli və xarici media nümayəndələri akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında hər cür şərait yaradılacaq. Jurnalistlər üçün media mərkəzi yaradılacaq.

Eldar Rəsulov vurğulayıb ki, tədbir zamanı 40 əsas sessiya baş tutacaq:

Sessiyalarda ölkələr şəhərsalma sahəsində təcrübələrini bölüşəcək.

O qeyd edib ki, son 1012 ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər çərçivəsində institusional baza formalaşıb.

Eldar Rəsulov həmçinin qeyd edib ki, tədbir zamanı nəqliyyatın doğru və təhlükəsiz axını üçün hazırda şəhərdə monitorinqlər aparılır:

Bakının bir sıra prospekt və küçələrində tənzimləmələr həyata keçirilir.

  •  

Bakının ekologiyasının yaxşılaşdırılması üçün tədbirlər görülür

Bu sözləri paytaxtda İctimai proseslər media müstəvisində mövzusunda keçirilən III Forumun panelində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov deyib.

Bakının müasir simasını formalaşdıran və artıq qlobal tanıtım elementinə çevrilən memarlıq nümunələri ilə qürur duyuruq. Həmçinin şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənaye tullantılarının azaldılması, alternativ enerji mənbələrinin inkişafı və Xəzər dənizinin mühafizəsi üzrə layihələr uğurla davam etdirilir, deyə M.Hüseynov vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli yenidənqurma və bərpa işlərinin həm vətəndaşlarımız, həm də xarici qonaqlar tərəfindən böyük heyranlıqla qarşılandığını da söyləyən şöbə müdiri qeyd edib ki, insanlar Qarabağ və Şərqi Zəngəzura hər növbəti səfəri zamanı yeniyeni nailiyyətlərin şahidi olurlar.

Mətin Hüseynov həmçinin əlavə edib ki, son illərdə Bakı şəhərində IDEA İctimai Birliyi ilə birgə çoxsaylı layihələr icra olunub. Atatürk, Nizami Gəncəvi, Gənclik və Xəqani bağı kimi parklar tamamilə yenidən qurularaq sakinlərin və qonaqların ixtiyarına verilib. Xüsusilə Xəqani bağında piyada zonalarının genişləndirilməsi həm sakinlərin rahatlığı, həm də şəhər mühitinin müasirləşdirilməsi baxımından mühüm addımdır.

Biz təkcə mərkəzi deyil, həm də paytaxtın qədim kənd və qəsəbələrini diqqətdə saxlayırıq. Bibiheybət, Ramana, Balaxanı kimi ərazilərdə bərpa və abadlıq işləri aparılır.

O qeyd edib ki, əsas məqsəd binaları öz tarixi üslubuna uyğun bərpa etməklə yanaşı, həm də insanların yaşayış şəraitini yaxşılaşdırmaq və mədəni irsimizi qorumaqdır.

  •  

“İctimai proseslər media müstəvisində”: III Forum │ FOTOLAR

Azvision.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara Şəhərsalma və Memarlıq İlinə həsr edilmiş videoçarx təqdim olunub.

Çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, MEDİAnın və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub.

O vurğulayıb ki, müstəqillik illərində Ulu Öndərin müəllifi olduğu quruculuq xətti dövlətimizin qüdrətini və xalqımızın estetik zövqünü bütün dünyaya nümayiş etdirib: Ulu Öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də WUF13ün Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərardır. WUF13ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün ictimai proseslərin böyük hissəsinin məhz rəqəmsal mühitdə baş verdiyinə diqqət çəkib. Onun sözlərinə görə, media və ictimai proseslər artıq yalnız xəbər istehsalı deyil, məlumatın sürəti, texnoloji platformalarla təhlükəsiz mühitdə ötürülməsidir. Rəqəmsal inkişaf isə medianın fəaliyyətinə yeni imkanlar və çağırışlar açır. Bu dəyişikliklər fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov rəqəmsal platformaların əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrildiyini deyib. O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir. Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiberoptik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq, deyə F.Qurbanov vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov isə vurğulayıb ki, ölkəmizdə Şəhərsalma və Memarlıq İlinin elan olunması dövlətimizin bu sahəyə verdiyi yüksək önəmin, həyata keçirilən ardıcıl islahatların və uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik strategiyası ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın əsasını qoyub. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Forumun keçirilməsində məqsəd ictimai proseslərin mediada işıqlandırılması səviyyəsinin artırılması, rəqəmsal mühitdə yaranan çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması və innovativ media həllərinin təşviq edilməsidir.

  •  

575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

Azvision.az xəbər verir ki, bu sözləri İctimai proseslər media müstəvisində mövzusunda III Forum çərçivəsində keçirilən paneldə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib.

O qeyd edib ki, aparılmış monitorinqlər nəticəsində 575 abidənin vəziyyəti artıq qiymətləndirilib: Abidələrin demək olar ki, hamısı müəyyən dərəcədə dağıntı və vandalizmə məruz qalıb, 68 abidə yer üzündən tamamilə silinib. Eyni zamanda, 114 abidə çox ağır dərəcədə dağıdılıb. Qalan abidələr isə müxtəlif həcm və miqyasda zərər görüb. Hazırda abidələrə dəyən zərərin hesablanması prosesi davam edir. İlkin rəqəmlərə görə, 434 abidəyə dəyən maddi ziyanın məbləği 700 milyon manatdan çoxdur.

Fariz Hüseynli monitorinqlər zamanı əvvəlki siyahılarda olmayan, lakin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 212 yeni obyektin də aşkar edildiyini diqqətə çatdırıb: Ötən il bu obyektlərdən 44ü artıq rəsmi siyahıya əlavə olunub və mühafizəsi təşkil edilib. Siyahıda olan 130dan çox abidənin monitorinqi hələ ki, mümkün olmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkləndirilməsi ilə bağlıdır.

  •  

TƏBİB-ə yeni İcraçı direktor müavini təyin olunub

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlamışdır.
Əmək fəaliyyətinə 2011ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.

2021–2025ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

2025ci ildən etibarən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
O, 2024cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

  •  

Din xadimləri Azərbaycana gələcək

Xaricdə yaşayan soydaşlarımızla dinimənəvi əlaqələrin gücləndirilməsi, ortaq dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, maarifləndirmə fəaliyyətinin sistemli şəkildə genişləndirilməsi məqsədilə təşkil ediləcək səfər çərçivəsində Zəngəzur yolu – tarixin izi ilə mövzusunda konfrans keçiriləcək. Konfransda ortaq millimənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin möhkəmləndirilməsi, bu sahədə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılacaqdır.

Səfər proqramına, həmçinin Naxçıvanda yerləşən tarixidini abidələrin ziyarəti daxildir.

40dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər mayın 6dək davam edəcək

  •  

"Azərbaycan mediası peşəkar institutlaşma mərhələsinə qədəm qoyub"

Bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov İctimai proseslər media müstəvisində mövzusunda III Forumun açılışında deyib.

O qeyd edib ki, mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcək.

Azərbaycan mediası mühüm qlobal tədbirlərin işıqlandırılmasında artıq beynəlxalq standartlara cavab verən zəngin təcrübə və peşəkar institutlaşma mərhələsinə qədəm qoyub. Müstəqillik tariximizin ən böyük qlobal tədbiri kimi ölkəmizin 2024cü ildə uğurla ev sahibliyi etdiyi COP29un keçirilməsi zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atıb. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda, qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olublar.

COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlətmediacəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq, deyə Əhməd İsmayılov vurğulayıb.

  •  

“Sərhəd” hərbi-idman oyunlarının finalının açılış mərasimi olub

Dövlət Sərhəd Xidməti (DSX), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sərhəd hərbiidman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilmişdir.

DSXdan bildirilib ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103cü ildönümü ərəfəsində keçirilən hərbiidman oyunlarına respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi cəlb olunub.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz vətənpərvər, sağlam düşüncəli və yüksək fiziki hazırlığa malik gənclərin yetişdirilməsi olduğu vurğulanıb.

Qeyd olunub ki, məktəblilərin hərbifiziki hazırlığının gücləndirilməsi, onların vətənə, xalqa, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Ali Baş Komandana sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də sərhədçi peşəsinə marağın artırılması baxımından Sərhəd hərbiidman oyunları mühüm əhəmiyyət daşıyır.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir iştirakçıları və qonaqlar Yevlax şəhər Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramını izləyiblər.

Məlumat üçün bildirək ki, 1ci və 2ci mərhələləri uğurla yekunlaşan yarışın final mərhələsinə Naxçıvan Muxtar Respublikasından Sərhədçi, Şəki şəhərindən Qartal, Mingəçevir şəhərindən Qartal, Sumqayıt şəhərindən Dənizçi, İmişli rayonundan Turan, Cəlilabad rayonundan Musalı, Lerik rayonundan Çayrud, Qusar rayonundan Zeyxur, Zaqatala rayonundan Alazan, Şəmkir rayonundan Mübarizlər, Qazax rayonundan Dəli Kür komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində keçirilən oyunların final mərhələsi may ayının 6dək davam edəcək.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti döyüş fəaliyyəti, məişət şəraiti ilə yaxından tanış olacaq, ekskursiyalarda, mədənikütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcək.

  •  

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  •  

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

Səməd Vurğun küçəsi (A.A.BakıxanovM.Mirqasımov küçəsi arası)
Rəşid Behbudov küçəsi (S.RəhimovS.Zeynalov küçəsi arası)
Vaqif prospekti (C.HacıbəyliS.Vurğun küçəsi arası)

Tarix və vaxt:

01 may saat 23:00dan 04 may saat 07:00dək hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Xarici Dairəvi yolda (20 Yanvar istiqaməti)

01–03 may tarixlərində, hər gün saat 07:00–23:00dək qismən məhdudiyyət

01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət.

Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.

  •  

“Akinak” tammetrajlı bədii filmi Nizami Kino Mərkəzində | FOTOLAR

AzVision.az xəbər verir ki, tədbirdən əvvəl çıxış edən Kino Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Turan Məmmədli ekran əsəri barədə məlumat verib.

Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov qeyd edib ki, tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olan qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan Akinak qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar, deyə o əlavə edib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Narimanfilm MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoylar, quruluşçu operatoru Ruslan Ağazadədir.

Ekran əsəri mayın 1dən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.




AzVision.az

  •  

Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Aidiyyəti hüquqmühafizə orqanlarının əməkdaşlarından ibarət istintaqəməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmətibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.

Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquqmühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyataxtarış tədbirləri həyata keçirilir.

AzVision.az

  •  

Azərbaycan derbisində start heyətlər bəlli olub

AzVision.az xəbər verir ki, komandalar saat 20:00da Palms Sports Arenada təşkil olunacaq Azərbaycan derbisinə aşağıdakı heyətlərlə çıxacaqlar:

Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanskiy, 47. Murad Məmmədov, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.

Baş məşqçi: Yuri Vernidub.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 17. Kamilo Duran.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.

Baş məşqçi: Qurban Qurbanov.

AzVision.az

  •  

Çörəyin bahalaşacağı ilə bağlı xəbərə I Reaksiya

AzVision.az xəbər verir ki, bu barədə Reporta Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, Agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqət mərkəzində saxlayır.

Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir, Agentlikdən bildirilib.

AzVision.az

  •  

Qarabağda torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi elan edildi

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, icarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.

İnvestisiya layihəsi əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq istiqamətlərini əhatə edir. Ərizələrin qəbulu 30 aprel saat 09:00da başlayır və 15 iyun saat 18:00da başa çatır. Ərizələr Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az) vasitəsilə qəbul ediləcək.

Qeyd edək ki, investisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd, Xocalı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdərə, Ağdam, Qubadlı və Laçın üzrə 21 039 hektar ərazini əhatə edir.

  •  

Məlik Abbasov: "Şuşanı yaşamaq lazımdır"

​Şuşanı yalnız eşitmək və görmək kifayət deyil, Şuşanı yaşamaq lazımdır — bu fikirləri Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məlik Abbasov Şuşa – İƏTin turizm paytaxtı 2026 tədbirinin açılış mərasimindən sonra media nümayəndələrinə müsahibəsində deyib.

Şöbə müdiri bildirib ki, 2023cü ildə Ərdəbil şəhərində keçirilən İƏT Nazirlər İclasında Şuşa şəhəri 2026cı il üçün təşkilatın turizm paytaxtı elan edilib.

​M.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026cı ildə Şuşada silsilə tədbirlərin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb. Hazırkı tədbir bu çərçivədə atılan ilk addımdır və burada bütün üzv ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.

​Turizm rəsmisi qarşıdakı günlərdə və il ərzində planlaşdırılan fəaliyyətlər barədə də ətraflı məlumat verib.

Onun sözlərinə görə aprelin 28də qastronomiya festivalı və turizm üzrə yüksək ekspertlərin iclası keçiriləcək.

​Aprelin 29da növbəti 7ci Nazirlər Görüşü təşkil olunacaq.

Eyni zamanda ​il ərzində İƏTə üzv ölkələrin turizm sənayesi və media nümayəndələrinin Şuşaya mütəmadi səfərləri təşkil olunacaq.

​İlin sonunda isə fəaliyyətlərin yekunu olaraq böyük bağlanış mərasimi keçiriləcək.

Azərbaycanın təşkilatla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən agentlik rəsmisi, ölkəmizin bir neçə mühüm yeniliyə imza atdığını xatırladıb. Onun sözlərinə görə, bu gün ənənəyə çevrilmiş turizm operatorlarının görüşünün ilk təşəbbüskarı Azərbaycan olub və ölkəmizdə bütün üzv ölkələrin faydalandığı Turizm Təhsili Şəbəkəsi yaradılıb.



  •  

İƏT- in baş katibi: "Şuşanı dünyaya tanıdacağıq"

​Xəbər verdiyimiz kimi aprelin 27də Şuşa şəhərində Şuşa – İƏTin turizm paytaxtı 2026 tədbirinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak ediblər.

​Mərasim çərçivəsində jurnalistlərə açıqlama verən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan Şuşanın beynəlxalq turizm xəritəsindəki artan rolunu və regionun turizm potensialını yüksək qiymətləndirib.

​Əsəd Xan Şuşaya ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək bildirib ki, şəhərin turizm paytaxtı seçilməsi regionda turizmin təşviqi istiqamətində atılan strateji addımlardan biridir.

Baş katib qeyd edib ki, bu status çərçivəsində İƏT Azərbaycan hökuməti və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edərək, Şuşanın təbiətini, mədəniyyətini və tarixi irsini dünyaya nümayiş etdirmək üçün silsilə tədbirlər həyata keçirəcək.

​Bu arada Dövlət Turizm Agentliyindən verilən məlumata görə, 2026cı il ərzində Şuşada üzv ölkələrin turizm sənayesi və media nümayəndələrinin iştirakı ilə müxtəlif görüşlər, nazirlər səviyyəsində toplantılar və digər genişmiqyaslı tədbirlər planlaşdırılır.

​Xatırladaq ki, Şuşa şəhəri 2023cü ildə Ərdəbildə keçirilən İƏT nazirlərinin iclasında 2026cı il üçün təşkilatın turizm paytaxtı seçilib. Təşkilatın rotasiya planına əsasən, 2027ci ildə bu statusu Pakistanın Lahor şəhəri daşıyacaq.

S. Həsənova
AzVision.az


  •  

Azərbaycan-Çexiya biznes-forumu: Liderlərin çıxışları+Fotolar

Prezident İlham Əliyevin çıxışı

Çox şadıq ki, Baş nazir Babişin rəsmi səfəri zamanı Çexiyanın böyük biznes nümayəndə heyəti onu müşayiət edir. Bu, biznesin birgə aparılmasında qarşılıqlı marağın çox aydın işarəsidir. Adətən, işgüzar dairələr öz qərarını layihənin gəlirliyi ilə bağlayır, lakin eyni zamanda, bir çox məsələlər hüquqi əsaslar və siyasi ölçülərdən asılı olur.


Beləliklə düşünürəm ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Fikrimcə, bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.

Bu gün artıq qeyd olunduğu kimi, biz Baş nazir Babişlə üç ay əvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdə görüşürük. Bir sözlə, bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün siyasi gündəliyin, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, biz, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq. Biz konkret layihələrə toxunduq və birmənalı olaraq biznesforumda bütün həmin məsələlər nəzərdən keçirilir.

Əlbəttə, hüquqi çərçivəyə əlavə, hər hansı sərmayədar üçün potensial sərmayələr sahəsində iqtisadi vəziyyət də vacibdir. Auditoriyanı məlumatlandıra bilərəm ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir. Əslində, məzənnə dəyişməz olaraq qalır. 2017ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir. Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. Son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz, xüsusilə də beynəlxalq gündəliyin qarışıq vaxtlarında.


Biz borcalmanı azaldaraq maliyyə sistemimizin gücləndirilməsinə nail olduq. Əslində, biz xarici borcu aşağı salmaq üçün bir neçə il əvvəl əsas borcalmaları dayandırdıq. Hazırda biz yenidən borcalmaya başladıq, çünki indi xarici borc ÜDMin cəmi 6,1 faizini təşkil edir.

İnfrastruktur layihələri. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur. Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq. Məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalq təcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, Moodys Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.

İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, əvvəlcə bildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə Azərbaycana səfər etdiyinə görə Baş nazir Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin birbirinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neftkimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq.


Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır. Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyinəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq.

Həmçinin bu gün cənab Baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir.

Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik.

Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu, sahələrdən biri ola bilər.

Bağlantı. Bu gün biz ŞərqQərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq.


Turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki, əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərində çalışmalıyıq.

Biz, həmçinin Azərbaycanın regionda artıq önəmli rol oynadığı hava ilə yükdaşımaları sahəsində potensial əməkdaşlığı müzakirə etdik. Bir çox digər sahələr də var. Əlbəttə ki, qeydlərimizdə bütün məsələləri əhatə etmək mümkün deyil. Lakin mən əminəm ki, biznes dairələri bu gün biznesin qurulması və dostyana mühitin yaradılması üzrə potensiala dair aydın anlayışla bir araya gəliblər. Ümid edirəm ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.

Baş nazir Andrey Babişin çıxışı

Ən dinamik ölkələrdən biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş ÇexiyaAzərbaycan biznesforumu üçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram.

Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Biz cənab Prezidentlə Davosda görüşmüşdük, bu səfəri razılaşdırmışdıq və burada olmağımdan şadam və şərəf hissi keçirirəm. Eyni zamanda, Sizi Praqada qəbul etmək üçün dəvəti də çatdırıram.

Ölkələrimiz arasında Birgə İqtisadi Komissiyanın təşkil edilməsi ilə bağlı ideya var və bizim tərəfdən bu komissiyaya birinci vitsepremyer cənab Havliçik rəhbərlik edəcəkdir. Hesab edirəm ki, bu komissiya işinə mümkün qədər tez – bu il başlamalıdır ki, biz bütün bu layihələrdə irəli gedə bilək.

Enerjiyə gəldikdə, biz Avropa İttifaqında enerjidən danışırıq. Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa İttifaqı Şurasına dörd məktub göndərib. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da ETS1, ETS2 ilə Avropa sənayesi məhv edilir, Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır. Biz buraya enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik, çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçısıdır, 42 faiz təchiz olunur. Siz bir nömrəli təchizatçımızsınız.


Biz buraya qazın ən böyük paylayıcısı olan ÇES şirkəti ilə gəlmişik və əlbəttə ki, uzunmüddətli əməkdaşlığı, uzunmüddətli müqaviləni, ikitərəfli investisiyaları müzakirə etməyə çox şad olardıq. Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və əlbəttə ki, bizim bu məsələyə çox böyük marağımız var. Hər ikimiz etibarlı tərəfdaş olduğumuzu bilirik və bizim əməkdaşlığımız qarşılıqlı hörmətə və etibara əsaslanır. 2025ci ildən indiyədək ticarət dövriyyəsi 1,75 milyard avro təşkil etmişdir və bu, əsasən xam neftin təchizinə görə olmuşdur. Lakin gələcəkdə şaxələndirmə üçün böyük potensial mövcuddur. Məhz buna görə, cənab Prezident, çox önəmli 50 Çex şirkətinin nümayəndələri ilə buraya təşrif buyurmuşam və Sizi bu gün burada bizimlə bir yerdə olan bu konkret şirkətlərlə tanış etmək istəyirəm. Biz enerji üzrə həllərin tam spektrini təklif edən kurasiyamızda olan bir qrup ixtisaslaşmış şirkətləri bir araya gətirmişik. Bu gün burada təmsil olunmuş şirkətlər arasında ÇES, Inco Engineering, Provico, TTC Marconi, ZPA Pečky, ZVVZ Engineering və ŽDAS var.

İcazə verin, həmçinin müdafiə sektorunda fəaliyyət göstərən bir qrup şirkəti Sizə təqdim edim və Siz artıq onlarla tanışsınız. Çex Respublikası 1939cü ildə dünyada hərbi avadanlıq və silahların ən böyük istehsalçısı idi. Burada Çexiya və Slovakiya qrupu da təmsil olunur, birgə müəssisələr, investisiyalar, L39NG Aero Vodochody, CSG Aerospace, Česká Zbrojovka, Colt, Excalibur International, Explosia, VOP CZ, Omnipol və Livance SRO Meteopress, biz bu layihələri müzakirə etmişik. Bütün bu şirkətlər Sizin xüsusi ehtiyaclarınıza uyğun hərtərəfli çeşiddə məhsul və inteqrasiya olunmuş həlləri təklif edirlər. Nümayəndə heyətimiz müasir nəqliyyat mühəndisliyində ən yaxşı həlləri təcəssüm etdirir. Bu şirkətlər qatarlar və dəmir yolu texnologiyasından tutmuş, qabaqcıl nəqliyyatı idarəetmə sistemi və ağıllı infrastruktura qədər hər şeyi təmin edirlər. Onlar bizə daha da sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkəsini qurmağa kömək etmək üçün buradadırlar. Əlbəttə ki, ŠKODA Transportation və Çexiyada çox önəmli və iqtisadi qrup olan PPFin üzvü olan ŠKODA şirkətlər qrupunun Bakı metrosunda keçirilən tenderdə uğur qazanması bizi çox şad edərdi. Həmçinin AŽD Praha, CZ Loco, Daco və Tatra Export şirkətləri də burada təmsil olunur. Burada olan bütün bu şirkətlər çox konkret layihələr təqdim ediblər və mən əminəm ki, bizimlə işbirliyi qursanız, bundan çox məmnun qalarsınız.

Həmçinin geologiya və mədən sənayesi sektorunu təmsil edən ixtisaslaşmış Česká geologická služba və Frýdlantské strojírny, TR, SRO şirkətlərini də təqdim etmək mənim üçün şərəfdir. Bu şirkətlər suyun idarəedilməsi və dayanıqlılıq məsələlərində ixtisaslaşmış şirkətlərdir. Burada MEGA, Chemoprojekt və maliyyə sektorunda fəaliyyət göstərən Czech Export Bank, Exportní garanční a pojišťovací společnost, analitik texnologiyalar və laborator şəbəkə xidmətləri üzrə fəaliyyət göstərən JTH Holding şirkətləri də var.


Bu gün müzakirələrimizin təbii ki, sənaye və iqtisadi artıma fokuslanmasına baxmayaraq, biz tərəfdaşlığın texnologiya və ticarətdən daha dərin olduğunu hesab edərək, onun, eyni zamanda, mədəniyyəti, təhsili və sosial məsuliyyəti əhatə etdiyini düşünürük. Bu kontekstdə musiqi alətləri üzrə ixtisaslaşmış və ümumdünya miqyasında tanınmış şirkət olan Petrovu salamlamaq istəyirəm. Bundan əlavə çox vacib məsələni də Sizin diqqətinizə çatdırmaqdan fərəh hissi keçirirəm. Burada təmsil olunan şirkət və təşkilatlardan bəziləri sosial tərəqqiyə, xüsusilə qadınların cəmiyyətdə və peşəkar sahədə roluna dərindən bağlıdırlar. Bunu nəzərə alaraq, mən Qadın Sahibkarlarının və Menecerlərinin Çexoslovak Moraviya Assosiasiyası olan FCEMi salamlamağa çox şadam. Bu şirkətlər müvafiq sənayelərin zirvəsini təmsil edərək onilliklər ərzində davam edən Avropa ənənələrini bu gün qlobal bazarları müəyyənləşdirən müasir innovasiyalarla birləşdiriblər. Beləliklə, şirkətlərin siyahısı budur, çox böyük maraq var idi və biz yəqin ki, siyahıya 100 şirkəti əlavə edə bilərdik. Lakin, cənab Prezident, biz düşündük ki, müəyyən seçimlər etməliyik. Beləliklə, bu siyahı Çex şirkətlərinin gözəl ölkənizə və sizinlə iş qurmağa olan marağını əks etdirir.

İndi isə şirkətləri öz təklifləri ilə çıxış etməyə dəvət edirəm. Hesab edirəm ki, bugünkü forum, əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər. Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur.

Çox sağ olun. Mən Sizi Praqada qəbul etməyi səbirsizliklə gözləyirəm və bundan əvvəl ümid edirəm ki, nümayəndələrimiz bu layihələri irəli aparacaq və ticarət dövriyyəmiz xeyli artacaq.

  •  

“TurAz Qartalı - 2026” başladı │ FOTOLAR


Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.


Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.

Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.


Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.

  •  

Xameneyi Putinə məktub göndərib

O vurğulayıb ki, Moskva Tehranla strateji tərəfdaşlığını davam etdirmək niyyətindədir, İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun hərəkət edəcək.

Əraqçi İran ilə Rusiya arasındakı münasibətlərin strateji xarakter daşıdığını və möhkəmlənəcəyini bildirib. Onun sözlərinə görə, İran xalqı xarici təzyiqlərə müqavimət göstərməyə qadirdir və öz maraqlarını müdafiə etməyə davam edəcək.

  •  

İsrail prezidenti Qazaxıstana gedib

Qazaxıstan Prezidentinin iqamətgahında İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.

Tədbir zamanı dövlət başçıları rəsmi nümayəndə heyətlərinin üzvlərini birbirinə təqdim ediblər.

Fəxri qarovul rəisi qarşılama raportu verib, Qazaxıstan və İsrailin Dövlət himnləri səsləndirilib.

  •  

Dövlət Komitəsinin sədri Polşa müsəlmanlarının təmsilçisi ilə görüşüb

Görüş zamanı Azərbaycan ilə Polşa arasında dini sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlərin önəmi müzakirə olunub.

Ramin Məmmədov ölkəmizdə dini təhsil sahəsində aparılan islahatlardan, ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərdən və dini maarifləndirmə sahəsində reallaşdırılan layihələrdən bəhs edib. O, dini və mədəni müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi kimi qorunmasının vacibliyini vurğulayaraq, bu dəyərlərin gələcək nəsillərə sağlam və davamlı şəkildə ötürülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin dini təhsil sahəsində ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Tomaş Mişkeviç Azərbaycanın regionda artan rolunu, ölkəmizin sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərdə fəal iştirakını qeyd edib. Bununla yanaşı, dinlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın mövqeyini önə çəkərək, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrin müsbət nəticələrinə diqqət çəkib.

Görüşdə Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski də iştirak edib.

  •  

Şuşa – İslam ölkələrinin turizm paytaxtı │ FOTOLAR


Tədbir çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub, solistlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.


Şuşa – İƏTin turizm paytaxtı 2026 çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.


Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7ci görüşünün keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, 2023cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5ci iclasında Şuşa şəhəri 2026cı il üçün İƏTin turizm paytaxtı elan edilib.


Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Şuşa şəhərinin 2026cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur.





  •  

Azərbaycan–Ukrayna münasibətlərinin siyasi çəkisi

Dövlət başçısının vurğuladığı kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi münasibətlərin formal deyil, dinamik və real siyasi məzmun daşıdığını göstərir. Bu, sadəcə diplomatik aktivlik deyil, iki ölkənin birbirini strateji tərəfdaş kimi qəbul etməsinin açıq təzahürüdür. İlham Əliyevin 2022ci ilin yanvarında Kiyevə səfəri və ondan sonra intensivləşən təmaslar Ukrayna–Azərbaycan əlaqələrinin yeni mərhələyə keçdiyini göstərmişdi. Bu gün həmin siyasi xətt daha da möhkəmlənir.

Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər 31 yanvar 1992ci ildə qurulub. 1996cı ildə Ukraynanın Azərbaycanda, 1997ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi fəaliyyətə başlayıb. Münasibətlərin hüquqi bazasını isə 2000ci il tarixli Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə, eləcə də 2008ci ildə Kiyevdə imzalanmış Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə formalaşdırır. Həmin sənədlər iki dövlətin birbirinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə dəstəkləməsini siyasi öhdəlik səviyyəsinə qaldırıb. 

Bu siyasi yanaşma təsadüfi deyil. Həm Azərbaycan, həm də Ukrayna müasir tarixlərində ərazi bütövlüyü və suverenlik məsələsini milli təhlükəsizliyin mərkəzinə qoymuş dövlətlərdir. Məhz buna görə beynəlxalq hüququn prinsiplərinə söykənən qarşılıqlı dəstək iki ölkə arasında münasibətlərin əsas sütununa çevrilib. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda nümayiş olunan qarşılıqlı siyasi həmrəylik də bunun davamıdır. 

Prezident İlham Əliyevin bəyanatında enerji sahəsinə xüsusi yer ayrılması da strateji məntiq daşıyır. SOCARın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi yalnız iqtisadi iştirak deyil, eyni zamanda etibarlı tərəfdaşlıq nümunəsidir. Energetika artıq sadəcə kommersiya sahəsi deyil, regional təhlükəsizlik və geosiyasi dayanıqlıq məsələsidir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyi məsələsində Ukrayna üçün mühüm tərəfdaş olaraq çıxış edir. Birgə investisiya layihələri, yeni təşəbbüslər və sərmayə qoyuluşu ilə bağlı aparılan müzakirələr göstərir ki, tərəflər münasibətləri yalnız qorumaq yox, genişləndirmək niyyətindədir.

Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi, əvvəlki illərdə isə bir milyard dollara yaxınlaşması iqtisadi potensialın real göstəricisidir. Prioritet istiqamətlər arasında energetika, nəqliyyat, aqrarsənaye, logistika və qarşılıqlı investisiya xüsusi yer tutur. 2022ci ildə əldə olunmuş razılaşmalar isə bu əməkdaşlığın həcmini iki dəfə artırmaq məqsədini ortaya qoymuşdu. 

Hərbitexniki əməkdaşlıq məsələsinin gündəmdə olması isə münasibətlərin strateji dərinliyini daha aydın göstərir. Həm Azərbaycanda, həm də Ukraynada müdafiə sənayesinin inkişafı birgə istehsal və sənaye kooperasiyası üçün ciddi imkanlar yaradır. Bu sahədə əməkdaşlıq yalnız müdafiə gücünün artırılması deyil, həm də texnoloji tərəfdaşlıq və sənaye modernləşməsi baxımından əhəmiyyətlidir.

Bununla yanaşı, Azərbaycanın Ukraynaya humanitar dəstəyi də münasibətlərin insani ölçüsünü ortaya qoyur. Rəsmi Bakı təkcə siyasi bəyanatlarla deyil, konkret addımlarla da bu tərəfdaşlığı nümayiş etdirir. Ukraynaya humanitar yardım üçün vəsait ayrılması, enerji avadanlıqlarının göndərilməsi və davamlı dəstək xətti Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir. 2025ci ildə bu məqsədlə əlavə maliyyə vəsaitinin ayrılması da bunu bir daha təsdiqlədi. 

Bugünkü reallıq göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri situativ maraqlara deyil, uzunmüddətli siyasi etimada əsaslanır. Prezidentlərin müntəzəm təmasları, hökumətlərarası komissiyaların fəaliyyəti, parlamentlərarası əməkdaşlıq və iqtisadi layihələr bu münasibətləri institusional dayanıqlığa çevirib.

Prezident İlham Əliyevin dediyi kimi, bugünkü səfər Azərbaycan–Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfədir. Bu, sadəcə diplomatik nəzakət cümləsi deyil, regionun dəyişən geosiyasi mənzərəsində iki dövlətin birbirinə verdiyi siyasi mesajdır: suverenlik, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulan münasibətlər zamanın sınağından keçir və daha da güclənir.

Məhz buna görə Azərbaycan–Ukrayna əlaqələri yalnız iki ölkə arasında münasibət deyil — bu, prinsipial dövlət davranışının, siyasi etibarın və gələcəyə hesablanmış tərəfdaşlığın nümunəsidir.

  •  

Qaz Şəbəkəmiz də ağıllı olacaq



Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi layihəsinin əsas məqsədi abonentlərə qaz istehlakını izləmək, daha dəqiq hesablamalar aparmaq və rəqəmsal xidmətlərdən rahat istifadə imkanı yaratmaqdır. Layihə Azərbaycanda qaz paylama sisteminin qısa zamanda rəqəmsallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və beynəlxalq enerji idarəetmə standartlarına uyğunlaşdırılmasını hədəfləyir.

COP29 çərçivəsində SOCAR ilə Esyasoft Holding LTD şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinin icrası çərçivəsində həyata keçirilən Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi layihəsi ölkənin davamlı inkişaf prioritetlərinə, rəqəmsal iqtisadiyyatının inkişafı strategiyasına uyğun olmaqla Azəriqaz İBnin rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verəcək. Ətraf mühit dayanıqlılığı prinsiplərinə əsaslanan layihə qaz itkilərinin azaldılması və karbon emissiyalarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihə abonentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir:
• İstehlak həcminin daha yüksək dəqiqliklə ölçülməsi, mobil tətbiq və onlayn platformalar vasitəsilə gündəlik izlənməsi
• Müştəri müraciətlərinin süni intellektin köməyi ilə anında cavablandırılması
• Qaz şəbəkəsində potensial təkmilləşdirmə imkanlarının vaxtında və effektiv şəkildə müəyyən edilməsi
• Texniki proseslərdə dayanıqlılığın təmin olunması üçün operativ tədbirlərin görülməsi
• Sayğac məlumatlarının avtomatik ötürülməsi nəticəsində ənənəvi oxuma proseslərinin optimallaşdırılması və mərhələli şəkildə aradan qaldırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və sistem etibarlılığının möhkəmləndirilməsi

Quraşdırma prosesi əhali abonentləri üçün tamamilə ödənişsiz olmaqla, sadə və operativ şəkildə həyata keçiriləcək. Rəsmi bildirişdən sonra bildirişdə göstərilən müddət ərzində abonentlər tərəfindən şərait yaradılacağı halda mütəxəssislərimiz 30–45 dəqiqə ərzində yeni ölçmə mexanizminin quraşdırma işlərini aparacaq və istifadə qaydaları barədə ətraflı məlumat təqdim olunacaq.

Azəriqaz İBnin Baş direktoru Azər Məmmədov layihənin əhəmiyyətini vurğulayaraq bildirib:
Bu təşəbbüs texnoloji yenilənmə ilə yanaşı, vətəndaşlara göstərilən xidmət keyfiyyətində yeni mərhələnin başlanğıcıdır. Rəqəmsal həllər sayəsində biz daha səmərəli, təhlükəsiz və dayanıqlı qaz təchizatı sistemini formalaşdırırıq. Qarşıdakı illərdə bu layihə Azərbaycanın qaz təchizatı infrastrukturunun rəqəmsal transformasiyasının əsas dayaqlardan birinə çevriləcək.

Qeyd edək ki, sözügedən layihənin icrası, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl texnologiyaların ölkədə tətbiqinə və milli texnoloji potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.

  •  

Problem aparatda deyil, qavramadadır - Məleykə Abbaszadə

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər adlı tədbirdə deyib.
Bəzən elə hesab edilir ki, aparatla bağlı problem var. Halbuki bu, normal prosesdir. Dinlədikcə, diqqətlə izlədikcə və məzmunu anlamağa çalışdıqca məlumatı qavramaq mümkündür. Hazırda buraxılış imtahanları nəticələrinin yaxşılaşmasını tədris dilində görürük. Amma riyaziyyatda o qədər də sıçrayış yoxdur. Lakin bu sıçrayış xarici dildə var, DİM sədri qeyd edib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva isə bildirib ki, 2021–2022ci illərdə pandemiya ilə əlaqədar olaraq xarici dillər üzrə açıq tipli tapşırıqların ya ümumiyyətlə tətbiq olunmaması, ya da çox az istifadə edilməsi nəticələrə birbaşa təsir göstərib. Bu dövrdə imtina göstəricilərində fərqli dinamika müşahidə olunub və bu amil sonrakı illərin nəticələri ilə müqayisədə nəzərə alınmalıdır: Növbəti illərdə açıq sualların tətbiqi genişləndirildikcə, bu tip tapşırıqlara yanaşmada dəyişikliklər baş verib. Əvvəl azalma müşahidə olunsa da, sonrakı mərhələdə açıq tapşırıqların payı artdıqca imtina göstəricilərində də müəyyən artım qeydə alınıb.


Könül Hacıyeva qeyd edib ki, 2025–2026cı tədris ilində ilk dəfə olaraq xarici dil üzrə şəkil əsasında hekayə qurmaq tələb edən yazı tapşırığı tətbiq olunub. Bu yeniliyə şagirdlərin münasibəti ümumilikdə müsbət olub. Baxmayaraq ki, bəzi hallarda imtina edənlərin sayı artsa da, ümumi göstəricilərdə əvvəlki illərlə müqayisədə daha yaxşı nəticələr müşahidə edilib. O, açıq tipli tapşırıqların mərhələli şəkildə artırılmasının şagirdlərin yazı və düşünmə bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan yaratdığını əlavə edib.

  •  

Azərbaycan Çexiya ilə birgə hərbi təyinatlı məhsullar istehsal edəcək

Bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında deyib.

Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib: Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.

  •  

İlham Əliyev Çexiyanın baş naziri ilə görüşüb │ FOTOLAR

Aprelin 27də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

Mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznesforumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.


Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.

Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.

Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha ÇexiyaAzərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.

Baş nazir Andrey Babişin bəyanatı

Burada, iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə Sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk.
Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.


Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.

Cənab Prezident, biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə defakto bizim strateji tərəfdaşımız ola bilər.

Çox şadam ki, Siz Hökumətlərarası Komissiyanın iclasını keçirməyi təklif etmisiniz və düşünürəm ki, Sizin tərəfdən komissiyaya təyinatı artıq öyrənmişik. Bizim tərəfdən isə Baş nazirin birinci müavini Karel Havliçek olacaq və o, danışdığımız bütün məsələləri əhatə edəcək.

Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın: onun bəzi direktivləri, əslində, qeyriAvropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzunmüddətli müqavilələri imzalamağa hazırıq.


Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. ŞKODA Daşımalar ölkəmizin, bəlkə də ən iri iqtisadi PPF Qrupunun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. Çekoslova Qrup burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.

Aero Vodoxodı şirkəti köhnəlmiş L39 təyyarələrinə defakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni L39NG təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. Kolt şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır.

Bir sözlə, bu haqda biz bu gün biznesforumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yükdaşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlovı Varıda yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu, Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi. Bir sözlə, bu gün bir çox məsələləri müzakirə etdik.


Bütün bunlardan çox məmnunam. Çox yaxşı hisslər keçirirəm. Söhbətimiz xüsusi oldu və təbii ki, biz, ümumiyyətlə, dünyadakı vəziyyət haqqında danışdıq. Lakin bu gün buraya iqtisadi münasibətlərimizi sürətləndirməyə və intensivləşdirməyə gəlmişik. Həmin layihələrin sayı çoxdur. Biz hazırıq, sürətli və çevik olacağıq.

Ayırdığınız vaxta, ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm. Bütün bunları, həqiqətən yüksək dəyərləndirirəm.

  •  

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək

Bu məsələ parlamentin aprelin 27də keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, Təhsil haqqında və Minatəmizləmə fəaliyyəti haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Bildirilib ki, bu Qanun layihəsi minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə hazırlanıb.

Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, Təhsil haqqında Qanuna təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycanın təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsilhaqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026cı il sentyabrın 15dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

  •  

“Cənnətin iqamətgahı” — Ordubad haqqında yeni film çəkilir

Cənnətin iqamətgahı adlı sənədlietnoqrafikmusiqili film mədəni yaddaşın vizual və akustik rekonstruksiyası kimi düşünülüb — məkanın tarixini yalnız təsvir etməklə deyil, onu eşidilən və hiss edilən bir təcrübəyə çevirməklə təqdim olunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ISESCOnun tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya dəstəyi ilə Azernyumedia Şirkətində Cənnətin iqamətgahı adlı sənədlietnoqrafikmusiqili filmin istehsalına başlanır.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycanın qədim yaşayış məkanlarından biri olan Ordubad şəhərinin zəngin mədənitarixi irsini, etnoqrafik xüsusiyyətlərini, çoxqatlı adətənənələr sistemini və islam mədəniyyətinin izlərini kompleks şəkildə təqdim etməyi hədəfləyir. Çəkilişlərin 2026cı ilin may ayında başlanması planlaşdırılır. Film klassik sənədli yanaşmadan kənara çıxaraq, etnoqrafiya ilə musiqini vahid dramaturji xəttə çevirir. Ordubadın məhəllələri, dinimemarlıq abidələri və təbii landşaftı tək vizual fon deyil, tarixi yaddaşın bir parçası kimi təqdim olunur.

Ekran işində səslənəcək yerli bayatı nümunələri — Mingis, Ambaras, Sərşəhər — məkanın kollektiv yaddaşı ilə bağlılıq yaradır, keçmişlə bu gün arasında emosional körpü rolunu oynayır. Çəkilişlər Came məscidi kimi tarixi obyektlər də daxil olmaqla, bir sıra autentik məkanlarda aparılacaq.

Yaradıcı heyət

Layihə peşəkar kino mühitində tanınmış yaradıcı qrup tərəfindən həyata keçirilir:

* Ssenari müəllifi və quruluşçu rejissor – Kamran Qasımov
* Bəstəkar – Siyavuş Kərimi
* Təsvir rejissoru – Arif Zeynalov
* Səs supervayzeri – Yaşar Baxış
* Montaj rejissoru – Elçin Şükürov
* Maliyyə direktoru – Sevinc Xəllova

Filmin xronometrajı təxminən 45 dəqiqə nəzərdə tutulur. İstehsalın yay aylarında tamamlanması və beynəlxalq platformalarda nümayişi planlaşdırılır.
Ordubadın mədəni statusu uzun illərdir dövlət siyasətinin diqqət mərkəzindədir. Şəhərə 1977ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoruq statusu verilməsi bu yanaşmanın ilkin mərhələsini təşkil edib.

