Reading view
Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin iclası keçirilib
“Əmək və Məşğulluq” altsistemi mükafata layiq görülüb
“Bir”in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatıb
Ədliyyə orqanlarında çalışmaq istəyənlər üçün müsabiqə elan olunub
Unun topdansatış QİYMƏTLƏRİ
Unun topdansatış QİYMƏTLƏRİ
Millimizin oyununun vaxtı tıxaca görə dəyişdi
"Meydanda əsl gücümüzü göstərməyə çalışdıq" - Ayxan Abbasov
"Azərbaycan millisinin qazandığı ilk xal yığmaya əlavə güc verəcək".
Fanat.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə bitən qarşılaşmanı belə şərh edib:
"İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda ısl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək".
O, 1 gün ərzində komandada müəyyən dəyişikliklər edə bildiklərini söyləyib:
"Vaxtımız hədsiz az idi. 1 gün ərzində nə etmək olardısa, onu etdik. Çalışdıq ki, yığmanın psixoloji durumunu qaldıraq. Rəqibi təhlil etmək üçün də vaxtımız məhdud idi. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq".
Ukrayna millisinin baş məşqçisi: "Nəticəyə görə üzr istəyirəm"
Ukrayna Azərbaycanla qarşılaşmada yaxşı çıxış edə bilməyib.
Fanat.Az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks hücumlara bel bağlayırdı".
O, nəticədən razı qalmadığını bildirib:
"Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Əgər bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı".
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.
DÇ-2026: Fransanın ev, İngiltərənin səfər sınağı
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, beş qrupda ümumilikdə 9 görüş baş tutacaq.
Seçmə mərhələyə uğursuz başlayan və İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuşu qovan Azərbaycan yığması Ukrayna önünə baş məşqçisiz çıxacaq. Komandanı meydana müvəqqəti olaraq U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.
Yığmamızın yer aldığı D qrupunda həmçinin, Fransa İslandiyanı sınağa çəkəcək.
Günün əsas maraq doğuran qarşılaşmalardan biri Serbiyada baş tutacaq. Sözügedən ölkənin yığması qrupun lideri İngiltərəni qəbul edəcək. "Dumanlı Albion" səfərdən qalib dönsə, qrup liderliyini böyük ölçüdə təmin edəcək.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
D qrupu
20:00. Azərbaycan - Ukrayna
22:45. Fransa – İslandiya
Xal durumu: İrlandiya – 3, Fransa – 3, Ukrayna – 0, Azərbaycan – 0.
F qrupu
20:00. Ermənistan - İrlandiya
22:45. Macarıstan - Portuqaliya
Xal durumu: Portuqaliya – 3, Macarıstan – 1, İrlandiya – 1, Ermənistan – 0.
H qrupu
22:45. Bosniya və Herseqovina - Avstriya
22:45. Kipr – Rumıniya
Xal durumu: Bosniya və Herseqovina – 12, Avstriya – 9, Rumıniya – 6, Kipr – 3, San Marino – 0.
İ qrupu
22:45. Norveç - Moldova
Xal durumu: Norveç – 12, İtaliya – 9, İsrail – 9, Estoniya – 3, Moldova – 0.
K qrupu
22:45. Albaniya - Latviya
22:45. Serbiya - İngiltərə
Xal durumu: İngiltərə - 12, Serbiya – 7, Albaniya – 5, Latviya - 4, Andorra – 0.
DÇ 2026: İtaliya 9 qollu görüşdən qalib ayrıldı
2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, B, C, I və L qruplarında 7 qarşılaşma baş tutub.
9 qolun vurulduğu İsrail – İtaliya matçında qonaqlar seviniblər. Xorvatiya yığması isə Monteneqronu darmadağın edib.
DÇ-2026, seçmə mərhələ
8 sentyabr
B qrupu
Kosovo – İsveç 2:0
Qollar: Rexbeçay, 26. Muriqi, 42.
İsveçrə – Sloveniya 3:0
Qollar: Elvedi, 18. Embolo, 33. Ndoye, 38.
Xal: İsveçrə – 6. Kosovo – 3. İsveç – 1. Sloveniya – 1.
C qrupu
Belarus – Şotlandiya 0:2
Qollar: Adams, 43. Volkov, 65-öz qapısına.
Yunanıstan – Danimarka 0:3
Qollar: Damsqard, 32. Kristensen, 62. Höylund, 81.
Xal: Danimarka – 4. Şotlandiya – 4. Yunanıstan – 3. Belarus – 0.
I qrupu
İsrail – İtaliya 4:5
Qollar: Lokatelli, 16-öz qapısına. D.Perets, 52; 89. Bastoni, 87-öz qapısına – M.Kin, 40; 54. Politano, 59. Raspadori, 81. Tonali, 90+1.
Xal: Norveç – 12. İtaliya – 9. İsrail – 9. Estoniya – 3. Moldova – 0.
L qrupu
Cəbəllütariq – Farer adaları 0:1
Qol: Aqnarsson, 68.
Xorvatiya – Monteneqro 4:0
Qollar: Yakiç, 35. Kramariç, 51. E.Kuç, 85-öz qapısına. Perişiç, 90+2.
Xal: Çexiya – 12. Xorvatiya – 12. Farer Adaları – 6. Monteneqro – 6. Cəbəllütariq – 0.
Aleksandr Zinçenko: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"
Ukrayna yığması sabahkı matça qələbə qazanmaq üçün çıxacaq.
Fanat.Az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko deyib.
O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Matça ciddi hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaq olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bizi maraqlı oyun gözləyir".
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
DÇ-2026: Türkiyə, Almaniya və İspaniyanın səfər sınağı
Final mərhələsi 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə oyunlarının payız mərhələsi start götürür.
Fanat.Az xəbər verir ki, bu gün 8 oyun keçiriləcək.
Bu görüşlər A və E qruplarında ilk, J və G qruplarında isə 5-ci tura təsadüf edəcək.
Türkiyə seçmə mərhələdə ilk oyununu səfərdə Gürcüstana qarşı keçirəcək. İspaniya isə Bolqarıstan səfərinə yollanacaq.
Niderland Polşanı sınağa çəkəcəksə, Almaniya Slovakiyanın qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-nin ilk seçmə oyununda səfərdə İslandiyaya qarşı keçirəcək. Oyun sabah 22.45-də başlayacaq.
DÇ-2026
4 sentyabr
J qrupu
18:00. Qazaxıstan - Uels
22:45. Lixtenşteyn - Belçika
E qrupu
20:00. Gürcüstan - Türkiyə
22:45. Bolqarıstan - İspaniya
G qrupu
20:00. Litva - Malta
22:45. Niderland - Polşa
A qrupu
22:45. Slovakiya - Almaniya
22:45. Lüksemburq - Şimali İrlandiya
Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı
Barselona"nın idman direktoru Deku 2026-cı ildə keçiriləcək dünya çempionatının favoritləri barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Hazırda İspaniya millisi daha təşkilatlanmış komandadır. İspaniya əsas favoritlərdən biridir. Çox yaxşı baş məşqçisi olan Argentinanı da unutmayaq. Bu iki əsas favoritlərdən sonra Braziliya, Fransa, Pirtuqaliya və Almaniyanın adını çəkərdim".
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul aralığında Kanada, Meksika və ABŞ-də keçiriləcək. Tarixdə ilk dəfə turnirin final mərhələsində 48 milli mübarizə aparacaq.
Nihat