Reading view

Paşinyan İlham Əliyevə zəng etdi

💾

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
  •  

Sevil Əliyeva yaşayış yeri ilə bağlı açıqlama verib

💾

Sevil Əliyeva 2017-ci ildən Bakıda, ata evində yaşadığını və həyatını Azərbaycanda davam etdirdiyini bildirib. O, uzun illər xaricdə yaşadığı üçün bəzi insanların hələ də ölkədən kənarda olduğunu düşündüyünü qeyd edib. Bu barədə Sevil Əliyeva İnstaqram hesabında paylaşım edib.

Redaksiya istinadla xəbər verir ki, Sevil Əliyeva ona göstərilən diqqətə, ünvanına deyilən xoş sözlərə, səmimi arzulara və dəstəyə görə təşəkkürünü bildirib. O, bu münasibət və sevginin özü üçün böyük dəyər daşıdığını vurğulayıb.

Sevil Əliyeva paylaşımında 2017-ci ildən etibarən Bakıda, ata evində yaşadığını açıqlayıb. O, həyatını doğma vətənində davam etdirdiyini diqqətə çatdırıb.

Paylaşımın sonunda Sevil Əliyeva hər kəsə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıb.
  •  

Tramp yenidən prezidentliyə namizəd olacağını açıqladı

💾

ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində yenidən namizəd olmaq niyyətində olduğunu açıqlayıb.

Redaksiya xəbər verir ki, Tramp Vaşinqtonda keçirilən mətbuat tədbirində ABŞ prezidentliyinə dördüncü dəfə namizəd olmağı planlaşdırdığını bildirib. O, “üç dəfə qalib gəldiyini” iddia edərək bunu yenidən edəcəyini deyib.

Tramp 2016, 2020 və 2024-cü illərdə keçirilən prezident seçkilərində namizəd olub. O, 2016 və 2024-cü illərdə prezident seçilib, 2020-ci ildə isə məğlub olub. Buna görə söhbət onun dördüncü namizədliyindən, lakin mümkün üçüncü prezidentlik müddətindən gedir.

ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş bir şəxsin prezident vəzifəsinə iki dəfədən artıq seçilməsini qadağan edir. Mövcud hüquqi çərçivəyə əsasən, Trampın yenidən prezident seçilməsi üçün konstitusiya maneəsi mövcuddur.

Trampın açıqlamasının rəsmi namizədlik sənədlərinin təqdim edilməsi anlamına gəlib-gəlmədiyi hələ məlum deyil. Onun bəyanatı ABŞ-də prezidentlik müddətinin məhdudlaşdırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
  •  

Türkiyənin Səudiyyə-Pakistan müdafiə paktına qoşulacağı gözlənilir

💾

Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Strateji Qarşılıqlı Müdafiə Sazişinə qoşulmağa hazırlaşdığı bildirilir.

Redaksiya xəbər verir ki, müxtəlif media orqanlarının kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumatlara görə, Prezident Rəcəb Tayyib Ərdoğan bu addıma prinsipial razılıq verib.

Məlumata əsasən, Ərdoğanın qərarı bu ayın əvvəlində Pakistan ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Münirlə görüşündən sonra formalaşıb.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında müdafiə sazişi 2025-ci ilin sentyabrında imzalanıb. Razılaşmanın NATO-nun 5-ci maddəsinə bənzər mexanizmə malik olduğu, yəni bir ölkəyə hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndirildiyi bildirilir.

Pakistanın müdafiə naziri Xoca Asif daha əvvəl Türkiyə və Qətərin də bu pakta qoşulması üçün danışıqlar aparıldığını açıqlamışdı.

İranın Yaxın Şərqdəki ABŞ bazalarına hücumlarından sonra Küveyt, Bəhreyn və İordaniyanın da Pakistanla müdafiə əməkdaşlığı imkanları barədə əlaqə saxladığı bildirilib.

Səudiyyə-Pakistan-Türkiyə hərbi ittifaqının mümkün formalaşması regionda ciddi geosiyasi dəyişikliklərə səbəb ola bilər. Belə bir blok böyük enerji resurslarını, Pakistanın nüvə imkanlarını və Türkiyənin müdafiə sənayesini bir araya gətirə bilər.

Analitiklər hesab edir ki, bu cür ittifaq Yaxın Şərq ölkələri üçün ABŞ-dan kənar alternativ təhlükəsizlik əməkdaşlığı modeli yarada bilər.

Pakistanın Baş nazir müavini İshaq Dar daha əvvəl Avrasiya boyunca uzanan yeni “İslam NATO-su” ideyasından danışmışdı.

Mümkün yeni hərbi blok İsrail, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də diqqətlə izlənilir. İsrail regiondakı nüvə üstünlüyü məsələsinə, Hindistan isə Pakistanın Türkiyə və Səudiyyə dəstəyi ilə güclənməsi ehtimalına görə narahatlıq keçirə bilər.

İran isə belə bir ittifaqı İslam Respublikasına qarşı yönəlmiş ABŞ dəstəkli sünni koalisiyasının yaradılması kimi qiymətləndirə bilər.

Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, bu proses Yaxın Şərqin uzunmüddətli perspektivdə ABŞ-dan daha müstəqil təhlükəsizlik arxitekturası qurmağa çalışdığını göstərə bilər.
  •  

“Qazprom Armenia”nın dörd əməkdaşı həbs edilib

“Qazprom Armenia”nın dörd əməkdaşı həbs edilib. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Oqacanyan “Sputnik Armenia”ya bildirib. Həmçinin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi üzrə Təftiş Orqanının yüksək vəzifəli əməkdaşı da saxlanılıb. Saxlanılan şəxslərdən biri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Söhbət normativ tələblər pozulmaqla tikilmiş yeni yaşayış binalarının qazlaşdırılması ilə bağlı müsbət [...]

Source

  •  

Orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. DİM-dən verilən məlumata görə, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Source

  •  

İyulda 876 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

Bu ilin iyul ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub. Redaksiya bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 471,1 min nəfərini aylıq sosial müavinət, 405 min nəfərini isə təqaüd alanlar təşkil edib.

Source

  •  

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib. Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub. Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa yazdırıb. Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının [...]

Source

  •  

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci [...]

Source

  •  

İlk qatar “Dərnəgül” elektrik deposuna qəbul olundu – FOTOLAR

“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposuna ilk qatar daxil olub. Qatar sərnişinləri “Dərnəgül” stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib. Bildirilib ki, elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb. Qeyd olunub ki, layihə “Bakı Metropoliteni”nin fəaliyyətinin təkmilləşdirilməsi və qatarların texniki xidmət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, [...]

Source

  •  

Neftçalanın icra başçısı rayonun ucqar kəndində səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi [...]

Source

  •  

Metro üçün 4 ildə 290 yeni vaqon alınacaq

“Bakı Metropoliteni 2030-cu ilədək bənövşəyi xətt üzrə 290 yeni vaqon almağı planlaşdırır”. Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur: “Bənövşəyi” xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 290 vaqonun alınması nəzərdə tutulub”. N.Yusubov əlavə edib ki, yeni hərəkət tərkiblərinin [...]

Source

  •  

Həsən Ömərova müşavir təyin edildi

“Aztelekom” MMC-nin baş direktoruna müşavir təyin edilib. Bu vəzifə Marat Həmidova həvalə olunub. Qeyd edək ki, M.Həmidov Azərbaycan Texniki Universitetində radiotexnika ixtisası üzrə bakalavr təhsili alıb, həmçinin həmin universitetdə nəzəri radiotexnika ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, əmək fəaliyyətinə 1998-ci ildə “Azercell Telecom” MMC-də başlayıb və mühəndis, ekspert, fərqli texniki qrupların rəhbəri, şöbə rəhbəri kimi [...]

Source

  •  

Bakı metrosu iş rejimini dəyişdirəcək

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək. Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” [...]

Source

  •  

“PAŞA Sığorta” 3 avtomobil hadisəsi üzrə 74 min manatdan çox ödəniş edib

PAŞA Sığorta müxtəlif avtomobil sığortası hadisələri üzrə müştərilərinə ümumilikdə 74 860 ₼ məbləğində ödəniş həyata keçirib. Hadisələrdən birində sürücü idarəetməni itirərək daş hasara və digər avtomobilə çırpılıb, 32 000 ₼ zərər yaranıb. Digər avtomobil isə hərəkət zamanı qəfil alovlanaraq tam yararsız vəziyyətə düşüb və bu hadisə üzrə 22 355 ₼ ödəniş edilib. Üçüncü hadisədə isə [...]

Source

  •  

Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1,262 milyard ABŞ dolları dəyərində 4,847 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 97,9 milyon ABŞ dolları və ya 7,2%, həcm ifadəsində isə 82,2 [...]

Source

  •  

Sabahdan “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılır

Sabahdan “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar “Nizami” – “28 May” arasında fəaliyyət göstərməyəcək. Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu [...]

Source

  •  

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Xankəndi şəhərinə növbəti köç yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülür. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Source

  •  

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

“Qarabağ” UEFA Konfrans Liqasında pley-offa yüksəlib. Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub. Ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-offa yazdırıb. Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının [...]

Source

  •  

XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, 3 mülki şəxs yaralanıb

İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, nəticədə üç mülki şəxs xəsarət alıb. Bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib. Qeyd olunub ki, mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, ərazilərin [...]

Source

  •  

Kəlbəcərdə mina partlayışı baş verib

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR [...]

Source

  •  

“Mayak”da daha 10 xəbərdarlıq lövhəsi quraşdırıldı – FOTOLAR

Vətəndaş Ə.Əhmədov Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək Şüvəlan qəsəbəsində Xəzər dənizinin sahilində “Mayak” adlanan yerdə nəzarət tədbirlərinin artırılmasını xahiş edib. Son zamanlar vətəndaşların orada səs küy salması, məişət tullantılarının atılması, suda batma halları, həmçinin müxtəlif şəxslərin qayalığa daxil olaraq təhlükəli yerlərdə çimmələri ilə bağlı oraya FHN əməkdaşları ilə birgə qoyulmuş plakatlara əhəmiyyət verməmələri ilə [...]

Source

  •  

Azərbaycanda “Toxumçuluq haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Toxumçuluq haqqında” qanunu təsdiqləyib. Sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar mahiyyətinə [...]

Source

  •  

Qoşqar Təhməzli “ATS Food” MMC-nin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub. Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib. AQTA sədri müəssisənin “Çörəkçi” sahəsində xammalın qəbulu və emal prosesləri ilə tanış [...]

Source

  •  

Qeyri-etik video paylaşan tiktoker <span style="color: #ff0000;">SAXLANILDI</span>

Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib.
 
Həmin videonu "TikTok" sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" adlı səhifəsində paylaşıb.
 
Faktla bağlı C.Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin yol verilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
 
C.Abbasov əməlindən peşman olduğunu və paylaşımı edərkən sərxoş olmasını bildirib. O, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində yüngül cəza tətbiq olunmasını istəyib.
 
Məhkəmənin qərarı ilə, o, 700 manat inzibati qaydada cərimələnib.
 
  •  

“Meyvəli” bazarında yanğın - <span style="color: #ff0000;">VİDEO</span>

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən "Meyvəli" Ticarət Mərkəzində yanğın olub.
 
Hadisə ötən gün baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, 13 avqust tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində plastik yeşiklər yığılmış ərazidə yanğın baş verib və yanğın genişlənməsinə imkan verilmədən FHN qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. /Unikal/

  •  

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - <span style="color: #ff0000;">SİYAHI</span>

"Səndən nigaranam", "Xatirədir", "Nə yaxşı, sən varsan"... Bu mahnıları yəqin ki, siz də eşitmisiniz. Bəs onların musiqisinin müəllifinin Kəmaləddin Heydərov olduğunu bilirdiniz?
 
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov musiqi yaradıcılığı ilə də məşğuldur. O, bəstələrini "Kamal" təxəllüsü ilə təqdim edir və illərdir Azərbaycan estradasında sevilən bir sıra mahnıların musiqisinin müəllifidir.
 
Onun bəstələdiyi mahnılar arasında "Səndən nigaranam", "Sən elə bir zirvəsən", "Nə yaxşı, sən varsan", "Xatirədir", "Əlacım", "İlahi", "Sənə güvəndiyim dağlar", "Bağışlaram səni", "Mənim 17 yaşım...", "Sevəcəyəm", "Gecdi daha", "Gəlsən də, gəlməsən də...", "Ayrılığa dözərəm mən" və digər məşhur əsərlər yer alır.
 
Bu mahnılar Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digər tanınmış ifaçılar tərəfindən səsləndirilib.
 
Maraqlıdır ki, "Kamal"ın bəstələdiyi mahnıların sözlərinin müəllifi şair Baba Vəziroğludur. Şairin sözlərinə görə, Kəmaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir. O bildirib ki, əksər hallarda bəstənin hansı ifaçı tərəfindən səsləndiriləcəyini də Kəmaləddin Heydərov özü müəyyənləşdirir və bu seçim sonradan özünü doğruldur.
 
2009-cu ildə "Kamal" imzası ilə bəstələnmiş əsərlərdən ibarət "Sənə güvəndiyim dağlar" adlı dörd diskdən ibarət musiqi albomu işıq üzü görüb.
 
Kəmaləddin Heydərov müsahibələrinin birində bildirib ki, musiqi onun hobbisidir. O, uzun illər mahnılarının müəllifi kimi öz adının deyil, məhz "Kamal" təxəllüsünün göstərilməsini istəyib. /oxu24.com/
  •  

Müharibədən sonra mina partlayışları nəticəsində 363 nəfər xəsarət alıb

“Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məlumat verilir”.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı yaydığı məlumatda bildirilib.
 
Qeyd olunub ki, Vətən Müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb:
 
“Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən mina hadisələri ilə bağlı hər bir fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalar aparılır, hadisələrin bütün halları, o cümlədən partlayışların səbəb və şəraiti müəyyən edilir.
 
Mina təhlükəsinin aradan qaldırılması işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, ərazilərin bərpası və dayanıqlı məskunlaşma baxımından mühüm əhəmiyyət daşıyır.
 
Vətəndaşları və həmin ərazilərə səfər edən şəxsləri bir daha yalnız müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadə etməyə, xəbərdarlıq nişanlarına və aidiyyəti dövlət qurumlarının tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”.
  •  

Qızı Xalq artistini belə təbrik etdi

Əməkdar artist Fərqanə Qasımova atası, Xalq artisti, xanəndə Alim Qasımovu doğum günü münasibətilə təbrik edib.
 
Moderator.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında atasının görüntüsünü paylaşaraq ona duyğusal sözlər ünvanlayıb.
 
“Canım atam, ustadım, sənin nəfəsini Allah bizə, xalqımıza çox görməsin. Ustadım, nəfəsim, atam” deyə, F. Qasımova yazıb.
 
Qeyd edək ki, Alim Qasımovun 3 övladı var.
  •  

Röya Aygünün repertuarından “Uzaqlıq”ı seçdi - <span style="color: #ff0000;">VİDEO</span>

Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən “Uzaqlıq” mahnısını fərqli ifa tərzi ilə təqdim edib.
 
Moderator.az xəbər verir ki, Eldar Mansurovun musiqisi, Vahid Əzizin sözləri əsasında ərsəyə gələn mahnı Röyanın ifasında yeni ovqat qazanıb. Yay enerjisi, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi 3 fərqli obrazda təqdim olunur.
 
Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlli Ravil Askerov, aranjimanı isə Camal Qurbanov tərəfindən həyata keçirilib. Layihənin səsyazma, miks-masterinq və prodakşn işlərini Toufan Records həyata keçirib.
 
Rəngarəng vizuallığı, fərqli obrazları və Röyanın enerjili ifası ilə “Uzaqlıq” həm nostalji hissi, həm də müasir yay atmosferini bir araya gətirib.
 
“Uzaqlıq” artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
  •  

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Nəsimi rayonu ərazisində evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Axundov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
 
Araşdırmalarla müəyyən edilib ki, o, oğurluğu usta kimi işlədiyi mənzildə ev sahiblərinin olmamasından sui-istifadə edərək törədib.
 
Rayon ərazisində baş verən digər hadisə zamanı isə sakinlərdən birinin evindən pul vəsaiti və məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Kərimov da müəyyən olunaraq saxlanılıb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 
 
  •  

Sentyabr gəlməmiş <span style="color: #ff0000;">5 bürcün həyatı dəyişəcək</span>

Avqustun son günləri bəzi bürclər üçün sadəcə bir ayın sonu deyil, həyatlarında yeni mərhələnin başlanğıcı ola bilər. Astroloji yozumlara görə, qarşıdakı günlərdə müəyyən bürclər gözləmədikləri xəbər, təklif və ya fürsətlə qarşılaşacaqlar.
 
Xüsusilə iş, maliyyə və şəxsi münasibətlər sahəsində dəyişiklik ehtimalı artır. Sentyabr başlamamış həyatında yeni səhifə açmaq istəyənlər üçün bu dövr mühüm qərarlarla yadda qala bilər.
 
Moderator.az sentyabr gəlməmiş həyatı dəyişəcək 5 bürcü təqdim edir:
 
Qoç
 
Qoçları avqustun son günlərində uzun müddətdir gözlədikləri bir xəbər sevindirəcək. İş və karyera ilə bağlı yeni təklif və ya fərqli istiqamətə keçid gündəmə gələcək. Maddi baxımdan onları rahatladan bir imkanın ortaya çıxması mümkündür. İndi atılacaq cəsarətli addım qarşıdakı aylarda Qoçlar üçün yeni qapılar açacaq.
 
Buğa
 
Buğa bürcünü şəxsi həyatında mühüm dəyişiklik gözləyir. Uzun müddətdir qərarsız qaldığı bir məsələ nəhayət öz həllini tapacaq. Subay Buğalar yeni və maraqlı biri ilə tanış ola, münasibətdə olanlar isə gələcəklə bağlı ciddi qərar verə bilərlər. Avqustun sonu onlar üçün köhnəni geridə qoyub yeni mərhələyə keçid dövrünə çevriləcək.
 
Əkizlər
 
Əkizlər üçün qarşıdakı günlərdə gözlənilməz fürsət ön plana çıxacaq. Bu fürsət xüsusilə iş, təhsil və ya yeni layihə ilə bağlı ola bilər. Əvvəlcə riskli görünən qərarın sonradan Əkizlərə ciddi üstünlük qazandırması mümkündür. Sentyabr başlamadan atılan bir addım onların həyatında uzunmüddətli dəyişiklik yaradacaq.
 
Şir
 
Şirlər üçün avqustun son günləri diqqət və uğur baxımından fərqlənəcək. Onların bacarıqları və gördükləri iş nəhayət daha geniş çevrənin diqqətini çəkə bilər. Karyera ilə bağlı yüksəliş, yeni məsuliyyət və ya gəlir imkanının yaranması ehtimalı yüksəkdir. Şirlər bu dövrdə özlərinə inanaraq hərəkət etsələr, qarşılarına çıxan fürsəti daha asan dəyərləndirə biləcəklər.
 
Tərəzi
 
Tərəzilər üçün yeni başlanğıc daha çox şəxsi qərarlarla əlaqəli olacaq. Uzun müddətdir təxirə saldıqları bir planı həyata keçirmək üçün uyğun şərait yaranacaq. Həmçinin yeni tanışlıq və ya mövcud münasibətdə mühüm dəyişiklik ehtimalı var. Avqustun sonuna qədər veriləcək qərar Tərəzilərin sentyabra tamamilə fərqli əhval-ruhiyyə ilə başlamasına səbəb ola bilər. /metbuat/
 
  •  

Aqil Abbasdan işdən çıxarılan kitabxanaçılara dəstək: <span style="color: #ff0000;">"Kitabxanaçıların ixtisarı ilə bağlı Milli Məclisdə çıxış etmişəm"</span>

"Kitabxanalarda mütləq şəkildə bədii ədəbiyyatla bağlı yeni çap olunmuş kitablar olmalıdır. Hazırda Mədəniyyət Nazirliyi nəşriyyatlardan yeni çap olunan kitabları alaraq kitabxanalara göndərir.Mən nazirliyin bu addımını alqışlayıram, amma kitabxanaçıları kütləvi şəkildə ixtisar edib kitabxanaları bağlamaq doğru deyil. İşdən çıxarılanların çoxu minimum əmək haqqı ilə uzun illərdir ki, orada işləyirdilər. Belə insanları bir günün içində kənara atmaq təbii ki, ictimayyət tərəfindən yaxşı qəbul olunmayacaq".
 
Bu sözləri Moderator.az saytına verdiyi açıqlamada millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas səsləndirib.
 
Millət vəkilinin sözlərinə görə bu gün Azərbaycan güclü dövlətdir və hər bir vətəndaşına sahib çıxmaq gücündədir. Vətəndaşları bu formada dövlətdən narazı salmaq olmaz:
 
"Mən 1988-ci ildə doğulduğum Ağcabədi rayonunun Bayat kəndində öz cibimin pulu ilə kitabxana tikdirmişəm və o kitabxananı uzun illər öz vəsaitim hesabına maliyyələşdirmişəm. Həmin kitabxananın önünə Füzulinin büstünü qoydurmuşduq və kitabxana Füzulinin adı ilə adlanırdı.1994-cü ildə o kitabxana dövlət balansına keçdi. 6 il müddətində mən öz qələm dostlarımın köməyi ilə həmin kitabxananı kitabla təmin etdik. Həmin zaman mənə dəstək olan dostlarımdan biri də Rəşad Məcid idi. Bu gün bizim qüdrətli dövlətimiz var və ona görə də, dövlətin uzun illər ayaqda saxladığı kitabxanaları bağlamaq olmaz".
 
Aqil Abbas açıqlamasında mövzu ilə bağlı Milli Məclisdə də çıxış etdiyini bildirib:
 
"Kitabxanaçıların ixtisarı ilə bağlı Milli Məclisdə çıxış etmişəm. Bildiyim qədəriylə Mədəniyyət Nazirliyi hazırda kitabxanalarla bağlı keçirdiyi attestasiya prosesini dayandırıb. Mədəniyyət naziri ilə də dəfələrlə görüşmüşəm və bu barədə olan fikirlərimi ona şəxsən bildirmişəm".
 
  •  

İcra başçısını təhqir edən şəxs həbs olundu

Ağcabədi rayonu Şahsevən Təzəkənd kəndində insident 1 nəfərin inzibati qaydada həbs olunması ilə nəticələnib.
 
Moderator.az xitab24.az-a istinadən xəbər verir ki, səbəb 1992-ci il təvəllüdlü kənd sakininin ümumi istifadə üçün nəzərdə tutulan yolu bağlaması olub.
 
Həmin şəxs evinin ön hissəsindən kənd camaatının öz mal-qaralarını aparıb-gətirməsinin onun ailəsinin narahatlığına səbəb olduğunu bildirib və bu şikayətlə kənd icra nümayəndəliyinə müraciət edib, lakin onun xahişi nəzərə alınmayıb.
 
Bundan sonra 34 yaşlı gənc yolu bağlamaq qərarına gəlib. Bundan sonra onun qanunsuz hərəkəti ilə bağlı polisə müraciət olunub.
 
Xuliqanlıq əməli törədən şəxs spirtli içkinin təsiri altında kənd sakinlərini, eləcə də Ağcabədinin icra başçısı Rafil Hüseynovu təhqir edib. Polisin qanuni tələbinə məhəl qoymayan şəxs barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Ağcabədi Rayon Məhkəməsinin qərarna əsasən, o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.
 
  •  

Baş prokuror Çinin Azərbaycandakı səfirini qəbul etdi - <span style="color: #ff0000;">FOTO</span>

Avqustun 13-də Baş prokuror Kamran Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib.
 
Moderator.az xəbər verir ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.
 
Baş prokuror qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini və siyasi təşəbbüslərini dəstəkləyib, dövlət başçılarının siyasi iradəsi və mütəmadi təmasları nəticəsində Azərbaycan-Çin münasibətləri son illərdə dinamik inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
 
Xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ildə Çinə iki səfəri və həmin ilin aprelində Çin Xalq Respublikasının sədri cənab Si Cinpinlə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun mühüm göstəricilərindəndir.
 
Dövlətlərarası münasibətlərin yüksək səviyyəsi Azərbaycan və Çin prokurorluq orqanları arasında əlaqələrin inkişafına da müsbət təsir göstərərək qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin genişlənməsinə əlverişli zəmin yaradıb.
 
Görüş zamanı, həmçinin, cari ilin aprel ayında Şanxay şəhərində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqla baş tutmuş görüşün qurumlararası münasibətlərə xüsusi töhvə verdyini də qeyd olunub.
 
Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.
 
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Lu Mey ikitərəfli münasibətlərə toxunaraq Çin Xalq Respublikaının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
  •  

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan MR üzrə bu ayın pensiyaları ödənildi

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.
 
Bu barədəModerator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi yekunlaşıb.
 
Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
 
  •  

"Mənim yerimdə dağ olsaydı, paralanardı" - <span style="color: #ff0000;">VİDEO</span>

Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb.
 
Sənətçi "Günə uğurla" verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:
 
"Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib, şükür etmişəm. Allah mənə elə bir səs verib ki... Böyük sevgi yaşayıram, məni sevənlərimin sevgisi əhatə edib. Sevənlərim olmasaydı, cismi gəzirdi, mən yox idim".
 
Müğənni həyatında yaşananları silmək istəmədiyini deyib:
 
"Həyatımda yaşadıqlarımın çıxmasını istəmirəm. Həyatım bir filmdir. Allahın yaşatdığı hər gün alın yazımdır. Onları necə həyatımdan çıxardım? Üsyan etmirəm. Elə çətinliklər yaşamışam ki, kişi belə yaşamazdı. Allahın verdiyi dərdi qəbul etmişəm, səbr etmişəm".
 
Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmamasını arzuladığını vurğulayıb:
 
"Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalıdır, nəvaziş görməlidir. İnsan çətin günlər yaşayanda bir az da güclənir, hər şeyi bacarır. Qadınlar güclü olmasın, onları sevgi əhatə etsin". (Axşam.az)

  •  

Ermənistanda İranın HHM sistemləri yerləşdirilib -<span style="color: #ff0000;"> VİDEO</span>

Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan alınan hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi təlimlərin görüntülərini yayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
Bildirilir ki, təlimlər zamanı İranın yaxınmənzilli "Əqrəb" ("Majid") hava hücumundan müdafiə sistemi və Hindistanın ortamənzilli "Akash" sistemi nümayiş etdirilib.
 
Görüntülərin yayılması Ermənistanın İranla hərbi əməkdaşlığı genişləndirdiyi bir vaxtda baş verib.
 
Bu əməkdaşlıq Ermənistanın təhlükəsizlik siyasətindəki ziddiyyətləri üzə çıxarır. Bir tərəfdən Qərblə hərbi və siyasi əlaqələrini genişləndirən İrəvan, digər tərəfdən ABŞ və Qərbin ciddi təzyiq altında saxladığı İranla müdafiə sahəsində əməkdaşlığını dərinləşdirir. İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi isə bu münasibətlərin artıq siyasi bəyanatlardan kənara çıxaraq hərbi-texniki müstəviyə keçdiyini göstərir.

 

  •  

Namiq Ağayev:" Azərbaycanda kino çəkmək nisyə prosesdir" – <span style="color: #ff0000;">MÜSAHİBƏ</span>

– Mən həmişə buralardayam. Kinostudiyada. Nə vaxt istəsən, gəl, zəng vur, – onunla belə razılaşmışdıq. Birinci dəfədir ki, müsahibə üçün, az qala, gün və saat təyin etmədən yola çıxırıq.
 
İstidir. Günorta saatları. Fotoqrafımızla həmin istini, sözün bütün neqativ mənalarında, hiss edə-edə kinostudiya tərəfə qalxırıq. Telefonumu çıxarıb müsahibimə zəng vururam. Elə bu dəm, nəhayət, yol məşəqqətimiz bitir və özümüzü kinostudiyanın giriş qapısının düz yanındakı kafenin kölgəliyinə veririk.
 
– Mən sizi görürəm, keçin içəri, yaxşı çayımız var... – telefonun o biri ucundan səs eşidilir. Uzaqdan, lap uzaqdan isə bir nəfərin bizə əl yellədiyini görürəm.
 
Moderator.az rejissor, aktyor Namiq Ağayevin "Report"a müsahibəsini təqdim edir.
 
– 64 yaşınız var. Düzü, bu yaşı sizə vermək olmur, – müsahibimlə görüşüb yerimizi rahatlayırıq.
 
– Optimist adamam, hər şeyə optimist yanaşıram, ola bilsin, ona görədir.
 
– Hazırda hansı layihə üzərində işləyirsiniz?
 
– "Kinostudiya sakinləri". Bu, uzun illərdən sonra "Azərbaycanfilm"in ilk layihəsidir. İndi onun montaj mərhələsidir. Bədii-sənədli formada olan bir filmdir.
 
– Mövzusu barədə bir az geniş danışsaq...
 
– Danışaq da. Bilirsən, biz 40 ildən çoxdur, demək olar, burada yaşayırıq, – əllərini yana açıb kinostudiyanın ərazisini göstərir, – elə bil buranın sakinləriyik. Bu adamların hər birinin kinostudiyada öz otağı, məkanı, yeri-yurdu, bir sözlə, öz hekayəsi və tarixi var. Aktyor dostum Mahir Dərvişin həmişə əlində çəkic olardı, dekorator idi axı... Uzun illər "Azərbaycanfilm"də ölü dövr oldu, film çəkilişləri, demək olar ki, dayandı. Mahirdə də, bir növ, bu situasiya ilə bağlı ideya yarandı. Həmin çəkici götürür, düşür kinostudiyanın canına ki, bəs mən film çəkirəm. Hamı soruşur, nə haqqında: deyir, özümüz haqqında. Hamı da bu səsə səs verir, təmənnasız razılaşır. İş böyüyür, böyüyür, nəticə reallaşır.
 
– Çəkilişlər nə qədər vaxt aldı?
 
– Haradasa bir il. Keçən ilin yay aylarında başlamışdıq. Filmin post-prodakşn mərhələsinə Kino Agentliyi dəstək göstərir. Bilirsən, kinostudiya payız-qış aylarında çox soyuq olur, Mahirlə ikimiz elə eyni vaxtda xəstəxanaya düşdük, bir müddət orada yatdıq. Qəribədir, eyni vaxtda xəstəxanaya düşdük, elə eyni vaxtda da çıxdıq. İndi filmlə bağlı bircə son çəkiliş səhnəsi qalıb: Mahir bütün kino adamlarını toplayır, orada yaxşı bir çıxış edir...
 
– Premyeranı nə vaxta düşünürsünüz?
 
– Əslində, kino günü üçün nəzərdə tutmuşduq, amma alınmadı.
 
– Niyə?
 
– Kino Agentliyinin "deadline"ı ilə istehsalatın "deadline" məsələsi düz gəlmir. Tutaq ki, sən çəkilişə yayda başlayırsan, maliyyə isə qışda ayrılır, qışda başlayırsan, yayda ayrılır. Bu da çox ciddi axsamaya səbəb olur. Deyək ki, mən rejissoram, film xətrinə lap belə ac qala bilərəm, amma, məsələn, çəkiliş zamanı hansısa bir material lazımdırsa, onu necə alaq, necə əldə edək? Axı bunun üçün maliyyə mütləqdir.
 
– Bəs sistemdə bu boşluq niyə var?
 
– Mən rejissor olaraq bu şərtlər altında Azərbaycan kinosu üçün lazım olandan daha çox enerji xərcləyirəm, istəyim odur ki, kino sistemindəki hamı belə olsun, yəni hamı lazım olandan daha çox enerji xərcləməlidir. Vəssalam.
 
– Yəni dolayı yolla buna bir az da fərdi təşəbbüs demək olar.
 
– Bəli, məsələ də elə budur. Fərdi təşəbbüs göstərilməlidir. Bizdə, ümumiyyətlə, fərdi təşəbbüs göstərməmək sindromu var. Heç kəs lazım olandan artıq təşəbbüs göstərmək istəmir.
 
– Bu yaxınlarda feysbukda qonorarla bağlı gileyli bir statusunuzu da görmüşdüm.
 
– O başqa məsələ idi. Filmlərdən birində günlük rol oynamışdım, üç ay keçdi, qonorarım ödənilmədi. Məlum oldu ki, ödəmə film təhvil veriləndən sonra olmalıdır. Bu da o nəticəyə gəlir ki, Kino Agentliyinin film çəkməyi nisyə film çəkmək kimi bir şeydir. Yəni proses belə olmalı deyil, əslində.
 
Tutaq ki, biz post-prodakşn mərhələsi üçün dəstək udmuşuq. Amma bu maliyyənin üç-dörd ay sonra köçmə ehtimalı var. Axı bu zaman aralığı tempi azaldır.
 
– Mən belə başa düşürəm ki, Kino Agentliyinin bu sisteminin mənası odur ki, onlar istəyir, proses başlasın, başladığını görsünlər, sonra maliyyə köçürülsün.
 
– Bilmirəm, istənilən halda, bu, qeyri-operativlik yaradır və prosesi axsadır. "Kinostudiya sakinləri" filmi üçün "Azərbaycanfilm" kinostudiyasının bayrağı lazımdır. Onun da xərci haradasa 300 manat edir. Yaxşı bəs necə olsun? 300 manatı mən öz cibimdən verə bilmirəm axı. Lap mən bir yana, heç kəs bunu eləmir. Eləməməlidir. Biz də məcbur oturub gözləyirik ki, pul nə vaxt köçəcək. Mahir Dərviş ayağından əməliyyat olunmalıdır, sırf bu çəkiliş üçün əməliyyatı təxirə salmışıq. Yəni istehsalçının, yaradıcı heyətin fərd olaraq vəziyyəti nəzərə alınmır. Bizdə bu şey heç vaxt olmayıb. Ən adi misal, rejissor futbolçu kimi formada qalmalıdır, davamlı işləməlidir. Hüseyn Seyidzadəyə "Dəli Kür" kimi şedevrdən düz 9 il sonra başqa film verdilər. Yəni kiminsə fərd olaraq psixoloji durumu, motivasiyası düşünülməyib. Bayaq dedim, "Azərbaycanfilm"in bayrağını mən düz 3 aydır, gözləyirəm. Motivasiyadan düşürəm axı. İstəməsəm belə, düşürəm. Mən başqa bir layihə üzərində işləyirəm, nəticə etibarilə yayın bu istisində qalmışam aralıqda. Ora qaç, bura qaç, hazır bu biri layihəni başa vursam, arxayın digəri ilə məşğul olardım. Bütün bunları şikayət kimi demirəm, sadəcə, aşağı-yuxarı hamımız dostuq, tanışıq, istəyirəm ki, sistemin formatına bir baxılsın. Başqa tərəfdən, bu qədər şeyi deyirəm, deyirəm, axırda da düşünürəm, məsələn, "Yeddi oğul istərəm" kimi film çəkməmişəm ki, nəsə məsləhət verəm, durub mənə qulaq assınlar, nəzərə alsınlar.
 
– Ümumiyyətlə, deyirsiniz, neçə illərdir, kinostudiyadasınız, üstəlik, bu barədə film də çəkirsiniz. Son vaxtlar həm kinostudiyada, həm ümumi kino mühitində canlanma var elə bil.
 
– Təbii, müəyyən canlanma mövcuddur. Mən bu evin içindəyəm, lazımından artıq əziyyət çəkəcəyəm, bəli, istirahətimə az vaxt ayıracağam, axırı ortaya bir şey çıxaracağıq. Prosesə baxıram, az da olsa, mənim kimi fərdi məsuliyyət hiss edənlər var.
 
– Namiq bəy, bu yaxınlarda Azərbaycan Dövlət Televiziyası tərəfindən süni intellekt texnologiyası ilə Ağqoyunlu hökmdarı Uzun Həsən haqqında film çəkildi və nümayiş olundu. Necə düşünürsünüz, süni intellektlə film çəkmək ehtiyacdırmı?
 
– Bir vaxtlar deyirdilər, kino teatrı öldürəcək, məhv edəcək, nəticə nə oldu? Heç nə. Burada da eyni, süni intellektin öz yolu, xətti, kinonun öz yolu, xətti var. Mən burada hər hansısa böyük bir təhlükə görmürəm.
 
Uzağa getməyək, mən uzun illər Türkiyədə teatr fəaliyyəti göstərmişəm. Deməli, müziklların biri ilə məşğul olarkən xoreoqrafik həll üçün professional bir xanım dəvət eləmişdim. Baxdım ki, tamaşanı o qədər qəlibə otuzdurub ki, elə bil süni intellektlə hazırlanıb. Ürəyim sıxıldı, dedim, yox, burada qeyri-ritmiklik olmalıdır, hər şey bu qədər dəqiq, konkret qəlibdə ola bilməz. Yorucudur. Dedim, ay xanım, axı tamaşaçının ürəyi sıxılacaq bu qəlibdən. Mənə dedi ki, tamaşaçıdan mənə nə? Hə, bax elə məhz həmin nöqtədə bir qırılma hiss elədim, tamaşaçı üçün "mənə nə" demək nədir? Sən tamaşaçı üçün ölməlisən e, sən tamaşaçı üçün yıxılıb yerə gəbərməlisən. O sözdən sonra onun gördüyü iş lap gözümdən düşdü, nəticədə tamaşanı dağıtdım, demək olar, təzədən yığdım. İndi deyirsən, süni intellekt gəlir-filan, bax dediyim məqamlarda o özünü büruzə verir, həddindən artıq qəliblilik tamaşaçını yorur, o mənada, canlı düşüncənin yerini heç nə verə bilməz. Heç vaxt. Bəli, süni intellekt qrafik baxımdan çox böyük kömək edəcək, amma digər məsələlərdə onsuz da rejissorun işi aydındır: ssenarini təqib eləmək, aktyorla işləmək.
 
– Türkiyədəki fəaliyyətinizə toxundunuz, orada bir xeyli həm teatr, həm kino sektorunda çalışmısınız. İki sualım var: birincisi, niyə qayıtdınız Azərbaycana? İkincisi isə Türkiyə kino bazarı artıq çox böyük inkişaf yolu keçib, niyə onlardan lazımi səviyyədə nələrsə öyrənə bilmirik?
 
– Başlayaq birincidən, mən təbiətsevərəm. Trabzon, İstanbul, Antalya... Məsələn, əgər 300 il yaşamaq istəyirsənsə, get Antalyada yaşa. Yəni orada adama elə gəlir ki, vaxt donur, zaman hərəkət eləmir, mən gördüm ki, bir az da çox qalsam, əbədiyyətə qovuşacağam. O dərəcədə qəribə bir enerji var, vaxtın dayandığını hiss elədim, ürəyim sıxıldı. Başa düşdüm ki, davam edə bilməyəcəyəm, ona görə də qayıtdım.
 
İkinci sualına gəlincə, reklam. Reklam da elədir ki, əlavə izaha ehtiyacı yoxdur. Proses o qədər sürətlidir ki, orada aktyor-aktrisanın üzərində işləmək üçün zaman belə yoxdur. Mən Türkiyədə aktyor sənətindən seminar verəndə onlara deyirdim, çox hazırlaşmayın, bu adamı qəlibə salır. Məşhur rus və sovet rejissoru Konstantin Stanislavski güzgünün qarşısında işləməyi aktyora qadağan edirdi, çünki belə olan halda, aktyorun siması qəlibə düşür.
 
Türklərdə kino-serial prosesi artıq aktyor-aktrisaları, rejissorları, ümumən yaradıcı heyəti çox yorur. Lap çox yorur. Yəni bu adamların həyatı bu prosesin içində əriyib gedir, səhər saat 9-da servis götürüb aparır çəkiliş meydançasına, oradan çıxıb parti edirlər, İstanbul həyatı... Ondan sonra isə lap seçmə dostlarla ev partisi... Səhər də yenidən eyni. Standart bir ömür.
 
– Deyirsiniz, ömürləri kinoda keçir. Guya Azərbaycanda necədir ki? Bizdə də belədir də, sadəcə, onlar bunun müqabilində yaxşı qazanc əldə edirlər.
 
– Hə, sən baltanı lap dibdən vurursan... Haqlısan, bizdə isə eləcə ömürdən-gündən gedir, vəssalam. Ən böyük fərq budur. Amma mənim bu işdən əl çəkmək fikrim yoxdur, nə olur, olsun, motivasiyadan düşmürəm. Sadəcə, düşünürəm ki, artıq bizdə də mövzular strateji əhəmiyyətə malik olmalıdır.
 
– Mövzu demişkən, bu söhbət son illərin ən çox müzakirə edilən mövzusudur. Namiq bəy, bizim Qarabağ zəfəri barədə filmimiz varmı? İnsan hekayəsi baxımından deyirəm, məsələn, Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" filmində nəzərdə tutduğum insan hekayəsi yoxdur, əslində. Hanı bəs bizim insan hekayələrimiz?
 
Namiq bəy siqaretindən son qullabı alıb söndürür, ardınca çaydan bir-iki qurtum alır. Yalnız ondan sonra hələ də cavab gözlədiyimin fərqinə varır və əllərini yana açır.
 
– Cavab yoxdur... Bu sualın cavabı yoxdur. Bilirsən, insan hekayəsi deyirsən ha, bax mən bununla razıyam, günü bu gün də bu mövzuda hərbçilərimizin çıxışlarına baxıram, dinləyirəm... Nə hekayələr var onların çıxışlarında... Bir-birindən tamamilə fərqli, ayrı xətt. Məmnuniyyətlə çəkərəm. Özü də kifayət qədər ssenarilər var, sadəcə, ikimərhələli komissiyadan keçmir, keçə bilmirlər, çünki proses çox çətindir. Məsələn, rejissor dostumuz Zamin Məmmədovun çox yaxşı bir ssenarisini oxumuşam: bir əsgərin başqa bir yaralı əsgəri döyüş meydanından çıxarması. Amma müsabiqə... Mən özüm keçən il narkomaniya ilə mübarizə mövzusunda ssenari verdim, inan heç pitçinqə belə çağırılmadım.
 
Başqa tərəfdən isə deyirik, insan hekayələri çəkilməlidir, vacibdir, razıyam, amma müharibənin özü də lazımdır axı. Cəbhə, cəbhənin içi, səngər, Şuşanın alınması, o əlbəyaxa döyüş, nə bilim, nələr, nələr. Bunları göstərmək lazımdır, əsgərləri dinlədikcə görürsən ki, təkrar olmayan necə mövzular var, səngər haqqında, düşmənlə münasibət haqqında. Yenə də deyirəm, hamısını məmnuniyyətlə çəkərəm.
 
– Namiq bəy, aktyorla işləməyə toxunduq bayaq. "Ol" filmini xatırlayıram, o filmin ab-havası çox qəribədir, hallüsinasiya-filan...
 
– O filmdə onsuz da iştirakçı az idi, elə biri özüm, biri həyat yoldaşım, biri dostum Fikrət Məmmədov. Çox iç-içə idik çəkiliş prosesində, ailə kimi. Kirayələdiyimiz yeri də elə ev kimi kirayələmişdik. Məsələn, təbrizli rəssam dəvət eləmişdik, o da elə o evdə qalırdı. Yəni hər şey orada idi, bütün proses bir məkanda. Mən bilirsən, teatr məktəbi keçmişəm, bunun aktyorla işləməyə çox böyük faydası var, ən əsası isə empatiya hissi. Mənə psixoloqlar demişdi ki, sənin xəbərin var, sən empatsan? Mən aktyorla iş prosesində özümdən çıxıram, oluram aktyorun yerində. Özümü onun kimi hiss edirəm, onun kimi düşünürəm. Digər məqam isə 17 yaşından döyüş sənəti ilə məşğul olmuşam, onda da istər-istəməz özünü rəqibin yerinə qoymalısan. Onu hiss eləmək, hərəkətlərini analiz eləmək baxımından bu çox vacibdir. Bir növ, vərdişdir məndə. Bütün bunlar birləşir və nəticədə aktyorla işləmək mənim üçün rahat olur.
 
Məsələn, bu şeylər bəzən sosial münasibətlərdə mənə mane olur. Ofisiant işləyən bir dostum deyir ki, məni heç itirib axtarmırsan. Mən bilirsən, onu niyə axtarmıram? Çünki düşünürəm, zəng edərəm, əlində sini olar, onu salar yerə. Başa düşürsən məni?
 
– Başa düşürəm. Yaxşı, bəs elə aktyor varmı ki, onunla işləmək sizin üçün çətin olsun?
 
– Çox nadir də olsa, var. Birincisi onu deyim ki, aktyor rejissoru hiss eləməməlidir. Stanislavski deyir ki, rejissor aktyorda əriməlidir. Mənim üçün də ən böyük nailiyyət odur ki, aktyor çəkilişin sonunda qayıdıb desin ki, sən guya mənimlə nə elədin ki? Aha! Deməli, alınıb, o mənə elə deyirsə, bu mənim üçün böyük nailiyyətdir, deməli, mən onda ərimişəm!
 
– Namiq bəy, dram rejissorluğundan Kukla Teatrına getməyiniz necə oldu?
 
– Birinci kursdan "Azdrama"da rejissor köməkçisi işləyirdim, diplom tamaşam "Səməndər quşu" ilin ən yaxşı tamaşası seçildi. Birdən-birə Vaqif Əlixanlı (Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq. 2024-cü ildə vəfat edib, – N.P) mənə dedi ki, Kukla Teatrı sənin üçün çox yaxşı olar. Əvvəl bunu özümə sığışdırmadım, elə bildim, təhqir olunuram. Dərk eləmirdim, sən demə, kukla teatr aləmində ən ali janr imiş. Xoşbəxtəm ki, orada 6 il baş rejissor kimi ürəyim istəyən formada işlədim. Bir sözlə, kukla oldu mənim həyatımın mərkəzi, bu gün də sevirəm, davam edirəm.
 
– Harada?
 
– Harada aktyorla işləsəm, özümdən asılı olmadan, ona kukla ünsürləri kimi yanaşıram. Kukla üçüncü fazadır, ora girdinsə, çıxış yoxdur.
 
– Bəs "Ol" teatrı yaratmışdınız, axırı necə oldu?
 
– Pandemiya və maddiyyat imkan vermədi, amma gənclər onu yenidən qurublar. Bilirsən, hər şeyin maddi-texniki bazası olmalıdır. Başqa tərəfdən isə, istər kino, istər teatrı yaşadan həm də festivallardır. Niyə? Çünki festival bazardır, bizdə festivallara yanaşma düzgün deyil. Festival elə gedib çıxış edib qayıtmaq demək deyil, sən uğurlu çıxış edirsənsə, səninlə müqavilə bağlanılır. Yəni proses belədir. Özü də bizdə festivalla bağlı bir tendensiya yaranıb, hamı festivala travma aparır. Dünya bu prosesi çoxdan keçib, üstündən də su içib, biz amma travma ilə festival fəth eləmək istəyirik. Bəli, müəyyən təbəqənin rəğbətini qazanmaq olar, amma bu kassa gətirmir, üstəlik, səni əmin edirəm, o festivaldakılar da bezib artıq. Travmadan beziblər. Bilirsən, bu artıq reseptdir: yaxşı əsər kütləvi olar. Homerdən tutmuş, Nizamiyə qədər, Gilqamışdan tutmuş Cek Londona qədər niyə uğurludur? Çünki kütləvidir. Kino dili ilə desək, kassa gətirən. Travma sənə necə kassa gətirə bilər axı? Dediyim kimi, festivaldakılar da bezib artıq. Ona görə bu yaxınlarda küçə həyatı yaşayan qız haqqında film yığıb apardı bütün mükafatları.
 
– "Anora".
 
– Hə, çünki beziblər, vallah. Mən İstanbulda soruşdum ki, kassa baxımından orta film hansıdır? Dedilər, "Leon". Qızıl ortadır bu film. Çünki həmişə mütəxəssislər deyir ki, ustad filmi həm kassa, həm də mükafat gətirməlidir. Ona görə Nuri Bilgə Ceylan kütləvi deyil.
 
– Nə əcəb serialda yoxlamırsınız özünüzü?
 
– O vaxt "Qızlar" adlı birini çəkmişdik, maliyyəsi çox məhdud idi, ona görə də nəticəsi yaxşı olmadı. Amma indi yorularam, mənə elə gəlir, bu yaşdan sonra ehtiyac yoxdur.
 
– "Axınla aşağı" filmində aktyor kimi çıxış eləmisiniz. Film uğurludur, amma rejissor Asif Rüstəmov nəsə belə düşünmür.
 
– Hə, çünki Asif sualtı çəkilişləri daha çox eləmək istəyirdi, olmadı. Ona görə bir az soyuq yanaşdı, ruhdan düşdü.
 
– Bəs aktyor kimi oynayanda rejissor tərəfiniz tutmur? Filmin rejissoru ilə toqquşma olmur?
 
– Yox, aktyor olanda rejissor tərəfimi öldürürəm, çünki belə eləməsəm, çəkilişə mane olar. Asif hətta mənim mimikalarıma qədər müdaxilə edirdi, özü istədiyi kimi görmək istəyirdi.
 
– Bəs əksi olanda necə? "Ol"da həm rejissorusunuz, həm aktyor.
 
– Bu lap rahat. Rejissor kimi kənardan özümü çox rahat görürəm, özüm özümə müdaxilə edə bilirəm.
 
– Bir dəfə komediya filmi çəkmisiniz – "İnterpapa".
 
– Hə, o da sifariş idi, ondan sonra çəkmədim. O film özü də əməlli başlı pul qazandı. Bilirsən, o filmi bir az da acığa düşüb çəkmişəm. Çünki mənə deyirdilər ki, ancaq fəlsəfə-fəlsəfə... Mən də o filmi çəkdim ki, buyurun, böyük məmnuniyyətlə komediya da çəkərəm. Çəkə bilərəm!
 
– İndi çəkərsiniz?
 
– Əlbəttə! Yumor fərqli və ləzzətli daddır. Əridə bilsən, faciənin də içində yumor detalını elə verərsən, ləzzət!
 
Beləcə bir də onda ayılıram ki, Namiq bəylə düz iki saatdan çoxdur ki, kinodan danışırıq. Əlbəttə, mən saata baxmasam, bu söhbət uzanar, uzanar və biz heç birimiz bundan narahat olmazdıq. Amma qonağın qonaq yeri var. Namiq bəy bizi, sözün əsl mənasında, kinostudiya sakini kimi qarşıladı, həmsöhbət oldu və yaddaşımızda unudulmaz bir ev sahibi kimi qaldı. Bundan artıq nə olsun?..
  •  

Yeddi ayda 234 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 234 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
 
Bu barədə Moderator.az-a ƏƏSMN-dan məlumat verilib.
 
Bildirilib ki, onlardan 103 min şəxs münasib işlərlə təmin olunub, 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
 
10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 119,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
 
  •  

Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – <span style="color: #ff0000;">Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır</span>

Reproduktiv sağlamlıq təkcə hamiləlik, doğuş və sonsuzluq məsələlərini əhatə etmir. Müasir tibbi yanaşmaya əsasən, hormonal balans, həyat tərzi, immun sisteminin fəaliyyəti, ətraf mühit amilləri və metabolik proseslər reproduktiv sağlamlığın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan reproduktiv sağlamlıq insanın ümumi sağlamlığının vacib göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloqu Afət Ərəbova ilə reproduktiv sağlamlığa müasir tibbi baxış, bu sahədə geniş yayılmış yanlış təsəvvürlər və gələcəkdə reproduktiv sağlamlığı haqqında müsahibəni təqdim edirik.
- Reproduktiv sağlamlığın yalnız hamiləlik və doğuşla məhdudlaşmaması tibbi baxımdan nəyi dəyişir və niyə bu yanaşma vacibdir?
 
- Reproduktiv sağlamlığın yalnız hamiləlik və doğuşla məhdudlaşdırılmaması tibdə əsaslı düşüncə tərzi dəyişikliyi yaradır. Bu yanaşma göstərir ki, reproduktiv sistem yalnız bir funksiya üçün işləyən orqan deyil, bütün orqanizmin hormonal, metabolik və emosional sistemləri ilə sıx bağlı olan kompleks bir şəbəkədir. Bu baxışın ən vacib tərəfi ondan ibarətdir ki, reproduktiv sağlamlıq artıq yalnız “nəticə” (yəni hamilə qalmaq və ya qala bilməmək) kimi qiymətləndirilmir. Əksinə, orqanizmdə baş verən dəyişikliklərin erkən göstəricisi kimi qəbul edilir. Məsələn, menstrual tsiklin pozulması təkcə ginekoloji problem deyil, eyni zamanda qalxanabənzər vəzin disfunksiyası, xroniki stress və ya metabolik pozğunluğun ilkin siqnalı ola bilər. Bu səbəbdən müasir tibb reproduktiv sağlamlığı bütün ömür boyu davam edən ümumi sağlamlıq göstəricisi kimi dəyərləndirir.
 
- Hormonlar bədənin digər sistemləri ilə necə əlaqəlidir?
 
- Hormonlar orqanizmdə informasiya ötürən əsas biokimyəvi sistemdir və reproduktiv funksiyalar bu sistem tərəfindən tənzimlənir. Hipotalamus və hipofiz vəzi vasitəsilə göndərilən siqnallar yumurtalıq və digər reproduktiv orqanların fəaliyyətini idarə edir, lakin bu proses təkcə reproduktiv sistemlə məhdudlaşmır. Stress, yuxu rejimi, qidalanma və metabolik balans bu hormonal sistemə birbaşa təsir göstərir. Məsələn, xroniki stress reproduktiv hormonların ifrazını azalda, ovulyasiyanı isə gecikdirə bilər. İnsulin rezistentliyi yumurtalıq funksiyasını poza bilər, yuxu pozuntusu isə menstrual ritmin dəyişməsi ilə nəticələnər. Bu qarşılıqlı əlaqə göstərir ki, reproduktiv sağlamlıq bədənin ümumi fizioloji balansından ayrı düşünülə bilməz.
 
 - Reproduktiv sağlamlıqda həyat tərzinin rolu nədir?
 
- Həyat tərzi reproduktiv sağlamlığın ən mühüm təyinedici amillərindən biridir, çünki reproduktiv sistem orqanizmin enerji balansına çox həssasdır. Bədən enerji çatışmazlığı və ya xroniki stress vəziyyətində reproduktiv funksiyanı ikinci plana keçirə bilər. Xroniki stress hormonların davamlı yüksək qalmasına səbəb olaraq reproduktiv sistemi zəiflədə bilər. Qidalanma isə hüceyrə səviyyəsində vacib rol oynayır. Dəmir, sink, fol turşusu və D vitamini kimi mikroelementlər və vitaminlər hormon sintezi və reproduktiv hüceyrələrin inkişafı üçün əsasdır. Bu maddələrin uzunmüddətli çatışmazlığı reproduktiv potensialın tədricən azalmasına səbəb ola bilər.
 
- İmmun sistemi reproduktiv sağlamlıqla necə əlaqəlidir?
 
- İmmun sistemi ilə reproduktiv sistem arasında incə və dinamik qarşılıqlı əlaqə mövcuddur. Hamiləliyin erkən mərhələsində immun sistem embrionu yad toxuma kimi rədd etməmək üçün xüsusi tolerantlıq formalaşdırır. Bu balans pozulduqda implantasiya prosesi çətinləşə və erkən hamiləlik itkisi baş verə bilər. Həddindən artıq immun aktivlik embriona qarşı aqressiv reaksiya yaradaraq uğurlu hamiləliyin qarşısını ala bilər. Digər tərəfdən, zəif immun cavab infeksiyalara qarşı müdafiəni azaldaraq reproduktiv orqanlarda problemlərə yol aça bilər. İmmun disbalans həmçinin endometrioz və digər xroniki iltihabi xəstəliklərlə əlaqələndirilir. Sitokinlər və immun hüceyrələr hormonal proseslərlə qarşılıqlı təsirdə olaraq reproduktiv funksiyaları tənzimləyir. Bu qarşılıqlı təsir həm menstrual tsiklin, həm də hamiləliyin davamlılığı üçün vacibdir. Buna görə reproduktiv sağlamlıq immun sistemin düzgün və balanslı işləməsindən birbaşa asılıdır.
 
- Sonsuzluq və cinsi aktivliklə bağlı ən çox rast gəlinən yanlış təsəvvürlər hansılardır və bunlar nə kimi nəticələrə gətirib çıxarır?
 
- Bu mövzu ətrafında yayılan yanlış inanclar çox vaxt gec diaqnoz və düzgün olmayan qərarlarla nəticələnir. Ən geniş yayılmış fikirlərdən biri reproduktiv qabiliyyətin yalnız müəyyən yaşda birdən-birə azalmasıdır, halbuki bu proses tədricən gedir. Digər yanlış təsəvvür menstrual tsiklin nizamlı olmasının tam reproduktiv sağlamlıq göstəricisi hesab edilməsidir. Əslində ovulyasiya pozğunluqları zahirən normal menstrual tsikllərdə də mövcud ola bilər. Cəmiyyətdə sonsuzluğun əsasən qadınla əlaqələndirilməsi də yanlışdır, çünki kişi faktoru da eyni dərəcədə rol oynayır. Bəzi insanlar düşünür ki, cinsi aktivliyin tezliyi avtomatik olaraq hamilə qalma ehtimalını artırır, lakin zamanlama və bioloji faktorlar daha həlledicidir. Həmçinin qorunma üsullarının uzunmüddətli istifadəsinin sonsuzluğa səbəb olduğu fikri elmi əsaslara söykənmir. Digər bir yanlış inanc həyat tərzi dəyişikliklərinin bütün problemləri qısa müddətdə həll edə biləcəyidir. Halbuki bəzi hallar hormonal, genetik və ya anatomik səbəblərlə bağlı olur və tibbi müdaxilə tələb edir. Bu kimi yanlış təsəvvürlər məlumatlı yanaşmanı gecikdirərək müalicə imkanlarını məhdudlaşdıra bilər.
 
