Reading view

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sülh prosesini irəli aparır - Elman Nəsirli

"Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər strateji xarakter daşıyır. Fundamental məsələlərdə hər iki dövlətin mövqeyi eynidir. Enerji təhlükəsizliyi, beynəlxalq sülhün və təhlükəsizliyin təminatı, asimmetrik təhdidlərlə mübarizə kimi istiqamətlərdə rəsmi Bakı və Vaşinqton eyni mövqedən çıxış edir".

©

  •  

Hərbi xidmətə çağırışla bağlı rüşvət ittihamı: vəzifəli şəxs həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini - Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

©

  •  

16 yaşa qədər sosial şəbəkə qadağası: Ekspert və valideynlər nə düşünür?

Azərbaycanda 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətin tətbiqi ilə bağlı qərar son günlərin ən çox müzakirə olunan mövzularındandır. Oxşar yanaşma artıq dünyanın bir sıra ölkələrində də tətbiq edilir və əsas məqsəd uşaqları internetdə qarşılaşa biləcəkləri təhlükələrdən qorumaqdır.

©

  •  

ƏDV-dən azad edilən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının siyahısı təsdiqləndi

Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı"nı təsdiq edib.

©

  •  

Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?

Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağışlar kənd təsərrüfatı sektorunda həm yeni ümidlər, həm də ciddi narahatlıqlar yaradıb. Dəyişkən hava şəraitinin aqrar sahəyə göstərdiyi təsir hazırda əkin sahələrində çalışan fermerlərdən tutmuş bazardakı sıravi istehlakçılara qədər bütün vətəndaşların diqqət mərkəzindədir.

©

  •  

Bu dövrdə hansı bürclərin bəxti gətirməyə bilər?

Astroloqların son şərhlərinə görə, cari planet hərəkətləri bəzi bürclər üçün daha gərgin və dəyişkən bir dövr yarada bilər. Bu günlərdə emosional dalğalanmalar, qərar vermədə çətinliklər və planlarda gecikmələr bəzi bürclərin gündəminə təsir edə bilər.

©

  •  

DYP sürücülərə xəbərdarlıq edib

Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.

©

  •  

Cütlüklər xərcləri necə bölüşdürür ?

Cütlüklərin maliyyə davranışları üzrə aparılan sorğular göstərir ki, respondentlərin təxminən 66%-i gəlirlərini partnyorundan gizlətmir və açıq maliyyə münasibətini üstün tutur. Lakin təxminən 30% şəxsi "gizli" saxlayır. Qadınlar kişilərdən bir qədər daha çox gizlədir: 33% və 25%. Bu vəsaitlər adətən şəxsi təhlükəsizlik və ya "öz üçün pul" məqsədilə yaradılır.

©

  •  

ChatGPT-də YENİ DÖVR başladı

OpenAI məşhur süni intellekt söhbət platforması ChatGPT-də ABŞ istifadəçiləri üçün reklamları tətbiq edib. İlk mərhələdə "Pulsuz" və yeni "ChatGPT Go" istifadəçiləri reklamlarla qarşılaşacaq, Plus, Pro, Business və Enterprise abunəçiləri isə reklamsız xidmətə davam edəcək.

©

  •  

Xoruldama infarkt və insult riskini artırır

Tədqiqatlar göstərir ki, yuxuda xoruldama sağlamlıq üçün ciddi risklər yarada bilər. Xoruldama tez-tez obstruktiv yuxu apnoesi sindromu (OSA) ilə bağlı olur və bu vəziyyət nəfəsin müvəqqəti dayanmasına səbəb ola bilər.

©

  •  

Sabah Bakıda güclü külək əsəcək - PROQNOZ

Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.

©

  •  

Danimarkanın varis şahzadəsi Qrenlandiyaya köçürülə bilər

Danimarkada varis şahzadə Kristianın sarayının Qrenlandiyaya, xüsusilə Nuuk şəhərinə köçürülməsi təklif olunub. Bu təşəbbüsün məqsədi ada ilə Danimarka arasındakı əlaqələri gücləndirməkdir. Məlumatı Netavisen Pio qəzetinin baş redaktoru və ictimai fəal Nils Yespersen BT tabloidinə verdiyi müsahibədə açıqlayıb.

©

  •  

Polis narkotacirlərə qarşı əməliyyat keçirdi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

©

  •  

Qızılın bu günə olan qiyməti açıqlandı

2025-ci il dekabrın 29-na olan qızıl bazar qiymətləri dünya və yerli əmtəə bazarlarında hələ də yüksək səviyyədə qalır. Spot bazarda bir unsiya qızılın qiyməti təxminən 4 490 ABŞ dolları civarındadır, bu da metalın son dövrlərdə yüksək səviyyəsini əks etdirir.

©

  •  

Liviyada 3 günlük milli matəm elan edilib

Ankarada Liviya hərbi heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə əlaqədar Liviyada 3 günlük milli matəm elan olunub. Qəza nəticəsində Liviya Ordusunun Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən heyət həlak olub.