2024cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən Ordubad Dövlət TarixMədəniyyət Qoruğu yaradılıb.

Bundan əlavə, 2026cı ilin fevral ayında Ordubad şəhərinin ISESCOnun ilkin siyahısına daxil edilməsi onun beynəlxalq mədəni əhəmiyyətinin təsdiqi kimi qiymətləndirilir.

Bu layihə regional mədəni irsin vizuallaşdırılması, qeyrimaddi irsin (bayatı, yaddaş, məkan dili) qorunması, beynəlxalq platformalarda Azərbaycan mədəniyyətinin təqdimatını hədəf götürür.

Bu baxımdan Cənnətin iqamətgahı filmi Azərbaycan Mədəniyyəti – 2040 konsepsiyasının prioritetlərinə uyğun olaraq mədəni irsin rəqəmsal və kreativ transformasiyasının konkret nümunəsi kimi çıxış edir.

  •  

“Bəs Qurana and içmişdiniz?!” – Aida Eyvazlının Zöhran Məmdaniyə məktubu

NyuYork şəhərinin meri Zohran Məmdani, siz 1915ci il hadisələri ilə bağlı paylaşımınızda Azərbaycanı və Türkiyəni 2020ci ildə Qarabağın erməni əhalisinə hücumda və onları Qarabağdan qovmaqda ittiham etmisiniz. Siz bu hadisələri 100 il əvvəl başlamış soyqırım kampaniyasının davamı adlandırmısınız. Cənab Məmdani, sizin müsəlman, türk, ərəb tarixindən xəbəriniz varmı?! Azərbaycan və Türkiyə haqqında yazdıqlarınız göstərir ki, yox.

Mən sizdən fərqli olaraq, Amerikanın qırmızıdərililərə qarşı etdiyi soyqırımın tarixini gözəl bilirəm. Azərbaycan tarixini oxusanız, ortaq müsəlman tarixinə nəzər salmaq istəsəniz, o zaman Azərbaycanın və azərbaycanlıların, türklərin dünya tarixində etdikləri qəhrəmanlıqlardan, doğma torpaqlarını qorumaq üçün göstərdikləri fədakarlıq və şücaətlərdən xəbəriniz olardı. Yazıq o şəxsə ki, ittiham etdiyi, günahlandırdığı bir xalqın tarixini bilmədən, şayiələrə uyaraq danışır.

Mən sizə 1924cü ildə Atatürklə görüşdükdən sonra Amerikaya bu haqda məlumat verən general Harbordun yazdıqlarından bir neçə sətri xatırlatmaq istəyirəm. ABŞ Prezidenti Vudro Vilson tərəfindən Ermənistanla münasibətləri araşdırmaq üçün Yaxın Şərqə xüsusi komissiya göndərilmişdi. Generalmayor Ceyms Harbord araşdırmalarından sonra hazırladığı hesabatda yazmışdı: Ermənilərin qırğına məruz qaldığı iddiaları doğru deyil... Parisdən yola düşməzdən əvvəl Zaqafqaziyadan aldığımız teleqramlarda iddia edildiyi kimi, bütün səyahətimiz boyunca türklərin sərhədi keçib erməniləri qırmaq niyyətində olduqlarına dair heç bir əlamət görmədik.

Siz Amerikanı özünüzə Vətən bilirsinizsə, o zaman heç olmazsa, ittihamınızı əsaslandırmaq üçün gərək Generalmayor Harbordun Amerikanın arxivlərində saxlanılan hesabatı dərindən öyrənəydiniz. Tarixi qarışdırmaq, əsassız iddialar etmək rep oxumaq qədər asan deyil. Bir xalqın öz torpaqları uğrunda apardığı mübarizəni soyqırımın davamı adlandırmaq hansı vicdana, hansı məsləkə sığar?

Mən belə başa düşürəm ki, siz ermənilərin Daşnaksütunun Amerikadakı qalıqlarının və rus ordusunun köməkliyi ilə 1992ci ildə bizim tarixi torpaqlarımız olan Qarabağda və Xocalıda törətdikləri faciəni saya salmırısınız. Erməni separatçıları bizim xaqlqın nümayəndələrini öz tarixi torpaqlarından silah gücünə didərgin saldılar, onların malmülkünə sahib oldular. O zaman siz körpə idiniz 1 yaş 8 aylıq. Sizin yaşınızda olan azərbaycanlı körpələri erməni daşnakları güllələyib qılıncdan keçirmiş, analarının döşünü kəsib, zorlamışdılar.

Siz Nyu York şəhərinin meri seçiləndə Qurana əl basıb, and içmisiniz. Siyasi fəaliyyətinizə nəzər salanda görürüəm ki, insan haqlarının qorunması üçün bir çox kampaniyalarda iştirak etmisiniz. Bəs niyə bizim başımıza gələn faciələrə, əlimizdən zorla alınan torpaqlarımızda erməni gülləsi ilə həlak olan insanlara heç ürəyiniz yanmadı? Budurmu sizin andınız, Quranınız? Axı Quranda yazılır ki, məzlumun haqqını pozmazlar. Bəs Qarabağda 30 il doğma yurdlarından didərgin salınmış azərbaycanlıların haqqını görmək istəməməyinizin Tanrı tərəfindən necə qarşılanacağından xəbəriniz varmı?

Bu gün Amerika bir dövlət kimi Azərbaycanın yanındadır və Zəngəzur dəhlizinin açılmasında bizə yardımçı olur. Regiona bizim gətirdiyimiz sülhün tərəfdarıdır. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının Ağ Evdə imzalanması da sizə heç nə demirmi? Bəzən belə də olur, siyasətçilər siyasi meydana qatıldıqdan , öz məqsədlərinə çatdırdan sonra verdilklər andı, sözü unudurlar. Siz də Qurana and içəndə əhalisinin 80 faizi müsəlman olan azərbaycanlıların haqqını unutdunuz.
Tanrı haqq divanında sizin kimi insanları bağışlamır!

  •  

İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Məktubda deyilir:

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiqəlbdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əminamanlıq və firavanlıq diləyirəm.

  •  

23 minə yaxın şəxs amnistiyaya düşüb

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, amnistiya aktının icrası qeyrihökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.

Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13cü olan bu amnistiya aktı ümumilikdə 22 min 935 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 5348i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 3555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9714 şəxsə də amnistiya tətbiq olunub. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum olunmuş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda, şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1059 məhkum barəsində də amnistiya tətbiq olunub.

Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1583 olmaqla, ümumilikdə 3259 şəxs cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, 1996cı ildən etibarən ümumilikdə qəbul olunmuş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

  •  

Kürdə suyun səviyyəsi azalmağa başlayıb

Bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artıb, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmamış və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020ci il tarixli Sərəncamı ilə yaradılan Komissiyanın 23 aprel 2026cı il tarixində keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrıayrı rayonların ərazisində 30105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir. Əhali tərəfindən ölkə rəhbərliyinə, eləcə də yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılmasında göstərilən köməkliyə və operativliyə görə aidiyyəti qurumlara minnətdarlıq bildirilir, qurumdan bildirilib.

  •  

Bəzi yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraq aşağıdakı ünvanlarda təmir işləri aparılacaq:

• Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər)

• Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə Nərimanov metrosu istiqaməti).

Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00dan 23 aprel saat 17:00dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur, məlumatda qeyd olunub.

  •  

Sinif yoldaşını yandıran şagird həbs edildi

Yasamal Rayon Məhkəməsində təqdimata baxılıb və qərar qəbul edilib. Qərara əsasən, təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, aprelin 20də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb

  •  

İlham Əliyev Latviya Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edib

AzVision.az paylaşımı təqdim edir: Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə AzərbaycanLatviya münasibətlərini yüksək səviyyəyə qaldırdı. Əminəm ki, Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.

  •  

SOCAR və Çin şirkəti əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Bu barədə SOCARın prezidenti Rövşən Nəcəf X hesabında paylaşım edib.

Bu gün Çin Xalq Respublikasının BGP Inc. şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə səmərəli görüş keçirdik.

Görüş çərçivəsində SOCAR və BGP Inc. tərəfindən birgə təsis edilən Caspian Geo şirkətinin uğurlu fəaliyyətindən danışdıq, eyni zamanda cari layihələrin icrası, əməliyyat səmərəliliyinin artırılması və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq, paylaşımda qeyd edilib.

  •  

30 il əvvəl törədilmiş qətlin üstü açılıb: İki nəfər həbs edilib

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996cı il tarixdə Bakı şəhəri Neftçilər metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, QaraÇuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.

Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti QaraÇuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

22 aprel 2026cı il tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

  •  

Azərbaycan və Latviya prezidentlərinin bəyanatı | TAM MƏTN

Prezident İlham Əliyevin bəyanatı

Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz. Çox şadam ki, dəvətimi qəbul etmisiniz və ölkəmizə rəsmi səfərə gəlmisiniz. Siz əvvəlki vəzifənizdə olarkən dəfələrlə Azərbaycanda olmusunuz. Lakin Prezident kimi ilk dəfədir səfər edirsiniz. Mənim əvvəlki görüşlərdən, o cümlədən ötən ilin yanvarında Davosda keçirilmiş görüşdən çox əziz xatirələrim var. Bizimlə olduğunuza görə bir daha minnətdaram. Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq.


Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik, çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznesforum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Mən iştirakçıların siyahısına baxdım. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək.

Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə birbirimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznesforum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək.

Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər.

Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.


Biz, həmçinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə defakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.

Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz birbirimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm. Bir daha xoş gəlmisiniz və Sizə xoş səfər arzu edirəm.

Prezident Edqars Rinkeviçsin bəyanatı

Çox sağ olun, cənab Prezident

Əvvəla, mən Latviya nümayəndə heyəti adından və öz adımdan Sizin çox böyük qonaqpərvərliyinizə və səmimi qəbula görə minnətdarlığımı ifadə etmək istəyirəm.

Hesab edirəm ki, bu gün apardığımız müzakirələr çox müsbət, praqmatik olmuşdur və gələcək əməkdaşlığa yönəlmişdir.

Mənim Bakıya rəsmi səfərim, mənim Azərbaycan Respublikasına rəsmi səfərim əslində 2017ci ildə imzalanmış strateji tərəfdaşlığımızın prinsiplərini bir daha təsdiq edir.


Düşünürəm ki, bu gün qəbul etdiyimiz Bəyanatda strateji tərəfdaşlığımızı necə irəli aparmaq istədiymizlə bağlı bəzi addımlar atmışıq.

İcazə verin onu da deyim ki, nümayəndə heyətimə həm də bir neçə hökumət rəsmisi, – xarici işlər naziri, kənd təsərrüfatı naziri, Daxili İşlər Nazirliyinin dövlət katibi, Sərhəd Xidmətinin rəisi, – həm də geniş biznes təmsilçiləri daxildir. Mən iqtisadi əməkdaşlığa şərait yaratmaq üçün bu gün burada Bakıda keçiriləcək biznesforumunu səbirsizliklə gözləyirəm.

İqtisadi əməkdaşlığa gəldikdə, hesab edirəm və sizin də çox diplomatik şəkildə ifadə etdiyiniz qiymətləndirmənizlə tam razıyam ki, aramızdakı ticarət dövriyyəsi çox mülayimdir və artırılmalıdır. İnanıram ki, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq sahələrində çoxlu imkanlar var və biz təcrübələrimizin necə paylaşılması ilə bağlı bəzi praktiki yolları müzakirə etdik.

Bildiyiniz kimi, Latviya meşələr ölkəsidir və biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı, cənab Prezident, Sizin qarşıya qoyduğunuz planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik.

Həmçinin düşünürəm ki, keçən həftə Azərbaycanda, Şuşada keçirilən Hökumətlərarası Komissiyanın iclasında artıq bəzi praktiki məsələlər müzakirə olunub. Ümidvaram ki, həm Komissiyanın işindən, həm də bu gün mübadilə etdiyimiz ideya və qəbul etdiyimiz qərarların praktiki nəticələrini görəcəyik.

İcazə verin vacib olduğunu düşündüyüm digər mövzuları da diqqətinizə çatdırım.

Birincisi, mən cənab Prezidenti və bütün Azərbaycan xalqını Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə başlanılması münasibətilə təbrik etmək istəyirəm. Biz bu məsələnin sürətli şəkildə irəliləməsinə ümid edirik. Biz bunu və Sizin bu məsələdəki mövqeyinizi çox dəstəkləyirik. Ümid edirik ki, təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olan bu sazişin yekunlaşmasını görəcəyik.

Həmçinin vurğulamaq istədiyim digər bir məsələ də var. Biz Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sahəsində müsbət addımların atıldığını müşahidə edirik. Biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm. Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur.


Əlbəttə ki, biz Azərbaycanın xüsusilə TransXəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük.

Yekun olaraq icazə verin deyim ki, biz Prezidentin dediyi kimi, regionda cərəyan edən hadisələr barədə çoxlu müzakirələr apardıq. Biz Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək dəyərləndiririk. Lakin biz, eyni zamanda, cənab Prezident və onun heyətinin İranda və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə də qulaq asırıq. Bir daha fürsətdən istifadə edərək bu yaxınlarda Azərbaycana qarşı edilmiş dron hücumları ilə bağlı Latviyanın bu məsələdə Azərbaycanla tam həmrəy olduğunu ifadə etmək istəyirəm.

Biz vəziyyətin normallaşması üçün atıla biləcək və atılmalı addımları müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyridaimi üzvü olaraq Latviya bütün ölkələrlə işləməyə və onları dinləməyə hazırdır. Regional məsələlərə gəldikdə, Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir.

Cənab Prezident, Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm.

İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə mübadilələr həmişə hər iki ölkə üçün faydalıdır. Belə mübadilələr, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır.

Mən ilk dəfə Bakıda, Azərbaycanda 2002ci ildə olmuşam. Sonra isə dəfələrlə gəlmişəm. Düşünürəm ki, bu mənim altıncı və ya yeddinci səfərimdir. Sayını itirmişəm. Mən sadəcə hər zaman ölkənizin, xüsusilə də paytaxtınızın necə inkişaf etdiyini gördükdə heyran oluram. Çünki nazirlər və prezidentlər adətən paytaxtdan kənarda çox şeyi görmürlər. Biz Sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik.

İcazə verin nitqimin sonunda, cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırım. Mən bu gün və bu rəsmi səfərdən əlavə bir çox görüşlərdə bizim sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm.

Çox sağ olun, cənab Prezident.

  •  

Azərbaycanın turizm imkanları Almaniyada təbliğ olunub | FOTOLAR


100dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim olunub. İştirakçılara şəhər turları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları və qış turizmi imkanları barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.


Silsilə tədbirlərdə iştirak Almaniya turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın bu bazarda mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.


Qeyd edək ki, 2026cı ilin yanvarmart ayları ərzində Almaniyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 5 024 nəfər təşkil edib.

  •  

Metrodan istifadə edənlərin nəzərinə - İntervallar yeniləndi

Bu barədə Bakı Metropoliteni məlumat yayıb. Bildirilib ki, metroda saat 12:00dan etibarən xətlər üzrə 28 cüt qatar fəaliyyət göstərir.

Yenilənmiş intervallar belədir:

Əhmədli–28 May istiqamətində 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə endirilib

28 May–Dərnəgül istiqamətində 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə azaldılıb

28 May–İçərişəhər istiqamətində isə intervallar 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyə düşüb


Bildirilib ki, qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir.

AzVision.az

  •  

Azərbaycanı Avropa Kubokunda 10 bədii gimnast təmsil edəcək

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTACın sorğusuna cavab olaraq bildirilib ki, yarışda milli komandanın 10 idmançısı bacarığını nümayiş etdirəcək.

Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, aprelin 30dan mayın 3dək davam edəcək Avropa Kubokunda 31 ölkədən ümumilikdə 194 idmançı qüvvəsini sınayacaq.

  •  

"YAŞAT" Fondu şəhid ailələrinə dəstəyə davam edir l VIDEO

Bu barədə AzVision.az a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, şəhidimizin hər iki övladı Rüqəyya və Ruzi Fondun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti Dünya Məktəbində təhsil alır.

  •  

Azay Quliyev Astanada vacib məsələlərə toxunub

Tədbirdə Qazaxıstan Respublikası Senatının sədri Maulen Ashimbayev, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev, ATƏTin iqtisadi və ekoloji fəaliyyət üzrə koordinatoru, səfir Bakyt Dzhusupov, ATƏT PAnın Baş katibi Roberto Montella, BMT Baş katibinin müavini Haoliang Xu və digər rəsmi şəxslər çıxış ediblər.

Azay Quliyev çıxışında Qazaxıstan Respublikası Senatının sədri Maulen Aşimbayevə dəvətə və tədbirə ev sahibliyinə görə səmimi təşəkkürünü bildirib. O, iqlim dəyişiklikləri ilə birgə mübarizə yolları və onun dayanıqlı inkişaf, bağlantılar, ticarət, texnologiya, süni intellekt və təhlükəsizlik sahələrinə təsiri barədə fikir mübadiləsinin əhəmiyyətini qeyd edib.

Xəzər və Aral dənizlərinin səviyyəsinin davamlı azalması ciddi narahatlıq doğurur

Deputat bildirib ki, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri kimi son illər region parlamentləri ilə əməkdaşlıq təcrübəsi bir mühüm reallığı təsdiqləyib: iqlim dəyişikliyi sektoral məsələ deyil, cəmiyyətlərin əsaslarını dəyişən, dövrümüzün əsas kəsişən çağırışıdır.


Azay Quliyev bildirib ki, qlobal temperaturun artması, su qıtlığı və ekstremal hava hadisələri artıq iqtisadi sabitliyə, infrastruktura və regional bağlantılara təsir göstərir. Bu baxımdan o, Xəzər və Aral dənizlərinin səviyyəsinin davamlı azalmasını ciddi narahatedici tendensiya kimi qiymətləndirib və bu istiqamətdə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Zəngəzur dəhlizi və onun TRİPP layihəsi Asiya və Avropanı bağlayan təhlükəsizlik kəməridir

Azay Quliyev diqqətə çatdırıb ki, iqlim dəyişiklikləri bağlantılıq anlayışına yanaşmanı dəyişir. Nəqliyyat dəhlizləri, enerji sistemləri və logistika şəbəkələri getdikcə daha çox ekoloji risklərə məruz qalır. Bu baxımdan bağlantılıq yalnız iqtisadi və geosiyasi proseslərə deyil, eyni zamanda iqlim dəyişikliyinə də davamlı olmalıdır. Deputatımız bildirib ki, Mərkəzi Asiyanın və Cənubi Qafqazın Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi rolu artır. Bu kontekstdə Orta Dəhliz, o cümlədən Zəngəzur dəhlizi və onun TRİPP layihəsi parçalanmış qlobal mühitdə qitələri birləşdirən təhlükəsizlik kəməri kimi xüsusi əhəmiyyət kəsb edir.

Çıxışda ATƏTin Xəzər dənizi regionunda həyata keçirdiyi Yaşıl limanlar və bağlantılılığın təşviqi layihəsinin dayanıqlı və davamlı əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, bu cür təşəbbüslərin effektivliyi iqlim dəyişikliklərinə uyğunlaşma səviyyəsindən asılı olacaq və iqlim amilləri infrastruktur planlaşdırılmasına sistemli şəkildə daxil edilməlidir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə 2024cü il Strateji Tərəfdaşlıq Sazişi

ATƏT PAnın komitə sədri Azay Quliyev vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt iqtisadiyyatların inkişafı üçün yeni imkanlar açsa da, artan enerji tələbatı ilə bağlı əlavə ekoloji çağırışlar yaradır. Bu səbəbdən texnoloji inkişafın dayanıqlı enerji siyasəti ilə uzlaşdırılması vacibdir. O qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə 2024cü il Strateji Tərəfdaşlıq Sazişi texnoloji inkişafın dayanıqlı enerji həlləri ilə uzlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır.
ATƏT Parlament Assambleyasının rolu

Deputat çıxışında ATƏT Parlament Assambleyasının bu sahədə roluna da toxunaraq bildirib ki, qurum iqlim dəyişiklikləri, iqtisadi dayanıqlıq, təhlükəsizlik və texnologiya arasında qarşılıqlı əlaqələrin müzakirəsi üçün mühüm platformadır.

Qeyd olunub ki, bu məsələlər cari ilin iyul ayında Haaqada keçiriləcək komitənin illik sessiyasında da əsas prioritetlərdən biri olacaq və parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Tədbir müzakirələr və sualcavab sessiyası ilə davam edib.

  •  

Rusiya Ermənistanda seçkilərə müdaxilə edəcək - Amerikadan XƏBƏRDARLIQ

AzVision.az xəbər verir ki, bu barədə Senator Şahin özünün X hesabında məlumat yayıb.

Senatorlar bildiriblər ki, Moskva sosial platformalar və erməniəsilli rusiyalı oliqarxlarla əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir. Məktubda bu seçkilərin regional sülh və Tramp Marşrutu layihəsi üçün həlledici olduğu qeyd olunub. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb edilib. Sözügedən platformalar ABŞnin yurisdiksiyasında olduğu üçün senatorlar hesab edirlər ki, şirkətlər Rusiyanın Ermənistanın suveren qərarlarına müdaxiləsinə imkan verməmək üçün ikiqat məsuliyyət daşıyırlar.

R. Əliyeva
AzVision.az

  •  

Azərbaycan filmi Fransa festivalında

Film festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və rejissora festivalın sosial şəbəkələri üçün müsahibə vermək təklif olunub. E.Əfəndiyev müsahibəsində filmin ərsəyə gəlməsi, süjet xətti və şəxsi motivasiyaları barədə ətraflı danışıb. O bildirib ki, filmdə şəxsi həyatından götürülmüş məqamlar yer aldığından bu layihə onun üçün xüsusi əhəmiyyət daşıyır və ən sevdiyi işlərdən biridir.

Rejissor festivaldan aldığı təəssüratları belə ifadə edib: Digər müsabiqələrdə də iştirak etmişəm, lakin bu, Fransada ilk təqdimatımdır. Buradakı təəssüratlarım olduqca müsbətdir. Festival rəhbərliyinin, tamaşaçıların və peşəkarların reaksiyası yüksək səviyyədə idi. Bu, mənə həm peşəkar, həm də şəxsi baxımdan dəyərli təcrübə qazandırdı.

Fransız tamaşaçılarının yanaşmasının fərqli və tələbkar olduğun vurğulayan E.Əfəndiyev qeyd edib ki, onlar filmin hər detalına diqqət yetirir, əsəri dərindən təhlil edirlər. Bu, rejissor üçün həm çətin, həm də maraqlı təcrübədir. Belə yanaşma filmi daha yaxşı təqdim etməyə və tamaşaçı ilə daha güclü emosional əlaqə qurmağa imkan verir.

Rejissor festivalın nəticələri ilə bağlı həyəcanını da gizlətməyib: Nəticələri gözləyirik. Hər bir mükafat yeni yaradıcılıq üçün böyük motivasiya və stimul verir.

Qeyd edək ki, ümumilikdə festival Azərbaycan kinosunun beynəlxalq arenada tanıdılması və yerli rejissorların yaradıcılığının geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. E.Əfəndiyevin təqdim etdiyi film mövzusu və vizual həlli ilə həm peşəkarların, həm də tamaşaçıların diqqətini cəlb edərək ölkəmizi layiqincə təmsil edib.

  •  

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

Tədbir Komissiyanın Sosial İnkişaf Bölməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Çin Əlillər Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaş iştirakı, əlçatanlıq və inklüzivlik əsasında qabaqcıl təcrübə və əldə olunmuş nəticələri paylaşmaq, eləcə də müvafiq sahələr üzrə yeni yanaşmalar barədə fikir mübadiləsi aparmaq olub.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev tədbirdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış ASAN xidmət mərkəzlərinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər barədə onlayn formada geniş təqdimat edib.

Tədbir çərçivəsində DOST Agentliyinin nümayəndəsi ölkəmizin DOST konsepsiyası barədə geniş təqdimat edib. Eləcə də Çin Xalq Respublikasının, Türkiyə Respublikasının, Tayland Krallığının və BMTnin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının aidiyyəti üzrə fəaliyyət göstərən nümayəndələri müvafiq sahə üzrə həyata keçirilən layihələr barədə çıxış ediblər.

  •  

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırmaya başladı

Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.

Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

Məlumata görə, Gəncə İdman sarayının tikintisi layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.

Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir

  •  

Uşaq qatilinin anası da həbs olundu

Məlumata görə, qadın ehtiyatsızlıqdan ölümə səbəb olma ittihamı ilə saxlanılıb. Prokurorluq bildirib ki, o, oğlunun psixoloji vəziyyətini nəzərə almayıb və valideynlik öhdəliklərini yerinə yetirməyib.

Hadisəni törədən yeniyetmənin atası, təhlükəsizlik orqanlarının sabiq əməkdaşı da aprelin 16da saxlanılıb. Bildirilir ki, insidentdən əvvəl məktəb psixoloqu valideynləri uşağın psixoloji problemləri ilə bağlı xəbərdar edib.

Hadisə nəticəsində bir müəllim və 8 şagird həyatını itirib, onlarla insan yaralanıb.

Röya Əliyeva
AzVision.az

  •  

İrandan qonşularına xəbərdarlıq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) HərbiKosmik Qüvvələrinin rəhbərinin müavini Seyid Məcid Musəvi açıqlama verib. O qeyd edib ki, İran istənilən hücuma cavab olaraq müxtəlif hədəflərə zərbələr endirməyə hazırdır.

Əgər düşmən bundan sonra səhvə yol verərək torpaqlarımıza hücum edərsə, bu dəfə hədəf bizim deyil, sizin göstərdiyiniz yerlər olacaq, – deyə o vurğulayıb.

Musəvi həmçinin İranın təhlükəsizliyini Yaxın Şərqdə enerji sektorunun sabitliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, region ölkələri nəzərə almalıdır ki, əraziləri və ya infrastrukturu İrana qarşı istifadə edilərsə, bu, bölgədə neft hasilatının dayanması ilə nəticələnə bilər.

Röya Əliyeva
AzVision.az

  •  

Baş nazir Qazaxıstana səfər edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib.

Əli Əsədovu Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az

  •  

Vəkilliyə qəbul ilə bağlı yazılı test mərhələsi barədə məlumat

Vəkillər Kollegiyasından AzVision.aza verilən xəbərə görə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 07.05.2026 cı il tarixdə saat 10:00 da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Bildirilir ki, imtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulu nun 27.04.2026 cı il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 27.04.2026cı il tarixədək Şəxsi kabinet vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.

Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.

Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi DİMin Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron ( https://barassociation.az/candidatelogin ) qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 27.04.2026cı il tarixədək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.

AzVision.az

  •  

İtaliyanın Baş naziri Azərbaycana səfər edəcək

AzVision.az Euronews a istinadla xəbər verir ki, səfərin may–iyun ayları arasında baş tutacağı ehtimal olunur və bu, iki ölkə arasında əməkdaşlığın inkişafında növbəti addım kimi qiymətləndirilir.

Bildirilir ki, səfərin gündəliyi hələlik təsdiqlənməyib. Bununla belə, əsas diqqətin enerji sahəsinə, həmçinin iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinə yönələcəyi gözlənilir.

Qeyd olunur ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında əməkdaşlıq əsasən enerji sektorunda cəmləşsə də, son illərdə müdafiə və aviasiya kimi sahələri də əhatə edir.

M. Həsənli
AzVision.az

  •  

İran Hörmüz boğazını bağladı

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, ABŞın İran gəmiləri və limanlarına tətbiq etdiyi blokadanın ləğv olunmaması atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilir.

Düşmən (ABŞ red.) dəniz blokadasını aradan qaldırmadığı üçün bu gündən etibarən Hörmüz boğazı bağlanır və blokada götürülənədək bağlı qalacaq, – deyə açıqlamada qeyd olunub.

Eyni zamanda, İran tərəfi Fars körfəzi və Oman dənizində hərəkət edən gəmiləri boğaza yaxınlaşmamaq barədə xəbərdar edib. Bildirilib ki, bu qadağanın pozulması düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək. +++

Xatırladaq ki, aprelin 17də İran Livanla bağlı atəşkəs fonunda Hörmüz boğazından kommersiya gəmilərinin atəşkəs ərzində keçidinə icazə verildiyini açıqlamışdı.
M. Həsənli
AzVision.az

  •  

Hindistan XİN İran səfirini çağırıb

Onun sözlərinə görə, buna səbəb Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmiyə atəş açılması ilə əlaqədar yaranan narahatlıq olub.

Görüş zamanı Hindistan tərəfi bu gün baş vermiş insidentlə bağlı dərin narahatlığını ifadə edib, – deyə Caysval qeyd edib.

Daha əvvəl KİVlər İranın Hörmüz boğazından keçid üçün üç şərt müəyyən etdiyini yazıb. Məlumata görə, bu şərtlərdən birinə əsasən, boğazdan yalnız ticarət gəmiləri keçə bilər, hərbi gəmilərin hərəkəti qadağandır.

Sonradan yayılan məlumatlara əsasən, İran atəşkəs müddətində boğazı açmaq qərarı verib. İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, döyüş əməliyyatları aprelin 16da gecə yarısından dayandırılıb və 10 gün davam edəcək.

Röya Əliyeva
AzVision.az

  •  

Qızılın saxta olduğunu necə müəyyən etmək olar?

Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiya və ya yığım məqsədilə qızıl alan vətəndaşlar üçün bazarda qeyrişəffaflıq problemi daha qabarıq hiss olunur. Alıcılar iddia edirlər ki, bəzi satışa təqdim olunan qızıl məmulatlarının üzərində göstərilən əyar ilə faktiki tərkibi arasında uyğunsuzluq var.

Bu halda alıcılar aldıqları qızılın həqiqətən təmiz və göstərilən əyara uyğun olubolmadığını necə müəyyənləşdirə bilərlər? Qızılın keyfiyyətini yoxlatdırmaq üçün hansı rəsmi və etibarlı mexanizmlər mövcuddur?

Azvision.az mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edir:

Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə...

Qızıl işi ilə məşğul olan Aynurə Qələndərova deyir ki, fırıldaqçılıq halları daha çox brilyant və yüksək əyar qızıllarda müşahidə olunur: Qızılın dünya bazarındakı qiyməti hər gün dəyişdiyi üçün alış zamanı fərqli mənbələrdən müqayisə aparmaq tövsiyə olunur. Bu yanaşma iki baxımdan faydalıdır. Birincisi, məhsulun cari bazar dəyərini düzgün qiymətləndirməyə imkan verir, ikincisi isə potensial fırıldaqçılıq risklərini minimuma endirir.



Qızıl satıcısı bildirir ki, qızılın qiyməti əyarları və istehsal edildiyi ölkəyə görə dəyişir: Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə, mütəxəssisə yoxlatması məsləhət görülür. Bunun üçün xüsusi lazer aparatları var ki, bu cihazlarda qızılın içindəki əyar, qiymətli daşların çəkisi, xalisliyi və digər parametrləri müəyyən etmək mümkündür. Alıcı lazer aparatında yoxlama aparmasa belə, bazarda qızıl alıram tabeli olan yerlərdə məhsulun keyfiyyətini yoxlada bilər. Qızıl alarkən etibarlı mağaza ilə əlaqə saxlamaq və seçim etmək vacibdir. Qızılın 585, 750 və ya digər əyarlara uyğunluğunu göstərən rəsmi sənədlər də mövcuddur. Alıcı məhsulu alarkən bu sənədləri və sertifikatları tələb etməlidir.



Bunu zahiri baxışla müəyyən etmək mümkün deyil

Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov deyir ki, qızıl bazarında fırıldaqçılıq hallarının artması ilə bağlı assosiasiyaya nadir hallarda məlumat daxil olur: Amma zərgərlik sənayesinin inkişaf etdiyi digər ölkələrdə olduğu kimi, qiymətli metallar bazarında da ayrıayrı hallarda saxtakarlıq və ya aldatma faktlarına rast gəlinməsi istisna edilmir. Belə halların yaranmasına təsir göstərən əsas amillər sırasında qiymətli metalların qiymətinin artması fonunda daha çox qazanc əldə etmək meylinin güclənməsi, eləcə də alıcının məmulatın faktiki tərkibini, əyarını və keyfiyyət göstəricilərini yerində dəqiq müəyyən edə bilməməsi göstərilə bilər. Qiymətli metalların və daşların keyfiyyətinin düzgün müəyyən olunması texniki baxımdan həssas məsələdir. Bu göstəricilərin yalnız zahiri baxış əsasında etibarlı şəkildə müəyyən edilməsi mümkün olmur.



Əyar damğası əsas şərtlərdəndir

R.Əmircanov bildirir ki, alıcılar nəzərə almalıdırlar ki, Qiymətli metallar və qiymətli daşlar haqqında qanuna əsasən, qanunvericilikdə nəzərdə tutulmuş istisnalar çıxılmaqla, Azərbaycan Respublikasında istehsal edilən, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: Buna görə də alınması nəzərdə tutulan məmulatın üzərində dövlət əyar damğasının mövcudluğu əsas şərtlərdən biri hesab edilməlidir. Bununla yanaşı, qiymətli daşlara münasibətdə sertifikatlaşdırma, ekspertiza və diaqnostika ilə bağlı məsələlər də qanunvericiliklə tənzimlənir.

Ən çox rast gəlinən saxtakarlıq üsullarına gəldikdə isə, mütəxəssis bildirir ki, belə hallardan biri aşağı əyarlı məmulatın daha yüksək əyarlı kimi təqdim olunmasıdır: Həmçinin məmulatın çəkisi və ya üzərindəki daşlarla bağlı alıcının yanlış məlumatlandırılması da saxtakarlıq üsulları sırasına aid edilə bilər. Alıcı ilk növbədə məmulatın üzərində dövlət əyar damğasının olubolmamasına, həmçinin göstərilən əyarın qanunvericilikdə nəzərdə tutulmuş standart əyarlardan birinə uyğun gəlibgəlmədiyinə diqqət yetirməlidir. Qızıl üçün müəyyən edilmiş standart əyarlar 375, 500, 583, 585, 750, 958 və 999dur. Əgər məmulatda qiymətli daşlardan istifadə olunubsa, həmin daşın xüsusiyyətlərini təsdiq edən ekspertiza sənədinin və ya sertifikatın təqdim olunması alıcının hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.



Peşəkar yoxlama necə aparılır?

Mütəxəssis bildirir ki, peşəkar yoxlama zamanı, bir qayda olaraq, rentgenflüoresans analizi (XRF) kimi qeyridağıdıcı üsullardan, zərurət yarandıqda isə kupelyasiya üsulundan (od sınağı), eləcə də digər laboratoranalitik metodlardan istifadə olunur: Beynəlxalq praktikada XRF üsulu məmulatın tərkibinin operativ qiymətləndirilməsi üçün, kupelyasiya üsulu isə qızılın tərkibinin daha yüksək dəqiqliklə müəyyən edilməsi üçün tətbiq edilir. Bəzi hallarda induktiv əlaqəli plazmaoptik emissiya spektrometriyası (ICPOES) və atomudma spektrometriyası (AAS) kimi instrumental üsullardan da istifadə oluna bilər. Belə xidmətlər, adətən, ixtisaslaşmış laboratoriyalarda və bu sahə üzrə müvafiq texniki imkanlara malik ekspertiza mərkəzlərində həyata keçirilir. Əsas məqsəd məmulatın əyarının, kimyəvi tərkibinin və digər keyfiyyət göstəricilərinin etibarlı şəkildə müəyyən edilməsidir.



İkinci əl məmulatların dövriyyəsi daha yüksək risk yaradır

R.Əmircanovun sözlərinə görə, alıcı məhsulun üzərində dövlət əyar damğasının mövcudluğunu, əyar göstəricisini, çəkisini, qiymətini, satış yerinin etibarlılığını, eləcə də təqdim olunan sənədləri diqqətlə yoxlamalıdır: Alışverişin daimi fəaliyyət göstərən, hüquqi ünvanı və əlaqə vasitələri aydın olan etibarlı satış məntəqələrindən həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Satıcı tərəfindən qəbzin təqdim edilməsi, dəyişdirmə və geri qaytarma şərtlərinin əvvəlcədən izah olunması da mühüm əhəmiyyət kəsb edir. Məmulatda qiymətli daş olduqda, daşın növü, çəkisi, xüsusiyyətləri, habelə mümkün olduğu təqdirdə buna dair sertifikatın və ya ekspertiza sənədinin təqdim edilməsi də tələb olunmalıdır. Şübhəli dərəcədə ucuz qiymət təklifləri, sənədsiz satış, qeyrirəsmi elanlar və mənşəyi aydın göstərilməyən məhsullar alıcı üçün əlavə risk yaradır. Praktik baxımdan alıcılar üçün ən riskli seqmentlər məhsulun mənşəyinin, qəbzin, geri qaytarma şərtlərinin, əyar təsdiqinin və qiymətli daşlara dair sertifikatın aydın olmadığı satışlardır. Belə hallarda alıcının məhsulun həqiqi keyfiyyəti, hüquqi statusu və sonradan hüquqlarının müdafiəsi imkanları barədə dolğun məlumat əldə etməsi çətinləşir. Bu baxımdan sosial media vasitəsilə irəli sürülən qeyrirəsmi təkliflər, sənədsiz ikinci əl məmulatların dövriyyəsi və satışı daha yüksək risk yaradır.

  •  

Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə edilib

Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər regionda dialoq və əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar, xüsusilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə diqqət yetiriblər.

Görüş zamanı davam edən diplomatik əlaqələrin vacibliyini, sülh danışıqlarında əldə edilən irəliləyişi və hərtərəfli və davamlı sülh razılaşmasına doğru irəliləyişin davam etdirilməsinin vacibliyini vurğulanıb.

Onlar həmçinin Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və iqtisadi tərəfdaşlıq sahələri də daxil olmaqla, əməkdaşlığı genişləndirmək imkanlarını araşdırdılar və davamlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

AzVision.az

  •  

“TRİPP layihəsinə başlamağa hazırıq” - Paşinyan

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Yaxın Şərqdəki mürəkkəb vəziyyətə baxmayaraq, alternativ marşrutların hesabına Ermənistanda heç bir ərzaq qıtlığı müşahidə olunmayıb.

Paşinyan onu da deyib ki, yaxın vaxtlarda İstanbulGümrüİstanbul hava marşrutlatı təşkil oluna bilər.

Bakı və Ankara ilə münasibətlərə gəlincə, baş nazir məmurların arasında işçi təmaslara başlamağın vaxtının artıq çatdığını qeyd edib.

Tariyel Həsənov
AzVision.az

  •  

Azərbaycandan Bolqarıstana neft ixracı artıb

Azərbaycan Dövlət Gömrük Komitəsindən bildirilib ki, Bolqarıstana ixracın həcmi illik müqayisədə 65,05 % (51,56 min ton) artıb.

Bu dövrdə ixracın dəyəri 67,86 milyon ABŞ dollarına çatıb və 2025ci ilin müvafiq dövrü ilə müqayisədə 40,71 % (19,63 milyon ABŞ dolları) artım nümayiş etdirib.

Ümumilikdə 2026cı ilin birinci rübündə Azərbaycan 5,077 milyon ton neft və neft məhsulları ixrac edib. Bu, bir il əvvəlki dövrün göstəricisinə (6,011 milyon ton) nisbətən 15,53 % azdır. İxracın dəyəri 2,5 milyard ABŞ dollarını ötüb. Bu, 2025ci ilin yanvarmart ayları ilə müqayisədə 25,05 % (835,94 milyon ABŞ dolları) azdır.

2025ci ildə Bolqarıstana 92,288 milyon ABŞ dolları dəyərində 165,525 min ton Azərbaycan nefti və neft məhsulları tədarük edilib.

  •  

Sabahın hava proqnozu

Azərbaycanda aprelin 19na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənubqərb küləyi günün ikinci yarısında mülayim şimalqərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1013, gündüz 1924 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək. Nisbi rütubət 6070 faiz təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 811, gündüz 2025, dağlarda gecə 27, gündüz 1318 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 38, gündüz 1520 dərəcə isti olacağı bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16, gündüz 1217 dərəcə isti təşkil edəcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrıayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 27, gündüz 1318 dərəcə isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 611, gündüz 1823 dərəcə isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 49, gündüz 1823, dağlarda gecə 05, gündüz 1318 dərəcə isti təşkil edəcəyi bildirilir.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 811, gündüz 2025 dərəcə isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şimalşərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 811, gündüz 1722, dağlarda gecə 69, gündüz 1621 dərəcə isti olacaq.

  •  

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

Toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.

İclas üzv ölkələr tərəfindən Ailə Məclisi kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edib.

  •  

Azərbaycanın birinci xanımı Antalyada keçirilən paneldə iştirak edib l FOTOLAR

Aprelin 18də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması adlı panel iclas təşkil olunub.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb. O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.

  •  

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti artır

Paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucunskinin, Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekincinin və Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin Qərbi Avropa üzrə icraçı direktorunun müavini Emanuele Giaufretin mövzu ilə bağlı fikirləri dinlənilib.

Toplantıda çıxış edən Elçin Əmirbəyov Azərbaycanın geosiyasi mövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarmasına diqqət çəkib.

Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar dəyişkənliyi, geosiyasi qeyrisabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün getdikcə daha vacib bir yol halına gəlib, deyə o bildirib.

Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən Elçin Əmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığını vurğulayıb. O deyib: Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl qazanqazan vəziyyətidir.

Digər çıxışçılar qlobal ticarət yolları və infrastruktur layihələri haqqında danışıblar. Bildirilib ki, bu layihələrin tam potensialını üzə çıxarmaq üçün texniki, hüquqi və investisiya ilə bağlı çətinliklərin çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməsi zəruridir.

  •  

Ruanda ilə əlaqələrin inkişafı müzakirə olunub

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişafının gündəmdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verdiyinə inam ifadə olunub.

AzVision.az

  •  

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib l FOTOLAR

Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaqiqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, təşkil olunan ağacəkmə aksiyaları Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunmasına ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir.

AzVision.az

  •  

ABŞ-İran: Razılaşma 80 faiz hazırdır

Lakin Pakistanlı mənbə ƏlCəzirəyə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir.

ABŞ Prezidenti Donald Tramp isə Axiosa müsahibəsində deyib ki, Amerika və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər: İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti biriki gün ərzində razılaşma əldə edəcəyik.

Daha əvvəl Axios müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞnin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazmışdı.