- Gələcəkdə reproduktiv sağlamlıq necə inkişaf edəcək?
 
- Gələcəkdə reproduktiv sağlamlıq daha çox fərdiləşdirilmiş və qabaqlayıcı yanaşma üzərində qurulacaq. Əsas məqsəd problemləri müalicə etməkdən çox, onların yaranma riskini əvvəlcədən müəyyən etmək olacaq. Hormonal izləmə sistemləri, genetik analizlər və metabolik göstəricilər bir araya gətirilərək hər bir insan üçün fərdi reproduktiv profil formalaşdırılacaq. Rəqəmsal sağlamlıq texnologiyaları və geyilə bilən cihazlar real vaxtda məlumat toplayaraq davamlı monitorinq imkanı yaradacaq. Süni intellekt bu məlumatları analiz edərək riskləri erkən mərhələdə aşkar etməyə kömək edəcək. Bu isə sonsuzluq, hormonal pozğunluqlar və digər problemlərin daha erkən müdaxilə ilə idarə olunmasını mümkün edəcək. Eyni zamanda uzaqdan tibbi xidmətlər daha geniş yayılaraq əlçatanlığı artıracaq. Genetik skrininq vasitəsilə sağlam nəsil planlaşdırılması daha informasiyalı şəkildə aparılacaq. Nəticədə bu sahə reaktiv müalicədən aktiv idarəetmə və profilaktikaya doğru transformasiya olunacaq.
  •  

“Global Media”nın əməkdaşı vəfat etdi

“Global Media”nın əməkdaşı Elvin Soldatov vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin direktoru Ramin Cəfərov məlumat yayıb.
 
41 yaşlı E.Soldatovun hansı səbəbdən həyatını itirdiyi bildirilməyib.
 
Qeyd edək ki, Elvin Soldatov informasiya texnologiyaları üzrə mütəxəssis olub. /unikal.az/
  •  

<span style="color: #ff0000;">Professor Samuxda qeydə alınan qarayara xəstəliyindən danışdı:</span> İlk əlamətlər bunlardır

Samux rayonunda qeydə alınmış qarayara hadisəsi ilə bağlı aparılan laborator müayinələr nəticəsində bir nəfərdə xəstəlik təsdiqlənib, xəstə heyvanla təmasda olan şəxslər isə tibbi nəzarətə götürülərək izolyasiya olunublar. Aidiyyəti dövlət qurumları bildirirlər ki, hazırda zəruri epidemioloji tədbirlər görülür, əhali arasında geniş yayılma qeydə alınmayıb və vəziyyət nəzarət altındadır. 

Bununla belə, hadisə zoonoz infeksiyalarla mübarizədə profilaktik tədbirlərin və ictimai maarifləndirmənin əhəmiyyətini bir daha gündəmə gətirir.

Qeydə alınan bu hadisə zoonoz infeksiyalarla mübarizədə profilaktik tədbirlərin effektivliyini yenidən gündəmə gətirib. Bəs, qarayara kimi təhlükəli xəstəliklərin qarşısının alınması üçün baytarlıq nəzarəti, epizootik və epidemioloji monitorinq, eləcə də əhalinin maarifləndirilməsi istiqamətində hansı əlavə addımlar atılmalıdır?

Hazırda tətbiq olunan profilaktik mexanizmlər bu cür risklərin vaxtında aşkarlanması və qarşısının alınması baxımından kifayət qədər effektivdirmi?

Mövzu ilə bağlı Moderator.az-a tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla açıqlama verib.

Professor qeyd edib ki, Sibir xorası çox təhlükəli infeksion xəstəliklərdən biridir:

"Qeyd edim ki, xalq arasında qara yara kimi tanınan infeksiyanın tibbi adı məhz Sibir xorasıdır. Bu xəstəlik xüsusi Bacillus anthracis bakteriyası tərəfindən törədilir. Xəstəliyin törədicisi olan bu bakteriyalar torpaqda hətta 100 ilə qədər yaşamaq qabiliyyətinə malikdir. Onlar spor formasına keçərək uzun müddət torpaqda, suda və digər mühitlərdə həyat qabiliyyətini qoruyub saxlayırlar.

Məhz buna görə də vəhşi təbiətdə bəzən eyni su hövzəsindən istifadə edən begemotlar yoluxur və infeksiyanı bir-birlərinə ötürərək kütləvi tələf olurlar. Yəni xəstəlik heyvanlar arasında çox asanlıqla yayılır. İnfeksiya əsasən xəstə heyvanın dərisi, yoluxmuş toxumaları, yaralardan ifraz olunan mayelər, həmin mayelərdə olan mikroorqanizmlər, eləcə də yoluxmuş ətin istifadəsi nəticəsində ötürülür".

Adil Qeybulla qeyd edib ki, insanlara da xəstəlik ən çox yoluxmuş ət və dəri ilə təmas zamanı keçir:

"Bu, zoonoz infeksiyadır. Lakin nəzərə almaq lazımdır ki, müəyyən hallarda insan da infeksiyanı digər insana ötürə bilər. İnfeksiya orqanizmə daxil olduqdan sonra ilk olaraq yoluxma nahiyəsində dəridə düyün əmələ gəlir, daha sonra yara formalaşır və həmin yaranın mərkəzində qara rəngli örtük — nekrotik ərp yaranır. Xəstəliyin qara yara adlandırılması da məhz bununla bağlıdır.

Bu nekrotik ərp Sibir xorasının ən xarakterik əlamətlərindən biri olduğuna görə xəstəliyin tanınmasını xeyli asanlaşdırır. Xəstəlik ağır intoksikasiya ilə başlayır. İlkin mərhələdə əlamətlər qripi xatırladır: üşütmə, yüksək hərarət, halsızlıq, əzələ və bel ağrıları müşahidə olunur. Sonrakı mərhələlərdə arterial təzyiqin enməsi, şok vəziyyəti və sonda ölüm baş verə bilər. Ümumiyyətlə, xəstəlik zamanı ən çox zədələnən orqanlardan biri də qaraciyərdir.

Qara yara, yəni Sibir xorası təhlükəli infeksiyalar qrupuna aid olduğuna görə bioloji silah kimi istifadə oluna biləcək xəstəliklər sırasında da göstərilir. Yəni hər hansı bioloji silahdan istifadə ediləcəyi təqdirdə, bu infeksiyadan da istifadə olunması mümkündür.

Harada qara yara aşkarlanırsa, dərhal karantin rejimi tətbiq edilməlidir. Xəstələnmiş heyvan və ya insan təcili izolyasiya olunmalı və müalicəyə cəlb edilməlidir. Heyvanlar adətən məhv edilir, insanlar isə müalicə olunur və infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Sibir xorasının yayılmasının qarşısını almağın ən effektiv yolu məhz karantin və izolyasiya tədbirlərinin vaxtında həyata keçirilməsidir".

Pərvin Şakirqızı

  •  

Hikmət Rəhimovun "Əqrəb mövsümü"ndən getməsindən danışdı - <span style="color: #ff0000;">VİDEO</span>

Aktyor Azər Aydəmir “Əqrəb mövsümü” serialının ilk mövsümündən sonra aktyor Hikmət Rəhimovun layihədən uzaqlaşmasından danışıb.
 
Aktyor bu barədə “Astar” layihəsində söz açıb.
 
Aydəmir aktyorla prodüser arasında anlaşmazlıq yarandığını bildirib:
 
“İlk mövsümdən sonra Hikmət prodüserlərlə yollarını ayırdı. Problemləri səsləndirmək istəmirəm. Çünki Hikmət özü bunu səsləndirmir. İnsanın tələbləri olur. Bu tələblər tam halda qarşılana bilmədi. Bunun da müəyyən səbəbləri var idi. Nəticədə Hikmət öz, prodüserlər öz sözündə qaldı”.
 
Azər Aydəmir Hikmət Rəhimovla münasibətlərinin yaxşı olduğunu və yaxın zamanda bir filmdə də tərəf müqabili olduqlarını vurğulayıb:
 
“Hikmətlə münasibətlərim çox gözəldir. Bu yaxınlarda bir filmdə də tərəf müqabili olduq. Bundan sonra da tamaşaçılar bizi bir yerdə çox görəcək”. (Axşam.az)

  •  

Cinayət törətməkdə şübhəli bilinən <span style="color: #ff0000;">44 nəfər saxlanıldı</span>

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
 
  •  

Kolleclərə ixtisas seçiminin nəticələri <span style="color: #ff0000;">AÇIQLANDI</span>

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

   

Azərbaycan bölməsi

Rus

bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

2499

2355

81

2436

97.48

Dövlət ödənişli

3481

3124

103

3227

92.70

Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə)

230

201

29

230

100.00

Cəmi

6210

5680

213

5893

94.90

ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

   

Azərbaycan bölməsi

Rus

bölməsi

Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

5090

4951

139

5090

100.00

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

1120

729

74

803

71.70

Cəmi

6210

5680

213

5893

94.90

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

  •  

Kəlbəcərdə minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu

Kəlbəcər rayonunda mina partlayışından xəsarət alan şəxsin sağ topuq nahiyəsi amputasiya olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
 
Bildirilib ki, Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
 
"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda qeyd olunub.
  •  

İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

2026-cı ilin iyul ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər təşkil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, onların 471,1 min nəfəri aylıq sosial müavinət, 405 min nəfəri isə təqaüd alıb.
 
  •  

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - <span style="color: #ff0000;">FAKTİKİ HAVA</span>

Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
 
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46%-i), Balakəndə 45 (aylıq normanın 61%-i), Zaqatalada 44 (aylıq normanın 60%-i), Xınalıqda 40 (aylıq normanın 119%-i), Qrızda 20 (aylıq normanın 38%-i), Qusarda 10 (aylıq normanın 30%-i), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm qeydə alınıb.
  •  

Bölgələrdə yanğına səbəb olan 5 nəfər <span style="color: #ff0000;">cəzalandırıldı</span>

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.
 
Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
 
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
  •  

“Qadınları güclü görmək istəmirəm” - <span style="color: #ff0000;">VİDEO</span>

Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb.
 
Sənətçi “Günə uğurla” verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:
 
“Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib, şükür etmişəm. Allah mənə elə bir səs verib ki… Böyük sevgi yaşayıram, məni sevənlərimin sevgisi əhatə edib. Sevənlərim olmasaydı, cismi gəzirdi, mən yox idim”.
 
Müğənni həyatında yaşananları silmək istəmədiyini deyib:
 
“Həyatımda yaşadıqlarımın çıxmasını istəmirəm. Həyatım bir filmdir. Allahın yaşatdığı hər gün alın yazımdır. Onları necə həyatımdan çıxardım? Üsyan etmirəm. Elə çətinliklər yaşamışam ki, kişi belə yaşamazdı. Allahın verdiyi dərdi qəbul etmişəm, səbr etmişəm”.
 
Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmamasını arzuladığını vurğulayıb:
 
“Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalıdır, nəvaziş görməlidir. İnsan çətin günlər yaşayanda bir az da güclənir, hər şeyi bacarır. Qadınlar güclü olmasın, onları sevgi əhatə etsin”. (Axşam.az)

  •  

Azərbaycan XİN Pakistanı təbrik etdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
 
"Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə qardaş Pakistan xalqını və Pakistan Hökumətini ürəkdən təbrik edirik. Pakistan, Müstəqillik Günün mübarək!", - təbrikdə deyilir.

 

  •  

Azərbaycan Teatr Xadimləri İttifaqının binası təmirə bağlanıb - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Teatr Xadimləri İttifaqının binasında əsaslı təmir işləri aparılır.
 
Moderator.az bildirir ki. bu barədə "Report"un sorğusuna cavab olaraq ittifaqın sədri, Xalq artisti Hacı İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, 10 gündən çoxdur ki, binanın əsasən birinci mərtəbəsində və dəhlizində təmir işləri aparılır:
 
"Təmir işlərinin yekunlaşma tarixi barədə hələlik dəqiq nəsə demək çətindir. Amma çalışacağıq ki, bu ilin sonuna qədər başa çatsın".
  •  

Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 79-cu ildönümü qeyd edilib - <span style="color: #ff0000;">FOTO</span>

Pakistanın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir təşkil edib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, tədbirdə diplomatik missiyanın əməkdaşları, Pakistan icmasının nümayəndələri və qonaqlar iştirak ediblər.
 
Mərasim Pakistanın dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra iştirakçılara ölkə Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Pakistan xalqı üçün Müstəqillik Gününün xüsusi əhəmiyyətinin vurğulandığı mesajları oxunub.
 
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkənin müstəqillik qazanmasının tarixi əhəmiyyətindən danışıb və onun sülhə, dialoqa və dövlətlərarası əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.
 
"Pakistan həmişə xalqlar arasında sülh, dialoq və əməkdaşlığın tərəfdarı olub. Biz bundan sonra da təsisatlarımızı, milli birliyimizi gücləndirmək və ölkəmizin potensialını inkişaf etdirmək niyyətindəyik", - səfir bildirib.
 
Səfir həmçinin Pakistanın digər dövlətlərlə diplomatik, iqtisadi və müdafiə əməkdaşlığının genişləndiyini qeyd edib. Onun sözlərinə görə, İslamabad həm regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasına töhfə verməyə çalışır.
  •  

Yer kürəsində həyat iki dəfə yaranıb? – <span style="color: #ff0000;">Alimlərdən maraqlı araşdırma</span>

Alimlərin yeni araşdırması Yer kürəsində həyatın mənşəyi ilə bağlı mövcud təsəvvürləri yenidən gündəmə gətirib. Tədqiqatçılar bakteriyalar və arxeyaların tam funksional, sərbəst yaşayan hüceyrələrə çevrilmək üçün bir-birindən fərqli təkamül yolları keçdiyini müəyyən ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Popular Mechanics" yazıb.

Araşdırmaya görə, bütün canlılar eyni genetik kodu paylaşsa da, bakteriya və arxeyalar həyati əhəmiyyətli kimyəvi reaksiyaları həyata keçirmək üçün fərqli mexanizmlər inkişaf etdiriblər. Bu isə həyatın sərbəst yaşayan hüceyrə formasına keçidinin iki müstəqil istiqamətdə baş vermiş ola biləcəyini göstərir.

Tədqiqatın baş müəllifi, bioloq Uilyam Martin hesab edir ki, əldə olunan məlumatlar “genetik kodun tək mənşəyi, lakin həyatın iki mənşəyi” ehtimalını ortaya qoyur.

İlk həyatın “mühərriki” metallar ola bilər

Alimlər amin turşuları, vitaminlər və RNT əsaslarının sintezi ilə bağlı 420 əsas kimyəvi reaksiyanı təhlil ediblər. Nəticələr göstərib ki, Son Universal Ortaq Əcdadın (LUCA) bu reaksiyaların yalnız bir hissəsində fermentlərdən istifadə etdiyi ehtimal olunur.

Digər reaksiyalarda isə okeanların hidrotermal dəlikləri ətrafında bol olan təbii metallar mühüm rol oynaya bilərdi.

Tədqiqatın həmmüəllifi, qeyri-üzvi kimyaçı Harun Tuysuzun sözlərinə görə, hidrotermal dəliklərdən çıxan təbii metallar bəzi metabolik proseslərdə çoxsaylı fermentləri əvəz edə bilər.

Alimlər həmçinin fosfit və palladium arasındakı reaksiyaların ilkin mərhələdə ATP və bəzi bioloji fermentlərin funksiyasını əvəz edərək ilk metabolik zəncirlərin fəaliyyətə başlamasına kömək etmiş ola biləcəyini ehtimal edirlər.

Həyatın inkişafında üç əsas mərhələ

Tədqiqat müəllifləri erkən həyatın inkişafını üç mərhələyə ayırırlar:

Metal mərhələsi – maddələr mübadiləsi əsasən təbii qeyri-üzvi katalizatorlardan asılı idi.

Hibrid mərhələ – ilk fermentlər yaranaraq metalların fəaliyyəti ilə birlikdə işləməyə başladı.

Divergent mərhələ – bakteriya və arxeyaların əcdadları ayrılaraq müstəqil təkamül yollarına keçdilər.

Tədqiqatçıların fikrincə, ən diqqətçəkən məqam bakteriya və arxeyaların eyni kimyəvi reaksiyaları həyata keçirmək üçün tamamilə fərqli fermentlərdən istifadə etməsidir.

Bu nəticələr təbiətin eyni biokimyəvi problemləri həll etməyin yollarını iki dəfə və müstəqil şəkildə “kəşf etmiş” ola biləcəyini göstərir.

  •  

Mətanət İsgəndərli plastik əməliyyatdan sonra -<span style="color: #ff0000;"> VİDEO</span>

Ötən ay plastik əməliyyat etdirən Əməkdar artist Mətanət İsgəndərlinin yeni görüntüsü yayılıb.
 
İfaçı əməliyyatdan sonra ilk dəfə səhnəyə çıxıb. 
 
M.İsgəndərli görünüşündə daha bir dəyişiklik edərək saçlarını qısa kəsdirib.
 
Qeyd edək ki, Mətanət İsgəndərli bundan əvvəl mədəkiçiltmə, üzgərdirmə əməliyyatı etdirib. (Axşam.az)

  •  

Tacikistan Əfqanıstana nota verdi

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Dərvaz rayonu ilə həmsərhəd olan Əfqanıstan ərazisindəki silahlı toqquşmalar zamanı yerli sakinin həlak olması ilə əlaqədar Düşənbə Kabilə rəsmi etirazını bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsi məlumat yayıb.
 
Nazirlikdən bildirilib ki, Bədəxşanda son günlər baş verən silahlı münaqişələr beynəlxalq hüququ pozmaqla yanaşı, Tacikistanın sərhədyanı bölgələrinin təhlükəsizliyi üçün təhdid yaradıb.
 
"Tacikistanın hava məkanının pozulması, vətəndaşların yaşayış evlərinə ziyan dəyməsi və ən əsası Dərvaz rayonunda dinc sakinin həyatını itirməsi səbəbindən Əfqanıstan tərəfinə etiraz notası göndərilib. XİN vurğulayıb ki, kəskin etirazla yanaşı, Tacikistan Əfqanıstan tərəfindən məsələyə ciddi yanaşmağı, dövlət sərhədinin toxunulmazlığına riayət etməyi və gələcəkdə belə halların təkrarlanmaması üçün təsirli tədbirlər görməyi tələb edir.
 
Qeyd edək ki, Tacikistanın Dərvaz və digər rayonları ilə qonşu olan Əfqanıstanın Bədəxşan əyalətində son vaxtlar "Taliban"la ona qarşı çıxan qüvvələr arasında silahlı toqquşmalar intensivləşib. Yerli mətbuatın yazdığına görə, avqustun 13-də Pənc çayının Əfqanıstan sahilindən açılan atəş nəticəsində Dərvaz rayonunun Dəştək kənd sakini həlak olub.
 
  •  

Mömin görüntüsü altında yatan SİRLƏR – <span style="color: #ff0000;">70 milyon dollarlıq İDDİA</span>

Türkiyədə “Süleymancılar” adı ilə tanınan dini icmanın maliyyə strukturuna qarşı genişmiqyaslı əməliyyat keçirilib.
 
“Milliyet”in məlumatına görə, icmanın rəhbəri Alihan Kuriş də daxil olmaqla 37 nəfər saxlanılıb. Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 49 nəfər barəsində saxlanılma qərarı verilib. İstanbul, Ankara və Antalya da daxil olmaqla 17 vilayətdə 43 ünvanda və 32 şirkətə aid 80 obyektdə axtarış aparılıb. Doqquz şübhəlinin xaricdə olduğu müəyyənləşib.
 
MASAK hesabatına əsasən, şübhəlilərlə əlaqəli şəxslər və şirkətlər vasitəsilə 100 milyard lirədən çox qeydiyyatsız və vergidən yayındırılmış pulun müxtəlif üsullarla xaricə çıxarıldığı ehtimal olunur. Pul dövriyyəsində xarici ölkələrlə bağlı maliyyə əməliyyatlarının olub-olmadığı da araşdırılır.
 
İstintaq materiallarında çirkli pulların yuyulması, saxta hesab-fakturalardan istifadə, mənbəyi açıqlanmayan böyük məbləğdə nağd vəsaitlərin şirkət hesablarına yatırılması və şübhəli valyuta köçürmələri barədə iddialar yer alıb. Bəzi şirkətlərin faktiki fəaliyyət göstərmədiyi halda iri maliyyə əməliyyatları apardığı müəyyən edilib.
 
Araşdırmaya görə, strukturun qapalı rabitə sistemindən istifadə etdiyi, işçilər barədə məlumatları xüsusi proqramda saxladığı və qərarları “ulak” adlandırılan şəxslər vasitəsilə çatdırdığı iddia olunur. İstintaqda bu üsulların FETÖ-nün təşkilatlanma modelinə bənzədiyi qiymətləndirilib.
 
Əməliyyat zamanı 32 şirkətin aktivlərinə həbs qoyulub. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi təşkilatın Almaniyanın Köln şəhərində 70 milyon dollarlıq yeni mərkəz tikdirdiyini bildirib.
 
Rəsmilər əməliyyatın dini fəaliyyətə deyil, mümkün cinayət və maliyyə şəbəkəsinə qarşı aparıldığını vurğulayıblar. İddiaların hüquqi qiyməti istintaq və məhkəmə araşdırmalarından sonra müəyyənləşəcək. /Lent.az/
 
  •  

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
 
Moderator.az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 1.53 ABŞ dolları və ya 1.6% azalaraq 93.97 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 95.5 ABŞ dolları təşkil edib.
  •  

Xankəndi dünyaya açılır: Qarabağla Rumıniya şəhəri arasında yeni əməkdaşlıq - <span style="color: #ff0000;">FOTO</span>

13 avqust tarixində Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Buxaretdən sonra Rumıniyanın ikinci böyük şəhəri olan Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşü keçirilib.
 
Bu barədə Moderator.az-a Azərbaycan Respublikasının Rumıniya Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, invistisiya imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən iri miqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, habelə gələcək inkişaf planları barədə Azərbaycan tərəfinə geniş məlumat verib.
 
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov öz növbəsində təmsil etdiyi bölgədə aparılan işlər barədə danışıb. O, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığını, Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb. Elçin Yusubov məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticari və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 
Görüş əsnasında tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.
  •  

UEFA Konfrans Liqası: <span style="color: #ff0000;">"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlandı</span>

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
 
Qarşılaşma avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
 
Xatırladaq ki, cavab oyunu avqustun 27-də Bakıda baş tutacaq.
 
  •  

Tovuzda sel körpünü dağıtdı - <span style="color: #ff0000;">Kəndin rayonla əlaqəsi kəsildi</span>

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.
 
Moderator.az xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.
 
Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra Zəyəm çayında suyun səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.
 
  •  

Gəncədə avtomobil piyadanı vuraraq öldürdü

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.
 
Moderator.az xəbər verir ki, hadisə dünən baş verib.
 
Şahin Rəhimov idarə etdiyi "Cahangan A05" markalı avtomobillə Gəncə şəhəri, M.C.Paşayev küçəsi ilə hərəkətdə olarkən, piyada Anar Sadıqovu vurub.
 
Hadisə nəticəsində piyada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
  •  

Bu bürclər həyatlarını dəyişdirəcək insanlarla qarşılacaq

Astroloji proqnoza görə, 2026-cı ilin avqust ayı yeni tanışlıqlar və həyatınızda mühüm rol oynaya biləcək insanlarla görüşlər gətirə bilər.
 
Moderator.az xəbər verir ki, planetlərin mövqeyi yeni əlaqələr və imkanlar üçün əlverişli dövr yaradır. Bəzi bürclərə ünsiyyətə daha açıq olmaq və adət etdikləri çərçivədən kənara çıxmaqdan qorxmamaq tövsiyə olunur.
 
Yeni tanışlıqlar peşəkar tədbirlərdə, sosial şəbəkələrdə və hətta yad bir insanla təsadüfi söhbət zamanı baş verə bilər.
 
Dolça
 
Bu ay Dolçalar həyatlarına daxil ola biləcək yeni insanlara xüsusi diqqət yetirməlidirlər.
 
Astroloji proqnoza görə, bu tanışlıqlar bürc nümayəndələri üçün faydalı dəyişikliklər gətirə bilər.
 
Dolçalara yeni insanlarla ünsiyyət qurmaq imkanlarından imtina etməmək tövsiyə olunur. Tanışlığın harada baş verməsindən asılı olmayaraq, həmin şəxs gələcəkdə mühüm rol oynaya bilər.
 
Yeni münasibətlərə və onların gətirə biləcəyi imkanlara açıq olmaq vacibdir.
 
Balıqlar
 
Balıqlar üçün avqust yeni tanışlıqlar baxımından uğurlu dövr ola bilər.
 
Proqnoza görə, ay ərzində yeni əlaqələr və qeyri-adi təcrübələr üçün çoxsaylı imkanlar yaranacaq.
 
Bu tanışlıqlar həm peşəkar, həm də sosial həyatda faydalı ola bilər. Balıqlara yeni insanlarla yaxınlaşmaqdan və onları daha yaxından tanımaqdan çəkinməmək məsləhət görülür.
 
Naməlumluq qorxusunun risk etməyə mane olmasına imkan verməyin. Çünki yeni görüşlər gələcəkdə mühüm əlaqələrə çevrilə bilər.
 
Qoç
 
Qoçlar üçün avqust maraqlı perspektivlər gətirə bilər. Planetlərin mövqeyi həyatlarında əhəmiyyətli rol oynaya biləcək insanlarla tanışlıq üçün əlverişli şərait yaradacaq.
 
Bu bürcün nümayəndələri yeni insanları öz ünsiyyət dairələrinə daxil etmək üçün daha açıq olmalıdırlar.
 
Belə tanışlıqlar işgüzar əməkdaşlığa, yaradıcı tərəfdaşlığa və hətta romantik münasibətlərə çevrilə bilər.
 
Qoçlara açıq qalmaq və aralarında xüsusi bağ yarana biləcək insanlara diqqət yetirmək tövsiyə olunur. /Lent.az/
 
  •  

UEFA reytinqi: "Qarabağ"ın qələbəsi Azərbaycanın əmsalını artırıb

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.
 
Moderator.az xəbər verir ki, bu, "Qarabağ"ın Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.
 
Ölkə hazırda 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. "Köhlən atlar"ın qələbəsi sayəsində Azərbaycanın hesabına daha 0,500 əmsal əlavə olunub.
 
Sloveniya (22,718) 25-ci, Slovakiya (20.500) 27-ci yerdədir.
 
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.
 
  •  

<span>Avro bahalaşdı, rubl ucuzlaşdı – <span style="color: #ff0000;">YENİ MƏZƏNNƏ</span></span>

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
 
Moderator.az xəbər verir ki, avronun məzənnəsi 0,11 % artaraq 1,9615 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6 % azalaraq 2,0386 manat təşkil edib.
 

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,9615

100 Rusiya rublu

2,0386

  •  

Yasamalın bəzi ərazilərində <span style="color: #ff0000;">işıq olmayacaq</span>

Avqustun 14-də Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
 
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau və Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
  •  

Azərbaycan çempionatı bu gün başlayır: <span style="color: #ff0000;">"Turan Tovuz" "Qəbələ"yə qarşı</span>

Bu gün Misli Premyer Liqasında yeni mövsümə start verilir.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək.
 
Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.
 
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha beş görüş keçiriləcək.
 
Belə ki, "Araz-Naxçıvan" "İmişli"ni, "Sabah" "Kəpəz"i avqustun 15-də, "Sumqayıt" "Neftçi"ni, "Zirə" "Şəfa"nı avqustun 16-da qəbul edəcək.
 
Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
 
14 avqust
 
Misli Premyer Liqası
 
I tur
 
19:30, "Turan Tovuz" - "Qəbələ".
 
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
 
VAR: Elçin Məsiyev.
 
AVAR: Gülnurə Əkbərzadə.
 
Hakim-inspektor: Babək Quliyev.
 
AFFA nümayəndəsi: Elgiz Abbasov.
 
Tovuz şəhər stadionu
  •  

İran və ABŞ vasitəçilərin köməyi ilə danışıqları davam etdirir

"İran diplomatiyanı əsas üstünlük hesab edərək və ölkənin müdafiəsinə hazır vəziyyətdə qalaraq, vasitəçilərin köməyi ilə ABŞ ilə müzakirələri davam etdirir".
 
Bu barədə İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri TASS müxbirinə verdiyi müsahibədə bildirib.
 
"Vasitəçilər vasitəsilə aparılan danışıqlar dayanmayıb. Əsas məsələ Amerika tərəfinin öz öhdəliklərinə nə dərəcədə sadiq qalacağıdır. Diplomatiya bizim üçün ön plandadır, lakin vətənimizi qorumağa daima hazırıq", - deyə o qeyd edib. /oxu.az/
 
  •  

<span style="color: #ff0000;">Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb:</span>  “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum” - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılov (Qəlbinur) xəstəxanaya yerləşdirilib. Buna səbəb isə 10 il əvvəl baş nahiyəsində aşkarlanan xoşxassəli şişin yenidən üzə çıxması olub. Aktyor haqda sənət yoldaşları sosial şəbəkələrdə paylaşımlar edərək ona şəfa arzulayıblar.
 
Moderator.az-a açıqlama verən aktyor Tahir İsmayılov (Qəlbinur) xəbəri təsdiqləyib:
“10 il bundan əvvəl başımın sağ tərəfində olan şiş indi də sol tərəfdə aşkarlanıb. Ölçüsü də 9, 5 mm-dir. Bu dəfə də xoşxassəlidir. İllər əvvəl müalicə nəticəsində həmin şiş çəkilmişdi. Bir neçə gün öncə gördüm ki, səhhətim pisdir. Həkimə müraciət edəndə məndən şübhələndi. Bildirdi ki, bu illər əvvəlin fəsadıdır. Əməliyyatla və kimyaterapiya ilə müalicə olunub olunmamağım analizlərin cavabından asılıdır. Hələ ki, özümü normal hiss edirəm. Həkimlərin verəcəyi qərarı gözləyirəm. İşdir əgər həkimlər təkidlə desələr ki, əməliyyat olunmalısan, bu zaman məni nevropotoloq və lor həkim ikisi birlikdə əməliyyat edəcəklər. Bu ağır və həssas dönəmlərdə mən öz sənət yoldaşlarıma, teatrımızın Həmkarlar İttifaqından Əməkdar artist İlham Əsədova təşəkkür edirəm ki, məni tək buraxmırlar, hər dəqiqə zəng edib səhhətimi xəbər alırlar. Ümid edirəm və inanıram ki, onları dəstəyi və özümün mənəvi gücü hesabına bu xəstəlikdən yaxa qurtaracam”.
Qeyd edək ki, Tahir İsmayılov uzun illərdir teatr səhnəsində müxtəlif obrazlarla tamaşaçıların qarşısına çıxıb və yaradıcılıq fəaliyyətini uğurla davam etdirib. Sənət dostları və tamaşaçılar aktyora tezliklə sağlamlığına qovuşmasını arzulayırlar.
  •  

Zaqatalada 17 yaşlı yeniyetmə maşını aşırdı - <span style="color: #ff0000;">Xəsarət alanlar var</span>

Zaqatalada minik avtomobilinin aşması nəticəsində biri ağır olmaqla dörd nəfər xəsarət alıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanovun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
 
Qəza nəticəsində sürücü M. Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdiriliblər. Xəsarət alanlardan T. Ramazanovun vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
  •  

Bakının bu küçələrində sıxlıq var - <span style="color: #ff0000;">SİYAHI</span>

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hazırda:
 
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 
3. 1-ci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində sixlıq müşahidə olunur.
  •  

“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”

“Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki.. Aparıcılar, konsert təşkilatçıları bilməlidirlər ki, kimi efirə çıxarmaq olar, kimi olmaz?! Məni çox dəvət edirlər. Hər gün də efirdə görünə bilməzsən. Məni xalq da istəyir, dövlətim də, tamaşaçılar da. Amma özüm çalışıram ki, çox az görünüm. İncik düşdüyüm efirlər, aparıcılar da olur. Bəzən lazımsız suallar da ünvanlayırlar. Bu da baxır aparıcının mədəniyyətinə, savadına, səviyyəsinə”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.
O daha sonra arzularından söz açıb:
 
“86 yaşım var. Bir qocaman sənətkar kimi ən böyük arzum dövlətimin daha da güclü olmasıdır. Bütün arzularım dövlətimizlə, xalqımızla bağlıdır. Qoy bizim dövlətimiz heç kimdən, heç nədən asılı olmasın. İnsanlarda vətənpərvərlik ruhu yüksək olsun. Bilsinlər ki, onların güclü dövlətləri var. Elə xalq var ki, heç dövləti yoxdur. Çox şükür ki, bizim dövlətimizi indi dünyada tanıyırlar”.
  •  

İnsanlar niyə Allaha üsyan edirlər? - <span style="color: #ff0000;">VİDEO</span>

Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında Ceyranbatan məscidinin imamı Ziyad Hüseynovla din, mənəviyyat və cəmiyyət mövzuları müzakirə olunub.
İmam Ziyad Hüseynov məsciddə ona ünvanlanan suallardan və din xadimi kimi qarşılaşdığı çətinliklərdən danışıb:
 
"Ən çətin suallar keyfiyyət və kəmiyyət haqqında olanlardır. Bu da fəlsəfənin sualıdır. Sayla və ya hansısa cəhətlə bağlı verilən suallar çətin olur. Çünki qarşıdakı insanın beynində hansı rəqəmi tutduğunu və ya hansı keyfiyyətdə sual verdiyini cavablandırmaq o qədər də asan deyil. Öyrənmək üçün verilən sual isə ən gözəlidir".
 
O həmçinin cəmiyyətdə ailə münasibətləri və xanımların rolu haqqında fikirlərini bölüşüb:
 
"Ailə Allahın əmanətidir. Bu gün qızlarımız ərə getdiyi kişini ələ ala bilsə, o ailə sağlam olar. Sağlam nikah kişi ilə qadın arasında olan sağlam münasibətdən başlayır".
 
Ziyad Hüseynov günümüzdəki ailə modelindən və nəsillərarası fərqlərdən də bəhs edib:
 
"Kişilər atalarına bənzəmək istəyirlər, amma qadınlar bu gün analarına bənzəmək istəmirlər. Qızın oxuması, ali təhsil alması vacibdir. Çünki qadın ali təhsil alanda onun düşüncə tərzi daha fərqli olur. Bir kişini tərbiyə edərsənsə, o, tərbiyəli olar, amma bir qadını tərbiyə etsən, bütün cəmiyyət tərbiyəli olar".
  •  

DYP piyadalara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Busaat.az  xəbər verir ki, müraciətdə deyilir: “Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında […]
  •  

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

“Google” süni intellektin smartfonlardan istifadə qaydasını dəyişdirəcəyini düşünür. Şirkət istifadəçinin hər bir əməliyyatı əl ilə yerinə yetirməsinə ehtiyac qalmadığı yeni rəqəmsal köməkçilər üzərində çalışır. “Google”un Android ekosistemi üzrə rəhbəri Sameer Samat bildirib ki, yeni nəsil süni intellekt sistemləri istifadəçilərə hər gün 10-30 dəqiqə vaxt qazandıra bilər. Yeni sistemdə istifadəçi yalnız nə etmək istədiyini bildirəcək, süni […]
  •  

Bu tarixdə üçüncü yerüstü metro stansiyası istifadəyə veriləcək

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir: “Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”. Xatırladaq ki, yeni yerüstü stansiya metronun “yaşıl” xəttinin […]
  •  

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq. Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək: Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək; Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən […]
  •  

Növbəti qlobal iqtisadi böhran Çindən başlaya bilər

Son illərdə Çinin istehsal gücünün həddindən artıq artırmasına dair xəbərdarlıqlar getdikcə daha çox səslənir. Pekinin ixracı və ticarət profisitini artırmaq cəhdi həm inkişaf etmiş iqtisadiyyatların — ABŞ və Avropanın sənayesinə, həm də Afrika, Asiya və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə zərər vurur. Bu barədə “Foreign Affairs” nəşrində dərc olunmuş məqalədə qeyd edilib. Bildirilib ki, […]
  •  

Azərbaycan elektrik enerjisi üçün tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparır

Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisi üçün tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparılır. Bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini İnqa Pxaladze bildirib. “Gürcüstanın mühüm coğrafi mövqeyi ölkəmizi Cənubi Qafqazda enerji mərkəzinə çevirir. Bu, hər hansı maraqlı ölkədən, ilk növbədə qonşu ölkələrdən elektrik enerjisinin Gürcüstan vasitəsilə Avropaya ötürülə biləcəyinə zəmanət verir”, – nazir […]
  •  

Kolumbiyada zəlzələdən sonra iqtisadi sahədə fövqəladə vəziyyət elan olunub

Kolumbiya Prezidenti Abelardo de la Espriella dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ölkədə iqtisadi sahədə fövqəladə vəziyyət elan edib. Dövlət başçısı bununla bağlı keçirdiyi mətbuat konfransında zəlzələdən zərər çəkmiş ərazilərin bərpası prosesinin sürətləndirilməsinin həyati əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, hakimiyyət xəstəxanaların, təhsil müəssisələrinin, yaşayış binalarının, yolların və hava limanlarının bərpası üçün, o cümlədən xaricdən […]
  •  

Rusiyanın neft ixracı üzrə gəlirləri azalıb

İyulda Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlirlər əvvəlki aya nisbətən 12,5 faiz azalaraq 13,76 milyard dollara düşüb. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, ötən ay Rusiyanın neft və neft məhsulları ixracı iyunla müqayisədə 630 min barel azalaraq gündəlik 6,97 milyon barel olub. İyulda ölkənin neft ixracından gəliri əvvəlki aya nisbətən təxminən 2 […]
  •  

Xəzər dənizində suyun səviyyəsi son 200 ilin minimumuna endi

Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb. Bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb. Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim […]
  •  

Naxçıvanın xarici ticarət dövriyyəsi 31 faizdən çox artıb

Cari ilin yanvar-iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 90 milyon 422 min 790 dollar təşkil edib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ticarət dövriyyəsinin 7 milyon 511 min 510 dollarını və ya 8,3 faizini ixrac olunmuş məhsulların, 82 milyon 911 min 280 dollarını və ya 91,7 faizini isə idxal məhsullarının dəyəri […]
  •  

Avropada elektrik enerjisinin istehsalında kömürün payı ən aşağı səviyyəyə düşüb

Avropa İttifaqında (AB) elektrik enerjisinin istehsalında kömürün payı ötən il 9,2 faizə enərək tarixi minimum səviyyəyə düşüb. Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında deyilir. Bildirilir ki, ötən il Aİ-nin ümumi elektrik enerjisi istehsalının 3,7 faizi daş kömürdən, 5,5 faizi isə liqnitdən əldə edilib. Aİ-də daş kömürdən 105 min 601 giqavat-saat, liqnitdən isə 154 min […]
  •  

Rok musiqimizin bilinməyən səhifəsi

Yəqin, bu adı eşidəndə çoxları çiyinlərini çəkəcək: TAC? O hansı qrupdur? Hansı mahnıları var? Gəlin, rok tariximizin bu səhifəsinə birlikdə boylanaq.

TAC rok qrupu 1990cı ildə Bakıda yaradılıb. Qrupun yaradılması müğənni, Bakı payızı88 festivalının ulduzlarından biri Xana Qalsanovanın təşəbbüsü ilə baş tutmuşdu. O həmin illərdə çox məşhur olan Karvan qrupundan ayrıldıqdan sonra yeni musiqi kollektivi qurmaq fikrinə düşür və qrupa rəhbərlik etməyi bəstəkar Eldar Mansurov a təklif edir.

Böyük dayaq

Vaxtım çox az olduğu üçün qrupun gündəlik fəaliyyətinə birbaşa rəhbərlik etməyin məsuliyyətini üzərimə götürmək istəmədim, deyə Eldar Mansurov AzVisiona bildirib. Amma belə razılaşdıq ki, TACln bədii rəhbəri mən olacağam.

Bədii rəhbər kimi Eldar Mansurov həm qrupun repertuarl üçün mahnılar bəstələyir, həm də kollektivin televiziya, radio və digər kütləvi informasiya vasitələrində tanıdılmasına, indiki dil ilə desək, promouşnuna kömək edirdi. Bu dəstək qısa zamanda nəticəsini göstərir.

TAC kimin başında idi

Qrupun adını musiqiçi Vidadi Mirzəyev təklif etmişdi. İlk heyətdə Xana Qalsanovanın özü, Yaşar Baxış, Vidadi Mirzəyev, Marina Zaxarova, Zaur Abdullayev və Pavel Bulak var idilər.

Müxtəlif zamanlarda kollektivin tərkibində Cəsur Nemətov, Samir Bağırov kimi müğənnilər də çıxış ediblər.

Yaşar Baxış həm də qrupun əsas aranjımançısı idi.

İlk uğurlar

Qısa müddət ərzində qrup bir çox konsert və festivallarda çıxış etməklə adını geniş dinləyici kütləsinə tanıtdıra bilir. Onların arasında 1991ci ildə Bakıda, Respublika stadionunda keçirilən İntergeo Tetis beynəlxalq musiqi festivalını xüsusi qeyd etmək lazımdır. Postsovet məkanında miqyası və təşkilatçılığı ilə fərqlənən bu tədbir dövrün tanınmış musiqiçilərini və ifaçılarını bir araya gətirmişdi.

Həmçinin 1991ci ildə keçirilən beynəlxalq elmi simpoziumun bağlanış mərasimində TAC qrupu konsert proqramı ilə çıxış etmişdi. Bu fakt artıq qrupun ciddi qəbul olunmasının göstəricisi idi.

TAC həmçinin Yaşıl teatrın səhnəsində də musiqisevərlərlə görüşüb.

Mahnılar susmur

Eldar Mansurov qrup üçün bir sıra mahnılar bəstələmiş, həmçinin bəstəkarı olduğu Bəxt üzüyü, Müqəddəs oda yanaram və Hökm filmlərinin musiqisinin yazılışına TAC qrupunu cəlb etmişdi.

Təəssüf ki, 1991ci ildə kollektiv fəaliyyətini dayandırır. TAC qrupunun ömrü qısa olsa da, 1990cı illərin əvvəllərində yaranmış unikal kollektivlərdən biri kimi Azərbaycanda rok musiqisinin inkişafına danılmaz xidməti olmuşdu.

Samir Quliyev
AzVision.az

  •  

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

Kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazın gündəlik ödənişi cəmi 1.55 AZN təşkil edir. Bundan əlavə, cihazı 24 aylıq hissəli ödənişlə əldə edən müştərilərə hər ay 2 GB hədiyyə internet təqdim olunur.

Samsung Galaxy A57 5G yüksək performansı və müasir dizaynı ilə gündəlik istifadə üçün bütün zəruri funksiyaları bir araya gətirir.

Abunəçilər 19 avqust tarixinədək Bakcell mağazalarında keçərli olan təklifdən yararlanmaq üçün ən yaxın Bakcell mağazasının ünvanı ilə link vasitəsilə tanış ola bilərlər.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.




  •  

REDAKTORUN SEÇİMİ Naxçıvan: Türk dünyasının yeni geosi…

REDAKTORUN SEÇİMİ
MÜSAHİBƏ
İDMAN
Şahidi olduğunuz hadisə barədə bizə xəbər edin: 050 310 22 54
booked.net
+9
°
C
H: +10°
L: +
Bakü
Cuma, 04 Ocak
7 Günlük Hava Tahmini
Ct Pz Pt Sa Ça Pe
+10° + + + +10° +10°
+ + + + + +
March 2017
B.e Ç.a Ç C.a C Ş B
Yazdı:
  •  

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava avqustun 17-dək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, fasilələrlə yağış yağacağı gözlənilir: “Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur”.

Source

  •  

Neftçalanın icra başçısı rayonun ucqar kəndində səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Sarıqamış  kənd inzibati ərazi dairəsi üzrə […]

Source

  •  

“Xinjiang Joinworld Co., Ltd.” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi məsələləri müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları qeyd olunub. Tərəflər alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər. Müasir texnologiyaların, innovativ həllərin və nou-haunun tətbiqi, eləcə də bu […]

Source

  •  

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR! – TARİX AÇIQLANDI

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. İKZF-dən bildirilib ki, yeni mənzillərin seçimi 20 avqust 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir. Bildiririk ki, […]

Source

  •  

“Landmark”ın yarım milyonluq əmlakı satışa çıxarıldı – İçərisində məşhur rəssamın əsəri də var

Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin əmlakları satışa çıxarılıb. Satışa çıxarılan əmlaklar arasında dəyəri 30-40 min manat arası olan pianolar, rəsm əsərləri, eləcə də qiymətli heykəltaraşlıq nümunələri də var. Satışa çıxarılan heykəllər arasında Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu “İkarus” əsəri də yer alıb. Hərracda təklif olunan rəsm əsərlərinin ümumi qiyməti 243 min manatdır. “Landmark”ın bu dəfə satışa çıxarılan əmlaklarının ümumi dəyəri isə yarım milyon manat civarındadır. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü […]

Source

  •  

Bu ilin ikinci Günəş tutulması başlayıb

Bu ilin ikinci və sonuncu Günəş tutulması başlayıb. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək. Məlumata görə, tam Günəş tutulması bir sıra ölkələrdən müşahidə ediləcək. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən […]

Source

  •  

Yeni Klinika-ya mətbuat katibi təyin edildi

Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Bundan sonra Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinə Jalə Bədirova rəhbərlik edəcək. Qeyd edək ki, Jalə Bədirova bu təyinatadək Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olub. Jalə Bədirova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş ictimai əlaqələr üzrə mütəxəssis, media və kommunikasiya sahəsində magistr dərəcəsi almış tədqiqatçı, həmçinin müxtəlif ictimai tədbirlərdə və layihələrdə iştirak edən mütəxəssisdir.

Source

  •  

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi

Rusiyanın Yekaterinburq şəhərində bənövşəyi rəngli “Lamborghini Aventador SVJ” idman avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Redaksiya SHOT “Telegram” kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Məlumata görə, dəyəri 35 milyon rubl (təxminən 720 min AZN) qiymətləndirilən avtomobil “Rus Mis Şirkəti”nin rəhbəri, adı “Forbes” siyahısına daxil olan milyarder İqor Altuşkinə məxsusdur. Sükanı arxasında onun kiçik oğlu, 20 yaşlı David Altuşkin olub. İlkin versiyaya görə, sürücü Otradnaya küçəsində idarəetməni itirərək ərazidə yerləşən mağazanın fasadına çırpılıb. Qəza zamanı […]

Source

  •  

İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük

Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Bu fikri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı əlavə edib: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə – Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu”, – deyə dövlətimizin başçısı əlavə edib.

Source

  •  

Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür

Hər il avqustun 12-də Beynəlxalq Gənclər Günü kimi qeyd edilir. Bu günün təsis olunması barədə qərar 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Bu günün əsas məqsədi gənclərin ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına təkan vermək, onların nailiyyətlərini tanıtmaq və qarşılaşdıqları problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2026-cı ildə Beynəlxalq Gənclər Günü “Fərqli reallıqlar, ortaq arzular” devizi altında […]

Source

  •  

Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMA 

Əyani doktoranturada təhsil alan şəxslərin hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni açıqlama bu kateqoriyadan olan çağırışçıların hüquq və öhdəliklərini yenidən gündəmə gətirib. Mövcud qaydalara əsasən, əyani doktoranturada təhsil alan şəxslərə təhsil müddəti başa çatanadək möhlət verilir, lakin doktorantura başa çatdıqdan sonra dissertasiya müdafiəsinin gecikməsi ayrıca möhlət üçün əsas hesab olunmur.Bəs, əyani doktorantura təhsili dövründə möhlət hüququ necə tətbiq olunur və təhsil müddəti başa çatdıqdan sonra dissertasiyanın hələ müdafiə edilməməsi hərbi xidmətə çağırışdan möhlət üçün hüquqi əsas yarada bilərmi?Oxu24.com xəbər verir  ki,məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əyani doktoranturada təhsil alan şəxslərə hərbi xidmətə möhlət hüququnun tətbiqi ilə bağlı mövcud qaydalar belədir ki, hazırda doktoranturada təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir:."İndi hərbi xidmətə çağırış yaşı 30 yaşa qədər olduğuna görə bu imkan yaradılır. Amma burada bir məsələ var. Doktorantura təhsili başa çatdıqdan sonra müdafiənin gecikdirilməsi hərbi xidmətə çağırışdan möhlət üçün əsas sayıla bilmir. Burada müəyyən boşluq yaranır. İnsan doktoranturanı bitirir və müdafiə etməlidir. Namizədlik və ya doktorluq dissertasiyasının müdafiəsi ilə bağlı müəyyən problemlər yaranır və insanlar narahatlıq keçirirlər".Ekspert qeyd edib ki, əgər insan elmə və araşdırmalara meyllidirsə, bakalavr, magistratura və doktorantura təhsili alırsa, dövlət ona maksimum şərait yaratmalıdır ki, öz sahəsini davam etdirsin və müdafiəsini də həyata keçirsin:"Çünki bu müdafiə yalnız həmin insanın özü və adı üçün deyil. Onun üzərində çalışdığı konkret istiqamət və sahə bütövlükdə dövlət, xalq və bəşəriyyət üçün əhəmiyyət daşıyan bir işdir. Ona görə hesab edirəm ki, ümumiyyətlə, elm və mədəniyyət sahəsində çalışan insanlara şərait yaradılmalı, onlara möhlət verilməlidir. Nəzərə almaq lazımdır ki, bu insanların sayı da çox deyil. Azərbaycanda hər kəs elmlə, təhsillə, doktorantura və ya aspirantura ilə maraqlanmır və buna can atmır".Onun sözlərinə görə, bütün dünyada tətbiq olunan mütərəqqi metodlar bizdə də tətbiq olunmalıdır:"Ümumiyyətlə, hərbi sahədə bu günə qədər öz həllini tapmayan kifayət qədər məsələlər var. Mən bu gün də təəccüblənirəm ki, niyə Azərbaycanda "Alternativ xidmət haqqında" qanunun qəbulu yubanır. Bu qanunla bağlı da uzun müddətdir müzakirələr gedir. "Təhsil haqqında" qanun da vaxtilə uzun müddət müzakirə olundu və daha sonra qəbul edildi. Bu gün də insanlar həmin qanunun tam və mükəmməl şəkildə qəbulunu gözləyirlər. Hərbi sahə ilə bağlı da qeyd etmək istəyirəm ki, Azərbaycanda kifayət qədər bacarıqlı gənclər var. Onlara şərait yaratmaq lazımdır ki, inkişaf etsinlər".
  •  

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır  

Londonda elit restoranlar, özəl klublar və iri pab şəbəkələri Meta-nın kameralı Ray-Ban ağıllı eynəklərindən istifadəyə qadağa qoymağa başlayıb.Oxu24.com  xəbər verir ki, qərarın əsas səbəbi ziyarətçilərin icazəsi olmadan gizli çəkiliş və şəxsi həyatın pozulması ilə bağlı narahatlıqlardır. Böyük pab şəbəkəsi Wetherspoons qadağanı İngiltərə və İrlandiyadakı 800 məkanının hamısında tətbiq edib.Bəzi tanınmış London restoranları və Soho House özəl klubu da bu eynəklərin istifadəsini məhdudlaşdırıb. Teatrlar və festivallar da oxşar qaydalar tətbiq etməyə başlayıb.Meta isə Ray-Ban eynəklərində çəkiliş zamanı yanan LED indikatorun olduğunu bildirir. Lakin məkan sahibləri bu tədbirlərin ziyarətçilərin məxfiliyini tam qorumağa kifayət etmədiyini düşünür.
  •  

Bakıda lazeroloq qadını öldürmək istədi -DETALLAR

Bakıda tanışı olan lazeroloq qadını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Oxu24.com  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.C. Çələbiyeva bununla bağlı polisə şikayət edib. S. Həsənov saxlanılıb.(Report)Daha sonra S. Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C. Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C. Çələbiyevanı xilas etmək mümkün olub.Təqsirləndirilən S. Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
  •  

Zaxarova Ukraynanı ittiham ETDİ 

Ukrayna hərbçilərinin 2025–2026-cı illərdə Avropadakı kriminal qruplaşmalara 5 mindən çox zərbə PUA-sı ötürdüyü iddia edilir.Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.“Dünyanın müxtəlif ölkələrində naməlum pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin artmasını nəzərə alaraq, Ukrayna terrorunun bütün dünyaya ixracı təhlükəsinin artdığını söyləmək olar. Zelenski rejiminin hərbi dəstəklənməsinin nəticələrini indi Kiyevin birbaşa himayədarları da öz üzərlərində hiss etmək məcburiyyətindədirlər”, – diplomat qeyd edib.Bundan əlavə, Zaxarova 500-dən çox ukraynalı hərbi təlimatçının Latın Amerikası ölkələrinə, daha bir neçə yüz nəfərin isə Yaxın Şərqə göndərildiyini bildirib.Avqustun 10-da Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski Ukrayna Silahlı Qüvvələrinin Nijnekamskda mülki və istehsal obyektlərinə zərbəsindən sonra Ukraynada qərar qəbuletmə mərkəzlərinə hücum etməyə çağırıb.Redaktor.az
  •  

Azərbaycanda gecə saatlarında güclü yanğın BAŞLADI

Füzulinin iki kəndində güclü yanğın başlayıb.Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə alınıb.Yanğın minalardan təmizlənməmiş ərazilərdə davam etdiyindən onun söndürülməsi çətinləşib.Oxu:  Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.***Yanğın baş verən ərazilərdə polis əməkdaşları xidmətə cəlb olunublar.
  •  

Azərbaycan XİN açıqlama yaydı

İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib, nəticədə üç mülki şəxs xəsarət alıb.Oxu24.com  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib.Qeyd olunub ki, mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini, ərazilərin bərpası və yenidənqurma prosesinə mane olduğunu, həmçinin məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına əngəl yaratdığını bir daha göstərir.
  •  

Qarpız tumları sağlamlığa zərərlidirmi? – Həkim açıqladı

Rusiyalı həkim Anna Kosenkova qarpız tumlarının yeyilməsinin sağlamlığa zərər verib-vermədiyini açıqlayıb.Oxu24.com  xəbər verir ki, həkim bu barədə "RİA Novosti"yə danışıb.“Sağlam insan üçün təsadüfən udulmuş qarpız tumları tamamilə zərərsizdir”, – Kosenkova bildirib. Bununla belə, həkim bəzi xəstəliklər zamanı qarpız tumlarının yeyilməsinin tövsiyə olunmadığını qeyd edib.Həkimin sözlərinə görə, mədə-bağırsaq traktının xəstəlikləri və divertikulyar xəstəlik zamanı qarpız tumları xəstəliyin kəskinləşməsinə, köpə, ağrıya və nəcis pozğunluğuna səbəb ola bilər.Kosenkova bu problemləri olan insanlara tumu olmayan qarpız sortlarına üstünlük verməyi və ya meyvəni yeməzdən əvvəl tumları diqqətlə çıxarmağı tövsiyə edib.Qeyd edək ki, daha əvvəl dietoloq Coanna Kats hər gün qəhvə içməyin üstünlüklərini açıqlayıb. Onun sözlərinə görə, bu içki diqqəti və reaksiya sürətini yaxşılaşdırır.
  •  

“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi! 