©

  •  

Bu bürclər çox simic olur – siyahı

Astroloqların fikrincə, bəzi bürclər maliyyə məsələlərində daha ehtiyatlı və qənaətcil davranır. Onlar xərclərə ciddi yanaşır, riskli alış-verişdən qaçır və pula dəyər verməyi üstün tutur. 

©

  •  

"İmtahanlardan qabaq abituriyentlərə xəbərdarlıq SMS-i göndərilməlidir": Təhsildə texnoloji fırıldaqçılığın qarşısını necə almaq olar?

Rəqəmsal dövrə qədəm qoyduqca təhsil və texnologiyanın kəsişməsi çoxalır. Ancaq bu, yeni imkanlarla yanaşı, çətinliklər də yaradır. Hazırda aktuallaşan belə problemlərdən biri də imtahanlarda texnoloji fırıldaqçılıqdır. Abituriyentlər qəbul imtahanlarında, tələbələr semestr imtahanlarında köməkçi vasitələrə - texnoloji cihazlara müraciət edirlər.

©

  •  

Ürəyin özünü sağaltma mexanizmi tapıldı – alimlər CPT1a proteinin rolunu açıqladı

Ohayo Dövlət Universitetinin Tibb Kollecində çalışan alimlər ürəyin zədələnmə və yüksək stressdən sonra özünü daha yaxşı bərpa etməsinə kömək edən yeni mexanizm aşkar ediblər. Araşdırma göstərib ki, bu prosesdə əsas funksiyanı karnitin palmitoyltransferaza 1a (CPT1a) adlı protein yerinə yetirir.

©

  •  

Bu içkilər sümüyü möhkəmləndirir

Mütəxəssislər sümük sağlamlığını qorumaq və möhkəmləndirmək üçün bəzi içkilərin əhəmiyyətini vurğulayır. Araşdırmalar göstərir ki, kalsium və D vitamini ilə zəngin içkilər sümüklərin sağlam qalmasına kömək edir və qocalıq dövründə sümüklərin zəifləməsinin qarşısını alır.

©

  •  

Cevdet Yılmaz: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün şəraitin qısa zamanda yaradılacağına inanırıq"

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək üçün dekabrın 22-də Bakıya səfər edəcək.

©

  •  

İnsanlar ən çox hansı ayda ölür? Statistikalar nə deyir

Bir sıra epidemioloji tədqiqatlar göstərir ki, dünya boyunca ölümlərin pik etdiyi aylar əsasən soyuq aylardır. Məsələn, ABŞ-də 1980–2016-cı illəri əhatə edən araşdırmada, yaşlı və orta yaş dəstələri arasında ölümlərin dekabr, yanvar və fevral aylarında ən yüksək olduğu müəyyən edilib. 

©

  •  

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 689 000 ABŞ dolları və yaxud 28.32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12.94%-ni təşkil edib.

©

  •  

Restoranda müştəriləri gözləyən sürpriz: "Bizdə qayda belədir"

Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox, çekdə onu gözləyən "sürpriz rəqəmlər" də düşündürür. Süfrəyə gələn yeməklərdən daha tez-tez müzakirə olunan mövzu isə sonda hesaba əlavə edilən "servis haqqı"dır. Bir restoranda bir faiz, digərində beş faiz, bəzi məkanlarda isə daha yüksək məbləğ. Müştəri də çaşqın qalır: bu xidmətin qiyməti harada yazılıb, nə ilə əsaslandırılıb və ümumiyyətlə, buna etiraz etmək haqqı varmı? Ən problemli məqam isə odur ki, bir çox hallarda servis pulu barədə müştəriyə əvvəlcədən məlumat verilmir. Menyuda qeyd olunmayan bu əlavə məbləğ yalnız hesab masaya gələndə ortaya çıxır. Etiraz ediləndə isə adətən eyni cavab səslənir: "Bizdə qayda belədir".

©

  •  

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsində dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni ziyarət ediblər.

©

  •  

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.

©

  •  

Prezident İlham Əliyevin Kəlbəcər səfəri: Böyük sülhə aparan "Böyük qayıdış"

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri əlamətdar olur - yeni infrastruktur obyektlərinin, yolların açılışı, evlərinə dönən insanlarla səmimi görüşlər və s. Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.

©

  •  

Gupse Özay və Barış Arduç boşanır?

Türkiyəli məşhur aktyor cütlük Gupse Özay və Barış Arduçun boşanacağı ilə bağlı iddialar gündəmə gəlib. Səbəb isə Barış Arduçun Hande Erçel ilə rol aldığı serialdakı səhnələrin cütlük arasında gərginliyə səbəb olması göstərilib.

©

  •  

Azərbaycanda evlər bahalaşacaq?

Regionda baş verən hərbi-siyasi gərginliklər, xüsusilə İsrail-İran müharibəsi təkcə birbaşa iştirakçı ölkələrə deyil, eyni zamanda region ölkələrinin iqtisadiyyatına da dolayı təsir göstərə bilər. Bu kontekstdə Azərbaycanın daşınmaz əmlak bazarı da istisna təşkil etmir. Maraqlıdır, İran-İsrail qarşıdurması Azərbaycandakı əmlak bazarına təsir edə bilərmi?