Donald Tramp ABŞ və İran rəsmilərinin İslam Respublikasından zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlarını deyir. Xalqımız onu əldə etmək üçün iranlılarla birlikdə çalışacaq. Daha sonra isə onu ABŞyə gətirəcəyik, – deyə Amerika lideri CBSə bildirib.

Prezident Donald Tramp tərəflər münaqişənin həlli ilə bağlı razılığa gəldikdən dərhal sonra ABŞnin İranın dəniz limanlarına tətbiq etdiyi blokadanın dayandırılacağına zəmanət verib.

  •  

İlham Əliyev Antalya Diplomatiya Forumunda | FOTOLAR


Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğulayıb.


Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək dedi: Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addımaddım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən ŞərqQərb Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir.


Qeyd edək ki, Beşinci Forumun mövzusu Gələcəyi planlaşdırarkən qeyrimüəyyənliklərin öhdəsindən gəlməkdir. Builki forumda 150dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39u xarici işlər naziri olmaqla 50dən artıq nazir, həmçinin 75i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500dən çox yüksəksəviyyəli şəxs iştirak edir.


Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.




  •  

Aprelin sonunda "ulduz yağacaq"

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor axını Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür. πPuppid meteor yağışı Yer kürəsinin 26P/Grigg–Skjellerup kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır.

Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyrisabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.

Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edir. Onların geosentrik sürəti təxminən saniyədə 18 kilometr təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə müqayisədə daha aşağıdır, buna görə də πPuppid meteorları bəzən daha yavaş və daha uzun görünən izlər yarada bilir. Meteorların radiantı (çıxış nöqtəsi) səmanın cənub hissəsində yerləşən Puppid bürcündədir. Buna görə də meteor yağışını Cənub yarımkürəsində daha yaxşı müşahidə etmək mümkündür.

Bakı və ümumilikdə Azərbaycan ərazisi üçün πPuppid meteor yağışının müşahidəsi çətin hesab olunur. Bunun əsas səbəbi radiantın cənub üfüqünə çox yaxın yerləşməsi və çox vaxt üfüqdən aşağı qalmasıdır. Lakin çox açıq səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür. Ən uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra olan intervaldır.

  •  

Ağdamda İşçi qrupun iclası keçirilib | FOTOLAR


Səfər çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra əməliyyat sahələrinə baxış keçirilib. Nümayəndələr ANAMA tərəfindən Ağdam rayonunun Cəvahirli kəndində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərzili kəndində, həmçinin minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkət tərəfindən Qızılkəngərli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə ətraflı tanış olublar.


Sahə baxışları zamanı minatəmizləmə əməliyyatlarının təşkili, istifadə olunan texniki avadanlıqlar, sahələrdə mina və digər partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə tətbiq edilən təmizləmə üsulları, eləcə də aşkar edilən partlayıcı sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş olunub. Ərazilərdə mövcud çətinliklər, çirklənmə səviyyəsi, habelə işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı icra edilən mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərin çəpərlənməsi fəaliyyəti barədə məlumat verilib.


Əməliyyat sahələrinə baxış prosesindən sonra İşçi qrupun Ağdam şəhərində iclası keçirilib.


İclasda açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən humanitar minatəmizləmə tədbirləri barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 43,021 hektar ərazi olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 264,581 hektar ərazidə minatəmizləmə fəaliyyətinin aparıldığını, nəticədə 248,583 ədəd mina və digər partlayıcı sursat aşkar edildiyini qeyd edib. Həmçinin, müəyyən ərazilərin konservasiya edilərək çəpərlənməsi işlərinin gedişatına toxunan Vüqar Süleymanov, halhazırda Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində çəpərləmə işlərinin yekunlaşdığını, Xocavənd və Ağdərə rayonları ərazisində isə fəaliyyətin davam etdiyini diqqətə çatdırıb.


İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran öhdəliklər müzakirə edilib.


İclasda, aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti, resursların səmərəli səfərbər olunması və minatəmizləmə əməliyyatların planlı şəkildə icrasının təhlükəsiz qayıdışın təminatında həlledici rol oynadığı vurğulanıb.

  •  

Üç ay ərzində şəhid ailələrinə 50 mindən çox tibbi xidmət göstərilib

Bu barədə məlumat TƏBİBin mətbuat xidmətindən verilib.

Bildirilib ki, Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laboratordiaqnostik və radioloji istiqamətləri əhatə edib.

Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.

Qeyd edək ki, hazırda TƏBİBin tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.

  •  

İran Hörmüz boğazını açdı

Bu barədə İranın xarici işlər nazirir Abbas Araqçi X hesabında məlumat verib. O bildirib ki, Livanla bağlı atəşkəsə uyğun olaraq Hörmüz boğazından bütün kommersiya gəmilərinin keçidi atəşkəsin qalan müddəti ərzində tam açıq elan edilib.

Onun sözlərinə görə, keçid İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəlcədən açıqlanmış koordinasiya olunmuş marşrut üzrə həyata keçiriləcək.

AzVision.az

  •  

Orta əsrlərin məşhur xəritəsində Azərbaycan

Bu xəritə Azərbaycan tarixinin öyrənilməsi üçün həqiqətən əhəmiyyətlidir. Visscher Adirbeitzania adını həm Arazdan cənubda, həm də şimalda olan torpaqlara aid edib, bu adı bütün bu regiona, bir necə böyük coğrafiyaya vermişdi. Xəritədə Bakı, Şamaxı, Gəncə, Təbriz kimi şəhərlərin yerləri həqiqətən dəqiqdir. Bunu görəndə, açıq şəkildə anlayırsan – XVIII əsr Avropa kartoqrafiyası Azərbaycanın vahid, birləşmiş kimliyini tanıyırdı.

İndi hamı Şimali və Cənubi Azərbaycan terminindən istifadə edir, amma o vaxt belə bir bölünmə mövcud deyildi. Visscher Adirbeitzania adını Təbrizdən Kür çayına qədər, yəni həm cənub, həm də şimalı əhatə edən böyük bir ərazi üçün yazmışdı. Çox maraqlıdır ki, xəritədə ADIRBEITZANIA adı elə dövrün holland və alman tələffüzünə uyğun olaraq yazılıb – Adir hissəsi birbaşa Azər sözünün latınlaşdırılmış variantıdır.

Xəritə Səfəvi dövrünün sonlarında, Rusiyanın Xəzərə doğru irəlilədiyi, imperial rəqabətlərin getdikcə fəallaşdığı bir dövrdə hazırlanıb. Bu səbəbdən burada həm köhnə Səfəvi terminləri, həm də yeni rus və avropa adları yanaşı əks olunur.

Azərbaycanın bir çox mühüm şəhəri öz yerini tapıb. Bakı Xəzər sahilində güclü liman kimi göstərilib. Şamaxı Şirvanın mərkəzi şəhəri kimi, Təbriz isə cənub hissənin əsas şəhəri kimi qeyd olunub. İrəvan şimalqərbdə mühüm mərkəzdir. Gəncə və Naxçıvan da xəritədə qədim şəhərlər kimi görünür.

Ən maraqlı detal isə odur ki, xəritənin ortasında – yəni Araz və Kür arasında – Karabag adı tam aydın şəkildə oxunur. Bu fakt Qarabağın o dövrdə də müstəqil coğrafi və inzibati ad kimi beynəlxalq xəritələrə daxil edildiyini göstərir.

Kür və Araz çaylarının qovuşduğu yerdə Muğan çölü qeyd edilib. O zaman bu yer həm qışlaq olaraq, həm də siyasi toplantıların keçirildiyi məkan kimi tanınırdı.

Visscherin xəritəsi bir şeyi açıq şəkildə göstərir: 300 il əvvəl avropalı səyyahlar və tacirlər Armenia adını daha çox dağlıq ərazi üçün istifadə edirdilər, Adirbeitzania isə şəhərləri ilə tanınan, Təbrizdən dənizə qədər uzanan böyük bir ölkə idi.

Xəritədə Ermənistan adı adətən İrəvan və Van gölü ətrafındakı ərazilərin üzərinə yazılır, lakin bu, onun müstəqil dövlət olduğunu bildirmir. Həmin dövrdə bu ərazilər Osmanlı və Səfəvi imperiyaları arasında bölünmüşdü.

Xəritədə sağ küncdə GULZUM DEGHIZ Turcis (Türklər üçün Qülzum Dənizi) yazılıb. O dövrdə Avropa kartoqrafları türklər deyəndə — həm Osmanlı, həm də Səfəvi imperiyasındakı türkdilli xalqları (o cümlədən Azərbaycan türklərini) nəzərdə tuturdu. Burada DEGHIZ və Demircapi kimi türk sözlərinin yer alması regionun dil faktorunu açıq şəkildə göstərir.

DIARO GILAN Persis (Perslər üçün Gilan dənizi) qeydi isə regionun cənubunda farsca danışan əhali üçün yazılıb. Səfəvi imperiyası Avropada teztez Persia adlandırılırdı və imperiyadakı müxtəlif xalqlar çox vaxt Persis başlığı altında qeyd edilirdi.

O dövrdə Azərbaycanlı sözünün indiki mənası hələ formalaşmamışdı. İnsanlar ya türk, ya da pers kimi tanınırdı.

Bu xəritə qəti şəkildə göstərir ki, Azərbaycan tarixən sadəcə bir vilayət deyildi. Arazın hər iki sahilindəki torpaqları, Bakı, Təbriz, Şamaxı kimi şəhərləri birləşdirən geniş və mühüm bir coğrafi məkana sahib idi. Üstəlik, bu region belə vahid şəkildə beynəlxalq səviyyədə də qəbul edilirdi.

Prof. Dr. Zaur Əliyev

  •  

Gürcüstanda quduzluq tapıldı: Karantin elan olunub

Gürcüstanın Milli Qida Agentliyinin açıqlamasında deyilir ki, şübhəli statusla təcrid olunmuş və müşahidə altında olan Kutaisi sığınacağına aparılan küçə itində quduzluq aşkarlanıb və buna görə də karantin elan edilib.

Aprelin 14də Kutaisi sığınacağına aparılan və şübhəli statusla təcrid olunmuş küçə itində quduzluq aşkarlanıb. Milli Qida Agentliyi hadisə ilə bağlı bütün müvafiq qurumları məlumatlandırıb, quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb. Epidemiyanın yayıldığı ərazidə karantin elan edilib, deyə Agentliyin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın iki bölgəsində quduzluq səbəbindən karantin elan olunub.

  •  

Azərbaycanda maraqlı təbiət hadisəsi - FOTO

Yaşıl düzənliklərin üzərində ucalan rəngarəng qövslər boz buludlu səma ilə təzad təşkil edərək sanki bir tablonu xatırladır.

İmişli rayonu ərazisində göy qurşağı daha aydın müşahidə olunub. Belə ki, saat 17 radələrində başlayan yağışdan təxminən 20–25 dəqiqə sonra buludlar dağılıb və Günəş şüalarının düşməsi nəticəsində səmada nəhəng göy qurşağı görünüb.

Rayonun müxtəlif ərazilərindən müşahidə edilən göy qurşağı Araz çayı sahilində, açıq ərazidə daha gözəl mənzərə yaradıb.

  •  

Elçin Əmirbəyov Çexiya televiziyasına müsahibə verib | VİDEO

E.Əmirbəyov Azərbaycan və Çexiya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulduğunu qeyd edərək, 2015ci ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, enerji sahəsi ilə yanaşı müdafiə, sənaye, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib.

Azərbaycanın geostrateji mövqeyinə toxunan E.Əmirbəyov ölkəmizin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı bütün Avropa ölkələri, eləcə də Çexiya üçün Mərkəzi Asiyaya etibarlı çıxış qapısı kimi xarakterizə edib.

E.Əmirbəyov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun müsbət dinamika üzrə inkişaf etdiyini qeyd edərək, cari ilin əvvəlində Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çexiya Respublikasının Baş naziri cənab Andrey Babiş arasında keçirilmiş görüşü bu baxımdan mühüm addım kimi qiymətləndirib. O, yaxın dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

Müsahibədə xüsusilə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. E.Əmirbəyov Azərbaycanın uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı strateji tərəfdaş olduğunu qeyd edərək, Çexiyanın Azərbaycandan xam neft idxal edən əsas tərəfdaşlardan biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın təbii qaz ixrac coğrafiyası genişlənməkdədir və hazırda ölkəmiz 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzv ölkəsinə təbii qaz ixrac edir. Eyni zamanda, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə investisiyalara və mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasına ehtiyac olduğu qeyd edilib. Bu baxımdan, Azərbaycan ilə Avropa İttifaqı arasında sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələri və ölkəmizin iştirakçısı olduğu regional yaşıl enerji layihələri barədə də müqabil tərəflərə məlumat verən E.Əmirbəyov təmiz elektrik enerjisinin ötürülməsi istiqamətində Avropa ölkələri, o cümlədən Çexiya ilə əməkdaşlığın dərinləşdirilməsi baxımından geniş imkanların olduğunu qeyd edib.

E.Əmirbəyov Azərbaycanın qlobal enerji bazarında etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini bildirərək, ölkəmizin qısamüddətli böhranlara əsaslanan təchizatçı deyil, uzunmüddətli, sabit və proqnozlaşdırıla bilən tərəfdaş kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb.

Müsahibə zamanı regional və beynəlxalq məsələlərə də toxunulub. E.Əmirbəyov Azərbaycanın bütün, o cümlədən qonşu ölkələrlə münasibətlərdə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxşaxəli xarici siyasət həyata keçirdiyini bildirib.

Azərbaycan ilə ABŞ arasında münasibətlərə dair sualı cavablandırarkən E.Əmirbəyov qeyd edib ki, son dövrdə bu əlaqələr keyfiyyət və məzmun baxımından yeni mərhələyə yüksəlmişdir. O, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanmasının ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verdiyini vurğulayıb. Bununla yanaşı, ABŞ tərəfinin Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsinə verdiyi dəstək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyatkommunikasiya xətlərinin bərpası ilə bağlı oynadığı vacib rol barədə yüksək qiymətləndirilib.

Müsahibə çərçivəsində E.Əmirbəyov həmçinin AzərbaycanErmənistan münasibətlərinin normallaşması prosesi barədə sualı cavablandırıb, əldə olunmuş razılaşmalar və davamlı sülhün təmin olunması istiqamətində görülən işlərdən də bəhs edib. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi ilə bağlı yaxın zamanda təşkili nəzərdə tutulan referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb.

  •  

"Məqsəd yeni yol yaratmaqdır" - Elçin Əmirbəyov

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib.

Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb, o deyib.

E. Əmirbəyovun sözlərinə görə, tərəflər geniş sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar.

Bu, Azərbaycan və ABŞ arasında kifayət qədər geniş sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasıdır. Əlbəttə ki, bu sahələr qarşılıqlı anlaşma və hər iki tərəfin maraqları əsasında seçilib, o qeyd edib.

E. Əmirbəyov əlavə edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması səylərinə də töhfə verib.

Bu münasibəti çox vacib edən ikinci element, ABŞ və hazırkı administrasiyanın Azərbaycanla Ermənistan arasında sülhün təşviqində oynadığı müsbət roldur, o bildirib.

E. Əmirbəyov vurğulayıb ki, siyasi qarşılıqlı fəaliyyət və sülhməramlı səylərlə yanaşı, tərəfdaşlıq yeni nəqliyyat marşrutlarının inkişaf etdirilməsinə yönəlib.

Lakin bu, yeganə məsələ deyil. Məqsəd gələcəkdə Şərqi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qərbi Avropa ilə birləşdirəcək yeni və ya alternativ bir əlaqə yolu yaratmaqdır, o qeyd edib.

Bütün bu amillər bir araya gəldikdə, bu münasibətlərin Azərbaycan üçün əhəmiyyəti daha aydın olur. Biz bu müsbət impulsu davam etdirmək niyyətindəyik, E. Əmirbəyov əlavə edib.

  •  

TƏBİB-ə yeni icraçı direktor təyin olunub

Bu barədə TƏBİBdən məlumat verilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3cü bəndi rəhbər tutularaq, TƏBİBin İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİBin İcraçı direktoru təyin edilib.

Anar Bayramov 1975ci ildə anadan olub. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998ci ildən MediClub klinikasında həkim, 2002ci ildən AGroup Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Eyni zamanda, 20062014cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 20122017ci illərdə XəzərAvropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi çalışıb. 2023cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

AzVision.az

  •  

213 kişiyə atalıq məzuniyyəti verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, işçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Məşğulluq altsistemində elektron qaydada rəsmiləşdirilir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət hüququnun verilməsidir.

  •  

Kəmaləddin Heydərova iki yeni müavin təyin olunub

Belə ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət generalmayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

AzVision.az

  •  

Mina partlayışının qurbanı olan ANAMA əməkdaşı dəfn edilib YENİLƏNİB

ANAMAnın əməkdaşı, 1995ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətilinin nəşi Bala Bəhmənlidə ailəsinin yaşadığı ünvana gətirilib və orada vida mərasimi keçirilib.




***
12:37

Aprelin 14də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirib ki, agentliyin əməkdaşı, 1995ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş həyatını itirib.
AzVision.az

  •  

Çex nazirdən kondisionerli kabinetlər və adamyeyənlər bənzətməsi

O, Çexiyanın baş nazirinin müavini və xarici işlər naziri Petr Maçinko ilə birgə mətbuat konfransında vurğulayıb ki, İran rejiminin planlarının qarşısı qətiyyətlə alınacaq:

Biz İran rejiminin bu təhlükəli planını həyata keçirməsinə icazə verməyəcəyik. Onun nüvə silahı əldə etməsinə və terrorçu şəbəkələri vasitəsilə bizə təzyiq göstərməsinə yol verməyəcəyik.

G. Saar qeyd edib ki, ABŞ ilə birgə həyata keçirilən addımlar İranın nüvə və raket proqramlarına, eləcə də hərbi sənayesinə ciddi zərbə vurub. Onun sözlərinə görə, İsrail bundan sonra da yüksək hazırlıq vəziyyətini qoruyacaq.

Çexiyanın xarici işlər naziri Petr Maçinka isə İsrailə dəstəyini ifadə edib. O bildirib ki, regiondakı reallıqları uzaqdan qiymətləndirənlər vəziyyətin mürəkkəbliyini tam dərk etmirlər:

İsrail sivil dövlətdir və qeyrisivil düşmənlərlə əhatə olunub. Kondisionerli rahat ofislərdə oturan liberallar İsrailin hansı reallıqla üzləşdiyini anlamırlar.

Çexiyalı nazir əlavə olaraq məsələni bənzətmə ilə izah edib:

Bu insanlar sanki kannibalların yaşadığı kəndə gələnlər kimidir. Onlar deyirlər: ‘Biz sizi sevirik, çünki insan haqlarına inanırıq’, kanniballar isə cavab verir: ‘Biz də sizi sevirik, nuş olsun’.

Görüşün yekununda tərəflər İsrail və Çexiya arasında birgə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəliblər. Komissiyaya hər iki ölkənin xarici işlər nazirləri rəhbərlik edəcək.

M. Həsənli
AzVision.az

  •  

Çin gəmisi ABŞ-nin blokadasını saymadı

Marine Traffic gəmi naviqasiyasının vebsaytının məlumatında bildirilir ki, bu, sahibi ABŞ sanksiyalarına məruz qalan Çinə məxsus Rich Starry adlı gəmidir. Tanker kimyəvi maddələrin daşınması üçün istifadə olunur və ortaölçülü gəmidir.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gün İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.

  •  

Xalq artisti Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif edilib l FOTOLAR

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 14də tanınmış teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə Mədəniyyət Nazirliyində görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli Ramiz Həsənoğlunu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşaları böyük rəğbətlə qarşılanıb. Onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tariximədəni yaddaşının zənginləşməsinə xidmət edir.
Qeyd olunub ki, rejissorun yaradıcılığı daim yüksək qiymətləndirilib, bir sıra dövlət təltiflərinə layiq görülüb.
Sonra Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib, möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.
Ramiz Həsənoğlu fəaliyyətinə göstərilən diqqətə və təltifə görə minnətdarlığını bildirib.
Görüşdə iştirak edən Xalq artistləri — Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, aktyorlar İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri — Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və kinoşünas Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar.
Sonda xatirə şəkli çəkdirilib.

  •  

Yollardakı sarı torlar tıxacı azaldırmı? | VİDEO

Bir neçə gün əvvəl Biləcəri qəsəbəsində Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində də analoji nişanlama işləri həyata keçirilib. Günün pik saatlarında sözügedən ərazidə teztez tıxac yaranırdı. Bu qarışıqlığın əsas səbəbi kimi isə kəsişmədə dayanan nəqliyyat vasitələri göstərilirdi. Lakin sürücülər bildirirlər ki, görülən tədbirlərə baxmayaraq vəziyyət hələ də ciddi şəkildə dəyişməyib.

Bundan əlavə, paytaxtın Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva küçələrində, 20 Yanvar dairəsində, Azadlıq prospektində, həmçinin Vaqif və Səməd Vurğun küçələrinin kəsişmələrində də sarı tor nişanlanmaları təşkil olunub.

  •  

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu oynayıb. Harvard Business Reviewnun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
+++
Bu il müsabiqəyə ümumilikdə 100ə yaxın komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib. Onlardan 12si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda isə finalda çıxış etmək imkanı qazanıb.

Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.

  •  

Liseydə silahlı insident: 16 nəfər yaralandı

Hadisə Siverek rayonundakı Ahmet Koyuncu Anadolu Peşə Liseyində baş verib. İlkin məlumatlara görə, insident zamanı əksəriyyəti şagirdlər olan 16 nəfər yaralanıb.

Şanlıurfa valisi Hasan Şıldak hücum edən şəxsin ov tüfəngi ilə silahlandığını və atışmadan sonra intihar etdiyini bildirib.

Hadisənin səbəbi araşdırılır.

  •  

Türkiyədə kinoya 245 milyon ayrıldı

Bu proqram yalnız film istehsalının artırılmasını deyil, eyni zamanda keyfiyyətli və beynəlxalq rəqabət qabiliyyəti yüksək layihələrin inkişaf etdirilməsini də hədəfləyir.

Layihəyə əsasən, ayrılan vəsaitin 12 milyon 590 min lirəsi 30 sənədli film istehsalına, 232 milyon 500 min lirəsi isə tammetrajlı bədii filmlərin hazırlanmasına xərclənəcək.

Kino sektoruna verilən dəstəklər davam etdiriləcək. Belə ki, sentyabr ayında qısa və animasiya filmlərinin istehsalı, ssenari yazımı və layihə inkişafı, oktyabr ayında isə tammetrajlı film, postprodakşn və ortaq istehsal layihələrinə veriləcək dəstəklər qiymətləndiriləcək.

Aprel ayında Türkiyədə sektor üzrə ümumilikdə 215 layihəyə 302 milyon lirə vəsait ayrılıb ki, bu məbləğ ötən ilin ümumi dəstək dəyərinə bərabərdir.

  •  

Ya sükan, ya telefon!

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib. O bildirib ki, nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə edən sürücülərin reaksiya müddəti azalır, məsafə və sürət qiymətləndirməsində səhvlər artır, qəfil yaranan təhlükələrə vaxtında reaksiya vermək mümkün olmur. Xüsusilə mesaj yazmaq və ya sosial şəbəkələrdən istifadə zamanı sürücünün diqqəti bir neçə saniyəlik yoldan yayınır ki, bu da nəqliyyat vasitəsinin nəzarətsiz qalmasına və ağır nəticələrə səbəb olur.

O qeyd edib ki, sükan arxasında mobil telefondan istifadə yalnız inzibati məsuliyyət yaradan qayda pozuntusu deyil, eyni zamanda insan həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir.

Sonda şöbə rəisi sürücülərə müraciət edərək nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadədən çəkinməyi, zərurət yarandıqda isə nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxladıqdan sonra telefondan istifadə etməyi tövsiyə edib.

  •  

Prezident Somalinin yeni təyin olunmuş səfirini qəbul edib l FOTOLAR

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxundu.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulandı.

Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirildi.

Somali Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə ASAN xidmət təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulandı.

Elm və təhsil sahələrində əməkdaşlığa toxunuldu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olundu. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

  •  

Sabah da yağış yağacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrıayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimalqərb küləyi gündüz cənubşərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 810° isti, gündüz 1316° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 7585 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 69° isti, gündüz 1520° isti, dağlarda gecə 3° şaxtadan 2°dək isti, gündüz 712° isti olacaq.

AzVision.az

  •  

Tramp: ABŞ və İran arasında danışıqların rəsmən başlayıb

AzVision.az xəbər verir ki, bu barədə NewsNation telekanalının jurnalisti Kelly Meyer məlumat yayıb.

Onun sözlərinə görə, Trampdan danışıqların rəsmi başlayıbbaşlamadığı soruşulub və o, bu sualı müsbət cavablandırıb. Jurnalist həmçinin İran tərəfinin danışıqlarda səmimi davranıbdavranmadığını soruşduqda, Tramp Bunu sizə yaxın vaxtlarda deyəcəyəm, bu, çox çəkməyəcək cavabını verib.

Qeyd olunub ki, ABŞ və İran nümayəndələri arasında danışıqlar Islamabad şəhərində keçirilir.

Röya Əliyeva



  •  

İmişlidə yataq xəstəsi evində yanaraq öldü

Azvision.az Qafqazinfoya istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1969cu il təvəllüdlü Abışov Akif Mədət oğluna məxsus ikiotaqlı yaşayış evi yanıb. Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hadisə zamanı ev sahibi yanaraq həyatını itirib.

Qeyd edək ki, mərhum uzun illər yataq xəstəsi olub. Hadisə baş verən zaman evdə ondan başqa heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.

  •  

Bakıda torpaq sürüşməsi olub

Bunu Reporta açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Ətraflı

Onun sözlərinə görə, bu gün səhər saatlarında 34 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:

Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

AzVision.az

  •  

“Sülh Körpüsü” iştirakçıları Hikmət Hacıyev ilə görüşüblər

Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə abhavanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir.

  •  

Sabah 17 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimalqərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 8 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 6575 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6 dərəcədən 10 dərəcəyədək, gündüz 13 dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.

AzVision.az

  •  

Paşinyanı müşayiət edən polis avtobusu qəzaya uğrayıb

Hadisə səhər saatlarında qeydə alınıb. Hyundai markalı polis avtobusu ilə Nissan avtomobili toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb və hadisənin detalları araşdırılır.

İşxanutyun agentliyinin məlumatına görə, qəzaya düşən avtobus Lori vilayəti istiqamətində Ermənistanın baş naziri Nikol Paşinyanın xoşbəxt avtobus kimi tanınan avtobusu müşayiət edirmiş.

AzVision.az

  •  

Qarabağ Universitetinin beynəlxalq əməkdaşlıqları genişlənir | FOTOLAR

Bildirilib ki, bu əməkdaşlıq yalnız ayrıayrı tədbirlərin təşkili ilə məhdudlaşmır, eyni zamanda Qarabağ Universitetinin beynəlxalq elmi mühitə inteqrasiyası, akademik potensialının gücləndirilməsi və müasir ali təhsil standartlarına uyğun inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Tərəflər arasında əvvəlki görüşlərdə ortaq elmitədqiqat layihələrinin həyata keçirilməsi, müasir laboratoriyaların yaradılması, onlayn dərs və seminarların təşkili, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin tədris prosesinə cəlb edilməsi, eləcə də birgə konfrans, forum və simpoziumların keçirilməsi kimi mühüm əməkdaşlıq istiqamətləri müəyyən edilib və bu istiqamətlər üzrə konkret fəaliyyət planı formalaşdırılıb.

Görüşdə DAABın sədri, Almaniyada fəaliyyət göstərən azərbaycanlı riyaziyyatçı alim, professor Məsud Əfəndiyev və birliyin üzvü, İsveçdə yerləşən Qoteborq Universitetinin professoru Səadət Kərimi iştirak ediblər.

Professor Məsud Əfəndiyev Elmin populyarlaşdırılması mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə elmin cəmiyyətdə rolu, gənc tədqiqatçılar arasında elmi biliklərin təşviqi yolları, eləcə də universitetlərdə elmin təbliği mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir texnologiyaların imkanlarından istifadə etməklə elmi biliklərin daha geniş auditoriyaya çatdırılması məsələləri müzakirə olunub.

Daha sonra professor Səadət Kərimi Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları mövzusunda seminar keçib. Seminarda ali təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması, pedaqoji innovasiyaların tətbiqi, eləcə də müəllimlərin müasir tədris metodlarından istifadə imkanları ilə bağlı praktik tövsiyələr təqdim olunub.

Bununla yanaşı, daha əvvəl Qarabağ Universitetinin Pedaqoji fakültəsi ilə birlikdə təşkil olunmuş təşkil olunmuş Ali təhsil pedaqogikası mövzusunda onlayn seminarı uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

Tədbirin sonunda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə edərək birgə elmi layihələrin, seminar və təlim proqramlarının genişləndirilməsi istiqamətində razılığa gəliblər.

  •  

Azərbaycanda qadın tiktoker insan alverinə görə həbs edilib

O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

  •  

Qubada TORPAQ SÜRÜŞMƏSİ

AzVision.az APAya istinadla xəbər verir ki, rayon mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən kənddə bir neçə yaşayış evinə ziyan dəyib.

Evlərin divarlarında çatlar yaranıb, bəzi dam örtükləri yararsız vəziyyətə düşüb.

Dağlıq ərazidə yerləşən kənddə torpaq qatının yuxarı hissələrdən sürüşərək yaşayış sahələrinə doğru hərəkət etdiyi bildirilir. Kənd ərazisində geniş sürüşmələr müşahidə olunur və proses hazırda da aktiv davam edir.

Sürüşmə nəticəsində Aydınkəndə gedən yol bir neçə gün nəqliyyat üçün bağlı qalıb, bu isə sakinlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Sakinlər bildirirlər ki, kəndin təhlükəli ərazidə yerləşməsi onların həyatını risk altına alır. Qeyd olunur ki, Aydınkənd kəndinin ərazisi ümumilikdə sürüşməyə meyilli zonalardandır.

Hazırda kəndə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub, fəsadların aradan qaldırılması və yolun bərpası istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Qubanın Qoanqkənd və Qəçrəş kəndlərində də torpaq sürüşmələri olub.

AzVision.az


  •  

Təhlükəsizlik kəməri həyata bağlayır -DİN

AzVision.az bu barədə DİNin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.

Bir sözlə avtomobildə təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır!

  •  

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir

Xatırladaq ki, 2025ci il oktyabrın 21də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti KasımJomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

Yanvarın 11də isə bu ölkəyə 979 ton Aİ92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.

Martın 24də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.

Martın 25i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Qeyd edək ki, sonuncu dəfə martın 25də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.

  •  

Dövlət Komitəsi: Sosial şəbəkələrdə yayılan iddialar əsassızdır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən AzVision.aza verilən məlumata əsasən, Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən Facebook sosial şəbəkəsində şəxsi hesablarında son günlər Komitənin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialar, eləcə də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.

Məlumatda bildirilib ki, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınıb. O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət edib və Komitə rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı, məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi məlumat verilib.

Qeyd olunub ki, Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilib. Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb edib.

Komitədə fəaliyyət göstərən Daimi Məskunlaşma Komissiyasının üzvləri tərəfindən aparılmış araşdırma zamanı Şahin Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı müəyyən edilib və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunub. Bu barədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb.

Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxslərinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşaraq, öz maraqlarını təmin etmək məqsədilə ictimai çaşqınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd göstəriblər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaradır və vətəndaşların diqqətinə çatdırılır. Komitə bu hallarla bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.

  •  

Xankəndidə tələbələrə mina təhlükəsi izah olunub | FOTOLAR


Görüşün əsas məqsədi tələbələrin mina təhlükəsi barədə məlumatlandırılması, onların bu istiqamətdə maarifləndirilməsi, ictimai fəaliyyətlərə daha fəal şəkildə cəlb olunması, eləcə də bu sahədə könüllü təşəbbüslərdə iştirakının artırılması və sosial məsuliyyət hissinin gücləndirilməsidir.


Tədbirdə Qarabağ Universitetinin birinci prorektoru Fariz Əhmədov, universitet əməkdaşları Elnur Babayev və Lamiyə Məmmədova, ANAMAnın İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev, Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov iştirak ediblər.


Eyni zamanda ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, sədr müavini Emil Həsənov və şura üzvləri Musa Mərcanlı, Hafiz Əzimzadə, Xatirə Vəliyeva, Könül Quliyeva və Rəşad Mehdiyev də tədbirdə iştirak ediblər. Tədbir ANAMA yanında İctimai Şuranın fəaliyyət planına uyğun olaraq keçirilib.


Tədbir çərçivəsində ANAMA nümayəndələri tərəfindən mina təhlükəsinin yaratdığı risklər, azad olunmuş ərazilərdə mövcud vəziyyət və təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, mina təhlükəsi hələ də region üçün ciddi problem olaraq qalır və bu sahədə maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Mina və digər partlayıcı sursatların nümunələri nümayiş olunaraq müəllim və tələbə heyətinə bu barədə müfəssəl məlumat verilib.


İctimai Şura üzvləri çıxışlarında gənclərin bu prosesdə rolunu xüsusi vurğulayıb, onların cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında fəal iştirakının vacibliyini qeyd ediblər. Tələbələrə mina təhlükəsi ilə bağlı düzgün davranış qaydaları və əldə etdikləri məlumatların öz yaxınları, həmyaşıdları ilə də paylaşmalarının zəruriliyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində Qarabağ Universitetinin könüllüləri arasından mina təhlükəsi ilə bağlı maarifləndirmə sahəsində əməkdaşlıq edəcək 50 nəfər tələbə seçilib. Gələcəkdə də bu istiqamətdə universitet tələbələri ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Görüş interaktiv formatda davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  •  

Onlar bugündən sərhədçidirlər | FOTOLAR+VİDEO


Hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilmiş, Dövlət Himni səsləndirilmiş, xalqımızın Dahi Öndəri, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini xüsusi vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi generalpolkovnik Elçin Quliyev qeyd etmişdir ki, bu strategiyanın tərkib hissəsi olaraq Dövlət Sərhəd Xidmətinin madditexniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilmiş, şəxsi heyətin peşəkarlıq səviyyəsi daha da artırılmış və sərhəd mühafizəsi sistemi ən qabaqcıl texnologiyalar əsasında təkmilləşdirilmişdir. Əldə olunan bu uğurlar Dövlət Sərhəd Xidmətinin qarşısında duran vəzifələrin daha yüksək səviyyədə icrasına geniş imkanlar açmış, sərhədlərimizin toxunulmazlığının təmin edilməsində mühüm rol oynamışdır.


Bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin Çevikçi kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər isə onların peşəkarlığının, döyüş hazırlığının və Vətənə sədaqətinin rəmzidir.


Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Ali Baş Komandana dərin minnətdarlıqlarını ifadə edərək, Vətənə, millətə və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, Vətənin müdafiəsinə hər an hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içmişlər.


  •  

Bəzi ailələrə böyük məbləğdə güzəşt tətbiq edildi

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. +++

Həmçinin, həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. +++

Bu qanun layihəsinin keçid müddəalarına əsasən 2026cı il sentyabrın 15dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

AzVision.az

  •  

Bank borcu olanlar Diqqət

Qaydalara əsasən, vətəndaşın əmək haqqından, pensiyasından və ya digər gəlirlərindən tutulmaların ümumi məbləği 50 faizdən artıq ola bilməz. Bu məhdudiyyət borcun bir neçə icra sənədi üzrə olması halında da qüvvədə qalır. Yəni istənilən halda vətəndaşın gəlirinin ən azı yarısı onun sərəncamında qalmalıdır.

Bununla yanaşı, bəzi xüsusi hallarda – məsələn, aliment ödənişləri və ya vurulmuş zərərin kompensasiyası zamanı tutulmaların həcmi 70 faizə qədər artırıla bilər. Digər hallarda isə bu həddin aşılması qanunla nəzərdə tutulmur.

Borcun tutulması üçün əsas şərt məhkəmə qərarıdır. Məsələn, vətəndaş bir bankdan kredit götürüb, lakin əmək haqqını başqa bank vasitəsilə alırsa, kreditor bank mütləq məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarından sonra icra prosesi başlanır və vətəndaşın gəlirindən müəyyən olunmuş həddə qədər vəsait tutulur.

Lakin praktikada fərqli vəziyyətlər də yaranır. Əgər vətəndaşın borcu məhz əmək haqqı və ya pensiya aldığı bankadırsa, bu zaman məsələ daha çətinləşir. Belə ki, bankla bağlanan müqavilələrdə adətən gecikmə halında vəsaitin birbaşa kart hesabından tutulmasına dair şərtlər yer alır. Bu, bəzi hallarda vətəndaşın hesabından vəsaitin məhdudiyyətsiz şəkildə çıxılmasına səbəb ola bilər.

Belə vəziyyətlə üzləşən vətəndaşın müəyyən hüquqları mövcuddur. O, iş yerinə müraciət edərək əmək haqqının başqa bank vasitəsilə ödənilməsini tələb edə bilər. Qanunvericiliyə əsasən, işçi əmək haqqını hansı bankdan almaq istədiyini özü seçmək hüququna malikdir. Eyni zamanda, vətəndaş problemli bank hesabının bağlanması üçün də müraciət edə bilər.

Digər mühüm məqam ondan ibarətdir ki, əmək haqqından tutulmalar yalnız işçinin yazılı razılığı və ya rəsmi icra sənədi əsasında həyata keçirilməlidir. İşəgötürən də yalnız icra sənədində göstərilən məbləğ həcmində tutulma aparmalıdır. Bundan əlavə, bu kimi məsələlərdə məxfilik qorunmalı, işçinin şəxsi vəziyyəti kollektiv müzakirə predmetinə çevrilməməlidir.

Ümumilikdə, qanunvericilik borcların ödənilməsi ilə vətəndaşın sosial vəziyyəti arasında balans yaratmağa çalışır. Məqsəd həm öhdəliklərin icrasını təmin etmək, həm də insanların minimum dolanışıq imkanlarını qorumaqdır.

AzVision.az

  •  

İmtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bunu DİMin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya mövzusunda beynəlxalq elmipraktik konfrans zamanı bildirib.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, konfrans çərcivəsində imzalanan Niyyət Protokoluna əsasən Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında araşdırmalar aparılması planlaşdırılır.

Diplomların qarşılıqlı tanınmasından öncə imtahanlarla bağlı təcrübə mübadiləsi aparmağı planlaşdırırıq. Təkcə təhsil sahəsində deyil, kadr seçimi istiqamətində də beynəlxalq əməkdaşlıqlar davam edir. Bu sahədə güclü əlaqələr qurmuşuq, DİM sədri əlavə edib.

AzVision.az

  •  

İşə qəbul qaydası dəyişir

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.

Həmçinin, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək:

tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə
işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.
Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) Narkoloji xidmət və nəzarət haqqında Qanuna uyğun olaraq keçəcəklər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

AzVision.az

  •  

"Instagram"da çoxdan gözlənilən YENILİK

Səhvləri düzəltmək üçün şərhi silib yenidən yazmaq məcburiyyəti qalmayacaq.

TechCrunchın məlumatına görə, ayrılmış vaxt ərzində şərhi bir neçə dəfə redaktə etmək mümkündür. Şərhdə redaktə edildiyini göstərən qeyd görünəcək. Dəyişikliklərin tarixçəsini isə görmək mümkün olmayacaq.

2026cı ilin mart ayında Instagram ödənişli mavi işarə sahibləri arasında paylaşımların təsvir hissəsində kliklənə bilən linkləri test etməyə başlayıb. Həmçinin Instagram Plus abunəliyini təqdim edib — bu xidmət, digər imkanlarla yanaşı, Stories paylaşımlarının müddətini uzatmağa və onları müəllifin xəbəri olmadan izləməyə imkan verir.

AzVision.az

  •  

Ramin Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək

Komtədən AzVision.aza bildirilib ki, qəbul saat 11:00da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dkqarabag@scara.gov.az) müraciət etmələri xahiş olunur.

AzVision.az

  •  

Qətər İrandan kompensasiya tələb edir

Rəsmi Doha bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatını məlumatlandırıb. Qeyd olunub ki, pilotsuz uçuş aparatları və raket zərbələrinə görə hüquqi cavabdehlik və maliyyə məsuliyyəti İranın üzərinə düşür.

Qətər İranın hərbi əməliyyatları nəticəsində ölkəyə dəyən ziyanın ödənilməsini tələb edir, deyə bəyanatda qeyd olunur.

Röya Əliyeva

  •  

“Azercell” yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

NTT DATA Business Solutions və SAP kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu transformasiyanın nəticəsində maliyyə, satınalma, logistika və insan resursları üzrə əsas biznes prosesləri vahid platformaya inteqrasiya olunub. Bu yanaşma məlumatların real vaxt rejimində emalını təmin etməklə yanaşı idarəetmədə operativliyi artırır və qərarvermə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.

Eyni zamanda, SAP Ariba platformasının tətbiqi satınalma proseslərində şəffaflığın artırılmasını, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini və xərclərin daha effektiv idarə olunmasını mümkün edir.

Yeni sistem daxili nəzarət mexanizmlərini və risklərin idarə olunması imkanlarını daha da genişləndirərək şirkət daxilində məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmasına töhfə verir.

SAP S/4HANA platformasına keçid Azercellin dəyişən bazar dinamikalarına daha çevik uyğunlaşmasına, əməliyyat effektivliyini artırmasına və rəqəmsal xidmətlər bazarında uzunmüddətli rəqabət üstünlüyünü möhkəmləndirməsinə xidmət edir.

AzVision.az

  •  

“Nar” inklüziv təşəbbüsə qoşulub | FOTOLAR

Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMTnin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.

Qeyd edək ki, aprel ayı ərzində davam edəcək proqramda iştirakçılar Narın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir.

Xatırladaq ki, Nar sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. Narın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

  •  

Hava ilə bağlı XƏBƏRDARLIQ

AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrıayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

  •  

Ermənistandakı seçki kampaniyasında Azərbaycana qarşı təxribat | VİDEO

Videoda guya gələcəkdə müəllimə uşaqlara tarix dərsi keçir. Deyir ki, qorxaqlar (yəni Paşinyan) hakimiyyətə gələndə Artsaxı itirmişdilər, sonra güclü lider (yəni Samvel) gəldi və geri qaytardı. Hətta Qarabağın Ermənistana birləşdirilmiş xəritəsi də nümayiş etdirilir.