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.Oxu24.com  xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxıb.Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edib. Matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən Qurban Qurbanovun komandası "pley-off" mərhələsinə vəsiqə qazanıb."Qarabağ" "pley-off"da “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.13 avqustUEFA Konfrans Liqası3-cü təsnifat mərhələsinin cavab oyunu20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0 Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk, 69Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)İlk oyun - 0:1Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
  •  

Tatu üstündə qətl törədildi - VİDEO 

Abşeronda tatu borcu üstündə qətl törədilib.Xezerxeber.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib.33 yaşlı Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayətin tatu borcu üstündə törədildiyi bildirilir.Məlumata görə, qətlə yetirilən Sahil Nuriyevin qardaşı tatu ustasıdır.İddialara görə, mərhumun qardaşı Hüseyn Vəliyevə tatu vurub. Lakin Hüseyn ödənişi vermək istəməyib. Buna görə tərəflər arasında mübahisə düşüb.Nəticədə Hüseyn Sahili bıçaqlayaraq öldürüb.Qardaşının davasına qoşulan 33 yaşlı Sahil Nuriyevi 18 yaşlı Hüseyn Vəliyevin bıçaqla vurduğu bildirilir. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.  Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
  •  

Leysan, şimşək, dolu - Sabahın havası 

Azərbaycanda avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.Havanın temperaturu gecə 23-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 22-26, gündüz 32-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.
  •  

16 yaşlı oğlan qətl törətdi

Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.Oxu24.com  xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır
  •  

Bu insanlara etibar etmək olmaz - 6 əlamət  

Psixoloqlar insanın etibarlı olub-olmadığını müəyyənləşdirmək üçün yalnız sözlərinə deyil, təkrarlanan davranışlarına diqqət yetirməyi tövsiyə edirlər.Oxu24.com  xəbər verir ki, mütəxəssislərin fikrincə, aşağıdakı davranışlar diqqət çəkə bilər:Sizi incidən sözləri “zarafat” adı ilə ört-basdır edir;Heç vaxt öz səhvini etiraf etmir və günahı başqalarının üzərinə atır;Yaxşılığınızı istədiyini deyir, amma davranışları bunun əksini göstərir;Sözləri ilə hərəkətləri daim ziddiyyət təşkil edir;“Sənin üçün narahatam” deyərək sizi davamlı olaraq özünüzdən şübhələndirir;Səylərinizə mane olur, daha sonra isə buna müxtəlif bəhanələr tapır.Mütəxəssislər vurğulayırlar ki, tək bir əlamət insanın etibarsız olduğunu göstərmir. Əsas məsələ eyni davranış modelinin mütəmadi şəkildə təkrarlanmasıdır.
  •  

Bakıda yaşayanlara vacib xəbər:Avqustun 14-dən etibarən...

Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.Oxu24.com xəbər verir ki, məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
  •  

Ağır qəza:yaralılar var

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Belə ki, hərəkətdə olan üç avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
  •  

Bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq 

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq:• Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;• Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;• Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;• Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;• Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;• Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;• Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;• İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
  •  

Rusiya Ukraynanın itkilərini yenilədi 

Rusiya müharibənin 1632-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 206 167 PUA-sı, 669 zenit-raket kompleksi, 30 556 tank və digər zirehli texnikası, 1 770 reaktiv yaylım atəş sistemi, 36 138 artilleriya və minaatanı, 69 169 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.KONKRET.az 
  •  

Generalın qızı ilə bağlı iddia - Natiq Əliyev kimdir? 

Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edən Türkər Əliyevanın iştirakı ilə insident baş verib.Oxu24.com xəbər verir ki, “Haqqin.az”ın məlumatına görə, Türkər Əliyeva daşınmaz əmlaka dair sənədlərlə bağlı məsələnin həlli üçün idarəyə müraciət edib. Bildirilir ki, o, bundan əvvəl də bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edib.İddiaya görə, idarə əməkdaşlarında təqdim olunan sənədin həqiqiliyi ilə bağlı şübhələr yaranıb. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.Məlumata görə, mübahisə zamanı Türkər Əliyeva üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb və yüksək səslə danışıb. Həmin vaxt növbədə olan İkinci Qarabağ müharibəsi veteranının ona sakit danışmağı xahiş etdiyi bildirilir.İddiaya əsasən, bundan sonra Türkər Əliyeva həm veteranı, həm də dövlət qulluqçusunu müxtəlif dövlət qurumlarında əlaqələrinin olduğunu söyləməklə hədələyib. Həmçinin onun sürücüsünü çağıraraq veteranın üzərinə göndərdiyi də iddia olunur.Qeyd edək ki, Türkər Əliyevanın keçmiş Müdafiə Nazirliyi idarəsinin rəisi, general-mayor Natiq Əliyevin qızı olduğu bildirilir.Türkər Əliyeva isə yayımladığı video müraciətdə hadisəyə fərqli mövqedən yanaşıb. O, Abşeron rayon daşınmaz əmlak idarəsində Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını istəyib.“Musavat.com”un məlumatına görə, Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisi vəzifəsində çalışıb. O, 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Əmirxeyir kəndində anadan olub.Natiq Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. 1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.2013-cü ildə ona tibb xidməti general-mayoru hərbi rütbəsi verilib. 2020-ci ilin iyununda vəzifəsindən azad edilib. Natiq Əliyevin Türkərdən başqa Namiq adlı oğlunun da olduğu bildirilir.Hazırda tərəflərin səsləndirdiyi iddialarla bağlı araşdırmanın nəticəsi məlum deyil.
  •  

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi vaxt bilindi

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:"Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək".Xatırladaq ki, yeni yerüstü stansiya metronun "yaşıl" xəttinin "Dərnəgül" deposunda yerləşir.Qeyd edək ki, hazırda Bakıda "Bakmil" və "Xocəsən" yerüstü metro stansiyaları fəaliyyət göstərir.
  •  

Kənddə qətl törədildi

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.Hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.İlkin məlumata görə, kənd sakinləri arasında baş verən mübahisə bıçaqlanma ilə yekunlaşıb.Bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılan zaman yolda ölüb.Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.(Report)
  •  

Lift əvəzinə pilləkəndən istifadə etmək insanların ömrünü UZADIR?  

Lift əvəzinə pilləkəndən istifadə etmək insanların daha uzun yaşamasına kömək edə bilər.Oxu24.com xəbər verir ki, bu nəticə İngiltərənin Şərqi Universiteti və Norfolk və Norviç Universitet Xəstəxanasının alimlərinin apardığı genişmiqyaslı araşdırmada əldə olunub. Araşdırmaya görə, mütəmadi olaraq pilləkənlə qalxan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski pilləkəndən nadir hallarda istifadə edənlərlə müqayisədə 39 faiz, bütün səbəblərdən ölüm riski isə 24 faiz daha aşağı olub.Pilləkənlə müntəzəm qalxmaq həmçinin infarkt, insult və ürək çatışmazlığı da daxil olmaqla ciddi ürək-damar xəstəliklərinin inkişaf ehtimalının azalması ilə əlaqələndirilib.Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Alimlərin sözlərinə görə, bir çox halların qarşısını həyat tərzində dəyişiklik etməklə almaq mümkündür. Bunun üçün müntəzəm fiziki aktivlik, balanslaşdırılmış qidalanma, normal çəkinin qorunması, siqaretdən imtina, həmçinin qan təzyiqi, xolesterin və şəkər səviyyəsinə nəzarət vacibdir.Tədqiqatçılar bildirirlər ki, pilləkənlə qalxmaq gündəlik həyata fiziki aktivlik əlavə etməyin ən sadə və əlçatan yollarından biridir. İdman zalındakı məşqlərdən fərqli olaraq bunun üçün xüsusi avadanlıq və əlavə vaxt tələb olunmur. İnsan evdə, işdə və ya gündəlik işlərini görərkən pilləkəndən istifadə edə bilər.480 mindən çox insanın məlumatları araşdırılıbAlimlər pilləkənlə qalxmağın sağlamlığa mümkün təsirini qiymətləndirmək üçün təxminən 1900 araşdırmanı nəzərdən keçirib və 480 mindən çox insanın iştirak etdiyi 9 yüksək keyfiyyətli tədqiqatın meta-analizini aparıblar. İştirakçıların yaşı 35-84 arasında olub, onların təxminən 53 faizi qadınlardan ibarət olub. Araşdırmaya həm sağlam insanlar, həm də əvvəllər ürək-damar xəstəlikləri keçirmiş şəxslər daxil edilib. Müşahidə müddətinin median göstəricisi 14 il təşkil edib.Məlumatların birləşdirilməsi nəticəsində mütəmadi pilləkənlə qalxmaqla həm ürək-damar xəstəliklərindən, həm də bütün səbəblərdən ölüm riskinin azalması arasında sabit əlaqə müəyyən edilib.Əvvəlki araşdırmalar da göstərib ki, həftədə bir neçə dəfə cəmi bir neçə dəqiqə pilləkənlə qalxmaq ürək-tənəffüs dözümlülüyünü yaxşılaşdıra və xolesterin səviyyəsinin azalmasına kömək edə bilər.Araşdırmaya daxil edilən böyük kohort tədqiqatlarından birinə əsasən, gündə təxminən 6 mərtəbə pilləkən qalxmaq sağlamlıq üçün xüsusilə nəzərəçarpacaq fayda ilə əlaqəli ola bilər. Bununla belə, alimlər optimal müddət və tezliyi müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.Gündəlik daha çox hərəkət etməyin sadə yoluNəticələr hətta qısa müddətli fiziki aktivliyin belə sağlamlıq üçün əhəmiyyətli fayda verə biləcəyini göstərən elmi məlumatları tamamlayır. Tədqiqatçıların sözlərinə görə, dünyada böyüklərin dörddə birindən çoxu tövsiyə olunan fiziki aktivlik səviyyəsinə çatmır. Buna görə də iş yerlərində, ictimai binalarda və evlərdə insanların lift əvəzinə pilləkəndən istifadəsinin təşviq edilməsi ürək-damar sağlamlığını yaxşılaşdırmağın sadə və əlçatan üsullarından biri ola bilər.Lakin pilləkənlə qalxmaq hər kəs üçün uyğun deyil. Hərəkət məhdudiyyəti və ya müəyyən oynaq xəstəlikləri olan insanlar üçün alternativ fiziki aktivlik növləri daha münasib ola bilər.Alimlər gələcək araşdırmalarda fiziki aktivliyin daha dəqiq ölçülməsi üçün geyilə bilən cihazlardan istifadə etməyi və maksimum fayda üçün nə qədər pilləkən qalxmağın optimal olduğunu müəyyənləşdirməyi planlaşdırırlar.Araşdırma American Journal of Cardiovascular Drugs jurnalında “Pilləkənlə qalxmanın ürək-damar riskinin azalmasına təsirinin qiymətləndirilməsi: sistematik icmal və meta-analiz” adı ilə dərc olunub.Bizim.Media 
  •  

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ 

Oyandıqdan sonrakı ilk saatlarda səhər yeməyi yemək qanda şəkərin səviyyəsinə nəzarət, əzələ kütləsinin qorunması və maddələr mübadiləsinin normal fəaliyyəti üçün faydalıdır. Lakin 50 yaşdan sonra qadınların hormonları “balanslaşdırmaq” üçün mütləq oyandıqdan sonra bir saat ərzində yemək yeməli olduğu fikri həddindən artıq qəti yanaşmadır. Dietoloqların sözlərinə görə, əsas diqqəti qidalanmanın müntəzəmliyinə və ilk yeməyin tərkibinə yönəltmək lazımdır.Səhər yeməyinin vaxtı niyə vacibdir?Bizim.Media xəbər verir ki, Səhərlər orqanizmdə kortizolun səviyyəsi yüksəlir. Bu hormon oyanmağa, enerji ehtiyatlarını aktivləşdirməyə və orqanizmi günün başlanğıcına hazırlamağa kömək edir.Buna görə oyandıqdan sonra bir-iki saat ərzində səhər yeməyi yemək orqanizmin təbii bioloji ritmlərinə uyğundur.Bununla belə, qida kortizolu dərhal “tənzimləyə” və hormonları tam şəkildə balanslaşdıra bilmir. Tədqiqatlar göstərib ki, günün ilk yarısında qidalanmaq müntəzəm gec saatlarda yeməkdən daha çox maddələr mübadiləsinə fayda verir.Bu, xüsusilə 50 yaşdan sonra əhəmiyyətlidir. Çünki bu dövrdə insulinə həssaslıq və orqanizmin əzələ kütləsini qoruma qabiliyyəti tədricən azala bilər.50 yaşdan sonra zülal xüsusilə vacibdirMütəxəssislər günə zülalla zəngin məhsullarla başlamağı tövsiyə edirlər. 50 yaşdan sonra orqanizm əzələləri qorumaq üçün zülaldan daha az səmərəli istifadə etməyə başlayır. Buna görə bu qida maddəsinin kifayət qədər qəbul edilməsi xüsusilə vacibdir.Zülalla zəngin səhər yeməyi toxluq hissini daha uzun müddət qorumağa və gün ərzində həddindən artıq yemək ehtimalını azaltmağa kömək edir.Zülalı liflə zəngin məhsullarla birləşdirmək faydalıdır. Məsələn, səhər yeməyində yumurta, təbii yoqurt və ya kəsmiklə yanaşı meyvə, tərəvəz, yulaf, qoz-fındıq və ya toxumlardan istifadə etmək olar.Oyandıqdan dərhal sonra yemək vacib deyilSəhər iştah yoxdursa, insan özünü oyandıqdan dərhal sonra yemək yeməyə məcbur etməməlidir. Dietoloqlar bildirirlər ki, qidanın keyfiyyəti və seçilmiş qidalanma rejiminə əməl etmək imkanı daha vacibdir.Əgər ilk saat ərzində səhər yeməyi yemək uyğun deyilsə, onu səhərin ortasına keçirmək olar.Əsas məsələ səhər yeməyini müntəzəm şəkildə ötürməyi və kalorilərin böyük hissəsini gecə saatlarına saxlamağı vərdişə çevirməməkdir.Səhər yeməyində nə seçmək lazımdır?Mütəxəssislər orqanizmi zülal və liflə təmin edən məhsullara üstünlük verməyi tövsiyə edirlər. Bunlara yumurta, yulaf, təbii süd məhsulları, meyvələr, tərəvəzlər, avokado və qoz-fındıq daxildir.Səhər yeməyini əvvəlcədən hazırlamaq da faydalıdır. Məsələn, yulafı axşamdan hazırlamaq və ya meyvələri əvvəlcədən doğramaq olar. Bu, vaxt azlığı səbəbindən səhər yeməyini ötürmək ehtimalını azaldır.Beləliklə, 50 yaşdan sonra səhər yeməyi üçün universal vaxt yoxdur. Əgər uyğundursa, oyandıqdan sonrakı ilk bir-iki saat ərzində yemək və müntəzəm qidalanma rejiminə əməl etmək daha məqsədəuyğundur. Lakin daha vacib məqam səhər yeməyinin kifayət qədər zülal və lif ehtiva etməsi, ümumi qidalanmanın isə müntəzəm qalmasıdır. (Qaynarinfo.az)
  •  

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı 

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub.Oxu24.com yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü, onların qızları Burcu və Burçin Kırca selə düşüblər.Mehmet Kırca öz imkanları ilə xilas ola bilsə də, həyat yoldaşı və iki qızı güclü axında itkin düşüb. Hadisə yerinə AFAD, jandarm, polis, yanğınsöndürmə, təcili tibbi yardım və digər qurumların əməkdaşları cəlb olunublar.Axtarışlar zamanı 31 yaşlı Burcu və 26 yaşlı Burçinin cəsədləri hadisə yerindən təxminən 10 kilometr uzaqlıqda tapılıb. Bir gün sonra isə 57 yaşlı ana Zekiye Kırcanın cansız bədəni çay boyunca 6 kilometr aralıda aşkarlanıb.Ailənin tətil üçün İstanbuldan doğma Giresuna gəldiyi, piknikdən sonra geri qayıtmağı planlaşdırdığı bildirilib. Həyat yoldaşını və qızlarını itirən Mehmet Kırcanın “Uşaqlarını götürüb getdin, məni tək qoydun” sözləri faciənin ən ağrılı anına çevrilib.(Lent.az)
  •  

Tovuzda təbii fəlakət baş verdi - İki nəfər xilas edilib - VİDEO 

Tovuz rayonunda çayın daşması nəticəsində iki nəfər təhlükədə qalıb. Oxu24.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.Aparılan əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Yunis Hümbətov və 1984-cü il təvəllüdlü Seymur İbrahimov xilas ediliblər.Qeyd edək ki, son bir neçə gündür yağışlı hava şəraiti davam edir.
  •  

TƏCİLİ! Gürcüstan-Rusiya sərhədində ŞOK YAŞANIR - İnsanlar QORXUDA  

Rusiya və Gürcüstan arasındakı nəqliyyat əlaqəsini təmin edən strateji magistralda fövqəladə vəziyyət yaranıb. Təbii fəlakət təhlükəsi səbəbindən hərəkətin qəfil dayandırılması minə yaxın vətəndaşın yollarda qalmasına səbəb olub.Oxu24.com xəbər verir ki, qadağa ölkələrarası yeganə quru yolu olan məntəqədə tətbiq edilib. Yaranmış risklər üzündən nəqliyyat vasitələrinin hər iki istiqamətə – nə Gürcüstana, nə də geriyə keçidinə icazə verilmir. Ərazidən keçən sürücülərin verdiyi məlumata görə, postlara çatmamış polis və aidiyyəti qurumlar maşınları saxlayaraq irəliyə getməyin həyati təhlükə daşıdığını bildirirlər. Çünki dağlıq zonada quraşdırılmış xüsusi sensorlar uçqun və qar-buz qopması təhlükəsinin real olduğunu qeydə alıb. Bunun ardınca sərhədin hər iki istiqamətində kilometrlərlə uzanan nəqliyyat sıxlığı və uzun tıxaclar əmələ gəlib.Təhlükənin miqyası bununla bitməyib, Gürcüstan tərəfində yerləşən “Dariali” gömrük-keçid məntəqəsində də vəziyyət gərginləşib. Devdorak dərəsində quraşdırılmış avtomatik erkən xəbərdarlıq sistemi dərhal həyəcan siqnalı verib. Buna səbəb Terek çayında suyun səviyyəsinin qəfil dəyişməsi olub. Təhlükəsizlik protokoluna uyğun olaraq, dərhal məntəqənin şəxsi heyəti və orada olan mülki şəxslər təcili şəkildə təhlükəsiz əraziyə təxliyə ediliblər. Hazırda mütəxəssislər vəziyyəti izləyirlər və yolların nə zaman açılacağı hələ ki naməlum qalır.
  •  

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR 

Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib. Məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib."TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi. Musavat.com-a əvvəlki açıqlamalarında o demişdi: "Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı".Onun sözlərinə görə, eyni iddialar müxtəlif formalarda dəfələrlə qaldırılır, nəticədə bağların faktiki olaraq sahibi olaraq ona qaytarılması illərlə yubadılır. Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni məhkəməyə müraciət hüququndan sui-istifadə olunur və hər yeni iddia ən azı bir il vaxt itkisinə səbəb olur.Mehdiyevin kürəkəni məhkəmələri illərlə uzatmaqla "TurAz" MMC-nin bağlarından meyvələri yığır, hər il məhsullar xarici ölkələrə ixrac edilir və böyük gəlirlər əldə olunur. Onun sözlərinə görə, həmin gəlirlərin ölkəyə qaytarılması ilə bağlı ciddi suallar mövcuddur: "Əgər hər il ziyan çəkirlərsə, xaricə apardıqları məhsul çürüyürsə, onda bağlara niyə bu qədər vəsait xərclənir? Faktiki olaraq bağlardan il ərzində 10 milyon manatdan artıq gəlir əldə olunur".Bu iddiaların araşdırılması üçün o, hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlamışdı.İllərlə davam edən hüquqi mübarizə ərzində Mansur İbrahimov müxtəlif dövlət qurumlarına müraciətlər edib. Onun sözlərinə görə, sonuncu müraciətlərdən biri Prezident Administrasiyasının Qəbul şöbəsində olub. Sahibkar burada Prezidentin köməkçisi Fuad Ələsgərovla görüşərək uzun illər davam edən mübahisə və məhkəmə qərarlarının icra edilməməsi barədə məlumat verib. Həmin görüşdən sonra Ali Məhkəmənin bu qərarının verilməsi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.Ali Məhkəmənin qərarı İlham Əliyevin növbəti iddiasının da təmin edilməməsi ilə nəticələnsə də, Mansur İbrahimovun əsas tələbi dəyişməz qalır. O, məhkəmə qərarlarının tam icrasını, bağların və şirkətlərinin faktiki olaraq özünə qaytarılmasını istəyir.Ramiz Mehdiyevin və kürəkəni İlham Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir. 2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər. Hər il milyonlarla manat gəlir gətirən MMC güya İlham Əliyev tərəfindən 5 min manata satın alınıb. Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əliyevin özü də etiraf edib. Deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib.Hakimlər onun bu ifadəsinə hüquqi qiymət verməkdən yayınıblar. Hazırda Mansur İbrahimovun bu işlə bağlı da Ali Məhkəmədə şikayəti var. 1 ilə yaxındır ki, həmin şikayət də baxılmamış qalıb.Uzun illərdir davam edən bu qalmaqal Azərbaycanda məhkəmə qərarlarının icrası, mülkiyyət hüququnun müdafiəsi və məhkəməyə müraciət hüququndan mümkün sui-istifadə hallarının yenidən müzakirəsinə səbəb olan ən səs-küylü mübahisələrdən biri olaraq qalır...Musavat.com
  •  

Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək 

Sabah Biləsuvarın bəzi yerlərində qaz təchizatı dayandırılacaq.Bu barədə Oxu24.com-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin "Təyyarə Meydanı" yaşayış massivinin və H. Əliyev prospektinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
  •  

Kəlbəcərdə mina partlayışı baş verib 

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb.Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
  •  

Millət vəkilini vəhşicəsinə döydülər - Qardaş ölkədə 

Ədirnədə CHP millət vəkili Əhməd Baran Yazqanın da olduğu evdə səhər saatlarında baş verən dava ilə bağlı başladılan istintaqda diqqətçəkən iddialar ortaya çıxıb.Oxu24.com  xəbər verir ki, hadisə avqustun 13-də saat 03:15 radələrində Ədirnədəki mənzillərdən birində baş verib.Qonşuların dava səsləri eşidərək polisə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları göndərilib.İlkin araşdırma zamanı millət vəkili Əhməd Baran Yazgan hücuma məruz qaldığını, mobil telefonunun götürüldüyünü və hadisə zamanı görüntülərinin çəkildiyini bildirərək şikayətçi olub. Hadisə ilə bağlı üç nəfər – Nuh D., Begüm Ş. və T.A. saxlanılıb.Saxlanılan şəxslərin ifadələrində davanın başlanma səbəbi ilə bağlı fərqli iddia irəli sürülüb.Şübhəlilərin sözlərinə görə, T.A.-nın evində ad günü qeyd edilib, daha sonra iştirakçılar spirtli içki qəbul edərək balkonda söhbət ediblər. İddia olunur ki, həmin vaxt Əhməd Baran Yazgan evdə olan qadınlardan biri ilə bağlı cinsi məzmunlu ifadələr işlədib və onunla yaxınlıq etmək istədiyini bildirib.Şübhəlilər bu sözlərdən sonra tərəflər arasında mübahisə yarandığını, mübahisənin isə qısa müddətdə fiziki davaya çevrildiyini iddia ediblər.T.A.-nın həmin anları mobil telefonu ilə qeydə aldığı bildirilir.İstintaq zamanı T.A.-nın hadisə ilə bağlı görüntüləri könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyi məlum olub.Görüntülərdə Əhməd Baran Yazqanın hücuma məruz qaldığı və tərəflər arasında qarşıdurmanın yaşandığı anların əks olunduğu bildirilir.Sözügedən görüntülər istintaq materiallarına əlavə edilib. Bununla yanaşı, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün telefonlar və digər rəqəmsal materialların araşdırılması davam etdirilir.İş üzrə diqqət çəkən digər məqam isə millət vəkilinə qarşı irəli sürülən cinsi xarakterli iddialarla bağlı ayrıca araşdırma başlanmasıdır.Ədirnə Baş Prokurorluğunun şübhəlilərin ifadələrində səsləndirilən iddiaları ayrıca araşdıracağı və nəticələrlə bağlı Ankara Baş Prokurorluğuna təqdim olunmaq üçün hesabat hazırlayacağı bildirilir.Yaralama və dava ilə bağlı əsas istintaq isə şübhəlilərin ifadələri, mobil telefonların ekspertizası və hadisə görüntüləri əsasında davam etdirilir.Əhməd Baran Yazqanın polis idarəsində ifadə vermədiyi bildirilir.Məlumata görə, Yazgan hadisə ilə bağlı ifadəsinin Ədirnə Baş Prokurorluğunda alınmasını istəyib. Bu səbəbdən onun prokurorluğa çağırılmasının planlaşdırıldığı qeyd olunur.Hazırda istintaq davam edir və hadisənin bütün tərəflərinin ifadələri, görüntülər və rəqəmsal materiallar araşdırılır.
  •  

Bərdədə zəncirvari qəza - 4 nəfər xəsarət aldı+Fotolar 

Bərdə rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com  xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, “Toyota Camry” markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-2107” markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı avtomobil və 41-BE-260 dövlət qeydiyyat nişanlı digər minik avtomobili toqquşubToqquşma nəticəsində “Toyota Camry” və “VAZ-2107” markalı avtomobillər yolun kənarına çıxıb.Qəza zamanı “VAZ-2107” markalı avtomobildə olan 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.Faktla bağlı araşdırma aparılır.
  •  

Azərbaycanın gənc robototexnikləri Çində qızıl medal qazandı - FOTO 

Azərbaycan gəncləri Çində keçirilən nüfuzlu "RobotChallenge" beynəlxalq yarışında böyük uğura imza ataraq qızıl medal qazanıblar.Oxu24.com  xəbər verir ki, "SUMbuilders" komandasının heyətində yer alan gənclər, gərgin mübarizənin yekununda dünyanın ən güclü 10 komandası sırasına daxil olmağı bacarıblar.Qeyd edək ki, "RobotChallenge" dünyanın müxtəlif ölkələrindən robototexnika və texnologiya sahəsində fəaliyyət göstərən istedadlı gəncləri bir araya gətirən ən nüfuzlu qlobal yarış platformalarından biridir. 2026-cı ildə keçirilən "RobotChallenge Azerbaijan" yarışında 6 qızıl medal qazanan komanda, Çindəki çempionatda Azərbaycanı təmsil etmək hüququ əldə etmişdi.Gənclər və idman naziri Fərid Qayıbov uğur qazanan gənclərlə görüşüb, onları təbrik edib. Nazir bildirib ki, bu uğur bir daha göstədi ki, Azərbaycan gəncləri yalnız ölkə daxilində deyil, beynəlxalq texnologiya arenasında da öz bacarıqları ilə seçilirlər.
  •  

TƏCİLİ! Səhiyyə Nazirliyi qarayara xəstəliyi ilə bağlı rəsmi xəbər YAYDI

“Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla təmasda olduğu müəyyən edilib”.Oxu24.com xəbər verir ki,bunu APA-ya açıqlamasında Səhiyyə Naziriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.Onun sözlərinə görə, hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb, zəruri laborator müayinələr aparılır və epidemioloji tədbirlər həyata keçirilir: “Hazırda əhali arasında qarayaranın yayılması müşahidə olunmur. Qarayara, əsasən, heyvanlardan insana keçən zoonoz xəstəlikdir və adi şəraitdə insandan-insana asanlıqla yayılan infeksiya deyil. Bu baxımdan Samuxda qeydə alınmış hadisə ilə əlaqədar əhali arasında narahatlığın yaranmasına əsas yoxdur. Bununla belə, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək vacibdir”.Şöbə müdiri deyib ki, qarayara “bacillus anthracis” bakteriyasının törətdiyi zoonoz infeksion xəstəlikdir: “Qarayaranın əsas təhlükəsi bəzi hallarda ağır klinik gedişə malik olması və infeksiyanın orqanizmə yayılaraq həyati təhlükəli fəsadlara səbəb ola bilməsidir. Bununla yanaşı, xəstəlik vaxtında aşkarlandıqda və müvafiq müalicəyə başlanıldıqda müalicə oluna bilər. Qarayara ciddi, lakin vaxtında aşkarlandıqda müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda infeksiyanın qana yayılması, sepsis, meningit və digər həyati təhlükəli ağırlaşmalar inkişaf edə bilər. Lakin xəstəliyin vaxtında müəyyənləşdirilməsi və müalicəyə başlanılması ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən xəstəliyə şübhə yaradan əlamətlər olduqda tibbi yardıma vaxtında müraciət etmək mühüm əhəmiyyət daşıyır”.Aytəkin Qurbanova qeyd edib ki, insanlar qarayaraya, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı yoluxurlar: “Bakteriyanın sporları dəri üzərindəki kəsik və sıyrıqlardan orqanizmə daxil ola bilər. Yoluxmuş heyvanın çiy və ya kifayət qədər bişirilməmiş ətinin qəbul edilməsi də risk yaradır. Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir haldır. İnsanlarda qarayaranın əsasən dörd klinik forması ayırd edilir: dəri, mədə-bağırsaq, ağciyər və septik formalarıdır. Diaqnostika zamanı epidemioloji anamnez – şəxsin hansı qidanı qəbul etməsi, heyvanla təmasının olub-olmaması, heyvanın sağlamlıq vəziyyəti və digər məlumatlar mühüm əhəmiyyət daşıyır. Zəruri hallarda laborator müayinələr aparılır. Xəstəliyin inkubasiya dövrü yoluxma formasından və yoluxma şəraitindən asılı olaraq dəyişə bilər. Əksər halda xəstəliyin əlamətləri yoluxmadan bir neçə gün sonra meydana çıxır”.O vurğulayıb ki, diaqnoz klinik əlamətlər, epidemioloji məlumatlar və laborator müayinələrin nəticələri əsasında müəyyən edilir: “Xəstəliyin formasından asılı olaraq dəridə olan yaradan, qandan və digər klinik materiallardan nümunələr götürülə bilər. Laborator diaqnostikada törədicinin müəyyənləşdirilməsi üçün bakterioloji, o cümlədən PCR müayinəsindən istifadə edilə bilər. Qarayara müalicə olunan xəstəlikdir. Xəstə mütləq şəkildə hospitalizasiya olunmalıdır. Müalicənin əsasını həkim tərəfindən təyin olunan antibiotik terapiyası təşkil edir”.Aytəkin Qurbanova onu da bildirib ki, qarayara xəstəliyindən qorunmaq üçün əhali müəyyən qaydalara əməl etməlidir: “Baytarlıq nəzarətindən keçməmiş heyvan və ət məhsullarından istifadə etməmək, xəstə və ya səbəbi məlum olmayan şəkildə tələf olmuş heyvanlara toxunmamaq, kəsilməsinə və ətinin istifadəsinə yol verməmək, çiy və kifayət qədər bişirilməmiş ət qəbul etməmək, heyvanlarla təmas zamanı şəxsi gigiyena qaydalarına riayət etmək və müvafiq qoruyucu vasitələrdən istifadə etmək, heyvanın qəfil xəstələnməsi və ya tələf olması barədə baytarlıq xidmətinə məlumat vermək, şübhəli simptomlar yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır”.Şöbə müdiri əlavə edib ki, respublikada istifadə olunan profilaktik peyvənd təqvimində qarayaraya qarşı peyvənd mövcud deyil: “Onu da qeyd edək ki, Samux rayonunda qeydə alınmış hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb olunub və laborator müayinələr aparılır. Hazırda əhali arasında yayılma müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir. Əhali xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməlidir. Eyni zamanda, təsdiqlənməmiş məlumatlara deyil, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi açıqlamalarına istinad etmək vacibdir. Qarayara ciddi, lakin qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Samuxda bir yoluxma halının təsdiqlənməsi əhali arasında qarayaranın yayılması demək deyil. Hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir”.
  •  

İlham Əliyev Fərman İMZALADI:Bu gündən qüvvəyə mindi

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib.Oxu24.com-un  xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb.Qanun 6 fəsildən, 27 maddədən ibarətdir.Oxu:  Avqustda pensiya gözləyənlərə ŞAD XƏBƏRQanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ( Reyestr) yaradılacaq. Reyestr seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusudur. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanılan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın (qurumun) hesabına köçürüləcək. Müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.Yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar “Toxumçuluq haqqında” 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanun ləğv edilib.
  •  

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.Bu barədə Oxu24.com-a AQTA-dan məlumat verilib.Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD(3-monoxlorpropan1,2-diol ) aşkarlanıb.Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır. Nəzarəti tədbirləri davam etdirəcək.
  •  

Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən HƏYƏCAN TƏBİLİ - VİDEO

Mütəxəssislər vətəndaşları həkim məsləhəti olmadan dərman qəbul etməyin ciddi təhlükələr doğura biləcəyi barədə xəbərdar edirlər. Bir çox hallarda insanlar tibbi müayinədən keçmədən, yalnız qonşu və ya tanışların tövsiyəsi ilə dərman istifadə edirlər ki, bu da ağır fəsadlara yol aça bilər. Kor-koranə dərman qəbulu yanlış diaqnoz, səhv doza və uyğun olmayan preparat seçimi ilə nəticələnir.Bu isə xəstəliyin ağırlaşmasına, əlavə sağlamlıq problemlərinin yaranmasına və bəzi hallarda həyati risklərin artmasına səbəb olur. Həkimlərin sözlərinə görə, eyni simptomlar müxtəlif xəstəliklərin əlaməti ola bilər və bu səbəbdən başqasına fayda verən dərman digər şəxs üçün təhlükəli sayılır. Xüsusilə antibiotiklərin, ağrıkəsicilərin və hormonal preparatların nəzarətsiz istifadəsi ciddi risk daşıyır. İctimai TV-nin hazırladığı reportajda vətəndaşlara çağırış edilir ki, sağlamlıqla bağlı hər hansı problem yaranan zaman yalnız peşəkar həkimə müraciət etsinlər və dərmanları resept əsasında qəbul etsinlər. Mütəxəssislər vurğulayırlar ki, düzgün müalicə yalnız tibbi müayinə və fərdi yanaşma ilə mümkündür. 
  •  

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın "Kommersant", "İnterfaks", "Вестник Кавказа" və "NEWS.ru" media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar."Kommersant" Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi "yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq" fikirlərini oxucuların diqqətə çatdırıb."İnterfaks" isə enerji ixracının genişləndirilməsi, elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazilərindən Avropaya çatdırılması, "Black Sea Energy" layihəsi, eləcə də Naxçıvanda Günəş elektrik stansiyalarının gücünün artırılması ilə bağlı məlumatlara geniş yer ayırıb. Agentlik xəbərində, həmçinin Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı açıqlamalarına da yer verib.Agentlik Zəngəzur dəhlizi üzrə praktiki işlərin başlanması, Horadiz-Ağbənd avtomobil yolunun hazırkı vəziyyəti, dəmir yolunun 2027-ci ildə Ermənistan sərhədinə çatdırılmasının planlaşdırılması və marşrutun illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı barədə məlumatları oxucularına çatdırıb. Qeyd edilib ki, Naxçıvan dəmir yolunun yenidən qurulması və ümumi uzunluğunun 194,2 kilometrə çatdırılması, həmçinin 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur."Вестник Кавказа" Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi, eləcə də Zəngəzur dəhlizinin nəqliyyat imkanları ilə bağlı fikirləri xüsusi qeyd edib."NEWS.ru" portalı isə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə elektrik verilişi xətlərinin çəkilməsi layihəsinin hazır olması barədə Prezident İlham Əliyevin açıqlamasını yayıb.Gürcüstanın "Interpressnews.ge", "1TV.ge" və "BPN.ge" xəbər portalları da Prezident İlham Əliyevin fikirlərinə geniş yer verib."1TV.ge" saytı dövlətimizin başçısının Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın Ermənistan üçün əhəmiyyəti ilə bağlı açıqlamalarını oxucularına çatdırıb. Eyni zamanda, sənədin Ermənistan üçün kapitulyasiya aktı kimi qiymətləndirilməsi barədə fikirlərə də diqqət ayrılıb."Interpressnews.ge" portalının xəbərində qeyd edilib ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyətindədir. Bu istiqamətdə əsas marşrut Gürcüstan və Türkiyə ərazilərindən keçəcək. Eləcə də Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanıb. Sayt, həmçinin Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının bütün region üçün təhlükə mənbəyi olduğu, onun gec-tez fəaliyyətinin dayandırılmasının zəruriliyi və TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisində elektrikötürücü infrastrukturun yaradılması ilə bağlı fikirlərini ayrıca yayımlayıb."BPN.ge" isə yaydığı informasiyada Azərbaycanın Avropa enerji bazarına çıxmaq planını, bu məqsədlə Gürcüstan və Türkiyə üzərindən keçəcək marşrutun əhəmiyyətini ön plana çıxarıb. Portal dövlətimizin başçısının bu marşrutun hazırda yeganə çıxış yolu olması barədə fikrini sitat olaraq gətirib: "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik"."Ambebi.ge" saytı da öz oxucularına Prezident İlham Əliyevin Ermənistanın atom elektrik stansiyasının köhnəlməsi və regiona təhlükə yaratması, stansiya bağlandıqdan sonra yaranacaq enerji böhranı ilə bağlı fikirlərini təqdim edib.Türkiyə mediası da Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mühüm məqamları geniş işıqlandırıb."Anadolu Agentliyi", "Haberler.com", "Doğruhaber" və "Yeni Akit" kimi portallar xəbərlərində Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin icrasına başlanılması, dəhlizin illik ən azı 15 milyon ton yükdaşıma potensialı və onun nəqliyyatla yanaşı, fiber-optik, elektrik, gələcəkdə isə neft və qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı fikirlərinə geniş yer ayırıb."Yozgat", "Türkgün", "YeniBirlik", "SonDakika.com" və "Saraymedya" Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olmasına, Cəbrayılda böyük yarımstansiyanın inşasına və Zəngəzur dəhlizinin enerji komponentinə diqqət yetirib."Ankara NetHaber" enerji dəhlizinin Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyə və Avropaya uzanacağını, rəsmi İrəvan üçün alternativ enerji mənbəyi yarada biləcəyini vurğulayıb."Yeni Akit" qəzeti Ermənistanın atom elektrik stansiyasının yaratdığı təhlükəyə, "Fikirturu.com" portalı isə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında "C5+1" formatında nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın əhəmiyyətinə dair fikirləri oxucularına çatdırıb."TRHaber" ABŞ, Azərbaycan və Ermənistanın Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanatını işıqlandıraraq, sənəddə ötən il keçirilən görüşdən sonra əldə olunan irəliləyişlərə diqqət çəkildiyini, uzun illər davam edən münaqişəyə son qoyan təməlin möhkəmləndirilməsi və Cənubi Qafqazın daha firavan gələcəyə yönəldilməsi istiqamətində qətiyyətin ifadə olunduğunu qeyd edib.Şimali Kiprin "Kıbrıs Türk" informasiya portalı isə Prezident İlham Əliyevin Naxçıvana Ermənistan ərazisindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olması, Zəngəzur dəhlizinin yalnız nəqliyyat deyil, həm də enerji, fiber-optik və gələcəkdə neft-qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı açıqlamalarına yer verib. Portal, həmçinin yaradılacaq enerji dəhlizinin Naxçıvandan Türkiyəyə və Avropaya uzanacağını, Azərbaycanın elektrik enerjisi ilə Avropa bazarına çıxmaq planı ilə bağlı fikirləri təqdim edib.
  •  

Şamil Əliyevə  yüksək VƏZİFƏ VERİLDİ - FOTO  

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.Oxu24.com  xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək.Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində "Menecment" ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb, 2019-cu ildən isə DOST Agentliyində fəaliyyət göstərir.Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
  •  

"45 illiyimizi qeyd edirik" 

Müğənni Cavad Rəcəbov ailə həyatı qurmasının 45-ci ildönümünü qeyd edir. Oxu24.com  xəbər verir ki, o, bu barədə paylaşım edib. “Ömür-gün yoldaşım Nuradə xanım ilə evliliyimizin 45 illiyini qeyd edirik bu gün. Xoş arzular diləyən hər kəsə öncədən təşəkkürlər”, - deyə paylaşımda qeyd olunub.
  •  

Azərbaycan qazı Ermənistana satıla bilər? — İqtisadçıdan TRIPP layihəsi ilə bağlı MÜHÜM ŞƏRH  

Cənubi Qafqazda kommunikasiyaların bərpası və regional inteqrasiya məsələləri fonunda bölgənin yeni enerji xəritəsi formalaşır. Ermənistana təbii qaz tədarükünün diversifikasiyası üzrə İran və Azərbaycanla müzakirələrin aparılması barədə bu ölkənin hakim "Mülki müqavilə" partiyasının deputatı Sarkis Xandanyanın verdiyi açıqlama regional gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə TRIPP (Tramp Marşrutu) layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək kommunikasiya infrastrukturunun gələcəkdə Azərbaycan qazının Ermənistan bazarına çıxışını nə dərəcədə real perspektivə çevirməsi ekspertlər tərəfindən geniş təhlil olunur. Naxçıvana və oradan da Türkiyə ilə Avropaya uzanacaq marşrutların qurulması bölgədə tamamilə yeni iqtisadi reallıqlar yaradır. Bu cür təşəbbüslər həm də region ölkələri arasında iqtisadi asılılığın və uzunmüddətli sabitliyin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, sözügedən TRIPP layihəsi özündə çox geniş və əhatəli sahələri birləşdirir.İqtisadçı Pərviz Heydərov açıqlamasında bildirib ki, müzakirə olunan TRIPP layihəsi özündə yalnız avtomobil və ya dəmir yolunu ehtiva etmir. Bu layihə çərçivəsində eyni zamanda fiber-optik kabel xətlərinin çəkilməsi və digər müasir infrastruktur elementlərinin tətbiqi də nəzərdə tutulub. Əhatə dairəsi çox geniş bir konseptdir.Onun sözlərinə görə, ölkə başçısının da Naxçıvana səfəri zamanı verdiyi müsahibədə vurğuladığı kimi, biz artıq enerji şəbəkələrimizi Rusiya, İran, Gürcüstan və Gürcüstan vasitəsilə Türkiyə ilə inteqrasiya etmişik:“İndi isə Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyə və Avropaya uzanacaq yeni enerji dəhlizinin yaradılması planlaşdırılır və bu istiqamətdə işlər davam edir”.İqtisadçı dövlət başçısının fikirlərinə istinad edərək qeyd edib ki, ərazidə artıq zəruri işlər görülüb:"Prezident müsahibəsində xüsusi olaraq toxunmuşdu ki, biz öz ərazimizdə, hətta dəniz səviyyəsindən xeyli yüksəklikdə olan çətin relyeflərdə belə elektrik xətlərinin çəkilməsi, dirəklərin quraşdırılması işlərini başa çatdırmışıq. İndi analoji məsələlərin Ermənistan ərazisində də həlli qarşıda duran əsas vəzifələrdən biridir.Hətta bu günlərdə Ermənistanın baş naziri də müsahibəsində bildirmişdi ki, Azərbaycan mütəxəssisləri onların ərazisində olublar və bununla bağlı müvafiq təhlil, tədqiqat işləri aparıblar”.O həmçinin, vurğulayıb ki, bütün bu addımlar gələcəkdə Azərbaycan qazının Ermənistana satılmasını tamamilə real edir:"Bütün bu faktlar göstərir ki, TRIPP layihəsi çərçivəsində təkcə nəqliyyat marşrutları deyil, enerji daşıyıcılarının da keçidi planlaşdırılır. Prezident öz çıxışında açıq şəkildə bildirdi ki, fiber-optik kabellər və elektrik xətləri ilə yanaşı, gələcəkdə ehtiyac yaranarsa, bu marşrut üzrə neft və qaz kəmərlərinin də çəkilməsi mümkündür”.Son olaraq P.Heydərov əlavə edib ki, bütün bu layihələr baş tutacağı təqdirdə, Ermənistanın Azərbaycanın enerji resurslarından faydalanması tamamilə təbii və qaçılmaz proses olacaq. Necə ki, bu gün biz Ermənistana müəyyən neft məhsulları və enerji daşıyıcıları ixrac edirik, yakın perspektivdə Azərbaycanın Ermənistana birbaşa təbii qaz satacağı da tamamilə real hesab olunur.Çimnaz Telmanqızı
  •  

Azərbaycan əhalisi əczaçılıq xərclərini artırıb 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara1 milyard 79,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 23,8 % çoxdur.Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.
  •  

I qrupda bu il nə baş verəcək? - DİM sədrindən keçid balları ilə bağlı proqnozlar 

I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə builki müsabiqə vəziyyəti və keçid balları ilə bağlı proqnozlar açıqlanıb."Unikal" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin canlı yayımda bildirdiyinə görə, RK altqrupunda 600 və daha yuxarı keçid balı formalaşmış ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir. 500–600 bal intervalında yerləşən ixtisaslarda ötənilki keçid ballarının əsasən qorunacağı, 400–500 bal intervalında isə keçid ballarının təxminən 10 bal azalacağı proqnozlaşdırılır. 300–400 bal intervalında ciddi dəyişiklik gözlənilməsə də, 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə keçid ballarının təxminən 10 bal artacağı ehtimal edilir. Bu artım əsasən regional və özəl ali təhsil müəssisələrində müşahidə olunacaq. RK altqrupunda dövlət sifarişi üzrə yerlərə qəbul olmaq istəyən və 220 baldan yuxarı nəticə göstərən abituriyentlərin dövlət sifarişi ilə qəbul şansı yüksəkdir.DİM rəhbəri bildirib ki, Rİ altqrupunda 600 və daha yuxarı bal toplayan 569 nəfər var. Bu göstəriciyə əsasən, ötən il 600 baldan yuxarı keçid balı formalaşan ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal, 500–600 bal intervalında isə 20 bal aşağı düşəcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarında 5 baladək azalma, 300–400 və 200–300 bal intervallarında isə bəzi ixtisaslar üzrə 50 baladək artım ehtimal olunur.Məleykə Abbaszadə əlavə edib ki, Rİ altqrupunda bu il ilk dəfə bəzi ixtisasların müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə isə balı 50-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər. Bununla belə, həmin ixtisaslarda keçid ballarının 150 bala qədər enəcəyi gözlənilmir və qəbul əsasən ümumi balı 200-dən yuxarı olan abituriyentlər arasında aparılacaq. O, həmçinin bu il Rİ altqrupu üzrə subbakalavrların qəbul sayının azalacağını gözlədiklərini bildirib.DİM sədri xatırladıb ki, I ixtisas qrupu üzrə plan yerlərinin 75 faizi dövlət sifarişi əsasında ayrılıb və müsabiqəyə buraxılan abituriyentlər düzgün ixtisas seçimi etdikləri təqdirdə qəbul olmaq imkanları yüksəkdir.
  •  

İlham Əliyev fərman imzaladı 

Azərbaycanda istilik təchizatı sektorunda idarəetmə və dövlət nəzarəti mexanizmlərinin müasir bazar tələblərinə uyğunlaşdırılması, eləcə də bu sahədə hüquqi tənzimləmənin unifikasiyası məqsədilə fəaliyyət çərçivəsi yenidən qurulur.Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.Fərmana əsasən, Energetika Nazirliyinin Əsasnaməsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Nizamnaməsinə müvafiq əlavələr edilib. Yeni tənzimləmə ilə energetika sahəsindəki terminologiya yenilənərək qanunvericiliyə "elektroenergetika, istilik və qaz təchizatı sektorları" ifadəsi daxil edilib.Dəyişikliklərlə istilik enerjisi bazarında dövlət nəzarəti obyektlərinin təsnifatı dəqiqləşdirilib. Bundan sonra sahə üzrə tənzimləmə və nəzarət tədbirləri təkcə ümumi dövlət müəssisələrini deyil, birbaşa "təbii inhisar subyektləri"ni və "istilik təchizatı subyektləri"ni əhatə edəcək. Eyni zamanda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyət dairəsi genişləndirilərək, bazarın bütün iştirakçıları — qazı nəql edənlər, saxlayanlar və satıcılar tənzimləmə şəbəkəsinə inteqrasiya olunub.Sənədlə həmçinin "Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası"nda və enerji effektivliyi üzrə dövlət nəzarəti mexanizmlərində hüquqi uyğunlaşdırmalar aparılıb.
  •  

İş adamının qətlinin sifarişçisi Moldovada tutuldu - Azərbaycana gətirildi 

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu (icraçı) və Yusifov Tural Ərəstun oğlu (köməkçi) barəsində ibtidai istintaq Samux rayon prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.Xatırladaq ki, Ruslan Əsgərov Ukraynada yaşayıb və oradan Azərbaycana köçərək məskunlaşan iş adamı Aytəkin Hüseynovun qətlinin sifarişində ittiham edilir.
  •  

Prezident 2 fərman imzaladı 

Prezident İlham Əliyev “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Oxu24.com fərmanın mətnini təqdim edir:1. Müəyyən edilsin ki:1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 1.1.3-cü, 1.1.27-ci, 1.1.33-cü, 1.1.37-ci, 7.3-cü, 9.2–9.5-ci, 10.5-ci (hər iki halda), 11.1.6-cı, 11.3-cü, 12.1-ci, 12.3-cü, 13.1-ci, 13.2-ci maddələrində, 13.6-cı maddəsinin birinci cümləsində, 15.1-ci, 15.2-ci, 15.4-cü, 16.3-cü, 16.6-cı, 16.7-ci, 17.1-ci maddələrində, 17.3-cü və 17.4-cü maddələrinin ikinci cümlələrində, 17.6-cı, 18.1-ci maddələrində, 19.2-ci maddəsinin birinci abzasının və 19.3-cü maddəsinin birinci cümlələrində, 19.5-ci maddəsində, 21.4-cü maddəsinin ikinci cümləsində, 22.7-ci (hər iki halda) və 22.8-ci maddələrinin birinci abzaslarında, 22.11-ci, 25.1-ci (hər iki halda) və 25.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;1.2. həmin Qanunun 7.3-cü, 9.5-ci, 10.5-ci (ikinci halda), 11.1.6-cı, 11.3-cü, 12.3-cü, 13.2-ci maddələrində, 21.4-cü maddəsinin ikinci cümləsində və 25.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;1.3. həmin Qanunun 1.1.27-ci, 1.1.33-cü, 1.1.37-ci, 9.2–9.4-cü, 10.5-ci (birinci halda), 12.1-ci, 13.1-ci maddələrində, 13.6-cı maddəsinin birinci cümləsində, 15.1-ci, 15.2-ci, 15.4-cü, 17.1-ci maddələrində, 17.3-cü və 17.4-cü maddələrinin ikinci cümlələrində, 17.6-cı, 18.1-ci maddələrində, 19.2-ci maddəsinin birinci abzasının və 19.3-cü maddəsinin birinci cümlələrində, 19.5-ci maddəsində, 22.7-ci (hər iki halda) və 22.8-ci maddələrinin birinci abzaslarında, 22.11-ci və 25.1-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;1.4. həmin Qanunun 16.3-cü və 16.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur;1.5. həmin Qanunun 1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə kənd təsərrüfatı bitkilərinə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, meşə bitkilərinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;1.6. həmin Qanunun 16.7-ci maddəsində “orqan (qurum)” dedikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;1.7. həmin Qanunun 1.1.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:2.1. beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:2.1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını;2.1.2. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını;2.1.3. həmin Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, xidmət haqlarının məbləğlərini;2.1.4. həmin Qanunun 11.1.6-cı maddəsinə uyğun olaraq, ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması qaydasını;2.1.5. həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, toxum müfəttişlərinin vəsiqələrinin təsvirini və nümunəsini;2.1.6. həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, toxumçuluq sahəsində risklərin idarə olunması qaydasını;2.1.7. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, toxum əməliyyatçılarının Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatında qeydiyyata alınması qaydasını;2.1.8. həmin Qanunun 21.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydasını;2.1.9. həmin Qanunun 25.2-ci maddəsinə uyğun olaraq, toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin Nazirliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydasını;2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:3.1. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:3.1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq, toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, idxalı, ixracı, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi qaydalarını;3.1.2. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması qaydalarını;3.1.3. həmin Qanunun 17.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, toxumluq əkinlərin tarla nəzarətinin aparılması və tarla müfəttişlərinin fəaliyyətinin təşkili qaydalarını;3.1.4. həmin Qanunun 22.11-ci maddəsinə uyğun olaraq, sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarını (kütləsini);3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1207 (Cild I) birinci hissəsinin 2-ci bəndinə “pozulması” sözündən sonra “, ərzaq təhlükəsizliyi təminatı üzrə risklərin yaranması” sözləri əlavə edilsin.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132 (Cild I); 2024, № 3, maddə 257, № 4, maddə 394) 3.2-ci bəndində “bəndində” sözü “və 1.8-ci bəndlərində” sözləri ilə əvəz edilsin.6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137, № 7, maddə 642; 2026, № 3, maddə 216, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:6.1. 1-ci hissə üzrə:6.1.1. 1.2.5-ci yarımbənddə “sertifikatlı” sözü “sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş” sözləri ilə əvəz edilsin;6.1.2. 1.2.11-ci və 1.2.16-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:“1.2.11. toxum subsidiyası – ölkədə istehsal edilərək sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxumun və tingin satışına görə verilən subsidiya;”;“1.2.16. sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxum – “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatına daxil edilən sortun müvafiq keyfiyyətləri yazılı, o cümlədən elektron formada təsdiq olunmuş toxumu və tingi;”;6.2. 3.6-cı bəndin birinci abzasında “1-ci və 2-ci reproduksiyalı” sözləri “sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş” sözləri ilə əvəz edilsin.7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359; 2026, № 3, maddə 216, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:7.1. aşağıdakı məzmunda 3.1.3-5-ci və 3.2.3-5-ci yarımbəndlər əlavə edilsin:“3.1.3-5. “toxum” altsistemi;”;“3.2.3-5. “toxum” altsistemi vasitəsilə Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatının aparılması, toxumçuluq obyektləri və subyektləri barədə məlumatların toplanılması, təhlili və hesabatlılığının, habelə toxum əməliyyatçılarının qeydiyyatı, həmin informasiya ehtiyatından çıxarışın verilməsi və toxumun sertifikatlaşdırılmasının elektron qaydada təmin edilməsi;”;7.2. 5-ci hissə üzrə:7.2.1. 5.1.22-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:“5.1.22. seleksiya nailiyyətləri və onlardan istifadə üzrə bağlanılmış müqavilələr barədə məlumatlar;”;7.2.2. aşağıdakı məzmunda 5.1.22-1-ci yarımbənd əlavə edilsin:“5.1.22-1. toxumçuluqda istifadə edilən bitki materialları, toxumluq əkinlər, toxum əməliyyatçıları və toxumçuluğun digər obyektləri və subyektləri, habelə toxumçuluq sahəsində həyata keçirilən fəaliyyət barədə məlumatlar;”;7.3. 7-ci hissə üzrə:7.3.1. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 22-ci abzas əlavə edilsin:“22. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumluq əkinlərin tarla nəzarətinin aparılması, istehsal etdiyi toxumun sertifikatlaşdırılması və toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;”;7.3.2. 7.1.2-ci yarımbəndin 8-ci və 10-cu abzasları ləğv edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda 15-ci abzas əlavə edilsin:“15. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;”;7.3.3. 7.1.12-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.13-cü və 7.1.14-cü yarımbəndlər əlavə edilsin:“7.1.13. toxum müfəttişləri:1. qeydiyyatdan keçmək;2. elektron kabinetdən istifadə etmək;3. həyata keçirdikləri dövlət nəzarət tədbirləri üzrə məlumatları daxil etmək;7.1.14. tarla müfəttişləri:1. qeydiyyatdan keçmək;2. elektron kabinetdən istifadə etmək;3. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdikləri xidmətlər üzrə məlumatları daxil etmək.”.8. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 355 (Cild I) ləğv edilsin.***Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmanda deyilir:1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365 (Cild I); 2024, № 4, maddə 377, № 5 (I kitab), maddə 505) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 3.0.5-ci yarımbəndinə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” sözlərindən sonra “, “İstilik təchizatı haqqında” sözləri əlavə edilsin.2. “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 11, maddə 1020; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:2.1. 6.6-cı bənddə “elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin” sözləri “elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin;2.2. həmin Fərmanla təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi” üzrə:2.2.1. 1.1-ci bənddə “elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz olunsun və həmin bəndə “ötürücülər,” sözündən sonra “qazı nəql edənlər, saxlayanlar,” sözləri, “təchizatçılar” sözündən sonra “, qaz satıcıları” sözləri əlavə edilsin;2.2.2. 3.1.5-ci və 3.2.3-cü yarımbəndlərdə “elektrik və istilik enerjisi, habelə” sözləri “elektrik enerjisi, istilik və” sözləri ilə əvəz edilsin;2.2.3. 5.6-cı bənddə “elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin” sözləri “elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin.3. “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 1, maddə 23, № 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:3.1. adında və 1-ci hissədə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2. həmin Fərmanla təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:3.2.1. adında “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2.2. 1-ci hissə üzrə:3.2.2.1. 1.1-ci bənddə “elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2.2.2. 1.2-ci bənddə “və istilik enerjisi, habelə” sözləri “enerjisi, habelə istilik və” sözləri ilə əvəz edilsin;3.2.2.3. 1.3.1-ci yarımbənddən “nəql edənləri (istilik enerjisinə münasibətdə),” sözləri çıxarılsın;3.2.3. 2-ci hissə üzrə:3.2.3.1. adında və 2.1-ci bəndin birinci abzasında “Elektrik və istilik enerjisi təchizatı sahəsində” sözləri “Elektroenergetika və istilik təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;3.2.3.2. 2.1.1-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin” sözləri “təchizatı sektorunda təbii inhisar subyektlərinin” sözləri ilə əvəz edilsin;3.2.3.3. 2.1.2-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrin” sözləri “təchizatı subyektlərinin” sözləri ilə əvəz edilsin;3.2.3.4. 2.2.2-ci yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində” sözləri “təchizatı sektorunda təbii inhisar subyektlərində” sözləri ilə əvəz edilsin;3.2.3.5. 2.2.3-cü yarımbənddə “enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrdə” sözləri “təchizatı subyektləri tərəfindən” sözləri ilə əvəz edilsin;3.2.3.6. 2.2.4-cü yarımbənddən “enerjisi təchizatı” sözləri çıxarılsın;3.2.3.7. 2.6.2-ci yarımbənddə “təchizatı müəssisələri” sözləri “enerjisinin paylayıcıları” sözləri ilə əvəz edilsin;3.2.3.8. 2.6.6-cı yarımbənddə “enerjisinin təchizatı müəssisələri” sözləri “təchizatı subyektləri” sözləri ilə əvəz edilsin;3.2.4. 3-cü hissənin adında, 3.1-ci bənddə, 3.1.4-cü (birinci halda) və 3.6.2-ci yarımbəndlərdə “sahəsində” sözü “sektorunda” sözü ilə əvəz edilsin.4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 940 (Cild I); 2025, № 12 (I kitab), maddə 1162; 2026, № 1, maddə 30) ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndində “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin.
  •  