©

  •  

"Yalvardım ki, məni boşa"

"16 ildir həyat yoldaşımla tanışıq. Kitabxanada tanış olmuşuq. Onun arxasınca 7 ay qaçdım, dedim, mənim olacaqsan. O vaxtlar depressiyada idi, ailəsindən ayrılmışdı. Deyirdi, qadınlara inanmıram, ailə qurmaq istəmirdi. Hara gedirdi ora gedirdim, məktublar yazıb maşınının üstünə qoyurdum. 3 ildir rəsmi boşanmışam. 15 ildir evli idik, amma onun soyadını götürməmişdim. Prinsip söhbəti idi: o, istəyirdi Zeynalova olum, mən isə Qasımova qalmaq istəyirdim. İnadkarlıq etdi ki, soyadımı götürəcəksən".

©

  •  

Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib

Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub.

©

  •  

Çin studiyaları süni intellektlə Bryus Linin filmlərini yenidən canlandıracaq – Bəziləri narazıdır

Şanxay Beynəlxalq Film Festivalı çərçivəsində bir neçə Çin film studiyası yeni layihə elan edib. Layihəyə əsasən, Bryus Li, Ceki Çan və Cet Li kimi döyüş sənəti ulduzlarının yer aldığı məşhur döyüş filmləri süni intellektin köməyi ilə vizual baxımdan yenilənəcək və daha "müasir" görünüş alacaq.

©

  •  

Quru sərhədlər niyə bağlıdır? - Geosiyasi təlatümlərə qarşı strateji qərar

İsrail və İran arasında yaşanan hərbi qarşıdurma Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsini yenidən gündəmə gətirib. Hətta əvvəllər sərhədlərin bağlı saxlanılmasına narazılıq edənlər belə indi bu addımın doğru olduğunu təsdiqləyir və Azərbaycan hökumətinin bu yöndə yürütdüyü siyasəti təqdir edir.

©

  •  

Dünyanın ən təhlükəli heyvanları

Min illər boyu insan təbiətin ən zəif canlılarından biri olub. Bizi daim ovlayan yırtıcılar çay kənarlarında, meşələrdə, dağlarda və səhralarda pusquda durub. Bu gün texnologiya və tibbin inkişafı sayəsində daha təhlükəsiz mühitdə yaşasaq da, bəzi heyvanlar hələ də minlərlə insanın həyatına son qoyur.

©

  •  

H5N1 virusunun yeni ştammı – Pişiklərdən keçə bilər

ABŞ-nin Merilend Universitetinin alimləri H5N1 quş qripinin yeni və daha təhlükəli formasının meydana çıxdığını bildiriblər. Open Forum Infectious Diseases (OFID) elmi jurnalında dərc olunan araşdırmaya əsasən, virus artıq növ baryerlərini aşaraq pişiklər vasitəsilə insanlara keçə bilər.

©

  •  

Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib.

©

  •  

Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR

2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində kirayədə yaşaması məlum olub.

©

  •  

Nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs olundu

Saatlıda xəstəxananın vəzifəli şəxsləri ilə əlaqəsi olduğunu bildirərək əlillik dərəcəsi, əlilliyə görə əmək təqaüdü, sağlamlıq imkanları məhdudluğuna görə müavinət təyin etdirəcəyinə dair vədlər verib nüfuz alverində təqsirləndirilən İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

©

  •  

Şarl Mişel COP29-da iştirak edəcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.

©

  •  

"Nar"ın sərfəli "TouristSIM" tarifləri ilə Azərbaycanı kəşf et!

Ölkənin ən sərfəli mobil operatoru "Nar" ölkəmizə gələn turistlərin ünsiyyət ehtiyaclarını nəzərə alaraq, "TouristSIM" tariflərini təqdim edir. Xüsusi olaraq, ölkəmizə səyahət edən xarici qonaqlar üçün nəzərdə tutulmuş bu tariflər turistlərə sərfəli qiymətlə mobil internet, ölkədaxili və beynəlxalq zənglər təklif edir.

©

  •  

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!

Son günlər ölkədə insanların göbələkdən zəhərlənmə faktlarının sayının artdığını görürük. Ümumiyyətlə, hər il yüzlərlə insan ehtiyatsızlıqla toplanan və ya yanlış tanınan zəhərli göbələklərdən zəhərlənmə riski ilə üzləşir. Göbələkdən zəhərlənmələrin səbəbləri, əlamətləri və qarşısını alma yolları ilə bağlı maarifləndirmə işlərinin aparılması bu qidadan təhlükəsiz şəkildə faydalanmağın əsas şərtidir.

©

  •  

Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi son oxunuşda təsdiqlənib

Milli Məclis azad edilən ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsini son oxunuşda təsdiqləyib.

©

  •  

Leylanı öldürüb körpəsinin qətlini boynuna qoymaq istəyibmiş - Amansız qətlin TƏFƏRRÜATI

Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.

©

  •  

Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Hacıqabul rayonunun və Respublika Hərbi Prokurorluğunun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçirib.

©

  •