Bu video açıqaşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatdır. Azərbaycan torpaqları hansı ölkənin daxili siyasətinin predmeti ola bilməz!!!

AzVision.az

  •  

İlham Əliyev Pezeşkiana zəng edib

Dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

  •  

Bakıda reyd: Heyvanlar insanlardan xilas edilib

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən birgə yoxlama nəticəsində Poniland adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.

Qeyd edək ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariyagigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.

IDEA İctimai Birliyi vətəndaşları bir daha heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verməməyə, bu kimi faktların şahidi olduqda IDEA İctimai Birliyinin Təbiətə Təcili Yardım proqramı çərçivəsində fəaliyyət göstərən 1113 qaynar xətti və ya rəsmi sosial media kanalları vasitəsilə məlumat verməyə çağırıb.

  •  

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda iclasda Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

  •  

Kriptovalyutalar geosiyasi böhran fonunda: 2026-cı ilin maliyyə düzəni dəyişir

2026cı ilin mart ayı dünya maliyyə sistemi üçün dönüş nöqtəsi oldu və rəqəmsal aktivlərin yüksək riskli spekulyativ alətlər kateqoriyasından qlobal investisiya portfelinin fundamental komponentləri statusuna qəti keçidini qeyd etdi. ABŞ ilə İran arasında geosiyasi gərginlik, Hörmüz boğazı vasitəsilə dünya neft ticarətində genişmiqyaslı pozuntulara səbəb olaraq, misli görünməmiş strestest üçün şərait yaratdı. Ənənəvi bazarlar, fond indekslərindən tutmuş qiymətli metallara qədər dərin eniş nümayiş etdirdiyi halda, kripto sənayesi nəinki davam gətirdi, həm də institusional kapitalın axını və süni intellekt sahəsində texnoloji irəliləyişlərlə dəstəklənən keyfiyyətli artım nümayiş etdirdi.

Geosiyasi parçalanma və fövqəlsuveren aktivin yaranması

Hörmüz boğazındakı böhran dünya üzrə neft dövriyyəsinin təxminən 20%nə təsir göstərdi ki, bu da Brent markalı neftin qiymətlərinin 36% kəskin artmasına səbəb oldu və VIX volatillik indeksini 35 pik səviyyəsinə yüksəltdi. Bu şəraitdə klassik iqtisadi nəzəriyyə investorların qoruyucu aktivlərə qaçacağını proqnozlaşdırırdı, lakin 2026cı ilin reallığı köhnə dogmaları təkzib etdi. Binance Research hesabatına əsasən, münaqişənin başlanğıcından (ilk 32 gün ərzində) Bitcoin (BTC) və Ethereum (ETH) müvafiq olaraq +1% və +6% gəlirlilik göstərib, pik nöqtələrdə isə +14% və +22% səviyyələrinə çatıb.


Müharibənin başlanğıcından etibarən son bir ay ərzində əsas aktivlərin dəyərinin dinamikası

Bu fonda ənənəvi bazarların göstəriciləri məyusedici görünürdü: S&P 500 indeksi 8% azaldı, texnologiya sektoru (Mag 7) 10% itirdi, yarımkeçiricilər (SOXX) isə 12% gerilədi. Binance Research hesabatına əsasən, ən gözlənilməz hal qızıl və gümüşün davranışı oldu — onlar müvafiq olaraq 13% və 22% azaldı. Kriptovalyutaların artdığı, eyni zamanda qiymətli metalların isə düşdüyü bu nadir dinamika Bitcoinin fövqəlsuveren aktiv kimi qəbul olunması narrativini daha da gücləndirdi.Bu dövrdə kriptobazarın dayanıqlığı onun aparıcı ticarət platformalarında, məsələn Binance üzərində təmin edilən unikal 24/7 likvidliyi və risklərin ani klirinqi qabiliyyəti ilə izah olunur. Bu isə ənənəvi platformaların volatilliklə başa çıxa bilmədiyi şəraitdə həlledici üstünlüyə çevrildi.

İnstitusional renessans: ETFlərin rolu və holder davranışının dəyişməsi
Mart ayında sabitliyin ən mühüm amillərindən biri spot BitcoinETF sektorunda trendin dönüşü oldu. 2025ci ilin noyabrından etibarən müşahidə olunan uzunmüddətli vəsait çıxışı dövründən sonra mart ayında ardıcıl dörd həftə ərzində xalis kapital axını qeydə alındı. Binance Research tədqiqat qrupunun mütəxəssisləri qeyd edirlər ki, ay ərzində spot BTCETFlərə ümumi xalis daxilolmaların həcmi təxminən 1,13–1,2 milyard ABŞ dolları təşkil edib ki, bu da bazarın peşəkar iştirakçıları tərəfindən etimadın bərpa olunduğunu göstərir.Bununla paralel olaraq bazarda uzunmüddətli holderlərin (LTH) davranışında struktur dəyişiklik baş verdi. Bu kateqoriyaya monetləri 155 gündən artıq saxlayan subyektlər daxildir. Tarixi olaraq LTH tərəfindən təklif bazarın pik nöqtələrində mənfəətin realizasiyası səbəbindən azalırdı — bu hal 2023cü ilin dekabrında və 2024cü ilin oktyabrında müşahidə olunmuşdu. Lakin 2025ci ilin birinci rübündən etibarən, ETFlər və korporativ xəzinələr vasitəsilə institusional investorların genişmiqyaslı daxil olması nəticəsində bu dinamika dəyişdi. 2025ci ilin oktyabrında qeydə alınmış tarixi maksimumdan 46% səviyyəsində əhəmiyyətli enişə baxmayaraq, LTH təklifi 2026cı ilin fevral ayının ortalarından etibarən artmağa başladı. Uzunmüddətli holderlər arasında yığımın artması ilə ETFlərə müsbət kapital axınlarının birləşməsi bazarın yenidən yüklənməsi adlandırılan prosesi göstərir ki, bu da yeni yığım dövrü üçün möhkəm əsas yaradır.


Kriptobazarın aylıq kapitallaşması

Əhvalruhiyyənin dəyişməsinin göstəricisi kimi Coinbase Premium indeksi çıxış etdi o, mart ayının əvvəlində müsbət zonaya keçdi. Bu, amerikalı institusional investorların xalis satışlardan aktiv alışlara keçdiyini göstərən aydın siqnal oldu və ETFlərə daxilolmaların bərpası ilə sinxron şəkildə baş verdi.

Korporativ xəzinələrin yeni standartı: Strategy şirkətinin keysi
2026cı ilin mart ayı korporativ bitkoin ehtiyatlarının idarə olunması üçün yeni modelin formalaşması ilə yadda qaldı. Strategy şirkəti Stretch (STRC) adlı imtiyazlı səhmlərin emissiyasından istifadə edərək aqressiv ekspansiyaya başladı. Təkcə mart ayı ərzində Strategy bu alət vasitəsilə 1,56 milyard ABŞ dolları cəlb etdi və bu vəsaitin 50%ni Bitcoin alınmasına yönəltdi. Ümumilikdə, 2026cı il ərzində şirkət təxminən 90 min BTCni 7,25 milyard ABŞ dolları dəyərində akkumulyasiya edib ki, bu da 2022ci ilin ayı bazarı dövründə etdiyi alışlardan on dəfə çoxdur.


STRC emissiyası hesabına bitkoin yığımının artması

STRC alətinə investor marağı onun yüksək gəlirliliyi (11%dən çox dividend) və adi səhmlərlə müqayisədə ödənişlər üzrə prioritetliyindən irəli gəlir. Bundan əlavə, STRC gəlirliliyi artıq DeFi protokollarında məsələn, Apyx və Saturn üzrə tokenləşdirilməyə başlanıb ki, bu da aşağı volatillik şəraitində farminq üçün yeni imkanlar yaradır. Strategy şirkətinin uğuru artıq rəqəmsal xəzinələr (DAT) sektorunda zəncirvari reaksiya yaradıb: Strive şirkəti analoji alət vasitəsilə 250 milyon dollardan çox vəsait cəlb edib. Əgər bu ssenari sənaye standartına çevrilərsə, bazarda korporasiyalar tərəfindən bitkoinə davamlı struktur tələbat formalaşacaq.

Lakin Binance Research analitikləri risklər barədə xəbərdarlıq edirlər: STRCnin aqressiv emissiyası şirkətlərin pul ehtiyatlarını tez bir zamanda tükəndirə bilər (məsələn, Strategydə bu göstərici 2 milyard dollar təşkil edir), həmçinin bu alətin dərin bazar çöküşü halında daxili qiymət döşəməsi mexanizmi yoxdur.

Risklərə baxmayaraq, Strategy yığım planını ikiqat artıraraq balansda 1 milyon BTC hədəfinə çatmaq üçün əlavə 42 milyard dollar cəlb olunmasını nəzərdə tutan 42/42 proqramına keçib. Bu isə 2026cı ilin sonuna qədər bitkoinə təxminən 19 milyard dollar həcmində əlavə tələbat yarada bilər.

Avtonom agentlərin iqtisadiyyatı: ERC8004 standartı və BNB Chainin dominantlığı
Maliyyə institutları öz strategiyalarını yenidən qurarkən, texnoloji sektorda blokçeyn və süni intellektin inteqrasiyası sahəsində keyfiyyət sıçrayışı baş verdi. 2026cı ilin yanvar ayının sonunda işə salınmış İİ agentlərinin onçeyn identifikasiyası üçün ERC8004 standartının tətbiqi qeydiyyatların partlayışvari artımına gətirib çıxardı. Cəmi iki ay ərzində 22 şəbəkədə qeydiyyatdan keçmiş agentlərin sayı 337dən 162 000dən çoxa yüksəldi. Bu seqmentdə mübahisəsiz lider BNB Chain şəbəkəsi oldu, mart ayının sonuna olan vəziyyətə görə burada 54 467 agent və ya bazarın 33,5%i cəmləşir. Müqayisə üçün, Base şəbəkəsi 23,5%, Ethereum isə 19,5% paya malikdir. BNB Chainin dominantlığı təkcə blokların bağlanma vaxtının subsaniyə səviyyəsində olması və aşağı komissiyalarla izah olunmur, bu xüsusiyyətlər maşınlararası yüksək tezlikli qarşılıqlı əlaqə üçün kritik əhəmiyyət daşıyır, həm də inkişaf etmiş developer alətləri ilə bağlıdır. Məsələn, BNBAgent SDK identifikasiya, tapşırıqların depozitləşdirilməsi və mərkəzsiz mübahisə həllini vahid strukturda birləşdirməyə imkan verir.

Mart ayında BNB Chain ERC8004 standartlı İİ agentləri üçün aparıcı şəbəkəyə çevrilərək həm Ethereumu, həm də Basei geridə qoydu

ERC8004 standartının əhəmiyyəti ondadır ki, o, agentlərə ERC721 tokenləri vasitəsilə yoxlanıla bilən onçeyn identiklik, daşına bilən reputasiya və etibarsız qarşılıqlı əlaqə üçün baza yaradır. Bu, artıq 100 milyondan çox maşınlararası ödənişi emal etmiş x402 ödəniş protokolu ilə birlikdə vasitəçilər olmadan İİ agentlərinin birbirini tapıb əməliyyatlar həyata keçirə bildiyi iqtisadiyyatın formalaşması üçün şərait yaradır. Hazırkı mərhələdə DEX üzərində agentlərin aktivliyi (BNB Chaində gündəlik pik 18,1 milyon dollar) ümumi əməliyyat həcminin yalnız kiçik hissəsini təşkil etsə də, identiklik qatının formalaşması gələcək tətbiqlər dalğası üçün zəruri fundamental əsasdır.

İnfrastrukturun yetkinliyi: steyblkoinlər, DeFi və real aktivlərin tokenizasiyası
Mərkəzsiz maliyyə və steyblkoinlər sektoru mart ayında lokal insidentlərə və tənzimləyici təzyiqlərə baxmayaraq dayanıqlılıq nümayiş etdirdi. DeFidə ümumi kilidlənmiş dəyər (TVL) bir qədər azalaraq 92,83 milyard dollara (3,3% aylıq) düşdü ki, bu da qismən Resolv protokolunun eksploit edilməsi nəticəsində təxminən 25 milyon dollar dəyərində Ethereum oğurlanması ilə əlaqədardır. Bununla belə, Binance Research analitiklərinin qeyd etdiyi kimi, bazarın ümumi strukturu sabit qaldı və Ethereum, BNB Chain və Base şəbəkələrinin DeFidə payı hətta cüzi artdı.

Ümumi kapitallaşması 315 milyard dollar səviyyəsində qalan steyblkoin bazarında aktivlərin istifadəsində mühüm uzunmüddətli dəyişiklik müşahidə olunur. Visa tərəfindən aparılan onçeyn analitikaya görə, USD Coin 2026cı ilin əvvəlində düzəliş edilmiş əməliyyat həcminin 64%ni ələ keçirərək 2018ci ildən bəri ilk dəfə Tetheri bu göstərici üzrə qabaqlayıb. Bu, USDCnin artımının artıq gəlirlilik ardınca qaçışdan deyil, real faydalılıq və institusional qəbuldan qaynaqlandığını göstərir. ABŞda irəli sürülən Clarity Act kimi tənzimləyici təşəbbüslər (passiv balanslara görə mükafatlara məhdudiyyətlər təklif edir) qısamüddətli panikaya səbəb olsa da (CRCL tokeni gün ərzində 20% düşmüşdü), bazar tezliklə bərpa olundu, çünki qanun layihəsinin hələ yekun mərhələdən uzaq olduğu anlaşıldı.

Real dünya aktivlərinin tokenizasiyası (RWA) sektoru da 4% artaraq ümumi dəyərini 27,1 milyard dollara çatdırdı. Lider seqment dövlət borcu oldu və 2 milyard dollar yeni investisiya cəlb etdi. BNB Chain şəbəkəsi RWA sahəsində aylıq 35,8% artım göstərdi və onun portfelinin 92%dən çoxunu ABŞ xəzinə istiqrazları təşkil edir. Circle şirkətinin USYC fondu və BlackRock tərəfindən yaradılmış BUIDL fondu kapitallaşma üzrə yeni tarixi maksimumlara çatdı eyni zamanda BlackRock institusional aktivlərin şəffaflığını artırmaq üçün Chronicle Proof of Asset sistemini inteqrasiya etdi.

Nəticə və aprel ayı üçün perspektivlər
2026cı ilin mart ayının nəticələri göstərir ki, kripto sənayesi yetkinləşmə mərhələsini uğurla keçib. Ənənəvi maliyyə sistemini iflic edən geosiyasi böhran şəraitində bazarın artım qabiliyyəti mərkəzsiz texnologiyaların dəyərinin ən yaxşı sübutuna çevrildi. Bitcoin və Ethereum diversifikasiya alətləri kimi effektivliyini sübut etdi, korporativ yığım mexanizmlərinin və İİ agentləri iqtisadiyyatının yaranması isə sektorun inkişafı üçün yeni üfüqlər açır.

Aprel ayının da az gərgin keçməyəcəyi gözlənilir: bazar Hörmüz boğazında vəziyyətin normallaşmasını və qlobal ticarət marşrutlarının bərpasını gözləyir. Boğazda daşımaların aprel ayının sonuna qədər normallaşma ehtimalı proqnoz bazarları tərəfindən, o cümlədən Polymarket üzrə 18% səviyyəsində qiymətləndirilir və bu istiqamətdə hər hansı irəliləyiş əlavə artım üçün güclü katalizator ola bilər. Eyni zamanda investorlar tokenlərin unlock (blokdan çıxarılma) qrafikini (məsələn, RAIN, ASTER və ZRO kimi aktivlər üzrə) və qarşıdan gələn tədbirləri diqqətlə izləməlidirlər. Bunlara Bitcoin 2026 LasVeqasda və Paris Blockchain Week kimi tədbirlər daxildir ki, onlar ilin ikinci rübü üçün gündəliyi müəyyən edəcək.

AzVision.az


  •  

"Azəriqaz" vətəndaşları bu dəfə Laçında qəbul edəcək

Qurumdan AzVision.az a verilən məlumata görə, SOCARın Azəriqaz İBnin baş direktorunun növbəti vətəndaş qəbulu 10 aprel saat 11:00da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq.

Görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız Azəriqaz İBnin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 0508444003 0508444041) müraciət edə bilərlər.

AzVision.az

  •  

XİN: Azərbaycan ABŞ və İran arasında atəşkəsi alqışlayır

Azərbaycan ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, rəsmi Bakı atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və bu addımın regionda gərginliyin azalmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid edir.

XİN tərəfləri mövcud problemlərin həllinə və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş məhsuldar dialoqa çağırıb. Bildirilib ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəkləməyə hazırdır.

Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 8 aprel gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran tərəfi bu müddət ərzində Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidin təmin ediləcəyini açıqlayıb.

AzVision.az

  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verilib

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57ci maddəsinin 1ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsində də dəyişiklik edilib.

Belə ki, Agentlik faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.

  •  

Ayın görünməyən tərəfi | FOTOLAR


Fotolarda Ayın üfüqündə Yer Kürəsi də görünür.



Qeyd edək ki, Ayın ətrafında uçuş təxminən yeddi saat davam edib.

Astronavtlar Ayın görünməyən tərəfini əvvəlki Apollo missiyalarından daha yüksək nöqtədən araşdırıblar. Onlar, həmçinin Ay səthinə düşən meteoritləri müşahidə edib və Günəşin Ayın arxasında gizləndiyi, tacının göründüyü unikal nöqtədən tutulmanı izləyiblər.



Uçuş zamanı kraterlərin, yamacların və digər geoloji strukturların ölçüsü, forması və rəngi sənədləşdirilib.


Artemis II missiyası çərçivəsində dörd astronavtı daşıyan ABŞın Orion kosmik gəmisi hazırda Yerə qayıdır.



Orion kosmik gəmisinin aprelin 10da Sakit okeana enməsi planlaşdırılır.

  •  

İsrail atəşkəsə qoşuldu

Bu barədə IDF mətbuat xidmətinin bəyanat yayıb.

Atəşkəs razılaşmasına qədər, gecə ərzində İranda həyata keçirilən genişmiqyaslı zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri buraxılış mövqelərini və ballistik raket qurğularını vurub.

Hərbçilərin sözlərinə görə, məqsəd İranın ballistik raketlə hücumlarını əhəmiyyətli dərəcədə azaltmaq və qarşısını almaq olub.

IDF Baş nazir Netanyahunun bəyanatına dəstəkləyərək, razılaşmanın Livana aid olmadığını, Hizbullaha qarşı mübarizənin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 28də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞnin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

  •  

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, şimalşərq küləyi gündüz mülayim şimalqərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 810° isti, gündüz 1417° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 6070 % təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 611° isti, gündüz 1418° isti, dağlarda gecə 38° isti, gündüz 813° isti olacaq.

  •  

Aprelin 10-da, Pakistanda

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, danışıqlar aprelin 10da aparılacaq.

ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşması və qarşıdan gələn danışıqlar fonunda Yaxın Şərqdə qızıl dövrün başlaya biləcəyini bildirib. OŞ Truth Social platformasında yazıb: Dünya sülhü üçün əla gündür! İran da bunu istəyir — onlar kifayət qədər gördülər! Digərləri də belədir. ABŞ Hörmüz boğazındakı vəziyyətin sabitləşməsinə kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq, böyük iqtisadi imkanlar yaranacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Bu, Yaxın Şərq üçün qızıl dövr ola bilər!.

ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton hər şeyin yaxşı getməsini təmin etmək üçün prosesdə iştirak edəcək və bu ssenarinin reallaşacağına əmin olduğunu vurğulayıb.

Xatırladaq ki, Tramp daha əvvəl təqdim etdiyi təkliflər əsasında Tehranla danışıqlara hazır olduğunu bildirmiş, həmçinin İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağı təqdirdə mümkün zərbələri iki həftə müddətinə dayandıracağını açıqlamışdı.

  •  

Avropa da Süni İntellekt yarışına qoşulur

Nəşrin yazdığına görə, AI giqafabrikaları həm yeni nəsil AI modellərinin hazırlanması, həm də genişmiqyaslı tətbiqlərin təmin edilməsi üçün nəzərdə tutulub. Böyük hesablama gücünə malik olacaq bu obyektlər Avropanın ABŞ və Çinlə rəqabətdə mövqeyini gücləndirməyə yönəlib.

Giqafabrikalar AInın texnoloji suverenliyini artırmaq və innovasiya ekosistemini gücləndirmək üçün əsas alətlərdən biri kimi qiymətləndirilir. Yeni yanaşma daha balanslı modelin formalaşdırılmasına yönəlib. Bu model çərçivəsində həm dövlət, həm də özəl sektorun rolu dəqiqləşdirilir, investisiya mexanizmləri isə daha çevik hala gətirilir.

Avropa İttifaqı giqafabrikalar təşəbbüsünü daha real və effektiv etmək üçün strategiyanı yenidən tənzimləyir. Bu isə Avropanın qlobal AI yarışında mövqelərini möhkəmləndirmək niyyətinin davam etdiyini göstərir.

  •  

Vəkillər Kollegiyasının sədri yeni hakimlər üçün icbari tədris keçib

Bu barədə AzVision.az a Vəkillər Kollegiyasından məlumat verilib.

Kollegiya sədri son illər VKda həyata keçirilən islahatlar, vəkillik institutunun inkişaf istiqamətləri və qarşıda duran mühüm hədəflər barədə ətraflı məlumat verib.

Anar Bağırov icbari tədrisin əhəmiyyətinə toxunaraq, hakimlərin peşə fəaliyyətində nəzəri biliklərin davamlı şəkildə artırılmasının, praktiki bacarıqların inkişaf etdirilməsinin və beynəlxalq təcrübənin mənimsənilməsinin vacibliyini vurğulayıb.

Həmçinin sədr son illərdə vəkillərin sayında müşahidə olunan artımı diqqətə çatdıraraq bildirib ki, vəkillik institutu artıq məhkəmə hakimiyyəti üçün mühüm və etibarlı kadr mənbəyinə çevrilib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan keçmiş vəkillərin öz bilik və təcrübələri ilə məhkəməhüquq islahatlarına mühüm töhfə verəcəklərinə əminliyini ifadə edib.

Bununla yanaşı, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr qeyd edib ki, həmin yeniliklər vəkillik institutunun institusional əsaslarının daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun təşkilinə xidmət edir.

Tədris çərçivəsində qeyriprosessual münasibətlərə yol verilməməsi, etik davranış qaydalarına riayət olunması, eləcə də hakimvəkil münasibətlərinin etik aspektləri ətraflı şəkildə izah edilib. Eyni zamanda vəkillik institutunun hüquq sistemindəki yeri, məhkəmə sistemi ilə qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş məlumat təqdim edilib.

  •  

Vəkillər Kollegiyasının sədri yeni təyin olunan hakimlər üçün icbari tədris keçib

Bu barədə AzVision.az a Vəkillər Kollegiyasından məlumat verilib.

Kollegiya sədri son illər VKda həyata keçirilən islahatlar, vəkillik institutunun inkişaf istiqamətləri və qarşıda duran mühüm hədəflər barədə ətraflı məlumat verib.

Anar Bağırov icbari tədrisin əhəmiyyətinə toxunaraq, hakimlərin peşə fəaliyyətində nəzəri biliklərin davamlı şəkildə artırılmasının, praktiki bacarıqların inkişaf etdirilməsinin və beynəlxalq təcrübənin mənimsənilməsinin vacibliyini vurğulayıb.

Həmçinin sədr son illərdə vəkillərin sayında müşahidə olunan artımı diqqətə çatdıraraq bildirib ki, vəkillik institutu artıq məhkəmə hakimiyyəti üçün mühüm və etibarlı kadr mənbəyinə çevrilib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan keçmiş vəkillərin öz bilik və təcrübələri ilə məhkəməhüquq islahatlarına mühüm töhfə verəcəklərinə əminliyini ifadə edib.

Bununla yanaşı, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr qeyd edib ki, həmin yeniliklər vəkillik institutunun institusional əsaslarının daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun təşkilinə xidmət edir.

Tədris çərçivəsində qeyriprosessual münasibətlərə yol verilməməsi, etik davranış qaydalarına riayət olunması, eləcə də hakimvəkil münasibətlərinin etik aspektləri ətraflı şəkildə izah edilib. Eyni zamanda vəkillik institutunun hüquq sistemindəki yeri, məhkəmə sistemi ilə qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş məlumat təqdim edilib.

  •  

Sumqayıtda Göz Mərkəzinin açılışı olub

Açılış mərasimində TƏBİBin İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər.
Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək.

Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub.

Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır.

Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb.

Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq.

Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyritibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək.
Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.
Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.


  •  

Birinci sinfə qəbul müraciətlərinin cavablandırılması vaxtı uzadıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 20262027ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda Azərişıq ASCnin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda Azərişıq ASCnin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 15dək 5, 6 və 7 saylı ASAN xidmət mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (1461) zəng etmək tövsiyə olunur.

5, 6 və 7 saylı ASAN xidmət mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.

  •  

Neft: Böhranın addım səsləri

Trampın çıxışından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki Londonun ICE birjasında Brent markalı fyuçer neftinin bir barelinin qiyməti 2,43 faiz atraraq 111,89 dolları ötüb.

İran ABŞın bütün təkliflərini rədd etdiyini bəyan edərək Hörmüz boğazını açmayacağını bildirib. ABŞ Prezidentinin hədələrinə cavab verən Tehran rəsmiləri Yaxın Şərqi cəhənnəmə çevicəcəyik bəyanatını səsləndirib.

Geosiyasi proseslərin müharibə ilə davam etməsi dünya enerji bazarındakı gərginliyi bir az daha artırıb. Halbuki, bir neçə gün öncə ABŞ şəhərlərində milyonlarla insanın iştirakı ilə kütləvi aksiyalar keçirildi və müharibənin başa çatdırılması tələb edildi. Bundan sonra elə bir atmosfer yaranmışdı ki, bu siyasi turbulentlikdən çıxmaq üçün hamı D.Trampın pozitiv fikir söyləyəcəyini gözləyirdi. Lakin o müharibənin hələ davam edəcəyini və İrana quru qoşun yeridəcəyini sətiraltı qaydada biruzə verdi.

Neftin dünya bazarına çıxış yolunun bağlı qalması iqtisadi fəsadlar törətməkdə davam edir. Pakistanın Maliyyə Nazirliyinin bəyanatına görə, ölkədə 12 günlük neft ehtiyatı qalıb. Ölkədəki təhsil müəssisələri bağlanıb və tələbələr distant təhsilə keçirilib. Dövlət strukturlarına məxsus nəqliyyat vasitələrinə ayrılan yanacaq 50 faiz azaldılıb. Nəqliyyat vasitələrinin 60 faizinin istifadəsinə qadağa qoyulub. Dövlət orqanları 4 günlük iş rejiminə keçiblər.

İranın Hörmüz üzərində protektoratlığı və boğazdan gəmilərin keçidi üçün rüsum toplamağa çalışması ABŞ Senatını qıcıqlandırıb. Respublikaçı senator Lindsi Qrem bildirib ki, müharibənin nəticəsindən asılı olmayaraq Hörmüz boğazını İranın əlində qalmasına imkan vermək olmaz. Onun fikrincə, ABŞ özü boğaza nəzarət etməlidir və bunun üçün lazım olnan tədbirlər həyata keçirilməlidir.

Ötən həftə İran boğazdan 21 tankerinin keçməsinə icazə verib. İranın istisnalarla boğazdan tanker buraxması bazarda neftin qiymətinin kritik bahalaşmasını ləngidir. Tankerlər Türkiyə, İraq, Çin, Hindistan və Yaponiyaya məxsus olub. Lakin bu da bazarın tələbini ödəmir. Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından sutkada 135 gəmi keçirdi.

İran İslam Şurası Məclisinin (parlamentin) milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Borucerdi bildirib ki, İran parlamenti Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı qanun hazırlayır. Hələlik isə hərbi əməliyyatlar və onun doğurduğu yanacaq böhranı davam edir.

  •  

Qazaxıstan nümayəndə heyəti "ASAN xidmət"də


+++Təqdimat zamanı Dövlət Agentliyinin 2015ci ildə BMTnin Dövlət Xidmətləri Mükafatına, 2019cu ildə BMTnin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023cü ildə Qlobal Hökumət Mükəmməlliyi Mükafatı proqramı çərçivəsində Dünyanın ən qabaqcıl dövlət xidməti nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən ASAN xidmət modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.


Akademiyanın dəvəti əsasında ölkəmizə səfər edən qonaqlar ASAN xidmət mərkəzinin, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN AI Hubın və ABAD publik şəxsin fəaliyyəti ilə də tanış olublar.

  •  

Azərbaycanın sayəsində Gürcüstanın statusu dəyişdi - Ekspert

Bu sözləri iqtisadçıekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Gürcüstanın iqtisadi rolunu tam dəyişdirib: BakıTbilisiCeyhan boru kəməri Gürcüstanı tranzit ölkədən enerji qovşağına çevirdi. Cənub Qaz Dəhlizi bu ölkəyə Avropaya açılan strateji enerji marşrutu qazandırdı. BakıTbilisiQars dəmir yolu regionun logistika xəritəsində onun yerini gücləndirdi. BakıSupsa xətti Qara dəniz üzərindən çıxış imkanı yaratdı. Yaşıl enerji və elektrik ötürücü layihələri yeni nəsil enerji əməkdaşlığı üçün platforma formalaşdırdı.

Əlqərəz, Gürcüstan Azərbaycanla əməkdaşlıq sayəsində tranzit ölkədən regional enerji və logistika mərkəzinə çevrildi. Sabit gəlir mənbələri əldə etdi. Geosiyasi əhəmiyyətini artırdı. Avropa ilə iqtisadi inteqrasiyasını gücləndirdi.

Deməli, bu münasibətlər sadəcə qonşuluq məsələsini ehtiva etmir, burada qarşılıqlıqlı daha strateji məqamlar var. İndi qalan əsas məsələ ticarətdə payın artırılmasıdır. Bu potensial real göstəricilərdən daha yüksəkdir.

  •  

Səyyar ASAN xidmət Qusarda l FOTOLAR

Bu barədə ASAN xidmətdən bildirilib. Qeyd olunub ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyon 321 mindən çox, 2025ci il ərzində isə 173.200dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, ASAN xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

  •  

"Orion" Yerə qayıdır | Canlı yayım

Təxminən yeddi saat davam edən uçuş zamanı kosmik gəmi elmi tədqiqatlar aparıb və Ayın görünməyən tərəfinin şəkillərini çəkib.

Ən yaxın nöqtədə Orion Ay səthindən 6550 kilometr məsafədə olub. Ekipaj təxminən beş saat ərzində Ayın Günəş işığı ilə işıqlanan səthini müşahidə edib. Astronavtlar ilk dəfə olaraq Ayın uzaq tərəfini əvvəlki Apollo missiyalarından daha yüksək və daha geniş baxış nöqtəsindən araşdırıblar.

Onlar, həmçinin Ay səthinə düşən meteoritləri müşahidə edib və Günəşin Ayın arxasında gizləndiyi, tacının göründüyü unikal nöqtədən tutulmanı izləyiblər.

Uçuş zamanı kraterlərin, yamacların və digər geoloji strukturların ölçüsü, forması və rəngi daxil olmaqla müxtəlif xüsusiyyətlər sənədləşdirilib.

NASAnın məlumatına görə, ekipajda NASA astronavtları Rid Vaysman (Reid Wiseman), Viktor Qlover (Victor Glover) və Kristina Kox (Christina Koch), eləcə də Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen (Jeremy Hansen) yer alıb. Orion kosmik gəmisinin aprelin 10da Sakit okeana eniş etməsi planlaşdırılır.

  •  

Sabunçuda ev çöküb, xəsarət alan var

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHNin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  •  

Azərbaycanın turizm potensialı ilk dəfə İndoneziyada təqdim olunur

¹Sərgi çərçivəsində keçirilən işgüzar görüşlərdə Azərbaycan İndoneziya bazarında cəlbedici səyahət istiqaməti kimi tanıdılıb, iştirakçılara yeni turizm məhsulları və xidmətlər barədə məlumat verilib.

Tədbir zamanı yerli səyahət agentlikləri ilə əlaqələrin qurulması, əməkdaşlıqların genişləndirilməsi və yeni biznes imkanlarının araşdırılması istiqamətində görüşlər keçirilib.

İştirak, həmçinin Azərbaycanın İndoneziya bazarında Umrah Plus istiqaməti kimi təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Bu çərçivədə ölkənin zəngin İslam irsi, tarixi məscidləri, mədəniyyəti, halal qida imkanları, təbii gözəllikləri və müasir turizm infrastrukturu ön plana çıxarılıb.

Sərgi aprelin 9da Surabaya şəhərində davam edəcək.

Bununla yanaşı, CənubŞərqi Asiya regionunda həyata keçirilən təşviqat fəaliyyəti Malayziya bazarını da əhatə edir. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu Malayziyanın Ümrə ziyarəti üzrə ixtisaslaşmış 20yə yaxın aparıcı səyahət agentliyi üçün ölkəmizi Umrah Plus istiqaməti kimi təqdim edən vebinar təşkil edib.

  •  

“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

Bu il proqrama ümumilikdə 1500dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercellin təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar.

Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, Azercell Telekom MMC Tələbə Təqaüdü Proqramını 2007ci ildən həyata keçirir. Bugünədək şirkət ümumilikdə 300dən çox tələbəni təqaüdlə təmin edib.

  •  

Kəlbəcər rayonunda vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub l FOTOLAR

Həyata keçirilən tibbi tədbirlər zamanı ahıl və həssas qruplara daxil olan şəxslər, eləcə də uşaq, hamilə və zahı qadınlara xüsusi diqqət yetirilir, zərurət yarandığı təqdirdə onların ixtisaslı tibb müəssisələrinə yönləndirilməsi təmin olunur.

Növbəti səyyar tibbi müayinələr Kəlbəcər rayonunda baş tutub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən (cərrah, nefroloq, endokrinoloq, pediatr, terapevt, kardioloq, nevropatoloq, laborant, oftalmoloq, USM mütəxəssisi və s.) sakinlər tibbi müayinələrə cəlb edilib.

Səyyar tibbi müayinələr zamanı ümumilikdə 100dən çox rayon sakininə 200ə yaxın tibbi xidmət göstərilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

  •  

İlham Əliyev Gürcüstan prezidentilə görüşüb

Söhbət zamanı AzərbaycanGürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunuldu.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildirdilər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Görüşdən sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.

  •  

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində | FOTOLAR

Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982ci ildə binada Mirzə Fətəli Axundzadənin evmuzeyi yaradılıb. 1996cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.


Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.


Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.

Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.


Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu Qafqaz Muzeyi dövründən başlayır.

AzərbaycanGürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və Dostluq abidəsinin fotoşəkilləri yer alıb.


Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 18201830cu illərdə Gəncədə qurduğu DivaniHikmət ədəbi məclisinin fəaliyyətini davam etdirən Müdriklər Məclisi yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.


Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olundu.

  •  

Prezident: Cənubi Qafqaz sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əminamanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzabəziyyət və itkilər baş verir.

Bu fikirləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında səsləndirib.

Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əminamanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir, deyə dövlətimizin başçısı əlavə edib.

AzVision.az

  •  

Qara qızıldan sarı qızıla

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxrac icmalının mart sayında bildirilir ki, siyahıda meşə fındığı (57,4 milyon dollar) ikinci, mis filizləri (44,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026ci ilin fevral ayı ərzində ixrac edilmiş qeyrineft sektoruna aid malların siyahısında meşə fındığı (28,1 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (27,6 milyon dollar) ikinci, mis filizləri (24,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026cı ilin yanvarfevral aylarında Rusiyaya 149,1 milyon dollar, Türkiyəyə 83,4 milyon dollar, Gürcüstana 77,2 milyon dollar, İsveçrəyə 67,7 milyon dollar, Ukraynaya isə 29 milyon dollar dəyərində qeyrineft sektoruna aid mal ixrac olunub.

  •  

Bibiheybət yolu sürüşdü

Bu barədə Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq 20ci sahə adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür, deyə məlumatda vurğulanıb.

  •  

Horadizdə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.

https://www.dsx.gov.az/news/2082

  •  

İlham Əliyev Tbilisiyə gedib | Yenilənəcək

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.


Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

  •  

Baş nazir leysan yağışları ilə bağlı tapşırıq verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə martın 26 – 28də respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

  •  

Zelenski Ərdoğanla danışıqlar üçün Türkiyədə səfərdədir

Bu barədə Ukrayna Prezidentinin nümayəndəsi Sergey Nikiforov açıqlama verib.

Zelenski səfər çərçivəsində Türkiyə dövlət rəhbərliyinin nümayəndələri ilə yanaşı Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu I Varfolomeylə də görüşəcək.

Ətraflı məlumat veriləcək.

  •  

Azərbaycanlı qız dünyanın ən nüfuzlu universiteti MIT-ə qəbul olub

Qeyd edək ki bu ali məktəb QS World University Rankings 2026 siyahısında birinci yerdə qərarlaşıb.

Bildirilib ki, Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda uğurlu nəticələr əldə edib. O, Respublika Fənn Olimpiadalarında 2022ci ildə bürünc, 2023 və 2024cü illərdə qızıl, 2025ci ildə isə gümüş medal qazanıb.

Eyni zamanda, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023cü ildə bürünc, 2024cü ildə qızıl medal əldə edib və birincilərin birincisi adına layiq görülüb.

Selcan Süleymanlı 2025ci ildə keçirilən Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafat qazanıb, həmçinin Beynəlxalq Fizika Olimpiadasında bürünc medal əldə edərək bu yarışda medal qazanan ilk azərbaycanlı qız olub.

Qeyd edək ki, Selcan Süleymanlı TDV Bakı Türk Liseyinin MITə qəbul olunan üçüncü məzunudur. Bundan əvvəl 2023cü ildə Dəniz Səttarlı, 2024cü ildə isə Sevinc Mahmudova həmin ali məktəbə qəbul olunublar.

Röya Əliyeva
AzVision.az

  •  

Yeni “Potter”: 10 illik sehrli macəra başlayır | Video+Fotolar

Hermiona Qreyncer (Arabella Stenton)

Maxın orijinal layihələr şöbəsinin müdiri Sara Obri verdiyi açıqlamada layihənin üzərində iş zamanı inanılmaz bir dünya yaratdıqlarını bildirib. Hərçənd, fanatlar kastinqlə bağlı bəzi qərarları mübahisəli qarşılayıblar. Xüsusilə Severus Sneqq roluna qaradərili aktyorun (Paapa Essyedu) daha çox tənqid olunub. Xatırladaq ki, filmdə həmin ovrazı mərhum Alan Rikman canlandırmışdı.

Severus Sneqq (Paapa Essyedu)

Amma kitabın pərəstişkarlarını məmnun edəcək məqamlar da var: Mətn daha dəqiq və ətraflı şəkildə lentə köçürülüb. Tammetrajlı filmdə zaman məhdudiyyəti üzündən bunu etmək mümkün deyildi.

Albus Dambldor (Con Litqou)

Maxın rəsmi bəyanatında serialın 10 il davam edəcəyi bildirilir.



Ron Uizli (Alaster Staut)

Samir Quliyev
AzVision.az

  •  

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sabah yarımadanın ayrıayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şimalqərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 912° isti, gündüz 1215° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 7585 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrıayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 711° isti, gündüz 1520° isti, dağlarda gecə 37° isti, gündüz 813° isti olacaq.

  •  

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı Baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilib.

Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbulu təşkil edilib.

Layihənin gələcəkdə digər xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

  •  

Güclü yağışlar gözlənilir – FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava ilə əlaqədar əhaliyə müraciət edib.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır, deyə müraciətdə qeyd olunub.

  •  

Yol polisi xəbərdarlıq edir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİdən verilən xəbərə görə, müraciətdə deyilir: Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4ü gündüzdən 6sı gündüzədək, bölgələrdə isə aprelin 4ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yolnəqliyyat hadisələrinin başvermə riskini artırır. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir.

Yağıntının müxtəlif bölgələr üzrə bir neçə gün fasilələrlə davam edəcəyi gözlənilir.

BDYPİ bir daha diqqətə çatdırır ki, belə hava şəraitində hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, ara məsafəsi artırılmalı, kəskin manevrlərdən çəkinilməli, nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir.

Eyni zamanda bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığına əmin olmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, belə hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yolnəqliyyat hadisələrinə səbəb ola bilər.

  •  

Duz, yoxsa çirkab gölü?! | VİDEO

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidmətindən bildirilib ki, son günlər ərazidə yağan intensiv yağışlar və suyun kənarlaşdırılması üçün lazımi infrastrukturun olmaması mövcud vəziyyətin yaranmasına səbəb olub. Tullantı su sistemlərinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən tədbirlər həyata keçirildikdən sonra mövcud problem həllini tapacaq.



  •  

Azərbaycanda 5 ildə 72 nəfər minadan həlak olub

Bu gün ölkəmizin qarşılaşdığı ən ciddi problemlərdən biri məhz mina təhlükəsidir. Keçmiş təmas xətti və onun ətrafı daha çox çirklənmiş ərazilər hesab olunur. Lakin bu ərazilərdən kənardakı mülki təyinatlı sahələr – kənd təsərrüfatı təyinatlı torpaqlar, məzarlıqlar, bağlar və digər sosialiqtisadi əhəmiyyət kəsb edən ərazilər də ciddi şəkildə minalanıb.

Minaların yaratdığı təhlükə təkcə bərpaquruculuğu, torpaq sahələrinin istifadəsini məhdudlaşdırmır, həm də insanların həyat və sağlamlığı üçün ciddi risk yaradır. 2020ci ilin noyabr ayından cari ilin 4 aprel tarixinədək 259 mina partlayışı nəticəsində 72 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən aparılan intensiv işlər nəticəsində 261 551 hektar ərazi təmizlənib, 246 463 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

İcra edilən minatəmizləmə əməliyyatları ilə yanaşı vətəndaşların mina təhlükəsindən qorunması məqsədilə mina və digər partlayıcı sursat təhlükəsi yüksək olan ərazilər konservasiya edilərək müvəqqəti olaraq çəpərlənir.

Mina təhlükəsinin qarşısının alınmasında təkcə minatəmizləmə əməliyyatları deyil, həm də insanların məlumatlandırılması, ictimaiyyətin dəstəyi mühüm rol oynayır. Mina təkcə torpağa basdırılmış partlayıcı deyil – bu, bir ailənin gələcəyinə, bir uşağın arzularına, bir kəndin dirçəlişinə qarşı təhlükədir.

