Reading view

Zelenski Əliyevi təbrik etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Redaksiya xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş [...]

Source

  •  

Zelenski Əliyevi təbrik etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Redaksiya xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir. Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir. Ukraynaya […]

Source

  •  

2028-ci ilə qədər Bakıda tramvaylar işləyəcək

Şəhərdə ictimai nəqliyyatın inkişafı əsas prioritet istiqamətlərdən biridir və bu sahədə mümkün olan bütün imkanlar səfərbər olunur. Bu sözləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib. Onun sözlərinə görə, hər gün 2300 avtobus xəttə çıxarılır və təxminən 5 milyon sərnişinə xidmət göstərilir: “Nəqliyyat şəbəkəsinin genişləndirilməsi davam edir və metro sisteminin inkişafı istiqamətində də işlər aparılır. Şəhərdaxili əlçatanlığın artırılması üçün 10 yeni strategiya hazırlanıb. Hazırda metro üzrə […]

Source

  •  

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

Bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, [...]

Source

  •  

Bakıda Atatürk və Antena parkları birləşdirilir

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması davam etdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bu dəfə paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub. Artıq “Gənclik” metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq. Qeyd edək ki, bu ərazi […]

Source

  •  

Bakıda bu marşrutda avtobuslar yenilənir

92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir. “Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz [...]

Source

  •  

ABŞ-Ukrayna danışıqlarının növbəti raundunun tarixi açıqlanıb

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni raundu yanvarın 17-də Mayami şəhərində baş tutacaq. Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina “Facebook” səhifəsində yazıb. Səfirin sözlərinə görə, Ukrayna ölkənin gələcək təhlükəsizlik arxitekturası və uzunmüddətli iqtisadi inkişafı ilə bağlı ABŞ-la aktiv məsləhətləşmələri davam etdirir. Danışıqlarda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident […]
  •  

Zelenski Trampla yeni görüşünün anonsunu elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda amerikalı həmkarı Donald Trampla görüşəcəyinə və onunla təhlükəsizlik təminatları məsələsini müzakirə edəcəyinə ümid edir. Bu barədə Zelenski jurnalistlərə deyib. “Təhlükəsizlik zəmanətləri üzrə 15 ildən daha uzun müddəti əhatə edən danışıqlarda hər hansı ilkin razılaşmalar varmı? Çünki dekabrda mən bu məsələni qaldırdım, ABŞ Prezidenti bu məsələni təxirə saldı, dedi ki, […]
  •  

Almaniya Ukraynaya hərbi və mülki yardım üçün 76 milyard avro xərcləyib

Almaniya kansleri Fridrix Merz bildirib ki, 2022-ci ilin fevralından bu yana Almaniya Ukraynaya 40 milyard avro həcmində hərbi, əlavə olaraq isə 36 milyard avro mülki yardım göstərib. O, bu barədə Berlində keçirilən Almaniya–Ukrayna iqtisadi forumunda çıxışı zamanı danışıb. Kanslerin sözlərinə görə, Almaniya 2026-cı ildə də Ukraynaya hərbi dəstək üçün əlavə olaraq 11 milyard avrodan çox […]
  •  

Azərbaycan qazı TAP vasitəsilə Ukraynaya çatdırılacaq – Yeni nəqliyyat marşrutu təsdiqlənib

Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın enerji sahəsində milli tənzimləyici orqanları nəqliyyat gücləri üzrə yeni məhsulları — “Route 2” və “Route 3″ü rəsmi olaraq təsdiqləyiblər. Bu addım Ukrayna üçün regional qaz əlaqəliliyinin gücləndirilməsi və tədarük təhlükəsizliyinin artırılması baxımından mühüm mərhələdir. Bu barədə Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan “ICGB” şirkətinin məlumatında bildirilir. Qəbul edilən qərarlar Ukraynaya […]
  •  

