Reading view

Bakıda Atatürk və Antena parkları birləşdirilir

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub. Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq. Qeyd edək ki, bu ərazi […]

Source

  •