Mina təhlükəsi yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin problemidir və bu təhlükənin aradan qaldırılması birgə səylər tələb edir.

ANAMA bir daha beynəlxalq ictimaiyyəti mina təhlükəsi ilə mübarizə sahəsində səyləri birləşdirməyə, humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırır.

  •  

Türkiyə və Azərbaycan hərbçiləri bayraqları dəyişiblər

Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkələrdə Heydər Əliyev2026 birgə təlimlərində iştirak etmək məqsədilə qardaş ölkəyə yollanan Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının qarşılanma mərasiminin videogörüntülərini paylaşıb.

Azərbaycan hərbçilərinin qarşılanma mərasimi Araz çayı üzərində yerləşən körpüdə baş tutub.

Hərbçilər Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığın sarsılmaz olmasının əlaməti olaraq bayraqları dəyişiblər.

Daha sonra hərbi texnika Ümid körpüsü ilə hərəkət edib.

  •  

Əli Nağıyev: DTX təhlükələri vaxtında aşkarlayır və qarşısını alır

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyatpozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir.

AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində 28 Mart Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107ci ildönümü münasibətilə keçirilən tədbirdə DTXnin rəisi generalpolkovnik Əli Nağıyev qeyd edib.

Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur, deyə Əli Nağıyev bildirib.

AzVision.az

  •  

DTX rəisi: Gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunur

Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib.

AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107ci ildönümü münasibətilə keçirilən tədbirdə DTXnin rəisi generalpolkovnik Əli Nağıyev deyib.

DTXnin rəisi vurğulayıb ki, ötən il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşayıb. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır, deyə Xidmət rəisi əlavə edib.

AzVision.az

  •  

Putin Ərdoğana zəng edib

Məlumata görə, tərəflər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər. Putin Ukrayna üzrə danışıqlar prosesinə dəstək verməyə hazır olduğu üçün Ərdoğana təşəkkürünü bildirib.

Liderlər həmçinin İran ətrafında artan gərginliyin, xüsusilə enerji sektoru üçün mənfi nəticələrə səbəb olduğunu qeyd ediblər.

Görüş zamanı RusiyaTürkiyə siyasi və ticarətiqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində atılacaq addımlar da nəzərdən keçirilib.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub | FOTOLAR


Bu əlamətdar tarixlə əlaqədar DTXnin rəisi generalpolkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Görkəmli oftalmoloqalim Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra DTXnin şəxsi heyəti tərəfindən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları ziyarət edilmiş, Əbədi məşəl abidəsinin qarşısına əklil qoyulmuşdur.



DTXnin əməkdaşları və veteranlarının iştirakı ilə Xidmətin akt zalında keçirilmiş tədbirdə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi Əli Nağıyev çıxış edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açmış, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını demişdir.


Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyatpozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur, Əli Nağıyev bildirib.

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan generalpolkovnik Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin ölkəmiz əleyhinə yönələn kəşfiyyatpozuculuq və terrortəxribat fəaliyyətinin qarşısının alınması istiqamətində DTXnin gördüyü işlərdən və əldə olunmuş uğurlu nəticələrdən də danışmışdır. Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyatistintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına suiqəsd etmə və sair cinayət faktları barədə geniş məlumat vermişdir.

Xidmət rəisi deyib ki, artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq etmişdir: Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır.

Daha sonra digər çıxış edənlər bu orqanların keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi yönündə atdığı qətiyyətli və cəsarətli addımlardan, dahi rəhbərin təhlükəsizlik təşkilatındakı fəaliyyəti ilə bu orqanlarda peşəkarlıq məktəbinin əsasının qoyulmasından və bu məktəbin davamçıları olan DTXnin əməkdaşlarının öz fəaliyyətlərini müasir zamanın tələblərinə uyğun şəkildə qurmasından bəhs etmişlər.


Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüş DTXnin əməkdaşlarının təltif edilməsi mərasimi keçirilmişdir.

Tədbir DTXnin və AnewZ televiziya kanalının birgə layihəsi olan Yolun yarısında sənədli filminin nümayişi ilə başa çatmışdır.

  •  

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi açıqlanıb

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X hesabında paylaşım edib.

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığımızın inkişafına dair məsələləri müzakirə etdik. Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbiiqazla təchiz edib, paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 33,7 milyon ABŞ dolları dəyərində 80,1 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 10 milyon dollar və ya 22,9%, həcminə görə isə 111 min kubmetr və ya 0,1% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, bu ilin yanvarfevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qazı ixrac edib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalıb, həcm ifadəsində isə 194 milyon kubmetr və ya 4,6% artıb.

  •  

Əli Kərimlinin keçmiş mühafizəçisinə hökm oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü, partiya sədri Ali Kərimlinin keçmiş mühafizəçisi Novruz Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökm aprelin 3də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2ci maddələri üzrə təqsirli bilinib.

N.Tağıyev dələduzluq və saxta sənədlərin hazırlanmasında təqsirləndirilən Tağıyevin mənzil alqısatqısı adı ilə bir şəxsdən 70 min manat pul aldığı bildirilir.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs üçün 8 il azadlıqdan məhrumetmə cəzası istəsə də, məhkəmə 6 il həbs qərarı çıxarıb.

  •  

Prezident minatəmizləmədə fərqlənənləri medalla təltif edib - SƏRƏNCAM

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətində fərqlənən aşağıdakı şəxslər Minatəmizləmə sahəsində xidmətlərə görə medalı ilə təltif edilsinlər:

Bağırov Ceyhun Əkbər oğlu – polkovnik

Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik

Məmmədov Süleyman Abdulla oğlu – mayor

Abdulov Səyahət Namik oğlu – kapitan

Salahov Nurlan Bilal oğlu – kapitan

Ağayev Hüseyn Osman oğlu

Cəfərov Vüsal Nurəddin oğlu

Cəlilov Şahin Səhlədar oğlu

Əliyev Rəşad Radin oğlu

Əliyev Fədai Azər oğlu

Hüseynov Azər Fehruz oğlu

Hüseynov Xaliq Araz oğlu

Hüseynov Namiq Əbdülrəhim oğlu

Hüseynov Nizami Rasim oğlu

İsayev Raqif Deputat oğlu (ölümündən sonra)

Qasımov Ruslan Teymur oğlu

Qasımzadə Orxan Əhməd oğlu

Məmmədov İldırım Məhərrəm oğlu

Məmmədov Kamran Nadir oğlu

Mirzəyev Babək Vəkil oğlu

Namazov Füzuli Hidayət oğlu

Rəhimov Rəhim Naib oğlu

Səfiyev Bəhruz Tofiq oğlu

Süleymanov Həşim Ramiz oğlu

Zülfüqarov Namiq Tofiq oğlu.

AzVision.az

  •  

İran yeni hədəflərini açıqladı

İran KİVlərinin məlumatına görə, hücumdan sonra İran ordusu bölgədə mümkün cavab tədbirləri çərçivəsində hədəflərin siyahısını müəyyənləşdirib.

Siyahıya aşağıdakı obyektlər daxil edilib:

Küveytdə Şeyx Cabir əlƏhməd əsSabah adına dəniz körpüsü
Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd körpüsü
BƏƏdə Şeyx Zayed və Şeyx Xəlifə körpüləri
İordaniyada Kral Hüseyn, Damiya və Abdun körpüləri.

Qeyd olunur ki, uzunluğu təxminən 1000 metr olan B1 körpüsü Tehranla Kərəc arasında nəqliyyat sıxlığını azaltmaq və ölkənin şimal vilayətlərinə çıxışı asanlaşdırmaq məqsədilə inşa edilib.

Körpünün sıradan çıxarılması regionun nəqliyyat və logistika infrastrukturuna ciddi zərbə kimi qiymətləndirilir.

Röya Əliyeva
AzVision.az

  •  

Terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni 2144cü maddədə əksini tapıb.

Layihəyə əsasən, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Bundan başqa, Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə (2141) və terrorçuluğa açıq çağırışlar (2142) maddələrində, həmçinin Terrorçuluğa qarşı mübarizə haqqında Qanunun 1ci maddəsində texniki dəyişikliklər nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 282ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1ci maddəyə elmitexniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. Layihəyə əsasən, 282.2ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir. 282ci maddənin Qeyd hissəyə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

AzVision.az

  •  

Genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb - ETX xəbərdarlıq edir

Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Təhlillər göstərir ki, kampaniya çərçivəsində ümumilikdə 580ə yaxın unikal Azərbaycan domeninə aid epoçt ünvanına, eləcə də 12 000dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ epoçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquqmühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• Naməlum və şübhəli mənbələrdən daxil olan epoçt məktublarını açmamaq
• Epoçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq
• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq
• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək
• Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.

Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.
AzVision.az

  •  

"ASAN xidmət” “Təchizat Zəncirində Süni İntellekt” təlimini reallaşdıracaq

Proqram müasir biznes mühitində süni intellekt texnologiyalarının təchizat zənciri proseslərinə inteqrasiyasını əhatə edir və bu sahədə fəaliyyət göstərən rəhbər şəxslər, menecerlər və mütəxəssislər üçün nəzərdə tutulub.

6 saatlıq intensiv proqram çərçivəsində iştirakçılara təchizat zəncirində ən kritik problemlər və onların süni intellekt əsaslı həll yolları təqdim olunacaq. Eyni zamanda tələb proqnozlaşdırması, inventar optimallaşdırması və logistika planlaması üzrə müasir yanaşmalar izah ediləcək.

Risklərin qabaqcadan aşkarlanması və operativ qərarvermə üzrə praktik yanaşmalar beynəlxalq real keyslər əsasında təqdim olunacaq. İştirakçılar bu yanaşmaları tətbiq edərək 90 günlük pilot layihə planlarının hazırlanması, quickwin strategiyalarının müəyyənləşdirilməsi, investisiya effektivliyinin (ROI) qiymətləndirilməsi və risk analizinin aparılması üzrə əsas bacarıqları interaktiv sessiyalar vasitəsilə mənimsəyəcəklər.

Təlim Türkiyədən dəvət olunmuş, təchizat zənciri və rəqəmsal transformasiya sahəsində geniş beynəlxalq təcrübəyə malik ekspert tərəfindən təqdim olunacaq.

Əsas məqsəd şirkətlərdə məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması, süni intellekt texnologiyalarının effektiv tətbiq sahələrinin müəyyənləşdirilməsi və biznes proseslərində rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Yer sayı məhdud olduğundan erkən müraciət edənlərə üstünlük verilir.

Qeydiyyat üçün keçid

AzVision.az

  •  

Suqovuşanda mina partlayıb , xəsarət alan var

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən verilən məlumata görə, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır, məlumatda deyilir.

AzVision.az

  •  

Masallıdakı yanğında baba və nəvə ölüb

Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində yanğın olub. Yanğın zamanı evdə olan azyaşlı, 2024cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadə və onu xilas etmək istəyən babası, 1967ci il təvəllüdlü Abdullayev Camaləddin Həsənağa oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

  •  

Bu gecə 4 nəfər aya uçacaq “Artemis II” missiyası başlayır

Uçuş Bakı vaxtı ilə 2 aprel saat 02:23 radələrində baş tutacaq.

Missiya çərçivəsində 4 nəfərlik ekipaj 10 gün ərzində Ayın ətrafında dövrə vurub Yerə qayıtmalıdır. Ekipajın üzləri Rid Uayzman, Ceremi Hansen, Kristina Kox və Viktor Qloverdir. Qlover Ay missiyasında iştirak edən ilk afroamerikalı, Kox isə ilk qadın astronavt olacaq.



Bu, 1972ci ilin dekabrında Apollon17 gəmisinin Yerin orbitindən kənara çıxmasından sonra ilk analoji missiya olacaq.

Orionun budəfəki buraxılışı ABŞnin yeni Ay proqramı tarixində ikinci mərhələ olacaq. Belə ki, proqramın birinci mərhələsi (Artemis I) 2022ci ilin dekabrında həyata keçirilib. Həmin vaxt Orion pilotsuz sınaq rejimində Aya uçub, onun orbitində bir neçə həftə qaldıqdan sonra Yerə qayıdıb. Proqramın üçüncü mərhələsi Artemis III isə insanların 50 ildən artıq müddətdən sonra ilk dəfə Aya çatdırılmasını təmin etməlidir.
Röya Əliyeva
AzVision.az

  •  

Dəbdən düşən 5 geyim trendi açıqlandı

AzVision.az bu barədə Vogue France nəşrinə istinadən məlumat verir.

Ekspertlərə görə, həddindən artıq oversize geyimlər, mürəkkəb dekorativ elementlər, həddindən artıq dar cins və yüksək bel kəsimli şalvarlar dəbdən düşür.

Bunun əvəzində isə bir neçə mövsüm istifadə oluna bilən universal və baza geyimlərinə üstünlük verilir. Xüsusilə təbii və neytral rənglər ön plana çıxır. Onların fikrincə, bu yanaşma həm aktual görünüş yaratmağa, həm də daha funksional və balanslı qarderob formalaşdırmağa imkan verir.

Stilistlərin sözlərinə görə, ağ rəng yeni mövsümdə əsas üslub elementlərindən birinə çevrilərək yaz və yay aylarında yüngüllük və sadəlik hissini önə çəkir.

Ekspertlər vurğulayırlar ki, dəyişikliklər yalnız estetik amillərlə deyil, həm də həyat tərzi ilə bağlıdır – insanlar rahatlığa, praktikiliyə getdikcə daha çox önəm verməyə başlayıblar.

Röya Əliyeva
AzVision.az

  •  

Yağışa görə 4 milyon manatdan çox ziyan dəyib

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, 1 aprel tarixinə olan hesablamalara görə, 2730 mart 2026cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyrihəyat sığorta şirkətinə ümumilikdə 1649 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 1261i icbari avtosığorta (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası), 136sı Kasko (Avtonəqliyyat vasitələrinin sığortası) sığorta növü, 190ı Daşınmaz əmlakın icbari sığortası növü, 63ü isə Əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %i paytaxt Bakıda, 23 %i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.

Məlumatlara görə, qiymətləndirilmiş 1421 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 2 milyon 472 min 480 manat həcmində müəyyənləşdirilib. Qalan 228 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Bundan əlavə, 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb.

Qeyd edilib ki, hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur: Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 4 milyon manata yaxın olacağı ehtimal edilir.

  •  

Bu gündən elektron siqaretlər qadağandır!

Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Tütün və tütün məmulatı haqqında qanuna dəyişiklikdə qeyd olunub.

Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib.

Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyritütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.

AzVision.az

  •  

Apreldə hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 1113 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 813, gündüzlər 1318, bəzi günlərdə 2126 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 2333 millimetr).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 1114 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 712, gündüzlər 1318, bəzi günlərdə 2227 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 3459 millimetr).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 610 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 49, gündüzlər 914, bəzi günlərdə 1722 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 4983 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1013 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 38, gündüzlər 1015, bəzi günlərdə 1924 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 4564 millimetr).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 1113 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 712, gündüzlər 1318, bəzi günlərdə 2227 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 3154 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 912 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 611, bəzi günlərdə 04, gündüzlər 1318 dərəcə isti, bəzi günlərdə 2126 dərəcəyə yaxın isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29126 millimetr).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 1315 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 813, gündüzlər 1318, bəzi günlərdə 2328 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 3049 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 913 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 712, bəzi günlərdə 04, gündüzlər 1217, bəzi günlərdə 2025 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 4172 millimetr).

  •  

Azərbaycanda uğurlu iş qadını olmaq: Stil və strateji idarəetmə qaydaları

Müasir xanım rəhbərlər üçün stil sadəcə geyim deyil, həm də strateji bir vasitədir. Məhz bu məqamda Pinko kimi markalar iş qadınlarının qarderobuna italyan estetikası və özünəinam gətirərək, onların peşəkar obrazını tamamlayır. Uğura gedən yol həm də vizual harmoniyadan keçir.

Azərbaycan biznesində qadın liderliyinin yeni standartları

Bu gün Bakının işgüzar mərkəzlərində qadın sahibkarlığı artıq bir trend deyil, iqtisadi reallıqdır. Qadınlar idarəetməyə daha empatik, lakin bir o qədər də intizamlı yanaşma gətirirlər. Karyera yüksəlişi pillələrini sürətlə dırmanan xanımlar anlayırlar ki, ilk təəssürat danışıqların taleyini həll edə bilər.

İşgüzar görüşlərdə və rəsmi qəbullarda vizual nüfuzunuz sizin haqqınızda siz danışmazdan əvvəl məlumat verir. Peşəkar mühitdə qəbul olunmaq üçün bəzən sərt çərçivələrdən çıxıb fərdiliyi vurğulamaq lazımdır. Azərbaycanlı xanım sahibkarlar klassik kostyumları müasir kəsimlərlə birləşdirərək öz vizual avtoritetlərini qururlar.

Gərgin iş günündən sonra reabilitasiya: Moda terapiyası

Böyük layihələr, bitmək bilməyən iclaslar və məsuliyyətli qərarlar hər bir lediboss üçün tükədici ola bilər. Belə anlarda emosional balansı bərpa etmək üçün hər kəsin öz üsulu var. Bir çox uğurlu qadın üçün alışveriş və yeni obrazların seçilməsi ən effektiv dekompressiya yoludur. Moda burada sadəcə alışveriş deyil, həm də yaradıcı özünüifadə formasına çevrilir. Məsələn, Pinko butiklərində vaxt keçirmək, yeni kolleksiyaları sınaqdan keçirmək iş qadınları üçün bir növ istirahətdir. Yeni bir pencək və ya ikonik çanta seçmək stresli danışıqlardan sonra zehni yorğunluğu atmağa, enerjini yeniləməyə və növbəti iş gününə daha fərqli bir ruh yüksəkliyi ilə başlamağa kömək edir.

İşgüzar stil və qarderobun formalaşdırılması

Müasir işgüzar stil artıq darıxdırıcı qara və boz rənglərlə məhdudlaşmır. İndi rəhbər vəzifəsində olan qadınlar öz cəsarətlərini rəng seçimləri və detallarla göstərirlər. Karyerada uğur qazanmaq istəyən xanımlar üçün bir neçə qızıl qayda mövcuddur:
● Keyfiyyət kəmiyyətdən üstündür: Beş ucuz pencək əvəzinə, ideal oturan bir bahalı model seçin.
● Aksessuarların gücü: Minimalist, lakin bahalı görünən saat və ya çanta obrazın çəkisini artırır.
● Düzgün kəsim: Geyim sizin hərəkətlərinizi məhdudlaşdırmamalı, əksinə, sizə rahatlıq verməlidir.
● Rəng palitrası: Bej, tünd göy və ya zümrüd yaşılı həm ciddi, həm də nüfuzlu görünür.

Balansın tapılması: İş və şəxsi həyat harmoniyası

Azərbaycanda qadın olmaq həm də ailə dəyərlərini qorumaq deməkdir. İş və şəxsi həyat arasındakı tarazlığı saxlamaq böyük ustalıq tələb edir. Uğurlu xanımlar vaxtı idarə etməyi (time management) yaxşı bilirlər. Onlar anlayırlar ki, özünə vaxt ayırmayan rəhbər uzunmüddətli perspektivdə səmərəli ola bilməz.

Vizual imicin yenilənməsi həm də daxili motivasiyanın artmasına səbəb olur. Özünü gözəl və baxımlı hiss edən qadın iş masası arxasında daha cəsarətli qərarlar verir. Stil sahibi olmaq daxili intizamın bir göstəricisidir. Əgər qadın öz qarderobuna qarşı diqqətlidirsə, deməli, o, biznesindəki ən xırda detallara da eyni həssaslıqla yanaşır.

Xanım rəhbərlər üçün praktik məsləhətlər:

1. Geyiminizdə ən azı bir fərqli detal saxlayın – bu sizin fərdiliyinizi vurğulayacaq.
2. Görüşlərdən əvvəl vizual hazırlığa 15 dəqiqə vaxt ayırın.
3. Trendləri korkoranə təqib etməyin, sizə yaraşan xəttləri müəyyənləşdirin.
4. Çantanızın və ayaqqabınızın vəziyyətinə həmişə nəzarət edin – onlar statusun əsas göstəricisidir.

Teztez verilən suallar (FAQ)

İşgüzar geyimdə parlaq rənglərdən istifadə etmək olarmı? Bəli, lakin balans qorunmalıdır. Əgər pencəyiniz parlaqdırsa, digər detallar neytral tonlarda olmalıdır. Bu, diqqəti cəlb edir, lakin ciddiyyəti pozmur.

Karyera qurarkən geyimə çox pul xərcləmək vacibdir? Vacib olan məbləğ deyil, investisiyanın düzgünlüyüdür. Bir neçə keyfiyyətli baza geyimi sizi onlarla ucuz kombinasiyadan daha üstün göstərəcək.

Pinko markası işgüzar qadınlar üçün uyğundur? Bəli, brend həm klassik, həm də modern elementləri birləşdirdiyi üçün ofis daxilində və rəsmi tədbirlərdə istifadə oluna biləcək çoxsaylı seçimlər təklif edir.

Uğurun vizual kodu

Biznesdə avtoritet təkcə biliklərlə deyil, həm də təqdimatla qazanılır. Azərbaycanın iş dünyasında öz yerini möhkəmləndirən qadınlar geyimin bir növ zireh olduğunu bilirlər. Doğru seçilmiş obraz sizə hər hansı bir auditoriya qarşısında danışmağa başlamazdan əvvəl üstünlük qazandırır. Özünüzü ifadə etməkdən qorxmayın və modanı biznes strategiyanızın bir hissəsinə çevirin.

Əgər siz də karyera pillələrində inamla irəliləmək və vizual nüfuzunuzu gücləndirmək istəyirsinizsə, qarderobunuza yenidən baxmağın vaxtıdır. Unutmayın ki, sizin uğurunuz həm də özünüzü necə hiss etdiyinizdən asılıdır. İndi hərəkətə keçin: stilinizi analiz edin, sizə güc verən rəngləri tapın və böyük biznesin zirvəsinə doğru inamla addımlayın. Sizin vizual imiciniz – sizin ən yaxşı vizit kartınızdır.

  •  

Bayramlarda təcili tibbi yardıma 50 minə yaxın müraciət olub

AzVision.aza T@BIBdən verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub. Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət 21.03.2026cı il tarixində qeydə alınıb.

Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.

AzVision.az

  •  

Buraxılış imtahanı verəcək şagirdlər, DİQQƏT

Aprelin 12də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə DİMdən məlumat verilib.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini DİMin saytından öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin Popup blocked sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİMin saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Keçmiş məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında, həmçinin Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Şəmkir, Cəlilabad, Masallı, Sabirabad, Xaçmaz, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb.Bu hal yuxarıda müvafiq olaraq, hissə adlandırılıb və keçid qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.

  •  

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00dan 17:00dək fəaliyyət göstərir. Saat 13:00 14:00 arası isə nahar fasiləsidir.

Yardımlıda Füzulidə, Lerikdə, Neftçalada və Cəbrayılda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00 dan 17:00dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

  •  

Müəllimlərin üçün məlumatlandırıcı görüş keçirilib l FOTOLAR

Görüşün məqsədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin incəsənət təhsili sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydalarının izah olunması, proqram mövzularının sistemli şəkildə təqdim edilməsi və attestasiyaya hazırlıq prosesinə dəstək göstərməkdir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə ElmiMetodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən görüşdə müəllimlərin attestasiyasının mahiyyəti, hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə nəzəri və praktiki mövzular barədə söhbət açılıb, tövsiyələr diqqətə çatdırılıb.

Qeyd edək ki, MEMİM tərəfindən bundan əvvəl Bakıda və bölgələrdə bu qəbildən görüşlər təşkil olunub. Digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də oxşar məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.

  •  

Bizi ikinci dəfə aldada bilməzsiniz! İspaniyadan ABŞ-a sərt reaksiya

AzVision.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançez ABŞ prezidenti Donald Trampa 23 il öncə ölkəsinin İraq müharibəsinə aldadılaraq cəlb edildiyini bildirib.

Vaxtilə ABŞ hökuməti İspaniyanı İraqa qarşı müharibəyə cəlb etdi. Səddam Hüseyn rejiminin nüvə silahına malik olduğunu iddia edir və ölkədə demokratiya qurmaq istəyirdilər. Lakin sonradan məlum oldu ki, İraqda heç bir nüvə silahı yox imiş.

Bizi ikinci dəfə aldada bilməzsiniz! , deyə baş nazir xəbərdarlıq edib.

Sançezin bu bəyanatı ABŞın əvvəlki hərbi müdaxilələrinə tənqidi yanaşmanı əks etdirməklə yanaşı, İspaniyanın İranla müharibəyə münasibətdə ehtiyatlı mövqeyini də ortaya qoyur.

M. Həsənli
AzVision.az

  •  

“Nargin: Sona qədər sirli” filminin nümayişi baş tutub

Nümayişdən öncə 31 mart soyqırımı qurbanlarının və Xalq artisti Rasim Balayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yazıçıdramaturq İlqar Fəhmi çıxış edərək filmin tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. Ardınca filmin yaradıcı heyəti prodüser və rejissorlar tamaşaçılarla görüşərək fikirlərini bölüşüblər.

Film Birinci Dünya müharibəsi dövründə Nargin adasında əsir saxlanılan türk hərbçilərinin faciəvi taleyindən və onlara yardım edən Sona xanım Hacıyevanın fədakarlığından bəhs edir. Real tarixi faktlara əsaslanan ekran əsəri həmin dövrün dramatik mənzərəsini, insan talelərini və çətin şəraitdə göstərilən cəsarəti ön plana çıxarır.

Qeyd edək ki, rejissorları Elməddin Alıyev və Xəyyam Abdullazadə olan film Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə Karvan production tərəfindən istehsal olunub.

AzVision.az

  •  

Arazın o tayında müharibə: Soydaşlarımızın aqibəti necə olacaq?

Azərbaycanlıların yaşadığı bölgələrdə sosialiqtisadi və ictimaisiyasi vəziyyət heç də ürəkaçan deyil.

Təbriz, Ərdəbil, Urmiya, Xoy kimi şəhərlərdə həyat əvvəlki ritmini qismən qorusa da, iqtisadi çətinliklər getdikcə dərinləşir.

Mənbələrə görə, ərzaq və gündəlik tələbat mallarının qiyməti sürətlə artır, elektrik və qaz təchizatında fasilələr var. İşsizliyin səviyyəsi yüksəlir, maaşların verilməsində gecikmələr müşahidə olunur.

Bu faktorlar xüsusilə aşağı və orta gəlirli ailələr üçün ciddi sosial çətinlik yaradır.

Bundan başqa İran azərbaycanlılarının siyasi mövqeyi fərqli istiqamətlər üzrə parçalanıb. Bu baxımdan bir neçə əsas tendensiya mövcuddur:

Mövcud sistemə qarşı çıxan və dəyişiklik istəyənlər

Federal və ya daha geniş regional muxtariyyət tərəfdarları

Dünyəvi və demokratik idarəetmə modelini dəstəkləyənlər

Hakimiyyətə loyal olan azsaylı qrup

Bəzi mənbələrə görə, gənc nəsil arasında dünyəvi dövlət və sosial rifah tələbləri daha çox ön plana çıxır.

Müxalif düşərgədə Reza Pahlavi adı teztez çəkilir. Bəzi azərbaycanlılar onu keçid dövrünün qəhrəmanı kimi qəbul edir və mümkün siyasi dəyişikliklərdə rol oynaya biləcəyini düşünürlər.

Eyni zamanda, müəyyən bir qrup nə şah, nə şeyx şüarı ilə çıxış edərək həm mövcud teokratik sistemi, həm də monarxiya ideyasını rədd edir.

Sosialiqtisadi çətinliklər, informasiya məhdudiyyətləri və siyasi qeyrimüəyyənlik fonunda əhalinin gözləntiləri artır, lakin bu gözləntilər vahid istiqamətdə cəmlənmir.

Nəticə olaraq, azərbaycanlı icması ölkə daxilində baş verən proseslərin mühüm iştirakçısı olaraq qalır. Lakin onların gələcəkdə hansı siyasi xətti dəstəkləyəcəyi, həm daxili faktorlar, həm də regiondakı geosiyasi dəyişikliklərdən asılı olacaq. Bu isə vəziyyətin inkişafını proqnozlaşdırmağı çətinləşdirən əsas amillərdən biridir.

Qeyd edək ki, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir...

Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 kmdir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.


M. Həsənli
AzVision.az

  •  

Rasim Balayev sabah I Fəxri Xiyabanda dəfn ediləcək

Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor bu gün səhər İstanbulda müalicə aldığı Memorial klinikada vəfat edib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Rasim Balayevin cənazəsinin bu gün Bakıya göndərilməsinin planlaşdırıldığını açıqlayıb.

  •  

Cəmil Əliyev "İstiqlal" ordeni ilə təltif edilib | SƏRƏNCAM

Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əziz oğlu Əliyev İstiqlal ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev İstiqlal ordeni ilə təltifedilib.

  •  

Azərbaycanın bəzi bölgələrinə | XƏBƏRDARLIQ

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy, Naftalan, Tovuz, Qobustan, Neftçala, Xızı, Ağsu, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qusar, Şirvan, Mingəçevir, Göyçay, Hacıqabul, Cəbrayıl, Salyan, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.920.7 m/san təşkil edəcək.

  •  

Rasim Balayev vəfat edib

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, tanınmış aktyor İstanbulda yerləşən Memorial xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

  •  

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənubşərq küləyi axşam şimalqərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 912° isti, gündüz 1318° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət 7080 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 811° isti, gündüz 1520° isti, dağlarda gecə 37° şaxta, gündüz 2° şaxtadan 3°dək isti olacaq.

  •  

Dost ölkəyə Hörmüzdən keçməyə icazə verildi

Bu barədə Pakistan xarici işlər naziri İshaq Dar X sosial şəbəkəsində yazıb.

Gözəl bir xəbəri sizinlə bölüşməkdən məmnunam: İran hökuməti daha 20 Pakistan bayrağı altında üzən gəminin Hörmüz boğazından keçməsinə icazə verməyə razılıq verib. Boğazdan hər gün iki gəmi keçəcək, deyə o bildirib.

O əlavə edib ki, bu, sülhün xəbərçisidir və regionda sabitliyə töhfə verəcək. Bu müsbət bəyanat sülhə doğru atılmış mühüm bir addımı göstərir və bu istiqamətdə birgə səylərimizi gücləndirəcək, deyə o qeyd edib.

  •  

Financial Times: İran "sağ qalma" strategiyasına keçib

Financial Times yazır ki, Tehran artıq kütləvi hücumlar əvəzinə məhdud miqyaslı, fasilələrlə həyata keçirilən zərbələrə üstünlük verir.

Bu yanaşma qarşı tərəfə təzyiqi saxlamaqla yanaşı, raket buraxılış sistemlərinin aşkarlanması riskini azaltmağa və mövcud resurslardan daha səmərəli istifadə etməyə imkan yaradır. Ekspertlər bunu İranın ehtiyatlarını qorumağa yönəlmiş sağ qalma strategiyası kimi qiymətləndirir.

Məlumata görə, İran hələ də güclü raket arsenalına malikdir. Raketlərin bir hissəsi dərin yeraltı, möhkəmləndirilmiş obyektlərdə saxlanılır. Bununla belə, hücumların effektivliyi münaqişənin ilkin mərhələsi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Analitiklər qeyd edirlər ki, Tehran daha müasir bərk yanacaqlı raketlərini hələlik tətbiq etmir. Bu, ya strateji ehtiyatların qorunması, ya da Qərb kəşfiyyatının daimi nəzarəti şəraitində tətbiq imkanlarının məhdudluğu ilə izah olunur.

Eyni zamanda, hərbi istehsal və anbar infrastrukturuna endirilən zərbələr İranın silah ehtiyatlarını bərpa imkanlarını məhdudlaşdırır.

Qiymətləndirmələrə görə, İranbir müddət zərbələrini davam etdirə bilər, lakin əvvəlki hücum intensivliyinə qayıtması real görünmür.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

Zelenski: Rusiya İrana kəşfiyyat materialları ötütür

Ukrayna Prezidenti Volodymyr Zelenskyy bildirib ki, ölkədən kənarda olsa da, kəşfiyyat orqanlarından gündəlik olaraq onlayn məlumat alır. Bu barədə o, Qətərə rəsmi səfəri zamanı jurnalistlərlə Zoom vasitəsilə keçirilən görüşündə məlumat verib.

Prezident qeyd edib ki, martın 28də ona Rusiya peyklərinin İranın maraqları üçün Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini izləməsi barədə məlumat daxil olub.

O bildirib ki, martın 24də ABŞBöyük Britaniyanın Hind okeanındakı Çaqos adalarında yerləşən DieqoQarsiya bazası, Küveyt Beynəlxalq Hava Limanı və Böyük Burqan neft yatağı müşahidə olunub. Martın 25də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazası, martın 26da isə Şayba neftqaz yatağı (Səudiyyə Ərəbistanı), İncirlik aviabazası (Türkiyə) və ƏlUdeyd aviabazası (Qətər) peykdən çəkilib. Zelenski vurğulayıb ki, siyahıda Ukraynaya aid obyektlər yoxdur.

Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını da tənqid edib:

Rusiya hər gün gəlir əldə edir və eyni zamanda ABŞ, Yaxın Şərq və Böyük Britaniya bazalarına mümkün hücumlarla bağlı məlumatlar ötürür. Belə olan halda sanksiyaları necə yumşaltmaq olar?

M. Həsənli
AzVision.az

  •  

SEPAH universitetləri vuracaq

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İsfahandakı universitetə hücumdan sonra Yaxın Şərqdəki İsrail və ABŞ universitetləri legitim hədəfdir. Bu barədə Press TV məlumat yayıb.

Qeyd olunur ki, SEPAH ABŞdən İran universitetlərinə hücumları pisləməyi tələb edib.

İsrail və ABŞ yenidən İranın ali təhsil müəssisələrinə zərbələr endirərək Tehrandakı Elm və Texnologiya Universitetini bombalayıblar. Əgər ABŞ administrasiyası iki universitet istisna olmaqla, regiondakı universitetlərinə hücum edilməsini istəmirsə, onun nümayəndələri 30 mart Tehran vaxtı ilə saat 12:00a qədər İran universitetlərinə edilən hücumları pisləməlidirlər, deyə bildirilib.

Röya Əliyeva

  •  

Fransada etirazlar başlayıb

Figaro xəbər verir ki, bahalaşmaya etiraz olaraq yük avtomobili sürücüləri Lyon şəhərində magistralı bağlayıblar. Onlar hökumətdən bahalaşmaya qarşı ciddi tədbirlər görməyi tələb ediblər. Hadisə nəticəsində 10 kilometrə çatan tıxac yaranıb. Polisin müdaxiləsindən sonra hərəkət bərpa olunub.

Marn şəhərində isə fermerlər oxşar tələblə aksiya keçiriblər.

  •  

Qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlılar kimlərdir? DTX müəyyən etdi l VİDEO

Xarici ölkələrdə mütəşəkkil cinayətkar qruplaşmaların qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlılar kimlərdir?

AnewZ televiziya kanalında və AzTVdə Dövlət Təhlükəsizliyi Xidməti ilə AnewZ televiziya kanalının birgə layihəsi olan Yolun yarısında adlı sənədli film nümayiş etdirilib.

AzVision.az xəbər verir ki, filmdə Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin ərazisində mütəşəkkil cinayətkar qruplaşmaların insan qaçaqçılığı və qanunsuz miqrasiya fəaliyyətində iştirakından bəhs edilir.

Xarici ölkələrdə azərbaycanlılar niyə saxlanılıb? Qanunsuz miqrasiyanın təşkilində iştirak edən kimlərdir? Yolun yarısında adlı sənədli filmdə bu suallara aydınlıq gətirilir.

Sözügedən sənədli filmi təqdim edirik.



AzVision.az

  •  

İranda ağır su zavodu vuruldu

İsrail ordusu zavodu kəşfiyyat məlumatlarının əsasında vurduğunu bəyan edib. Bəyanatda deyilir ki, beynəlxalq razılaşmaya baxmayaraq, İran nüvə silahı yaratmaq cəhdlərini davam etdirir.

Ağır suda (D2O) hidrogen atomu deyterium molekulu ilə əvəz olunub. Zahirən adi sudan fərqlənməsə də, sıxlığı daha çox olur. Ağır su donarkən yaranan buz suda batır. Normalda təbiətdə çox az miqdarda rast gəlinir.

Tariyel
AzVision.az

  •  

Bu gün dünyada işıqlar bir saatlıq söndürüləcək

Kampaniya yerli vaxtla saat 20:30dan 21:30dək keçiriləcək.

Tədbirin məqsədi qlobal ictimaiyyətin diqqətini iqlim dəyişikliyi probleminə mümkün qədər geniş şəkildə cəlb etmək və ətraf mühit problemlərinin həlli üçün vahid fəaliyyətə ehtiyacın olduğunu nümayiş etdirməkdir.

Yer Saatı ilk növbədə, təbiətə hörmətin simvolik bir aksiyası, planetin iqlimini qorumaq və onun məhdud resurslarına qayğı göstərmək üçün qətiyyətli hərəkətlərə ictimai çağırışdır.

Alimlərin fikrincə, 2003cü ilə qədər insan fəaliyyətinin planetin ekosistemlərinə təsiri o qədər artmışdı ki, mövcud tendensiyalar davam edərsə, 2050ci ilə qədər insanların bəşəriyyətin enerji, su, qida, tullantıların saxlanmasına olan ehtiyaclarını ödəmək üçün ikinci bir planetə ehtiyacı olacaq. Buna görə də resursların qorunması problemi kollektiv şəkildə və müxtəlif səviyyələrdə həll edilməlidir, bugünkü tədbirlərin köməyi ilə dünyanın istənilən yerində hər bir insan təbii ehtiyatların tükənməsi problemi ilə bağlı narahatlığını nümayiş etdirə və sağlam bir planetə səs verə bilər. +++

Ətraf mühitin qorunması uğrunda mübarizədə həmrəylik nümayiş etdirmək üçün elektrik enerjisini bir saatlıq söndürmək ideyası ilk dəfə 2007ci ildə tək bir yerdə Avstraliyanın Sidney şəhərində həyata keçirilib. Növbəti il tədbir geniş dəstək qazanıb (35 ölkədən 100 milyondan çox insan iştirak edib) və beynəlxalq ekoloji təşəbbüsə çevrilib. O vaxtdan bəri təşəbbüs getdikcə daha çox insanın, şəhərin və ölkənin iştirakı ilə geniş vüsət alıb.

Bu gün Yer Saatı planetin ən böyük ekoloji kampaniyasıdır. Dünyanın 180 ölkəsindən təxminən 2 milyard insan həmin aksiyaya qatılır və 18 mindən çox memarlıq abidəsinin işıqlarını söndürür.

Bundan əlavə, tədbirdə dünyada milyonlarla adi vətəndaş və minlərlə təşkilat iştirak edir. Bu, tamamilə könüllü bir tədbir olduğundan, insanlar hansı və neçə elektrik cihazını söndürəcəklərinə özləri qərar verirlər və şəhər rəhbərliyi şəhər işıqlarının söndürülməsini təşəbbüs göstərir. Təhlükəsizlik səbəblərinə görə tədbir təşkilatçıları küçə və hava naviqasiya işıqlarını və ya işıqforları söndürməyi tövsiyə etmirlər.

Təkcə bir saatlıq elektrik kəsintisi Yer kürəsinin ekoloji vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasa da, təşkilatçılar inanırlar ki, bu tədbir bir çox insana elektrik enerjisinə qənaətin nəticədə atmosferə zərərli tullantıları azaldacağını və hər bir qayğıkeş insana planetin sağlamlığının qorunmasına töhfə vermək imkanı verəcəyini anlamağa kömək edəcək.

Həmçinin qeyd etmək lazımdır ki, 60 kampaniyasının loqotipi insanların iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün tədbirlər görərək Yer kürəsinə həsr etdikləri 60 dəqiqəni təmsil edir. Lakin Yer Saatı ildə bir dəfə işıqları bir saat söndürməkdən daha çox faydalıdır. Buna görə də təşkilatçılar iştirakçıları saatdan kənara çıxmağa və planet üçün daha bir addım atmağa, məsələn, suya qənaət etməyə, maşın sürmək əvəzinə ictimai nəqliyyatdan daha teztez istifadə etməyə, sudan daha ehtiyatla istifadə etməyə, kağız və plastik toplamağa və təkrar emal etməyə təşviq edirlər. Onlar, həmçinin onları ətraf mühit və ekoloji təşkilatlar və fondlar tərəfindən keçirilən müxtəlif ekoloji kampaniyalarda və tədbirlərdə iştirak etməyə təşviq edirlər.

Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEAnın dəstəyi ilə ölkəmizdə keçirilir.

Yer Saatı beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə təşkilatçılığı ilə martın 28də kütləvi aksiya təşkil ediləcək.

Kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcək.

  •  

Sabahdan yağış kəsəcək

Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimalqərb küləyi gündüz cənubşərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 811, gündüz 1217 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütunu, nisbi rütubət isə gecə 9095, gündüz 6070 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 610, gündüz 1520 dərəcə isti, dağlarda gecə 37 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16, gündüz 914 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin DaşkəsənGədəbəy, Göygöldə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 04, gündüz 510 dərəcə isti olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 05 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 1015 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 59, gündüz 1519 dərəcə isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 38, gündüz 1318 dərəcə isti, dağlarda gecə 26, gündüz 02 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 610, gündüz 1520 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Şimalşərq küləyi əsəcək. Havanın temperaturu gecə 810, gündüz 1317, dağlarda gecə 35, gündüz 69 dərəcə isti təşkil edəcək.

  •  

Hərbi qulluqçuların pul təminatı qaydaları dəyişdi

Bu, Hərbi qulluqçuların statusu haqqında Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.

Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdə tutulmamışdı.

AzVision.az

  •  

Ermənistan və İran XİN rəhbərləri Yaxın Şərqi müzakirə edib

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Yaxın Şərqdəki son hadisələr və potensial həll yolları barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, humanitar məsələlər və çoxtərəfli gündəmdəki mövzular da müzakirə edilib.

Qeyd edək ki, XİN rəhbərlərinin sonuncu telefon danışığı martın 2də baş tutub.

AzVision.az

  •  

Xaçmazda 22 nəfər təxliyə edilib I FOTOLAR

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHNin Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 5i azyaşlı və 1i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

  •  

Milli qastronomiya komandası bürünc medal qazandı I FOTOLAR

Yarışda ölkəmiz Dövlət Turizm Agentliyinin dəstəklədiyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən formalaşdırılmış milli komanda ilə təmsil olunub. Müsabiqə formatına uyğun olaraq iştirakçılar iki başlanğıc və əsas yemək hazırlayıblar. Komandaların çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.