Sabah  29 min abonentin qazı kəsiləcək 

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.Bu barədə yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində korroziyaya uğramış d159 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin PE225 mm-lik polietilen qaz xətləri ilə əvəzlənməsi ilə əlaqədar yeni çəkilmiş xətlərin qaz mənbəyinə qoşulması məqsədilə təmir işləri aparılacaq.Bununla əlaqədar avqustun 14-də saat 10:00-dan "Şəhər-1" PE315 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin bir hissəsində qaz təchizatı dayandırılacaq.Nəticədə Sumqayıtın 1, 2, 3, 4, 5, 7-8-9, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 34 və 49-cu məhəllələri, 1, 2, 5 və 6-cı mikrorayonları, Qızılqum və Betonzavod əraziləri, həmçinin İnşaatçılar qəsəbəsində yaşayan ümumilikdə 29 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
  •  

İLHAM ƏLİYEV: "Zəngəzur dəhlizi açılandan sonra İrana ikinci dəmir yolu xətti açılacaq"   

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra ölkəmizdən İrana ikinci dəmir yolu xətti istifadəyə veriləcək. Dövlət başçısının sözlərinə görə, məhz Zəngəzur dəhlizindən Naxçıvana daxil olmaqla Culfa dəmiryol məntəqəsindən İrana uzanan xətt vasitəsilə bu layihə daha tez reallaşa bilər. Zəngəzur dəhlizinin reallaşması nəinki Cənubi Qafqaz, eləcə də Avropa, Asiya və Yaxın Şərq arasında yükdaşımaların dinamikasını köklü şəkildə dəyişməyə qadirdir. Bəs Zəngəzur dəhlizi İran üçün daha çox iqtisadi mənfəət vəd edir, yoxsa Azərbaycanın regionda artan nüfuzu qonşu ölkədə narahatlıq yaradır? Bu suala cavab tapmaq üçün Oxu24.com saytına açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizinin açılması həm region ölkələri, həm də region ətrafindakı dövlətlər üçün olduqca böyük əhəmiyyət daşıyır:“İlk növbədə, bu dəhliz geoiqtisadi xarakterli bir layihədir. Burada əsas məsələ Avropa və Asiya, eləcə də Asiya, Şimali Afrika, Ərəb dünyası və Fars körfəzi istiqamətində genişmiqyaslı, çoxvektorlu yükdaşımalar üçün yeni və mühüm imkanların yaranmasıdır. Bundan dünyanın bir çox ölkələri, o cümlədən Rusiya və İran da faydalana bilər. İran bu marşrut vasitəsilə müxtəlif istiqamətlərə çıxış əldə edərək yeni 'pəncərə' qazana bilər”.Politoloq qeyd edib ki, lakin hazırda İrandakı bəzi qüvvələr Zəngəzur dəhlizinin iqtisadi faydalarından daha çox geosiyasi maraqları ön plana çəkirlər. Onlar hesab edirlər ki, bu dəhliz Cənubi Qafqaz ölkələrini, xüsusən də Azərbaycanı daha da inkişaf etdirəcək, Bakının geopolitik iradəsini, mövqelərini və qlobal məkandakı yüksələn nüfuzunu möhkəmləndirəcək. Bu səbəbdən Tehran Azərbaycanın yalnız regionda deyil, qlobal müstəvidə güclü iradə sahibi kimi çıxış etməsini istəmir və imkan daxilində dəhlizin reallaşmasına müqavimət göstərməyə çalışır.Elçin Xalidbəylinin sözlərinə görə, müşahidələr göstərir ki, artıq Zəngəzur dəhlizinin reallaşma prosesinin qarşısını almaq demək olar ki, mümkün deyil:“Həm Avropada, həm də Asiyada bir çox dövlətlər bu dəhlizin açılmasında birbaşa maraqlıdırlar. Eyni zamanda, bu layihənin iştirakçıları sırasında Azərbaycan və Ermənistanla yanaşı, ABŞ kimi super güc də yer alır. Amerika Birləşmiş Ştatlarının Ermənistan ərazisindən keçəcək hissəyə nəzarəti və məsuliyyəti öz üzərinə götürməsi prosesin geriyədönməz xarakter aldığını göstərir. Belə bir şəraitdə Rusiya və İranın mövcud mövqeyi prosesə ciddi təsir göstərmək gücündə deyil və bu geoiqtisadi layihə hər bir halda reallaşacaq”,- deyə o fikrini tamamlayıb. Çimnaz Telmanqızı
  •  

Qorxu üzərində dindarlıq, yoxsa daxili vicdan? — İlahiyyatçıdan ÖNƏMLİ AÇIQLAMA  

Dini inancın və mənəviyyatın əsasında cəza qorxusunun, yaxud daxili vicdan və sevginin dayanması məsələsi hər zaman cəmiyyəti düşündürən əsas mövzulardan olub. Cəhənnəm və günah qorxusu insanı həqiqi mənada mənəvi davranışa yönəldir, yoxsa bu, sadəcə cəzadan çəkinmək hissidir? İslami dəyərlərin mahiyyətində qorxunun yeri və dindarlığın davamlılığı məsələsi cəmiyyətdə tez-tez müzakirə obyektinə çevrilir. Həqiqi imanın sevgi və rəhmət üzərində qurulduğunu vurğulayan mütəxəssislər, qorxunun yalnız müəyyən çərçivələrdə xəbərdarlıq rolu oynadığını bildirirlər. Mövzu ilə bağlı cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirmək üçün ilahiyyatçı Ağa Hacıbəyli Oxu24.com-a geniş açıqlama verib."İslamın təməli qorxu ilə deyil, 'Oxu' əmri ilə başlayır"İlahiyyatçı Ağa Hacıbəyli Oxu24.com-a açıqlamasında məsələnin mahiyyətini dərk etmək üçün ilk növbədə Qurani-Kərimə müraciət etməyin vacibliyini qeyd edib:"610-cu ildə Hira mağarasında İslamın ilk fundamental prinsipi olaraq enən ayə 'Oxu' ayəsidir, yoxsa qorxu ayəsi deyil. Yəni İslamın təməli, ruhu və bütün dəyərləri bir oxu əmri ilə başlayır.Qurani-Kərimin ilk surəsi Fatihədir. Siz Quran ölkəsinə daxil olduğunuz zaman başınızın üzərində 'Bismilləhir-Rəhmənir-Rəhim' — yəni Rəhman və Mehriban Allahın adı ilə oxu ifadəsini görürsünüz”.İlahiyyatçının sözlərinə görə, Uca Yaradan özünü bizə Rəhman və Rəhim olaraq tanıdır. 114 surənin başında heç bir yerde qorxu əmri görmürsünüz, daim rəhmət və mərhəmət görürsünüz. Qurani-Kərimin sonuncu, 114-cü surəsi olan Nəss surəsində belə, qorxu yox, Allaha sığınmaq — şərdən, şərlatanlardan və pis işlərdən Rəbbə sığınmaq təlqin olunur."Qorxudan doğan ibadət qul ibadətidir"Ağa Hacıbəyli bildirib ki, Quranda müxtəlif yerlərdə qorxunu ifadə edən feillərdən istifadə olunsa da, bunun ən ali səviyyəsi təqvadır:"Qorxunun ən zirvə nöqtəsi təqva ilə ortaya qoyulur. Təqva bizim anladığımız can qorxusu deyil, insanın pis və şər işlərdən uzaq qalması, daxili ləyaqətinə zidd olan əməllərdən çəkinməsidir.Həzrəti Əlinin bu mövzu ilə bağlı nöqtə qoyacaq çox gözəl bir kəlamı var: “Qorxudan doğan ibadət qul ibadətidir. Mənfəətdən doğan ibadət tacir ibadətidir. Sevgidən doğan ibadət isə azad insanın ibadətidir”.Deməli, insanın İslamı könüllü qəbul etməsindən doğan bir qulluq anlayışı əsasdır”.Cəhənnəm qorxusu kimlər üçündür?İlahiyyatçı insandakı qorxu hissinin qoruyucu funksiyasından və cəza anlayışının mahiyyətindən də söz açıb:"Allah-Taala insana qorxu hissini ona görə verib ki, insan öz həyatını təhlükələrdən qorusun. İslam dini mənəvi dəyərlərlə dolu bir dindir. Bu dinin içərisində mərhəmət, şəfqət və sevgi hissləri daha alidir. Lakin bu mərhəməti, sevgini və “Lə ilahə illallah” kəlməsini anlamayan, dünyadakı nemətləri fitnə-fəsada çevirən insanlar haqqında Qurani-Kərim qorxu kəlməsini işlədir. Çünki bu cür insanların sözlə, kəlamla anlayacaq bir şeyi yoxdur və Rəbbimiz onları əbədi həyatdakı cəhənnəm xəbərdarlığı ilə tərbiyə etmək istəyir”.Çimnaz Telmanqızı
  •  

Kardioloq ürəyin təhlükəli xəstəliklərini açıqladı  

Ürək-damar xəstəlikləri dünyada olduğu kimi, Azərbaycanda da insan sağlamlığı üçün ciddi təhlükə yaradan problemlər sırasında yer alır. Bəzi ürək xəstəlikləri uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bildiyi halda, bəzi hallarda vəziyyət qəfil ağırlaşır və təcili tibbi müdaxilə tələb olunur. Xüsusilə ürəyin qanla təminatının kəskin pozulması, ürək əzələsinin ciddi zədələnməsi və təhlükəli ritm pozğunluqları həyati risk yarada bilər.Kardioloq-terapevt İslam Əziz Oxu24.com-a açıqlamasında ürəyin ən təhlükəli və ağır gedişli xəstəlikləri barədə danışarkən bildirib ki, bu xəstəliklər arasında ilk növbədə kəskin miokard infarktı xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, miokard infarktı zamanı ürəyi qidalandıran koronar damarlardan biri qəfil tutulur və nəticədə ürək əzələsinin həmin hissəsinə qan və oksigen çatışmazlığı yaranır. Qan dövranı mümkün qədər tez bərpa edilmədikdə ürək əzələsində geri dönməz zədələnmə baş verə bilər.Mütəxəssis qeyd edib ki, infarkt zamanı vaxt amili olduqca vacibdir. Sinə nahiyəsində güclü və sıxıcı ağrı, ağrının sol qola, çiyinə, kürəyə və ya çənəyə yayılması, nəfəs darlığı, soyuq tər, ürəkbulanma, güclü halsızlıq kimi əlamətlər meydana çıxdıqda insan vəziyyəti sadə yorğunluq kimi qiymətləndirməməli və təcili tibbi yardım üçün müraciət etməlidir. Gecikmə ürək əzələsinin daha böyük hissəsinin zədələnməsinə, ağır ritm pozğunluqlarına, ürək çatışmazlığına və hətta ölümə səbəb ola bilər.İslam Əzizin sözlərinə görə, digər ciddi problemlərdən biri ağır ürək çatışmazlığıdır. Bu zaman ürək əzələsi öz funksiyasını lazımi səviyyədə yerinə yetirə bilmir və orqanizmin ehtiyac duyduğu miqdarda qanı damar sisteminə pompalamaq çətinləşir. Nəticədə xəstədə təngnəfəslik, tez yorulma, fiziki fəaliyyətə dözümsüzlük, ayaqlarda və bədənin digər nahiyələrində şişkinlik, gecələr nəfəs almaqda çətinlik kimi əlamətlər yarana bilər. Xəstəlik ağır mərhələyə çatdıqda müxtəlif orqanların qanla təminatının pozulması həyati təhlükə yarada bilər.Kardioloq xüsusilə ağır ürək ritm pozğunluqlarının da təhlükəli olduğunu vurğulayıb. Mədəcik taxikardiyası və mədəcik fibrilasiyası kimi ritm pozğunluqları zamanı ürəyin effektiv şəkildə qan pompalamaq qabiliyyəti kəskin şəkildə pozulur. Belə vəziyyətlərdə ürəyin fəaliyyəti saniyələr və dəqiqələr ərzində həyati təhlükəli həddə çata bilər. Vaxtında tibbi yardım göstərildikdə isə bəzi hallarda xəstənin həyatı xilas edilə bilər.Mütəxəssisin diqqət çəkdiyi digər ağır xəstəliklər sırasında aortanın daxili qatının cırılması, yəni aorta disseksiyası, həmçinin ağır aorta stenozu da yer alır. Bu xəstəliklər də vaxtında aşkar edilmədikdə ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə qəfil başlayan çox güclü sinə və ya kürək ağrısı, huşun itirilməsi, kəskin nəfəs darlığı və digər qeyri-adi simptomlar olduqda özbaşına müalicə ilə vaxt itirmək olmaz.İslam Əziz insanların ürək-damar sağlamlığına yalnız xəstəlik yarandıqdan sonra deyil, əvvəlcədən diqqət yetirməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, risk faktorları olan şəxslər, ailəsində ürək-damar xəstəlikləri müşahidə olunanlar, yüksək təzyiq, şəkərli diabet, yüksək xolesterin, artıq çəki və zərərli vərdişləri olan insanlar mütəmadi tibbi nəzarətdə olmalıdırlar.Kardioloq-terapevt 35 yaşdan sonra insanların ürək-damar sistemi ilə bağlı müayinələrə daha ciddi yanaşmasını tövsiyə edib. Onun fikrincə, mütəmadi həkim müayinəsi və risk faktorlarının vaxtında müəyyənləşdirilməsi bir sıra xəstəliklərin erkən aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər.Mütəxəssis sonda insanları sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə, səbəbsiz halsızlıq, huşsuzluq və digər şübhəli əlamətlərə laqeyd yanaşmamağa çağırıb. Belə simptomların səbəbi yalnız tibbi müayinə nəticəsində dəqiqləşdirilə bilər.
  •  

Qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət 

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Həmin müraciəti təqdim edir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.Eyni zamanda, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"FHN həmçinin təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
  •  

İşdən çıxarılmaq kredit borcunu dayandırırmı?  

İşdən çıxarılmaq və gəlir mənbəyini itirmək bir çox vətəndaş üçün ciddi maliyyə çətinlikləri yaradır. Xüsusilə üzərində bank krediti olan və ailədə yalnız özü çalışan şəxslər işsiz qaldıqdan sonra kredit ödənişlərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq keçirirlər. Belə vəziyyətlərdə ən çox verilən suallardan biri də işdən çıxarılmanın kredit öhdəliyinə təsir edib-etməməsidir.Hüquqşünasların izahına görə, şəxsin işdən çıxarılması və ya işsiz qalması, bir qayda olaraq, əvvəldən bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin avtomatik olaraq aradan qalxmasına səbəb olmur. Yəni vətəndaş kredit götürdükdən sonra işini itirirsə, bu hal onun banka olan borcunun silinməsi və ya kredit ödənişlərindən azad edilməsi üçün hüquqi əsas hesab edilmir. Kredit müqaviləsi qüvvədə qaldığı müddətdə borcalanın müqavilə üzrə öhdəlikləri də davam edir.Mütəxəssisin sözlərinə görə, işsiz qalan və kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkən şəxsin ilk növbədə banka müraciət etməsi daha məqsədəuyğundur. Vətəndaş mövcud vəziyyətini banka izah edərək kredit müqaviləsinin şərtlərinə yenidən baxılmasını və mümkün güzəştlərin tətbiq edilməsini xahiş edə bilər.Belə hallarda tərəflər arasında razılaşma əldə olunarsa, kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilə bilər. Məsələn, kreditin müddətinin uzadılması, aylıq ödəniş məbləğinin azaldılması və digər mümkün variantlar müzakirə oluna bilər. Lakin bu imkanların tətbiqi avtomatik hüquq kimi qiymətləndirilməməlidir. Konkret qərar bankın daxili qaydalarından, kredit müqaviləsinin şərtlərindən və borcalanın maliyyə vəziyyətindən asılı ola bilər.Digər tərəfdən, vətəndaşın işini itirməsi bankın kredit öhdəliyinin məsuliyyətini öz üzərinə götürməsi anlamına gəlmir. Qanunvericilikdə ümumi qayda olaraq “şəxs işləyərkən kredit götürüb, sonradan işdən çıxarılıbsa, həmin krediti başqa şəxs və ya dövlət ödəməlidir” məzmununda bir mexanizm nəzərdə tutulmayıb.Buna görə də işdən çıxarılan və gəliri azalan şəxsin banka müraciəti gecikdirməməsi vacibdir. Çünki ödənişlərin davamlı şəkildə gecikdirilməsi əlavə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər. Borcalan banka müraciət edərək öz vəziyyətinə uyğun həll yolunun müəyyənləşdirilməsini, kreditin restrukturizasiyasının mümkün olub-olmadığını və ödəniş qrafikinin dəyişdirilməsi imkanlarını öyrənə bilər.Mütəxəssislər həmçinin vətəndaşlara kredit müqaviləsinin şərtlərini diqqətlə nəzərdən keçirməyi, ödəniş imkanları məhdudlaşdıqda bankla yazılı şəkildə əlaqə saxlamağı və razılaşmanın şərtlərini sənədləşdirməyi tövsiyə edirlər. Belə yanaşma gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin qarşısının alınması baxımından da əhəmiyyətlidir.
  •  

Nikahsız verilən qızıllar kimə məxsusdur? Vəkil AÇIQLADI   

Vətəndaşların ailə münasibətləri ilə bağlı qarşılaşdığı məsələlər arasında toy zamanı verilən qızıl-zinət əşyalarının sonradan geri qaytarılması ilə bağlı mübahisələr də xüsusi yer tutur. Xüsusilə rəsmi nikah bağlanmadan faktiki ailə münasibətlərində yaşayan şəxslər ayrıldıqdan sonra onlara toy mərasimində hədiyyə edilmiş qızılların kimə məxsus olması ilə bağlı suallar yaranır.Məsələ ilə bağlı hüquqi yanaşmanı izah edən vəkil Əbdül Məhərrəmov Oxu24.com-a açıqlamasında bildirib ki, şəxsin özünə hədiyyə edilmiş qızıl-zinət əşyaları onun şəxsi mülkiyyəti hesab oluna bilər və həmin əmlakın geri qaytarılması tələb edilə bilər. Vəkilin sözlərinə görə, bu məsələdə əsas məqam qızılların konkret olaraq kimə hədiyyə edilməsinin və onların həmin şəxsin mülkiyyətində olmasının sübut edilməsidir.Vəkil qeyd edib ki, mübahisənin həlli zamanı mülkiyyət hüququnun müdafiəsinə dair qanunvericilik normalarına, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülkiyyət hüququnu və onun müdafiəsini tənzimləyən müddəalarına istinad etmək mümkündür. Əgər şəxs özünə məxsus olan qızıl-zinət əşyalarının qarşı tərəfdə qaldığını və həmin əşyaların ona qaytarılmadığını bildirirsə, onların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edə bilər.Burada rəsmi nikahın olub-olmaması da ayrıca müzakirə mövzusudur. Çünki toy mərasiminin keçirilməsi və faktiki ailə münasibətlərinin mövcudluğu avtomatik olaraq tərəflərin bütün əmlakının ümumi mülkiyyətə çevrilməsi demək deyil. Xüsusilə konkret olaraq bir şəxsə hədiyyə edilmiş qızıl-zinət əşyalarının həmin şəxsin fərdi mülkiyyəti kimi qiymətləndirilməsi məsələsi ortaya çıxa bilər.Əbdül Məhərrəmovun sözlərinə görə, qızılların geri alınması üçün məhkəməyə müraciət edən şəxs iddiasını mümkün qədər çox sübutla əsaslandırmalıdır. Toy mərasimindən çəkilmiş foto və videolar, qızılların həmin şəxsə təqdim edilməsini göstərən görüntülər, qızılların təsviri, yazışmalar, şahid ifadələri və digər sübutlar məhkəmə tərəfindən qiymətləndirilə bilər.Vəkil bildirib ki, qızıl-zinət əşyalarının hansı şəxsin mülkiyyətində olması müəyyənləşdirilərkən təkcə onların hazırda kimin əlində olması deyil, həmin əmlakın necə əldə edilməsi və kimə hədiyyə edilməsi də nəzərə alınmalıdır. Əgər qızılların məhz qadına və ya kişiyə hədiyyə edildiyi sübut olunursa, həmin şəxsin onları öz mülkiyyəti kimi tələb etməsi üçün hüquqi əsas yarana bilər.Bununla yanaşı, hər bir işin konkret hallarının fərqli olduğunu nəzərə almaq vacibdir. Qızılların sayı, onların fərdi xüsusiyyətləri, foto və videolarda görünməsi, hədiyyənin kimə edilməsi, tərəflərin izahatları və digər sübutlar məhkəmənin qiymətləndirməsinə təsir göstərə bilər. Buna görə də yalnız “toyda qızıl verilib” faktının mövcudluğu ilə işin nəticəsini əvvəlcədən dəqiq müəyyənləşdirmək düzgün olmaz.Əbdül Məhərrəmov vurğulayıb ki, qızıl-zinət əşyalarının geri qaytarılmadığını düşünən şəxslər məsələni hüquqi müstəvidə həll etmək üçün ilk növbədə əllərində olan sübutları toplamalı və bundan sonra müvafiq qaydada məhkəməyə müraciət etməlidirlər. Rəsmi nikahın bağlanmaması isə konkret olaraq şəxsin özünə hədiyyə edilmiş əmlak üzərində hüquqlarının avtomatik şəkildə aradan qalxması anlamına gəlmir.
  •  

Türkiyədə tur gəmisində yanğın  

Türkiyənin turistik Muğla şəhərində tur gəmisində yanğın baş verib.“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Muğlanın Fethiye bölgəsində qeydə alınıb.Gəmidə olan 115 nəfər xilasedici jilet geyərək yanan gəmidən suya tullanıb. Həmin şəxslər arasında uşaqlarında da olduğu bildirilir.Hazırda onların xilas edilməsi istiqamətində əməliyyat aparılır.
  •  

Əhaliyə xəbərdarlıq edildi: avqustun 17-dək ...

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
  •  

Milçəyin ayaqlarındakı qeyri-adi sirr  

Milçəklərin üzərimizdə və ya müxtəlif səthlərdə dayanarkən ön ayaqlarını bir-birinə sürtdüyünü yəqin ki, dəfələrlə görmüsünüz. İlk baxışdan bu hərəkət qəribə görünür və hətta milçəyin sanki “əllərini ovuşdurduğu” təəssüratı yaradır. Lakin bu davranışın arxasında olduqca maraqlı bioloji səbəb dayanır. Milçəyin ayaqlarını bir-birinə sürtməsi əslində onun gündəlik gigiyenasının və ətraf mühiti daha yaxşı qavramasının bir hissəsidir.Oxu24.com xəbər verir ki, milçəklərin dadı qəbul edən hissələri yalnız ağız nahiyəsində yerləşmir. Onların ayaqlarında da kimyəvi maddələri, xüsusilə qidanın dadı ilə əlaqəli molekulları qəbul etməyə imkan verən xüsusi hiss reseptorları var. Bu reseptorlar vasitəsilə milçək üzərinə qonduğu səthin qida olub-olmadığı barədə məlumat əldə edə bilir. Yəni milçək bir səthin üzərinə qonanda, ayaqları müəyyən mənada onun üçün “dadı yoxlayan” sensorlar kimi fəaliyyət göstərir.Məhz buna görə ayaqların təmiz olması milçək üçün olduqca vacibdir. Milçək müxtəlif səthlərə, qidaya və digər maddələrə qonduğu üçün ayaqlarının üzərində toz, qida hissəcikləri və müxtəlif kimyəvi maddələr toplana bilər. Ayaqlarını bir-birinə sürtməsi bu hissəciklərin və artıq maddələrin təmizlənməsinə kömək edir. Beləliklə, milçək növbəti dəfə başqa bir səthə qonanda ayaqlarındakı dad reseptorlarından daha effektiv istifadə edə bilir.Bu hərəkət yalnız ayaqların təmizlənməsi ilə məhdudlaşmır. Milçəklərin ağız aparatının təmizliyi də onlar üçün mühüm əhəmiyyət daşıyır. Milçəyin qida qəbul etməsində istifadə etdiyi ağız hissələri boruya bənzər quruluşa malikdir və maye qidaların qəbulunda iştirak edir. Milçək qidanı insan və ya digər heyvanlar kimi çeynəmir. Buna görə də ağız aparatının təmiz və funksional vəziyyətdə qalması onun qidalanması baxımından vacibdir.Milçəklərin bədənlərini və ayaqlarını təmizləməsi bununla da bitmir. Onlar bəzən ayaqlarını qanadlarına, başlarına və bədənlərinin digər hissələrinə sürtürlər. Bu, onların xarici səthlərində toplanan çirklərin və yad hissəciklərin uzaqlaşdırılmasına xidmət edir. Çünki milçəyin bədənində yerləşən hiss orqanlarının normal işləməsi üçün həmin strukturların mümkün qədər təmiz qalması lazımdır.Ən maraqlısı isə odur ki, bizim üçün sadə və mənasız görünən bu hərəkət milçəyin həyatda qalmasına kömək edən mühüm davranışlardan biridir. O, həm özünü təmizləyir, həm də qida axtararkən istifadə etdiyi hiss orqanlarının fəaliyyətini qoruyur. Başqa sözlə, milçək ayaqlarını sürtərkən sadəcə “əllərini yumaq” kimi görünən bir hərəkət etmir; eyni zamanda ətraf mühiti daha düzgün qiymətləndirmək üçün öz sensor sistemini hazırlayır.Bu səbəbdən milçəyin ayaqlarını bir-birinə sürtməsini müşahidə etdikdə bunu təsadüfi hərəkət kimi qiymətləndirməyin. Təbiətdə ən adi görünən davranışların belə arxasında milyonlarla il ərzində formalaşmış mürəkkəb bioloji mexanizmlər dayanır. Kiçik bir milçəyin bir neçə saniyəlik ayaq sürtməsi belə onun qidalanması, hiss etməsi və ətraf mühitə uyğunlaşması baxımından mühüm rol oynayır.
  •  

14 AVQUSTDA BİZİ NƏLƏR GÖZLƏYİR? — ULDUZ FALI

QoçSəhərdən maksimum səmərəli istifadə etməyə çalışın, çünki bu, günün ən uğurlu hissəsidir. Çox güman ki, bəzi təcili və mürəkkəb məsələləri həll etmək imkanı yaranacaq, üstəlik bunu təkbaşına etməyiniz vacib deyil. Yanınızda kömək və dəstək üçün müraciət edə biləcəyiniz insanlar olacaq.Günortadan sonra müsbət tendensiyaların təsiri azalmağa başlayacaq və bu, ilk növbədə işgüzar sahədə özünü göstərəcək. Həmkarlarla münasibətlər daha gərgin ola bilər, rəhbərliyin sizə qarşı iradlarının yaranması da istisna deyil. Bəzi Qoçlar isə köhnə səhvləri düzəltmək üçün kifayət qədər çox vaxt və güc sərf etməli olacaqlar. Lazım olan nəticəni əldə etmək mümkün olacaq, lakin yeni və daha perspektivli məsələlərə diqqətinizi yönəldə bilməməyiniz sizi çox məyus edəcək.BuğaGünün əvvəlində təşəbbüs göstərməyə dəyər. Bu, işgüzar baxımdan çox əlverişli vaxtdır və əgər israrlı olsanız, düşündüklərinizdən imtina etməsəniz, əvvəllər qarşınıza qoyduğunuz bir çox mühüm məqsədə çatacaqsınız. Bəzi Buğalar bunun üçün güclü rəqiblərlə mübarizəyə qoşulmalı olacaqlar, lakin bürc nümayəndələrinin bu mübarizədən qalib çıxmaq üçün bütün şansları var. Həmçinin gizli bədxahları ifşa etmək, son vaxtlar bir çox probleminizin yaranmasında kimin günahkar olduğunu anlamaq imkanı olacaq.Günün ikinci yarısı gözlənilməz qayğı və çətinliklər gətirə bilər. Ailədə xoş, lakin planların dəyişdirilməsini və ya ciddi xərcləri tələb edən bəzi mühüm hadisələr istisna deyil. Bundan əlavə, bu vaxt yaxın bir insanın emosional dəstəyinə ciddi ehtiyac duya bilərsiniz, lakin bunu etiraf etməyə həmişə hazır olmayacaqsınız. Çox şey ətrafınızdakı insanların sizi nə dərəcədə yaxşı tanımasından və anlamasından asılı olacaq.ƏkizlərGünün əvvəlində çox şey yaxşı alınacaq və bundan yararlanmağa dəyər. Vacib işlərə elə səhərdən başlayın, beləliklə ciddi səy göstərmədən uğur qazanmaq şansınız daha çox olacaq. Bir çox Əkizlərə əvvəllər əldə etdikləri bilik və bacarıqlar kömək edəcək. Onların sayəsində bürc nümayəndələri düzgün qərarlar verəcək, bədxahların qurduğu tələlərə düşməyəcək və qarşıya qoyulan məqsədlərə doğru sürətlə irəliləyəcəklər.Günün ikinci yarısı bir qədər çətin olacaq. Bu vaxt da ciddi problemlər yaranmayacaq, lakin bəzi xırda çətinliklər əhvalınızı poza və əvvəllər düzgün qərarlar verib-vermədiyiniz barədə düşünməyə vadar edə bilər. Ən həssas Əkizlərdən bəziləri özlərinə, bilik və təcrübələrinə şübhə etməyə başlayacaqlar və vaxtilə bürc nümayəndələrinin ciddi kömək göstərdiyi həmkarların, dostların və sadəcə yaxşı tanışların dəstəyi onlar üçün çox vacib olacaq.XərçəngSəhər bəzi məsələləri tez həll etməyə və ya əvvəlki gün məşğul olduqları işləri başa çatdırmağa ümid edən Xərçəngləri narahat edəcək. Gözlənilmədən çətinliklər yarana, bəzi xırda səhvlər və yanlış hesablamalar baş verə bilər. Başqa vaxt buna sakit yanaşa bilərdiniz, lakin bu gün emosional fon özü kifayət qədər gərgindir və buna görə hətta kiçik bir uğursuzluq belə, demək olar ki, əsl fəlakət kimi görünə bilər.Zaman keçdikcə müsbət tendensiyaların təsiri güclənəcək. Günün ikinci yarısı bir çox Xərçəngi sevindirəcək. Bu vaxt işgüzar ünsiyyət üçün əlverişli olacaq və faydalı tanışlıqlar qurmaq imkanı verəcək. Hətta yeni nüfuzlu müttəfiqlər tapmağınız da istisna deyil. Ulduzlar bu vaxt xüsusilə ictimai fəaliyyət, siyasət və ya xeyriyyəçiliklə məşğul olan Xərçənglərə xüsusi rəğbət vəd edir.ŞirGünün başlanğıcı xırda çətinliklər gətirə bilər. Baş verən hər şeyə çox kəskin reaksiya verməsəydiniz, bunda böyük problem olmazdı. Bu vaxt bir çox Şir üçün istənilən uğursuzluq özünəinamlarına çox ağrılı zərbə vura bilər. Bir-birinin ardınca qələbələr qazanmağa öyrəşmiş bürc nümayəndələri keçilməz bir maneə ilə üzləşdiklərini hiss edəcəklər. Onlar üçün həm kimdənsə kömək istəmək, həm də planlarına yenidən baxaraq yeni strategiya hazırlamaq çətin olacaq. Bütün bunlar uğursuz qərarlara və ölçülüb-biçilmiş qərarlar qəbul etməyə mane olacaq gərginliyə səbəb ola bilər.Şəxsi münasibətlər baxımından günün ikinci yarısı da birinci yarısından daha əlverişli olacaq. Günortadan az sonra insanlarla yola getməyin asanlaşdığını, onların çox vaxt sizi yarım sözdən anladığını və əvvəlkindən daha həvəslə sizə güzəştə getdiyini görəcəksiniz. Mübahisə etmək, münasibətləri aydınlaşdırmaq və ya sizin üçün əziz olan insanlardan incimək üçün səbəb olmayacaq.QızGünün əvvəlində müsbət tendensiyaların təsiri kifayət qədər güclü olacaq və çoxdan düşündüklərinizi həyata keçirmək üçün bundan yararlanmağa dəyər. Bu məsləhət təkcə işgüzar sahəyə deyil, şəxsi münasibətlərə də aiddir. Məsələn, kimisə görüşə dəvət etmək və ya hisslərinizi etiraf etmək istəyirdinizsə, bunu məhz səhər edə bilərsiniz. Nəticə hətta gözlədiyinizdən də yaxşı olacaq.Günün ikinci yarısında vəziyyət bir qədər çətinləşəcək. Həlli o qədər də asan olmayan məsələlər ortaya çıxacaq və bəzi Qızlar işə diqqətlərini yönəltmək üçün planlaşdırılmış görüşləri, əyləncələri və ya səfərləri təxirə salmalı olacaqlar. Şərait tələb etdiyi üçün hətta iş vaxtından artıq işləmək məcburiyyətində qalmağınız da istisna deyil.TərəziGünün sakit başlanğıcı yığılıb qalmış bəzi işləri tələsmədən qaydaya salmağa imkan verəcək, həmçinin dəstəyini qazanmaq istədiyiniz insanlarla ünsiyyət qurmaq fürsəti yaradacaq. Bu, ümumi planları müzakirə etmək üçün çox əlverişli vaxtdır. Uzunmüddətli əməkdaşlıq barədə razılığa gəlmək və ya birgə layihələr üzərində işləmək üçün bəzi imkanları nəzərdən keçirmək olar.Günün ikinci yarısı işgüzar sahədə dəyişikliklər gətirə bilər. Çox güman ki, məşğul olduğunuz bütün məsələləri təxirə salmalı və başqa, daha təcili, vacib və eyni zamanda maraqlı bir işə keçməli olacaqsınız. Hər şeyin öhdəsindən dərhal gələcəyinizi söyləmək olmaz, lakin çox şey öyrənmək və yaxın zamanda sizə lazım olacaq təcrübə qazanmaq şansınız olacaq.ƏqrəbGünün əvvəlində daha tez-tez təşəbbüs göstərin. Hətta bəzi ideya və təklifləriniz dərhal dəstək qazanmasa belə, israrlı olun, düşündüklərinizi dərhal həyata keçirməyə başlamağın yolunu tapmağa çalışın, çünki məhz günün başlanğıcı məhsuldar və uğurlu olacağını vəd edir.Təəssüf ki, müsbət tendensiyaların təsiri kifayət qədər sürətlə azalacaq və artıq günortadan sonra irəliləməyin getdikcə çətinləşdiyini hiss edəcəksiniz. Burada ətrafınızdakılarla münasibətlərinizin necə formalaşması da az rol oynamayacaq. Bu, həm həmkarlara, həm rəhbərliyə, həm dostlara, həm də yaxın insanlara aiddir. Məlum ola bilər ki, onlar nəinki sizi dəstəkləmirlər, hətta istəmədən sizə çətinliklər yaradırlar və həmin çətinlikləri aradan qaldırmaq çoxlu güc tələb edir.OxatanGünün əvvəlində çoxlu yaxşı ideyalar yaranacaq və ümumilikdə bu vaxt çox əlverişli olacaq. Bir çox planları həyata keçirmək üçün münasib vaxtdır. İşə diqqətini yönəldən Oxatanlar peşəkar mövqelərini möhkəmləndirə, nəyə qadir olduqlarını göstərə və rəhbərliyin etimadını qazana biləcəklər. Qəbul edilən qərarların çox uğurlu olması və onlardan birinin karyeranızda yeni mərhələnin başlanğıcını qoyması istisna deyil.Bu gün sizi məyus edə biləcək yeganə sahə, bəlkə də, sevdiyiniz insanla münasibətlərdir. Münasibətlər bəzən gərgin ola bilər. Bu, xüsusilə axşam iş, maliyyə və ya ümumiyyətlə gələcəklə bağlı narahatlıqlarınızı bölüşmək qərarına gəlsəniz, daha aydın hiss olunacaq. Sizdən pozitivlik, nikbinlik və şən əhval gözləniləcək, siz isə çox güman ki, bütün bunları təmin edəcək əhvalda olmayacaqsınız. Lakin münaqişədən qaçmaq mümkün olacaq. Sevdiyiniz insan sonda daxilinizdə nələr baş verdiyini anlayacaq və sizi dəstəkləməyə çalışacaq.OğlaqGünün əvvəlində qətiyyətlə hərəkət etməyə hazır olacaqsınız və məhz bu, bir çox işdə, o cümlədən çox yaxın vaxtlara qədər öhdəsindən gəlmək mümkünsüz görünən məsələlərdə uğur qazanmağa imkan verəcək. İşlə bağlı məsələlərdə Oğlaqlar həsəd aparılacaq dərəcədə ixtiraçılıq nümayiş etdirəcək, bəzi qeyri-standart qərarlar qəbul edəcək və bunun sayəsində başqalarının yalnız xəyal edə biləcəyi nəticələr əldə edəcəklər.Günün ikinci yarısı da pis keçməyəcək, lakin bu vaxt emosional fonun gərginliyi yüksək olacaq. Buna görə əhvalınız dəyişkən ola bilər, istənilən xırda məsələyə kəskin reaksiya verməyə, vəziyyəti dramatikləşdirməyə və həll edilməli problemlərin mürəkkəbliyini şişirtməyə meylli olacaqsınız. Sizinlə ünsiyyət qurmaq nəzərəçarpacaq dərəcədə çətinləşəcək. Sizi hələ yaxşı tanımayan insanlar etibarlı müttəfiq və tərəfdaş ola biləcəyinizə şübhə edə bilərlər. Daha sonra onları bunun əksinə inandıra biləcəksiniz.DolçaGünün əvvəlində gözlənilməz bir hadisə baş verə bilər, lakin belə bir hadisə sizi narahat etməyəcək və planlarınızın həyata keçirilməsinə mane olmayacaq. Bir çox Dolçaya intuisiya baş verənlərdən necə faydalanmağın mümkün olduğunu göstərəcək. Bürcün bu nümayəndələri mühüm işgüzar və şəxsi məsələlərin həllində nəzərəçarpacaq dərəcədə irəliləyəcəklər.Günün ortası müstəqil fəaliyyətdən daha çox birgə iş üçün münasib olacaq. Bir çox Dolça üçün bu vaxt kiminləsə məsləhətləşmək, öz ehtimallarını, ideyalarını və planlarını müzakirə etmək, eləcə də sadəcə başqa bir insanın fikrini dinləmək imkanı çox vacib olacaq. Axşam yaxınlaşdıqca emosional vəziyyət bir qədər pisləşə bilər və bu, ilk növbədə həmkarlar, rəhbərlik və ya sizi məhz işgüzar maraqların bağladığı digər insanlarla ünsiyyətə təsir edəcək. Sizə elə gələ bilər ki, bu insanlar ya sizi lazımınca qiymətləndirmirlər, ya da qəsdən özünüzə olan inamınıza zərbə vurmağa çalışırlar; onlarla ünsiyyət bir çox Dolçadan səy tələb edəcək. Mürəkkəb iş məsələlərinin müzakirəsini təxirə salmaq mümkündürsə, məhz belə etmək lazımdır.BalıqlarHətta adi işlər belə həmişəkindən daha çox səy tələb edə bilər və başqa insanların iştirakını tələb edən istənilən məsələnin həlli uzanacaq. Çətin ki, buna hansısa şəkildə təsir edə biləsiniz, buna görə sadəcə səbirli olmaq daha yaxşıdır.Bütün bunlar bürc nümayəndələrinin ümumi əhvalına təsir edəcək. Bir çox Balıq əsəbi və səbirsiz olacaq, hətta yaranmış vəziyyətlə heç bir əlaqəsi olmayan insanlara belə hirslənə bilər. Bu, problemlərə — ilk növbədə işgüzar münasibətlərdə problemlərə səbəb olacaq, çünki həm həmkarlar, həm rəhbərlik, həm də bir çox tərəfdaş sizin sakit və mehriban olmağınıza, həvəslə güzəştə getməyinizə öyrəşiblər. Bu gün sizə yanaşma yolu tapmaq çox çətin olacaq və bunun hətta bəzi peşəkar məqsədlərə vaxtında çatmağınıza mane olması istisna deyil.
  •  

Bakı metrosunda təmirlə əlaqədar sabahdan ekspres marşrutları fəaliyyətə başlayır

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.Dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.Bu barədə "APA-Economics"ə AYNA-dan bildirilib.Yeni ekspres marşrutlar bunlardır:M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərəcək.Sərnişinlərə xidmət göstərəcək yeni ekspres avtobusların dayanacaq məntəqələri ilə videoda: https://www.youtube.com/watch?v=ErGd9-3jEUw tanış ola bilərsiniz.Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.Bu gündən isə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.
  •  

Orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb 

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 872 manat təşkil edib.Bu barədə Oxu24.com-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 % artaraq 1 174 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
  •  

Ev heyvanlarının görünməyən dili  

Ev heyvanlarının davranışları bəzən bizə adi və təsadüfi görünür. Lakin onların miyoldaması, hürməsi, sahibinin arxasınca getməsi, əlinə toxunması və ya oyun zamanı müəyyən səslər çıxarması əslində ünsiyyət formasıdır. Pişiklər və itlər insanlarla birlikdə yaşamağa uyğunlaşdıqca onların davranış repertuarında insanlara yönəlmiş xüsusi siqnallar da formalaşıb.Oxu24.com-un məlumatına əsasən, məsələn, pişiyinizin sizə daim eyni və ya oxşar səslə miyoldadığını müşahidə edə bilərsiniz. Pişiklər miyoldamadan əsasən insanlarla ünsiyyətdə istifadə edirlər. Balaca pişiklərin analarına qarşı çıxardığı səslər yetkinlik dövründə də müəyyən mənada davam edə bilər. Ev şəraitində yaşayan pişik isə zamanla sahibinin hansı səsə necə reaksiya verdiyini öyrənir. Əgər müəyyən bir miyoldama yeməklə nəticələnirsə, pişik həmin səsi yenidən istifadə edə bilər. Eyni şey qapının açılması, diqqət göstərilməsi və ya oyun üçün də keçərlidir.Bu səbəbdən “pişiklər sahiblərinə gizli ad verir” fikri maraqlı olsa da, bunu insanlardakı adlandırma anlayışı ilə eyniləşdirmək olmaz. Daha doğru ifadə budur ki, pişik konkret insanla ünsiyyət qurmaq üçün həmin şəxsə uyğunlaşmış xüsusi səs və davranışlardan istifadə edə bilər.Pişiklərin insanlara münasibətində başqa maraqlı xüsusiyyət də onların sahibini təhlükəsizlik və rahatlıq mənbəyi kimi qəbul etməsidir. Xüsusilə kiçik yaşlarından insanlarla böyüyən pişiklər sahibinin yanında özlərini daha rahat hiss edə bilirlər. Sizin yanınızda yatması, sizi evin bir otağından digərinə qədər izləməsi, ayaqlarınıza sürtünməsi və ya pəncələri ilə yumşaq səthə basması onun rahatlıq və sosial bağlılıq göstərən davranışları ola bilər.İtlərdə isə ünsiyyət daha çox bədən dili ilə müşayiət olunur. Məsələn, itin sahibinin əlini yüngülcə dişləməsi ilk baxışda qorxulu görünsə də, bu hər zaman aqressiya demək deyil. Xüsusilə balaca itlər ətrafı ağızları ilə kəşf edir, oyun zamanı dişlərindən istifadə edir və sahibinin əlini oyuna dəvət vasitəsi kimi görə bilirlər. Bununla belə, dişləmə güclüdürsə, it bədənini gərirsə, dişlərini göstərirsə, qulaqlarını geri çəkirsə və ya təhlükə siqnalları verirsə, vəziyyətə daha ciddi yanaşmaq lazımdır.İtin sahibinin şalvarını, paltarını və ya ayağını çəkməsi də çox vaxt diqqət və oyun istəyi ilə bağlı ola bilər. Xüsusilə enerjili və kifayət qədər hərəkət etməyən itlər sahibinin hərəkət edən paltarını oyuncağa çevirə bilirlər. Bu davranışın qarşısını yalnız danlamaqla almaq əvəzinə, itin fiziki aktivliyini artırmaq, ona uyğun oyuncaqlar vermək və düzgün davranışı mükafatlandırmaq daha faydalı ola bilər.Dartışma oyunları zamanı itin xırıltılı səslər çıxarması da maraqlı davranışlardan biridir. İnsan bunu bəzən “it hirsləndi” kimi başa düşə bilər. Halbuki bəzi itlər oyun zamanı hürür, xırıldayır, bədənlərini hərəkət etdirir və oyuncağı daha güclü çəkməyə çalışırlar. Əgər itin bədəni rahatdırsa, hərəkətləri çevikdirsə və oyundan sonra normal davranırsa, bu səs çox vaxt həyəcan və oyunla əlaqəli ola bilər.Ən vacib məqam isə budur ki, heyvanların davranışlarını bircə əlamət əsasında qiymətləndirmək olmaz. Pişiyin miyoldaması və ya itin xırıldaması təkbaşına kifayət qədər məlumat vermir. Səsin tonu, bədən vəziyyəti, quyruğun hərəkəti, qulaqların vəziyyəti, göz kontaktı və hadisənin baş verdiyi şərait birlikdə nəzərə alınmalıdır.Bir sözlə, ev heyvanlarımız bizim dilimizdə danışmasalar da, özlərinə məxsus zəngin ünsiyyət sistemlərinə sahibdirlər. Onları diqqətlə müşahidə etdikcə hansı hərəkətin oyun, hansının diqqət istəyi, hansının qorxu və ya narahatlıq ifadəsi olduğunu daha yaxşı anlamaq mümkündür. Bəlkə də illərdir “ərköyünlük” və ya “qəribəlik” kimi qəbul etdiyimiz bir çox davranış əslində onların bizə göndərdiyi mesajlardır.
  •  

Sabah çimərliklərdə hava şəraiti necə olacaq? 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, avqustun 14-ü çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
  •  

Sosioloq “ideal vətəndaş” anlayışını AÇIQLADI: Bu obraz necə formalaşır?  

Müasir cəmiyyətdə hər bir fərddən qanunlara əməl etmək, ictimai qaydalara riayət etmək və yüksək sosial məsuliyyət nümayiş etdirmək gözlənilir. Bəs əslində “yaxşı vətəndaş” anlayışının sərhədlərini kim müəyyənləşdirir və bu obraz insanların şüurunda necə formalaşır? Ailə, məktəb, media, sosial çevrə və bədii ədəbiyyatın fərdin vətəndaş kimliyinin yetişməsində rolu nə dərəcədə böyükdür? Günümüzdə milli dəyərlərə zidd olan subliminal mesajlar və kosmopolit iddialar gənclərin düşüncəsinə necə təsir edir? Bu kimi vacib suallara cavab tapmaq üçün mövzunu mütəxəssis baxışı ilə təhlil etməyə ehtiyac yaranır. Oxu24.com-un növbəti həmsöhbəti sosioloq Üzeyir Şəfiyevdir.Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüb. O bildirib ki, “ideal vətəndaş” о vətəndaşdır ki, vətənin dar günündə, çətin günündə vətən daşı olmağı bacarsın. Yəni vətənin harayına, vətənin səsinə və vətənin çağırışına hər an əsgər kimi hazır olsun. Və düşünməsin ki, vətən onun üçün nə edib, düşünməlidir ki, mən vətən üçün nə edə bilərəm. İdeal vətəndaş portret cizgiləri məhz belə olmalıdır.Onun sözlərinə görə, belə vətəndaş obrazını da, belə vətəndaş kimliyini də ailə, məktəb, cəmiyyət, media, kütləvi informasiya vasitələri və ən güclü təsir imkanlarına malik olan bədii ədəbiyyat yarada bilər:“Vətən insanın əbədi və əzəli sığınacağı, güvəndiyi dəyərdir və vətənsiz, yurdsuz insan özünə və həyata güvənsiz ola bilər. Ona görə hesab edirəm ki, ideal vətəndaş məhz vətənin, yurdun ağrılarını içindən keçirməyi bacaran, onu duyan, vətəni gözləyə biləcək təhdidlərin qarşısını almağa hazır olan, vətənin, yurdun gücünə güc qatan bir insandır əsl vətəndaş, ideal vətəndaş. Və hər daim bunu insanlara təlqin və təbliğ etmək lazımdır”.Sosioloq qeyd edib ki, insanlara müxtəlif güc mərkəzləri oyunlar,seriallar, cizgi filmləri vasitəsilə vətənsizlik, kosmopolit ideyaları təlqin etmək istəyirlər:“Bu istiqamətdə sayıq olmaq lazımdır ki, belə subliminal mesajlar göndərən, insanların beynini, düşüncəsini yuyan təbliğ və təşviq alətlərinin qarşısını almaq lazımdır. Ona görə sosial şəbəkələrdə də süzgəc mexanizmləri olmalıdır, tətbiq olunmalıdır. İdxal olunan ədəbi əsərlər filtr olunmalıdır, süzgəcdən keçirilməlidir ki, belə dəyərlər aşılayan əsərlər ölkəmizə yol tapmamalıdır”.Üzeyir Şəfiyev vurğulayıb ki, daha çox vətənpərvərlik mövzularında əsərlər, eyni zamanda vətən ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda həlak olmuş şəhidlərimizin və qazilərimizin təbliğ-təşviqinə hər daim ehtiyac var, onların həmişə məqamı yüksək olmalıdır. Bu, ailələrdə də, məktəblərdə də, mediada da, cəmiyyətdə də belə olmalıdır:“Vətənin uğrunda döyüşən, canlarını fəda edən insanların hər daim müqəddəs, əziz tutulması, güman edirəm ki, vətəndaş kimliyinin formalaşmasında çox böyük əhəmiyyətə malik ola bilər. Ona görə biz hər daim bu məqamları diqqətdə saxlamalıyıq. 44 gün davam edən və zəfərlə başa çatan İkinci Qarabağ savaşının həm arxa cəbhə, həm ön cəbhədəki hadisələrini, Azərbaycan xalqının fədakarlığını müxtəlif vasitələrlə, müasir innovativ texnologiyalar vasitəsilə uşaq və yeniyetmələrə, gənclərə çatdırmaq, ötürmək və sosial varislik yolu ilə onu gələcək nəsillərə ötürmək ideal vətəndaş obrazının gələcək nəsillərdə formalaşmasına töhfə verə bilər”.Çimnaz Telmanqızı
  •  

Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu 

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.Oxu24.com bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir./Medianews.az
  •  

Döymələr niyə bədəndən silinmir? — İmmunitet sisteminin bənzərsiz mexanizmi  

İnsanlar bədənlərinə müxtəlif döymələr (tatu) vurdurduqdan sonra bu mürəkkəb nişanələrinin illərlə, hətta ömür boyu dəridən silinməməsi hər zaman maraq doğuran mövzulardandır. Oxu24.com xəbər verir ki, bu prosesin pərdəarxasında insan orqanizminin və immunitet sisteminin diqqətçəkən bir mexanizmi dayanır.Döymə vurulan zaman xüsusi iynələr vasitəsilə mürəkkəb dərinin dərin qatlarına və damarların yerləşdiyi nahiyəyə yeridilir. İmmunitet sistemi bu mürəkkəbi dərhal bədən üçün kənar, yad bir təsir (təhdid) kimi qəbul edir.Bədənin müdafiə sistemi hərəkətə keçərək makrofaq adlı immun hüceyrələrini həmin nahiyəyə göndərir. Makrofaqların əsas vəzifəsi daxil olan mürəkkəb zərrəciklərini uzaqlaşdırmaq və məhv etməkdir. Hüceyrələr mürəkkəb zərrəciklərini udurlar, lakin mürəkkəbin tərkibini tam həzm edə və ya məhv edə bilmirlər.Nəticədə mürəkkəblə dolan bu hüceyrələr zamanla ölür. Lakin onların yerini dərhal yeni makrofaq hüceyrələri alır. Yeni gələn hüceyrələr də həmin mürəkkəb zərrəciklərini yenidən udur və bu dövrü proses fasiləsiz olaraq təkrar olunur. Beləliklə, döymələr əslində daxili hüceyrələrimizin bir növ "qəbiristanlığına" çevrilir və mürəkkəb dəri altında sabit qalır.Mütəxəssislər bildirirlər ki, zaman keçdikcə dərinin yaşlanması, zəifləməsi, dartılması və ya xarici amillərin təsiri ilə döymələrin rəngi bir qədər solsa da, bu biologik mexanizm sayəsində onlar tamamilə yoxa çıxmir və ömrün sonunadək bədəndə qalır.
  •  

1, yoxsa 15 sentyabr - Məktəblər nə vaxt açılacaq? 