Zelenski: “Mən kreslodan yapışmıram, təhlükəsizlik zəmanətləri şərti ilə seçkilərə hazırıq”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, vəzifəsindən yapışmır və hesab edir ki, dövlət hadisələrin istənilən inkişafına, o cümlədən təhlükəsizlik vəziyyəti imkan verərsə, seçkilərin keçirilməsinə hazır olmalıdır. O, bunu media konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Zelenski təsdiqləyib ki, seçkilərin mümkün keçirilməsi ilə bağlı siqnallar Amerika Birləşmiş Ştatlarından, o cümlədən ABŞ prezidenti səviyyəsində daxil olub. Bununla yanaşı, […]
  •  

KİV: Yermak istefa verdikdən sonra cəbhəyə yollandığını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak istefa ərizəsini təqdim etdikdən bir neçə saat sonra cəbhəyə getdiyini açıqlayıb. Bu barədə “New York Post” qəzeti məlumat yayıb. “Mən cəbhəyə gedirəm və hər hansı bir repressiyaya hazıram. Mən dürüst və ləyaqətli insanam”, – o bildidib. Məlumatda həmçinin bildirilib ki, Ofisin sabiq rəhbəri artıq zənglərə cavab […]
  •  

Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi və neft sektoruna qarşı yeni məhdudiyyətlər qoyub. Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, birinci fərman müddəti bitən sanksiyaları uzadır və rusiyalı sahibkarlara şamil edilir. İkinci fərman Rusiyanın hərbi sənaye müəssisələrinə, xüsusən də dron və komponent istehsalçılarına məhdudiyyətlər qoyur. Zelenski deyib ki, üçüncü sənəd […]
  •  

Ukrayna İsraildən yeni silahlar alıb

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verdiyini açıqlayıb. Bu barədə “Ölkənin siyasəti” teleqram kanalı məlumat yayıb. Zelenskinin sözlərinə görə, İsrail hava hücumundan müdafiə sistemini bir ay əvvəl təhvil verib. Üstəlik, Ukrayna tezliklə daha iki analoji sistem alacaq. Bununla bağlı Ukrayna lideri dəqiq müddət göstərməyib.
  •  

“Reuters”: Putin Ukraynadan Donbasdan, NATO-dan və Qərb qoşunlarından imtina etməyi tələb edib

Rusiya prezidenti Vladimir Putin Ukraynadan Donbası tərk etməyi, NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməyi, neytrallığı qorumağı və Qərb qoşunlarının ölkəyə buraxılmamasını tələb edib. Bu barədə “Reuters“ Kremldəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bütün qapalı 3 saatlıq görüşdə ABŞ prezidenti Donald Tramp Putinlə Ukrayna ilə bağlı mümkün kompromisləri müzakirə edib. Agentlik qeyd edir ki, Ukrayna […]
  •  

Tramp deyir ki, hazırda Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

ABŞ prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenskiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı Rusiya ilə razılıq əldə etməyi məsləhət görərdi. Tramp bu haqda Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra danışıb. Tramp jurnalistlərdən birinin “Zelenskiyə nə məsləhət verərdiniz?” sualına “Razılığa gəlin, Rusiya böyük dövlətdir, Ukrayna isə yox”, – deyə cavab verib.
  •  

Almaniya Ukraynaya hər il 9 milyard avro vəsait ayıracaq

Almaniya Ukraynaya hər il 9 milyard avro vəsait ayırmaq niyyətindədir. Bu, ümumilikdə ölkənin və Rusiya ilə qarşıdurmasının dəstəklənməsi üçün nəzərdə tutulub. Bu barədə “Bloomberg” agentliyi məlumat verib. Qeyd olunub ki, Kiyevin maliyyələşdirilməsi Almaniyanın növbəti dörd il ərzində müdafiə xərclərinin artırılması çərçivəsində baş tutacaq. Məlumata əsasən, ölkə bu müddət ərzində müdafiə sektoruna 162 milyard avroya qədər […]
  •