Çempionatda Azərbaycanla yanaşı İspaniya, İtaliya, Portuqaliya, Mərakeş və Rumıniya komandaları iştirak edib. Münsiflər heyətinə müxtəlif ölkələri təmsil edən beynəlxalq dərəcəli kulinariya ekspertləri daxil olub.

Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (WorldChefs) tərəfindən dəstəklənən çempionat beynəlxalq Alimentaria qida sərgisi çərçivəsində baş tutub. Tədbir qlobal qastronomiya sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən nüfuzlu platforma hesab olunur.

  •  

Azərbaycan millisi ən böyükhesablı qələbəsini qazandı

AzVision.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üzüzə gəlib. Bu, Azərbaycan millisinin 2026cı ildə ilk oyunu olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125ci, Sent Lüsiya isə 167ci yeri tutur.

Azərbaycan millisi martın 30da Syerra Leone yığması ilə qarşılaşacaq.

FIFA Series – 2026
Azərbaycan Sent Lüsiya 6:1
Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0), Musa Qurbanlı, 37 (3:0), Filip, 52pen (3:1), Toral Bayramov, 64 (4:1), Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

  •  

Bakıda və Abşeronda yağıntı aylıq normanı 95% üstələyib

Martın 27si saat 20:00a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dağlıq ərazilərə Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %ni təşkil edir.

  •  

İsrailin hücumları nəticəsində Livanda 6 iranlı diplomat həlak olub

AzVision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi Tehran diplomatların ölümünü təşkil olunmuş terrorizmin nümunəsi və beynəlxalq hüququn fundamental prinsiplərinə qəsd kimi qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl İranın BMTdəki daimi nümayəndəsi Amir Saeid İravani martın 12də ABŞ və İsrailin hücumları nəticəsində 1,3 mindən çox insanın həlak olduğunu bildirmişdi.

Bu gün isə Tasnim Xəbər Agentliyi İranda hücumlar nəticəsində yaralananların sayının 22 minə çatdığını açıqlayıb.

AzVision.az


  •  

Hikmət Hacıyev TDT ölkələri liderlərinin köməkçilərinin iclasında iştirak edib

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial şəbəkə hesabında paylaşım edib.

H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDTnin Qəbələ Sammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanın sədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcud qlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin TDTnin əvvəlki sammitlərində də vurğuladığı kimi, Türk dünyası gənc əhali potensialı, zəngin təbii ehtiyatları, enerji imkanları və əsas nəqliyyat dəhlizlərini əhatə edən strateji coğrafi mövqeyi ilə Avrasiya məkanında mühüm rol oynayır və TDT artıq önəmli geosiyasi mərkəzlərdən birinə çevrilib.

AzVision.az


  •  

Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - Video

AzVision.az xəbər verir ki, bu barədə FHNdən bildirilib.

Daxil olan məlumatlarla əlaqədar FHNin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.

Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.



AzVision.az

  •  

Azərbaycan–Türkiyə media əməkdaşlığı genişlənir

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom Summit 2026) çərçivəsində baş tutan Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası adlı panel sessiyada çıxışı zamanı deyib.

Ə.İsmayılov xatırladıb ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur. Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur:

Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan–Türkiyə Birgə Media Platformasını xüsusi vurğulamaq istəyirəm. İki ölkənin mediasının əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan Platforma çərçivəsində müvafiq işlər görülüb, bu prosesin qarşıdakı dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, türk dünyasında çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının təmin olunmasına mühüm töhfə verir, deyə o qeyd edib.

AzVision.az

  •  

Ceyhun Bayramov və Ararat Mirzoyan telefonla danışıb

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

  •  

Vladimir Putin lham Əliyevə təşəkkür etdi | VİDEO

O, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm təməli üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən artıq əvvəl açılmış məşhur Rus Dram Teatrı çox uğurla fəaliyyət göstərir. Bu baxımdan, teatrın fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu iki səhnə — Bakıda Rus Dram Teatrı və Dərbənddə Azərbaycan Dram Teatrı — mədəniyyətlərimiz arasında körpü rolunu oynayır, deyə Rusiya Prezidenti vurğulayıb.

  •  

Çin İran müharibəsindən necə istfadə edir? | TƏHLİL

Bu halda bütün aqressiyasını Latın Amerikası və Avropa ölkələrinə qarşı yönəldəcək və onları öz müstəmləkəsinə çevirməyə çalışacaq. Bunun üçün isə hərbisənaye kompleksinin (HSK) istehsal gücünü artırmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə Tramp tərəfindən müvafiq tapşırıqlar verilib, Pentaqon HHM raketlərinin, tomahavkların və digər sursatların illik istehsalının azı 4 dəfə artırılması üzrə kontraktlar bağlayıb. Belə böyük hərbi təchizat kontraktlarının imzalanması onu göstərir ki, ABŞ çoxsaylı kiçik və ya iri müharibələr aparmağı planlaşdırır.

Yəni ABŞ İran müharibəsində geri çəkilərsə, bu məcburi və müvəqqəti xarakter daşıyacaq – uzağı 2 il (sursat ehtiyatını təmin etdikdən) sonra o yenidən İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu müddət ərzində isə ABŞ daha kiçik müharibələrlə Latın Amerikası ölkələrində çevrilişlər edə, öz vassallarını hakimiyyətə gətirə bilər. Çinin buna qarşı hansı planı var?

Məncə, Çin üçün İran müharibəsi onun ABŞı supergüclər liqasından çıxartmaq planının 2ci mərhələsidir. 1ci mərhələ Ukrayna müharibəsində başlamışdı – 4 il ərzində ABŞın bütün müttəfiqləri artilleriya qurğuları və mərmiləri, HHM sistemləri və raketləri, zirehli maşınları və şair üzrə bütün ehtiyatlarını Ukraynanın dibsiz quyusuna tökdülər. ABŞ da Ukrayna müharibəsində arsenallarının böyük qismini boşaltdı.

2ci mərhələ İran müharibəsi oldu. Çinə görə, bu mərhələdə ABŞ olanqalan sursatını sərf etməli idi. Avropanın ABŞİsrail cütlüyünə qoşulmamasının bir səbəbi də bu idi ki, onların sursatı yox idi.


Peyn İnstitutunun (Payne Institute for Public Policy at Colorado School of Mines) xüsusi monitorinq vasitəsi İran müharibədə sursat sərfini izləyir. Onun məlumatına görə, müharibənin ilk 16 günündə ABŞİsrail cütlüyü 11.294 sursat istifadə edib. Bu sursatın yeniləri ilə əvəz edilməsi üçün illər tələb olunur. ABŞ ordusunun THAAD raketləri uzağı 1 aya tükənəcək. İsrailin vəziyyəti daha da kritikdir. Arrow (HHM sistemi) raketlərinin mart ayının sonunadək tükənəcəyi gözlənilir.

Aydındır ki, ABŞ İran müharibəsini uzun müddət davam etdirə bilməz – buna, sadəcə, sursatı çatmayacaq. 3cü mərhələdə isə Çin ABŞın sursat istehsalını bloklamalıdır. Buna nail olsa, ABŞ supergüclər liqasından xaric ediləcək.

Müasir silahsursatın – patrondan tutmuş sualtı qayıqlaradək – demək olar ki, hamısında nadir torpaq elementlərindən (NTE) istifadə olunur. Pentaqonun istifadə etdiyi silahsursatın 80 mindən çox komponentinin tərkibində NTE var. Müqayisə üçün aşağıdakı hərbi texnika üçün tələb olunan NTEnin kütləsinə baxaq:
▪️ F35 qırıcı təyyarəsi – 417 kq
▪️ Arleigh Burke tipli esmines – 2,3 t
▪️ Virginia tipli atom sualtı qayığı – 4,1 t
Qlobal NTE hasilatının ~70%i, qlobal NTE emalının ~91%i Çinin nəzarətindədir. Keçən il Tramp Çinə qarşı çip müharibəsinə başlayanda Çin də cavab kimi ABŞa əvvəl 2, bir neçə ay sonra 17 NTE ixracı üzrə embarqo qoydu. ABŞ şirkətləri Çin istehsalı NTEləri başqa ölkələr vasitəsilə almağa başladılar. ABŞ daxilində NTE qiymətləri artdı.

ABŞın Tayvana Tomahavk raketləri satmasına cavab olaraq isə Çin avqustda NTE ixracının məhduslaşdırılması qaydalarını tətbiq etdi. Çin idxalçı şirkətə NTE satmazdan əvvəl onun nəyə istifadə ediləcəyi, azı 3 il əvvəlki istifadə həcmləri, şirkətin aktual istehsal gücü, alınmış sifarişləri haqda təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir, bütün bunlara baxmayaraq, idxalçının Çindən aldığı NTEni üçüncü şirkətə satması aşkar olunursa, ona NTE satışı dayandırılır. Nəticədə 3cü ölkələrdən NTE idxalı mümkünsüz olduğuna görə ABŞda NTE qiymətləri azı 5 dəfə, bəzi elementlər üzrə 20 dəfədən də çox artdı. Bu da hərbi məhsullarının həm qiymətinin artmasına, həm də istehsal müddətinin uzanmasına səbəb oldu. NTEdən kritik asılı olan avtomobil şirkətləri dayanmaq həddində çatdı.

NTE ehtiyatı tükənən şirkətlərin təzyiqi altında Tramp tələsik bir bəhanə tapıb, 30 avqustda Si ilə C.Koreyada görüşməyə məcbur oldu. Həmin görüşdə ABŞÇin ticarət müharibəsində müvəqqəti (1 illik) yumşalma barədə razılaşma əldə olundu. Lakin Tramp Çinin ABŞ şirkətlərinə tətbiq etdiyi NTE embarqosunu tam ləğv etdirə bilmədi. Çin mülki şirkətlərə NTE embarqosunu ləğv etsə də HSKya qarşı NTE embarqosunu saxladı. İxrac məhdudiyyətləri qüvvədə olduğundan ABŞın mülki şirkətləri idxal etdikləri NTEni HSK şirkətlərinə sata bilmirlər.


South China Morning Post qəzetinin 4 mart tarixli məlumatına görə, ABŞ HSKsının cəmi 2 aylıq NTE ehtiyatı qalıb. Bu ehtiyat indiki istehsal həcminə görə hesablanıb. Əgər Pentaqonun sifarişinə əsasən istehsal 4 dəfə artırılarsa, ehtiyatlar heç 1 aya da çatmaya bilər.

Trampın planına görə, o, İranı işğal etdikdən sonra Pekinə səfər etməli (31 mart 2 aprel), Si ilə qalib kimi görüşməli və NTE problemini öz xeyrinə həll etməli idi. Alınmadı...

İndi ABŞın HSKsinin taleyi Trampdan yox, Sidən asılıdır. ABŞ yeni gəmilərsiz, təyyarələrsiz bəlkə də 35 il güc nümayiş etdirə bilər, lakin sursatsız bu texnikalar muzey eksponatları kimi bir şeydir. Siyə qaldıqda isə... niyə onun ölkəsini 1 nömrəli düşməni elan edən ölkənin hərbi sənayesini xilas etməlidir?!

Asif Şəfəqqətov

  •  

Fuat Oktay: "Azərbaycan və Türkiyəyə atılan raketlərin arxasında duranlar araşdırılır"

F.Oktay jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, baş verən hadisələrin İrana heç bir faydası yoxdur və məsələ ilə bağlı Azərbaycan tərəfi ilə mütəmadi müzakirələr aparılır. Onun sözlərinə görə, həm Azərbaycana, həm də Türkiyəyə qarşı belə hücumların baş verməsi qəbuledilməzdir.

Komitə sədri bildirib ki, hadisədə təxribat ehtimalı da nəzərdən keçirilir. O vurğulayıb ki, İranın bu iki ölkəyə hücum etməsinin məntiqi izahı yoxdur. Bu kontekstdə Məsud Pezeşkian da açıqlamasında hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.

F.Oktay əlavə edib ki, raketin İran ərazisindən atıldığı məlum olsa da, əsas məsələ əmri verən şəxsin kimliyinin müəyyən edilməsidir.

Raketin buraxılması texniki olaraq mümkün olub, lakin əsas sual həmin əmrin kim tərəfindən verildiyidir, – deyə o qeyd edib.

  •  

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.

Məqalədə:

  •  

Azərbaycan “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq

IDEAdan bildiriblər ki, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.

Qeyd edək ki, bu il dünyada Yer saatının 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEAnın dəstəyi ilə ölkəmizdə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, Yer saatı milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan Yer saatı aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28də saat 20:30da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.

  •  

Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən AzVision.az a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Yarımadanın ayrıayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimalqərb küləyi gündüz cənubqərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 79° isti, gündüz 1013° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 9095 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 510° isti, gündüz 1116° isti, dağlarda gecə 26° şaxta, gündüz 02° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16° isti, gündüz 611° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin DaşkəsənGədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 04° isti, gündüz 49° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 05° isti, dağlıq ərazilərdə 3°dək şaxta, gündüz 611° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 59° isti, gündüz 1318° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda arabir yağıntılı, bəzi yerlərdə intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 38° isti, gündüz 1216° isti, dağlarda gecə 25° şaxta, gündüz 02° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 510° isti, gündüz 1116° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şimalşərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 811° isti, gündüz 1116° isti, dağlarda gecə və gündüz 36° isti olacaq.
AzVision.az

  •  

Dumanlı "Hörmüz": Üç mümkün ssenari | ŞƏRH

Ekspert Eldəniz Əmirovun fikrincə, bu nəticə İranın 24 mart tarixində BMT Təhlükəsizlik Şurasına və BMTnin Dəniz Nəqliyyatı Təşkilatına ünvanladığı məktuba daha uyğun görünür: Buna görə də mənim baza ssenarim belədir ki, martın sonu və ya aprelin ilk yarısı ərzində boğazda qismən hərəkət bərpa oluna bilər, amma bu bərpa qeyribərabər olacaq. Bəzi gəmilər keçəcək, bəziləri gözləyəcək, sığorta haqları və daşınma xərcləri yüksək qalacaq, hərbi və siyasi gərginlikdən asılı olaraq bir neçə günlük yeni fasilələr də mümkündür. Yəni açıldı xəbəri gəlsə belə, bu, normallaşdı demək olmayacaq.

Onun fikrincə, daha kəskin risk ssenarisi də var: İran qeyridüşmən gəmi formulunu daha da sərtləşdirir və keçiddə faktiki olaraq siyasi filtr tətbiq edir. Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünəcək, amma kommersiya baxımından yarıblokada rejimi formalaşacaq. Hazırda ən real təhlükə məhz budur. Keçid tam sıfır deyil, davamlı qeyrimüəyyənlik və bahalı keçid olacaq.

Ən aşağı ehtimallı, amma ən ağır nəticəli ssenari isə apreldə daha geniş regional eskalasiyadır. Bu halda neft bazarı sadəcə qiymət şoku yox, fiziki çatdırılma böhranına doğru gedəcək. Ekspert bunu əsas ssenari saymasa da, etiraf edir ki, bazarın qiymətində bu risk artıq hiss olunur.

Əlqərəz, yekun proqnozum budur ki, Hörmüz boğazının aqibəti tam açılma ilə tam bağlanma arasında qalacaq, amma yaxın perspektivdə onun əvvəlki kimi normal, ucuz və proqnozlaşdırılan tranzit dəhlizi kimi işləməsi çətin görünür. Daha inandırıcı ssenari odur ki, aprel boyunca boğaz qismən işləyəcək, lakin siyasi icazə, sığorta, təhlükəsizlik və hərbi risklər səbəbindən bazara tam rahatlıq verməyəcək. Başqa sözlə, boğazın aqibətini tam blokada yox, uzanan nəzarətli qeyrinormallıq kimi görürəm, Eldəniz Əmirov fikirlərini yekunlaşdırıb.

  •  

İşləməyən kameralar, nömrəsiz maşınlar: İran nəyə hazırlaşır?

İran təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) bölmələri hamılıqla xidməti avtomobillərin qeydiyyat nömrələrini çıxarmağa başlayıblar. Küçələrdə günün istənilən vaxtında qeydiyyat nişanı olmayan maşınlarla qarşılaşmaq mümkündür.

Əvvəllər etirazçılar üzlərini gizlətmək üçün xüsusi maska istifadə edirdilərsə, indi tibbi maskalar dövlət qüvvələrinin əməkdaşları üçün anonimliyi qorumaq vasitəsinə çevrilib.

Qum–Tehran avtomobil yolunun, xüsusən də hava limanı yaxınlığında əlavə yoxlamapostları qurulub və bölgəyə hərbi nəzarət artırılıb.

Bəsic və hökumət tərəfdarı olan digər qruplara silah paylanılır. Maraqlıdır ki, silah həm də qadın üzvlərə verilir.

Ənənəvi toplanış yerləri — məscidlər — artıq hökumət tərəfdarları üçün təhlükəsiz sığınacaq hesab olunmur. Yayılan məlumatlara görə, bu obyektlər İsrail tərəfindən hədəf götürülə bilər.

Müstəqil vəkillərin internetə çıxışı məhdudlaşdırılır, əsasən dövlət strukturları ilə əlaqəli və ya hökuməti dəstəkləyən şəxslərin şəbəkəyə çıxışına icazə verilir.

Mənbələrin verdiyi məlumata görə, hökumətə dəstək aksiyalarına qatılan şəxslər (Heydər Heydər şüarı ilə) gündəlik təxminən 3 milyon tümən (təxminən 19 ABŞ dolları) alır və üç dəfə yeməklə təmin edilirlər. Hər aksiyada adətən 10–15 nəfər iştirak edir.

Qum şəhərində dini rəhbərlərə isə küçələrdə ənənəvi geyimdə görünməmək tövsiyə olunur. Müftilər mülki geyimdə gəzirlər, dövlət simvollarını (bayraqlar) tanınma nişanı kimi istifadə edirlər.

Səbinə Həsənova
AzVision.az

  •  

Anti-manipulyasiya: 7 cür hücuma qarşı 5 növ müdafiə

Mütəxəssislərin fikrincə, bu cür fırıldaqçılıq hallarında əsas vasitə psixoloji manipulyasiyadır. Psixoloqlar bildirirlər ki, manipulyasiya insanın zəif tərəflərinə təsir etməklə emosional tələ yaratmağa əsaslanır. Əvvəllər daha çox asan qazanc vədlərindən istifadə olunurdusa, hazırda əsasən hüquqi məsuliyyət qorxusu ön plana çəkilir. Bu isə bəzi hallarda insanların böyük məbləğlər ödəməsinə, hətta əmlaklarını satmasına səbəb olur.

Ekspert qeyd edir ki, oxşar psixoloji təsir üsullarından yalnız fırıldaqçılar deyil, bəzi dini qruplar və reklam kampaniyaları da istifadə edir. İnsanlarda qəbul olunmaq, diqqət çəkmək və ya daha yaxşı həyat arzusu kimi hisslər manipulyasiya alətinə çevrilir.

Manipulyasiyanın əsas əlamətləri

Yaltaqlıq – süni şəkildə özəl və dəyərlilik hissi aşılamaq
Qorxutma – cəza və ya təhlükə ilə bağlı təzyiq göstərilməsi
Günah hissi aşılamaq – edilməmiş hərəkətlərə görə məsuliyyət yüklənməsi
Tələsməyə məcbur etmə – qərar vermək üçün vaxtın az olduğunu iddia etmək
Saxta seçim təqdim etmək – hər iki variant manipulyatorun xeyrinə olur
Məlumatın gizlədilməsi – yalnız birtərəfli informasiyanın təqdim olunması
Məhdudluq effekti – indi etməsən, gec olacaq kimi iddia.

Necə qorunmalı?

Mütəxəssislər belə hallarda emosional deyil, rasional davranmağı tövsiyə edir. Əsas yanaşmalar aşağıdakılardır:

• Qərar verməyə tələsməmək və vaxt qazanmaq
• Qarşı tərəfin təzyiq etdiyini açıq şəkildə üzünə vurmaq
• Şəxsi sərhədləri qorumaq
• Səbrli olub, emosional halda qərar qəbul etməmək
• Şübhəli məlumatları müstəqil şəkildə yoxlamaq.

Qeyd edək ki, insan öz ehtiyaclarını və prioritetlərini düzgün dərk etdikdə manipulyasiyaya qarşı daha dayanıqlı olur. Əsas məsələ başqalarının təsiri altına düşmədən qərar vermək və şəxsi maraqları qorumaqdır.

Bəzən fırıldaqçılar ayrıayrı şəxslərin messencer hesablarını ələ keçirməyə çalışırlar. Bunun üçün çox vaxt müxtəlif şirnikləndirici hədiyyələr təklif edirlər. Oğurlanan hesablar vasitəsilə fişinq linkləri göndərilir, istifadəçilər saxta botlara yönləndirilir, həmçinin bank və dövlət xidmətlərinə çıxış əldə edilməyə çalışılır. Bundan əlavə, şəxsi yazışmalardan əldə edilən məlumatlar şantaj və ya maliyyə vasitələrinə giriş üçün istifadə oluna bilər.

Kibercinayətkarlara lazım olan hesabın özü deyil, onunla bağlı formalaşmış etibardır. Yəni bilinən ad, profil şəkli, yazışma tarixçəsi və kontaktlar siyahısı cinayətkarların imkanlarını xeyli genişləndirir.

Ələ keçirilmiş hesab vasitəsilə yalnız bir nəfər deyil, onun yaxın ətrafı – ailə üzvləri, həmkarları, valideynləri, bir sözlə bütün çevrəsi də hədəfə çevrilir. Bu səbəbdən fırıldaqçılar avtorizasiya kodlarını əldə etməyə və messencerlərə giriş qazanmağa çalışırlar.

Tələyə düşməyərək hesab təhlükəsizliyini qorumaq üçün iki mərhələli identifikasiyadan istifadə etmək, avtorizasiya kodlarını heç kimlə paylaşmamaq və hətta tanış hesabdan gələn mesajlara qarşı ehtiyatlı yanaşmaq tövsiyə edilir.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

Risklər və ümidlər: 2027-ci ilin iqtisadi proqnozları

Yaxın Şərqdə baş verən münaqişə artıq qlobal iqtisadi artımı tormozlamağa başlayıb. Hörmüz boğazının bağlı qalması isə inflyasiya riskini artırır.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) son hesabatında bildirilib.

AzVision.az xəbər verir ki,Yaxın Şərqdə münaqişənin inkişaf trayektoriyası qeyrimüəyyən olaraq qalır və bu, mövcud iqtisadi proqnozlar üçün ciddi risklər yaradır. Münaqişənin uzanması və enerji qiymətlərinin 2026cı ilin ortalarınadək yüksək səviyyədə qalması qlobal iqtisadi artım perspektivlərini daha da zəiflədə bilər deyə qeyd olunub.

Təşkilat bildirir ki, 2026cı ildə ümumi daxili məhsulun (ÜDM) artımı 2,9 faiz həddində planlaşdırılır. Halbuki, 2025ci ildə artım 3,3 faiz olmuşdu. 2027ci ildə isə 3 faizlik artım gözlənilir.

Proqnozlara əsasən, ABŞ iqtisadiyyatında ÜDM artımının 2026cı ildə 2,0%, 2027ci ildə isə 1,7%ə qədər zəifləyəcəyi gözlənilir. Avrozonada artım tempinin 2026cı ildə 0,8%, 2027ci ildə isə 1,2% olacağı proqnozlaşdırılır. Çində isə iqtisadi artımın 2026cı ildə 4,4%ə, 2027ci ildə isə 4,3%ə qədər yavaşlayacağı ehtimal edilir.


Eyni zamanda, qeyd olunur ki, inflyasiya təzyiqlərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Qlobal enerji qiymətlərindəki artım fonunda 2026cı il üzrə inflyasiya göstəricilərinin əvvəlki proqnozlardan daha yüksək olacağı bildirilir. G20 ölkələrində ümumi inflyasiyanın 2026cı ildə 4,0%, 2027ci ildə isə 2,7%ə qədər azalacağı proqnozlaşdırılır.

İƏİTin ekspertləri geriləməni başlıca olaraq enerji qiymətlərinin artması ilə izah edirlər.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

Marco Rubio: "Hörmüz boğazı tezliklə açıla bilər"

Əgər İran qlobal gəmiçiliyə təhdidləri dayandırsa, boğazı sabah açmaq mümkündür, – deyə Rubio jurnalistlərə açıqlamasında vurğulayıb.

Fevralın 28dən sonra ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyi kəskin şəkildə artırıb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Münaqişənin genişlənməsi fonunda Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkəti faktiki olaraq dayanıb. Qlobal enerji təchizatı baxımından olduqca əhəmiyyətli bu marşrut Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qazın əsas ixrac xətti hesab olunur.
+++
Qeyd edək ki, İran daha əvvəl yalnız bəzi dost ölkələrin gəmilərinə boğazdan məhdud keçidə icazə verildiyini açıqlayıb.

Məhəmmədəli Həsənli
AzVision.az




  •  

Hikmət Hacıyev Macarıstanın milli təhlükəsizlik müşaviri ilə görüşüb

H.Hacıyev bu barədə X sosial media hesabında paylaşım edib.

Görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.

Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir, deyə H.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.

  •  

ARKA-nın dəstək müsabiqəsi davam edir

Müsabiqə kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin dəstəklənməsi, film istehsalının stimullaşdırılması və birgə istehsal imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Müraciətlər müəyyən edilmiş qaydalara uyğun olaraq elektron qaydada qəbul edilir.

Son müraciət tarixi: 23 aprel 2026cı ildir. Ətraflı reqlament arka.culture.az saytında yerləşdirilib.



  •  

Bernhard H. Mayer saatlarında müxtəlif mexanizmlərin üstünlükləri | VİDEO

Bəs, Bernhard H. Mayer saatlarını digərlərindən fərqləndirən nədir?

İsveçrə Sənətkarlığı

QNETin Bernhard H. Mayer saatlarının hamısı İsveçrənin saatçılıq mərkəzi sayılan Biel şəhərində yerləşən atelyelərdə əl işləri ilə hazırlanır. Burada usta saatçılar hər bir modeli ənənəvi texnikaları müasir horologiya nailiyyətləri ilə birləşdirərək incəliklə yığırlar.

Bu isə o deməkdir ki, Bernhard H. Mayer saatı alan hər kəs mükəmməl dizayna və bənzərsiz ustalığa sahib bir əsər əldə edir.

Ustalıqla hazırlanmış saat mexanizmləri


Bernhard H. Mayer İsveçrə lüks saatçılığının ənənələrinə sadiq qalaraq, müxtəlif zövqlərə uyğun mexanizmlər təqdim edir.

Saat mexanizmi (və ya kalibr) onun ürəyi və daxili mühərrikidir. Bernhard H. Mayer xüsusilə mexaniki mexanizmli saatları ilə məşhurdur.

Mexaniki mexanizm mürəkkəb dişli sistemindən ibarətdir və enerji mənbəyi kimi yığılan yaydan istifadə edir. Bu tip saatlar adətən əl ilə yığılır.

Mexaniki mexanizmlər iki əsas növə bölünür:

Manuel mexanizmlər – ənənəvi saatçılığın əsasını təşkil edir, mütəmadi olaraq əlinizlə crownu (saatın düyməsini) çevirməyi tələb edir. Sadəliyi, zərifliyi və tarixlə bağları səbəbindən yüksək qiymətləndirilir. Nümunə olaraq, vintage ETA/Unitas 6497 mexanizmi ilə təchiz edilmiş Mecanique Rose Gold modelini göstərmək olar.


Avtomatik mexanizmlər – manuel mexanizmlər kimi işləyir, lakin özözünə qurulan sistemə sahibdir. Yəni, istifadəçinin bilək hərəkətindən yaranan kinetik enerji ilə işləyir. Onlar həm rahatlığı, həm də davamlılığı ilə sevilir. Buna nümunə olaraq, Sellita SW300 avtomatik İsveçrə mexanizmi ilə işləyən Wave Breaker modelini göstərmək olar.


Bundan başqa, Bernhard H. Mayer bəzi modellərdə kvars mexanizmlərindən də istifadə edir. Batareya və kvars kristalları ilə işləyən bu saatlar daha dəqiq və az texniki qulluq tələb edir. OMNI və Lurve kolleksiyaları buna misaldır.


Funksionallıq və Estetika

Brend həm funksionallığa, həm də gözəlliyə xüsusi önəm verir. Buna görə də Bernhard H. Mayer saatları həm etibarlı, həm də sahibinin zövqünü əks etdirən dizaynlarda hazırlanır.

Gündəlik saatlar – rahatlıq və davamlılıq üçün nəzərdə tutulub. Klassik və ya müasir üslubda ola bilər. Məsələn, yarış üslubundan ilhamlanmış Drift Racer.

Kostyum (dress) saatları – rəsmi tədbirlər üçün hazırlanır. Adətən incə, minimalist siferblatlı və dəri kəmərlidir. Məsələn, Muses Ladies – Black Leather Strap, lüks dəri kəmər və tam kəsim brilyantlı polad korpusla seçilir.

İdman saatları – zərifliklə yanaşı davamlılıq da axtaranlar üçün. Məsələn, Powermaster Chronograph – funksionallığı və cəsarətli dizaynı ilə seçilir.

Dalış saatları – sualtı istifadəyə uyğun, amma gündəlik geyimlə də rahat taxıla bilən modellərdir. Məsələn, fırlanan bezel, işıqlı indekslər və güclü korpusa sahib @Wave Rider@.

Premium Materiallar

Lüks saatçılıqda materialların keyfiyyəti də ən az mexanizm qədər vacibdir. Bernhard H. Mayer yalnız ən yüksək keyfiyyətli materiallardan istifadə edir:

316L paslanmayan polad – davamlı, korroziyaya qarşı dayanıqlı və həm klassik, həm də gündəlik üsluba uyğun parlaq görünüşə malikdir.


Qızıl – həm tam qızıl korpuslarda, həm də örtükdə istifadə olunur. Məsələn, Le Classique Chronograph Rose Gold.

Keramika – yüngül, davamlı, cızılmaya və ultrabənövşəyi şüalara qarşı dayanıqlıdır. Məsələn, @Alto Ceramic@ kolleksiyası.

Safir şüşə – bütün Bernhard H. Mayer saatlarında istifadə olunur. Sintetik safirdən hazırlanmış bu şüşə yüksək dərəcədə cızılmaya davamlıdır və saatın pəncərəsini etibarlı qoruyur.

Zaman ölçmədə əfsanəvi irs

Nəticə etibarilə, Bernhard H. Mayer saatları sadəcə vaxtı göstərən aksessuar deyil. Onlar dəqiqliyin, sənətkarlığın və uzunömürlülüyün simvoludur. İstər mexaniki mexanizmlərin klassik sadəliyinə, istərsə də premium materialların incəliyinə üstünlük verilsin – hər bir Bernhard H. Mayer saatı zamanın sınağından çıxmaq üçün yaradılıb.

QNET Haqqında QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998ci ildən bəri QNETin innovativ məhsulları və eticarət əsaslı modeli milyonlarla müştəri və mikrosahibkarı birləşdirib. Şirkət RYTHM – Raise Yourself To Help Mankind missiyası ilə fəaliyyət göstərir. QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association, Health Supplements Industry Association of Singapore və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən Manchester City Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNETin qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir. Daha ətraflı məlumat üçün:
www.qnet.ne

  •  

Azərbaycan nümayəndələri II İliya ilə vida mərasimində | FOTOLAR

Nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Samir Şərifov, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, millət vəkilləri və digər ictimaisiyasi xadimlər yer alıb.

Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstanın rəsmi şəxsləri, Azərbaycanın səfirliyi və digər nümayəndələr qarşılayıblar.


Vida mərasimi Tbilisidə yerləşən Müqəddəs Üçlük Katedralində keçirilib. Müqəddəs Üçlük katedral kilsəsində təşkil olunan mərasim zamanı dini ayinlər icra olunub, dualar oxunub və mərhum patriarxın xatirəsi ehtiramla yad edilib.

Mərasimdə müxtəlif ölkələrdən – Vatikan, Avropa və region dövlətlərindən gəlmiş rəsmi şəxslər, eləcə də digər regionlardan dini nümayəndələr iştirak ediblər.

Vida mərasimində iştirak edənlər Patriarxın dinlərarası dialoqa verdiyi töhfələri xüsusi vurğulayıblar.


Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə isə II İliya ilə bağlı xatirələrini bölüşərək deyib ki, Patriarx II İlya AzərbaycanGürcüstan münasibətlərinə böyük töhfələr verib: Bu ağır itkidir, arzu edirəm ki, onun əvəz edəcək şəxslər gələcəkdə bu itkini bizə unutdursunlar.

Günün ikinci yarısında patriarxın cənazəsi dəfn olunmaq üçün kilsədən çıxarılıb. Vida mərasimi dərin hüzn şəraitində davam edib.

Beləliklə, II İliyanın vida mərasimi onun yalnız Gürcüstanda deyil, bütün regionda böyük nüfuza malik mənəvi lider olduğunu bir daha göstərdi.

  •  

Türkiyəli nazirdən Zəngəzur dəhlizi barədə açıqlama

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Yeni Şafak qəzetinə bildirib.

O, Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər dəmir yolu xəttinin tikintisinə başlandığını xatırladıb. Bu gün biz Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid dəmir yolu şəbəkəsi yaratmaq məqsədi ilə qətiyyətlə irəliləyirik, deyə türkiyəli nazir qeyd edib.

Nəqliyyat naziri, həmçinin bildirib ki, Naxçıvanda təxminən 80 km mövcud xətlərdə modernləşdirmə işləri başa çatıb və 1520 km yeni yolun tikintisi plana uyğun olaraq davam edir. Zəngəzur dəhlizinin Ermənistanın cənubundan keçəcək 4243 kmlik hissəsində yol tikintisinə gəlincə, hələlik işlər başlamayıb. Azərbaycanın hesablamalarına görə, əgər bu il Ermənistan ərazisində tikinti işlərinə başlanılarsa, bütün Zəngəzur dəhlizi beş il ərzində tamamlana bilər, deyə o əlavə edib.

İran ətrafındakı böhranla bağlı A.Uraloğlu İraqın neftlə zəngin cənub bölgələrini və limanlarını Türkiyə ilə, daha sonra isə Avropa ilə birləşdirən nəqliyyat və logistika sisteminin yaradılmasını nəzərdə tutan İnkişaf yolu marşrutunun əhəmiyyətini qeyd edib.

Orta Dəhlizlə inteqrasiya olunmuş İnkişaf yolu arteriyası təhlükəsiz və fasiləsiz ticarət üçün əvəzolunmaz alternativə çevrilib. Göstərilən istiqamətdə işlər sürətlənib. Bu təşəbbüsün həyata keçirilməsi ilə yüklərin tranzit müddəti əhəmiyyətli dərəcədə azalacaq, xərclər minimuma enəcək və ölkəmizin geoiqtisadi mövqeyi daha da möhkəmlənəcək, deyə nazir bildirib.

  •  

Üçölçülü zaman: Reallığın yeni elmi modeli

Onun yanaşmasına görə, zaman da bir yox, məkan kimi üç ölçüyə malikdir. Kainat üçü zamana, üçü məkana aid olmaqla, 6 ölçülü fəzadadır. Reallıq çoxölçülü zamanın ötəri proyeksiyası kimi meydana çıxır. Alimin məqaləsinin tam versiyasını buradan oxumaq olar.

Modelə görə zamanın ölçülərindən biri bizim yaxşı tanıdığımız irəliyə axan adi zamandır. Digəri eyni anın alternativ variantlarını daşıyır. Üçüncü zaman ölçüsü isə bu iki zaman axınının arasında keçidlərə xidmət edir.

Bu modelin çərçivəsində zamanda səyahət üçün xarakterik olan səbəbnəticə paradoksları aradan qalxır. Belə ki, siz məşhur paradoksdakı keçmişə qayıdıb, babanızı öldürsəniz, bu, zamanın alternativ axınında baş verəcək, sizin reallıqdakı babanız isə sağsalamat qalacaq.

Günter Kletetçka nəzəriyyəsinin yoxlanılabilən olduğunu iddia edir. Əgər belədirsə, bu model Hər Şey Nəzəriyyəsinə ən yaxın namizəd sayıla bilər.

Vüsal Məmmədov
AzVision.az

  •  

Tramp İrana 48 saat vaxt verdi

O, İran rəhbərliyinə Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası üçün 48 saat vaxt verildiyini bildirib.

Tramp özünün Truth Social hesabında yazıb ki, əgər Tehran göstərilən müddət ərzində boğazda hərəkəti tam bərpa etməsə və təhdidlərinə son qoymasa, ABŞ İranın elektrik enerjisi infrastrukturuna zərbələr endirəcək.

İran Hörmüz boğazını açmasa, 48 saatdan sonra ABŞ ən iri obyektlərdən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbələr endirəcək, – deyə o qeyd edib.

ABŞ Prezidenti hədəf seçiləcək konkret obyektlərin adlarını açıqlamayıb. Bu təhdidlərin Buşəhr AESə aid olubolmadığı isə dəqiqləşdirilməyib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımalarında əsas tranzit marşrutlardan biri hesab olunur və burada yaranan hər hansı gərginlik beynəlxalq bazarlara birbaşa təsir göstərir.

M. Həsənli

  •  

İranla müharibədə ABŞ nə qədər xərcləyir?

Məlumata görə, Amerika Birləşmiş Ştatları son bir ay ərzində İrana qarşı hərbi əməliyyatlara 27 milyard dollardan çox vəsait sərf edib. Bu barədə Iran War Cost Tracker platformasının real vaxt rejimində apardığı hesablamalarda bildirilir.

Qeyd olunur ki, hesablamalar Pentaqon hesabatına əsaslanan metodologiya üzrə aparılır. Həmin sənədə görə, münaqişənin ilk altı günü ABŞa 11,3 milyard dollara başa gəlib.

Vaşinqton bir günə təxminən 1 milyard dolla xərcləyir.

M. Həsənli

  •  

İran: Hörmüz təkcə düşmən gəmilərinə bağlıdır

İranın sözügedən təşkilatdakı nümayəndəsi Əli Musəvi belə deyib.

Onun sözlərinə görə, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıqdır, lakin burada müəyyən istisnalar mövcuddur:

Hörmüz boğazı İranın düşmənləri ilə əlaqəli olan gəmilər istisna olmaqla, bütün digər gəmilərin keçidi üçün açıqdır. Lakin boğazdan təhlükəsiz keçid yalnız Tehranla müvafiq təhlükəsizlik tədbirlərinin koordinasiya edilməsi şərti ilə mümkündür.

İranlı diplomat regionda yaranmış mürəkkəb vəziyyətə görə ABŞ və İsraili ittiham edib. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradan hazırkı böhranın əsas səbəbi məhz bu iki ölkənin həyata keçirdiyi hərbi hücumlardır.

  •  

İrandan Azərbaycana 3 minə yaxın insan təxliyə edilib

Təxliyə olunanların 486ı Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 722, Rusiyanın 323, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 142, Omanın 80, İndoneziyanın 68, İranın 53, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 22, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 17, Özbəkistanın 15, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 11, Meksikanın 11, ABŞ 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şrilanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniya, Myanma, Vyetnamın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

  •  

AYNA rekord göstəricilər qeydə alıb

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, martın 1921də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 min 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400dən çox reys həyata keçirilib.

Sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada biletim.az portalından əldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada biletim.az portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

  •  

Ötən gün 24 cinayət açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silahsursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Həmçinin, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21də ümumi çəkisi 40,9 kiloqram narkotik vasitə və 500 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

  •  

Lənkəranda köçəri quşlar kütləvi şəkildə tələf olub

Tələf olmuş quş cəsədləri şəhərin Kiçik bazar ərazisi yaxınlığındakı sahil zonasında daha çox müşahidə edilir.
AzVision.az bu barədə Teleqrafa istinadla xəbər verir.

Köçəri quşlardan hesab edilən dəniz qarabattağları sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların dibində tələf olmuş vəziyyətdə aşkarlanıb.

Yerli sakinlər bildirirlər ki, indiyədək belə kütləvi quş ölümü ilə qarşılaşmayıblar.

Mütəxəssislərin fikrincə, əsasən dəniz balıqları ilə qidalanan bu quşların kütləvi tələfi bir sıra amillərlə bağlı ola bilər. Ehtimallar arasında qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə və virus mənşəli xəstəliklər yer ala bilər.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacib olduğu bildirilir. Ekoloqlar quş nümunələrinin laborator müayinəsinin zəruriliyini vurğulayırlar.

  •  

Bu gün Ümumdünya Su günüdür

Su günü ideyası ilk dəfə 1992ci ildə RiodeJaneyroda keçirilən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) irəli sürülüb.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993cü il 22 fevral tarixli 47/193 saylı qətnaməni qəbul edərək 22 martı Ümumdünya Su Günü elan etdi. BMTnin Ətraf Mühit və İnkişaf üzrə Konfransının tövsiyələrinə uyğun olaraq, bu gün ilk dəfə 1993cü ildə qeyd edilib.

2,2 milyard insan təhlükəsiz suya çıxışdan məhrumdur

Həyatın təməl daşı olan su bəşəriyyət üçün vacibdir. Bir damla suyun da gücü var. Yer səthinin 70 faizi su ilə örtülü olsa da, 97,5 faizi duzlu sudur. Qalan 2,5 faizin təxminən 68,7 faizi buzlaqlardakı donmuş şirin sudur. Planetin ümumi suyunun yalnız bir faizi insan istifadəsi üçün mövcuddur.

Təhlükəsiz içməli suya çıxış insan hüququdur, lakin bu gün dünya əhalisinin təxminən yarısı 3,6 milyard insan təhlükəsiz sanitariya şəraitindən, 2,2 milyard insan təhlükəsiz suya çıxışdan məhrumdur. Hər il 1,4 milyon insan çirkli su, sanitariya və gigiyena səbəbindən ölür.

Ötən əsrdə su istifadəsi altı dəfə artıb və bu, əhalinin artım tempindən iki dəfədən çoxdur. İnkişaf etmiş ölkələrdə sızmalar səbəbindən şirin su ehtiyatlarının 30 faizi qədəri itirilir və bəzi böyük şəhərlərdə isə itkilər 70 faizə çata bilər.

Su ehtiyatları iqtisadi, sosial və insan inkişafının bütün sahələrində də vacibdir. Su, həmçinin iqlim dəyişikliyinə uyğunlaşmada, iqlim sistemi, insan cəmiyyəti və ətraf mühit arasında həyati bir əlaqə rolunu oynayır.