Hər il yeni tədris ili yaxınlaşdıqca valideynlərin və şagirdlərin ən çox maraqlandığı məsələlərdən biri dərslərin hansı tarixdə başlayacağıdır. Son illərdə isə bu sual ətrafında daha bir müzakirə diqqət çəkir: Azərbaycanda tədris ili sentyabrın 15-i əvəzinə sentyabrın 1-də başlaya bilərmi?Oxu24.com  xəbər verir ki, ötən il bu məsələ ilə bağlı ictimaiyyətdə kifayət qədər geniş müzakirələr aparılmışdı. Təhsil ekspertləri, valideynlər və digər maraqlı tərəflər dərs ilinin sentyabrın ilk günündən başlanmasının mümkün üstünlüklərini gündəmə gətirmişdilər.Təklifin əsas arqumentlərindən biri tədris müddətinin daha səmərəli bölüşdürülməsi ilə bağlı idi. Sentyabrın 1-dən dərslərin başlamasının iyun ayında tədris prosesinin davam etdiyi dövrü qısalda, isti hava şəraitinin şagird və müəllimlərə yaratdığı çətinlikləri müəyyən qədər azalda biləcəyi bildirilirdi. Digər tərəfdən, dünyanın bir sıra ölkələrində tədris ilinin sentyabrın əvvəlində başlaması da bu təklifin tərəfdarları tərəfindən nümunə kimi göstərilirdi.Bununla belə, tədris ilinin başlanma tarixinin dəyişdirilməsi yalnız təqvimdə bir rəqəmin dəyişməsi demək deyil. Belə bir qərar tədris proqramlarının müddətinə, imtahan cədvəllərinə, müəllimlərin iş qrafikinə, yay tətilinin uzunluğuna və ümumilikdə təhsil prosesinin təşkilinə təsir göstərə bilər. Bu səbəbdən məsələnin hərtərəfli qiymətləndirilməsi vacibdir.Bəs hazırda vəziyyət necədir?Elm və Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Nazirliyin 2026-cı ildə qəbul etdiyi sənədlərdə də 2026–2027-ci tədris ili üçün hazırlıq prosesi davam etdirilir. Hazırda tədris ilinin başlanma tarixinin sentyabrın 1-nə keçirilməsi ilə bağlı rəsmi qərar açıqlanmayıb.Bu isə o deməkdir ki, 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlaması gözlənilir.Mövzunun gündəmdə qalması isə göstərir ki, tədris təqvimi ilə bağlı yanaşmalar gələcəkdə yenidən müzakirə oluna bilər. Xüsusilə iqlim şəraiti, tədris proqramlarının həcmi, şagirdlərin istirahət müddəti və beynəlxalq təcrübə kimi amillər bu müzakirələrin əsas istiqamətlərindən biri olaraq qalır.Hələlik isə valideyn və şagirdlərin sentyabrın 1-i ilə bağlı gözləntisi üçün əsas yoxdur. Rəsmi təqvim dəyişmədiyi müddətdə yeni dərs ili ənənəvi tarixdə – 15 sentyabrda başlayacaq.(metbuat.az)
  •  

Bu abituriyentlər 150 balla universitetə qəbul ola bilərlər 

III ixtisas qrupu üzrə builki qəbul müsabiqəsində yüksək rəqabət müşahidə olunur. Bu qrupda həm dövlət sifarişi əsasında ayrılan yerlərin payı aşağıdır, həm də müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin sayı plan yerlərini xeyli üstələyir.Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda deyib.DİM sədri bildirib ki, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 533 plan yeri ayrılıb. Həmin yerlərdən təxminən 4 mini dövlət sifarişi əsasında maliyyələşdirilir ki, bu da ümumi plan yerlərinin cəmi 26 faizini təşkil edir.Onun sözlərinə görə, ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb. Bu isə plan yerlərinin sayından təxminən 5 min nəfər çoxdur.Məleykə Abbaszadə qeyd edib ki, III ixtisas qrupunda 150 balla qəbul aparılan ixtisaslar da mövcuddur. Həmin ixtisaslar nəzərə alındıqda ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqəyə buraxılıb. Bu halda da müsabiqə iştirakçılarının sayı plan yerlərini əhəmiyyətli dərəcədə üstələyir.DİM sədri vurğulayıb ki, III ixtisas qrupu iki altqrupdan – DT və TC altqruplarından ibarətdir və hər iki altqrup üzrə yüksək müsabiqə vəziyyəti yaranıb. DT altqrupu üzrə 13 min 373 plan yerinə 20 min 805 abituriyent iddia edir. TC altqrupu üzrə isə 2 180 plan yerinə 7 949 abituriyent müsabiqəyə qatılır.Məleykə Abbaszadə bildirib ki, eyni abituriyent hər iki altqrup üzrə imtahan nəticəsinə malik ola bilər. İxtisas seçimi zamanı isə o, üstünlük verdiyi altqrupu müəyyənləşdirərək seçimlərini müvafiq ardıcıllıqla yerləşdirir.
  •  

Nazir ona yüksək vəzifə verdi

Tərtər Gənclər Evi sosial xidmət müəssisəsinə yeni direktor təyin edilib.Oxu24.com xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Musa Paşayev Tərtər Gənclər Evi sosial xidmət müəssisəsinə direktor təyin olunub.
  •  

Təbabətdə İNQİLAB: Elm adamları sınıq sümükləri bərpa edən tibbi yapışdırıcı icad etdilər  

Oxu24.com xəbər verir ki, tibb aləmində ciddi dönüş nöqtəsi sayıla biləcək mühüm bir kəşfə imza atılıb. Çindən olan bir qrup alim tərəfindən dünyada ilk dəfə sümükləri birləşdirmək üçün xüsusi tibbi yapışdırıcı hazırlanıb.Yeni texnologiyanın əsas üstünlüyü onun sürətli və effektiv təsir qüvvəsidir. Hazırlanan yapışdırıcı sınıq və ya qırılmış sümük parçalarını cəmi 2-3 dəqiqə ərzində etibarlı şəkildə yapışdırmağa imkan verir.İxtiranın əsas ilham mənbəyi isə təbiətin özündən — dəniz mollyuskalarından götürülüb. Mollyuskaların suyun altında belə güclü yapışma və qopmama qabiliyyətini tədqiq edən mütəxəssislər oxşar mexanizmi tibbə tətbiq etməyi bacarıblar.Bədəndə həll olur və həqiqi sümüyə çevrilirKəşfin ən diqqətçəkən tərəflərindən biri də yapışdırıcının biologiyaya tam uyğun gəlməsidir:•Yüksək dözümlülük: Yapışdırıcı material 200 kiloqramdan artıq yükə və təzyiqə tab gətirmək qabiliyyətinə malikdir.•Təbii sorulma: Təxminən 6 ay ərzində bədən daxilində tamamilə həll olur (parçalanır).•Bərpa prosesi: Ən vacib məqam odur ki, yapışdırıcının parçalandığı yerlərdə onun əvəzinə həqiqi sümük toxuması formalaşır.•Təkrar əməliyyatlara son: Prosedur tam təbii şəkildə bədənlə inteqrasiya olunduğu üçün xəstələrin ikinci dəfə əməliyyat olunmasına ehtiyac qalmır.Yeni üsul artıq 150-dən çox xəstə üzərində uğurla sınaqdan keçirilib. Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə zədələnmələr zamanı istifadə olunan platin, vida, mil və metal lövhə kimi bədəndə qalan yad materialların istifadəsini entirely aradan qaldıra bilər.Mütəxəssislər bu ixtiranı müasir təbabətin və ortopediyanın ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirirlər.
  •  

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i... 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında I ixtisas qrupunu seçən abituriyentlər bu il digər qruplarla müqayisədə daha böyük üstünlüklərə malikdirlər.Oxu24.com  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.DİM sədri I ixtisas qrupunda pulsuz təhsil imkanlarının geniş olduğunu xüsusi vurğulayıb:"Birinci qrup bu il çox şanslı qrupdur. Hazırda bu qrup üzrə ayrılmış ümumi plan yerlərinin 75 faizini dövlət sifarişli, yəni ödənişsiz yerlər təşkil edir. Bu, abituriyentlər üçün çox ciddi bir göstərici və böyük imkandır".
  •  

Professor Rafael Hüseynovun doğum gününə  QULU MƏHƏRRƏMLİNİN YAZISI

Bu gün çoxşaxəli istedadı ilə Azərbaycan cəmiyyətinin, ədəbi və elmi ictiamiyyətin geniş rəğbətini qazanmış professor Rafael Hüseynovun doğum günüdür. O Rafael Hüseynov ki 50 ildir Azərbaycan radiosunda "Axşam görüşləri" kimi Ginnesin rekordlar kitabına düşə biləcək unikal bir veriliş aparır. İllər əvvəl isə Hüseyn Cavidə ucaltdığı  "Vaxtdan uca" əsəri ilə özü də xeyli məşhurlaşmışdı. Sonra Rafael parlaq qələmi, dərin biliyi və orijinal təfəkkürü ilə Məhsətidən, Füzulidən üzü bu yana çox nəhəng ədəbi simaların heykəllərini yaratdı. İndi isə həmin nəhənglərin heykəllərinin qərar tutduğu Nizami adına Milli Ədəbiyyat Tarixi muzeyinin direktoru, akademikdir.   Rafael Hüseynovun ədəbiyyat, tarix, dilçilik, türkologiya, şərqşünaslıq, mətbuat, musiqi və ümumən mədəniyyət tarixinə dair tədqiqatları humanitar düşüncəmizin və milli təfəkkürümüzün sərhədlərinin genişlənməsinə böyük töhfə olmuşdur. Onun ciddi dil və təfəkkür hadisəsi olan publisistikası, teleradio aparıcılığı, parlament çıxışları, yüksək təşkilatçılıq qabiliyyəti sözün həqiqi mənasında bir öyrənilməyə layiq olan bir məktəbdir...   Dəyərli fikir və qələm adamı olan böyük alimin doğum gününü ürəkdən təbrik edir və uğurlar estafetini davam etdirməsini arzulayıram!Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru,Qulu Məhərrəmli
  •  

Bu gün ilin son Günəş tutulması olacaq 

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün - avqustun 12-də baş verəcək. Tam Günəş tutulması olacaq astronomik hadisə bir sıra ölkələrdən müşahidə ediləcək.Demokrat.az xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq.Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq. Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş verən qismən Günəş tutulması olub.Azərbaycandan növbəti müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək.Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.
  •  

Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? 

Məktəbdə işləyən müəllimin anası daimi qulluq tələb edən əlildir. Müəllim anasına qulluğa görə 100 manat müavinət alır. Bu müəllimə vergi ilə bağlı güzəşt varmı?Oxu24.com xəbər verir  ki,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.Vergi Məcəlləsinin 102.1.4-ci maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Prezidentinin qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsiNigar
  •  

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı 

Rusiyada dələduzluq işi üzrə həbsdə olan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev 5 milyon rubl (təxminən 101 min AZN) dəyərində “Range Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə nail olmağa çalışıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, 36,5 milyon rubldan (təxminən 743 min AZN) artıq borcla bağlı işi çərçivəsində 2024-cü ilin sentyabrında müsadirə edilmiş avtomobil xüsusi dayanacağa yerləşdirilib.E.Paşayev Rusiya Müdafiə Nazirliyi ilə qüvvədə olan müqaviləsinə və Ukraynaya qarşı müharibədə iştirakına görə icraatın dayandırılmasına istinad edərək avtomobil üzərindəki məhdudiyyətləri aradan qaldırmağa çalışıb. Buna baxmayaraq, məhkəmə bu dəlilləri inandırıcı hesab etməyib. Nəticədə, hakim keçmiş vəkilin iddiasını rədd edib və avtomobil açıq hərracda satışa çıxarılıb.Qeyd edək ki, azərbaycanlı hüquqşünasa qarşı maliyyə iddialarının kökü 2012-ci ilə gedib çıxır. Həmin vaxt Nikolay Deryabin adlı müştəri hüquqi xidmətlərin göstərilməsi üçün Paşayevə ödəniş edib. İş materiallarından aydın olur ki, vəkil işə başlamayıb və sonradan ondan imtina edib. Paşayev məbləğin bir hissəsini geri qaytarıb, 2022-ci ildə isə Moskva Şəhər Məhkəməsinin qərarı ilə vəkildən pulun qalığı, faizləri və dəbbə pullu tutulub. Xatırladaq ki, sabiq vəkil Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, 2025-ci il sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib. 
  •  

Metroya minənlərə mühüm XƏBƏR: BU TARİXDƏ...

"Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün "Dinamo"ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş rejimi dəyişdiriləcək.Bu barədə Oxu24.com-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada baş tutan ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
  •  

Yer kürəsinin ən qədim tərəfdaşlığı: Heyvanlar insanları necə seçdi? – Əsrlərin geoloji və bioloji sirri  

İnsanlıq tarixi boyunca heyvanların əhliləşdirilməsi və evcil hala gətirilməsi ən maraqlı təkamül proseslərindən biri hesab olunur. Lakin bir çoxlarının düşündüyünün əksinə, heyvanları yalnız insanlar tutub əhliləşdirməyib; bəzi heyvan növü özü insanları seçərək bu prosesə addım atıb.Oxu24.com xəbər verir ki, elmi dildə "domestication" (əhliləşmə) adlanan bu proses bir heyvan növünün minilliklər ərzində insanlarla birgə yaşamağa genetik olaraq uyğunlaşmasıdır.Mütəxəssislər bildirirlər ki, əhliləşmə genetik dəyişiklikdir, təlim və ya öyrətmə isə fərdi davranış dəyişikliyidir. Misal üçün, bir şir balasını böyüdüb sakitləşdirmək olar, lakin bu, həmin şirin əhliləşdiyi mənasına gəlmir. Əhliləşmə o zaman baş verir ki, növbəti nəsillər artıq insana daha az qorxu və aqressiya ilə yanaşırlar.İlk Əhliləşən Heyvan: İt (Canis lupus familiaris)Tarixdə ilk əhliləşən heyvan it (Canis lupus familiaris) olmuşdur. Genetik və arxeoloji araşdırmalara görə, boz qurdların evitlərinə çevrilməsi təxminən 15.000 – 30.000 il əvvəl baş verib.Maraqlıdır ki, insan qurdları xüsusi olaraq tutub əhliləşdirməyib. Əksinə, daha cəsarətli, insanlara qarşı daha az aqressiv olan qurdlar insanların düşərgələrinə yaxınlaşaraq qalan yemək qalıqları ilə bəslənməyə başlayıblar. Bu proses "təbii seçmə" (natural selection) Mexanizmi ilə davam edib: insanlara qarşı mülayim olan heyvanlar sağ qalıb və daha çox çoxalaraq genlərini gələcək nəsillərə ötürüblər. Zaman keçdikcə insan da bu prosesdə daha sakin və itaətkar olanları seçərək genetik dəyişikliyi sürətləndirib.1950-ci illərdə sovet genetik alimi Dmitri Belyayev (Dmitry Belyaev) tülkülər üzərində unikal bir eksperiment keçirib. Alim tülküləri yalnız bir xüsusiyyətə – insandan az qorxma və mülayimlik dərəcəsinə görə seçərək artırıb. Cəmi 10-20 nəsil sonra tülkülərin davranışında və xarici görünüşündə heyrətamiz dəyişikliklər baş verib:•Tülkülərin qulaqları sallanmağa,•Quyruqları qıvrılmağa,•Tük rəngləri dəyişməyə,•İnsanlarla oynamağa və sevgi göstərməyə başlayıblar.Bu təcrübə sübut etdi ki, davranış seçimi birbaşa genetik və fiziki dəyişikliklərə gətirib çıxarır.Əhliləşmə zamanı heyvanlarda "domestication syndrome" (əhliləşmə sindromu) adlanan bioloji dəyişikliklər baş verir:1.Qanda kortizol (stres hormonu) səviyyəsi aşağı düşür.2.”Fight or flight" (vur və ya qaç) reaksiyası zəifləyir.3.Sosial davranış və ünsiyyət meyli artır.4.Fiziki olaraq dişlər kiçilir, burun qısalır, qulaqlar sallanır və rəng müxtəlifliyi yaranır. Bu dəyişikliklərin hər biri neyrokrest (neural crest) hüceyrələri ilə əlaqələndirilir.Pişiklərin əhliləşmə tarixi də çox maraqlıdır. Təxminən 9.000 il əvvəl kənd təsərrüfatının inkişafı ilə insan tarlalarında və taxıl ambarlarında gəmiriçilər (sıçovullar, siçanlar) artmağa başladı. Yabanı pişik növləri bu bol qida mənbəyini görüb insanların məskunlaşdığı ərazilərə axışdılar.İnsanlar taxıllarını qoruyan pişiklərin qalmasına razı oldu, pişiklər də qida olan yeri tərk etmədi. Xüsusilə Qədim Misirdə pişiklər ilahi səviyyəyə qaldırıldı, çünki onlar nəsillər boyu insanların ən vacib qida ehtiyatı olan taxılı qorumuşdular. Bir çox alimlərin zarafatla qeyd etdiyi kimi, "Pişiklər əslində insanları əhliləşdirdi", çünki pişik sahibləri yaxşı bilir ki, onlar insanı sahib kimi deyil, özlərinə xidmət edən bələdçi kimi görürlər.
  •  

14 avqusta olan hava proqnozu AÇIQLANDI

Sabah Azərbaycanda hava necə olacaq?Avqustun 14-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
  •  

Kainatın ən kiçik sərhədi: Plank uzunluğu nədir?   

Maddənin dərinliklərinə doğru endikcə kainatın quruluşu necə dəyişir və fizikanın son sərhədi haradadır?Oxu24.com xəbər verir ki, hər hansı bir cismin daxilinə doğru yaxınlaşdıqca (yaxınlaşdırma / zoom etdikcə) əvvəlcə hüceyrələr, molekullar, atomlar və daha sonra təbiətin fundamental hissəcikləri olan kvarklar görünür. Lakin 10^{-35} metr miqyasında məkan və zaman anlayışlarında fərqlər bulanıqlaşır. Elm aləmində bu limit "Plank uzunluğu" adlanır.Plank uzunluğu səviyyəsində fiziki reallığın əsas xüsusiyyətləri bunlardır:•Enerji sərhədi və qara dəliklər: Bu ölçüdən daha küçük obyektləri müşahidə etmək üçün tələb olunan enerji o qədər böyükdür ki, nəticədə miniatür qara dəlik yaradır. Bu səbəbdən daha dərinə baxmaq fiziki olaraq bloklanır.•Kvant köpüyü: Plank ölçüsündə məkan və zaman kəsilməz (davamlı) deyil, piksel və ya kadr sürəti kimi diskretdir. Bu miqyasda qurd dəliklərinə bənzər strukturlar yarana və yox ola bilir ki, bu mürəkkəb mühit "kvant köpüyü" adlanır.•Böyük rəqəmlər: Tək bir insan beyni hüceyrəsinin daxilinə sığan Plank uzunluqlarının sayı, müşahidə olunan bütün kainatdakı beyin hüceyrələrinin sayına bərabərdir.Riyaziyyat sonsuz və mükəmməl olsa da, fiziki reallıq məhduddur; ölçü, sürət və digər parametrlərdə müəyyən limitlərə sahibdir. Alimlərin fikrincə, kainatın bu təməl limitləri mövcud strukturların var olması üçün zəruri şərtlərdir.
  •  

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.Oxu24.com  xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Dövlətimizin başçısı səfirlə söhbət etdi.Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğuladı, ölkələrimizin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd etdi. Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlətimizin başçısı Berlində izmalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyətini vurğuladı, bunun münasibətlərimizi keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirdi.Prezident İlham Əliyev qeyd etdi ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir. Dövlətimizin başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırdı.Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.Dövlətimizin başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğuladı.Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd etdi. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirdi.Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulandı.Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunuldu.
  •  

Paşinyan: Ermənistan Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlıq edə bilər 

Ermənistan Azərbaycanla enerji sahəsində, o cümlədən elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlıq edə bilər.“Sputnik-Armenia” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda olublar. Görüşlər zamanı elektrik enerjisi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə edilib.Paşinyan qeyd edib ki, iki ölkə arasında, o cümlədən elektrik enerjisinin qarşılıqlı ixracı və idxalı üzrə tərəfdaşlıq mümkündür.
  •  

Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib 

Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükünə başlanılması gözlənilir.Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlər üçün brifinqdə deyib.“Qarşılıqlı ticarət məsələsi gündəmdədir. Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarükləri həyata keçiriləcək”, - Baş nazir qeyd edib.
  •  

Kliniki təzahürlər hansı təhlükəli nəticələrə yol açır? — Həkim AÇIQLADI  

Cəmiyyətimizdə bir çox insanlar fərqinə varmadan kəskin psixoloji gərginliklər, xüsusilə də müxtəlif kliniki təzahürlərə malik paranoid sayıqlama sindromları ilə yaşamağa davam edirlər. İnsanın davamlı olaraq izlənildiyini, təqib olunduğunu və ya ona qarşı gizli qəsd hazırladığını zənn etməsi adi şübhə həddini aşaraq ciddi psixopatoloji patologiyanın göstəricisidir. Bu cür affektiv və idrak pozuntuları fərdin sosial-adaptiv funksiyalarını kəskin şəkildə məhdudlaşdırır, onu sosiomühitdən və yaxın qohumluq əlaqələrindən tam təcrid edir. Xüsusilə zəhərlənmə sayıqlamaları fonunda qidadan imtina etmə halı fərdin somatik sağlamlığı üçün birbaşa həyati təhlükə yaradır. Bu səbəbdən bənzər psixopatoloji simptomlar müşahidə edildikdə klinik psixiatriya mütəxəssislərinə vaxtında müraciət olunması müstəsna əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-psixiatr Dr. Aytən Namazova paranoid sayıqlama ideyalarının elmi və kliniki mahiyyətini ətraflı şərh edib:"Təcrübədə tez-tez rast gəlinən təqib və zərərçəkmə sayıqlamaları zamanı pasiyentdə əsassız olaraq xüsusi xidmət orqanları, polis və ya naməlum şəxslər tərəfindən izlənmə, vizual və fiziki nəzarətdə saxlanılma, tələyə salınma və s. qorxu formalaşır. Eyni zamanda münasibət sayıqlamaları zamanı fərd ətrafdakı kənar şəxslərin pıçıldaşmasını, sosial mühitdəki adi danışıqları birbaşa öz şəxsiyyətinə qarşı yönəlmiş gizli plan kimi qiymətləndirir”.Həkim qeyd edir ki, zəhərlənmə sayıqlamaları (sitofobiya fonunda) zamanı xəstə yaxın doğmalarının və ya ailə üzvlərinin hazırladığı qidaya zəhərli maddələr qatıldığına sarsılmaz şəkildə inanır. Nəticədə somatik səviyyədə metabolik pozuntular, kəskin arıqlama, beden kütlə indeksinin kəskin düşməsi və terminal mərhələlərdə kaxeksiya və anoreksiya sindromu inkişaf edir.Xəstələrdə həmçinin reduktiv düşüncə, qavrama pozuntuları və illyuzor interpretasiyalar müşahid olunur. Kütləvi informasiya vasitələri, televiziya verilişləri və ya rəqəmsal qurğular vasitəsilə onlara gizli kodlaşdırılmış mesajların ötürüldüyü, beyinlərinə çip yerləşdirildiyi və ya kosmik, elektromaqnit şüalanma ilə davranışlarının kənardan idarə olunduğu (psixi automatizm sindromu) iddia edilir.Həkimin sözlərinə görə, meqalomanik (özünüböyütmə) sayıqlamalara da rast gəlinir:“Pasiyent xüsusi ekstrasensor, şəfaverici qabiliyyətlərə malik olduğunu düşünür. Dini-mistik sayıqlama ideyalarında isə fərd özünü sosial-dini konfessiyalara uyğun olaraq Mehdi, İsa və ya xüsusi ilahi missiyalı şəxsiyyət kimi identifikasiya edir. Bütün bu elmi-kliniki simptomlar təxirəsalınmaz psixiatrik diaqnostika və medikamentoz terapiya göstərişidir".
  •  

Yolların yeni gücü: Nəqliyyat və enerji şəbəkələrinə nəzarət geosiyasəti necə dəyişir?   

Müasir dövrdə dövlətlərin xarici siyasətində və qlobal güc balansında hərbi güclə yanaşı, nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və enerji xətlərinin rolu sürətlə artır. Yeni logistika və enerji marşrutlarının formalaşması yalnız iqtisadi mənfəət gətirmir, həm də ölkələrin geosiyasi təsir imkanlarını köklü şəkildə dəyişir. Gələcəkdə dövlətlərin beynəlxalq arenadakı gücünü təkcə ordularının böyüklüyü deyil, məhz nəzarət etdikləri strateji şəbəkələr və logistik arteriyalar müəyyən edə bilər. Qlobal iqtisadiyyatın şah damarına çevrilən bu marşrutlar üzərində rəqabətin daha da kəskinləşəcəyi gözlənilir. Azərbaycanda bu proseslərin mərkəzində yer alaraq regional və qlobal miqyasda öz mövqelərini möhkəmləndirir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev bildirib ki, yollar və limanlar hər zaman dövlətlər üçün strateji xarakter daşıyıb:"Qədimdən İpək Yolu, dəniz sahillərində yerləşən şəbəkələr, limanlarda tikilən qalalar və strateji yollar üzərində qədim şəhərlərin salınması onu göstərir ki, nəqliyyat dəhlizləri hər zaman dövlətlərin hem varlığı, hem də başqa dövlətlərə təsir imkanları baxımından olduqca önəmli faktor olub”.Şərhçi qeyd edib ki, amma müasir dövrdə yolların, logistikaların, o cümlədən limanların — həm dəniz, həm hava limanlarının, həm dəmir yolu xətlərinin, o cümlədən enerji infrastrukturlarının qlobal güc balansının müəyyən edilməsində və ya üstünlüyün qazanılmasında rolu əhəmiyyətli dərəcədə artmışdır:“Bu strateji xətlərə nəzarət etmək üçün dövlətlərin hərbi, çəkindirici gücü də olmalıdır. Əks təqdirdə, digər hərbi cəhətdən güclü olan ölkələr istənilən zaman öz maraqlarının təmin edilməsi üçün həmin yolları əldə etməyə cəhd edirlər”.Taleh Əliyevin sözlərinə görə, bunun bu gün üçün ən bariz nümunəsi Hörmüz boğazı və o cümlədən, Bab əl-Məndəb keçididir ki, dünya ticarətində davamlı olaraq hegemonluq edən Amerika Birləşmiş Ştatlarının İranla yaşadığı müharibə səbəbindən İran həm birbaşa öz silahlı qüvvələri vasitəsilə Hörmüz boğazını bağlayır, digər tərəfdən də proksi qüvvələri olan Yəməndəki husi qüvvələri vasitəsilə Bab əl-Məndəb keçidini bloklamaqla əslində Amerika Birləşmiş Ştatlarını dünyanın yerdə qalan ölkələri ilə üz-üzə qoymuş olur.Siyasi şərhçi vurğulayıb ki, irəliləyən zamanda qlobal iqtisadiyyatın şah damarı funksiyasını oynayan həm nəqliyyat-logistikaları, dəmir yolları, dəniz limanları, enerji infrastrukturlarının keçdiyi ərazilərə nəzarət uğrunda rəqabət daha da güclənəcəkdir. Bu resurslara nəzarət edən ölkələrin həm dünyada, həm də regionda ciddi söz sahibi olması qaçılmazdır:“Bu baxımdan da Azərbaycanın Orta Dəhliz marşrutu üzərində yerləşən bir ölkə kimi ölkə ərazisindən Orta Dəhlizin şaxələndirilməsinə üstünlük verməsi bildiyiniz kimi, Azərbaycan-Gürcüstan istiqamətində Orta Dəhliz üçün həm enerji infrastrukturu, həm dəmir yolu xətti, həm avtomobil xətti mövcuddur. Bu gün də Ermənistanla əldə edilən sülh danışıqları fonunda bu marşrutun alternativ bir istiqamətdə — həm də Ermənistan ərazisindən keçməklə Türkiyə ərazisinə çıxışının təmin olunmasında maraqlıdır. Bu isə Azərbaycana dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni dünya düzənində 'orta güc' statusu qazanmaq və onu qoruyub saxlamaq baxımından oldukça ciddi üstünlüklər yaradır”.Çimnaz Telmanqızı
  •  

Məleykə Abbaszadədən abituriyentlərə çağırış: Diqqətli olun... 

Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimindən əvvəl abituriyentlərə məlumatlarla tanış olmağı tövsiyə edib.M.Abbaszadə mərkəzin sosial şəbəkə hesabında canlı yayım zamanı çıxışında bildirib ki, abituriyentlər çox zaman müxtəlif şəxslərin fikirlərinə, qeyri-rəsmi saytlarda yayılan məlumatlara əsaslanılırlar.DİM sədri abituriyentlərin həmin məlumatlara güvənməmələrini məsləhət görüb:"Çünki onlar səhv ola bilər. Əsas və etibarlı məlumatlar rəsmi mənbələrdə, xüsusilə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunur. Buna görə də ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərə həmin jurnallarda yayımlanan məlumatlarla tanış olmağı tövsiyə edirik. Seçim edərkən abituriyentlər ilk olaraq öz istəklərini nəzərə almalıdır.Elə şəxslər tanıyıram ki, 7 il ərzində istədiyi ixtisasa qəbul olmaq üçün imtahanlarda iştirak edib və sonda uğur qazanıblar. Amma siz özünüzə sual verməlisiniz: buna hazırsınızmı?! Əgər hazır deyilsinizsə, lakin həmin istiqamətdə fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, hansı ixtisasları seçə bilərsiniz? Orta ixtisas təhsili müəssisələri, kolleclər var. Həmin sahədə qalmaq üçün kollecləri də seçə bilərsiniz. Bu suallara hər biriniz özünüz cavab verməlisiniz. Nəhayət, məsuliyyət məsələsi var. Sizə məsləhət verə bilərlər, amma qəbul etdiyiniz qərarın məsuliyyəti sizin üzərinizdədir. Çünki həyat yolunu siz özünüz keçəcəksiniz. Sizə məsləhət verən insanlar isə həmin yolda hər zaman yanınızda olmayacaqlar".Qeyd edək ki, avqustun 12-dən 19-na kimi davam edəcək ixtisas seçimi bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.
  •  

Ali Məhkəmə mühüm qərar qəbul edib

Ali Məhkəmə valideynlik hüququndan məhrumetmə ilə bağlı mühüm qərar qəbul edib.Bu barədə Oxu24.com-a məhkəmədən bildirilib.Məlumata görə, Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar verib.İşin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum edilməsi barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində, ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.İddiaçı cavabdehin atalıqdan məhrum edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib.Ali Məhkəmənin mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi.İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub. Belə ki, sazişə əsasən cavabdehin özünün valideynlik hüququndan məhrum olunmasına razılığı uşağın saxlanılması üçün tələb olunan aliment ödəməkdən azad olunması müqabilində olub. Halbuki alimentdən bu şəkildə imtina, o cümlədən valideynin uşağına münasibətə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü surətdə imtinaya dair razılaşma qanunla qadağan edilmişdir. Belə ki, Mülki Məcəllənin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Həmçinin, həmin Məcəllənin 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.Şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir (yəni, hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur). Bir qayda olaraq, bu hüquqlar pul ilə qiymətləndirilə, güzəşt edilə və vərəsəlik qaydasında ötürülə bilməyən mütləq hüquqlardır. Əmlak hüquqlarından fərqli olaraq, şəxsiyyət hüquqlarının özgəninkiləşdirilməsi və ya hər hansı başqa üsulla digər şəxslərə ötürülməsinin mümkünsüzlüyü təsbit edilir. Bu qayda onların hüquqi xarakterindən – şəxsiyyətin ayrılmaz hüquqları olduqlarından irəli gəlir. Digər şəxsiyyət hüquqları kimi ailə həyatına hörmət, habelə qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyildir. Şəxsin şəxsiyyət hüququna qanunsuz müdaxilə edildikdə, həmin şəxs pozulmuş hüququnun müdafiəsi üçün qanunlarda nəzərdə tutulan müvafiq müdafiə üsullarından istifadə edə, o cümlədən məhkəməyə müraciət edə bilər.Valideynlik hüququ ata və ananın öz övladlarını böyütmək, tərbiyə etmək, onların hüquq və mənafelərini qorumaq sahəsində bərabər səviyyəli təbii hüquq və vəzifələrini əhatə etməklə uşağın baxımı, təhsili və ünsiyyəti ilə bağlı əsas aspektləri özündə birləşdirir. Bu baxımdan valideynlik hüququ uşağın üstün mənafeyini müdafiə etməyə yönəldiyindən, valideynlərdən birinin həmin hüquqdan yerinə yetirməli olduğu əmlak (aliment) öhdəliyinin əvəzində könüllü şəkildə imtina etməsi yolverilməzdir və qəbul edilə bilməz. Yəni şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər. Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz.Valideynlik hüququndan məhrum edilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərinin başqa yolla qorumağın mümkünsüz olduğu hallarda tətbiq olunur. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir.Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.
  •  

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı 

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb.Oxu24.com xəbər verir  ki,Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib.Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:“Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. 8 mağazamız il ərzində istirahətsiz fəaliyyət göstərsə də, mövsüm indi başlayıb. Kifayət qədər malımız var, istənilən qədər forma istehsal edə bilərik. Bütün model və ölçüləri də mövcuddur”.E.Əzimov formaların qiymətləri barədə də məlumat verib.Onun sözlərinə görə, ötən tədris ilində müəyyənləşdirilmiş endirimli qiymətlər olduğu kimi qalır və heç bir dəyişiklik tətbiq edilməyib:“Oğlanlar və qızlar üçün 26-54 ölçü aralığında qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 manat, şalvar və ətəklər isə 15 manat təşkil edir. 30-50 ölçü aralığında nazik jaketlər 20 manat, kapüşonlu jaketlər 25 manat, 26-54 aralığında qalın jaketlər isə 22 manat müəyyənləşib. Bundan başqa, 26-54 ölçüdən böyük - yəni, 56-58-60 ölçü aralığında şalvar, ətək və köynəklərinin qiymətinə artıq parça sərfiyyatı səbəbindən 5 manat əlavə olunur”.
  •  

Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb 

Sumqayıtda restorandan oğurluq edən və ikitəkərli nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıb.Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən restoranların birindən zərərçəkənə məxsus içərisində pul, bank kartları və digər şəxsi əşyalar olan çanta oğurlanıb.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.Şəhər ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinən S.Əliyev və N.Əlizadə də müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar davam etdirilir.
  •  

Azərbaycanda bu məşhur layihə yenidən başlayır 

İllər əvvəl yayımlanan məşhur “Yeni ulduz” layihəsi yenidən başlayır.  Axşam.az xəbər verir ki, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq.“Yeni ulduz” yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq.Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı.Onun vəfatından sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi.
  •  

Bakı metrosu iş rejimini dəyişdirəcək

Bu gün “Qarabağ”ın UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”suna qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.Bu barədə qurum məlumat yayıb.Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacağı da açıqlanıb. Həmçinin növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
  •  

Avqustda pensiya gözləyənlərə ŞAD XƏBƏR

Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
  •  

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu 

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 27 yaşlı Elçin Hüseynzadə saxlanılıb."Unikal"ın məlumatına görə, tibbi müayinə zamanı sürücünün narkotik vasitələr istifadə etdiyi məlum olub. E.Hüseynzadə barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
  •  

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi 

2026-cı ildə Azərbaycanda vətəndaşların fərdi şəxsi hesablarındakı pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb. Yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün tələb olunan minimum pensiya kapitalının həddi isə 46 080 manat səviyyəsində saxlanılıb.Bu günlərdə müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir. Bu kapital əsasən iki hissədən ibarət olur – əmək pensiyası kapitalı (sığorta hissəsi), əlavə kapital (təqaüdə çıxmaq üçün toplanan digər məbləğlər və ya könüllü ödənişlər).Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, vətəndaş pensiya yaşına çatdıqda onun əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı gələcək pensiya məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir:“Hazırda pensiya kapitalı 144-ə bölünür və əldə olunan məbləğ vətəndaşın pensiyasının müəyyənləşdirilməsi üçün istifadə olunur. Eyni zamanda, minimum pensiya məbləğinə uyğun olaraq minimum pensiya kapitalı da müəyyənləşdirilir”.Deputat bildirib ki, hazırda minimum pensiya 320 manatdır:“Bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat təşkil edir. 25 il sığorta stajı olan və tələb olunan pensiya kapitalını toplayan vətəndaşlar əmək pensiyası almaq hüququ əldə edirlər. Azərbaycanda aparılan pensiya siyasəti çərçivəsində 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslərin də əmək pensiyası almaq hüququ əldə etməsi ilə bağlı imkan yaradılıb”.Deputat pensiya kapitalı minimum həddən aşağı olan vətəndaşlarla bağlı fərqli yanaşmanın tətbiq edilməsini təklif edib:“Bəzi hallarda vətəndaşın topladığı pensiya kapitalı minimum pensiya kapitalından az olur. Biz təklif edirik ki, belə məqamlarda diferensial yanaşma tətbiq edilsin. Minimum pensiya kapitalına yaxın məbləğ toplamış vətəndaşların pensiyası və ya onlara ediləcək ödənişlər müəyyənləşdirilərkən faktiki topladığı pensiya kapitalı da nəzərə alınsın”.Vüqar Bayramov əlavə edib ki, ümumi qayda pensiya kapitalı əsasında pensiya məbləğinin müəyyənləşdirilməsinə əsaslanır. Minimum pensiya məbləğinin artırılması isə öz növbəsində minimum pensiya kapitalının məbləğinə də birbaşa təsir göstərir.
  •  

Fazil Mustafa ilə Mübariz Əhmədoğlu arasında “müharibə” başladı 

“Paho, Azərbaycanın ən gopçu politoloqu kimi tanınan Mübariz Əhmədoğlu da son günlərin mövzusu ilə bağlı müdrik fikirlərini səsləndirməyi vacib sayıb. Tipik bir məzhəbçi zehniyyətə sahib Mübariz Əhmədoğlu da daxil xeyli adamlar arqumentləri tükənəndə birdən-birə Türkiyədə diqqət çəkmək üçün guya Səfəvilər mövzusu müzakirəyə çıxaranların FETO və ya Gülənçiliklə əlaqəli olduğunu vurğulamağa çalışırlar. Bu mənə daha çox nəyi xatırladır? Demək hansısa sağlam fikrin önünün kəsilməsi üçün bunların düşünə biləcəkləri deyəsən başqa bir böhtan tapılmır”.Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa son günlər ən çox müzakirə olunan “Şah İsmayıl Xətai mövzusu”nda danışan siyasi şərhçi Mübariz Əhmədoğluya cavabında bildirib.Qeyd edək ki, siyasi şərhçi Mübariz Əhmədoğlu mediadakı çıxışında Şah İsmayıl Xətai və Səfəvilər dövləti ətrafında qəsdən qızışdırılan bəzi mənfi kampaniyaların və Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdlərinin arxasında "Gülən şəbəkəsinin" (FETÖ) izlərinin və xarici missionerlərin maraqlarının dayandığını iddia edib. O, dolayısı ilə bu mövzunnu tez-tez önə çıxaran deputat Fazil Mustafanı FETÖ ilə əlaqələndirib.Fazil Mustafa isə deyib ki, bəzi şəxslər səfəvi məsələsində Türkiyəyə qarşı nifrətlərini ört-bas etmək üçün anti-Osmanlı görüntüsü verməsinlər deyə yeni bir tendensiya tapıblar:"Azərbaycanda yazdığı əsərlərində illərdir məzhəbçiliyin və təriqətçiliyin İslama vurduğu zərbəni açıq şəkildə ifadə edən Fazil Mustafaya xüsusi həyasızlıqla bu cür böhtanlar yönəldilməsi təsadüfi deyil. Qonşu dövlətin xüsusi xidmət orqanlarının şəxsimə qarşı 2023-cü ildə düzənlədiyi sui-qəsdi törədənlər etiraf edirdilər ki, onlara sosial şəbəkədə Fazil Mustafa ilə bağlı FETO böhtanının atılmasını xüsusi olaraq tapşırmışdılar. Bu istintaqda təsdiq olunan ifadələrdir. İndi baxıram ki, bu gopçu politoloq Mübariz Əhmədoğlu və digərləri həmin ittihamın sifarişini sanki terrorçularla eyni mənbədən almışlar. Maraqlıdır ki, biz Elçibəy məktəbni keçmiş insanlar üçün hansı müstəvidə oluruqsa olaq, Azərbaycanın dövlət maraqlarınından uca heç bir məqam tanımırırq. Bir Azərbaycan vətəndaşının bir Hizbullaçı, bir İŞİD-çı, bir FETO-çu, bir Qumçu, bir Gülənçi, PKK-çı, YPQ-çi olması və yaxud Azərbaycan və qardaş Türkiyənin maraqlarına qarşı çıxan digər məzhəbçi və təriqətçi olması şəxsən mənim anlayışıma görə Vətənin namusunu satmaq deməkdir. Dövlət də, millət də bizim bu Vətən üçün hansı fədakarlığı etdiyimizi, hətta canımızı necə ortaya qoyduğumuzu dəqiqliklə bilir. Belə namussuzluğu bəlkə də Mübariz Əhmədoğlu və başqa ona bənzərlər rahatlıqla edə bilərlər və yenə də onların qarşısında bu dövlətin marağını bizlər qoruyacağıq”, - F.Mustafa bildirib.Deputat daha sonra əlavə edib:“Bu şəxslərin xəstə düşüncələrini istənilən platformada darmadağın etmək mənim üçün qətiyyət çətinlik yaratmır, ancaq bunlar müzakirə yerinə üzərimizə böhtan və təhqirlə gəlirlər. Yazdığım, söylədiyim bütün fikirlərin arxasındayam, lazım bildiyim bütün platformalarda da Azərbaycan Respublikasının ali maraqlarının qorunması üçün yenə də vəzifəmdən, ictimai mövqeyimdən asılı olmadan ardıcıl mübarizə aparacağam. Yeni kitabımın Mübariz Əhmədoğlu və onun kimi geriçi ünsürlərin bütün içiboş nağıllarının ifşasını və dövlətimiz üçün zərərini daha aydın şəkildə göstərəcəkdir”.
  •  

Sabirabaddan Oxforda gedən təhsil yolu... UĞUR HEKAYƏSİ

Oxu24.com uğur qazanmış gəncin dosyesini təqdim edir:O, Ruslan Mirzəliyevdir. Mirzəliyev Ruslan Füzuli oğlu 1988-ci ildə anadan olub.Məşhur Offside səhifəsinin yaradıcısı. Bir zamanlar maraqlı futbol caps’ları hazırlamaqla məşhurlaşan Ruslan daha sonra karyera və təhsil pillələrində sıçrayış etdi.Sabirabad rayonu 2 saylı orta məktəbin məzunu.Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə ixtisasının 2009-cu ildə bakalavr, 2012-ci ildə magistr məzunu olub.İntellektual oyunlar üzrə televiziya layihələrinin qalibi olub. (Brain ring; Nə? Harada? Nə zaman? və s.)2021-ci ildə başlayan ilk Yüksəliş müsabiqəsinin qalibidir.Hazırda 1 saylı Bakı DOST Mərkəzinin direktorudur.Dövlət Proqramının qalibi olaraq təhsilini dünyanın ən yaxşı 5 universitetindən biri olan məşhur Oxford Universitetində davam etdirəcək.Mənbə:Azərbaycan Universitetləri
  •  

208 mənzil kirayə yolu ilə satışa çıxarılır 

Sarayda 208 mənzil kirayə yolu ilə satışa çıxarılırSarayda 208 mənzil kirayə yolu ilə satışa çıxarılır10:58 13-08-2026 CƏMİYYƏTİpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.Bu barədə Fonddan məlumat verilib.Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır.Yeni mənzillərin seçimi 20 avqust 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir.Bildiririk ki, müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcək. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), rəsmi YouTube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.
  •  

​​​​​​​Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara şübhəsi araşdırılır 

Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.APA-nın yerli bürosunun məlumatına görə, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.Hazırda araşdırma aparılır.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə AQTA-da qeyd ediblər.
  •  

Masazırda DƏHŞƏT: 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü 

Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.Hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır./Lent.az
  •  

Buqələmun rəngini necə dəyişir? - MARAQLI FAKT

Təbiət aləmində heyrətamiz canlılar sırasında buqələmunlar həmişə xüsusi maraq doğurub. Onların fərqli bədən quruluşu, qeyri-adi rəng dəyişmə qabiliyyəti və mistik davranışları təbiət həvəskarlarını daim valeh edir. Buqələmunlar əsasən tropik və subtropik zonalarda yayılıb və ən çox Afrika qitəsində, xüsusən Madaqaskarda rast gəlinir. Təbiətdə onlara rast gəlmək çətin olsa da, terrarium şəraitində yetişdirilməsi son illərdə populyarlaşmağa başlayıb. Hər bir buqələmun öz növünə görə fərqli xüsusiyyətlərə malikdir və təbiətdə özlərinə məxsus həyat tərzi sürür. Rənglərini ətraf mühitə uyğun dəyişmək qabiliyyəti onlara həm müdafiə, həm də ünsiyyət vasitəsi kimi xidmət edir. Bu qeyri-adi adaptasiya onları digər sürünənlərdən kəskin fərqləndirir. Bəzi insanlar üçün buqələmun sadəcə ekzotik heyvan, digərləri üçün isə elm və tədqiqat obyekti hesab olunur. Xüsusi bədən quruluşu, uzun dil çıxarma mexanizmi və fırlanan gözləri bu canlıların anatomiyasının ən maraqlı cəhətlərindəndir. Onlar çox vaxt sakit və diqqətli davranışları ilə seçilir. Təbiətdə buqələmunların rolu yalnız bioloji müxtəlifliklə məhdudlaşmır, həm də ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyətə malikdir. Bu canlılar həmçinin bir çox mədəniyyətdə simvolik məna daşıyır. İndi isə buqələmunların təbiətinə, həyat tərzinə və unikal xüsusiyyətlərinə daha yaxından nəzər salaq.Buqələmunun Bioloji XüsusiyyətləriBuqələmunlar sürünənlər sinfinə aid olub, əsasən Agamidae fəsiləsinə aiddirlər. Onlar morfoloji baxımdan çox fərqli və maraqlı bədən quruluşuna malikdirlər.Uzun, bədənə nisbətən böyük baş, çıxıntılı gözlər və spiral formalı quyruq buqələmunun əsas xarakterik cizgiləridir. Onların dərisi kobud və bəzən pulcuqlu olur, bu da müdafiə rolunu artırır.Buqələmunların Göz Quruluşu və Görmə QabiliyyətiBuqələmunların gözləri təbiətdə ən maraqlı və mürəkkəb görmə sistemlərindən birinə sahibdir. Onların gözləri tamamilə müstəqil şəkildə hərəkət edə bilir, yəni bir gözü önə, digər gözü arxaya yönəldə bilər. Bu xüsusiyyət onlara eyni anda iki fərqli istiqamətə baxmağa və ətraf mühitdə olan potensial təhlükələri və ya ovlarını müşahidə etməyə imkan verir. Gözlərindəki bu müstəqillik buqələmunun ovçuluq və müdafiə taktikasını çox gücləndirir, çünki heç bir digər sürünən bu qədər çevik görmə bacarığına malik deyil.Onların gözləri qabarıq formada olub, bədənin hər iki tərəfində yerləşir və irəliyə-geri, yuxarı-aşağı 360 dərəcəlik baxış bucağı yaradır. Gözlərin belə hərəkətliliyi buqələmunun özünü tam təhlükəsiz hiss etməsinə şərait yaradır. Bundan əlavə, buqələmunların göz bəbəkləri işığı son dərəcə həssas şəkildə qəbul edir və bu, ovun yerini dəqiq müəyyən etməyə imkan verir. Belə inkişaf etmiş görmə sistemi onların gündüz vaxtı ov axtarmasını və təhlükələrdən qaçmasını asanlaşdırır. Bu unikal görmə qabiliyyəti elmi cəhətdən də çox maraqlı tədqiqat mövzusudur.Buqələmunların Təbii Müddəti və SağlamlığıBuqələmunların ömrü növündən və şəraitdən asılı olaraq fərqlənir. Təbiətdə onların ömrü adətən 2-10 il arası dəyişir, lakin bəzi iri növlər, xüsusilə Madaqaskar və Parson buqələmunları 10 ildən çox da yaşaya bilər. Ev şəraitində isə düzgün qulluq, balanslaşdırılmış qidalanma və optimal ekoloji mühit buqələmunun ömrünü uzada bilər. Bunun üçün xüsusi terrarium, sabit istilik və rütubət, təmiz su və uyğun yem təmin olunmalıdır. Zəruri mikroelementlər və vitaminlər çatışmadıqda, buqələmunlar müxtəlif xəstəliklərə meylli olur və ömürləri qısalır.Sağlam buqələmun aktiv, rəngarəng və iştahlı olur. Onlarda ən çox rast gəlinən problemlər arasında dəri xəstəlikləri, kalsium çatışmazlığı və stress vəziyyətləri yer alır. Stress adətən yanlış mühit, düzgün olmayan temperatur və ya həddindən artıq insan təması nəticəsində baş verir. Zamanında baytar nəzarəti və profilaktik tədbirlər sayəsində buqələmunun ömrü artır və xəstəlik riski minimuma endirilir. Evdə bu canlılara sahib olmaq istəyənlər əvvəlcədən onların bütün bioloji və etoloji ehtiyacları ilə tanış olmalı, xüsusi qayğı göstərməyə hazır olmalıdırlar.Rəng Dəyişmə Qabiliyyəti və SəbəbləriBuqələmunlar ən çox rəng dəyişmə qabiliyyəti ilə tanınır. Onların dərisində yerləşən xüsusi piqment hüceyrələri sayəsində müxtəlif rənglər alırlar.Rəng dəyişməsinin əsas səbəbi müdafiə və ya ünsiyyət ehtiyacıdır. Həmçinin, əhval, temperatur və işıq kimi amillər də rəngin dəyişməsinə təsir edir.Buqələmunların Yayılma CoğrafiyasıBuqələmunlar əsasən Afrika və Madaqaskar adasında geniş yayılıb. Qərbi Asiya, Cənubi Avropa və Hindistan kimi regionlarda da bəzi növlərə rast gəlmək olur.Onlar ən çox tropik meşələrdə, kolluqlarda və bəzən quru ərazilərdə məskunlaşır. Hər bir növ yaşadığı mühitə uyğun adaptasiya xüsusiyyətləri göstərir.Qidalanma Və Ovlanma MexanizmiBuqələmunlar əsasən həşəratlarla qidalanır. Onların ən maraqlı xüsusiyyəti uzun və elastik dil mexanizmidir ki, bu sayədə uzaq məsafədəki ovlarını asanlıqla tuta bilirlər.Dilləri bədən uzunluğundan iki dəfə uzun ola bilər və ovun üstünə ildırım sürətilə ata bilir. Bu adaptasiya onlara qida əldə etməkdə böyük üstünlük verir.Davranış və Ünsiyyət XüsusiyyətləriBuqələmunlar əsasən tək yaşayır və əraziyə bağlıdır. Onlar sakit və ehtiyatlı davranış sərgiləyirlər. Ünsiyyət üçün bədən rəngi və bədən duruşundan istifadə edirlər. Xüsusilə, rəng dəyişmə əhval-ruhiyyənin və dominantlığın göstəricisidir.Buqələmunların çoxalması əsasən yumurta qoyma yolu ilə baş verir. Dişi buqələmunlar yerə xüsusi çalalar qazaraq yumurtalarını orada gizlədirlər.Yumurtadan çıxan balalar ilkin mərhələdə ana himayəsindən kənarda, müstəqil şəkildə inkişaf edir. Çoxalma dövründə rəng və davranış xüsusiyyətləri daha da fərqlənir.Təbiətdə və Mədəniyyətdə RoluBuqələmunlar təbiətdə həşərat populyasiyasının tənzimlənməsində əhəmiyyətli rol oynayır. Onların qida zəncirindəki mövqeyi ekosistemin sağlamlığı üçün vacibdir.Bir çox mədəniyyətdə buqələmun dəyişkənliyin, uyğunlaşmanın və çevikliyin simvolu kimi qəbul edilir. Onların adları tez-tez ədəbiyyat və sənətdə metafora kimi işlədilir.Mühafizə Vəziyyəti və TəhlükələrBuqələmunların bir çox növü hazırda nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Əsas təhlükələrə yaşayış yerlərinin məhv edilməsi, qanunsuz ov və ekoloji dəyişikliklər daxildir.Bəzi növlər beynəlxalq səviyyədə qorunan heyvanlar siyahısına daxil edilib. Mühafizə proqramları və təbii mühitin qorunması buqələmunların gələcəyi üçün vacibdir.
  •  

Pensiya və sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA 

2026-cı ilin yanvar–iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 6,12 milyard manatdan çox vəsait ödənilib.Bu barədə Oxu24.com-a  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 568,8 milyon manat və ya 10,3% çox olub.
  •  

Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir 

Birbank müştəriləri üçün ictimai nəqliyyatdan istifadəni daha sərfəli edən yeni kampaniyaya start verir. 11 avqust – 30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Star kartı ilə avtobus və metroda BakıKart ödənişi edən müştərilərə hər ay ilk 5 gedişi ödənişsiz etmək şansı verilir.Kampaniyadan yararlanmaq üçün avtobus və metroda BakıKart ödənişlərini Birbank Star kartı ilə həyata keçirmək kifayətdir. Bu zaman kartdan vəsait çıxılmır və sərnişinlər mobil tətbiq daxilində prosesi rahatlıqla izləyə bilirlər. Kampaniya Birbank Star kartı ilə birbaşa kart və ya QR vasitəsilə edilən BakıKart ödənişlərinə şamil olunur.Kampaniyada həm aktiv Birbank Star kartına sahib olan, həm də yeni Birbank Star kartı əldə edən bütün müştərilər iştirak edə bilərlər. Kampaniya müddətində hər Birbank Star kartı ilə 20 pulsuz gediş etmək mümkündür.Birbank Star kartı həmçinin gündəlik maliyyə ehtiyaclarının idarə olunması üçün də istifadəçilərə müxtəlif imkanlar təqdim edir. Kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə və Bir ekosisteminin tərəfdaşlarında edilən ödənişlərə görə limitsiz bonuslar qazana bilərlər. Bundan əlavə, QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından yararlanmaq mümkündür.Birbank Star kredit kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək olar.Ətraflı məlumat üçün: Birbank | Birbank Star ilə hər ay 5 gediş hədiyyə!Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
  •  

Qardaşlar faciəli şəkildə öldülər

Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub.Oxu24.com xəbər verir  ki,APA-nın əldə etdiyi məlumata görə, rayonun Salahlı kəndindən keçən hissəsində 1998-ci il təvəllüdlü Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə 1973-cü il təvəllüdlü Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.Hadisə nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb.Bundan başqa, Akif Hacıyevin oğlu 2008-ci il təvəllüdlü Əli Hacıyev, Sabir Hacıyevin oğlanları - 2005-ci il təvəllüdlü Nihad Hacıyev və 2009-cu il təvəllüdlü Elcan Hacıyev, həmçinin Aqşin Hüseynov və 2009-cu il təvəllüdlü Rza Xurşudov xəsarət alıb.Faktı üzrə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
  •  

Bakıda mağazada başlayan yanğın - EVLƏRƏ KEÇİB 

Bakıda mağazada başlayan yanğın evlərə keçib.FED.az xəbər verir ki, hadisə paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub. Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb, bir nəfər sakin tüstüdən zəhərlənib. Hadisənin başvermə səbəbləri araşdırılır.***FHN-in məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360 kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12 kv.m sahədə və ümumi sahəsi 75 kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9 kv.m. sahədə yanıb. Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
  •  

"İran müharibə taktikasını təkmilləşdirib" - Təəccüblü təhlil

İran ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərinə qarşı yeni taktikalardan istifadə etməyə başlayıb.Oxu24.com xəbər verir ki, bu ABŞ-ın The New York Times qəzetinin təhlilinində qeyd edilib. Təhlildə bildirilir ki, Tehran münaqişə uzandıqca ABŞ-ın məhdudlaşan raket ehtiyatlarından da yararlanmağa çalışır. ABŞ rəsmiləri və ekspertləri də İranla müharibənin Amerika hava hücumundan müdafiə vasitələrinin ehtiyatını ciddi şəkildə azaltdığını bildirirlər.Qəzetin yazdığına görə, İran son hücumlarda ballistik və qanadlı raketləri, eləcə də pilotsuz uçuş aparatlarını birlikdə tətbiq etməklə müdafiə sistemlərini yükləməyə çalışıb. Bu taktika Rusiyanın Ukraynada istifadə etdiyi hücum üsullarına bənzədilir.Təhlildə həmçinin İranın hücum dairəsini genişləndirərək Yaxın Şərqdə ABŞ qüvvələrinin yerləşdiyi müxtəlif məntəqələri hədəfə aldığı qeyd olunur. İranın regional tərəfdaşları və proksi qruplarının da bu strategiyada rol oynadığı bildirilir.ABŞ-ın İrana qarşı hərbi əməliyyatları nəticəsində Pentaqonun hava hücumundan müdafiə raketlərinin ehtiyatı əhəmiyyətli dərəcədə azalıb. The New York Times daha əvvəl ABŞ administrasiyasında İranla müharibənin davam etdirilməsinin Patriot və digər tutucu raketlərin ehtiyatını təhlükəli səviyyədə azalda biləcəyi ilə bağlı narahatlıqların olduğunu yazmışdı.Müxtəlif hesablamalara görə, müharibə zamanı ABŞ 1 500-dən çox hava hücumundan müdafiə raketindən istifadə edib. Bu ehtiyatların bərpasının illər çəkə biləcəyi bildirilir.İranın taktikasının əsas məqsədlərindən biri müdafiə sistemlərini eyni anda bir neçə istiqamətdən gələn hədəflərlə yükləməkdir. Raket və dronların kombinasiyası ABŞ və müttəfiqlərinin müdafiə sistemləri üçün həm texniki, həm də logistika baxımından əlavə təzyiq yaradır.Ekspertlərin fikrincə, münaqişə uzandıqca məsələ yalnız İranın raket arsenalı ilə ABŞ-ın müdafiə imkanlarının müqayisəsindən ibarət olmayacaq. ABŞ-ın istifadə etdiyi bahalı tutucu raketləri hansı sürətlə əvəz edə bilməsi də müharibənin gedişinə təsir edən əsas amillərdən birinə çevrilir.
  •  

Kəmaləddin Heydərovdan yeni ƏMR

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.Oxu24.com xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.
  •  

Xərçəng niyə daha çox gənclər arasında yayılır? 