Ümumdünya Su Gününün əsas məqsədləri bunlardır:

— İçməli su təchizatı probleminin həlli üçün müvafiq tədbirlərin görülməsini təşviq etmək

— İctimaiyyəti şirin su ehtiyatlarının və ümumiyyətlə su ehtiyatlarının qorunmasının vacibliyi barədə məlumatlandırmaq

— Ümumdünya Su Gününün qeyd olunmasına hökumətləri, beynəlxalq qurumları, qeyrihökumət təşkilatlarını və özəl sektoru cəlb etmək.

Bundan əlavə, hər il günün bir hissəsi olaraq keçirilən tədbirlər müəyyən bir mövzuya həsr olunur. Bu il Ümumdünya Su Gününün mövzusu Su və Gender seçilib. Həmin mövzu təhlükəsiz suyun və lazımi sanitariya şəraitinin qadın və qızların gündəlik həyatına, o cümlədən onların sağlamlığına, təhsilinə, məşğulluğuna və cəmiyyətdəki roluna necə təsir etdiyini vurğulayır.

Bu ilki kampaniya həmçinin Suyun axdığı yerdə bərabərlik artır mesajını daşıyır, yəni su icmalara ədalətli şəkildə çatdıqda qadınlar və qızlar üçün daha yaxşı təhsil, sağlamlıq və imkanlar üçün qapı açılır.

Azərbaycanın su ehtiyatları regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir.

Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənib. Çay sularının ehtiyatlarının 6770 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,530,5 kubkilometr, qonşu ölkələrdən transsərhəd çaylarla daxil olan su ehtiyatları 19,020,5, yerli axım 9,510,0 kubkilometr təşkil edir.

Quraqlıq illərdə su ehtiyatları 22,627,0 kubkilometrə qədər azalır. Müvafiq olaraq, bu suların 17,1–14,3 kubkilometri, transsərhəd çaylarına aiddir. Kür və Araz çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində istifadəsi nəticəsində 20 faizə qədər azalıb. Bu da ölkədə su çatışmazlığının artmasına gətirib çıxarır (ildə təqribən 45 kubkilometr) və Azərbaycanda su tələbatının ödənilməsində çətinlik yaradır.

İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalır. Beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat artan templə irəliləyir.

  •  

Türk dövlətləri Türküstana toplanır

Bu barədə Qazaxıstan Prezidenti KasımJomart Tokayev Türküstan vilayətinə işgüzar səfəri zamanı ictimaiyyət nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, müasir dövrün qlobal çağırışları fonunda bu görüşün keçirilməsi böyük strateji əhəmiyyət daşıyır:

Dünyada mövcud qeyrisabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və vilayət rəhbərliyi bu sammitin yüksək keyfiyyətlə təşkilinə birinci dərəcəli önəm verməlidir.

AzVision.az

  •  

Pezeşkian: "İran qonşularla münaqişə istəmir"

O, bu barədə X sosial şəbəkəsindəki hesabındakı paylaşımında bildirib.

Pezeşkian qeyd edib ki, Tehran islam ölkələri və qonşularla münaqişəyə can atmır.

Prezident həmçinin vurğulayıb ki, Yaxın Şərqdəki ixtilaflardan yalnız İsrail rejimi fayda götürəcək.

İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq, – deyə Məsud Pezeşkian əlavə edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞnin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi generalmayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

15 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

  •  

Sabaha olan hava proqnozu

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimalşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 69° isti, gündüz 1116° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 7585 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 610° isti, gündüz 1419° isti, dağlarda gecə 2° şaxtadan 3°dək isti, gündüz 510° isti olacaq.

  •  

Rusiyada heyvan qırğını: Gizli saxlanılan xəstəlik nədir?

Bəzi yerlərdə hətta yolları bağlamaqla etiraz aksiyası keçirməyə də cəhdlər edilib. Həmin bölgədən olan müharibə iştirakçıları prezident Vladimir Putinə videomüraciət ediblər. Amma ciddi dəyişiklik yoxdur: Baytarlıq xidmətinin əməkdaşları səbəbini izah etmədən OMON dəstələrinin müşayiətilə heyvanları yığmaqda davam edirlər. Bu zaman onların sahiblərinə heç bir qərar və ya digər sənəd göstərilmir.

Bəzi bölgələrdə karantin elan olunub, ət və süd məhsullarının satışına qadağa qoyulub. Vəziyyətin nə vaxt aydınlaşacağı bəlli deyil. Rəsmi orqanlar da heç nə demir.

Bəzi ehtimallara görə səbəb pasterellaza xəstəliyinin yayılması ola bilər. Amma bu xəstəlik çox təhlükəli sayılmır və antibiotiklərlə müalicəsi mümkündür. Digər versiyaya görə, söhbət daha ciddi xəstəliyin – dabağın yayılmasından gedir. Bu xəstəliyin müalicəsi yoxdur, peyvənd də çox effekt vermir. Onun qarşısını almağın yeganə yolu heyvanları məhv etməkdir.

Novosibirskdən olan bloger, Yutubdakı Sibir xalqının televiziyası kanalının müəllifi İvan Forolov çəkdiyi videoda məhz dabaq versiyasının üzərində təkid etmişdi. Lakin tezliklə Frolov həbs olunub, video isə silinib.

Dabaq insanlara nadir hallarda keçir. Heyvanlarda isə yoluxmanın 5%i ölümlə nəticələnir. Problem ondadır ki, heyvan heç vaxt tam bərpa olunmur və uzun müddət virusun daşıyıcısı qalır.

Dabaq xəstəliyi qeydə alınan ölkələr mütləq Dünya Baytarlıq Təşkilatına bununla bağlı məlumat verməlidir. Amma çox vaxt ət və süd məhsullarının ixracına məhdudiyyət qoyulmaması üçün bunu etmirlər.

Üstəlik, Rusiya dünyada dabaq əleyhinə peyvəndin əsas ixracatçılarındandır. Əgər ölkədə dabaq epidemiyasının olduğu meydana çıxsa, onun peyvəndlərinin qeyrieffektiv olduğu meydana çıxacaq və alıcılarını itirəcək. Görünür, buna görə heyvanların müsadirə və məhv edilməsi əməliyyatı az qala məxfi əməliyyata yaxın şərtlərlə keçirilir.

Yada salaq ki, ötən ilin payızında Azərbaycanda da heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar paylaşılırdı. Kənd Təsərrüfatı Nazirliyi bəzi regionlarda dabaq xəstəliyinin aşkarlandığını təsdiqləsə də, narahatedici səviyyədə olmadığını bildirmişdi. İndi Rusiyada yaranan vəziyyət bizi də ehtiyatlı olmağa vadar etməlidir.

Vüsal Məmmədov
AzVision.az

  •  

Ruhi xəstəxanaya aparan “U dönüşü”

42 yaşlı İlya Remeslo son vaxtlara qədər Putini aktiv şəkildə təbliğ edir və müxalifətlə amansız mübarizə aparırdı. Müharibəni dəstəkləyən Zblogerlər sinfinə daxil idi. Vaxtilə Aleksey Navalnı ilə tərəfdaşlarının həbs olumasında verdiyi donoslarla hakimiyyətə böyük xidmət göstərmişdi.

Amma martın 17 və 18də gözlənilmədən hakimiyyətin əleyhinə bir neçə post paylaşdı. Ukraynadakı müharibənin dalana dirəndiyini iddia edərək, Putini qeyrilegitim prezident adlandırdı. Onun sözlərinə görə Putin hərbi cinayətkar kimi mühakimə olunmalıdır.

Əvvəlcə onun hesabının oğurlandığını düşünürdülər, amma tezliklə Remeslo müsahibəsində belə olmadığını bildirdi.

Onun cəmiyyəti mat qoyan qəfil dönüşünün səbəbləri çoxları üçün müəmmalıdır. Bəzi fikirlərə görə, blogerin maliyyəsini azaltdıqları üçün belə olub.
Daha bir variant budur ki, Kreml ondan süni şəkildə müxalifət düzəltmək üzərində işləyir.

Hakimiyyət isə onun əsəblərinin gərginliyə dözməyərək, pozulması versiyasının üzərində dayanmağı üstün tutub. Maraqlıdır ki, blogerin bacısı məşhur psixiatrdır və elə salındığı xəstəxanada işləyir.

Yada salaq ki, vaxtilə sovet hakimiyyətini tənqid edən şəxslərin ruhi xəstəxanaya salınması KQBnin ən sevimli metodlarından idi. Yanaşma belə idi ki, sovet hakimiyyəti dünyada ən yaxşı quruluşdur. Ağlı başında olan adam dünyanın ən yaxşı quruluşunu tənqid etməz. Edirsə deməli, dəlidir.

Vüsal Məmmədov
AzVision.az

  •  

Qlobal enerji düyünü: ABŞ-ın yüksək riskli planı

Bu barədə Axios məlumat yayıb.

Məlumata görə, Vaşinqton Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpasına nail olmaq məqsədilə Xark adasının ələ keçirilməsi və ya blokadaya alınması variantlarını müzakirə edir. Mənbələrin bildirdiyinə görə, belə əməliyyatın həyata keçirilməsi üçün əvvəlcə İranın bölgədəki hərbi imkanlarının əlavə zərbələrlə zəiflədilməsi planlaşdırıla bilər.

Qeyd olunur ki, Xark adası İranın xam neft ixracının böyük hissəsinin həyata keçirildiyi strateji obyektdir. Odur ki, mümkün əməliyyat böyük risk daşıyır. Bu ssenari ABŞ hərbi qüvvələrinin birbaşa qarşıdurmaya cəlb olunması ehtimalını artırır.

Məlumatda həmçinin bildirilir ki, artıq ABŞ dəniz piyadalarının bölmələri regiona göndərilir, əlavə qüvvələrin yerləşdirilməsi isə müzakirə mərhələsindədir. Alternativ variant kimi boğazda gəmiçiliyin hərbi müşayiətlə təmin olunması və ya dəniz blokadasının tətbiqi də nəzərdən keçirilir.

ABŞ rəsmiləri yekun qərarın hələ qəbul edilmədiyini vurğulasa da, əsas məqsədin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin fasiləsizliyini təmin etmək olduğu bildirilir. Senator Tom Cotton isə quru əməliyyatı variantının gündəmdə saxlanılmasını məqsədəuyğun hesab edib.

Ekspertlər belə bir addımın İranı geri çəkilməyə məcbur edəcəyinə dair qəti zəmanətin olmadığını, eyni zamanda risklərin yüksək olaraq qaldığını qeyd edirlər.

Xatırladaq ki, ABŞ qüvvələri daha əvvəl Xark adasında yerləşən obyektlərə hava zərbələri endirib. Bu addım həm təzyiq vasitəsi, həm də mümkün əməliyyat üçün ilkin hazırlıq kimi qiymətləndirilir.

Səbinə Həsənova
AzVision.az

  •  

NATO İraqdan çıxdı

Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat müttəfiqlər arasında sıx koordinasiya şəraitində həyata keçirilib və insidentsiz başa çatıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin fəal iştirakı ilə həyata keçirilən bu əməliyyat zamanı şəxsi heyətin və texnikanın yüksək risk şəraitində Bağdaddan çıxarıldığını bildirib. O, təxliyə zamanı tərəfdaş ölkələrin də şəxsi heyətinin daşındığını qeyd edib.

Bundesver NMI çərçivəsində İraq təhlükəsizlik qüvvələrinin təlimində iştirak edir. Məqsəd ölkədə sabitliyin möhkəmləndirilməsi və İŞİD terror təşkilatının yenidən güclənməsinin qarşısının alınmasıdır. Bununla yanaşı, Almaniyanın təxminən 200 hərbçisi Şimali İraqda və İordaniya ərazilərində Counter Daesh və Capacity Building Iraq əməliyyatlarında iştirakını davam etdirir.

  •  

Rusiyanın hərbi xərcləri azalır – SIPRİ

2025ci ildə həmin rəqəm təxminən 16 trilyon rubl olub. Bu, ölkənin ÜDMnin 7,5%nə bərabərdir.

Rusiyanın real hərbi xərclərilə bağlı açıq mənbələrin məlumatları getdikcə azaldığından, onların təhlil olunması da çətinləşir. İstisna deyil ki, faktiki xərclər daha çox da ola bilər.

Tariyel Həsənov
AzVision.az

  •  

Gəncədə simfonik orkestrin konserti keçirilib l FOTOLAR

Layihə çərçivəsində martın 19da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə Gəncədə konsert keçirilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində gerçəkləşən konsertdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun Çanaqqala–1915 oratoriyası təqdim olunub.

Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə ifa olunan əsər dinləyicilərə unudulmaz təəssürat yaşadıb. Xor kollektivi isə Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi altında ahəngdar və təsirli çıxışı ilə seçilib.

Konsertdə tanınmış vokalçılar Samir Cəfərov, Mahir Tağızadə, Selcan FermorHesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak ediblər.
Dərin emosional təsir gücünə malik oratoriya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Oratoriya qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyalarını musiqi dili ilə parlaq şəkildə əks etdirib.
Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir.

Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

  •  

ETX-nin komandası beynəlxalq kiber yarışda uğurlu nəticə göstərib

Bu barədə AzVision.az a ETXdən məlumat verilib.

Məlumata görə, Belarus Respublikasının Prezidenti yanında OperativAnalitik Mərkəzin dəstəyi və Milli Trafik Mübadiləsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan təmsilçiləri üç mərhələdən ibarət mübarizədə 57 komanda arasında 4cü yerə layiq görülüblər.

Yarış proqramına əsasən, iştirakçılar kiber müdafiə və insidentlərin cavablandırılması üzrə mürəkkəb tapşırıqları yerinə yetiriblər.

Martın 3dən 5dək keçirilən yarışda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistandan olan kibertəhlükəsizlik mütəxəssisləri iştirak ediblər.

Qeyd olunur ki, bu cür beynəlxalq yarışlar mütəxəssislər arasında təcrübə mübadiləsinin genişlənməsinə, praktiki bacarıqların inkişafına və ölkələrin kibertəhlükəsizlik potensialının gücləndirilməsinə mühüm töhfə verir.

AzVision.az

  •  

İcbari Tibbi Sığorta Agentliyi ləğv edildi, yeni qurum yaradıldı

Fərmanla İTSDA və ƏƏSMNnin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.

Müəyyən edilib ki, Agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.

Bundan başqa, İTSDAnın sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.

Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə keçib.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 üzvdən – sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi bu Fərmanın 7.1ci bəndi nəzərə alınmaqla öz fəaliyyətini davam etdirəcəklər.

  •  

Bakıda illüziya muzeyi açıldı | FOTOLAR


Açılışda çıxış edən İçərişəhər Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, belə innovativ məkanların yaradılması İçərişəhərin turizm potensialını daha da artırır və paytaxtın mədəni həyatına yeni rəng qatır. O qeyd edib ki, muzey həm yerli sakinlər, həm də xarici turistlər üçün fərqli və yaddaqalan təcrübə vəd edir.


Bakı İllüziya Muzeyinin direktoru Tofiq Sadıqov məlumat verib ki, kompleks üç mərtəbədən və 20dən çox tematik otaqdan ibarətdir. Onun sözlərinə görə, ekspozisiyada Ames, Sonsuzluq, Güzgü labirinti, Vortex tuneli, müxtəlif 3D illüziyalar və effektlərlə zəngin guşələr yer alır. Hər bir otaq insan qavrayışını sınağa çəkən və beyni aldadan xüsusi vizual effektlərlə hazırlanıb.


Qeyd edək ki, Bakı İllüziya Muzeyi hər gün saat 10:00dan 20:00dək ziyarətçilərin ixtiyarındadır. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə burada Azərbaycan, rus və ingilisdilli peşəkar bələdçilər xidmət göstərir. Unikal foto və video çəkiliş imkanları ilə seçilən muzey həm ailəvi istirahət, həm də gənclərin asudə vaxtının səmərəli təşkili üçün ideal məkandır.



  •  

Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

Səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri hamısı daxil rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.

Bakcell abunəçiləri səfərə çıxmazdan əvvəl gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud tariflər və rouminq paketləri ilə tanış ola bilərlər. Bu imkan istifadəçilərə səfərdən əvvəl uyğun paketi müəyyən edərək mobil rabitə xərclərini daha effektiv planlaşdırmağa kömək edir.

Abunəçilər ətraflı məlumatı şirkətin rəsmi saytı , Bakcell tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə edə bilərlər.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

  •  

Publik hüquqi şəxslərin əməkhaqqı sistemi təkmilləşdirilib

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddi aşağıdakı qaydada müəyyən edilib:

tabeliyi olmayan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarında analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində

dövlət orqanlarının və bu Fərmanın 1.1ci bəndində göstərilən publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə münasibətdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.4cü maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində

publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə nəzərdə tutulmuş vəzifələrə (rəhbər və müavin vəzifələri istisna olmaqla) münasibətdə Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.6cı maddəsinə uyğun olaraq müəyyən edilmiş digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrində analoji (onlara bərabər tutulan) vəzifələr üzrə baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) 90 faizi həcmində.

Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində bu Fərmanın 1ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğini

publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısını

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Publik hüquqi şəxslər altı ay müddətində Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2025ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin bu Fərmanın 1ci hissəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşlarının yuxarı həddi çərçivəsində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müəyyən edilməsini təmin etməli, strukturları, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqları barədə məlumatları Azərbaycan Respublikası Prezidentinin 2019cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət adından yaradılmış publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydasının 3.2ci bəndində nəzərdə tutulmuş hesabatlarla birlikdə təqdim etməlidirlər.

  •  

Anar Əliyevin müavinlərinin sayı artırıldı

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (bundan əvvəl 4 idi red.) müavini var.

Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Xatırladaq ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir.

AzVision.az

  •  

Prezidentdən Ramazan təbriki

Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqına Ramazan təbrikindəndir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan yüzillərdir ayrıayrı etiqad və inancların əminamanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət edən İslam dini tarixən cəmiyyətimizdə etnikmədəni müxtəlifliyin qorunub saxlanılmasında, qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin və millimənəvi həmrəyliyin bərqərar olmasında müstəsna rol oynayıb.

Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir, xeyirxahlığın və savab əməllərin təntənəsinə çevrilir. Bu mübarək günlərdə dövlətimizin əminamanlığı, firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm, deyən dövlətimizin başçısı xalqımıza və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza təbriklərini çatdırıb.

  •  

Axund və imamlar iftara niyə qatılmayıb? - BQMI-dən açıqlama

AzVision.az BQMIdən verilən bəyanatı olduğu kimi təqdim edir:

Ötən axşam Tbilisi şəhərində Azərbaycan Respublikasının ölkəmizdəki səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən MilliMənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən birgə iftar süfrəsi təşkil olunmuşdur. İftar məclisinə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və bir sıra ruhani şəxslər dəvət olunsalar da, onlar fəaliyyətə məlum olan səbəblərə görə tədbirdə iştirak etməmək qərarına gəlmişlər.

İştirakın səbəbi ondan ibarətdir ki, Gürcüstan Müsəlmanları İdarəsinin artıq iki ildir Azərbaycanın şimal qərbində yaşayan gürcü müsəlmanları üçün iftar məclisi təşkil etmək təklifi ilə etdiyi rəsmi müraciətlərə müsbət cavab ala bilməmişdir. Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi ilə danışıqlar aparılsa və əvvəlcədən məlumat verilməsinə baxmayaraq, qeyd olunan təşəbbüsə cavab verilmədən yuxarıda qeyd olunan tədbir keçirilmişdir. İftar mərasimi zamanı Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev məsələnin mahiyyətindən xəbərdar olduğu halda, Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilərini hədəf alan ağır ittihamlar səsləndirmişdir. Səsləndirilən bu ittiham qəbul edilməzdir. Azərbaycan dövləti və ölkəmizdəki səfirliyi ilə mövcud olan xoş münasibətlərin və səmimi əlaqələrin qorunub saxlanılması vacib və təqdirəlayiqdir. Məlum olduğu kimi narazılıq yalnız Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinindir. Biz bütün sahələrdə davam edən ölkələrarası münasibətləri yüksək qiymətləndirir, daha da inkişafını istəyirik. Yaşasın Gürcüstan və Azərbaycan dostluğu!

Məlumat üçün bildirək ki, martın 17də Tbilisidə keçirilən Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr mövzusunda iftar proqramında səfir Faiq Quliyev çıxışı zamanı dəvət olunmalarına baxmayaraq tədbirə qatılmayan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BQMI) axund və imamlarının etirazını ifadə edib.

  •  

Azərbaycanın turizm imkanları Rusiyada təqdim olunub l FOTOLAR

Şahdağ Turizm Mərkəzi və Azərbaycan Hava Yolları QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və SanktPeterburq şəhərlərində təşkil olunub.

Rusiyadan olan 240dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.

Moskva şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak edib.

  •  

ANAMA xəbərdarlıq etdi

ANAMAdan AzVision.az a verilən xəbərə görə, agentliyə işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq, müraciətdə deyilir.

ANAMA vətəndaşlara aşağıdakıları tövsiyə edib:

Yalnız icazə verilmiş və təhlükəsiz elan edilmiş yollarla hərəkət edin

Mina təhlükəsi işarələrinin göstəricilərinə diqqət edin

Çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməyin
Tanımadığınız əşyalara toxunmayın, təhlükəli ərazilərə yaxınlaşmayın

Təhlükə anında aidiyyəti qurumlara məlumat vermək (805, 102 və ya 112) tövsiyə olunub.

  •  

"Azəriqaz" bayramda da işləyəcək

Azəriqaz İBnin Müştəri xidmətləri şöbəsinin əməkdaşları 20.03.2026 29.03.2026cı il tarixlərində saat 10:00dan 17:00dək fəaliyyət göstərəcək.

Bu barədə AzVision.aza qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİlərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Eləcə də Bakı RQİİnin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

20.03.2026 29.03.2026cı il tarixlərində ASAN Kommunal və ASAN xidmət mərkəzlərində qeyriiş günüdür. 30.03.2026cı il tarixindən isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.

  •  

“Azərsun Holdinq” həssas qrupdan olan əhaliyə yardım edib

Ölkənin iqtisadi sferasında mühüm rol oynayan Azərsun Holdinq sosial məsuliyyət ənənəsinə sadiq qalaraq həssas əhali qruplarına dəstək olub. Millimənəvi dəyərlərə xüsusi önəm verən şirkətlər qrupu mütəmadi olaraq xeyriyyə və humanitar təşəbbüslərlə çıxış edir.

Holdinq bu il də Novruz və Ramazan bayramı münasibətilə minlərlə ailəyə bayram sovqatı çatdırıb.

Ötən il ərzində çoxsaylı korporativ sosial məsuliyyət və humanitar layihələri həyata keçirən şirkət bu missiyanı növbəti mərhələdə də davam etdirəcək.

Azərsun Holdinq hazırda 20 mindən çox insanı daimi işlə təmin edərək ölkədə məşğulluğun artırılmasına mühüm töhfə verir. 35 illik təcrübəyə malik şirkətlər qrupu bu gün də öz fəaliyyətini uğurla davam etdirir.

  •  

Kimlər fitrə zəkatı verməlidir?

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günü bayram axşamı məğrib (şam) namazından sonradır.

Din xadimlərinin sözlərinə görə, fitrə zəkatı həm cəmiyyətdə həmrəyliyi gücləndirir, həm də hər kəsin bayram sevincini yaşamasına şərait yaradır.

Bəs fitrə zəkatı nə qədərdir?

Mütəxəssislər bildirirlər ki, fitrə zəkatının məbləği əsas ərzaq məhsullarının orta qiymətinə uyğun olaraq müəyyən edilir. Bu məbləğ adətən bir nəfər üçün gündəlik qida normasına bərabər hesablanır. Qazılar Şurasının fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 1015 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Ailənin başçısı isə öz himayəsində olan şəxslərin adından da bu zəkatı verməlidir.

Şəriətə görə, bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.

Röya Əliyeva
AzVision.az

  •  

Bayramlarda hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 20də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənubşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 68, gündüz 1014 dərəcə isti olacaq.

Martın 21də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənubqərb küləyi gündüz şimalşərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 68, gündüz 1217 dərəcə isti təşkil edəcək.

Martın 22də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimalşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 68, gündüz 1116 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 2021də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 22də isə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 27 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 1015 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin DaşkəsənGədəbəy, Göygöldə martın 20də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21i səhərdən 22si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 05, gündüz 510, bəzi yerlərdə 14 dərəcə isti təşkil edəcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda martın 20də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21i səhərdən 22si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 05, gündüz 510, bəzi yerlərdə 14 dərəcə isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda
martın 20də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21i səhərdən 22si axşamadək yağıntıda fasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 510, gündüz 1015, martin 22də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 20də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 2122də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 510, gündüz 1015, 22də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 20də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. 2122də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 510, gündüz 1116, 22də bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 20də arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 2122də isə əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şimalşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 810, gündüz 1217, dağlarda gecə 36, gündüz 68 dərəcə isti təşkil edəcək.

AzVision.az

  •  

Özbəkistan Prezidenti Azərbaycan xalqını təbrik edib

Şavkat Mirziyoyev dövlətimizin başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı, həmçinin AzərbaycanÖzbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.

Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasidiplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.

  •  

Dövlət qulluqçularının maaşının baza hissəsi artırılır

AzVision.az APAya istinadən xəbər verir ki, dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Sadə dildə desək, köhnə mexanizmlər həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyrişəffaf idi vəzifə maaşı ümumi gəlirin yalnız 3545%ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər misli ilə ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyrimüəyyənlik yaradırdı.

Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 3545% deyil, orta hesabla 95%dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.

Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.

Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə biraylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.

İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.

Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib. Yaxud HonqKonqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının cəmi 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 721% azalmasına səbəb olub. Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.

Nəhayət, dövlət qulluqçularının əməyinin ödənişini daha ədalətli və idarəolunan etmək məqsədi daşıyan son dəyişikliklər paketi əməkhaqqı strukturunu sadələşdirmək və şəffaflığı artırmaqla yanaşı, həm də gənc kadrların dövlət xidmətinə cəlbinə yeni stimul yaradacaq. Belə ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Təbii ki, bu, gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axınına səbəb olurdu. İndi isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək, dövlət qulluğu isə daha rəqabətli olacaq.

Bir sözlə, bu islahat dövlət qulluğunu sadəcə iş yeri deyil, peşəkar karyera platformasına çevirir. Şəffaflıq, ədalət və nəticəyönümlülük, korrupsiyaya qarşı maneə, insan resurslarının effektiv idarə edilməsi və ölkədə ümumilikdə idarəçilik keyfiyyətinin yüksəldilməsi baxımından yeni sistemin effektli olacağı şübhə doğurmur.

  •  

11 günlük tətil başlayır

Bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyriiş günlərinin sayı artıb.

Belə ki, martın 2024ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da qeyriiş günü hesab olunur.

Bundan əlavə, Ramazan bayramı günlərinin də qeyriiş günləri ilə üstüstə düşməsi səbəbindən növbəti iş günləri – 27 və 30 mart tarixləri də istirahət günü elan edilib.

Martın 31i isə bayramdan sonra ilk iş günü hesab edilir.

  •  

Beyinin daha bir sirri açıldı

TPSIL informasiya agentliyinin məlumatına görə, alimlər beyindəki bəzi hüceyrələrin insanın həm davranışına, həm də əhvalına təsir edən maddələrin dopamin və serotoninin ifrazını idarə etdiyini müəyyənləşdiriblər. Məlumata görə, bu hüceyrələrin həddindən artıq fəallığı obssessivkompulsiv pozuntu və depressiya kimi hallarda davranışların nəzarətdən çıxmasına səbəb ola bilər.

Bu kəşf gələcəkdə daha dəqiq və hədəflənmiş müalicə üsullarının hazırlanmasına imkan yarada bilər. Yeni yanaşmalar mövcud dərmanlardan fərqli olaraq beyinin kimyəvi siqnallarını daha incə şəkildə tənzimləməyə yönələcək.

Bundan əlavə, tədqiqatın nəticələri fərdiləşdirilmiş müalicə planlarının hazırlanmasına və terapiya üsullarının daha effektiv tətbiqinə şərait yarada bilər.

Araşdırmanın nəticələri nüfuzlu Nature Communications jurnalında dərc olunub.

  •  

Pakistan Əfqanıstandakı terrorçu düşərgələrini dağıdıb

Bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar X hesabında məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı Pakistan ordusu Qəndəhar vilayətində yerləşən texniki dəstək obyektlərini və anbarları da məhv edib. Bildirilib ki, həmin mövqelərdən Taliban və digə silahlı qruplaşmalar Pakistanın mülki əhalisinə qarşı hücumların təşkili üçün istifadə edirdilər.

Nazir əlavə edib ki, zərbələr nəticəsində Əfqanıstandakı silahlı birləşmələrin və Fitna əlXəvaric qruplaşmasının texniki avadanlıqlarının saxlanıldığı tunel də dağıdılıb.

R. Əliyeva
AzVision.az

  •  

İranda İsrailə məlumat ötürən onlarla şəxs saxlanılıb

AzVision.az xəbər verir ki, bu barədə İranın yerli mediası məlumat yayıb. Həbslər İsrail və ABŞ hərbi təyyarələrinin ölkədə yeni hədəflərə zərbələr endirməyə davam etdiyi bir vaxtda həyata keçirilib.

İranın Tasnim xəbər agentliyi bildirir ki, 20 nəfər hərbi və təhlükəsizlik obyektlərinin yerləri barədə məlumatları İsrailə ötürməkdə ittiham edilərək saxlanılıb.

Agentliyin məlumatına görə, ölkənin şimalşərqində daha 10 nəfər həbs olunub. Onların isə həssas obyektlər və iqtisadi infrastrukturlar barədə məlumat topladığı iddia olunur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat strukturunun regional bölməsi Tasnimə açıqlamasında bildirib ki, İsrail və ABŞ hücumlara paralel olaraq casus və muzdlu şəxsləri aktivləşdirərək iğtişaşlar törətməyi planlaşdırırlar .

Bundan başqa, Student News Network xəbər verir ki, ölkənin qərbində yerləşən Luristan vilayətində üç nəfər ictimaiyyəti çaşdırmağa və matəm simvollarını yandırmağa cəhd göstərmək ittihamı ilə saxlanılıb.

Reuters agentliyi də mənbələrinə istinadən yazır ki, İsrail hücumların yeni mərhələsində yerli informatorlardan aldığı məlumatlar əsasında təhlükəsizlik nəzarətburaxılış məntəqələrini hədəfə almağa başlayıb.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hazırkı hərbi əməliyyatlara başlamasından bir neçə həftə əvvəl – yanvar ayında ölkədə geniş antihökumət etirazları baş vermişdi. İran hökuməti həmin aksiyaları İsrail və ABŞın təşviq etdiyini iddia edərək onları hakimiyyəti devirməyə yönəlmiş zorakı iğtişaşlar adlandırmışdı.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

Zelenski dron müdafiəsi üzrə yardımın qarşılığında pul və silah istəyir

AzVision.az bu barədə Reuters agentliyinə istinadla xəbər verir.

Məsələ ilə bağlı jurnalistlərə açıqlamasında Volodimir Zelenski bildirib ki, Ukrayna artıq regiona üç ekspert qrupu göndərib. Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazasına göndərilən qruplar dron hücumlarına qarşı müdafiə sistemlərinin necə işləməli olduğunu qiymətləndirir və məsləhətlər verirlər.

Bu, hərbi əməliyyatlarda iştirak etmək demək deyil. Biz İranla müharibə aparmırıq , – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə Körfəz ölkələri ilə uzunmüddətli dron sazişləri bağlana bilər. Lakin Ukraynanın yardımının qarşılığında nə qazanacağı ilə bağlı danışıqlar hələ davam edir.

Hazırda bizim üçün həm texnologiya, həm də maliyyə çox vacibdir, – deyə o qeyd edib.

Məlumata görə, Körfəz ölkələri İranın Şahed tipli dronlarına qarşı mübarizə aparmaq üçün çoxlu sayda hava hücumundan müdafiə raketləri istifadə edib. Ukrayna isə Rusiyanın dron hücumlarını demək olar ki, hər gün müxtəlif silah sistemləri, o cümlədən daha ucuz və kiçik dronlar və radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirir.

Zelenski bildirib ki, ABŞ, eləcə də Avropa, Yaxın Şərq və Afrika ölkələri Ukraynadan bu cür hücumlara qarşı necə mübarizə aparmaq barədə məsləhət istəyib.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton dronların vurulması üçün Ukraynanın köməyinə ehtiyac duymur.

Qeyd edək ki, Moskva, Kiyev və Vaşinqton arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılan növbəti sülh danışıqları regionda müharibə başladığı üçün təxirə salınıb.

Zelenskinin sözlərinə görə, Vaşinqton gələn həftə danışıqları ABŞda keçirməyi təklif edib, lakin Rusiya tərəfi bu təkliflə razılaşmayıb.

Ya görüşün keçiriləcəyi ölkə dəyişdirilməlidir, ya da ruslar Vaşinqtonda görüşə razılıq verməlidir, – o qeyd edib.

Cəbhədəki vəziyyətə gəlincə, Zelenski bildirib ki, Rusiyanın planlaşdırdığı yaz hücumu uğursuzluğa düçar olub. Onun fikrincə, Moskva bu hücumu indiyədək başlamış olmalı idi.

R.Əliyeva
AzVision.az

  •  

Bugünkü imtahanlar "yaddaş müsabiqəsi"dir – Ekspert

Bu sözlər ekspert Eldəniz Əmirova məxsusdur. O bildirib ki, bütün hallarda imtahan verənlərin içindən qəbul yerlərinin sayı bitənə qədər ən güclülər seçilir. Güclü abituriyent həm çətin sualda güclüdür, həm də asan sualda. İmtahan sisteminin məqsədi isə məhz bu fərqi ortaya çıxarmaqdır. Amma məsələnin başqa, daha vacib tərəfi var.


Əslində problem sualın çətin və ya asan olması deyil. Problem imtahanların mahiyyətindədir, ekspert vurğulayıb Bugünkü qəbul sistemi böyük ölçüdə yaddaş və əzbər üzərində qurulub. Nəticədə ən yaxşı ixtisaslara ən yaxşı əzbərləyənlər daxil olur. Kim daha çox məlumatı yadda saxlayırsa, o daha yüksək bal toplayır. Kim daha güclü əzbərçidirsə, o da ən prestijli ixtisaslara və hətta prezident təqaüdünə qədər yüksələ bilir. Əlqərəz, indiki model bir qədər bilik yarışından çox yaddaş müsabiqəsini xatırladır. Halbuki ali təhsil sistemi yaddaşın deyil, düşüncənin, analizin, yaradıcılığın və problemləri həll etmə bacarığının ölçülməsinə əsaslanmalıdır. Bu səbəbdən əsas müzakirə sualların çətinliyi yox, imtahan sisteminin yanaşması olmalıdır.

  •  

Livanda son iki həftədə 850 nəfər ölüb

Livanın Səhiyyə Nazirliyi son iki həftə ərzində İsrailin endirdiyi zərbələr nəticəsində ölkədə 850 nəfərin həlak olduğunu açıqlayıb. Bu barədə Frans Press agentliyi məlumat yayıb.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, ölənlər arasında 66 qadın, 107 uşaq və 32 tibb işçisi var.

Məlumata görə, hücumlar nəticəsində 2105 nəfər də yaralanıb.

Röya Əliyeva
AzVision.az

  •  

Qazaxıstanın Bakıdakı səfirliyində səsvermə keçirilir

Bu barədə səfirlikdən məlumat verib. Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 135i səs verib.

Qeyd olunub ki, səsvermədə Azərbaycan ali məktəblərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn Qazaxıstan məktəblilərinin valideynləri və müəllimləri iştirak edirlər.

Səfirlik bildirib ki, seçki məntəqəsi Bakı vaxtı ilə saat 20:00a qədər açıq olacaq.

  •  

Əraqçı: "İstənilən təşəbbüsü alqışlayırıq"

Biz müharibənin ədalətli şəkildə sonlandırılması istiqamətində istənilən regional təşəbbüsü alqışlayırıq.

AzVision.az Fars Xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ƏlƏrəbi ƏlCədidə müsahibəsində bildirib.

O, həmçinin bildirib ki, Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır.

Əraqçi deyib ki, İranın Qətər, Səudiyyə Ərəbistanı, Oman və digər qonşu ölkələrlə diplomatik əlaqələri davam edir.

İrandakı vəziyyətə də münasibət bildirən XİN başçısı vurğulayıb ki, vəziyyət stabildir, hökumət, yaxud ordu institutlarında heç bir parçalanma yoxdur.

Abbas Əraqçi əlavə edib ki, hazırda ABŞ və İsrail ilə münaqişənin başa çatdırılmasına yönəlmiş konkret təşəbbüslər mövcud deyil.

Röya Əliyeva
AzVision.az

  •  

Tamam, ya davam: Ağ Evdə mövqelər haçalanır

Devid Saks belə bir narahatlığı dilə gətirib ki, əgər İranın region ölkələrinin neft strukturuna zərbələri davam edərsə, bu sonda bölgədə ekoloji fəaliyyətə gətirib çıxarar.

Onun sözləri ABŞ adminstrasiyasında müharibədən narazı məmurlarının mövqeyilə bağlı ilk siqnal sayılır. Onun İlon Maska və digər texnomilyarderlərə yaxın şəxs olması da vacib məqamdır. Bir müddət əvvəl İİKK Amozon və Oracle şirkətlərinin ərəb ölkələrindəki infrastrukturunu hədəf seçdiyini açıqlamışdı. Saksın sözlərinin məhz bundan sonra səslənməsi diqqətdən qaçmır.



Bundan başqa, Devid Saks vitseprezident Cey di Vensin komandasındadır. Vens isə Trampın sözlərilə desək, İrandakı müharibədən fərəhlənmir.

Bu arada Reutersin yaydığı məlumata görə ABŞ Yaxın Şərqdəki tərəfdaşlarının İranla danışıqlara başlamaq çağırışını rədd edib. Tehran da şərti yerinə yetirilməyənə qədər danışıqlara başlamayacağını bildirir. İranın əsas şərtləri bunlardır: ABŞ və İsrail aviazərbələri dərhal dayandırmalı, dəyən ziyanın əvəzində təzminat ödəməli və İrana gələcəkdə bir də heç vaxt hücum etməyəcəklərilə bağlı təhlükəsizlik zəmanəti verməlidirlər.

Müharibəyə qədər ABŞ ilə İranın danışıqlarına ev sahibliyi edən Oman vasitəçiliyə cəhd göstərsə də, Ağ Ev hazırda bunda maraqlı olmadığını bildirib. Misirin anoloji cəhdləri də nəticəsiz qalıb.

Tariyel Həsənov
AzVision.az

  •  

“Baykar”ın yeni dronu: Süni İntellektli kamikadze | VİDEO

800 kq. ağırlığı olan dron 200 kqa qədər sursat daşıya bilir. Dronun uçuş məsafəsi 2.000 km, havada qalma mqddəti 13 saatdan çoxdur.



Süni İntellekt ilə təchiz olunmuş dron avtonom şəkildə idarə oluna bilir. Bu da onu radioelektron mübarizə vasitələri üçün əlçatmaz edir. Aparat digər PUAlarla birlikdə sürü halında fəaliyyət göstərməyi də bacarır.

Samir Quliyev
AzVision.az

  •  

Qocaların qitəsi: Avropa əhalisi azalmaqda davam edir | STATİSTİKA

2024cü ildə Avropada cəmi 3,55 milyon uşaq doğulub. Bu tendensiya əhalinin qocalmasının sürətlənməsinə və gələcəkdə işçi qüvvəsinin azalması riskinin yaranmasına səbəb olur.

Avropa İttifaqında nisbətən yüksək doğum səviyyəsi Fransa və bəzi Şimali Avropa ölkələrində müşahidə olunur. İspaniya, Malta, İtaliya və Yunanıstan kimi ölkələrdə isə doğum göstəricisi daha aşağı səviyyədədir, bir çox hallarda hər qadına düşən uşaq sayı 1,2dən də aşağıdır.


Rumıniyada da demoqrafik vəziyyət son illərdə pisləşməkdə davam edir. 2023cü ildə hər qadına düşən doğum göstəricisi 1,54 olduğu halda, 2024cü ildə bu rəqəm 1,39a enib. Bu azalma Rumıniyanı Avropa İttifaqında doğum səviyyəsinin ən sürətlə gerilədiyi ölkələrdən birinə çevirir.

Mütəxəssislər bildirirlər ki, Rumıniyada doğum səviyyəsinin azalmasının əsas səbəbləri arasında gənclərin ailə qurmağı gecikdirmələri, iqtisadi qeyrimüəyyənlik, yaşayış xərclərinin artması və geniş miqyaslı miqrasiya göstərilir. Ölkə yaxın onilliklərdə əhalinin sürətlə qocalması, əmək bazarında işçi qüvvəsinin azalması və sosial təminat sisteminə təzyiq kimi ciddi problemlərlə üzləşə bilər.

Bu səbəbdən Avropa ölkələrinin çoxu doğum səviyyəsini artırmaq üçün ailələrə maliyyə dəstəyi, vergi güzəştləri və sosial proqramlar tətbiq etməyə çalışır.

  •  

Sabah yağış yağacaq

Milli Hidrometeorologiya Xidmətindən Trendə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənubqərb küləyi axşam mülayim şimalqərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 46° isti, gündüz 1015° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 8085 %, gündüz 6070 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 27° isti, gündüz 1015° isti, dağlarda gecə 27° şaxta, gündüz 05° isti olacaq.

  •  

Azercell-dən xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək | FOTOLAR

Azercell uşaqların inkişafına dəstək vermək məqsədilə Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş adlı sosial təşəbbüs həyata keçirib.
Bu barədə AzVision.az a Azercelldən məlumat verilib. Qeyd edilib ki, proqram xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarını inkişaf etdirməyi və onların cəmiyyətə daha asan inteqrasiyasını təmin etməyi hədəfləyib.

Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində icra olunub.

Üç ay davam edən proqram sosial bacarıqların inkişafı, özünüifadə və yaradıcı düşüncənin təşviqi, eləcə də rəqəmsal savadlılıq və onlayn təhlükəsizlik kimi mövzuları əhatə edib. Bundan əlavə, iştirakçılara piyada təhlükəsizliyi və ilkin tibbi yardım üzrə praktiki biliklər təqdim olunub. Təlimlər Azercellin müvafiq sahələr üzrə mütəxəssisləri və Çikaqo Universitetinin layihə koordinatoru Gülsüm Məmmədova tərəfindən keçirilib.
Qeyd edək ki, layihə Azercellin uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsinə və praktiki bacarıqların inkişafına yönəlmiş sosial təşəbbüslər çərçivəsində reallaşdırılıb.