Son 30 ildə, xüsusilə 55 yaşdan aşağı insanlarda erkən başlayan xərçəng hallarının artması qlobal səhiyyə problemi kimi diqqət çəkir. Ağciyər, bağırsaq, kolorektal və uşaqlıq xərçəngi kimi xəstəliklərin artmasının səbəbləri uzun müddətdir alimlər tərəfindən araşdırılır.ABŞ və Böyük Britaniyada yüz minlərlə insanın sağlamlıq və genetik məlumatlarının təhlil edildiyi yeni araşdırmaya görə, problemin səbəblərindən biri sürətlənmiş bioloji qocalma ola bilər.Bioloji yaşınız xronoloji yaşınızdan böyükdür?Xronoloji yaş insanın doğum tarixinə əsasən müəyyən edilir. Bioloji yaş isə hüceyrələrin, maddələr mübadiləsinin və orqanların nə dərəcədə qocaldığını göstərir. Tədqiqatçılar qan göstəricilərini və metabolik profilləri təhlil edərək insanların xronoloji və bioloji yaşları arasındakı fərqi müəyyənləşdiriblər.Nəticələr göstərib ki, bioloji qocalma sürəti yeni nəsillərdə daha yüksəkdir. Məsələn, 1965-1974-cü illərdə doğulan insanların bioloji qocalma sürəti 1950-1954-cü illərdə doğulanlarla müqayisədə 23 faiz daha yüksək olub.ABŞ məlumatlarında fərq daha da böyükdür. 1990-cı illərdə doğulanlarda sürətlənmiş bioloji qocalma 1960-cı illərdə doğulanlarla müqayisədə təxminən 92 faiz yüksək olub.Bu isə o deməkdir ki, yeni nəsillər eyni xronoloji yaşda olsalar belə, onların orqanizmi hüceyrə səviyyəsində əvvəlki nəsillərə nisbətən daha yaşlı ola bilər.Erkən xərçəng riski artırAraşdırmaya görə, bioloji yaşı xronoloji yaşından yüksək olan insanlarda 55 yaşdan əvvəl xərçəng inkişaf riski əhəmiyyətli dərəcədə artır. Bioloji qocalmadakı hər bir standart sapmalıq artım erkən başlayan bərk şişlərin yaranması riskini 8 faiz yüksəldir.Bu əlaqə xüsusilə ağciyər, mədə-bağırsaq və uşaqlıq xərçənglərində daha güclü müşahidə olunub. Üstəlik, riskin artması insanın genetik xərçəng meylindən asılı olmayaraq qeydə alınıb.Bütün orqanlar eyni sürətlə qocalmırTədqiqatın diqqətçəkən nəticələrindən biri də orqanlara xas qocalma ilə bağlıdır. Alimlərin fikrincə, orqanizmdə bütün sistemlər eyni sürətlə qocalmır. Bəzi orqan və toxumalar digərlərindən daha sürətli qocalaraq müəyyən xəstəliklərin yaranması riskini artıra bilər.Məsələn, immun sistemində sürətlənmiş qocalmanın gənc yaşlarda ağciyər xərçəngi riskinin artması ilə əlaqəli olduğu müəyyənləşdirilib. Yağ toxumasının daha sürətli qocalması isə erkən başlayan yoğun bağırsaq xərçəngi riski ilə əlaqələndirilib.Niyə daha sürətli qocalırıq?Tədqiqatçılar sürətlənmiş bioloji qocalmanın mümkün səbəbləri arasında erkən yaşlardan başlayan piylənmə, metabolik problemlər, keyfiyyətsiz və emal olunmuş qidaların çox istehlakı, hərəkətsizlik, yuxu pozğunluğu, xroniki stress və ətraf mühitdəki bəzi kimyəvi maddələrə məruz qalmanı göstərirlər.Alimlər qeyd edirlər ki, bioloji qocalmanı tamamilə dayandırmaq mümkün olmasa da, onun sürətini azaltmaq mümkündür. Sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunması orqanizmin sağlam yaşlanmasına və bəzi xəstəliklərin riskinin azaldılmasına kömək edə bilər.
  •  

Sosial müavinət alanların nəzərinə 

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edib.
  •  

Dəhşətli istilər gəlir: rekord qırılacaq - Tarix 

2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.Oxu24.com  xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu.Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026–2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir. (Globalinfo.az)
  •  

Süni intellektin  məsləhəti fermerə baha başa gəldi

Çində 67 yaşlı fermer süni intellektin verdiyi tövsiyəyə əsasən küncüt sahəsini dərmanladıqdan sonra təxminən 10 hektar məhsulunu itirib. Hadisə Anhui əyalətində baş verib.Yerli mətbuatın məlumatına görə, fermer təxminən bir il ərzində əkin, gübrələmə və pestisidlərdən istifadə ilə bağlı süni intellektdən məsləhətlər alıb. İyul ayında isə küncüt sahəsindəki alaq otları və zərərvericilərlə mübarizə yollarını öyrənmək üçün yenidən süni intellektə müraciət edib.Süni intellekt bir neçə preparatdan istifadə etməyi tövsiyə edib. Fermer isə aqronomla məsləhətləşmədən həmin məhsulları küncüt sahəsinə tətbiq edib. Nəticədə ertəsi gün küncüt bitkiləri qurumağa və məhv olmağa başlayıb.Mütəxəssislərin apardığı araşdırma zamanı məlum olub ki, tövsiyə edilən preparatlar əsasən soya sahələrində enliyarpaqlı alaq otlarına qarşı istifadə olunur. Buna görə həmin vasitələrin küncüt əkinində tətbiqi uyğun hesab edilməyib.Hadisə kənd təsərrüfatında süni intellektdən istifadə zamanı insan nəzarətinin vacibliyini bir daha ortaya qoyub. Mütəxəssislər bildirirlər ki, xüsusilə pestisid və digər kimyəvi preparatlarla bağlı qərarlarda süni intellektin tövsiyələri aqronom məsləhətini əvəz etməməlidir.Bununla yanaşı, süni intellekt elmi araşdırmalarda mühüm imkanlar açır. Məsələn, Stanford Universitetinin alimləri Evo 2 modelindən istifadə etməklə E. coli bakteriyalarını məhv edə bilən yeni bakteriofaqların hazırlanması üzərində işləyiblər.Alimlər hesab edirlər ki, süni intellekt vasitəsilə genomların dizaynı gələcəkdə yeni dərmanların hazırlanmasını sürətləndirə bilər. Lakin texnologiyanın inkişafı ilə yanaşı biotəhlükəsizlik və mümkün bioloji təhdidlərin qarşısının alınması məsələləri də xüsusi əhəmiyyət daşıyır.
  •  

Nazir müavininə ağır itki 

Xarici işlər nazirinin müavini Elnur Məmmədova ağır itki üz verib."Unikal" xəbər verir ki, nazir müavininin atası İsrafil Məmmədov vəfat edib.
  •  

ÜST-dən  pandemiya ilə bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasının sürətlə genişləndiyini və vəziyyətin ciddi narahatlıq doğurduğunu açıqlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırkı epidemiya ölkə tarixində qeydə alınan ikinci ən böyük Ebola epidemiyasına çevrilib.Qebreyesusun sözlərinə görə, KDR-də 5 əyalət və 53 səhiyyə rayonunda 4 449 təsdiqlənmiş yoluxma və 2 061 ölüm qeydə alınıb. O, epidemiyanın əvvəlki Ebola epidemiyalarından daha sürətlə yayıldığını və hazırkı tempin 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş böyük epidemiyanın səviyyəsinə yaxınlaşdığını bildirib.ÜST rəhbəri ötən həftə KDR-ə səfər etdiyini, ölkənin şimal-şərqində epidemiyaya qarşı görülən tədbirləri və qarşıya çıxan çətinlikləri yerli rəsmilərlə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, epidemiya mübarizə aparan səhiyyə qurumlarından hələ də daha sürətlə irəliləyir.Epidemiya xüsusilə ölkənin şərqindəki İturi əyalətində ciddi şəkildə yayılıb. Münaqişə, zəif səhiyyə infrastrukturu, əhalinin yerdəyişməsi və səhiyyə işçilərinin bölgələrə çıxışında yaranan problemlər virusun nəzarət altına alınmasını çətinləşdirir.Hazırkı epidemiyaya Bundibugyo virusu səbəb olur. Bu Ebola növü daha əvvəl də müşahidə edilsə də, hazırkı epidemiya zamanı virusun yeni variantının yayılması ilə bağlı araşdırmalar aparılır. Reuters-in məlumatına görə, hazırda bu növə qarşı təsdiqlənmiş spesifik vaksin və müalicə vasitəsi mövcud deyil.ÜST epidemiya ilə mübarizənin sürətləndirilməsinin vacibliyini vurğulayır. Mütəxəssislər isə xəstələrin erkən aşkarlanması, təmasların izlənməsi və sərhədyanı nəzarətin gücləndirilməsini əsas tədbirlər kimi qiymətləndirirlər.
  •  

Dünyanın ən uzun çayında niyə körpü yoxdur?

Dünyanın ən uzun çayı hesab olunan Amazon Peru, Kolumbiya və Braziliya ərazilərindən keçərək 6 400 kilometrdən çox məsafə qət edir. Oxu24.com xəbər verir ki, çayın  üzərində bu günədək bir dənə də rəsmi körpü inşa edilməyib.Mütəxəssislər bunun əsas səbəblərindən birinin regionda körpüyə kifayət qədər tələbatın olmaması olduğunu bildirirlər. Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun mütəxəssisi Valter Kaufmanın sözlərinə görə, Amazon hövzəsinin böyük hissəsi seyrək məskunlaşıb, yol infrastrukturu zəifdir və bir çox yaşayış məntəqəsinə avtomobillə getmək mümkün deyil.Braziliyanın Makapa şəhəri buna nümunədir. Yüz minlərlə insanın yaşadığı şəhərlə ölkənin digər bölgələri arasında avtomobil yolu əlaqəsi yoxdur və əsas nəqliyyat vasitələrindən biri çay nəqliyyatıdır.Amazonun fiziki xüsusiyyətləri də böyük mühəndislik problemləri yaradır. Yağışlı mövsümdə çayın su səviyyəsi 9 metrədək yüksələ, eni isə bəzi ərazilərdə bir neçə, hətta on kilometrlə ölçülə bilər.Bundan başqa, çayda “matupa” adlanan nəhəng, bitki örtüyü ilə örtülmüş üzən adalar hər hansı körpü konstruksiyası üçün təhlükə yarada bilər. Yumşaq torpaq, sıx meşəlik ərazilər və güclü yağışlar da tikinti və sonrakı istismar prosesini çətinləşdirir.Amazonun əsas gövdəsində körpü olmasa da, çayın ən böyük qolu olan Rio Neqro üzərində belə bir tikili mövcuddur. Manaus yaxınlığındakı Jurnalist Felipe Daou körpüsü çayın üzərindən keçidi təmin edir.Mütəxəssislərin fikrincə, Amazon üzərində körpü tikilməməsi yalnız iqtisadi və texniki səbəblərlə bağlı deyil. Bölgənin ekoloji həssaslığı da mühüm amildir.Araşdırmalara görə, Amazonda meşələrin qırılmasının təxminən 95 faizi yolların yaxınlığında baş verir. Yeni avtomobil yolları və körpülər bölgəyə çıxışı asanlaşdıraraq ağac kəsimi, mədənçilik və digər sənaye fəaliyyətlərinin genişlənməsinə şərait yarada bilər.Bu səbəbdən ekoloqlar və bəzi tədqiqatçılar Amazonun əsas gövdəsinin uzun müddət, hətta gələcəkdə də körpüsüz qalmasının regionun meşələrinin və unikal ekosisteminin qorunması baxımından daha məqsədəuyğun olduğunu düşünürlər.
  •  

Bu gün bürcləri nə gözləyir? – 13 avqustun astroloji proqnozu

QoçBu gün problemlərin öhdəsindən inamla gəlmək və məsuliyyəti üzərinizə götürmək üçün güclü enerjiniz var. Ətrafınızdakı insanların sizə olan etimadını hiss edəcək, dəstəyinizə ehtiyacı olanlara kömək etməkdən zövq alacaqsınız. İş həyatında yaranmış məsələləri həll etmək və yeni qərarlar vermək asanlaşacaq. Maliyyə baxımından xüsusilə yaradıcı ideyalar və yeni layihələr üzərində düşünmək faydalıdır. Sevgi həyatında isə münasibətlər barədə daha aydın düşünə, qarşı tərəfin hisslərini daha yaxşı anlaya bilərsiniz. Yeni tanışlıqlar, barışıq və hisslərinizi açıq ifadə etmək üçün əlverişli gündür.BuğaBu gün sözləriniz və məsləhətləriniz başqalarına güclü təsir göstərə bilər. Ailə və evlə bağlı məsələlərdə sülh yaratmaq, köhnə fikir ayrılıqlarını aradan qaldırmaq üçün yaxşı imkanınız olacaq. İş həyatında həmkarlarla daha rahat anlaşacaq və əməkdaşlıqdan fayda görəcəksiniz. Maliyyə baxımından razılaşmalar və qarşılıqlı anlaşmalar müsbət nəticə verə bilər. Sevgi münasibətlərində hisslərinizi açıq ifadə etmək və qarşı tərəflə sakit söhbət aparmaq münasibətlərdəki gərginliyi aradan qaldıracaq.ƏkizlərMaliyyə və iş məsələlərində uğurlu nəticələr əldə etmək üçün əlverişli gündür. Yeni biznes və ya qazanc ideyanız dəstək qazana bilər. Özünüzə inamınız güclənəcək və çətin məsələlərin öhdəsindən daha rahat gələcəksiniz. Danışıqlar, yazışmalar və yaradıcılıq tələb edən işlər uğurlu alınacaq. Maliyyə baxımından yeni gəlir imkanının təməli qoyula bilər. Sevgi həyatında isə ünsiyyətiniz xüsusilə təsirli olacaq; hisslərinizi və düşüncələrinizi qarşı tərəfə rahatlıqla çatdıra biləcəksiniz.XərçəngBu gün həyatınızda müsbət dəyişiklik etmək və qarşınıza qoyduğunuz məqsədə yaxınlaşmaq istəyiniz güclənəcək. İş həyatında məsuliyyətləri vaxtında yerinə yetirmək və konkret nəticələr əldə etmək üçün məhsuldar gündür. Ailə, ev və maliyyə məsələləri ilə bağlı sevindirici xəbər almağınız mümkündür. Ev üçün mühüm alış-veriş və ya maddi baxımdan rahatlıq yaradacaq qərar gündəmə gələ bilər. Sevgi münasibətlərində sakit və xoş söhbətlər münasibətlərə sabitlik gətirəcək. Özünüzü daha güvənli hiss etməyiniz şəxsi həyatınıza da müsbət təsir göstərəcək.ŞirBu gün hansısa problemi həll etmək həm əhvalınıza, həm də ümumi vəziyyətinizə müsbət təsir göstərəcək. Fiziki aktivlik və hərəkətlilik stressdən azad olmağa kömək edəcək. İş həyatında yeni məlumat əldə edə və ya fəaliyyətiniz üçün faydalı bir xəbər ala bilərsiniz. Təhsil, təqdimat və ideyalarınızı başqalarına çatdırmaq baxımından uğurlu gündür. Maliyyə məsələlərində yeni məlumatlar düzgün qərar verməyinizə kömək edə bilər. Sevgi həyatında isə söhbətlər və qarşılıqlı anlaşma münasibətlərdəki fərqləri aradan qaldıracaq.QızBu gün problemləri sadəcə müzakirə etməkdənsə, onların həlli üçün konkret addımlar atmaq istəyəcəksiniz. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün maraqlı və praktik ideyalar ortaya çıxa bilər. İş həyatında düzgün qərar vermək və mürəkkəb məsələyə aydınlıq gətirmək asanlaşacaq. Danışıqlar zamanı qarşı tərəfin mövqeyini daha yaxşı anlayacaq və ortaq məxrəcə gələcəksiniz. Sevgi münasibətlərində xoş söhbətlər əhvalınızı yüksəldəcək və aranızdakı yaxınlığı artıracaq.TərəziBu gün məqsədlərinizə çatmaq istəyiniz və işləri yoluna qoymaq əzminiz güclənəcək. Son vaxtlar ifadə etməkdə çətinlik çəkdiyiniz fikir və ya qərarı indi daha rahat şəkildə ortaya qoya bilərsiniz. Karyera baxımından uzunmüddətli uğur vəd edən planları seçmək üçün yaxşı gündür. Faydalı bir tanışlıq və ya əməkdaşlıq gələcəkdə iş və maliyyə baxımından üstünlük yarada bilər. Sevgi həyatında isə qarşınızdakı insanın sizə münasibəti ilə bağlı aydınlıq yarana, gələcəklə bağlı xoş söhbət yaşana bilər.ƏqrəbMünasibətlər və ünsiyyət bu gün sizə yeni məqsəd və motivasiya verəcək. Doğru insanlarla əlaqə qurmaq və ehtiyacınız olan məlumatı əldə etmək daha asan olacaq. İş həyatında hansısa layihə ilə bağlı aydınlıq yarana və əməkdaşlıq üçün əlverişli şərait formalaşa bilər. Maliyyə məsələlərində düzgün insanlardan alınan məsləhət sizə fayda verəcək. Sevgi həyatında isə qarşı tərəfin sizə olan marağını hiss edə bilərsiniz. Hissləri açıq şəkildə ifadə etməsəniz belə, davranışlardan çox şey anlamaq mümkün olacaq.Oxatanİş və gündəlik həyatınızı qaydaya salmaq üçün məhsuldar gündür. Sağlamlığınıza və şəxsi rahatlığınıza diqqət ayırmaq sizə həm fiziki, həm də emosional baxımdan yaxşı təsir edəcək. İş həyatında yeni rejimə keçmək və səmərəliliyi artırmaq üçün əlverişli şərait var. Maliyyə baxımından gündəlik işlərdən və mövcud fəaliyyətinizdən fayda əldə edə bilərsiniz. Sevgi həyatında isə cazibəniz və sosial aktivliyiniz artır. Yeni dostluqlar və maraqlı tanışlıqlar mümkündür. Keçmişdə yaranmış incikliyi səmimi söhbətlə aradan qaldırmaq da asan olacaq.OğlaqMünasibətləriniz bu gün daha canlı və hərəkətli olacaq. Qarşınızdakı insan sizi mühüm bir addım atmağa həvəsləndirə bilər. İş həyatında karyeranıza fayda verəcək yeni məlumatlar əldə edə, gələcəklə bağlı planlarınızı müzakirə edə bilərsiniz. Nüfuzunuzun artması və haqqınızda müsbət fikirlərin səsləndirilməsi mümkündür. Maliyyə və biznes qərarlarını vermək, lazımi məlumatları toplamaq üçün əlverişli gündür. Sevgi münasibətlərində isə əməkdaşlıq və qarşılıqlı dəstək sizi daha xoşbəxt edəcək.DolçaBu gün həm düşüncələriniz, həm də hissləriniz arasında yaxşı tarazlıq yaradacaqsınız. İş həyatında məhsuldarlığınız yüksək olacaq və qarşıya çıxan problemləri daha rahat həll edəcəksiniz. Maliyyə məsələlərində artıq düşünməkdənsə, konkret addım atmaq daha faydalı ola bilər. Tərəfdaşlıq və əməkdaşlıq yeni imkanlar yaradacaq. Sevgi münasibətlərində isə ortaq məqsədlər və gələcəklə bağlı söhbətlər yaxınlığı artıracaq. Birlikdə öyrənmək və yeni təcrübələr qazanmaq münasibətinizə müsbət təsir göstərəcək.BalıqlarYaradıcı fəaliyyət, əyləncə və özünüzü sərbəst ifadə etmək bu gün sizə yaxşı təsir edəcək. Qarşınıza çıxan problemin kökünə enmək və onu həll etmək üçün cəsarətli davranacaqsınız. İş həyatında araşdırma, təhlil və mürəkkəb məsələlərin həlli baxımından güclü gündür. Maliyyə ilə bağlı gizli qalan bir detalı üzə çıxara və ya yeni qazanc imkanı görə bilərsiniz. Sevgi həyatında gündəlik fəaliyyətlər zamanı maraqlı biri ilə tanış olmaq ehtimalı var. Səmimi və xoş ünsiyyət yeni münasibətin başlanğıcına çevrilə bilər.//Demokrat.az
  •  

Bir gündə 3 nəfər edam olunacaq – ABŞ-da 

Bu gün ABŞ-ın 3 ştatında eyni vaxtda 3 ölüm hökmü icra olunacaq.Musavat.com "Associated Press"-ə istinadən xəbər verir ki, Tennessi, Alabama və Oklahoma ştatlarının hakimiyyət orqanları bu gün üç məhbusu edam etməyi planlaşdırır. Bu, təxminən 16 il ərzində ABŞ-da eyni gündə üç edamın təyin edilməsi ilə bağlı ilk haldır. Hökmlərin hamısı ölümcül inyeksiya ilə həyata keçiriləcək.Tennessi 1985-ci ildə qulluqçunu öldürməkdə təqsirli bilinən Entoni Darrel Haynsı edam etməyi planlaşdırır. Alabamada beş yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Jeremy Williamsın, Oklahomada isə 2003-cü ildə sevgilisini öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodrigesin edam edilməsi planlaşdırılır.Agentlik qeyd edir ki, bir gündə üç edam ABŞ-da edamların sayının artmasını əks etdirir və bu, ölüm hökmünü fəal şəkildə tətbiq etməyə davam edən bir neçə ştatın təsiri altında baş verir.2025-ci ildə ölkədə 47 edam həyata keçirilib ki, bu da 2009-cu ildən bəri ən yüksək rəqəmdir.
  •  

Kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanalıq oldu 

Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub.“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.İlkin məlumata görə, zəhərlənmə səbəbilə 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib.Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu bildirilir.Xəstəxanaya yerləşdirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.Faktla bağlı araşdırma aparılır.
  •  

Bəzi ərazilərdə qaz olmayacaq 

Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də saat 10:00-dan işlər yekunlaşanadək qazın verilişində fasilələlər olacaq.
  •  

Bəzi ərazilərdə işıq olmayacaq 

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 13-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.“Azərişıq” ASC-dən Modern.az-a bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Zeynəddin kəndi və şəhər ərazisində yerləşən Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov, Müşfiq İsayev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Göyçay EŞ-nin xidməti ərazisində yerləşən şəhərin Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişi dayandırılacaq.Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
  •  

Yevlaxda qəza - Ölən və yaralananlar var 

Yevlaxda ağır yol qəzası olub.Oxu24.com  xəbər verir ki, hadisə Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.İlkin məlumata görə, "Mercedes" və "Naz lifan" markalı maşınların toqquşması zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb.Faktla bağlı araşdırma aparılır.
  •  

Taksi sürücülərinə şad xəbər 

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də imtahan keçirəcək.Oxu24.com  xəbər verir ki, bu barədə DİM məlumat yayıb.Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub:"Həmin şəxslər 12 avqust 18:00-dan 7 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər.Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100), Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə və Naxçıvan şəhəri 4 saylı orta məktəb keçiriləcəkdir.Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir.Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir"
  •  

Bu rayonlarda əməliyyat keçirildi - Saxlanılanlar var  

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.Oxu24.com xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
  •  

Həbsdə olan Əkrəm İmamoğlu qərarını verdi - O da getdi…

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlunun yenidən sədr postuna qayıtması ilə başlayan böhran partiya daxilində böyük parçalanmaya çevrilib.Oxu24.com bildirir ki AZXEBER.COM xəbər verir ki, Özgür Özəlin rəhbərliyi ilə 91 deputatın CHP-dən ayrılaraq YENİ Partiyanı yaratmasından sonra çox sayda bələdiyyə sədri və partiya rəhbəri də CHP ilə yollarını ayırıb.Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu da CHP-dən istefa verdiyini açıqlayıb.İmamoğlu istefası ilə bağlı "17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa edirəm” deyib.
  •  

Bakıya uçan təyyarə təcili eniş etdi 

Tümendən Bakıya uçuş həyata keçirən "UTair" aviaşirkətinə məxsus təyyarə texniki səbəbdən Ufaya məcburi eniş edib.Oxu24.com  bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.Məlumata görə, Bakı vaxtı ilə 20:15-də təyyarə "Ufa" beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.Eniş təhlükəsiz şəkildə baş tutub./axar
  •  

Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU

Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Oxu24.com  bildirir ki, bu barədə TƏBİB-dən bildirilib.Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
  •  

Xəzər dənizinin səviyyəsi bu tarixə kimi azalacaq 

Xəzər dənizinin ekoloji problemləri iki səbəbdən yaranır. Onlardan birincisi, Xəzər dənizinin çirklənməsi, ikincisi, dənizə tökülən suların miqdarının azalması nəticəsində səviyyəsinin enməsidir.Oxu24.com  xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev deyib.O bildirib ki, Xəzər dənizində çirklənmə əsasən dənizdən neftin çıxarılması ilə əlaqədardır. Bu zaman normativlər daxilində müəyyən miqdarda çirkləndiricilər dəniz suyuna axa bilər. Bu nöqteyi-nəzərdən Xəzər dənizində çirklənmələrin olması mümkündür. Bundan əlavə, gəmilərin, tankerlərin hərəkəti nəticəsində də Xəzərə müəyyən miqdarda neft məhsulları, başqa çirkləndiricilər daxil ola bilir. Həmçinin Xəzərə tökülən çaylar da özləri ilə müxtəlif çirkləndiriciləri gətirir.Professorun sözlərinə görə, sahilyanı ərazilərdə tikinti prosesi də dənizə təsirsiz ötüşmür. Belə ki, əhalinin sayı artır, urbanizasiya prosesləri gedir və buradan da Xəzər dənizinə müəyyən qədər çirkləndiricilər daxil olur. Odur ki, Xəzərin sahilində qurulan infrastruktura xüsusi fikir vermək lazımdır ki, dənizi çirkləndirməsin: “Xəzər dənizinin çirklənmə səviyyəsinin növbəti 10-15 il ərzində daha da artacağını düşünürəm. Bu da təxirəsalınmaz tədbirlərin görülməsini labüd edir".Xəzərin səviyyə dəyişmələrindən bəhs edən Əmir Əliyev prosesin periodik xarakter daşıdığını deyib. O diqqətə çatdırıb ki, son 4 min ildə Xəzərin səviyyəsində periodiklik təxminən 200-250 ildir və sonuncu ən böyük səviyyə təxminən 1805-1810-cu illərdə müşahidə olunub. Həmin vaxtdan etibarən Xəzərin səviyyəsi enmə mərhələsindədir. "Arabir bəzi qalxmalar olsa da, ümumi period enmə dövrüdür ki, bu da təxminən 2040-2050-ci illərə qədər davam edəcək. Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Hazırda Xəzərin səviyyəsi Baltik sistemi ilə -29 metrdir. Qarşıdakı 10-15 ildə Xəzərin səviyyəsinin təxminən 1-1,5 metr də enməsi proqnozlaşdırılır. Xəzərə tökülən çayların, xüsusilə Volqa çayının gətirdiyi suyun miqdarı son illərdə 25-30 faizə qədər azalıb ki, bu da səviyyənin enməsinin əsas səbəbidir. 1995-ci illə müqayisədə Xəzərin səviyyəsinin enməsi və geri çəkilməsi nəticəsində Azərbaycanı əhatə edən sahil zonasında 40 min hektara qədər ərazi suyun altından çıxıb. Belə davam etsə, dəniz suyunun altından çıxan ərazilərin sahəsi artacaq. Əgər sahilyanı ölkələr tədbir görməsə, Xəzər dənizinin ekoloji vəziyyəti bugünkündən də ağır ola bilər", - deyə o vurğulayıb.Qeyd edək ki, avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. 2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
  •  

Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA 

"Abituriyent" jurnalının 4-cü sayında 2026-2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adının yer almaması təhsil ictimaiyyətində suallar yaradıb. DİM-in məlumatına görə, jurnal 2026-2027-ci tədris ili üzrə qəbul və ixtisas seçimi ilə bağlı əsas məlumatları əhatə edir. Eyni zamanda, mövcud məlumatlarda institutun həm bakalavriat, həm də magistratura üzrə bu il qəbul planında nəzərdə tutulmadığı bildirilir.Bəs, bir ali təhsil müəssisəsinin qəbul planında yer almaması hansı səbəblərlə bağlı ola bilər və bu hal avtomatik olaraq həmin müəssisənin fəaliyyətinin dayandırılması və ya bağlanması anlamına gəlirmi?Oxu24.com xəbər verir ki,daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məhz Naxçıvan Müəllimlər İnstitutu və Qızlar Universiteti ilə bağlı belə bir açıqlama verilmişdi ki, hər iki universitetə magistraturaya qəbul dayandırılacaq.."Bu, rəsmi şəkildə elan olunmuşdu. Az sonra Qızlar Universitetinin akkreditasiya standartlarına uyğunsuzluğu elan edilərək fəaliyyəti dayandırıldı. Naxçıvan Müəllimlər İnstitutunun da magistraturaya qəbulunun dayandırılması ilə bağlı fikir qəti idi və gözlənilirdi ki, bakalavriat səviyyəsi üzrə də qəbul aparılmayacaq. Artıq Dövlət İmtahan Mərkəzinin bu iradəni göstərməsi ondan xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti başa çatmış hesab oluna bilər".Ekspert qeyd edib ki, əlində bununla bağlı rəsmi fakt olmadığı üçün bunu yalnız ehtimal kimi bildirir:"Əgər Dövlət İmtahan Mərkəzi bu il Naxçıvan Müəllimlər İnstitutuna qəbul aparmırsa, bu, institutda tədris prosesinin yekunlaşmaq üzrə olduğunu göstərə bilər. Yəqin ki, Qızlar Universitetindən fərqli olaraq, burada mövcud tələbələrin təhsillərini başa vurmaları gözlənilir. Qızlar Universitetinin bağlanması tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə gətirib çıxardı. Görünür, Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı qərar bir qədər fərqlidir. Ola bilsin ki, burada mövcud tələbələrin təhsil müddəti başa çatana qədər institut fəaliyyətini davam etdirsin".
  •  

Azərbaycanda dövlət qurumlarına nəzarət gücləndirilir 

Dövlət qurumlarının rəqəmsal layihələrə ayırdığı vəsaitlərə nəzarət gücləndirilir.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.Onun sözlərinə görə, Prezident tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və digər qanunlara edilən son dəyişikliklərlə dövlət qurumlarının rəqəmsal layihələrinin planlaşdırılması və maliyyələşdirilməsi üçün yeni razılaşdırma mexanizmi müəyyənləşdirilib. Dominos pizzaEkspert qeyd edib ki, bu yanaşma tamamilə yeni deyil. 2025-ci ildə qəbul edilən “Rəqəmsal İnkişaf Konsepsiyası”nda da dövlət informasiya sistemləri və elektron xidmətlər üzrə layihələrin maliyyələşdirilməsinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdu.“İndi isə mexanizm qanun səviyyəsinə qaldırılır və daha konkret prosedur müəyyən edilir”, – deyə Osman Gündüz vurğulayıb.Onun sözlərinə görə, yeni qaydalara əsasən dövlət qurumları növbəti il həyata keçirmək istədikləri rəqəmsal layihələri, tələb olunan vəsaiti və maliyyələşmə mənbəyini əvvəlcədən təqdim etməlidirlər.“Bütün dövlət qurumlarının rəqəmsal layihələrinə ‘stop’ qoymaq səlahiyyəti RİNN-ə verilib. RİNN layihəyə texniki və səmərəlilik baxımından rəy verir. Dövlət investisiyası layihələrinə isə İqtisadiyyat Nazirliyinin də rəyi alınır. Maliyyə Nazirliyi də maliyyə ekspertizası aparır. Vəsaitin ayrılması da RİNN-lə razılaşdırılır”, – ekspert bildirib.Osman Gündüz xüsusilə vacib yeniliyin strateji sənədlərə və ölkənin vahid rəqəmsal arxitekturasına uyğun olmayan, həmçinin mövcud layihələri təkrarlayan rəqəmsal layihələrin müsbət rəy almaya bilməsi olduğunu qeyd edib.Ekspertin fikrincə, illər ərzində müxtəlif dövlət qurumlarının ayrı-ayrılıqda oxşar sistemlər yaratması, eyni funksiyaların təkrar sifariş edilməsi, inteqrasiya problemləri və büdcə vəsaitlərinin bənzər həllərə dəfələrlə xərclənməsi ciddi problemlər yaradıb.“On milyonlarla, hətta yüz milyonlarla vəsait xərclənən uğursuz İT layihələri olub. Yeni mexanizm düzgün tətbiq edilərsə, dublikat İT layihələrinin qarşısını ala, dövlət xərclərini optimallaşdıra və vahid rəqəmsal dövlət arxitekturasının formalaşmasını sürətləndirə bilər”, – deyə Osman Gündüz bildirib.Bununla yanaşı, ekspert yeni mexanizmin mümkün risklərinə də diqqət çəkib. Onun sözlərinə görə, razılaşdırma prosesi düzgün qurulmadığı halda yeni bürokratik mərhələyə çevrilə, rəqəmsal layihələrin icrasını ləngidə və dövlət qurumlarının çevikliyini azalda bilər.“Ümid edirəm ki, bununla yeni bürokratik prosedurlar yaradılmayacaq, rəqəmsal transformasiya prosesləri ləngiməyəcək”, – deyə Osman Gündüz əlavə edib.
  •  

Ağır qəza olub: Ölənlər  var

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.Belə ki, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı araşdırma aparılır.(Apa)
  •  

Bu televiziyanın əməkdaşı dənizdə batdı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb.Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.Oxu.Az-ın əldə etdiyi məlumata görə, dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olub.Hadisənin təfərrüatı araşdırılır.
  •  

Bu ərazilərdə qaz olmayacaq

Təmir-quraşdırma işləri ilə əlaqədar 13.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Oxu24.com-a  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
  •  

AZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq? 

Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər.Bu dəyişiklik banklar arasında xidmət keyfiyyəti və komissiyalar üzrə rəqabətə necə təsir göstərəcək? Vətəndaşların bank seçimi hüququ maliyyə xidmətlərinin keyfiyyətini artıracaq, yoxsa yeni problemlər yaradacaq?Oxu24.com xəbər verir  ki,Məsələni “AzPolitika”ya şərh edən iqtisadçı-ekspert Günay Hüseynova deyib ki, Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm uzun illərdir Türkiyədə uğurla tətbiq olunur və vətəndaşlara daha geniş seçim imkanı yaradır.Onun sözlərinə görə, yeni qaydalara əsasən əməkhaqqı və pensiya kartlarını vətəndaşlar birdəfəlik seçim əsasında istədikləri bank vasitəsilə əldə edə biləcəklər: “Bu isə banklar arasında rəqabətin güclənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə və müştərilərə daha sərfəli təkliflərin təqdim olunmasına şərait yaradacaq. Türkiyə təcrübəsi bu modelin səmərəli olduğunu göstərir. Belə ki, yeni mexanizm tətbiq edilərkən banklar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçiriblər. Məsələn, banklardan biri pensiyasını həmin bank vasitəsilə almağı seçən vətəndaşlara birdəfəlik bir aylıq pensiya məbləği qədər bonus ödəyirdi. Digər bank isə taksit kartları ilə edilən alış-verişlərə müəyyən müddət ərzində faizsiz ödəniş imkanı təqdim edirdi”.Günay Hüseynova vurğulayıb ki, xüsusilə yaşlı insanların böyük hissəsində eşitmə problemi müşahidə olunur. Bu baxımdan, eşitmə cihazlarının taksitlə və ya faizsiz şərtlərlə alınmasına imkan yaradan kampaniyalar pensiyaçılar üçün ciddi üstünlük hesab edilə bilər: “Belə təşviqlər vətəndaşların bank seçiminə də müsbət təsir göstərir. Vətəndaş üçün əsas meyar bankın adı deyil, təqdim etdiyi xidmətin keyfiyyəti, təhlükəsizlik səviyyəsi, əlavə üstünlüklər və bankomatların əlçatanlığıdır. Əgər bu amillər təmin olunursa, vətəndaş üçün vəsaiti hansı bankın bankomatından çıxarmasının ciddi fərqi qalmır. Yeni mexanizm də məhz bankları müştəri məmnuniyyətini artırmağa və daha rəqabətli xidmətlər təqdim etməyə sövq edəcək”.
  •  

4 bürc üçün dönüş nöqtəsi - Həyatlarında nə dəyişəcək? 

Avqustun 12-də baş verəcək Günəş tutulması dörd bürc üçün simvolik bir dönüş nöqtəsi ola bilər.Oxu24.com  lent.az-a istinadən xəbər verir ki, onun ən böyük təsirini Buğa, Şir, Əqrəb və Dolça bürcləri hiss edəcək.Total Günəş tutulması avqustun 12-də baş verəcək. NASA-nın məlumatına görə, tamlıq yolu Qrenlandiya, İslandiya, Şimali Rusiya, İspaniya və Portuqaliyanın kiçik bir hissəsindən keçəcək, qismən tutulma isə Şimal yarımkürəsinin daha böyük bir ərazisində görünəcək.Astrologiyada bu hadisə Şir bürcündə, təxminən 20-ci dərəcədə baş verəcək. Astroloqlar xüsusilə bürcün dörd sabit əlamətini - Buğa, Şir, Əqrəb və Dolçanı vurğulayırlar. Bu bürclər üçün tutulmanın həyatda mühüm bir mərhələnin başlanğıcını qeyd etdiyinə inanılır.Şir bürcündə Günəş tutulması şəxsi güc, özünüifadə, yaradıcılıq, sevgi, özünəinam və diqqət çəkilmək istəyi mövzuları ilə əlaqələndirilir. Bu, insanın uzun müddətdir təxirə saldığı qərarlara səbəb ola bilər.ŞirŞir bürcləri üçün bu tutulma ilin ən vacib astroloji anlarından biri ola bilər, çünki bu, birbaşa onların bürcündə baş verir."Bundan sonra kim olmaq istəyirəm?" sualı ön plana çıxır.Şəxsi məqsədlər, prioritetlər, özünəinam və hətta Şir bürclərinin başqaları tərəfindən necə görünmək istəmələri dəyişə bilər. Bir vaxtlar vacib görünən şey birdən mənasını itirə bilər.Bəziləri üçün bu, yeni bir layihəyə başlamaq, iş yerini dəyişdirmək və ya karyera yolunu dəyişdirmək qərarı olacaq. Digərləri üçün isə bu, nəhayət kölgələrdən çıxmaq və özünü təsdiqləmək istəyi olacaq.Şir bürcləri üçün əsas çətinlik başqalarının gözləntilərini doğrultmağa çalışmamaqdır.DolçaDolça üçün tutulma münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.Yaxın, romantik münasibətlər və tərəfdaşlıqlar diqqət mərkəzində olacaq. Bəzi Dolçalar həyatlarının növbəti dövründə əhəmiyyətli rol oynayacaq biri ilə tanış ola bilərlər.Lakin tutulma başqa bir sual da doğura bilər: mövcud münasibətlərinizdən razısınızmı?Dilinməmiş şikayətlər və ya ziddiyyətlər yığılıb qaldığı yerdə səmimi söhbətə ehtiyac yarana bilər.BuğaBuğa üçün həyatlarının təməlini yenidən qiymətləndirməyin vaxtı gəldi.Dəyişikliklər onların evinə, ailəsinə, yaşayış yerinə və ya yaxınları ilə münasibətlərinə təsir göstərə bilər. Qərarlar köçmək, təmir etmək, həyat tərzini dəyişdirmək və ya ailə həyatının yeni mərhələsinə qədəm qoymaq kimi məsələləri əhatə edə bilər.Lakin, Buğa üçün tutulmanın əsas mövzusu daha dərindir: təhlükəsizlik hissi.Bir vaxtlar sabitlik verən şey artıq işləməyə bilər. Tutulma simvolik olaraq Buğaları özləri üçün yeni bir təməl yaratmağa sövq edir - təkcə maddi deyil, həm də emosional.ƏqrəbƏqrəblər üçün dəyişikliklər ən çox peşəkar sahədə özünü göstərə bilər.Karyera, nüfuz, ambisiyalar və sosial vəziyyət ön plana çıxır. Bu bürcün bəzi nümayəndələri yeni məsuliyyət və ya təklif ala bilər, digərləri isə istiqaməti dəyişdirməyin vaxtı olduğunu anlaya bilərlər.Əqrəblərin uzun müddətdir çalışdıqları şeylər başqaları üçün daha çox nəzərə çarpan hala gələ bilər.Eyni zamanda, tutulma sizi qərar verməyə məcbur edə bilər: həqiqətən istədiyiniz məqsədə doğru irəliləyirsiniz, yoxsa sadəcə əvvəlcədən tərtib edilmiş bir planı yerinə yetirirsiniz?Niyə dəyişikliklər dərhal görünməyə bilərAstrologiyada tutulma ənənəvi olaraq hər şeyin bir neçə saat ərzində dəyişməli olduğu ayrı bir sehrli gün kimi deyil, yeni bir dövrün simvolik başlanğıcı kimi qəbul edilir.Buna görə də, avqustun 12-dəki tutulma ilə əlaqəli hadisələr tədricən baş verə bilər.Bu, yeni tanışlıq, gözlənilməz bir təklif, vacib bir söhbət, köhnə bir münasibətin sonu və ya uzun müddətdir ki, qənaətbəxş olmayan bir şeylə artıq razılaşmamaq üçün daxili qərar ola bilər.Astroloqlar Buğa, Şir, Əqrəb və Dolça bürclərinə bu dövrün hadisələrinə xüsusilə diqqətli olmağı məsləhət görürlər.Tutulma insanın gələcəyini müəyyən etməsə də, özünüzdən soruşmaq üçün yaxşı bir simvolik səbəb ola bilər: planetar düzülüşdən asılı olmayaraq, həyatımda artıq nəyin dəyişməsinə ehtiyac var?
  •  

Nazir müşavirinə yeni vəzifə verildi 

Xankəndi Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.Oxu24.com  xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat paylaşılıb.Klubun Ümumi Yığıncağının qərarı ilə Xankəndi FK-da Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.Qeyd edək ki, Elgün Səmədov səhiyyə nazirinin müşaviridir. O bu vəzifəyə ötən il təyin olunub./unikal
  •  

Ağır qəza olub:Yaralılar var

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.Qəza nəticəsində 3 nəfər yaralanıb.TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.(Report)
  •  

Bu ilin ikinci Günəş tutulması başlayıb 

Avqustun 12-də ilin ikinci Günəş tutulması başlayıb.Bu barədə Oxu24.com-a  Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.Bildirilib ki, bu, tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək:"Qismən tutulma saat 19:34-də başlayıb və saat 23:57-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57-də başlayacaq və saat 22:30-da başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 min 320 kilometrdir. Bu gün isə Yer və Ay arasındakı məsafə 359 min 445 kilometr təşkil edir. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olur"."Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunur. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmur", - məlumatda vurğulanıb.
  •  

Paşinyan Zelenski ilə telefonla danışıb 

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.Oxu24.com  xəbər verir ki, Zelenski Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.Həmçinin regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Sabit və davamlı sülhün təşviq edilməsinin vacibliyi vurğulanıb.
  •  

Bu yazılara görə saxlanılanlar var

Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb.Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.Şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.Faktla bağlı araşdırma aparılır.
  •  

Gəncə sakini su anbarında boğulub

Mingəçevirdə Gəncə sakini su anbarında boğulub.Gəncə şəhər sakini, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
  •  

SON DƏQİQƏ! Güclü partlayış baş verib:3 qurum açıqlama yaydı

Xocavənd rayonunda mina partlayışı baş verib.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib.Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
  •  

Bakıda 16 istiqamətdə sıxlıq var 

Bakıda sıxlıq olan yollar açıqlanıb.Oxu24.com DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;6. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;14. Alı Mustafayev küçəsi,"20 Yanvar" dairəsi istiqamətində;15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;16. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
  •  

Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar 

Paytaxtın Yasamal rayonunda 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub.Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N. Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.Bundan başqa, Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü. Şərifov və T. Salmanov da müəyyən edilərək saxlanılıblar.Faktlar üzrə araşdırmalar davam etdirilir.
  •  

13 avqustda bizi nələr gözləyir? — ULDUZ FALI

QoçGün müəyyən çətinliklər gətirə bilər. Emosional fon o qədər də əlverişli olmayacaq və bəzi Qoçların adi nikbinliyini itirməsi istisna deyil. Bürc nümayəndələri bir çox məsələyə kifayət qədər bədbin yanaşmağa meylli olacaq və yaxınlarının, dostlarının və ya həmkarlarının onlarla bölüşəcəyi ideyaları həmişə layiqincə qiymətləndirə bilməyəcəklər.Lakin günü açıq-aşkar pis hesab etmək lazım deyil. Əslində, o həm xoş anlar, həm də yeni imkanlar gətirəcək. Səhər bəzi yeni işlərə başlamaq üçün münasib olacaq — ideal variantda bunlar dəqiqlik və detallara diqqətdən daha çox təxəyyül və yaradıcı yanaşma tələb edən işlər olmalıdır. Doğrudur, işgüzar ünsiyyət baxımından bu, o qədər də əlverişli vaxt olmayacaq, çünki siz fikirlərinizi sadəcə açıq deyil, hətta sərt şəkildə ifadə etməyə meylli olacaqsınız və bunun hansı nəticələrə səbəb ola biləcəyi barədə heç düşünməyəcəksiniz. Nəticədə rəhbərliklə və ya əslində çox yüksək qiymətləndirdiyiniz işgüzar tərəfdaşınızla münaqişə yarana bilər.BuğaBu gün gərgin anlar az olmayacaq və onlar həyatın demək olar ki, bütün sahələrində mümkündür. Məsələn, rəhbərliklə ciddi fikir ayrılıqları məhsuldar işləməyinizə mane ola bilər, çünki rəhbərlik sizin niyə məhz bu strategiyanı seçdiyinizi heç də həmişə anlamayacaq. Həmkarlarınızın sizdən izahat istəməsi də mümkündür, siz isə uzun söhbətlərə meylli olmayacaq və kifayət qədər sərt cavablar verə bilərsiniz.İşgüzar və şəxsi münasibətləri bir-birinə qarışdırmamağa çalışın. Bu gün simpatiya və antipatiyalarınız işlə bağlı qərarlara təsir etməməlidir. Bu, problemlərin daha da dərinləşməsinin qarşısını almağa imkan verəcək. Nə qədər sakit olsanız, axşama doğru vəziyyəti hamı üçün daha ahəngdar və rahat etməyin yolunu tapmaq şansınız bir o qədər çox olacaq.ƏkizlərBu gün çox uğurlu keçəcək. Daha əvvəl yaranmış bəzi problemlərin öhdəsindən gəlməyə, mürəkkəb məsələləri həll etməyə və ilk uğurları kifayət qədər tez əldə edə biləcəyiniz yeni işlərə başlamağa imkan verəcək.Xoş görüşlər istisna deyil, vaxtilə dostluq etdiyiniz və ya sadəcə yaxşı münasibətlər saxladığınız insanlar özlərini xatırlada bilərlər. Bu dəfə onlar, o cümlədən işgüzar baxımdan maraqlı olan bəzi təkliflər irəli sürəcəklər.XərçəngGünün birinci yarısında baş verən hadisələrə diqqət yetirin. Öz-özlüyündə onlar əhəmiyyətsiz görünə bilər, lakin çox güman ki, hansısa böyük dəyişikliklərin başlanğıcı olacaq. Bu, ilk növbədə işgüzar sahəyə aiddir. Məsələn, səhər çox tezliklə etibarlı müttəfiqinizə, rəhbərinizə və ya işəgötürəninizə çevriləcək bir insanla tanış ola bilərsiniz.Həmçinin günortaya qədər bəzi Xərçənglər pulla bağlı düzgün qərarlar qəbul etməyə, alış-verişi planlaşdırmağa və ya yaxın gələcəkdə vəsaitlərini nəyə yatıracaqlarını müəyyənləşdirməyə kömək edəcək məlumat əldə edəcəklər.ŞirBu, ən asan gün deyil, lakin yenə də onu kifayət qədər məhsuldar keçirmək şansınız olacaq. Əsas etməməli olduğunuz şey qərar verməyə tələsməkdir.Günün birinci yarısı, xüsusilə vacib bir iş planlaşdırmış Şirlər üçün uğursuz ola bilər: bürcün belə nümayəndələri istənilən gözlənilməz vəziyyətə görə narahat olacaqlar və belə hallar kifayət qədər çox olacaq. Sizin üçün çox vacib olan razılaşmaların pozulması və gözlənilmədən köməkdən imtina edənlərin əvəzinə yeni müttəfiqlər axtarmaq məcburiyyətində qalmağınız istisna deyil. Lakin ümumilikdə vəziyyət ümidsiz görünmür və bu günün hazırladığı bütün sınaqların öhdəsindən əla gəlmək şansınız var.QızGünün əvvəlində əhəmiyyətsiz, lakin çox ruhlandırıcı bəzi hadisələr baş verə bilər. Son vaxtlar başladıqları işlərin uğuruna şübhə edən bir çox Qız yenidən özünü daha inamlı və sakit hiss edəcək. Bəzi maraqlı ideyaların yaranması istisna deyil. Onların həyata keçirilməsinə bəlkə də elə indi deyil, amma çox yaxın zamanda diqqətinizi yönəldəcəksiniz. Özləri sizə kömək etmək istəyən insanlar tapılacaq, onlar ideyalarınızı dəstəkləyəcək və düşündüklərinizi həyata keçirməyin yolunu tapacaqlar. Peşəkar uğura can atan Qızlar üçün gün çox əlverişli olacaq. İşdə özünüzü ən yaxşı tərəfdən göstərmək və nəyə qadir olduğunuzu nümayiş etdirmək fürsətini əldən verməyin.Şəxsi münasibətlər baxımından bu gün daha çox əlverişli olacaq, xüsusilə ailə üzvləri ilə birlikdə faydalı və maraqlı bir işlə məşğul olmağı planlaşdıran Qızlar üçün. Bu cür fəaliyyət insanları bir-birinə çox yaxınlaşdırır, köhnə fikir ayrılıqlarını unutmağa kömək edir və sizə gələcəkdə dəfələrlə xatırlayacağınız çoxlu xoş xatirələr bəxş edir.TərəziSizi çox narahat, lakin eyni zamanda kifayət qədər əlverişli bir gün gözləyir. Hətta eyni anda bir neçə məsələni həll etməli olsanız belə, heç nəyi nəzərdən qaçırmayacaq və qarışdırmayacaqsınız.Bir çox Tərəziyə intuisiya çətin vəziyyətdən çıxış yolu tapmağa və ya başqalarına hələ çox yaxınlarda həllolunmaz görünən problemin öhdəsindən gəlməyə kömək edəcək.ƏqrəbXüsusilə çoxlu iş planlaşdırmısınızsa, günün başlanğıcından maksimum səmərəli istifadə etməyə çalışın. Məhz səhər, bir tərəfdən, çox məhsuldar, digər tərəfdən isə emosional baxımdan rahat ola bilər, buna görə də işlərə diqqətinizi cəmləşdirə, prioritetləri düzgün müəyyənləşdirə, ilk növbədə nə ilə məşğul olacağınıza və daha sonra hansı işə keçəcəyinizə qərar verə biləcəksiniz. Eyni zamanda işgüzar ünsiyyətdə hər hansı gərgin məqam yaranmayacaq, həmkarlarla mübahisə etməli və ya rəhbərliyə öz mövqeyinizi sübut etməli olmayacaqsınız.Təəssüf ki, sonradan müsbət tendensiyaların təsiri bir qədər azalacaq və günün ortası çox qarışıq, gözlənilməz hadisələr və mənasız qayğılarla dolu, eyni zamanda isə o qədər də məhsuldar olmayan bir dövrə çevrilə bilər. Bir çox Əqrəb bu vaxt başqalarının vəzifələrini yerinə yetirməli, başqa insanların buraxdığı səhvləri düzəltməli olacaq; bürcün bəzi nümayəndələri isə bunun əlavə ödənişinin olub-olmayacağını belə dəqiq bilmədən iş vaxtından artıq işləmək məcburiyyətində qalacaqlar.OxatanBu gün işgüzar əhval-ruhiyyəyə köklənmək sizin üçün kifayət qədər çətin olacaq və bu, ilk növbədə günün başlanğıcına aiddir. Bir tərəfdən ətrafınızdakılar sizdən düşünülmüş qərarlar və konstruktiv addımlar gözləyəcəklər, digər tərəfdən isə siz başqalarının gözləntilərini doğrultmamaq üçün demək olar ki, istənilən başqa işlə məşğul olmağa meylli olacaqsınız. Bir çox Oxatan bu vaxt ümumiyyətlə gün üçün nəzərdə tutulan bütün işləri və planları təxirə salmaq istəyəcək və bürc nümayəndələri belə qərarın bəlkə də ən yaxşı seçim olmadığını başa düşsələr belə, yenə də xoşagəlməz nəticələrlə üzləşməyi üstün tutaraq özlərinə bu plansız istirahəti təşkil edəcəklər.Nəzərə alın ki, ətrafınızdakılar bütün hərəkətlərinizi çox diqqətlə izləyirlər və onların heç də hamısı sizə qarşı xoş niyyətli deyil. Nədəsə sizə paxıllıq edən və ya uğurlarınızı ədalətsiz hesab edən insanların indi sizə zərər vurmağa çalışması istisna deyil. Diqqətli olun və onlara mümkün qədər tez müqavimət göstərməyə çalışın. Maraqlarınızı nəsə təhdid edirsə, indi heç nə baş vermirmiş kimi davranmaq qətiyyən lazım deyil.OğlaqGünün əvvəlində ən vacib işlərə başlamaq istəyəcəksiniz və özünüzü bu istəkdən məhrum etməmək daha yaxşıdır, çünki bu dövr həqiqətən əlverişli olacaq və ulduzların dəstəyindən ən ciddi məsələlərin həlli üçün istifadə etmək ağıllı seçimdir. Bu vaxt ünsiyyəti o qədər də asan olmayan bəzi insanlarla iş görməli, onlara yanaşma yolu tapmalı və birgə fəaliyyət barədə razılığa gəlməli ola bilərsiniz. Burada çətin ki, başqası uğur qazana bilsin, amma siz bunun öhdəsindən gələcəksiniz. Həm də təkcə intuisiyanıza qulaq asacağınız üçün deyil, təcrübəniz də sizə necə davranmağın daha yaxşı olduğunu göstərəcək, lazım olan sözləri tapmağa və ən xoş təəssürat yaradacaq strategiyanı hazırlamağa kömək edəcək.Gün ciddi hüquqi məsələlərin həlli üçün münasib olmayacaq və əgər hansısa hüquqi prosesin iştirakçısısınızsa, bu gün onunla bağlı əlavə qayğılar yarana bilər. Buna görə planları dəyişmək, nəzərdə tutulmuş bəzi görüşləri təxirə salmaq lazım gələ bilər. Ümumilikdə real itkilər olmayacaq, lakin bir neçə xoşagəlməz məqam yaşamalı olacaqsınız.DolçaGünün başlanğıcı bir qədər narahat olsa da, kifayət qədər xoş keçəcək. Çox güman ki, bu vaxt hər şey plana uyğun getməyəcək, amma bu, hətta xoşunuza gələcək: darıxdırıcı işləri təxirə salmaq və sizi həqiqətən ruhlandıran işlə məşğul olmaq imkanı yaranacaq.Yeni tanışınızla və ya vaxtilə əməkdaşlıq etdiyiniz, indi isə əlaqəni bərpa etmək istədiyiniz insanla görüş yaxşı keçəcək. Tezliklə ortaq dil tapmaq və bəzi birgə fəaliyyətlər barədə razılığa gəlmək mümkün olacaq. Çox maraqlı işgüzar təkliflər almağınız da istisna deyil. Günün başlanğıcı xüsusilə işi yaradıcılıq, incəsənət, mədəniyyət və ya təhsillə bağlı olan Dolçalar üçün uğurlu olacaq.BalıqlarGünün başlanğıcından çoxdan qarşınıza qoyduğunuz məqsədlərə çatmaq və ya bəzi vacib məsələləri həll etmək üçün istifadə edin. Bu vaxt şərait sizin üçün əlverişli olacaq və əvvəllər planlaşdırılmış bir işi görə və ya əksinə, tamamilə yeni bir işə başlaya bilərsiniz. İstənilən halda ulduzlar sizə dəstək vəd edir. Bundan əlavə, həmkarlarınız, yeni tanışlarınız və ya köhnə dostlarınız arasından bəzi müttəfiqlər tapa biləcəksiniz; onlar müəyyən məsələlərin həllini həvəslə öz üzərlərinə götürəcəklər və bu da məqsədinizə daha sürətlə irəliləməyinizə imkan verəcək.Gün təhsil, ixtisasartırma və ümumiyyətlə dünyagörüşünün genişlənməsinə kömək edən istənilən məşğuliyyət üçün əlverişli olacaq. Bu gün bir çox şeyi dərhal qavrayacaq, başqalarının təcrübəsindən öz maraqlarınız üçün necə istifadə etməyi anlayacaq və məhz qeyri-standart həllər tapmağınız sayəsində başqalarına həddindən artıq mürəkkəb görünən işlərdə uğur qazanacaqsınız. Gün rəsmi qurumlara müraciət etmək, dövlət orqanları ilə qarşılıqlı əlaqə saxlamaq, həmçinin sənədlərin, rəsmi sorğuların, iddiaların və sairənin rəsmiləşdirilməsi üçün münasib olacaq.
  •  

Şəxsin ölmüş elan edilməsi hansı hallarda və necə həyata keçirilir? – Vəkil açıqladı  

Cəmiyyətdə tez-tez rast gəlinən hüquqi məsələlərdən biri də uzun müddət xəbər alınmayan və ya təhlükəli şəraitdə itkin düşən şəxslərin hüquqi statusunun müəyyən edilməsidir. Şəxsin öldüyünün məhkəmə qaydasında tanınması həm mülkiyyət, həm də varislik hüquqlarının tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Xəyalə Cəfərova hüquqi prosedurun incəliklərini şərh edib. Vəkil bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən, şəxsin ölmüş elan edilməsi üçün konkret müddətlər və şərtlər müəyyən olunub:"Əgər şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və yaxud hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə, həmin şəxs məhkəmə qaydasında ölmüş elan edilə bilər”.Onun sözlərinə görə, ümumi qaydaya əsasən, şəxsin son yaşayış yerində onun harda olması barədə ən azı 5 il müddətində heç bir məlumatın olmaması tələb olunur. Əgər şəxs ölüm təhlükəsi yaradan şəraitdə (məsələn, təbii fəlakət, qəza və ya digər bədbəxt hadisə) itkin düşübsə və onun həlak olması ehtimalı yüksəkdirsə, bu müddət 6 aya qədər azaldıla bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular və ya digər vətəndaşlar hərbi əməliyyatların bitdiyi gündən ən azı 2 il keçdikdən sonra məhkəmə tərəfindən ölmüş elan edilə bilər.Xəyalə Cəfərova qeyd edib ki, şəxsin ölmüş elan edilməsi yalnız maraqlı şəxslərin (yaxın qohumlar, varislər və s.) ərizəsi əsasında məhkəmə qaydasında (xüsusi icraat sırasından) həyata keçirilir:“Məhkəmənin şəxsin ölmüş elan edilməsi haqqında qərarı qanuni qüvvəyə mindikdən sonra həminki şəxsin öldüyü gün müəyyən edilir və bu qərar Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanında ölümün qeydə alınması üçün əsas göstərilir. Bununla da nikaha xitam verilir, varislik (itkin düşənin əmlakının paylanması) prosesi açılır”.Vəkil əlavə edib ki, əgər ölmüş elan edilmiş şəxs sonradan qayıdarsa və ya onun sağ olması müəyyən edilərsə, məhkəmə tərəfindən həmin qərar ləğv edilir və onun saxlanılmış müəyyən əmlak hüquqları bərpa olunur.Çimnaz Telmanqızı
  •  

Bu ölkənin Baş naziri İlham Əliyevin müsahibəsinə münasibət bildirdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi açıqlamalara münasibət bildirib.Oxu24.com-un  məlumatına görə, Baş nazir qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında elektrik enerjisinin tranziti və Qara dəniz sualtı kabeli layihəsi ilə bağlı məsələlər ekspertlər səviyyəsində müzakirə olunub.Onun sözlərinə görə, Qara dəniz sualtı kabeli, həmçinin elektrik enerjisi və rəqəmsal bağlantını nəzərdə tutan layihə, birgə maraq doğuran layihələr siyahısına daxil edilib."Əlbəttə, hamı başa düşür ki, Gürcüstan olmadan belə bağlantılar yaradıla və möhkəmləndirilə bilməz", – Kobaxidze bildirib.Gürcüstan hökumətinin başçısı Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb."Prinsipial olaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin, xüsusilə bağlantılar baxımından strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi çox vacibdir. Biz bunun üçün çalışırıq və bundan sonra da çalışacağıq", – Baş nazir qeyd edib.Kobaxidze Azərbaycan və Türkiyə ilə münasibətlərdə müsbət dinamikanın olduğunu da bildirib."Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamika var və, əlbəttə, bu istiqamətdə fəal şəkildə işləyəcəyəm", - o əlavə edib.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib:"Bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerji sisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər.Amma Ermənistan, təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər".
  •  

Dünən dənizdə batan “Krosna”nın solisti imiş - Video 

“Krosna” qrupunun solisti Seymur Allahverdiyev vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə qrupla əməkdaşlıq edən tanınmış bloqer Ləman Rüstəmi paylaşım edib.ƏtraflıQeyd edək ki, ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə Seymur Allahverdiyevin meyiti tapılıb.1996-cı il təvəllüdlü sənətçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
  •  

Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır 

Azərbaycanda yaşı 18-dən az olan işçilərin gecə vaxtı işlərə, iş vaxtından artıq çalışmaya, istirahət və bayram günlərində əməyə cəlb edilməsi, eləcə də ezamiyyətə göndərilməsi qanunla qadağandır.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, bu kateqoriyadan olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən olunmur və onların attestasiyası keçirilmir. Həmçinin 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtı həftə ərzində maksimum 24 saat, 16-18 yaş arası işçilər üçün isə 36 saat müəyyən edilib.Qanunvericiliyə əsasən, əmək məzuniyyəti 16 yaşdan az olanlara 42 təqvim günündən, 16-18 yaşlı işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir. Yaşı 18-dən az olan şəxslərin normadan ağır əşyalar qaldırması, peşəkarlıq səviyyəsinin yetərsizliyi əsası ilə işdən azad edilməsi qadağandır.Bundan əlavə, əmək şəraiti ağır və zərərli olan yerlərdə, yeraltı obyektlərdə, gecə klublarında, barlarda, tütün, alkoqol, energetik içki və toksik preparatların istehsalı, daşınması və satışı işlərində 18 yaşına çatmayan şəxslərin çalışmasına icazə verilmir.
  •  

Azərbaycan üçün atılan böyük addımlar:Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası necə qurulur?  — TƏHLİL

Azərbaycanın yeni dünya nizamında yüksələn geosiyasi rolu – Müstəqil siyasət, Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyasıMüasir beynəlxalq münasibətlər sistemində baş verən kəskin geosiyasi transformasiyalar, güc mərkəzləri arasında dərinləşən ziddiyyətlər və qlobal təhlükəsizlik arxitekturasının böhranı fonunda Azərbaycan Respublikasının nümayiş etdirdiyi müstəqil dövlətçilik modeli xüsusi strateji əhəmiyyət kəsb edir. Böyük dövlətlərin və beynəlxalq təzyiq mexanizmlərinin kəskinləşdiyi bir şəraitdə Prezident İlham Əliyevin prinsipial, milli maraqlara söykənən və geri çəkilməyən xarici siyasət xətti ölkəmizi regional güc mərkəzindən qlobal miqyaslı aktor səviyyəsinə qaldırmışdır. BMT Təhlükəsizlik Şurasının 30 il boyunca kağız üzərində qalan və icra olunmayan 4 qətnaməsini Azərbaycanın öz hərbi-siyasi gücü ilə təkbaşına təmin etməsi beynəlxalq hüququn tətbiqində analoqu olmayan yeni bir presedent yaratmışdır. Tarixi 44 günlük Vətən müharibəsi və Lokal Antiterror Əməliyyatından sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar bilavasitə ikitərəfli danışıqlar modelinin qələbəsi ilə nəticələndi. Məhz bu diplomatiyanın zirvəsi olaraq 8 Avqust Sülh Bəyannaməsi regionda onilliklər boyu davam edən münaqişəyə hüquqi və siyasi nöqtə qoydu.Bundan əlavə, Azərbaycan Avrasiyanın nəqliyyat və enerji xəritəsini köklü şəkildə yenidən şəkilləndirərək strateji təşəbbüsləri öz əlində cəmləşdirir. Prezident İlham Əliyev tərəfindən beynəlxalq leksikona daxil edilən Zəngəzur dəhlizi layihəsi yalnız Naxçıvanı blokadadan çıxaran infrastruktur xətti deyil, həm də Türk Dövlətləri Təşkilatının (TDT) coğrafi, iqtisadi və siyasi birliyini təmin edən, onu qlobal güc mərkəzinə çevirən strateji bir gedişdir. Orta Dəhlizin ən mühüm seqmentinə çevrilən bu marşrut Mərkəzi Asiyanın zəngin resurslarını və nadir torpaq elementlərini qlobal pazarlara çıxarmaqla Türk dünyasında yüz illər ərzində mövcud olmuş coğrafi ayrılığı aradan qaldırır. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat şəbəkələri, Avropanın enerji təhlükəsizliyindəki aparıcı rolu və beynəlxalq təşkilatlardakı liderliyi ölkəmizin qlobal iqtisadi zəncirdə və diplomatik masada söz sahibliyini tam təmin etmişdir.Azərbaycanın müstəqil xarici siyasət xətti, Zəngəzur dəhlizinin strateji perspektivləri və 8 Avqust Sülh Bəyannaməsinin gətirdiyi yeni geosiyasi reallıqlar barədə Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Zəngəzur dəhlizi terminini beynəlxalq leksikona gətirən Prezident İlham Əliyevdir:“2020-ci ildə Ermənistan kapitulyasiya sənədinə imza atarkən bu məsələ də sənədin əsas bəndlərindən biri kimi müəyyənləşdirilmişdi.Zəngəzur dəhlizinin arxasında böyük perspektivlər dayanır. Bu dəhliz Orta Dəhlizin bir seqmenti kimi multimodal nəqliyyat marşrutu olaraq istifadə ediləcək. Hətta avqustun 8-də Ağ Evdə paraflanmış sülh sənədinin birinci ildönümü münasibətilə yayımlanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məqamlar xüsusilə qeyd olunub. Bəyanatda dəhlizin Azərbaycandan keçən hissəsinin demək olar ki, hazır vəziyyətə gətirildiyi, Ermənistandan keçəcək TRIPP layihəsi ilə bağlı isə hesablama və tədqiqat işlərinə başlanıldığı vurğulanıb”.Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu daha da möhkəmləndirəcək. Bununla yanaşı, dəhliz Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün də yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizi türk dünyasında yüz illər əvvəl yaranmış coğrafi ayrılığın aradan qaldırılmasına və TDT məkanında fiziki bağlantının təmin olunmasına imkan yaradacaq.Azər Badamov qeyd edib ki, Zəngəzur dəhlizi TDT daxilində iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün də yeni perspektivlər formalaşdırır:“Bu, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan verəcək. Eyni zamanda, TDT coğrafiyasının beynəlxalq əhəmiyyətini artıracaq. Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyənin vahid nəqliyyat xətti üzərində birləşməsi qlobal iqtisadi zəncirdə sözümüzün və təsir imkanlarımızın güclənməsinə xidmət edəcək. Bu proses siyasi mövqelərimizi də daha da möhkəmləndirəcək”.Əlavə olaraq, deputat xüsusi olaraq vurğulayıb ki, Mərkəzi Asiya ölkələrində istehsal olunan nadir torpaq elementlərinin qlobal bazarlara çıxarılmasında Zəngəzur dəhlizinin rolunun artacağı gözlənilir. Bu baxımdan dəhliz yalnız nəqliyyat və logistika layihəsi deyil, həm də Türk dünyasının iqtisadi potensialının qlobal bazarlara çıxarılmasını təmin edən strateji bağlantı kimi qiymətləndirilə bilər.“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Zəngəzur dəhlizi TDT daxilində birlik və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, ümumi siyasi və iqtisadi mövqelərin qlobal arenada daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Eyni zamanda, bu layihə Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək, Naxçıvanın blokadadan çıxarılması və Türk dünyasının coğrafi baxımdan daha sıx inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyacaq”, - deyə deputat fikrini tamamlayıb. Mövzu ilə bağlı Oxu24.com-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın bir güc mərkəzi kimi formalaşmasını vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqil və suveren siyasət yürütməsinin birinci faktoru cənab Prezident İlham Əliyevin güclü liderlik xüsusiyyətləri və Azərbaycanın milli mənafelərinin beynəlxalq səviyyədə qorunmasından başlayır:“Azərbaycan Prezidenti dünya liderləri arasında ən güclü liderlərdən biri kimi qəbul edilir. Bu da bizim ölkəmizin qarşısında duran problemlərin, çağırışların daha diplomatik, siyasi, çevik yollarla həll edilməsinə imkan yaradır. Azərbaycanın hərbi-siyasi gücü də öz növbəsində Azərbaycanın gücünə güc qatır”.Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycanın özü icra etməsi, üstəlik Azərbaycanın beynəlxalq təşkilatlarda liderlik funksiyalarını həyata keçirməsi, Azərbaycanın məhz Ermənistanla müharibədən sonra Cənubi Qafqazı və Ermənistanın daxil olması ilə sülh prosesi təşəbbüsünə güc verməsi Azərbaycanın çox ciddi şəkildə yeni bir güc mərkəzi kimi formalaşması və meydana çıxmasına səbəb olmuşdur.Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan dünyanın hazırda əhalisi və coğrafiyasına görə nisbətən mötədil bir ölkə sayılmasına baxmayaraq, çox ciddi şəkildə yeni bir güc mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Elə ölkələr var ki, onların əhalisi, coğrafiyası, ərazisi çox böyük olsa da hər hansısa bir şəkildə beynəlxalq gündəliyi formalaşdırmaqda çəkiləri azdır:“Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlara sədrlik etməsi — Qoşulmama Hərəkatına rəhbərlik etməsi, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolu, eləcə də Avropa İttifaqı ilə qurduğu güclü münasibətlər — ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın Avropa İttifaqının 10 üzv ölkəsinin enerji təhlükəsizliyinə töhfə verməsi, yalnız neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda nəqliyyat-kommunikasiya layihələrində aparıcı ölkə kimi çıxış etməsi də bu mövqeyi daha da gücləndirir. Bununla yanaşı, Azərbaycanın COP29, Dünya Şəhərsalma Forumu və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal gündəliyin formalaşdırılmasında xüsusi rol oynadığını bir daha təsdiqləyir. Təbii ki, bütün bunların reallaşmasında əsas rol cənab Prezidentin liderliyinə və onun həyata keçirdiyi müstəqil, çoxşaxəli xarici siyasət kursuna məxsusdur”.Məsələyə diplomatiya və beynəlxalq hüquq müstəvisində yanaşan Milli Məclisin deputatı, siyasətçi Tənzilə Rüstəmxanlı Oxu24.com-a şərhində bildirib ki, Vətən müharibəsini qazanmaq böyük bir tarixi hadisə idi, amma bu zəfərin nəticələrini qorumaq savaş meydanında olduğu kimi diplomatik müstəvidə də böyük çaba tələb edirdi. Çünki qələbədən sonrakı dövr müharibənin özündən də mürəkkəb olur. Onun sözlərinə görə, ötən il avqustun 8-də diplomatiya, iqtisadiyyat, beynəlxalq hüquq, kommunikasiya layihələri, böyük dövlətlərin maraqları və regional geosiyasət eyni masanın üzərinə gəldi:“Bir il əvvəl Vaşinqtonda Azərbaycanın Zəfər masası quruldu. Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir”.Deputat qeyd edib ki, bütövlükdə 2025-ci ilin Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqlədi. Tənzilə Rüstəmxanlı sonda əlavə edib ki, bu həm də illərlə davam edən danışıqların real sənəd forması alması anlamındadır:“Azərbaycanın Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu uğur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsaslı rol oynayacaq”.Ölkəmizin diplomatik müqavimət gücünün təməllərini təhlil edən siyasi şərhçi Polad Mehdiyev Oxu24.com-a açıqlamasında qeyd edib ki, Cənab Prezident İlham Əliyevin müxtəlif beynəlxalq güc mərkəzlərinin siyasi və diplomatik təzyiqləri qarşısında prinsipial mövqeyini qorumasının arxasında ilk növbədə güclü və müstəqil Azərbaycan dövləti dayanır. O bildirib ki, bu güc bir gündə yaranmayıb. Onun siyasi və iqtisadi təməlləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə qoyulub, Prezident İlham Əliyevin son 20 ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində isə Azərbaycan daha güclü, iqtisadi cəhətdən müstəqil və regional proseslərə təsir imkanları geniş olan dövlətə çevrilib:“Bu gün Prezident İlham Əliyevin diplomatik müqavimət gücünü təmin edən bir neçə əsas faktor var: daxili siyasi sabitlik, iqtisadi və enerji müstəqilliyi, güclü ordu, Türkiyə ilə strateji müttəfiqlik, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika imkanları və balanslaşdırılmış xarici siyasət. Xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə və Azərbaycanın ərazi bütövlüyü üzərində suverenliyinin tam bərpası ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi”.Polad Mehdiyev vurğulayıb ki, Azərbaycan artıq Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına birbaşa təsir göstərən əsas aktorlardan biridir:“Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün güc mərkəzləri ilə əməkdaşlığa açıqdır, lakin münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar əsasında qurulmasını tələb edir. Prezidentin xarici təzyiqlər qarşısında nümayiş etdirdiyi siyasi iradənin arxasında Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli və İlham Əliyevin bu təməl üzərində qurduğu güclü, öz imkanlarına arxalanan Azərbaycan modeli dayanır. Bu siyasətin əsas formulu kifayət qədər aydındır: Azərbaycan əməkdaşlığa və tərəfdaşlığa açıqdır, ancaq dövlətin suverenliyi və milli maraqları müzakirə predmeti ola bilməz”.Mədəni dirçəliş, milli-mənəvi irsin bərpası və "Yumşaq güc" diplomatiyasıDövlət müstəqilliyinin və geosiyasi hərbi-siyasi Zəfərin davamlılığı yalnız sərt güc resursları ilə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, mədəni dirçəliş və humanist diplomatiya vasitəsilə təmin edilir. Bu çərçivədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin beynəlxalq nüfuzunun artmasında xüsusi sütun təşkil edir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində erməni vandalizminə məruz qalmış tarixi, dini və mədəni abidələrin, məscidlərin, ziyarətgahların orijinallığı saxlanılmaqla bərpası məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və birbaşa diqqəti sayəsində reallaşır. Şuşa şəhərinin yenidən dirçəldilməsi, onun mədəniyyət paytaxtı kimi dünyaya tanıdılması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin bərpası, Şuşada yenidən "Xarıbülbül" Musiqi Festivalının və "Vaqif Poeziya Günləri"nin təşkili Azərbaycan xalqının öz mənəvi köklərinə sahib çıxdığının bariz göstəricisidir.Heydər Əliyev Fondunun fəaliyyəti yalnız mədəni-tarixi irsin bərpası ilə məhdudlaşmır. Fond Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, yaralanmış qazilərimizə və müharibə iştirakçılarına yüksək dövlət qayğısının və həssaslığının nümayiş etdirilməsində aparıcı rol oynayır. Eyni zamanda, UNESCO və ISESCO çərçivəsində, eləcə də dünyanın müxtəlif ölkələrində həyata keçirilən beynəlxalq humanitar layihələr Azərbaycanın "yumşaq güc" (soft power) potesialını ardıcıl olaraq genişləndirir. Mədəni diplomatiya və tolerantlıq modelinin dünyaya təqdim olunması Prezident İlham Əliyevin yürütdüyü böyük geopolitikanı tam tamamlayaraq, ölkəmizin beynəlxalq müstəvidə etimad kapitalını və strateji nüfuzunu ən yüksək səviyyəyə qaldırır.Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa işləri və mədəni dirçəliş modeli haqqında Oxu24.com-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, XX əsirlik tarixinin ən şanlı mərhələsini yaşayan Azərbaycan xalqı bir neçə aydan sonra təntənə ilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin 6-cı ildönümünü ilə qeyd edəcək. Bu Zəfər xalqımıza elə bir tükənməz sevinc bəxş edib ki, illər, əsrlər keçəcək amma onun hiss və duyğu dolu şüaları əbədiyyətədək davam ediləcək.Onun sözlərinə görə, bu savaş adi bir savaş deyildi və bu savaşın tərəfi Vətən məfhumu bilməyən, yarandığı gündən başqa xalqların torpaqlarına köç edib, sonra “yersiz gəldi,yerli köç” deyərək, torpağın əsas sahibinə xəyanət edən mənfur qonşumuz erməni deyildi. Savaşın əsas tərəfi dünyanın imperialist güclərinin öz maraqları naminə alət və maşa kimi istifadə etdiyi “yazıq və əzabkeş” görünüşlü, bəşəriyyəti yalan və saxtakar tarixi ilə çaşqınlığa salmış və daima dünya erməniliyi idi:“44 günlük savaşda və Xankəndi ətrafında bir gün içində həyata keçirilən antiterror əməliyyatında Azərbaycan xalqının birliyi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı, cəsarəti, əyilməzliyi və müdrikliyi və Qəhrəman Milli Ordumuzun hər bir əsgər və zabitinin şücaəti və rəşadəti ilə uydurduqları “Dənizdən Dənizə Böyük Ermənistan” adlı üç yüz illik xülya və projesi darmadağın edildi. Otuz ildən artıq dövrdə işğal altında olan ərazilərimiz azad edildi və suverenliyimiz bərpa olundu”.Deputat bildirib ki, xalqımız bu əfsanəvi qəhrəmanlığa, qazanılan müqəddəs Zəfərə, Azərbaycanı dünyaya Qalib xalq kimi tanıtdırdıqlarına görə, Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid və qazilərimizə əbədiyyən minnətdar olacaq və onlara sonsuz ehtiramlarını bildirəcəkdir.Məlahət İbrahimqızı vurğulayıb ki, istər Qarabağın işğalı dövründə, istər II Qarabağ savaşında, istərsə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən möhtəşəm bərpa quruculuq dövründə Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var:“Hələ müstəqilliyin ilk illərində onun təsis etdiyi və rəhbəri olduğu “Azərbaycan Mədəniyyətin Dostları” təşkilatının xətti ilə Azərbaycan xalqının, eləcə də Qarabağın zəngin və əsrarəngiz mədəniyyətinin dünyada və beynəlxalq təşkilatlarda tanıdılmasında, təbliğ və təşviqində, eləcə də qorunmasında misilsiz əməyi var”.Deputat əlavə edib ki, sonralar Respublikamızın Birinci Xanımı Mehriban Əliyeva 2004-cü ildə təsis və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə beynəlxalq aləmdə böyük əks-səda verən humanitar layihələri ilə ölkəmizin imicini dünyada daha da gücləndirdi. O xüsusi olaraq qeyd edib ki, həm UNECO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri olduğu müddətdə bu mötəbər platformalarda Onun böyük peşəkarlıqla həyata keçirdiyi mədəniyyət diplomatiyası, Azərbaycan xalqının, eləcə də Qarabağın əsrarəngiz və qədim mədəniyyətini və incəsənətini dünya birliyində tanıdılmasında çox böyük uğurlar qazandı. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra 2020-ci il 8 dekabr tarixində Heydər Əliyev Fondu işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini ictimaiyyətə bildirdi. Zəfərin sevincini bayram edən Azərbaycan xalqına bu müjdəni də məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva özü bildirmişdi. Onun Zəfər sevincli bu açıqlamasında deyilirdi:“Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.M.İbrahimqızı vurğulayıb ki, Zəfər qədər qiymətli olan bu gözəl xəbər sözsüz ki, xalqımız üçün, Türk dünyası üçün böyük əhəmiyyəti var idi:“Bir daha qeyd etmək istərdim ki, 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması, əsrlərdən bəri xalqımıza məxsus tarixi, mədəni, dini abidələrimizi məhv etməsi, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qənim kəsilməsi, doğma yurdlarından ayrı düşmüş həmvətənlərimizin həsrəti, acı nisgili Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində şanlı ordumuzun düşmən üzərində qələbəsi ilə başa çatmışdı. Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərdə ilk bərpa quruculuq layihəsi "Zəfər yolu"nun təməlinin qoyulması ilə başlamışdı. Əslində bu layihəni Qarabağa dönüşün, doğma torpağa qayıdışın başlanğıcı adlandırmaq olar. Dövlətimizin Başçısının tapşırığı ilə Qarabağın işğaldan azad edilmiş bütün ərazilərində və bütün sahələrində dövlətmizin bütün gücü ilə əzəmətli quruculuq işlərinə başlandı.Vətən müharibəsinin başa çatmasından ötən müddətdə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işləri ölkə rəhbərinin bu məsələlərdəki qətiyyətini və məqsədyönlülüyünü bir daha nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı, yurd yerlərimizə qayıdış layihələrinin icrasına start verildi, quruculuq işləri daha sürətlə davam etdirildi”.Azərbaycanın tarixi-mədəni irsinin çox böyük bir hissəsinin bu diyarın payına düşdüyünü qeyd edən deputat bildirib ki, işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda minlərlə dini və mədəniyyət nümunələrimiz mövcuddur. Bu tarixi abidələrin çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalmış, süni yollarla erməniləşdirilməyə cəhd edilmiş, məscidlərimiz, müqəddəs inanc yerlərimiz düşmən tərəfindən dağıdılmışdır:“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığını bəyan etdi. Bütün bu layihələrə həm yerli mütəxəssislər, həm də xarici ekspertlər dəvət olundu. Bərpa-quruculuq işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edirdi. Bu da bir daha Azərbaycanın tolerant ölkə və multikultural dəyərlərlə zəngin bir xalq olduğunu dünyaya göstərirdi”.Deputatın sözlərinə görə, Heydər Əliyev Fondu həmçinin Qarabağda yeni dini və mədəniyyət obyektlərinin inşasına diqqət ayırır, dağıdılmış tarixi abidələri əvvəlki görkəminə qaytarır. Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Ötən dövr ərzində Heydər Əliyev Fondu tərəfindən uğurla başa çatdırılan layihələr arasında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin ucaldılması, Bülbülün ev muzeyi də var. Möhtərəm cənab İlham Əliyevin Şuşanın "Mədəniyyət paytaxtı" elan edilməsi barədə sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu, xalqımızın şəhərə ruhən bağlılığını bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulmasına xüsusi həssaslıqla yanaşılır”.Mütəxəssislərin rəyinə görə, Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Onların hər biri Azərbaycan, eləcə də dünya mədəni irsinə məxsus xüsusiyyətlərə malikdir. Deputat əlavə edib ki, bu abidələr arasında dini tarixi abidələrin, məscidlərin xüsusi çəkisi var. Möhtəşəm layihələrə imza atan Heydər Əliyev Fondu bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması işinini bu gün də davam etdirir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış ibadət yerləri,bütövlükdə işğaldan azad olmuş ərazilərdəki bütün məscid və dini ibadət məkanları məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş və bu nəcib missiya yenə də davam edir.Müsahibimiz bildirib ki, hər il Şuşanın Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalı təşkil olunması, görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi önündə “Vaqif Poeziya Günləri” kimi tədbirlər də məhz Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalının təşkil olunması, fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar", "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin qorunmasına, təbliğinə, həmçinin dünyada tanıdılması da bilavasitə Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilir. Bütün bunlar əlbəttə icra edilən layihələr adət-ənənlərimizin, mədəniyyətimizin bir parçası olan milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə ən qiymətli töhfələrdir.“Bildiyimiz kimi bir neçə il öncə ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılığı əks etdirən beş cilddən ibarət "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusu nəşr edilib. Fondun dəstəyi ilə hazırlanmış Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yeri olan və onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı "Xalq sənətkarlığı" nəşri, eləcə də Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və mədəni sərvətinin mühüm hissəsini təşkil edən "Musiqi" və Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında ətraflı bilgiləri əks etdirən "Ədəbiyyat" nəşrləri də Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görüb. Fondun dəstəklədiyi "Memarlıq" haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar diqqətə çatdırılır. "Qarabağın mədəni irsi" toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri barədə fotolar və qrafik rəsmlər təqdim edilir. "Xalçaçılıq" nəşrində isə Qarabağ xalçaçılığının yaranma tarixi, onların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səs-sorağının bütün dünyaya yayıldığı qeyd olunur”,- deyə M.İbrahimqızı qeyd edib. Yekun olaraq, deputat əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, möhtərəm Mehriban xanım Əliyevanın fədakarlığı, yorulmaq bilməyən əzmkarlığı, uğurlu mədəniyyət və xalq diplomatiyası sayəsində uzun illərdir ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmış, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ifşası, ermənilər tərəfindən yurdlarından didərgin salınan yüz minlərlə məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq müstəvidə qorunması istiqamətində geniş-miqyaslı fəaliyyət göstərir:“Mehriban Əliyeva bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün var qüvvəsi ilə çalışır. Qarabağın dirçəldilməsi, “Böyük Qayıdış”-ın tezliklə başa çatması, bütün məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün görülən işlərə böyük dəstək verir. Son olaraq, bu müqəddəs yolda biz Böyük Azərbaycan Xanımı, Nəcib insan, Görkəmli Dövlət Xadimi, Müzəffər Ali Baş Komandanın silahdaşı Mehriban xanım Əliyevaya bol uğurlar və can sağlığı arzulayırıq”.Mədəni diplomatiyanın geopolitika ilə vəhdətini politoloji bucaqdan şərh edən Prezident yanında İdarəçilik Akademiyasının Müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Oxu24.com-a açıqlamasında qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-humanitar layihələr Azərbaycanın xarici siyasətində “Yumşaq güc”ün ən mühüm və sistemli istiqamətlərindən biridir:“Burada söhbət yalnız Azərbaycan mədəniyyətinin dünyada təbliğindən deyil, ölkənin beynəlxalq imicinin, humanitar nüfuzunun və etimad kapitalının formalaşdırılmasından gedir. Qeyd etmək lazımdır ki, Fond tərəfindən aparılan siyasət, diplomatiya - epizodik xarakter daşımır, uzunmüddətli və institusional xarakter daşıyır”.Onun sözlərinə görə, bu fəaliyyət Prezident İlham Əliyevin həyata keçirdiyi böyük geosiyasi xətti tamamlayır. Azərbaycanın son illərdə formalaşdırdığı “orta güc” modelinin mühüm xüsusiyyətlərindən biri də məhz budur: ölkə yalnız sərt güc və iqtisadi resurslarla deyil, mədəniyyət, humanizm, multikulturalizm, tolerantlıq və tarixi irsin qorunması kimi vasitələrlə də beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirir.Yekun olaraq deyə bilərik ki, Azərbaycanın reallaşdırdığı böyük geopolitik transformasiya həm hərbi-siyasi, həm də mədəni-mənəvi müstəvidə tam formalaşmış unikal bir müstəqil dövlətçilik modelinin təntənəsidir. Prezident İlham Əliyevin prinsipial xarici siyasəti, diplomatik iradəsi və Zəngəzur dəhlizi kimi strateji layihələrlə Avrasiyanın xəritəsini yenidən cızması ölkəmizi qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun azad olunmuş torpaqlarımızda yürütdüyü mədəni dirçəliş missiyası və şəhid-qazi ailələrinə göstərilən dövlət qayğısı bu böyük Zəfəri mənəvi baxımdan tamamlayır. Məhz sərt və yumşaq gücün bu sintezi Azərbaycanın yeni dünya nizamında öz milli maraqlarını qətiyyətlə qoruyan, Türk dünyasını birləşdirən və regional sülhün əsas zəmanətçisi olan lider dövlət mövqeyini əbədiləşdirir.Hazırladı: Çimnaz Telmanqızı
  •  

Masazırda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb 

Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.avqustun 11-də Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırıb.Səfərdə 1:2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib.
  •  

Yeni Klinika-ya mətbuat katibi təyin edildi 

Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.Bundan sonra Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinə Jalə Bədirova rəhbərlik edəcək. Qeyd edək ki, Jalə Bədirova bu təyinatadək Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olub.Jalə Bədirova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş ictimai əlaqələr üzrə mütəxəssis, media və kommunikasiya sahəsində magistr dərəcəsi almış tədqiqatçı, həmçinin müxtəlif ictimai tədbirlərdə və layihələrdə iştirak edən mütəxəssisdir.(modern.az)
  •  

Hava niyə vaxtından tez soyudu? - Açıqlama 

Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir.Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?Oxu24.com xəbər verir ki, ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, bu il kəskin istilər olmasa da, hava o qədər də mülayim keçməyib:“Bu, Azərbaycan, xüsusilə də Bakı-Abşeron üçün xarakterik iqlim və temperatur göstəriciləridir. Adətən avqust ayının əvvəllərində, iyul ayının sonlarında havanın temperaturu 40 dərəcəyə qədər çatırdı. Bu il isə temperatur bir qədər aşağı oldu. Ancaq havalar o qədər də sərin keçmədi, ümumilikdə isti hava müşahidə edildi. Yəni bunu normal iqlim şəraiti kimi qiymətləndirə bilərik. Bu il hava nə çox yüksək, nə də çox aşağı temperaturla müşahidə olundu. İqlim orta göstəricilərə uyğun keçdi. Külək məsələsinə gəldikdə isə nəzərə alaq ki, Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzanmış vəziyyətdədir. Buna görə də həm şimaldan, həm cənubdan, həm şərqdən, həm də qərbdən gələn hava kütlələrinin təsirinə məruz qalır. Burada formalaşan küləklər, əsasən, Xəzər dənizinin şimalında, Rusiya və Qazaxıstan əraziləri arasında formalaşan hava kütlələri ilə əlaqədardır. Temperaturun yüksəlməsi zamanı torpaq daha tez qızır və tez də soyuyur. Xəzər dənizi isə gec qızır və gec soyuyur. Bunun nəticəsində atmosfer təzyiqində fərq yaranır”.Ekoloq bildirib ki, normal halda atmosfer təzyiqi təxminən bir atmosfer olur:“Lakin müəyyən hallarda burada 0,35-0,38, bəzən isə 0,40 atmosferə qədər təzyiq fərqi yarana bilir. Bunu millibarla ifadə etsək, 1035, 1037 və 1033 millibar kimi göstəricilər müşahidə olunur. Şimalda təzyiqin daha yüksək olması nəticəsində Xəzri küləkləri yaranır və bu küləklər şimaldan cənuba doğru əsir. Xəzər dənizi uzunsov formada olduğuna görə Xəzri küləkləri şimaldan başlayaraq cənuba doğru hərəkət edir. Bu küləklərin sürəti bəzən saniyədə 30-35, hətta 40 metrə qədər çata bilir. Bu da Bakı üçün xarakterik iqlim xüsusiyyətlərindən biridir. Xəzər dənizinin cənub hissəsində isə külək Elburs dağlarına toxunduqdan sonra İran ərazisində, Xəzərin cənub sahillərində istiqamətini dəyişərək geri qayıdır və Gilavar küləyi yaranır. Buna cənub küləyi də deyilir. Yəni Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzandığı üçün həm şimaldan, həm də cənubdan gələn küləklərin daimi təsirinə məruz qalır. Qış aylarında isə vəziyyət bir qədər fərqli olur. Bu dövrdə arktik hava kütlələri gəlir. Həmin soyuq hava kütlələri Böyük Qafqaz sıra dağlarına toxunaraq Xəzər dənizinin şimalındakı dar keçiddən dənizə daxil olur. Cənubdan gələn siklonlar isə Aralıq dənizi və Afrika istiqamətindən hərəkət edən hava kütlələri ilə əlaqədardır və onlar da Bakı-Abşeronun iqliminin formalaşmasına təsir göstərir. İndiki halda müşahidə etdiyimiz hava şəraiti Bakı-Abşeron üçün normal və xarakterik iqlim göstəricilərinə uyğundur”.
  •  

Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb 

Türkiyədə F-16 hərbi təlim təyyarəsi qəzaya uğrayıb.APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Yalovada baş verib.Qəzanın baş verdiyi əraziyə xilasedicilər göndərilib.Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult edərək xilas olub.
  •  

Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir? 

Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində torpaq mübahisəsi yenidən gündəmə gəlib. Sakin Samil Musayev deyir ki, ailəsinə məxsus 12 hektar torpaq sahəsi təxminən 10-15 il əvvəl onun əlindən alınıb və bu ərazi sonradan daha böyük torpaq massivinə birləşdirilib. Samil Musayevin sözlərinə görə, torpağın əvəzində ona başqa ərazidə sahə veriləcəyi vəd olunub. Lakin iddiaçı bildirir ki, nə vəd edilən torpaq sahəsi ona təqdim edilib, nə də 12 hektar torpağa görə hər hansı ödəniş həyata keçirilib.Oxu24.com musavatcom-a istinadən xəbər verir ki, Samil Musayev bir neçə gün əvvəl Baku TV-yə müraciət edərək məsələ ilə bağlı danışıb. Onun sözlərinə görə, torpaq sahəsinin ailəsinə məxsus olduğunu təsdiqləyən sənədləri, o cümlədən çıxarış və arxiv materialları mövcuddur.Şikayətçi iddia edir ki, torpağını geri tələb etdikdə ona faktiki olaraq “hara istəyirsən, şikayət et” məzmununda cavab verilib. Son illərdə Zirə ərazisində böyük torpaq massivlərinin ayrı-ayrı şəxslərin və kommersiya strukturlarının nəzarətinə keçməsi ilə bağlı müxtəlif iddialar səsləndirilib. Bu iddiaların bir hissəsində Prezident Adminstarsiyasının sabiq rəhbəri, hazırda istintaq altında olan Ramiz Mehdiyevin adı hallanır.Məlumatlara görə, Ramiz Mehdiyevin partonajlığı altında Zirədə müxtəlif illərdə böyük torpaq sahələrində göbələk təsərrüfatları, istixanalar və zeytun bağları yaradılıb. Samil Musayevin 12 hektar torpaq sahəsi də məhz Mehdiyevin 1000 hektar torpağına qatılıb. Sakinlərin torpaqlarının aldadılma, müxtəlif vədlər və təzyiq yolu ilə əllərindən alındığı barədə məlumatlar mövcuddur. Zirədə söhbət ümumilikdə 1000 hektara yaxın torpaq massivindən gedir.Bu torpaqların hansı hansı əsaslarla əldə edilməsi və hazırda hansı hüquqi şəxslərin və ya fiziki şəxslərin nəzarətində saxlanılması isə ciddi araşdırma tələb edən məsələlərdəndir. Samil Musayevin torpaq tələbinə “göbələk Feyruz” kimi tanınan Mehdiyevin adamı Feyruz Xanbala oğlu Rzayev “get hara istəyirsən şikayət elə” şəkilində cavab verib. Maraqlı məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev hazırda istintaq çərçivəsində hüquqi prosedurlarla üz-üzədir. Bununla belə, onun ailəsi və yaxın çevrəsi müxtəlif daşınmaz əmlak və torpaq sahələri üzərində nəzarəti davam etdirirlər.Gələn məlumatlarda Zirədə zəbt olunmuş torpaq massivi Feyruz Xanbala oğlu Rzayevin üzərindən idarə olunur. Digər tərəfdən, bəzi iddialarda Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin də bu ərazilərlə bağlı proseslərdə rolunun olduğu bildirilir. Zirə məsələsi Ramiz Mehdiyevin ailəsi və yaxın çevrəsi ilə bağlı illər ərzində səsləndirilən digər torpaq və daşınmaz əmlak iddialarını da gündəmə gətirir. Belə iddialar sırasında Abşeron rayonunun Novxanı qəsəbəsində 155 hektara yaxın torpaq sahəsi xüsusi yer tutur. Sözügedən ərazidə böyük təsərrüfat və üzüm bağlarının salındığı bildirilir. Novxanı və Saray bağları istiqamətində isə ayrı-ayrı vətəndaşların torpaqlarının və Xəzər dənizinin mühafizə zolağına aid ərazilərin hasarlanaraq müxtəlif mülklərə birləşdirilməsi ilə bağlı da iddialar səslənib. Bundan başqa, Quba rayonunun Xınalıq kəndi ərazisində 50 hektar torpağın, Goranboy, Abşeron və Bakıətrafı ərazilərdə isə ümumilikdə 216 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Mehdiyev ailəsinin və ya onun çevrəsinin nəzarətində olduğu barədə məlumatlar yayılıb. Ailə üzvlərinin adına müxtəlif torpaq sahələrinin rəsmiləşdirildiyi də iddialar sırasındadır. Məsələn, Maştağa qəsəbəsində Qalina Mehdiyevanın adına 892 sot, Bakıətrafı ərazilərdə isə qızı Kamilə Əliyevanın adına 240 sot torpaq sahəsinin olduğu bildirilir. Şabran rayonunda isə kürəkəni İlham Əliyev yerli sahibkar Mansur İbrahimova məxsus təxminən 100 hektarlıq meyvə bağlarını ələ keçirib.Mehdiyev ailəsinin əmlakları ilə bağlı yayılan məlumatlar yalnız kənd təsərrüfatı torpaqları ilə məhdudlaşmır.Bakının Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən villa, Əhmədli qəsəbəsində “Şərq-Qərb” nəşriyyatının ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası, Dilarə Əliyeva küçəsi 251A və İstiqlaliyyət küçəsi 11 ünvanlarındakı obyektlər, eləcə də 5 min kvadratmetrdən artıq sahəyə malik “Qrandezza” Ticarət Mərkəzi də müxtəlif vaxtlarda Mehdiyev ailəsi ilə əlaqələndirilən əmlaklar sırasında göstərilib. Bu əmlakların hansı hissəsi qanuni yolla əldə olunub, hansı hissəsinin əldə edilməsində vətəndaşların və ya dövlət torpaqlarının hüquqlarının pozulması barədə əsaslı sübutlar mövcuddur.Samil Musayev isə bu böyük mənzərənin içərisində özünün 12 hektar torpağının taleyini gözləyən vətəndaşdır. Onun sözlərinə görə, torpağa dair sənədləri var və illər ərzində müxtəlif dövlət qurumlarına müraciət edib. Lakin iddiasına görə, indiyədək onun problemi həll edilməyib. Digər tərəfdən, Zirədə yüzlərlə hektarla ölçülən torpaq massivlərinin kimlərin nəzarətində olması barədə iddialar da müvafiq dövlət qurumlarının diqqətində olmalıdır.
  •  

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur! 

Məsud Pezeşkianın 11 avqust 2024-cü il tarixində Nazirlər Kabinetinin 19 nəfərlik siyahısını İslam Şurası Məclisinə (parlamentə) rəsmi olaraq təqdim etməsi və bununla da 14-cü hökumətin etimad səsverməsi prosesini başlatması ölkənin siyasi tarixində mühüm bir hadisə oldu.Lakin bu icraedici addıma baxmayaraq, İran İslam Respublikasında prezidentlik institutu müasir demokratik sistemlərdən fərqli olaraq, icraedici hakimiyyətin rəhbəri kimi görünsə də, hüquqi, dini və struktur blokadalar səbəbindən ölkənin ümumi vəziyyətinə tam nəzarət etmək qabiliyyətindən məhrumdur.Bu struktur məhdudiyyətinin təməli Konstitusiyanın quruluşunda, xüsusilə bütün hakimiyyət qollarının legitimliyini bütövləşdirən Vilayəti-Fəqih prinsipində dayanır.Konstitusiyanın 110-cu maddəsi Silahlı Qüvvələrin ali komandanlığı, ali məhkəmə, kəşfiyyat və rəsmi media rəhbərlərinin təyinatı, müharibə və sülh elan edilməsi kimi suverenliyin ən mühüm alətlərini birbaşa rəhbərə həvalə etdiyindən, prezident makro-siyasəti müəyyən edən şəxs deyil, yalnız ali instansiyalar tərəfindən hazırlanmış qərarların icraçısı statusundadır.Hətta 1989-cu ildə baş nazir postunun ləğv edilməsi ilə icraedici hakimiyyət prezidentin rəhbərliyində birləşdirilsə də, paralel olaraq Konstitusiya Keşikçiləri Şurası və Nizam-İntizam Şurası kimi təyin olunmuş orqanların nəzarət gücü artırılmış, prezident faktiki olaraq ölkənin baş büdcə meneceri səviyyəsinə endirilmişdir.Hüquqi arenada Konstitusiyanın 113-cü maddəsi prezidenti ölkənin ikinci ali şəxsi və Konstitusiyanın icrasına məsul şəxs kimi tanıtsa da, Keşikçilər Şurasının rəsmi təfsirləri bu səlahiyyəti yalnız nazirliklərin daxili strukturu ilə məhdudlaşdırmış, prezidentin parlament və məhkəməyə xəbərdarlıq etmək hüququnu əlindən almışdır. Eyni zamanda, şuranın tətbiq etdiyi "istisvabi nəzarət" mexanizmi seçki mərhələlərində səmərəli və islahatçı namizədlərin səlahiyyətlərini sistemli şəkildə rədd edərək prezidentin ətrafındakı elitanın silinməsinə rəvac verir. Bu hüquqi dalanlar iqtisadi sahədə daha dərin bir "qara qutu" ilə birləşir; Astani Qüdsi Rəzəvi (Məşhəd şəhərində İmam Rza kompleksi), İmam Xomeyni Fərmanlarının İcrası Qərargahı (SETAD), Müstəzaflar Fondu və Ovqaf Təşkilatı kimi rəhbərliyə bağlı nəhəng dini-iqtisadi kartellər Ümumi Daxili Məhsulun böyük hissəsinə və strateji sahələrə nəzarət edir. Bu holdinqlər şəriət hökmlərinə əsaslanaraq vergi toxunulmazlığına malikdirlər və Hesablama Palatası tərəfindən yoxlanılmadıqları üçün şəffaflıqdan uzaqdırlar. Bu isə hökumətin pul-kredit planlaşdırmasını iflic edir.Hətta Konstitusiyanın 44-cü maddəsi çərçivəsində reallaşdırılmalı olan özəlləşdirmə planları dövlət aktivlərinin real özəl sektor əvəzinə bu dini-hərbi fondlara dövr edilməsi ilə "xosulətiləşdirmə" fenomeninə çevrilmişdir; nəticədə müəssisələrin mənfəəti xəzinədən çıxsa da, işçi tətilləri və borc böhranlarının hesabatlılığı yenə də prezidentin üzərinə yüklənir.Digər tərəfdən, qanun layihələrinin maliyyələşdirilməsində hökumət təhsil və səhiyyə üçün ictimai təzyiq altında ikən, Elmiyyə Hövzələrinə (dini mədrəsələr – red.) həddindən artıq şişirdilmiş büdcələr ayırmağa məcbur edilir və bu dini qurumlar dövlət büdcəsi ilə öz kadrlarını hazırlayıb nazirliklərin tabeliyində olan müəssisələrə pedaqoq və ya hakim kimi təyin etdirərək bütöv idarəetməni ələ alırlar.- Prezidentlərin modernləşmə və ya sosial islahat cəhdləri hər zaman Qum dini şəbəkəsinin və müctəhidlərin fətva sədlərinə dəyib iflasa uğramışdır;- 2006-cı ildə qadınların stadiona girişi sərəncamının ləğvi,- 2016-cı ildə dini şəhərlərdə konsertlərin qadağan edilməsi nəticəsində mədəniyyət nazirinin istefası, eləcə də FATF və UNESKO-nun 2030-cu il sənədi kimi beynəlxalq maliyyə və hüquq layihələrinin "kafirlərin hökmranlığı" arqumenti ilə arxivləşdirilməsi bunun ən bariz nümunələridir.Bu şəbəkənin rəsmi media qolu olan Cümə Namazı Tribunaları isə sistemlə həmrəy olmayan hökumətlərin dövründə radikal qrupları hərəkətə gətirərək dağıdıcı müxalifət rolunu oynayır, lakin mühafizəkar hökumətlərin dövründə eyni iqtisadi böhranları "ilahi imtahan" kimi əsaslandırır.Strukturun iflic prosesi Ali Mədəni İnqilab Şurası və Virtual Məkan Şurası kimi təyin olunmuş orqanların qanundan kənar qərarları ilə internet və universitetlər üzərindəki nəzarətin hökumətin əlindən alınması ilə daha da dərinləşir.İdarəetmənin daxili qatlarında isə "Dərin Dövlət" (Deep State) kimi formalaşmış daimi bürokratlar və təhlükəsizlik şəbəkəsi, islahatçı prezidentlərin sərəncamlarını gizli təxribatlarla dondurur.Bu təşkilati tənhalıq ölkədə real partiya sisteminin olmaması ilə birləşdikdə, prezident seçkidən sonra kabineti formalaşdırmaq üçün müxtəlif fraksiyalara güzəştlər verməyə və fərqli güc mərkəzlərinə bağlı idarəçilərlə işləməyə məcbur qalır.Üstəlik, su, ekologiya və enerji böhranlarında yerli mafiyaların və deputatların regional maraqları təmin etmək üçün təzyiqləri hökuməti çarəsiz qoyur, lakin ekoloji fəsadların sosial etiraz yükü yenə də icraedici hakimiyyətin üzərinə düşür.Strateji xarici siyasətin "Müqavimət Oxu" doktrinası ətrafında və hərbi komandanlığın nəzarətində aparılması prezident və xarici işlər nazirliyini sanksiyaların ləğv edilməsi prosesində səlahiyyətsiz qoyur; çünki hökumət iqtisadi canlanma və beynəlxalq standartlara inteqrasiya istəsə də, hərbi-dini struktur resursları şiəliyin transmilli dərinliyinə yönəldir.Bu ziddiyyəti tamamlayan əsas rıçaqlardan biri də mütləq media monopoliyasına malik olan Səda-Sima təşkilatıdır. Rəhbəri birbaşa ali rəhbər tərəfindən təyin olunan bu media nəhəngi dövlətdən ən böyük büdcəni almasına rəğmən hökumətə hesabat vermir, müsbət nailiyyətləri senzura edir, tənqidçilərə geniş tribuna açır və rəqəmsal platformaların lisenziyasını SATRA (Sosial mediaya dövlət nəzarəti qurumu) vasitəsilə ələ keçirərək alternativ mədəniyyət siyasətini boğur.Qanunvericilik orqanı olan parlament isə sinerji yaratmaq əvəzinə, deputatların subyektiv tələbləri ilə nazirləri impiçment təhdidi altında saxlayır və 2020-ci ildə qəbul edilən "Strateji Fəaliyyət Qanunu" kimi qərarlarla hökumətin diplomatik manevr imkanlarını tamamilə məhdudlaşdırır.Nəhayət, makro-iqtisadiyyatda Mərkəzi Bankın müstəqilliyinin olmaması və suverenliyin xərclərini ödəmək üçün pul çap edilərək struktur inflyasiyasının yaradılması, habelə müflis olmuş pensiya fondlarının milyardlıq yükünün dövlət büdcəsinə yüklənməsi prezidenti maliyyə passivliyinə sürükləyir.Təhlükəsizlik və məhkəmə sisteminin siyasiləşməsi isə özəl sektor sahibkarlarına qarşı subyektiv cinayət işlərinin açılması ilə ölkədən kapital çıxarılmasını sürətləndirir; məhkəmə hakimiyyəti böyük fondların və hərbi kartellərin korrupsiyasına göz yumsa da, cəmiyyət pulun dəyərdən düşməsinin və korrupsiyanın real fəsadlarını mövcud prezidentin fəaliyyətində görür.Bütün bu mürəkkəb mənzərə sübut edir ki, İranda prezident milyonlarla səs qazanmasına baxmayaraq, ilahi legitimliyin xalqın səsindən üstün tutulduğu, gücün isə təyin olunmuş dini, hərbi və media şəbəkələrinin əlində cəmləşdiyi bu dualist sistemdə yalnız bir "tədarükçü" mövqeyindən irəli gedə bilmir.Axar.az
  •  

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib? 