AzVision.az

  •  

Xameneyi Moskvada müalicə olunur

Qəzetin xəbərinə görə, Xameneyinin üzərindəki əməliyyat uğurla başa çatıb. İndi o, prezident saraylarının birində özəl klinka tərəfindən müalicə edilir.

Xameneyinin Rusiyaya təxliyəsi əməliyyatı yüksək məxfilik şəraitində keçirilib.

Yada salaq ki, iki gün əvvəl ABŞnin Dövlət Departamenti İranın ali dini rəhbəri Möctəba Xameneyi, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xatib və İİKKnin komandirləri haqqında informasiya verən şəxslərə 10 milyon dollar mükafat vəd etmişdi.



Tariyel Həsənov
AzVision.az

  •  

Qazaxıstan siyasi sistemini dəyişir

Dəyişikliklər ölkənin siyasi sistemində ciddi dəyişiklikləri, o cümlədən birpalatalı parlamentə keçidi və vitseprezident vəzifəsinin təsis olunmasını nəzərdə tutur.
Referendum ölkə üzrə 10 mindən çox seçki məntəqəsində keçirilir və saat 20:00a qədər davam edəcək.

Qazaxıstan Prezidenti KasımJomart Tokayev Məktəblilər sarayında yerləşən 51 saylı seçki məntəqəsində səs verib. O, səsvermədən sonra yerli və beynəlxalq media nümayəndələri üçün brifinq keçirib. Jurnalistlərə müraciət edən dövlət başçısı referendumun ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyətini vurğulayıb.

Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşayıb, amma zaman keçir. Yeni Əsas Qanunun qəbul edilməsinin vaxtı gəlib çatıb. Onun hazırlanmasında mənim də fəal iştirakım olub, Konstitusiyanın preambulasının mətnini və bir sıra digər müddəaları şəxsən təklif etmişəm. Əminəm ki, yeni Əsas Qanun ölkənin və onun gələcəyinin naminə xidmət edəcək, deyə Tokayev bildirib.

  •  

Zərdabda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb. Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  •  

Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub | FOTOLAR

PASHA Holding tərəfindən həyata keçirilən növbəti xeyriyyəçilik təşəbbüsü çərçivəsində Filarmoniyaya Avstriyanın dünyaca məşhur Bösendorfer şirkətinə məxsus iki ədəd konsert royalı təqdim olunub. PASHA Holding son illər mədəniyyət və sənət sahəsində həyata keçirdiyi müxtəlif layihələr və təşəbbüslərlə ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verir. Şirkət tərəfindən sənət layihələrinin dəstəklənməsi, gənc istedadların təşviqi və mədəni tədbirlərin reallaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

Bu təşəbbüs mədəniyyət sahəsinə göstərilən dəstəyin və korporativ sosial məsuliyyət ənənələrinin təqdirəlayiq nümunəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Filarmoniyaya dünya səviyyəli musiqi alətlərinin hədiyyə olunmasına görə şirkətə təşəkkürünü bildirir və mədəniyyətin inkişafına yönəlmiş belə təşəbbüslərin dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edir.

Tədbirdə Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxış edərək ölkəmizdə musiqi sənətinin inkişafı, gənc istedadların dəstəklənməsi və yüksək səviyyəli musiqi alətlərinin ifaçılıq mədəniyyətinin yüksəldilməsində mühüm rolunu vurğulayıblar. Qeyd olunub ki, dünya səviyyəli konsert royallarının Filarmoniya səhnəsinə gətirilməsi ölkənin musiqi həyatında əlamətdar hadisədir və konsertlərin bədii səviyyəsinin daha da yüksəlməsinə töhfə verəcək.

Royalların təqdimat mərasimi tanınmış musiqi xadimlərinin və gənc ifaçıların iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib. Təqdimat çərçivəsində keçirilən konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Müxtəlif nəsillərə mənsub ifaçıların, Xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadənin, musiqi məktəbi şagirdləri Tamerlan Məmmədov və Mədinə Paşayevanın da iştirak etdiyi proqram yeni Bösendorfer royallarının səhnədə ilk səslənməsi ilə yadda qalıb.

Xatırladaq ki, Bösendorfer 1828ci ildə Avstriyanın Vyana şəhərində yaradılmış və bu gün dünyanın ən nüfuzlu fortepiano istehsalçılarından biri hesab olunur. Şirkətin konsert royalları zəngin tembr palitrası və yüksək akustik keyfiyyəti ilə seçilir, əsasən əl əməyi ilə eksklüziv hazırlanır. Məhz bu xüsusiyyətlərə görə Bösendorfer alətləri dünyanın aparıcı konsert salonlarında, nüfuzlu musiqi festivallarında və tanınmış pianoçuların repertuarında xüsusi yer tutur.

  •  

Bakıda çoxmərtəbəli binada yanğın baş verib | FOTOLAR

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHNin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının on səkkiz mərtəbəli yaşayış binasının 15ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kvadratmetr olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

  •  

Hakan Fidan: "Danışıqlar mümkün görünmür" | VİDEO

AzVision.az xəbər verir ki, Fidan Associated Press agentliyinə eksklüziv müsahibəsində belə deyib.

Həm Vaşinqton, həm də Tehran ilə münasibətləri olan Ankara hələ müharibə başlamazdan əvvəl tərəflər arasında vasitəçilik etməyə çalışmışdı.

Nazir bildirib ki, hazırda diplomatik proses üçün şərait əlverişli deyil.

Hazırkı şərait diplomatiya üçün çox da uyğun deyil, – deyə Fidan qeyd edib.

Onun sözlərinə görə, iranlılar özlərini aldadılmış hiss edirlər, çünki nüvə proqramı ilə bağlı ABŞ ilə aktiv danışıqlar apardıqları bir vaxtda ikinci dəfə hücuma məruz qalıblar.

Bununla belə, Fidan hesab edir ki, İran hələ də qeyrirəsmi diplomatik kanallar vasitəsilə məntiqli dialoqa açıqdır.



Qeyd edək ki, 57 yaşlı Hakan Fidan 2023cü ildə xarici işlər naziri təyin olunmazdan əvvəl on ildən çox Türkiyənin kəşfiyyat xidmətinə rəhbərlik edib.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

İranlılar dilemma qarşısında: Qaçmaq, yoxsa qalmaq?

Didərgin düşənlərin bir hissəsi İranın daha təhlükəsiz bölgələrinə üz tutur, digərləri qonşu ölkələrdə sığınacaq axtarır. Bəzi iranlılar isə ailələrini və evlərini qorumaq üçün xaricdən geri qayıdırlar.

BMTnin məlumatına görə, müharibə başlayandan bəri gündə orta hesabla 1300 iranlı Türkiyə vasitəsilə ölkədən çıxır.

Müşahidəçilər qeyd edir ki, bir çox iranlı ötən il baş vermiş 12 günlük münaqişə zamanı olduğu kimi, evlərində qalmağa üstünlük verir. Bəzilərinin ölkəni tərk etməyə maddi imkanı çatmır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın fevralın 28də iranlılara müraciət edərək evdə qalmağın daha təhlükəsiz olduğunu bildirmişdi.

Evlərinizdə qalın. Çölə çıxmayın. Çox təhlükəlidir. Bombalar hər yerə düşəcək, – deyə xəbərdarlıq etmişdi.

Hazırda ölkədən kütləvi çıxış qeydə alınmasa da, Tehrandan insanların paytaxtın şimalına, Xəzər dənizi sahilinə yaxın bölgələrə köçdüyü bildirilir. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Bununla yanaşı, BMT xəbərdarlıq edir ki, döyüşlərin davam etməsi daha çox iranlının evlərini tərk etməsinə səbəb ola bilər. Ekspertlərin fikrincə, insanlar kütləvi şəkildə qonşu ölkələrə – Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Ermənistan, Türkiyə və İraqa üz tuta bilər.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatanka bildirib ki, paytaxtın əsas infrastruktur xidmətləri sıradan çıxarsa, böyük miqrasiya dalğası yarana bilər.

Əgər 10 milyon əhalisi olan Tehran şəhərində su olmasa, insanlar mütləq başqa yerə köçməyə çalışacaqlar, – deyə ekspert qeyd edib.

Eyni zamanda, müharibənin uzanacağı təqdirdə mümkün miqrasiya böhranı ehtimalı İranın qonşu ölkələrini və Avropa dövlətlərini narahat edir. Bu səbəbdən bir sıra ölkələr artıq mümkün qaçqın axınına qarşı ehtiyat planları hazırlamağa başlayıb.

Röya Əliyeva
AzVision.az



  •  

"Qarabağ" Əli Bəşirovu "Strasburq"a transfer etdi

AzVision.az xəbər verir ki, bununla bağlı qarşı tərəfə rəsmi cavab verilib.

Hücumameyilli yarımmüdafiəçi mayın əvvəlində Fransaya yola salınacaq.

Yaşının az olmasına baxmayaraq, bu qış Əli Bəşirov əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub.

Ə.Bəşirov həm də U18 millisinin üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib. Liqa1 təmsilçisi onu baxışa dəvət edib.

AzVision.az

  •  

Ağdam sakini minaya düşərək həlak oldu

Hadisə Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Füzulidə çobanlıq edən Ağdam rayon sakini 1968ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu at sürərkən minaya düşüb.

Nəticədə R.Hacıyev atı ilə birlikdə hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma davam edir.

AzVision.az

  •  

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Səfirin sözlərinə görə, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti arasında baş tutan telefon danışığı zamanı İran tərəfi ölkəyə tibbi yardımın çatdırılmasını xahiş edib və bu məsələ Prezident İlham Əliyev tərəfindən bir saat ərzində təsdiqlənib.

Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Hər şeyin necə gözəl təşkil olunduğunu görürsünüz. 13 ton tibbi ləvazimatın İrana çatdırılması həm Rusiya, həm də İran üçün çox xoşdur, – deyə Mixail Yevdokimov əlavə edib.

Bu təşəbbüs regional əməkdaşlıq və humanitar dəstəyin sürətli koordinasiyasını göstərən nümunə kimi qiymətləndirilir.
Məhəmmədəli Həsənli
AzVision.az

  •  

İsrail xəbərdarlıq etdi: Beyrut bombalanacaq

İsrail Silahlı Qüvvələri bəyan edib ki, mərkəzi Beyrut şəhərinin Baxura məhəlləsində mümkün zərbədən əvvəl sakinlər təxliyyə edilməlidir. Bu barədə hərbi açıqlamada bildirilir.

Bundan əvvəl İsrail ordusu Livanın cənub ərazilərində də təxliyyə göstərişləri vermişdi. İsrail ordusu əhalini Zahrani çayından şimal tərəfə köçməyə çağırıb və mərkəzi Beyrut məhəlləsində də potensial hədəflər barədə xəbərdarlıq edib.

Hər iki addım bölgədəki silahlı qarşıdurmanın dərinləşdiyi bir vaxtda atılır.

Röya Əliyeva
AzVision.az

  •  

İranın ali rəhbərinin ilk bəyanatı

AzVision.az xəbər verir ki, onun bəyanatı dövlət televiziyasında səsləndirilib.

Atasının öldürülməsindən sonra ilk açıqlamasıını verən Müctəba Xamenei bildirib ki, ABŞ regiondakı bütün hərbi bazalarını bağlamalıdır. Onun sözlərinə görə, İran sahillərindən keçən və dünya neft tədarükünün təxminən beşdə birinin daşındığı Hörmüz boğazı düşmənə təzyiq göstərmək məqsədilə bağlı qalmalıdır.

Bu arada, cümə axşamı Bəsrə limanında iki tanker partlayıcı maddə ilə yüklənmiş qayıqların hücumu nəticəsində yanıb. İraq rəsmiləri hücumlara görə İranı ittiham edir. Hadisə nəticəsində azı bir ekipaj üzvünün öldüyü bildirilir.

Limandan çəkilmiş kadrlarda gəmilərin güclü partlayış nəticəsində alov içində qaldığı görünür.

Bundan bir neçə saat əvvəl Fars körfəzində daha üç gəminin vurulduğu bildirilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu hücumlardan ən azı birinə görə məsuliyyəti üzərinə götürərək Tayland bayrağı altında üzən yük gəmisinə zərbə endirildiyini açıqlayıb. Bildirilib ki, gəmi onların göstərişlərinə tabe olmayıb. Digər konteyner gəmisinin isə Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında naməlum mərmi ilə vurulduğu qeyd olunur.


Fevralın sonunda ABŞ və İsrailin İrana qarşı müharibəsi indiyədək təxminən 2 min nəfərin ölümünə səbəb olub. Beynəlxalq Enerji Agentliyi bu münaqişənin qlobal enerji təchizatında tarixdə ən böyük pozuntulardan birinə səbəb olduğunu bildirir.

Eyni zamanda cümə axşamı İranın pilotsuz uçuş aparatlarının Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Oman istiqamətində uçduğu barədə məlumatlar yayılıb.

İranın dəstəklədiyi Livanın Hizbullah hərəkatı isə İsraillə müharibədə ən böyük raket hücumlarından birini həyata keçirib. Buna cavab olaraq İsrail Beyrut şəhərinə yeni zərbələr endirib.

Gərginlik fonunda neftin 1 barelinin qiyməti yenidən 100 dollardan yuxarı qalxıb. İran ABŞ və İsrail hücumları dayandırılmayana qədər Hörmüz boğazından neft daşınmasına icazə verməyəcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp isə çıxışında müharibənin qısa müddətdə başa çatacağını və ABŞın qalib gəldiyini iddia edib. Onun sözlərinə görə, ABŞ İranı demək olar ki, tamamilə məhv edib, lakin əməliyyatlar hələ başa çatmayıb.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

İranda 3 milyondan çox insan məcburi köçkün düşüb - BMT

Bu barədə BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

İlkin qiymətləndirmələrə əsasən, davam edən münaqişə nəticəsində İranda 600 min – 1 milyon arası ailə müvəqqəti olaraq ölkə daxilində köçkün vəziyyətinə düşüb. Bu isə ümumilikdə təxminən 3,2 milyon nəfər deməkdir, – deyə qurumun fövqəladə dəstək qrupunun rəhbəri və Yaxın Şərq üzrə fövqəladə vəziyyətə cavab tədbirlərinin əlaqələndiricisi Ayaki İto bildirib.

Onun sözlərinə görə, döyüş əməliyyatları davam etdikcə bu rəqəmin artacağı ehtimal olunur və bu, regionda humanitar ehtiyacların sürətlə genişləndiyini göstərir.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28dən etibarən İranın nüvə proqramı ilə bağlı danışıqlarda konkret nəticə əldə olunmaması fonunda ölkə ərazisinə hərbi hava zərbələri endirməyə başlayıb. Buna cavab olaraq İran həmin gündən etibarən İsrailə və ABŞın region ölkələrindəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Hərbi əməliyyatların ilk günündə İranın ali lideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəli hərbçilərin həlak olduğu bildirilib. Martın 8də isə İranın Ekspertlər Məclisi səs çoxluğu ilə onun oğlu Seyid Müctəba Xameneini İranın üçüncü ali lideri seçib.

Martın 1–5i tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib. ABŞ tərəfinin itkilərinin 8 nəfər ölü və 140dan çox yaralı olduğu bildirilir.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb, bir sıra ölkələr isə vətəndaşlarını regionu tərk etməyə çağırıb.

  •  

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

Azercellin dəstəyi ilə həyata keçirilən FutureFem 2.0 Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi layihəsinin açılış mərasimi keçirilib. Layihə Azercellin qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. FutureFem 2.0 layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, FutureFem 2.0 layihəsi martmay ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.
Layihənin sonunda keçiriləcək FutureFem Challenge mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMTnin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.
Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır.

AzVision.az





  •  

“YAŞAT” Fondu “Tufandağ”da növbəti qış düşərgəsi reallaşdırıb

Məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.

Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13–15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılar Tufandağ QışYay İstirahət Kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər.

Həmçinin iştirakçılar Yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.

Layihənin sponsoru AMO Group, tərəfdaşı isə Tufandağ QışYay İstirahət Kompleksidir.

Media tərəfdaş: ASAN TV/Radio

  •  

Azərbaycanda ilk dəfə genişmiqyaslı mədəni qastrollar keçiriləcək

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılır.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

  •  

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 12 mart 2026cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSNin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
AzVision.az

  •  

Azərbaycan ilə BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2026cı il fevralın 4də Dubay şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

  •  

Martın bütün sosial ödənişləri vaxtından əvvəl yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl martın 13də ödənilməsi nəzərdə tutulub.

Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

  •  

Müharibə neçəyədir: Müqayisəli rəqəmlər

Müqayisə üçün deyək ki, Rusiya ilə müharibənin bir günü Ukraynaya $172 milyona başa gəlir. Belə çıxır ki, ABŞİran müharibəsinin 1 günü maliyyə baxımından UkraynaRusiya müharibəsinin 1011 gününə bərabərdir. 6 gündə xərclənən $11,3 milyard Ukraynaya iki ay müharibə aparmaq üçün bəs edərdi.

Bu fonda ABŞnin yaxın zamanlarda bütün diqqətini Yaxın Şərqdəki münaqişəyə yönəldəcəyi gözlənilir. Bu da Ukraynanın daha az sursat alması ilə nəticələnəcək. Politico yazır ki, Yaxın Şərqdəki münaqişə bəzi silah sistemlərinin qiymətlərinin ikiqat bahalaşmasına səbəb olub.

Bir müddət öncə Bloomberg agentliyi Yaxın Şərq münaqişəsində ABŞnin Patriot raketlərindən aktiv istifadə etməsi səbəbindən Ukraynanın hava hücumundan müdafiə sisteminin zəifləyəcəyini bildirmişdi. Nəşrin məlumatına görə, ABŞ və müttəfiqləri İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri mindən çox Patriot raketindən istifadə ediblər.

Tariyel Həsənov
AzVision.az

  •  

Kredit fırıldaqçılarına zərbə

Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik mövzusunda keçirilən forumda deyib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır. Bu sistem banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq.

  •  

İlham Əliyev Jelka Tsviyanoviç ilə görüşüb

Söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirdi.

Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulandı.

  •  

XIII Qlobal Bakı Forumu işə başlayıb | FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamlayıb, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Sonra çıxış üçün sözü Prezident İlham Əliyevə verib.





(Xəbər yenilənəcək)

  •  

İbn əl Papa John’s

AzVision.az xəbər verir ki, bu barədə Reutersə məsələdən xəbərdar olan iki mənbə məlumat verib. Məlumata görə, təklif şirkətin ümumi dəyərini təxminən 1,5 milyard dollar səviyyəsində qiymətləndirir. Bu, Irth Capitalın ötən il Apollo Global Management ilə birlikdə pizza şəbəkəsini almağa cəhd etməsindən sonra ikinci təşəbbüsüdür.

İrth hazırda Papa John’sda təxminən 10% paya sahibdir və bunun bir hissəsi törəmə maliyyə alətləri vasitəsilə əldə olunub. Mənbələrin sözlərinə görə, şirkətin bu təklifi qəbul edibetməyəcəyi hələ məlum deyil və proses zamanı digər potensial alıcıların da ortaya çıxması mümkündür.

Xəbər yayılandan sonra Papa John’sun səhmləri təxminən 20% bahalaşaraq 38,86 dollara yüksəlib.

Qeyd olunur ki, Apollo Global Management ötən ilin noyabrında səhm başına 64 dollarlıq təklifini geri götürüb. Bundan sonra aktivist investor Irenic Capital Management də şirkətdə pay əldə edərək pizza şəbəkəsinin gələcəyi ilə bağlı spekulyasiyaları artırıb.

2024cü ildə yaradılan Irth Capital Qətər kral ailəsinin üzvlərindən biri tərəfindən dəstəklənir. Fondun rəhbərləri Şeyx Məhəmməd bin Abdulla AlTani və Metyu bredşoudur. Papa John’s un alınması fondun ilk böyük əməliyyatlarından biri ola bilər.

Papa John’s 1984cü ildə ABŞın İndiana ştatının Ceffersonvil şəhərində yaradılıb və 1993cü ildə birjada listinq olunub. Şirkət son illərdə zəif tələbat fonunda fəaliyyətini bərpa etməyə çalışır.

Məhəmmədəli Həsənli
AzVision.az

  •  

UNICEF: Müharibə nəticəsində 1100-dən çox uşaq ölüb və ya yaralanıb

AzVision.az bu barədə Reuters agentliyinə istinadla məlumat verir.

Uşaqların öldürülməsi və ya şikəst edilməsi, eləcə də onlar üçün vacib xidmətlərin məhv edilməsi və ya fəaliyyətinin pozulması heç nə ilə əsaslandırıla bilməz deyə, UNICEF bəyanat yayıb.

Təşkilatın bəyanatında vurğulanır ki, silahlı münaqişələr zamanı uşaqların hüquqlarının pozulması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqlarının pozulması hesab olunur.




M.Həsənli
AzVision.az


  •  

ABŞ strateji neft ehtiyatlarından 172 milyon barel neft buraxacaq

Nazirin sözlərinə görə, bu addım həmin gün Beynəlxalq Enerji Agentliyinin 32 üzv ölkəsi tərəfindən razılaşdırılmış 400 milyon barel neftin bazara buraxılması planının bir hissəsidir.

Kris Rayt prosesin gələn həftədən başlayacağını və çatdırılmanın təxminən 120 gün çəkəcəyini açıqlayıb.

Bu arada, ABŞ İranı onun və müttəfiqlərinin enerji təhlükəsizliyini manipulyasiya və təhdid etməkdə günahlandırır.

Məhəmmədəli Həsənli
AzVision.az


  •  

Pirşağı və Ləhiş bağlarında işıq olmayacaq

Bu barədə Azərişıq ASC məlumat yayıb.

Martın 12də Maştağa ETSİnin ərazisində 35/10/6 kVluq Pirşağı yarımstansiyasından çıxan 10 kVluq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00dan 15:00dək Pirşağı bağlar massivi və Ləhiş bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq, məlumatda qeyd edilib.

AzVision.az

  •  

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatları | FOTOLAR

AzVision.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin
bəyanatı

Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən Avropa İttifaqı Şurasının Prezidentini salamlayıram. Cənab Prezident, Sizi qəbul etməkdən çox məmnunam. Ötən il iki dəfə görüşmüşük və çox yaxşı müzakirələrimiz olub. Yadınızdadırsa, mən Sizi Azərbaycana səfərə dəvət etdim. Dəvətimi qəbul etdiyinizə görə minnətdaram. Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.

Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.

Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, əgər hər şey cədvələ uyğun gedərsə, bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 68 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz. Təbii ki, xüsusi olaraq, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Cənab Prezidentə söylədiyim kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqilliyimiz hələ 1991ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz bu gün sonra söhbətimizi davam etdirəcəyik. Bizimlə olduğunuza görə, cənab Prezident, bir daha təşəkkür edir, Sizə xoş səfər arzulayıram.

x x x

Sonra Avropa İttifaqı Şurasının Prezidenti bəyanatla çıxış etdi

Prezident Antonio Koştanın
bəyanatı


Günortanız xeyir. İlk növbədə, burada Bakıda olmaqdan məmnunam. Prezident Əliyev, xüsusilə regionda geosiyasi vəziyyətin sürətlə dəyişməsi kimi mürəkkəb şəraitdə dəvətinizə və səmimi qarşılamanıza görə Sizə təşəkkür edirəm.

Mən Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə etmək istərdim. İcazə verin, Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına şərait yaratdığı üçün Azərbaycanın göstərdiyi yardıma görə səmimi minnətdarlığımı çatdırım. Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır. Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə birgə baxışımıza dair güclü siqnal verir. Biz, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq.

Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bizim enerji sahəsində hazırkı tərəfdaşlığımız heç zaman olmadığı kimi daha əhəmiyyətlidir. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Biz, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini sizin geniş planınızda daha fəal iştirak etməyə çağırırıq.

Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. BakıNaxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir.

Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır.

Biz həqiqi sülhün təkcə siyasi razılaşmalar, Sizin dediyiniz kimi kağız üzərində yox, insanların gündəlik həyatları, iqtisaditicari əlaqələr və ortaq rifah üzərində qurulduğunu bilirik. Qarşılıqlı iqtisadi asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan birmənalı yoldur və Avropa İttifaqı hamının faydası üçün bu imkanlardan yararlanmağa kömək etməyə hazırdır. Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir. Mən İranda və Yaxın Şərqdə baş verən, sizə çatmış təhlükəli hərbi eskalasiya fonunda üzləşdiyiniz çağırışları bilirəm. İcazə verin, bir daha Avropa İttifaqı adından Azərbaycan və onun xalqı ilə tam həmrəy olduğumuzu ifadə edim.

Biz bu yaxınlarda İran tərəfindən Naxçıvan hava limanına edilmiş hücumu qətiyyətlə pisləyirik. Regional sabitliyi və təhlükəsizliyi Beynəlxalq Millətlər Təşkilatının və beynəlxalq hüququn prinsiplərinə tam riayət edərək qorumaq zəruridir. Avropa İttifaqı bütün gərginliyi azaltmaq və vətəndaşları qorumaq üçün dialoq və diplomatiya vasitəsilə bütün tərəfdaşlarla işləməyə sadiqdir. Vəziyyətin daha da kəskinləşməsi təkcə Yaxın Şərqi deyil, Avropanı və daha geniş dünyanı təhlükə altına atır.

Bununla belə, cərəyan edən son hadisələr beynəlxalq hüquqa zidd olaraq zorakı fəaliyyətin narahatedici tendensiyasını bildirir. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq beşinci ildir ki, davam edir. Bu müharibə Avropa üçün ekzistensial təhlükə olaraq qalır və qlobal miqyasda vəziyyəti poza biləcək amildir.

Qlobal sabitsizlik fonunda aramızdakı əlaqələri gücləndirmək heç zaman olmadığı qədər vacibdir. Biz 2028ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

Sonda icazə verin, bir daha vurğulayım ki, Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik.

Növbəti aylarda Sizi Brüsseldə qəbul edəcəyimə ümid edirəm.

Çox sağ olun, cənab Prezident.

  •  

Avropada mətbuat azadlığı hesabatında Azərbaycanla bağlı qərəzli mülahizələr yer alıb – MEDİA

Bu fikirlər Medianın İnkişafı Agentliyinin bəyanatında öz əksini tapıb.

Bildirilib ki, Media haqqında Azərbaycan Respublikası Qanununa 2025ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır:

Media haqqında Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülüb ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.

Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.

Bəyanatda deyilib ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilib.

Vurğulanıb ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır:

Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür.

Qeyd edilib ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texnikitəşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülüb, həmçinin informasiya agentliklərinin digər növ media subyektlərindən mahiyyət etibarilə məhz yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyətini ehtiva etdiyi diqqətə alınıb.

Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilib.

Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur, deyə əlavə edilib.

  •  

Ötən həftə 1191 hektar ərazi minalardan təmizlənib

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, 1191,2 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

  •  

İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

Bununla bağlı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya qanununu imzalayıb.

Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 31 və maddə 281) əlavə edilir, bir maddə (maddə 5) çıxarılıb. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilib.

Azərbaycan Konstitusiyasının 134cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi adlı 31ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Digər maddə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması adlı 281ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Konstitusiya Qanununda dəyişikliklərdən biri də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi adlı 5ci maddənin çıxarılmasıdır.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13, hissə II).

Bundan başqa, sənəddə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).

Sənədə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).

Digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.41).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).

Sənəddə həmçinin Normativ hüquqi aktlar haqqında Azərbaycan Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).

Həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.

  •  

2 ayda 34 milyondan çox ƏDV vətəndaşlara geri qaytarılıb

Bu ilin yanvarfevral aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDVnin 34 milyon 926,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

2 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDVnin (tax free) məbləği 1 368,4 min manat təşkil edib.

AzVision.az

  •  

“Şuşa” möhtəşəm qələbə qazandı

Matçın ilk dəqiqələrindən etibarən hər iki komanda qələbə qazanmaq üçün fəal oyun nümayiş etdirib. Meydanda sürətli ötürmələr, təhlükəli hücumlar və prinsipial mübarizə diqqət çəkib. Qarşılaşma ərzində komandalar bir neçə dəfə hesabda üstünlüyü ələ keçirsə də, oyun son dəqiqələrə qədər açıq və gərgin mübarizə şəraitində davam edib.

Şuşa PFK komandası oyun boyunca nümayiş etdirdiyi əzmkarlıq, komanda birliyi və hücum yönümlü futbolu ilə seçilib. Komandanın futbolçuları meydanda böyük iradə göstərərək həlledici anlarda dəqiq və effektli oyun nümayiş etdiriblər.

Gərgin keçən qarşılaşma nəticə etibarilə Şuşa PFKnin 5–4 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə komandanın həm fiziki hazırlığını, həm də komanda ruhunu bir daha nümayiş etdirib.

Qarşılaşma futbolsevərlərə maraqlı və emosional anlar yaşadaraq, turnirin yadda qalan oyunlarından biri kimi qiymətləndirilir.

Şuşa PFK rəhbərliyi və azarkeşlər komandanı əldə olunan qələbə münasibətilə təbrik edir, futbolçulara və məşqçi heyətinə gələcək oyunlarda da uğurlar arzulayırlar. Klub qarşıdakı görüşlərdə də uğurlu çıxışını davam etdirməyi hədəfləyir.

  •  

“Azərbaycan: Qlobal Mərkəz və Gələcəyin Körpüsü” Beynəlxalq Tədbiri keçiriləcək

AzVision.az xəbər verir ki, tədbir Azərbaycanın qlobal iqtisadi sistemdə rolunun gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovasiya əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

Müstəqillik Günündə xüsusi mesaj

Tədbirin 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilməsi xüsusi rəmzi məna daşıyır. 1918ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi ilə müasir Azərbaycan dövlətçiliyinin təməli qoyulmuşdur. Bu əlamətdar tarixdə keçiriləcək tədbir ölkənin müstəqil inkişaf strategiyasını və qlobal əməkdaşlığa açıq siyasətini simvolizə edir.

Qlobal əməkdaşlıq və innovasiya gündəliyi

Tədbir çərçivəsində Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə rolu, yeni iqtisadi modelə keçid perspektivləri və texnologiya yönümlü inkişaf strategiyaları müzakirə olunacaq. Proqramın əsas hissələrindən biri NeoOrdo strateji platformasının beynəlxalq təqdimatı olacaq.

NeoOrdo platforması dövlət strukturları, özəl sektor və beynəlxalq kapital arasında davamlı və strukturlaşdırılmış əməkdaşlıq mexanizminin formalaşdırılmasını hədəfləyir. Platforma modul əsaslı sektor yanaşması, meqalayihə mexanizmi və texnologiya yönümlü inkişaf strategiyası üzərində qurulub. Bu model çevik qərarvermə, ölçülə bilən nəticələr və uzunmüddətli iqtisadi dayanıqlılıq prinsiplərinə əsaslanır.

Müzakirə ediləcək əsas mövzular

Tədbir çərçivəsində aşağıdakı istiqamətlər üzrə təqdimatlar və panel müzakirələri keçiriləcək:
• Azərbaycanın geosiyasi və iqtisadi mövqeyinin gücləndirilməsi
• Enerji, logistika, bankçılıq və texnologiya sektorlarında yeni əməkdaşlıq imkanları
• Ağıllı şəhər və rəqəmsal hökumət modelləri
• Süni intellekt və data əsaslı idarəetmə sistemləri
• Regional innovasiya və startap ekosisteminin inkişafı

Strateji əməkdaşlıq mərhələsi

Tədbir iki mərhələli strateji yanaşma əsasında təşkil olunur.
Birinci mərhələ – Azərbaycanın qlobal tanınırlığının artırılması və yüksək səviyyəli beynəlxalq dialoq platformasının yaradılması.
İkinci mərhələ – NeoOrdo platforması vasitəsilə uzunmüddətli strateji əməkdaşlıq, texnologiya transferi və investisiya layihələrinin praktiki reallaşdırılması.
Tədbir çərçivəsində ilkin əməkdaşlıq niyyətlərinin elan olunması, tərəfdaşlıq memorandumlarının təqdimatı və regional inkişaf strategiyalarının açıqlanması planlaşdırılır.

Azərbaycanın qlobal rolu

Ekspertlərin fikrincə, tədbir Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyasının sürətlənməsinə, strateji mövqeyinin möhkəmlənməsinə və yeni qlobal iqtisadi arxitekturada daha fəal iştirakına töhfə verə bilər.

  •  

Venesuela Çinə1 milyon barel neft göndərir

AzVision.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, təxminən 1 milyon barelə yaxın Venesuela nefti Çinə göndərilmək üçün hazırlanır.

Bu, ABŞnin Venesuelanın daxili işlərinə müdaxiləsindən sonra həyata keçiriləcək ilk belə tədarük olacaq.

Məlumata əsasən, daşımanı North American Blue Energy Partners şirkəti həyata keçirir.

Hazırda 950 min barel Merey markalı neft tankerə yüklənir. Yükün Çinin Qinadao limanına çatdırılması planlaşdırılır.

Röya Əliyeva
AzVision.az

  •  

Tramp: "İran xalqına xəyanət etmədim, özləri belə istədilər"

ABŞ prezidenti Donald Trump bazar ertəsi mətbuata açıqlamasında belə deyib.

ABŞ prezidenti müxbirlərdən birinin İran xalqına kömək etməyə söz vermişdiniz, lakin görünür ki, hərbi məqsədlərinizə nail olduqdan sonra bu mübarizəni bitirməyə hazırsınız. Bu, xəyanət deyilmi? sualına cavab olaraq deyib:

Mən onlara kömək etmək istərdim. Onlar düzgün davranmadılar və çox aqressiv olublar...Onlar elə bir sistemi seçməlidirlər ki, bu sistem onlara yardım almağa imkan versin.

Tram əlavə edib ki, hazırda iranlılar onları uğursuzluğa aparan bir sistemin içindədirlər və o bunu istəmir.

Röya Əliyeva
AzVision.az

  •  

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.

İnanclara görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. var. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

AzVision.az

  •  

ABŞ neft sanksiyalarını müvəqqəti qaldıracaq

ABŞ prezidenti Donald Trump mətbuata açıqlamasında bildirib ki, Vaşinqton neft qiymətlərini aşağı salmaq məqsədilə bəzi ölkələrin neft sektoruna tətbiq edilmiş sanksiyaların bir hissəsini müvəqqəti olaraq ləğv edəcək.

Biz həmçinin neftlə bağlı bəzi sanksiyaları ləğv edirik ki, qiymətlər aşağı düşsün. Müəyyən ölkələrə qarşı sanksiyalarımız var, lakin vəziyyət normallaşana qədər onların bir hissəsini dayandırırıq, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, gələcəkdə bu məhdudiyyətlərin yenidən tətbiq olunubolunmayacağı situasiyanın inkişafından asılı olacaq.

Tramp əlavə edib ki, zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiqləri tankerlərin təhlükəsiz hərəkətini təmin etmək üçün onları Hörmüz boğazında müşayiət edə bilər.

Ümid edirəm ki, buna ehtiyac olmayacaq. Amma lazım gələrsə, biz tankerləri birbaşa boğazdan keçirəcəyik, – deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, müvəqqəti tədbir, xüsusilə də Rusiyanın Hindistana neft satışları ilə bağlı məsələdə, beynəlxalq bazarda təzyiqi azaltmağı hədəfləyir.


Məhəmmədəli Həsənli
AzVision.az

  •  

ABŞ tezliklə lazer silahı tətbiq edəcək -Tramp

ABŞ prezidenti Donald Trump Florida ştatında keçirdiyi mətbuat konfransı zamanı belə deyib.

Onun sözlərinə görə, ABŞnin yüksək səviyyəli lazer texnologiyaları hava hücumundan müdafiə vasitələrinin bir hissəsini əvəz edə bilər.

Hazırki lazer texnologiyamız inanılmazdır. Çox yaxın zamanda istifadəyə veriləcək. Lazerlər faktiki olaraq Patriot havadan müdafiə sistemləri və digər komplekslərin gördüyü işi yerinə yetirəcək, özü də xeyli aşağı xərclə, – deyə Tramp bildirib.


M.Həsənli
AzVision.az

  •  

Qadın futbolçular Tehrana qarşı

İranın qanunlarına görə bu, xəyanət sayılır və ölümlə cəzalandırılır.

ABŞ prezidenti Donald Tramp yarışın keçirildiyi Avstraliyanın baş nazirinə müraciət edərək, qadın futbolçulara sığınacaq verməyini xahiş edib.

Əgər özünüz sığınacaq verməsəniz, onda Amerikaya göndərin. Onları İran hakimiyyətindən xilas etmək lazımdır, Tramp vurğulayıb.

Samir
AzVision.az

  •  

Neft 25 faiz bahalaşdı -"Böyük yeddilik" təcili toplanır

Bunu Fransa hökumətindəki mənbə Yaxın Şərqdə mövcud münaqişə fonunda neftin qiymətlərinin kəskin artmasını Reuters agentliyinə şərh edərkən bildirib.

Danışıqlar barədə ilk olaraq Financial Times qəzeti məlumat yayıb və müzakirələrə Beynəlxalq Enerji Agentliyinin də qoşulacağını vurğulayıb. Qəzetin yazdığına görə, ABŞ da daxil olmaqla Böyük yeddilik ölkələrindən üçü artıq bu ideyanı dəstəklədiyini ifadə edib.

Bu məlumat bazar ertəsi neftin qiymətlərinin kəskin artması fonunda yayılıb. Belə ki, bəzi iri istehsalçıların tədarükü azaltmasından və ABŞ ilə İsrailin İranla müharibəsinin genişlənməsi səbəbindən gəmiçilikdə uzunmüddətli fasilələrin olacağı ilə bağlı narahatlıqların bazara təsir göstərməsindən sonra qiymətlər 25 faizdən çox artaraq, bir barel üçün 119 dolları ötüb.

AzVision.az

  •  

İlham Əliyev Ərdoğana zəng edib

Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

AzVision.az

  •  

Meksikanın İrandakı səfiri Azərbaycana təxliyə olunub

Bu gün axşam saatlarında Guillermo Alejandro Puente Ordorica Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.

Səfir media nümayəndələrinə açıqlamasında Azərbaycana təşəkkür edib.

Bundan əvvəl Meksikadan olan daha 7 diplomat və onların ailə üzvləri sərhədkeçid məntəqəsi vasitəsilə təxliyə olunublar.
AzVision.az

  •  

SEPAH-ın kəşfiyyat qərargahı vurulub | VİDEO

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İranın Kürdüstan vilayətinin inzibati mərkəzi olan Sənəndəcdə yerləşən Şahramfar bazası SEPAHın əsas hərbi və kəşfiyyat obyektlərindən biri hesab olunur. Qərargah regionda təhlükəsizlik və hərbi əməliyyatların koordinasiyasında mühüm rol oynayıb.

Hələlik hücumun nəticələri və mümkün itkilər barədə rəsmi məlumat açıqlanmayıb.

R. Əliyeva
AzVision.az

  •  

12 korrupsiyaya işi üzrə 30 nəfər tutuldu

AzVision.az bu barədə Gürcüstan mətbuatına istinadla xəbər verir. Məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı antikorrupsiya tədbirləri nəticəsində 12 müxtəlif cinayət işi üzrə aşkar edilmiş korrupsiya cinayətlərinə görə 30 nəfər həbs olunaraq məsuliyyətə cəlb edilib. Həbs olunan şəxslər rüşvət almaq, dələduzluq, vəzifəsindən sui istifadə, şantaj, vəzifə saxtakarlığı və s. maddələr üzrə ittiham olunurlar.

Araşdırma çərçivəsində:

Axmeta bələdiyyəsində rüşvət alma faktı ilə bağlı iki nəfər saxlanılıb

Kobuletidə vəzifə səlahiyyətlərini aşma və saxtakarlıq faktı üzrə iki nəfər tutulub

Tbilisidə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşı torpaq icarəsinə kömək etmək vədi ilə pul tələb etməkdə şübhəli bilinir

Bir neçə bələdiyyədə dövlət torpaqlarının saxta sənədlərlə vətəndaşların adına rəsmiləşdirilməsi halları müəyyən edilib.

Bundan başqa, Marneuli bələdiyyəsində torpaq sahəsinin bölünməsi ilə bağlı müsbət qərar verilməsi müqabilində 60 min dollar rüşvət tələb edilməsi faktı üzrə də cinayət işi başlanıb.

İstintaq həmçinin Senaki və Khulo bələdiyyələrində dövlət vəsaitlərinin mənimsənilməsi və dövlət satınalmaları zamanı saxta sənədlərdən istifadə olunması faktlarını aşkar edib.


Saxlanılan şəxslər barəsində Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaq aparılır və bu maddələr üzrə 4 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd olunub ki, DTXnin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi Gürcüstanın korrupsiyanın aşağı səviyyəsinə malik dünyanın aparıcı ölkələrindən biri olmasına nail olana qədər bütün növ korrupsiya cinayətlərinin aşkarlanması və qarşısının alınması üzərində işləməyə davam edəcək.

R.Əliyeva
AzVision.az

  •  

Şeyxülislam Vatikan kitabxanasında | FOTOLAR

Kitabxananın fondunda 1 milyon 600 min kitab, 150 min manuskript, 100 mindən artıq qravür, xəritə, eləcə də 300 min sikkə və medal saxlanılır.


Vatikan Həvari Kitabxanası XVI əsrdən bəri fəaliyyət göstərir və yalnız xüsusi qonaqların bu kitabxanaya daxil olmasına icazə verilir. Kitabxana unikal memarlıq üslubu və divar rəsmləri ilə də maraq doğurur.


Qeyd edək ki, martın 9da ilk dəfə olaraq Azərbaycanın – Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Romada iftar veriləcək. İftar mərasimində Bütün Qafazın Şeyxi Allahşükür Paşazadə, Müqəddəs TaxtTacın Dövlət Katibi Pyetro Parolin və digər rəsmilər, islam, xristian və yəhudi dinlərinin nümayəndələri iştirak edəcəklər.

Azərbaycanın təşəbbüsü ilə baş tutan bu bəşəri iftar ziddiyyətlər məngənəsində çırpınan dünyamızda sivilizasiyalar və mədəniyyətlərarası dialoqa ev sahibliyi edən ölkəmizin nümayiş etdirdiyi unikal tolerantlıq nümunəsi olacaq.

  •