ABŞ və İranın atəşkəs rejiminin uzadılması barədə razılığa gəlməsi iddia olunub.“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Pakistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, Vaşinqton və Tehran iyunun 17-də imzalanmış İslamabad sazişində nəzərdə tutulan atəşkəs rejiminin müddətini uzatmaq barədə razılıqlarını vasitəçilərə çatdırıblar.Bununla belə, müddətin nə qədər uzadılacağı ilə bağlı məsləhətləşmələrin davam etdiyi qeyd olunub.“Reuters” agentliyinin adı açıqlanmayan iranlı məmura istinadən verdiyi məlumata görə isə İran və ABŞ arasında atəşkəs rejiminin uzadılması müzakirə olunmayıb.Mənbənin sözlərinə görə, atəşkəs qüvvədə deyil, çünki anlaşma memorandumu imzalandıqdan 48 saat sonra ABŞ onun müddəalarını pozub. Xatırladaq ki, iyunun 17-də İslamabadda ABŞ və İran arasında atəşkəs elan edilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. 60 günlük atəşkəsin müddəti avqustun 17-də başa çatacaq. 
  •  

“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var 

Avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena” stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.Oxu24.com  xəbər verir ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, oyun Azərbaycan çempionu “Sabah” ilə Danimarka çempionu “Orhus” komandaları arasında keçirilib və təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
  •  

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı 

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılması nəzərdə tutulur.Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.Sərəncama əsasən, əsaslı təmir olunacaq 45 istilik qazanxanası ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərir.
  •  

Azərbaycanda işləyən pensiyaçıların sayı AÇIQLANDI 

Azərbaycanda yaşa görə pensiya alan şəxslərin 105 mindən çoxu əmək fəaliyyətini davam etdirir.Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı il aprelin 1-i vəziyyətinə yaşa görə pensiya alan pensiyaçılardan işləyənlərin sayı 105 min nəfərdən çox olub.Komitənin təqdim etdiyi digər statistikaya əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkədə 65 yaş və yuxarı 57 374 nəfər xidmət sahəsində çalışıb.Onlardan 38 562 nəfəri 65-69, 14 905 nəfəri 70-74, 3 907 nəfəri isə 75 yaş və yuxarı yaş qrupuna aid olub.Yaşlı əməkçilərin fəaliyyət sahələri üzrə bölgüsündə digər xidmət sahələri ilk yerdə qərarlaşıb. Bu istiqamətdə 20 894 nəfər çalışıb. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 16 659, təhsil sahəsində 14 079, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 5 742 nəfər 65 yaş və yuxarı şəxs əmək fəaliyyətini davam etdirib.Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin əvvəlinə Azərbaycanda ümumilikdə 1 milyon 98,9 min pensiyaçı qeydiyyatda olub. Onların 711,8 min nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
  •  

Gündəlik stress ürək-damar sağlamlığını necə təhdid edir? – Mütəxəssislərdən vacib xəbərdarlıq  

Müasir həyatın sürətli tempi, gündəlik qayğılar, maddi problemlər, iş və təhsil ilə bağlı narahatlıqlar insan orqanizminə ciddi təsir göstərir. Xüsusilə uzun müddət davam edən və idarə olunmayan stress ürək-damar sistemi üçün əhəmiyyətli risk faktorlarından biri hesab olunur. Stress zamanı ürək döyüntüləri və arterial təzyiq müvəqqəti olaraq arta bilər. Problem isə bu vəziyyətin uzun müddət davam etməsi və insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməsidir. Araşdırmalar da xroniki psixoloji stresslə ürək-damar xəstəlikləri arasında əlaqənin olduğunu göstərir.Oxu24.com-un məlumatına əsasən , stressin mənbələri hər yaş qrupunda fərqli ola bilər. Məktəb yaşlı uşaqlarda imtahanlar, universitetə qəbul olub-olmamaq və gələcəklə bağlı narahatlıqlar ciddi psixoloji gərginlik yarada bilər. Aktiv əmək yaşında olan insanlarda işini qoruyub saxlamaq, karyerada irəliləmək, maddi problemlər və ailə məsuliyyətləri ön plana çıxır. Yaşlı insanlarda isə sağlamlıq, maddi təminat və gələcəklə bağlı narahatlıqlar əsas stress mənbələrinə çevrilə bilər. Xroniki xəstəlikləri olan şəxslərdə isə mövcud sağlamlıq problemləri əlavə psixoloji gərginlik yaradır.Uzunmüddətli stress yalnız insanın psixoloji vəziyyətinə təsir göstərmir. Orqanizmin stressə reaksiyası zamanı ürək döyüntüsü sürətlənə, tənəffüs tezləşə və arterial təzyiq yüksələ bilər. Xroniki stress isə yuxunun pozulması, fiziki aktivliyin azalması, qeyri-sağlam qidalanma və siqaret çəkmə kimi ürək-damar riskini artıran davranışlara da yol aça bilər.Bu səbəbdən ürək-damar sağlamlığının qorunmasında yalnız dərman müalicəsi deyil, həyat tərzinin düzgün qurulması da mühüm əhəmiyyət daşıyır. İlk növbədə yuxu rejiminə diqqət yetirmək lazımdır. Yetərli və keyfiyyətli yuxu ürəyin və bütün orqanizmin bərpası üçün vacibdir. Böyüklər üçün ümumilikdə gecə ən azı 7 saat yuxu tövsiyə olunur. Yuxunun yalnız müddəti deyil, onun müntəzəm olması da ürək-damar sağlamlığı baxımından əhəmiyyətlidir.Düzgün qidalanma da ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır. Gün ərzində qidalanma rejiminin mümkün qədər nizamlı olması, balanslı və müxtəlif qidalara üstünlük verilməsi, həddindən artıq duzlu, yağlı və yüksək kalorili məhsulların məhdudlaşdırılması sağlam həyat tərzinin əsas şərtlərindəndir. Qidalanma ilə yanaşı, artıq çəkinin qarşısının alınması, arterial təzyiq, xolesterin və qan şəkərinin nəzarətdə saxlanılması da ürək-damar riskinin azaldılmasına kömək edir.Fiziki aktivlik isə stresslə mübarizənin ən təsirli vasitələrindən biri hesab olunur. Müntəzəm hərəkət həm psixoloji gərginliyin azalmasına, həm də arterial təzyiqin və ümumi ürək-damar riskinin nəzarətdə saxlanılmasına kömək edə bilər. Gəzinti, sürətli yerimə, üzgüçülük və insanın sağlamlıq vəziyyətinə uyğun digər fiziki fəaliyyətlər gündəlik həyatın bir hissəsinə çevrilməlidir.Ürək sağlamlığı baxımından zərərli vərdişlərdən uzaq durmaq da xüsusi əhəmiyyət daşıyır. Siqaret damar sisteminə ciddi zərər verən əsas dəyişdirilə bilən risk faktorlarından biridir. Elektron siqaret və digər nikotin məhsulları da ürək-damar sağlamlığı baxımından təhlükəsiz alternativ kimi qəbul edilməməlidir. Həmçinin enerji içkilərinin həddindən artıq istifadəsi də xüsusilə ürək-damar problemi olan şəxslər üçün arzuolunmaz ola bilər.Alkoqol istifadəsinə də ehtiyatla yanaşmaq lazımdır. Ümumilikdə sağlam həyat tərzinin əsas məqsədi orqanizmə əlavə yük yaradan vərdişləri mümkün qədər azaltmaq və gündəlik rejimi ürək-damar sağlamlığını qoruyacaq şəkildə qurmaqdır.Ailəsində ürək-damar xəstəlikləri olan şəxslər isə risk faktorlarına daha ciddi yanaşmalıdır. İrsi meyllilik dəyişdirilə bilməyən amil olsa da, insanın həyat tərzi ilə əlaqəli bir çox risk faktorunu nəzarətdə saxlamaq mümkündür. Buna görə arterial təzyiqin mütəmadi ölçülməsi, xolesterin və qan şəkərinin yoxlanılması, artıq çəkinin qarşısının alınması və həkim müayinələrinin vaxtında aparılması vacibdir.Əsas məsələ stressi həyatımızdan tamamilə çıxarmağın mümkün olmadığını qəbul etmək və onunla düzgün mübarizə aparmağı öyrənməkdir. İnsan bütün problemləri bir anda həll edə bilməsə də, yuxu rejimini qaydaya sala, fiziki aktivliyini artıra, sağlam qidalana, zərərli vərdişlərdən uzaqlaşa və istirahətə daha çox vaxt ayıra bilər.Ürək-damar sağlamlığının qorunması uzunmüddətli prosesdir. Stressin azaldılması, keyfiyyətli yuxu, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq bu prosesin əsas istiqamətlərindəndir. Xüsusilə arterial təzyiq, ürək döyüntüləri, sinə ağrısı və digər narahatedici əlamətlər müşahidə olunursa, problemi yalnız stresslə əlaqələndirmədən həkim müayinəsindən keçmək vacibdir.
  •  

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı 

Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur “Food city” bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb.Hazırda şikayətçi olduğu şəxs isə həmin biznesi təşkil etməli olan Gülnar Soltanovadır. Keçmiş deputat bu biznesin baş tutması üçün logistika sahəsində çalışan Gülnara 50 min manat pul verib. Lakin sonradan nə vəd edilən biznes baş tutub, nə də pul geri qayıdıb.Eyni qaydada aldadılan digər zərərçəkmiş də tanınmış simadır. Söhbət Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimovdan gedir. Maraqlıdır ki, işi ilə bağlı tez-tez bu kimi cinayətlərlə üzləşən vəkil bu dəfə özü dolandırılıb. O, hətta kola biznesi üçün Gülnara daha çox - 210 min manat pul verdiyini bildirir.Zərərçəkmişlər indi pullarını qaytarmaq üçün hüquq-mühafizə orqanına üz tutublar. Onların şikayətləri əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq bu günlərdə başlayıb, təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etmədiyi hələlik məlum deyil.Qeyd edək ki, ikinci dəfə deputat seçilə bilməyən siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu günlərdə işsiz qalması xəbərləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətindən kənarlaşdırılıb, iki ildir işsizdir.
  •  

Təzyiq dərmanını nə vaxt qəbul etmək lazımdır? – Kardioloqdan vacib açıqlama  

Təzyiq dərmanını nə vaxt qəbul etmək lazımdır? – Kardioloqdan vacib açıqlamaPasiyentlərin həkim tərəfindən təyin olunan dərmanları düzgün və ardıcıl qəbul etməməsi ürək-damar xəstəliklərinin müalicəsində ciddi problemlərə səbəb ola bilər. Bəzi insanlar dərmanı yalnız özlərini pis hiss etdikdə və ya arterial təzyiqin yüksəldiyini düşündükdə qəbul etməyə başlayırlar. Halbuki bir çox xroniki xəstəlik zamanı dərman müalicəsinin əsas məqsədi yalnız yaranmış simptomu aradan qaldırmaq deyil, xəstəliyi nəzarətdə saxlamaq və gələcəkdə yarana biləcək ağırlaşmaların qarşısını almaqdır.Kardioloq Aytən Yunusova Oxu24.com-a açıqlamasında bildirib ki, xüsusilə arterial təzyiqdən əziyyət çəkən pasiyentlərin dərman qəbuluna münasibəti bəzən yanlış olur. Həkimin sözlərinə görə, bəzi xəstələr təzyiq dərmanını yalnız təzyiq yüksəldikdə qəbul etməli olduqlarını düşünürlər. Bu yanaşma isə xəstəliyin düzgün idarə olunmasına mane olur.Mütəxəssis qeyd edib ki, pasiyentin öz arterial təzyiqini mütəmadi şəkildə ölçməsi və göstəriciləri izləməsi mühüm əhəmiyyət daşıyır. İnsan yalnız baş ağrısı, halsızlıq, ürəkdöyünmə və ya digər narahatlıq yarandıqda təzyiqinin yüksəldiyini düşünməməlidir. Çünki arterial hipertenziya bir çox hallarda uzun müddət heç bir aydın simptom vermədən davam edə bilər. Bu səbəbdən xəstənin özünü yaxşı hiss etməsi heç də təzyiqinin normal olduğu anlamına gəlmir.Aytən Yunusovanın sözlərinə görə, həkim tərəfindən müəyyən edilmiş müalicə sxeminə riayət etmək xüsusilə vacibdir. Pasiyent dərmanı müəyyən müddət qəbul edib daha sonra özbaşına dayandırdıqda və ya yalnız təzyiq yüksələndə dərman içdikdə müalicənin effektivliyi azalır. Belə hallarda arterial təzyiq yenidən yüksələ, ürək-damar sisteminə düşən yük arta və xəstəliyin nəzarətdən çıxması baş verə bilər.Kardioloq vurğulayıb ki, təzyiq dərmanlarının davamlı qəbul edilməsinin əsas məqsədlərindən biri damarların və ürəyin uzunmüddətli qorunmasıdır. Xüsusilə ürək-damar sistemi ilə bağlı problemi olan, damarlarında daralma və ya digər risk faktorları müəyyən edilən xəstələr müalicəyə daha ciddi yanaşmalıdırlar. Dərmanların vaxtında qəbul edilməməsi və müalicənin yarımçıq saxlanılması gələcəkdə ağırlaşmaların yaranma ehtimalını artıra bilər.Mütəxəssis pasiyentlərə dərmanları özbaşına artırmamağı, azaltmamağı və tamamilə dayandırmamağı da tövsiyə edib. Müalicə zamanı arterial təzyiqin göstəricilərində dəyişiklik müşahidə edilərsə, bunun səbəbi həkim tərəfindən qiymətləndirilməlidir. Bəzən dərmanın dozasının dəyişdirilməsi, başqa preparata keçilməsi və ya əlavə müayinələrin aparılması lazım gələ bilər. Lakin bu qərarı pasiyentin özü deyil, onun sağlamlıq vəziyyətini bilən həkim verməlidir.Aytən Yunusova bildirib ki, xəstələrə dərman müalicəsinin əhəmiyyəti dəfələrlə izah edilsə də, bəzi pasiyentlər bu məsələyə kifayət qədər ciddi yanaşmırlar. Onlar dərmanı yalnız xəstəlik özünü göstərdikdə qəbul etməklə kifayətləndiklərini düşünürlər. Halbuki xroniki ürək-damar xəstəliklərinin əksəriyyətində müalicənin davamlılığı xüsusi əhəmiyyət daşıyır.Kardioloq xüsusilə ürək-damar xəstəlikləri səbəbilə müalicə alan şəxslərin həkim nəzarətində olmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, pasiyent yalnız dərman qəbul etməklə kifayətlənməməli, eyni zamanda arterial təzyiqini izləməli, həkimin verdiyi tövsiyələrə əməl etməli və mütəmadi müayinələrdən keçməlidir.Həkim sonda pasiyentlərə müraciət edərək bildirib ki, dərman müalicəsinə məsuliyyətsiz yanaşmaq olmaz. Təyin olunan preparatların vaxtında və düzgün qəbul edilməsi, təzyiqin mütəmadi ölçülməsi və hər hansı dəyişiklik zamanı həkimə məlumat verilməsi ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Özbaşına müalicə və dərmanların təsadüfi şəkildə qəbul edilməsi isə əksinə, ciddi fəsadlara yol aça bilər.
  •  

“Sağalıb” deyə əlilliyi dayandırılıbsa, nə etmək olar? – Vəkildən hüquqi izah  

Əlillik statusunun dayandırılması və sonradan həmin statusun yenidən əldə edilməsi ilə bağlı məsələlər vətəndaşlar arasında tez-tez suallar doğurur. Xüsusilə uzun illər əlillik statusu almış şəxsin müəyyən müddətdən sonra “sağaldığı” əsas gətirilərək əlilliyinin dayandırılması, daha sonra isə səhhətində yenidən problemlər yarandıqda əvvəlki statusun necə bərpa olunması hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil İntiqam Hacıyev bildirib ki, əlillik statusunun dayandırılmasının səbəbləri və həmin qərarın hansı əsaslarla qəbul edildiyi ilk növbədə araşdırılmalıdır. Vəkilin sözlərinə görə, əgər şəxs 2012-ci ildən etibarən əlillik statusu alıbsa və 2019-cu ildə onun səhhətinin yaxşılaşdığı əsas gətirilərək əlilliyi dayandırılıbsa, həmin qərarın qanuniliyinin ayrıca qiymətləndirilməsi mümkündür.Vəkil qeyd edib ki, burada əsas məsələ şəxsin əlilliyinin hansı səbəbdən dayandırılması, tibbi müayinələrin nəticələri, xəstəliyin real vəziyyəti və qərarın qəbul edilməsi zamanı mövcud olan tibbi sənədlərdir. Əgər vətəndaş hesab edirsə ki, əlilliyinin dayandırılması əsassız olub və onun səhhəti buna imkan verməyib, müvafiq qərardan qanunvericilikdə nəzərdə tutulan qaydada şikayət etmək və hüquqlarının bərpasını tələb etmək imkanını araşdıra bilər.İntiqam Hacıyev bildirib ki, vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etməsi avtomatik olaraq onun əvvəlki statusunun bərpa ediləcəyi anlamına gəlmir. Məhkəmə üçün həmin şəxsin əlilliyinin dayandırıldığı vaxt mövcud olan tibbi vəziyyət, təqdim edilmiş sənədlər, tibbi ekspertiza nəticələri və qərarın hüquqi əsasları mühüm əhəmiyyət daşıyır.Vəkilin sözlərinə görə, əgər əlilliyin dayandırılması zamanı şəxs həqiqətən sağalıbsa və həmin dövrdə əlillik üçün tibbi əsaslar mövcud olmayıbsa, illər sonra yalnız əvvəlki qərarın ləğvini tələb etməyin hüquqi baxımdan nəticə verməsi çətin ola bilər. Çünki bu halda şəxsin hazırkı vəziyyəti ilə 2019-cu ildəki tibbi vəziyyəti bir-birindən fərqləndirilə bilər.Müraciətdə əlilliyin dayandırılmasına səbəb kimi xəstəxanada stasionar müalicənin olmamasının göstərildiyi bildirilir. İntiqam Hacıyev qeyd edib ki, müəyyən xəstəliklər üzrə tibbi qiymətləndirmə zamanı müalicə tarixçəsi, stasionar və ambulator müayinələr, xəstəliyin gedişi və digər tibbi göstəricilər nəzərə alına bilər. Lakin konkret şəxsin əlillik statusunun müəyyənləşdirilməsi üçün yalnız xəstəxanada yatış faktına əsaslanmaqla yekun nəticə çıxarmaq düzgün olmaz. Bunun üçün həmin şəxsin xəstəliyinin xarakteri və mövcud tibbi sənədlər bütövlükdə qiymətləndirilməlidir.Vəkil əlavə edib ki, əgər şəxsin əlilliyi dayandırıldıqdan sonra səhhətində yenidən ciddi problemlər yaranıbsa, onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olaraq əlilliyin yenidən qiymətləndirilməsi məsələsini də araşdırmaq mümkündür. Bunun üçün vətəndaş ilk növbədə tibbi sənədlərini toplamalı, müvafiq tibb müəssisələrinə müraciət etməli və xəstəliyinin hazırkı vəziyyətinin rəsmi şəkildə təsdiqlənməsinə çalışmalıdır.İntiqam Hacıyev vurğulayıb ki, əlillik statusunun təyin edilməsi yalnız şəxsin istəyindən və ya əvvəlki illərdə əlillik almış olmasından asılı deyil. Əsas meyar şəxsin hazırkı tibbi vəziyyəti və qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğudur. Bu səbəbdən vətəndaşın 2012-ci ildən 2019-cu ilə qədər əlillik statusunun olması onun avtomatik olaraq ömürlük və ya müddətsiz şəkildə həmin statusa malik olması demək deyil.Onun sözlərinə görə, vətəndaşın qarşısında iki fərqli hüquqi istiqamət yarana bilər: birincisi, 2019-cu ildə qəbul edilmiş əlilliyin dayandırılması barədə qərarın əsassız və qanunsuz olduğunu düşünürsə, həmin qərarın mübahisələndirilməsi; ikincisi isə hazırkı səhhət vəziyyətinə əsasən əlilliyin yenidən qiymətləndirilməsi məsələsinin qaldırılmasıdır.Vəkil bildirib ki, hər iki halda tibbi sənədlərin düzgün toplanması və qərarın hansı əsaslarla qəbul edildiyinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Vətəndaş əvvəlki qərarı mübahisələndirmək istəyirsə, həmin qərarın surətini, tibbi sənədləri və digər sübutları əldə etməli, qanunvericilikdə nəzərdə tutulan şikayət və məhkəmə prosedurlarına əməl etməlidir.Beləliklə, 2019-cu ildə əlilliyi dayandırılan şəxsin bu statusu yenidən əldə edib-etməyəcəyi konkret olaraq onun hazırkı və əvvəlki tibbi vəziyyətindən, əlilliyin hansı əsaslarla dayandırılmasından və mövcud hüquqi-tibbi sənədlərdən asılıdır. Buna görə də belə hallarda yalnız əvvəlki əlillik faktına deyil, həm də şəxsin hazırkı səhhətinə və qərarın hüquqi əsaslarına kompleks şəkildə yanaşmaq lazımdır.
  •  

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu 

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olubYanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
  •  

Ev satılarkən vərəsənin razılığı tələb olunurmu? – Hüquqi məqamlar  

Vərəsəlik məsələlərində ən çox mübahisə doğuran hallardan biri ailə üzvlərindən birinin vəfatından sonra onun əmlakının digər qohumlar tərəfindən satılması ilə bağlıdır. Belə vəziyyətlərdə ilk növbədə əmlakın kimin adına rəsmiləşdirildiyi və mərhumun həmin əmlak üzərində mülkiyyət hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir.Əgər ev mərhum atanın mülkiyyətində olubsa, onun vəfatından sonra həmin əmlak vərəsəlik kütləsinə daxil edilir və qanunla müəyyən edilmiş şəxslərin vərəsəlik hüququ yaranır. Bu halda mərhumun övladları ilə yanaşı, onun həyat yoldaşı və valideynləri də qanun üzrə birinci növbə vərəsələr sırasına daxil ola bilərlər. Bu şəxslərin hər birinin payı müəyyən edilmədən və vərəsəlik rəsmiləşdirilmədən əmlakın digər qohumlar tərəfindən bütövlükdə satılması hüquqi baxımdan mümkün deyil.Vəkil İmran Ələkbərovun Oxu24.com-a açıqlamasında sözlərinə görə, məsələyə yanaşarkən evin faktiki olaraq kimin tərəfindən istifadə edilməsindən daha çox, onun hüquqi mülkiyyətçisinin kim olması əsas götürülməlidir. Əgər əmlak mərhumun adına olubsa, onun vəfatı ilə həmin əmlak üzrə vərəsəlik münasibətləri yaranır və vərəsələrin hüquqları nəzərə alınmalıdır.Vəkil qeyd edib ki, bəzən vətəndaşlar evdə qeydiyyatda olmağı avtomatik olaraq həmin əmlakdan pay sahibi olmaq kimi qəbul edirlər. Halbuki yaşayış sahəsində qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət və ya vərəsəlik payının yaranması demək deyil. Şəxsin əmlakdan pay alıb-almaması onun vərəsəlik hüququndan və əmlakın hüquqi statusundan asılıdır.Əgər söhbət nənənin öz adına olan evdən gedirsə və nənə sağdırsa, vəziyyət tamamilə fərqlidir. Əmlak nənənin şəxsi mülkiyyətidirsə, o, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ev üzərində sərəncam vermək, o cümlədən satmaq və ya bağışlamaq hüququna malikdir. Bu halda nəvənin həmin evdə qeydiyyatda olması avtomatik olaraq ona mülkiyyət payı vermir.Əmlak sahibinin vəfat etməsindən sonra isə vəziyyət dəyişir. Bu halda vərəsəlik açılır və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilir. Mərhumun övladı da vərəsədirsə, onun payı ayrıca nəzərə alınmalıdır. Belə bir şəxs vəfat edərsə, müəyyən hallarda onun özünə düşən vərəsəlik payı sonrakı vərəsəlik münasibətlərinin predmetinə çevrilə bilər. Buna görə də hər bir konkret halda həm ilkin əmlak sahibinin, həm də sonradan vəfat etmiş vərəsənin hüquqi statusu araşdırılmalıdır.İmran Ələkbərovun sözlərinə görə, bu cür hallarda vətəndaşlar əvvəlcə daşınmaz əmlakın çıxarışını, vərəsəlik sənədlərini və digər hüquqi sənədləri araşdırmalıdırlar. Əgər şəxsin özünün vərəsəlik payı olduğunu düşünməsi üçün hüquqi əsas varsa, notariat qaydasında vərəsəlik məsələsinin rəsmiləşdirilməsi üçün müraciət edilməlidir. Əmlak artıq digər şəxslərin adına keçirilibsə və ya satılıbsa, həmin şəxsin hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəmə qaydasında hüquqi müdafiə imkanları da mövcuddur.Beləliklə, evin satılıb-satılmaması məsələsində yalnız ailə münasibətlərinə və ya şəxsin həmin ünvanda qeydiyyatda olmasına əsaslanmaq düzgün deyil. Əsas məsələ mülkiyyət hüququnun kimə məxsus olması, vərəsəlik hüququnun yaranıb-yaranmaması və həmin hüququn qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilib-rəsmiləşdirilməməsidir.
  •  

Əncir haqqında vacib məqam – Yeyərkən nəyə diqqət etməliyik?  

Əncir həm dadı, həm də qida tərkibi ilə seçilən meyvələrdəndir. Tərkibində lif, müxtəlif vitamin və minerallar, eləcə də bioloji aktiv maddələr olan əncir balanslı qidalanmanın bir hissəsi kimi istifadə edilə bilər. Lakin bu meyvəni qəbul edərkən bir neçə vacib məqama diqqət yetirmək lazımdır.Oxu24.com xəbər verir ki, əncirin qabığını soymaq mütləq deyil. Meyvə yaxşı yuyulduqdan sonra qabığı ilə birlikdə yeyilə bilər. Qabıqda və meyvənin digər hissələrində lif və müxtəlif bioloji aktiv maddələr mövcuddur. Lakin qabıqla yemək istəyənlər üçün əsas şərt meyvənin axar su altında yaxşı yuyulmasıdır. Çünki yetişdirilmə və daşınma prosesində meyvənin səthində torpaq, mikroorqanizmlər və müəyyən hallarda kənd təsərrüfatında istifadə olunan maddələrin qalıqları ola bilər.Əncirdə fisin adlı proteolitik ferment də mövcuddur. Bu ferment zülalların parçalanmasında iştirak edən maddələrdən biridir. Lakin sosial şəbəkələrdə fisinin xərçəng xəstəliyinin qarşısını aldığı və ya metastazı ləngitdiyi barədə yayılan iddialara ehtiyatla yanaşmaq lazımdır. Əncirin və ya fisinin insanlarda xərçəngin müalicəsində, yaxud metastazın qarşısının alınmasında təsirli olduğu klinik olaraq təsdiqlənməyib. Buna görə ənciri heç bir halda xərçəng müalicəsinin alternativi kimi qəbul etmək olmaz.Əncirin digər mühüm xüsusiyyətlərindən biri yüksək lif tərkibidir. Qida lifləri bağırsaqların normal fəaliyyətinə və həzm prosesinə kömək edə bilər. Bununla yanaşı, əncirin tərkibində təbii şəkərlər də kifayət qədərdir. Buna görə xüsusilə şəkər mübadiləsi ilə bağlı problemi olan şəxslər meyvənin qəbul miqdarına diqqət etməli və fərdi qidalanma tövsiyələrinə əməl etməlidirlər.Təzə əncir ilə quru ənciri də bir-birindən fərqləndirmək lazımdır. Qurutma zamanı meyvənin suyu azalır və şəkər, kalori və digər maddələr daha konsentrasiyalı hala gəlir. Bu səbəbdən quru əncirdən istifadə edərkən porsiyaya daha çox diqqət etmək məqsədəuyğundur.Əncirin bişirilməsi zamanı isə tərkibindəki bəzi fermentlərin aktivliyi azala bilər. Yüksək temperatur fermentlərin strukturuna təsir göstərə bildiyindən çiy və bişmiş əncirin bəzi bioloji xüsusiyyətləri eyni olmaya bilər. Lakin ənciri təzə və ya bişmiş şəkildə qəbul etmək seçimi ümumi qidalanma rejimindən və şəxsin fərdi xüsusiyyətlərindən asılıdır.Bəzi insanlarda əncirin südü, yəni meyvə və yarpaqlarından çıxan ağ şirə dəri ilə təmas etdikdə qıcıqlanmaya səbəb ola bilər. Buna görə xüsusilə həssas dəriyə malik şəxslərin meyvəni yığarkən və ya emal edərkən diqqətli olması məsləhətdir.Əncir yeyərkən əsas qayda sadədir: meyvəni diqqətlə seçmək, yaxşı yumaq və normada qəbul etmək. Onun qabığını soymaq məcburi deyil, lakin qabıqla yeyiləcəksə, gigiyenaya xüsusi diqqət yetirilməlidir.Əncir faydalı qidalar sırasında yer ala bilər, amma heç bir meyvəni “möcüzəvi müalicə vasitəsi” kimi təqdim etmək düzgün deyil. Sağlam qidalanmanın əsas prinsipi müxtəlif və balanslı rasion, uyğun porsiya və fərdi ehtiyacların nəzərə alınmasıdır.
  •  

Türkiyə 112 ölkənin qadağan etdiyi silahları bu ölkəyə göndərməyi planlaşdırır

Türkiyə ABŞ-dan inventarında olan 256 milyon dollar dəyərində kaset sursatlarının Ukraynaya ötürülməsinə icazə istəyib.Oxu24.com xəbər verir ki, Təklifə M270 raket sistemləri ilə yanaşı, on milyondan çox kiçik partlayıcı element daşıyan raket və artilleriya sursatları daxildir.Human Rights Watch Vaşinqton ofisinin direktor müavini Nikol Vidderşaym bildirib ki, söhbət 30 ildən çox yaşı olan, dəqiqliyi və etibarlılığı ilə bağlı ciddi suallar yaradan sursatlardan gedir. Onun sözlərinə görə, məhz bu silahların mülki əhali üçün yaratdığı uzunmüddətli təhlükə səbəbindən 112 ölkə Kaset Sursatları Konvensiyasına qoşularaq bu silahları qadağan edib.ABŞ özü bu konvensiyanın tərəfi deyil. Bununla belə, ölkədə 2009-cu ildən etibarən kaset sursatlarının ixracına məhdudiyyət tətbiq olunur. HRW-nin məlumatına görə, keçmiş prezident Co Baydenin administrasiyası 2023-cü ilin iyulundan 2024-cü ilin oktyabrına qədər bu məhdudiyyətə istisna tətbiq edərək Ukraynaya ən azı yeddi belə sursat tədarük edib.Hazırda isə Donald Tramp administrasiyasının bu razılaşma ilə bağlı ixrac məhdudiyyətini keçmək üçün oxşar qərar qəbul edib-etmədiyi açıqlanmayıb. ABŞ Dövlət Departamentinin 6 avqust tarixli məktubunda Vaşinqtonun Türkiyənin təklif etdiyi transferə icazə verməyə hazır olduğu bildirilib.HRW hesab edir ki, ABŞ Konqresi razılaşmanın qarşısını almaq imkanına malikdir. Təşkilat kaset sursatlarının partlamamış elementlərinin müharibədən illər sonra belə mülki əhali üçün təhlükə yarada biləcəyini və onların istifadəsinin beynəlxalq humanitar hüquq baxımından ciddi risklər doğurduğunu vurğulayıb
  •  

Azərbaycanda idarəetmədə yeni era: İcra hakimiyyətləri ləğv edilə bilər? - Deputatdan AÇIQLAMA  

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və regionlarda müasir idarəetmə mexanizmlərinin tətbiqi məsələsi yenidən ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması və 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi dövlət idarəçiliyi qarşısında tamamilə yeni vəzifələr qoyub. Azad edilmiş ərazilərdə tətbiq edilən Prezidentin xüsusi nümayəndəlikləri institutu qısa müddətdə özünü tam doğruldaraq çevik və operativ idarəetmə modeli kimi diqqət çəkir. Bu uğurlu təcrübə fonunda yerli icra hakimiyyəti orqanlarının gələcək taleyi və yeni idarəetmə sisteminin ölkənin digər regionlarına şamil olunub-olunmayacağı məsələsi böyük maraq doğurur. Mövcud idarəetmə modelinin transformasiyası və konstitusiya islahatları ehtimalı ekspertlər və qanunverici hakimiyyət səviyyəsində geniş təhlil olunur. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Məzahir Əfəndiyev xüsusi nümayəndəliklər institutunun əhəmiyyətini və idarəetmədə gözlənilən perspektivləri belə dəyərləndirib:"2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, xüsusilə 2023-cü ildə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması dövlət idarəçiliyinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Bu yeni mərhələdə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası, dayanıqlı inkişafının təmin edilməsi və burada idarəetmənin daha çevik və operativ şəkildə həyata keçirilməsi zərurəti yarandı”.Məzahir Əfəndiyev qeyd edib ki, bu baxımdan, ilk mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin 04 fevral 2021-ci il tarixli Fərmanı ilə xüsusi nümayəndəliklərin təsis edilməsi oldu:“Xüsusi nümayəndəliklər yeni reallıqlar nəzərə alınmaqla həmin ərazilərdə dövlət idarəçiliyinin daha çevik və səmərəli təşkili baxımından mühüm institusional mexanizmə çevrildi. Sonrakı mərhələdə bu idarəetmə modelinin hüquqi əsasları qanunvericilikdə öz əksini tapdı. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi “Dövlət qulluğu haqqında” qanuna “Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi” anlayışının əlavə edilməsini qəbul etdi və bununla da dövlət idarəçiliyində yeni yanaşmanın formalaşması üçün zəmin yarandı”.Deputatın sözlərinə görə, qısa müddət ərzində xüsusi nümayəndəliklərin fəaliyyəti özünü xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərdi. Bu ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, infrastrukturun bərpası və yenidən qurulması, sosial-iqtisadi inkişafın təmin edilməsi və əhalinin həmin ərazilərə qayıdışının təşkili prosesində xüsusi nümayəndəliklərin fəaliyyəti mühüm rol oynadı:“Bu idarəetmə modelinin müsbət nəticələri nəzərə alınaraq, oxşar yanaşmanın Naxçıvan Muxtar Respublikasında da tətbiq olunması dövlət idarəçiliyinin çevikliyinin və səmərəliliyinin artırılması baxımından diqqətəlayiq təşəbbüs oldu”.M.Əfəndiyev yekun olaraq vurğulayıb ki, ümumilikdə, xüsusi nümayəndəliklər institutu yeni idarəetmə mexanizminin səmərəliliyini qiymətləndirmək üçün mühüm təcrübə formalaşdırmaqdadır. Bu təcrübənin nəticələri özünü doğrultduğu təqdirdə, gələcək mərhələdə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi məqsədilə onun hüquqi və institusional əsaslarının genişləndirilməsi məsələsinə baxılması məqsədəuyğun ola bilər. Bu çərçivədə, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət idarəçiliyinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə yönəlmiş müvafiq dəyişikliklərin edilməsi də nəzərdən keçirilə bilər.Çimnaz Telmanqızı
  •  

Beyinə tromb atmasının 5 əsas səbəbi açıqlandı — Həkimdən XƏBƏRDARLIQ  

Müasir dövrdə qan-damar xəstəlikləri və xüsusilə beyin qan dövranının kəskin pozulmaları ən çox rast gəlinən, həyatı təhlükə yaradan ciddi sağlamlıq problemlərindəndir. Tibbi statistikaya görə, beyinə laxta (tromb) düşməsi işemik insulta, iflicə və hətta ani ölümə səbəb ola biləcək ağır fəsadlar törədir. Ekspertlər bildirirlər ki, beyin toxumasının oksigenlə təminatının kəsilməsi saniyələr içində hüceyrə ölümünə gətirib çıxardığından, risk faktorlarını öncədən bilmək və vaxtında profilaktik tədbirlər görmək həyati əhəmiyyət kəsb edir. Qan təzyiqi, şəkər göstəriciləri və xroniki ürək rahatsızlıqları fonunda zərərli vərdişlərin də davam etdirilməsi damar divarlarının zədələnməsinə və laxtalanma riskinin dəfələrlə artmasına şərait yaradır. Mövzunun aktuallığını və əhalinin maarifləndirilməsinin vacibliyini nəzərə alaraq Oxu24.com saytı ekspert rəyini oxuculara təqdim edir.Mövzu ilə bağlı mütəxəssis həkim kardioloq Günay Qasımova Oxu24.com-a açıqlamasında beyinə tromb atmasının 5 ana səbəbini geniş şəkildə izah edib:"Birincisi, şah damarda darlığın və ərpin (aterosklerotik düyünlərin/blyaşkaların) olmasıdır. Şah damarda toplanan bu xolesterin ərp qoparaq beyin damarlarına tərəf hərəkət edir və oradakı incə damarları tıxayaraq laxtalanmaya və insulta gətirib çıxarır.İkincisi, ürəkdə ritm pozuntusu — aritmiya, xüsusən də səyrici aritmiya (atrial fibrillyasiya) xəstəliyinin olmasıdır. Ürək qulaqcıqları düzgün yığılmadıqda qan orada ləngiyir və qan laxtaları formalaşır. Daha sonra bu laxta ürəkdən atılaraq beyin damarlarına gedir və tromb yaradır.Üçüncüsü isə, yüksək şəkər (şəkərli diabet) faktorudur. Qanda şəkərin uzun müddət yüksək səviyyədə qalması damar divarlarının strukturlarını zədələyir, onları kövrəkləşdirir və damariçi laxtalanma riskini dəfələrlə artırır.Dördüncüsü, yüksək qan təzyiqinin (hipertoniya) olmasıdır. Təzyiqin davamlı yüksək olması damarlara həddindən artıq yük salır, damar divarlarının elastikliyini pozur və micro-zədələr yaradaraq trombun əmələ gəlməsinə zəmin yaradır”.Son olaraq da həkim qeyd edib ki, beşincisi isə zərərli vərdişlər — siqaret çəkənlər və aşırı spirtli içki qəbul edənlərdir. Siqaret tüstüsü və spirtli içki qanın özüllülüyünü (qatılığını) artırır, damarları daraldır və tərkibindəki toksinlər hesabına tromb yaranma riskini kəskin şəkildə yüksəldir.
  •  

Metronun bağlanan hissəsi təhsilin formasına təsir edəcəkmi? – Ekspertdən AÇIQLAMA  

Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami–28 May" mənzilində qatarların hərəkətinin təxminən 10–11 ay müddətinə dayandırılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Təmir-bərpa işləri ilə əlaqədar paytaxt nəqliyyatında müəyyən sıxlıqların yaranacağı gözlənilir. Xüsusilə həmin istiqamətdə yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin gediş-gəlişində çətinliklərin ortaya çıxacağı ehtimal edilir. Yaranan vəziyyət fəaliyyət göstərən təhsil ocaqlarında dərslərin müvəqqəti olaraq hibrid və ya distant formada keçirilməsi məsələsini gündəmə gətirib. Valideynlər və tələbələr dərslərin online formaya keçirilib-keçirilməyəcəyini maraqla gözləyirlər.Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və mövcud təhsil standartlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin forması (əyani, qiyabi, hibrid və ya distant) birbaşa Elm və Təhsil Nazirliyinin müvafiq qərarları, həmçinin universitetlərin akademik sərbəstliyi və daxili nizamnamələri çərçivəsində tənzimlənir. Onun sözlərinə görə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi ilə əlaqədar 'Nizami–28 May' mənzilində qatarların hərəkətinin təxminən 10–11 ay müddətində dayandırılması paytaxt nəqliyyatında sıxlıqların yaranmasına səbəb olsa da, bu vəziyyət hələlik ali və orta ixtisas təhsili müəssisələrində dərslərin kütləvi şəkildə hibrid və ya distant formaya keçirilməsi üçün birbaşa hüquqi və ya zəruri əsas yaratmır.Ekspert qeyd edib ki, nəqliyyat çətinliklərinin aradan qaldırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən alternativ ekspres avtobus marşrutları (məsələn, 'Elmlər Akademiyası', 'İnşaatçılar' və '20 Yanvar' stansiyalarından '28 May' və 'Gənclik' istiqamətlərinə hərəkət edən M1, M2, M3, M5, M6 xətləri) açılıb və mövcud marşrut xətlərində avtobusların sayı artırılıb. Buna görə də tədris müəssisələrinin əsasən ənənəvi (əyani) formada fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. Çimnaz Telmanqızı
  •  

Günəş tutulması bu BÜRCLƏRİN həyatını dəyişdirəcək 

Avqustun 12-də baş verəcək Günəş tutulması dörd bürc üçün simvolik bir dönüş nöqtəsi ola bilər. Astroloqlar hesab edirlər ki, onun ən böyük təsirini Buğa, Şir, Əqrəb və Dolça bürcləri hiss edəcək. Total Günəş tutulması avqustun 12-də baş verəcək.Bizim.Media xəbər verir ki, NASA-nın məlumatına görə, tamlıq yolu Qrenlandiya, İslandiya, Şimali Rusiya, İspaniya və Portuqaliyanın kiçik bir hissəsindən keçəcək, qismən tutulma isə Şimal yarımkürəsinin daha böyük bir ərazisində görünəcək.Astrologiyada bu hadisə Şir bürcündə, təxminən 20-ci dərəcədə baş verəcək. Astroloqlar xüsusilə bürcün dörd sabit əlamətini - Buğa, Şir, Əqrəb və Dolçanı vurğulayırlar. Bu bürclər üçün tutulmanın həyatda mühüm bir mərhələnin başlanğıcını qeyd etdiyinə inanılır.Şir bürcündə Günəş tutulması şəxsi güc, özünüifadə, yaradıcılıq, sevgi, özünəinam və diqqət çəkilmək istəyi mövzuları ilə əlaqələndirilir. Bu, insanın uzun müddətdir təxirə saldığı qərarlara səbəb ola bilər.ŞirŞir bürcləri üçün bu tutulma ilin ən vacib astroloji anlarından biri ola bilər, çünki bu, birbaşa onların bürcündə baş verir."Bundan sonra kim olmaq istəyirəm?" sualı ön plana çıxır.Şəxsi məqsədlər, prioritetlər, özünəinam və hətta Şir bürclərinin başqaları tərəfindən necə görünmək istəmələri dəyişə bilər. Bir vaxtlar vacib görünən şey birdən mənasını itirə bilər.Bəziləri üçün bu, yeni bir layihəyə başlamaq, iş yerini dəyişdirmək və ya karyera yolunu dəyişdirmək qərarı olacaq. Digərləri üçün isə bu, nəhayət kölgələrdən çıxmaq və özünü təsdiqləmək istəyi olacaq.Şir bürcləri üçün əsas çətinlik başqalarının gözləntilərini doğrultmağa çalışmamaqdır.DolçaDolça üçün tutulma münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Yaxın, romantik münasibətlər və tərəfdaşlıqlar diqqət mərkəzində olacaq. Bəzi Dolçalar həyatlarının növbəti dövründə əhəmiyyətli rol oynayacaq biri ilə tanış ola bilərlər.Lakin tutulma başqa bir sual da doğura bilər: mövcud münasibətlərinizdən razısınızmı?Dilinməmiş şikayətlər və ya ziddiyyətlər yığılıb qaldığı yerdə səmimi söhbətə ehtiyac yarana bilər.BuğaBuğa üçün həyatlarının təməlini yenidən qiymətləndirməyin vaxtı gəldi. Dəyişikliklər onların evinə, ailəsinə, yaşayış yerinə və ya yaxınları ilə münasibətlərinə təsir göstərə bilər. Qərarlar köçmək, təmir etmək, həyat tərzini dəyişdirmək və ya ailə həyatının yeni mərhələsinə qədəm qoymaq kimi məsələləri əhatə edə bilər.Lakin, Buğa üçün tutulmanın əsas mövzusu daha dərindir: təhlükəsizlik hissi.Bir vaxtlar sabitlik verən şey artıq işləməyə bilər. Tutulma simvolik olaraq Buğaları özləri üçün yeni bir təməl yaratmağa sövq edir - təkcə maddi deyil, həm də emosional.ƏqrəbƏqrəblər üçün dəyişikliklər ən çox peşəkar sahədə özünü göstərə bilər.Karyera, nüfuz, ambisiyalar və sosial vəziyyət ön plana çıxır. Bu bürcün bəzi nümayəndələri yeni məsuliyyət və ya təklif ala bilər, digərləri isə istiqaməti dəyişdirməyin vaxtı olduğunu anlaya bilərlər.Əqrəblərin uzun müddətdir çalışdıqları şeylər başqaları üçün daha çox nəzərə çarpan hala gələ bilər.Eyni zamanda, tutulma sizi qərar verməyə məcbur edə bilər: həqiqətən istədiyiniz məqsədə doğru irəliləyirsiniz, yoxsa sadəcə əvvəlcədən tərtib edilmiş bir planı yerinə yetirirsiniz?Niyə dəyişikliklər dərhal görünməyə bilərAstrologiyada tutulma ənənəvi olaraq hər şeyin bir neçə saat ərzində dəyişməli olduğu ayrı bir sehrli gün kimi deyil, yeni bir dövrün simvolik başlanğıcı kimi qəbul edilir. Buna görə də, avqustun 12-dəki tutulma ilə əlaqəli hadisələr tədricən baş verə bilər.Bu, yeni tanışlıq, gözlənilməz bir təklif, vacib bir söhbət, köhnə bir münasibətin sonu və ya uzun müddətdir ki, qənaətbəxş olmayan bir şeylə artıq razılaşmamaq üçün daxili qərar ola bilər.Astroloqlar Buğa, Şir, Əqrəb və Dolça bürclərinə bu dövrün hadisələrinə xüsusilə diqqətli olmağı məsləhət görürlər.Tutulma insanın gələcəyini müəyyən etməsə də, özünüzdən soruşmaq üçün yaxşı bir simvolik səbəb ola bilər: planetar düzülüşdən asılı olmayaraq, həyatımda artıq nəyin dəyişməsinə ehtiyac var? (Lent.az)
  •  

Üzmənin ürək-damar sisteminə gözlənilməyən faydaları — Kardioloji xəbərdarlıq  

Müasir dövrdə oturaq həyat tərzi və xroniki stres ürək-damar xəstəliklərinin kəskin şəkildə artmasına gətirib çıxarır. Mütəxəssislər bildirir ki, fiziki aktivliyin düzgün seçilməsi ürək sağlığının qorunmasında və ömrün uzadılmasında həlledici rol oynayır. Müxtəlif idman növləri arasında xüsusilə üzgüçülük həm bütün bədən əzələlərini çalışdırmaq, həm də oynaqları həddindən artıq yükdən qorumaq baxımından ən effektiv vasitələrdən biri hesab olunur. Daimi üzmə vərdişi qan dövranını yaxşılaşdırmaqla yanaşı, təzyiqin tənzimlənməsinə və stres səviyyəsinin aşağı düşməsinə birbaşa təsir göstərir. Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı həkim-kardioloq Aynur xanım üzgüçülüyün orqanizmə və ürək sağlamlığına faydalarından ətraflı bəhs edib. Kardioloq bildirib ki, üzmənin ürəyə çox böyük faydası vardır:“Belə ki, həm qan təzyiqinin aşağı düşməsində, ürək-qan dövranının yaxşılaşmasında və ürəyin güçlənməsində iştirak edir. İnanılmazdır ki, eyni zamanda bədəndəki bütün əzələlərin güclənməsinə səbəb olur, koordinasiyanın təmin olunması və tarazlığın qorunmasına gətirib çıxarır. Oynaqlar üzərinə yük düşmədən bütün əzələləri işlədir”.Onun sözlərinə görə, eyni zamanda tənəffüs yollarının aktivləşməsinə və rahat nəfəs almaya səbəb olur. Çəki azalmaqla ürəyin gələcəkdə risk faktorlarının azalmasına kömək edir. Beləliklə, həmçinin stresin azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur.
  •  

"GÜNƏŞLİ DAYANACAQLAR"IN ADAMI  - ETİBAR CƏBRAYILOĞLU YAZIR

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun vəfatı ədəbiyyatımız üçün itkidir. Son dövrlər sağlıq durumunda problemlər yaşayan Çingiz müəllimin dünyadan köçməyi barədə xəbəri eşidəndə bu səmimi, mehriban, kübar insanla bağlı xatirələr yadıma düşdü. Onları paylaşmaq qərarına gəldim.1985-ci il ilin iyun ayı. Lənkərandakı 3 saylı orta məktəbi bir neçə gündür ki, bitirmişəm. Yolumu yenə şəhərimizdə hamının yaxşı tanıdı "Kitab evi"ndən salmışam. "Kitab evi"nin müdiri Xanağa müəllim atamın tanışıdır, maraqlı kitablar gələndə tanış-bilişə xəbər edir."Kitab evi"nin qapısından içəri daxil olanda rayon qəzetinin-"Leninçi"nin redaktoru, tanınmış şair Şəkər Aslanı görürəm, yanında da Çingiz Əlioğlu. Ehtiramla salamlaşıram, təbii ki, hər iki adlı-sanlı  ədəbiyyat adamı orta məktəbi bir-iki gün əvvəl bitirmiş oğlanı tanımır. Mən Çingiz Əlioğlunun yenicə çapdan çıxan "Günəşli dayanacaqlar" şeirlər  kitabını alıb müəllifdən kitabını imzalamağı xahiş edirəm. Şəkər Aslan zarafatından qalmır: "Çingiz, görürsən səni gətirdim bura, kitabın da satıldı..."Çingz Əlioğlu adımı soruşub kitabına imza atır-Dostum Etibara mərdlik, sədaqət, səadət dolu ömür yolu arzusu ilə. Cümləni bitirib uyun 1985-ci il yazanda Çingiz müəllimin qara, yağlı qələminin mürəkkəbi bitir və Şəkər Aslan qarışıq gülüşürük.Beləcə Çingiz Əlioğlunun "Günəşli dayanacaqlar" mənim müəllif imzalı ilk kitabım olur.İllər sonra qəzetçi kimi Bakıda fəaliyyətimi davam etdirirəm. Çalışdığım "Press-fakt" qəzetinin redaksiyası  "Nizami" kinoteatrının binasında yerləşir. Çingiz Əlioğlu üzbəüz binada yaşayır, hər gün səhər onun evdən çıxıb yaxınlıqdakı köşkdən qəzet aldığını, bu ucaboy, yaraşıqlı insanın hərəkətlərini uzaqdan müşahidə edirəm."Politika" qəzetinin baş redaktoru kimi çalışanda əməkdaşımız Ceyhun Musaoğlunun "Ruh adamı" adlı oxunaqlı rubrikası üçün növbəti müsahib kimi Mədəniyyət Nazirliyinin şöbə müdiri Çingiz Əlioğlunu seçirik. Çingiz bəy razılıq verir və "Ruh adamı" rubrikasında çox maraqlı, səmimi müsahibə çap olunur.İllər sonra yolum Mədəniyyət Nazirliyinə düşəndə, tədbirlərdə Çingiz bəylə həm Lənkərandakı ilk görüşümüzü, "Günəşli dayanaqlar"ı, həm də  Çeyhun Musaoğlunun hazırladığı müsahibəni xatırlayırdıq.Çingiz Əlioğlu mehriban, səmimi, kübar insan kimi həmişə yaddaşımda qalacaq Ruhunuz şad olsun "Günəşli dayanacaqlar"ın adamı! Müəllif:ETİBAR CƏBRAYILOĞLU
  •  

Kondisioner istifadəsi təzyiqi qaldıra bilərmi?   

Yay aylarında sərinləmək üçün tez-tez müraciət etdiyimiz kondisionerlər bəzi hallarda insan səhhətinə mənfi təsir göstərə bilər. Xüsusilə də qan təzyiqi problemi olan şəxslər üçün soyuq havanın birbaşa təsiri müəyyən risklər yaradır. Kondisioner birbaşa olaraq təzyiq xəstəliyi yaratmasa da, dolayısı yolla arterial təzyiqin yüksəlməsinə zəmin hazırlaya bilər. Bədənin kəskin temperatur dəyişikliyinə məruz qalması əzələlərin spazmına və miyoza səbəb olur. Bu proses nəticəsində damarlar xaricdən sıxılır, beynin qan dövranı pozulur və orqanizm kompensator olaraq təzyiqi qaldırır. Dolayısı yolla qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Necə? Əzələlərinizdə spazma səbəb ola bilər, miyoza səbəb ola bilər. Bununla da damarların kenardan sıxılmasına gətirib çıxara bilər. Beynin qan dövranı pozula bilər. Kompensator olaraq təzyiqin qalxmasına səbəb ola bilər. Yəni birbaşa olaraq kondisioner təzyiq xəstəliyi yaratmır. Ama mövcud situasiyanın daha da kəskinləşməsinə səbəb ola bilər.Ekspertlər bildirirlər ki, yay aylarında kondisionerdən istifadə edərkən havanın temperaturunu kəskin şəkildə aşağı salmamaq və soyuq hava axınının birbaşa bədənə vurmasının qarşısını almaq vacibdir. Xüsusilə ürək-damar və təzyiq xəstəliklərindən əziyyət çəkən şəxslərin otaq temperaturunu mülayim həddə saxlamaları tövsiyə olunur
  •  

13 avqustun havası BELƏ OLACAQ -PROQNOZ

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
  •  

Sol böyrü üstə yatmaq kimsə üçün təhlükəlidirmi?  

Yuxu pozasiyaları və onların insan orqanizminə təsiri hər zaman cəmiyyətdə maraq doğuran və müxtəlif müzakirələrə səbəb olan mövzulardandır. Əhali arasında yayılmış ən böyük yanlış fikirlərdən biri də sol böyrü üstə yatmağın ürəyə birbaşa zərər vurması ilə bağlıdır. Əslində sağlam insanlarda sol tərəf üstə yatmaq ürəyə heç bir mənfi təsir göstərmir, çünki döş qəfəsi ürəyi etibarlı şəkildə qoruyur. Lakin müəyyən xroniki xəstəliklərdən və patologiyalardan əziyyət çəkən şəxslərdə bu pozisiya narahatlığın və simptomların artmasına səbəb ola bilər. Ağır ürək çatışmazlığı, qapaq çatışmazlığı, obstruktiv bronx xəstəliyi və refleks kimi problemləri olan insanların sağ böyrü üstə yatması daha məsləhətlidir.Əslində sol böyrü üstə yatmaq olmaz deyilən bir məfhum yoxdur. Sol tərəf üstə yatanda ürəyə heç bir zərər olmur, çünki döş qəfəsi ürəyi qoruyur. Amma bəzi insanlarda bəzi patologiyalar zamanı sol böyrü üstə yatarkən ürək döyüntüsünü hiss edirlər və narahatlıqları artmış olur. Ona görə də belə insanlarda sol böyrü üstə yatmaq məsləhət görülmür. Məsələn; ağır ürək çatışmazlığı, qapaq çatışmazlığı, obstruktiv bronx xəstəliyi, mədənin refleks xəstəliyi və ya panik atakı olan insanlarda sol böyrü üstə yatanda simptomlar artır. Bu səbəbdən onlara sağ böyrü üstə yatmaq məsləhət görülür. Lakin ümumilikdə sol böyrü üstə yatmaq ürəyə heç bir zərər vermir.
  •  

Sükan arxasında yuxulamaq ciddi xəstəliyin əlaməti ola bilər — Həkim-nevroloqdan MÜHÜM XƏBƏRDARLIQ  

Günəşli günlərdə və ya gündəlik həyatda lazımi qədər yuxu almamaq, gün ərzində halsızlıq və fasiləsiz yuxululuq hissi yarada bilər. Lakin lazımi qədər yuxu almalarına, çay və kofe qəbul etmələrinə baxmayaraq, bir çox insan gün ərzində, hətta sükan arxasında belə qəflətən yuxuya gedir. Bu hal tez-tez nəqliyyat qəzalarının yaşanmasına və həyati təhlükələrin ortaya çıxmasına sabəb olur. Mütəxəssislərin fikrincə, bu cür hallar sadə bir yorğunluq deyil, orqanizmdəki ciddi nevroloji problemlərin və ya mikroelement çatışmazlığının göstəricisi ola bilər. Belə simptomlarla qarşılaşan şəxslərin vaxt itirmədən həkim-nevroloq müayinəsindən keçməsi və geniş anamnez toplanması vacibdir.Mövzu ilə bağlı Oxu24.com-a həkim-nevroloq Yeganə Rəşidova məlumat verib:"Bəzi insanlarda beynin atrofiya olunması, yəni el arasında dediyimiz beynin quruması prosesi baş verir. Bu zaman xəstə yuxusunu tam almasına, gün ərzində çay və kofe içməsinə baxmayaraq, sükan arxasında belə qəfil yuxuya gedə bilər. Hətta bir çox xəstələr bildirir ki, bu səbəbdən dəfələrlə maşını başqa nəqliyyat vasitələrinə çırpıblar. Belə hallarla qarşılaşan şəxslər mütləq qısa müddətdə nevroloji müayinədən keçməlidirlər". Həkimin sözlərinə görə, xəstəliyin kökünü tapmaq üçün geniş anamnez toplanmalı və yaddaş problemləri araşdırılmalıdır:"Xəstədən əşyaların adını, yaxud həmişə getdiyi yolu unudub-unutmadığı soruşulmalıdır. Bəzən xəstələr bir-iki saniyəlik 'mən hara gedirəm?' deyə duruxduqlarını və sonradan özlərinə gəldiklərini bildirirlər. Bu cür hallar heç də normal sonluqla bitmir. Gün ərzində qəfil yuxulamaq və unutqanlıq yalnız beynin atrofiyası ilə deyil, həm də mikromelement çatışmazlığı və anemiya ilə də bağlı ola bilər”.O əlavə edib ki, ona görə də ailədə demensiya və ya 'Alzheimer' xəstəliyinin olub-olmaması mütləq nəzərə alınmalıdır. Əgər bu hallar uşaqlarda müşahid olunursa, onların gecə yuxusunu tam alıb-almadıqları və ya valideynləri aldadıb-aldatmadıqları dəqiqləşdirilməli, lazımi müayinələr aparılmalıdır.
  •  

Azərbaycanda bu il 50 nəfər suda batıb 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib.Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.Həmçinin, ümumilikdə 50 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Bildirilib ki, suda boğulma hadisələrinin əksəriyyəti əsasən qeyri çimərlik ərazilərdən istifadə edilməsi, küləkli havada və ya sərxoş halda dənizə girilməsi, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çaylar, göllər, suvarma kanalları və digər çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə edilməsi səbəbindən baş verib.FHN əhaliyə, xüsusən valideynlərə müraciət edərək istirahət üçün yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etməyə çağırıb:"Xilasedicilərin və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələb və göstərişlərinə sözsüz əməl etsinlər".Qeyd olunub ki, qeyri çimərlik ərazilərdən istifadə, üzmə sərhədlərini müəyyən edən işarələri keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya girmək, xilasetmə üçün nəzərdə tutulmuş texniki vasitələrindən başqa digər texniki vasitələrlə çimərlik ərazisinə daxil olmaq, çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, çimərliyə ev heyvanlarını gətirmək, çimərlikdə balıq tutmaq, çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır.Bundan başqa, bildirilib ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir, uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır, uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.Həmçinin o da xatırladılıb ki, çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir.
  •  

Qida etiketləri: İnformasiya mənbəyi, yoxsa marketinq tələsi? – Ekspert xəbərdarlıq edir  

Müasir marketlərin rəflərində addımbaşı qarşılaşdığımız “təbii”, “şəkərsiz”, “orqanik” və ya “konservantsız” kimi ifadələr alıcıların diqqətini dərhal cəlb edir. Çünki əksər istehlakçılar qablaşdırmanın ön hissəsindəki bu cəlbedici sözləri görərkən məhsulun tamamilə sağlam və faydalı olduğu qənaətinə gəlirlər. Lakin reallıqda ön hissədəki bu iddialar hər zaman məhsulun əsl qida dəyərini və tərkibini əks etdirmir. Çünki “şəkərsiz” yazılan bir qidanın karbohidrat miqdarı yüksək ola, “təbii” adlandırılan məhsul isə gizli kaloriya və yağlarla zənginləşə bilər. Nəticədə, məhsulun arxa hissəsindəki kiçik şriftli yazıları oxumayan alıcı bilmədən marketinq gedişlərinin təsiri altına düşür. Məhz bu səbəbdən qida etiketlərinin alıcını həqiqətən maarifləndirdiyi, yoxsa sadəcə yönləndirdiyi sualı böyük aktuallıq kəsb edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən qida eksperti Fərid Səfərov məsələyə münasibət bildirib:“Qida etiketləri istehlakçı üçün vacib məlumat mənbəyidir, lakin qablaşdırmanın üzərindəki hər bir ifadə məhsulun sağlam və ya daha faydalı olduğu anlamına gəlmir. “Təbii”, “şəkərsiz”, “fit”, “orqanik”, “100% təbii”, “konservantsız” kimi ifadələr diqqəti cəlb edir və məhsulun müsbət tərəflərini ön plana çıxarır. Buna görə də istehlakçı yalnız qablaşdırmanın ön hissəsindəki iddialara əsaslanarsa, seçim müəyyən qədər marketinqin təsiri altında qala bilər”.Ekspert qeyd edir ki, məsələn, “şəkərsiz” yazılan məhsulun ümumi karbohidrat miqdarı yüksək ola bilər və ya şəkərin yerinə digər şirinləşdiricilərdən istifadə edilə bilər. “Təbii” ifadəsi isə avtomatik olaraq məhsulun aşağı kalorili, faydalı və ya balanslı olduğu demək deyil. “Konservantsız” məhsul da mütləq daha sağlam seçim sayılmamalıdır; burada məhsulun bütövlükdə tərkibi, saxlanma şəraiti və qida dəyəri nəzərə alınmalıdır.Fərid Səfərovun sözlərinə görə, istehlakçı üçün ən doğru yanaşma ön hissədəki reklam xarakterli ifadələrdən daha çox etiketin arxa hissəsindəki inqrediyentlər siyahısına, enerji və qida dəyərinə, şəkər, duz və yağ miqdarına, porsiya ölçüsünə və son istifadə tarixinə baxmaqdır:“İnqrediyentlər siyahısında məhsulun tərkibində hansı komponentlərin daha çox olduğu da müəyyən edilə bilər.Yəni qida etiketi həm məlumatlandırıcı, həm də marketinq vasitəsi ola bilər. Burada əsas məsələ istehlakçının etiketi düzgün oxumağı bilməsidir. Məhsulun üzərindəki bir neçə cəlbedici sözə deyil, bütün qida profilinə və tərkibinə baxaraq seçim etmək daha sağlam və şüurlu yanaşmadır.Sağlam qidalanaraq sağlam yaşayın!”Çimnaz Telmanqızı
  •  

Azərbaycan elektrik enerjisini də Avropaya ixrac etmək istəyir 

Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik.Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib."Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq", - deyə dövlətimizin başçısı vurğulayıb. 
  •  

80 yaşlı Ajda Pekkan sağlam və gözəl görünüşünün sirrini açıqladı

Türkiyə musiqisinin əfsanəvi sənətçisi Ajda Pekkan gənc görünüşünün Taylanddan gətirilən və 25 min dollara başa gəldiyi iddia edilən xüsusi “gənclik iksiri” ilə bağlı xəbərlərə münasibət bildirib.Oxu24.com xəbər verir ki, 80 yaşında olmasına baxmayaraq enerjisi və görünüşü ilə diqqət çəkən Pekkan bu iddiaları təkzib edib. Sənətçi gənc görünmək üçün xüsusi və bahalı məhsullardan istifadə etmədiyini, sağlamlığına və gündəlik rejiminə diqqət etdiyini deyib.Pekkan illərdir davam etdirdiyi səhər rutinini də ilk dəfə ətraflı şəkildə bölüşüb. Onun sözlərinə görə, erkən yatmaq və gündə 8 saat yatmaq onun gündəlik həyatının əsas hissəsidir.Sənətçi səhərlər isə ilıq suya bir çay qaşığı bəhməz və bir qədər limon suyu əlavə edərək içdiyini bildirib. Pekkan bu qarışığı zarafatla özünün “gözəllik iksiri” adlandıraraq, bunun bahalı məhsullardan daha sadə və əlçatan olduğunu vurğulayıb.Müğənninin sözlərinə görə, onun gənc və enerjili görünməsinin əsas səbəbləri xüsusi iksirlər deyil, nizamlı yuxu, gündəlik rejim və sağlam həyat tərzidir.
  •